Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-27/2025 16.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Firizman oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X15 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X5 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.2005-ci ildə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə müəyyən etdi: X16 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və xx.xx.2007-ci il tarixdə anadan olmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış azyaşlı Şahid1 ilə birlikdə satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə edib qeyri şəxsə çatdırdıqdan sonra, əldə edəcəkləri 1000 (bir min) manat məbləğində pulu öz aralarında böləcəkləri barədə razılığa gələrək bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 05 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində Şahid7 idarə etdiyi Rusiya Federasiyasına məxsus “O 8** EX ***” dövlət qeydiyyat nişanlı “Vaz-21074” markalı avtomobillə yaşadıqları Şəmkir rayonu Zəyəm qəsəbəsindən Tovuz rayonu Dondar Quşçu kəndinin inzibati ərazisinə gəlib məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq üzəri yapışqan lentlə sarılmış bir ədəd qara rəngli polietilen torbanın içərisində olan şəffaf polietilen torbada 1320 qram təmiz çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, eyni məqsədlə üzəri yapışqan lentlə sarılmış bir ədəd qara rəngli polietilen torbanın içərisində olan şəffaf polietilen torbada 48,998 qram təmiz çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, həmçinin eyni məqsədlə bir ədəd qara rəngli polietilen paketdə qablaşdırılmış 1585 qram təmiz çəkidə külli miqdarda olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamış, həmin vaxtı əyləşdikləri taksi xidməti göstərən cinayətdən xəbəri olmayan Şahid8 idarə etdiyi “Vaz-21011” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu, Dondar Quşçu kəndinin ərazisində daşımış, daha sonra avtomobildən düşüb piyada həmin kəndin inzibati ərazisi ilə hərəkət edərkən üzərində saxlamış, həmin gün saat 18 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu, Dondar Quşçu kəndinin ərazisində saxlanılıb ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə saat 18:25-dən 19:10-dək aparılan şəxsi axtarış zamanı qrupun üzvü Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qış gödəkcəsinin altında gizlətdiyi üzəri yapışqan lentlə sarılmış bir ədəd qara rəngli polietilen torbanın içərisində olan şəffaf polietilen torbada 1320 qram təmiz çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin eyni məqsədlə üzəri yapışqan lentlə sarılmış bir ədəd qara rəngli polietilen torbanın içərisində olan şəffaf polietilen torbada 48,998 qram təmiz çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmin tarixdə saat 19:35-dən 20:20-dək aparılan şəxsi axtarış zamanı qrupun digər üzvü Şahid1 əlində saxladığı bir ədəd qara rəngli polietilen paketdə qablaşdırılmış 1585 qram təmiz çəkidə külli miqdarda olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etməklə saxlamış və daşımışdır. Belə ki, o, tanışları X16 və xx.xx.2007-ci il tarixdə anadan olmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış azyaşlı Şahid1 ilə birlikdə satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə edib qeyri şəxsə çatdırdıqdan sonra, əldə edəcəkləri 1000 (bir min) manat məbləğində pulu öz aralarında böləcəkləri barədə razılığa gələrək bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 05 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində Şahid7 idarə etdiyi Rusiya Federasiyasına məxsus “O 8** EX ***” dövlət qeydiyyat nişanlı “Vaz-21074” markalı avtomobillə yaşadıqları Şəmkir rayonu, Zəyəm qəsəbəsindən Tovuz rayonu, Dondar Quşçu kəndinin inzibati ərazisinə gəlib məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq üzəri yapışqan lentlə sarılmış bir ədəd qara rəngli polietilen torbanın içərisində olan şəffaf polietilen torbada 1320 qram təmiz çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, eyni məqsədlə üzəri yapışqan lentlə sarılmış bir ədəd qara rəngli polietilen torbanın içərisində olan şəffaf polietilen torbada 48,998 qram təmiz çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, həmçinin eyni məqsədlə bir ədəd qara rəngli polietilen paketdə qablaşdırılmış 1585 qram təmiz çəkidə külli miqdarda olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamış, həmin vaxtı əyləşdikləri taksi xidməti göstərən cinayətdən xəbəri olmayan Şahid8 idarə etdiyi “Vaz-21011” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu, Dondar Quşçu kəndinin ərazisində daşımış, daha sonra avtomobildən düşüb piyada həmin kəndin inzibati ərazisi ilə hərəkət edərkən üzərində saxlamış, həmin gün saat 18 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu, Dondar Quşçu kəndinin ərazisində saxlanılıb ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə saat 18:25-dən 19:10-dək aparılan şəxsi axtarış zamanı qrupun üzvü Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qış gödəkcəsinin altında gizlətdiyi üzəri yapışqan lentlə sarılmış bir ədəd qara rəngli polietilen torbanın içərisində olan şəffaf polietilen torbada 1320 qram təmiz çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin eyni məqsədlə üzəri yapışqan lentlə sarılmış bir ədəd qara rəngli polietilen torbanın içərisində olan şəffaf polietilen torbada 48,998 qram təmiz çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmin tarixdə saat 19:35-dən 20:20-dək aparılan şəxsi axtarış zamanı qrupun digər üzvü Şahid1 əlində saxladığı bir ədəd qara rəngli polietilen paketdə qablaşdırılmış 1585 qram təmiz çəkidə külli miqdarda olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X16 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun telefonunda Azərbaycan nömrəsi olmamış, ancaq “Whatsapp”-ı işlək vəziyyətdə olmuşdur. O, Əliyə qoşulmamış, Ceyhun adlı şəxsin yanında olmuşdur. Ceyhun ona Tovuza getməyi təklif etmişdir. O, avtomobildə Ceyhunun telefonu ilə oyun oynamış, Ceyhun isə avtomobili yumuşdur. Ceyhunun telefonuna zəng gəlmiş, o isə telefonu Ceyhuna vermişdir. Ceyhun telefonla danışmış, kiməsə avtomobili yuyub yarım saata gələcəyini demişdir. Daha sonra ikinci dəfə eyni nömrədən zəng gəlmiş, Ceyhun avto-yumadan çıxdıqlarını demiş və onunla birlikdə olduqlarını Əliyə demişdir. Əli ilə İsmixan avtomobildə oturduqdan sonra o silah götürmək üçün getdiklərini bilmişdir. Əli avtomobildə oturmuş, o, Əlidən nə üçün getdiklərini soruşmuş, Əli isə silah götürmək üçün getdiklərini ona demişdir. Ceyhun da onlarla birlikdə getmişdir. Avtomobildə outran hər kəs nə üçün getdiyini bilmişdir. Narkotik məsələsi olmamışdır. Onların məqsədi silah götürmək olmuşdur. O, danışığından və ləhcəsindən Əlinin danışdığı adamın İranlı olduğunu anlamışdır. Daha sonra yanacaq doldurma məntəqəsində Əli Ceyhuna 6 manat pul vermişdir. Onun üzərində 100 manatdan çox pul olmuşdur. Onun məqsədi evi üçün bəzi əşyalarını almaq və evi isitmək üçün “Peç” almaq olmuşdur. O, bu məqsədlə getmişdir. Onlar ora çatdıqdan sonra həmin adam Əliyə mesaj yazmış, Əliyə silahdan başqa 1000 manat pul verəcəyini, əvəzində isə orada olan narkotik maddəni başqa yerə qoymalı olduğunu demişdir. O, Əliyə narkotiklə heç bir əlaqəsi olmadığını və olmayacağını bildirmişdir. Əli isə ona narkotik maddəni özünün götürüb başqa yerə qoyacağını demişdir. O, Rusiya Federasiyasından yeni gəldiyi üçün onun pula ehtiyacı olmamışdır. Onlar “777 çay evi”-də əyləşmişlər. Daha sonra onlar “777 çay evi”-dən çıxmış, Ceyhun isə onlara maşını hərləyib gələcəyini demişdir. O və Əli getdikdən sonra, Əlinin interneti ilə Ceyhuna yığmış, gəlib onları götürməsini Ceyhuna demişdir. Ceyhun isə gələ bilməyəcəyini demişdir. Daha sonra Əli İsmixana zəng etmiş, Ceyhunun gəlmədiyini bildirmiş, Ceyhunun onları qoyub qaçdığını demişdir. O, Ceyhundan gəlib onu götürməsini istəmişdir. O, Ceyhuna zəng edib “Məni bura sən gətiribsən,uşaqlarin içində məni qoyub hara qaçırsan?”demişdir. O, İsmixanla Əlini qonşu olsalar da tanımamışdır. Ceyhun ona gələ bilməyəciyini demişdir. Onu heç kim məcbur aparmamış, ancaq bu işi düzüb qoşan Ceyhun olmuşdur. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs X16 istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki,” təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş və ifadəsində göstərmişdir ki, Şəmkir rayon Zəyəm qəsəbəsində arvadı X6 və iki azyaşlı övladları ilə birlikdə yaşayır. Özü hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, lakin üç ilə yaxındır ki, Rusiya Federasiyasında yaşamış və orada xırda ticarətlə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə bayram ilə əlaqədar yaşadığı Şəmkir rayon Zəyəm qəsəbəsinə gəlmişdir. Əlilliyi, ruhi-əsəb xəstəliyi və ya psixi pozuntusu yoxdur. Narkotik vasitə aludəçisi deyildir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində qonşusu və dostu Dima ləqəbli şəxslə gedib ona məxsus avtomobili avtoyuma məntəqəsində yuduzduran zaman tanışı Zəyəm qəsəbə sakini Şahid1 Dimaya zəng etmişdir. Telefon danışığı zamanı X40 dəmiryol stansiyasının yaxınlığında olduqlarını və Dimadan həmin ünvana gəlməsini xahiş etmişdir. Dima Əli ilə danışdıqdan sonra onunla birlikdə öz avtomobili ilə Şəmkir rayon Zəyəm qəsəbəsində yerləşən dəmiryol vağzalının yaxınlığına gəlmişdir. Əlinin yanına çatanda Əli ilə həmkəndlisı Təqsirləndirilən şəxs2 yolun kənarında durub söhbət etmələrini görmüşdür. Dima özünə məxsus VAZ-2105 markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili Əlinin yanında saxlamış, onlar avtomobildən düşməmiş Əli ilə İsmixan avtomobilə əyləşmişlər. Bundan sonra Dima Əlidən nə məsələ olduğunu soruşduqda Əli Dimaya demişdir ki, “İran vətəndaşından silah istəmiş, həmin silahı İran vətəndaşı gətirib Tovuzda yer var ora qoydurmuşdur, gedib həmin silahı götürmək lazımdır”. X31 Tovuz rayonuna aparmağını istəmiş, Dimada Əli ilə razılaşmışdır. Birlikdə Tovuz rayonuna gedərkən Şəmkir rayon Düyərli kəndində yanacaq doldurma məntəqəsində Əli Dimanın avtomobilinə 6 manat məbləğində benzin almışdır. Onlar yol gedən zaman Əli Dimaya demişdir ki, “İran vətəndaşı ona səs göndəribdir, qoyum həmin səsə qulaq asaq “X38 vətəndaşının göndərdiyi səsi qoşmağı bildirmişdir. Həmin səsdə İran vətəndaşı Əliyə demişdir ki, “silahdan başqa həmin yerdə sellofan torbada narkotik vasitə olacaq, əgər sellofan torbanı götürsəniz sellofan torbada olan silah ona hədiyyə ediləcək, sellofan torbada olan narkotik vasitəni götürüb aparıb iki gün saxlasa əlavə olaraq ona 1000 AZN pul göndərəcək. Əli isə İran vətəndaşına mesaj yazmışdır. X39 vətəndaşına nə məzmunlu mesaj yazmağından xəbəri olmamışdır. Avtomobildə bilmişdir ki, getdiyi yerdə silahdan başqa narkotik vasitə də olacaqdır. Əli İran vətəndaşı ilə danışdıqdan sonra ona, İsmixana və Dimaya təklif etmişdir ki, əgər sellofan torbanı aparsaq 1000 AZN pulu öz aralarında bölək. Həmin vaxt Əliyə heç bir söz deməmişdir. Sadəcə həmin vaxt məqsədi İran vətəndaşının Əliyə göndərdiyi silahı götürüb özü ilə aparmaq olmuşdur. Belə ki, şəxsi problemləri olduğu üçün silaha ehtiyacı var idi. Amma həmin silahla kimisə öldürmək və ya xəsarət yetirmək məqsədi və niyyəti olmamışdır. Bundan başqa avtomobildə olan zaman Əli Dimaya həmin adını bilmədiyi İran vətəndaşı ilə ilk öncə “İnstaqram” sosial şəbəkəsində tanış olduğunu, daha sonra isə həmin şəxs ilə bir aya yaxındır ki, sosial şəbəkə olan “vatsapp” vasitəsilə yazışdığını bildirmişdir. Bundan sonra birlikdə Tovuz rayonuna gəlmişlər. Tovuz rayonuna gəldikdən sonra Dima, o, Əli və İsmixan gedib kafedə oturub çay içmişlər. Çay içdikdən sonra kafedən çıxmışlar. Kafedən çıxdıqdan sonra Dima həmin vaxt öz avtomobilini saxladığı yerə İsmixan da Dimanın yanına getmişlər. Əli ilə İran vətəndaşının sellofan torbanı qoyduğu yerə tərəf getmişlər. Yol gələn zaman Əli onun mobil telefonunda həmin adını bilmədiyi İran vətəndaşı ilə yazışmışdır. Onlar avtomobildə olan zaman İran vətəndaşı həmin narkotik vasitəni və silahı hara qoyduğunun fotosunu çəkib onun mobil telefonuna yollamışdır. Yol gedən zaman Əli onun yanından qəfil qaçıb bir neçə metr uzaqlaşmışdır. Həmin vaxt isə yavaş-yavaş Əlinin arxasında getmişdir. Əli ondan qabaq gedib İran vətəndaşının ona göndərdiyi sellofan torbanı götürmüşdür. O, isə yol gələ-gələ Dima ilə telefonla danışıb və Dimadan nə üçün onu qoyub getdiyini soruşmuşdur. Əli gedib İran vətəndaşının ona göndərdiyi göy rəngli sellofan torbanı götürdükdən sonra əlindəki sellofan torbanı yaxınlıqda olan kolun dibinə qoyub, yanına gələrək və onun mobil telefonunu alıb İsmixana zəng edərək, taksi tapıb gəlib onları yolun kənarından götürməyini bildirmişdir. Əli İsmixan ilə danışdıqdan təxminən 5 dəqiqə sonra İsmixan taksi ilə onların yanına gəlib onları yoldan götürmüşdür. Əvvəl taksi sürücüsündən onları Şəmkir rayonu Zəyəm qəsəbəsinə aparmağını istəsə də taksi sürücüsü onları Şəmkir rayon Zəyəm qəsəbəsində aparmamışdır. Onda taksi sürücüsündən onları aparıb kəndin ara küçələrindən birində düşürməyini xahiş etmişdir. Taksi sürücüsüdə onları ara küçələrdən birində düşürüb çıxıb getmişdir. Avtomobildən düşdükdən sonra Əli əlində olan göy rəngli sellofan torbadan iki ədəd qara rəngli politelin torbada olan kütləni İsmixana vermiş, qalan bir qara rəngli politelin torbada olan kütləni isə özündə saxlamışdır. Sonra birlikdə bir neçə metr piyada yol getmişlər. Piyada ara küçə ilə gedən zaman adını bilmədiyi polis əməkdaşları yaxınlaşıb və onları Tovuz RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-də polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Otaqda polis əməkdaşı özünü təqdim edib Tovuz RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X26 olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra ona vəkillərin siyahısı təqdim edilmişdir. Həmin siyahıdan Tovuz rayon Vəkil Bürosunun vəkili X20 özünə vəkil seçmişdir. Daha sonra seçdiyi vəkilin və iştirakçıların iştirakı ilə ondan üzərində daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və maddənin olub-olmadığı, əgər varsa təqdim etməyi təklif edilmişdir. O isə üzərində əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş maddə olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərindən əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş maddə və əşya aşkar edilməmişdir. Etdiyi cinayət əməlinə görə peşmandır. “ Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Əli ilə telefonda danışarkən Əli ona narkotik vasitə ilə bağlı heç nə deməmişdir. Əli ondan yoldaşlıq etməyini və birlikdə gedib silahı götürəcəkləri halda ona 500 manat pul verəcəyini demişdir. O, narkotik vasitəni ümumiyyətlə tanımamış, baş vermiş hadisədən 10 gün sonra əsgərliyə gedəcəyindən və Əli ona 500 manat verəcəyini vəd etdiyindən Əli ilə birlikdə gedəcəyinə razılıq vermişdir. Ona narkotik vasitə və silah lazım olmamış, 500 manat pul lazım olmuş və ona görə getmişdir. Onun məqsədi narkotik vasitəni götürmək, daşımaq və satmaq olmamışdır. O narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Əli azyaşlı olduğu üçün polis əməkdaşları Əlini buraxmış və onu saxlamışlır. O yanvar ayının 5-i evdə olmuşdur. Evdə olarkən Əli gəlib onu çağırmış,həmin vaxt Göyçaydan bir qız ilə danışmışdır. Əli ondan ona yoldaşlıq etməyini istəmiş, yoldaşlıq edəcəyi halda 1000 manatdan 500 manatı ona verəcəyini vəd etmişdir. Göyçaylı qız Əliyə İranlı bir şəxsin nömrəsini vermiş, ora getmələrini istəmişdir. Gedəcəkləri yerdə narkotik və silah olacağını onlara demişdir. Əli qıza narkotik vasitənin lazım olmayacağını, tək silahı istədiyini demişdir. Əli ondan yoldaşlıq edəcəyi halda silahı özünə götürəcəyini, 500 manat pulu isə ona verəcəyini bildirmişdir. Onlar hadisə yerinə gedərkən, onunla Ceyhun çayçıda qalmış, Əli ilə o paketi götürmək üçün getmişdir. Ceyhun onu orada saxlayıb getmiş, Əli zəng edərək ondan onları götürməyini istəmişdir. O, Emini götürməyə gedərkən polis əməkdaşları onları birlikdə tutmuşlar. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki,” Şəmkir rayon Zəyəm qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir. Şəmkir rayon Zəyəm kənd 2 saylı S.Məmmədov adına tam orta məktəbi 9-cu sinifədək oxumuşdur. xx.xx.2023-cü ildə saat 12 radələrində yaşadığı evdə olan zaman qonşusu və dostu Şahid1 özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə ona məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Vatsapp” sosial şəbəkəsinə mesaj yazaraq, ona adını bilmədiyi İran vətəndaşının Tovuz rayonunda gətirib narkotik vasitə və “Makarov” tipli odlu silah qoyduğunu bildirmiş və onunla birlikdə gedib həmin narkotik vasitəni və “Makarov” tipli odlu silahı Tovuz rayonunda adını bilmədiyi İran vətəndaşının qoyduğu ünvandan götürməyini təklif etmiş və əvəzində adını bilmədiyi İran vətəndaşının Əlinin kartına 1000 AZN pul göndərəcəyini deyib, həmin pulu isə onunla böləcəyini bildirmişdir. O, da Əli ilə Tovuz rayonuna gedib adını bilmədiyi İran vətəndaşının Tovuz rayonunda narkotik vasitəni və “Makarov” tipli odlu silahı qoyduğu yerdən götürmək üçün razılaşmışdır. Bundan başqa Əli ona götürəcəyi narkotik vasitənin və “Makarov” tipli odlu silahın onun olacağını, 1000 manat pulun isə 500 manatını ona verəcəyini bildirmişdir. O isə Əli ilə razılaşaraq hara gələcəyini söyləmişdir. Əli isə telefonda ona yaşadığı küçənin baş tərəfinə gəlməyini demişdir. Əli ilə danışdıqdan sonra yaşadığı küçənin baş tərəfinə getmiş, küçənin başına çatdıqda Əlinin tək onu gözlədiyini görmüşdür. Əli ilə görüşmüş və Əli ona təkrar olaraq həmin vaxt demişdir ki, “gedib götürdüyümüz narkotik vasitə və “Makarov” tipli odlu silah onun olacaq, adını bilmədiyi İran vətəndaşının onun kartına göndərəcəyi 1000 AZN pulun yarısını isə yəni, 500 manatını ona verəcək.” O da Əlinin ona pul verəcəyini vəd etdiyinə görə onunla razılaşmışdır. Daha sonra Əli ilə piyada Zəyəm dəmiryol stansiyasının yaxınlığına getmişlər. Dəmiryol stansiyasının yaxınlığında Əli qonşusu X7 və Dima ləqəbli şəxsə zəng edib onları çağırmış, yəni, dəmiryol stansiyasının yaxınlığına tərəf çağırmışdır. Qonşusu Dima ləqəbli şəxs Emin ilə birlikdə özünə məxsus dövlət qeydiyyat nişanını bilmədiyi VAZ-2105 markalı avtomobil ilə onların yanına gəlmişdir. O, Əli və Emin Dimaya məxsus avtomobilə əyləşmişlər. Bundan sonra Əli Dima ləqəbli şəxsdən onları Tovuz rayonuna neçə manata aparacağını soruşduqda, Dima Əlidən nə qədər pulu olduğunu soruşmuşdur. Əli isə Dimaya cibində cəmi 6 manat pul olduğunu bildirdikdə Dima Əliyə demişdir ki, “6 manatlıq benzin töksən, sizi Tovuz rayonuna aparıb-gətirəcəm”. Əli də onunla razılaşmışdır. Dima öz avtomobili ilə onu, Əlini və Emini Tovuz rayonu istiqamətində aparmışdır. Yolda Əli söhbət əsasında Eminə demişdir ki, “İran vətəndaşı var, onunla danışmışdır, həmin şəxs Tovuz rayonunda yer var, ora narkotik vasitə və “Makarov” tipli odlu silah qoyacaq, gedib həmin narkotik vasitəni və odlu silahı götürək, əvəzində adını bilmədiyi İran vətəndaşı onun kartına 1000 AZN pul göndərəcək, həmin pulu götürüb üçü arasında, narkotik vasitəni isə Emin ilə aralarında yarı böləcəyini, “Makarov” tipli odlu silahı isə Əli özünə götürəcəyini” bildirmişdir. Emin də Əli ilə razılaşmışdır. Onlar Tovuz rayonu istiqamətində gələn zaman yolda Emin Əlidən adını bilmədiyi İran vətəndaşının mobil nömrəsini almış və həmin şəxslə “Vatsapp” sosial şəbəkəsində yazışmışdır. Emin adını bilmədiyi İran vətəndaşı ilə “Vatsapp” sosial şəbəkəsində yazışdıqdan sonra Əliyə, İran vətəndaşının Tovuz rayonunda narkotik vasitəni və “Makarov” tipli odlu silahı qoyduğu yerin şəklini çəkib ona atdığını demiş, həmin yerin şəklini Əliyə göstərmişdir. Dördü də Tovuz rayon Dondar-Quşçu kəndində gəlmiş və “777” adlı çayxanada oturub çay içmişlər. Çay içdikdən sonra çayxanadan bayıra çıxmışlar. Bayıra çıxdıqdan sonra onları Tovuz rayonuna gətirən Dima onları orada qoyub öz avtomobili ilə Şəmkir rayonuna qayıtmışdır. O, Əli və Emin isə Tovuz rayon Dondar Quşçu kəndində qalmışlar. Bundan sonra Emin yenidən adını bilmədiyi İran vətəndaşına “Vatsapp” sosial şəbəkəsində zəng edib danışmışdır. Sonra Emin ilə Əli ona demişlər ki, “sən kəndin girişində bizi gözlə, biz sənə zəng edəndə taksi ilə gəlib bizi yoldan götürərsən”. O da Əli və Emin ilə razılaşmış, kəndin girişində qalmış, onlar isə piyada üzü Dondar Quşçu kəndi istiqamətinə getmişlər. Təxminən 15 dəqiqədən sonra Əli Eminə məxsus mobil nömrə ilə ona zəng etmiş, ona bir nəfər taksi sürücüsünü götürüb onların olduğu yerə gəlməyini təklif etmişlər. O, da yolda adını bilmədiyi taksi sürücüsünü saxlamış və ondan Emin ilə Əlinin dediyi yerə aparmağı xahiş etmişdir. Kəndin başında duran zaman Əli və Emini uzaqdan görmüşdür. Mindiyi taksi sürücüsünə onların yanına aparmasını bildirmişdir. Adını bilmədiyi taksi sürücüsü ilə birlikdə gedib Emini və Əlini Dondar-Quşçu kəndində adını bilmədiyi İran vətəndaşının narkotik vasitə və odlu silah qoyduğu yerdən götürmüşdür. Emin ilə Əli onun gəldiyi taksiyə əyləşmişlər. Həmin vaxt İran vətəndaşının dediyi sellofanı Əli götürmüş və həmin sellofan Əlinin əlində olmuşdur. Taksi sürücüsü onları Dondar-Quşçu kəndinin içərisinə tərəf aparmışdır. Kəndin içərisində ara küçənin birində Emin və Əli avtomobildən düşmüşlər. Emin onları gətirən taksi sürücüsünə 3 manat pul vermişdir. Həmin taksi sürücüsü çıxıb getmişdir. Avtomobildən düşdükdən sonra Əli göy rəngli sellofan torbanın içərisində olan iki ədəd qara rəngli politelin torbaya bükülmüş kütləni ona saxlamağa vermişdir. Qalan bir ədəd qara rəngli politelin torbada olan kütləni isə özündə saxlamışdır. Əli və Emin ilə piyada yol gedən zaman adını bilmədiyi 5-6 nəfər mülki geyimdə olan şəxslər onlara yaxnlaşmışlar. Həmin şəxslər özlərini onlara təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşlarını görüb əlində olan iki ədəd qara rəngli politelin torbada olan kütləni atmaq istəsədə ata bilməmişdir. Emin qaçmaq istəsə də qaça bilməmişdir. Ancaq polis əməkdaşları onu, Əlini və Emini tutub Tovuz RPŞ-nə gətirmişlər. Tovuz RPŞ-də polis əməkdaşları onları bir otağa aparmışlar. Otaqda bir nəfər polis əməkdaşının olduğunu görmüşdür. Polis əməkdaşı özünü ona Tovuz RPŞ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı X10 təqdim etmiş, bir neçə dəqiqədən sonra ona vəkillərin siyahısı təqdim edilmişdir. Vəkillərin siyahısına baxıb həmin siyahıdan Tovuz rayon Vəkil Bürosunun vəkili X17 özünə vəkil seçmişdir. Daha sonra seçdiyi vəkilin və iştirakçıların iştirakı ilə ondan üzərində əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və maddənin olub-olmadığını, əgər varsa təqdim etməyi təklif edilmişdir. O da üzərində əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş maddə olduğunu bildirib, Əlinin ona saxlamaq üçün verdiyi, içərisində iki ədəd qara rəngli politelin torbaya bükülmüş kütlə olan göy rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları ona təqdim etdiyi göy rəngli sellofan torbanın içərisində olan iki ədəd qara rəngli politelin torbaya bükülmüş kütləni açaraq baxış keçirmişlər. Həmin qara rəngli politelin torbanın birində toz halında, ağ rəngli kütlə, digər qara rəngli politelin torbadan isə tünd qəhvəyi rəngli, toz halında olan kütlə aşkar edilmişdir. Əvvəl içərisində ağ rəngli, toz halında, kütlə olan qara rəngli polietilen torba elektron tərəzidə çəkilmiş və həmin kütlə qara rəngli politelin torba ilə birlikdə 58 qram olmuşdur. Daha sonra içərisində toz halında, tünd qəhvəyi rəngli kütlə olan qara rəngli politelin torba kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlə qara rəngli politelin torbada ilə birlikdə 1346 qram olmuşdur. Sorğu zamanı bildirdi ki, təqdim etdiyi göy rəngli sellofanın içərisində olan iki ədəd qara rəngli politelin torbaya bükülmüş kütləni ona dostu Əli saxlamaq üçün vermişdir. Təqdim etdiyi qara rəngli polietilen torbada olan kütlələr bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və həmin zərf Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisini müəyyən edib rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X22 Bölməsinə göndərilməsindən ötrü götürülüb. Əlinin İran vətəndaşı ilə ilkin olaraq sosial şəbəkə olan “İnstaqram” şəbəkəsində tanış olduğunu və daha sonra isə həmin İran vətəndaşının ona nömrə verərək “Vatsapp” sosial şəbəkəsində danışmasından Şəmkir rayon Düyərli kəndində yerləşən yanacaqdoldurma məntəqəsində məlumatı olmuş, yəni, əvvəl onun Əlinin İran vətəndaşı ilə danışdığından məlumatı olmamış və bu barədə Əli ona heç bir söz deməmişdir. Amma, üzərindən aşkar edilərək götürülmüş həmin sellofan bükümdə narkotik vasitə olan heroin və metamfetamin olduğundan məlumatı olmuşdur. Etdiyi cinayət əməlinə görə peşmandır.» Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, İsmixan və Eminlə birlikdə “instaqram” tətbiqi vasitəsilə tanımadığı şəxslə danışmışlar. Adı məlum olmayan şəxs onlara “instaqram” tətbiqindən silah şəkilləri və “whatsapp” nömrəsi atmışdır. Daha sonra adı məlum olmayan şəxs silahı əldə etmək üçün Cəlilabada gəlməli olduğunu demişdir. Onlar birlikdə Cəlilabada getmiş, Emin və o çantanı götürmüş, İsmixan isə çayçıda gözləmişdir. Çantanı götürdükdən sonra onlar İsmixana zəng etmiş, İsmixan taksi ilə gəlib onları götürmüşdür. Taksidən düşdükdən sonra onlar polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə şahidin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 istintaqda verdiyi ifadəsi məhkəmədə elan olunmuş, şahid həmin ifadəsində göstərmişdir ki,” Şəmkir rayon Zəyəm qəsəbəsində daimi pasport qeydiyyatda olmaqla həmin ünvanda valideynləri ilə birlikdə yaşayır. ünvan 6əbin 9-cu sinifinədək oxumuşdur. Onun özünə məxsus mobil telefonu var, mobil telefonun markası “İphone 10”-dur. Mobil telefonunda istifadə etdiyi mobil nömrə ***- ***-**-** saylı nömrədir. Mobil nömrədən bir ildən çoxdur ki, istifadə edir və nömrə anası X8 adınadır. Uzun müddətdir ki, “İnstaqram” sosial şəbəkəsindən istifadə edir. ”İnstaqram” sosial səhifəsindən “nəbiyebəli” adı ilə qeydiyyatdan keçmişdir. Təxminən bir ay əvvəl “İnstaqram” sosial şəbəkəsində daxil olan zaman yadında qalmayan profildən bir nəfər özünü ona qadın kimi təqdim edən şəxs profilinə mesaj yazmış və ona “Makarov” tipli silahın şəklini atıb, həmin silahı satdığını demişdir. O, da həmin şəxsin atdığı odlu silahın şəklinə baxmış və odlu silah xoşuna gəldiyi üçün həmin şəxsə mesaj yazaraq ondan silahı necə ala biləcəyini soruşduqda həmin şəxs ona silahı İbrahim adlı İran vətəndaşının satdığını deyib, ona İbrahim adlı şəxsə məxsus İran nömrəsini vermişdir. O, İbrahim adlı şəxsə “Vatsapp” sosial şəbəkəsində mesaj yazaraq, nömrəsini “İnstaqram” sosial şəbəkəsində bir nəfər qadının verdiyini deyib, onda “Makarov” tipli odlu silah olduğunu və həmin silahı almaq istədiyini bildirmişdir. İbrahim adlı İran vətəndaşı da ona imkan edib, həmin silahı ona satacağını demişdir. Bir neçə gün İbrahim adlı İran vətəndaşı ilə “Vatsapp” sosial şəbəkəsində yazışmış və sonradan qorxduğu üçün İbrahim adlı İran vətəndaşının “Vatsapp” nömrəsini bloka atmışdır. Təxminən 20 gün sonra İbrahim adlı İran vətəndaşı başqa İran nömrəsi ilə ona “Vatsapp” sosial şəbəkəsində mesaj yazaraq, onda olan “Makarov” tipli odlu silahı ona hədiyyə verə biləcəyini demişdir. O, İbrahim adlı İran vətəndaşı ilə razılaşmışdır. İbrahim adlı İran vətəndaşı ona həmin vaxt demişdir ki, “Tovuz rayonunda heç kimin bilmədiyi yerə bir sellofan torbada olan narkotik vasitə və istədiyi silahı qoyacağını, həmin sellofan torbada olan kütləni dediyi yerdən götürüb aparıb iki gün saxlayacağı və onun dediyi vaxtı aparıb istədiyi yerə qoyacağını deyib, əvəzində ona 1000 AZN pul verəcəyini bildirmişdir. O da İbrahim adlı İran vətəndaşı ilə razılaşmışdır. Təxminən 4 gün əvvəl qonşusu Emin ilə Şəmkir rayon Zəyəm qəsəbəsinin mərkəzində görüşəndə Eminə İbrahim adlı İran vətəndaşı olduğunu, həmin şəxsin ona sellofan torbada narkotik vasitə və odlu silah göndərəcəyini, gedib həmin narkotik vasitəni və odlu silahı götürüb gətirib iki gün evdə saxlayacağını və sonradan İbrahim adlı İran vətəndaşının istədiyi yerə aparacağını, əvəzində isə İbrahim adlı İran vətəndaşının ona 1000 AZN pul verəcəyini dedikdə Emin onunla razılaşmış və nə vaxt İbrahim adlı İran vətəndaşından xəbər gəlsə ona xəbər eləməyini istəmişdir. xx.xx.2023-cü ildə axşam saat 23 radələrində yaşadığı evdə olan zaman dostu İsmixanın ***-***-**-** mobil nömrəsinə özünə məxsus ***-***-**-** mobil nömrəsindən “Vatsapp” sosial şəbəkəsində zəng edərək, səhər onunla Tovuz rayonuna getməyi və orada bir nəfər İran vətəndaşının sellofan torbada narkotik vasitə və “Makarov” tipli odlu silah qoyduracağını, həmin yerdən gedib narkotik vasitəni və odlu silahı götürüb yaşadığı evə gətirəcəyini və əvəzində ona 1000 AZN pul verəcəyini deyib, onunla birlikdə getsə həmin puldan ona verəcəyini demişdir. Dostu İsmixanda razılaşmışdır. xx.xx.2022-ci ildə saat təxminən 13 radələrində Şəmkir rayon Zəyəm qəsəbəsində dostu, eyni zamanda həmkəndlisi İsmixan ilə görüşmüşdür. Daha sonra İsmixanın mobil telefonu vasitəsilə Dima adlı şəxsə zəng edərək ona Tovuz rayonuna gedib-gələcəyini bildirmişdir.Təxminən 20 dəqiqə sonra Dima idarə etdiyi VAZ- 2105 markalı, Rusiya dövlət qeydiyyat nişanlı avtomobil ilə Zəyəm dəmiryolunun yanına gəlmişdir. Dima həmkəndlisi Emin ilə birlikdə gəlmişdir. O və İsmixan həmin avtomobilə əyləşərək Zəyəm qəsəbəsindən çıxıb üzü Tovuz rayon istiqmətinə tərəf gəlməyə başlamışlar. Yolda gələrkən Düyərli yanacaq doldurma məntəqəsindən Dimanın avtomobilinə 6 manat məbləğində benzin vurmuşdur. Avtomobildə olan zaman Emin ondan İran vətəndaşının mobil nömrəsini götürərək “Vapsapp” vasitəsilə yazışmağa başlamışdır. Emin təxminən 10 dəqiqə İbrahim adlı İran vətəndaşı ilə yazışdıqdan sonra ona İbrahimin götürəcəyi selofan torbanın yerinin şəklini çəkib ona atdığını demişdir. O da İbrahim adlı İran vətəndaşının Eminə atdığı şəkillərə baxmışdır. Bundan sonra dördü də Tovuz rayon Dondar-Quşçu kəndində gəlmiş və gedib kafenin birində oturub çay içmişlər. Onları taksi ilə gətirən Dima ləqəbli şəxs onları orada qoyub öz avtomobili ilə Şəmkir rayonuna qayıtsa da o, İsmixan və Emin Tovuz rayon Dondar-Quşçu kəndində qalmışlar. Bundan sonra Emin yenidən İbrahim adlı İran vətəndaşına “Vatsapp” sosial şəbəkəsində zəng edib danışmışdır. Sonra Emin ilə dostu İsmixana demişlər ki, “sən kəndin girişində bizi gözlə, biz sənə zəng edəndə taksi ilə gəlib bizi yoldan götürərsən, biz gedək İbrahim adlı İran vətəndaşının dediyi narkotik vasitə və silahı götürək, İsmixanda onlarla razılaşmış və Dondar-Quşçu kəndinin girəcəyində onları gözləmişdir. Emin ilə birlikdə piyada İbrahim adlı İran vətəndaşının onlara şəklini çəkib atdığı sellofan tobanın olduğu yerə getmişlər. Emin ilə gedib sellofan torbanı olduğu yerdə tapmışdır. Emin ona demişdir ki, “göy rəngli sellofan torbanı götür, çıxıb gedək”. O da İbrahim adlı İran vətəndaşının dediyi göy rəngli sellofan tobanı götürüb, Emin ilə birlikdə asfalt yola tərəf gəlmişlər. O, da həmin vaxt ətrafın açıq olduğuna və bizi kənardan kiminsə görəcəyindən qorxduğu üçün göy rəngli selofan torbanın içərisinə baxmamışdır. Yolda Eminin telefonu ilə İsmixana zəng edərək taksi tapıb, gəlib onları yolun kənarından götürməyini istəmişdir. Bir neçə dəqiqədən sonra İsmixanda tanımadığı taksi sürücüsü ilə gəlib onları yolun kənarından götürmüş və o, Emin ilə İsmixanın gəldiyi taksiyə əyləşmişlər. Emin taksi sürücüsü şübhələnməsin deyə əvvəl onları Şəmkir rayon Zəyəm qəsəbəsinə aparmağını istədikdə adını bilmədiyi taksi sürücüsü uzaq yola avtomobil sürmədiyini dedikdə Emin taksi sürücüsündən onları aparıb kəndin ara küçələrindən birində düşürməsini istəmişdir. Taksi sürücüsüdə onları aparıb Tovuz rayon Dondar-Quşçu kəndində ara küçələrdən birində düşürmüşdür. Avtomobildən düşdükdən sonra Emin göy rəngli sellofan torbanı ondan almış və həmin torbanın içərisində olan bir ədəd qara rəngli politelin torbaya bükülmüş kütləni ona vermişdir. Göy rəngli sellofan torbada olan iki ədəd qara rəngli politelin torbaya bükülmüş kütləni isə Eminin istəyi ilə dostu İsmixana saxlamağa vermişdir. Piyada ara küçə ilə gedən zaman adını bilmədiyi polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşlarını görüb əlində olan bir ədəd qara rəngli politelin torbada olan kütləni atmaq istəsə də ata bilməmişdir. Eyni zamanda Emin də qaçmaq istəsə qaça bilməmişdir. Ancaq polis əməkdaşları onu, İsmixanı və Emini tutmuş və onları Tovuz RPŞ-nə gətirmişlər. Tovuz RPŞ-də polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Bir neçə dəqiqədən sonra ona vəkillərin siyahısı təqdim edilmişdir. Həmin siyahıdan Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 özünə vəkil seçmişdir. Daha sonra onun seçdiyi vəkilin və iştirakçıların iştirakı ilə ona üzərində qanunla əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və maddənin olub-olmadığı, əgər varsa təqdim etməyi təklif edilmişdir. Üzərində əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş maddə olduğu bildirib, əlində olan qara rəngli politelin torbaya bükülmüş kütləni polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları təqdim etdiyi bir ədəd qara rəngli politelin torbaya bükülmüş kütləni açaraq baxış keçirmişlər. Həmin qara rəngli politelin torbanın içərisində yaşıl rəngli, qurudulmuş halda, kəskin iyli kütlə aşkar edilmişdir. Həmin qara rəngli politelin torba elektron tərəzidə çəkilmiş və həmin kütlə qara rəngli politelin torba ilə birlikdə çəkisi 1631 qram olmuşdur. Təqdim etdiyi qara rəngli politelin torbada olan kütlə bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və həmin zərf Azərbaycan Respublikası DİNnin 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirfkçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisini müəyyən edib rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X22 Bölməsinə göndərilməsindən ötrü götürülüb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o səhər saatlarında qaynının toy məclisinə getmiş, ailəsini toy məcləsinə aparmış, daha sonra avto-yumaya getmişdir. Emin ona zəng etmiş, hara getdiyini soruşmuş, o isə avto-yumaya getdiyini demişdir. Avto-yumada olarkən Əli ona zəng etmiş və onları Tovuza aparmağını istəmişdir. O, Əli, Emin və İsmixan birlikdə Tovuz rayonuna getmişlər. Onlar, Tovuz rayonunda yol kənarında “pub” tipli kafedə əyləşmişlər. Daha sonra onlar “777 çay evi”-nə getmişlər. Orada çay içdikdən sonra Emin ilə Əli oradan çıxmış, İsmixan və o, “777 çay evi”-də qalmışlar. O, İsmixana getmək istədiyini demiş, İsmixan isə Emin və Əlini burada qoyub getməyəcəyini demişdir. Daha sonra o, gözləməmiş və toy məclisinə qayıtmışdır. Məhkəmədə şahidin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid7 istintaqda verdiyi ifadəsi məhkəmədə elan olunmuş, şahid həmin ifadəsində göstərmişdir ki,” xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ailə üzvləri ilə birlikdə qaynı Rəsulun əsgərliyə getmək üçün etdiyi mərasimə getmişdir. Ailəsini qaynının yaşadığı evə düşürüb özünün idarə etdiyi VAZ-2105 markalı avtomobili ilə Şəmkir rayon Sabirkənd kəndində yerləşən avtoyuma məntəqəsinə gəlmişdir. Yolda avtoyuma məntəqəsinə gələrkən qonşusu X13 mobil telefonuna zəng edərək harada olduğu və hara gedəcəyini soruşduqda Eminə avtoyuma məntəqəsinə gedəcəyini bildirmişdir. Daha sonra Emin mobil telefonda onu yaşadığı Zəyəm qəsəbəsindən yolun kənarından götürməyini xahiş etmişdir. Emin ilə razılaşaraq Emini Zəyəm qəsəbəsindən yolun kənarında götürmüş və avtoyuma məntəqəsinə getmişlər. Orada avtomobili təmizləyən zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə qonşusu Şahid1 başqa tanımadığı bir nömrədən ona zəng etmişdir. Danışıq zamanı Əli ondan boş olduğunu soruşmuş və Tovuz rayonuna getmək istədiyini dedikdə Əliyə halhazırda avtomobilini təmizlətdiyini və 30 dəqiqəyə boş olacağını bildirmişdir. Təxminən 25 dəqiqədən sonra Əli təkrar ona zəng edərək işini qurtarmağını soruşduqda Əliyə 5 dəqiqəyə qurtaracağını bildirmişdir. 5 dəqiqədən sonra Emin ilə birlikdə avtoyuma məntəqəsindən çıxıb Zəyəm qəsəbəsinə gəlmişlər. Zəyəm qəsəbəsinə çatdıqda dəmiryolunun yaxınlığında Əli və qonşusu Təqsirləndirilən şəxs2 ilə birlikdə dayandığını görmüşdür. Avtomobilini saxlamış, İsmixan və Əli avtomobilin arxa oturacağına əyləşmişlər. Həmin vaxt Emin, Əli və İsmixandan onlarla gedəcəyini soruşduqda, Əli və İsmixan Eminə “səndə bizim ilə gedək” dedikdə Emin Əli və İsmixandan hara gedəcəklərini soruşmuşdur. İsmixan və X41 rayon istirahət parkına gedəcəklərini bildirmişlər. Həmin vaxt Emin avtomobilin qabaq oturacağında əyləşmişdir. Yolda gedərkən Əlinin arxa oturacaqda mobil telefon ilə kiməsə SMS yazdığını görmüşdür. Eyni zamanda avtomobildə olarkən Əlinin, İsmixanın və Eminin aralarında iranlı söhbəti getdiyini eşitmişdir. Bundan başqa, Şəmkir rayon Düyərli kəndində yerləşən yanacaq doldurma məntəqəsinə çatdıqda avtomobili ilə yanacaqdoldurma məntəqəsinə daxil olmuş və Əli avtomobilə benzin tökmək üçün verdiyi 6 manat pulun 4 manatına benzin tökmüş, digər iki manatı isə siqaret almaq məqsədilə saxlamışdır. Tovuz şəhərində yerləşən tunelə çatdıqda, avtomobil ilə tunelə düşməmiş və avtomobili tunelin kənarında saxlamışdır. Hamı avtomobildən düşdükdən sonra Emin ac olduğunu bildirib tanımadığı mağazanın birindən bir ədəd qutab alaraq yemişdir. Daha sonra, piyada Tovuz istirahət parkına tərəf getməyə başlamışlar. Parka gedən zaman Əli, İsmixan və Emin ondan bir qədər qabaqda getmiş, o isə onların arxası ilə gəzə-gəzə gəlmişdir. Parkda bir qədər gəzdikdən sonra təkrar avtomobilin yanına gələrək avtomobilə əyləşib Tovuz rayon Dondar Quşçu kənində yerləşən “777” adlı kafeyə gəlmişlər. Orada çay içmək məqsədilə kafeyə daxil olmuşlar. Kafedə olan zaman Əli və Eminin internet paketi olmadığı üçün həmin kafenin internet şəbəkəsinə qoşulmuşlar. Hər ikisinin mobil telefonda yazışdığını görsə də, nə haqqında və kimə yazdıqlarından məlumatı olmamışdır. Lakin, yenədə onlar öz aralarında iranlı söhbəti etmişlər. Onların iranlıdan paket götürmək söhbətinidə eşitmişdir. Həmin vaxt İsmixan yanında qalmışdır. Əli və Emin kafedən bayıra çıxdıqda onların arxasınca özü və İsmixanda kafedən bayıra çıxmışdır. Bayırda İsmixana onların nəsə başqa iş çevirdiklərini deyib, eyni zamanda çıxıb gedəcəyini bildirmişdir. Daha sonra isə İsmixandan ayrılaraq avtomobilinə minib Şəmkir rayon Zəyəm qəsəbəsinə qayıtmışdır. Yolda gələrkən Emin ona mobil telefon ilə zəng edərək onları götürmədiyini bildirdikdə Eminə artıq Şəmkirə qayıtdığını və yolda olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 İnqlab oğlu ifadəsində göstərmişdir ki, o, Cinayət Axtarış bölməsinin rəisi Şahid2 daxil olmuş əməliyyat məlumatında əməliyyat qrupunda iştirak etmişdir. Onlar məlumat əsasında Tovuz rayonu, Quşçular kəndinə yaxınlaşmış, şübhəli bilinən şəxslərə özlərni təqdim etmiş və Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Tovuz rayon Polis Şöbəsində təhqiqatçının xidməti otağında şübhəli şəxslərin üzərinə baxış keçirilmiş, keçirilən baxış zamanı həmin şəxslərin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər yanvar ayında onlar tərəfindən tutulmuşlar. Tutduqları 3 nəfər şəxsdən biri azyaşlı olmuşdur. Təqsirləndirilən şəxslər üzərində narkotik vasitə ilə Dondar Quşçu kənd ərazisində tutulmuşlar. Əməliyyat məlumatı Əzizov İntiqana daxil olmuş, əməliyyat qrupu yaradılmış və əməliyyat axtarış tədbirləri keçirilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onlar tərəfindən Əməliyyat-axtarış tədbiri həyata keçirilmiş, əməliyyat axtarış tədbirinin nəticəsində Tovuz rayonu,Dondar Quşçular kəndi ərazisində 3 nəfər narkotik vasitələrin daşınmasında şübhəli bilinib saxlanılmışdır. Daha sonra saxlanılan şəxslər Tovuz rayon polis şöbəsinə gətirilmiş, üzərlərinə baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, kəndin çıxışında dayanmış və bir nəfər ona yaxınlaşaraq taksi lazım olduğunu demişdir. O, oğlandan hara gedəcəyini soruşmuş, oğlan Dondar Quşçuya gedəcəyini ona demiş və 3 manat pul vermişdir. Onlar yol ilə gedərkən həmin şəxs ona yoldan iki nəfər tanışını da götürməyi xahiş etmişdir. O, yol ilə gedərkən yol kənarındakı böyürtkən kolunun yanında Emin və Əli əliboş şəkildə avtomobin yanına gəlmiş, o isə avtomobili saxlamışdır. Daha sonra ona paketi götürmək üçün gözləməyi deyilmişdir. O yerdə olan tünd göy rəngli paketi yan tərəfdən açmış və paketin içində qızılı bir şeyin olduğunu görmüşdür. Daha sonra balaca oğlan gedərək paketi götürmüşdür. Avtomobil ilə 50-100 metr gəldikdən sonra təqsirləndirilən şəxslər ondan onları Şəmkirə aparmağı xahiş etmişdir. O isə işinin olduğunu apara bilməyəciyini onlara demişdir. O, bir qədər irəli getdikdən sonra avtomobili saxlamış və təqsirləndirilən şəxslər ona 3 manat pul vermişdir. Daha sonra o, evinə getmişdir. Məhkəmədə tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 yanvar 2023-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş 08 yanvar 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, X16 05 yanvar 2023-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Tovuz rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli qərarından görünür ki, X5 barəsində 04 ay müddətə, yəni 05 may 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş Tovuz rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X5 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək qalan müddətə, yəni xx.xx.2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə tədqiq edilmiş 01 fevral 2023-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə X5 ifadələri arasında ziddiyət olduğndan onların arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı “Hüseynov X4 Emin Yaşar olunun 05 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində yaşadıqları Zəyəm qəsəbəsindən digər həmkəndlisi Şahid1 ilə birlikdə Dima adlı Zəyəm qəsəbə sakininin avtomobili ilə Əlinin deməyinə görə Tovuz rayon Qovlar şəhəinə gəlmələrini,həmin vaxtı Əlinin İranlıdan silah və narkotik sifariş etməsini,buna görə ona 500 ( beş yüz) manat pul veriləcəyini,o da onlara inanıb onlarla həmn yerə gəldiyini, yolda Eminin Əlidən iranlının mobil telefonunu istəməsini və ona”mənim mobil telefonumun votsapı Rusiya nömrəsidir, ver danışım deməsini, Əli də ona iranlının bilmədiyi mobil telefon nömrəsini verməsini,yolda Eminin həmin iranlının mobil telefon nömrəsini yığıb onunla yazışdığını üzünə qarşı demişdir. X1 zamanı Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmiş, həqiqətən də Əlidən iranlının mobil telefon nömrəsini alıb iranlı ilə öz telefonunun “votsap”ı ilə yazışmasını etiraf edərək,etmiş olduğu əməldən peşman olmasını bildirmişdir.” Məhkəmədə tədqiq edilmiş 01 fevral 2023-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Şahid1 ilə təqsirləndirilən şəxs X5 ifadələri arasında ziddiyət olduğndan onların arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş,üzləşdirmə zamanı Şahid1 istintqada verdiyi ifadəsini bir daha təsdiq edərək ,üzləşdirmə zamanı “Şahid1 05 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində yaşadığı Zəyəm qəsəbəsindən digər həmkəndlisi İsmixanla birlikdə Dima adlı Zəyəm qəsəbə sakininin avtomobili ilə Tovuz rayon Qovlar şəhərinə gəlmələrəini,həmin vaxt onun İranlıdan silah və narkotik sifariş etməsini,onun İsmixana 500 ( beş yüz) manat pul verməyi vəd etməsini, ona inanıb onlarla həmn yerə gəlməsini,yolda Eminin Əlidən iranlının mobil telefon nömrəsini istəməsini və ona , ”mənim mobil telefonumun “votsap”ı Rusiya nömrəsidir, ver danışım deməsini,Əlinin də ona iranlının yadında qalmayan mobil telefon nömrəsini verməsini,yolda Eminin həmin iranlının mobil telefon nömrəsini yığıb onunla yazışmasını, X5 üzünə qarşı demişdir. X1 zamanı Şahid1 dediklərini təsdiq edərək, həqiqətən də Əlidən iranlının mobil telefon nömrəsini alıb iranlı ilə öz telefonunun “votsap” ilə yazışmasını, etmiş olduğu əməldən peşmana olmasnı təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş 01 fevral 2023-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Şahid7 ifadələri arasında ziddiyət olduğndan onların arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. “Təqsirləndirilən şəxs2 üzləşdirmə zamanı həmyerlisi və qonşusu Dima ləqəbli Şahid7 tanıdığını bildirib İranlı şəxsin həm onunla ,həmdə də Əli ilə səsli mesajla danışıb “mən tapançanı qoyudğum yerdən götürərsiz, yanında nəşədə və psixotrop maddə olacaq,tapançanın pay hədiyyə verilməsini, o birilərini iki gün saxlamalarını, sonra min manat pul veriləcəyi, pul Əlinin vermiş olduğu karta vurulmalı olmasını, həmin səsli mesajı Şahid7 eşitməli olmasını Şahid7 üzünə qarşı demiş və çayxananın çıxdıqdan sonra Ceyhunun qalmayıb çıxıb getdiyin demişdir. Şahid7 üzləşdirmə zamanı” Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək,həqiqətən də Əlinin, Eminin və İsmixanın Tovuz rayon Dondar Quşçu kəndinə narkotik vasitə və silah götürməyə gəlmələrini bilməməsini və bu barədə ona heç kimin bir söz deməməsini,çayxanada Eminlə Əlinin iranlı ilə narkotik söhbətini eşidəndə tez ayağa qalxıb onlara mənlik deyil və İsmixana, mən çıxıb gedirəm, mənlik deyil demsəini, bundan sonra onun tək çayxanadan çıxıb maşınıma minib Zəyəm qəsəbəsinə gutsəməsini Təqsirləndirilən şəxs2 üzünüə qarşı demişdir. Məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçisi X14 iştirakı ilə və video çəkiliş aparılmaqla saat 18:25-dən saat 19:10dək şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 qara rəngli qış gödəkcəsinin altında gizlətdiyi üzəri yapışqan lentlə sarılmış bir ədəd qara rəngli polietilen torbanın içərisində olan şəffaf polietilen torbada sonradan məhkəmə-kimyəvi ekspertizanın rəyinə əsasən 1320 qram təmiz çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin üzəri yapışqan lentlə sarılmış bir ədəd qara rəngli polietilen torbanın içərisində olan şəffaf polietilen torbada sonradan məhkəmə-kimyəvi ekspertizanın rəyinə əsasən 48,998 qram təmiz çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, şübhəli şəxs Şahid1 üzərinə müdafiəçisi Müdafiəçi3 iştirakı ilə və video çəkiliş aparılmaqla saat 19:35-dən saat 20:20dək şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Şahid1 əlində saxladığı bir ədəd qara rəngli polietilen paketdə qablaşdırılmış sonradan məhkəmə-bioloji ekspertizanın rəyinə əsasən 1585 qram təmiz çəkidə külli miqdarda olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş Şahid1 məxsus “İPHONE-X” markalı mobil telefona 07 yanvar 2023-cü il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, mobil telefonun “Watsapp” ani mesajlaşma proqramında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi İran İslam Respublikasına məxsus +98 ********** saylı mobil telefon nömrəsindən ***- ***-**-** nömrəyə narkotik vasitənin başqa şəxlərə satmaq məqsədilə göndərilməsi barədə səs yazıları, smslər və xx.xx.2023-cü il tarixdə narkotik əşyaların hara qoyuılması barədə yerin foto-şəkilərinin göndərildiyi aşkar olunmuşdur. Bundan sonra həmin qovluqda +98 ********** saylı mobil telefon nömrəsi ilə ***-***-**-** nömrə arasında əlaqə zəngləri olunması aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X22 bölməsinin 06 yanvar 2023-cü il tarixli 16/24 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Şahid1 aşkar olunaraq götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki üzəri yapışqan lentlə sarılmış, bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 1585 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır,təmiz çəkisi 1585 qram marixanadan tədqiqata 0,2 qram sərf edildiyindən 1584,8 qram qalıq qalmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X22 bölməsinin məhkəmə-kimyəvi ekspertizanın 06 yanvar 2023-cü il tarixli 16/25 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki,üzəri yapışqan lentlə sarılmış 1 ədəd qara rəngli polietilen torbaya qablaşdırılmış, digər şəffaf polietilen torbada təmiz çəksi 1320 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir,üzəri yapışqan lentlə sarılmış 1 ədəd qara rəngli polietilen torbaya qablaşdırılmış, digər şəffaf polietilen torbada təmiz çəksi 48,998 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “narkotik vasitələrin” 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir Heroindən 0,2 qram tədqiqata sərf edildikdən sonra 1,319,8 qram qalıq qalmışdır. Metamfetamindən 0,2 qram tədqiqata sərf edildikdən sonra 48,798 qram qalıq qalmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin 13 fevral 2023-cü il tarixli, 234 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs X16 narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin 25 mart 2023-cü il tarixli, 483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası TƏBİB Şəmkir rayon X19 Hüquqi Şəxsdən daxil olmuş 28 mart 2023-cü il tarixli 122 №-li məktubdan görünür ki, Şəmkir rayon Zəyəm qəsəbə sakinləri X16 və Təqsirləndirilən şəxs2 Şəmkir rayon Konsultativ Poliklinikasında psixiatrik və narkoloji qeydiyyatda dayanmırlar. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X23 X35 X12 12 yanvar 2023-cü il tarixli, 14 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəmkir MRX-nın polikilinkasından verilmiş arayışlar), anamnestik məlumatlar və hazırki ekspetriza imkan verir. Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X23 X35 X12 03 fevral 2023-cü il tarixli, 76 №-li rəydən görünür ki, X16 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəmkir MRX-nın polikilinkasından verilmiş arayışlar), anamnestik məlumatlar və hazırki ekspetriza imkan verir. Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. X5 əməli Azərbaycan Respublikasının CM-nin 21 vı 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. X16 hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilmiş 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 məxsus “İPHONE-X” markalı mobil telefona baxış zamanı götürülərək CD-diskə köçürülmüş səs yazıları və fotoşəkillər, şəxsi axtarış zamanı aşkar olunmuş 1585 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1320 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 48,998 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış, CD-disk cinayət işində, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1584,8 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1319,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 48,798 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin Tovuz rayon polis şöbəsində saxlanılır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs X5 məhkumluğu barədə məlumat yoxdur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Məhkəmədə tədqiq edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Zəyəm qəsəbəsi üzrə icra nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, X16 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Zəyəm qəsəbəsi üzrə icra nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 3-16-17/41/2-1236/2025 saylı məktubundan görünür ki, X16 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində heç bir xəsarət olmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin 24 may 2024-cü il tarixli 3-13-114/2-10080/2024 saylı məktubundan görünür ki, X3 rayon X24 Saxlama Yerinə təhvil verilərkən üzərində heç bir xəsarət olmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-114/2-3617/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə Təqsirləndirilən şəxs2 06 yanvar 2023-cü il tarixdə saat 00:20-də tutulub Tovuz rayon X24 Saxlama Yerinə təhvil verilmiş və həmin tarixdə saat 01:04-də tibbi müayinədən keçirilmiş, üzərinə baxış| keçirilən zaman heç bir xəsarət aşkar edilməmişdir. Tovuz rayon Məhkəməsinin hakimi Fərid Əliyevin 08 yanvar 2023-cü il tarixli qərarı ilə Məhkəmə iclası zalında həbsdən azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Saladdin oğlunun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs X5 barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin 24 may 2024-cü il tarixli 3-13-114/2-19253/2024 saylı məktubundan və ona əlavə edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 16:30-da Şəmkir rayonu ərazisində saxlanılmış xx.xx.2024-cü il tarixdə saat 18:30-da Tovuz rayon X24 Saxlama Yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-114/2-20005/2024 saylı məktubundan və ona əlavə edilmiş protokoldan görünür ki, X16 xx.xx.2024-cü il tarixdə saat 16:30-da Şəmkir rayonu ərazisində saxlanılmış xx.xx.2024-cü il tarixdə saat 18:30-da Tovuz rayon X24 Saxlama Yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X16 və Təqsirləndirilən şəxs2 CM-nn 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən təqsirləndirilən şəxs X5 ifadəsində ibtidai istintaq zamanı Tovuz RPŞ-nin əməkdaşlar tərəfindən döyülmə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalmasını bildirməsi ilə əlaqədar Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış ilə polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri təsdiq olunmadığından xx.xx.2025-ci İl tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanılmasının rədd olunmasına dair qərar qəbul olunmuş və bununla əlaqədar E.Mustafaoğluna hüquqlar izah olunmaqla müvafiq məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və X5 CM-nin 234.4.1 və 234.4.3-cü maddqdələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən Təqsirləndirilən şəxs2 ifadəsində ibtidai istintaq zamanı Tovuz RPŞ-nin əməkdaşları tərəfindən döyülmə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalmasını bildirməsi barədə məhkəmənin məlumatı əsasında Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri təsdiq olunmadığından xx.xx.2025-ci İl tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanılmasının rədd olunmasına dair qərar qəbul olunmuş və bununla əlaqədar Təqsirləndirilən şəxs2 hüquqları izah olunmaqla müvafiq məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X5 barəsində olan cinayət işi üzrə Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 11/188-C-25 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə təqsirəlndirilən şəxs X5 ona elan olunmuş itthamlar üzrə özünü təqsirli bilməyərək, onun məqsədinin yalnız silahı götürmək olduğunu göstərməsi barədə və polis əməkdaşları tərəfindən pisxoloji təsirə məruz qalması ilə bağlı verdiyi ifadəsinə, həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 onu polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, şahid ifadələri, üzləşdirmə və digər istintaq hərəkəti protokolları, telefon danışıqları və sms-lər ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə, onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması,eləcədə X7 hər hansı psixi və fiziki təzyiqlə bağlı gösətrdikləri barədə ifadələri 14 mart 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən, məhkəmədə təqsirləndirlən şəxslərin verdikləri ifadələrinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəlri həmin hissədə sübut növü kimi qəbul etmir. Məhəkəmədə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etmələri, saxlamaları və daşımaları təqsirləndirilən şəxslərin müdafiəçilərinin iştirakı ilə istintaq zamanı verdikləri etirafedici ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, telefona baxış protokolu,sms-lər, keçirilmiş məhkəmə-bioloji, məhkəmə-kimyəvi, məhkəmə narkoloji və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, maddi sübutlar və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər X16 və Təqsirləndirilən şəxs2 Əli oğlunun əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Məhəkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü tarixli qərarının izahlarını nəzərə alır. Beli ki,«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhəkəmə kollegiyası hesab edir ki, təqirləndirlən şəxslər onlara veriləcək pul müqabilində verilən ittihamlar üzrə cinayət əməllərini törətmişlər. Yuxarıda qeyd olunan hüquqi əsaslara görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının külli miqdardan dəfələrlə artıq olması, qanunsuz olaraq əldə edib, pul qarşılığında daşıyb saxlaması, telefon danışıqları və sms bildirişlərinin olması və digər sübutlarla təsdiq olunduğundan onların qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Beləliklə yuxarıda qeyd olunanalara əsasən məhəkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər X16 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhəkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 və X5 qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Emin Mustafaoğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X7 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onların islah olunmasına təsirini nəzərə alır. X5 01 avqust 2011-ci il tarixdə və 01 fevral 2013-cü il tarixdə anadan olmuş iki azyaşlı uşağının olması Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs X5 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan şəxs kimi törətməsi Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs2 və Emin Mustafaoğlunun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə cəzası 10 (on) ildən artıq olmayan müddətə təyin edildiyindən,məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən cinayət hadisəsini torədən zaman onun yetkinlik yaşına çatmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 05 yanvar 2023-cü ildən 14 iyun 2024-cü il tarixdədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 yanvar 2023-cü ildən 08 yanvar 2023-cü il tarixdədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən X16 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 11 oktyabr 2024-cü il tarixdən, X16 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 23 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Tovuz rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1584,8 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1319,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 48,798 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Tovuz rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan CD-diskə köçürülmüş səs yazıları və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64 manat 80 qəpik (altmış dörd manat səksən qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirlən şəxslər X16 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: X16 Azərbaycan Respublikasnın Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 05 yanvar 2023-cü ildən 14 iyun 2024-cü il tarixdədək tutulduğu 01 (bir) il 05 (beş) ay 9 (doqquz) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) il 21 (iyimi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X16 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablansın. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 yanvar 2023-cü ildən 08 yanvar 2023-cü il tarixdədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Tovuz RPŞ-nin saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1584,8 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1319,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 48,798 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Tovuz RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut CD-diskə köçürülmüş səs yazıları və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 manat 80 qəpik (altmış dörd manat səksən qəpik) manat təqsirləndirlən şəxslər X16 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (X16 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-27/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-27/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver