Məhkəmə qərarları › İş №1(100)-270/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-270/2021

15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-270/2021 15.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X21 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X5 və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Şəmkir rayonu, M.Hüseynli kəndi, Bülbül küçəsi, ev 11-də qeydiyyatda olmaqla, müvəqqəti olaraq Daşkəsən şəhəri, Nizami küçəsi, ev 10-da kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində, sərxoş vəziyyətdə kirayədə yaşadığı Daşkəsən şəhəri, Nizami küçəsi 10 nömrəli mənzilin zirzəmisində olarkən, həmin yerə gecələmək məqsədilə gələn, lakin orada gecələməyinə icazə vermədiyi, əvvəllər Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 28-də qeydiyyatda olsa da, Daşkəsən rayon məhkəməsinin 04.09.2019-cu il tarixli qətnaməsi ilə həmin ünvandan daimi qeydiyyatdan çıxarılan, hazırda çoban işlədiyi Daşkəsən rayonu Əmirvar kəndində qeydiyyatsız yaşayan X10 ilə qeyd olunan səbəbdən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı, sonuncu ona söyüş söydüyü üçün onun sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gələrək, bu niyyətlə oradakı yemək masasının üzərində olan, tiyəsinin uzunluğu 90 mm, qara rəngli dəstəyi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı ilə bir dəfə zərbə endirməklə İqbal İsmayılova döş qəfəsi və qarın boşluğu daxilinə keçən, diafraqmanın və mədənin yarası kimi xəsarətlər yetirməklə, X1 qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X14 şəhər sakini Rizvanın əmisi kimi tanımış, münasibəti normal olmuş, eyni zamanda X19 deyə səsləmişdir. 13 mart 2021-ci il tarixdən Daşkəsən şəhəri, Nizami küçəsi ev 10da yaşayan Şahid1 məxsus evin zirzəmisində kirayədə qalmış, bunun müqabilində Röyala 40 manat kirayə haqqı ödəmişdir. Bir müddət əvvəl isə həmin yerdə İqbal kirayədə qalmışdır. Mənzil sahibi Röyal ilə aralarında olan şifahi razılığa əsasən qeyd olunan zirzəmidə qaldığı müddətdə başqa kimsənin həmin yerdə qalmayacağına dair Röyal ona söz vermişdir. 21 mart 2021-ci il tarixdə təxminən saat 20 radələrində Şahid1 məxsus yaşayış evinin zirzəmisində olan zaman İqbal həmin yerə gəlmiş və gecələməyə yerinin olmadığını deyib, onunla qalmaq istədiyini söyləmiş, o, İqbalın bayram günü çöldə qalmağını istəmədiyi üçün sonuncunun mənzildə gecələməsinə icazə vermişdir. Səhərisigün, yəni 22 mart 2021-ci il tarixdə saat 11 radələrində İqbal evdən çıxaraq araq almaq üçün marketə getdiyini demiş və zirzəmidən çıxmışdır. Həmin gün saat təxminən 15 radələrində İqbal sərxoş vəziyyətdə təkrar onun qaldığı yerə gəlmiş və həmin vaxtı İqbalın üst-başı palçıq içində olmuşdur. Bu zaman o, İqbala zirzəmidə qalmasına icazə verməmiş və sonuncudan həmin yeri tərk etməsini tələb etmişdir. Bundan sonra İqbal həmin yerdən getmişdir. Təxminən 2 saat sonra, yəni 22 mart 2021-ci il tarixdə, saat 17 radələrində İqbal təkrar onun qaldığı zirzəminin qarşısına gələrək qapını döymüş, o qapını açdıqda, İqbaldan nəyə görə həmin yerə gəldiyini soruşmuş, İqbal bir daha ona qalmağa yerinin olmadığını deyib, onunla birlikdə qalmaq istədiyini söyləmiş, lakin o yenə də İqbala həmin yerdə qalmağa icazə verməmişdir. Bir qədər sonra yəni 22 mart 2021-ci il tarixdə, saat 19 radələrində zirzəmidə olan zaman İqbal təkrar həmin yerə gəlmiş, o, İqbala sərxoş olduğunu bildirmiş, onu yormamasını xahiş etmiş, lakin İqbal sərxoş olduğu üçün onunla mübahisə edərək qalacaq yerinin olmadığını, məcbur onunla qalacağını demişdir. O, zirzəmidən çölə çıxaraq Röyalın anası Saranı çağıraraq İqbalın onu yorduğunu, mülk sahibi kimi İqbalın barəsində tədbir görməsini xahiş etmiş və İqbalı çöldə saxlayaraq qaldığı zirzəmiyə girib qapını kilidləmişdir. Təxminən 5 dəqiqə sonra İqbalın həmin yerdən getdiyini görmüş, özünə spirtli içki almaq üçün yaxınlıqda olan adsız marketə getmiş, oradan bir ədəd 0.250 qramlıq spirtli içki olan araq və 0.700 qramlıq şərab (çaxır) alaraq qaldığı zirzəmiyə qayıtmışdır. Həmin vaxtı saat təxminən 20:45 radələri olmuşdur. Şam edən zaman bir qədər əvvvəl marketdən aldığı 0.250 qramlıq spirtli içki olan arağı və 0.700 qramlıq şərabı (çaxırı) da içmiş, bir qədər keçdikdən sonra yəni saat təxminən 22:00 radələrində qaldığı zirzəminin qapısının açıldığını və İqbalın sərxoş vəziyyətdə, üst başı isə palçıqlı halda içəri daxil olduğunu görmüşdür. O, İqbaldan nəyə görə təkrar gəldiyini soruşduqda, İqbal bir daha ona qalmağa yerinin olmadığını, nə olursa-olsun onunla birlikdə zirzəmidə qalacağını demiş, o, İqbaldan getməsini, onunla qala bilməyəcəyini desə də, sonuncu onu anlamayaraq zirzəmidə qalacağını deyib, mübahisə etməyə başlamışdır. Bu zaman o, zirzəmidən çölə çıxaraq Röyalın anası Sara xanımı səsləmiş, Sara xanım çölə çıxdıqda isə sonuncudan Röyalın harada olduğunu soruşmuş, həmin vaxtı Sara ona Röyalın evdə olmadığını, birazdan gələcəyini demiş, bundan sonra o, zirzəmiyə daxil olaraq İqbaldan həmin yeri tərk etməsini tələb etmişdir. Lakin, İqbal həmin yeri tərk etməyəcəyini deyib, ona var-yox söyüşü söymüşdür. Bu zaman o daha əsəbini saxlaya bilməyib, İqbalın sağlamlığına qəsdən xəsarət yetirmək qərarına gəlmiş, bundan sonra zirzəminin sağ künc tərəfində yerləşən yemək masasının üzərində olan, dəstəyi qara rəngli, mətbəx bıçağını əlinə götürüb bir dəfə qəsdən İqbalın sol yan nahiyəsinə həmin bıçaqla zərbə endirmiş və bıçağın sonuncunun bədəninə girməsini hiss etmişdir. Bu zaman İqbal qışqıraraq geri atılmış və ondan nəyə görə bıçaqla xəsarət yetirdiyini soruşmuşdur. O, İqbala həmin yerdən çıxıb getmədiyi üçün və ona söydüyü üçün bıçaqla ona xəsarət yetirdiyini demişdir. Daha sonra İqbal yemək masasının yanında olan balaca stulun üzərində oturmuş, o isə zirzəminin sol küncündə olan çarpayının üzərində oturub İqbala baxmış və İqbaldan nəyə görə ona problem yaratdığını soruşmuşdur. Həmin vaxtı İqbal əli ilə sol yan nahiyəsini tutaraq ona qalmağa yerinin olmadığını, buna görə onunla birlikdə qalmaqdan əl çəkmədiyini söyləmişdir. Bir qədər sonra yəni təxminən saat 22:30 radələrində Röyal və onun arvadı Samirə zirzəmiyə gəlmişlər. Bu zaman o, Röyala iradını bildirərək İqbalın etdiyi hərəkətlər barədə danışmış, bundan sonra Röyal da İqbala öz narazılığını söyləyərək həmin yerdə məcbur qala bilməyəcəyini deyib İqbalı zirzəmidən çıxartmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, X10 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşamır. Çobançılıq etdiyi üçün hazırda Daşkəsən rayonu Əmirvar kəndində yaşayır. Özünə məxsus AZE 14569569 nömrəli şəxsiyyət vəsiqəsində adı İqbal kimi qeyd olunsa da, yaşadığı ərazidə onu tanıyanlar tərəfindən İlham kimi adlanır. Təqsirləndirilən şəxs oğunu Daşkəsən şəhər sakini kimi tanıyır, onunla bir-iki dəfə yoldaşlıq etmiş, münasibəti yaxşı olmuşdur. Belə ki, özü çobançılıqla məşğul olduğu üçün arabir Daşkəsən şəhərinə gələrək Daşkəsən şəhər sakini kimi tanıdığı Şahid1 məxsus yaşayış evinin zirzəmisində kirayədə qalmış, sonuncunun evində günlük kirayədə qaldığı üçün ona 2 manat bəzi hallarda isə 3 manat pul vermişdir. Sonuncu dəfə Röyala məxsus yaşayış evinin zirzəmisində 2021-ci ilin fevral ayının ortalarında qalmışdır. Təxminən 2-3 gün orada qaldıqdan sonra çobançılıq etmək üçün təkrarən Daşkəsən rayonu Əmirvar kəndinə getmiş, bir ay həmin kənddə çobançılıq etdikdən sonra yenidən, yəni 21 mart 2021-ci il tarixdə Daşkəsən şəhərinə qayıtmışdır. Həmin ərəfələrdə qalmağa yeri olmadığı üçün bir müddət əvvəl evində kirayədə qaldığı Şahid1 yanına getmiş, Röyal ilə söhbət edən zaman zirzəmini hazırda Daşkəsən şəhər sakini Təqsirləndirilən şəxs kirayəyə verdiyini, bu səbəbdən qalmaq üçün yerinin olmadığını demişdir. Röyalla söhbəti yekunlaşdıraraq Təqsirləndirilən şəxs yanına getmiş və ona qalmağa yerinin olmadığını deyərək birlikdə həmin zirzəmidə qalmağı təklif etmiş, Mübariz də ona heç bir etiraz etməyərək həmin zirzəmidə gecələməsinə icazə vermişdir. Səhərisigün, yəni 22 mart 2021-ci il tarixdə, saat 11 radələrində yuxudan oyanaraq gecələdiyi zirzəmidən çölə çıxmış və Daşkəsən şəhəri ərazisində gəzişməyə başlamış, təxminən saat 15 radələrində yatmaq üçün sərxoş vəziyyətdə Mübarizin kirayədə qaldığı yerə yollanmış, həmin vaxtı Mübariz zirzəmidə olmuşdur. O, qapını döyərək içəri girmək istəyən zaman Mübariz qapının qarşısına gəlib ona sərxoş olduğunu, həmin yerdə qalmağa icazə vermədiyini söyləmiş, bundan sonra o, Mübarizə heç bir etiraz etməyərək həmin yerdən uzaqlaşmış, bir qədər də Daşkəsən şəhər ərazisində gəzişərək ayıldıqdan sonra təxminən saat 17 radələrində təkrar Mübarizin qaldığı zirzəmiyə gedərək orada gecələmək istəmişdir. Təqsirləndirilən şəxs qapını açaraq ona nə istədiyini demiş, Mübarizə gecələməyə yerinin olmadığını, bu səbəbdən həmin yerə gələrək gecəni zirzəmidə qalmaq istədiyini söylədikdə Mübariz ona həmin yeri özünün kirayəyə götürdüyünü, bunun müqabilində Şahid1 40 manat pul verdiyini, bu səbəbdən də zirzəmidə tək qalmaq istədiyini deyib ona zirzəmidə qalmağa icazə verməmişdir. O, oradan uzaqlaşaraq Mübarizin sakitləşməsini gözləmiş, təxminən saat yarım Daşkəsən şəhəri ərazisində gəzişərək saat 19 radələrində təkrar Mübarizin yaşadığı zirzəminin qarşısına getmiş, qapını döyərək Mübarizi səsləmiş, Mübariz çölə çıxaraq ondan təkrar nəyə görə həmin yerə gəldiyini soruşduqda, o, Mübarizə yalvararaq qalmağa yerinin olmadığını və zirzəmidə qalmağa icazə verməsini istəmiş, lakin Mübariz onun üzərinə qışqıraraq həmin yerdən çıxıb getməsini tələb etmişdir. Daha sonra zirzəmidən çölə çıxıb bu barədə mülk sahibi Şahid1 anası Saraya məlumat vermiş, Sara isə pəncərədən çıxaraq ona Mübarizin haqlı olduğunu demiş, bundan sonra o həmin yeri tərk etmişdir. Həmin günü hava soyuq oluduğu üçün, eləcə də əynində payız paltarları olduğundan məcbur qalaraq Mübarizin qaldığı zirzəmiyə getməklə nə olursa-olsun orada qalmalı olduğunu düşünmüş, bu səbəbdən, təkrarən saat 21 radələrində Mübarizin yaşadığı zirzəminin qarşısına yollanmış, həmin vaxtı zirzəminin giriş qapısı açıq olmuşdur. O, qapını açaraq zirzəmiyə daxil olmuş, zirzəmiyə girən zaman Mübarizin şam etdiyini, qarşısında isə spirtli içki olan araq olduğunu və Mübarizin həmin arağı içdiyini görmüşdür. Mübariz əlindəki bardağı yerə qoyaraq ayağa durub onun üzərinə gəlmiş və ondan nəyə görə təkrar-təkrar həmin yerə gəldiyini soruşmuşdur. Mübarizə çöldə havanın soyuq olduğunu, qalmağa yerinin olmadığını, əynindəki paltarların isə payız paltarları olduğunu deyib, bir daha yalvararaq zirzəmidə qalmasına icazə verməsini xahiş etmişdir. Mübarizə nə qədər yalvarsa da sonuncu fikrindən daşınmamış və ona zirzəmidə qalmağa icazə verməmişdir. Bu zəmində aralarında mübahisə yaranmış və mübahisə zamanı Mübarizə müsəlman olduğunu, ona köməklik etsə savab işləyəcəyini söyləmiş, lakin, Mübariz onun sözlərinə məhəl qoymamışdır. Bu zaman Mübariz zirzəminin sağ künc tərəfində yerləşən yemək masasının üzərində olan, dəstəyi qara rəngli mətbəx bıçağını sağ əlinə götürərək bir dəfə qəsdən onun sol yan nahiyəsinə zərbə endirmiş, həmin vaxtı o, bıçağın sol yan nahiyəsindən daxilinə keçdiyini hiss etmiş və geri atılaraq qışqırmışdır. Daha sonra Mübarizə baxaraq nəyə görə onu bıçaqla vurduğunu soruşub, ağrıdan yemək masasının yanında olan balaca stula əyləşmiş, Mübariz ona həmin yerdən çıxıb getmədiyi üçün anladığı dillə izah etdiyini, yəni onu bıçaqladığını söyləmişdir. Daha sonra o, Mübarizin peşman olduğunu və ona kömək etmək istədiyini hiss etmiş, lakin, Mübariz ona qəsdən bıçaqla xəsarət yetirdiyi üçün köməklik etməyinə icazə verməmişdir. Eyni zamanda Mübarizin ona bıçaqla yetirdiyi xəsarətin ciddi olmadığını düşündüyü üçün bir müddət Mübarizin yanında qalmış, hərçənd ki, əli ilə xəsarət yerinə toxunduqda, həmin yerin qanadığını görmüşdür. Təxminən saat 22:30 radələrində çöldən səs gəldiyini eşitmiş, bir qədər sonra Şahid1 və onun arvadı Samirə zirzəminin qapısından içəri girmiş, Mübarizdən həmin yerdə nə baş veridiyini soruşmuşdur. Mübariz onunla aralarında baş verənləri Röyala danışmış, bundan sonra Röyal ona baxaraq etdiyi hərəkətin düz olmadığını, həmin zirzəmini Mübarizə kirayəyə verdiyini, bu səbəbdən onun orada qala bilməyəcəyini demişdir. Bir qədər sonra Röyal və sonuncunun arvadı ona köməklik edərək ayağa qaldırmış və onu yola salmışlar. Daşkəsən şəhəri ərazisində gəzdikdən sonra Mübarizin ona bıçaqla xəsarət yetirməsinə görə rayon polis şöbəsinə gedərək bu barədə məlumat vermiş, rayon polis şöbəsində Mübarizin etdiyi hərəkətlər barədə məlumat verdikdən sonra ona tibbi yardım göstərilmiş, həmin vaxtı Mübarizin yetirdiyi xəsarətin ciddi olduğunu, həmin bıçağın daxilə nüfuz etdiyini öyrənmiş və dərhal Gəncə şəhər 3 saylı şəhər xəstəxanasına aparılmışdır. Həmin yerə çatdıqda həkim ona xeyli qan itirdiyini deyib dərhal onu cərrahi əməliyyata götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, X14 şəhər sakini Rizvanın əmisi kimi tanımış, münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs da Daşkəsən şəhər sakini Xaləddinin qohumu kimi tanımış, onunla da münasibəti normal olmuşdur. X8 İlham deyə səsləmişdir. İqbal İsmayılov tüfeyli həyat tərzi sürən, spirtli içkilərə aludəçiliyi olan şəxsdir. Bir neçə dəfə ona məxsus evə gələrək qalmağa yerinin olmadığını dediyi üçün o yaşadığı evin zirzəmisində İqbala gecələməsi üçün icazə vermişdir. İqbal sonuncu dəfə qeyd olunan evin zirzəmisində 1 ay bundan əvvəl, yəni 2021-ci ilin fevral ayında bir neçə gün gecələmişdir. Hazırda isə yaşadığı evin zirzəmisində Daşkəsən şəhər sakini kimi tanıdığı Mübariz yaşayır. Onunla aralarında olan şifahi razılığa əsasən Mübariz 40 manat haqq ödəməklə zirzəmidə qalacaqdı. 22 mart 2021-ci il tarixdə, saat 12 radələrində Daşkəsən rayon sakinləri Gündüz, Arzu və arvadı Samirə ilə birlikdə “Narzan” adlanan əraziyə gedərək tullantı metal qırıntıları toplamaqla məşğul olmuş, həmin gün axşam 19 radələrinədək dəmir topladıqdan sonra adları çəkilən şəxslərlə birlikdə toplanmış metal qırıntılarını Daşkəsən şəhəri Mədənçilər qəsəbəsində əlvan metal alqı-satqısı ilə məşğul olan Elşənin yanına gətirərək satdıqdan sonra arvadı Samirə ilə birlikdə yaşadığı evə yollanmışlar. Həmin vaxtı saat təxminən 22:30 radələrində evə daxil olan zaman anası Şahid3 ona təxminən 15-20 dəqiqə bundan əvvəl evin zirzəmisində qalan Mübariz ilə Daşkəsən şəhər sakini İqbal İsmayılovun mübahisə etdiklərini, azyaşlı uşaqlara baxdığı üçün, o cümlədən qorxduğu üçün adları çəkilən şəxslərin yanına gedə bilmədiyini söyləyib, ondan adları çəkilən şəxslərin yanına getməsini istəmişdir. Bundan sonra o və arvadı Samirə evin zirzəmisinə düşərək Mübariz və İqbalın nəyə görə mübahisə etdiklərini öyrənmək istəmiş, zirzəmiyə daxil olduqda Mübariz ona İqballa mübahisə etdiyini, onun oradan çıxıb getməsini tələb etdiyini, lakin İqbal oradan çıxmadığı üçün aralarında mübahisə yarandığını, mübahisə zamanı İqbalı döydüyünü və bıçaqla ona xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra o, İqbala evin zirzəmisini Mübarizə kirayə verdiyini, buna görə də onun həmin yerdən getməli olduğunu bildirmiş, İqbal qalmağa yeri olmadığını, bir günlük zirzəmidə qalmasını xahiş etsə də, o, İqbala icazə verməmişdir. Bundan sonra o Samirə ilə birlikdə İqbala köməklik edərək sonuncunu əyləşdiyi yerdən ayağa qaldırıb zirzəmidən çölə çıxarmışdır. Həmin vaxtı İqbal İsmayılovun üzərində olan paltarlar palçıqlı və cırılmış vəziyyətdə olmuşdur. Bir qədər keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gələrək Mübarizin İqbala bıçaqla xəsarət yetirdiyini, hazırda isə İqbalın xəstəxanada olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində işin halları ilə bağlı Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 mart 2021-ci il tarixli 38 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, hadisə yerinə baxış keçirilməsi haqqında 23 mart 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Daşkəsən şəhəri, Nizami küçəsi 10 nömrəli mənzilin zirzəmisində yerləşir. Baxış zamanı cinayətin törədilməsində istifadə edilən bir ədəd tiyəsinin uzunluğu 90 mm, qara rəngli dəstəyi olan, kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı Təqsirləndirilən şəxs tərəfindən təqdim edildiyindən əhəmiyyət kəsb etdiyi üçün götürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 mart 2021-ci il tarixli “Şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 mart 2021-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı da eyni məzmunlu ifadə verərək, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, X10 ilə mübahisələrinin yarandığı yeri, eləcə də İqbal İsmayılova bıçaqla xəsarət yetirdiyi yeri göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 mart 2021-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 mart 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 31 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 aprel 2021-ci il tarixli Daşkəsən RİHB-nın Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatı tərəfindən verilmiş 795 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Daşkəsən şəhəri, Nizami küçəsi, ev 10-da qeydiyyatsız yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 aprel 2021-ci il tarixli Daşkəsən RİHB-nın Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatı tərəfindən verilmiş 794 saylı arayışdan görünür ki, Novruzov X4 şəhəri, Nizami küçəsi, ev 10-da qeydiyyatsız yaşayır, qızı X11 və oğlu X6 ibarət ailə üzvləri var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 aprel 2021-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd üzərində hərbi təsvirləri olan, qısaqol yay köynəyi götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin 26.03.2021-ci il tarixli, 49 nömrəli rəyindən görünür ki, X5 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində döş qəfəsi və qarın boşluğu daxilinə keçən, diafraqmanın və mədənin yarası kimi həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin törənmə müddəti 22 mart 2021-ci il tarixə uyğundur. X5 bədəni üzərində müəyyən edilmiş yuxarıda göstərilən xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla və ya buna oxşar digər kəsici-deşici alətlə, eləcə baş vermiş mübahisə zamanı əmələ gəlməsi mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2021-ci il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulmasına dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun tutulmasına, eyni zamanda barəsində axtarış elan edilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 iyun 2021-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat 01 iyun 2021-ci il tarixdə dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X22 Gəncə şəhər şöbəsinin məhkəmə-tibbi, bioloji ekspertizasının 17.05.2021-ci il tarixli, 14 saylı rəyindən görünür ki, X7 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) beta-dır. Ekspertizaya təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olunmuşdur, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan X9 məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması barəsində” protokoldan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs yeri müəyyən edilərək Daşkəsən RPŞ-nə gətirilərək İQ-na təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2021-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat 17 iyun 2021-ci il tarixdə təzələnmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2021-ci il tarixli “qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğundan 17 iyun 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2021-ci il tarixli 4(030)-06/2021 saylı Daşkəsən Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanılma müddətinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsi rayonlararası psixonevroloji dispanserinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 18 iyun 2021-ci il tarixli, 314/102 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini tam dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur, həmin vəziyyətin yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin məhkəmə-trasoloji ekspertizasının 24 iyun 2021-ci il tarixli, 16/595/596nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan X5 hadisə günü əynində olmuş qısaqol köynəyin üzərində aşkar edilən 01 ədəd “a” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, o cümlədən, təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10.04.2018-ci il tarixli döğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13 mart 2018-ci il təvəllüdlü X2 Mübariz Faxrəddin oğlunun oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.06.2021-ci il tarixli ərizədən görünür ki, iş üzrə zərəçəkmiş şəxs İqbal İsmayılov həmçinin 26.06.2021-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onunla barışdığını, Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.06.2021-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerindən götürülmüş, tiyəsinin uzunluğu 90 mm, qara rəngli dəstəyi olan, kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı və zərərçəkmiş şəxs X3 götürülmüş bir ədəd qısaqol köynək 25.06.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,zərərçəkmiş şəxs X18 Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı 28.10.2021-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxsla barışıblar, Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 mart 2021-ci il tarixli “Şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 mart 2021-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 mart 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması barəsində” protokoldan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs yeri müəyyən edilərək Daşkəsən RPŞ-nə gətirilərək İQ-na təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2021-ci il tarixli “qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğundan 17 iyun 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2021-ci il tarixli 4(030)-06/2021 saylı Daşkəsən Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanılma müddətinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23.03.2021-ci il tarixdən 24.03.2021-ci il tarixədək bu iş üzrə cəmi 1 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 63 manat dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut -hadisə yerindən götürülmüş, tiyəsinin uzunluğu 90 mm, qara rəngli dəstəyi olan, kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı və zərərçəkmiş şəxs X3 götürülmüş bir ədəd qısaqol köynək 25.06.2021-ci il tarixli qərarla maddi sübutlar kimi tanınmış və saxlanılması üçün Daşkəsən rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən Daşkəsən RPŞ-də məsul saxlanc yerində saxlanılan hadisə yerindən götürülmüş, tiyəsinin uzunluğu 90 mm, qara rəngli dəstəyi olan, kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı məhv edilməli, zərərçəkmiş şəxs X3 götürülmüş bir ədəd qısaqol köynək qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23.03.2021-ci il tarixdən 24.03.2021-ci il tarixədək bu iş üzrə cəmi 1 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 2 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı 17 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 63 manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən Daşkəsən RPŞ-də məsul saxlanc yerində saxlanılan hadisə yerindən götürülmüş, tiyəsinin uzunluğu 90 mm, qara rəngli dəstəyi olan, kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı məhv edilsin, zərərçəkmiş şəxs X3 götürülmüş bir ədəd qısaqol köynək qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar