Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-270/2023 18.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1982-ci il tarixdə Qax rayonu Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə təqsirli bilib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmiş, Qax şəhəri, S.Qocayev küçəsi, ev 18də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 2235 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və ümumi təmiz çəkisi 540 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərindəki sellofan paketdə saxlamış, 16 noyabr 2022-ci il tarixdə saat 22:45 dəqiqədə Bərdə rayon polis şöbəsinin NMQ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu Türkmən kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əlində olan sellofan paketdə satış məqsədi ilə saxladığı 02 (iki) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalardakı digər şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1060 qram və 1175 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 2235 qram olan kustar üsula hazırlanmış narkotik vasitə heroin və 02 (iki) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalardakı digər polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 255 qram və 285 qram olmaqla, ümumi təmiz çəkisi 540 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, təxminən 8 aydır narkotik maddə olan heroindən və iran nəşəsindən istifadə etmişdir. Şahid4 adlı şəxsi tanımış və sonuncu ilə qonşu olmuşdur. xx.xx.2022-ci il tarixdə əsgər yoldaşı ilə danışmaq adı ilə Levaniyə məxsus “Redmi” markalı telefonu götürüb WhatsApp mobil tətbiqi vasitəsi ilə sosial şəbəkədə tanış olduğu tanımadığı iran vətəndaşı Baba adlı şəxslə danışmışdır. Həmin şəxslə o, əvvəllər də bir neçə dəfə danışmış, sonuncudan bir neçə dəfə narkotik vasitə almış və qarşılığında iranlının kartına pul köçürmüşdür. Sonuncu ilə danışdıqdan sonra xx.xx.2022-ci il tarixdə Levani ilə birlikdə Bakı şəhərində avtovağzaldan tanımadığı taksi ilə Bərdə rayonuna getmişdir. Yolda olarkən yenə də Levaninin telefonunu götürüb iran vətəndaşı ilə WhatsApp mobil tətbiqində danışmış və sonuncu narkotikin olduğu yerin şəklini göndərəcəyini demişdir. Saat 21 radələrində onlar Bərdəyə çatmışlar. Həmin ərəfədə iranlı Levaninin “Redmi” markalı mobil telefonundakı WhatsApp mobil tətbiqinə narkotik maddələri qoyduğu yerin şəklini atmışdır. O da qeyd edilən narkotiki götürmək üçün Bərdə rayonu, Türkmən kəndinə getmişdir. İranlının göndərdiyi şəklə əsasən narkotik vasitələr Türkmən kəndində körpünün yaxınlığında olan sahəlik əraziyə əvvəlcədən qoyulmuşdur. O, qeyd edilən yerə gedib içərisində narkotik vasitə olan selofanı götürüb uzaqlaşmaq istəyərkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz narkotik maddə saxlamağında şübhəli olduğu üçün rayon polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə getmişdir. Polis şöbəsində olan zaman şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əlində olan selofan paketin içərisindəki 4 bükümdə narkotik vasitəni masanın üzərinə qoymuşdur. Bükümlərə baxılan zaman 2 ədədində heroin, 2 ədədində isə qurudulmuş marixuana olduğu aşkar olunmuşdur. Daha sonra qeyd edilən narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə günü Bakı şəhəri Sulutəpə qəsəbəsindən Levani ilə birlikdə yola çıxsa da, sonuncunun narkotiklə bağlı məsələyə hər hansı aidiyyəti olmamışdır. O, iran vətəndaşından əvvəllər də bir neçə dəfə narkotik vasitə almış, iranlının kartına hər dəfə aldığı narkotik vasitəyə görə 600-700 manat pul göndərmiş, hər dəfə pul göndərəndə iranlını aldatmış, yəni pulu çox göndərməli olduğu halda az göndərmiş, hadisə günü də ondan aşkar edilən narkotik vasitələrə görə iranlıya 600-700 manat pul göndərməli olmuş və aldığı narkotikə görə hər dəfə iranlını aldadıb pulu az göndərdiyi üçün bu dəfə də iranlını aldatmaq istəmiş, lakin tutulduğu üçün pulu göndərə bilməmişdir. Polis şöbəsində axtarış zamanı üzərində 2 kilo 235 qram heroin və 540 qram marixuana aşkar edilmiş, həmin narkotik vasitələr ona məxsus olmuş və iranlı dediyi adamlara verməli idi, qarşılığında isə iranlı ona qazanc kimi müəyyən qədər pul və öz istifadəsi üçün müəyyən qədər narkotik vasitə verməli idi. Polis əməkdaşları onu saxlayan zaman özlərini təqdim etmiş, ona qarşı hər hansı fiziki zorakılıq hallarına yol verilməmiş, psixoloji təzyiqlərə məruz qalmamış, axtarış zamanı müdafiəçisi yanında olmuş, hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarından şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2016-ci ildən DİO-da xidmət etmiş, sonuncu vəzifəyə isə 2022-ci ildə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə xx.xx.1982-ci il təvəllüdlü, Qax şəhəri, S.Qocayev küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması, mütəmadi şəkildə üzərində narkotik maddə gəzdirməsi barədə məlumatlar daxil olduğu üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməsindən ötrü tərəfindən qərar qəbul olunmuş və həmin qərar rayon polis şöbəsinin rəhbəri tərəfindən təsdiq olunmuşdur. Daha sonra 16 noyabr 2022-ci il tarixdə saat 22:30 radələrində adı çəkilən şəxs Bərdə rayonu, Türkmən kəndində saxlanılmış və üzərində şəxsi axtarış və götürmə aparılması üçün həmin gün saat 22:45 radələrində rayon polis şöbəsinin inzibati binasına dəvət edilərək gətirilmişdir. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X11 tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bərdə rayon Vəkil Bürosunun vəkili X9 dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisi X3, Bərdə RPŞ-nin X2 baş inspektoru, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs da heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu halda, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan selofan torbanı yaxınlaşaraq masanın üzərinə qoymuş və içərisində heroin və qurudulmuş marixuna olmasını bildirilmişdir. Selofan paketin içərisi açılmış və içərisində 4 ədəd qara rəngli selofan büküm aşkar olmuşdur. Həmin bükümlər açıldıqda 2 ədədində heroinə və 2 ədədində isə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs daha sonra əynində olan gödəkçənin sol cibindən 1 ədəd “Redmi” markalı və 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefonları masanın üzərinə qoyaraq “Nokia” markalı mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrə olduğunu, “Redmi” markalı mobil telefonun isə Levani adlı tanışına məxsus olduğu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd bükülü kütlələr elektron tərəzidə çəkilmiş və marixuanaya bənzər kütlələrin ilkin çəkiləri 0,295 qram və 0,335 qram, heroinə bənzər kütlələr isə 1,220 qram və 1,120 qram olması müəyyən olunmuşdur. Narkotik maddəyə bənzər kütlələr sellofan torbaya qoyularaq təhqiqatçı Yusif Əliyev tərəfindən qablaşdırılmış, iştirakçılar, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Ayna Nəsirli tərəfindən imzalanmış və DİN-nin 94 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet, ümumivətəndaş pasportu və 1 ədəd üzərində “Bank Respublika” sözləri yazılmış plastik bank kartı, digər cibindən isə 2 ədəd siqaret olan “Rothmans” markalı siqaret qutusu aşkar edilmişdir. Qeyd edilənlərdən başqa sonuncunun üzərində digər hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet və ümumivətəndaş pasportu iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Axtarış zamanı təqdim etdiyi narkotik vasitələri haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin narkotik maddəyə bənzər kütlələri xx.xx.2022-ci il tarixdə tanışı Levani adlı şəxsin təklifi ilə Bərdə rayonundan götürdüyünü və Levani adlı şəxsə çatdıracağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və proses iştirakçılarına şəxsi axtarış keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olub-olmaması soruşulmuş, lakin proses iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil ediməməmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilməmiş, hər hansı bir polis əməkdaşı sonuncunu döyməmiş və xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin X2 baş inspektoru, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Rəhimli X7 İdris Yusif oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədiqi edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıdan tanmışdır. O, Bakı şəhərində Sulutəpə qəsəbəsində günlük kirayəyə verilən evdə yaşamışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə Sulutəpə qəsəbəsində təsadüfən qarşılaşmış və sonuncu kirayədə yaşadığı evin pulunu ödəyə bilmədiyi üçün ev sahibinin onu evdən çıxartdığını demişdir. O da İsmayıla onunla birlikdə qalmağı təklif etmişdir. Təqsirləndirilən şəxs onunla yaşadığı müddətdə dəfələrlə ona məxsus “Redmi 10” markalı mobil telefonu istəmişdir. O, İsmayıldan mobil telefonu nə səbəbə istədiyini soruşanda sonuncu ona türmədən tanıdığı bir nəfər şəxs ilə WhatsApp mobil tətbiqi vasitəsilə danışdığını demişdir. 15 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona Bərdə şəhərinə qonaq getməyi və həmin şəhərdə bir nəfər tanışı ilə görüşdükdən sonra qayıtmağı təklif etmişdir. Bekarçılıq olduğu üçün, həm də havasını dəyişmək istədiyi üçün o, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. 16 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhər avtovağzalından tanımadığı avtomobil ilə Bərdə şəhərinə getmişlər. Yol boyu onun mobil telefonu Təqsirləndirilən şəxs olmuşdur. Qonaq evinə əliboş getməmək üçün Bərdə rayonuna çatanda adını bilmədiyi marketlərin birinə daxil olub şirniyyat almışdır. Bərdə rayonuna çatanda İsmayıl tanışının ona konum atdığını və ona nəsə verəcəyini demişdir. Onlar Bərdə şəhər avtovağzalında avtomobildən düşüb başqa bir taksi ilə İsmayıla WhatsApp vasitəsilə göndərilən konumda göstərilən ünvana yollanmışlar. Asfalt yol ilə bir müddət hərəkət etdikdən sonra taksi sürücüsü kənd yoluna çevrilmiş, su kanalın üzərində olan körpüyə çatanda İsmayıl avtomobili orada saxlamağı bildirmiş, taksi avtomobili saxladıqdan sonra İsmayıl ona “gözlə gəlirəm” demişdir. O, avtomobildən düşüb siqaret çəkməyə başlamış və sürücüdən kanalın adını soruşmuş, sürücü ona kanalın adının “Yuxarı Qarabağ” kanalı olduğunu demişdir. Təxminən 1 saat gözləsə də İsmayıl gəlib çıxmamışdır. O, uca səslə İsmayılı səsləmiş, daha sonra isə taksiyə əyləşib körpünü keçərək İsmayılı axtarmağa başlamışdır. Lakin İsmayıldan xəbər ala bilmədiyi üçün məcbur qalıb həmin taksi ilə Bərdə şəhər avtovağzalına, oradan da əvvəllər tanımadığı taksi ilə Bakı şəhərinə getmişdir. Səhəri gün televizorda xəbərlərə baxarkən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərindəki sellofan paketdə saxladığı üçün 16 noyabr 2022-ci il tarixdə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən tutulmasını eşitmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, İsmayıl Bakı şəhərində onun yanında qalarkən ondan dəfələrlə mobil telefonunu türmə yoldaşı ilə danışmaq adı ilə götürmüş, tutulan günü o İsmayıl ilə birlkdə Bərdə rayonuna qonaq adı ilə getmiş, daha sonra İsmayıl onun mobil telefonununu götürərək aradan çıxdığı üçün o, Bakı şəhərinə qayıtmışdır. O, İran vətəndaşı ilə danışmamışam, ümumiyyətlə narkotik vasitə və ya psixotop maddə istifadəçisi olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1297 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, 2 (iki) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalardakı digər şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1060 qram və 1175 qram, ümumi təmiz çəkisi 2235 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalardakı digər polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri 255 qram və 285 qram, ümumi təmiz çəkisi 540 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd polietilen torbada olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 2235 qr, tədqiqata sərf edildi 0,2 qr, qalıq - 2234,8 qram. Marixuananın ümumi təmiz çəkisi 540 qr, tədqiqata sərf edildi 0,2 qr, qalıq - 539,8 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 121 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22.30-da Bərdə rayonu, Türkmən kəndi ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və həmin gün saat 23.20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş informasiya daşıyıcısı olan diskdəki videogörüntüdən görünür ki, müdafiəçisi X3 iştirakı ilə şəxsi axtarış aparılan zaman daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əlində olan selofan paketi masanın üzərinə qoyub bildirdi ki, həmin selofan paketin içərisində heroin və qurudulmuş marixuana vardır. Bundan sonra selofan paketin içərisindən 04 ədəd selofan bükümdə olan narkotik maddəyə bənzər kütlələr aşkar edildi. Həmin kütlələrə baxış keçirildi və 2 ədəd bükülünün içərisində heroinə bənzər kütlə, digər 2 ədəd bükülünün içərisində isə qurudulmuş marixuana olduğu müəyyən edildi. Həmin kütlələr elektron tərəzidə çəkildi və ilkin çəkiləri 295 qram və 335 qram qurudulmuş marixuanaya bənzər kütlələr, 1220 qram və 1120 qram heroinə bənzər kütlələr olduğu müəyyən edildi. Daha sonra aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr 2 ədəd selofana qoyularaq qablaşdırılıb iştirakçılar, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalandı və DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edildi. Şifahi sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik maddəyə bənzər kütlələri tanımadığı iran vətəndaşının qoyduğunu, iranlı ilə Levaninin danışdığını və sonuncunun telefonuna konum gəldiyini, narkotikin yerini ona Levaninin dediyini, Bərdə rayonu Türkmən kəndinə gedib narkotiki özünün götürdüyünü, götürdükdən sonra narkotiki iranlının dediyini yerə qoymalı olduqlarını, axtarış zamanı üzərindən çıxmış sadə telefonun özünə məxsus olduğunu və içərisində ***-***-**-** mobil nömrə quraşdırıldığını, “Redmi” markalı telefonun isə Levaniya məxsus olduğunu, 8 aydır kakosdan və nəşədən istifadə etdiyi üçün Levaninin ona götürdükləri narkotikdən istifadəsi üçün verəcəyini söz verdiyini, Levaninin ona əlavə olaraq hörmət edəcəyini və pul da verəcəyini söz verdiyini, üzərində aşkar olunan narkotik vasitələrin özünə məxsus olduğunu və Türkmən kəndindən özünün götürdüyünü, tutularkən və axtarış aparılan zaman fiziki zorakılığa və psixoloji təzyiqlərə məruz qalmadığını, polis əməkdaşlarından şikayət və tələbinin olmadığını demişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Xiaomi Redmi 10” modelli telefonda quraşdırılmış WhatsApp mobil tətbiqindəki yazışma platformasında “Hasan Baba” adı ilə yaddaşa yazılmış +**********46 mobil nömrəsi ilə qeydiyyatdan keçmiş profildən xx.xx.2022-ci il tarixdə saat 03:14 dəqiqədə “salam” yazılmış, həmin dəqiqədə “salam”-deyə cavab yazılmışdır. Həmin nömrədən xx.xx.2022-ci il tarixdə saat 21:54-21:55 intervalında 3 ədəd fotoşəkillər göndərilmiş və fotoşəkillərin içərisində narkotik vasitələrin yerləşdiyi məkan aydın şəkildə gərsənmişdir. Daha sonra həmin tarixdə saat 22:08 dəqiqə “20 metr içəridə zenbilin altında”, 22:11 dəqiqədə isə “520 qram otdu 1 kiloy 740 qram torpax” sözləri yazılmış, həmçinin səsyazma formasında “520 qram otdu, 1 kilo 740 qram kakosdu”-göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs istintaqa əvvəl verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməklə xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində WhatsApp vasitəsilə atılmış konum və şəkil əsasında içərisində narkotik vasitə heroin və marixuana olan sellofan bükülünü götürdüyü yeri - Bərdə rayonu Türkmən kəndi ərazisində ağac və kolluq olan sahəni ətraflı göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zaman Şahid4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Şahid4 düzgün ifadə verdiyini, sonuncunun narkotik vasitələrdən xəbərinin olmadığını, iran vətəndaşı ilə Levaninin telefonundakı WhatsApp mobil tətbiqində özünün danışdığını, özünün gedərək narkotik vasitələri Bərdə rayonu Türkmən kəndindən götürdüyünü, Levaniyə əsgər yoldaşı ilə görüşmək üçün Bərdə rayonuna getməyi təklif etdiyini və adını çəkdiyi halda cəzasının yüngül olacağını fikirləşib Levanin adını çəkdiyini demişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2235 qram, lakin tədqiqatdan sonra qalıq qalmış 2234,8 qram olan heroin, ümumi təmiz çəkisi 540 qram, lakin təqdiqatdan sonra qalıq qalmış 539,8 qram olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 2234,8 qram olan narkotik vasitə - heroin və tədqiqatdan sonra qalıq qalmış 539,8 qram olan qurudulmuş marixuana Bərdə rayon polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22.30 radələrində Bərdə rayonu ərazisində külli miqdarda narkotik vasitələrin əldə edilməsində, saxlamasında və satışından şübhəli bilinən X1 rayonu, Türkmən kəndi ərazisində saxlanılaraq həmin gün saat 22.45-də Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, satışı və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş və Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiq olunmuş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, satışı və üzərində saxlaması barədə daxil olmuş məlumat əsasında sonuncunun əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün üzərində şəxsi axtarış keçirilməsindən ötrü Şahid1 rəhbərliyi ilə Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X4, Bərdə RPŞ-nin X2 baş inspektoru, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid3 ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əməliyyat-axtarış tədbiri haqqında qərarın qanuniliyinin yoxlanılması barədə” Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, satışı və üzərində saxlaması barədə daxil olmuş məlumat əsasında sonuncunun əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün üzərində şəxsi axtarış keçirilməsi ilə əlaqədar Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş və Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiq olunmuş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və marixuananı aldığı tanımadığı İran Respublikası vətəndaşının şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamış, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamış, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmuş, lakin onun narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Həmidov X5 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qax RİH başçısının Qax şəhər İƏDÜN-i tərəfindən verilmiş 2066 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və 66 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax şəhəri, S. Qocayev küçəsi, ev 18-də yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 2235 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və ümumi təmiz çəkisi 540 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərindəki sellofan paketdə saxlaması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Hazırkı iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində saxladığı narkotik vasitələri ayrı-ayrı şəxslərə verməli olmuş və qeyd edilən xidmətin qarşılığında şəxsiyyəti istintaqa məlum olmayan iran vətəndaşı ona qazanc kimi müəyyən qədər pul və öz istifadəsi üçün müəyyən qədər narkotik vasitə verməli idi. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs mənfəət əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Hazırkı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1297 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd bükümlərdə olan heroinin ümumi təmiz çəkisi 2235 qramdır, 2 (iki) ədəd bükümlərdə olan qurudulmuş marixuananın da ümumi təmiz çəkisi 540 qramdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, şəxsi istehlak miqdarından artıq miqdar 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Həmin siyahında qurudulmuş marixuananın istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar eidlmiş hər iki növ narkotik vasitələrin ümumi təmiz çəkisi külli miqdar təşkil edir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hazırkı cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilmiş və “əməliyyat-axtarış tədbiri haqqında qərarın qanuniliyinin yoxlanılması barədə” Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanunauyğun hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Həmidov X5 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən CM-nin 127.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlərin təsnifatına aiddir. CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə cəzanın sonu ilə azadlıqdan məhrum etmə cəzasından azad olunmuş və onun məhkumluğu ödənilmişdir. CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, həmçinin 18.4.3-ci maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs bu günədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 16 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na saxlanca verilmiş tədqiqatdan sonra qalıq qalmış 2234,8 qram olan narkotik vasitə - heroin və təqdiqatdan sonra qalıq qalmış 539,8 qram olan qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 121 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 noyabr 2022-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na saxlanca verilmiş tədqiqatdan sonra qalıq qalmış 2234,8 qram olan narkotik vasitə - heroin və tədqiqatdan sonra qalıq qalmış 539,8 qram olan qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-270/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-270/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver