Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-271/2022 05.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 40, mənzil 37-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 1745 qram, 1.60 qram, 1.63 qram, 1.06 qram, 1.07 qram qram, ümumi təmiz çəkisi 1750.36 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 08 fevral 2022-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Milli market”in yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə gətirilmiş, həmin bölmədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan bel çantasının içərisindən 1 ədəd sellofan torbada və 4 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1745 qram, 1.60 qram, 1.63 qram, 1.06 qram, 1.07 qram qram, ümumi təmiz çəkisi 1750.36 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. Tez-tez spirtli içki olan araq içir, lakin heç vaxt narkotik vasitə qəbul etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Təbriz küçəsi, Milli Marketin yaxınlığında üzdən tanıdığı lakin adın bilmədiyi bir nəfərlə rastlaşmış və söhbət etmişlər. Həmin vaxt sərxoş olmuşdur. Söhbət zamanı həmin şəxs ona bel çantası verərək onu yolun digər tərəfinə keçirib gözləməsini və həmin çantanın ondadan gəlib götürəçəklərini demiş, sonra isə buna görə ona 500 manat verəcəyini bildirmişdir. Həmin vaxt sərxoş olduğundan həmin şəxsin dedikləri ilə razı olmuş və çantanı götürmüşdür. Çantanın içərisində nə olmasını dəqiq bilməsə də narkotik vasitə olmasından şübhələnmişdir. Marketin yaxınlığına çatdıqda mülki geyimli şəxslər ona yaxınlaşaraq narkotik vasitəni üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları birlikdə Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə gedəcəklərini bildirmişlər. O, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları onu Nizami Rayon Polis Bölməsinin inzibati binasınına aparmışlar. Sonra müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan bel çantasını stolun üzərinə qoymuş, həmin çantanın içərisindən narkotik vasitə marixuana aşkar edilmiş, həmin marixuana çantadan çıxarılaraq sellofan torbada elektron tərəzidə çəkilmiş, çəkildən sonra marixuana qablaşdırılmış, o və digər iştirakçılar həmin qablaşdırmanın üzərini imzalamışlar. Həmin vaxt bilmişdir ki, çantanın içərisində narkotik vasitə vardır. Sərxoş olduğundan və içərisində narkotik vasitə olan çəantanı ona verən şəxsin adını bilmədiyi üçün bu barədə polis əməldaşlarna və müdafiəçisinə heç bir söz deməmiş, yalandan həmin narkotik vasitənin özünü məxsus olması və çayın kənarından yığdığını və özü qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Həqiqəti deyəcəyi halda ona heç kimin inanmayacığını fikrləşdiyi üçün deməmişdir. Həmin vaxt ona heç bir fiziki və psixi təsir göstərilməmişdir. Sonra belə fikirləşmişdir ki, həmin şəxs polis əməkdaşlarına bu barədə məlumat vermiş ona görə onu saxlamışlar. Sərxoş olduğu üçün həmin şəxsin təklifi ilə razı olmuşdur. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİO-da işləyir. xx.xx.2022-cı il tarixdə Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 40, mənzil 37-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Əttarlar küçəsi, 2-ci döngə, ev 17-də yaşayan Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Milli Marketin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami RPB-yə dəvət edilmiş, Təqsirləndirilən şəxs onlarla razılaşaraq bölməyə gəlmiş, Gəncə şəhər Nizami RPB-də şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarışa başlanılmış, şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif olunmuş, sonra Təqsirləndirilən şəxs üzərində olan xaki rəngli bel çantasını otaqda olan masanın üzərinə qoyaraq sepini açıb içərisində nəşə olduğunu demişdir. Çantanın içərisinə baxdıqda oradan 4 ədəd kibrit qutusu və 1 ədəd sellofan torba aşkar edilmiş, aşkar edilmiş sellofan torbanın və 4 ədəd kibrit qutulurının içərisinə baxış zamanı oradan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, özü istifadə etmək məqsədilə Azos tərəfdən yığıb çayın kənarında gizlətdiyini, sonra oradan götürüb başqa yerdə gizlətmək istəyərkən Milli Marketin yanında tutulduğunu, satmaq məqsədinin olmadığını, spirtli içki olan araq tapmayanda narkotik vasitə marixuanadan istifadə etdiyini demiş, bundan sonra müdafiəçi həmin narkotik vasitənin kimə məxsus olmasını, hər hansı bir hədə-qroxuya, təzyiqə məruz qalıb-qalmadığını soruşaraq, əgər belə bir hal varsa çəkilişdə hər şeyi danışmasını demişdir. Təqsirləndirilən şəxs isə həmin narkotik vasitənin özünə məxsus olduğunu, hər hansı bir hədə-qroxuya, təzyiqə məruz qalmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilisə də, digər hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonra 4 ədəd kibrit qutusu sellofan torbanın içərisinə qoyularaq tərəzidə çəkilmiş və içərisində narkotik vasitə marixuana olan sellofan torba kibrit qutuları ilə birlikdə çəkisinin 1790 qram olması müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba və kibrit qutuları bir ədəd paketdə qablaşdırılıb möhürlənmiş və doğruluğunu imzalarımızla təsdiq etmişlər. Sonra müdafiəçi bir daha həmin narkotik vasitənin kimə məxsus olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə həmin narktotik vasitənin özünə məxsus olmasını demişdir. Təhqiqatçı isə Təqsirləndirilən şəxs fiziki, pisixi təsirə, zorakılığa məruz qalıbqalmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə hər hansı bir fiziki, pisixi təsirə, zorakılığa məruz qalmadığını demişdir. Bununla da, şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşmışdır. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Ramilə qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da, hər hansı bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunanadək onun üzərinə şəxsi axtarış keçirilməmişdir. Həmin istintaq hərəkəti müdafiəçi gəldikdən sonra keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dedikləri yəni, həmin narkotik vasitəni tanımadığı şəxsin ona verməsi barədə məlumatları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin çox vaxt üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs çiyninə keçirdiyi xaki rəngli bel çantasının içərisindən ağ rəngli sellofanın içərisində olmaqla açıq şəkildə və 4 ədəd kibrit qutusunun içərisində olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər tünd yaşıl rəngli xüsusi spesifik qoxuya malik kütlə aşkar edildi.aşkar edilmiş kütlə içərisindəki ağ sellefan torba ilə və 4 ədəd kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkildi və ümumi çəkisi 1,790 kq gəldi.Həmin kütlə qablaşdırılaraq möhürləndi. «Axtarış aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşamış olduğu ünvan 4 ünvanında iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək narkotik vasitələrin və ya qanunla qadağan olunmuş digər bir əşyaların olmasına güman etməyə kifayət qədər əsaslar olduğundan həmin mənzilin sahibi qardaşı X2 icazəsi ilə ünvan 4 ünvanında axtarış aparılmış, lakin həmin ünvandan iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli 201/2022 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami RPB-nin TB-nin təhqiqatçısı X14 şəhər Nizami RPB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər Nizami RPB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılır. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan xaki rəngli bel çantasını otaqda olan masanın üzərinə qoyaraq sepini açıb içərisində nəşə olduğunu deyir. Çantanın içərisinə baxdıqda oradan 4 ədəd kibrit qutusu və 1 ədəd sellofan torba aşkar edilir. Aşkar edilmiş sellofan torbanın və 4 ədəd kibrit qutulurının içərisinə baxış zamanı oradan narkotik vasitə qurudulmuş marixuana aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, özü istifadə etmək məqsədilə Azos tərəfdən yığıb çayın kənarında gizlətdiyini, daha sonra oradan götürüb başqa yerdə gizlətmək istəyərkən Milli Marketin yanında tutulduğunu, satmaq məqsədinin olmadığını, spirtli içki olan araq tapmayanda narkotik vasitə marixuanadan istifadə etdiyini deyir. Bundan sonra müdafiəçi Vüsal Alpaşayev həmin narkotik vasitənin kimə məxsus olmasını, hər hansı bir hədəqroxuya, təzyiqə məruz qalıb-qalmadığını soruşaraq, əgər belə bir hal varsa çəkilişdə hər şeyi danışmasını deyir. Təqsirləndirilən şəxs isə həmin narkotik vasitənin özünə məxsus olduğunu, hər hansı bir hədə-qroxuya, təzyiqə məruz qalmadığını deyir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilisə də, digər hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilmir. Sonra 4 ədəd kibrit qutusu sellofan torbanın içərisinə qoyularaq tərəzidə çəkilir və içərisində narkotik vasitə marixuana olan sellofan torba kibrit qutuları ilə birlikdə çəkisinin 1790 qram olması müəyyən edilir. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba və kibrit qutuları bir ədəd paketdə qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Sonra müdafiəçi Vüsal Alpaşayev bir daha həmin narkotik vasitənin kimə məxsus olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs isə həmin narktotik vasitənin özünə məxsus olmasını deyir. X6 isə Təqsirləndirilən şəxs fiziki, pisixi təsirə, zorakılığa məruz qalıb-qalmamasını soruşur, Təqsirləndirilən şəxs isə hər hansı bir fiziki, pisixi təsirə, zorakılığa məruz qalmadığını deyir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/168 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1790 qram narkotik vasitə marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan poietilen torbadakı digər 1 (bir) ədəd sellofan torbada və həmin torbanın içərisində olan 4 (dörd) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1745 qram, 1.60 qram, 1.63 qram, 1.06 qram, 1.07 qram qram, ümumi təmiz çəkisi 1750.36 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananıdır.Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 1745 qram, 1.60 qram, 1.63 qram, 1.06 qram, 1.07 qram qram, ümumi təmiz çəkisi 1750.36 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi, Təqsirləndirilən şəxs hansı mobil nömrəni istifadə etməsi müəyyən edilməmişdir. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 113/36 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən adi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir), özündən uydurmağa meyilli deyildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 455 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannbinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 fevral 2022-ci ildən hesablanmışdır. AZE 12653561 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2014-cü ild tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1744,95 qram, 1,55 qram, 1,58 qram, 1,01 qram, 1,02 qram, ümumi qalıq çəkisi 1750,11 qram olan narkotik vasitə qurudulmuş marixuana, Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də iki ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilsədə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. Tez-tez spirtli içki olan araq içir, bundan əlavə isə nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana çəkir. O, 2021-ci ilin yay ayında Gəncə çayının yaxınlığında “Azos” kimi tanınan yerdə yabanı halda narkotik vasitə marixuana kolunu görmüş, təxminən 2 ay əvvəl o, oraya gedərək həmin narkotik vasitəni yığmaq və özü istifadə etmək üçün saxlamaq qərarına gəlmişdir. Bundan sonra həmin yerə getmiş və ətarfda heç kəsin olmadığını, onu heç kəsin görmədiyinə əmin olduqdan sonra oradakı marixuana kollarını sellofan torbaya yığaraq Gəncə şəhərinə gətirmiş və Gəncə çayının yanına apararaq orada gizlətmişdir. Bundan sonra ara-sıra həmin yerə gedərək marixuananın üzərindən götürüb kibrit qutusuna qoyaraq böldükdən sonra gətirib çəkmişdir. Sonrasında o, həmin marixuananı qoyduğu yerdən götürərək başqa yerə aparıb heç kəs tapa bilməməsi üçün yerini dəyişmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində həmin yerə gedərək sellofan torbadakı marixuananı bel çantama qoymuş, həmçinin həmin marixuanın bir qismini 4 ədəd kibrit qutusuna bölərək marixuananı gizlətdikdən sonra 4 ədəd kibrit qutusunu böldüyü hissəsini özü istifadə etmək üçün saxlamaq üçün çantaya qoymuşdur. Bundan sonra oradan həmin bel çantasını götürərək sahibsiz bir yer tapıb gizləmək üçün Yeni Gəncə qəsəbəsi istiqamətinə getmiş, o, 22 radələrində Təbriz küçəsi, Milli Marketin yaxınlığına çatdıqda mülki geyimli şəxslər ona yaxınlaşaraq narkotik vasitəni üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları birlikdə Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə gedəcəklərini bildirmişlər. O, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları onu Nizami Rayon Polis Bölməsinin inzibati binasınına aparmışlar. Bölmənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və həmin müdafiəçilərdən kimi istəyərsə seçə biləcəyini, əgər seçməkdə tərəddüd edərsə bu gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyi bildirilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından X5 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X9 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan bel çantasını içərisindəki marixuana ilə birlikdə stolun üzərinə qoymuş, həmin çantanın içərisindən narkotik vasitə marixuana aşkar edilmiş, həmin marixuana çantadan çıxarılaraq sellofan torbada elektron tərəzidə çəkilmiş, çəkildən sonra marixuana qablaşdırılmış, o və digər iştirakçılar həmin qablaşdırmanın üzərini imzalamışlar. Həmin qablaşdırma ekspertizaya göndərilməsi üçün götürülmüş, üzərindən başqa qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ona ekspertin rəyi elan edilmiş və 1 ədəd sellofan torbada və həmin torbanın içərisində olan 4 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1745 qram, 1,60 qram, 1,63 qram, 1,06 qram, 1,07 qram, ümumi təmiz çəkisi 1750,36 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğu ona məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 1750,36 qram olan narkotik vasitə qurudulmuş marixuananı təxminən 2 ay əvvəl Gəncə çayının sahilindəki Azos kimi tanınan yerdən yığmış, məqsədi həmin narkotik vasitəni özü çəkmək olmuşdur. Əldə edib üzərində saxladığı narkotik vasitə olan marixuanadan heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. Həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Çayın kənarında nə qədər marixuana kolu tapa bilmişdisə yığdığına görə çəkisi çox olmuşdur. Kibrit qutusuna isə özü çəkmək üçün bölmüşdür. Narkotik vasitə marixuana əldə etməyindən, daşımağından, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Onu heç kəs narkotik vasitə istehlak etməyə təhrik etməmişdir. Özünün narkotikə marağı yarandığı üçün istifadə etmişdir. Həmçinin o da heç kəsi narkotik vasitə istifadə etməyə təhrik etməmişdir. Ona narkotik vasitələri əldə etməkdə heç kəs köməklik etməmiş, heç kəsin, xəbəri olmamış, bütün bunların hamısını tək özü etmişdir. Narkotik vasitəni haradan əldə etdiyini hazırda xatırlamadığı üçün oranı unutmuşdur. Buna görə də, yerində göstərə bilmədiyini bilməmişdir. Həmin vaxt sərxoş olduğundan fikrini izah edə bilməmişdir. Polis əməkdaşları onun üzərinə vəkili gəldikdən sonra videoçəkilişlə baxış keçirmişdirlər. Ona qədər üzərinə baxış, şəxsi axtarış keçirilməmişdir. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bu barədə hər hansı bir şikayəti və tələbi yoxdur. O, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşmandır. həmin narotik vasitəni o, satış məqsədilə deyil, özü istifadəsi üçün əldə etmişdir.Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X7 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən marixuanakannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1744,95 qram, 1,55 qram, 1,58 qram, 1,01 qram, 1,02 qram, ümumi qalıq çəkisi 1750,11 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 08 fevral 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1744,95 qram, 1,55 qram, 1,58 qram, 1,01 qram, 1,02 qram, ümumi qalıq çəkisi 1750,11 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-271/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-271/2022
05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver