Məhkəmə qərarları › İş №1(100)-271/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-271/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-271/2023 12.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşavi Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tanrıverdi oğlunun iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, AR ACDİÜ məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 235.3.1-ci maddələri ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, ünvan 1 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,331 qram, 0,325 qram, 0,315 qram, 0,325 qram, 0,294 qram, 0,324 qram, 0,321 qram, 0,289 qram, 0,296 qram, 0,329 qram, 0,286 qram, 0,328 qram, 0,377 qram, 0,292 qram, 0,344 qram, 0,308 qram, 0,339 qram, 0,299 qram, 0,325 qram, 0,247 qram, 0,296 qram, 0,336 qram, 0,318 qram, 0,315 qram, 0,280 qram, 0,302 qram və 0,333 qram ümümi təmiz çəkisi 8,474 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlamış, 10 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərində olan qara rəngli qısa qol pencəyin sol iç cibindən 1 (bir) ədəd şəffaf polietilen torba kəsiyində bükülmüş səffaf rəngli polietilen kəsiyi bükümlərdə 27 (iyirmi yeddi) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,331 qram, 0,325 qram, 0,315 qram, 0,325 qram, 0,294 qram, 0,324 qram, 0,321 qram, 0,289 qram, 0,296 qram, 0,329 qram, 0,286 qram, 0,328 qram, 0,377 qram, 0,292 qram, 0,344 qram, 0,308 qram, 0,339 qram, 0,299 qram, 0,325 qram, 0,247 qram, 0,296 qram, 0,336 qram, 0,318 qram, 0,315 qram, 0,280 qram, 0,302 qram və 0,333 qram olmaqla ümümi təmiz çəkisi 8,474 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroin istifadə edir. Üzərindən aşkar edilən narkotik vasitə olan heroini dəqiq xatırlamadığı tarixdə Bərdə şəhərində yerləşən Diaqnostika Mərkəzinin yaxınlığından tapmışdır. xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada beş gün saxlanılmışdır. Üzərində hər biri yarım qram olmaqla ümumilikdə 10 ədəd sellofan kəsiyi bükümündə heroin olsa da polis şöbəsinə gətirildikdən sonra, polis əməkdaşları tərəfindən üzərinə əlavə olaraq da bükümlər qoyulmuşdur. Həmin vaxt narkotik vasitənin təsiri altında olmuş, ona görə də polis əməkdaşlarının dediyi ilə razılaşmışdır. Şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişlə baxış aparılmış və narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Həmin narkotik vasitədən heç kimə verməmiş və satmamış, narkotik vasitələrin onda olması barədə hər hansı bir şəxsə deməmiş, üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində saxlanılaraq 12:10 radələrində rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinə gətirildikdən sonra onun şübhəli şəxs qismində tutulmaı barədə qərar qəbul edilərək hüquqlarının müdafiə edilməsi məqsədilə Bərdə rayonu vəkil bürosunun vəkili X4 dəvət olunaraq ona təqdim olunmuşdur. O, hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazının olmadığını bildirmiş və müdafiəçi ilə ünsiyyət saxlaması üçün şərait yaradılmışdır. Ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli olduğu, bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. O, hüquqlarının aydın olduğunu bildirmişdir. Bundan sonra ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o otaqda olan masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli qısaqol pencəyin sol iç cibindən bir ədəd sellofan torbacıqda 27 ədəd bükümdə olan narkotik vasitə olan heroini stolun üzərinə qoyaraq “kakos” olduğunu bildirmişdir. Sellofan bükülülərdəki narkotik vasitə olan heroin kütləsi elektron tərəzidə çəkilərək ümumi çəkisinin 10.48 qram olması müəyyən olunmuş, müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, o və digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmişlər. Daha sonra üzərinə axtarış keçirilmiş, bir qutu siqaret, coxlu sayda fındıq ləpəsi, bir ədəd qəpik, bir cüt burjüteriya sırğa, bir ədəd “Redmi” markalı mobil telefon, 48 manat (bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, iki ədəd beş manatlıq, 8 ədəd bir manatlıq əskinaslar) aşkar edilmişdir. REDMİ markalı mobil telefon və 48 manat pul istintaq orqanına təhvil verilməsi üçün maddi sübut olaraq götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Onun üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. O, qeyd olunan narkotik vasitəni Bərdə şəhərində yerləşən Diaqnostika Mərkəzinin yanından tapmış, özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Tutularkən və üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamışdır. Həmin narkotik vasitələrin onda olması barədə hər hansı bir şəxsə deməmiş, üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur, həmin nömrəyə gələn mesajları mətni haqqında heç nə deyə bilməsə də, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 10 dekabr 2022-ci il tarixdə Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə o və Bərdə RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin Qeydiyyat Məsələləri qrupunun baş inspektoru, polis leytenantı, Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ilə birlikdə əməliyyat axtarış tədbiri keçirilmiş, 10 dekabr 2022-ci il tarixdə saat 12:00-da Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospektində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X3 tərəfindən hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Birosunun vəkili dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs baş təhqiqatçı tərəfindən təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet varsa, könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq üzərində olan qara rəngli qısa qol pencəyin sol iç cibindən bir ədəd sellofan torbanı stolun üzərinə qoyaraq içərisində kakos olduğunu bildirmişdir. Həmin sellofana baxış keçirilən zaman içərisində 27 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinəbənzər maddə olması müəyyən edilmişdir. Bərdə RPŞ-nin Qeydiyyat Məsələləri qrupunun baş inspektoru, polis leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən bir qutu siqaret, çoxlu sayda fındıq ləpəsi, bir ədəd qəpik, bir cüt bujuterya sırğa, bir ədəd “Redmi” markalı mobil telefon, 48 manat pul aşkar edilmişdir. Mobil telefon və nağd pul götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər onların iştirakı ilə elektron tərəzidə çəkilmiş və 27 ədəd sellofan bükümdə aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddələrin çəkisinin ümumilikdə 10,48 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlər qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən qablaşdırılmış qabın üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid1, eləcə də məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək, özlərinə aid hissədə təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 10 dekabr 2022-ci il tarixli raportdan görünür ki, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, satışı və üzərində saxlaması barədə Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 10 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və protokola əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Bərdə KTQ-nın baş inspektoru, Şahid1, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, Şahid3, Bərdə RPŞ-nin Qeydiyyat Məsələləri qrupunun baş inspektoru, Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 və müdafiəçi X2 iştirakı ilə Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təhvil versin. Təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərində olan qara rəngli qısa qol pencəyin sol iç cibindən bir ədəd sellofan torbanı stolun üzərinə qoyaraq içərisində 27 ədəd selofan bükümdə kakos olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 27 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə proses iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 10,48 qram olması müəyyən edilir, bundan sonra həmin kütlələr qablaşdırılıb götürülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 1 fevral 2023-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “ay walli pul var narahat olma.birden ikiye aldatmisam seni” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Toba pulda var cibimdadi” məzmunda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Poxu yeye bilmiyeceydiniz yallandan söz verdiniz söz verib arxasında durmaq siz cındırların işi döyül.samire qazdıgınız quyuya inşallah tez vaxda mal satan bajınla sen düşessen çox çekmez.nömresin verdiyiniz adın kişi qoymuş oda sizin kimi kişidi.” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Xalli salam.menem ruslan.xalli 25 m varimdir.oralardan bir sey alindira bilersen?mene bir cvb de”, “Xalli baji telefonu acanda mene zeng vur.hele ki yatmiram.25 manati saxlayiram.sag ol.qaqan ruslan.”, “1 m kon atdim.25 m varimdir.nese elemek olar yoxsam?” məzmunda mesajlar daxil olmuş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Bu ne hərəkətdir 200 manata görə qalmışam burda işin hamısını sərvət eledin” məzmununda, xx.xx.2022-ci il tarixdə isə ***-***-**-** saylı mobil nömrəyə “Berdedeyem mehribanin qizinin telini qoyub cibime getirib dunen satmışam.ona gorede eve gede bilmirem.mehri ozu de bakida.mene tecili 200m pul gonder.teli qaytarim.ya bele elemeliyem menim qardasim, Yada 50m at 30 nuna yari goturum 20 sini de yolpulu eliyum gelim.menim qardasim goyde Alemlerin Rebbi yerde sene penah getirmisem” məzmununda mesajlar göndərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 11 dekabr 2022-ci il tarixli 16/1379 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan kəsiyinin içərisində olan 27 (iyirmi yeddi) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,331 qram, 0,325 qram, 0,315 qram, 0,325 qram, 0,294 qram, 0,324 qram, 0,321 qram, 0,289 qram, 0,296 qram, 0,329 qram, 0,286 qram, 0,328 qram, 0,377 qram, 0,292 qram, 0,344 qram, 0,308 qram, 0,339 qram, 0,299 qram, 0,325 qram, 0,247 qram, 0,296 qram, 0,336 qram, 0,318 qram, 0,315 qram, 0,280 qram, 0,302 qram, 0,333 qram ümumi təmiz çəkisi 8,474 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, kimyəvi tərkiblərinə görə eynidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizanın 4 fevral 2023-cü il tarixli 183 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 03 mart 2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 7,124 qram olan heroin, sübut kimi tanınaraq Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış video çəkilişin olduğu bir ədəd “DVD” disk, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən “Azercell MMC”-dən alınmış 1 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 27 yanvar 2023-cü il tarixli tələbnamədən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı, ACDİÜ Məhkəmənin xx.xx.2008-ci il tarixli hökmü və Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsi tərəfindən xx.xx.2008-ci il tarixdə Azərbaycan Republikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirlini bilinib aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli CM-nin 132-ci maddəsinə tövsif edilməklə aylıq qazancın 15%-i dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilmiş, AR ACDİÜ Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 235.3.1, 66.3 və 67-ci maddələri ilə təqsirli bilinib 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və narkotiklərdən məcburi müalicə təyin edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs təyin edilmiş cəza dəyişdirilib üzərində qəti olaraq, 06 il 08 ay azadlıqdan məhrum etmə cəzasına saxlanılmış, Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə isə ona təyin edilmiş məcburi müalicə ləğv edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Bərdə” RMX publik hüquqi şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli, 507 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Bərdə” RMX publik hüquqi şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli, 509 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə şəhər İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri üzrə icra nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə narkotikaya meylli şəxs kimi xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 10 dekabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokol və Bərdə rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi polis şöbəsində 5 gün müddətində saxlanılması, üzərindən aşkar edilmiş heroin olan sellofan bükümlərin hamısının ona aid olmaması, həmin vaxt üzərində Diaqnostika Mərkəzinin yaxınlığından tapdığı hər birində təxminən 0,5 qram olmaqla, ümumilikdə 10 bükümdə narkotik vasitə olan heroin olması, qalan bükülülərin polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən üzərinə qoyulmasına dair ifadəsinə tənqidi yanaşaraq, özünün məhkəmə istintaqı zamanı verdiyi qismən, ibtidai araşdırma zamanı ilkin olaraq verdiyi tam etirafedici ifadəsi, şahidlərin ifadələri, 10 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında”, protokol və istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş, 01 fevral 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş CD diskdəki məlumatlara “baxış keçirilməsi haqqında” protokol, ekspert rəyləri və cinayət işinin obyektiv halları ilə tam təkzib edildiyindən, öz ifadəsindən başqa digər mötəbər sübutla təsdiqini tapmadığından, təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə kollegiyası iş üzrə bütün halların araşdırılması və təqsirləndirilən şəxsin özünümüdafiə üçün gətirdiyi xüsusatların, yəni Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi polis şöbəsinə gətirilib 5 gün müddətinə orada saxlanılması və sonradan üzərində əlavə narkotik vasitə heroin olan bükülülərin qoyulması ilə bağlı məsələnin yoxlanılması üçün Bərdə RPŞ-yə soğru verərək aidiyyəti sənədlərin surətini götürmüşdür. Məhkəməyə daxil olmuş və kollegiya tərərfindən məhkəmə baxışı zamanı araşdırılmış “Şəhər, rayon, xətt polis orqanlarına gətirilən şəxslərin qeydiyyatı”, “MSY-ə daxil olan şəxslərin tibbi müayinəsin keçirilməsi və tibbi yardım göstərilməsinə dair” eləcə də “MSY-də saxlanılan şəxslərin qeydiyyatı” kitablarının təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 12:10 dəqiqədə Bərdə rayon Polis Şöbəsinə gətirilmiş, prosessual hərəkətlər keçirildikdən sonra həmin gün Bərdə RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmiş, tibbi müayinə zamanı bədəni üzərində heç bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs bədən səthi üzərində həmin vaxt gözlə görünən hər hansı xəsarət yaxud xəsarət izi, eləcə də qeyri-adi psixo-emosional halda olduğunu göstərən hal (lar) müəyyən edilməmiş, təqsirləndirilən şəxs baxış keçirilərkən üzərində hansı sayda bükülü olduğunu səlist şəkildə bildirmiş və üzərindən aşkarlanmış narkotik vasitə heroinin ona məxsus olmasını bildirərək müdafiəçisinin yanında hər hansı etiraz və ya narazılıq bildirməmiş, istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs hazırkı məhkəmə baxışında göstərdiyi üzərinə əlavə narkotik vasitə qoyulması barədə hər hansı orqana müraciəti olmamışdır. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmənin Təqsirləndirilən şəxs verdiyi ifadələrin həmin hissəsinin sübut növü kimi qəbul etməməsinə dair nəticəyə gəlməsinə əsas Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin çoxsaylı 27 (iyirmi yeddi) ədəd xırda bükülülərə qablaşdırılması, istifadəsində olan mobil telefon nömrəsi ilə narkotik vasitələrin alışı və satışı ilə bağlı aparılmış imitasiya edilmiş formada olan sms yazışmalar olmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroinin külli miqdarda - yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına, tədqiq edilmiş cinayət işinin materialları ilə təqsirləndirilən şəxsin qeyd edilən miqdarda narkotik vasitə olan heroini şəxsi istehlakı ilə bağlı deyil, satış məqsədi ilə əldə edərək üzərində saxlaması qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı isə tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hal (lar) müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Həmçinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 10 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Bərdə RPŞ-də saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 7,124 qram olan heroin məhv edilməli, narkotik vasitələrin məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilməli, 1 ədəd “DVD” və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 60,80 (altmış manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tanrıverdi oğlu 25 (iyirmi beş) saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini Gəncə şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tanrıverdi oğlu həyata keçirdiyindən 150 (yüz əlli) manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 5 (beş) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbiri təyin edilsin və ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 7,124 qram olan heroin məhv edilsin, narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilsin, 1 ədəd “DVD” və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi Tanrıverdi oğlunun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar