Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-272/2022 18.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs X6 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Gəncə şəhərində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən X8 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və ya daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, 2 ədəd sellofon bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram, 0,339 qram olan, ümumi təmiz çəkisi 1,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 2 ədəd sellofon bükümdə, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,235 qram, 1,177 qram olan, ümumi təmiz çəkisi 2,412 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 08 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında, istifadəsində və satışında şübhəli bilindiyi üçün Tərtər rayonu Sarov kəndi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və külli miqdarda ümumi təmiz çəkisi 2,412 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X12 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs edilməmişdən əvvəl təxminən 2-3 il ərzində narkotik vasitə olan heroin və metamfetamini iynə yolu ilə damarına vurmaqla istifadə etmişdir. Narkotik vasitə istifadə etdiyinə görə 2018-ci ildə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. 08 yanvar 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. 08 yanvar 2022-ci il tarixdə saat 22 radələrində tanışı Goranboy rayon sakini Razi ilə görüşmək üçün Yevlax rayon sakini Rizvan adlı şəxslə Tərtər rayonunda yerləşən “Xan” restoranına getmişdir. Həmən vaxt üzərində 1 qramdan bir az artıq heroin və metamfetamin olmuşdur. Yolda olarkən narkotikə görə ağrıları olduğu üçün üzərində olan narkotikdən təqribən 1 qram heroin və metamfetamindən qarşıdırıb iynə ilə damarına vurmuşdur. Üzərində olan narkotikdən kiçik bir hissəsini isə günün digər saatına istifadə etmək üçün cibində saxlamışdır. Narkotiki iynə ilə damarına vurduğu üçün narkotik vasitənin təsirini dərhal hiss etmiş və narkomanlarda yaranan eyforiya vəziyyətinə, yəni ağır narkotik sərxoşluğu vəziyyətinə düşmüşdür. Elə bu anda “Xan” restoranının yanında Tərtər rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmış, müvazinətini saxlaya bilmədiyi üçün qoluna girərək onu Tərtər RPŞ-yə aparmışlar. Məhkəmənin diqqətinə çatdırır ki, həmin vaxt üzərində biri heroin, digəri metamfetamin olan olduqca kiçik çəkidə iki büküm narkotik vasitə olmuşdur. Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə onun hüquqlarını açıqdan açığa müdafiə etməyən vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı bükümləri üzərindən götürüb masaya qoyduqda dörd büküm olduğunu görmüşdür. Həmin vaxt o, 2 bükümün ona aid olduğunu və digər iki 2 bükümün isə ona aid olmadığını bildirmişdir. Həmin maddələr vəkillin iştirakı ilə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır.Vurğulayır ki, üzərinə baxış keçirilərkən ağır dərəcədə narkotik sərxoşluğu vəziyətində olmuş, bu səbəbdən gözü görsə də qulaqları ətrafda baş verənləri tam eşitməmiş, quıağında küy olmuşdur. Narkotik vasitənin təsiri altında olduğunu, ağır dərəcədə narkotik sərxoşluğunda olduğunu polis əməkdaşlarına və vəkilə bildirsə də heç kəs buna məhəl qoymamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəfizəsində işləyir. 08 yanvar 2022-ci il tarixdə ona Yevlax şəhər sakini X6 Tərtər rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və satması barədə məlumat daxil olmuşdur. O, həmin məlumatı qəbul edən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, Polis Şöbəsinin rəhbərliyinin razılığından sonra X6 əməllərini ifşa etmək məqsədilə tərəfindən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkili, polis kapitanı Şahid4, CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə 08 yanvar 2022-ci il tarixdə saat 23 radələrində X9 ağır dərəcədə narkotik sərxoşluğu vəziyyətində Tərtər rayonu Sarov kəndi ərazisində saxlayaraq rayon Polis Şöbəsinə gətirmişdirlər. Bundan sonra X6 hüquqlarının qorunması üçün dəvət olunmuş müdafiəçinin və onların iştirakları ilə videoçəkiliş vasitəsilə X6 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı X6 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ağ rəngli büküm aşkar edilmiş və həmin ağ rəngli bükümü açdıqda içərisindən ayrı-ayrı 04 (dörd) ədəd selofan büküm aşkar edilmişdir. Selofan bükümləri açdıqda bükümlərdən ikisinin içərisində narkotik vasitə olan herionə bənzər kütlə, digər iki bükümləri açdıqda isə içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin aşkar olunmuş narkotik vasitə olan herionə bənzər kütlə elektron tərəzidə çəkilərək bükümlə birlikdə ümumi çəkisi 1,9 qram, psixotrop maddə olan metamfetaminə bənzər kütlə isə bükümlə birlikdə ümumi çəkisi 2,8 qram müəyyən olunmuşdur. X6 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan herionə bənzər kütlə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə 01 ədəd zərfdə qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa X6 üzəridən heç bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə bununla bağlı protokol tərtib edilmiş və o da digər iştirakçılar kimi protokola imza etmişdir. Əlavə olaraq bildirir ki, E. Bayramzadə şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş bükümlərin yalnız ikisinin ona məxsus olduğunu bildirmiş, digər 2 bükümün isə ona məxsus olmadığını vurğulamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 yanvar 2022-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, həmin cinayət işi 09 yanvar 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanmış və icraatıma qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına səbəb X6 ümumi təmiz çəkisi 1,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 2,412 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, 08 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Tərtər RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X6 Tərtər rayon Sarov kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilməsi və üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitənin və psixotrop maddənin sonuncunun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülməsi, əsas isə bununla bağlı Tərtər rayon X24 Qrupunda toplanmış materialda qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsinə dəlalət edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, protokola əlavə edilmiş fotoşəkillərdən və diskdən görünür ki, iş üzrə 09 yanvar 2022-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında TB-nin təhqiqatçısı, polis baş leytenantı X20 tərəfindən CAB-ın əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid4, CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X13, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3, TB-nin rəisi, polis mayoru X10 və müdafiəçi X18 iştirakları ilə X6 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı X12 müvazinatını çətinliklə saxlamış, sərxoş şəxslərin davranışlarına bənzər hərəkətlər etmiş, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli büküm aşkar edilmiş, həmin bükümün içərisindən 04 ədəd selofan bükümlər aşkar edilmişdir. Həmin 04 ədəd selofan bükümlərdən 02 bükümün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə, digər 02 bükümün içərisindən isə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. E.Bayramzadə sözügedən 4 bükümdən ikisini əli ilə kənara itələmiş, mimik hərəkətlərlə didər iki bükümün ona aid olmasını göstərmişdir. Həmin kütlələr büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və narkotik vasitə olan heroinə bənzər kütlənin bükümlə birlikdə çəkisi 1,9 qram, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin isə bükümlə birlikdə çəkisi 2,8 qram olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş 04 ədəd büküm ekspertizaya göndərilməsi üçün 01 ədəd zərfdə qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə X17 regional Bölməsinin 09 yanvar 2022-ci il tarixli 16/33 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Tərtib etdi RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Rəhimli Toğrul” yazı və imzalar olan kağız paketdəki 2 ədəd şəffaf sellofon bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram, 0,339 qram, ümumi təmiz çəkisi 1,65 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Həmin kağız paketdəki 2 ədəd şəffaf sellofon bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,235 qram, 1,177 qram, ümumi təmiz çəkisi 2,412 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, X12 10 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs X6 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə 10 yanvar 2022-ci il tarixdə Tərtər rayonu Sarov kəndi ərazisində müdafiəçi X19 və konvoy X22 iştirakları ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı X12 ifadəsində göstərdiyi xüsusatları təkrar təsdiq edərək 08 yanvar 2022-ci il tarixdə Tərtər rayonu Sarov kəndi ərazisində “Xan” şadlıq sarayının yaxınlığında narkotik vasitə olan herioni və psixotrop maddə olan metamfetamini tapıb götürdüyü yeri göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 yanvar 2022-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında X6 üzərinə şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd diskə 15 yanvar 2022ci il tarixdə baxış aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, X6 üzərinə şəxsi axtarış aparılmış, sonuncunun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli büküm aşkar edilmiş, həmin bükümün içərisindən 04 ədəd selofan bükümlər aşkar edilmiş, həmin 04 ədəd selofan bükümlərdən 02 bükümün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə, digər 02 bükümün içərisindən isə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlələr büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan heroinə bənzər kütlənin bükümlə birlikdə çəkisi 1,9 qram olmuş, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin isə bükümlə birlikdə çəkisi 2,8 qram olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(061)-02/2022 saylı qərarından görünür ki, X6 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Yevlax RMX-nın Vərəm Şöbəsinin xx.xx.2022-ci il tarixli 49 nömrəli arayışından görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Vərəm xəstəxanasında xx.xx.2017-ci il tarixində Ağ ciyərin sağ tərəfi fibroz ocaqlı vərəmi fazasında diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X14 rayon Narkoloji kabinetinin 08 fevral 2022-ci il tarixli 209 nömrəli arayışından görünür ki, X12 2004-cü il tarixdən Yevlax rayon Narkoloji kabinetində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X15 rayon Nevroloji kabinetinin 08 fevral 2022-ci il tarixli 276 nömrəli arayışından görünür ki, X12 2004-cü il tarixdən Yevlax rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Yevlax rayonu İcra Hakimiyyəti başçısının Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 fevral 2022-ci il tarixli 43 nömrəli arayışından görünür ki, X4 şəhəri, Q.B.Zakir küçəsi 44 saylı evdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Yevlax rayonu İcra Hakimiyyəti başçısının Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 fevral 2022-ci il tarixli 43 nömrəli xasiyyətnamədən görünür ki, Yevlax şəhəri, Q.B.Zakir küçəsi 44 saylı evdə qeydiyyatda olan X12 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 30/2 nömrəli məktubundan görünür ki, Yevlax rayon Məhkəməsinin 1(039)-56/2018 nömrəli 23 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X12 xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, X3 dəfə Yevlax rayon Məhkəməsinin 1(039)-56/2018 nömrəli 23 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Yevlax rayon Məhkəməsinin 1(039)-56/2018 nömrəli 23 may 2018-ci il tarixli hökmündən görünür ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X17 regional Bölməsinin 31 yanvar 2022-ci il tarixli 16/55 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Tərtib etdi RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Rəhimli Toğrul” yazı və imzalar olan kağız paketdəki 2 ədəd şəffaf sellofon bükümdə olan heroinlər kimyəvi tərkiblərinə görə eynidir. Həmin kağız paketdəki 2 ədəd şəffaf sellofon bükümdə olan metamfetaminlər kimvəyi tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Cinayət işi üzrə təqsirləndirilən şəxs X6 üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram və 0,339 qram- ümumi təmiz çəkisi 1,65 qram olmuş, 09 yanvar 2022ci il tarixli 16/33 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram və 31 yanvar 2022-ci il tarixli 16/55 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 1,45 qram narkotik vasitə olan heroin, həmçinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,235 qram və 1,177 qram- ümumi təmiz çəkisi 2,412 qram olmuş, 09 yanvar 2022-ci il tarixli 16/33 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram və 31 yanvar 2022-ci il tarixli 16/55 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 2,212 qram psixotrop maddə olan metamfetamin 01 aprel 2022-ci il tarixdə tərəfimdən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işi üzrə 09 yanvar 2022-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında TB-nin təhqiqatçısı, polis baş leytenantı X20 tərəfindən X6 üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən və şəxsi axtarış və götürmə aparılması haqqında protoloka əlavə edilən bir ədəd disk istintaq materialları ilə uyğunluq təşkil etdiyindən 01 aprel 2022-ci il tarixdə tərəfimdən cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilərək saxlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserinin 28 mart 2022-ci il tarixli 380 nömrəli rəyindən görünür ki, X12 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 29 mart 2022-ci il tarixli 173/52 nömrəli rəyindən görünür ki, X12 hazırki cinayət törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıqxəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağllıq keçirmir. X7 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədən zaman öz əməlinin mahiyyətini və xarakterini dərk etmiş, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda da məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. X12 hal-hazırda da öz hərəkətlərini dərk edərək onları idarə etmək imkanına malikdir. X1 fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özününfikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması, keçirdiyi hiss və həyəcanları, ağrıları şişirtməyə meyillilik və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. X1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə maddi sübut olan- təqsirləndirilən şəxs X6 üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram və 0,339 qram- ümumi təmiz çəkisi 1,65 qram olmuş, 09 yanvar 2022-ci il tarixli 16/33 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram və 31 yanvar 2022-ci il tarixli 16/55 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 1,45 qram narkotik vasitə olan heroin, həmçinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,235 qram və 1,177 qram- ümumi təmiz çəkisi 2,412 qram olmuş, 09 yanvar 2022-ci il tarixli 16/33 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram və 31 yanvar 2022-ci il tarixli 16/55 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 2,212 qram psixotrop maddə olan metamfetamin saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işi üzrə maddi sübut olan- 09 yanvar 2022-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında TB-nin təhqiqatçısı, polis baş leytenantı X20 tərəfindən X6 üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən və şəxsi axtarış və götürmə aparılması haqqında protoloka əlavə edilən bir ədəd disk istintaq materialları ilə uyğunluq təşkil etdiyindən 01 aprel 2022-ci il tarixdə tərəfimdən cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilərək saxlanmışdır. Məhkəmə cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, o cümlədən iş materiallarını tədqiq edərək hesab edir ki, X6 təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə təqsirləndirilən şəxs X6 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 yanvar 2022-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında X6 üzərinə şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd diskə proses iştirakçılarının iştirakı ilə məhkəmə istintaqı zamanı baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X2 istintaq hərəkəti həyata keçirilən zaman öz müvazinatını çətinliklə saxlayır, ətrafda baş verənlərə adekvat reaksiya vermir. Məhkəmə istintaqı ilə aşkara çıxarılmışdır ki, qeyd olunan istintaq hərəkəti keçirilməmişdən az əvvəl X12 yüksək dozada narkotik vasitə olan heroindən və metamfetamindən damara iynə ilə vurmaq yolu iilə istifadə etmiş və narkotik sərxoşluğu vəziyyətinə düşmüşdür. Sözügedən faktı təqsirləndirilən şəxsin özü, sonuncunun tutulmasında iştirak edən polis əməkdaşları öz ifadələrində təsdiq etmiş, həmçinin videoçəkiliş zamanı E.Bayramzadənin ətrafdakı şəxslərə münasibətdə qeyri adekvat hərəkətləri anbaan fiksə edilmişdir. E. Bayramzadə üzərinə şəxsi axtarış keçirilən zaman gözü görsə də qulaqlarının tam eşitmədiyini, qulağında küy olduğunu və müvazinatını çətinliklə saxladığını məhkəmənin diqqətinə çatdırmışdır. Göründüyü kimi X8 qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutun əldə edilməsi zamanı ibtidai araşdırma orqanı ciddi prosessual səhvə yol vermiş, qeyd olunan sübut təqsirləndirilən şəxsin ən ümdə hüququ hesab edilən müdafiə hüququnun pozulması ilə əldə edilmişdir. Bununla da sözügedən sübutun mötəbərliyi şübhə altına düşmüşdür Bununla bağlı məhkəmə aşağıda qeyd olunanları da diqqətə çatdırmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-i maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mötəbərliyini təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş prosedura əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən sənədlər, əşyalar və məlumatlar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın ısası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bu norma Azərbaycan Respublikasının Kostitusiyasının 63-cü maddəsinə əsaslanır. Konstitusiyanın 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 138.1-ci maddəsinə görə Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X6 təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, X6 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla X8 verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən X8 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. X6 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. X6 barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, təqsirləndirilən şəxs X6 üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram və 0,339 qram- ümumi təmiz çəkisi 1,65 qram olmuş, 09 yanvar 2022-ci il tarixli 16/33 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram və 31 yanvar 2022-ci il tarixli 16/55 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 1,45 qram narkotik vasitə olan heroin, həmçinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,235 qram və 1,177 qram- ümumi təmiz çəkisi 2,412 qram olmuş, 09 yanvar 2022-ci il tarixli 16/33 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram və 31 yanvar 2022-ci il tarixli 16/55 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 2,212 qram psixotrop maddə olan metamfetamin Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanmalıdır. Cinayət işi üzrə maddi sübut olan- 09 yanvar 2022-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında TB-nin təhqiqatçısı, polis baş leytenantı X20 tərəfindən X6 üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən və şəxsi axtarış və götürmə aparılması haqqında protoloka əlavə edilən bir ədəd disk istintaq materialları ilə uyğunluq təşkil etdiyindən cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 60 manat 80 qəpik ekspertiza xərcinin ödənilməsindən X12 azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutub, hökmetdi: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. X6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, təqsirləndirilən şəxs X6 üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram və 0,339 qram- ümumi təmiz çəkisi 1,65 qram olmuş, 09 yanvar 2022-ci il tarixli 16/33 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram və 31 yanvar 2022-ci il tarixli 16/55 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 1,45 qram narkotik vasitə olan heroin, həmçinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,235 qram və 1,177 qram- ümumi təmiz çəkisi 2,412 qram olmuş, 09 yanvar 2022-ci il tarixli 16/33 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram və 31 yanvar 2022-ci il tarixli 16/55 nömrəli ekspertiza zamanı hər birindən 0,05 qram olmaqla ümumi 0,1 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 2,212 qram psixotrop maddə olan metamfetamin Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan- 09 yanvar 2022-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında TB-nin təhqiqatçısı, polis baş leytenantı X20 tərəfindən X6 üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən və şəxsi axtarış və götürmə aparılması haqqında protoloka əlavə edilən bir ədəd disk istintaq materialları ilə uyğunluq təşkil etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 60 manat 80 qəpik ekspertiza xərcinin ödənilməsindən X12 azad edilsin. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-272/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-272/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver