Məhkəmə qərarları › İş №1(100)-272/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-272/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-272/2023 16.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs İlham oğlunun, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 2005-ci ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində həmkəndliləri Şahid1 və Şahid5 ilə birlikdə Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən “Ayxan” kafesində spirtli içki qəbul etdikdən sonra sonuncunun dayısı Zərərçəkmiş şəxs İlham oğlunun həmin kafeyə gələrək onunla birlikdə masada əyləşmiş bacısı oğlu Şahid5 gecə saatlarında kafedə əyləşməsinə görə iradını bildirib onu yaşadığı evə göndərməsini özünə hörmətsizlik kimi qəbul edib kafenin həyətində bu barədə həmkəndlisi Zərərçəkmiş şəxs irad bildirdikdə, Zərərçəkmiş şəxs öz növbəsində ona əsəbi halda etirazını bildirmiş, bu zaman Zərərçəkmiş şəxslə yaxalaşaraq onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt yumruqla onun sifət nahiyyəsinə bir zərbə vurmuş, həmin vaxtı ətrafda olan şəxslər onları araladıqdan sonra Zərərçəkmiş şəxs kənara çəkilib ona aralarındakı söhbətə sabah aydınlıq gətirməyi təklif etdikdə o, Zərərçəkmiş şəxs “burada dayan gəlirəm” deyərək sonuncunun və onun ailə üzvlərinin ünvanına söyüşlər söyməsini özünə qarşı qəbul edilməz təhqir hesab edib, qisas almaq niyyəti ilə, onu qəsdən öldürmək qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək üçün həmin kənddə yerləşən yaşadığı evə gedərək əvvəlcədən paltar dolabında olan şalvarının cibindən açılıb-qatlanan, tiyəsinin uzunluğu 70 mm, dəstəyinin uzunluğu 115 mm, ümumi uzunluğu 185 mm olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən köməkçi ov bıçağını götürüb, qısa vaxt ərzində Zərərçəkmiş şəxslə mübahisə etdiyi kafeyə qayıtdıqda Zərərçəkmiş şəxs orada olmadığını görüb yaşadığı evə qayıdan zaman, yəni həmin tarixdə saat təxminən 01:30 radələrində Zərərçəkmiş şəxslə həmin kənddə, sonuncunun yaşadığı evin qarşısındakı küçədə, həmin evin yaxınlığında qarşılaşan zaman Zərərçəkmiş şəxs onu gördükdə yenidən onun özünə və ailə üzvlərinə söyüşlər söydüyü üçün onunla əlbəyaxa olarkən Zərərçəkmiş şəxs onun sifət nahiyəsinə yumruq zərbələri vuraraq ona sağ qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmçinin sağ gözaltı və sağ almacıq nahiyyəllərinin qançır-şişkinliyi, sol said, sağ yanaq, sol çənəaltı, sol qulaq, boyun nahiyyələrinin sıyrıqları, sol çiyinüstü nahiyyəsinin qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs həmin hərəkətlərini özünə qəbul edilməz təhqir hesab edib, qisas almaq və onu qəsdən öldürmək niyyəti ilə əvvəlcədən yaşadığı evdən götürdüyü həmin bıçaqla Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin sol yan səthindən daxilə nüfuz edən köndələn çənbər bağırsağın müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid üç ədəd xəsarət, sol yanaq nahiyəsinin kəsilmiş yarası, sağ bazu oynağının yuxarı-bayır səthinin kəsilmiş yarası, sol bazu oynağının arxa səthinin kəsilmiş yarası, sol bazu nahiyəsinin orta 1/3-nin bayır səthinin kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin iki ədəd kəsilmiş yarası, sağ said nahiyəsinin orta 1/3-nin ön səthinin kəsilmiş yarası, sol said nahiyəsinin orta 1/3-nin arxa səthinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid səkkiz ədəd xəsarət, yumruq zərbələri ilə sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün iki qəlpəli sınığı kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, qeyd olunan zərbələrdən sonuncunun yerə yıxılması nəticəsində sol dirsək sümüyünün distal çıxıntısının yerdəyişmiş, qəlpəli sınığı kimi dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək hadisə yerindən uzaqlaşmış, həmin vaxt Zərərçəkmiş şəxs yaralı vəziyyətdə yaşadığı evin həyətinə daxil olub yerə yıxıldıqda onun hadisə zamanı yaranmış səs-küyə görə həyətə çıxmış arvadı Şahid2 və qonşuluqda yaşayan Şahid4 köməkliyi ilə sonuncunun idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılaraq orada ona vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas olunduğundan öz niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs İlham oğlunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də Zərərçəkmiş şəxs İlham oğluna təxminən 10 bıçaq zərbəsi vuraraq sonuncuya çoxsaylı xəsarətlər yetirmişdir. Lakin onun Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. O, özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs həmin çoxsaylı bıçaq zərbələrini vurmuşdur. Hadisənin mahiyyəti üzrə bildirir ki, Şahid1, Zərərçəkmiş şəxs İlham oğlu və Şahid5 onun həmkəndliləridir. Şahid1 və Şahid5 ilə bir həmkəndli kimi yaxın münasibələri var. Elvin Vahidin dayısıdır. 04 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində evdə olarkən Vahidlə görüşmək barədə razılaşmışlar. Vahid özünə məxsus “Hyundai” markalı avtomobillə gəlib onu evdən götürmüşdür. Onlar avtomobillə gəzərkən Məhərrəm ona zəng vuraraq onu da götürmələrini demişdir. O da Vahidlə birlikdə Məhərrəmi Tovuz rayonu, Əyyublu kəndinin mərkəzindən götürüb, Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən “Ayxan” adlı kafeyə pivə içməyə getmişlər. Onlar masalardan birində əyləşib bir neçə bakal pivə içmişlər. 05 sentyabr 2022-ci il saat 01 radələrinə kimi həmin kafedə oturmuşlar. O, saat təxminən 01 radələrində tualetə getmiş və tualetdən qayıdanda Vahidin masada olmadığını görüb Məhərrəmdən Vahidin hara getdiyini soruşmuşdur. Məhərrəm də ona Vahidin dayısı Elvinin əvvəlcə gəlib Vahidə evə getməsini dediyini, daha sonra Elvinin yenidən gəlib Vahidin hələ evə getmədiyini görüb, evə getməsini dediyini, buna görə də Vahidin getdiyini demişdir. Bundan sonra o, yenə tualetə getmiş, bu zaman kafenin giriş qapısının qarşısında Elvini görmüşdür. O, Elvinlə qarşı-qarşıya gəldiyinə görə Elvinə yaxınlaşıb, Vahidi nə üçün göndərdiyini soruşmuş, Elvin isə ona Vahidi evə göndərdiyini demişdir. O, Elvinə onların da təxminən beş dəqiqə sonra durub getməyə hazırlaşdıqlarını demiş, bu vaxt Elvin ona “sən kimsənki mən səninlə məsləhətləşib nə edəcəyimi qərarlaşdıram” demişdir. Elvin ona əsəbləşib nalayiq sözlər demiş və üzərinə gəlib onun yaxasından tutmuşdur. Bundan sonra bir-birilərini yumruq zərbələri ilə vurmağa başlamış, eyni zamanda yaxalaşıb dartışmışlar. Elvin onun yaxasından tutub dartdığına görə köynəyinin yaxası cırılmışdır. Məhərrəm isə onları aralamağa çalışmışdır. Həmin vaxt ətrafda olan şəxslər ora topalaşıb onları aralamışlar. Elvin ona kənara çəkilib aralarında yaranmış mübahisəyə aydınlıq gətirməyi təklif etmiş, o da Elvinə evə gedib köynəyini dəyişib qayıdacağını demişdir. O, Məhərrəmlə birlikdə evə gedib köynəyini dəyişmişdir. Bu zaman paltar şkafındakı şalvarın cibinə açılıb-qatlanan bıçağını qoyduğu yadına düşmüşdür. O, hər ehtimala qarşı həmin bıçağı götürüb şalvarının kəməri ilə şalvarının arasına qoymuşdur. Məhərrəmin onun bıçaq götürməyindən xəbəri olmamışdır. O, evdən çıxaraq yenidən kafeyə qayıtmış, lakin Elvinin orada olmadığını görmüşdür. Sonra Məhərrəmlə birlikdə evə getməyə qərarlaşmış və piyada Elvinin yaşadığı evin yerləşdiyi küçənin baş tərəfinə qədər gəlmişlər. Məhərrəmin yaşadığı ev Elvinin yaşadığı evin qarşısından keçən küçədə olduğundan, Elvinin yaşadığı evin yerləşdiyi küçənin kəsişməsində Məhərrəmlə sağollaşıb ayrılmışdır. Təxminən 15-20 metr getdikdən sonra Məhərrəmin onu çağırdığını eşitmişdir. O, geri qayıtdıqda Məhərrəmin ona tərəf qaçdığını, Elvinin isə Məhərrəmi qovaladığını görmüşdür. O, Məhərrəmdən nə olduğunu soruşduqda, Məhərrəm ona Elvinin onu küçənin başında gözlədiyini və onu görüb ünvanına nalayiq söyüşlər söydüyünü və onu qovaladığını demişdir. Bundan sonra o, Məhərəmlə birlikdə Elvinin üstünə getmiş, həmin vaxt Elvin darvazasının qarşısında olmuşdur. Elvin onları görüb darvazadan içəri keçmişdir. Bu zaman Məhərrəm yerdən daş götürüb, Elvinin darvazasına tərəf atmış və daş darvazaya dəymişdir. Onlar Elvinin darvazadan çölə çıxmadığını görüb geri qayıtmışlar. Təxminən 5-10 metr getdikdən sonra o, nəsə kölgə görmüş və Elvinin arxasınca gəldiyini başa düşüb, yerə basdırılmış taxta parçasını götürüb, geri çevrilmişdir. Həmin vaxt Elvinin üzərinə gəldiyini görüb onun üstünə getmişdir. Elvin ona tərəf daş atmış, lakin əyildiyinə görə daş ona dəyməmişdir. Bundan sonra o, Elvinə yaxınlaşıb əlindəki taxta parçası ilə Elvinin sol yuxarı tərəfinə vurmuş və taxta parçası qırılmışdır. Bu vaxt Elvinlə əlbəyaxa olmuş və bir-birlərini yumruq-təpiklə vurmuşlar. Onlar dalaşarkən Elvin onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Elvin ondan qüvvətli olduğu üçün boğazından tutub, yerə yıxmaq istəmiş, lakin o, yerə yıxılmamışdır. Elvinə gücü çatmadığına görə, Elvinin onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söydüyünə, eyni zamanda onu özündən aralamaq istədiyi üçün şalvarının kəməri ilə şalvarın arasına qoyduğu açılıb-qatlanan bıçağı çıxarıb sağ əlinə götürüb bıçağı açaraq bir neçə dəfə Elvinin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Elvin həmin vaxt bıçaq zərbələrinin təsirindən sarsılıb, bir anda yerə çöməlmişdir. Bundan sonra o, üzünü çevirib küçənin baş tərəfinə getmişdir. Həmin vaxt Məhərrəmin küçənin başında olduğunu görmüşdür. Üzünü çevirib Elvinə tərəf baxanda, onun qalxdığını və səndələyərək evə tərəf getdiyini görmüşdür. Evə çatanda Elvinin arvadının darvazadan çölə çıxıb ona tərəf gəldiyini görmüşdür. Daha sonra o, Elvinin arvadının ağladığını və qonşu Şahinin evlərindən çıxdığını görmüşdür. O, Elvinin arvadının ağladığını görüb, ona yazığı gəlmiş və X6 103 xidmətinə zəng vurub Tovuz rayonu, Əyyublu kəndində adam bıçaqladığını demişdir. Sonra isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib bir nəfər şəxsi bıçaqla vurduğunu demişdir. Sonra isə kəndin mərkəzində marketin yanında polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları onu Tovuz rayon Qovlar polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Elvini vurduğu bıçağı Bakı şəhərində olarkən 15 manata mağazadan almış və həmin bıçağı özünü müdafiə etmək üçün üzərində gəzdirmişdir. Elvinlə onun arasında yaranmış mübahisə Elvinin onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsi, onun həmin söyüşləri heç cürə qəbul edə bilməməsinə, buna görə də Elvinlə dalaşarkən özünü müdafiə etmək üçün Elvinə çoxsaylı bıçaq zərbələri vurmuşdur. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələri vurduqdan sonra Elvin çökmüşdür. Zərərçəkmiş şəxs öldürmək niyyəti olsa idi, onu öldürə bilərdi. Elvin vurduğu bıçaq zərbələrindən yerə çökdükdən sonra heç kimin təsiri olmadan könüllü olaraq ondan aralanıb, oradan uzaqlaşmışdır. Hal-hazırda o, Zərərçəkmiş şəxslə barışmış və zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İlham oğlu ifadəsində göstərmişdir ki, 04 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Tovuz rayonu, Əyyublu kəndində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarında yerləşən “Ayxan” adlanan kafeyə çay içməyə getmişdir. Çayxanaya daxil olduqda onunla birlikdə yaşayan bacısı oğlu Vahidin Məhərrəm adlı həmkəndlisi ilə oturub pivə içdiyini görüb, başı ilə Vahidə masadan qalxıb evə getməsini işarə etmişdir. Vahid qalxıb kafedən çıxmış və idarə etdiyi avtomobilə doğru gedib avtomobilə əyləşmişdir. Həmin vaxt ona zəng gəlmiş və o, çay içmədən çayxanadan çölə çıxmışdır. Ona zəng gəldikdən sonra Şəmkir rayonu, Düyərli kəndinə getmiş, təxminən 1 saat sonra kafeyə qayıtmışdır. O, qayıtdıqda Vahidin avtomobildə əyləşdiyini, hələ də evə getmədiyini görmüş və ayağı ilə avtomobilin təkərinə vurub, Vahidə evə getməsini demişdir. Vahid bundan sonra avtomobili hərəkətə gətirib kafedən çıxıb getmişdir. O, kafenin girişində Nicatın telefonla danışdığını görmüşdür. Bu zaman Nicat ona yaxınlaşaraq Vahidi niyə evə göndərdiyini soruşmuşdur. O isə Nicata Vahidin böyüyü olduğunu, onun bu vaxtı çöldə ola bilməyəcəyini və istədiyi vaxt onu masadan qaldıra biləcəyini demişdir. Nicat ona yaxşı hərəkət etmədiyini demiş və onlar sözlə mübahisə etməyə başlamışlar. Onlar yaxalaşmış və süpürüşməyə başlamışlar. Həmin vaxt Nicat yumruqla onun sifət nahiyəsinə vurmuş, Nicatın yumruq zərbəsindən sonra qaşı partlayıb qan axmışdır. Bundan sonra bir-birlərinin yaxasından tutub dartışmağa başlamışlar. Həmin vaxt Nicatın köynəyinin yaxası cırılmışdır. Daha sonra kafedə olan şəxslər onları aralamışlar. Nicat ona “burda dayan gəlirəm” demiş, o isə Nicata “sabah gələrsən söhbəti aydınlaşdırarıq” demişdir. Bundan sonra Nicat kafedən çıxıb getmiş, o da kafedən çıxıb yaşadığı evə gəlmişdir. Qaşı qanadığı və köynəyi cırıldığı üçün yaşadığı evə daxil olmayıb köynəyini çıxardıb qaşının qanını silmiş və qanın kəsilməyi üçün köynəyi qaşına tutmuşdur. O, küçədə olarkən Məhərrəm gəlib çıxmışdır. Məhərrəm onu gördükdə yerdən daş götürüb ona tərəf atmışdır. Həmin vaxt daş ona yox, darvazaya dəymişdir. O, yaşadığı evin həyətinə daxil olub özünü müdafiə etmək üçün taxta və ya ağac parçası axtarmış, lakin tapa bilməyib küçəyə çıxmışdır. Evin həyətinə daxil olduqda Məhərrəm durmadan evin həyətinin giriş qapısını daşla vurmuş, küçəyə çıxdıqda Nicatın da küçədə olduğunu görmüşdür. Məhərrəmin atdığı daş onun əlinə dəymiş, lakin həmin daş kiçik olduğundan heç bir xəsarət almamışdır. Bundan sonra Məhərrəmin üzərinə gedib onu yumruqla bir dəfə sol qolundan vurmuş, həmin vaxt Nicat onu nə iləsə vurmuşdır. O, əvvəlcə elə bilmişdir ki, Nicat onu məftillə vurur. Bu vaxt qonşusu Aydın səslərinə pəncərəyə çıxıb qışqırmış, səs-küy yaratmamalarını və dağılışmalarını demişdir. Nicat qonşuları Aydının səsini eşitdikdən sonra ondan aralanmışdır. Əgər Aydın qışqırmasa, Nicat əlindəki alət ilə onu vurmağa davam edəcəkdi. Həmin vaxt qaranlıq olduğu üçün Aydın onları görməmiş və onların uşaqlar olduqlarını zənn edib dağılışmalarını söyləmişdir. Nicat ondan aralandıqdan sonra, yaşadığı evin həyətinə keçmişdir. O, həyətə daxil olduqda bütün bədəninin qan olduğunu görmüşdür. Bundan sonra huşunun itmək üzrə olduğunu görüb arvadı Şəbnəmi çağırmış və ona su verməsini demişdir. Şəbnəm də ona su vermişdir. Daha sonra arvadı Şəbnəm qonşuları Şahini çağırmış və Şahin onlara gəlib arvadı ilə birlikdə onu Tovuz rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada isə huşunu itirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəyib və o, təqsirləndirilən şəxslə barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində ən yüngül cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu sakinidir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs İlham oğlu və Şahid5 onun həmkəndliləridir. Nicatla onun dostluq münasibətləri var. 04 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində o, Nicat və Vahid kənddə görüşüb Tovuz rayonu, Əyyublu kəndində Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən “Ayxan” adlanan kafeyə pivə içməyə getmişlər. Onlar həmin kafedə masalardan birində əyləşib pivə sifariş etmişlər. Birlikdə 05 sentyabr 2022-ci il saat 01 radələrinədək həmin kafedə oturub pivə içmişlər. Saat təxminən 01 radələrində Nicat masadan qalxıb tualetə getmişdir. Təxminən 5 dəqiqə sonra Vahidin dayısı Elvin sərxoş vəziyyətdə oturduqları masaya gəlmişdir. Elvin Vahidlə oturduğu masaya yaxınlaşıb Vahidə gecə vaxtı kafedə olmasına görə irad bildirib, evə getməsini demişdir. Vahid masadan qalxıb kafedən çıxmışdır. O isə masada oturub Nicatı gözləmişdir. Həmin vaxt Elvin heç bir əsas olmadan Vahidin və onun ünvanına söyüş söymüş, lakin o, Elvinə heç nə deməmişdir. Təxminən 4-5 dəqiqə sonra Nicat tualetdən qayıdıb yanına gəlmiş və Vahidin masada olmadığını görüb ondan Vahidin harada olduğunu soruşmuşdur. O, Vahidi dayısı Elvinin gəlib apardığını demişdir. Bundan sonra Nicat bayıra çıxmışdır. Təxminən 15 dəqiqə sonra Nicatın gəlmədiyini görüb, özü də bayıra çıxmışdır. Həmin vaxt Nicatın köynəyinin cırıldığını, Elvinin isə qaşından qan gəldiyini görmüşdür. O, Nicatdan nə baş verdiyini soruşduqda, Nicat ona Elvinlə yaxalaşdıqlarını demişdir. Elvin həmin vaxt onlara orada gözləmələrini, onlarla davanı davam edəcəyini deyib, ünvanlarına nalayiq söyüşlər söymüşdür. O, Elvinə söyüş söyməyinin yaxşı hərəkət olmadığını demiş, Nicat isə Elvinə əynini dəyişib qayıdacağını demişdir. Elvin də əynini dəyişib qayıdacağını demiş və kafedən çıxıb getmişdir. Elvinin ardınca isə o və Nicat kafedən çıxıb taksi ilə Nicatın yaşadığı evə getmişdir. Nicat taksidən düşüb ona əynini dəyişib gələcəyini demiş, o isə taksidə Nicatı gözləmişdir. Təxminən 10 dəqiqə sonra Nicat köynəyini dəyişib taksiyə gəlmiş və birlikdə kafeyə qayıtmışlar. Onlar kafeyə qayıtdıqda Elvinin orada olmadığını görmüşlər. O, Elvinin orada olmadığını görüb, Nicata Elvinin sərxoş vəziyyətdə olduğunu, söhbəti böyütməməyi deyib evə getməyi təklif etmişdir. Onun və Nicatın yaşadığı evə getmək üçün Elvinin yaşadığı evin yerləşdiyi küçədən keçməli olmuşlar. Elvinin yaşadığı küçəyə çatanda Nicatdan ayrılmışdır. O, Elvinin yaşadığı küçədən keçib yaşadığı evə getmək istəyərkən Elvinin yaşadığı evin həyətinin giriş qapısının qarşısında sonuncunun maykada əlində ağacla oturduğunu görmüşdür. Elvin onu görən kimi ağacla üzərinə gəlib onu vurmaq istəmiş, o, küçənin baş tərəfinə qaçmışdır. O, qışqırıb Nicatı çağırmışdır. Nicat həmin vaxt gəlib Elvinlə əlbəyaxa olmuş, o isə onlardan təxminən 15-20 metr aralıda dayanmışdır. Elvin və Nicat bir-birini yumruq və təpiklə vurmuşlar. Nicat həmin vaxt şalvarının kəməri ilə şalvarın arasına sıxışdırdığı açılıb-qatlanan bıçağı sağ əlinə götürüb düyməsini sıxıb bıçağı açaraq həmin bıçaqla Elvinin bədəninin müxtəlif yerlərinə çoxsaylı zərbələr vurmuşdur. Elvin bıçaq zərbələrinin təsirindən halsızlaşıb, Nicatın yaxasını buraxıb yerə çökmüşdür. Elvin yerə çökdükdən sonra, Nicat Elvindən aralanıb küçənin baş tərəfinə onun yanına gəlmişdir. Elvin yerə yıxıldıqda qışqırıb kömək istəmişdir. Bu vaxt Elvinin arvadı küçəyə çıxıb ona yaxınlaşmışdır. O isə Nicatla həmin yerdən uzaqlaşmışdır. Bundan sonra Nicat X8 zəng vurub, bir nəfəri bıçaqladığını demişdir. Daha sonra X12 Nazirliyinin “102” xidmətinə zəng edib bir nəfəri bıçaqladığını demişdir. Sonra isə Nicatla birlikdə kəndin mərkəzi hissəsində marketin yanına gedib orada polis əməkdaşlarının gəlməsini gözləmişlər. Polis əməkdaşları gəlib onu və Nicatı Qovlar polis bölməsinə aparmışlar. Şahid1 ifadəsində eyni zamanda göstərmişdir ki, onun Nicatın üzərində bıçaq olmasından xəbəri olmamışdır. O, Nicatla Elvinin dalaşmalarını və Nicatın Elvinə çoxsaylı bıçaq zərbələri vurmasını görmüşdür. Sadəcə olaraq qorxduğundan həmin vaxt onlara yaxınlaşıb onları aralamamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs İlham oğlu onun əridir. Nicat və Məhərrəm adlı şəxsləri həmkəndli kimi tanıyır. 05 sentyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində yaşadıqları evin həyətinin giriş qapısının qarşısında səs gəlmiş, qapının qarşısında kimlərinsə dalaşma səslərini eşitmişdir. O, səsi eşitsə də bayıra çıxıb baxmamışdır. Təxminən 5-10 dəqiqə sonra Elvin yaralanmış halda yaşadıqları evin həyətinə gəlmişdir. Həmin vaxt Elvinin bədənindən qan axmış və ayaq üstə durmağa taqəti olmamışdır. O, Elvini qan içərisində gördükdə həyəcanlanıb bayıra çıxıb kömək çağırmaq və X8 zəng etmək istəmiş, zəng etmək istəsə də telefonunun balansının olmadığını görüb üzbəüz qonşuları Aydını çağırmışdır. Aydının yaşadığı evin 1-ci mərtəbəsində mağazası olmuş, Aydını çağırıb ondan telefonunun balansını artırmaq üçün danışıq kartı almışdır. Həmin vaxt Elvinin taqəti qalmayıb yerə yıxıldığı üçün qışqırıb digər qonşu Şahini köməyə çağırmış, Şahin küçəyə çıxmış və birlikdə əri Elvini Şahinin avtomobilinə əyləşdirib, Tovuz rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada isə Elvini dərhal əməliyyat etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs İlham oğlu onun qonşusudur. 05 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində yaşadığı evdə olarkən küçədə səs-küy eşidib çölə baxmışdır. Lakin qaranlıq olduğu üçün səs salanların kimlər olduğunu bilməmişdir. Evdən küçəyə çıxdıqda qonşusu Elvinin yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Elvinin arvadı Şəbnəm həmin vaxt qışqırmışdır. O, küçəyə çıxdıqdan sonra Şəbnəm yaxınlaşıb telefon üçün danışıq kartı istəmiş, o da mağazadan Şəbnəmə danışıq kartı vermişdir. O, danışıq kartını Şəbnəmə verdikdən sonra Şəbnəm qonşuları Şahini səsləyib çağırmışdır. Şahin küçəyə çıxdıqda Şəbnəm Elvini xəstəxanaya aparmasını xahiş etmişdir. Şahin avtomobilini işə salıb küçəyə çıxarıb Elvini Şəbnəmin köməyi ilə avtomobilin arxa oturacağına uzadıb Tovuz rayon mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs İlham oğlu onun qonşusudur. 05 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində yaşadığı evdə olarkən Elvinin arvadı Şəbnəmin qışqırıq səsini eşidib bayıra çıxmışdır. Həmin vaxt Elvinin küçədə yerə yıxılmış vəziyyətdə olduğunu görüb ona yaxınlaşmışdır. Şəbnəm ondan Elvinin yaralandığını və onu xəstəxanaya aparmalarını xahiş etmişdir. O da avtomobilini işə salıb küçəyə çıxarmış və Elvini Şəbnəmin köməyi ilə avtomobilin arxa oturacağına uzadıb Tovuz rayon mərkəzi xəstəxanasına aparmışdır. Tovuz rayon mərkəzi xəstəxanasında Elvin əməliyyat otağına aparılmış, bir qədər gözlədikdən və Elvinin yaxınları xəstəxanaya gəldikdən sonra evə qayıtmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu sakinidir. Şahid1 və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Onlarla həmkəndli kimi yaxın münasibəti var. Zərərçəkmiş şəxs İlham oğlu isə onun dayısıdır. 04 sentyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində özünə məxsus “Hyundai” markalı avtomobillə Nicatı evlərindən götürmüş və kafeyə pivə içməyə getməyi planlaşdırmışlar. Onlar avtomobillə gedərkən Nicat Məhərrəmə zəng vurub danışaraq özləri ilə Məhərrəmi də götürmüşlər. X5 rayonu, Əyyublu kəndinin mərkəzində görüşərək birlikdə Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən “Ayxan” adlı kafedə pivə içərək 05 sentyabr 2022-ci il saat 01 radələrinədək oturmuşlar. Saat təxminən 24 radələrində kafeyə dayısı Zərərçəkmiş şəxs gəlmiş və Məhərrəmlə oturub pivə içdiyini görmüşdür. Dayısı ona başı ilə masadan qalxıb evə getməyini işarə etmiş, dayısının işarəsindən sonra qalxıb kafedən çıxmış və idarə etdiyi avtomobilə doğru gedib avtomobildə əyləşmişdir. Həmin vaxt anası ona zəng vurduğundan avtomobildə oturub anası ilə telefonla danışmışdır. Bundan sonra dayısı kafedən çıxıb getmişdir. Təxminən 1 saat sonra dayısı Elvin həmin kafeyə qayıtmışdır. Dayısı onun avtomobildə əyləşdiyini, hələ də evə getmədiyini görüb, ayağı ilə avtomobilin təkərinə vurub, ona evə getməyini demişdir. Bundan sonra avtomobili hərəkətə gətirib kafedən çıxıb xalasıgilə getmiş və onlarda qalmışdır. Səhəri gün səhər saatlarında bilmişdir ki, kafedən getdikdən sonra Nicat dayısı Zərərçəkmiş şəxslə niyə onu evə göndərdiyini soruşduğuna görə onlar mübahisə etmişlər, həmin vaxt onlar əlbəyaxa olmuş, Nicat dayısına yumruqla vurmuş, həmçinin Nicatın köynəyi cırılmış, həmin vaxt orada olan şəxslər onları aralamışlar. Daha sonra Nicat dayısına əynini dəyişib gələcəyini demiş və evə getmiş, köynəyini dəyişdikdən sonra evdən özünə məxsus 1 ədəd bıçağı götürüb Məhərrəmlə birlikdə geri qayıtmışlar. Dayısı Elvin “Ayxan” adlı kafedə olmadığından Nicat Məhərrəmlə geri qayıdıb evlərinə tərəf gəlmiş, Nicatgil dayısının yaşadığı küçəyə çatdıqda Məhərrəmdən aralanıb yaşadığı evə gedərkən, Məhərrəmlə dayısının mübahisəsi düşmüş, Məhərrəm qışqırıb Nicatı çağırmış, bundan sonra Nicat geri qayıdaraq dayısı Zərərçəkmiş şəxslə əlbəyaxa olmuş, həmin vaxt Məhərrəm onlardan 15-20 metr aralıda dayanmış, onlar əlbəyaxa olarkən Nicat dayısı Elvinə çoxsaylı bıçaq zərbələri vurmuşdur. O, hadisənin baş verməsini görməmiş, səhəri gün eşitmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 05 sentyabr 2022-ci il tarixli Tovuz rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisinin raportundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:49-da Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Tovuz rayonu, Əyyublu kəndində adını bilmədiyi şəxsi bıçaqlaması barədə məlumat vermişdir (iş vərəqə: cild İ, səh. 23). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 sentyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Tovuz rayonu, Əyyublu kəndində yerləşən Zərərçəkmiş şəxs İlham oğluna məxsus fərdi yaşayış evinin yerləşdiyi küçədir. Baxış zamanı Təqsirləndirilən şəxs və Şahid1 evin yerləşdiyi küçədə evin giriş qapısı ilə üzbəüz olan hissəsini göstərib, hadisənin olduğu yeri göstərmişlər. Hadisə yerinə baxış zamanı hadisənin baş verdiyi, yəni davanın olduğu yerdə qan izləri aşkarlanmışdır. Həmçinin, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin giriş qapısının üzərində qanabənzər ləkələr vardır. Baxış zamanı bir cüt qara rəngli idman ayaqqabısı, bir ədəd üzərində qanabənzər ləkələr olan bez parçası aşkar edilmişdir. Baxış zamanı hadisə yerində olan qanabənzər ləkələrdən pambıqla nümunələr və bir cüt qara rəngli idman ayaqqabısı, bir ədəd üzərində qanabənzər ləkələr olan bez parçası götürülüb qablaşdırılaraq protokola əlavə edilmişdir. (iş vərəqə: cild 1, səh. 11-18). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 sentyabr 2022-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş və istintaqa könüllü şəkildə təqdim etdiyi 1 ədəd cib bıçağı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild 1, səh. 86-89). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 dekabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü özünün iştirakı ilə hadisə yerində fotoçəkilişdən istifadə edilməklə yoxlanılmaqla dəqiqləşdirilmiş və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsini bir daha təsdiq etmiş, istintaq hərəkətinin görüntülərini əks etdirən fotoçəkiliş protokola əlavə edilmişdir (iş vərəqə: cild 1, səh. 198- 206). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 dekabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs İlham oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələrini vurmasını və ifadələrində göstərdikləri digər halları bir-birlərinin üzünə qarşı demişlər (iş vərəqə: cild 1, səh. 207- 210). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 dekabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs İlham oğlu ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələrini vurmasını və ifadələrində göstərdikləri digər halları bir-birlərinin üzünə qarşı demişlər (iş vərəqə: cild 1, səh. 211-213). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Məhkəmə Tibbi Ekspertiza və X2” X7 07 oktyabr 2022-ci il tarixli, 313 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İlham oğlunun bədən səthində döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin sol yan səthindən daxilə nüfuz edən köndələn çənbər bağırsağın müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası, sol yanaq nahiyəsinin kəsilmiş yarası, sağ bazu oynağının yuxarı-bayır səthinin kəsilmiş yarası, sol bazu oynağının arxa səthinin kəsilmiş yarası, sol bazu nahiyəsinin orta 1/3-nin bayır səthinin kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin 2 ədəd kəsilmiş yarası, sağ said nahiyəsinin orta 1/3-nin ön səthinin kəsilmiş yarası, sol said nahiyəsinin orta 1/3-nin arxa səthinin kəsilmiş yarası, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün iki qəlpəli sınığı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin sol yan səthindən daxilə nüfuz edən köndələn çənbər bağırsağın müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası, sol dirsək sümüyünün distal çıxıntısının yerdəyişmiş, qəlpəli sınığı, sol yanaq nahiyəsinin kəsilmiş yarası, sağ bazu oynağının yuxarı-bayır səthinin kəsilmiş yarası, sol bazu oynağının arxa səthinin kəsilmiş yarası, sol bazu nahiyəsinin orta 1/3-nin bayır səthinin kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin 2 ədəd kəsilmiş yarası, sağ said nahiyəsinin orta 1/3-nin ön səthinin kəsilmiş yarası, sol said nahiyəsinin orta 1/3-nin arxa səthinin kəsilmiş yarası iti kənara malik əşyanın (alətin) təsirindən, sol dirsək sümüyünün distal çıxıntısının yerdəyişmiş, qəlpəli sınığı, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün iki qəlpəli sınığı isə küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir. Həmin xəsarətlərdən döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin sol yan səthindən daxilə nüfuz edən köndələn çənbər bağırsağın müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə, ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol dirsək sümüyünün distal çıxıntısının yerdəyişmiş, qəlpəli sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, digər xəsarətlər isə ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs İlham oğlunun bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin sol yan səthindən daxilə nüfuz edən köndələn çənbər bağırsağın müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası, sol yanaq nahiyəsinin kəsilmiş yarası, sağ bazu oynağının yuxarı-bayır səthinin kəsilmiş yarası, sol bazu oynağının arxa səthinin kəsilmiş yarası, sol bazu nahiyəsinin orta 1/3-nin bayır səthinin kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin 2 ədəd kəsilmiş yarası, sağ said nahiyəsinin orta 1/3-nin ön səthinin kəsilmiş yarası, sol said nahiyəsinin orta 1/3-nin arxa səthinin kəsilmiş yarası iti kənara malik əşyanın (alətin), ola bilsin ki, bıçağın tiyəsinin deşici-kəsici hissəsinin təsirindən bir neçə zərbə nəticəsində, sol dirsək sümüyünün distal çıxıntısının yerdəyişmiş, qəlpəli sınığı yıxılma nəticəsində, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün iki qəlpəli sınığı insan bədəninin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir (iş vərəqə: cild 1, səh. 165-169). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Məhkəmə Tibbi Ekspertiza və X2” X7 10 sentyabr 2022-ci il tarixli, 208 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözaltı və sağ almacıq nahiyələrinin qançır şişkinliyi, sol said, sağ yanaq, sol çənəaltı, sol qulaq, boyun nahiyələrinin sıyrıqları, sol çiyinüstü nahiyəsinin qançırı küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi. Həmin xəsarətlərdən sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir (iş vərəqə: cild 1, səh. 164). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 12 yanvar 2023-cü il tarixli, 16 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi dövrdə hər hansı ruhi xəstəlik keçirməmişdir. O, öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Hazırda ruhi xəstəlik keçirmir və öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (iş vərəqə: cild 2, səh. 109-113) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2023-cü il tarixli, 16/17 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi ov bıçağıdır (cəmdəyi kəsmək,doğramaq,soymaq) və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir (iş vərəqə: cild 2, səh. 86-88). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 3/388 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs İlham oğlunun.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs İlham oğlunun.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qolsuz maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmentin, (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən qolsuz maykanın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin, təqdim edilmiş qolsuz maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qolsuz maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədələrininin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim olunmuş digər geyim əşyalarında trasoloji, sürtünməyə, yerə yıxılmağa, o cümlədən qarşılıqlı mübahisəyə xarakterik iz və zədələr yoxdur (iş vərəqə: cild 2, səh.105-107). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2023-cü il tarixli, 6/1123 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs İlham oğluna və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs İlham oğluna məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs İlham oğluna məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur (iş vərəqə: cild 2, səh. 115-118). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X7 09 mart 2023-cü il tarixli, 142/2023-MTBŞ nömrəli rəyindən görünür ki, istintaq zamanı götürülərək ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus cins şalvar (kəmərlə), qolsuz mayka, hadisə yerindən götürülmüş idman ayaqqabısı, parça kəsiyi, pambıq topası və Təqsirləndirilən şəxs məxsus qısaqol kofta üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri B (İİİ) qruplu şəxsə (şəxslərə), o cümlədən Zərərçəkmiş şəxs İlham oğluna və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün deyildir (iş vərəqə: cild 2, səh. 120-126). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbayvan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X9 məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz RMX PHŞ-i Poliklinika şöbəsində həkim-psixiatr və həkimnarkoloqun dispanser qeydiyyatında dayanmır (iş vərəqə: cild 1, səh.142). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs İlham oğlu ilə Təqsirləndirilən şəxs mübahisə edib dalaşarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yetirdiyi dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı hazırki cinayət işindən material ayrılaraq Tovuz rayon Polis Şöbəsinə göndərilmişdir, bundan başqa həmin qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs İlham oğluna məxsus 01 cüt qara rəngli idman ayaqqabısı, 01 ədəd üzərində qanabənzər ləkələr olan əski parçası, 1 ədəd üzərində qanabənzər ləkələr olan pambıq topası, istintaq zamanı təqdim olunmuş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd mayka və 1 ədəd belində qara rəngli dəri kəməri olan göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd açılıb-qatlanan tiyəsinin uzunluğu 70 mm, dəstəyinin uzunluğu 115 mm, ümumi uzunluğu 185 mm olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən köməkçi ov bıçağı, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd qısaqol köynək maddi sübut kimi tanınmış və Tovuz rayon Prokurorluğunda saxlanca təhvil verilmişdir (iş vərəqə: cild 2, səh.139-158). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 32). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 121-122). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 noyabr 2022-ci il tаriхli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 152). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz rayon İcra Hakimiyyəti başçısının Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild 1, səh. 145). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs İlham oğlunun məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Ona azadlıqdan məhrum etməylə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd cinayətini törətməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələrini endirərkən Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasına, özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs həmin çoxsaylı bıçaq zərbələrini vurmasına, əgər onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olsa idi, onu öldürə biləcəyinə və heç kimin təsiri olmadan könüllü olaraq ondan aralanıb, oradan uzaqlaşdığından onun Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasına dair ifadəsində göstərdiklərini məhkəmə təqsirləndirilən şəxsin özünün məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsif məsələsi üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayəti törədən zaman təqsirkarın qəsdinin məzmununun və istiqamətinin dəqiq aydınlaşdırılması, cinayətin bütün hallarının məcmusu ilə yanaşı, cinayətin üsulu və aləti, yetirilən xəsarətlərin sayı, xarakteri və bədənin hansı nahiyəsinə yetirildiyi, cinayət hərəkətlərinin sonlandırılmasının səbəbləri, hadisədən əvvəl təqsirkarın davranışları ilə bağlı işin faktiki halları mühüm əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin ifadələri ilə və hadisə yerində olmuş şahidlərin ifadələri, həmçinin cinayət işinin bütün faktiki halları ilə təsdiq olunmuşdur ki, hadisə baş verməmişdən öncə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs İlham oğlu arasında Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən “Ayxan” adlı kafenin yanında yaranmış mübahisədən və onların dalaşmalarından sonra təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs evə gedib köynəyini dəyişib qayıdacağını demiş, sonra Təqsirləndirilən şəxs evə gedib köynəyini dəyişərkən evdən açılıb-qatlanan bıçağı da üzərində götürmüş, bundan sonra isə Zərərçəkmiş şəxslə əlbəyaxa olub dalaşarkən üzərində gətirdiyi həmin bıçağı çıxarıb Zərərçəkmiş şəxs bir neçəsi həyat üçün mühüm olan orqanlara yetirilməklə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuşdur. Həmin çoxsaylı bıçaq zərbələrindən sonra Zərərçəkmiş şəxs artıq çöməlmiş vəziyyətdə qalmış, sonradan isə Zərərçəkmiş şəxs vaxtında ixtisaslı tibbi yardım göstərilməsi ilə həyatı xilas olduğundan təqsirləndirilən şəxs öz niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qəsdən adam öldürməyə cəhd cinayət əməlini törətmişdir. Zərərçəkmiş şəxs bədən səthindəki çoxsaylı xəsarətlərlə bağlı cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2022-ci il tarixli, 313 nömrəli rəyindən də görünür ki, onun bədən səthində döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin sol yan səthindən daxilə nüfuz edən köndələn çənbər bağırsağın müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası, sol yanaq nahiyəsinin kəsilmiş yarası, sağ bazu oynağının yuxarı-bayır səthinin kəsilmiş yarası, sol bazu oynağının arxa səthinin kəsilmiş yarası, sol bazu nahiyəsinin orta 1/3-nin bayır səthinin kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin 2 ədəd kəsilmiş yarası, sağ said nahiyəsinin orta 1/3-nin ön səthinin kəsilmiş yarası, sol said nahiyəsinin orta 1/3-nin arxa səthinin kəsilmiş yarası, sol qaş nahiyəsinin əzilmişcırılmış yarası, burun sümüyünün iki qəlpəli sınığı kimi xəsarətlərdən döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthindən döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin sol yan səthindən daxilə nüfuz edən köndələn çənbər bağırsağın müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası kimi xəsarətlərdən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan üç ədəd xəsarətlərin zərərçəkmişin bədəninin daxilə keçən, həyat üçün mühüm olan orqanlara yetirilən xəsarətlər olması, bundan başqa digər səkkiz ədəd xəsarətlərin də yetirilməsi ilə Təqsirləndirilən şəxs zərərçəkmişi öldürmək məqsədinin olmamasına dair ifadəsində göstərdikləri obyektiv şəkildə bir daha təkzib olunur. Eyni zamanda, təqsirləndirilən şəxsin ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələrini özünü müdafiə etməsi üçün vurması ilə əlaqədar göstərdikləri ilə bağlı qeyd olunmalıdır ki, iş üzrə toplanmış sübutların məcmusu və işin faktiki hallarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs evdən məqsədli şəkildə üzərində əvvəlcədən bıçaq götürüb gələrkən, zərərçəkmişə zərbələri çoxsayda vurmasına, xüsusən də bıçaqla və həyat üçün mühüm olan orqanlarına həmin zərbələri yetirməsi üçün özünün bu şəkildə müdafiə olunmasını zəruri edəcək hər hansı ictimai təhlükəli qəsd mövcud olmamışdır. Hər hansı təhlükəli qəsd olmadığı təqdirdə və ya mübahisədən yayınıb çıxıb getmək imkanının olduğu halda, mübahisə zamanı zərərçəkmiş şəxsə bir neçəsi həyat üçün mühüm olan orqanlara yetirilməklə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələrin zərərçəkmişin artıq müqavimət göstərmək imkanlarının olmadığı anadək davam etdirilməsi Təqsirləndirilən şəxs özünü müdafiə etməsi üçün zərərçəkmişə həmin çoxsaylı zərbələri vurmasına dair ifadəsində göstərdiklərini tamamilə təkzib etməklə, onun zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsini bir daha təsdiq edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələrini vurduqdan sonra, Zərərçəkmiş şəxs arvadının ağladığını görüb, ona yazığı gəldiyindən X6 103 xidmətinə zəng vurub Tovuz rayonu, Əyyublu kəndində adam bıçaqladığını deməsi, sonra isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib bir nəfər şəxsi bıçaqla vurduğunu deməsi ilə əlaqədar da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini törətdikdən sonra X10 xidmətinə və Daxili İşlər Nazirliyinə zəng etməsi onun cinayət hadisəsini törətdiyi zaman zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd etməsini heç bir halda təkzib etmir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyat üçün mühüm olan orqanlarına çoxsaylı bıçaq zərbələrini yetirdiyi ərəfədə artıq onun hətta bir neçə bıçaq zərbəsindən sonra öz cinayətkar hərəkətlərini sonlandırmaq və bıçaq zərbələrini davam etdirməmək imkanlarının olmasına baxmayaraq, təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək, onun ağır nəticələrini qabaqcadan görərək və bunları arzu edərək hadisə vaxtı Zərərçəkmiş şəxs öldürməyə cəhd etmişdir. Artıq qeyd edilən cinayət əməli törədildikdən sonra, zərərçəkmiş şəxsə vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində həyatı xilas olunarkən X8 sonradan təqsirləndirilən şəxsin və ya başqa şəxsin zəng etməsinin təqsirləndirilən şəxsin məhz hadisə zamanı qəsdinin zərərçəkmişi həyatdan məhrum etməyə cəhd etməsini təkzib etməsinə heç bir aidiyyəti yoxdur. Qeyd edilən xüsusatlar cinayət işinin bütün materialları ilə təsdiq edilməklə, Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd cinayətini törətməsi şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan və həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərlə yanaşı, qeyd edilməlidir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar qrupuna aid edilərkən, qanunvericilik həmin şəxslərin kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun könüllü gəlib təqsirini boynuna almasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın ödənilməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, “....Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır... Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir.” Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən isə yetkinlik yaşına çatmayanlara cəza təyin etmənin, həmçinin başa çatmayan cinayətə görə cəza təyin edilməsinin prinsipləri nəzərə alınmaqla cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs on ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin Cinayət Məcəlləsinin 60.1-ci və 63.3-cü maddəsinin tələblərinə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilməsi mümkün olan daha ciddi cəza növünün yuxarı həddinin, yəni on ilin dörddə üçünün dörddə üçündən artıq olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını — ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Odur ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağından cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Tovuz rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar - hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs İlham oğluna məxsus 1 cüt qara rəngli idman ayaqqabısı, istintaq zamanı təqdim olunmuş hadisə zamanı onun əynində olmuş 1 ədəd mayka və 1 ədəd belində qara rəngli dəri kəməri olan göy rəngli cins şalvar Zərərçəkmiş şəxs İlham oğluna qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, eyni zamanda Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 ədəd açılıb-qatlanan tiyəsinin uzunluğu 70 mm, dəstəyinin uzunluğu 115 mm, ümumi uzunluğu 185 mm olan kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən köməkçi ov bıçağı, 1 ədəd üzərində qanabənzər ləkələr olan əski parçası, 1 ədəd üzərində qanabənzər ləkələr olan pambıq topası məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri - 245,50 (iki yüz qırx beş manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Tovuz rayon Prokurorluğunda saxlanca verilmiş hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs İlham oğluna məxsus 1 cüt qara rəngli idman ayaqqabısı, istintaq zamanı təqdim olunmuş hadisə zamanı onun əynində olmuş 1 ədəd mayka və 1 ədəd belində qara rəngli dəri kəməri olan göy rəngli cins şalvar Zərərçəkmiş şəxs İlham oğluna qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, bundan başqa Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, eyni zamanda Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 ədəd açılıb-qatlanan tiyəsinin uzunluğu 70 mm, dəstəyinin uzunluğu 115 mm, ümumi uzunluğu 185 mm olan kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən köməkçi ov bıçağı, 1 ədəd üzərində qanabənzər ləkələr olan əski parçası, 1 ədəd üzərində qanabənzər ləkələr olan pambıq topası məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - 245,50 (iki yüz qirx beş manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar