Məhkəmə qərarları › İş №1(100)-272/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-272/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-272/2024 16.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X12 və X4 ibarət tərkibdə, X16 və X10 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X19, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X17 və təqsirləndirilən şəxs X7 iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla, Samux rayonu, Sərkar kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının sürücülük vəsiqəsi olmayan şəxs tərəfindən pozulması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 10 iyul 2023-cü il tarixdə saat təxminən 04:55 radələrində ayıq vəziyyətdə idarə etdiyi «Mersedes Benz 208D» markalı **-CA-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla “X25” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni mikroavtobusu sürücülük vəsiqəsi olmadan idarə edərək, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Səbuhi Əliyev küçəsi istiqamətində hərəkətdə olan zaman həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş, həmin vaxt piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidən avtomobil yolunun hərəkət hissəsinə çıxmış piyada X6 vuraraq ona baş beyinin yumşaq qişasına, alın təpə-gicgah paylarında və başın yumşaq toxumalarına alın-təpə-gicgah nahiyəsində qansızma, beyin mədəciklərinə qansızma, sağ təpə sümüyünün xətti sınığı, sağ təpə nahiyyəsinin əzilmiş yarası, sağ ağciyərin, plevranın, qaraciyərin, dalağın və sağ böyrəyin cırılması, döş qəfəsinin sağ tərəfində İ-Xİİ qabırğaların məmə xətti üzrə, İV, V, Vİ qabırğaların onurğayanı xəttlə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması, sağ körpücük və qalça-qasıq və sağ baldır sümüklərinin qapalı sınığı, alın, burun, sağ dirsək, sağ baldır nahiyələrinin sıyrıqları xəsarətlərindən ibarət olmaqla həyat üçün təhlükəli olan AĞİR dərəcəli bədən xəsarətləri almasına, həmin xəsarətlərdən açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınmasına görə ölməsinə, yəni yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının sürücülük vəsiqəsi olmayan şəxs tərəfindən pozulması və ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o səhər işə getmiş, hərəkətdə olan zaman işıqforun işıqı yaşıl işıq olmuşdur. O öz yolunda hərəkətdə olmuşdur. Mərhum səkinin yanında olmuş, ondan qabaqda hərəkətdə olan avtomobil çölə “bizon” qabı atmışdır. Mərhum “bizon” qabını götürmək üçün həmin istiqamətə getmiş, o isə avtomobili saxlamaq istəsə belə saxlaya bilməyərək mərhumu avtomobilin sol tərəfi ilə vurmuşdur. O hərəkətdə olarkən mərhum onun qabağına çıxmışdır. Hadisə gecə saatlarında olmuş, hava işıqlı olmamış, lakin ərazidə işıqlar yanılı olmuşdur. Məsafəni normal görmüş, məsafə təxminən 100 metr olaraq görsənmişdir. O yolun sağ hissəsi ilə hərəkətdə olmuşdur. O mərhumun onun idarə etdiyi avtomobilin qabağına qaçacağını düşünməmişdir. Onun sol hissəsində olan avtomobi ilə onun arasında məsafə az olmuş və onun ön hissəsi boş olmuşdur, yəni onun qabağında avtomobil olmamışdır. Mərhumu həkimə apardıqda üstündə “bizon” qabı olmuşdur. Mərhumun süpürgəsinin əlində olması onun yadında qalmamışdır. Onun istiqaməti 27-05 adlanan dairə istiqamətində olmuşdur. O işıqforun yaşıl işığında keçmək istəyərkən mərhum onun qabağına çıxmışdır. Mərhum təqribən 3 addım atmışdı. O təqribən 50 metrdən qadını görmüşdür. Onun əylənc sistemi qırılmışdır. O əyləcdən istifadə etsə də hadisənin qabağını ala bilməmişdir. Onun surət həddi 50-60 km/s olmuşdur. Hadisə ani halda törədilmişdir. Mərhumun hərəkətdə olmasını görmüşdür. Mərhumu vurduqdan sonar onu dərhal başqa avtomobil ilə A.Səhhət adına xəstəxanaya aparmışdır. Avtomobil özünə məxsusdur. Sürücülük hüququ yoxdur. O daimi olaraq işləmir səhər işə axşam evə gedib gəlmişlər. O fəhlə işləyir, Şəmkir rayonunda olan istixanaya fəhlələri aparmışdır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, onun təqsirləndirilən şəxslə heç bir düşmənçilik və ədavəti olmamışdır. Bu işlə bağlı o heç nə bilmir. Vəfat edən şəxs onu arvadı olmuşdur. Avtomobil ilə vurulmuşdur. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hazırda o təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qonşusudur. Qohumluğu və ya düşmənçiliyi yoxdur. Qonşusu, avtomobil almış, həmin avtomobili onun adına rəsmiləşdirmək istədiyini ondan xahiş etmiş, o da etiraz etməyək onun sürücülük vəsiqəsi alana kimi avtomobili kənddə saxlayacağını bildirmişdir. Avtomobil onun adına rəsmləşdirilmişdir. Hadisə barədə heç bir məlumatı olmamışdır. Məhəkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar səhər işə gedərkən qəfildən yolun kənarında durmuş qadın yolu keçərək avtomobilin qabağına doğru hərəkətdə olmuş, sürücü isə həmin vaxt avtomobili saxlaya bilməmiş və qadını vurmuşdur. Onlar avtomobildən düşmüş, köməklik göstərmiş, yolda hərəkətdə olan bir avtomobil ilə mərhumu xəstəxanaya aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun əridir.Hadisə təsadüfən baş vermişdtir. Onlar səhər iş getmiş, hava şəraiti qaranlıq olmuşdur. Həmin vaxt yaşlı bir qadın süpürgəçi, başqa bir avtomobilin “bizon” qabının atmasını görərək onu götürməyə doğru gedərkən onlar olduğu avtomobili saxlıya bilməyərək mərhumu vurmuşdur. Hadisə prospektdə olmuşdur, yollar işıqlandırılmışdır. Qadın, “bizon” qutusunu götürüb geri qayıtdanda, sürücü avtomobili saxlaya bilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 11 avqust 2023-cü il tarixli 8/2058 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, «Mersedes Benz 208D» markalı **-CA-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X25” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa real imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Mersedes Benz 208D» markalı mikroavtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X25” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə yol-nəqliyyat eksperti X21 şahid kimi dindirilərkən ekspertizanın rəyində Təqsirləndirilən şəxs hərəkətlərində “X25” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmamışdır” cümləsində “olmamışdır” sözünün texniki səhv olaraq yazıldığını bu sözün “olmuşdur” kimi oxunmalı olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmətibb ekspertizasının 10 iyul 2023-cü il tarixli 57 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər baş beyinin yumşaq qişasına, alın təpə-gicgah paylarında və başın yumşaq toxumalarına alın-təpə-gicgah nahiyəsində qansızma, beyin mədəciklərinə qansızma, sağ təpə sümüyünün xətti sınığı, sağ təpə nahiyyəsinin əzilmiş yarası, sağ ağciyərin, plevranın, qaraciyərin, dalağın və sağ böyrəyin cırılması, döş qəfəsinin sağ tərəfində İ-Xİİ qabırğaların məmə xətti üzrə, İV, V, Vİ qabırğaların onurğayanı xəttlə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması, sağ körpücük və qalça-qasıq və sağ baldır sümüklərinin qapalı sınığı, alın, burun, sağ dirsək, sağ baldır nahiyələrinin sıyrıqları - qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb açıq küt kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması olmuşdur. X1 bədənində müəyyən edilmiş xəarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi zamanı da əmələ gələ bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəməkimyəvi ekspertizasının 24 iyul 2023-cü il tarixli 2470/K nömrəli rəyindən görürür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu, fenotiazin, pirazalpen, 1,4 benzodiazepin törəmələri, salsilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli protokoldan göürünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş vermiş avtomobil yolu asfalt olmaqla düz, quru vəziyyətdədir, yolun ümumi eni 18 metrdir, avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Yolun iki hərəkət hissəsi vardır ki, hər bir hərəkət hissənin eni 9 metrdir. Yolun hər iki tərəfindən piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilər vardır. Hadisə yerinə baxış zamanı piyadanın vurulma yeri müəyyən edilmiş, belə ki, piyada yolun sağ tərəfindən mərkəzə tərəf 3 metr məsafədə vurulmuşdur. Hadisə yerində piyadanı vurmuş avtomobilə məxsus tormoz izi müəyyən edilmişdir. Tormoz izinin uzunluğu 6 metr olmuşdur. Hadisədən əvvəl piyadanı vurmuş avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən əvvəl avtomobilin sürücüsü ayıq vəziyyətdə olmuş və onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər BPİ-nin TŞX-dən əldə edilmiş diskə baxış zamanı diskdə 49 saniyəlik və 4 dəqiqə 30 saniyəlik iki görüntü olduğu müəyyən edilmişdir, 49 saniyəlik ilk görüntüdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 04:55 radələrində Gəncə şəhər MKTİB-nin işçisi olan mərhum X2 şəhər Ş.İ.Xətai prospekti ilə S.Vurğun küçələrinin kəsişməsində yolu təmizləmək məqsədilə yolun hərəkət hissəsinə çıxmışdır. Bu zaman yolun hərəkət istiqaməti ilə Gəncə şəhəri Səbuhi Əliyev küçəsi istiqamətində hərəkət edən qırmızı rəngli mikroavtobusun X6 vurması görünür. 4 dəqiqə 49 saniyəlik digər görüntüdə isə artıq piyadanın mikroavtobusun altında bir neçə metr sürükləndiyi və hadisə yerinə yaxın olan insanların oraya köməyə çataraq X6 yoldan keçən ağ rəngli Mitsubishi markalı avtomobilə qoyub apardıqları nəzərə çarpır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-5436/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-6553/2023 nömrəli məktubda göstərilmişdir ki, Mercedes Benz markalı **-CA-*** d.q.n-lı mikroavtobus xx.xx.2022-ci il tarixdən X9 məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən verilmiş “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyyətinin tibbi müayinəsi barədə tərtib edilmiş protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Samux rayon İcra Hakimiyyəti Başçısının Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 4 övladı vardır. Onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə rayonlar arası Narkoloji dispanserdən alınmış xx.xx.2023-cü il tarixli 6078 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə rayonlararası Psixonevroloji dispanserdən alınmış xx.xx.2023-cü il tarixli 2765 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş qərardan görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz 208D» markalı **- CA-*** dövlət qeydiyyat nişanlı mikroavtobus cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəməyədək Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X13 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz 208D markalı **-CA-*** dövlət qeydiyyat nişanlı mikroavtobus cinayət işi üzrə maddi sübut kimi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, diskə baxış protokolu, ekspertiza rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlər işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. Beləliklə, cinayət işinin istintaq sənədləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla, şahidlərin ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, özünün etirafedici ifadəsi, hadisə yerinə baxış protokolu, diskə baxış protokolu, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası bu mənada «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin himayəsində dörd azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını 59.1.12-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını, həmçinin hadisədən dərhal sonra zərərçəkmiş şəxsi xəstəxanaya aparması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 04 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona cəza təyin edərkən CM nin 60-cı maddəsini onun barəsində tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən yüngülləşdirən hallar olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzasının yuxarı həddinin, yəni 08 (səkkiz) ilin dörddə üçündən 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüqüqundan məhrum edilməklə ona azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CM-nin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli və bu cəzanın icrası əsas cəzanı çəkib qurtardığ vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan, mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş manat) Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökm icraya yönəldiyi vaxtdan, yəni onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. Hökmün icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan, mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş manat) Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar