Məhkəmə qərarları › İş №1(100)-273/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-273/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-273/2022 10.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X11 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayon məhkəməsinin xx.xx.2022-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, 588 saylı qəsəbə bina 3, mənzil 13-də yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 2,178 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumilikdə təmiz çəkisi 3,5 qram olan narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 4,067 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və ümumilikdə təmiz çəkisi 0,771 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 05 fevral 2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Sənayə küçəsi ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan gödəkcənin sağ yan cibində saxladığı bir ədəd “Kent” markalı siqaret qutusundan 2 ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,79 qram və 2,71 qram olmaqla, ümumi təmiz çəkisi 3,5 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuna, 2 ədəd gümüşü kağız bükümdə və 1 ədəd göy kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,172 qram, 0,327 qram və 0,272 qram olmaqla, ümumi təmiz çəkisi 0,771 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,796 qram, 0,188 qram və 0,194 qram olmaqla, ümumi təmiz çəkisi 2,178 qram olan kustar üsula hazırlanmış narkotik vasitə heroin və 1 ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi 4,067 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1-2 il müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 4 fevral 2022-ci il tarixdən 5 fevral 2022-ci il tarixə keçən gecə saat 01-02 radələrində Bərdə şəhərində olan kafelərin birindən çıxıb evə gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində o, üzərində olan narkotik vasitə olan marixuana və tiryəki polis əməkdaşlarına təqdim edib narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları ona təziq edib ona aid olmayan metamfetamin və heroini də boynuna almağını və ona köməklik edəcəklərini bildirmişlər. O da sonradan razılıq verib göstərilən narkotik vasitələrin hamısının ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq, o, polis tərəfindən olan təyziqlə əlaqədar prokurorluq orqanına şikayət etməmiş, şəxsi istifadə üçün narkotik vasitəni “instaqram” sosial şəbəkəsi vasitəsi ilə əldə etdiyini bildirmişdir. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, 2022-ci ilin fevral ayının 2-3 tarixlərində o, tək Bakı şəhərində xatırlamadığı küçədə gəzərkən yerdən ağzı açıq olan “Kent” markalı siqaret qutusunu görmüşdür. Siqaret qutusunun ağzı açıq olduğundan o, içərisində sellofan bükümləri görmüşdür. O, dərhal siqaret qutusunu əlinə aldığında siqaret qutusunun içərisində kibrit qutusunda olan 2 ədəd kağız bükümdə marixuana, 4 ədəd kağız bükümdə “şüşə” adlanan psixotrop maddə metamfetamin, 3 ədəd sellofan bükümdə “kakos” adlanan narkotik vasitə olan heroini və 1 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəki aşkar etmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğundan dərhal həmin siqaret qutusunda olan narkotik vasitələri və psixotrop maddələri tanımışdır. O, həmin siqaret qutusunu götürüb gələcəkdə istifadə etmək üçün üzərində saxlamağa başlamışdır. Bir neçə gün sonra o, üzərində Bakı şəhərində tapdığı içərisində narkotik vasitələrin və pxisotrop maddələrin olduğu siqaret qutusu ilə birlikdə Bərdə şəhəri gəlmişdir. Bərdə şəhərində olarkən axşam saatlarında Bakı şəhərində tapdığı içərisində narkotik vasitələrin və pxisotrop maddələrin olduğu siqaret qutusunu əynində olan gödəkcənin sağ cibinə qoyub yaşadığı evdən çıxıb Bərdə şəhərinə gəlmişdir. Siqaret qutusunu üzərində götürməyində məqsədi “lomka” deyilən ağrılarının başladığı zaman narkotik vasitələri və pxisotrop maddələri istifadə etmək olmuşdur. 5 fevral 2022-ci il tarixdə saat 22 radələrində Bərdə şəhəri, Sənayə küçəsində olarkən mülki geyimdə ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən müdafiəçi dəvət edilmiş, müdafiçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan gödəkcənin sağ yan cibində saxladığı içərisində narkotik vasitələrin və pxisotrop maddələrin olduğu “Kent” markalı siqaret qutusunu təqdim etmiş və siqaret qutusunun içərisində narkotik vasitələrin və pxisotrop maddələrin olduğunu bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 5 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitələri satış məqsədi ilə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs həmin gün saat 22 radələrində Bərdə şəhəri, Sənayə küçəsində saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri və psixotrop maddələri saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Yolda olarkən Təqsirləndirilən şəxs əllərini hər hansı bir cibinə qoymaması barədə xəbərdarlıq edilmişdir. Polis şöbəsinin inzibati binasına gəldikdə müdafiəçi dəvət edilmişdir. Bundan sonra polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ilkin olaraq narkotik vasitələrin istifadəçisi olmasını bildirmiş və könüllü olaraq əynində olan gödəkcənin sağ yan cibində saxladığı bir ədəd siqaret qutusunu təqdim edərək həmin siqaret qutusunda narkotik vasitələri və psixotrop maddələrin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirildikdə, 1 ədəd yarımçıq siqaret qutusu, siqaret qutusunun içərisində 2 ədəd gümüşü kağız bükümlərdə ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 3 ədəd kağız bükümdə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər, 3 ədəd bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər, 1 ədəd bükümdə ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər və 1 ədəd kağız bükümdə içərisində tozcuklar olan kütlələr aşkar edilmişdir. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq tutulan vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vastiələr və psixotrop maddələrin özünə məxsus olmasını, həmin narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitlər və psixotrop maddələrə bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Əlavə olaraq polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə hər hansı təsir və ya təyziq olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 5 fevral 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, alqı-satqısı ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 5 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən çıxardaraq könüllü olaraq təqdim tdiyi bir ədəd siqaret qutusunun içərisindən bir ədəd siqaret qutusunun içərisində 1 ədəd kibrit qutusunda 2 ədəd kağız bükümdə, həmçinin ayrılıqda 4 ədəd kağız bükümlərdə və 4 ədəd sellofan bükümlərdə ilk baxışdan narkotik vasitə olan heorin, marixuana, tirkəyə və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildi və çəkilərinin müvafiq olaraq müvafiq olaraq 4,40 qram, 1,07 qram, 2,00 qram, 0,27 qram, 0,29 qram, 0,22qram, 0,24 qram, 0,47 qram, 0,42 qram və 4,31 qram olması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 16 fevral 2022-ci il tarixli 16/152 nömrəli materialların və məhkəmə bioloji rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə bənzər kütlələr” sözləri və imzalar olan kağız paketdəki,1 (bir) ədəd gümüşü kağız bükümdə və 1 ədəd göy kağız bükümdə olan 1 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,79 qram və 2,71 qram ümumi təmiz çəkisi 3,5 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 2 (iki) ədəd gümüşü və 1 (bir) ədəd göy kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,172 qram, 0,327 qram, 0,272 qram, ümumi təmiz çəkisi 0,771 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. 3 (üç) ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,796 qram, 0,188 qram, 0,1974 qram, ümumi təmiz çəkisi 2,178 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə, təmiz çəkisi 4,067 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. 1 (bir) ədəd ağ rəngli damalı kağız bükümdə olan tozşəkilli maddə, mikrohissəciklər şəklində olduğundan təmiz çəkisini müəyyən etmək və tədqiqatını aparmaq mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli “Azercell MMC”-dən daxil olmuş diskə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan məxsus olan +99450 *** ** ** saylı mobil nömrədən X4 məxsus +99450 *** ** ** saylı mobil nömrəyə-“qaqa bərk ağrıyıram, imkan varsa məni yığ”–mətnli “SMS” daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus +99*** *** ** **saylı mobil nömrədən X5 məxsus olan +99450 *** ** ** saylı mobil nömrəyə- “Ay lalıx nətər eləyək var yoxuna nəhlət aynöyünün pulu səndədi, 2 gündü ağrıda qalmışam sənə görə. Qaqa niyə belə eləyirsən telefonuda açmırsan ”–mətnli “SMS” daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 16 mart 2022-ci il tarixli 339 nömrəli məhkəmə-narkoloji rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən daxil olmuş 12 aprel 2022-ci il tarixli 409 və 506 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində marixuanadan proflaktiki qeydiyyatdadır və Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bərdə rayon Mənzil-Kommunal İstismar sahəsinin 18 fevral 2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X8 və anası X3 ilə birlikdə hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus Hərbi biletin surətindən, Hərbi komandanlıq tərəfindən verilmiş Fəxri Fərman, təşəkkür məktubu və xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycancan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə qismən səfərbərliklərə çağrılaraq N nömrəli hərbi hissənin tabeliyində olan bölmənin tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmiş, Fizuli, Xocavənd, Xocalı istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüş tapşırıqlarının icrası zamanı fəallıq göstərərək digər döyüşçü yoldaşlarına nümunə olmuş, üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 3,5 qram, ekspertiza tədqiqatından sonra qalıq 3,42 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana, ümumi təmiz çəkisi 0,771 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,621 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ümumi təmiz çəkisi 2,178 qram, ekspertiza tədqiqatından sonra qalıq 2,028 qram narkotik vasitə hesab edilən heroin və təmiz çəkisi 4,067 qram, ekspertiza tədqiqatından sonra qalıq 3,867 qram narkotik vasitə hesab olunan tiryək cinаyət işi üzrə mühüm əhəmiyyət kəsb еtdiyindən mаddi sübut kimi таnınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 5 fevral 2022-ci il tarixli protokoldan və Bərdə Rayon Məhkəməsinin 7 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 5 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş xx.xx.2022-ci il tаriхli tələbnаmədən və xx.xx.2022ci il tarixli 1(021)-39/2022 nömrəli Bərdə Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Bərdə Rayon Məhkəməsi tərəfindən barəsində 1 il müddətə azadlıqan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin, marixuananın ona məxsus olmasına baxmayaraq həmin narkotik maddəni satış məqsədilə üzərində saxlamamasına, üzərindən aşkar olunmuş heroinin və psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığına, dair ifadələri, özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi, ibtidai istintaq zamanı etiraf edici ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskə baxış protokolları, ekspert rəyləri, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə iclasında araşdırılmış təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrəsinə gələn və gedən mesaj mətnlərinin tədqiqi, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və həmin hissədə sübut növü kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 5 fevral 2022-ci il tarixdə şübhəli qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Bundan başda, 5 fevral 2022-ci il tarixdə üzərinə baxış zamanı prosessual hərəkətləri videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt üzərindən aşkarlanmış narkotik vasitə tiryəkin, marixuananın, heroinin və psixotrop maddə olan metamfetaminin ona məxsus olmasını bildirmiş, bundan başqa ona ünvanlanmış suala cavab olaraq polis əməkdaşları tərəfindən ona hər hansı təsir və təzyiq göstərilmədiyini qeyd etmişdir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Həmin Qanununun İ siyahısında narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qram göstərilmişdir. Həmin Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. Bundan başqa həmin Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); ». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin 4 müxtəlif növdə olmaqla narkotiv vasitə heroinin külli miqdarda, digər narkotik vasitələrin və psiotrop maddənin isə şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla çoxsaylı bükümlərdə olmasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını, maddi sübutları tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən 20 oktyabr 2020-ci il tarixdən 25 dekabr 2020-ci il tarixədək Fizuli, Xocalı, Xocəvənd rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etməsini, hərbi komandalıq tərəfindən döyüşlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanlarla təltif olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 1 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ittiham üzrə cinayət əməlini 5 fevral 2022-ci il tarixdə yəni Bərdə rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünə əsasən 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınmaqla ona hazırkı hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, 16 fevral 2022-ci il tarixdən hazırki iş hökmün çıxarıldığı günə olan çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla ona cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hazırki iş üzrə tutulduğu vaxtdan – 5 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 16 mart 2022-ci il tarixli 339 nömrəli məhkəmə-narkoloji rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq 3,42 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana, 0,621 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 2,028 qram narkotik vasitə hesab edilən heroin və 3,867 qram narkotik vasitə hesab olunan tiryək məhv edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 60,80 (altmış manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 32 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli hazırki iş üzrə tutulduğu 5 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq 3,42 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana, 0,621 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 2,028 qram narkotik vasitə hesab edilən heroin və 3,867 qram narkotik vasitə hesab olunan tiryək məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar