Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-273/2025 18.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə İclas katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X9, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 06 avqust 1981-ci ildə Ağdam rayonu Papravənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, 2021-ci il iyun ayından başlayaraq 17 may 2024-cü il tarixədək olan müddətdə dəqiq məlum olmayan tarixlərdə qeyri rəsmi ər-arvad münasibətində olduğu X1 yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qonaq və yataq otağında cinsi ehtirasını təmin etmək məqsədilə Gülnarə Bəbirovanın xx.xx.2009cu il təvəllüdlü olmaqla 14 yaşına çatmayan, sonrakı dövrdə isə 16 yaşına çatmayan qızı Zərərçəkmiş şəxs başqa şəxslərə xəbər verəcəyi təqdirdə özü və anasını öldürəcəyini bildirib hədə-qorxu gələrək zor tətbiq etmə hədəsi ilə və sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, ilk dəfə əl-qolunu tutub fiziki ağrı yetirərək müqavimətini qırmaqla zor tətbiq edib Zərərçəkmiş şəxs 14 yaşına çatmadığı dövrdə özünün sərtləşmiş vəziyyətdə olan cinsiyyət orqanının zərərçəkmiş şəxsin аrxa keçəcək dəliyinə (anusa) daxil edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla, sonrakı dövrdə isə dəfələrlə hədə-qorxu gələrək və artıq özünə psixoloji cəhətdən tabe etdiyi zərərçəkmişin köməksiz vəziyyətindən istifadə edərək özünün sərtləşmiş vəziyyətdə olan cinsiyyət orqanının zərərçəkmiş şəxsin аrxa keçəcək dəliyinə (anusa) daxil etməklə, Zərərçəkmiş şəxs arxa keçəcək hissəsində çapıq toxuması, sfinktor tonusun boşalması, şüavari büküşlərin hamarlaşması, arxa keçəçək dəliyin qıfvari açılması xəsarətləri ilə nəticələnən zərərçəkmiş şəxsə qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla deyil, CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, ilk dəfə ailə qurub ayrıldıqdan sonra Qanuni nümayəndə ilə tanış olub onunla birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad kimi yaşamış, sonuncunun qızı Aysu məktəbli olmuşdur. O Gülnarə ilə 2021-ci ilin iyun-iyul aylarında sosial şəbəkədə tanış olmuş, aralarında ədavət və düşmənçilik, söz-söhbət olmamışdır. O, günəmuzd fəhləliklə məşğul olmuş, iş olmayanda Gülnarə ilə Bərdədəki əkin sahələrinə alağa getmişdir. Rayonda iş olmayanda Bakı və Şəkiyə gedib fəhləlik etmişdir. Tutulmamışdan bir neçə ay əvvəl işdən evə gəlib yemək yedikdən sonra Aysu yanına gəlib uzanmış, əlini üstdən cinsiyyət orqanına və sinə nahiyəsinə vurmuş, O, Aysuya yanından durub getməsini, hərəkətlər etməməsini desə də Aysu ondan əl çəkməmiş, nəhayət Aysu ilə təxminən uzanıqlı vəziyyətdə qeyri-təbii yolla təxminən 3-4 dəqiqə cinsi əlaqədə olmuş, gələn spermanı yorğan-döşəyin üzərinə salınan örtüyün üzərinə tökmüşdür. Bundan başqa Aysu ilə hansısa əlaqəsi olmamışdır. Sonradan isə polis şöbəsinə çağırılmış və onun guya Aysu ilə 14 yaşına çatmadığı vaxtda da cinsi əlaqədə olduğunu demiş. razılaşmayanda onu döyərək zorakılıq etmiş və dəfələrlə Aysu ilə cinsi əlaqədə olduğunu demişlər. Ona qarşı edilmiş fiziki təzyiq nəticəsində etmədiyi ağır əməli etiraf edərək ifadəsini imzalamışdır. Məhkəmədən mərhəmət göstərilib ədalətli cəza verilməsini istəyir. Məhkəmədən fərqli olaraq ibtidai istintaq dövründə verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, İlk dəfə Aysu ilə 2021-ci il yay aylarında Gülnarə evdə olub yatdığı müddətdə Aysunun təkidi ilə özünü öldürmək deməsini istəməsinə görə onunla arxadan cinsi əlaqədə olmuş, həmin vaxt yataq otağının qapısı açıq vəziyyətdə olsa da bu barədə Gülnarənin məlumatı olmamışdır.....Təxminən 2-3 ay sonra 2-ci dəfə 2021-ci ilin payız aylarında o, həmin yaşadıqları evdə yataq otağında Aysu ilə qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur...Aysu ilk dəfə olduğu kimi onun yanına gələrək yanına uzandıqdan sonra əli ilə onun cinsiyyət orqanını tutub əlləşdirib cinsiyyət orqanını sərtləşdirdikdən sonra özü arxa anus dəliyinə soxmuşdur. Aysuya belə etməməyi bildirsə də sonuncu ona özünü öldürəcəyini demişdir. Həmin vaxt Gülnarə qonaq otağında olsa da, bu barədə məlumatı olmamış, cinsi əlaqədə olan zaman o və Aysu hər hansı bir səs çıxarmamışdır. 2022-2023-cü illər ərzində ümumilikdə 15-20 dəfə yaşadıqları həmin evdə Aysu ilə cinsi əlaqədə olmuş, Aysu əlaqə zamanı onun cinsiyyət orqanından öpüb yalamışdır... Aysu həmin hərəkətləri mütəmadi olaraq etsə də Aysunun anası Gülnarəyə məlumat verməmiş, buna səbəb Aysunun özünü öldürəcəyini deməsi olmuşdur O Aysuya hər hansı zorakılıq etməmişdir. Son dəfə 2024-cü ilin yanvar ayının əvvəli o, yaşadıqları ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində Aysu və anası Gülnarə ilə birlikdə evdə olan zaman o, özünə məxsus yataq otağında tək olarkən Aysu otağa daxil olub onun yanına gəlib uzanmışdır. O Aysunun iki döşündən öpmüş, Aysu onun cinsiyyət orqanını öpüb yalayaraq cinsiyyət orqanını sərtləşdirmiş, o da sərtləşmiş cinsiyyət orqanını Aysunun arxa nahiyəsinə tam şəkildə soxub Aysu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur....Bundan sonra o, Aysu ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır......Qubadlı rayonunda «N» saylı hərbi hissədə qrup komandiri vəzifəsində xidmət edən və yaşayan Şahid Zərərçəkmiş şəxs istəməsi barədə isə 2024-cü ilin fevral ayının ortalarında məlumatım olmuşdur. Belə ki, o, Aysunun gizli şəkildə telefonla danışmasından şübhələndiyi üçün məlumatı olmuşdur. X11 Respublikasının Babək rayonu, Payız kəndində yaşayan yəni, Mustafanın anası Naibə ona zəng edib Aysunu ailə qurmaq məqsədi ilə Mustafaya istəmiş, o, isə buna narazılığını bildirmişdir. Gülnarə də onunla birlikdə əvvəlcə narazı olsa da sonradan Gülnarə razılaşmışdır. Narazılıqlarına səbəb Mustafanın əvvəlki ailəsindən boşanması olmuşdur. Mustafa 2024-cü ilin fevral ayının sonu yaşadıqları evə qonaq gəlmiş, təxminən 2-3 dəfə o, Gülnarə və Aysu ilə birlikdə Bərdə rayon İcra Hakimiyyəti yaxınlığında yerləşən parka getmişdir. Bundan başqa Mustafanın Aysu ilə tək harasa getməsi barədə məlumatı olmamışdır. X15 ilə mobil telefonla əlaqə saxlayıb danışdığını bilmişdir..Əməlindən peşmandır..... İş üzrə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X12 göstərmişdir ki, o, anası Qanuni nümayəndə ilə birlikdə ünvan 3-də kirayədə yaşayır. Hadisə vaxtı 9-cu sinifdə oxumuşdur. Atası vəfat etmiş, 2021-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə ilə tanış olmuş və qeyri-rəsmi olaraq onunla birlikdə yaşamışdır. Cəmaləddin anası Gülnarə ilə birlikdə Bərdə rayonunda gündəlik işlərə getmişdir. Cəmaləddin onlarla yaşayandan təxminən 1 həftə sonra anası Gülnarə ev təmizlik işində olarkən evdə yataq otağında Cəmaləddin onu arxadan qucaqlamış, Cəmaləddini itələyib uzaq olmasını desə də onun belindən tutmuş, hər iki əlini tutub əynində olan geyimlərini və alt paltarını çıxarmış, başını aşağı salıb cinsiyyət orqanını arxa nahiyəsinə daxil etmiş, 10-15 dəqiqə əlaqə olduqdan sonra spermanı əlinin içərisinə boşalmışdır. Bundan sonra şiddətli ağrıları olmuş, anasına və hər hansı bir şəxsə bu barədə məlumat verəcəyi təqdirdə onu və anasını öldürəcəyini demişdir. O qorxduğu üçün bu barədə heç kimə heçnə deyə bilməmiş, bundan sonra mütəmadi olaraq Cəmaləddin ona fiziki zor göstərib evdə yataq və qonaq otağında qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bir müddət sonra sonuncu çağırdıqda ondan psixi asılılığa düşdüyü üçün yanına getmiş və sonuncu onunla arxadan cinsi əlaqədə olmuşdur. Xeyli müddət sonra Cəmaləddin telefonunda «whatsapp»da görüntülü danışarkən Mustafa adlı bacısı oğlunu görmüş, Cəmaləddin onun hərbiçi olduğunu demişdir O, gizli Mustafanın mobil telefon nömrəsini götürmüş, 2024-cü il yanvar ayında anası Gülnarə və Cəmaləddinlə Şirvan şəhərində toyda Mustafanı canlı görmüş, toydan gəldikdən sonra Mustafaya zəng edib xoşu gəldiyini demiş, Mustafa da ondan xoşu gəldiyini bildirmişdir. Aralarında sevgi münasibəti yaranmış, bundan anası Gülnarə və Cəmaləddinin də məlumatı olmuşdur. Mustafa ilə ilk dəfə 2024-cü ilin mart ayının ortalarında Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Heydər parkı”nda görüşmüş, Mustafa ilə bir dəfə parkın yaxınlığındakı meşəlik sahədə könüllü olaraq arxadan cinsi əlaqədə olmuşdur. Mustafa ondan əvvəlcə kiminləsə əlaqədə olub olmamasını soruşanda qorxduğu üçün inkar etmiş və Mustafaya heçnə deməmişdir. Sonra O, yaşadığı evə gəlmiş və Mustafa ilə görüşə bilməmiş, evdə olduğu müddətdə atalığı Cəmaləddin onu nəzarətdə saxlamış və dəfələrlə Mustafa ilə münasibətinə qarşı çıxmış, ailə qurmalarına imkan verməyəcəyini demişdir. Son dəfə 17 may 2024-cü Cəmaləddin onunla yaşadıqları evdə 1 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, Cəmaləddinin hərəkətləri barədə 2024-cü ilin iyun ayının əvvəli Qubadlı rayonunda hərbi xidmətdə olan Mustafaya zəng edib demişdir. Mustafa əvvəl inanmamış, 1-2 günə gəlib məsələni aydınlaşdıracağını demişdir. Sevdiyi şəxsi inandırmaq yalan demədiyini sübut etmək üçün mobil telefonunu səsyazmaya qoyub yataq otağında Cəmaləddinin ona etdiyi təklifləri qeydə almışdır. 05 iyun 2024-cü ildə Mustafa xidmət etdiyi Qubadlı rayonundan Bərdə şəhərinə gəlmiş, təxminən saat 10 radələrində o, Mustafa ilə Bərdə şəhərində 1 №li məktəbin qarşısında görüşüb Cəmaləddinin etdiklərini demişdir. Mustafanın təklifi ilə polisə şöbəsinə gəlib məlumat verdikdən sonra, polislər anasına zəng edib polis şöbəsinə çağırmış, sonra isə Cəmaləddini də çağırıb tutmuşlar. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs onunla ilk dəfə əl qolunu tutub saxlayaraq evdə tək olduqları vaxt zorla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, sonrakı dövrdə isə 1 həftə 10 gün aralıqlarla daimi qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bir müddət sonra psixoloji cəhətdən asılılığa düşüb onun dediklərini icra etmiş, lakin Mustafa ilə tanış olub münasibəti yaranandan sonra sonuncunu sevmiş və ailə qurmaq istəmişdir. Cəmaləddin isə bunu bildikdən sonra qəti şəkildə mane olub ailə qurmasına imkan verməyəcəyini dediyi üçün Mustafaya olanları demiş, sonuncu ona inanmadığı üçün mobil telefonunun səsyazma qurğusunu işə salıb Cəmaləddinin onunla yaxınlıq etməyi tələb etməsini və etirazını qeydə almışdır. Bərdə rayon Polis Şöbəsində şikayət edərkən müstəntiqə bu barədə bildirmiş, özü, anası, Mustafa və tanımadığı polis əməkdaşları da həmin səsə qulaq asmış, mobil telefonu müstəntiq ondan alıb otağına qoymuşdur. Cəmaləddindən şikayətçidir, onu bağışlamamışdır. Ona ən ağır cəza verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə da zərərçəkmişlə eyniməzmunlu ifadə verərək göstərmişdir ki əri öldükdən sonra əvvəlki nikahdan olan qızı və Təqsirləndirilən şəxsla ünvan 3-də kirayədə yaşamışdır. Sahələrə günəmuzd işə getmiş, Cəmaləddin ev ustası olduğu üçün işi olmadıqda onunla birlikdə Bərdə rayonundakı əkin sahələrinə alağa getmiş, bəzən Bakı və Şəki şəhərlərində ev təmiri ilə məşğul olmuşdur. Mustafa isə Cəmaləddinin bacısı oğludur. 2024-cü il yanvar ayının əvvəli Şirvan şəhərində yaşayan Mustafanın bacısının toy məclisinə qızı Aysu və Cəmaləddinlə birlikdə getmiş, Aysu ilə Mustafa tanış olmuşlar. Onların bir-birini istəmələrini Mustafanın Şəkidə yaşayan xalası Natavan ona demişdir. O, əvvəlcə qızı Aysu azyaşlı olduğuna görə narazılıq etmiş, 2024cü il mart ayının ortaları Mustafa yaşadığı evə gəlmiş, 10-12 gün Cəmaləddinlə birlikdə qalmışdır. Mustafa evdə olduğu müddətdə Cəmaləddin və Aysu yaşadığı evdə olmuşdur. Mustafa sonra Şəkidə yaşayan xalası Natəvanın yanına getmiş, 2-3 gün sonra yenidən onun yaşadığı evə gəlib qalmışdır. Sonra Mustafa xidmət etdiyi Qubadlı rayonuna getmişdir. 2024-cü ilin iyun ayının əvvəli Mustafa ona zəng edib bir neçə günə onun gələcəyini demiş, 05 iyun 2024-cü ildə isə onu Bərdə rayon polis şöbəsinə çağırıb Cəmaləddinin onun qızı ilə evdə qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirmişlər. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs şikayətçidir. Barışmamışdır, qızına etdiklərinə görə ona ən ağır cəza verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş, Şahid göstərmişdir ki, Cəmaləddin onun dayısıdır. 05 yanvar 2024-cü ildə Zərərçəkmiş şəxs və Aysunun anası X5 şəhərində yaşayan bacısının toy məclisində iştirak edən zaman Aysunu orada görmüşdür. Toydan sonra Aysu ona zəng etmiş, hər ikisi bir-birindən xoşu gəldiklərini bildirmiş, sevgi münasibətləri yaranmış, telefonda danışmışlar. Aysunun anası Gülnarə və dayısı Cəmaləddinin məlumatı olsa da onlar əvvəlcə ailə qurmalarına razılıq verməmişlər. Səbəb kimi isə Gülnarə onun bir dəfə ailəli olub ayrılmasını demişdir. O, Aysu ilə mütəmadi olaraq mobil telefonla danışıb ailə quracağını demişdir. 2024-cü ilin fevral ayının 20-dən sonra o, 20 günlük məzuniyyətə çıxıb əvvəlcə Aysunun yaşadığı Bərdə şəhərinə gəlmiş, 2024-cü il mart ayının ortası dayısı Cəmaləddin və Gülnarə işə getdikləri vaxt Aysu ilə birlikdə gəzmək üçün Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev adına parka getmişdir. Parkda çay içib söhbət edən vaxt Aysuya ailə quracağını və qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, Aysu razılaşdıqdan sonra parkdan çıxıb ağaclıq olan yerə getmiş, orada Aysunu öpmüş, sonra da Aysu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş hamilə qalmaması üçün spermanı yerə tökmüşdür. Əlaqə vaxtı Aysu səs çıxarmadığı və cinsiyyət orqanı Aysunun arxa dəliyinə rahat daxil olduğu üçün Aysunun əvvəl digər şəxslə qeyri-təbii cinsi əlaqədə olmasından şübhələnmişdir . Aysunu taksi ilə yola salıb özü də evə qayıtmışdır. Məzuniyyəti başa çatdıqdan sonra yenidən xidmət etdiyi Qubadlı rayonuna getmiş, Aysu ilə həmin vaxtdan 05 iyun 2024-cü il tarixədək görüşməmiş, ancaq mütəmadi telefonda danışmışlar. 2024-cü ilin iyun ayının əvvəli Aysu ilə telefonla danışarkən Aysu ona dayısı Cəmaləddin ona qarşı seksual xarakterli hərəkətlər etməsini demiş, lakin qeyri-təbii yolla cinsi əlaqədə olmasını deməmişdir. Aysudan kiminlə cinsi əlaqədə olmasını soruşanda Aysu ona dayısı Cəmaləddin ona pis hərəkətlər etməsini demiş, əvvəlcə Aysuya inanmayıb, dayısının belə hərəkət edəcəyinə inanmadığını bildirmişdir. 05 iyun 2024-cü ildə O, Qubadlı rayonundan Bərdəyə gəlmiş, Aysu ilə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən 1 saylı tam orta məktəbin qarşısında görüşmüş, Aysu ona Cəmaləddinin hərəkətlərini deyəndə polisə gedib şikayət etməyi təklif etmiş, birlikdə polis şöbəsinə gedib olanları danışmış, Aysunun anası Gülnarə və dayısı Cəmaləddin polisə çağırılmış, sonra isə Cəmaləddini tutmuş, hadisə ilə bağlı izahat sonra isə ifadə vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki O, Zərərçəkmiş şəxs ilə qeyritəbii yolla 2024-ci il mart ayında əlaqədə olmuşdur. Buna görə də barəsində cinayət işi var. Aysu ondan şikayətçi deyil və onlar gələcəkdə ailə həyatı quracaqlar. Telefondakı səslərə Gülnarə və polislərlə birlikdə o da qulaq asmış, dayısının Aysudan cinsi əlaqədə olmağı tələb etdiyini, Aysunun isə bunu rədd etməsini özü eşitmişdir. Telefonu polislər götürmüşlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 05 iyun 2024cü il tarixli « hadisə yerinə baxış keçirilməsi haqqında» protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 saylı fərdi yaşayış evinin yataq və qonaq otağıdır. Hadisə yerinə baxış zərərçəkmiş şəxs və qanuni nümayəndəsinin iştirakı ilə keçirilmiş, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla zor tətbiq edərək qeyri-təbii yolla cinsi əlaqədə olduğu yerləri göstərmiş, baxışda iş üzrə maddi sübuta malik əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan məhkəmə tibbi ekspertizasının 05 iyun 2024-cü il tarixli, 432 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində müəyyən edilmiş xəsarət-arxa keçəcək dəliyinin çapıq toxuması uzunsov küt əşyanın ola bilsin gərginləşmiş kişi cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi nəticəsində törənə bilərdi, törənmə müddəti haqda dəqiq fikir söyləmək mümkün deyil, lakin zərərçəkənin göstərdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində aşkar edilmiş əlamətlərə sfinktorun tonusunun boşalmasına, şüavari büküşlərin hamarlaşmasına, arxa keçəcək dəliyinin qıfvari açılmasına əsasən demək olar ki, onunla arxa keçəcək dəliyindən mütəmadi olaraq qeyri-təbii cinsi əlaqədə olunmuşdur. İş materiallarında olan məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxsin dindirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2021-ci ildə yay aylarından başlayaraq fiziki zor tətbiq edərək qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şahidin dindirilməsi haqqında protokol və əlavəsi olan DVD diskdən görünür ki, Şahid Zərərçəkmiş şəxs ilə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu və sonuncunun ona 2024-cü il iyun ayının əvvəli dayısı Təqsirləndirilən şəxs ona qarşı zorakılıq edərək uzun müddət cinsi əlaqədə olduğunu bildirdiyini demişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə sonuncunun istəyi ilə mütəmadi olaraq arxa nahiyyədən qeyri təbii yolla cinsi əlaqədə olduğunu etiraf etmiş və etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 06 iyun 2024-cü il tarixli, «üzləşdirmə keçirilməsi haqqında» protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi anası Qanuni nümayəndə iştirakı ilə iş üzrə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində anası Qanuni nümayəndə yaşadıqları evdə olmadığı vaxtlarda 2021ci ilin iyun-iyul aylarından başlayaraq 2-3 gündən bir 17 may 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs onunla təbii yolla cinsi əlaqədə olduğunu, son dəfə isə 17 may 2024-cü il tarixdə isə onunla yaşadığı evdə 1 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 07 iyun 2024cü il tarixli «şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağında yerləşən iki nəfərlik çarpayıda Zərərçəkmiş şəxs onunla könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə olduğu yeri göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının 10 iyun 2024-cü il tarixli, 443 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü ereksiyalaşır, onun xarici cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir əlamət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıqlara baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə Şahid istifadəsində olan ***-***-**-** saylı nömrə arasında qarşılıqlı sevgi məişət məzmunlu mesajlar yazılmışdır. İş materiallarında olan “kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik” ekspertizasının 10 iyun 2024-cü il tarixli, 400 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir, bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Bərdə RMX PHŞ-dan verilmiş arayış), verilmiş ifadələr anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda kəskin psixopraduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, qavrama, təfəkkür, yaddaş, emosiya və intellekt pozuntuları müəyyən olunmaması, tez qıcıqlanması, törətdiyi əmələ tənqidi münasibət bəsləməklə həmin əməldən peşiman olduğunu söyləməsi və.s) sübut edir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik keçirmir. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və onları dərk etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və ya idarə etmək imkanındadır. İş üzrə təyin edilmiş və məhkəmədə tədqiq edilən «kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik» ekspertizasının xx.xx.2024-cü il tarixli, 440 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. xəstəlik aşkar edilmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (xx.xx.2024-cü il tarixli, 432 saylı ekspert rəyi), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (müayinə zamanı ünsiyyətə daxil olması, bu zaman verilən suallara ardıcıl cavablar verməsi, keçirilən ekspertizanın məqsədini və mahiyyətini başa düşərək onun nəticəsinə aktiv maraq göstərməsi, onda psixoproduktiv simptomatika (hallusinasiya və sayıqlama ideyaları) aşkar olunmaması, qavrama, yaddaş, təfəkkür, emosiya və intellekt pozuntularının müəyyən edilməməsi, ona qarşı tərədilmiş əməli ətraflı təsvir etməsi və s.) sübut edir. Məhkəmə psixoloji ekspertizası üzrə Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Məhkəmə psixiatrik ekspertizası üzrə Zərərçəkmiş şəxs hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkmir. Zərərçəkmiş şəxs hər hansı psixi pozuntudan əziyyət çəkmir. O, öz hərəkətlərini dərk etmək və onları idarə etmək imkanındadır. Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilmişdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqa zidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosional halda olmuşdur. Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halında asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs psixi vəziyyətində hər hansı pozuntu müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlaməti müşahidə olunmur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən «Bərdə rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən verilmiş 20 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan Bərdə RİHB-nin Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyindən verilmiş 25 iyun 2024-cü il tarix, 754 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün kimi Bərdə rayonu, Şorəlli kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilən 06 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq Bərdə RPŞ-dən verilən xx.xx.2024-cü il tarixli, 9652239-Ə saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində birlikdə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Qanuni nümayəndə xx.xx.2009-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs ilə yaşadıqları həmin ünvanda 2021-ci ilin yay aylarından başlayaraq 17 may 2024-cü il tarixədək olan müddət ərzində təbii və qeyri-təbii yolla cinsi əlaqədə olarkən yanlarında hər hansı bir şəxs olmadığı üçün hadisəni görmüş şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Naxçıvan MR, Babək rayonu, Payız kəndində qeydiyyatda olmaqla Qubadlı rayonunda «704» saylı hərbi hissədə yaşayan və Azərbaycan Respublikası Müdafiə Nazirliyi, N nömrəli hərbi hissədə qrup komandiri vəzifəsində xidmət edən Şahid Zərərçəkmiş şəxs qarşı 2024-cü ilin mart ayının ortalarında Bərdə rayonu, Türkmən kəndi ərazisində yerləşən meşədə seksual xarakterli hərəkətlər edərək qeyri-təbii yolla cinsi əlaqədə olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs qarşı analoji hərəkətlərə yol vermiş hər hansı başqa şəxs və ya şəxslərin müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs əvvəl hər hansı başqa şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalması faktı müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 07 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki Zərərçəkmiş şəxs qismində dindirilməsini özündə əks etdirən 1 (bir) ədəd «DVD» disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsini özündə əks etdirən 1 (bir) ədəd «DVD» disk, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş istintaq hərəkətini özündə əks etdirən 1 (bir) ədəd «DVD disk, Şahid qismində dindirilməsini özündə əks etdirən 1 (bir) ədəd «DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd «CD» disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə Rayon Məhkəməsinin 08 iyun 2024-cü il tarixli 4(021)-77/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işinin istintaq materiallarından Şahid barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Ələddin oğlunun əməli Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib cəzalandırlmalıdır. Məhkəmə baxışında və ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlil ondan ibarət olmuşdur ki, zərərçəkmiş şəxsin özünün ona cinsi münasibətdə olmağı təklif etmiş, dəfələrlə könüllü şəkildə cinsi əlaqədə olmağa təkid etmiş, polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığı üçün ibtidai araşdırma zamanı ifadələrində guya Aysu ilə ona fiziki zor tətbiq edərək qeyri təbii yolla sonuncunun iradəsi əleyhinə əlaqədə olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin göstərdiklərini aşağıda qeyd edilənlərə əsasən iş üzrə məhkəmə istintaqında araşdırılmış sübutlarla təkzib edildiyi və öz ifadəsindən başqa digər hər hansı mötəbər sübutla təsdiq edilmədiyinə görə həmin hissədə həqiqətəuyğun olmayan ifadə kimi qiymətləndirir. Belə ki, hazırki iş üzrə məhkəmə tərəfindən verilmiş vəsatət təmin edilərək şəxsin bədən səthi üzərində saxlanıldıqdan sonra hər hansı bədən xəsarəti olub-olması ilə bağlı verilmiş sorğulara 2 saylı İstintaq təcridxanası və Bərdə RPŞ MSY-dən alınan tibbi kitabçaların surətindən görünür ki, şəxsin bədən səthi üzərində müvəqqəti saxlama yeri və istintaq təcridxanasında hər hansı xəsarət və yaxud xəsarət izi aşkar edilməmişdir. Məhkəmə nəzərə çatdırır ki, istənilən cinayət işi və əməliyyat axtarış fəaliyyəti zamanı cinayət törətməsinə dair əsaslı şübhələr olan (cinayət) törətməsi iddia edilən şübhəli yaxud təsirləndirilən şəxsin ona qarsı edilmiş (yaxud törədməsi ehtimal edilən) qanunsuzluqlar və fiziki (eləcə də psixi) zorakılıq halları barədə məlumat vermək, bunu mimika və jestlə ifadə etmək imkanı daha əlçatan olur. Yəni nəinki cinayət işinə mahiyyəti üzrə baxan (qanuniliyi və əsaslılığı yoxlayan İ instansiya məhkəmələri) eləcədə qanunsuzlu əlaqədar müvafiq araşdırma araran səlahiyyətli orqan üçün, həmçinin işə heç bir aidiyyəti olmayan ədalət mühakiməsinin həyata keçirilməsində ancaq kənar müşahidəçi qismində iştirak edən istənilən şəxsin nəzərində videoçəkiliş zamanı qanunsuzluğa məruz qalmasını iddia edən şəxsin öz hüquqlarını müdafiə etmək, edilən prosessual hərərkətlərə və qanunsuzluqlara ən azından narazılığını biruzə vermək imkanı daha çoxdur və məhkənin təcrübəsində son dövrdə cinayət işindəi istintaq hərəkəti protokollara əlavə edilmiş foto və videogörüntülərə əsasən pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılması, şəxslərə bəraət verilməsi, ittiham edildikləri epizodların çıxarılması təcrübəsi formalaşmışdır. Cəmaləddin Hüseyovun iş üzrə ilkin şübhəli şəxs qismində dindirilməsi, zərərçəkmiş şəxslə aralarında keçirilmiş üzləşdirmə protokollarına əlavə edilən videogörüntülərdən görünür ki, həmin istintaq hərəkətləri zamanı təqsirləndirilən (şübhəli) şəxsin bədən səthində gözlə görünən nahiyyələrindən hər hansı fiziki xəsarət, yaxud izi (göyərmə, qızartı, şişkinlik, kəsik, cızıq dəri sətihinin bütövlüyü və tamlığının pozulması) və ya şəxsin həmin istintaq hərəkətləri zamanı qeydi-adi, şübhə doğuran psixi-emosional halda olmasını təsdiq edən hal məhkəmə baxışında müəyyən edilməmiş, şəxs etdiyi əməli səmimi etiraf edərək törətdiyi əməldən peşman olmasını göstərmişdir. Həmçinin nəzərdən qaçırılmamalıdır ki, ümumilikdə təxminən 9 (doqquz) ay davam edən ibtidai araşdırma məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs həm ibtidai istintaq həm də məhkəmə baxışı zamanı eyniməzmunlu ifadələr vermiş, onun davranış və psixikasında yalan söyləməyə meyllilik, başqalarının (anası və sevdiyi şəxsin) təsiri altında hərəkət edərək qərəzli ifadə verməsini təsdiq edən hal aşkar edilməmişdir. Əksinə məhkəmə baxışı zamanı verdiyi ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda naməlum səbəbdən ifadələrdə qeyd edilməyən Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmasını tələb etməsinə dair istifadəsində olan mobil nömrənin səsyazma funksiyası ilə qeydiyyat apardığını göstərmişdir. Bundan başqa həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə videoçəkilişlə dindirilmiş yetkinlik yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2021-ci il yay aylarından başlayaraq anası evdə olmadığı müddətdə dəfələrlə ona zor tətbiq edərək qeyri təbii yolla cinsi əlaqədə olduğunu, ona qarşı edilmiş fiziki və psixi təzyiq nəticəsində artıq bir neçə dəfədən sonra onda şəxsdən “asılılıq sindromu yarandığını”, yəni növbəti dəfə cinsi əlaqədə olmaq üçün çağırdıqda psixoloji təzyiq nəticəsində dediklərini etdiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs həmin halı dərk edərək uzun müddət cinayət əməllərini təkrar etmiş, zərərçəkmiş şəxsin azyaşlı və ondan asılı olmasından, zərərçəkmişə ilk dəfə göstərdiyi fiziki zorakılıq və gələcəkdə daha artıq zor tətbiq edəcəyi hədəsi ilə hədələri real qəbul edən zərərəçəkmişə qarşı dəfələrlə qanunsuz cinsi zorakılıq aktı törədib ehtirasını pozğun formada təmin etmişdir. İş üzrə tədqiq edilmiş və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, sonrakı müddətdə Təqsirləndirilən şəxs bacısı oğlu Mustafa ilə Aysu arasında sevgi münasibəti olmasını bildikdən sonra, zərərçəkmiş şəxslə heç bir qohumluq əlaqəsi olmasına baxmayaraq mane olmuş, qəti şəkildə etiraz etmiş, ailə qurmasına imkan verməyəcəyini açıq şəkildə bildirərək cinsi ehtirasını təmin etmənin “asan vasitəsi” hesab etdiyi zərərçəkmiş şəxsi asılılıqda saxlamağa cəhd etmişdir. Zərərçəkmiş şəxsin məhkəmədə ifadəsində göstərdiyi xüsusatlardan biri də o olmuşdur ki, o Təqsirləndirilən şəxs ona qarşı olan qanunsuz və əxlaqsız hərəkətlərini sübut etmək üçün istifadəsində olan mobil telefonun səsyazma funksiyasını işə salaraq qeydə almışdır ki, məhkəmə iş üzrə dindirilmiş şahid və zərərçəkmiş şəxsin ifadələrinə əsasən həmin halı da dolayı sübut kimi qəbul edir. Qeyd edilən mobil telefonun zərərçəkmiş şəxsdən götürülməsinə və içindəki səs yazılarına zərərçəkmiş şəxsin iştirakı ilə ibtidai istintaq aparan, əməliyyat axtarış fəaliyyətini həyata keçirən təhqiqat orqanı əməkdaşları tərəfindən baxış keçirilsə də, nəticələrini əks etdirən protokol tərtib edilərək iş üzrə maddi sübut kimi tanınmaması, lakin Bərdə RPŞ Polis Şöbəsində saxlanılmasına məhkəmə yekunda qəbul ediləcək xüsusi qərarda qiymət verdiyindən hökmdə həmin hissədə əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Ələddin oğlunun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və məcburi köçkün olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrar və yetkinlik yaşa çatmayana şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətlərinin törədilməsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs qismində dindirilməsini özündə əks etdirən 1 (bir) ədəd «DVD» disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsini özündə əks etdirən 1 (bir) ədəd «DVD» disk, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş istintaq hərəkətini özündə əks etdirən 1 (bir) ədəd «DVD disk, Şahid qismində dindirilməsini özündə əks etdirən 1 (bir) ədəd «DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd “Samsung A10” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs qismində dindirilməsini özündə əks etdirən 01 (bir) ədəd «DVD» disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsini özündə əks etdirən 01 (bir) ədəd «DVD» disk, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş istintaq hərəkətini özündə əks etdirən 01 (bir) ədəd «DVD disk, Şahid qismində dindirilməsini özündə əks etdirən 01 (bir) ədəd «DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd «CD» disk «sübut növü qismində qəbul edilmiş və cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs X10 məxsus 1 ədəd “Samsung A10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-273/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-273/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver