Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-274/2021 06.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X5 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1990-cı ildə Tovuz rayonunun Qəribli İƏV-nin İsakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən, satış məqsədilə, qanunsuz olaraq cəmi 1547, 429 qram çəkidə, yəni külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı sonradan ayrı-ayrı şəxslərə satmaq niyyəti ilə əldə edib 369 ədəd kibrit qutusuna qablaşdırmış, həmin narkotik vasitədən 2,359 qram çəkidə 1 ədəd kibrit qutusuna qablaşdırılmış çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 21 mart 2021-ci il tarixdə saat 21 rədələrində Tovuz rayonu İsakənd kəndində, tanışı Şahid3 30 manata qanunsuz olaraq satmış, Şahid3, 28 mart 2021-ci il tarixində saat 13 radələrində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Tovuz rayonu Qovlar şəhəri Azadlıq küçəsində yerləşən Tovuz RPŞnin Qovlar PB-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd kibrit qutusunda, cəmi 2,359 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün saat 16 radələrində, Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu Qəribli kənd İƏV-nin İsakənd kəndində yerləşən evinə, Tovuz RPŞ-nin Qovlar PB-nin əməkdaşları tərəfindən baxış keçirilərkən həyətyanı sahədə yığılmış ot tayasının altına gizlədilmiş ağ rəngli plastik çəlləyin içərisindən 368 ədəd kibrit qutularına qablaşdırılmış cəmi 1545,07 qram çəkidə, yəni külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin oktyabr ayında yaşadığı kənddə Zəyəm çayının kəndlərindən keçən hissəsinin kənarında yabanı halda bitmiş, irili-xırdalı, müxtəlif ölçülərdə olan çətənə kollarını aşkar etmişdir. Maddi vəziyyəti pis olduğu üçün həmin çətənə kollarını satmaq məqsədilə kökləri ilə birlikdə yerindən çıxartmışdır ki, daha sonra da qurudub satsın. Ona görə də həmin çətənə kollarını torpaqdan çıxartmış və onları elə aşkarladığı yerdə, çayın kənarında, insanların gediş-gəlişinin olmadığı yerdə qurutmuşdur. Çətənə kollarını qurutduqdan sonra o, həmin bitkilərin lazımi hissələrini ovub qeyd olunan çöllük yerdə kibrit qutularına yığmışdır. Belə ki, o, kibritləri müxtəlif sayda və vaxtlarda olmaqla fərqlifərqli mağazalardan almışdı. O, qurudulmuş marixuananı kibrit qutularına yığandan sonra, həmin kibrit qutularını plasmast çənə yığıb yaşadığı evin həyətində yerləşən “mal damı”nın kənarındakı ot tayasının altında gizlətmişdir. Onu evdə gizlətməyinin məqsədi isə, çöllük ərazidə kiminsə təsadüfən görüb onu ələ keçirməsinin qarşısını almaq olmuşdur. 21 mart 2021-ci il tarixdə Şahid3 öz istifadəsində olan telefon nömrəsindən onun istifadəsində olan telefon nömrəsinə zəng edib narkotik vasitə qəbul etmək istədiyini bildirmişdir. O, Şahid3 narkotik vasitə təşkil edə biləcəyini demişdir. Həmin gün axşam saat 21 radələrində öz kəndlərinin ərazisində Elçinlə görüşmüşlər. O Elçinə 3 kibrit qutusu marixuananı hər kibrit qutusunu 30 manata olmaqla satmışdır. Elçin üzərində pulunun olmadığını bildirib, yalnız bir qutunun pulunu ona əlbəəl olmaqla vermişdir. Qalan 60 manat pulu isə sonra verəcəyini demişdir. Əvvəllər də münasibətləri yaxşı olduğu üçün o Elçinə etiraz etməmişdir. 28.03.2021-ci il tarixdə o, Şahid3 zəng edərək, marixuanalara görə yaranmış borcunu ona qaytarmağını istəmişdir. Bunun qarşısılığında Elçin ona Qovlar şəhərinə gəlib orada onun pulunu verəcəyini bildirmişdir. O da 28.03.2021-ci il tarixində saat 13 radələrində öz “Niva 2121” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobili ilə Tovuz rayonu Qovlar şəhərinə gəlmişdir ki, marixuanaların müqabilində sonuncunun ona olan borcunu Elçindən götürsün. Bu məqsədlə də Tovuz rayon, Qovlar şəhərində yerləşən “Mədinə” şadlıq sarayının qarşısında Şahid3lə görüşmüşdür. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb onları Tovuz RPŞ-nin Qovlar PB-ə gətirmişlər. Orada hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillə təmin edilmiş və vəkilin iştirakı ilə onun üzərinə və “Niva 2121” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış keçirilərkən onun üzərindən, həmçinin avtomobilindən saxlanılması və daşınması qanunla qadağan olunan hər hansı bir əşya müəyyən edilməmişdir. O baxış zamanı səmimi olararaq etiraf etmişdir ki, evinin həyətində 368 ədəd kibrit qutusunda qurudulmuş marixuna gizlətmişdir. Onun etirafına uyğun olaraq polis işçiləri onunla birlikdə onun yaşadığı evə getmişlər. Yaşadığı evə baxış keçirilməsinə etiraz eməməsi ilə bağlı yazmış olduğu ərizəsinə uyğun olaraq həmin gün polis işçilərinin, onun və vəkilin iştirakı ilə, videoçəkilişdən də istifadə edərək onun yaşadığı evə baxış keçirmişdir. Baxış zamanı onun və vəkilinin yanında yaşadığı evin həyətindən, ot tayasının altından çənin içinə gizlətdiyi 368 ədəd kibrit qutusunda olan marixuana aşkar edilmişdir. Bundan sonra bütün iştirakçıların yanında həmin kibrit qutularının sayı hesablanmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, 368 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana vardır. Aşkar edilmiş həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. İfadəsinə əlavə olaraq maddi vəziyyəti yaxşı olmadığı üçün, həmin narkotik vasitəni satmaq məqsədi ilə yaşadığı evdə saxlamış, Elçindən başqa heç kimə marixuana satmamış, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Tovuz RPŞ-nin Qovlar PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt adı sonradan ona məlum olan Şahid3 ilə Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində narkotik vasitə gəzdirməkdə və satışında şübhəli olması, hazırda da Tovuz rayon Qovlar şəhərinin inzibati ərazisində olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan əməliyyat məlumatını qəbul etdikdən sonra o bu barədə Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş, şöbənin rəhbərliyi tərəfindən həmin məlumatın yoxlanılması və realizə edilməsi üçün icazə-göstəriş verilmişdir. Bundan sonra Şahid3 ehtimal edilən cinayət əməllərinin ifşa olunması və qanunsuz saxladığı narkotik vasitənin dövriyyədən çıxarılması məqsədi ilə təxirəsalınmaz bütün lazımi əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə əməliyyat-axtarış tədbirini həyata keçirmək üçün Tovuz RPŞ-nin Qovlar PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Tovuz RPŞ-nin Qovlar PB-nin polis nəfəri, polis baş serjantı Şahid4 da göstəriş verilmişdir ki, onlar da onunla birlikdə əməliyyat-axtarış tədbiri keçirilməsində iştirak etsinlər. Beləliklə də alınmış əməliyyat məlumatı əsasında, həmin gün saat 13 radələrində onlar Tovuz rayon Qovlar şəhəri Şəhriyar küçəsinə getmişlər. Həmin küçədə olarkən elə orada yerləşən “Mədinə” şadlıq sarayının qarşısında Şahid3 ilə Təqsirləndirilən şəxs hərəsinin öz avtomobilinin qarşısında olmaqla ayaqüstə dayanıb, bir-biri ilə söhbət etdiklərini görmüşlər. Avtomobildən enib həmin şəxslərə yaxınlaşmışlar. Onlar həmin şəxslərə yaxınlaşdıqdan sonra xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək özlərini təqdim etmişlər. Bundan sonra isə Şahid3 qanunsuz olaraq narkotik vasitə saxlamaqda, üzərində gəzdirməkdə şübhəli olduğuna, Təqsirləndirilən şəxs isə narkotik vasitələrin qanunsuz satılmasında şübhəli olduğuna görə, onlarla birlikdə Tovuz RPŞ-nin Qovlar PB-nə getmələrini tələb etmişlər. Şahid3 ilə Təqsirləndirilən şəxs da onlara heç bir müqavimət göstərmədən onlarla birlikdə Tovuz RPŞ-nin Qovlar PB-nə gəlmişlər. O, Şahid3 ilə Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin Qovlar PB-nə gətirilməsi ilə bağlı müvafiq raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra Şahid3 üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Şahid3 əynində olan qara rəngli gödəkcənin iç sol cibindən 01 ədəd kibrit qutusunda olan kütlə aşkar edilmişdir. Həmin kütlənin ilkin görünüşdən yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Şahid3 şifahi olaraq bildirmişdir ki, əynindəki qara rəngli gödəkçənin cibindən aşkar edilmiş, kibrit qutusundakı kütlə qurudulmuş marixuanadır. Bununla yanaşı Şahid3 bildirmişdir ki, həmin kibrit qutusundakı marixuananı Vüsal adlı şəxsdən 30 manat məbləğində nağd pulun qarşılığında almış və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra bir ədəd kibrit qutusunda olan həmin kütlə-marixuana kibrit qutusu ilə birlikdə əczaçı tərəzisində çəkilmişdir. Kibrit qutusu ilə birlikdə həmin kütlənin çəkisi 5,6 qram təşkil etmişdir. Daha sonra həmin kütlə götürülərək zərfə qoyulub ağzı bağlanmış, zərfin üzəri möhürlənmiş və həmin zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Bundan sonra həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs müdafiəçilə təmin olunmuş, bundan sonra üzərinə, o cümlədən sonuncunun idarə etdiyi “NİVA 2121” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən, o cümlədən avtomobilindən əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, öz yaşadığı evdə narkotik vasitə vardır. Beləliklə də bütün baxış iştirakçıları, o cümlədən verilmiş göstərişə əsasən, Tovuz RPŞ-nin TB-nin rəisi, polis polkovnik-leytenantı Şahid5, Tovuz RPŞ-nin Qovlar PB-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid6 Təqsirləndirilən şəxs yaşadığı, Tovuz rayon İsakənd kəndinə doğru hərəkət etmişlər. Həmin gün saat 16 radələrində Tovuz rayon İsakənd kəndinə çatmışlar. Orada olarkən təhqiqatçı X1, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz edibetməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmamağı ilə bağlı ərizə yazmışdır. Təqsirləndirilən şəxs ərizəsinə əsasən yaşadığı evə baxış keçirilməyə başlanmışdır. X2 Təqsirləndirilən şəxs yaşadığı evdə əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə bildirmişdir ki, yaşadığı evin həyətində pəyənin yanına yığdığı ot tayasının altındakı plastik çəlləyin içində kibrit qutularında olan qurudulmuş marixuana gizlətmişdir. Təqsirləndirilən şəxs özünün də göstərdiyi həmin yerə baxış keçirilərkən oradan, plastik çəlləyin içərisindən kibrit qutularına doldurulmuş kəskin iyli, yaşıl rəngli, ilkin görünüşdən qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni də Zəyəm çayının kənarından topladığını, elə orada qurudub, kibrit qutularına doldurduğunu, daha sonra da plastik çəlləyə yerləşdirərək yaşadığı evdəki ot tayasının altında gizli şəkildə saxladığını bildirmişdir. Daha sonra həmin çəlləkdəki kibrit qutuları çəlləkdən çıxarılaraq evin həyətindəki masanın üzərinə düzülmüş və bütün baxış iştirakçılarının iştirakı ilə sayılmışdır. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan çəlləyin içərisində 368 ədəd kibrit qutusu vardır və hər bir kibrit qutusunun da içərisində qurudulmuş marixuanaya oxşar kütlə vardır. Bundan sonra həmin 368 ədəd kibrit qutusu ağ rəngli kisəyə qoyularaq elektron tərəzidə çəkilmişdir. Elektron tərəzidə çəkilən zaman həmin kütlələrin qablaşdırıldığı kibrit qutuları və ağ rəngli kisə ilə bilrikdə ümumi çəkisi 2,9 kq, yəni 2900 qram təşkil etmişdir. Daha sonra isə həmin narkotik vasitənin qoyulduğu ağ rəngli kisənin ağzı bağlanaraq möhürlənmişdir. Kisənin üzəri onlar tərəfindən imzalanaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən on ildir ki, narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Tovuz rayonu İsakənd kənd sakini Təqsirləndirilən şəxs iki ilə yaxın müddətdir ki, tanımışdır. Həmin şəxsi narkotik vasitə satan biri kimi tanımış, son dövrlərdə narkotik vasitə olan marixuananı Vüsaldan alıb istifadə etmişdir. 21.03.2021-ci il tarixdə o, Vüsalın istifadəsində olan mobil telefon nömrəsinin öz istifadəsində olan mobil nömrə ilə zəng edərək, marixuana lazım olduğunu demişdir. Vüsal ona axşam İsakənd kəndinə gəlməyini bildirmişdir. O da həmin gün, yəni 21.03.2021-ci il tarixində saat 21 radələrində “Mercedes Benz” markalı avtomobili ilə Tovuz rayonu İsakənd kəndinə getmişdir. İsakənddə yol kənarında Vüsalı gözləmiş, bir neçə dəqiqə sonra Vüsal gəlmişdir. O, Vüsaldan üç kibrit qutusu marixuana almışdır. Vüsal bir kibrit qutusuna doldurulmuş marixuananı 30 manat məbləğində nağd pula satmışdır. O, Vüsala bir kibrit qutusunun pulunu, yəni 30 manat məbləğində nağd pulu əlbəəl olmaqla vermişdir. Həmin vaxt orada onların ikisindən başqa heç kim olmamışdır. Digər iki kibrit qutusu narkotikə görə 60 manat pulu isə pulu olmadığı üçün sonra gətirib verəcəyini bildirmişdir. Bundan sonra isə öz evinə getmişdir. O, iki qutu marixuananı istifadə etmişdir. Bir kibrit qutusu marixuananı isə istifadə etmədən üzərində saxlamışdır ki, gələcəkdə özü istifadə edər. 27.03.2021-ci il tarixində saat 18 radələrində Vüsal öz istifadəsində olan mobil nömrədən onun istifadəsində olan nomrəyə zəng edərək, borclu olduğu 60 manat pulunu istəmişdir. O da səhər görüşüb Vüsalın pulunu verəcəyini demişdir. 28.03.2021-ci il tarixində saat 13 radələrində o, əvvəlcədən vədələşdikləri kimi Vüsal ilə Tovuz rayonu Qovlar şəhərində “Mədinə” şadlıq sarayının qabağında görüşmüşdür. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda, ona isə həmin narkotik vasitəni üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onları Tovuz RPŞnin Qovlar PB-nə gətirmişlər. Müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış keçirilərkən əynində olan qara rəngli gödəkcənin iç sol cibindən bir ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar olunmuşdur. Kibrit qutusu açıldıqda içərisindən Təqsirləndirilən şəxs ona satdığı qurudulmuş halda olan marixuana aşkar edilmişdir. Bundan sonra həmin qurudulmuş marixuana elektron tərəzidə çəkilmişdir ki, onun da ümumi çəkisi 5,6 qram təşkil etmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. O da bu barədə tərtib edilmiş sənədlərə imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin Qovlar PB-nin PPXB-nın polis nəfəri vəzifəsində işlədiyi vaxt 28 mart 2021-ci il tarixdə saat 15 radələrində öz xidməti inzibati ərazisində xidmətdə olmuş, bu zaman ona bildirmişlər ki, vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, sonuncu öz yaşadığı evdə narkotik vasitə gizlətdiyini etiraf etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Tovuz rayon İsakənd əndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi zərurəti yaranmışdır. Beləliklə, rəhbərlik tərəfindən ona göstəriş verilmişdir ki, o, Tovuz RPŞ Qovlar PB-nin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1, Tovuz RPŞ Qovlar PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Tovuz RPŞ TB-nin rəisi, polis polkovnik-leytenantı Şahid5, o cümlədən Tovuz RPŞ Qovlar PB-nin sahənin polis nəfəri polis baş serjantı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində iştirak etsinlər. Onlar avtomobilə əyləşib Tovuz rayon İsakənd kəndinə doğru hərəkət etmiş, saat 16:00 radələrində Təqsirləndirilən şəxs evinə çatmışlar. Təqsirləndirilən şəxs razılıq ərizəsinə əsasən onun yaşadığı evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı X2 Təqsirləndirilən şəxs yaşadığı evdə əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olubolmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə yaşadığı evin həyətində tövlənin yanında, yəni oraya yığdığı ot tayasının bağlamalarının altındakı plastik çəlləyə narkotik vasitə olan marixuana gizlətdiyini bildirmişdir. Beləliklə Təqsirləndirilən şəxs onlara həmin yeri göstərmiş və sonuncunu özü ot bağlamasını qaldıranda ot yığınının altından bir ədəd plasmast çəllək aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin çəlləyi götürüb yaşadığı evin həyətindəki masanın üzərinə qoymuş, baxış iştirakçılarının və vəkilinin yanında Təqsirləndirilən şəxs çəlləyin içini boşaltmağa başlamışdır. Qeyd olunan plastik çəlləyin içərisindən çıxan kibrit qutularına baxış keçirilərkən, kibrit qutularının kəskin iyli, yaşıl rəngli, ilkin görünüşdən qurudulmuş marixuanaya oxşar kütlə ilə doldurulması aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu vurğulamış, həmin narkotik vasitəni Zəyəm çayının Tovuz rayon İsakənd kəndindən keçən hissəsində, çayın kənarında bitmiş kollardan topladığını, kolları elə orada qurudub, kibrit qutularına doldurduğunu, evindən aşkarlanmış plastik çəlləya yerləşdirərək yaşadığı evdəki ot tayasının altında gizli şəkildə saxladığını bildirmişdir. Çəlləkdən çıxarılan kibrit qutuları evin həyətindəki masanın üzərinə düzülmüş və bütün baxış iştirakçılarının iştirakı ilə sayılaraq sayı müəyyən edilmişdir. Baxış zamanı qeyd olunan çəlləyin içərisində 368 ədəd kibrit qutusu, hər bir kibrit qutusunun içərisində də qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Bundan sonra həmin 368 ədəq kibrit qutusu ağ rəngli kisəyə qoyularaq elektron tərəzidə çəkilmiş, elektron tərəzidə çəkilən zaman həmin kütlələrin qablaşdırıldığı kibrit qutuları və ağ rəngli kisə ilə birlikdə ümumi çəkisi 2,9 kq, yəni 2900 qram təşkil etmişdir. Daha sonra isə həmin narkotik vasitənin qoyulduğu ağ rəngli kisənin ağzı bağlanaraq möhürlənmiş, kisənin üzəri baxış iştirakçılar tərəfindən imzalanmış, X2 tərəfindən qeyd olunan narkotik vasitə götürülmüşdür. Daha sonra isə onlar Təqsirləndirilən şəxs polis bölməsinə gətirmişlər. İş materiallarına əlavə edilmiş 28 mart 2021-ci tarixli “baxış və götürmə aparılması barədə” protokoldan görünür ki, baxış zamanı Şahid3 əynində olan qara rəngli gödəkçənin iç sol cibindən 1 (bir) ədəd kibrit qutusunda yaşıl rəngli kəskin iyli kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid3 aşkar olunmuş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin marixuananı Təqsirləndirilən şəxs aldığını və üzərində saxladığını, narkotik vasitə alüdəçisi olduğu üçün həmin narkotik vasitəni özü istifadəsi üçün əldə etdiyini və siqaretə doldurub çəkdiyini bildirmişdir.Aşkar edilmiş kütlə əczaçı tərəzisində çəkilmiş və həmin kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 5,6 qram olmuşdur. Həmin kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı AR DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş 28 mart 2021-ci tarixli “baxış aparılması barədə” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi NİVA 2121 markalı ** BA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş 28 mart 2021-ci tarixli “baxış və götürmə aparılması barədə” protokoldan görünür ki, Tovuz rayonu Qəribli İƏV-nin İsakənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində pəyənin yanına yığdığı ot tayasının altında plastik çəlləyin içində kibrit qutusunda qurdulmuş marixuana gizlətdiyini bildirmiş,daha sonra baxış iştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs göstərdiyi, həyətində olan ot tayasının altına baxan zaman orada ağ rəngli plastik çəllək olduğu, həmin çəlləyin içində isə kibrit qutularına doldururulmuş yaşıl rəngli kəsik iyli marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilən kütlənin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu və həmin marixuananı satımaq məqsədi ilə Zəyəm çayının kənarından toplayıb, qurudub kibrit qutularına yığdığını və yaşadığı evdə ot tayasının altında çəlləkdə gizlətdiyini bildirmişdir. Daha sonra aşkar olunan kibrit qutuları ağ rənli plastik çəlləkdən çıxarılaraq masa üzərinə düzülüb sayılmış və çələkdə 368 (üç yüz almış səkkiz) ədəd içərisi yaşıl rəngli kəskin iyli marixuanaya bənzər yaşıl kütlə olduğu müəyyən olunmuşdur. Həmin 368 (üç yüz altmış səkkiz) ədəd kibrit qutusu ağ rəngli kisəyə yığılararaq elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi kibrit qutuları ilə birlikdə 2.9 kiloqram olmuşdur. Həmin 368 (üç yüz altmış səkkiz) ədəd kibrit qutusunda olan kütlə bir ədəd ağ rəngli kisəyə qoyulub qablaşdırılmış və kisənin ağzı AR DİN-nin 177 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 29mart 2021-ci il tarixli 16/290 nömrəli məhkəmə bioloji ekspertizasına dair rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid3 aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə..” yazılar və imzalar olan zərfdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,359 qrambitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 29mart 2021-ci il tarixli 16/289 nömrəli məhkəmə bioloji ekspertizasına dair rəyindən görünür ki,tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” yazı və imzalar olan bir ədəd sintetik kisədəki, 368 (üç yüz altmış səkkiz) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3.01 qram, 1.82 qram, 4.45 qram, 3.92 qram, 3,47 qram, 4.06 qram, 4.22 qram, 3.71 qram, 4.06 qram, 4.41 qram, 4.70 qram, 4.45 qram, 4.49 qram, 4.42 qram, 4.16 qram, 1.80 qram, 4.58 qram, 4.81 qram, 5.04 qram, 5.97 qram, 5.65 qram, 4.37 qram, 4.14 qram, 4.44 qram, 3.36 qram, 4.82 qram, 3.82 qram, 3.96 qram, 3.88 qram, 3.89 qram, 4.05 qram, 4.92 qram, 4.84 qram, 4.76 qram, 4.15 qram, 3.73 qram, 4.11 qram, 4.20 qram, 3.95 qram, 3.73 qram, 4.67 qram, 4.63 qram, 4.42 qram, 4.58 qram, 3.74 qram, 3.85 qram, 4.57 qram, 4.96 qram, 4.03 qram, 4.36 qram, 4.93 qram, 4.40 qram, 4.96 qram, 5.71 qram, 4.28 qram, 3.59 qram, 4.00 qram, 3.72 qram, 3.84 qram, 5.11 qram, 4.79 qram, 4.74 qram, 4.71 qram, 5.20 qram, 4.50 qram, 5.01 qram, 4.12 qram, 4.67 qram, 4.17 qram, 4.16 qram, 4.11 qram, 4.40 qram, 4.47 qram, 3.81 qram, 5.36 qram, 3.52 qram, 3.88 qram, 4.54 qram, 3.82 qram, 4.15 qram, 3.59 qram, 4.65 qram, 4.42 qram, 4.49 qram, 5.04 qram, 4.57 qram, 4.40 qram, 4.45 qram, 5.13 qram, 4.53 qram, 4.78 qram, 4.53 qram, 4.80 qram, 4.21 qram, 4.20 qram, 4.61 qram, 3.75 qram, 3.66 qram, 4.28 qram, 3.78 qram, 3.94 qram, 3.76 qram, 5.49 qram, 4.22 qram, 3.79 qram, 4.30 qram, 4.09 qram, 4.03 qram, 3.83 qram, 4.30 qram, 4.19 qram, 3.90 qram, 3.05 qram, 4.65 qram, 5.28 qram, 4.99 qram, 4.79 qram, 4.05 qram, 4.01 qram, 4.09 qram, 4.88 qram, 4.41 qram, 4.05 qram, 4.31 qram, 4.00 qram, 4.77 qram, 4.84 qram, 4.22 qram, 4.62 qram, 5.29 qram, 5.91 qram, 5.02 qram, 4.87 qram, 4.83 qram, 5.29 qram, 4.42 qram, 3.64 qram, 5.08 qram, 4.40 qram, 5.09 qram, 4.45 qram, 4.26 qram, 4.76 qram, 3.30 qram, 4.35 qram, 4.35 qram, 4.57 qram, 5.76 qram, 4.66 qram, 5.37 qram, 3.63 qram, 4.46 qram, 3.78 qram, 3.77 qram, 3.59 qram, 4.64 qram, 5.23 qram, 3.85 qram, 3.51 qram, 3.66 qram, 4.86 qram, 4.79 qram, 4.40 qram, 4.57 qram, 4.10 qram, 4.43 qram, 4.55 qram, 3.88 qram, 5,00 qram, 3.93 qram, 3.67 qram, 4.64 qram, 5.04 qram, 5.26 qram, 4.46 qram, 4.47 qram, 3.64 qram, 3.85 qram, 4.70 qram, 3.64 qram, 3.88 qram, 4.51 qram, 3.31 qram, 3.72 qram, 2.20 qram, 4.91 qram, 5.48 qram, 5.35 qram, 4.84 qram, 6.01 qram, 5.53 qram, 4.95 qram, 4.29 qram, 3.94 qram, 3.71 qram, 3.46 qram, 4.08 qram, 4.62 qram, 4.33 qram, 4.48 qram, 3.46 qram, 3.67 qram, 3.84 qram, 4.60 qram, 3.74 qram, 4.21 qram, 4.05 qram, 4.28 qram, 4.06 qram, 4.25 qram, 4.22 qram, 5.75 qram, 4.46 qram, 4.65 qram, 4.94 qram, 6.16 qram, 4.80 qram, 4.19 qram, 4.04 qram, 3.35 qram, 3.92 qram, 5.42 qram, 3.97 qram, 5.12 qram, 3.90 qram, 2.90 qram, 3.97 qram, 4.11 qram, 4.54 qram, 4.56 qram, 4.50 qram, 3.78 qram, 4.58 qram, 4.39 qram, 4.30 qram, 4.82 qram, 4.09 qram, 4.76 qram, 3.51 qram, 3.30 qram, 4.27 qram, 4.36 qram, 4.40 qram, 4.71 qram, 4.15 qram, 5.73 qram, 4.40 qram, 4.77 qram, 3.95 qram, 4.50 qram, 4.16 qram, 4.64 qram, 5.97 qram, 3.67 qram, 1,55 qram, 4.04 qram, 3.70 qram, 4.08 qram, 5.87 qram, 4.44 qram, 3.81 qram, 3.27 qram, 4.73 qram, 3.97 qram, 3.72 qram, 4.73 qram, 4.57 qram, 4.76 qram, 4.73 qram, 4.57 qram, 4.76 qram, 4.73 qram, 5.80 qram, 4.71 qram, 3.98 qram, 4.13 qram, 4.33 qram, 3.57 qram, 3.81 qram, 4.71 qram, 4.67 qram, 3.27 qram, 4.41 qram, 4.19 qram, 3.61 qram, 4.06 qram, 3.75 qram, 4.13 qram, 4.21 qram, 5.07 qram, 4.57 qram, 4.02 qram, 3.33 qram, 4.41 qram, 5.23 qram, 5.58 qram, 3.94 qram, 3.73 qram, 5.04 qram, 3.77 qram, 4.48 qram, 3.34 qram, 4.31 qram, 4.91 qram, 4.51 qram, 3.88 qram, 3.24 qram, 3.13 qram, 5.68 qram, 4.79 qram, 5.57 qram, 3.82 qram, 4.15 qram, 3.65 qram, 5.20 qram, 4.74 qram, 3.43 qram, 5.53 qram, 4.40 qram, 4.81 qram, 1.92 qram, 4.39 qram, 4.63 qram, 5.06 qram, 4.72 qram, 4.52 qram, 3.43 qram, 4.70 qram, 4.60 qram, 4.27 qram, 4.82 qram, 4.48 qram, 3.66 qram, 4.34 qram, 4.46 qram, 3.61 qram, 3.89 qram, 4.90 qram, 4.85 qram, 4.00 qram, 3.46 qram, 4.03 qram, 5.56 qram, 4.09 qram, 4.08 qram, 4.13 qram, 4.81 qram, 4.48 qram, 4.94 qram, 2.98 qram, 4.07 qram, 4.41 qram, 4.11 qram, 3.97 qram, 1,51 qram, 3.21 qram, 3.39 qram, 4.43 qram, 4.33 qram, 3.70 qram, 3.12 qram, 3.92 qram, 4.63 qram, 3.40 qram, 3.13 qram, 4.79 qram, 4.06 qram, 4.90 qram, 3.72 qram, 3.76 qram, ümumi təmiz çəkisi 1545,07 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 28 aprel 2021-ci il tarixli 16/354 nömrəli məhkəmə bioloji ekspertizasına dair rəyindən görünür ki,tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” yazı və imzalar olan bir ədəd sintetik kisədəki, 368 (üç yüz altmış səkkiz) ədəd kibrit qutusunda olan marixuanalar ilə üzərində “Vət. Şahid3 aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə..” yazı və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd kibrit qutusunda olan marixuana xarici əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. Tədiqata təqdim olunmuş marixuanaların mənşəyinin eyni olubolmamasının müəyyənləşdirmək üçün, çətənə (kannabis) bitkisinin bütün vegetasiya (böyümə) dövrünün izlənilməsi tələb olunduğundan, eləcə də çətənə bitkisinin yüksək uyğunlaşma və dəyişkənlik qabiliyyəti olduğundan, mənşəyin müəyyən edilməsi mümkün deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin məhkəmə-psixiatrik ekspertizasının 30 aprel 2021-ci il tarixli 235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik,psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən təqdim edilmiş X4-tibbi yoxlamanın 04 iyun 2021-ci il tarixli 665 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2021-ci il tarixli 7/526 nömrəli məhkəmə bioloji ekspertizasına dair rəyindən görünür ki,Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 368 ədəd kibrit qutusundakı marixuana və vət. Şahid3 götürülmüş 1 ədəd kibrit qutusunda olan marixuana xarici əlamətlərinə, tərkiblərində olan narkotik aktivliyə malik komponentlərin tündlüyünə və ölçülərinə əsasən fərqlənirlər. İş materiallarına əlavə edilmiş 28 mart 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2021-ci il tarixdə saat 18:00-da Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 mart 2021-ci il tarixdən hesablanmaqla, 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarından görünür ki, Tovuz Rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 28 mart 2021-ci il tarixli“əməliyyataxtarış fəaliyyətini həyata keçirilməsinə dair” qərarı qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 15 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsi tərəfindən verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələri onun özü əkib-becərməmiş və ya hər hansı bir digər şəxsdən almamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni ötən ilin payız aylarında Zəyəm çayının kənarından toplayıb qurutmuş və kibrit qutularına yığmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana satdığı digər şəxslər müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən daxil olmuş 06.04.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında dayanmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti Başçısının Qəribli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 26.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti Başçısının Qəribli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 26.04.2021-ci il tarixli 174 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası Şahid9, anası Şahid7, arvadı Şahid8 vəqızları X8 və X6 ilə birlikdə Tovuz rayon Qəribli kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 28.11.2016-cı il təvəllüdlü X8 və 29.05.2018-ci il təvəllüdlü X6 adlı azyaşlı övladları vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələri yaşadığı evin həyətyanı sahəsində yığılmış ot tayasının altında, ağ rəngli plastik çəlləyin içərisində 368 ədəd kibrit qutularına qablaşdırmaqla gizlətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü verilmiş ittihamla təqsirli bilməklə həmin narkotik vasitəni sataraq qazanc əldə etmək məqsədilə saxlamasına dair verdiyi ifadəsilə yanaşı, aşkar edilmiş narkotik vasitənin 368 ədəd kibrit qutularına qablaşdırılmaqla saxlanılmasını, həmçinin iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəylərilə də ittihamın təsdiq edildiyini hesab edir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etməklə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs cinayəti tamah məqsədi ilə törətməsini Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almışdır. Lakin məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama əsasən satış məqsədi tamah niyyətini də əhatə etdiyindən qeyd olunan hal, yəni tamah niyyəti Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin məsul saxlancında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1384,929 qramlıq hissədə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 190 (bir yüz doxsan) manat 06 (altı) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 28 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin məsul saxlancında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1384,929 qramlıq hissədə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 190 (bir yüz doxsan) manat 06 (altı) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-274/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-274/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver