Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-274/2022 27.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1977-ci ildə Ağdam rayonu, Mollalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Mollalar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı, quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, əvvəllər tanıdığı və onunla qonşuluqda yaşayan X5 müxtəlif şəxslərə sələmə pul verdiyini və bunun müqabilində əldə etdiyi pulu evində gizləməyi barədə eşitdiyi məlumat əsasında sonuncunun maddi vəziyyətinin yaxşı olması qənaətinə gələrək, mənzilin açarlarının sonuncunun üstündə olduğunu və evdə Qədir Ələsgərovdan başqa digər şəxslərin yaşamadığını bilib, pul vəsaitini quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə sonuncunu quldurluqla əlaqədar qəsdən öldürmək qərarına gəlib, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə Qədir Ələsgərovu 10 noyabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində Yevlax şəhəri, 32-ci məhəllənin həyətində yerləşən dayanacaqda görüb sonuncunu oradan etibarnamə ilə idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2101” markalı avtomobillə Yevlax şəhərindən Goranboy rayonu, Ballıqaya kəndi ərazisinə apararaq, kəndin girəcəyində avtomobili yolun kənarında saxlayıb Qədir Ələsgərovla birlikdə avtomobildən düşərək, həmin yoldan meşə massivinə gedən digər torpaq yolla bir qədər piyada hərəkət etdikdən sonra qəflətən sonuncunun üzərinə basqın edib yerdən götürdüyü və silah qismində istifadə etdiyi daş parçaları ilə epilepsiya xəstəsi olmaqla yanaşı fiziki qüsuru, yəni sağ qolu hərəkətsiz olan və bu səbəblərə görə özünü müdafiə etmək üçün aktiv müqavimət göstərmək imkanından mərhum olmaqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan sonuncunun baş nahiyəsinə ardıcıl zərbələr vuraraq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa agır zərər vurmaya aid və ölümünə səbəb olmuş təpə sümüyünün açıq sınıqları, kəllə əsası sümüyünün sınığı xəsərətləri yetirməklə X23 oğlunu quldurluqla əlaqədar qəsdən öldürdükdən sonra, qabaqcadan planlaşdırdığı özgənin əmlakını ələ keçirmək niyyətini başa çatdırmaq üçün sonuncunun üstünü axtararaq, əynində olan gödəkçənin sol cibindən rezinlə bir-birinə bağlı “Kapital bank”-a məxsus kart və şəxsiyyət vəsiqəsini sağ cibindən isə Qədir Ələsgərova məxsus mənzilinin açarlarını götürüb həmin günü Yevlax şəhərinə qayıtdıqdan sonra 11 noyabr 2021-ci il tarixdə təxminən saat 09 radələrində sonuncunun yaşadığı Yevlax şəhəri, 32-ci məhəllə, ev 6 ünvanında yerləşən 35 nömrəli mənzilə qanunsuz olaraq girməklə mənzili axtarıb mətbəxindən 1 ədəd yüz manatlıq əskinas aşkar edib götürməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəmiş şəxs Qədir Ələsgərovu quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməsi, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı quldurluqla əlaqədar qəsdən öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, 1992-ci ildən Ağdam rayonundan məcburi köçkün olaraq Yevlax rayonu, Köbər kəndində yerləşən orta məktəbdə, 2010-cu ildən hal-hazıradək isə ünvan 1 ünvanında arvadı X10 və 2014-cü il təvəllüdlü oğlu Murad Əhmədli ilə birlikdə yaşayır. 2015-ci ildən etibarnamə əsasında “VAZ 2101” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, X6 təxminən 2017-ci ildən yaşadığı binanın yaxınlığında yerləşən 6-cı binanın sakini kimi tanıyır. Qədir Ələsgərov psixi pozuntusu olan, epilepsiya xəstəsi olmuşdur. Qədir Ələsgərovun sağ qol nahiyəsi qüsurlu olmuş, həmin qol nahiyəsini normal hərəkət etdirə bilməmişdir. X19 6-cı binada tək yaşaması, ailəsi və övladının olmaması barədə məlumatı olmuşdur. X5 müxtəlif şəxslərə müxtəlif məbləğlərdə sələmə pul verməsi barədə məlumatları olmuş, hesab etmişdir ki, əgər o, sələmə pul verirsə, deməli, üzərində və ya evində müəyyən məbləğdə pul ola bilər. Maddi vəziyyəti pis olduğundan, işsiz olduğuna, son vaxtlar taksi fəaliyyəti ilə məşğul olsa da, maddi vəziyyətinin pis olmasına görə pula ehtiyacı olmuşdur. Bundan başqa X15 da Yevlax şəhərində yerləşən “Kapital Bank”-dan kredit pul borca götürmüş, həmin borc da arvadının əmək haqqından çıxılmış və bu da onların maddi vəziyyətlərinə təsir etmişdir. X15 Yevlax şəhəri, 23 saylı tam orta məktəbdə katibə işləyir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, o, 10 noyabr 2021-ci il tarixdə saat 10 radələrində sinif yoldaşı Zamin Orucovun atasının vəfat etməsi ilə bağlı Mingəçevir şəhərinə başsağlığı vermək üçün getmiş və saat 12 radələrində evə qayıtmışdır. Evdə yemək yedikdən sonra təxminən saat 14 radələrində evdən çıxaraq yaşadığı binanın yanında yerləşən avtobus dayanacağının yaxınlığında idarə etdiyi “VAZ 2101” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq sərnişin gözləmişdir. Bu zaman Qədir Ələsgərov ona yaxınlaşaraq heç bir səbəb olmadan onun anasını və vəfat etmiş bacısını ağır söyüşlərlə təhqir etməyə başlamış, bundan sonra o, avtomobilin sükanı arxasına keçib əyləşərək qapını örtmüşdür. Qədir Ələsgərov inadkarlıq edib oradan uzaqlaşmayaraq avtobilinin qabaq sağ oturacağında əyləşmişdir. O, Qədirdən avtomobildən düşməsini tələb etsə də düşməmişdir. O da Qədirlə birlikdə avtomobilini idarə edərək Goranboy rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Qədir əvvəllər də dəfələrlə onu və onun ailə üzvlərini, eləcə də vəfat etmiş qohumlarının ünvanına söyüşlər söymüş, o da hər dəfə onunla mübahisə etməkdən qaçmışdır. Bu dəfə Qədirin onu daha ağır söyüşlərlə söyməsi, eyni zamanda arvadının işlədiyi məktəbdə, məktəbin rəhbərliyi və məktəbdə olan digər şəxslərlə əxlaqsızlıqlarla məşğul olması, bundan başqa Mingəçevir şəhərində yaşayan bacısının da əxlaqsızlıqla məşğul olması barədə dedikləri onun səbr kasasını daşırmışdır. Artıq onun yaşadığı məhəllədə biabır olmağı, ailənin üzünə dik baxa bilməməyi, eyni zamanda arvadına qarşı hər yerdə bu tipli fikirlər bildirməsi onu bezdirmişdir. Odur ki, Qədirin həmin gün dedikləri artıq onun səbrini daşırmış və Qədiri öldürmək qərarına gəlmişdir. O, Qədir Ələsgərovu avtomobilə əyləşdirib Yevlax şəhəri istiqamətində hərəkət etmiş, avtomobildə Qədirdən söyüşləri geri götürməsini və ailəsi haqqında bir daha orada-burada ağzına gələni danışmamasını tələb etmişdir. Buna baxmayaraq, Qədir yenə də onun ailəsi barəsində təhqiredici sözlər demişdir. Qədiri qəti öldürmək və bu əməli sakit bir yerdə törətmək qərarına gəlmiş və bundan sonra beyninə insanların olmadığı gizli bir yer kimi Goranboy rayonu, Ballıqaya kəndi gəlmişdir. Belə ki, o əvvəllər bir dəfə həmin kənddə olmuş və ona görə də həmin kəndin sakit və səssiz bir yer olması yadında qalmışdır. Sonra Yevlax şəhərindən Goranboy rayonu istiqamətində gəlib Goranboy şəhərinin içindən keçməklə Ballıqaya kəndi istiqamətində avtomobili idarə etmişdir. Goranboy rayonunun mərkəzinə çatanda Qədir ona ac olduğunu bildirmiş, o da avtomobili saxlayıb, yolun sağ tərəfində yerləşən “OBA” marketə daxil olub sosiska və çörəkdən başqa 2 ədəd “Go” içkisi almış, yolboyu bir dəfə tanımadığı bir yerdə Qədirlə birlikdə sosiska-çörək yemək üçün avtomobilini 10-15 dəqiqəlik saxlamış, sonra yenə yoluna davam etmişdir. Yolboyu Qədir onun ailə üzvlərinin ünvanına yenə də təhqiramiz ifadələr işlətmiş, həmin ifadələri işlətdikcə onu qəti öldürmək qərarına gəlmişdir. Daha sonra yolboyu maddi imkansızlığı, övladının maddi tələblərini ödəyə bilməməyi gözünün qarşısına gələrək Qədirin evinə daxil olub pulunu ələ keçirmək fikrinə gəlmişdir. Belə ki, düşünmüşdür ki, Qədirin evində pul vardır. Təxminən saat 16 radələrində Goranboy rayonu, Ballıqaya kəndinə çatmışlar, avtomobili körpüyə çatmamış dağ ətəyində sol tərəfdə saxlamışdır. Avtomobilin əl əyləci işləmədiyi və geriyə hərəkət etməməsi üçün avtomobilinin arxa sağ təkərinin arxa tərəfinə daş qoymuşdur. Ətrafa baxıb sakitçilik olduğunu düşünmüş və fikirləşmişdir ki, dağın dikinə doğru qalxıb sakit bir yerdə Qədiri öldürə bilər. X16 birlikdə dağın dikinə doğru piyada hərəkət etməyə başlamış, özü qabaqda, Qədir isə arxa tərəfdə ona doğru hərəkət edirmiş. Təxminən 100-150 metr gedəndən sonra arxa tərəfdən sağ qoluna daş dəydiyini görmüş, dərhal arxa tərəfə çevrilmiş və Qədir Ələsgərovun qucağına çoxlu daş parçaları yığdığını görmüşdür. Qədiri psixi pozuntusu olan bir şəxs kimi tanıdığından və onun bu hərəkəti ona təəccüblü gəlməmişdir. Bu zaman o, Qədiri öldürmək məqsədi ilə yerdən bir ədəd daş götürərək var gücüylə onun baş nahiyyəsinə çırpmış, lakin görmüşdür ki, Qədir başını tutsa da yenidən onun üzərinə gəlir. Bu vaxt o, yerdən daha böyük daş parçası götürüb Qədirin ona bir qədər də yaxınlaşmasını gözləmiş və təxminən ona bir metr məsafə qalmış əlindəki, yerdən götürdüyü daha iri daş parçasını var gücü ilə Qədirin baş nahiyyəsinin sol tərəfinə vurmuş, Qədir oturaq vəziyyətdə qalmış və hər iki əlində olan daş parçaları yerə tökülmüşdür. Bundan sonra əvvəlcədən də düşündüyü kimi Qədirin əynində olan kurtkasının sağ cibindən iki ədəd açarı aşkar edərək götürmüşdür. Açara baxdıqda görmüşdür ki, bu, onun evinin açarıdır. Belə ki, yaşadıqları binada bütün evlərin açarları bir-birinə oxşardır. Həmin açarı cibinə qoyandan sonra Qədirin kurtkasının sol cibindən rezinlə bir-birinə bağlı “Kapital bank”-a məxsus kart və şəxsiyyət vəsiqəsini götürüb cibinə qoymuşdur. Bundan sonra Qədirin arxası üstə yerə uzanmış, tam hərəkətsiz vəziyyətdə qaldığını görmüş və dağın dikindən düşərək avtomobilinə minib Yevlax şəhəri istiqamətində hərəkətə başlamışdır. Goranboy rayonu, Qaraçinar kəndində hərəkətdə olarkən Xocalı RPŞ-nin post patrul xidmətinin əməkdaşları avtomobilini saxlayıb yük yerini yoxlamış və onu Xocalı RPŞ-yə gətirmişlər. Polis şöbəsində olarkən onu rəis müavini qəbul etmiş və sağ əlinin ovuc hissəsində yara görərək əlindəki yaranın nədən yarandığını soruşmuş, o da avtomobillə evinə doğru hərəkət edərkən yolda avtomobilin radiatorunun qızmasını və temperaturu aşağı salmaq üçün avtomobili saxlayıb kapotunu açarkən ehtiyatsızlıqdan sağ əlinin ovuc hissəsini zədələdiyini bildirmişdir. Sonra polis əməkdaşları yenidən avtomobilinin kabinəsini və yük yerini yoxladıqdan sonra onu buraxmış və o, evinə getmişdir. Avtomobili ilə bir neçə kəndi keçdikdən sonra Qədirin cibindən götürdüyü şəxsiyyət vəsiqəsi və bank kartını yolun sol istiqamətində atmışdır. Onu atmaqda məqsədi bank kartını bankomata daxil edəndə ifşa olunacağı və həmin vaxtlarda bank kartına pul məbləğlərinin köçürülməməsini düşünməyi olmuşdur. Təxminən saat 22 radələrində evə çatmış, arvadı və oğlu da evdə olmuşdur. Evdə yemək yedikdən sonra düşüb qonşuluqda yaşayan anasının mənzilinə getmiş, həmin vaxt mənzildə anası, qardaşının arvadı və üç övladı olmuşdur. Anası əlindəki yaranı görüb nə baş verdiyini soruşduqda, o əlindəki xəsarəti necə aldığını danışmış, anası da onun əlinə bal qoyaraq sarımışdır. Orada təxminən 30 dəqiqə olandan sonra evinə qayıtmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə təxminən saat 09 radələrində o, Qədirin evindən əvvəlcədən fikirləşdiyi kimi, pullarını ələ keçirmək məqsədi ilə yaşadığı ünvandan çıxaraq onunla qonşuluqda olan 6-cı binanın 2-ci mərtəbəsində olan mənzilinə getmiş, Qədirin cibindən götürdüyü açarla mənzilin qapısını açıb içəri daxil olmuşdur. Qapını açıq qoymuş, mənzilin işıqlarını yandırmamışdır. Mənzil bir otaqdan ibarət olmuş, qapı dəhlizə açılmış, dəhlizlə üzbəüz hamam otağı, sağ tərəfdə mətbəx, sol tərəfdə də yaşayış otağı olmuşdur. O, mətbəxə daxil olmuş, sağ tərəfdə dördgözlü qaz sobası, onun yanında sandıq, ağ rəngli soyuducu və yerdə isə bükülü vəziyyətdə xalça olmuş və mətbəxdə başqa əşyaların olmasını xatırlamır. Sandığa tərəf yaxınlaşıb üzərində olan ağ qutunun üstündə olan plastmas materialdan olan kiçik ölçülü qutunun ağzını açmış, onun içində 1 ədəd yüz manatlıq əskinas olduğunu aşkar edib götürmüşdür. Mətbəxdən çıxandan sonra üzbəüz otağın qapısından içəri baxmış, orada bir ədəd televizor, sağ və sol tərəflərdə təkadamlıq üzərində adyal olan yataq, qapıdan sol tərəfdə isə divan olmuşdur. Həmin mənzildən 1 ədəd yüz manatlıq əskinasdan başqa, pul aşkar edə bilməmişdir. Sonra qapını bağlayıb çıxıb avtomobilə yaxınlaşıb tanımadığı müştərini götürərək Yevlax şəhərində düşürmüşdür. Daha sonra avtomobilinin istilik sistemində problem olduğuna görə Yevlax şəhərində yerləşən ehtiyat hissələri dükanından usta məsləhətinə əsasən 2 ədəd şlanq, 4 ədəd xamut, 1 ədəd kiçik bir krant almışdır. Sonra Qədirin evindən götürdüyü yüzlük əskinası Ceyhun adlı satıcıya vermiş, sonuncu da ona 90 manat pul qaytarmışdır. Həmin yüz manatlıq əskinasdan başqa cibində özünə məxsus təxminən 30-35 manat pulu olmuşdur. Oradan Ziya adlı ustanın yanına gəlmiş, avtomobildə olan nasazlıq aradan qaldırılmış və o, ustaya özünə məxsus olan puldan 10 manat pul vermişdir. Bundan sonra Yevlax şəhərinə, yaşadığı ev istiqamətinə gedərkən Qədirin evinin açarlarını yolayrıcında güllər əkilmiş sahəyə atmış və evə getmişdir. 14 noyabr 2021-ci il tarixdə Xocalı RPŞ-nin polis əməkdaşları onu tutaraq şöbəyə gətirmişlər. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərmişdir ki, onun heç kimə borcu olmasa da, arvadı “Kapital bank”-dan borc pul krediti götürmüş, eyni zamanda övladı üçün dükandan borca geyim əşyaları almışdır. O, Qədir Ələsgərovla birlikdə idarə etdiyi avtomobillə Yevlax rayonundan Goranboy rayonu istiqamətində hərəkət edərkən avtomobildə onlardan başqa heç kim olmamış və Qədir Ələsgərovla birlikdə idarə etdiyi avtomobillə Yevlax rayonundan Goranboy rayonu istiqamətində hərəkət edərkən yolboyu onu tanıyan şəxsə rast gəlməmişdir. O, Qədir Ələsgərovla birlikdə Goranboy rayonu Ballıqaya kəndinə çatıb, avtomobili saxlayıb dağın dikinə doğru piyada hərəkət edərkən sol tərəfdə yerləşən yaşayış evinin həyətində toyuq-cücə yemləyən bir nəfər tanımadığı qadın onu görmüşdür. Qədir Ələsgərovun baş nahiyəsinə ikinci dəfə daşla vurduqdan sonra o, dizüstə yerə oturub əli ilə başını tutmuş, təxminən 5 dəqiqə sonra Qədir arxası üstə yerə yıxılaraq tam hərəkətsiz vəziyyətdə qalmışdır. Qədir Ələsgərovu birinci dəfə daşla vurduqdan sonra ölmədiyindən ikinci dəfə daha boyük daşla onu vurmaqda məqsədi onu öldürmək olmuşdur. O, ikinci dəfə Qədir Ələsgərovun baş nahiyəsinə vurduqdan və arxası üstə yerə yıxılaraq tam hərəkətsiz vəziyyətdə qaldıqdan sonra onun ölməsinə əmin olmuşdur. O, hadisədən iki-üç ay əvvəl Qədirin evinə televizor ustası aparmış, həmin vaxt Qədirin mənzilində olmuşdur. Qədirin evində pul olduğuna əmin olmuşdur. Qədirin evindən etdiyi oğurluqdan peşman olmuş, ona görə də oradan götürdüyü yüz manatlıq əskinası üzərində saxlamamaq üçün satıcıya vermişdir. O, saxlanıldıqdan sonra bu barədə ailə üzvlərinə məlumat verilmiş və X15 Xocalı RPŞ-yə gəldikdə o, həmin bir ədəd 50 manat, iki ədəd 20 manat olmaqla cəmi 90 manat pulu arvadına vermişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, X12 onun doğma xalası oğlu olmuşdur, Qədir 6-cı binanın 35-ci mənzilində tək yaşamışdır. Qədir Ələsgərov heç vaxt evli olmamış, Qədirin atası barədə heç bir məlumatı yoxdur. O, qohumlarından eşitdiyinə görə Qədirin anası, yəni onun xalası Fəqumə bir nəfər kişi ilə ailə həyatı qurmuş, sonra isə ailə həyatı baş tutmadığı üçün həmin kişidən boşanaraq təxminən 1970-ci ildən oğlu Qədiri götürüb atası evinə, yəni Ağdam şəhərinə gəlmiş və orada yaşamışdır. Qədirin ata adı da babasının himayəsinə verildiyi üçün babasının adı ilə, yəni Həmid kimi qeyd olunmuşdur. 1994-cü ildən Qədir anası və nənəsi Səriyyə ilə birlikdə məcburi köçkün kimi Yevlax şəhəri 2 nömrəli məktəbə köçüb yaşamışlar, sonra isə dövlət tərəfindən Yevlax şəhərində məcburi köçkünlər üçün tikilmiş “Fin” tipli qəsəbəyə köçürülmüşlər. Qədirin anası 2003-cü ildə müalicə olunduğu Göygöl rayonu, Qızılca kəndində yerləşən Əsəb dispanserində vəfat etmişdir. Qədirin nənəsi 2004-cü ildə vəfat etdikdən sonra həmin vaxtdan Qədir, 2010-ci ilədək həmin qəsəbədə tək yaşamış, sonra isə dövlət tərəfindən hal-hazıradak yaşamış olduğu Yevlax şəhərində məcburi köçkünlər üçün tikilmiş 32-ci məhəllədə yerləşən binada bir otaqlı mənzillə təmin olunaraq orada tək yaşamışdır. Qədirlə ünsiyyətdə olan heç bir qohumu olmamışdır. Qədir məktəbdə 8-ci sinifə kimi oxumuş, sonra Qədirdə epilepsiya xəstəliyi aşkar olunduğu üçün təhsilini yarımçıq buraxmışdır. Qədir Ələsgərov sakit təbiətli insan olmuş, lakin bəzi hallarda epilepsiya xəstəliyi ilə əlaqədar anidən əsəbi və aqressiv olmuşdur. Bu zaman o, normal insana uyğun olmayan hərəkətlər və reaksiyalar göstərmişdir. Belə ki, həmin zaman o, ətrafda olan insanların ona baxmasına qarşı sərt reaksiya göstərmişdir. Qədir epilepsiya xəstəliyinə qarşı dərman vasitələri qəbul etsə də, lakin ruhi xəstə kimi hər hansı bir ruhi-əsəb dispanserində və ya xəstəxanada qeydiyyatda olmamışdır. Qədirin 8-ci sinifdə oxuduğu vaxtdan, yəni onda epilepsiya xəstəliyi aşkar olunduğu vaxtdan sağ qol nahiyyəsində qüsur yaranmışdır. Qədir sağ qol nahiyyəsini normal hərəkət etdirə bilmirdi. Qədir Ələsgərov heç bir yerdə işləməsə də əlilliyə görə pensiya və məcburi köçkün kimi müavinət alırdı. X9 özünə dair demək olar ki, xərcləri olmadığından həmişə pulunu yığardı, ona görə də Qədirin həmişə artıq pulu olduğundan o, həmişə sələmə borc pul verirdi. O, Təqsirləndirilən şəxs və onun ailə üzvlərini isə məhlə sakinləri kimi tanıyır, lakin heç bir münasibəti, eləcə də barələrində heç bir məlumatı yoxdur. 13 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Xocalı RPŞ-dən ona zəng edilərək xalası oğlu X5 Goranboy rayonu, Ballıqaya kəndində meyitinin aşkar olunması barədə məlumat verilmiş, növbəti gün isə ona Xocalı RPŞ-dən onun xalası oğlunun məhlə sakini Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilməsi barədə məlumat verilmişdir. 15 noyabr 2021-ci il tarixdə o, Qədir Ələsgərovun meyitini Goranboy rayon mərkəzi xəstəxanasının meyitxanasından götürərək Yevlax rayonunda dəfn etmişdir. Təqsirləndirilən şəxs qohumu X6 öldürməsinin səbəbi barədə məlumatı yoxdur. O, təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2004-cü ildən ailə həyatı qurmuş, birgə nikahlarından 2014-cü il təvəllüdlü Murad adlı övladları doğulmuşdur. Onun əri heç bir yerdə işləməmiş, özünə məxsus açıq sarı rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. X6 qonşu kimi tanımış, onunla hər hansı bir münasibəti olmamışdır. 10 noyabr 2021-ci il tarixdə saat 09 radələrində işlədiyi tam orta məktəbdə olmuş, həmin vaxt onun əri taksi fəaliyyəti ilə məşğul olmaq üçün evdən çıxmış, oğlu Murad isə evdə olmuşdur. Saat 12 radələrində o, oğlunu məktəbə aparmaq üçün evə gəlmiş, oğlunun yeməyini vermiş, məktəb ləvazimatlarını hazırlayıb məktəbə aparmışdır. Oğlu işlədiyi məktəbdə 2-ci sinifdə oxuyur. Təxminən saat 15 radələrində usta ona zəng edərək məktəbə məxsus printeri düzəltdiyini bildirmiş, o isə həmin printerin ustadan götürülüb məktəbə gətirilməsi üçün ərinə zəng etmiş, lakin əri telefona cavab verməmişdir. Ona görə də qayını oğlu Əhmədlə birlikdə printeri ustadan götürüb məktəbə gətirmişdir. Saat 19 radələrində oğlu ilə birlikdə məktəbdən evə gəlmiş, birlikdə yemək yedikdən sonra oğlunun dərsə hazırlaşmasına köməklik etmşdir. Saat 21 radələrində əri evə gəlmiş, onun sağ əlinin ovuc hissəsinin qana bulaşdığını görmüş və ondan əlinə nə olduğunu soruşarkən əri ona avtomobilini düzəldərkən əlini yaraladığını bildirmişdir. Sonra ərinə yemək hazırlamış, yemək yedikdən sonra əri qonşuluqda, yəni 1-ci binada yaşayan qayınanası Məxmər Qurbanovanın evinə gedəcəyini bildirmiş, evdən çıxmış və təxminən 30 dəqiqə sonra evə qayıtmışdır. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, 13 noyabr 2021-ci il tarixdə saat 22 radələrində ailəlikcə evdə olmuşlar. Həmin vaxt əri Təqsirləndirilən şəxs yatmışdır. Bu zaman qapı döyülmüş, Coşun qapını açarkən qapını döyən qonşu Şamil bir nəfər şəxsin aşağıda onu gözlədiyini bildirmişdir. Coşqun da kim olduğunu başa düşməyərək əynini geyinib evdən getmişdir. Sonradan əri Coşqunu Xocalı RPŞ-nin polis əməkdaşlarının apardıqlarını və ərinin qonşu Qədir Ələsgərovu öldürdüyünü öyrənmişdir. Şahid1 ifadəsinin yekununda göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşuları X6 öldürməsinin səbəbi barədə konkret heç nə deyə bilmir, lakin əri ilə Xocalı RPŞ-də görüşərkən ona Qədir Ələsgərovun onu söydüyü üçün öldürdüyünü demişdir. Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə saat 21 radələrində evə gəldikdən sonra ona hər hansı bir məbləğdə pul verməmiş, yalnız əri tutulduqdan sonra Xocalı RPŞ-də onunla görüşərkən ona evə nəsə almağı üçün bir ədəd 50 və iki ədəd 20 manat olmaqla, cəmi 90 manat pul vermiş, həmin pulun ərinin haradan əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Gülüstan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 2021-ci ilin noyabr ayında o, Goranboy rayonu, Yuxarı Ballıqaya kəndində yaşayan atası Kamilin evinə qonaq getmişdir. 10.11.2021-ci il tarixdə günorta saatlarında atasının yaşadığı evin yaxınlığında ev quşlarına dən verdiyi zaman evdən təxminən 100 metr uzaqlıqda markası və dövlət qeydiyyat nömrəsini bilmədiyi, təxminən süd rəngli bir avtomobil saxlamışdır. Bir neçə dəqiqə sonra isə 2 nəfər tanımadığı şəxs maşından düşmüş, onlardan biri avtomobilin arxa təkərinin altına daş qoymuş, həmin daşı hansı məqsədlə qoymasını dəqiq bilməsə də, ona elə gəlmişdir ki, avtomobil bir qədər dikdə olduğundan geri hərəkət etməməsi üçün bu hərəkəti etmişdir. Daha sonra onların dayandığı yerdən yuxarı dağ istiqamətində ard-arda getmələrini görmüşdür. Həmin şəxslərin, öndə və geridə gedən şəxslərin hazırda əlamətləri yadında deyil, həmin şəxslər tünd geyimdə olmuşlar. Həmin şəxslərin geri qayıtmalarına diqqət yetirməmiş, atasının evinə daxil olmuşdur. Bir neçə saat sonra həyətə çıxan zaman həmin avtomobilin getdiyini və artıq yerində olmadığını görmüşdür. Şahid3 ifadəsində həmçinin göstərmişdir onun yalnız diqqətini çəkən tanımadığı iki nəfər şəxsin dağa tərəf piyada qalxmaları olmuşdur, sonra o, evə daxil olduğundan əlavə heç bir şübhəli hadisənin şahidi olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 noyabr 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evin həyətində təsərrüfat işləri ilə məşğul olmuş, bu zaman qardaşı Müzəffərin İrşad və Dinar adlı uşaqları ona yaxınlaşaraq Bəxtiyar adlı qonşunun həyətində it balalarının qarşısında insan əlinin olduğunu bildirmişlər. Qardaşı Müzəffər də onunla qonşuluqda yaşayır, həmin vaxt qardaşı evdə olmadığı üçün uşaqları həyətdə oynayarkən yerdə olan insan əlindən qorxaraq ona yaxınlaşmışlar. Dərhal o, qonşu, həmçinin uzaq qohumu X3 evinin həyətinə daxil olaraq evinə bitişik və arxa tərəfində olan tövlənin qarşısına gəlmişdir. Həmin yerə çatarkən yerdə insan qolunun olduğunu və təxminən on it balasının həmin qolu dartışdırdığını görmüşdür. O, ətrafda hərəkət edərkən başqa bir insan qolunu tövlənin sol tərəfində aşkar etmişdir. Dərhal Xocalı RPŞ-yə bu barədə məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra polis əməkdaşları həmin yerə gələrək baxış keçirmişlər. Şahid4 həmçinin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və X6 tanımır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 10 noyabr 2021-ci il tarixdə Goranboy rayonu, Qaraçinar kəndində PPXByə məxsus xidməti avtomobillə xidməti vəzifəsini icra edərkən təxminən saat 17 radələrində Qaraçinar kəndinin mərkəzində Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsindən Goranboy şəhəri istiqamətində açıq sarı rəngli, “VAZ-2101” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyini görmüş, həmin avtomobilin yük yeri aşağı olduğu üçün onda şübhə doğurmuşdur. Belə ki, xidməti ərazidə son vaxtlar baş vermiş oğurluq hadisələri ilə bağlı şübhə doğuran avtomobillərin onların tərəfindən saxlanılaraq yoxlanılması həyata keçirilir. O, dərhal həmin avtomobilin arxasınca hərəkət edib səsgücləndirici ilə saxlama əmri vermiş, xidməti avtomobilindən düşüb həmin avtomobilə yaxınlaşıb sürücüyə özünü təqdim etmiş, şəxsiyyət vəsiqəsini təqdim etməsini və avtomobilin yük yerini açmasını xahiş etmişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinə baxarkən Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs əynində tünd göy rəngli gödəkçə və göy rəngli cins şalvar olmuş, saçı seyrək, sağ əlinin baş barmaq nahiyyəsinin ovuca birləşən hissəsində kəsilmiş yara olmuş, sağ əlinin ovuc hissəsi qana bulaşmış, bədəni titrəyirmiş. Ondan haradan gəlməsini soruşarkən titrək səslə ona Yevlax şəhərində yaşadığını, qardaş və bacısı cavan rəhmətə getdiyi üçün onları xatırladığını, onların qəbrini ziyarət edərkən özünü pis hiss etdiyi üçün ora getməyib fikrini yayındırmaq məqsədi ilə idarə etdiyi avtomobillə təkbaşına Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi istiqamətində hərəkət etdiyini və orada bir az istirahət etdikdən sonra anası zəng etdiyi üçün evə qayıtdığını bildirmişdir. O, həmçinin Coşqundan sağ əlində olan yara və qan ləkələrinin nədən yarandığını soruşarkən ona bura gələnə qədər avtomobilinin yolda radiatorunun qızmasını və temperaturu aşağı salmaq üçün avtomobili saxlayıb kapotunu açarkən kapotun trosunun sağ əlinin ovuc hissəsini kəsdiyini demişdir. O, sonra avtomobilin yük yerinə baxış keçirmiş, ehtiyat təkər və avtomobil təmiri ləvazimatlarından başqa şübhəli bir şey aşkar etməmiş, avtomobilin kabinəsinə baxış keçirərkən arxa oturacaqlarda sellofan torbada sosiska-çörək, avtomobilin qabaq sağ oturacağının altına baxarkən isə tutacaq hissəsi qara rəngli olan mətbəx bıçağı aşkar etmişdir, ondan bıçaq barədə soruşarkən məişət işlərində istifadə etmək üçün avtomobilində gəzdirdiyini bildirmiş, həmçinin bıçaq təmiz vəziyyətdə olmuşdur. Bundan əlavə, o, avtomobilin sürət qutusunun yanında açar halqasında biri mənzil, digəri balaca sayğac açarı olmaqla iki ədəd açarı görüb Təqsirləndirilən şəxs açarların kimə məxsus olmasını soruşmuş, Təqsirləndirilən şəxs da ona açarların qonşuya məxsus olduğunu, qonşunun ailəsi hal-hazırda evdə olmadığına görə geri qayıdarkən çöldə qalmaması üçün ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını hiss edərək onunla birlikdə şöbəyə getməsini təklif etmiş, o isə israrla anasının onu evdə gözlədiyini və şöbəyə getmək istəmədiyini bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs şöbənin yaxında olduğunu və çox vaxt sərf etməyəcəyini demiş, birlikdə hər biri öz idarə etdikləri avtomobillə şöbəyə gəlmişlər. Sonra o, Təqsirləndirilən şəxs barədə rəis müavininə məruzə edərək təqdim edib xidməti vəzifəsini davam etmək üçün əraziyə qayıtmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Yevlax şəhəri, 32-ci məhəllədə yerləşən 4-cü binanın yaxınlığındakı köşkdə ərzaq malları satır. Təqsirləndirilən şəxs həmin məhlənin sakini kimi tanımış, Coşqun tez-tez dükanından alış-veriş edir və işlədiyi köşklə üzbəüz yerləşən dayanacaqda özünə məxsus açıq sarı rəngli “VAZ 2101” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanaraq taksi fəaliyyəti ilə məşğul olurmuş. Onun Coşqunun arvadının 32-ci məhəllənin yaxınlığında yerləşən Ağdam rayonu, 23 saylı tam orta məktəbdə işləməsi, bir azyaşlı oğlunun da həmin məktəbdə oxuması barədə məlumatı olmuşdur. Coşqunun arvadı da tez-tez onun dükanından alış-veriş edir, hər ikisi onun dükanından nisyə alışveriş etsələr də hal-hazırda borcları yoxdur. Coşqunun anasının da həmin məhlədə yaşadığını bilir. X6 da 32-ci məhəllənin sakini kimi tanımış, o da onun dükanından alışveriş etmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs Qədir Ələsgərovu idarə etdiyi avtomobillə harasa apardığını, yəni X14 Əhmədovun taksi xidmətindən istifadə etdiyini görmüşdür. Şahid7 ifadəsində həmçinin göstərmişdir ki, X12 epilepsiya xəstəsi olmuş, məhəllədə iki dəfə huşsuz vəziyyətdə yerə yıxıldığını görmüşdür. Qədir Ələsgərov heç bir yerdə işləməsə də əlilliyə görə pensiya alırdı. Qədir Ələsgərovun başqalarına sələmə pul verməsini eşitməmiş, lakin üzərində həmişə artıq pulu olduğundan Qədir tanışlarına ehtiyac olduqda borc pul verirdi. 14 noyabr 2021-ci il tarixdə X14 Əhmədov tərəfindən qətlə yetirilməsini məhlə sakinlərindən eşitmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2011-ci ildən Yevlax şəhərində yerləşən Ağdam rayonu, 23 saylı tam orta məktəbin direktoru vəzifədə işləyir. Onun rəhbərlik etdiyi məktəb Yevlax şəhəri, Yeni yaşayış massivində yerləşir və məktəbin yerləşdiyi inzibati binada həmçinin Kəlbəcər rayonu, 30 saylı tam orta məktəb fəaliyyət göstərir. Hər iki məktəb şifahi bölünmə qaydasında yerləşdiyi inzibati binanın fərqli hissələrində fəaliyyət göstərir. Kəlbəcər rayonu 30 saylı tam orta məktəbin direktoru Zahid Kazımovdur. Şahid1 onun katibəsidir. Məktəbdə otaq sayı az olduğuna görə Şahid1 onun xidməti otağında işləyir. Hüsniyyənin bir azyaşlı Murad adlı uşağı da onun rəhbərlik etdiyi məktəbdə oxuyur. O, Hüsniyyənin əri Təqsirləndirilən şəxs qonşu binanın sakini kimi tanımış, onunla heç bir münasibəti olmamışdır. X6 da bina sakini tanıyırmış, onunla da heç bir münasibəti olmamışdır. O, bina sakinlərindən Qədir Ələsgərovun tək yaşaması və epilepsiya xəstəsi olmasını, 14 noyabr 2021-ci il tarixdə X14 Əhmədov tərəfindən qətlə yetirilməsini bina sakinlərindən eşitmişdir. Təqsirləndirilən şəxs Qədir Ələsgərovu öldürməsinin səbəbi və onların münasibətləri barədə heç bir məlumatı olmamış və bu barədə heç nə eşitməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 oğlu ifadəsində göstərmişdir ki, Yevlax şəhəri, Nizami prospekti 20-də yerləşən avtomobil ehtiyat hissələri dükanında satıcı işləyir. O, Təqsirləndirilən şəxs daimi müştəri kimi tanımışdır. Təqsirləndirilən şəxs nisyə alqı-satqı zamanı da borcunu vaxtında ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs onların dükanına heç bir borcu yoxdur. Təqsirləndirilən şəxs “VAZ 2101” markalı avtomobilinin olması və Yevlax şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş yaşayış massivində yaşaması barədə məlumatı olmuşdur. X6 isə tanımır, heç bir ünsiyyəti olmamışdır. 11 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs işlədiyi dükana daxil olaraq avtomobilinin istilik sistemində problem olduğuna görə ona 2 ədəd şlanq, 4 ədəd xamut və 1 ədəd kiçik bir krant verməsini xahiş etmiş, o da həmin ehtiyat hissələrini dükandan götürüb qiymətlərini hesablamış və Təqsirləndirilən şəxs ehtiyat hissələrinin cəmi 10 manata başa gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs cibindən 100 manat çıxarıb ona vermiş, o da ehtiyat hissələrini Coşquna verərək 90 manat məbləğində qalıq pul qaytardıqdan sonra Təqsirləndirilən şəxs dükandan çıxıb getmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Azərbaycan Respublikası Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Yevlax şəhər MKİS-nin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs məhlə sakini kimi tanımış, taksi fəaliyyəti ilə məşğul olduğunu bilir. X6 da 32-ci məhəllənin sakini kimi tanımış, sonuncu sakit təbiətli insan olmuşdur. Qədir Ələsgərov 2010-cu ildən dövlət tərəfindən ona verilmiş həmin məhlədə yerləşən 6-cı binanın 35 nömrəli bir otaqlı mənzilində tək yaşamışdır. Qədir Ələsgərov epilepsiya xəstəsi idi, həmçinin sağ qol nahiyyəsində qüsur var idi, sağ qol nahiyyəsini normal hərəkət etdirə bilmirdi, bundan başqa əlilliyə görə pensiya alırdı. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Xocalı rayon 54 saylı Yol-İstismar İdarəsində fəhlə işləyir. 10 noyabr 2021-ci il tarixdə iş yerindən onlara verilən göstərişə əsasən müəyyən ərazilərin təmizlik işlərini aparmaları ilə əlaqədar o və iş yoldaşları əraziyə təmizliyə çıxmışlar. İdarədən 300 metr uzaqlaşdıqdan sonra xidməti əraziləri olan Goranboy rayonu, Zeyvə kəndi ərazisində, Aşağı Ağcakənd-Goranboy avtomobil yolunun sol kənarından bir-birinə rezinlə bağlı 1 ədəd şəxsiyyət vəsiqəsi və bank kartı tapmışdır. Şəxsiyyət vəsiqəsinə baxdıqda onun X7 aid olduğunu müəyyən etmiş, lakin həmin şəxsi tanıya bilmədiyi üçün sənədləri Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon polis şöbəsinə təhvil vermişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ifadənin yerində yoxlanılmasına dair istintaq hərəkətinin 16.11.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini ifadəsinin yerində yoxlanması zamanı da təsdiq etmişdir (iş vərəqə: cild 1, səh. 145-154). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X18 Hüquqi Şəxsinin 17 saylı ərazi filialının 23.12.2021-ci il tarixli məktubundan görünür ki, X12 2-ci qrup əlilliyə görə 130 manat sosial müavinət almışdır (iş vərəqə: cild 2, səh. 44). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 21.11.2021-ci il tarixli, 669 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ əlin ovuc səthinin sıyrığı bərk küt əşyanın(ların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni 10.11.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqə: cild 1, səh. 198-199). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 14.11.2021-ci il tarixli, 33 saylı rəyindən görünür ki: 1.X5 meyitinin xarici və daxili müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - açıq küt kəllə-beyin travması, təpə sümüyünün açıq sınıqları, kəllə əsası sümüyünün sınığı, sağ və sol yuxarı ətrafların və kəllə sümüyünün İ boyun fəqərəsindən qopması, sağ və sol döş qəfəsinin ön səthini əhatə edən dəri toxumalarının qopması, ətraf toxumalarda qansızma. 2.Qeyd olunan bu xəsarətlərdən a) təpə sümüynün sınması nəticəsində, kəllə əsasına keçən sınığı bərk küt əşyanın(ların), o cümlədən ekspertizaya təqdim olunmuş daşla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. b) sağ və sol yuxarı ətrafların və kəllə sümüynün İ boyun fəqərəsindən qopması, sağ və sol döş qəfəsinin ön səthini əhatə edən dəri toxumalarının qopması, ətraf toxumalarda qansızması isə vəhşi heyvanlar tərəfindən parçalanaraq qopması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. 3.X1 ölümü onun müayinəsindən 2-3 gün əvvəl əmələ gələ bilərdi. 4.X1 ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində baş beyinin yumşaq qişasına ocaqlı qansızmalar kəllə əsasının sınığı olmuşdur. 5.X1 ölümündən əvvəl mübarizə aparıb-aparmamasını, həmin vaxt zərər yetirən şəxslə hansı qarşılıqlı vəziyyətdə olmasını müəyyən etmək mümkün deyil. 6.X1 aldığı xəsarətlərdən dərhal sonra ölməsi baş verə bilərdi. 7.X1 meyitinin daxili müayinəsi zamanı qan nümunəsinin götürülməsi mümkün olmadığından spirtli içki qəbul etməsi haqqında fikir söyləmək mümkün deyildir. 8.Ekspertizaya təqdim olunmuş meyit hissələri, yəni iki ədəd insan qolu, insan başı və çənə sümüyünün konkret şəxsə, yəni Qədir Ələsgərova aid olması inkar olunmur (iş vərəqə: cild 2, səh. 51-54). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan materialların məhkəmə ekspertizası, “lifli materialların tədqiqi” ekspertizasının 20.12.2021-ci il tarixli, 16/1240 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X7 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. -X7 məxsus geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. -Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində X7 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur (iş vərəqə: cild 2, səh. 46-48). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 22.12.2021-ci il tarixli, 16/1241/1242 nömrəli rəyindən görünür ki: 1.Tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. 2.Tədqiqata təqdim olunan X1 əynində olmuş gödəkçənin və köynəyin üzərində olan zədələr fiziki qüvvənin təsiri nəticəsində və ya bərk predmetə ilişməsi nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Həmçinin yuxarıda qeyd edilən zədələr vəhşi heyvanların təsiri nəticəsində yaranması mümkündür. Tədqiqata təqdim edilmiş X1 əynində olmuş şalvarın və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarların üzərində hər hansı mexaniki zədə yoxdur (iş vərəqə: cild 2, səh. 57-59). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi-bioloji ekspertizasının 24.12.2021-ci il tarixli, 46 saylı rəyindən görünür ki: 1.X1 portaldan çıxarışına əsasən qanın qrup göstəricisi A (İİ) Rh+dir. 2.Təqsirləndirilən şəxs qanının qrup göstəricisi şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən O (İ) Rh+dir. 3.Təqdim olunmuş hadisə yerindən götürülmüş 2 ədəd daş parçası üzərində insana məxsus qan aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan mərhum X7 məxsus ola bilər. 4.Təqdim olunmuş mərhum X7 məxsus bir ədəd gödəkçə üzərində insana məxsus qan aşkar olundu, həmin qanının qrup göstəricisi A (İİ) beta olduğundan mərhumun özünə məxsus ola bilər. 5.Təqdim olunmuş mərhum X7 məxsus bir ədəd şalvar, bir ədəd qısaqol kişi jaketi üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. 6.Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd gödəkçə üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. 7.Təqdim olunmuş bir ədəd bıçaq üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilmədi (iş vərəqə: cild 2, səh. 80-85). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 15.02.2022-ci il tarixli, 94/30 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Rəşid oğlu hazırki cinayət əməlini törədən zaman, yəni 10.11.2021-ci il tarixdə saat 16 radələrində öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Rəşid oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Rəşid oğlu hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs Rəşid oğlu aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən əsəbi psixi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). (iş vərəqə: cild 2, səh. 139- 141). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan sübutların qiymətləndirilməsinə dair 05.04.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.5, 157, 177.2.3, 177.2.3-1, 228.4 və 326.2-ci maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən həmin xüsusatlar üzrə cinayət təqibi rədd edilmiş, bundan başqa X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd qısaqol kişi jaketi, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd şalvar, bir ədəd gödəkçə, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan iki ədəd daş parçası, X7 məxsus bir ədəd kapital banka məxsus bank kartı və şəxsiyyət vəsiqəsi maddi sübut kimi tanınaraq Xocalı Rayon Prokurorluğunda saxlanca verilmiş, həmçinin bir ədəd CD-R və bir ədəd DVD-R disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 2, səh. 142-167). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan VMAS üzrə yoxlamaya dair 06.12.2021-ci il tarixli Xocalı rayon Polis Şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (iş vərəqə: cild 1, səh. 239). Cinayət işinin materiallarına əlavə edilmiş 14.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 69-70). Cinayət işinin materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 14.11.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 116-119). Azərbaycan Respublikası Yevlax rayonu ərazisində qaçqınların və köçkünlərin məskunlaşdığı düşərgədə Yevlax şəhər İcra Hakimiyyəti başçısının nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vərəqə: cild 1, səh. 134). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var (iş vərəqə: cild 1, səh. 190). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməsi, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı quldurluqla əlaqədar qəsdən öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində X5 onun ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə öldürdüyünə dair ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun deyil. Belə ki, cinayət işi üzrə tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla yanaşı, həmçinin təqsirləndirilən şəxsin özünün də ifadəsi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Qədir Ələsgərovu öldürməmişdən əvvəl sonuncunun evində pulunun olduğunu düşünüb, həmin pulları ələ keçirmək qərarına gəlmiş, həmçinin işin faktiki halları ilə də təsdiq olunur ki, Təqsirləndirilən şəxs Qədir Ələsgərovu öldürdükdən sonra əvvəlcədən düşündüyü niyyətini həyata keçirmək üçün Qədir Ələsgərovun əynində olan kurtkasının sağ cibindən iki ədəd açarı götürmüş, X9 kurtkasının sol cibindən sonuncuya məxsus olan “Kapital bank”-a məxsus kartı da götürmüş, daha sonra isə Qədir Ələsgərovun mənzilinə gedərək oradan 1 ədəd yüz manatlıq əskinas aşkar edib götürmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs güya Qədir Ələsgərovun onun ailə üzvlərini təhqir etməsinə görə onu öldürmək qərarına gəlməsinə dair ifadəsində göstərdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutlarla və işin obyektiv halları ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin öz ifadələrindən və işin digər hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmişin əmlakını ələ keçirmək və quldurluqla əlaqədar onu qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə öz hərəkətlərini əvvəlcədən planlaşdırmaqla hadisə günü zərərçəkmişi öz avtomobilinə mindirib yaşadıqları yerdən xeyli uzaqda yerləşən ucqar əraziyə aparmış, orada heç kimin olmadığı yerdə onu qəsdən öldürmüşdür. Eyni zamanda təqsirləndirilən şəxsin yolda zərərçəkmiş şəxsə yemək və içmək alması, yolda bir yerdə çörək yemələri ilə bağlı təqsirləndirilən şəxsin hərəkətləri ilə güya zərərçəkmiş şəxsin hadisədən əvvəl və yol boyunca onun ailə üzvlərini təhqir etməsi səbəbindən aralarında münaqişəli vəziyyət yaranmasına dair ifadəsi obyektiv şəkildə bir daha təkzib olunur. Bütün qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsini, onlar obyektiv sübutlarla təkzib olunduğundan inandırıcı hesab etmir və məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Qeyd edilən xüsusatlar cinayət işinin bütün materialları ilə yanaşı, həmçinin təqsirləndirilən şəxsin özünün ifadəsi ilə, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin protokolu və yuxarıda göstərilən digər mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin ifadəsi ilə, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eləcə də işdə olan digər sənədlərlə təsdiq edilmişdir ki, Qədir Ələsgərov əlil olmaqla epilepsiya xəstəsi olmuş və onun sağ qol nahiyəsi qüsurlu olmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş qeyd edilən mötəbər və təkzibedilməz sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verərək Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə zərərçəkmiş şəxs Qədir Ələsgərovun köməksiz vəziyyətindən istifadə edərək sonuncunun əmlakını ələ keçirmək məqsədi ilə sağlamlığına ağır zərər vuraraq həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib quldurluqla əlaqədar zərərçəkmiş şəxs Qədir Ələsgərovu həyatdan məhrum etməsini təsdiq edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Həmin Qərarın 15-ci bəndində göstərilmişdir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 14.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Goranboy Rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 14 noyabr 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Xocalı rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar - X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd qısaqol kişi jaketi məhv edilməli, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd şalvar, bir ədəd gödəkçə yaxın qohumlarına qaytarılmalı, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan iki ədəd daş parçası məhv edilməli, X7 məxsus bir ədəd “Kapital bank”a aid bank kartı və şəxsiyyət vəsiqəsi hüquqi varisi X8 qaytarılmalı, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD-R və bir ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 93,40 (doxsan üç manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 14 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar - Xocalı rayon Prokurorluğunda saxlanca verilmiş - X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd qısaqol kişi jaketi məhv edilsin, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd şalvar, bir ədəd gödəkçə yaxın qohumlarına qaytarılsın, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan iki ədəd daş parçası məhv edilsin, X7 məxsus bir ədəd “Kapital bank”a aid bank kartı və şəxsiyyət vəsiqəsi hüquqi varisi X8 qaytarılsın, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD-R və bir ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 93,40 (doxsan üç manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-274/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-274/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver