Məhkəmə qərarları › İş №1(100)-274/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-274/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-274/2024 09.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu (məruzəçi hakim) və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmmədli oğlunun iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Faiq Bayramov keçəsi, ev 39 ünavnında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda AR ƏNPX-nin 2 saylı İstintaq Təcridxanasında salanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, külli miqdarda, yəni ümumi təmiz çəkisi 2.570 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 09 sentyabr 2023-cü il tarixdə, saat 20:00-da həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Faiq Bayramov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına aparılmış və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd-göy rəngli şalvarın arxa sağ cibində olan ağ rəngli kağız bükümün içərisində 2,570 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o əvvəllər narkotik vasitə heroindən istifadə etmiş, lakin müalicə olunduqdan sonra narkotik vasitə istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində üç nəfər polis əməkdaşı yaşadığı evin yaxınlığında onu saxlayaraq 1-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu təhqir edib fiziki təsir göstərmiş və üzərinə psixotrop maddə metamfetamin qoyaraq video çəkiliş zamanı Səbiskar qəbirstanlığının yaxınlığından tapması və özünə məxsus olmasını etiraf etməyə məcbur etmişlər. Bundan başqa o, ifadəsində əvvəllər narkotik vasitə heroindən istifadə etsə də heç vaxt psixotrop maddə metamfetamindən istifadə etmədiyini, sonuncu dəfə saxlanılmamışdan 6 ay əvvəl narkotik vasitə istifadə etdiyini, saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təhqir olunub döyüldüyü üçün məcbur olub etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması və üzərində gəzdirməsi barədə Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Şahid1la birlikdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri müəyyənləşdirilərək polis şöbəsinə aparılmışdır. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə baxış keçirilmiş və üzərində təxminən 7 qram metafetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, ifadəsində ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı heç bir psixoloji və fiziki təsir olunmadığını, video çəkiliş zamanı ona müdafiəçisi tərəfindən dəfələrlə bununla bağlı sual verildiyini, Elcanın da heç bir təsirə məruz qalmadığını və narkotik vasitənin ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” və xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokollardan, eyni zamanda məhkəmə istintaqı zamanı nümayiş etdirilmiş video görütündən görünür ki, xx.xx.2023-cü il tarixdə üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim etmiş, sorğu zamanı ağ rəngli kağızda olan bükümün psixotrop maddə “patı” kimi adlandırdığı metamfetamin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını, həmin bükümü saxlanılmamışdan 03 gün əvvəl axşam saatlarında Gəncə şəhəri, İ.Qayıbov küçəsində yerləşən Səbiskar qəbiristanlığının yaxınlığında gəzən zaman yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını, həmin bükümdən heç kimə satmadığını bildirmişdir. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilərək 7,76 qram olması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, HK-1/2488 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş üzərində “vətədaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ kağız bükümdə tədqiqata sərf olunduqdan sonra təmiz çəkisi 2,470 qram olan maddə kutsar üsulla psixotron maddə- metamfetamindir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altın varmə” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixli qərarla barəsində axtarış elən edilərək xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-499/2023 saylı qərarı ilə barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1687 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolоji kabinetdə qеydiyyаtа alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 5775 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs heroin və metamfetamindən aslılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarxili 2669 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və təhqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,570 qram olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Gəncə BPİ-nin saxlama anbarına verilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyəərək, əvvəllər narkotik vasitə istifadə etdiyini etiraf etsə də, heç vaxt psixotrop maddə metamfetamin istifadə etmədiyini, aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu və təzyiq altında qalaraq etirafedici ifadə verməyə məcbur olduğunu bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş metamfetamini Səbiskar qəbirstanlığının yanından tapdığını, bir hissəsini istifadə etdiyini qalan hissəsini də şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin rəyindən görünür ki, Təqsirləndirilən şəxsc psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə təsdiq olunur. O, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, külli miqdarda narkotik vasitəni əldə edib saxladığına görə onun əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutalan aşağı həddə cəza təyin olunmasını məqsədə uyğun hesab edir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismindəsaxlanılmış, xx.xx.2023-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altın varmə” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixli qərarla barəsində axtarış elən edilərək xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-499/2023 saylı qərarı ilə barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə BPİ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,470 qram qram olan psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi nakroloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2, 470 qram olan metamfetamin məhv edilsin. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 30 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar