Məhkəmə qərarları › İş №1(100)-275/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-275/2021

29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-275/2021 29.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərəçəkmiş şəxsin nümayəndəsi X6, müdafiəçilər – Göygöl rayon Vəkil Bürosunun vəkili X4 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Göygöl rayonu Yeni Zod anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, Azərbyacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Suni Mayalanma mərkəzində toxum almaq üçün teknik vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 avqust 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı Göygöl şəhəri H.Əliyev prospekti ev 08 ünvanından çıxıb işə gedən zaman qonşusu Zərərçəkmiş şəxs ona yaxınlaşaraq bir neçə gün öncə az yaşlı övladı Şahid6 qorxuducu sözlər deyib qorxutduğu üçün ona öz iradını bildirməsi ilə bağlı aralarında yaranmış mübahisə nəticəsində atası Şahid7 zəng vurduqda Zərərçəkmiş şəxs Şahid7 ünvanına nalayiq sözlər deməsi səbəbindən aralarında yaranmış münaqişə zəminində o, istintaqla əldə edilməsi mümkün olmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs bədəninin qarın nahiyyəsindən bir dəfə qəsdən vurub ona qarının sağ yarısının ön səthində qara ciyərin zədələnməsi ilə müşayiət olunan, qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır, istintaqla əldə edilməsi mümkün olmayan bərk küt əşya ilə isə burnunun sağ qanadında və bel nahiyəsində sıyrıqlarla müşayiət edilən sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 23.08.2020-ci il tarixdə marketdən evə qayıdarkən Natiqi, sonuncunun oğlu Nahidi, qonşuları Ziyafəti və onun qızını həyətdə görüb onlarla salamlaşaraq evlərinə getmiş və bir qədər sora telefonla danışa-danışa evdən çıxmışdır. Bu vaxt Natiq onu kobud şəkildə yanına çağıraraq bir neçə gün əvvəl onun azyaşlı oğluna irad tutduğunu, nalayiq sözlər dediyini bildirmiş, o da onların ailəsinə hörmət etdiyini ele bir hadisənin olmadığını desə də Natiq inanmayaraq onun üzərinə getmiş və atası Araza zəng edərək Natiqin dediklərini atasına demişdir. Natiq telefonda atasına nalayiq sözlər demiş, bu zaman o, telefonu Natiqdən alıb atasına belə sözlər deməsinin səbəbini soruşanda Natiq onun sol qolundan tutub əlində olan ucu biz, bıçaq formalı dəmir parçası ilə onu vurmaq istəmiş, dəmir onun əlinə dəymiş, o, Natiqin əlindəki dəmir parçasını almaq istəyən zaman Natiq dəmir parçasını özünə tərəf çəkmiş və həmin dəmir parçası Natiqin özünə girmiş, o, qorxaraq arxaya çəkilmiş Natiq isə “məni vurdun” deyərək qışqırmış və avtomobilinin yük yerindəki uzun dəmir parçasını götürüb onun üstünə gəlmək istəyərkən Bəxtiyar Natiqi sakitləşdirərək əlindəki dəmir parçasını alıb onu həyətə aparmışdır. Sonra hadisə yerinə gələn atası Araz ilə birlikdə evə gedəndə arvadı Günay ona Natiq qaynanası Amaliyanı “gəl sənə nə olduğunu göstərəcəm” deyərək evlərinə aparıb qapını bağladığını demiş, o da Natiqin evinin qapısını döymüş, qapı açılmadığından pəncərəni döymüş və bu zaman pəncərənin şüşəsini qırmışdır. Həmin vaxt atası Araz, arvadı Günay, qaynanası Amaliya, Natiq atası Nizami və anası Şücaət həyətdə olmuşlar. Sonra özü polis idarəsinə gedərək təslim olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq protokolları və sübut xarakterli sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 23.08.2020-ci il tarixdə saat 17 radələrində həyətdə oğlunun velosipedini düzəldən vaxt Nazim həyətə girib onlarla salamlaşaraq evlərinə getdikdən sonra oğlu ona demişdir ki, “sən niyə ona salam verdin? O, sənin ünvanına nalayiq ifadələr işlətmiş və evimizi yandıracağını demişdi”. Bir qədər sonra Nazim telefonla danışa-danışa evdən çıxmış, Nazim telefonla danışdıqdan sonra o, Nazimdən “sənin balaca uşaqla nə işin var, ona niyə elə sözlər demisən?” deyə soruşmuşdur. Nazim də “sənin atan sənin uşaqlarına nə alırsa mənim uşağıma da eynini alır mən elə şey eləmərəm” deyə cavab vermişdir. Sonra o, oğlu Nahidi çağıranda Nazim ona “sənin xəbərin varmı anan mənə nələr deyib” demiş və Nazim atası Arazla danışmaq üçün kənara çəkilmiş, atası ilə danışdıqdan sonra telefonu ona vermiş və Araz telefonda onu söymüşdür. O, Nazimə “sən Araza nə dedin ki o məni söydü?” demiş, Nazim ona gözləməsini deyib həyətə girmiş və sonra qaynanası Amaliya, arvadı Günay, Amaliyanın qardaşı oğlu Ömər və Ömərin bacısı onun üstünə hücum etmişlər, Nazim də əlində bıçaqla onun üstünə getmişdir. Bu vaxt Amaliya və Günay onu qucaqlayaraq yıxmışlar, yıxılarkən beli zədələnmiş, Amailya da onu üstünə yıxılmış və Nazim bıçağı onun qarnına soxmuşdur. Nazim onu ikinci dəfə vurmaq istəyəndə o, ayağını ilə Nazimin qoluna vurmuş, bıçaq Nazimin əlindən düşmüş və onun burnunun sağ tərəfini cızmışdır. Nazim bıçağı götürmək istəyəndə Ömər onu itələyərək imkan verməmişdir. O, Amaliyanın altından çıxaraq avtomobilə tərəf qaçıb avtomobildən dəmir parçasını götürmək istəyəndə Bəxtiyar ona mane olmuş, oğlu Nahid ağladığından Bəxtiyar ona “uşağa yazığın gəlsin” deyib onu evə aparmış, Nazimgil isə dəmir parçasından qorxaraq küçə ilə “Əminə Market”-ə tərəf qaçmışlar. Həmin vaxt səs-küyə ərazidə xidmət aparan polislər, daxili qoşunların əsgərləri və başqa adamlar gəlmişlər. Nazim pəncərinin şüşəsini sındıranda şüşənin qırıqları oğlu Nahidin üzərinə tökülmüş, o da əsəbləşərək bıçağı götürüb qisasını almaq istəmiş, lakin evin qapısı açılmamışdır. Qapı açılanda Araz onu təhqir edərək vurmaq istəmiş, lakin o, Arazı vurmuş, Nazim də onu vurmaq istəyəndə daxili qoşunların əsgərləri onu tutmuşlar. Bundan başqa o, ifadəsində göstərmişdir ki, onların evlərinin pəncərəsi 2,5 metr hündürlükdədir və həmin məsafədən pəncərəni döymək mümkün deyil və Nazim pəncərənin şüşəsini qəsdlə sındırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23.08.2020-ci il tarixdə təxminən saat 17 radələrində Natiqgilin həyəti ilə üzbə-üzdə yerləşən, işlədiyi sexdə olarkən səs-küy gəldiyini eşidib küçəyə çıxmış və Natiqin qaçaqaça avtomobilə tərəf gedərək avtomobilin yük yerindən dəmir parçası götürdüyünü görmüşdür. O, yaxınlaşıb nə baş verdiyini soruşanda Natiq “burax, məni vurdu” demiş, o da Natiqin əlindən dəmir parçasını alıb onu sakitləşdirərək həyətlərinə aparmış, Nazimlə Natiqin dalaşmasının şahidi olmamış, Nazimin Natiqi vurmasını sonradan eşitmişdir. Bundan başqa o, ifadəsidə həmin vaxt Natiqin oğlu Nahidi küçədə görmədiyini, küçədə olan digər şəxləri tanımadığını bildirmişdir. Əlavə olaraq o, ifadəsində göstərmişdir ki, Natiq onun işlədiyi sexə gələrək hadisə vaxtı azyaşlı oğlu Nahidin ayaq altında qaldığını deməsi üçün israr etmiş, o da etiraz edərək hadisə vaxtı Nahidi orada görmədiyini və həqiqəti deyəcəyini bildirişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23.08.2020-ci il tarixdə saat 17 radələrində Nazim işə getmək üçün evdən çıxmış, bir qədər sonra küçədən səs-küy gəlmiş və o, həyətə çıxanda Bəxtiyarın Natiqi sakitləşdirərək evə gətirdiyini görmüşdür. Həmin vaxt Natiqin bədənində qan izi olmamış, özü sərbəst hərəkət etmişdir. O, küçəyə çıxaraq Nazimdən nə baş verdiyini soruşmuş, Nazim də Natqin onu çağırıb oğlu Nahidə nəsə deməsini və onu qorxutmaq üçün üstünə dəmir çıxardığını demişdir. Sonra o, Natiqdən nə baş verdiyini soruşanda, Natiq “gəl səni başa salacam” deyib onu evlərinə aparmışdır. Bu vaxt Nazim Natiqgilin evlərinin qapısını döymüş və qapının açılmadığını görüb pəncərəni döyəndə pəncərənin şüşəsi qırılmışdır. O, küçəyə çıxanda artıq hadisə baş vermiş, Nazimin Natiqi vurmasının şahidi olmamışdır. Bundan başqa o, ifadəsində qızı Günayla birlikdə Natiqi tutaraq Nazimin onu vurması üçün şərait yaratmadığını və Nazimin evdən çıxarkən əlində bıçaq olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid X7 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 23.08.2020-ci il tarixdə o, qızı Zəhrabəyim, Natiq və Nahid həyətdə olarkən Nazim evdən çıxıb onlarla salamlaşaraq getmişdir. Həmin vaxt Nahid atasına nəsə demiş, bundan sonra Natiq Nazimin arxasınca küçəyə çıxmış, Nahid də evlərinə getmişdir. Bir qədər sonra küçədən səs-küy gəlmiş və Bəxtiyarla Natiq həyətə girmişlər. Bundan başqa o, ifadəsində küçədə baş verənləri görmədiyini, sonradan Natiqin Nazimi çağırıb oğlu Nahidi təhqir etməsini deyərək Nazimi vurmasını və ona şər atmasını eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qsimində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Natiqgilin həyətinin qarşısında keçəndə orada çoxlu adamların olduğunu görüb onların darvazasından 30 metr aralıda avtomobildən düşmüş və qadınların küçənin yuxarısına doğru qaçdıqlarını, Natiqin isə küçədəki digər şəxslərin əlindən çıxaraq avtomobilinə tərəf getdiyini, avtomobilin yük yerini açıb oradan nəsə götürdüyünü, Bəxtiyar adlı şəxsin onu qucaqlayıb “lazım deyil” dediyini görmüşdür. Həmin vaxt küçədə qadın, 2 nəfər cavan oğlan olmuş, hadisə vaxtı onların hansınınsa Nazim olmasını bilməmişdir. O, Natiqin oğlu Nahidin ağladığını görüb onu sakitləşdirərək həyətə aparmış, sonra Xaliqə zəng edib Natiqin Nazimlə dalaşdığını demiş və Xaliqin arxasınca gedərək onu Natiqgilin həyətinə gətirmişdir. Onlar gələndə artıq Natiqi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Bundan başqa o, ifadəsində Natiqi kiminsə tutmasını, Nazimin Natiqi vurmasını və Natiqin aldığı xəsrəti görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, atası Natiq onun velosipedini düzəldən zaman Nazim küçədən həyətə girib onlarla salamlaşaraq evlərinə gedəndən sonra o, atasına Nazimə niyə salam verdiyini, Nazimin ona evlərini yandıracağını dediyini demişdir. Nazim evdən çıxanda Natiq də onun arxasınca çıxmış, sonra Amaliya, Günay, Ömər, Nəzrinin və onların arxasınca da Nazim əlində bıçaq küçəyə qaçmışlar. Amaliya və Günay Natiqi yıxmış, Amaliya onu qucaqlamış, Nazim də yerdəcə bıçaqlamışdır. Nazim onun atası Natiqi təkrar vurmaq istəyəndə bıçaq əlindən düşmüş, Ömər də Nazimi itələyərək bıçağı götürüb qaçmışdır. Həmin vaxt küçədə maşınla gedən adamlar olmuşdur. Sonra Seymur onu, Bəxtiyar da atasını küçədən həyətə aparmış, onlar evə gedənən sonra evin qapısı bağlanmış, sonra qapı bərk döyülmüş, qapını açıb Amaliya olduğunu görmüşdür. Sonra qapı yenidən bərk-bərk döyülmüş, Araz gələndə də pəncərənin şüşəsi qırılaraq onun başına tökülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 23.08.2020-ci il tarixdə oğlu Nazim ona zəng edərək, “gör Natiq məndən nə istəyir” demiş, o da Natiqlə danışıb nə baş verdiyini soruşanda Nazimin onu təhqir etdiyini demişdir. Bundan sonra o, Nazimlə danışmamış, 25 dəqiqə sonra onların olduğu həyətə gedərək Nazimdən nə baş verdiyini soruşanda Natiqin onu təhqir etdiyini və mübahisə zamanı Natiqin əlindəki dəmir parçasının onun özünə dəydiyini demişdir. Natiq evlərindən çıxanda o, Natiqə “sən Nazimdən böyüksən ayıb deyilmi” demiş, Natiq də Nazimin onu bıçaqla vurduğunu deyib ona yumruq vurmuşdur. Natiq qarınını ona göstərmiş, qarnında balaca cızıq olmuş, ciddi yara və qan görməmişdir. Bundan başqa o, ifadəsində Nazimin Natiqi bıçaqla vurmasının və pəncərəni sındırmasının şahidi olmadığını, hadisə vaxtı daxili qoşunların əsgərlərini və polis əməkdaşlarını orada görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 23.08.2020-ci il tarixdə evə gedərkən həyətdə səs-küy olduğunu eşidib arvadı Şücaətdən nə baş verdiyini soruşmuşdur. O, həyətə gedəndə Amaliyanın, Müşviqin qızı, oğlu və qaynanasının həyətdə olduqlarını, Arazın isə sonradan gələrək onu təhqir edib sillə vurduğunu bildirmişdir. Araz gələndən sonra Nazim evdən çıxmış və onların evlərinin pəncərəsini sındırmışdır. Natiq həyətə gələn polislərə və daxili qoşun hissələrinin əsgərlərinə qarnını göstərdikdən sonra onlar təcili tibbi yardıma zəng etmişlər. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Nazimin Natiqi vurmasının şahidi olmamış, bu barədə sonradan eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Şahid10 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, bacısı Amaliya ona zəng edərək kürəkəni Nazimin qonşuları Natiqlə dalaşdığını demiş, o da oğlu Ömərlə birlikdə Amaliyagilin həyətlərinə getmişdir. Onlar həyətə çatanda post patrul xidmətinin əməkdaşlarından və daxili qoşun hissələrinin əsgərindən başqa heç kimi görməmişlər. Bundan başqa o, ifadəsində davanın şahidi olmadığını, həmçinin davanın nə səbəbdən olduğunu bilmədiyini, Nazimin Natiqi bıçaqla vurmasını və onların evlərinin pəncərəsini sındırmasını sonradan eşitdiyini bildirmişdir. Məhkəmdə şahid qismində dindirilmiş Şahid8 Müşviq oğlu şahid X10 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə icalsında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, qardaşı Xaliq ona zəng edərək Natiqin bıçaqlandığını demiş, o, Natiqgilin həyətinə gedəndə Natiqlə Bəxtiyarın qapının yanında olmuşlar və Bəxtiyar ona “yaxşı ki, gec gəlmisən Araz dünyanı dağıdırdı, onu çətinlikdə buradan uzaqlaşdırdım, dedim Natiqin qardaşları gəlsə yaxşı olmayacaq” demişdir. O, həyətə gedəndə pəncərənin qırıldığını, sahə polisi Təhmasibin, post patrul xidmətinin əməkdaşlarının və daxili qoşun hissələrinin əsgərlərinin orada olduqlarını görmüşdür. Bundan başqa o, ifadəsində Nazimin Natiqi bıçaqlamasının şahidi olmadığını bu barədə sonradan eşitdiyini bildirmişdir. Məhkəmə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 23.08.2020ci il tarixdə ərazidə xidmətdə olan zaman növbətçi hissədən onu və X11 hadisə yerinə göndərmişlər. Onlar oraya gedəndə həyətdə Natiqi, atası Nizamini və 1-2 nəfər qadın olmuş, həmin vaxt Nazim orada olmamışdır. Natiq yaralı olduğundan onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X14 şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilən hadisə yerinə baxış keçirilməsi haqqında 24.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Göygol rayonu X15 08 nömrəli mənzil istismar idarəsinin məhləsində və həmin ünvanda yerləşən küçədə törədilmişdir. Məhkəmədə tədqiq edilən 05.08.2020-ci il tarixli paltarın götürülməsi və baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş 1 ədəd ağ-boz bəzəkli qolu gödək köynək və 1 ədəd ağ rəngli maykada 1 sm enində deşik aşkar edildi, həmçinin maykanın üzərində qanabənzər ləkələr vardır. Eyni zamanda həmin tarixli qərarla hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş 1 ədəd ağ-boz bəzəkli qolu gödək köynək və 1 ədəd ağ rəngli mayka iş üzrə maddi sübut hesab edilərək saxlanması üçün Göygöl RPŞ-yə verilmişdir. Məhkəmədə tədqiq edilən 05.06.2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkildən və diskən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd altıguşəli ulduz açarı istintaq zərurəti ilə əlaqədar olaraq iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. Məhkəmədə tədqiq edilən 29.11.2020-ci il tarixli, 163-2511-1120 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 20.08.2020-ci il tarixdə saat 17 radələrində Göygöl şəhəri H.Əliyev prospektində baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Arz oğlunun əlində kəsici-deşici alət olmuş, lakin həmin alətin əldə edilməsi istiqamətində əməliyyat axtarış tədbiriləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir, həmçinin keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, Şahid2 və onun qızı X24 Niftəliyevə qarşı zor tətbiq etməmişlər, Şahid8 isə həmin ünvana hadisədən sora atası Şahid9 ilə birlikdə getmişvə onun həmin hadisədə heç bir iştirakçılığı olmamışdır. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X2 24.08.2020-ci il tarixli, 135 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşağıdakı xəsarətlər – sağ əl pəncəsinin arxa, sağ əlin V barmağının arxa-bayır səthində kəsilmiş yaralar, döş qəfəsinin sağ yarısının bayır, sağ əl pəncəsinin iç, sağ əlin V barmağının arxa-bayır səthlərində sıyrıqlar və sol bazunun yuxarı 1/3-nin ön-iç səthində qançır vardır. Kəsilmiş yaralar iti kənarlı, digər xəsarətlər isə küt mexanizmidən, bərk küt əşyanın təsirindən törənməyə xarakterikdilər, müayinə olunanın dediyi vaxta və şəraitlərdə əmələ gəlməyə uyğundurlar, sağ əl pəncəsinin arxa, sağ əlin V barmağının arxa-bayır səthlərindəki kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, döş qəfəsinin sağ yarısının bayır, sağ əl pəncəsinin iç, sağ əlin V barmağının arxa-bayır səthlərində sıyrıqlar və sol bazunun yuxarı 1/3-nin ön-iç səthində olan qançır sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X2 24.08.2020-ci il tarixli, 137 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər – qarının sağ yarısının ön səthində qara ciyərin zədələnməsi ilə müşayiət olunan, qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara, burunun sağ qanadında və bel nahiyəsində sıyrıqlar vardır. Qarının sağ yarısının ön səthində olan deşilmiş-kəsilmiş yara iti uclu və iti kənarlı alətin, digər xəsarətlər isə küt mexanizmidən, bərk küt əşyanın təsirindən törənmişlər. Zərərçəkmiş şəxs qarının sağ yarısının ön səthində olan deşilmişkəsilmiş yara qərarın təsviri hissəsində göstərilən vaxta, yəni 23.08.2020-ci il tarixdə bıçaqla yetirilmiş zərbə nəticəsində əmələ gəlməyə uyğundur, yetirilən anda həyat üçün təhlükəli olan AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs burunun sağ qanadında olan və bel nahiyəsindəki sıyrıqlar küt mexanizmidən, bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər, 23.08.2020-ci il tarixdə müayinə olunanın dediyi şəraitdə əmələ gəlmələri istisna olunmur, sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Psixonevroloji Dispanserinin 04.03.2021-ci il tarixli, 1113 nömrəli və Gəncə şəhər Narkoloji Dispanserinin həmin tarixli 601 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Eyni zamanda cinayət işinin materiallarında olan xəstəlik tarixlərinin sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs anadangəlmə ürək qüsuru, mədəciklər arası çəpərin perimümbranoz deffekti vardır. Məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin 04.03.2021-ci il tarixli 31 nömrəli rəyindən görünür ki, azyaşlı Şahid6 emosional halından asılı olaraq atası Natiq Fiftəliyevə qarşı törədilən hərəkətlərin mahiyyətinin dərk etmək qabiliyyətində olmuş, onda psixi xəstəliklə əlaqədar olmayan əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur, yalan danışmağa, özündən uydurmağa, başqalarının təsiri altında izahat verməyə meyillilik əlamətləri müşahidə olunur, cinayət işinin materialları və şahid ifadələrindən görünür ki, azyaşlı Şahid6 cinayət əməli törədilən zaman (atasına xəsarət yetirilən zaman) hadisə yerində olmamış, lakin hazırkı ekspertiza zamanı azyaşlı Şahid6 hadisədən sonra baş verənləri sərbəst şəkildə danışır. Məhkəmədə tədqiq edilən 23.08.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Göygöl rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 4(066)-30/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 23.08.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Göygöl rayonu İcra Hakimiyyəti, Göygöl rayon MKTİB-nin arayışdan və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri, X15 08 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs müalicəsinə xərclədiyi 4000 manat, azyaşlı oğlu Şahid6 psixoloji müalicəsinə xərclədiyi 500 manat, ona dəymiş mənəvi 10000 manat ziyanın, ümumilikdə ona və ailə üzvlərinə dəymiş 20000 manat məbləğində maddi və mənəvi ziyanın təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmədə elan olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş, Şahid1 səs yazısının əks olunduğu disk tədqiq edilmiş, həmin səs yazısı Azərbaycan Respublikasının CPM-nin tələblərinə uyğun qaydada əldə edilmədiyindən sübut kimi qəbul bilməz. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona ittiham elan olunmuş Azərbaycan Respublikasının CM-nın 126.1-ci maddəsi ilə təqsirli bilməyərək zərər çəkmiş Zərərçəkmiş şəxs bıçaqla vurmadığını, mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan dəmirin onun özünə dəydiyni bildirmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşır, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək, eləcə də ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri məhkəmədə dindirilmiş zərər çəkmiş şəxsin, çoxsaylı şahid ifadələri, ekspert rəyləri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, Məhkəmə-Tibbi Ekspertiza və X2 24.08.2020-ci il tarixli, 137 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının sağ yarısının ön səthində olan deşilmişkəsilmiş yara 23.08.2020-ci il tarixdə bıçaqla yetirilmiş zərbə nəticəsində əmələ gəlməyə uyğundur, yetirilən anda həyat üçün təhlükəli olan AĞİR zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Nazimlə küçədə mübahisə etdikdən sonra Nazimin ona gözləməsini deyib həyətə girməsəni, sonra Amaliya, Günay, Amaliyanın qardaşı oğlu Ömər və Ömərin bacısının onun üstünə hücum edərək onu yıxmalarını, Amailyanın da onu üstünə yıxılmasını, Nazim əlində bıçaqla gələrək bıçağı onun qarnına soxmasını, Nazim onu ikinci dəfə vurmaq istəyəndə ayağını ilə Nazimin qoluna murmasını bildirmişdir. Məhkəmə zərər çəkmiş Zərərçəkmiş şəxs göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşır və onun ifadəsinin həmin hissələri məhkəmədə dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3, Ziyafət Abbasova və Şahid4 ifadələri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, adları qeyd olunan şahidlər ifadələrində Şahid2, Şahid3, Şahid8 və onun bacısının Zərərçəkmiş şəxs üstünə hücum edərək onu yıxmadıqlarını və Şahid6 hadisə zamanı orada olmadığını göstərmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs onun gözü qarşısında bıcaqlamışdır. Məhkəmə, Şahid6 göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşır və onun ifadəsinin həmin hissələri məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Həmçinin Gəncə şəhər Psixonevroloji Dispanserinin 04.03.2021-ci il tarixli 31 nömrəli rəyindən görünür ki, azyaşlı Şahid6 özündən uydurmağa, başqalarının təsiri altında izahat verməyə meyillilik əlamətləri müşahidə olunur, cinayət işinin materialları və şahid ifadələrindən görünür ki, azyaşlı Şahid6 cinayət əməli törədilən zaman (atasına xəsarət yetirilən zaman) hadisə yerində olmamış, lakin ekspertiza zamanı azyaşlı Şahid6 hadisədən sonra baş verənləri sərbəst şəkildə danışmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 23 avqust 2020-ci il tarixdə aralarında yaranmış mübahisə nəticəsində atası Şahid7 zəng vurduqda Zərərçəkmiş şəxs Şahid7 ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış münaqişə zəminində o, istintaqla əldə edilməsi mümkün olmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs bədəninin qarın nahiyyəsindən bir dəfə qəsdən vurub ona qarının sağ yarısının ön səthində qara ciyərin zədələnməsi müşayiət olunan, qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır, istintaqla əldə edilməsi mümkün olmayan bərk küt əşya ilə isə burnunun sağ qanadında və bel nahiyəsində sıyrıqlarla müşayiət edilən sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirdiyinə görə onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən digər halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Göygöl rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 4(066)-30/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 23 avqust 2020-ci il tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 23 avqust 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Göygöl RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ-boz bəzəkli qolu gödək köynək və 1 ədəd ağ rəngli mayka onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməli, zərərçəkmiş Zərərçəkmiş şəxs protokolla götürülmüş bir ədəd altıguşəli ulduz açarı onun özünə qaytarılmalıdır. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsatəti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Rihat Məmmədov tərəfindən 8 iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Odur ki, həmin hesabata əsasən təqsirləndirilən şəxsə göstərilmiş cəmi 8 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X5 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 48 manat məbləğində pul köçürülməlidir. Zərər çəkmiş Zərərçəkmiş şəxs cinayət nəticəsində ona və ailə üzvlərinə dəymiş 20000 manat məbləğində maddi və mənəvi ziyanın təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə mülki iddia qaldırmışdır. Lakin zərər çəkmiş Zərərçəkmiş şəxs maddi zərərlə bağlı məkhəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının CPM-in 179.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəlləsinin 354-cü maddəsində qeyd olunur ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq mülki iddia tam və ya qismən təmin edilir, rədd edilir və ya baxılmamış saxlanılır. Hazırki iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs ona dəyən maddi zərəri təsdiq edə biləcək müvafiq sənədlər təqdim etmədiyindən, məhkəmə hesab edir ki, cinayət mühakimə icraatı mərhələsində məhkəmənin həmin mülki iddiaya baxaraq təmin və ya rədd edilməsi barədə qərar qəbul etməsi mümkün deyil. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, zərər çəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia cinayət mühakimə icraatı zamanı baxılmamış saxlanılmalı və ona mülki mühakimə icraatı qaydasında yenidən mülki iddia qaldırmaq hüququ olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsində göstərilir ki, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia tələbi ilə dəymiş maddi ziyanla bağlı məhkəməyə heç bir sənəd təqdim etmədiyindən mülki iddia baxılmamış saxlanılmalı, zərər çəkmiş Zərərçəkmiş şəxs sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia verə biləcəyi izah edilməlidir. İş üzrə məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb Göygöl RPŞ-də hadisə zərər çəkmiş X1 əynində olmuş bir ədəd ağ-boz bəzəkli qolsuz gödəkçə və bir ədəd ağ rəngli mayka onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin, protokolla götürülmüş bir ədəd altıguşəli ulduz açarı Zərərçəkmiş şəxs qaytarılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X5 vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 48 manat məbləğində pul köçürülsün. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia baxılmamış saxlanılsın və ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar