Məhkəmə qərarları › İş №1(100)-275/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-275/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-275/2023 05.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X1 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrinadə dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1973-cü ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan –Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumilikdə 15 ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 1 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda hər birinin çəkisi 0,394, 0,389, 0,392, 0,396, 0,397, 0,389, 0,394, 0,383, 0,391, 0,385, 0,392, 0,367, 0,403, 0,087, 3,421, 396,626 qram, ümumi təmiz çəkisi 405,206 qram olan narkotik vasitə olan heroin və 3 ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 1 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,327, 0,310, 2,819 və 281,261 qram ümumi təmiz çəkisi 284,717 qram olan psixotrop maddə metamfetamini əldə edərək qanunsuz olaraq yaşadığı evdə saxlamış, xx.xx.2022-ci il tarixdə BNMİ QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1-da yaşadığı evdə saxlanılaraq, yaşadığı fərdi yaşayış evinə həmin gün saat 21:15də 21:38-dək keçirilmiş baxış zamanı evin mətbəx otagındakı dolabın içərisindən qeyd olunan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələr aludəçisidir. Təxminən on ildir ki, narkotik vasitədən ineksiya yolu ilə gündə 4-5 dəfə istifadə edir. Yaşadığı evdən aşkar olunan narkotik vasitənin hər bir qramını 20 manata və psixotrop maddənin hər bir qramını 21 manata özünün istifadəsi üçün 15-20 gün əvvəl İran İslam Respublikası vətandaşı Arman adlı şəxsin Abşeron rayonu Xırdalan şəhəri ərazisinə atdığı yerdən götürüb əldə edərək yaşadığı evə gətirib saxlamışdır. 24 sentyabr 2022-ci il tarixdə saat 21:10 radələrində yaşadığı şəhər olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan vaxt çağırıldığını eşidib küçəyə çıxmış və bu zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onu barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə olan marixuana saxlamaqda və satmaqda şübhəli olduğumu bildirib yaşadığı evə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. O, həmin şəxslərə evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya varsa təqdim etməyini xahiş etmişlər. Bu təklifdən sonra o, yaşadığı evin mətbəx otağında dolabın içərisində saxladığı bir ədəd sellofan torbada və 10 ədəd sellofan bükümlərdə olan narkotik vasitə olan heroini, bir ədəd selofan torbada və 3 ədəd selofan bükümlərdə psixotrop maddə metamfetamini götürüb təqdim etmişdir. Həmin torbada içərisində heroin olan 1 ədəd selofan torbanın çəkisi 400 qram heroin ona məxsus olmayıb, həmin selofan torbanın polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Həmin narkotik vasitə heroinin hər bir qramını 20 manata və psixotrop maddə metamfetaminin hər bir qramını 21 manata özünün istifadəsi məqsədi ilə 15-20 gün əvvəl İran vətəndaşı Arman adlı şəxsin Abşeron rayonu Xırdalan şəhəri ərazisinə atdığı yerdən götürüb əldə edərək yaşadığı evə gətirib saxlamışdır. O, həmçinin göstərmişdir ki, aşkar edilmi narkotik vasitəsən tanışlarına əvəzsiz olaraq satış məqsədi oımadan pay vermişdir. Həmçinin bildirmişdir ki, keçmiş arvadı Anaxanımın onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərində hər hansı bir iştirakı və məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələr aludəçisidir. Təxminən on ildir ki, narkotik vasitə heroin istifadə edir. Yaşadığı evdən aşkar olunan narkotik vasitənin hər bir qramını 20 manata və psixotrop maddənin hər bir qramını 21 manata özünün istifadəsi və tanıdığı şəxslərə satmaq məqsədi ilə 15-20 gün əvvəl İran İslam Respublikası vətandaşı Arman adlı şəxsin Abşeron rayonu Xırdalan şəhəri ərazisinə atdığı yerdən götürüb əldə edərək yaşadığı evə gətirib saxlamışdır. Narkotik vasitə olan heroin yarım qramını 20 manata, psixotrop maddə matamfetaminin yarım qramını 25 manata tanıdığı şəxslərə satırmış. 24 sentyabr 2022-ci il tarixdə saat 21:10 radələrində yaşadığı şəhər olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan vaxt çağırıldığını eşidib küçəyə çıxmış və bu zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onu barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə olan marixuana saxlamaqda və satmaqda şübhəli olduğumu bildirib yaşadığı evə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. O, həmin şəxslərə evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya varsa təqdim etməyini xahiş etmişlər. Bu təklifdən sonra o, yaşadığı evin mətbəx otağında dolabın içərisində saxladığı bir ədəd sellofan torbada və 15 ədəd sellofan bükümlərdə olan narkotik vasitə olan heroini, bir ədəd selofan torbada və 3 ədəd selofan bükümlərdə psixotrop maddə metamfetamini götürüb təqdim etmişdir. Həmin torbalara və bükümlərə baxış keçirilib elektron tərəzidə çəkilmişdir. İçərisində heroin olan 1 ədəd selofan torbanın çəkisi 400 qram və 15 ədəd bükümün çəkisi 9,57 qram olmuşdur. İçərisində metamfetamin olan bir ədəd sellofan torbanın çəkisi 285 qram və 3 ədəd bükümün çəkisi 4,77 qram olmuşdur. Həmin 18 ədəd sellofan bükümlər olduğu bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzərini həmçinin o da imzalamış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdən aşkar olunan kütlələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir. Həmin narkotik vasitə heroinin hər bir qramını 20 manata və psixotrop maddə metamfetaminin hər bir qramını 21 manata özünün istifadəsi və tanıdığı şəxslərə satmaq məqsədi ilə 15-20 gün əvvəl İran vətəndaşı Arman adlı şəxsin Abşeron rayonu Xırdalan şəhəri ərazisinə atdığı yerdən götürüb əldə edərək yaşadığı evə gətirib saxlamışdır. Bundan sonra baxış qurtarmışdır. Polis əməkdaşları onu Gəncə şəhərində yerləşən BNMİ QBRŞ-yə aparmış, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol düzgün yazıldığına görə ona imza etmişdir. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, müdafiəçilərin siyahısını təqdim etmişlər. Müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Protokol tərtib edilmiş, o da müdafiəçinin iştirakı ilə protokola imza etmişdir. O, həmçinin göstərmişdir ki, barəsində aparılan cinayət işinin istintaqı zamanı məsuliyyətdən yayınmaq üçün ifadəsində və rayon prokurorluğuna verdiyi izahatında evindən aşkar edilmiş narkotik vasitə və psixiatrop maddələrin ona məxsus olmadığını yalandan göstərmişdir. Onun evindən çıxan narkotik vasitə və psixiatrop maddələr ona məxsus olmuş və həmin kütlələri satmaq məqsədi ilə əldə edərək saxlamışdır. Keçmiş arvadı Anaxanımın onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərində hər hansı bir iştirakı və məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmrah Fikrət oğlu ifadəsində göstərmişdir ki, 24 sentyabr 2022-ci il tarixdə Ağstafa şəhəri Ə.Əliyev küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olıaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı şəhərdə yerləşən fərdi yaşayış evində saxladığı barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmişdir. Təqsirləndirilən şəxs həmin yaşadığı evin qarşısında saxlanılmış və sonuncu evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini saxladığını etiraf etmiş və həmin kütlələri təqdim etmək üçün onları yaşadığı evə dəvət etmişdir. Onlar, yəni əməliyyat qrupunun üzvləri Şahid3, Şahid1 Təqsirləndirilən şəxs arxasınca birinci mərtəbədə sağ tərəfdə olan evin mətbəx otağına getmişlər. Evin mətbəx otağında Təqsirləndirilən şəxs divarın qarşısına qoyulmuş dolabın orta gözünü açaraq içərisindən üç ədəd selofan torbanı götürüb dolabın üzərinə qoyub təqdim edərək həmin torbalardakı kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin üç ədəd sellofan torbalara baxış keçirilərkən bir ədəd şəffaf rəngli selofan torbanın içərisində qəhvəyi rəngli, kəslin iyli narkotik vasitə heroinə, digər bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu aşkar olunmuşdur. Üçüncü sellofan torbaya baxış zamanı isə içərisində olan 15 ədəd sellofan bükümlərdə qəhvəyi rəngli narkotik vasitə heroinə, 3 ədəd selofan bükümlərdə isə psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilərkən içərisində heroinə bənzər kütlə olan bir ədəd torbanın ümumi çəkisi 400 qram metamfetaminə bənzər kütləlan bir ədəd selofan torbanın ümumi çəkisi 285 qram heroinə bənzər kütlə, 15 ədəd sellofan bükümlərin ümumi çəkisi 9,57 qram metamfetaminə bənzər kütlə 3 ədəd sellofan bükümlərin ümumi çəkisi 4,77 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdən aşkar olunmuş kütlələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir. Həmin narkotik vasitənin hər bir qramını 20 manata və psixotrop maddənin hər bir qramını 21 manata özünün istifadəsi üçün tanıdığı şəxslərə satmaq məqsədi ilə 15-20 gün əvvəl İran vətəndaşı Arman adlı şəxsin Abşeron rayonu Xırdalan şəhəri ərazisində atdırdığı yerdən götürüb əldə edərək yaşadığı evə gətirib saxlamışdır. Narkotik vasitələrin hər yarım qramını 20 manata və psixotrop maddənin hər yarım qramını 25 manata ayrı-ayrı şəxslərə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid Əmrah Fikrət oğlu ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2022-ci il tarixdə Ağstafa şəhəri Ə.Əliyev küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olıaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı şəhərdə yerləşən fərdi yaşayış evində saxladığı barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmişdir. Təqsirləndirilən şəxs həmin yaşadığı evin qarşısında saxlanılmış və sonuncu evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini saxladığını etiraf etmiş və həmin kütlələri təqdim etmək üçün onları yaşadığı evə dəvət etmişdir. Onlar, yəni əməliyyat qrupunun üzvləri Şahid3, X10 Ərəbovun arxasınca birinci mərtəbədə sağ tərəfdə olan evin mətbəx otağına getmişlər. Evin mətbəx otağında Təqsirləndirilən şəxs divarın qarşısına qoyulmuş dolabın orta gözünü açaraq içərisindən üç ədəd selofan torbanı götürüb dolabın üzərinə qoyub təqdim edərək həmin torbalardakı kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin üç ədəd sellofan torbalara baxış keçirilərkən bir ədəd şəffaf rəngli selofan torbanın içərisində qəhvəyi rəngli, kəslin iyli narkotik vasitə heroinə, digər bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu aşkar olunmuşdur. Üçüncü sellofan torbaya baxış zamanı isə içərisində olan 15 ədəd sellofan bükümlərdə qəhvəyi rəngli narkotik vasitə heroinə, 3 ədəd selofan bükümlərdə isə psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilərkən içərisində heroinə bənzər kütlə olan bir ədəd torbanın ümumi çəkisi 400 qram metamfetaminə bənzər kütləlan bir ədəd selofan torbanın ümumi çəkisi 285 qram heroinə bənzər kütlə, 15 ədəd sellofan bükümlərin ümumi çəkisi 9,57 qram metamfetaminə bənzər kütlə 3 ədəd sellofan bükümlərin ümumi çəkisi 4,77 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdən aşkar olunmuş kütlələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir. Həmin narkotik vasitənin hər bir qramını 20 manata və psixotrop maddənin hər bir qramını 21 manata özünün istifadəsi üçün tanıdığı şəxslərə satmaq məqsədi ilə 15-20 gün əvvəl İran vətəndaşı Arman adlı şəxsin Abşeron rayonu Xırdalan şəhəri ərazisində atdırdığı yerdən götürüb əldə edərək yaşadığı evə gətirib saxlamışdır. Narkotik vasitələrin hər yarım qramını 20 manata və psixotrop maddənin hər yarım qramını 25 manata ayrı-ayrı şəxslərə satmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 Bəhram qızının ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 Bəhram qızının ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır, təxminən 2 ildir ki, boşanmışlar, hazırda ayrı yaşayırlar. Belə ki, bir ev məhkəmə vasitəsi ilə iki yerə bölünmüş, evin bir otağında o, bir otağında isə Anar yaşayır. Anar narkotik vasitə aludəçisidir. Əvvəllər məhkum olunub. 24 sentyabr 2022-ci il tarixdə axşam saatlarında evdə olarkən polis əməkdaşları yaşadığı evə gəlmişlər. Yaşadığı evdə Anarın iştirakı ilə Anarı məcbur edib, evində axtarış aparmışlar. Evdən polis əməkdaşlarının özlərinin qoyduğu narkotik vasitəni və psixiatrop maddəni güya yaşadığı evdən aşkar edilib kimi götürmüşlər. Daha sonra onu, Anarı və oğulunu Gəncə şəhərinə, polis idarəsinə aparmışlar. xx.xx.2022-ci il tarixdə isə onu və oğlunu buraxmışlar. Anarı isə saxlamışlar. Onun evindən narkotik vasitə aşkar edilməmiş, həmin narkotik vasitəni evinə gələn polislərin özləri qoymuşlar. ***-***-**-** mobil telefon nömrəsi həyat yoldaşı Anara məxsusdur, lakin o, istifadə edir. ***-***-**-** mobil telefon nömrəsinə xx-xx-2022-ci il tarixdə saat 13:29:55-də **********54 nömrəli mobil telefondan sizə məxsus **********77 saylı nömrəyə “Anaxim gelsem nese tulluya bilersenmi olom gorum anaxim mamiya pul demiwem seherde birise gunde gonderse bir 5 6 dene goturecem kol», xx-xx-2022-ciil tarixdə saat 16:28:43-də «Anaxim senin qedrini indi bildim anaxim hecyerden hecne tapa bilmirem qollarma qeder dogramiwam aslana zada evde birweyin yoxdu anaxim», xx-xx-2022-ci il tarixdə **********00 nömrədən saat 14:38:30-da «YARİM MAŞİN TORPAĞ 10 UĞDA daş əmələ gələrmi yoxsa başqa qapımı döy», xx-xx-2022-ci il tarixdə saat 21:34:06-da «Sən canı zaryatqam azdı 2 dənə yarı yani 1 dənə pütüm okeymi;)))))», xx-xx-2022-ci il tarixdə saat 01:17:32-də «neynisən yatmamısanki yarım maşın torpaq əmələ gələr qadası cabab de?», xx-xx-2022-ci il tarixdə saat 14:59:27 «2 dənə yarı torpağ əmələ gələrmi qadası tez hə yox de daa?», xxxx-2022-ci il tarixdə saat 00:36:32-də «Ürəy qadan alaram yarm maşın torpağ at evmiz tərəfdəyəm pisəm sənöl 25», xx-xx-2022-ci il tarixdə saat 00:46:02-də «Məzələnisən diyənA sizin məhlədən ki nəfər çıxdı şakanan raminə oxşatdım səf eləmirəmsə elə o gündə gördüm sa demədim səydi səy nn», xx-xx-2022-ci il tarixdə saat 00:17:58-də **********66 nömrəli mobil telefondan sizin istifadənizdə olan **********77 nömrəsinə «Axsamin xeyir ana qonaq getmisdim icdim aqridim kenden masin tutdum geldim mene heresinen biraz biraz socikin yana tula masinan tusemirem yaman aqriyiram 10 m pülda qoy qurvan olum tezol taksi gozduyur qayidmaliyam ozumde yaman aqriyiram ozumun zaryatqam yoxdu qadasi tezo” xx-xx-2022-ci il tarixdə saat 13:23:09-da «Salam ana men gelem mene siqaret pulu ver birde heresinen 05 05 socikin yana qoy bu masinanda qaydacam bir muded burda qalacam» xx-xx-2022-ci il tarixdə saat 19:27:41-də **********94 nömrədən sizin istifadənizdə olan **********77 nömrəsinə «Axsamin xeyir Ana maz gtirdibler tece iranda olur sen ol hele ikidefe vurmusam yaralar yo'x olur mama beyaxdan gelmisem unternet kontur tapamirdim qadasi», xx-xx-2022-ci il tarixdə saat 18:57:34-də «Ana axsamin xeyir beyaxdan mehledeyem mene yari t ver birde nol iki das ver birazini meni getirib aparan taksiye verecem qalanida baliqa gedirik sen ol ebisin cani men cekmirem gorusen torpaqida temiz azaltmisam» xx-xx-2022-ciil tarixdə saat 21:33:59-da **********99 nömrəsindən sizin istifadənizdə olan **********77 nömrəsinə «Axala derin alım utanam alaqı rehmetiklrin cani ay xala ne olar zorunan zora yalvar yapış bulardan 10 m almışam xala alaqi halımıda ps em ma ona blem bir şy atrardin ay ana ata cani başqada yodu plum vallah» xx-xx-2022-ci il tarixdə saat 09:03:15-də **********21 nömrəsindən sizin istifadənizdə olan **********77 nömrəsinə «Salam sabahin xeyir Ana sa qurvan olum biraz d ver birde mene narmalni t verda 2 salafan elleda birde bu gun toya caqriblar gedimi bilmirem qafasi tez qoy ozume mesaj yaz qurvan olum esas dasda qoy acinan,olem tez ol gedim halim yoxdu» məzmunlu smsləri kimin yazdığını bilmir, həmin şəxsləri də tanımır. Smslərdə niyə Anaxanım deyə müraciət edildiyini də bilmir. Həmin telefon nömrəsini o, işlətsə də Anarın nömrəsidir, həmin nömrəyə gələn smsləri o, görməmişdir. **********77 nömrəsindən **********54 nömrəsinə xxxx-2022-ci il tarixdə saat 16:37:49-da “Gunel sene binem yari kola daw qoymuwam wociqin altda” “Gunel vallah men akstafaya gelmek.bele istemirem allaha and olsun.bezmiwem ee qurtarda sende vallah bizdede yoxdu daha getirmiler cunki anar ag etdi oncu Gorum atdirsan deyecem eger varsa vallah daha yoxdu” xx-xx-2022-ci il tarixdə saat 15:42:52-də **********94 nömrəsinə “Men wakani ohdeliye goturmemiwem get axwam gelersen gelme yalanan yanimdakidunyani dagidir cindir deyir men xeste xeste getdim bu meni sikine doladi gel» məzmunlu smsləri olabilsin Anar yazmış, onun həmin smslərdən məlumatı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 sentyabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş və baxış zamanı evin birinci mərtəbəsində yerləşən mətbəxdəki dolabın orta gözündən 1 ədəd şəffaf rəngli sellofan torbada, 400 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd şəffaf rəngli torbada, 285 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd sellofan torbanın içərisindən 15 ədəd sellofan bükümdə, ümumi çəkisi 9,57 qram olan heroinə bənzər kütlə və 3 ədəd sellofan bükümdə, ümumi çəkisi 4,77 qram olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1146 saylı rəyindən görünür ki , tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr...” yazı və imzalar olan kağız paketdəki 15(on beş) ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 1(bir) ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,394 qram, 0,389 qram, 0,392 qram, 0,396 qram, 0,397 qram, 0,389 qram, 0,394 qram, 0,383 qram, 0,391 qram, 0,385 qram, 0,392 qram, 0367 qram, 0,403 qram, 0,087 qram, 3,421 qram, 396,626 qram, ümumi təmiz çəkisi 405,206 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3(üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 1(bir) ədəd şəffaf polietilen torbada ayrıayrılıqda təmiz çəkiləri 0,327 qram, 0,310 qram, 2,819 qram, 281,261 qram, ümumi təmiz çəkisi 284,717 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş həmin 1(bir) ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 sentyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 sentyabr 2022-ci il tarixli Ağstafa rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə, yəni 25 sentyabr 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X11 verilmiş 03 oktyabr 2022-ci il tarixli PHŞ/6.24-2-2022-179 nömrəli arayışdan görünür ki, Ərəbov X6 RMX-nın Poliklinika şöbəsinin psixo-nevroloji kabinetində qeydiyyatda yoxdur.xx.xx.1995-ci il tarixdən “çətənə narkomaniyası” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserindən alınmış 28 noyabr 2022-ci il tarixli 1803 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə psixatrik ekspertizasının 18 noyabr 2022-ci il tarixli 704 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməkvə ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Ağstafa rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Qaradağ rayon məhkəməsinin qərarı ilə 1 ay 3 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Ağstafa Rİ və PŞ-nin xx.xx.2019-cu il tarixli 46203/2019 saylı arayışına əsasən cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılıb. Bununla da Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar müxtəlif şəxslərə məxsus nömrələrlə mesajlaşmalar aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası-xx.xx.1950-ci il təvəllüdlü X2, arvadı-xx.xx.1969-cu il təvəllüdlü Şahid4, qızı xx.xx.2001-ci il təvəllüdlü X8 və oğlu xx.xx.2007-ci il təvəllüdlü X3 ibarət tərkibi vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqindən sonra qalan ümumi təmiz çəkisi 404,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 284,517 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs əldə edib yaşadığı evdə saxladığı narkotik vasitələri özü istifadə etmək məqsədilə saxladığını, satış məqsədinin olmadığını və heç kəsə narkotik vasitə satmadığını, həmçinin1 ədəd selofan torbanın çəkisi 400 qram heroin ona məxsus olmadığını, həmin selofan torbanın polis əməkdaşları tərəfindən qoyulduğunu bildirməsi cinayət işi üzrə istintaq zamanı təsdiq olunmadığından onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi ağır cinayətlərə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin materiallarına uyğun olmadığından əsassız hesab edilərək özünü müdafiəsi kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi –həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən X4 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, X5 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserindən alınmış 28 noyabr 2022-ci il tarixli 1803 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqindən sonra qalan ümumi təmiz çəkisi 404,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 284,517 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanca verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqindən sonra qalan ümumi təmiz çəkisi 404,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 284,517 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 64 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 25 sentyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağstafa RPŞnin saxlanc anbarında saxlanca verilmiş verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqindən sonra qalan ümumi təmiz çəkisi 404,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 284,517 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar