Məhkəmə qərarları › İş №1(100)-276/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-276/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-276/2020 01.12.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X26 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüqüqşünas Dövlət ittihamçısı, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X21, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 mənzil 30 ünvanında qeydiyyatda olmaqla ünvan 2 evdə yaşamış, barəsində Naftalan şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 134-cü və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə X26 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla bir şəxsi qəsdən öldürüb, digər şəxsi isə xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla qəsdən öldürməyə yönəlmiş əməllərini özünün iradəsindən asılı olmayan səbəblərə görə başa catdıra bilməməklə iki şəxsi qəsdən öldürməyə cəhd etmiş,habelə səxsi hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə hədələmiş və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmişdir.. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində oğlu - xx xxxx 2010-cu il təvəllüdlü Şahid2 ad günü münasibəti ilə Goranboy rayonun Yuxarı Ağcakənd kəndində keçirilmiş məclisdə içdiyi alkoqollu içkinin təsirindən orta dərəcədə sərxoş vəziyyətdə yaşadığı Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən nömrəsiz evə qayıtdıqdan sonra həmin evin qarşısındakı qovaq ağacının altında içkinin təsiri altında ögey qızı Zərərçəkmiş şəxs1 mobil telefonla başqa şəxslə danışmasını bəhanə edərək mübahisə yaratmış və heç bir əsaslı səbəb olmadan, insanların yaşamaq hüququ kimi ümümbəşəri dəyərlərə müstəsna sayğısızlıq nümayiş etdirib, öz səxsiyyətini ailə üzvlərinin və ətrafındakı digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 və arvadı X6 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış ümumi uzunluğu 260 mm, tiyəsinin uzunluğu 115 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən bıçaqla ilk öncə arvadı Elnurə Verdiyevaya sonuncunun azyaşlı oğlu Şahid2 və qızı Zərərçəkmiş şəxs1 gözü qarşısında, həmin şəxslərə bununla xüsusi əzab və istirab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla çoxsaylı ardıcıl zərbələr endirib Elnurə Verdiyevaya döş qəfəsinin ön sol yarısının daxilə nüfuz edərək daxili qanaxma və daxili orqanların azqanlılığına səbəb olan ürəyin zədələnməsi ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, habelə sol bazunun, sol dirsək nahiyəsinin, sol saidin, döş qəfəsinin arxa səthinin, sol qoltuqaltı nahiyənin və sağ saidin deşilmiş-kəsilmiş yaraları xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt anasına yardım etmək üçün gəlib onu yerdən qaldırmaq istəyən Zərərçəkmiş şəxs1 da öldürmək məqsədi ilə sonuncunun azyaşlı qardaşı Şahid2 və X25nın gözü qarşısında, onlara xüsusi əzab və istirab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla əlindəki bıçaqla bir dəfə zərbə endirib Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının arxa səthində sol plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yara, sol tərəfli hematoraks, pnevmotoraks (İİİ dərəcə) xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 və Elnurə Verdiyeva kömək məqsədi ilə hadisə yerinin yaxınlığından keçən avtomobil yoluna qaçdıqda yaxınlıqdan keçən Şahid4 idarə etdiyi "Volkswagen Passat" markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Naftalan şəhər sakini Qaşaltı Qaraqoyunlu kənd sakini Zərərçəkmiş şəxs2 qeyd olunan hadisənin şahidi olaraq avtomobili saxlatdırıb onların hər ikisinə kömək etmək üçün avtomobildən düşüb, Elnurə Verdiyeva avtomobilin arxa oturacağına mindikdən sonra Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 kömək etmək üçün onu avtomobilə mindirmək istəyərkən o, əlindəki bıçağı Zərərçəkmiş şəxs2 üzərinə istiqamətləndirərək sonuncuya "bunlara dəymə, yoxsa səni də öldürəcəm, mən bunların ikisini də öldürmək istəyirəm" sözlərini deyib, onu hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə hədələmiş, bu sözləri və hərəkətləri ilə sonuncunu avtomobilə minib hadisə yerindən uzaqlaşmağa məcbur etmiş, bu zaman Zərərçəkmiş şəxs1 yaranmış imkandan istifadə edərək bir qədər irəliləyib üzü üstə avtomobil yoluna yıxılmış və ətrafda olan şəxslər bunu görüb Zərərçəkmiş şəxs1 yaxınlaşdıqları üçün öz cinayətkar niyyətini tam olaraq başa çatdıra bilməyərək hadisə yerindən uzaqlaşsa da, X19 rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili qanaxma səbəbindən ölməsi ilə onu qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs1 isə vaxtında həmin xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas edildiyindən, bilavasitə onu oldürməyə yönəlmiş qəsdən edilən əməllərini özünün iradəsindən asılı olmayan səbəblərə görə başa catdıra bilməməklə iki şəxsi qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7,134 və 228.4-cü maddələri ilə ona elan olunan ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildə Naftalan şəhər sakini X14 ilə rəsmi olaraq evlənmişdir. Elnurə Verdiyevanın ondan əvvəlki nikahından 17 yaşlı Zərərçəkmiş şəxs1 adlı övladı olmuşdur. Elnurə ilə evləndikdən sonra sonuncu qızı ilə birlikdə onun yaşadığı ünvan 2 evə köçmüşdür. Elnurə ilə nikahdan 2010-cu il təvəllüdlü Şahid2 dünyaya gəlmişdir. Təxminən 2020-ci aprel ayından başlayaraq Zərərçəkmiş şəxs1 evdə telefonla tanımadığı oğlanlarla danışdığını bilmişdir. Belə ki, Aysun gecə saatlarında öz otağında kiminləsə telefonda danışmış, danışıqların “Can”, “Bəli”, “Baş üstə” kimi sözlərdən ibarət məzmunundan isə o, Aysunun oğlanla danışdığını başa düşmüşdür. O, bir neçə dəfə Elnurəyə qızını başa salmasını, sonuncunun hansısa oğlanla danışıb münasibət qurmasını və onu biabır etməsinin qarşısını almasını demişdir. Elnurə isə ona qızı ilə danışacağını və bu hərəkətlərinə son qoyulacağını bildirmişdir. 2020-ci ilin aprel ayından etibarən hal-hazıradək müxtəlif vaxtlarda, dəqiq xatırlamadığı tarixdə Elnurəni və qızını evdən qovmuşdur. Bu zaman bəzi hallarda sərxoş, bəzi hallarda isə ayıq olmuşdur. Hər dəfə o, Elnurəni və qızını evdən qovanda sonuncular polisə müraciət etmişlər. Polis ondan arvadını və qızını evdən qovmağının səbəbini soruşanda o, sərxoş olduğunu demiş, əsl səbəbi deməyə utanmışdır. Sonra o, Elnurəni və qızını yenidən evə buraxmışdır. Hər dəfə Elnurə qızı ilə danışıb və qızının belə hərəkətlərinə son qoymasını demişdir. O, Aysunla pərdəni saxlayaraq sonuncuya bu barədə heç nə deməmişdir. O, xx xxxx 2020-ci il tarixdə Aysuna 7-8 dəfə zəng etmiş, lakin Aysunun telefonu məşğul olmuşdur. O, Aysunun yenə oğlanla danışdığını bildiyindən əsəbiləşmiş və bir daha zəng etdikdə Aysun telefona cavab vermiş, həmin vaxt o, Aysunu təhqir etmişdir. Həmin vaxt Aysun buraxılış imtahanları ilə bağlı sinif yoldaşları ilə danışdığını bildirmişdir. O, gecə evə qayıtmış və Elnurəyə bir daha “Qızına denən özünü yığışdırsın, mənim evimdə pozğunçuluq eləmək olmaz, mənim başımı aşağı salmasın, istədiyi varsa elçi gəlsinlər, yoxdusa bu telefon danışıqlarına son qoysun”demişdir. Elnurə ona yenə qızı ilə danışacağına söz vermişdir. xx xxxx 2020-ci il tarixdə günorta saat 16 radələrində ailəvi olaraq, arvadı Elnurə, ögey qızı Aysun və oğlu Həsənlə istirahət etmək üçün, Yuxarı Ağcakənd kəndinə getmişlər. Onlar yeməklərini özləri ilə götürmüş, orada çayın qırağında yer tutub yemək bişirib yeyərək istirahət etmişlər. O, özü ilə bir ədəd 0.7 litr həcmində “Mamedof” markalı araq, həmçinin 2 litr həcmində “Xırdalan” markalı pivə alıb aparmışdır. Araqdan təxminən 200 qram tək içmişdir. Pivəni isə çayın qırağında istirahət edən tanımadığı adamlarla bölüşüb içmişdir. Onlar axşam saat 23 radələrində evə qayıtmışlar. Evə çatdıqda Aysun evin qabağında gəzərək telefonla kiminləsə danışmağa başlamış və o, Aysunun yenə də oğlanlarla danışdığını hiss etmişdir. Lakin o, Aysunun hansı məzmunda danışmasını eşitməmişdir. Elnurə isə özləri ilə aparıb gətirdikləri qab-qacaqları yığışdırmışdır. Həmin vaxt o, Aysuna “Telefonu yerə qoy sumkalara köməy elə” demişdir. Aysunla aralarında təxminən 1.5-2 metr məsafə olmasına baxmayaraq Aysun ona cavab vermədiyindən o, təkrarən Aysuna anasına kömək etməsini bildirmişdir. Həmin vaxt Aysun Elnurəyə “Çıxaq gedək, bu alkaş yenə içkilidi dava salacaq”demişdir. O, Aysunun bu sözünə əsəbiləşmiş və Aysunu öldürmək qərarına gəlmişdir. O, Aysunun üzərinə getmiş, Aysun qaçmış, o da sonuncunun dalınca qaçıb avtomobil yolunun qırağında şam ağaclarının yanında Aysunu tutmuşdur. Həmin vaxt Elnurə gəlib onu tutub “Lazım deyil eləmə” demişdir. Elnurə onu tutanda çiynində çantası olmuş, çanta açıq olmuş, içində ərzaq doğramaq üçün özləri ilə Yuxarı Ağcakənd kəndinə apardıqları dəstəyinin ortası qəhvəyi, qıraqları isə gümüşü rəngli olan qatlanan cib bıçağı olmuşdur. O, bıçağı çantadan çıxarmış və bıçağı açıb dərhal Aysunun xatırlamadığı nahiyəsindən vurmuşdur. Həmin vaxt Elnurə Aysunu qırağa itələyərək onun qabağına keçmişdir. Çox həyəcanlı olduğundan bundan sonrasını xatırlamır, lakin Elnurəyə çoxsaylı bıçaq zərbələri endirdiyini xatırlayır. Özünə gələndə artıq Naftalan ŞPŞ-də olmuşdur. Naftalan şəhər polis şöbəsində ögey qızı Zərərçəkmiş şəxs1 öldürdüyünü bildirmiş və əlində olan bıçağı könüllü olaraq təhvil vermişdir. Daha sonra ona xatırlamadığı polis əməkdaşları ögey qızı Zərərçəkmiş şəxs1 yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilməsi, arvadı Elnurə Verdiyevanın isə ölməsi barədə məlumat vermişlər. O, Zərərçəkmiş şəxs1 və Elnurə Verdiyevaya xəsarət yetirdiyi bıçağı təxminən dörd il əvvəl Naftalan şəhərində yoldan tapmışdır. O, Elnurə Verdiyevaya və Zərərçəkmiş şəxs1 nə qədər bıçaq zərbəsi və bədənlərinin hansı nahiyələrinə yetirməsini xatırlamır. O, Elnurə Verdiyevaya xəsarət yetirmək istəməmiş, Zərərçəkmiş şəxs1 vurmaq istəmişdir, lakin Elnurə Aysunu qırağa itələyib onun qabağına keçmişdir. O, da əsəbi olduğundan dayana bilməmiş və Elnurəyə də bıçaq zərbələri endirmişdir. Onun Zərərçəkmiş şəxs1 xəsarət yetirməkdə məqsədi sonuncunu öldürmək olmuşdur. Oğlu Şahid2 onlarla birlikdə Goranboy rayonun Yuxarı Ağcakənd kəndindən istirahətdən qayıtdıqdan sonra sonuncu ona yaxınlıqda yaşayan babası Elim Verdiyevin evinə getmək istədiyini bildirmişdir. O, da oğlu X23 evinə yola salmışdır. Hadisə vaxtı Həsən orada olmamışdır. Hazırda əməlindən peşmandır, məhkəmədən ona aşağı həddə cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, X14 onun doğma qızıdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs nəvəsi Həsənin ad gününü qeyd etmək məqsədi ilə qızı Elnurə, nəvələri Aysun və Həsənlə birlikdə Goranboy rayonun, Yuxarı Ağcakənd kəndinə getmişlər. Orada Zəfər yenə də spirtli içki araq və pivə içmişdir. Həmin gün axşam saatlarında evə qayıtdıqdan sonra Zəfər qızı Elnurə ilə mübahisə edərək bıçaqla əvvəlcə Elnurəni öldürmüş, daha sonra isə nəvəsi Zərərçəkmiş şəxs1 öldürmək məqsədi ilə kürək nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt o, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində olmuşdur. O, evə qayıdarkən oğlu Elman ona zəng vurub Zəfərin Elnurəni öldürdüyünü və Goranboy rayon Mərkəzi Xəstəxanasına gəlməsini bildirmişdir. O, Naftalan şəhərindəki evinə gəlmiş və nəvəsi Həsənin qapının qarşısında olduğunu görmüşdür. Həsən həmin vaxt ona Zəfərin Elnurəni vurduğunu bildirmişdir. O da dərhal Goranboy rayon Mərkəzi Xəstəxanasına getmişdir. Təqsirləndirilən şəxs spirtli içki içdikdən sonra mütəmadi olaraq qızı Elnurə Verdiyeva və nəvəsi Aysunla mübahisələr etmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən Elnurə Verdiyevanı öldürmək qərarına gəlmişdir. Hətta nəvəsi X24 aralamaq istədiyi vaxt Zəfər Aysuna bıçaqla xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X15 onun anası, Təqsirləndirilən şəxs isə ögey atasıdır. X25 Naftalan şəhər sakini Təqsirləndirilən şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuşlar. Həmin vaxtdan o və anası, Təqsirləndirilən şəxs yaşadığı Naftalan şəhəri, İ.Həsənzadə küçəsindəki nömrəsiz evə köçmüşlər. Təqsirləndirilən şəxs əyyaş olmuşdur. Belə ki, sonuncu demək olar ki, hər gün spirtli içki qəbul etmiş, sərxoş olduqda isə səbəbsiz yerə evdə dava salıb, onunla və anası ilə mübahisə etmişdir. Təqsirləndirilən şəxs hətta anasını bir neçə dəfə mübahisə zamanı vurmuş, ansının başına fincan, külqabı və s. əşyalar atmışdır. Anası telefonla qohumları ilə danışanda kiminlə danışmasını bilmək üçün Təqsirləndirilən şəxs həmişə anasının başının üstündə dayanmışdır. Təqsirləndirilən şəxs onun anası ilə bu zəmində mütəmadi olaraq bir neçə dəfə mübahisə etmiş, anası isə Zəfərə “Yekə kişisən, mən kiminlə danışasıyam, mənim yekə qızım var”demişdir. Son zamanlar Zəfər onun da telefonla danışmasından narahat olmasını anasına demiş, o da kiminlə danışmasını bilmək üçün telefona baxmalarından ötrü telefonunu Zəfərə və anasına vermişdir . Zəfər və anası bir yerdə telefonuna baxmış, lakin heç nə tapmayıb geri qaytarmışlar. Son zamanlar, hadisədən təxminən 3-4 ay əvvəl Zəfər onu və anasını tez-tez spirtli içki içib səbəbsiz yerə evdən qovmuş və “Çıxın gedin, Siz mənim ailəm deyilsiniz” demişdir. Anası Elnurə də bu barədə bir neçə dəfə polisə müraciət etmişdir. Onlar evdən qovulduqlarından bir neçə dəfə anası ilə birlikdə həyətdə yatmışlar. Hadisə günü, yəni xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində ögey qardaşı Şahid2 xx xxxx 2020-ci il tarixdə doğum gününü qeyd etmək üçün onlar ailəvi olaraq Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinə getmişlər. Anası və Zəfərlə dostluq münasibətində olan Naftalan şəhər Qaşaltı kənd sakini Məlahət xala da onlarla getmişdir. Orada onlar çayın qırağında masa qoyub yemək yemişlər. Onların yanına dayısı Şahid3 də öz arvadı Günel Məmmədova və azyaşlı uşaqları ilə birlikdə gəlmişlər. Lakin dayısı bir qədər oturduqdan sonra işi olduğunu bildirib getmişdir. Dayısının arvadı və uşaqları isə orada qalıb Naftalan şəhərinə onlarla birlikdə qayıtmışlar. Onlar normal, mehribancasına yeyib-içib istirahət etmiş və sonra gəldikləri “Sprinter”lə geri qayıtmışlar. Yolda gələrkən Zəfər artıq şərxoş olmuşdur. Zəfər dayanmadan arxaya dönüb diqqətlə anasına baxmış, anası isə “Nə olub, niyə belə baxırsan?” demiş, Zəfər isə anasına “Dayan evə çataq danışaçıyıq” deyə cavab vermişdir. Məlahət xala da bir neçə dəfə Zəfərə “Zəfər bir tikə çörək yemişik, burnumuzdan gətirmə” demişdir. Onlar saat 23 radələrində Naftalan şəhərinə çatmışlar və öz evlərinin qarşısından keçəndə Zəfər və ögey qardaşı Həsən düşmüşlər. O, anası və Məlahət isə dayısının arvadını və uşaqlarını düşürməyə getmişlər. Dayısının arvadını və uşaqlarını düşürdükdən sonra onlar evinə qayıtmışlar. Evlərinə çatmağa az qalmış Məlahət düşmüş və oğlunun gəlib aparacağını bildirmişdir. Onlar evin qarşısına çatanda Zəfərlə Həsənin evin qarşısında dayandıqlarını görmüşlər. Zəfər ona və anasına “Çıxın gedin, gəlmiyin evə” demişdir. Onlar avtomobildən düşmüş, anası Zəfərə “Çəkil əşyalarımızı düşürdək” demişdir. Bu zaman anası və Zəfər mübahisə etməyə başlamışlar. Anası mübahisə edəedə əşyalarını düşürmüş, o da anasına kömək etmişdir. Zəfər anasını nalayiq ifadələrlə təhqir etmiş, anası da cavabında “özünsən” demişdir. O, Zəfərin sərxoş olduğu zaman evdə dava salmasına öyrəşdiyindən öz otağına getmişdir. Qəfildən anası çox yüksək səslə qışqırmışdır. O, dərhal həyətə çıxmış və həmin anda həyətlərində avtomobil yolu tərəfdə olan qovaq ağacının altında Zəfərin anasını yerə yıxıb üzərinə çıxaraq bıçaqla dayanmadan çoxsaylı zərbələr endirdiyini, qardaşı Həsənin isə anasını vurmasın deyə Zəfərin əlindən tutmağa çalışdığını görmüşdür. O, qaçıb anasını yerdən qaldırmaq istəmiş, anasına tərəf əyilən anda Zəfər onun kürək nahiyəsindən bıçaqla vurmuşdur. Onun əlində telefon olmuşdur, Zəfər onu vurduğu zaman telefon əlindən ağacın altına düşmüşdür. Zəfər onu vurduqdan sonra o, avtomobil yoluna qaçmış, həmin anda Məlahət xala və oğlu Rasif avtomobillə evlərinin qabağından keçən zaman onu görüb dayanmışlar. O, avtomobilin ön hissəsinə yıxılıb “Anama kömək edin”deyib qışqırmışdır. Məlahət xala avtomobildən düşmüş, o da arxaya çönüb Zəfərin əlində bıçaqla arxasınca gəldiyini görüb yol ilə qaçmağa başlamışdır. Bu vaxt bir daha dayanıb geri baxmış və anası Elnurənin Rasifin avtomobilinə mindirildiyini görmüşdür. Məlahət onun yanına gəlib köməklik etmək istədikdə Zəfər əlindəki bıçağı Məlahətə tərəf uzadıb "bunlara dəymə, yoxsa səni də öldürəcəm, mən bunların ikisini də öldürmək istəyirəm"demişdir. Məlahət qorxusundan avtomobilə minmiş və anası Elnurə, oğlu Rasiflə çıxıb getmişdir. Onun səsinə ətrafa bir xeyli adamlar yığılmışdır, lakin kim olduqlarını xatırlamır. O, avtomobil yolu ilə bir qədər gedib yerə yıxılmış, başının üstündə Məlahət xalanın ona köməklik etdiyinigörmüş, daha sonra huşunu itirmişdir. Həmin vaxt o, orada onun müəlliməsi Nuridəni və Naftalan şəhər sakini Yaşar adlı şəxsi də görmüşdür. Sonuncular onu danışdırmağa çalışmışlar. Məlahət xala qardaşı Həsənin köynəyini çıxarıb çox qan itirməsin deyə onun yarasının üstünə qoymuşdur. Bir neçə dəqiqə sonra təcili tibbi yardım gələrək onu Goranboy rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Sonradan bilmişdir ki, anası Elnurə xəstəxanaya aparılarkən yolda vəfat etmişdir.Təqsirləndirilən şəxs ona və anasına xəsarət yetirdiyi bıçaq Təqsirləndirilən şəxs məxsus olmuşdur. Zəfər bıçağı həmişə üstündə gəzdirmişdir, evdə olanda da üstündən çıxarmamışdır. Bıçaq hadisə günü də həmişəki kimi Zəfərin üstündə olmuşdur. O, Təqsirləndirilən şəxs anasına dəqiq olaraq neçə bıçaq xəsarəti yetirməsini bilmir, o, otağından həyətə çıxdıqda Zəfərin anasına dayanmadan çoxsaylı bıçaq zərbələri endirdiyini görmüşdür. Təqsirləndirilən şəxs onun kürək nahiyəsinə bir bıçaq xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs onu və X25nı öldürmək istəmişdir. Zəfər onu vurduqdan sonra o avtomobil yolu tərəfə qaçmağa başlamışdır. Zəfər də arxasınca gəlmişdir. O, Rasifin avtomobilini dayandırıb anasına kömək etmələrini bildirdikdən sonra yenə qaçmağa başlamış, yolda yıxıldıqda isə ətrafına çoxlu sayda adam yığıldığından Zəfər onu öldürə bilməmişdir. Zəfər anasına və ona bıçaq xəsarətləri yetirərkən ögey qardaşı Həsən Təqsirləndirilən şəxs yanında dayanmışdır. O, otaqdan həyətə çıxdıqda Həsənin anasına vurmaması üçün Zəfərə mane olmağa çalışdığını görmüşdür. Bütün hadisə Həsənin gözü qarşısında baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Hadisə vaxtı maddi sübut kimi götürülmüş 1 ədəd qara rəngli “Xiaomi” markalı telefon mənə məxsusdur və özünə qaytarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X7 qonşu kimi tanımışdır, sonuncularla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs və Elnurə Verdiyevanın evlərinə tez-tez gedib-gəlmişdir. Təqsirləndirilən şəxs tez-tez spirtli içki içmiş və araq içdikdən sonra ailə üzvlərinə qarşı çox qəddar olmuşdur. Bir neçə dəfə Z. Məmmədovgilin evində olarkən o bunların şahidi olmuş və bu səbəbdən polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs həmiçinin Elnurə Verdiyevanın birinci ərindən olan qızı Zərərçəkmiş şəxs1 ilə də yola getməmişdir. Zəfər həmişə Zərərçəkmiş şəxs1 onu ata kimi saymamasından gileylənmişdir. X10 Məmmədovun ad günü münasibəti ilə bağlı onu çağırdığından xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində o Təqsirləndirilən şəxsgilin evlərinə gəlmişdir. Orada o, Təqsirləndirilən şəxs, Elnurə Verdiyeva, Zərərçəkmiş şəxs1 və Şahid2 mikoavtobusla Goranboy rayonu, Yuxarı Ağçakənd kəndinə getmişlər. Az sonra ora Elnurə Verdiyevanın qardaşı Şahid3, arvadı Günel və adlarını bilmədiyi uşaqları da gəlmişlər. Onlar birlikdə yeyib-içmiş və Şahid2 ad gününü qeyd etmişlər. Həmin məclisdə Təqsirləndirilən şəxs bir litirlik "Mamedoff" arağı içmiş, sonra Şahid3 alıb gətirdiyi iki litirlik pivəni içmişdir. Saat 22 radələrində onlar gəldikləri mikroavtobusla geri Naftalan şəhərinə yola düşmüşlər. Yolda gedərkən Təqsirləndirilən şəxs və Elnurə Verdiyeva mübahisə etmişlər. Lakin çox yorğun olduğundan Zəfər və Elnurənin söhbətlərinə əhəmiyyət verməyib bir dəfə Təqsirləndirilən şəxs irad bildirib özünü yığışdırmasını demişdir. Onun iradından sonra Təqsirləndirilən şəxs sakitləşmişdir. Onlar Naftalan şəhərinə gəlmiş, əvvəl Güneli uşaqları ilə evlərində düşürüb, sonra isə onu oğlu Şahid4 avtobus dayanacağında gözlədiyindən həmin yerdə düşürmüşlər. O, oğlu Şahid4 avtomobilinə minib Naftalan şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinə getmişdir. Orada oğlu Şahid4 avtomobilinə benzin vurmuş və mağazadan əşya almaq üçün yenidən Naftalan şəhərinin içərisinə getmişdir. Təqsirləndirilən şəxsgilin evlərinin qarşısından keçərkən bərk səs-küy eşitdiyindən, Rasifə "saxla görək nə olub" demişdir. Həmin vaxt Elnurə Verdiyeva qana bulaşmış halda onların avtomobilinə qaçaraq gəlmiş və avtomobilin arxa oturacağına minmişdir. Elnurənin arxası ilə isə Zərərçəkmiş şəxs1 onların avtomobilinə qaçaraq yaxınlaşmış və "atam Zəfər bizi bıçaqlayıb" demişdi.O, avtomobildən düşmüş avtomobilə mindirmək üçün Zərərçəkmiş şəxs1 yaxınlaşmış, lakin Z. Məmmədov ona yaxınlaşıb əlindəki bıçağı ona tutaraq "bunlara dəymə, yoxsa səni də öldürəcəm, mən bunların ikisini də öldürəcəm"demişdir. O, əllərini göyə qaldırıb Z. Məmmədovdan üzr istəmiş və, "bağışla, dəymirəm" demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona "çıx get" demişdir. O da avtomobilə minib çıxıb getmişdir. Zərərçəkmiş şəxs1 isə özü qaçmışdır. Onlar Naftalan şəhər mərkəzi xəstəxanasına getmiş və "dərhal təcili tibbi yardımı göndərin Zərərçəkmiş şəxs1 adlı qızı atalığı Təqsirləndirilən şəxs bıçaqlayıb"demişdir. Bundan sonra avtomobillə Zərərçəkmiş şəxs1 kömək etmək üçün Təqsirləndirilən şəxsgilin evlərinin qarşısına gəlmişlər. Orada Zərərçəkmiş şəxs1 yerə yıxılmış vəziyyətdə görmüşlər.Həmin vax Aysunun huşu özündə olmuşdur. O,dərhal Şahid2 köynəyini çıxarıb Aysunun kürək nahiyəsində olan yarasına basmış və Şahid2 "get dayın Elmanı çağır"demişdir. Bu vaxt təcili tibbi yardım briqadası gəlmişdir. O da dərhal avtomobilə minib X11 rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Lakin Goranboy rayon mərkəzi xəstəxanasına çatdıqda həkim Elnurə Verdiyevaya baxıb "artıq yaralı keçinib" demişdir. Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmiş, məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs yalnız bıçağı ona istiqamətləndirib "bunlara dəymə, yoxsa səni də öldürəcəm, mən bunların ikisini də öldürəcəm"demişdir. Zəfərin bu sözlərindən sonra qorxub çıxıb getmişdir. Nə o, nə də ki oğlu Şahid4 Zəfər X2 və Zərərçəkmiş şəxs1 xəsarət yetirməsini görməmişlər. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, X25, atası Təqsirləndirilən şəxs və bacısı Zərərçəkmiş şəxs1 ilə birlikdə Naftalan şəhərindəki evdə yaşamışlar. Atası Təqsirləndirilən şəxs tez-tez spirtli içkilər qəbul edərək evdə dava-dalaş salmış, anası və bacısı ilə mübahisə etmişdir. Atası hətta anası Elnurəni bir neçə dəfə mübahisə zamanı vurmuşdur. Atası spirtli içki içib səbəbsiz yerə bacısını və anasını evdən qovmuş və “Çıxın gedin, siz mənim ailəm deyilsiniz” demişdir. xx xxxx 2020-ci il tarixdə saat onun xx xxxx 2020-ci il tarixdə olan ad gününü qeyd etmək üçün onlar ailəvi olaraq Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinə getmişlər. Onlarla kənd sakini Məlahət xala da getmişdir. Orada onlar çayın qırağında masa qoyub yemək yemişlər. Onların yanına dayısı Şahid3 də öz arvadı Günel Məmmədova və uşaqları ilə birlikdə gəlmişdir. Lakin dayısı bir qədər oturduqdan sonra işi ilə əlaqədar getmiş, dayisinin arvadı və uşaqları isə onlarla qalıb Naftalan şəhərinə birlikdə qayıtmışlar. Onlar normal, mehribancasına yeyib-içib istirahət etmiş, atasi Zəfər orada araq və pivə də içmişdir. Bundan sonra gəldikləri avtomobillə geri qayıtmışlar. Yolda gələrkən atası şərxoş olmuşdur. O, gəldikləri avtomobildə geri qayıdarkən anası Elnurənin yanında əyləşmiş və çox yorğun olduğundan yatmışdır. Naftalan şəhərinə çatanda evlərinin qarşısında atası Zəfərlə o, düşmüşlər. Bacısı Aysun, anası Elnurə və Məlahət xala isə dayısının arvadını və uşaqlarını düşürməyə getmişlər. Sonra avtomobil anası Elnurəni və bacısı Aysunu da evə gətirmişdir. Anası və bacısı avtomobildən düşəndə atası və o evin qarşısında dayanmışlar. Atası bacısı Aysuna və anası Elnurəyə “Çıxın gedin, gəlmiyin evə” demişdir. Anası və bacısı avtomobildən düşmüş ,anasi Elnurə atası Zəfərə “Çəkil əşyalarımızı düşürdək”demişdir.Həmin vaxt anasi ilə atasının arasında mübahisə başlamışdır. Anası mübahisə edə-edə əşyalarını düşürmüş, Aysun da anasına kömək etmişdir, sonra sürücü çıxıb getmişdir. Atası Zəfər anası Elnurəyə pis sözlər deyib təhqir etmişdir. Bacısı Aysun öz otağına getmişdir. Atası anasını təhqir etdiyinə görə Elnurə atasına qışqırmışdır. Birdən atası Zəfər əlindəki bıçaqla anası Elnurəyə xəsarət yetirməyə başlamışdır. O, atası Zəfərin əlindən tutub anasını vurmasın deyə yalvarmışdır. Lakin Zəfər onun sözlərinə əhəmiyyət verməmişdir. Sonra anasının qışqırığına bacısı Aysun bayıra çıxmış və gəlib anası Elnurəyə köməklik etmək istədikdə atası Zəfər əlindəki bıçaqla Aysunun da kürək nahiyəsindən vurub xəsarət yetirmişdir. Aysun avtomobil yoluna qaçmışdır. Atası Zəfər də bacısının arxası ilə getmişdir. Həmin vaxt anası Elnurə də ayağa durub avtomobil yoluna qaçmışdır. O isə bacısına köməklik etmək üçün Aysunun yanına getmişdir . Aysun dairəvi yola tərəf getmişdir. Həmin vaxt anası Elnurə avtomobilə minmiş və həmin avtomobildən Məlahət xala yerə düşüb köməklik etmək üçün Aysunun yanına gəlmək istəmişdir. Lakin atası əlindəki bıçaqla Məlahət xalanı hədələmiş və "bunlara dəymə, yoxsa səni də öldürəcəm, mən bunların ikisini də öldürmək istəyirəm" demişdir. Məlahət xala da avtomobilə minib çıxıb getmişdir. Aysun avtomobil yoluna yıxılmış və ətrafına adamlar toplaşmışdır. O, Aysunun yanında durmuşdur. Sonra Məlahət xala gəlib Aysuna köməklik etmiş, onun köynəyini çıxarıb Aysunun yarasının üstünə basmış və ona "get dayın Elmana denən ki, Zəfər bacını və ananı bıçaqlayıb"demişdir. O, dərhal dayısı Elmangilin evlərinə gedib bu barədə məlumat vermişdir. Dayısı Elman onu öz evlərində qoyub evdən çıxmışdır. Sonradan bilmişdir ki, anası Elnurə xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. Atası Təqsirləndirilən şəxs anasına və bacınına xəsarət yetirdiyi bıçaq atasına məxsus olmuşdur. Atsı bıçağı həmişə üstündə gəzdirmişdir.O, Təqsirləndirilən şəxs anasına dəqiq olaraq neçə bıçaq xəsarəti yetirməsini bilmir. Lakin Zəfər anası Elnurəyə çoxsaylı bıçaq xəsarətləri yetrimişdir.Təqsirləndirilən şəxs bacısı Aysunun kürək nahiyəsinə bir bıçaq xəsarəti yetirmişdir. Atası Təqsirləndirilən şəxs ona bıçaq xəsarəti yetirməmiş və o, hadisə vaxtı heç bir xəsarət almamışdır.Z. Məmmədovun X25nı və bacısı Zərərçəkmiş şəxs1 öldürmək istəmişdir. Aysun yola yıxıldıqda ətrafına çox adam yığıldığından Atası Aysunu öldürə bilməmişdir. Təqsirləndirilən şəxs anasına və bacısına bıçaq xəsarətləri yetirərkən o, atası Zəfərin yanında dayanmış,anasını vurmasın deyə atasının əlindən tutmuşdur. Bütün hadisə onun gözünün qarşısında baş vermişdir. Məhkəmədə şahid qismində dinirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun şagirdi olmuşdur. Aysun həmin məktəbdə pianino ixtisası üzrə təhsil almışdır. Bu səbəbdən Aysunun X25nı və atalığı Təqsirləndirilən şəxs da tanımışdır. Aysun həmişə dərslərinə vaxtı-vaxtında hazırlaşan və davamiyyəti yerində olan şagird olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Naftalan şəhərinin mərkəzindən öz evinə gedəndə Naftalan şəhər mərkəzi xəstəxanası tərəfdən bərk qışqırıq səsi eşitmiş və səs gələn tərəfə baxanda Aysunun ona tərəf qaçdığını görmüşdür. O, Aysuna yaxınlaşanda sonuncu onun qucağına yıxılmış və o ,Aysuna köməklik edib yerə uzatmışdır. Aysun yerə uzananda kürəyindən qan axdığını görmüşdür .Aysundan nə olmasını soruşmuş sonuncu ona, "atalığım Zəfər məni və anam Elnurəni bıçaqlayıb"demişdir. O, Aysuna ürək-dirək verib səbirli olmasını demişdir. Təxminən 10 diqiqə sonra təcili tibbi yardım briqadası gəlib Aysunu götürüb Goranboy rayon mərkəzi xəstəxanasına aparmışdır. Sonra o bilmişdir ki, Zəfər Məmmdəvovun yetirdiyi bıçaq xəsarətlərindən Elnurə Verdiyeva ölmüş, Zərərçəkmiş şəxs1 isə yaralanmışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Elnurə Verdiyevaya bıçaq xəsarətləri yetirməsini görməmişdir. O, Şahid2 Zərərçəkmiş şəxs1 yanında görmüşdür. Lakin sonradan kimsə Şahid2 köynəyini çıxarıb Zərərçəkmiş şəxs1 yarasının üstünə basmış və baş vermiş hadisə barədə dayısı Şahid3 məlumat verməsi üçün göndərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Elnurə Verdiyeva və Təqsirləndirilən şəxs ailə həyatı qurduqdan sonra aralarında tez-tez mübahisələri olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs spirtli içkilərə meyilli olduğu üçün o, hər dəfə spirtli içki qəbul etdikdən sonra Elnurə və Aysunla mübahisə etmiş, sonuncuları evdən qovmuşdur. Dəfələrlə o, Elnurə ilə söhbət edib Zəfərdən ayrılmasını bildirmişdir. Lakin Zəfər buna imkan verməmişdir. Hadisədən 2-3 gün əvvəl Zəfər və Elnurə onu ailə üzvləri ilə birlikdə oğlanları Şahid2 ad gününü qeyd etmək üçün Goranboy rayonu, Yuxarı Ağcakənd kəndinə dəvət etmişlər. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində o, arvadı Günel Məmmədova və uşaqları X30 Verdiyeva Goranboy rayonu Yuxarı Ağcakənd kəndinə getmişlər. Elnurənin ailəvi dostu Zərərçəkmiş şəxs2 da orada olmuşdur. Təqsirləndirilən şəxs özü ilə gətirdiyi 01 ədəd 0.7 litr həcmində “Mamedof” markalı arağı içmişdir. O da 2 litr həcmində “Xırdalan” markalı pivə almışdır. Lakin o, nə araq, nə pivə içmiş, nə də ki yemək yemişdir. Ona zəng gəldiyindən o ,arvadını və uşaqlarını orada qoyub işə getmişdir. Axşam saat 23 radələrində arvadı və uşaqları Təqsirləndirilən şəxsgilin gəldiyi avtobusla evə gəlmişlər. Həmin vaxt o evdə olmuşdur. Təxminən 30 dəqiqə sonra Şahid2 onların evunə gəlib "atam Zəfər anamı və bacımı bıçaqlayıbdır" demişdir. O, dərhal Şahid2 evdə qoyub Təqsirləndirilən şəxsgilin evlərinin qarşısına getmiş, Təqsirləndirilən şəxsgilin evlərinin qarşısından keçən yolun qana bulaşdığını gömüşdür. Orada olan insanlar ona "Elnurə və Aysunu Goranboy rayon Mərkəzi xəstəxanasına aparılıblar" demişlər. O da dərhal xəstəxanaya getmişdir. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yetirdiyi bıçaq xəsarətlərindən Elnurə ölmüş, Aysun isə yaralanmışdır. Təqsirləndirilən şəxs əvvəlcədən Elnurəni öldürmək qərarına gəlmişdir. Belə ki, hadisədən sonra Aysun ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk öncə Elnurə Verdiyevanı öldürmək məqsədi ilə dəfələrlə bıçalqamış, Aysun anasına köməklik etmək istədikdə Təqsirləndirilən şəxs Aysunu da öldürmək məqsədi ilə bıçaqlamışdır. O, hadisə olan vaxt anası Cəmilə Məmmədova, arvadı və uşaqları ilə birlikdə evdə olmuş və hadisə barədə Şahid2 onların evinə gəlib özü məlumat vermişdir. Həmin vaxt atası Elim Verdiyev evdə olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısdır. Fərdi yaşayış evi 23 nömrəli binanın qarşısında, Naftalan şəhər Mərkəzi Xəstəxanasına gedən yolun sağ tərəfindən 10 metr məsafədə yerləşir. Həmin yolun eni 7 metrdir. Yolun piyada səkisinin eni 1 metrdir. Səkidən sonra yol boyunca şam ağacları vardır. Həmin ağaclardan 7 metr məsafədə evin otaqlarının giriş qapıları yerləşir. Ev üç otaqdan ibarət olmaqla hər birinin ayrı giriş-çıxış qapısı vardır. Birinci otağın qapısı bağlıdır. İkinci otaq yataq otağıdır. Həmin otağa eni 1.15 metr, hündürlüyü 2.5 metr olan iki tağlı taxta qapıdan daxil olunur. Otağın eni 4 metr, uzunluğu 5.3 metr, hündürlüyü isə 3 metrdir. Otağın giriş qapısından sağda iki ədəd pəncərə vardır. Pəncərənin hər birinin eni 1.17 metr, hündürlüyü isə 2.5 metrdir. Otağın içərisində müxtəlif çarpayılar, şkaf və sair iş üçün əhəmiyyət kəsb etməyən məişət əşyaları vardır. Üçüncü otaq mətbəx kimi istifadə olunur. Mətbəxin taxtadan olan giriş qapısı iki tağlı olmaqla eni 1.15 metr, hündürlüyü isə 2.5 metrdir. Giriş qapısının sol tərəfində iki ədəd pəncərə vardır. Həmin pəncərələrin hər birinin eni 1.17 metr, hündürlüyü isə 1.5 metrdir. Mətbəxin içərsinin eni 3.7 metr, uzunluğu 5.5 metr, hündürlüyü isə 3.2 metrdir. Mətbəxin içərisində iş üçün əhəmiyyət kəsb etməyən müxtəlif məişət əşyaları və soyuducu vardır. Soyuducunun içərisində isə müxtəlif qida məhsulları və bir ədəd 0.5 litirlik "Mamedof" araq butulkası vardır. Butulkanın içərisində isə araq vardır. Mətbəxin giriş qapısından bayıra tərəf 1.5 metr məsafədə bir ədəd stol və onun üzərində müxtəlif qab-qacaqlar və 2 litirlik "Xırdalan" pivəsinin plastmas butulkası vardır. Butulkanın içərisində pivə vardır. Hadisə baş verən yer mətbəxin giriş qapısından 19 metr solda, yoldan isə 3 metr məsafədə yerləşən qovaq ağacının ətrafıdır. Ağacın gövdəsinin ətrafında, torpağın üzərində bir ədəd qanabənzər ləkə, bir ədəd qara gün eynək və bir ədəd "Xiaomi" markalı, qara rəngli mobil telefon vardır. Qovaq ağacının gövdəsindən solda 1.2 metr məsafədə 01 ədəd Çinar ağacı vardır. Qovaq ağacın gövdəsindən 7 metr sağa doğru məsafədə piyada səkisinin üzərində bir ədəd elektrik dirəyi vardır. Həmin elektrik dirəyindən üzü dairəvi yola doğru 10 metr məsafədə və piyada səkisindən isə 2 metr məsafədə yolun səthinin üzərində çoxlu sayda qanabənzər ləkələr və bir ədəd qana bulaşmış göy rəngli qısaqol futbolka vardır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən 0.5 litirlik "Mamedof" araq butulkası, 2 litirlik "Xırdalan" pivə butulkası, qovaq ağacının gövdəsinin ətrafından "Xiaomi" markalı, qara rəngli mobil telefon, qana bulaşmış torpaq, avtomobil yolunun səthindən bir ədəd qan numunəsi və avtomobil yolunda olan bir ədəd göy rəngli qısaqol köynək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, mərhumə X4 meyiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X3 Goranboy rayon şöbəsində təşrih masası üzərində arxası üstə uzadılmışdır. Meyitin əynində 1 ədəd sarı rəngli, üzərində qanabənzər ləkələr və zədələr olan don, 1 ədəd qəhvəyi rəngli, üzərində qanabənzər ləkələr və zədə olan büstqalter və 1 ədəd qara rəngli üzərində qanabənzər ləkələr ola və zədə olmayan trusik vardır. Meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 175 sm-dir. Bədənin ümumi dəri örtüyü ağımtıl ölü rəngdədir. Əl ilə yoxlandıqda bədən səthi soyuqdur. Meyit ləkələri bədənin arxa səthində inkişaf etmişdir, göyümtül-bənövşəyi rəngdədir. Barmaqlarla təziq etdikdə itib 30 saniyədən sonra bərpa olunur. Meyit qacıması adi yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Çürümə əlamətləri yoxdur. Başının tükləri samanı rəngdə olub, 14-15 sm-dir. Əl ilə yoxladıqda kəllə qapağı sümükləri tamdır. Göz yarığı qapaqlar vasitəsilə qapanmışdır, qüzehli qişa parlaqdır, göz ağına və kanyuktivaya qansızma yoxdur. Birləşdirici toxuması solğun bozumtul rəngdədir. Buynuz qişası bulanıqdır. Göz bəbəkləri dairəvi formada olub bərabər dərəcədə genəlmiş, diametri 0.4 sm-dır, buynuz qişa bulanıqdır. Gözləri şabalıdı rəngdədir. Əl ilə yoxladıqda burun sümüyü və qığırdaxları tamdırlar. Xarici burun keçəcəkləri sərbəst keçiricidirlər. Ağzı qapalıdır. Dişləri özününküdür. Qulaq seyvanı adi forma və ölçüdədir. Xarici qulaq keçəcəkləri sərbəst keçiricidirlər. Boynu adi forma və ölçüdə olub çətin hərəkətlidir. Köks qəfəsi boçkavari formada olub, quruluşu simmetrikdir. Onurğa sütunu adi formada olub dəyişiksizdirlər. Fəqərə sümükləri əl ilə yoxladıqda tamdırlar. Döş qəfəsi normastenikdir, simmetrikdir. Qarın boşluğunun ön divarı oval formada olub qabırğalar bucağından yuxarı səviyyədə yerləmişdir. Sklet sümükləri tamdırlar. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Xarici arxa keçəcəyinin dəri sahəsi nəcislə bulanmamışdır. Meyitin üzərində aşkar edilmiş xəsarətlər döş qəfəsinin ön səthində solda, İİİ qabırğa səviyyəsində, çəp istiqamətdə 3.2x2.7 sm ölçüdə, sol bazunun yuxarı 1/3-nin bayır səthində 3x2.7 sm ölçüdə, köndələn istiqamətdə, sol dirsək nahiyəsində və sol saidin yuxarı 1/3-nin arxa səthində 4x3.2 sm ölçüdə, bir qədər qövsvari, döş qəfəsinin arxa səthində solda Xİİ qabırğa altı nahiyədə köndələn istiqamətdə 3x2.3 sm ölçüdə, sol bazunun orta 1/3-nin ön səthində iki ədəd bir-birinə paralel 2x1.7 sm ölçüdə, sol qoltuqaltı nahiyədə V qabırğa səviyyəsində köndələn 2x1.7 sm ölçüdə, sağ saidin aşağı 1/3-nin ön səthində 7x4 sm ölçüdə, kənarları nahamar, bucaqları iti deşilmiş-kəsilmiş yaralar vardır. Yara ətrafı toxumalar qansızmalıdır, yaradan qan axır. Meyitin bədən səthində başqa xəsarət aşkar edilmədi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən meyitin əynində olan 1 ədəd sarı rəngli, üzərində qanabənzər ləkələr və zədələr olan don, 1 ədəd qəhvəyi rəngli, üzərində qanabənzər ləkələr və zədə olan büstqalter və 1 ədəd qara rəngli üzərində qanabənzər ləkələr olan və zədə olmayan trusik, eləcə də ekspert Vüqar Novruzov tərəfindən X13 meyitindən götürülmüş 1 flakon qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan 1 ədəd göy rəngli cins qısaqol köynək və tünd göy rəngli idman şalvarı, həmçinin hadisə zamanı boynundan asdığı çəhrayı və göy naxışları olan ağ rəngli dəsmalı könüllü surətdə verməyə heç bir etirazının olmadığını bildirmişdir. Ona görə də hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş paltarlar və boynundan asdığı dəsmal müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Naftalan ŞPŞ-nin məsul növbətçisi, polis kapitanı X16 tərəfindən rayon prokurorluğuna təqdim edilən bıçağın əldə edilməsi şəraiti barədə məlumatdan bəlli olur ki, Firudin Ağayev bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə növbədə olduğu zaman Naftalan şəhər sakini Məmmədov X18 ŞPŞ-nə gələrək arvadı X8 və ögey qızı Zərərçəkmiş şəxs1 çoxsaylı bıçaq zərbələri yetirdiyini bildirərək hadisə zamanı istifadə etdiyi bıçağı könüllü olaraq ona təqdim etmiş, o, Təqsirləndirilən şəxs özünün və Naftalan ŞPŞ-nin İQ-nun müstəntiqi, polis baş leytenantı X17 iştirakları ilə bıçağı qəbul edərək böyük zərfə qablaşdırıb möhürləmişdir. Ona görə də şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq Firudin Ağayevdən A4 zərfində qəbul edilərək zərfdən çıxarılmış və bıçağa baxış keçirilmişdir. Bıçaq təxminən 25 sm uzunluğunda olmaqla, dəstəyinin orta hissəsi qəhvəyi rəngli taxtadan, dəstəyinin qırağları gümüşü metaldan, dəstəyinin baş hissəsində dairəvi kəsik, dəstəyinin bir tərəfində kəmərə keçirmə yeri olan qatlanan bıçaqdır. Tiyəsində qanabənzər ləkələr vardır. Bundan sonra bıçaq müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olan 1 ədəd göy rəngli, üzərində qanabənzər ləkələr olan və zədə olmayan cins şalvara, 1 ədəd ağ rəngli, üzərində qanabənzər ləkələr və zədə olan qısaqol köynəyə, 1 ədəd ağ rəngli, üzərində qanabənzər ləkələr və zədə olan bustqalterə və 1 ədəd ağ rəngli, üzərində gül təsvirləri, qanabənzər ləkələr olan və zədə olmayan trusikə baxış keçirilmiş və bundan sonra həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tanınmaya təqdim edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanınmaya təqdim edilən bıçaqları nəzrdən keçirib göstərmişdir ki, 3cü nömrənin üzərində olan bıçaqla arvadı Elnurə Verdiyevanı öldürmüş, Zərərçəkmiş şəxs1 isə öldürmək məqsədi ilə yaralamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmətibbi ekspertinin Zərərçəkmiş şəxs1 adına tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, 416 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının arxa səthindən sol plevra boşluğuna nüfuz etmiş kəsilmiş-deşilmiş yara, sol tərəfli hematoraks, pnevmotoraks İİİ dərəcə, kəsici-deşici alətin(lərin), eləcə də ekspertizaya təqdim olunmuş bıçaqla xx.xx.2020-ci il tarixdə yetirilmə zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmətibbi ekspertinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, 421 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmətibbi ekspertinin zərərçəkmiş şəxs X4 adına tərtib etdiyi 20avqust 2020-ci il tarixli, 17 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası və laborator müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir – döş qəfəsinin ön sol yarsının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, ürəyin zədələnməsi, sol bazunun, sol dirsək nahiyəsinin, sol saidin, döş qəfəsinin arxa səthinin, sol bazunun iki ədəd, sol qoltuqaltı nahiyənin, sağ saidin deşilmiş-kəsilmiş yaraları, daxili qanaxma, daxili orqanların azqanlılığı. Elnurə Verdiyevanın bədəni üzərində müəyyən edilmiş xəsarətlər - ürəyin zədələnməsi, daxili qanaxma, daxili orqanların azqanlılığı, sol bazunun, sol dirsək nahiyəsinin, sol saidin, döş qəfəsinin arxa səthinin, sol bazunun iki ədəd, sol qoltuqaltı nahiyənin, sağ saidin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin təsiri nəticəsində, eləcə də qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən ekspertizaya təqdim olunmuş bıçaqla vurulma zamanı əmələ gələ bilərdi və dərəcələrinə görə: a)ürəyin zədələnməsi, daxili qanaxma, daxili orqanların azqanlılığı həyat üçün təhlükəli olub sağlamlığa ağır zərəvurmaya aiddir; b) sol bazunun, sol dirsək nahiyəsinin, sol saidin, döş qəfəsinin arxa səthinin, sol bazunun iki ədəd, sol qoltuqaltı nahiyənin,sağ saidin deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. X13 ölümünə səbəb döş qəfəsinin sol yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası zamanı ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. X20 hamiləlik və zorla cinsi əlaqədə olma əlamətləri qeyd olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəməlifli materialların kriminalistik ekspertinin xx xxxx 2020-ci il tarixli, 16/482 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X8, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim olunmuş X8 məxsus 01 ədəd donun üzərindən tapılmış tünd-mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin və 01 ədəd şalvarın üzərindən tapılmış sarı rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə X8 məxsus 01 ədəd donun tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış ağ rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd dəsmalın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X8 və Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X8 və Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarının səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus 01 ədəd dəsmalın tərkib liflərindən yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəməballistik ekspertinin və məhkəmə-trasoloji ekspertinin xx xxxx 2020-ci il tarixli,16/483/484 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deçici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Tədqiqata təqdim olunan X4 əynində olmuş donun, bustqalterin və Zərərçəkmiş şəxs1 əynində olmuş köynəyin, bustqalterin üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarlar üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş köynəyin üzərində olan zədə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-sökülmə zədəsidir. Təqdim edilən X4 əynində olmuş alt tumanının, hadisə yerindən götürülmüş köynəyin, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş şalvarın və dəsmalın üzərində mexaniki zədə aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmənarkoloji ekspertin xx xxxxxxxx 2020-ci il tarixli, 799 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmətibbi bioloji ekspertinin xx xxxxxxxx 2020-ci il tarixli,41 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstərici ABO sistemi üzrə A(İİ) betadır. X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa-betadır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa-beta olduğundan mərhum X8 məxsus ola bilər. Təqdim olunmuş X8 məxsus paltarlar və qovaq ağacının yanından götürülmüş torpaq nümunəsində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa-beta olduğundan mərhum X8 məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus paltarlar, asfalt örtüyündən götürülmüş qan nümunəsində və hadisə yerindən götürülmüş bir ədəd köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs1 məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 514/232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Goranboy RMX PHŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli,157 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, ondan əsəbiliyə və kobudluğa meyillik aşkar edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən, yəni öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda da məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Naftalan şəhər polis şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 175-4901-1220 nömrəli məktubdan görünür ki, Məmmədov X18 rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Naftalan şəhər polis şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 175-4504-1220 nömrəli məktubla daxil olmuş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Məmmədov X18 şəhər polis şöbəsinə könüllü olaraq gələrək əlində olan bıçağı təqdim etmiş və həyat yoldaşı Elnurə Verdiyevaya, ögey qızı Zərərçəkmiş şəxs1 çoxsaylı bıçaq zərbələri yetirdiyini bildirmiş, Naftalan şəhər polis şöbəsinə könüllü gələrək təslim olmuş və barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Naftalan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Naftalan şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 197/2020-ci il tarixli məktubundan görünür ki, Məmmədov X18 rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasından xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin amnistita aktına əsasən azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Naftalan şəhər Mərkəzi Xəstəxanasının xx xxxx 2020-ci il tarixli, 804 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2020-ci il tarixdə saat 01:15-də sərxoşluğa görə həkim müayinəsindən keçmiş və onda orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məmmədov X18 şəhərində yaşadığı müddətdə onun barəsində nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü (Şahid2) bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 134 və 228.4-cü cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilib, X6 öldümək istəməməsi, həm Elnurəyə, həm də Zərərçəkmiş şəxs1 xəsarət yetirərkən oğlu Şahid2 hadisə yerində olmaması, və hadisəni torətdiyi bıçağın Elnurənin çantasından götürməsi ilə bağlı ifadəsi iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, zərəçəkmiş şəxslər və şahid ifadələri, hadisə yerinə və meyitə baxış protokolları, məhkəmə-tibbi, məhkəmə tibbi-bioloji, məhkəmə-soyuq silah, məhkəmə-lifli və məhkəmətrasoloji, kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti protokolu ilə təkzib olunduğundan həmin ifadəyə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan ifadəsi iş üzrə bilavasitə şahidlər; Şahid2 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ifadələri ilə tam təkzib olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla X6 qəsdən öldürüb, Zərərçəkmiş şəxs1 isə xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla qəsdən öldürməyə yönəlmiş əməllərini özünün iradəsindən asılı olmayan səbəblərə görə başa catdıra bilməməklə iki şəxsi qəsdən öldürməyə cəhd etməsi, habelə Zərərçəkmiş şəxs2 hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə hədələməsi və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxxxx 2002-ci il tarixli 3 №-li Qərarının müddüalarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxxxx 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndində göstərilir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmçinin həmin Qərarın 8-cü bəndinin izahından görünür ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin qeyd olunan Qərarın 11-ci bəndində təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa-çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kolegiyası təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 134 və 228.4-cü maddələri ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 134 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunması və Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını Azərbaycan Respublikasının CM-in 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Konstitsuya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi, həmçinin hüquqmühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tədbiq edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs özünü könüllü olaraq polisə təqdim etməsi yüngülləşdirici hal kimi nəzərə alınsa da, onun təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci və CM-nin 120.2.4-cü maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs cəza təyin olunarkən bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tədbiq edilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Goranboy rayon prokurorluğunda saxlanılan maddi sübutlar hadisə yerinə baxış zamanı götürülmüş maddi sübut olan 0.5 litirlik "Mamedof" araq butulkası, 2 litirlik "Xırdalan" pivə butulkası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid2 məxsus bir ədəd göy rəngli qısaqol köynək onun qanuni nümayəndəsi X12 qaytarılmalı, imtina edildikdə məhv edilməli, X4 meyitinə baxış zamanı götürülmüş 1 ədəd sarı rəngli don, 1 ədəd qəhvəyi rəngli büstqalter və 1 ədəd qara rəngli trusik X4 yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli cins qısaqol köynək və 1 ədəd tünd göy rəngli idman şalvarı, 1 ədəd çəhrayı və göy naxışları olan ağ rəngli dəsmal onun yaxın qohumlarına qaytarılmalı imtina edildikdə məhv edilməli, 1 ədəd dəstəyinin ortası qəhvəyi rəngli taxtadan, dəstəyinin qıraqları isə gümüşü rəngli metaldan olan bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd ağ rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli büsqalter, 1 ədəd ağ rəngli üzərində qırmızı gül təsvirləri olan trusik və ona məxsus "Xiaomi" markalı, qara rəngli mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğu həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 15 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 127 (manat) 80 (qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 134 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-nin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7ci maddələri ilə 18 il (on səkkiz) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 134-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Goranboy rayon prokurorluğunda saxlanılan maddi sübutlar- - hadisə yerinə baxış zamanı götürülmüş maddi sübut olan 0.5 litirlik "Mamedof" araq butulkası, 2 litirlik "Xırdalan" pivə butulkası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid2 məxsus bir ədəd göy rəngli qısaqol köynək onun qanuni nümayəndəsi X12 qaytarılsın, imtina edildikdə məhv edilsin, X4 meyitinə baxış zamanı götürülmüş 1 ədəd sarı rəngli don, 1 ədəd qəhvəyi rəngli büstqalter və 1 ədəd qara rəngli trusik X4 yaxın qohumlarına qaytarılsın, imtina edildikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli cins qısaqol köynək və 1 ədəd tünd göy rəngli idman şalvarı, 1 ədəd çəhrayı və göy naxışları olan ağ rəngli dəsmal onun yaxın qohumlarına qaytarılsın imtina edildikdə məhv edilsin, 1 ədəd dəstəyinin ortası qəhvəyi rəngli taxtadan, dəstəyinin qıraqları isə gümüşü rəngli metaldan olan bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd ağ rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli büsqalter və 1 ədəd ağ rəngli üzərində qırmızı gül təsvirləri olan trusik və ona məxsus "Xiaomi" markalı, qara rəngli mobil telefon özünə qaytarılsın, imtina edildikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 127 (manat) 80 (qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. X9 müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 90 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X26 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar