Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-276/2021 30.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X13 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X22, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə – xx xxxx 1979-ci il tarixdə Şəmkir rayonunun İrmaşlı kəndində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu İrmaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Şəmkir rayon məhkəməsinin 07.04.2021-ci il tarixli qərarı ilə "həbs" qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş, habelə quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs qohumluq münasibətlərində olduğu və mütəmadi olaraq evinə gəlib- getdiyi həmkəndlisi, Şəmkir rayonu, İrmaşlı kəndində yaşayan, 06.06.1966-cı il təvəlüldlü X6 əmlakını tamah niyyətilə, qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə sonuncunu qəsdən öldürmək qərarına gələrək 2021-ci ilin aprel ayının 4-dən 5-ə keçən gecə, saat 01 radələrində alkoqol sərxoşluğu vəziyyətində onun yaşadığı evə gəlib, sonuncuya məxsus pul, qızıl-zinət və digər qiymətli əşyaları quldurluqla ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış Aybəniz Alıyevanın həyatı və sağlamlığı üçün təhlükəli basqın edərək törədilməsini planlaşdırdığı cinayətin izlərini itirmək üçün qabaqcadan özü ilə gətirdiyi fəhlə əlcəyini əllərinə geyinib, həmin evdə olan telefon şunurunu götürərək silah qismində istifadə edilən əşya kimi tətbiq edib onun boğaz nahiyəsinə keçirməklə arxadan iki əli ilə özünə tərəf sıxaraq onu boğmağa başladıqdan sonra onun müqavimətini qırmaq məqsədilə üzü üstə yerə yıxaraq həmin şnurla, sonra isə qapının arxasında olan döşəməsilən taxtanın dəstəyini onun boğaz nahiyəsinə keçirib arxadan tutmaqla özünə tərəf çəkərək boğmaqda davam etmiş, bununla kifayətlənməyərək ayağa qalxıb döşəməsilən ağacın ucunu onun sinəsinə dirəyərək döşəməyə sıxmış və həmin ağacla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona alt dodağın selikli hissəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən və başın tüksüz hissəsində alın nahiyəsinin, sağ almacıq, burun və sol körpücükaltı nahiyənin, hər iki süd vəzinin yuxarı iç kvadratlarının qançırları, çənə və çənə altı nahiyənin, boyunun, döş qəfəsinin ön səthinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətləri yetirdikdən sonra Aybəniz Alıyevanın ölmədiyini düşünüb yaxınlıqdakı masanın üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə onun bədəninə ardıcıl olaraq həyat fəaliyyəti üçün əhəmiyyətli orqanlarının yerləşdiyi döş qəfəsinin sol yarısına 3(üç) dəfə qəsdən zərbə vuraraq döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna keçən, sol ağciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş 3(üç) ədəd deşilmiş-kəsilmiş yaralarla müşayiət olunan, ayrı-ayrılıqda, və ümumilikdə həyat üçün təhlükəli olan və bilavasitə Aybəniz Alıyevanın ölümünə səbəb olmuş sağlamlığa ağır zərərvurmaya aid edilən quldurluqla əlaqədar çoxsaylı xəsarətlər yetirməklə ona qarşı müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, ona xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla qəsdən öldürdükdən, yəni onu həyatdan məhrum etdikdən sonra Aybəniz Alıyevanın boyunundakı 1254,00 manat dəyərində 16,72 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış boyunbağını və 600, 00 manat dəyərində 4,61 qram kütləli, diametri 18,6 mm, təxminən 900 əyarlı qızıldan hazırlanmış qulplu pul sikkəsini (pul sikkənin qulpu 583/585 əyarlı qızıldan hazırlanmışdır), sol əl barmağına keçirlmiş 153,75 manat dəyərində 2,05 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan 1 ədəd və 164,25 manat dəyərində 2,19 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, qaşları korund olan 1 ədəd, cəmi 2 ədəd üzükləri, 284, 25 manat dəyərində 3,79 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, qaşları korund olan bir cüt sırğanı, cəmi 2456, 25 manat dəyərində qızıl-zinət əşyalarını çıxararaq qanunsuz və əvəzsiz olaraq quldurluq niyyətilə ələ keçirmiş, bundan sonra törətdiyi cinayətin izlərini itirmək məqsədilə Aybəniz Alıyevanı qəsdən öldürərkən istifadə etdiyi cinayətin aləti olan telefon şnurunu, döşəməsilən ağacın dəstəyini, tiyəsindən qırılmış mətbəx bıçağının dəstəyini və tiyəsinin qırılmış hissəsini, Aybəniz Alıyevaya məxsus 25 manat dəyərində, istehsal tarixi və markası məlum olmayan mobil telefonu, eləcə də hadisə yerində olan qan ləkələrini təmizləyib sildiyi əski parçasını özü ilə götürərək evdən çıxmış, döşəməsilən ağacın dəstəyini, tiyəsindən qırılmış mətbəx bıçağının dəstəyini və tiyəsinin qırılmış hissəsini Aybəniz Alıyevaya məxsus həyətyanı sahədə müxtəlif istiqamətlərdə tullamış, Aybəniz Alıyevaya məxsus mobil telefonu yaxınlıqdakı gölə, telefon şnurunu, əski parçasını və fəhlə əlcəyini isə yaxınlıqda yerləşən əmisi X14 məxsus evin həyətindəki köhnə ayaqyoluna atmış, Aybəniz Alıyevanı öldürərək ələ keçirdiyi qızıl-zinət əşyalarını 05.04.2021-ci il tarixdə, saat 09 radələrində Şəmkir şəhər bazarında məlum olan şəxslərə ümumilikdə 1525 manata sataraq valyuta mübadiləsi edib əldə etdiyi pulu 300 ABŞ dolları, 10.000 Rus rubluna dəyişdirərək, pulun bir hissəsini özü üçün paltar və digər əşyalar almış, bununla da Təqsirləndirilən şəxs zərərçəkmiş X9 məxsus cəmi, 2481,25 manat dəyərində əmlakı silah qismində istifadə edilən telefon şnuru, taxta materialdan hazırlanmış döşəməsilən və mətbəx bıçağını tətbiq etməklə Aybəniz Alıyevayanın sağlamlığına ağır zərər vurmaqla quldurluq, yəni onun həyatı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək ələ keçirmiş və quldurluqla əlaqədar xüsusi amansızlıqla X10 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etmiş və onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə zalında elan olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istindaq zamanı ona Azərbaycan Respublikasının CM-nin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, İrmaşlı kəndində yaşamışdır. X15 və onun ailə üzvləri ilə qohumluq münasibətlərində olmuş, əvvəllər aralarında hər hansı narazılıq, mübahisə, ədavət və ya düşmənçilik olmamışdır. Aybənizin mərhum atası Kavı ilə onun atası İsmayıl doğma əmioğlu olmuşlar. Son vaxtlar onun qızları Türkan və Turanənin barəsində əxlaqsız həyat tərzi sürmələri ilə bağlı kənddə söz-söhbət çıxmışdır. Hadisədən təxminən iki il əvvəl Türkanın əxlaqsız hərəkətlərinə son qoyması ilə bağlı onunla danışaraq tənbeh etmiş, həmin vaxt evdə Aybəniz və sonuncunun mərhum atası Kavı da olmuşdur. 04 aprel 2021-ci il tarixdə, saat 08 radələrində işləmək üçün həmkəndlisi Eldara məxsus xurma bağına gedərək, orada Bəhlul adlı qonşusu ilə bağın suvarılması üçün suvarma sistemi çəkmişlər və işlərini saat 11 radələrində yekunlaşdıraraq evə gələrkən mağazadan 250 qramlıq spirtli İçki olan araq alaraq evdə yeməklə həmin arağı içmişdir. Həmin vaxt evdə atası İsmayıl Tağıyev, anası Fatma Tağıyeva, arvadı Şahid6 və övladları olmuşdur. Saat 15 radələrində o, evdən çıxaraq kəhrizin yanına getmiş və evləri tərəfə gələn suyu düzəltməyə qonşularına kömək etmiş, sonra Şəmkir rayonu İrmaşlı kəndində yerləşən "Qaqaş" kimi tanıdığı həmkəndlisinə məxsus kafeyə gedərək, orada özünə nisyə iki bokal pivə alaraq içmiş, kəhrizin yanına itirdiyi telefonunu axtarmağa qayıtmışdır. Lakin, telefonunu tapa bilmədiyi üçün evə gəlib yoldaşı Zaftadan telefonun evdə qalıb-qalmadığını soruşmuşdur. Telefon evdə olmadığı üçün 20 dəqiqədən sonra kafeyə qayıdıb yenidən iki bokal pivə içmişdir. Daha sonra kafedən çölə çıxan zaman arvadı Zaftanın xalası oğlu Elşəni görüb salamlaşmış və sonuncuya kafedə pivə içməyi təklif etmişdir. Elşənin avtomaşınında həmkəndliləri Mostan və Babək olmuşdur. Kafedən nisyə özünə 4 (dörd) litr pivə alaraq Elşənin idarə etdiyi ağ rəngli "VAZ 2107" markalı avtomaşınla Babək və Mostana ilə birlikdə "Kəmər qaya" adlanan yerə gedərək yeyib-içmişlər, o 3(üç) litr pivə içmişdir. Onlar saat 23 radələrinə kimi orada oturmuşlar. Bundan sonra kafeyə gəlib o, Qaqaşın "Dovşan" ləqəbli oğlundan nisyə iki litr pivə və 3 qutu Prima siqareti alaraq cəmi 36 manatlıq borc etmişdir. Elşən onu bayırda gözləyərkən Mostan və Babək çıxıb getmişlər. O, kafedən çıxdıqdan sonra Elşənlə pivə içmişlər. Sonra Elşən idarə etdiyi avtomaşınla onu əmisi Fazilin evinin yanında düşürtmüşdür. O, Aybənizin evinə getmək qərarına gəlmiş, həyətdə itlər olduğuna və darvaza bağlı olduğuna görə evin həyətinə dəmir torlu hasarın üstündən keçməklə daxil olmuşdur. Həmin vaxt saat 24 radələri olarmış. O, Aybənizin evinə yaxınlaşmış, işıq düşən pəncərədən otağın içərisinə baxdıqda Aybənizin qaz sobasının yanında oturub isindiyini görmüşdür. Aybənizin karlığı olduğuna görə qapını döymədən açıq vəziyyətdə olan iki taylı taxta qapıdan otağa daxil olmuşdur. O, Aybənizlə salamlaşıb masa arxasında oturmuş və özünə bir stəkan çay süzərək içmişdir. Çay içdikdən sonra o, Aybənizə tikanlı kolu dəmir torlu hasarın çöl tərəfinə yığıb yolu daraltdığna və gediş-gəlişə mane olduğuna görə irad bildirmiş, bu vaxt Aybəniz "baldırımı sənin g.....ə soxaram"- deyə cavab qaytarıb onunla mübahisə etməyə başlamış, Aybənizi qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə Aybənizin qaz sobasının qarşısında arxası ona tərəf oturmasından istifadə edərək gizli olaraq cibində olan fəhlə əlcəyini geyinib mərhuma yaxınlaşmış, sonra ağ rəngli telefon (adaptor) şnurunu rozetkadan çıxarıb Aybənizin arxasına keçməklə cəld hərəkətlə şunuru mərhumun boğaz nahiyəsinə keçirərək arxadan iki əli ilə sıxmaqla boğmağa başlamışdır. Aybəniz özünü müdafiə etmək üçün əlləri ilə şunurdan yapışaraq şunuru boğazından aralamağa çalışmış, şunuru daha da möhkəm sıxdığına görə Aybəniz oturacaqdan qalxaraq dizi üstə yerə çökmüşdür. O, Aybənizi üzü üstə döşəmənin üzərinə yıxıb boğmağa davam etmiş, Aybəniz özünü müdafiə etmək üçün ona müqavimət göstərməyə çalışmışdır. O, şunurla mərhumu boğub öldürə bilməyəcəyini görüb qapının arxasında olan pol ağacı ilə Aybənizi boğmağa davam etmək üçün şunuru buraxmış, bu zaman Aybəniz arxası üstə çevrilmişdir. Bundan sonra o, qapının arxasında olan pol ağacını götürüb Aybənizi yerdə oturdub arxasına keçməklə pol ağacının tutacağı ilə mərhumun boğazını sıxıb boğmağa başlamışdır. O, Aybənizi öldürməyə gücü çatmadığına görə ayağa qalxaraq pol ağacını kənara atmış və Aybəniz Alıyevanı qəsdən öldürmək üçün masanın üzərində olan tiyəsi gümüşü, dəstəyi plastik materialdan olan ağ rəngli mətbəx bıçağını götürüb Aybənizi arxası üstə uzatmaqla ürək nahiyəsinə yuxarıdan aşağıya doğru bıçaqla 2 dəfə zərbə endirmişdir. O, bıçaqla Aybənizi üçüncü dəfə ürək nahiyəsindən vurarkən bıçağın tiyəsi ortadan qırılmış və həmin dəqiqə Aybəniz ölmüşdür. O, Aybənizin öldüyünə tam əmin olduqdan sonra sonuncunun boyununda olan bir ədəd kulonlu qızıl sepi, sol əlin barmağında olan iki ədəd qızıl üzüyü və qulaqlarında olan bir cüt qızıl sırğanı çıxardaraq götürmüşdür. Bundan sonra o, cinayətin izlərini itirmək məqsədilə qırmızı rəngli əski parçası ilə hadisə yerində olan qan ləkələrini, eləcə də əl-barmaq izlərini itirmək üçün çay içdiyi termosun qulpunu əski ilə silmişdir. Sonra əskini, tiyəsindən qırılmış bıçaq dəstəyini və tiyənin qırılmış hissəsini, şunuru, pol ağacını, eləcə də Aybənizə məxsus qara rəngdə olan köhnə mobil telefonu götürüb otaqdan çıxmışıdr. O, ətrafa nəzər salıb kənar şəxslərin olmadığını gördükdən sonra həyətyanı sahəyə keçərək pol ağacını, tiyəsindən qırılmış bıçaq dəstəyi və tiyənin qırılmış hissəsini Aybənizin həyətində müxtəlif istiqamətlərdə tullamışdır. Daha sonra dəmir torlu hasardan keçməklə yola çıxaraq evə yollanmışdır. Evə gedərkən telefonu körpünün yaxınlığında gölə atmış, şunuru, əlcəyi və əskini Rusiyada yaşayan əmisi X12 evinin həyətində olan köhnə ayaqyoluna tullamışdır. Həmin əşyaları ifadənin yerində yoxlanılması zamanı göstərmişdir. Bundan sonra o, evə gedərək sərxoş olduğuna görə yatmışdır. Səhərisi gün işləmək üçün saat 07 radələrində Eldarın bağına gedərək, orada Sənan adlı iş yoldaşından borca 5 manat pul alaraq qardaşı Tacəddin Tağıyevin ona pul göndərdiyini deyərək Şəmkir şəhərinə gəlmişdir. Təxminən saat 08-də Şəmkir bazarının yaxınlığında yerləşən Kifayətin işlətdiyi yeməkxanada bir butulka "Xırdalan" pivəsi içmiş, saat 09 radələrində bazar yolunda olan "Altın" adlı lombarda gedərək, orada şəxsiyyət vəsiqəsini təqdim edib kulonlu qızıl sepi 1055 manat pul qarşılığında satmışdır. Həmin vaxt ondan şəxsiyyət vəsiqəsinin kserosurətini götürmüşlər və o, öz xətti ilə kağızda qızıl sepin özünə məxsus olduğunu bildirmiş və altından imza çəkmişdir. Daha sonra Şəmkir bazarında yerləşən "Mələk Qızıl" mağazasına gedərək şəxsiyyət vəsiqəsi əsasında bir cüt qızıl sırğanı və iki ədəd üzüyü 470 manat pulun qarşılığında tanımadığı şəxsə satmışdır. Həmin şəxs şəxsiyyət vəsiqəsinin şəklini telefona çəkərək götürmüşdür. Bundan sonra o, telefon dükanlarının birindən özünə 115 manata ağ rəngli köhnə "Samsung" markalı telefon almış, çünki hadisədən qabaq özünə məxsus qara rəngli "Samsung J5" markalı telefon aparatını itirmişdir. O, həmçinin özünə "Azercell" operatoruna məxsus axırı 85-44 ilə qurtaran mobil nömrə almışdır. Həmin nömrə ilə arvadı Şahid6 zəng edərək nömrəni təzə aldığımı demişdir. Paltarları qana bulaşdığına görə bazardan özünə 18 manata təzə şalvar, 7 manata təzə köynək və 40 manata təzə krossovka almışdır. Köhnə paltarları isə sellofan torbaya yığaraq özü ilə Kifayətin yeməkxanasına gətirmişdir. O, özünə donuz kababı sifariş vermiş və günorta saatlarına kimi orada yemək yeyib spirtli içki olan 18 butulka "Xırdalan" pivəsi içmişdir. Sərxoş olduğuna görə kafeyə gələn tanımadığı müştərilərin də sifariş verdikləri çayın pulunu ödəmişdir. Günorta saatlarında arvadı Zafta anası Fatmanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək Aybəniz Alıyevanın yaşadığı evdə ölmüş vəziyyətdə tapıldığını bildirmişdir. Zafta evə gəlib-gəlməyəcəyini soruşduqda sonuncuya sərxoş olduğuna görə gələ bilməyəcəyini demişdir. Bir qədər keçdikdən sonra tanımadığı nömrədən ona zəng gəlmiş, zəng edən şəxs özünü Şəmkir rayon polis şöbəsinin əməkdaşı kimi təqdim edərək təcili olaraq polis şöbəsinə yaxınlaşmasını söyləmişdir. O, taksi ilə polis şöbəsinə gəldikdən sonra polis əməkdaşlarına törətdiyi cinayəti eiraf etmiş və hadisə zamanı əynində olan paltarların Kifayətin kafesində olduğunu bildirmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 17.11.2016-cı il tarixdə Şəmkir rayonu, Şiştəpə kənd sakini X20 ilə el adəti ilə ailə həyatı quraraq Rusiya Federasiyasına köçmüş, 2018-ci ildə Nemət Rusiyada dalaşıb həbs olunduğna görə sonuncudan ayrılmışdır. Bundan sonra Azərbaycana qayıdaraq bir il anası X15 ilə birlikdə yaşamış, 2020-ci ilin yanvar ayında o, Şəmkir şəhərinə yaxın qohumlarının evinə köçərək orada işləməyə başlamışdır. Kiçik bacısı Şahid1 anası Aybənizlə birlikdə yaşamış və hərdən onun yanına gəlib-getmişdir. Onların ailədaxili heç bir narazılığı, mübahisələri və münaqişələri olmamışdır. X34 2001-ci ildə Rusiyada həbs edilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin vaxtdan sonra anası Aybəniz ər evindən çıxaraq atası evinə köçmüş və orada yaşamağa başlamışdır. Hadisəni törətmiş Təqsirləndirilən şəxs ilə qohumluq münasibətində olmuşlar. Belə ki, Rəşadın atası İsmayıl ilə öz babası Kavı əmioğlu olmuşlar. Təqsirləndirilən şəxslə anası Aybəniz Alıyeva arasında əvvəllər hər hansı narazılıq, mübahisə, ədavət və ya düşmənçilik olmamışdır. Anası Aybəniz xasiyyətcə mehriban, heç kimlə işi olmayan və sakit bir insan olmuş, kənddə heç kimlə mübahisəsi, ədavəti və ya düşmənçiliyi olmamışdır. Əksinə anasının kənd sakinləri, qohumları və qonşuları ilə münasibəti yaxşı olmuşdur. Sonuncu dəfə o, anası Aybəniz Alıyevanı 29 mart 2021-ci il tarixdə bacısı Turanə ilə birlikdə yaşadığı evə gələrkən görmüşdür. Həmin vaxt anası Aybəniz onun yanında təxminən 2 saat qalmış və sonra yaşadığı kəndə qayıtmışdır. 01 aprel 2021-ci il tarixdə bacısı Turanə onların evinə gəlmiş və hadisə baş verdiyi günə kimi onunla birlikdə qalmışıdr. Sonuncu dəfə anası Aybəniz ilə 04 aprel 2021-ci il tarixdə telefonla danışmışlar. Həmin vaxt anası Aybəniz bacısını Turanəni ona tapşıraraq ondan muğayət olmasını demişdir. 05 aprel 2021-ci il tarixdə saat 14 radələrində kənddə onlarla qonşuluqda yaşayan Tamirə Əlizadə ona zəng edərək anası Aybənizin evdə yıxıldığını, ağzından köpüklü qan gəldiyini demişdir. O, bacısı Turanə, rəfiqəsi X16 və sonuncunun bacısı Səbinə Həsənova ilə birlikdə Şəmkir rayonu İrmaşlı kəndinə getmişlər. Onlar hadisə yerinə çatdıqdan sonra anası Aybənizin vəfat etdiyini görmüş, lakin hansı səbəbdən öldüyünü bilməmişdir. Kənd icra nümayəndəsi Elşən Əlizadə polisə məlumat verdikdən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Polis əməkdaşları anasının meyitini müayinə olunması üçün Şəmkir şəhərinə morqa aparmışlar və orada anasının bıçaqla vurularaq öldürüldüyünü öyrənmişdir. Anası Aybəniz daimi üzərində qızıl-zinət əşyaları gəzdirməyi xoşlamışdır. O, anasının ölüm xəbərini eşidib evə gələn zaman mərhumun üzərində daim taxıb gəzdirdiyi bir ədəd kulonlu qızıl sepi, üç ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanın oğurlandığını görmüşdür. Bu səbəbdən də anasının tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü fikirləşmişdir. Hadisədən sonra evə gələn zaman masanın üzərində qənd qabı görmüşdür. Anası heç vaxt çayı qənd ilə içmədiyindən, eləcə də Təqsirləndirilən şəxs daimi onların evinə gəlib-getdiyindən həmin cinayətin Rəşad tərəfindən törədildiyini fikirləşmişdir. O, bu barədə polis əməkdaşlarına demiş, sonradan ona Rəşadın polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunaraq dindirildiyi, dindirmə zamanı Rəşadın törətdiyi cinayəti səmimi olaraq etiraf etdiyi məlum olmuşdur. Rəşadın ifadəsində onun və bacısı Turanənin haqqında dedikləri tamamilə yalan və əsassız sözlər olmaqla özünü müdafiə və törətdiyi cinayəti ört-basdır etmək niyyəti daşıyır. Rəşad onun anasını məhz tamah niyyəti ilə öldürüb. Rəşad Ukraynada yaşayan qardaşının yanına getmək istəmiş, lakin pulu olmadığına görə özünə bilet ala bilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum X15 onun qonşusudur. Aybəniz Alıyeva ilə aralarında əvvəllər heç bir narazılıq, mübahisə, ədavət və ya düşmənçilik olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Aybəniz Alıyeva sakit xasiyyətli, mehriban, heç kimlə işi olmayan olmaqla kənd sakinləri və qonşuları ilə münasibəti yaxşı olmuş, kiminləsə ədavəti və ya düşmənçiliyi olmamışdır. Hadisəni törətmiş Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Rəşadın Aybəniz ilə qohumluq münasibətləri olmuşdur. O, bir neçə ildir itləri üçün əti Aybənizin soyuducusunda saxlamışdır. Hadisə günü o, Aybəniz Alıyevaya məxsus evə ət qoymaq üçün getmişdir. Həyətləri bitişik olduğu üçün o, öz həyətindən mərhum Aybəniz Alıyevanı çoxlu səsləmiş, lakin sonuncunun qulağı zəif eşitdiyi üçün onu eşitmədiyini fikriləşmişdir. Qonşunun uşağı Turqana qışqıraraq Aybənizin evin yaxınlığında olub-olmadığını soruşmuşdur. Turqan isə ona Aybənizin orada olmadığını demişdir. Bundan sonra o, hasardan tullanıb keçmiş və uzaqdan evə tərəf baxdıqda evin qapısının açıq olduğunu görmüş və yenə bir neçə dəfə Aybənizi səsləmiş, lakin cavab ala bilməmişdir. Aybənizin iti dayanmadan hürdüyü üçün o, daha yaxına getməyib uzaqdan baxmağa çalışmışdır. İtə görə daha da yaxına getməmiş, yenə uca səslə Aybənizi səsləyərək çağırmışdır. Digər istiqamətdən baxdıqda Aybəniz Alıyevanın qapının girişində uzanıqlı vəziyyətdə olduğunu görmüş və sonuncuya tərəf yaxınlaşmayaraq öz həyətinə hasardan tullanaraq keçmişdir. Bu zaman qonşunun uşağı Turqan ona tərəf gəlmişdir. Turqan ondan əti niyə soyuducuya qoymadığını soruşduqda Aybənizi ölmüş vəziyyətdə gördüyünü demişdir. Turqan ona inanmadığı üçün ikisi də bir yerdə yenə hasardan tullanıb Aybənizə baxmağa getmişlər. Onlar Aybənizə yaxınlaşmayaraq uzaqdan baxmışlar. Bundan sonra Turqan ondan nə edəcəklərini soruşduqda sonuncuya hadisə barədə hamıya xəbər etmək lazım olduğunu demişdir. Turqan evlərinə atasıgilə xəbər verməyə qaçmış, o, özü də evə gedərək gördüklərini ailə üzvlərinə danışmışdır. Bundan sonra hamı hadisə yerinə yığışmışdır. Kimsə İrmaşlı kənd icra nümayəndəliyinin müavini Elşən Əlizadəyə xəbər vermiş, Elşən də öz növbəsində 102 xidmətinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə xəbəri eşidən qonşular, qohumlar, polis və prokurorluq əməkdaşları gəlmişlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının 4-dən 5-nə keçən gecə Aybəniz Alıyevanın evinə gələrək sonuncunu qəsdən öldürmüş və mərhuma məxsus qızıl-zinət əşyalarını ələ keçirərək hadisə yerindən qaçmışdır. Hadisə vaxtı Aybəniz evdə tək olmuşdur, çünki mərhumla birgə yaşayan qızı Turanə hadisədən iki-üç gün əvvəl Şəmkir şəhərində yaşayan bacısı Türkanın evinə qonaq getmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir bazarında icarəyə götürdüyü “Mələk” mağazasında qızıl-zinət əşyalarının, yəni kişi və qadın üzükləri, qadın sırğaları, qolbağılar, boyunbağılar və sair qızıl əşyaların alqı-satqısı ilə məşğuldur. Şəmkir rayonu, İrmaşlı kənd sakini Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamışdır. 05 aprel 2021-ci il tarixdə saat 11 radələrində işdə olduğu zaman əvvəllər heç vaxt görmədiyi, təxminən 40 yaşlarında, hündür boylu, saçının qarşısı qabağa tökülmüş, nisbətən arıq və əynində göy rəngli cins şalvar və yaşıl rəngli uzunqol köynək olan bir nəfər kişi mağazaya daxil olaraq bir cüt qızıl sırğa və iki ədəd qadın üzüyünü ona göstərib həmin qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Həmin şəxs sonradan Şəmkir rayonu, İrmaşlı kənd sakini olduğunu bildirmişdir. O, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd soruşduqda, sonuncu şəxsiyyət vəsiqəsinin üstündə olduğunu demişdir. O, qızılları nəzərdən keçirib həmin şəxsdən qızılları haradan əldə etdiyini soruşuqda, Təqsirləndirilən şəxs qızılların özünə məxsus olduğunu və bilet almağa maddi imkanı olmadığından satmaq istədiyini bildirmişdir. O, əvvəlcə bir cüt “qırmızı qaş” sırğanı xüsusi vasitələrlə yoxlayıb və elektron tərəzi ilə çəkib həmin qızılın Rusiya istehsalı, 583 əyyarlı, çəkisinin isə hər biri 1,5 qram olmaqla, cəmi 3 qram çəkidə qızıl olduğunu bilmişdir. Həmin gün qızılın alış qiyməti 1 qramı 55 manat olduğuna görə o, həmin qızıl sırğanın dəyəri olaraq onu satmaq istəyən şəxsə 165 manat məbləğində pul ödəməklə bir cüt sırğanı satın almışdır. Bundan sonra iki ədəd qadın üzüyünün əyyarını yoxladıqda hər iki üzüyün Rusiya istehsalı, 583 əyyarlı, 5,5 qram çəkidə qızıl olduğunu müəyyən etmişdri. Qızılın alış qiyməti 1 qramı 55 manat olduğuna görə o, həmin qızıl üzüklərin dəyəri olaraq satmaq istəyən şəxsə 305 manat məbləğində, cəmi 470 manat pul ödəməklə bir cüt sırğanı və iki ədəd qadın üzüyünü ondan satın almışdır. Bundan sonra o, özünə məxsus mobil telefonla Rəşadın şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş və dəftərdə bu barədə qeydlər aparmışdır. Rəşad qızılları satdığı üçün dəftərdə qeydlər aparılmış hissədə sonuncu öz imzasını çəkmişdir. 06 aprel 2021-ci il tarixdə işlədiyi mağazaya polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs satın aldığı qızılların cinayət yolu ilə əldə edildiyini bildirmişlər. Təqsirləndirilən şəxs satın aldığı bir cüt qızıl sırğa və iki ədəd qadın üzüyünü könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, X10 və Təqsirləndirilən şəxs həmkəndliləri kimi tanıyır. Hər ikisi ilə mehriban münasibətdə olmuş və heç bir ədavət və düşmənçilikləri olmamışdır. Hadisəni törətmiş Təqsirləndirilən şəxs mərhum Aybəniz Alıyeva ilə qohumluq münasibətlərində olmuşdur. Təxminən bu hadisədən bir neçə gün öncə İrmaşlı kənd sakini Eldar Məsimov ona özünə məxsus bağda suvarma işləri aparmaq üçün çəkilmiş rezin boruların üzərini basdırmaq lazım olduğunu, bir nəfər də işçi taparaq işə başlamasını bildirmişdir. Buna görə də o, əvvəlcədən tanıdığı İrmaşlı kənd sakini Təqsirləndirilən şəxslə danışaraq onunla birlikdə həmin işi işləməsini təklif etmişdir. Rəşad onunla razılaşmış və onlar Eldarın bağında işləməyə başlamışlar. Təxminən 1 aya yaxın onlar Eldarın bağında işləyərək həmin boruların üzərini basdırmışlar. Gördükləri işə görə Eldar onlara ümumilikdə 700 manat pul vermiş və onlar həmin pulu tən yarıya böldüklərinə görə hərəsinin payına 350 manat pul düşmüşdür. Həmin işi görüb qurtardıqdan sonra Rəşadla o, təxminən 5 gün istirahət etmişlər. Sonradan Eldar ona özünə məxsus bağda çırpıları yığmaq lazım olduğunu bildirmişdir. Buna görə də təxminən 01.04.2021-ci il tarixdə Rəşadla bağda işləməyə başlamışlar. Həmin işi o, 200 manata danışmışdır. 04.04.2021-ci il tarixdə onlar təxminən saat 11 radələrinə kimi işləmişlər və sonradan Rəşadla kəndə getmişlər. Aralarında 05.04.2021-ci il tarixdə saat 06 radələrində işə gələrək boru basdıracaqları barədə razılaşmışlar. 05.04.2021-ci il tarixdə saat 07 radələrində o, işə gələndə Rəşadın və Sənanın işdə olduğunu görmüşdür. Rəşad ona qardaşının 50 dollar pul göndərdiyini deyərək şəhərə gedərək pulu götürməli olduğunu bildirmişdir. Buna görə də o, Rəşada işə qayıdanda siqaret almasını bildirmişdir. Təxminən saat 07 radələrində Rəşad bağdan çıxıb getmişdir. Sonradan Rəşad həmin gün geri qayıtmamışdır. Təxminən saat 18 radələrində Sənanla o, işlərini qurtarıb evlərinə getmək istəyərkən işlədikləri bağa polis əməkdaşları gələrək mobil telefonlarında Rəşadın şəklini göstərərək həmin şəxsi tanıyıb-tanımadıqlarını soruşmuşlar. Onlar polis əməkdaşlarına Rəşadı tanıdıqlarını və onlarla birlikdə bağda işlədiyini, lakin bu gün işləmədiyini, şəhərə getdiyini bildirmişlər. O, evə gedəndə qonşularindan Aybəniz Alıyevanın yaşadığı evdə öldüyünü eşitmişdir. O, Aybənizin öz əcəli ilə öldüyünü düşünmüşdür. Səhəri gün Aybənizin yas yerinə gedəndə sonuncunun Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildiyini eşitmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 22 aprel 2021-ci il tarixli, 12 №-li rəyindən görünür ki, X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər – başın tüksüz hissəsində alın nahiyyəsinin, sağ almacıq, burun və sol körpücükaltı nahiyənin, hər iki süd vəzinin yuxarı-iç kvadratlarının qançırları, alt dodağın selikli hissəsinin əzilmiş yarası, çənə və çənəaltı nahiyənin, boyunun, döş qəfəsinin ön səthinin sıyrıqları KÜT əşyalarla, döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna keçən, sol ağ ciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş üç ədəd deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla, ölümündən az əvvəl yetirilmişdir, həyatidirlər. X1 döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna keçən, sol ağ ciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş üç ədəd deşilmiş-kəsilmiş yarası ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də, eyni konstruktiv xüsusiyyətə malik olan digər deşici-kəsici alətlə yetirilə bilərdi. X6 bədən səthində aşkar edilmiş qısa müddət ərzində yetirildiyindən, həmin xəsarətlərin yetirilmə ardıcıllığını konkret təyin etmək mümkün olmadı. Bununla belə, xəsarətlərin xarakterinə əsasən onu demək olur ki, X6 bədən səthində aşkar edilmiş xəsarətlərdən küt əşyalarla yetirilmiş xəsarətlər əvvəlcə, döş qəfəsinin sol yarısının ön səthindəki deşilmiş-kəsilmiş yaralar isə sonra yetirilməsi daha çox ehtimal olunur. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna keçən, sol ağciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş üç ədəd deşilmiş-kəsilmiş yara həm ayrı ayrılıqda, həmdə birlikdə həyaat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər, alt dodağın selikli hissəinin əzilmmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir, başın tüksüz hissəsində alın nahiyəsinin, sağ almacıq, burun və sol körpücükaltı nahiyənin, hər iki süd vəzinin yuxarı iç kvadratlarının qançırları, çənə və çənə altı nahiyənin, boyunun, döş qəfəsinin ön səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna keçən, sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X6 ölümü meyitin müayinəyə başlamasından 12-16 saat əvvəl baş vermişdir. X2 hamiləlik aşkar edilmədi. X1 meyitndən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 aprel 2021-ci il tarixli, 350 №-li rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ diz oynağının ön səthinin sıyrığı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 05 aprel 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqlari üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 29 aprel 2021-ci il tarixli, 241/2021-MTBŞ nömrəli rəyindən görünür ki, İ- 1. X6 ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/-. 2. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə onun qan qrupu-B/İİİ/-.3 Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, 02 ədəd çubuqlu pambıq tampon, pol ağacı, X9 məxsus baş yaylığı, jilet, retuz, lifçik, kofta, xalat, onun dırnaq nümunələri, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən X9 məxsus ola bilər. 4. Tədqiq olunan X9 məxsus bellik, Təqsirləndirilən şəxs məxsus köynək və kəmər üzərində qana şübhəli ləkələr aşkar olunmadı. 5. Tədqiq olunan X6 dırnaq nümunələrində stereoskopik tədqiqat zamanı dəri toxumasına şübhəli hissəciklər aşkar olunmadı. 6. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından ləkələrin yaranma müddətini təyin etmək mümkün deyil. İİ- «Hadisə yerinə baxış zamanı meyitin aşkar edildiyi yerdən» götürülmüş, «şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus şalvarda aşkar edilmiş» və «pol ağacının üc hissəsinə yapışmış halda olan obyektlər insanın baş tükləridir. Həmin «hadisə yerinə baxış zamanı meyitin aşkar edildiyi yerdən» və «şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus şalvarda aşkar edilmiş» tüklər öz aralarında və A.K.Alıyevanın başının tük nümunələri ilə müqayisə olundular. Bu zaman əsas morfoloji əlamətlərə görə tüklərin rəngi, forması, uzunluğu, qabıq maddənin, piqmentin, beyin maddənin xüsusiyyətləri, periferik ucları müqayisə olunan tüklərin öz arasında və A.K.Alıyevanın başının tük nümunələri arasında oxşarlıq aşkar olundu və ona məxsus ola bilərlər. «Pol ağacının uc hissəsinə yapışmış halda olan» 02 ədəd tüklərdə piqmentlər tamamilə parçalandığından tədqiqata yararsız olduğu üçün onlarla müqayisə aparılmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 03 may 2021-ci il tarixli, 269/2021-MTBŞ nömrəli rəyi ilə müəyən edilmişdir ki, 1. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B (İİİ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən) 2. X11 ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən) 3. Ekspertizaya təqdim olunmuş bir ədəd jaket və əlçək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız A antigeni alındı. Belə olan halda bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən X21ma məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 27 aprel 2021-ci il tarixli, 201-2021- MTKŞ nömrəli rəyi ilə müəyən edilmişdir ki, 1. Ekspertiza tədqiqatına təqdim olunmuş və mərhum X8 məxsus jiletin sağ yan tikişi üzərində küt yaranma mexanizminə malik və jiletin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlmiş 01 (bir) ədəd sökülmə zədəsi vardır. 2. Ekspertiza tədqiqatına təqdim edilmiş və mərhum X17ma məxsus xalatın, köynəyin və büstqalterın ön səthinin sol yarısının yuxarı hissəsində 03 (üç) ədəd deşilmişkəsilmiş zədələr vardır. Bu zədələr ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. 3. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi küt mexanizmlə qarşılıqlı təsir nəticəsində nisbi şaquli küt sındığı, yəni kəskin deformasiyaya uğradığı üçün müqayisəli müayinənin aparılması və geyim əşyalarının üzərində olan zədələrin tədqiqata təqdim olunmuş bıçağın təsirindən əmələ gəlibgəlməməsi barədə fikir söyləmək mümkün deyildir. 4. Tədqiqata təqdim edilmiş və mərhum X17ma məxsus bellik (kəmər), retuz və yaylığm üzərində üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. 5. Tədqiqata təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus köynək, şalvar və kəmərin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. 6. Ekspertizaya təqdim edilmiş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 07 may 2021-ci il tarixli, 247/69 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəmkir rayon poliklinikasından verilmiş 15.04.2021-ci il tarixli 607 saylı arayış), anamnestik məlumatlar və hazırkı eksperiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisəni düzgün qavrayaraq hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla cinayət törədilən vaxt o, güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2021-ci il tarixli, 6/1590- 9/2497 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş: - 2,05 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; - 2,19 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşı korunddur; - 3,79 qram kütləli sırğa cütü 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları korunddur; -16,72 qram kütləli boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır; - 4,61 qram kütləli qulplu pul sikkəsi təxminən 900 əyarlı qızıldan hazırlanmışdır. Pul sikkəsinin qulpu 583/585 əyarlı qızıldan hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim olunmuş 5 adda zərgərlik məmulatlarının 2021-ci il aprel ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2456,25 manat müəyyən edilir. O, cümlədən: - 2,05 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış,qaşları qiymətli qaşlara aid olmayan üzük- 153,75 manat; -2,19 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış,qaşı korund olan üzük- 164,25 manat; - 3,79 qram kütləli,583/585 əyarlı qızıldan hazırlanmış, qaşları korund olan bir cüt sırğa- 284,25 manat; - 16,72 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış boyunbağı -1254 manat; 4,61 qram kütləli, təxminən 900 əyarlı qızıldan qulplu pul sikkəsi, pul sikkəsinin qulpu 583/585 əyarlı qızıldan hazırlanmışdır-600 manat. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi barədə 05 aprel 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şəmkir rayonunun mərkəzindən qərb istiqamətdə 12 km məsafədə Şəmkir rayonu, İrmaşlı kəndidir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən 02 ədəd pambıq çöp, döşəməsilən ağacın taxta dəstəyi, tiyəsindən qırılmış bıçaq dəstəyi, içərisində siqaret külü olan nəlbəki, tük(saç) nümunələri müvafiq qaydada qablaşdırılaraq götürülüb bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 01.05.2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 aprel 2021ci il tarixli, 45 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 1,0 promilli dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmuş Aybəniz Alıyevanın tikanlı kolu dəmir torlu hasarın çöl tərəfinə yığıb yolu daraltdığına görə qonşuların Aybənizdən narazılıq etdikləri üçün o, mərhuma səhvini düzəltməsini xahiş etsə də Aybənizin onu nalayiq ifadələrlə təhqir etdiyini, eyni zamanda Aybəniz qızlarını müdafiə etdiyinə və onun ünvanına nalayiq söyüşlər işlətdiyinə görə onu qəsdən öldürdüyünü, Aybəniz Alıyevanı quldurluq məqsədilə öldürmək niyyəti olmadığını, Aybənizin evinə getməkdə məqsədi gecələmək olduğunu, Aybənizin qızıl-zinət əşyalarını ələ keçirmək niyyətinin onu öldürdükdən sonra yarandığını göstərməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq həmin ifadəninin cinayət işinin digər materialları ilə tam təkzib edilməklə özünü müdafiə xarakterli, törətmiş olduqları cinayətin ictimai təhlükəliliyini azaltmaq və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadələr kimi qiymətləndirilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddələrin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Məhkəmə bu nəticəyə gələrkən Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarına diqqət yetirilməsini zəruri hesab edir. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Aybəniz Alıyevaya müxtəlif dərəcəli yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirdikdən sonra onun ölmədiyini düşünüb yaxınlıqdakı masanın üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə onun bədəninə ardıcıl olaraq həyat fəaliyyəti üçün əhəmiyyətli orqanlarının yerləşdiyi döş qəfəsinin sol yarısına 3(üç) dəfə qəsdən zərbə vuraraq döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna keçən, sol ağciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş 3(üç) ədəd deşilmiş-kəsilmiş yaralarla müşayiət olunan, ayrı-ayrılıqda, və ümumilikdə həyat üçün təhlükəli olan və bilavasitə Aybəniz Alıyevanın ölümünə səbəb olmuş sağlamlığa ağır zərərvurmaya aid edilən quldurluqla əlaqədar çoxsaylı xəsarətlər yetirməklə ona qarşı müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, ona xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Aybəniz Alıyevanın boyunundakı 1254,00 manat dəyərində 16,72 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış boyunbağını və 600, 00 manat dəyərində 4,61 qram kütləli, diametri 18,6 mm, təxminən 900 əyarlı qızıldan hazırlanmış qulplu pul sikkəsini (pul sikkənin qulpu 583/585 əyarlı qızıldan hazırlanmışdır), sol əl barmağına keçirlmiş 153,75 manat dəyərində 2,05 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan 1 ədəd və 164,25 manat dəyərində 2,19 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, qaşları korund olan 1 ədəd, cəmi 2 ədəd üzükləri, 284, 25 manat dəyərində 3,79 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, qaşları korund olan bir cüt sırğanı, cəmi 2456,25 manat dəyərində qızıl-zinət əşyalarını çıxararaq qanunsuz və əvəzsiz olaraq quldurluq niyyətilə ələ keçirmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 5ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndində qeyd olunmuşdur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 24-cü bəndində göstərilmişdir ki, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə göstərir ki, Təqsirləndirilən şəxs əməli ona qarşı irəli sürülmüş ittihamda göstərilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar olmadığından təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edən zaman göstərir ki, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyəti nəzərə alınmalı, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsininin 66.3-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 05.04.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05.04.2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs həmin tarixdən hal-hazıradək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132–ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində göstərilmişdir ki, ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 90 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi subutlarla bağlı məhkəmə göstərir ki, iş üzrə maddi sübut qismində tanınmış Şəmkir rayon prokurorluğunda saxlanılan X9 məxsus paltarlar – bir ədəd baş yaylığı, bir ədəd jilet, bir ədəd retuz, bir ədəd lifçik, bir ədəd xalat, bir ədəd bellik zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı imtina etdikdə, məhv edilməlidir. Aybəniz Alıyevanın meyitindən götürülmüş dırnaq nümunələri, qan nümunələri, tük nümunələri, 03 paketdə tük nümunələri, bir ədəd bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəxs paltarları – bir ədəd göy rəngli cins şalvar, ağ rəngli qısaqol köynək bir ədəd kəmər, bir ədəd taxta parçası, bir ədəd jaket, bir tay fəhlə əlcəyi, bir ədəd ağ rəngli adaptor şunuru, iki ədəd qızıl üzük, bir çüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl sikkə, 3 ədəd 100 ABŞ dolları, 2 ədəd 5000 rus rublu, 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq əskinaslar təqsirləndirlən şəxsə qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-ci və 120.2.11-ci maddələri ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu andan, yəni 05 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar - Şəmkir rayon prokurorluğunda saxlanılan X9 məxsus paltarlar – bir ədəd baş yaylığı, bir ədəd jilet, bir ədəd retuz, bir ədəd lifçik, bir ədəd xalat, bir ədəd bellik zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın imtina etdikdə, məhv edilsin. Aybəniz Alıyevanın meyitindən götürülmüş dırnaq nümunələri, qan nümunələri, tük nümunələri, 03 paketdə tük nümunələri, bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs paltarları – bir ədəd göy rəngli cins şalvar, ağ rəngli qısaqol köynək bir ədəd kəmər, bir ədəd taxta parçası, bir ədəd jaket, bir tay fəhlə əlcəyi, bir ədəd ağ rəngli adaptor şunuru, iki ədəd qızıl üzük, bir çüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl sikkə, 3 ədəd 100 ABŞ dolları, 2 ədəd 5000 rus rublu, 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq əskinaslar təqsirləndirlən şəxsə qaytarılsın, imtina etdikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 90,00 (doxsan) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-276/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-276/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver