Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-276/2022 09.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 0,725 qram, 0,351 qram, 0,188 qram, 0,184 qram, 1,038 qram, 0,759 qram, 0,243 qram, 0,223 qram, ümumi təmiz çəkisi 3,711 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 8 ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə və təmiz çəkisi 2,06 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 1 ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə qablaşdıraraq üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi ilə birlikdə “Redmi 8” markalı mobil telefon qutusunun içərisinə qoyub üzərində saxlamış, 12 yanvar 2022-ci il tarixdə saat 13:55-də Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Qazax şəhəri Azadlıq küçəsi döngə 1-də yerləşən yaşadığı 23 nömrəli fərdi yaşayış evinin qarşısında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 14:40-dan 15:45-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlində olan “Redmi 8” markalı mobil telefon qutusunun içərisindən həmin çəkilərdə narkotik vasitələr və elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Azadlıq küçəsi, döngə 1, ev 23-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 ildir ki, narkotik vasitə olan “kakos” yəni heorin və “nəşədən” istifadə edir. 12 yanvar 2022-ci il tarixdə saat 13 radələrində o Qazax şəhərində yerləşən çay evlərindən birinə getmək üçün yaşadığı evdən çıxmış, evin yaxınlığında, küçədə mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşıb onu tutub saxlamış, onlar özlərini təqdim edərək Qazax rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün polis şöbəsinə aparılmalı olduğunu izah etmişlər. O isə polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olan zaman ona psixi və fiziki zor tətbiq olunmuş və narkotik vasitə saxlamaqda ittiham olunması bildirilmişdir. Ona görə də qorxusundan polis əməkdaşlarının təklifi ilə razı olmuşdur. Sonra ona içərisində narkotik vasitə qoyulmuş «Redmi 8» markalı mobil telefonun qutusu vermişlər. Ona şübhəli şəxs qismində tutulduğunu bildirmiş, müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah etmiş, ona vəkillərin siyahısı təqdim edilmişdir. Ona dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı ona hüquq və vəfilərini izah etmiş, bununla bağlı ona yazılı bildiriş vermişdir. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılacağını bildirmiş, polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən otaqlardan birində onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videokameradan istfadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı üzərində narkotik vasitə və digər əşyalar varsa təqdim etməyi təklif etmişdir. O isə əlində olan “Redmi 8” markalı mobil telefonun qutusunun təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı həmin qutuyu açmış, qutunun içərisindən elektron tərəzi, 8 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükümdə olan “nəşə” aşkar edilmişdir. Həmin bükümlər bir-bir açılmış, elektron tərəzidə çəkilmişdir. Hazırda bədəni üzərində heç bir xəsarət yoxdur. Ona təsir göstəriləmsi barədə heç kimə o cümlədən müdafiəcisinə bir söz deməmişdir. Polis şöbəsində ona demişlər ki, narkotik vasitə saxlamaqda təqsirli bilinəcəkdir, həm də ona görə polisin təklifi ilə razı olmuşdur. Elşad Qocayev adlı şəxsi tanımır, həmin nömrənin kimə məxsus olduğunu bilmir, həmin mesajları kimin yazdığını, nə üçün yazıldığını xatırlamır. Turan Süleymanov adlı şəxsi tanımır, **********84 saylı nömrənin kimə məxsus olduğunu bilmir. Həmin şəxsin ona “Yari pati duzubqosabilesenmi prosda 30.m verejem temiz yari olsun mene xeber ele gozduyurem mesaj at biraz tez de.” mesajını nə üçün yazdığını bilmir. Əlipaşa Hüseynov adlı şəxsi tanımır, **********74 saylı nömrənin kimə məxsus olduğunu bilmir, həmin şəxsin ona “Aya yadimnan cixdi deyirem lomka tentitmisdi.” mesajını niyə yazdığını xatırlamır. Elmin Hüseynov adlı şəxsi tanımır, **********78 saylı nömrənin kimə məxsus olduğunu bilmir, həmin şəxsin ona “Ayqa maaşım səhərə qalıb işdən gələnə kimi 15diy verə biləsənmi.” mesajını niyə yazdığını bilmir. Sefəddin Quluyev adlı şəxsi tanımır, **********67 saylı nömrənin kimə məxsus olduğunu bilmir, həmin şəxsin ona “Sanka yarı elə 25 düzəltdim.” mesajını nə üçün yazdığını bilmir. Rəna Qəribova adlı şəxsi tanımır, **********54 saylı nömrənin kimə məxsus olduğunu bilmir, həmin şəxsə “Bu ne hereketdi eliyirsen zeng vururam cavab ver yeke kiwisen men iw gorurem pulu srocnu vur hazirlatmiwam pulum catmir caamat meni gozluyur pulu vur.tele cavab ver rewad srocnu.” mesajını nə üçün yazdığını, həmin şəxsin ona “Qaqa seher vurajam senol biraz cetindi vezyet alasam var seher alif vurajam.” mesajını nə üçün yazdığını, ona “Reşad pulu vur bu ne herekedi eliyrsen men burda qalmisam tele cavb ver bir.” mesajını nə üçün yazdığını, həmin şəxsə “Ay sen meni yuklu colerde qoydun ebi yoxdu.” mesajını nə üçün yazdığını bilmir. **********84 saylı nömrənin kimə məxsus olduğunu bilmir, həmin şəxsi tanımır, ona “Sanka menim 15m varmdi narmanlide pati verejem mene temiz verki yolda melemiyim ele olsun ki xrmanda birbirmizede girmiyek oz paynida qoy oz adina laiq olsun gelirem.” mesajını nə üçün yazdığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021ci ildən Qazax rayon Polis Şöbəsinin cinayət-axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr əldə etməsi, daşıması, istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra daxil olmuş məlumata əsasən xx.xx.2022-ci il tarixdə saat 13:55-də Təqsirləndirilən şəxs Qazax şəhəri Azadlıq küçəsində, yaşadığı evin qarşısında saxlamış, Təqsirləndirilən şəxs özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə üzərində saxlamaqda, satışı və istehlakı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş, onu rayon Polis Şöbəsinin inzibati binasına gətirmiş, o bu barədə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, müdafiəçi ilə təmin edilmişdir. Həmin gün saat 14 radələrində Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əlində tutduğu “Redmi 8” markalı mobil telefon qutusunu açıb stolun üstünə qoymuşdur. Təhqiqatçı həmin qutunun içərisindən 1 ədəd qara rəngli parça torbacıq çıxartmış, tobacığı açdıqda içərisində 1 ədəd gümüşü rəngli elektron tərəzi olduğu müəyyən edilmişdir. Sonra təhqiqatçı həmin qutunun içərisindəki 2 ədəd yaşıl rəngli sellofan bükümü çıxardıb Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs bükümlərdən birindən “marixuana”, digərində “kakos” olduğunu bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açılmışdır. Təqsirləndirilən şəxs içərisində yaşıl rəngli quru ot kütləsi olan bükümü göstərib “marixuana” olduğunu, içərisindəki yaşıl rəngli, kiçik ölçülü sellofan bükümlərdə tünd qəhvəyi rəngli kütlələr olan bükümü göstərib “kakos” olduğunu, həmin narkotik vasitələri təxminən 1 həftə əvvəl Bakı şəhərində özü istifadə etmək üçün internet vasitəsi ilə tanımadığı şəxsdən 400 manat müqabilində aldığını, tərəzini isə narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən 8 ədəd bükümdə olan tünd qəhvəyi rəngli kütlələr ayrı-ayrılıqda və birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, ayrı-ayrılıqda çəkilərinin 1,09, 0,27, 0,35, 0,87, 0,38, 0,40, 0,92, 0,42, ümumi çəkisinin 4,70 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən 1 ədəd yaşıl rəngli sellofan bükümdə olan yaşıl rəngli quru ot kütləsi elektron tərəzidə çəkilmiş, çəkisinin 1, 78 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 ədəd yaşıl rəngli sellofan bükümdə olan tünd qəhvəyi rəngli kütlələri və 1 ədəd yaşıl rəngli sellofan bükümdə olan yaşıl rəngli quru ot kütləsini 1 ədəd ağ rəngli kağzı zərfdə, elektron tərəzini digər 1 ədəd ağ rəngli kağız zərfdə ayrı-ayrı qablaşdırmış, hər bir zərfi möhürləmiş, o və digər iştirakçılar zərfləri imzalamışdırlar. Bundan sonra o Təqsirləndirilən şəxs üzərini yoxlamış, onun əynində olan qara rəngli jiletin sol yan cibindən pul əskinasları aşkar edilmişdir. Anar Hüseynov tərəfindən həmin pul əskinasları sayılmış, cəmi 144 manat pul olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin pulun özünə məxsu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 144 manat pulu 1 ədəd kağız zərfdə qablaşdırmış, üzərini möhürləmiş və həmin zərf imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitələr, psixotrop maddələr aşkar edilməmişdir. Şəxsi axtraış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışdırlar. Təqsirləndirilən şəxs məhkəmədə göstərdikləri həqiqəti əks etdirmir, belə ki, ona ona psixi və fiziki zor tətbiq olunmamış və içərisində narkotik vasitə qoyulmuş «Redmi 8» markalı mobil telefonun qutusu verilməmişdir. Polis əməkdaşları ona narkotik vasitəni saxlamaqda ittiham olunacığı barədə təklif etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X6 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. xx.xx.2022-ci il tarixli «Raport» dan məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlaması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə heroinin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(023)-3/2022 saylı qərarından görünür ki, Qazax RPŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əlində tutduğu üzərində “Redmi 8” yazıları olan telefon qutusunu təqdim edərək qutunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qutu açılmış, içərisindən 1 ədəd elektron aptek tərəzisi və 2 ədəd yaşıl rəngli sellofan kəsiyinə büklü halda bükümlər aşkar edilmişdir. Aşkar edilmiş bükümlər açıldıqda bükümlərdən birinin içərisində qurudulmuş halda yazşıl rəngli, kəskin iyli kütlə, digər sellofan kəsiyinin içərisindən 8 ədəd sellofan kəsiyinə bükülmüş hər birinin içərisində tünd qəhvəyi rəngli, kəskin iyli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri 1 həftə əvvəl Bakı şəhərində olan zaman internet vasitəsi ilə tanış olduğu tanımadığı şəxsin hesabına 400 manat pul ödədikdən sonra alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirməklə saxladığını, elektron tərəzini isə aldığı narkotik vasitənin çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş, içərisində qurudulmuş yaşıl rəndli kütlə olan sellofan bükümün çəkisinin 1,78 qram, içərisində qəhvəyi rəngli kütlələr olan 8 ədəd bükümün ayrı-ayrılıqda çəkisinin 1,09 qram, 0,27 qram, 0,35 qram, 0,87 qram, 0,38 qram, 0,40 qram, 0,092 qram, 0, 42 qram, ümumi çəkisinin 4,70 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər və elektron tərəzi ayrı-ayrı qablaşdırılaraq Qazax rayon Polis Şöbəsinin 64 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən başqa narkotik vasitə aşkar edilməmiş, əynində olan şalvarın yan cibindən 14 ədəd 1 manatlıq, 2 ədəd 10 manatlıq, 3 ədəd 20 manatlıq, 10 ədəd 5 manatlıq, əskinaz olmaqla ümumilikdə 144 manat pul aşkar edilərək sübut əhəmiyyətinə malik ola biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. “Dsikə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********44 saylı nömrə xx.xx.2022-ci il tarixdə saat 00:00:13-dən saat 14:06:05-dək “Qazax shahari, N. Narimanov massivi və Qazax rayonu, Neft Terminali arazisi”, saat 14:08:32-dən saat 23:57:09-dək “Qazaxshahari, Sabir kuchasi 16” anten dairələrində olmuşdur. Bundan başqa, diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan **********44 saylı nömrə ilə digər nömrələr arasında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair qısa mesaj mətnləri aşkar edilmişdir. Qazax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,711 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, təmiz çəkisi 2,06 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/63 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr” sözləri yazılmış kağız paketdəki, 8 (səkkiz) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,725 qram, 0,351 qram, 0,188 qram, 0,184 qram, 1,038 qram, 0,759 qram, 0,243 qram, 0,223 qram, ümumi təmiz çəkisi 3,711 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 1 (bir) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,06 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 194 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq, o, hazırki cinayət əməlini törədərkən öz əməllərinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 479 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və kannabinodlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Qazax Rayon Psixiatriya Xəstəxansının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Psixiatriya Xəstəxansında psixoloji qeydiyyatda yoxdur. Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında atası X3, anası X9 və qardaşı X5 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 yanvar 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 X8 №1” mətninə malik ştampla ştamplanmış 1 ədəd kağız paketdə qablaşdırmış 8 ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 3,551 qram təşkil edən narkotik vasitə olan heroinin qalığı və 1 ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,04 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın qalığı, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 X8 №1” mətninə malik ştampla ştamplanmış 1 ədəd kağız paketdə qablaşdırmış üzərində heroin izləri olan elektron tərəzi Qazax RPŞ-nin saxlanc anbarında məsul saxlanışa verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri də özü istifadə etmək üçün əldə edib üzərində saxlamış, həmin narkotik vasitələri kiməsə satmaq məqsədi olmamış, heç kimə narkotik vasitə satmamışdır. O xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhərində olmuş, həmin müddətdə xatırlamadığı gündə O “İnstaqram” sosial şəbəkəsində hal-hazırda adını, soyadını, xatırlamadığı və tanımadığı şəxsin səhifəsinə yazıb 6 qram “kakos” və birdəfəlik istifadə üçün “nəşə” almaq istədiyini demişdir. Həmin şəxs isə dediyi miqdarda narkotik vasitələri ona 400 manata sata biləcəyini demişdir. Həmin şəxs ona hal-hazırda xatırlamadığı hesab nömrəsini yazmışdır. O isə Bakı şəhərində, hal-hazırda xatırlamadığı yerdəki ödəniş terminallarından birindən həmin şəxsin hesabına 400 manat pul göndərmişdir. Həmin şəxs isə narkotik vasitələri Bakı şəhərində hal-hazırda xatırlamadığı ünvana atdığını demişdir. O həmin deyilən ünvana gedib 1 ədəd “Redmi 8” markalı telefon qutusu qoyulduğunu görüb həmin qutunu götürmüşdür. O həmin qutunu açan zaman içərkisində 8 ədəd yaşıl rəngli sellofan bükümdə “kakos”, 1 ədəd sellofan bükümdə “nəşə” olduğunu görmüşdür. Bundan sonra o Bakı şəhərindən Qazax şəhərinə gəlmiş, həmin narkotik vasitələri özü ilə yaşadığım evə gətirmişdir. Qazax şəhərinə gələndən sonra bir neçə dəfə həmin “kakosdan”, yəni heroindən istifadə etmiş, “nəşəni” isə istifadə etməmişdir. Özünə məxsus olan elektron tərəzini də narkotik vasitələrlə birlikdə həmin qutunun içərisinə qoymuşdur ki, narkotik vasitəni istifadə edən zaman çəkər. 12 yanvar 2022-ci il tarixdə saat 13 radələrində o Qazax şəhərində yerləşən çay evlərindən birinə getmək üçün yaşadığı evdən çıxmış, həmin vaxt telefon qutusunu da özü ilə götürmüşdür ki, içərisində olan narkotik vasitəni istifadə edər. O evdən çıxdıqdan sonra evin yaxınlığında, küçədə mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşıb onu tutub saxlamış, onlar özlərini təqdim edərək Qazax rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün polis şöbəsinə aparılmalı olduğunu izah etmişdirlər. O isə polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olan zaman təhiqatçı ona şübhəli şəxs qismində tutulduğunu bildirmiş, müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah etmiş, ona vəkillərin siyahısı təqdim edilmişdir. O siyahıdan vəkil X1 onun dövlət büdcəsinin vəsaiti hesabına ona müdafiəçi təyin edilməsini xahiş etmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı ona hüquq və vəfilərini izah etmiş, bununla bağlı ona yazılı bildiriş vermişdir. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılacağını bildirmiş, polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən otaqlardan birində onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videokameradan istfadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı üzərində narkotik vasitə və digər əşyalar varsa təqdim etməyi təklif etmişdir. O isə əlində olan “Redmi 8” markalı mobil telefonun qutusunun təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı həmin qutuyu açmış, qutunun içərisindən elektron tərəzi, 8 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükümdə olan “nəşə” aşkar edilmişdir. Həmin bükümlər bir-bir açılmış, elektron tərəzidə çəkilmişdir. O həmin narkotik vasitələri Bakı şəhərində olan zaman tanımadığı şəxsin hesabına 400 manat ödəyib aldığını bildirmişdir. Həmin narkotik vasitələr 1 ədəd kağız zərfdə, elektron tərəzi başqa 1 ədəd kağız zərfdə qablaşdırılmış, o da həmin zərfləri imzalamışdır. Bundan sonra polis əməkdaşları üzərini yoxlamış, üzərindən 144 manat pul aşkar edilmişdir. Polis əməkdaşları həmin pulları da 1 ədəd kağız zərfə qoyub qablaşdırmışdırlar. O da həmin zərfi imzalamışdır. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o protokolla tanış olub imzalamışdır.O, həmçinin bildirmişdir ki, narkotik vasitə əldə etmək üçün 400 manat pul göndərdiyi hesab nömrəsini, hesabın kimə məxsus olmasını xatırlamır. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhərində olmuş, həmin müddətdə xatırlamadığı gündə “İnstagram” sosial şəbəkəsində tanımadığı şəxsə məxsus olan xatırlamadığı səhifəyə mesaj yazıb narkotik vasitə əldə etmişdir. Narkotik vasitəni isə Bakı şəhərində xatırlamadığı yerə qoymuşdular, o həmin yerdən narkotik vasitələri götürmüşdür. O narkotik vasitəni Bakı şəhərində qoyulduğu xatırlamadığı yerdən götürən zaman narkotik vasitələr elə həmin bükümlərdə olmuş, “Redmi 8” markalı mobil telefon qutusunun içərisinə qoyulmuşdur. O narkotik vasitə olan heroini sonradan qablaşdırmamışdır. O narkotik vasitəni alan və istifadə edən zaman tərəzi vasitəsi ilə çəkir. Tərəzini də həmin məqsədlə əldə edib üzərində saxlamışdır. O narkotik vasitə olan heroindən gündəlik istifadə edir. Heroini gündəlik təxminən 3-5 olmaqla folqanın üstünə töküb qızdıraraq tüstüsünü çəkir. O Bakıdan təxminən 6 qram narkotik vasitə olan heroin almışdır. Qazax şəhərinə gələndən sonra bir neçə dəfə həmin heroindən istifadə etmiş, qalanı qalmışdır. O tutulan zaman narkotik vasitə asılılığına görə ağrıdığı üçün aldığı narkotik vasitənin miqdarını dəqiq deməmiş, ətraflı ifadə verə bilməmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, marixuanakannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Qazax Rayon Polis Şöbəsində saxlanılan, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 X8 №1” mətninə malik ştampla ştamplanmış 1 ədəd kağız paketdə qablaşdırmış 8 ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 3,551 qram təşkil edən narkotik vasitə olan heroinin qalığı və 1 ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,04 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın qalığı, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 X8 №1” mətninə malik ştampla ştamplanmış 1 ədəd kağız paketdə qablaşdırmış üzərində heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 12 yanvar 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Qazax Rayon Polis Şöbəsində saxlanılan, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 X8 №1” mətninə malik ştampla ştamplanmış 1 ədəd kağız paketdə qablaşdırmış 8 ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 3,551 qram təşkil edən narkotik vasitə olan heroinin qalığı və 1 ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,04 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın qalığı, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 X8 №1” mətninə malik ştampla ştamplanmış 1 ədəd kağız paketdə qablaşdırmış üzərində heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-276/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-276/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver