Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-276/2023 22.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Amasya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 11, mənzil 23də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Əli Məmmədov küçəsi, ev 54-də yaşamış, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər yetirmişdir. Belə ki, o, 25 noyabr 2022-ci il tarixdə saat 19 radələrində yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyətində Gəncə şəhəri, X4 küçəsində tanışı Zərərçəkmiş şəxs ondan almış olduğu 60 manat pulu qaytarmadığı üçün aralarında yaranmış mübahisə zamanı əlində olan bıçaq ilə Zərərçəkmiş şəxs sol yan tərəfinə bir dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin sol yarısının daxilə keçən ağ ciyərin zədələnməsi ilə müşayiət olunan deşilmişkəsilmiş yarası, hemotoraks xəsarətləri ilə müşayiət edilən xəsarət yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 1-2 ilə yaxındır tanıyır. Zərərçəkmiş şəxs onun evinə pəncərə düzəldib gətirmişdir. 25 noyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində o, evdə olan vaxt Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə özünün əvvəlini xatırlamadığım ***-***-**-** nömrəsi ilə zəng vuraraq harada olduğunu soruşmuşdur. O da Maksimə evdə olduğunu bildirmişdir. Bundan sonra Maksim onun yaşadığı evə gəlmiş və ondan axşam saatlarında qaytarmaq şərti ilə 60 manat pul istəmişdir. O da təqaüdünü aldığı üçün Maksimə 60 manat pul vermişdir. Maksim ondan həmin pulu aldıqdan sonra axşama qədər, yəni saat təxminən 19 radələrinə qədər qaytaracağını bildirmişdir. Sonra isə Maksim getmişdir. 25 noyabr 2022-ci il tarixdə saat təxminən 17-18 radələrində yaşadığı evdə olan vaxt Maksim yenə onun ***-***-**-** saylı nömrəsinə zəng vuraraq harada olması ilə maraqlanmış, o da Maksimə evdə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs yenidən onların evinə gəlmişdir. Zərərçəkmiş şəxs onların evinə gələn vaxt o, evdə yemək yeyirmiş. Maksim də onunla bir yerdə oturub yemək yemiş və bir yerdə bir az spirtli içki araq içmişlər. Bundan sonra Maksim ona pulu gətirən şəxslə görüşüb pulu almaq üçün getdiyini bildirmişdir. Onlar bir yerdə Gəncə şəhəri, X4 küçəsində yerləşən «Dədəmin Apteki»nin yanında olan dayanacağın yanına getmişlər. Onlar həmin yerdə dayanıb Maksimə pul verməli olan adamın gəlməsini gözləmişlər. Onlar gözləyən vaxt Maksim bir neçə dəfə güya kiminləsə telefonla danışaraq gəlməsini bildirmişdir. O, Maksimin sözü ilə təxminən 2 saata qədər dayanacağın ətrafında gəzərək güya həmin gələn şəxsi gözləmişlər. O, artıq Maksimin onu aldatdığını fikirləşərk nəyə görə onu yalandan gözlətdiyini soruşmuş, həmin vaxt Maksim ona nalayiq söyüş söymüşdür. O da Maksimə nalayiq söyüş söymüşdür. Bundan sonra Maksim onun üzərinə gələrək ona təpiklə və yumruqla zərbələr atmış, o da əynində olan paltarın cibində saxladığı yana açılan cib bıçağını çıxarıb açmış və həmin bıçağı sağ əlində tutaraq Maksimin üzərinə gedib sol yan tərəfindən bıçaqla bir zərbə vurmuşdur. O, Maksimi bıçaqla vurduqdan sonra Maksim yenə ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O isə Maksimin yanından uzaqlaşıb evləri istiqamətində getmişdir. O, piyada həmin yerdən təxminən 10 metrə qədər uzaqlaşdıqdan sonra əlində olan bıçağı küçəyə atmışdır. Sonra isə piyada yaşadığı evə getmişdir. O, evdə olan vaxt polis əməkdaşları onun yaşadığı evə gəlib onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs vurduğu bıçaq yana açılan cib bıçağı olmuş, həmin bıçağı uzun illər qabaq almışdır. Həmin bıçağın tiyəsinin uzunluğu təxminən 5 sm olmuş, tutacaq hissəsi taxtadan olmuşdur. O, Zərərçəkmiş şəxs vuran vaxt yanlarında heç kim olmamış, aralarındakı mübahisə təxminən 4-5 dəqiqə kimi qısa müddət ərzində baş vermişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1-2 ilə yaxındır tanıyır. 25 noyabr 2022-ci il tarixdə saat təxminən 15 radələrində Çingizlə görüşüb axşama qədər qaytarmaq şərti ilə 60 manat borc pul almışdır. Həmin gün saat 18 radələrində yenidən Çingizin evinə gedərək görüşmüşdür. Onlar bir yerdə Gəncə şəhəri, A.Abbaszadə küçəsinə «Dədəmin Apteki»nin yaxınlığına getmişlər. Həmin vaxt ona dostu pul gətirməli olduğu üçün dayanacaqda təxminən 30-35 dəqiqə gözləmişlər. Çingiz bir qədər gözlədikdən sonra ona nalayiq söyüşlər söymüş, o da Çingizə nalayiq söyüş söymüş və sinəsindən kənara itələyərək üzünü çevirmişdir. Həmin vaxt Çingiz cibindən bıçaq çıxararaq arxadan onun kürəyinə bir zərbə vurmuşdur. O isə kürəyindən qan gəldiyi üçün yoldan keçən taksi ilə xəstəxanaya getmişdir. Hadisə baş verən zaman yanlarında heç kim olmamışdır. O, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş və həmin hadisə Gəncə şəhəri, X4 küçəsində baş vermişdir (iş vərəqə: cild İ, səh. 8-13). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 noyabr 2022-ci il tarixli, 2453/2022 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 17). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 noyabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi halları təsdiq edərək əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İ, səh. 39-43). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 10 dekabr 2022-ci il tarixli, 2176 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – döş qəfəsinin sol yarısının daxilə keçən ağciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, hemotoraks - deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsinə göstərilən tarixə, yəni xx.xx.2022ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir (iş vərəqə: cild İ, səh. 115-118). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserin 06 dekabr 2022-ci il tarixli, 741/262 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl, həmin əməlini törədərkən və hazırki ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirtmişdir və keçirir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tədbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki cinayət hadisəsini törədərkən güclü ruhihəyəcan (affekt) vəziyyətində olmamışdır (keçirməmişdir) (iş vərəqə: cild İ, səh. 113-114). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya Xəstəxanasının 23 yanvar 2023-cü il tarixli, 11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya xəstəxanasında müayinə və müalicədə olmamışdır (iş vərəqə: cild İ, səh. 105). Cinayət işinin materiallarına əlavə edilmiş 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 28). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 27 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəvruzəli oğlunun barəsində həmin tarixdə əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 77-79). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum edilmiş və onun həmin məhkumluqları ödənilmişdir. Həmin tələbnamədə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ilə bağlı göstərilmişdir ki, o, Gəncə Şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild İ, səh. 86-87). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən səmimi ifadə verərək əməlindən peşman olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkum olunduğu həmin cinayət əməli Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunduğundan və onun həmin məhkumluğu ilə bağlı cəzanı çəkib qurtardığı gündən iki ildən artıq müddət keçdiyindən onun məhkumluğu ödənilmişdir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə şəhər Məhkəməsinin 27 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, maddi sübut və ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Dadaş İmanov
Məhkəmə qərarları › İş №1(100)-276/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-276/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver