Məhkəmə qərarları › İş №1(100)-276/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-276/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-276/2024 26.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X10 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X23 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Azərbaycan küçəsi, Döngə 5, ev 21-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 09 radələrində ayıq vəziyyətdə idarə etdiyi “NAZ Lifan 320” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərək Gəncə şəhəri, Atabəylər prospekti ilə üzü şəhər istiqamətində hərəkətdə olan zaman həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini də pozaraq, yəni nəqliyyat vasitəsini hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdirərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş, həmin vaxt yolun sağ tərəfi ilə hərəkət edən piyada X16 avtomobillə vuraraq sonuncunun baş beyinin, uzunsov beyinin, beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, başın yumşaq toxumalarına, alın təpə-ənsə nahiyələrində qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınması, təpə-ənsə nahiyəsinin əzilmiş yaraları, alın, sağ almacıq nahiyələrinin qançırları, sol bazu, sol körpücük nahiyələrinin sıyrıqları xəsarətlərindən ibarət olmaqla həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına, həmin xəsarətlərdən açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınmasına görə Gəncə şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında yerləşən X5 aparılsa da orada ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X14 ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:40 radələrində evdən çıxaraq əmisinin yoldaşı Aygünü Gəncə şəhər Natəvan qəsəbəsində işlədiyi bağçaya düşürdükdən sonra evə qayıdarkən təxminən saat 09 radələrində Atabəylər küçəsində yerləşən “Şahzadə” şadlıq sarayının qarşısını bir qədər keçdikdən sonra, “Şahzadə” marketə çatmamış, yolun hərəkət hissəsinin 1-ci zolağında piyada olduğunu görmüşdür. O, ikinci zolaqda hərəkət etdiyindən siqnal verərək piyadaya ikinci zolağa keçməməsi üçün xəbərdarlıq etmiş, lakin sonradan adını bildiyi piyada X21 bir anda tərəddüd etmiş və ikinci zolağa addımlamışdır. Bu zaman o, çaşqınlıq içində qalmış və tormoz verərək maşını piyadadan necə çəkindirəcəyini bilməmişdir. Artıq avtomobil piyadaya dəyən anda Rəşad Namazov avtomobildən yayınmaq üçün yerdən ayaqlarını qaldırmış və baş hissəsi avtomobilin damına və ön şüşəsinə dəymişdir. Nəticə o, Rəşad Namazovu vurmuş və sonuncu maşından 5-6 metr irəli düşmüşdür. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlmiş və Rəşad Namazovu xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuş ki, bütün səylərə baxmayaraq Rəşad Namazov xəstəxanada ölmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə törətdiyi minik avtomobilini xx.xx.2023-cü il tarixdə iş yoldaşı olan avtomobil ustası ilə şərikli Kənan Abidov adlı Şəki rayon sakinindən alaraq təmir edib satmaq istəmişdir. Onun sürücülük vəsiqəsi olmamış, lakin avtomobil barədə sərəncam vermək hüququ ilə bağlı etibarnamə almış və avtomobili də mütəmadi idarə etmişdir. Sürücülük hüququnun olmamasının məsuliyyətə səbəb olması barədə onun məlumatı olmuşdur. Çünki, Rusiya Federasiyasında olarkən həmin dövlətin qanunvericiliyinə uyğun 3 illik müddətlə sürücülük vəsiqəsi almış, həmin vəsiqənin istifadə müddətinin qalan son bir il müddətində Azərbaycan Respublikasına gəlmiş, burada bir il sonra onun sürücülük vəsiqəsinin müddəti bitmiş, bundan sonra da o, heç vaxtı özünə sürücülük vəsiqəsi əldə etmək üçün müvafiq orqana müraciət etməmişdir. Hadisə törətdiyi avtomobili məlum baş vermiş hadisədən öncə iki dəfə idarə etmiş, avtomobilin texniki nasazlığından məlumatlı olmuş və təmir edərək nasazlığı aradan qaldırmağa çalışmışdır. Lakin, avtomobil yenə də nasaz olmuş və bu da hadisə vaxtı bütün texniki cəhdlərə müdaxilə etməsinə baxmayaraq, hadisənin qarşısını almasını qeyri-mümkün etmişdir. Hadisə vaxtı onunla piyadanın fikri eyni olduğu üçün hadisə baş vermişdir. O, piyadanı təxminən 50-60 metr məsafə qalmış görmüş, həmin vaxtı idarə etdiyi avtomobilin surəti saatda təxminən 70-75 kilometr olmuş, piyada Rəşad Namazova zolağa keçməməsi üçün xəbərdarlıq siqnalı vermiş, daha sonra əyləcə basmış, lakin təəssüf ki, yayına bilməmiş, yol nəqliyyat hadisəsi ani baş verdiyi üçün əyləci sıxıb qarşı yola çıxaraq maşını çəkindirmək istəsə də heç bir nəticə olmamışdır. Bundan başqa hər hansı bir manevrlə hadisədən yayınmaq şansı olmamışdır. Rəşad Namazovu avtomobillə vurduqdan sonra düşərək sonuncunun yanına getmiş, xəsarət aldığını düşünüb öz idarə etdiyi avtomobilinə qayıdaraq içərisində su olan butulkanı götürüb Rəşad Namazovun əl-üzünü yumaq istəmiş, lakin həyəcanlı olduğu üçün su butulkasını tapa bilməmiş və yenidən Rəşad Namazovun yanına qayıtmış, sonuncunun burnundan qan axdığını görüb köməklik etməyə çalışmış və təcili tibbi yardım briqadası gələnə qədər Rəşad Namazovun yanında gözləmiş, həkim briqadası gəldikdən sonra isə sonuncunu xəstəxanaya aparmışlar, o isə polis əməkdaşları ilə getmişdir. Şahid1 ifadəsində onun təcili tibbi yardım briqadası gələn vaxtı orada olmamasını göstərməsi yalan olmuş, o, həkimlər gələnə qədər hadisə yerində olmuş, Rəşad Namazovu təcili tibbi yardım avtomobilinə mindirməkdə köməklik etmiş, daha sonra hadisə yerinə gələn müstəntiq onu polis şöbəsinə aparmışdır. Hadisə törədilən zaman həmin yolda piyada keçidi olmamış, baş vermiş hadisədən sonra isə orada piyada keçidi müəyyən edilmişdir. Bir insanın ölümünə səbəb olduğu üçün mənəvi əzab çəkir, etdiyi əməldən də səmimi peşmandır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə oğlu X3 09 radələrində işə yola salmış və sonuncu getdikdən sonra o, ev işləri ilə məşğul olmuşdur. Oğlu nişanlı olmuş, bu yaxınlarda toyu da olacaqdı. Təxminən saat 10 radələrində qaynı Mürşüdün arvadı onun yanına gələrək əri Mürşüdün öldüyünü deyib birlikdə xəstəxanaya getmələrini istəmişdir. O da tələsik halda qaynı arvadı ilə Gəncə şəhərində yerləşən xəstəxanaya getmişdir. Xəstəxanaya çatdıqdan sonra orada Mürşüdü görərək təəccüblənib nə baş verdiyini soruşanda ona baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Rəşad Namazovun aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bilmişlər. İfadəsinin davamı olaraq Təranə Namazova bildirmişdir ki, hadisəni törədən Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunun yaxınları hadisədən 3 ay müddətdən artıq vaxt keçdikdən sonra onun evinə gələrək İzzəti bağışlamasını və ona köməklik etmək istədiklərini demişlər. Lakin, o, bununla razılaşmamış, çünki həmin vaxt təqsirləndirilən şəxsin qohumu tərəfindən ona xoş gəlməyən formada üzrxahlıq olmuşdur. Bundan başqa oğlunu itirməsi ona çox ağır gəlmiş, səbəb nə olsa da təqsirləndirilən şəxsi bağışlaması mümkün deyil, ona görə də təqsiləndirilən şəxsə qanunda nəzərdə tutulmuş ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində ona məxsus sexdə işləyən fəhlələrdən biri zəng edib qardaşı oğlu X14 avtoqəza keçirdiyini bildirmişdir. O da dərhal hadisə yerinə getmiş və çatanda Rəşad Namazovu asfalt yolun ortasında qan içində görmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, fəhlə ona zəng etdikdən təxminən beş dəqiqə sonra o, hadisə yerinə çatmış, həmin vaxtı orada onun sexində fəhlə işləyən Şahid2 olmuş, o, Təqsirləndirilən şəxs tanımamış və ilk dəfə hazırkı məhkəmə iclas zalında görmüşdür. O, hadisə yerinə çatanda orada olanlar polis əməkdaşlarının Təqsirləndirilən şəxs polis şöbəsinə apardıqlarını bildirmişlər. Ona görə də o, hadisə yerində Təqsirləndirilən şəxs görməmişdir. Təcili tibbi yardım briqadası da ondan sonra hadisə yerinə çatmış, həmin vaxtı da Təqsirləndirilən şəxs orada olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum X21 onun müdiri Şahid1 qardaşı oğlu olmuşdur. Hadisə günü işdə olarkən səs eşidib yola çıxdıqda Rəşad Namazovu avtomobil vurduğunu və yolun ortasına tulladığını görmüşdür. X20 vurduqdan sonra sonuncu ağır vəziyyətdə olmuşdur. Bir qədər sonra polislər və təcili tibbi yardım briqadası gəlmişdir. Hadisədən sonra polis əməkdaşları gələnə qədər avtoqəza törədən sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuş, heç bir yerə qaçmamış və orada olan şəxslərlə birlikdə Rəşad Namazova köməklik etməyə çalışmışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 60 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, mərhum X14 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyinin, uzunsov beyinin, beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, başın yumşaq toxumalarına, alın təpə-ənsə nahiyələrində qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınması, təpə-ənsə nahiyəsinin əzilmiş yaraları, alın, sağ almacıq nahiyələrinin qançırları, sol bazu, sol körpücük nahiyələrinin sıyrıqlarıdır. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğundur və həmin xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X14 ölümünə səbəb açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınması olmuşdur. X14 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. X14 bədənində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı da əmələ gəlməsi mümkün hesab edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 2695/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserin “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/2301 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “NAZ Lifan 320” markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:05-də saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, Atabəylər küçəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş vermiş avtomobil yolu asfalt olmaqla düz, quru vəziyyətdədir, yolun ümumi eni 18 metrdir, avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuş, yolun iki hərəkət hissəsi vardır və hər bir hərəkət hissənin eni 9 metrdir. Yolun hər iki tərəfindən piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilər də vardır. Piyada yolun sağ tərəfindən mərkəzə tərəf 8 metr məsafədə vurulmuşdur. Hadisə yerində hadisəni törətmiş avtomobilə məxsus 35 metr tormoz izi müəyyən edilmiş, hadisəni törətmiş avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilin sürücüsü ayıq vəziyyətdə olmuş və onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocəldvəldən görünür ki, X14 meyitinə baxış zamanı bədəni üzərində müxtəlif ölçüdə xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcısı olan diskdən görünür ki, Gəncə şəhəri, Atabəylər prospektində yerləşən “Şahzadə” marketin təhlükəsizlik kamerasından çıxarılmış videogörüntülərə baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində mərhum X14 Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən “Şahzadə” marketdən çıxaraq yolu əks tərəfə keçmək istəməsi, bu zaman yolun hərəkət istiqaməti ilə üzü şəhər istiqamətində hərəkət edən ağ rəngli “Naz Lifan” markalı avtomobili idarə edən şəxsin Rəşad Namazovu avtomobillə vuraraq yol-nəqliyyat hadisəsi törətməsi, hadisədən sonra avtomobilin sürücüsünün maşından düşərək vurduğu piyadanın yanına doğru hərəkət etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin NHİX-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 09:19-da Elşən Həsənov adlı şəxs +99***-***-**-** mobil nömrədən DİN-nin 102 Zəng xidmətinə zəng edərək Gəncə şəhəri, İmamzadəyə gedən yolda avtomobilin piyadanı vurması və piyadanın vəziyyətinin ağır olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin NHİX-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 09:55-də Gəncə şəhər Beynəlxalq Xəstəxanasından yol-nəqliyyat hadisəsi zamanı xx.xx.1994-cü il təvəllüdlü X14 almış olduğu xəsarətlərdən vəfat etməsi barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BD263920 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Naz Lifan 320” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ƏN-Vİİİ 715386 nömrəli, xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, “Naz Lifan 320” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X18 həmin tarixdən etibarən 06 (altı) ay 18 (on səkkiz) gün müddətə Təqsirləndirilən şəxs “Naz Lifan 320” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək hüququ da daxil olmaqla etibarnamə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş və sonuncunun sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Naz Lifan” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X8 adına qeydiyyatda olmuş, hal-hazırda “Naz-Lifan” markalı avtomobilə **-EZ-*** dövlət qeydiyyat nişanı təhkim edilmiş və xx.xx.2023-cü il tarixdən avtomobil X15 adına qeydiyyata alınmış, “Naz Lifan” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs məxsus olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər İH başçısının İƏDÜN-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Naz-Lifan” markalı, **-EZ-*** (hadisə vaxtı **-BL-*** dövlət qeydiyyat nişanlı) dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər X12 xx.xx.2012-ci il və xx.xx.2017-ci il tarixli “səhhətin müayinə edilməsi” aktlarından görünür ki, Təqsirləndirilən şəxs “çənəaltı limfa vəzilərinin vərəmi, fistula ilə fəsadlaşma” diaqnozu ilə X13 qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 437832 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 İzzət Zülfiqar oğlunun qardaşıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası medallarının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X11 “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hadisə törətdiyi “Naz-Lifan” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili etirbarnamə əsasında aldığını, həmin avtomobilin xx.xx.2023cü il tarixdə X1 və buna görə də avtomobilin mülkiyyətçisinə qaytarılmasına etirazının olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməsinə baxmayaraq, ifadəsində piyadanı təxminən 50-60 metr məsafədən gördüyünü, həmin vaxtı idarə etdiyi avtomobilin surətinin saatda təxminən 70-75 kilometr olduğunu, piyada Rəşad Namazova zolağa keçməməsi üçün xəbərdarlıq siqnalı verdiyini, daha sonra əyləcə basdığını, lakin yayına bilmədiyini, yol-nəqliyyat hadisəsi ani baş verdiyi üçün əyləci sıxıb qarşı yola çıxaraq avtomobili çəkindirmək istəsə də heç bir nəticə olmadığını, bundan başqa hər hansı bir manevrlə hadisədən yayınmaq şansı olmadığını və hadisə törədilən zaman həmin yolda piyada keçidi olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri özünümüdafiə xarakterli, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 8/2301 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin faktiki hallarından göründüyü kimi hadisə baş verən ərazidə icazə verilən hərəkət sürətinə uyğun nəqliyyat vasitəsinin tormoz izi piyadanın vurulduğu yerə qədər qalmış faktiki tormoz izindən kiçik olduğu üçün, nəqliyyat vasitəsinin icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə, yəni sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sonuncunun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bununla belə, avtonəqliyyat vasitəsini müəyyən olunmuş sürət həddini keçərək yüksək sürətlə idarə edən Təqsirləndirilən şəxs öz hərəkətinin ictimai təhlükəli nəticələrə səbəb olma imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan, yəni nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olmasına, sürücülük təcrübəsinə, piyadanın hərəkətlərinə və sair subyektiv və obyektiv amillərə ümid edərək baş verə biləcək nəticənin qarşısını ala biləcəyini güman edib cinayətkarcasına özünəgüvənmə nəticəsində məlum baş vermiş hadisəni törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi onun Rusiya Federasiyasında uzun müddət yaşadığı zaman qanuna müvafiq qaydada 3 illik müddət müəyyən edilməklə sürücülük vəsiqəsinin olmasına, orada müddəti bitdikcə sürücülük vəsiqəsini yeniləməsinə, sonuncu yenilənmiş sürücülük vəsiqəsinin müddətinin bitməsinə son bir il qalmış Azərbaycan Respublikasına gələrək burada yaşamağa başlamasına, lakin sürücülük vəsiqəsini yeniləməməsinə, ümumiyyətlə yeni sürücülük vəsiqəsi alması üçün müvafiq orqana müraciət etməməsinə dair xüsusatlarla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ilkin olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə uyğun qaydada dəyişdirməmiş, həmin vəsiqənin etibarlılıq müddəti bitdikdən sonra belə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun sürücülük vəsiqəsi əldə etmək üçün müraciət etməmiş, nəticədə sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edərək hazırki cinayət hadisəsini törətmişdir. Belə ki, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələri əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrinin idarə olunmasının şərtləri “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə bu cür vəsiqələrin Respublika ərazisində etibarlıq müddətinə dair müddəalar birbaşa müəyyən edilməmişdir. Bununla belə, qanunverici həmin normada Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin üzərinə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti bitməmiş sürücülük vəsiqəsini dəyişdirmək vəzifəsini qoymuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası CM-in 263-1-ci və Azərbaycan Respublikası İXM-in 332-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin Vci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa - sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki pozuntular müəyyən edilərsə - xəstəlik müalicə olunanadək və ya fiziki pozuntu aradan qaldırılanadək. Göründüyü kimi, qanunverici şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasının üç şərtini müəyyən etmişdir: sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi; yol hərəkəti qaydalarının bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulması; şəxsdə müvafiq xəstəliklərin və ya fiziki qüsurların müəyyən edilməsi. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs sürücülük hüququnun olmasına dair qanunvericiliyin tələblərinə uyğun hüquq əldə etməməsi, ümumiyyətlə bununla bağlı müvafiq səlahiyyətli orqana müraciətinin olmaması, sürücülük hüququnun olmasının təsdiq edilməsinə dair hər hansı bir sübut təqdim etməməsi ifadəsində göstərdiyi xüsusatların məsuliyyətini yüngülləşdirmək məqsədi ilə formal xarakter daşımasını bir daha təsdiq edir. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Qanunun tələbinə əsasən Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs vərəm xəstəliyindən əziyyət çəkməsini, qardaşı X4 “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medallar ilə təltif edilməsini, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin olunmasını və əlavə cəzanın icrasının əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-dan xx.xx.2023-cü il tarixdə saat 16:05-dək, yəni 02 (iki) gün şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni 26 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Naz-Lifan” markalı, **-EZ-*** (hadisə vaxtı **-BL-*** dövlət qeydiyyat nişanlı) dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X19 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 26 yanvar 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Naz-Lifan” markalı, **-EZ-*** (hadisə vaxtı **-BL-*** dövlət qeydiyyat nişanlı) dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X19 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar