Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-276/2025 25.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X3 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Koroğlu küçəsi, ev 23, mənzil 27-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni vahid niyyətlə əldə etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 517,795 qram və 190,441 qram olmaqla, bir ədəd qara rəngli sellofan bükümdə və digəri açıq vəziyyətdə qablaşdırılmış ümumi təmiz çəkisi 708,236 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, həmin siyahıların İ-ci siyahısına əsasən xüsusilə külli miqdarda, yəni ayrıayrılıqda təmiz çəkiləri 447,246 qram və 456,945 qram olmaqla, iki ədəd sellofan paketdə qablaşdırılmış ümumi təmiz çəkisi 904,191 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini bir ədəd bəzəkli sellofanın içərisində əlində qanunsuz olaraq saxlayıb daşıyarkən 15 iyun 2024-cü il tarixdə saat 21:30 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədilə qanunsuz olaraq əldə etməklə əlində saxlayıb daşıdığı bir ədəd bəzəkli sellofan paketin içərisindəki ümumi təmiz çəkisi 708,236 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryək və ümumi təmiz çəkisi 904,191 qram olmaqla xüsusilə külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mobil telefonuna tanımadığı nömrədən mesaj gəldiyini görüb mesaja baxdıqda tanımadığı şəxs ondan narkotik vasitə istəyibistəmədiyini soruşmuşdur. O, cavab yazaraq pulunun olmadığını demiş, tanımadığı şəxs isə cavabında ona narkotik vasitəni pulsuz götürməyini və daha sonra imkanı olanda pulunu verməyini təklif etmişdir. O, həmin şəxslə 10 qram metamfetamin və 5 qram heroin götürməyi barədə danışmış və sonuncu ona mobil tətbiq vasitəsilə məkan məlumatı göndərmişdir. Məkan göstəricisinə əsasən narkotik vasitəni Goranboy rayonu ərazisinə atmışlar. O da həmin narkotik vasitəni götürmək üçün taksi sürücüsü kimi tanıdığı Rəşad adlı şəxsin avtomobili ilə yaşadığı Mingəçevir şəhərindən Goranboy rayonu ərazisinə getmişdir. O, Rəşada Goranboy rayonuna nə üçün getdiyini deməmiş və yol pulu kimi sonuncu ilə 20-30 manata razılaşmışdır. Narkotik vasitənin atıldığı yer Goranboy şəhəri ərazisində, polis şöbəsinin yaxınlığında yerləşən yarımtikili olmuşdur. O, yarımtikiliyə daxil olmuş, lakin orada narkotik vasitə tapmamışdır. Bundan sonra telefonla danışdığı şəxsə pul göndərmədiyi üçün sonuncunun onu aldatdığını düşünərək yarımtikilidən çıxmışdır. Həmin vaxtı hava qaranlıq olmuşdur. Yarımtikilidən çıxan zaman polis əməkdaşlarından biri onu sinəsindən yumruqla vurmuş, daha sonra onu tutaraq polis şöbəsinə aparmışlar. Şöbədə olarkən polis əməkdaşları qarşısına narkotik vasitə heroin və tiryək qoyaraq üzərinə götürməli olduğunu demişlər. O, tanımadığım şəxslə sadəcə heroin və metamfetamin götürməyi barədə danışmış, lakin sonuncunun ona göndərdiyi məkanda heç nə tapmamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İranlı ilə razılaşmalarına əsasən o, 15 qram narkotik vasitəni götürüb, daha sonra imkanı olanda pulunu verəcəkdi. İranlı ilə aralarında sonuncunun ona məkanını atdığı narkotik vasitəni satmağı, yaxud oradan götürüb başqa yerə atmağı barədə razılaşmaları olmamışdır. O, narkotik vasitə istifadə edən olmuş, bununla bağlı məhkumluqları da olmuş, lakin narkotik vasitə satışı ilə məşğul olmamış, elə bir niyyəti də olmamışdır. Şöbədə müdafiəçisinin iştirakı ilə videoçəkiliş əsasında üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman bir qədər “narahat” olduğu üçün polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini xatırlamamışdır. O, barəsində qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclasında narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu demiş, polis əməkdaşları onu döymüş və narkotik vasitəni üzərinə götürməyəcəyi təqdirdə yaşadığı evdən çıxaracaqlarını dedikləri üçün o, əvvəlcə məcbur olub narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı prokurorluğa şikayət etmişdir. O, məkan göstəricisi vasitəsilə Goranboy şəhərindəki yarımtikiliyə getmiş, içəridə şkaf olmuş, həmin şkafı qaldırıb altına baxmış, lakin heç nə tapmamışdır. Pul göndərmədiyi üçün tanımadığı iranlının onu aldatdığını düşünüb yarımtikilidən çıxan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hava qaranlıq olduğu üçün onu saxlayanların neçə nəfər olduğunu dəqiq deyə bilməmiş, lakin səs-küydən onu saxlayan polis əməkdaşlarının sayının çox olduğunu ehtimal etmişdir. Onu saxlayan polis əməkdaşlarından yalnız Natiq və Şamxal adlı şəxsləri tanımış, Natiq əvvəllər Mingəçevir şəhərində əməliyyat müvəkkili kimi işləmişdir. Natiq və Şamxal adlı polis əməkdaşları onu sillə-təpiklə vuraraq döymüş, lakin xəsarəti olmamışdır. İstintaq təcridxanasına daxil olarkən də heç bir xəsarəti olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, o, 10 ildən artıq müddətdir narkotik vasitə istifadəçisi olmuş, əsasən narkotik vasitə marixuana, tiryək və heroindən istifadə etmişdir. 14 iyun 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı ünvanda olan zaman +**********35 mobil nömrədən onun istifadəsində olan +99***-***-**-** mobil nömrənin WhatsApp ani mesajlaşma proqramına bir nəfər tanımadığı şəxsin özündə narkotik vasitə olması və həmin maddəni satmaq istəməsi barədə sual yazdığını görüb həmin şəxslə səsli zənglə danışmışdır. Həmin şəxs ona İran İslam Respublikası vətəndaşı olduğunu demiş, eləcə də ona adını desə də o, sonuncunun adını hazırda unutmuşdur. Həmin şəxs ona narkotik vasitə heroin olduğunu və sata bilib-bilməyəcəyini soruşanda o, sata bilməyəcəyini, satışla məşğul olmadığını, özünü istifadə etmək üçün götürə biləcəyini, lakin hazırda pulunun olmadığını, pulu olanda kart verdiyi halda pulu karta göndərə biləcəyini demişdir. Adını bilmədiyi həmin şəxs isə ona kart göndərməmişdir. Bundan sonra özünü iranlı kimi təqdim edən adını bilmədiyi şəxs 15 iyun 2024-cü il tarixdə saat 20:30 radələrində ona tanımadığı məkanın şəklini göndərmiş, bu zaman o, həmin şəxsin onun istifadəsində olan mobil nömrəni kimdən əldə etdiyini soruşmuş, sonuncu isə nömrəni ortaq tanışlardan aldığını demiş, lakin kimdən almasını konkret olaraq bildirməmişdir. O, həmin şəxs ilə WhatsApp ani mesajlaşma proqramında yazışaraq danışmış, həmin şəxs ona məkanın yerini və şəklini göndərmiş, o, açıb baxanda Goranboy şəhəri ərazisi olduğunu görmüş, həmin şəxs isə narkotik vasitə tiryəklə heroinin orada olduğunu demişdir. O, əvvəllər tanıdığı taksi sürücüsü Rəşad adlı şəxsə şəxsi işinin olmasını bildirərək onu Goranboy şəhəri ərazisinə aparmasını demiş, sonuncu ilə 20 manata razılaşmış və Rəşad ondan Goranboy rayonuna nəyə görə getdiyini soruşmamış, o da heç nə deməmişdir. O, Rəşadın istifadəsində olan “Toyota Corolla” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sonuncu ilə birlikdə Goranboy rayonuna getmiş, yanlarında ikisindən başqa da heç kim olmamışdır. X15 Respublikası vətəndaşının ona bildirdiyi Goranboy şəhərində daş bazarı adlanan əraziyə yaxın ünvana çataraq Rəşada maşını saxlamasını və orada onu gözləməsini demiş, sonuncu da razılaşaraq avtomobili saxlayıb onu gözləmişdir. O, maşından düşüb təxminən 300 metr uzaqlaşaraq istifadəsiz olan yarımtikiliyə yaxınlaşmış, həmin vaxtı saat 21:30 radələri olmuşdur. Ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra yarımtikiliyə daxil olmuş və iranlının ona bildirdiyi yerə baxan zaman orada rəngli sellofan paketin olmasını görmüşdür. O, həmin paketin içərisinə baxan zaman paketdə qara rəngli sellofana bükülmüş üzəri şəffaf yapışqanla bağlanmış bağlamanın olmasını görmüşdür. O, iranlının ona göndərdiyi ünvanda narkotik vasitə tiryəklə heroin olmasını bildirdiyi üçün həmin vaxt sellofan paketin içərisində tiryəklə heroin olmasını anlamış, daha sonra isə sellofanı götürərək əlində saxlayıb daşıyaraq oradan uzaqlaşmaq istəyərkən mülki geyimdə olan tanımadığı şəxslər yaxınlaşıb özlərini təqdim edərək Goranboy RPŞ-nin əməkdaşları olduqlarını deyib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu üçün onu polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etməyərək polislərlə birlikdə əlində olan paket ilə sonunculara məxsus xidməti avtomobillə şöbəyə getmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin olunduqdan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əlində saxladığı rəngli sellofan paketi, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung A045” markalı və bir ədəd “İNOİ” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı o, narkotik vasitə tiryəklə heroini 15 iyun 2024-cü il tarixdə Goranboy şəhəri ərazisindəki yarımtikilidən tanımadığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin ona əvvəlcədən bildirdiyi yerdən götürdüyünü, həmin narkotik vasitələrdən heç kimə satmadığını və şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Onun üzərindən aşkar edilmiş bir ədəd rəngli sellofan paketin içərisində olan narkotik vasitə tiryəklə heroin vəkilin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, daha sonra isə iki ədəd mobil telefonlara birlikdə qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməmiş, heç kimdən də şikayət və tələbi olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək həmin ifadələrində göstərmişdir ki, X15 Respublikasının vətəndaşı tərəfindən mobil telefonunda olan WhatsApp ani mesajlaşma proqramına göndərilmiş məkan bildiriminə əsasən orada ümumilikdə 15 qram narkotik vasitə olan tiryək və narkotik vasitə olan heroin olmasını bilib Goranboy rayonuna getmişdir. O, həmin narkotik vasitə tiryəklə heroini öz şəxsi istifadəsi üçün götürmək məqsədi ilə getmiş, lakin Goranboy rayonu ərazisindəki olan stadionun ərazisindəki yarımtikiliyə daxil olub orada narkotik vasitələri axtarsa da tapa bilməmiş, daha sonra tez oradan çıxıb getmək istəyən zaman yarımtikilinin qarşısında qaranlıqdan iki nəfər mülki geyimli şəxs çıxaraq onun üzərinə gəlmiş, üzünü görmədiyi biri onun sinəsindən yumruqla vurmuş və sonra hər ikisi onun qolunu qatlayıb həmin otağa salmışlar və oradan bir ədəd sellofan paketi götürərək onun barmağına keçirmişlər, o, həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Bundan sonra ona “getdik Goranboy rayon polis şöbəsinə” demişlər, rayon polis şöbəsində olan zaman həmin iki nəfər polis əməkdaşı ona video çəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olmasını deməsi barədə təzyiqlər etməyə başlamışlar, o da qorxduğu üçün vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman heroinlə tiryəkin özünə məxsus olmasını, şəxsiyyəti ona məlum olmayan İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi məkan bildirimi vasitəsi ilə Goranboy rayonu ərazisindən götürmək üçün gəldiyini, tiryəklə heroini satmaq niyyətinin olmadığını, şəxsi istifadəsi üçün götürmək məqsədi ilə gəlməyini etiraf etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş mobil telefona baxış zamanı ortaya çıxmış səs yazılarındakı səslərdən biri ona, digəri isə tanımadığı özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsə məxsus olmuş, sonuncu ona narkotik vasitəni qoyduğu yerin məkanını və şəkillərini göndərmiş, tutulan günü onlar mütəmadi olaraq danışmış və bir-birinə səsli mesajlar göndərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrdəki imzalar və əlyazmaları onun tərəfindən icra edilmiş, lakin həmin ifadələr onun sözləri ilə düzgün yazılmamış, o, yarımtikilidən heç nə tapmamış, məkanda göstərilən yerə 15 qram narkotik vasitə götürmək üçün getdiyini polis əməkdaşları telefonundan müəyyən etmişlər. Mobil telefonunda olan “nuldu qardas”, “600 qram tiryək 300 qram kokos var orda qardaş onu götür apar Yevlaxda mene ünvan konum ele ver kartında at sene 500.manat pul vuracam” məzmunlu mesajlar saxlanılandan sonra polis əməkdaşları tərəfindən ona göndərilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 Samir oğlu ifadəsində göstərişdir ki, xx.xx.2024cü il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs barəsində ona əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, eyni zamanda əməliyyat tədbirinin keçirilməsi üçün ondan və Goranboy RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. O, Şahid3lə birlikdə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs olacağı Goranboy şəhərində “köhnə stadion” deyilən əraziyə yaxınlaşmışlar. Orada Təqsirləndirilən şəxs əlində şəffaf rəngli sellofan olduğunu görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən dərhal sonra müdafiəçi ilə təmin olunmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sellofan torbanın içərisində narkotik vasitə olan tiryək və heroin olduğunu, X15 Respublikası vətəndaşı ilə WhatsApp mesajlaşma tətbiqi ilə danışıb əldə etdiyini bildirmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindəki sellofan torbadan həm narkotik vasitə olan tiryək, həm də heroin aşkar edilmiş, aşkar edilmiş narkotik vasitələrin çəkisini dəqiq xatırlamamış, lakin çox olmuşdur. Xatırladığı qədəri ilə bir sellofan torbanın içərisində ayrı-ayrı bükümlər olmuş, daha doğrusu qırmızı rəngli sellofanda heroin, qara rəngli sellofanın içərisində isə tiryək olmuşdur. Şifahi sorğusual zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri WhatsApp mesajlaşma tətbiqi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşının göndərdiyini və özünün gedərək həmin yerdən sellofanı götürdüyünü demişdir. Onlar Təqsirləndirilən şəxs Goranboy şəhəri ərazisində istifadə edilməyən “köhnə stadion” adlanan ərazidə saxlamış, həmin vaxtı saat 21-22 radələri olmuş, əməliyyat məlumatında göstərilən yerə gəldikdə Təqsirləndirilən şəxs əlində sellofan torba ilə hərəkət etdiyini görüb yaxınlaşmışlar, saxlanılan zaman sonuncunun narkotik vasitəni haradan götürməsini bilməsələr də sonra mobil telefonuna baxdıqda haradan götürməsi onlara məlum olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmiş, heç kim sonuncunun üzərində narkotik vasitə qoymamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefon aşkar edilmiş və həmin telefonda sonuncunun iranlı ilə yazışmaları üzə çıxmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Goranboy RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 Şahid2 Samir oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, atası Şərif Quliyevə məxsus “Toyota Corolla” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi işləmişdir. Xatırladığı qədəri ilə 2024-cü ilin may ayında sərnişin gözlədiyi zaman Təqsirləndirilən şəxs yaxınlaşıb Goranboy şəhərinə getmək istədiyini demişdir. Sonuncu ilə razılaşdıqdan sonra onlar birlikdə Goranboy şəhərinə getmişlər. Saat 21:30 radələrində Goranboy şəhərində “Daş bazarı” adlanan yerdə Əli avtomobili saxlamağını demiş, o, avtomobili saxladıqdan sonra sonuncu düşüb harasa getmişdir. O, orada Əlini bir saata yaxın gözləmiş, bundan sonra sonuncuya zəng etmiş, lakin zəng çatmadığı üçün məcbur olub geri qayıtmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Goranboy şəhərində avtomobili saxladıb düşdükdən sonra orada gözləməyini və qohumu evinə gedib-gələcəyini demiş, lakin o, avtomobili saxladığı yerdə ev görməmişdir. Əlinin avtomobildən düşdükdən sonra hansı istiqamətdə getdiyinə də fikir verməmişdir. Sonradan polis əməkdaşları ona zəng edib Goranboy RPŞ-yə dəvət edən zaman o, Əlinin tutulduğunu bilmişdir. Onu Təqsirləndirilən şəxs ilə Goranboy şəhərinə getdikləri günün ertəsi polis şöbəsinə dəvət etmişlər, o, Əlinin hansı şəraitdə və necə tutulmasını görməmiş, Goranboy şəhərinə gələn zaman da Təqsirləndirilən şəxs yolda kiminləsə əlaqə saxlamasının şahidi olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/702 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəkə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd, 1 (bir) ədəd qara rəngli sellofan bükümdə və digəri açıq vəziyyətdə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 517,795 qram və 190,441 qram olmaqla, ümumi təmiz çəkisi 708,236 qram olan maddələr, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 2) Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddə olan heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan paketdə olan digər 1 (bir) ədəd sellofan paketdəki 2 (iki) ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 447,246 qram və 456,945 qram olmaqla, ümumi təmiz çəkisi 904,191 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3) Tiryək və heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (1-ci siyahı) daxildir. Qeyd: tiryəkin ümumi təmiz çəkisi – 708,236 qr., tədqiqata sərf edildi – 0,6 qr., qalıq – 707,636 qram. Heroinin ümumi təmiz çəkisi – 904,191 qr., tədqiqata sərf edildi – 0,4 qr., qalıq – 903,791 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1265 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 594 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs DİSSOSİAL TİP ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyindən əziyyət çəkmişdir. Hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs DİSSOSİAL TİP ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, ona şamil edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən anlaqlı olmuşdur, onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 22:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 21:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əlində saxladığı rəngli sellofan paketi, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 1 (bir) ədəd “Samsung Galaxy A04” markalı və “İNOİ” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi rəngli sellofan torbanın içərisində olan qara rəngli sellofana bükülmüş və üzəri şəffaf yapışqanlı lentlə bağlanmış torbanın içərisinə baxdıqda ilk görünüşdən narkotik vasitə olan tiryək və heroinə bənzər maddələr olması aşkar edilmişdir. Qeyd edilən kütlələr elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan tiryəkə bənzər maddənin çəkisinin 725 qram, heroinə bənzər maddənin çəkisinin isə 960 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan tiryəkə və heroinə bənzər maddələr, eləcə də 1 (bir) ədəd “Samsung Galaxy A04” markalı və 1 (bir) ədəd “İNOİ” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəklə heroinə bənzər maddəni xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Goranboy şəhəri ərazisində adını bilmədiyi və tanımadığı şəxs ilə əvvəlcədən razılaşdırılmış yerdən götürdüyünü, narkotik vasitələrdən heç kimə satmadığını, əvvəllər narkotik vasitə istifadə etdiyi üçün həmin kütlələri şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və informasiya daşıyıcı olan diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy A04” mobil telefona baxış zamanı həmin mobil telefonda mobil nömrənin +99***-***-**-** olması, eləcə də Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma proqramında həmin nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edilmişdir. “WhatsApp” ani mesajlaşma proqramına baxış zamanı “Taniw” adı ilə qeyd edilmiş +**********35 mobil nömrədən xx.xx.2024-cü il tarixdə gələn mesajlarda “Qardaş goranın kuruqundan gir içəri üzü goranboya tərəf.kohne Goranboy rayon stadionu var onun tiribunasidir.genceye getmirsen” məzmunda mesaj, bundan başqa məkan göstəriciləri, daha sonra “Burdan girsin içəri sağ tərəfdə görəcək dağınıq pilləkən var onunla qalxacaq” yazısı və sağa istiqamətlənmiş oxla işarələnmiş giriş qapısının fotosu, “bura qalxanda solda bu otağı gorecek” yazısı və düzünə oxla işarələnmiş tikili fotosu, “girsin bu otağa solda bir dene otaq var” yazısı və bundan başqa otağın giriş qapısının görünüşü olan foto və sola işarələnmiş ox işarəsi aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə xx.xx.2024-cü il tarixdə yazılmış “Catıram 5 deqeye ora” yazısı, “Taniw” adı ilə qeyd edilmiş şəxs tərəfindən yazılmış “nuldu qardas”, “600 qram tiryək 300 qram kakos var orda qardaş onu götür apar Yevlaxda mene ünvan konum ele ver kartında at sene 500.manat pul vuracam”, “Niye telefonun qabağını bahlamısan?senin səslərin var məndə telefonu aç yoxsa seslerini paylaşacam bütün Azerbaycan bilecek ki sen konumdan menim malımı dasıyırsan”, “E qardaş niye telefonunu sondurmisen? Menim zenglerime cavab ver tez ol orda menim 9000 manatliq tiryekim 15000 manatlıq kakosum var sizin pul ile 24000 manatım var orda götürdün menim malımı kartını at senin 500 manatını vurum apar Yevlaxa ünvan konum ele at menim.malimi gözləyir caamat orda.bakidan gelibler”, “Daw 10 denedi torpag 5di qaqa”, “??”, “Yoxsa torpagdi 10 dene”, “He ele oldu men 10 kola demiwdim axi”, “Hecne qaqa teki salamatcilix olsun”, “He qaqa 10 kola demiwdim”, “Hecne qaqa”, “Salamatcilix olsun teki gelen sefer kolani cox eliyeriy”, “Qaqa”, “Men goranboya naxag girdim”, “Gencediee bura” yazıları olan mesajlar, bundan başqa “bizdə bax bu dəqiqə saat 17:10dur altıya işləyib 10 dəqiqə mənə bir dənə saat deyərdin mən onda çıxardım, sən oranın saatı ilə deyirsən mən bilmirəm axı 17:11-dir yəni neçədə çıxım brat”, “çıxmamışdan qabaq qaqa konumu atardın mənim internetim ola bilsin ki olmadı, şoferdə olarsa qoşularam, olmazsa da elə burdan vuraram, internetim oluyajaxdı qaqa, elə evdə olmuşkan atarsan pramoy gedərəm”, “qaqa 15-20 dəqiqəyə istəyirəm çıxam burdan, maşın 15-20 dəqiqəyə çatır yanıma nə deyirsən, çıxım”, “konum atırsan yoxsa nətər yoldan atassan, Gorana gedəjəm, Goranboya gedəjəm, demədin e dəqiq, yolda nətərsə konum atassan, özüm biraz gec çıxdım”, “üzü Goran tərəfə gedirəm, Goran biraz bəridədir, Goranboy o tərəfdədir, gedib Goranda gözləyərəm, Goranboya atarsan, Gorana çatanda deyəcəm atarsan”, “vsyo qaqa aydındır, Goranboya gedəjəm”, “nağayrım mən deyirəm görümmüyüm də burda çox, burdayam çatmışam” səsləri aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd “İNOİ” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş diksə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***- **-** mobil nömrəsinə aid məlumatlara baxdıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 Samir oğlunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs Goranboy rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə daşıması, saxlaması və satması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 Samir oğlunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Goranboy rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə daşımasında, saxlamasında və satmasında şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 Samir oğlunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə daşımasında, saxlamasında və satışında şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30-da Goranboy şəhəri ərazisində saxlanılaraq Goranboy RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 708,236 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə hesab edilən tiryək və ümumi təmiz çəkisi 904,191 qram olmaqla xüsusilə külli miqdar təşkil edən narkotik vasitə hesab edilən heroini hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamış, keçirilmiş vətəndaşların sorğusu əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri konkret olaraq kimlərə satması müəyyən olunmasa da onun tüfeyli həyat tərzi keçirməsi və narkotik vasitənin satışından əldə etdiyi gəlirdən əlavə qazancının olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Goranboy şəhəri ərazisində yerləşən stadionun ərazisindəki yarımtikilidən götürdüyü narkotik vasitələri həmin əraziyə kimin qoymasını, eləcə də Təqsirləndirilən şəxs qeyd etdiyi kimi narkotik vasitələri ona göndərən özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən +**********35 saylı mobil nömrənin sahibini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Goranboy şəhəri ərazisində yerləşən stadionun ərazisindəki yarımtikilidən narkotik vasitələri götürdüyü yeri DİN-in “Təhlükəsiz Şəhər” kameraları, eləcə də vətəndaşlara məxsus hər hansı bir kamera müşayiət etmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(051)-132/2019 saylı hökmünün, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)-50/2020 saylı hökmünün və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-43/2024 saylı hökmünün surətlərindən görünür ki, Əliyev X10 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(051)-132/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)-50/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 04 (dörd) gün hissəsindən xx.xx.2021-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmiş; Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-43/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 sayı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)-50/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş Əliyev X14 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 04 (dörd) gün hissəsindən xx.xx.2021-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-43/2024 saylı hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 707,636 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və ekspertiza tədqiqatından sonra qalıq qalmış 903,791 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Samsung Galaxy A04” markalı və 1 (bir) ədəd “İNOİ” markalı mobil telefonlar sonuncunun anası X2 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən X1 narkoloji kabinetində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs anası – 1957-ci il təvəllüdlü X4 ilə birlikdə Mingəçevir şəhəri, Koroğlu küçəsi, ev 23, mənzil 27-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X7 tərəfindən 1812 C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsinə Goranboy Rayon Məhkəməsində baxılarkən Təqsirləndirilən şəxs Goranboy RPŞ-nin bir qrup əməkdaşları tərəfindən döyülmə, təzyiq və qeyri-insani davranışına məruz qalması bildirməsi ilə bağlı məhkəmənin məlumatı əsasında xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2025 il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin MSY-nə daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək Goranboy rayonuna 15 qram narkotik vasitə üçün getdiyini, orada olan narkotik vasitələrin çox olmasını bilmədiyini, Goranboy şəhərində stadionun yaxınlığındakı yarımtikilidə olarkən içərisində narkotik vasitələr olan sellofanı tapa bilmədiyini, həmin sellofanı götürməmiş polislər tərəfindən tutulduğunu, həmin sellofanı polislərin özlərinin taparaq ona verdiklərini, polislərin onu döydüklərini və psixi təsir göstərdiklərini, polis şöbəsində üzərinə narkotik vasitələr qoyduqlarını, polis şöbəsində ona göstərilmiş fiziki və psixi zorakılıq nəticəsində məcbur qalaraq etirafedici ifadələr verdiyini və sənədlərə imza etdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən tanımadığı şəxsin 15 iyun 2024-cü il tarixdə saat 20 radələrində ona WhatsApp ani mesajlaşma proqramında mesaj yazdığını, daha sonra həmin şəxslə yazışaraq səsli zənglə danışdığını, həmin şəxsin ona narkotik vasitələrin qoyulacağı yerin ünvanını və şəklini göndərdiyini, ünvana açıb baxanda Goranboy şəhəri ərazisi olduğunu gördüyünü, iranlının isə narkotik vasitə tiryəklə heroinin orada olduğunu dediyini, taksi fəaliyyəti ilə məşğul olan tanışı ilə birlikdə Goranboy şəhərinə getdiyini, həmin şəhərdə köhnə stadionun yaxınlığındakı yarımtikiliyə daxil olaraq içərisində narkotik vasitə tiryəklə heroin olan sellofanı götürdüyünü, oradan uzaqlaşmaq istəyən zaman isə polislər tərəfindən saxlanıldığını və polis şöbəsinə aparıldığını, saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin onun üzərinə narkotik vasitə qoymadığını, üzərindən aşkar edilmiş narkotik vasitə tiryəklə heroinin özünə məxsus olduğunu və tanımadığı iranlının göndərdiyi ünvana gedərək götürdüyünü göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq izahatla ifadələrini oxuduğunu, onun sözləri ilə doğru yazıldığını, hər hansı şikayət və tələbinin olmadığını göstərmişdir. İzahatla ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı psixi və fiziki zorakılıq hallarına yol verdiyini, eləcə də üzərinə narkotik vasitə qoyduqlarını göstərməmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Əli Təqsirləndirilən şəxsndə saxladığı rəngli sellofan paketi, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 1 (bir) ədəd “Samsung Galaxy A04” markalı və “İNOİ” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi rəngli sellofan torbanın içərisində olan qara rəngli sellofana bükülmüş və üzəri şəffaf yapışqanlı lentlə bağlanmış torbanın içərisinə baxdıqda ilk görünüşdən narkotik vasitə olan tiryək və heroinə bənzər maddələr olması aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs WhatsApp ani mesajlaşma proqramında özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən tanımadığı şəxsin ona mesaj yazdığını, həmin şəxslə qeyd edilən proqramda yazışaraq səsli danışdığını, şəxsi istifadəsi üçün iranlıdan narkotik vasitə istədiyini, pulu olmadığını, götürəcəyini narkotikin pulunu az-az ödəyə biləcəyini, iranlının da etiraz etmədiyini, narkotik vasitəni Goranboy şəhərində bir yerə qoyduğunu, həmin yerin ünvan məlumatlarını və şəkillərini ona WhatsApp ani mesajlaşma proqramında göndərdiyini, özünün də gələrək həmin kütlələri götürdüyünü, lakin aşkar edilən çəkidə olduqlarını bilmədiyini, götürən zaman çəkisinin çox olduğunu gördüyünü, aşkar edilən narkotik vasitələrdən əvvəllər istifadə etmədiyini, sadəcə olaraq yarımtikilidən götürdüyünü, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda həm müdafiəçisinin, həm də təhqiqatçının sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, içərisində narkotik vasitə olan sellofanın özünə məxsus olduğunu, tanımadığı iranlının göstərişi ilə gedib həmin sellofanı götürdüyünü, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. O cümlədən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung Galaxy A04” markalı mobil telefondakı WhatsApp ani mesajlaşma proqramında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polislər tərəfindən tutulmamışdan qabaq mütəmadi olaraq “Tanıw” adı ilə qeydiyyata aldığı +**********35 mobil nömrə ilə qarşılıqlı formada əlaqə saxladığı, bir-biri ilə adi və səsli mesajlarla danışdıqları, həmin şəxsin Təqsirləndirilən şəxs narkotik vasitələrin qoyulduğu yerin ünvanını və dəqiq yeri oxla işarələnmiş şəkillərini göndərdiyi, daha sonra isə həmin şəxsin içərisində narkotik vasitə olan sellofanı götürdükdən sonra həmin sellofanı Yevlax şəhərinə aparmasını deməsi, qarşılığında isə Təqsirləndirilən şəxs müəyyən məbləğdə pul verəcəyini bildirməsi, bir sözlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair qarşılıqlı danışıqların olması aşkar edilmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 Samir oğlu və Şahid3 ifadələrində saxlanılan zaman Təqsirləndirilən şəxs əlində sellofanla birlikdə Goranboy şəhər stadionun yaxınlığındakı yarımtikilidən çıxdığını, sonuncunun məhz əlində sellofanla birlikdə yarımtikilidən çıxaraq oradan uzaqlaşmaq istəyən zaman saxlanıldığını, saxlanılarkən və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, üzərinə narkotik vasitə qoymadığını, şəxsi axtarış zaman Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı ilə danışaraq sonuncunun WhatsApp ani mesajlaşma proqramında ona göndərdiyi ünvana getdiyini və orada olan yarımtikilidən içərisində narkotik vasitə olan sellofanı götürdüyünü etiraf etdiyini göstərmişlər. Hətta iş materiallarında olan həm Goranboy RPŞ-dən, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Eləcə də iş materiallarında olan Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin icraatında olmuş 1812 C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, ilkin yoxlama zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli, 492 nömrəli məhkəmətibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər tibbi sənədlərlə onun bədəni üzərində tutulduğu günə uyğun gələn döyülməyə xarakterik xəsarətin olması öz təsdiqini tapmamışdır. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1265 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həkim komissiyası tərəfindən verilmiş suallara cavab olaraq üzərindən aşkar edilən narkotik vasitəni tapdığını göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat, həm də məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində WhatsApp ani mesajlaşma proqramında özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Tanıw” adı ilə qeydiyyata aldığı +**********35 mobil nömrə ilə danışarkən narkotik vasitəni sonuncudan məhz şəxsi istifadəsi üçün istədiyini göstərsə də, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung Galaxy A04” markalı mobil telefondakı WhatsApp ani mesajlaşma proqramına baxış zamanı “Tanıw” adı ilə qeydiyyata alınmış həmin şəxsin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:39-da, yəni sonuncu polis əməkdaşları tərəfindən tutulduqdan doqquz dəqiqə sonra mesaj yazaraq götürdüyü narkotik vasitələri Yevlax şəhərinə aparmasını və bu xidməti qarşılığında ona 500 manat pul verəcəyini bildirmişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində dövlət hesabına, daha sonra isə müqavilə əsasında müdafiəçilərə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçilərinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Goranboy Rayon Məhkəməsi tərəfindən verilmiş məlumat əsasında isə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından xx.xx.2024-cü il tarixli qərarla Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə baxmayaraq, həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində içərisində narkotik vasitə olan sellofanı götürməmiş polislər tərəfindən saxlanıldığını, sonuncular tərəfindən ona qarşı həm fiziki, həm də psixi zorakılığa yol verildiyini və üzərinə narkotik vasitə qoyulduğunu göstərsə də, iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, barəsində tərtib olunmuş tibbi sənədlərdə, eləcə də şahidlərin ifadələrində Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs həm müdafiəçisinin, həm də təhqiqatçının suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, içərisində narkotik vasitə olan sellofanı iranlı ilə danışaraq sonuncunun göndərdiyi ünvana gedib götürdüyünü göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həmçinin məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müqavilə əsasında müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin və tiryək narkotik vasitə hesab olunur; heroinin xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 800 qramdır; tiryəkin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 50 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/702 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin ümumi təmiz çəkisi 708,236 qram olmaqla külli miqdar, heroinin ümumi təmiz çəkisi isə 904,191 qram olmaqla xüsusilə külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən iki növ narkotik vasitənin aşkar edilməsi, narkotik vasitə olan tiryəkin həm ayrıayrılıqda, həm də ümumi təmiz çəkisinin külli miqdar təşkil etməsi, narkotik vasitə olan heroinin ümumi təmiz çəkisinin isə xüsusilə külli miqdar təşkil etməsi, həm tiryəkin, həm də heroinin çəkilib ayrı-ayrılıqda iki ədəd bağlamaya yığılması, həmçinin onun üzərindən tiryəkin də aşkar edilməsinə baxmayaraq, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən yalnız heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, eləcə də istifadəsində olan mobil telefona baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mesajların və fotoşəkillərin aşkar edilməsi faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-in 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncular arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs vəzifəsi içərisində külli miqdarda narkotik vasitə tiryək və xüsusilə külli miqdarda narkotik vasitə heroin olan sellofanı bir təyinat nöqtəsindən digər təyinat nöqtəsinə daşımaqdan ibarət olmuş, bunun qarşılığında da o, mənfəət kimi müəyyən məbləğdə pul vəsaitini almalı olmuş, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri real olaraq icra etmişdir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)- 50/2020 saylı hökmü ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə məhkum edildiyi Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə məhkumluqları onun xx.xx.2021-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən iki il keçdiyinə görə ayrı-ayrılıqda hesablanmaqla qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(051)-43/2024 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, ittiham olunduğu əməli xx.xx.2024-cü il tarixdə, yəni barəsində olan birinci iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)- 43/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, onun üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 15 iyun 2024-cü il tarixdən hesablanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 707,636 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və ekspertiza tədqiqatından sonra qalıq qalmış 903,791 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1265 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-43/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və onun üzərində 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 15 iyun 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 707,636 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və ekspertiza tədqiqatından sonra qalıq qalmış 903,791 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-276/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-276/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver