Məhkəmə qərarları › İş №1(100)-277/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-277/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-277/2021 10.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X24, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X19 və müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Həsənli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, 08.02.2021-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təsridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu, 07 fevral 2021-ci il tarixdə, saat 22 radələrində bacanağı X12 yaşadığı X37 məxsus Ceyrançöl qış otlaq sahəsinin Tovuz rayonunun ərazisinə düşən hissəsində yerləşən fermada olan evə ailə üzvləri və tanışı X20 ilə birlikdə qonaq gəldikdən sonra fermada yaşayan, əvvəllər tanımadığı Gədəbəy rayonunun Əmiraslanlı kənd sakini X21 və digər çobanlarla birlikdə X6 qaldığı otaqda spirtli içki qəbul edib sərxoş vəziyyətə düşmüş, 08 fevral 2021-ci il tarixdə, saat 01 radələrində məclis qurtardığından orada olan şəxslər otaqdan fermanın həyətinə çıxmış, bu zaman onun qadın və uşaqların yanında bacanağı Rahil Qeybalıyevin ünvanına nalayiq ifadə işlətməsi səbəbindən İlqar Məmmədovla arasında sözlü mübahisə yaranmış, hadisə yerində olan X18 İlqar Məmmədovu sakitləşdirmək məqsədilə kənara çəkdikdən sonra yaşadıqları fermaya getmək üçün birlikdə gəldikləri X9 idarə etdiyi “Niva” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilə doğru hərəkət edən zaman İlqar Məmmədovun onların istiqamətində gələn X22 arxadan baş nahiyəsindən ağacla vurduğunu görüb sonunculara yaxınlaşaraq İlqar Məmmədovdan qaynatasını hansı səbəbdən vurmasını soruşub sonuncu ilə mübahisə edə-edə evin arxa tərəfinə keçmiş, orada İlqar Məmmədovun onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi və yumruqla onun sol göz nahiyəsindən 1 dəfə zərbə vuraraq ona ümumilikdə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsindən əsəbiləşərək qisas almaq niyyətilə İlqar Məmmədovu qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə bacanağı Rahil Qeybalıyevin qaldığı otağa gedərək otaqda olan stolun üzərindən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb İlqar Məmmədovun olduğu yerə qayıdarkən evin yan tərəfində İlqar Məmmədovla qarşılaşıb sonuncu ilə yenidən mübahisə edərək evin arxa tərəfinə keçmiş və orada əlindəki deşici-kəsici xassəyə malik mətbəx bıçağı ilə İlqar Məmmədovun həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya ölümünə səbəb olan-dərəcəsinə görə döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən və ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, həmin vaxt hadisə yerində olan X20 idarə etdiyi “Niva” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla Azad Hümbətov ilə birlikdə X71 rayon mərkəzi xəstəxanasına apararkən Tovuz rayonunun Əlimərdanlı kəndinin ərazisində X95 maşını ilə rastlaşıb İlqar Məmmədovu həmin avtomobilə yerləşdirmələrinə və sonuncu xəstəxanaya aparılmasına baxmayaraq İlqar Məmmədov aldığı xəsarətlərdən yolda ölmüş, bununla da o, İlqar Məmmədovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkimiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, atası X38 o, uşaq ikən vəfat etmişdir. Anası o uşaq olanda atası ölməmişdən əvvəl bacısı İlahə ilə birlikdə evdən çıxıb getmişdir, onun harada olmasından xəbəri yoxdur. Böyük qardaşı Sənanın harada olmasından xəbəri yoxdur, kiçik qardaşı Orxan təxminən 1 il olar ki, tutulubdur. 2019-cu ildə X39 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 28 fevral 2020-ci il tarixli 1 azyaşlı övladı vardır. Hərbi xidmətdən qayıtdıqdan sonra Tovuz rayonu Ceyrançöl qış otlaq sahəsində Qazan Gölü ətrafında yerləşən Vüsal Qurbanova məxsus yataqda çoban işləmişdir. Vüsal Qurbanov onun atasının əmisi nəvəsidir. Atası öldükdən sonra da onlara demək olar ki, Vüsal baxmışdır. Yataqda ondan başqa Niyaməddin və Sübhan adlı çobanlar da ailəsi ilə birlikdə işləmişdir. X45 o işlədiyi yataqdan bir qədər kənarda yerləşən digər yataqdan tanımışdır və evlənmişdir. X55 da çobandır və hazırda o qaldığı yataqla qonşuluqda həyat yoldaşı, Sona Hümbətova ilə birlikdə yaşayır. 07 fevral 2021-ci il tarixdə günorta saatlarında qaynatası Azad ona zəng edərək bacanağı Rahilin qaldığı yatağa qonaq gedəcəyini və Rahilin onu da ora çağırdığını demişdir. Bacanağı Rahilin uşağının bir neçə gün əvvəl ad gününə gedə bilmədiyi üçün o özü də qaynatasıgilə bir gün vaxt edib onlara gedəcəklərini demişdir. Qaynatası da ona zəng edib Rahilin onları çağırdığını dedikdən sonra Rahil özü də ona zəng edib qonaq dəvət etmişdir. Həmin gün saat 20-21 radələrində qaynatası və qaynanası Orxan adlı sürücü ilə onlara gəlib onu və ailəsini də götürərək bacanağı Rahilgilə getmişlər. Orxan qaynatası Azadın işlədiyi yatağın yiyəsi olan Nadirin oğludur və onun ağ rəngli dəqiq nömrəsini xatırlamadığı Niva markalı avtomobili vardır. Bacanağı Rahil də Rafiq adlı Gəncə şəhər sakinin yatağında işləyir. Həmin yataqda bacanağı Rahildən başqa da İlqar, Məhəmməd və adını bilmədiyi bir başqa şəxs də ailəsi ilə birlikdə yaşayır. Onlar Rahilin işlədiyi yatağa çatdıqdan sonra birbaşa yataqda Rahilgilin qaldığı otağa keçmişlər. Həmin vaxtı yataqda başqa kimlərin olmasından onun məlumatı olmamışdır. Rahilgilə çatanda saat 22 radələri olmuşdur. Həmin yataq onlar qaldığı yataqdan təxminən 20-30 km məsafədə yerləşir. Rahilgilə getdikdən sonra onlar və Rahilin ailəsi Rahilgilin qaldığı otaqda birlikdə oturmuşlar. Qaynatası Azad da Rahilə yataqda olan digər çobanları da onlarla oturmağa dəvət etməsini demişdir. Həmin çobanlar da adını sonradan bildiyi İlqar adlı çobanın qaldığı otağa yığışmışdlar. Rahil getdikdən sonra da qaynatası Azad özü də gedib digər çobanları onlarla birlikdə yeyib-içməyə çağırmışdır. Lakin Rahilgilin qaldığı otaq balaca olduğu üçün onlar Məhəmməd adlı çobanın qaldığı otaqda yeyib-içməyi qərarlaşdırmışlar. Sonradan kişilər Məhəmmədgilin otağında, qadınlar isə bacanağı Rahilin otağında əyləşmişlər. Onlar birlikdə oturmamışdan əvvəl bacanağı Rahil, İlqar, Məhəmməd və adını sonradan bildiyi Yaşar adlı çoban artıq birlikdə oturub yemek yeyib spirtli içki qəbul etmişlər. O, İlqarla Məhəmmədi birinci dəfə həmin məclisdə görmüşdür. Digər çoban olan Yaşarı isə bir dəfə əvvəldən görməyinə baxmayaraq onunla heç bir münasibəti olmamışdır. Məclisdə oturan zaman onlara Məhəmmədin arvadı Sevinc xala qulluq etmişdir. Onlar birlikdə oturub yeyibiçən Məhəmməd İlqara evlərindən gedib atlama gətirməsini bildirmiş, İlqar da evlərinə gedib atlamanı gətirdikdən sonra stolda olan Yaşar adlı çoban əlini stəkanla birlikdə atlama olan vedrəyə saldığı üçün Məhəmməd onun bu hərəkətinə acıqlanıb atlamanı içməyəcəyini bildirmişdir. Məhəmməd belə dedikdən sonra İlqar Məhəmmədin bu hərəkətinə hirslənib onunla sözlü mübahisə etmiş, sonra isə atlamanı pəncərədən çölə töküb öz qaldıqları otağa getmişdir. Məclis davam edən zaman stola çay gəlmiş, kişilər də araq içə-içə çay da içmişlər. Həmin vaxtı yanında oturan Orxan “araqla da çay içərlər, yoxsa mən içdim “göt” oldum dediyi üçün İlqar ona bu sözünə görə irad bildirmiş, Orxan da ona həmin sözü onun ünvanına demədiyini, onunla zarafatınını olmadığını, stolda da yaşlı kişilər olduğunu, heç vaxt kiminsə ünvanına söyüş söyməyəcəyini demiş, həmin söhbət orada da bağlanmışdır. Məclis davam edən vaxtı onlar hamısı siqaret çəkmək üçün çölə çıxmış, siqaret çəkən zaman çöldə də normal söhbətləşərək yenidən otağa qayıdıb yeyibiçməyə davam etmişlər. İlqar özü də içəri qayıtdıqdan sonra 5-10 dəqiqə onlarla oturub sonra öz otaqlarına getmişdir. Saat 01 radələrində o məclisdən durub Rahilgilin otağına keçərək həyat yoldaşına gec olduğu üçün öz yataqlarına qayıtmaqlarını bildirmiş, sonra da kişilər hamısı məclisdən durub çölə çıxmışlar. Yatağın qarşısında o Rahildən balaca qızını özləri ilə aparmaları üçün icazə istəmiş, Rahil isə başqa vaxt gəlib onlarla qalmasını bildirdikdə baldızı Aybəniz də Rahilin razı olmadığını dediyi üçün o ona “Rahil qələt eləyir, mən deyəndən sonra Rahil kimdir” demiş, həmin vaxtı orada olan adamların nə iş gördüyünü isə bilməmişdir. Sonra da qaynatası Azadla İlqarın yatağın qırağında söhbət etdiyini görüb həmin vaxtı onlara yaxınlaşanda görmüşdür ki, İlqar qaynatası Azada deyir ki, Elvin söyüş söyübdür, ancaq o orada heç kimin ünvanına söyüş söyməmişdir. Ola bilər ki, ağzından nə isə söyüş çıxsın, ancaq qeyd etdiyi kimi konkret olaraq heç kimə qarşı söyüş söyməmişdir. İlqar qaynatasına belə deyəndə o da ona irad bildirərək “qələt edib söyüş söyübdür, söyübsə də elə fikirləş ki, mənim ünvanıma söyübdür” demiş, onlar bu məzmunda söhbət edən zaman arvadı, qaynanası və baldızı da maşında oturub söhbət etmiş, o da getmək üçün maşına tərəf oturmağa gedəndə qəfildən arxadan nə isə səs gəlmiş və geriyə baxanda İlqarın əlində ağac parçası ilə qaynatası Azadın başından vurduğunu görmüşdür. Həmin vaxtı qaynatası yerə yıxılmış və Məhəmməd kişi gəlib İlqarı kənarlaşdırmışdır. O da İlqarın qaynatasını vurduğunu özünə sığışdıra bilmədiyi üçün ona tərəf gedib onun nə səbəbə qaynatasını vurduğunu soruşanda İlqar onun və ailəsinin ünvanına söyüş söydüyü üçün bundan əsəbləşib onunla süpürləşə-süpürləşə yatağın arxa tərəfinə, çəpərliyə doğru getmiş, həmin vaxtı Orxan da onu aralamaq üçün yanlarına gəlmiş, onlar çəpərə keçdikdən sonra Məhəmməd kişigil də onları süpürləşdiyini görüb onları aralamağa gəlmiş, həmin vaxtı artıq İlar onun gözündən yumruqla vurmuşdur. Qaynatası da həmin vaxtı baldızı, qaynanası və Rahil onun başını sarımaq üçün öz otaqlarına aparmış, Məhəmmədgil onları araladıqdan sonra İlqar onun gözündən vurduğu, eyni zamanda onu və ailəsini söydüyü üçün onun bu hərəkətlərini qəbul edə bilməyib Rahilgilin qaldığı otağa gedib həmin vaxtı otaqdakı stolun üstündən mətbəx bıçağını götürüb geriyə qayıtdıqda İlqarı yatağın künc tərəfində görüb yenidən onunla süpürləşəsüpürləşə arxaya tərəfə, çəpərliyə doğru getmiş, çəpərlikdə süpürləşən zaman İlqara qarşı onun etdiyi söyüşlərə görə ona qarşı acıqlı, həm də sərxoş olduğu üçün onun etdiyi söyüşləri qəbul edə bilməyib əlindəki bıçaqla onun ürək nahiyəsindən bir dəfə vurmuş, İlqarı vurduqdan sonra o özü yeriyə-yeriyə yatağın küncünə tərəf gəlmiş, həmin vaxtı Orxan özü də onu vurduqdan sonra yanlarına gəlmiş, ancaq onun İlqarı bıçaqla vurduğunu bilməmişdir. Sonra da Orxan onu çəpərə tərəf aparmış, həmin vaxtı İlqarın yerə yıxıldığını və tanımadığı bir nəfər oğlanın da ora gəldiyini görmüş, sonradan həmin oğlanın İlqarın oğlu olduğunu bilmişdir. İlqar yerə yıxıldıqdan sonra Rahil və orada olan arvadlar da həmin yerə gələrək İlqarı yatağın qarşısına işığa gətirmişlər. O özü orada İlqarı bıçaqla vurduğunu deyərək orada nə qədər İlqarın həyat yoldaşına onu Orxanın maşını ilə xəstəxanaya aparmaq üçün buna icazə vermələrini desə də onlar razı olmamış, daha sonra isə özü istifadəsində olan mobil nömrə ilə təcili yardıma zəng etmişdir. Sonradan təcili yardım gecikdiyi üçün 3 dəfə yenə təcili yardıma zəng edib gəlib-gəlmədiklərini maraqlanmışdır. Sonradan Məhəmməd kişinin arvadına “ay xala mənə inanmırsınızsa, kimi deyirsinizsə o da maşına otursun, İlqarı xəstəxanaya aparaq” demiş, belə dedikdən sonra Məhəmməd kişinin arvadı onu aparmaqlarına icazə vermişdir. Sonra da Orxan özü maşını sürmüş, o özü isə arxada oturmuş, İlqarı da onun qucağına uzatmışlar. Oradan tərpəndikdən sonra yatağın yaxınlığında maşınları xəndəyə düşmüş, həmin vaxtı yataqdakılar gəlib kömək edib maşını oradan çıxartmışlar. Sonra qaynatası özü də başı yarıldığı üçün onlarla xəstəxanaya getmiş, həmin vaxtı İlqarın huşu özündə olmamışdır. Onlar yol ilə gələndə o İlqarın nəfəs aldığını hiss etmiş, Əlimərdanlı kəndinin ərazisində olanda onlar təcili yardım maşını ilə rastlaşmış və İlqarı öz avtomobillərindən düşürüb təcili yardım maşınına mindirmişlər. Onlar onu maşına mindirdikdən sonra təcili yardım xidmətinin həkimləri İlqarın artıq öldüyünü demişdir. İlqar Məmmədova bıçaqla xəsarət yetirməyinin səbəbi onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsi, qaynatası Azadı başından vurduğu üçün ondan qisas almaq olmuşdur. Onun X66 bıçaqla vurmağını kiminsə görüb-görmədiyini bilməmişdir. O İlqar Məmmədovu bıçaqla vurduqdan sonra İlqar özü yatağın küncünə tərəf gəlib orada yerə yıxılmışdır. Həmin vaxtı Orxan da onun yanına gəlmiş, ancaq o onun İlqarı bıçaqla vurmağını görməmişdir. Ümumiyyətlə İlqarın bıçaqlandığını, o yatağın küncündə yerə yıxıldıqdan sonra yataqdakılar gəlib gördüyü üçün onun İlqar Məmmədovu bıçaqla vurmasını heç kimin görmədiyini hesab edir. İlqar Məmmədovla əlbəyaxa mübahisə edən zaman ona heç bir xəsarət yetirməmişdir. İlqar özü birinci onun sifətindən yumruqla vurmuşdur. Sonra da Məhəmmədgil gəlib onları aramışdırlar. İlqarı bıçaqlayan zaman da o ona başqa heç bir xəsarət yetirməmişdir. Onunla süpürləşə-süpürləşə arxaya keçən zaman birbaşa onu bıçaqla vurmuş, lakin öldürmək fikri olmamışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, mərhum X21 onun doğma oğludur. X5 Sona Hümbətova, qızı Aygün Hümbətova və Niva markalı avtomobilin sürücüsü Orxan Nadir oğlu ilə birlikdə mərhum oğlu İlqar Məmmədovun ailəsi ilə birlikdə çoban işlədiyi X37 məxsus 73 saylı qışlaq qoyun yatağına 07.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixə keçən gecə orada çoban işləyən Aybəniz adlı qızının əri Rahil Quliyevin olacağına qonaq getmişlər. Həmin qonaqlığı, olacağı böyük olduğundan Məhəmməd adlı şəxsin olacağında keçirmişlər. Həmin qonaqlığa təkidlə oğlu İlqarı da dəvət etmişlər. Qonaqlıqda Məhəmmədin otağında kişilər: İlqar Məmmədov, Azad Hümbətov, Orxan Nadir oğlu, Təqsirləndirilən şəxs, Yaşar Hüseynov, Rahil Qeybalıyev oturub yeyib-içmişlər, məclisdə heç bir narahatçılıq olmamış, ancaq kişilər çölə çıxdıqdan sonra Təqsirləndirilən şəxs Rahilə müraciət edərək onun uşağını özləri ilə gəldikləri maşınla aparmağı təklif etmişdir. Rahil isə buna razı olmadığını bildirdikdə Təqsirləndirilən şəxs orada olan qadınların yanında nalayiq ifadə ilə söyüş söymüşdür. X60 bu təhqiredici söyüşlərinə əsəbləşmiş, qadınların yanında nəyə görə söyüş söyməsinə etirazını bildirmişdir, Təqsirləndirilən şəxsla İlqar sözlə mübahisə etmişlər. Bunu görən X84 yatağın yan tərəfinə aralamış, orada Azadla İlqar mübahisə etməyə başlamışlar. Mübahisə zamanı İlqar Azadın baş nahiyyəsinə ağac parçaı ilə bir dəfə vurmuş, nəticədə Azadın başından qan axmışdır. Orada olan şəxslər Azadın başına toplaşmış, Azaddan yataqdan çıxıb getmələrini, hadisənin böyüməməsini xahiş etmişlər. Lakin həmin anda İlqar öz olacağına qayıtmışdır. Azad və Orxan İlqarın arxası ilə gəlib İlqarı olacaqdan çölə çıxarmışlar. Təqsirləndirilən şəxs çölə çıxan kimi İlqarla mübahisə etməyə başlamışdır. Onlar mübahisə edə-edə yatağın arxa tərəfinə keçmişlər və həmin yerə Azadla Orxan da keçmişlər. X101, Orxan və Elvin birləşib döydükləri zaman Elvin hadisə yerindən aralaşıb Rahilin otağına gedib dərhal da əlində bıçaq İlqarın döyüldüyü yatağın arxa tərəfinə qayıtmışdır. Həmin anda İlqarın oğlu Kənan Məmmədov da öz olacaqlarından çıxıb Təqsirləndirilən şəxs əlində bıçaq yatağın arxa tərəfinə getməsini görüb onun arxası ilə atasının döyüldüyü yerə gedərək X3 atası İlqarın qollarından tutmasını, Təqsirləndirilən şəxs əlindəki bıçaqla atası İlqarın sol döş nahiyyəsindən bir dəfə zərbə endirməsini görmüşdür. Təqsirləndirilən şəxs zərbəsindən sonra atası İlqar müvazinətini itirərək qabağa gəlmiş və oğlu Kənanın qolları arasına yıxılmışdır. Hadisə yerinə toplaşmış şəxslərin köməkliyi ilə İlqar olacağın qarşısına işıqlı yerə çıxarılmış və orada İlqarın döş nahiyyəsindən bıçaqla vurulduğundan qan axması müşahidə edilmişdir. İlqar artıq huşsuz vəziyyətdə olmaqla adyalın arasına qoyularaq ən azından köməklik edilməsi üçün həkimə çatdırılması Azad Hümbətovdan və yanında gələnlərdən tələb edilmişdir. Nəticədə İlqar adyala bükülmüş vəziyyətdə, huşsuz halda Orxan Nadir oğlunun idarə etdiyi Niva markalı avtomobillə guya həkimə çatdırılması üçün aparılmış, ancaq Tovuz rayon Mərkəzi Xəstəxanasında yerləşən ölülərin müayinə olunduğu binanın qarşısındakı “ bardyorun” üstünə atmışlar. Həmin anda oğlu X85 Hümbətovun və digərlərinin mindiyi Niva markalı avtomobilin arxası ilə ölü saxlanılan binanın qarşısına avtomobillə gələrək qardaşı İlqar Məmmədovun meyidinin bardyorun üstünə atılmış vəziyyətdə görüb meyitlər saxlanılan binaya aparmışlar. İlqarın bardyora tökülmüş qanının şəkilini oğlu Hüseyn telefonla çəkmişdir. Hətda İlqarın meyidinin daxili müayinə edilməsi üçün hazırlanan zaman Tovuz rayon Prokurorluğunun əməkdaşı oğlu Hüseynə təklif etmişdir ki, “ əgər zərərçəkmiş tərəf kimi şikayətçi olmayacaqsınızsa, qardaşının meyidinin yarılmasına imkan vermədən götürməyinizi tövsiyyə edirəm”. Oğlu Hüseyn isə həmin əməkdaşın sözlərinə əsəbləşərək əlbəttə ki, şikayətçi olacaqlarına ona görə qardaşının meyidinin diqqətlə müayinə edilməsini tələb etmişdir. Oğlu İlqarı Təqsirləndirilən şəxs , X31 və X9 İlqar Məmmədovun qollarından tutmaqla nəvəsi Kənan Məmmədovun gözləri qarşısında Təqsirləndirilən şəxs tərəfindən bıçaqla sol döş nahiyyəsindən bir dəfə vurulub qətlə yetirmişdir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs, X31 və X9 əməlləri Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb olunmalıdır. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Parakənd kəndində ailəsi ilə birlikdə yaşayır, heyvandarlıqla məşğuldur, oktyabrnoyabr aylarında Tovuz rayonu Çeyrançöl qış otlaq sahələrində yerləşən yataqlara gələrək orada yaşayır, Nadir adlı şəxsə məxsus yataqda öz heyvanları ilə yanaşı onun heyvanlarına da baxır. Həmin yataqda arvadı Sona ilə birlikdə qalır, orada yataq yiyəsi Nadir və onun ailəsi, çoban Fərzalı və ailəsi də yaşayır. Təqsirləndirilən şəxs onun qızının əridir. Onlar da maldarlıqla məşğul olur, Vüsal Qurbanova məxsus yataqda yaşayırlar. Digər kürəkəni Rahil və azyaşlı uşaqları ilə birlikdə Rafiq adlı şəxsə məxsus yataqda yaşayırlar. 24 dekabr 2020-ci il tarixdə qızı Aybənizin uşağının ad günü olmuş, onun ad gününə gedə bilmədikləri üçün 07 fevral 2021-ci il tarixdə kürəkəni olan Elvinə zəng edib qızı Aybənizgilə gedəcəyini, onların da getməsini xahiş etmiş, həmçinin qızı Aygünün də bacısı Aybənizi görməsini istəmişdir. Elvin də razılaşmış və birlikdə qızı Aybənizgilə getməyi qərarlaşdırmışlar. Sonra da yatağın yiyəsi olan Nadirin oğlu Orxandan onları qızı Aybənizgilə aparmasını xahiş etmiş, sonra da gedib Elvinlə qızı Aygünü də götürüb birlikdə saat 22 radələrində Orxana məxsus Niva markalı avtomobil ilə kürəkəni Rahilin qaldığı yatağa getmişlər. Orada Rahil və qızı Aybəniz onları qarşılamış, sonra da ilk öncə Rahilgilin qaldığı otaqda əyləşmiş, onlar gəlməmişdən qabaq da Rahilgil həmin yataqda yaşayan İlqar adlı çobanın qaldığı otaqda yeyib-içmişlər. Sonra isə Rahil gedib həmin otaqdan orada olan digər çobanlar, Yaşar, Məhəmməd və İlqarın özünü də onlarla birlikdə yeyib-içməyə çağırmış, o özü də onlara səslənib birlikdə oturmaqlarını demişdir. Onlar da gəldikdən sonra kişilər Rahilgilin qaldığı otaq balaca olduğu üçün onlar baş çoban olan Məhəmmədgilin qaldığı otaqda turub yeyib-içmiş, arvadlar da onlardan ayrı əyləşmişlər. Məclis davam edən zaman Məhəmməd atlama istəmiş, İlqar da evlərinə gedib vedrədə atlama gətirmiş, atlama gəldikdən sonra Yaşar stəkanı vedrənin içərisinə salıb oradan stəkanla atlama götürdüyü üçün Məhəmməd onun bu hərəkətindən diksinmiş və atlamanı içməyəcəyini demişdir. İlqar da Məhəmmədə acıq edib nalayiq ifadələr işlədərək atlamanı aparıb pəncərədən çölə tökmüşdür. Elvin də İlqara biraz mərifətli danışması üçün iradı bildirmiş, ancaq həmin söhbət elədə ciddi böyüməmişdir. Məclis təxminən saat 00:10 radələrinə qədər davam etmiş, artıq gec olduğu üçün onlar evə getmək qərarına gəlmiş və stoldan qalxıb çölə çıxmışlar. Çöldə olanda da demək olar ki, hamı bir-birilə sağollaşmağa başlamış, o da qızıgilin qaldığı otağa keçib qızı Aybənizə də 20 manat pul vermiş, sonra da çölə çıxanda İlqarla Elvinin nəyinsə üstündə mübahisə etdiyini və İlqarın Elvinin boğazından yapışdığını görüb tez gedib onları aralayıb Elvini kənara çəkmiş, İlqara da “ayıbdır, biz bura qonaq gəlmişik, sən niyə belə hərəkətlər edirsən” dedikdə İlqar da cavabında “sənin kürəkənin mənə söyüş söydü” demiş, o məclisdən çölə çıxanda qızı Aybənizgilin otağına keçdiyi üçün orada nə baş verdiyindən məlumatı olmadığı üçün İlqar ona Elvinin onu söydüyünü deyəndə o da “fikir vermə o cavandır, nə söyübdürsə qələt edibdir, elə fikirləş ki, onun söydüyü söyüş mənə aiddir” deyə bildirmişdir. Sonra da özü elə Elvinə təpinmişdir. İlqar həmin vaxt çox aqressiv olmuş, onun da yaxasından tutaraq Elvinin onu nə üçün təhqir etdiyini soruşduqda o bir təhər onun əlindən çıxıb avtomobilə tərəf getmiş, orada Məhəmmədi görmüş və ona da İlqarı sakitləşdirməsini demişdir. Sonra isə maşına oturmaq istəyəndə qəfildən İlqar nə iləsə arxadan onun başından vurduqda huşunu itirmiş və başından qan axmağa başlamışdır. Həmin vaxt İlqarın onun başımdan nə ilə vurmasını görməmiş, bundan sonra qızı Aybəniz onu evlərinə aparıb orada tibbi yardım göstərməyə çalışmışdır. Sonra nə baş verdiyini bilməmiş, özünə gəldikdən sonra çətinliklə çölə çıxdıqda Məhəmmədin arvadı Sevinc Elvinin bıçaqla İlqarı vurduğunu demişdir. Onlar İlqarı xəstəxanaya aparmaq üçün yola düşmüş, Elvin avtomobilin arxa oturacağına əyləşib İlqarı qucağına götürmüş, o isə qabaq oturacaqda əyləşmişdir. Avtomobili isə Orxan idarə etmişdir. Yolda 103 xidmətinə zəng edib X95 avtomaşını ilə Əlimərdanlı kəndinin ərazisində qarşılaşdıqdan sonra İlqarı təcili yardım maşınına mindirmişlər, ancaq həkimlər İlqar artıq vəfat etdiyini demiş, onlar hamısı birlikdə xəstəxanaya getmiş, orada onun başına tikiş qoyulmuşdur. Cölə çıxdıqdan sonra qızı Aybənizgilin qaldığı otağa keçmiş, həmin vaxtı çöldə nə baş verməsindən məlumatı olmamışdır. Çölə çıxanda isə artıq İlqarın Elvinlə yatağın kənarında mübahisə etdiyini görmüş, Orxanın İlqarla mübahisə etdiyini isə görməmişdir. İlqarla söhbət edən zaman ona qonaq olduqlarını, qonağa qarşı belə hörmətsizliyinin düzgün olmadığını, “sən bizim yatağa gələrsən qonağı necə qarşılayırlar mən sənə göstərərəm” demiş, belə dedikdən sonra İlqar onun yaxasından yapışmış, sonra da onun əlindən çıxıb maşına tərəf getmişdir. Sonra da arxadan İlqar gəlib onun başından ağacla vurmuşdur. Təqsirləndirilən şəxs İlqar Məmmədovu nə məqsədlə öldürməsi barədə dəqiq məlumatı yoxdur. Ola bilsin ki, İlqar Məmmədov ona qarşı söyüş söydüyü üçün Elvin onu öldürmüşdür. X56 ağacla onu vurmasına baxmayaraq ondan hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X57 və X39 şahid X18 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40 ifadəsində göstərdi ki, Gədəbəy rayonunun Əmiraslanlı kəndində babası X19, nənəsi X32, anası X25 ilə birlikdə yaşayır. X21 onun doğma atasıdır. Atası özü çoban olub və heyvandarlıqla məşğul olmuş, anası da ona kömək etmişdir. Təxminən 3-4 ildir ki, atası qışda heyvanları Ceyrançöl qış otlaq sahəsinə aparmış, yayda isə, may ayının axırlarından heyvanları öz rayonlarına gətirmişdir. Atası ilə anası 2020-ci ilin sentyabr ayından etibarən atasının bibisi oğlu olan Rafiq adlı şəxsin Ceyrançöl qış otlaq sahəsində yerləşən yatağında bacısı Mələklə birlikdə heyvanlarına baxmağa getmişlər. 2020-ci ilin dekabr ayının əvvəllərindən atasıgilin yanına yatağa getmişdir. Həmin vaxtdan o özü də yataqda qalmışdır. Atası isə arada 1-2 günlük öz kəndlərinə gedib yenidən yatağa qayıtmışdır. Qohumları olan Rafiqə məxsus yataqda onlardan başqa 3 ailə də yaşayır. Həmin çobanlar Məhəmməd, Rahil və Yaşardırlar. 06 fevral 2021-ci il tarixdə atası ilə anası bacısı ilə birlikdə öz kəndlərinə getmiş, həmin günün səhəri, yəni ki, 07 fevral 2021-ci il tarixdə saat 17-18 radələrində onlar bazarlıq edib yatağa qayıdıb gəlmişlər. O da həmin vaxtı artıq hava qaraldığı üçün heyvanları dama yığmış, atasıgil gəldikdən sonra atası anasına yemək bişirməsini və çobanlarla yeyibiçəcəklərini demiş, sonra da Rahil, Yaşar və Məhəmməd əmi öz arvadı Sevinc ilə birlikdə onlara gəlmiş və araq içib yemək yemişlər. Rahil özü də həmin məclisdə araq içmiş, məclis başlayandan sonra Rahil təxminən 10-15 dəqiqə onlarda oturub özünün qonaqları onlara, yatağa gəldiyi üçün öz qaldıqları otağa getmişdir. Rahil getdikdən sonra onun qaynatası əvvəldən də 1-2 dəfə gördüyü və üzdən tanıdığı Azad onlar qaldığı otağa gəlib atasıgili özləri ilə birlikdə yeyib-içməyə çağırmış, sonra da atası, Yaşar, Məhəmməd və onun arvadı Sevinc çıxıb getmişlər. Onlar isə anası və bacısı ilə öz otaqlarında qalmışdır. Rahilgilin qaldığı yer balaca otaq olduğu üçün onlar Məhəmməd əmigilin qaldığı otaqda yığışmışlar. O özü həmin yerdə olmadığı üçün orada olanlardan məlumatı olmamışdır. Təxminən yarım-bir saatdan sonra atası otağa gəlib anasına atlama hazırlamasını bildirmiş, həmin vaxtı o özü də oyaq olmuş və çay içmişdir. Anası da 1 litrlik plastmas qabda atlama hazırlamış və atası atlamanı da götürüb Məhəmməd əmigildəki məclisə qayıdıb Sevinc xalanı çağırıb atlamanı ona vermişdir. Atası getdikdən sonra təxminən saat 23 radələrində yuxusu gəldiyi üçün yatmış, yatan zaman çöldən səs-küy eşidib ayıldıqda atasının otağa girib anasından çay istəmişdir. Sonra da onlar qaldıqları otağa əvvəllər tanımadığı bildiyi qədərilə Rahilgilə sürücü kimi qonaq gələn Orxan adlı oğlan daxil olub atasını çölə çağırmış, atası da çölə çıxanda evin qarşısındakı nərdivanda ayağı büdrədiyi üçün yerə yıxılmış, o özü də əynini geyinib çölə çıxanda Rahilgilə qonaq gələn onun bacanağı əvvəllər görmədiyi Elvinin də qapıda olduğunu, Elvinlə Orxanın atasını setka hasarın içərisinə salıb orada onu döydüklərini görmüş, o özü də onlara yaxınlaşıb Elvini arxadan tutub aralamış, sonra isə orada olan adamlar da həmin yerə gəlib atasıgili araladıqdan sonra atası yatağın arxasında olan quzu çəpərinə getmiş, həmin vaxtı arxadan kimsə əli ilə onun kürəyinə vurub ona tutub dartmış və arxaya çönəndə Rahilin qaynatası Azad ona “gör atan mənim başımı vurub neyləyibdir” demişdir. O da həmin vaxt Azadın başından qan gəldiyini görmüşdür. Həmin vaxtı orada olan adamlar gəlib Azada köməklik etmiş, həmin vaxt qəfildən Elvinin Rahilgil qalan otaqdan çıxdığını və əlində işıqda parıldayan nə isə olduğunu, sonradan isə Elvinin əlindəki əşyanın bıçaq olduğunu və Elvinin yatağın kənarına tərəf getdiyini görmüşdür. Həmin vaxtı o da onların dalınca gedəndə Orxan, Azad və Elvinin orada olduğunu görmüş, həmin vaxtı atası qəfildən onun üstünə yıxılmış, Orxanla Azad da Elvini tutub aralamışlar. O da fikirləşmişdir ki, atası yəqin sərxoş olduğu üçün ayaq üstə dura bilməyib yıxılıbdır. Sonra da Rahillə o atasını işığa tərəf apardıqda atasının ürək nahiyəsindən qan gəldiyini görmüş, həmin vaxtı nə baş verdiyini bilə bilməmiş, sonradan Elvinin atasının bıçaqla vurduğunu başa düşmüş, sonra isıə Elvinlə Orxan atasını Orxanın idarə etdiyi ağ rəngli Niva markalı maşına mindirmiş, atası özü arxada Elvinin qucağında uzanmış, o özü də maşına minmək istəsə də ona icazə verməmişlər. Sonra isə atasını rayon istiqamətində aparmışdırlar. Maşın tərpəndikdən sonra yatağın yaxınlığında olan xəndəyə düşmüş, sonra onlar gedib köməklik edərək maşını xəndəkdən çıxartmışlar. Sonra isə Azad özü də həmin maşına minmiş və atasını rayon istiqamətində aparmışlar. Həmin vaxtı da onlar artıq polisə və təcili yardıma baş vermiş hadisə barəsində məlumat vermişlər. Sonradan o bilmişdir ki, atası artıq vəfat edibdir. Atası X67 Əhmədovun əvvəllər arasında hər hansı mübahisə olmamışdır. Məclis davam edən zaman yatdığı üçün atasının kiminləsə mübahisə etdiyini görməmişdir. Lakin sonradan atasının Azad adlı şəxsin başından ağacla vurduğunu eşitmişdir. Həmin sözsöhbətdən sonra o yuxudan oyanmışdır. O yuxudan oyandıqdan sonra Orxan atasını çölə çağırmış və o da əynini geyinib çölə çıxanda atası ilə Elvinin yatağın kənarında mübahisə etdiyini görüb oraya gedərək Elvini aralamışdır. O, səs-küyə gələndə atasına təxminən 1 metr qalmış atası üzü üstə onun tərəfə yıxılmış, həmin vaxtı da orada Azadla Orxan olmuş və onlar Elvini aralamışlar. O, həmin yerə gedəndə Orxanla Azad orada Elvini aralamış, həmin vaxtı da Elvin Orxangilə “çəkilin yenə vuracam” demiş, lakin Orxangil ona mane olmuşlar. Təqsirləndirilən şəxs atası İlqar Məmmədovu nə məqsədlə öldürməsi barədə dəqiq məlumatı yoxdur. Bildiyinə görə Elvin camaatın içində söyüş söymüş, atası da ona irad tutmuş və mübahisə də oradan başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonunun Aşağı Quşçu kəndində yaşayır, heç bir yerdə işləmir. Atası Nadir heyvandarlıqla məşğul olur. Ağstafa rayonu Çeyrançöl qış otlaq sahəsində yerləşən yatağı vardır. O da hərdən ona kömək etmək məqsədilə yatağa gedir. Həmin yatağa sentyabr ayından sonra digər rayonlardan heyvandarlıqla məşğul olan şəxslərdə gəlir. Hazırda atasına məxsus yataqda atası Nadir, anası Şölə, Gədəbəy rayonundan mövsümi gələrək çoban işləyən Azad və arvadı Sona, Fərzalı və arvadı Zemfira onlarla birlikdə həmin yataqda qalırlar. Təqsirləndirilən şəxs 2-3 il olar ki, tanımışdır. Vüsal Qurbanova məxsus qonşu yataqda çoban işləyir, onlarda çoban işləyən Azad Hümbətovun kürəkənidir. Azad Hümbətov 07 fevral 2020-ci il tarixdə saat 21:00 radələrində heyvanları yemlədikdən, yerləşdirdikdən, işlərini qurtardıqdan sonra ondan onları qızının yaşadığı yatağa aparmağını xahiş etmiş, o da Azad Hümbətovu, arvadı Sonanı, Təqsirləndirilən şəxs və onun arvadı Aygünü atasına məxsus “Niva” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobil ilə Azadın kürəkəninin yaşadığı yatağa aparmışdır. Orada onları Azadın digər kürəkəni Rahil və arvadı qarşılamış, sonra isə onlar sonradan adını bildiyi Məhəmməd adlı çobanın otağında yığışmış, həmin vaxtı stolda Elvin, Azad, Rahil və adlarını sonradan bildiyi Məhəmməd, İlqar və əvvəllər bir dəfə gördüyü Yaşar adlı çoban olmuşdur. Qadınlar isə Rahilgilin otağında əyləşmişlər. Onlar yemək yeyib bir qədər spirtli içki qəbul etdikdən sonra saat 00 radələrinədək birlikdə oturmuş, məclis davam edən zaman yalnız Məhəmmədlə İlqar arasında atlama üstündə sözlü mübahisə olmuş, Yaşar orada əlini atlama olan vedrənin içərisinə salmış, Məhəmməd də onun bu hərəkətindən sonra atlamanı içməyəcəyini demiş, İlqar da Məhəmmədin bu sözündən acıqlanıb onunla sözlü mübahisə etməyə başlamış, həmin vaxtı o siqaret çəkmək üçün çölə çıxmışdır. Otağa qayıdanda isə Məhəmmədlə İlqar artıq mübahisə etməmişlər. Otağa qayıtdıqdan sonra İlqar acıq edərək otaqdan çıxıb getmiş, Məhəmməd İlqarın geri qayıtmadığını görüb arvadına İlqarı çağırmasını demiş, İlqar qayıdıb gəldikdən sonra yeyib-içməyə davam etmişlər. Məclis qurtarana yaxın stola çay gəlmiş, çay gələndən sonra o kişilərin arağın üstündən çay içdiyini görüb yanında oturan Elvinə “ayə arağın üstündən çaymı içərlər? Yoxsa mənmi içib “g..” oldum?” dedikdə İlqar onun ünvanına söyüş söydüyünü fikirləşib ona “niyə bizə “g..” deyirsən” dedikdə cavabında ona “mənim səninlə zarafatım yoxdur ki, sənə söyüş söyəm, eləcə də stolda yaşlı kişilər var, mən heç vaxt söyüş söymərəm” demiş, həmin söhbət orda da bağlanmışdır. Məclis qurtarmağa yaxın saat 01 radələrində onlar artıq gec olduğu üçün getməyə hazırlaşmış, çöldə avtomobilə əyləşərək maşını işə salmış, bir neçə dəqiqə sonra arvadlarda çölə çıxmış, sonra isə Rahilin arvadı Aybəniz, Sona və Elvinin arvadı Aygün maşında oturub söhbət etmişlər. Onlar çöldə olan zaman hamı bir-birilə normal söhbət etmiş, getməyə hazırlaşanda Elvin Rahildən balaca qızını özü ilə aparması üçün icazə istəmiş, Rahil isə başqa vaxt gedəcəyini deyib buna icazə verməmişdir. Sonra isə o özü kənara çəkilib Elvingilin gəlməyini gözləmiş, həmin vaxtı İlqarla Azad yatağın qırağında nə isə söhbət etmiş, Rahil də ona maşını söndürməyini, benzinin qurtararacağını dedikdə ona “yox qurtarmaz, Elvingilə denən gəlsinlər” demiş, həmin vaxtı gedib maşına oturanda Rahilin arvadı Aybəniz maşından düşmüş, maşına oturduqdan sonra qəfildən Azadın avtomobilə tərəf gələrkən İlqarın ağacla arxadan onun başından vurduğunu görüb dərhal maşından düşərək Azadın yanına gedəndə onun başından qan axdığını görmüşdür. Sonra da orada olan adamlardan Sona, Aybəniz, Rahil Azadı otağa aparmış, həmin vaxtı da X75 Azadı vurmasının üstündə mübahisə edib onunla süpürləşə-süpürləşə yatağın arxa tərəfindəki çəpərə doğru getdiyini görüb onları aralamaq üçün onların yanına getmiş, lakin onlara aralaya bilməmiş və onlar çəpərə tərəf keçmiş, həmin vaxtı İlqar yumruqla Elvinin gözündən vurmuş və Məhəmməd, arvadı və İlqarın oğlu gəlib köməkli onları aralamışlar. Onları aralaşdırdıqdan sonra Elvin harasa getmiş, o da yenidən Azad başından yaralandığı üçün onunla maraqlanmağa getmiş və başı ona qarışmışdır. Sonra isə maşına tərəf gələndə həmin vaxtı Elvinin yenidən yatağın arxasına tərəf getdiyini görüb onun yenidən İlqarla dalaşmağa getdiyini fikirləşdiyi üçün onun getdiyi istiqamətdə yatağın arxa tərəfinə doğru getdikdə yatağın küncündə İlqarın qarşıya doğru gəldiyini, Elvin də onun arxasınca gəldiyini görüb Elvini tutub onu itələyəitələyə çəpərə doğru aparmış, onu çəpərə tərəf aparanda arxadan qəfildən “öldü-öldü” deyə səs eşidib geri baxanda İlqarın arxası üstə yerdə uzandığını və oğlunun da yanında olduğunu görmüş, sonra da orda olan adamlar da gəlib İlqarı işığa tərəf gətirmişlər. O, həmin vaxt İlqarın sinə nahiyəsindən qan gəldiyini görmüş, Elvin özü orada İlqarı bıçaqladığını demişdir. O həmin vaxtı Elvinin arxasınca gedəndə onun artıq İlqarı bıçaqladığını bilmiş, İlqar özü ayaq üstə olduğu üçün o onun bıçaqlandığını bilə bilməmişdir. Həm də Elvini görəndə onun əlində bıçaq görməmişdir. Sonra isə Elvinin bacanağı Rahil birinci 103-ə zəng etmiş, sonra da Elvin özü də bir neçə dəfə təcili yardıma zəng etmişdir. Sonradan isə onlar, onun maşınında İlqarı xəstəxanaya aparmışlar. Həmin vaxtı Elvin avtomobilin arxa oturacağına əyləşmiş və İlqarı qucağına götürmüşdür. O sükan arxasında Azad isə qabaq oturacaqda əyləşmişdir. Elvin yolda 103 xidmətinə zəng etmiş, Əlimərdanlı kəndinin ərazisində olanda təcili yardım maşını ilə rastlaşmışlar və İlqarı həmin maşına qoyub sonra da oradan birbaşa mərkəzi xəstəxanaya getmişlər. Orada olanda Azadın başına tikiş qoyulmuş, sonra isə İlqarın artıq öldüyü ona məlum olmuşdur. Təqsirləndirilən şəxs İlqar Məmmədovu nə məqsədlə öldürməsi barədə dəqiq məlumatı yoxdur. Hadisə baş verən zaman onlar artıq getməyə hazırlaşırmışlar. O özü də avtomobildə olmuşdur. O maşında olanda İlqar Məmmədov onun gözünün qabağında avtomobilin qarşısında Azad Hümbətovun başından ağacla vurmuşdur. O özü həmin hadisənin bilavasitə şahidi olmuşdur. O maşından düşüb tez İlqara tərəf gedəndə həmin vaxt Elvinlə İlqar dalaşmağa başlamış və onları aralamışdırlar. O özü Təqsirləndirilən şəxs İlqar Məmmədovu bıçaqla vurmasının şahidi olmadığı üçün həmin hadisəni bilavasitə kimin görməsindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Arıqıran kəndində yaşayır. Həyat yoldaşı Məhəmməd Hüseynov ilə birlikdə heyvandarlıqla məşğul olur, İlin avqust-sentyabr aylarında Tovuz rayonu Çeyrançöl qış otlaq sahələrində yerləşən yataqlara gələrək orada yaşayırlar. İki ildir ki, otlaq sahələrindən 73 saylı sahəyə, Rafiq adlı şəxsə məxsus yataqda yaşayırlar, öz heyvanları ilə yanaşı onun heyvanlarına da baxırlar. Həmin yataqda onlardan başqa digər çobanlar, Yaşar və onun arvadı Fərqanə, İlqar və onun arvadı Tamella və yetkinlik yaşına çatmayan oğlu Kənan və azyaşlı uşağı, eyni zamanda Rahil və onun arvadı Aybəniz uşaqları ilə birlikdə yaşayırlar. Ayrı-ayrı otaqları vardır. X76 atasının əmisi oğludur. Təxminən 2020-ci ilin oktyabr-noyabr aylarından o da yenidən ailəsi ilə birlikdə onlarla birlikdə qalmağa başlamışdır. Onunla və ailəsi ilə heç bir düşmənçilikləri və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Birinci dəfə onu 07 fevral 2021-ci il tarixdə görmüşdür və həmin tarixdən tanımışdır. Onunla heç bir düşmənçilikləri və ya ədavətləri yoxdur. 07 fevral 2020-ci il tarixdə saat 18-19 radələrində onlar, yəni ki, Rahil, Yaşar və əri Məhəmməd İlqargilin qaldığı otağa getmiş, sonra da İlqargil araq içib yemək yemişlər. Rahil özü də həmin məclisdə araq içmiş, məclis başlayandan sonra yatağa Niva markalı avtomobil gəlmiş, həmin avtomobil gəldikdən sonra yatqlarında çoban olan Rahil onları qarşılamış, Rahil həmin şəxsləri qarşıladıqdan sonra o həmin şəxslərin Rahilin və onun arvadı Aybənizin atası Azad, anası Sona, bacısı Aygün, onun həyat yoldaşı Elvin və onlarla birlikdə sürücü kimi gələn Orxan adlı oğlan olduğunu bilmişdir. Rahil getdikdən sonra onun qaynatası əvvəllər tanımadığı Azad İlqargil qalan otağa gəlib onları da birlikdə yeyib-içməyə çağırmış, sonra da İlqar, Yaşar, Məhəmməd və o çıxıb öz qaldıqları otağa getmiş, İlqarın arvadı və uşaqları isə öz otaqlarında qalmışlar. Rahilgilin qaldığı yer balaca otaq olduğu üçün kişilər yəni ki, əri Məhəmməd, Elvin, Azad, Orxan, Rahil, Yaşar və İlqar birlikdə onlar qaldıqları otaqda yığışıb yeyib-içmiş, Yaşarın arvadı Fərqanə, Rahilin qaynanası Sona və o özü isə üçü birlikdə oturmuşlar. O da arada onlara qulluq etmişdir. Təxminən saat 01 radələrində kişilər hamısı çölə çıxmış, həmin vaxtı Elvingildə getməyə hazırlaşmış, sonra da çölə çıxmışlar. Çöldə olanda Elvingil Rahilə uşağını aparmağa icazə verməsini bildirmiş, Rahil isə buna icazə verməyəndə Elvin onların yanında nalayiq söz işlətmiş, həmin vaxtı İlqar da qadınların yanında nalayiq danışdığı üçün onun bu sözünə irad bildirmiş, həmin vaxtı onlar sözlü mübahisə etmiş, Azad da onların sözlü mübahisə etdiyini görüb, İlqarı oradan aralayaraq kənara tərəf, yatağın qırağına aparmış, həmin vaxtı İlqarla Azadın da mübahisə etməyə başladıqlarını görmüş, həmin vaxtı Sona və Aygün getmək üçün artıq maşına oturmuş, onların sözlü mübahisə etdiyini görüb onları sakitləşdirmək üçün əri Məhəmmədi çağırmağa gedəndə İlqar arxadan qəfildən Azadın başından ağacla vurmş və Azadın başından qan axmağa başlamışdır. Həmin vaxtı onlar Azadın başına yığışmış və o özü Azaddan evlərinə getmələrini və söhbətin daha da böyüməməsini xahiş etmiş, həmin vaxtı qəfildən İlqarla Elvin arasında mübahisə olmuş və onlar yatağın arxasına setkalığa tərəf getmişlər. Sonra da Azadı Sona, Aybəniz, Rahil və qızı Aygün Rahilgil qalan otağa aparmış, o isə çöldə qalmışdır. Həyat yoldaşı Məhəmməd və o da onları aralamağa çalışanda həmin vaxtı yoldaşının gözündən kimsə yumuruqla vurmuş, qaranlıq olduğu üçün o, yoldaşını kimin vurduğunu görə bilməmişdir. Sonra isə çöldə olanda qəfildən Elvinin Rahilgil qalan otaqdan çölə çıxıb birbaşa qaçaraq yatağın arxa tərəfinə doğru getdiyini görmüş, o arxa tərəfə keçdikdən sonra o özü də həmin tərəfə getdikdə İlqarın arxası üstə yerdə Kənanın ayağının altında uzanıqlı vəziyyətdə olduğunu, həmin vaxtı Elvinin də setkalıq tərəfdə olduğunu və Orxanın onu saxladığını görmüş, ilk öncə nə baş verdiyini bilməmiş, həmin vaxtı kimsə İlqarın üstünə işıq salmış və onda İlqarın sinə nahiyəsinin qan olduğunu görmüş, həmin vaxtı İlqarın bıçaqlandığını bilmişdir. Ancaq İlqarı kimin bıçaqladığı görməmişdir. Sonra da ora yataqda olan adamlar gəlmiş, İlqarı da Kənanla Rahil sürütləyib yatağın qarşı tərəfinə işığa tərəf gətirmiş, sonra Elvin 103- X95 xidmətinə zəng etmiş, sürücü Orxan və X102 markalı avtomobilin arxa oturacağına mindirmiş, arxa oturacaqda Elvin oturmuş və İlqarı qucağında saxlamışdır. Azad isə qabaqda əyləşmişdir. Onlar avtomobilə minib getdikdən sonra dərhal yatağın yiyəsi olan Rafiq məllimə zəng edib ona baş vermiş hadisə barəsində məlumat vermişlər. İlqarı xəstəxanaya apardıqdan sonra onlar bilmişlər ki, İlqarı Elvin bıçaqlayıb öldürübdür. O, nə Elvinin bıçağı götürməsini, nə İlqarı necə vurmasını görməmiş, sadəcə səsə getdikdə İlqarın yerdə uzandığını görmüşdür. İstintaq zamanı ona təqdim edilən videodan göründüyü onun həmin videoda hadisə barəsində danışması, hadisə baş verən zaman orada X77, Azad, Orxan və Rahil adlı şəxslər tərəfindən öldürülməsi, həmin şəxslərin yatağa basqına gəlmələri kimi dediyi xüsusatlarla bağlı bildirmişdir ki, o, istintaqa vermiş olduğu ifadələrində hadisə barəsində bildiklərinin hamısını olduğu kimi demiş, həmin videonu mərhum İlqarın atası Zülfüqar dayının vəkili onlara çəkdirmiş, həmin vaxtı orada çoxlu adamlar olmuş, o, orada İlqarı adlarının qeyd edildiyi şəxslərin öldürməsini deməmiş, ola bilər ki, videoda fikrini düzgün ifadə etməmiş və anlaşıqlı olmamışdır. Onun həmin şəxslərin adını çəkməkdə məqsədi Zülfüqarın vəkili ondan yatağa kimlərin gəldiyini soruşduğunu zənn etməsi olmuşdur. O da ona görə həmin şəxslərin adını çəkmişdir. Qeyd etdiyi kimi onun videoda dedikləri düzgün anlaşılmamışdır. Həmin videoda da Zülfüqar dayı onu həyəcanlandırmış, kənardan hər şeyə müdaxilə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yaşayır. Həyat yoldaşı Sevinc Hüseynova ilə birlikdə heyvandarlıqla məşğul olurlar. İki ildir otlaq sahələrindən 73 saylı sahəyə, Rafiq adlı şəxsə məxsus yataqda yaşayırlar, öz heyvanları ilə yanaşı onun heyvanlarına da baxırlar. Həmin yataqda onlardan başqa digər çobanlar, Yaşar və onun arvadı Fərqanə, İlqar və onun arvadı Tamella və yetkinlik yaşına çatmayan oğlu Kənan və azyaşlı uşağı, eyni zamanda Rahil və onun arvadı Aybəniz uşaqları ilə birlikdə yaşayırlar. Ayrı-ayrı otaqları vardır. X33 həyat yoldaşı Sevinc Hüseynovanın əmisi oğludur. Təxminən 2020-ci ilin oktyabr-noyabr aylarından o da yenidən ailəsi ilə birlikdə onlarla birlikdə qalmağa başlamışdır. Onunla və ailəsi ilə heç bir düşmənçilikləri və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Birinci dəfə onu 07 fevral 2021-ci il tarixdə görmüşdür və həmin tarixdən tanıyır. Onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. İlqargilin ailəsi ilə demək olar ki, bir ev olmuş, yeməklərini gah İlqargildə, gah da onlarda yemişlər. 07 fevral 2021-ci il tarixdə saat 18-19 radələrində o, Yaşar, rəhmətlik İqar, İlqarın yoldaşı Tamella və oğlu Kənanla birlikdə İlqargilin otağında olmuşlar və orada kişilər birlikdə araq içib yemək yemişlər. Məclis başlayandan sonra yatağa Niva markalı avtomobil gəlmiş və yataqlarında çoban olan Rahil onları qarşılamışdır. Rahil günorta saatlarında ona qonaqları gələcəyini dediyi üçün onun qonaqları gələcəyini bilmiş, sonradan həmin şəxslərin Rahilin arvadı Aybənizin atası Azad, anası Sona, bacısı Aygün, onun həyat yoldaşı Elvin və onlarla birlikdə sürücü kimi gələn Orxan adlı oğlan olduğunu bilmişdir. Sonra isə Rahil İlqargil qalan otağa gəlib qonağı gəldiyini və birlikdə oturmaqlarını təklif etmiş, ilk öncə onlar getmək istəməmiş, əvəzində rəhmətlik İlqar Rahilə araq süzmüş, Rahil də həmin arağı içib çıxıb getmişdir. Bundan sonra Rahilin qaynatası olan Azad gəlib bir yerdə gedib oturub yeyib içməyi təklif etmiş, sonra isə onlar Rahilgil qalan otaq balaca olduğu üçün onlar qalan otaqda oturub yeyib-içmişlər. Məclis vaxtı heç bir mübahisə, dava-dalaş olmamış, sadəcə stolda atlama üstündə onunla İlqar arasında sözlü mübahisələri olmuşdur. İlqar evlərindən atlama gətirmiş, Yaşar da əlini vedrəyə salıb oradan stəkanla atlama doldurduğu üçün ona acıq etmiş, İlqar da onu sözünə acıqlanıb atlamanı aparıb pəncərədən çölə tökmüşdür. Sonra Azadgil gec olduğu üçün getmək lazım olduğunu demiş, sonra da otaqdan çıxıb hamı ilə sağollaşmağa başlamış, sonra isə balaca nəvəsinə 20 manat pul vermişdir. Bundan sonra İlqar ona “sən qoyunun içinə bax, mən gedirəm yatmağa” demiş, o da qoyuna baxmağa gedib qayıtdıqda Azadgilin gəldiyi maşının hələ də həyətdə olduğunu, lakin maşında kişilərin olmadığını, ancaq 3 arvad olduğunu görüb onlardan nə səbəb getmədiklərini soruşduqda onlar kişiləri gözlədiklərini demiş, bundan sonra Azadın maşına tərəf gəldiyini, arxasınca isə İlqarın əlində ağacla gəldiyini və qəfildən İlqarın Azadın yanına çatanda əlindəki ağacla onun baş nahiyyəsindən 1 dəfə vurduğunu görmüşdür. Həmin vaxtı X87 başından vurduğunu görüb onunla mübahisə etməyə başlamış və onlar süpürləşə-süpürləşə çəpərə tərəf getmişlər. Həmin vaxtı onların yanında sürücü Orxan da olmuş, o, onların mübahisə etdiyini görüb onları aralamaq üçün İlqargilin yanına yaxınlaşıb onlara belə şeyin ayıb olduğunu, evlərini getməyini demiş, onları aralayan zaman qəfildən gözündən yumruq zərbəsi dəymiş, qaranlıq olduğu üçün onu vuranın kim olduğunu bilməmişdir. Ancaq belə hesab edir ki, yəqin ehtiyatsızlıqdan ona yumruq zərbəsi dəymişdir. Bundan sonra o özündən getmiş, sonra nə baş verdiyini bilməmişdir. Zərbənin təsirindən özündə olmamış, səsləri eşitsə də, nə olduğunu dərk edə bilməmişdir. Özünə gələndə orada Rahil və İlqarın oğlu Kənandan başqa heç bir kişini görməmiş, o, nə olduğunu soruşduqda, ona Elvinin bıçaqla İlqarı vurduğunu və hazırda yaralı olduğunu, Azad, Elvin və sürücü Orxanın İlqarı həkimə apardıqlarını demişlər. Bundan sonra yatağın sahibi olan Rafiq müəllimə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra gecə saat 3 radələrində Rafiq müəllim ona zəng edib arvadına telefonda İlqarın öldüyünü bildirmişdir. Azadla İlqarın mübahisəsinin nə üstə və necə baş verməsini, İlqarın Azadı nəyə görə vurduğunu bilmir. Həmçinin İlqarın kim tərəfindən bıçaqlanmasını görməmişdir. Kənan Məmmədovun ifadəsində göstərmiş olduğu Elvinlə Orxanın atasını setka hasarın içərisinə salıb orada onu döyməsi kimi qeyd etdiyi xüsusatlarla bağlı bildirmişdir ki, o, X64 döyməsinin şahidi olmamışdır. İlqar Azadın başından vurduqdan sonra Elvinlə İlqar süpürləşə-süpürləşə çəpərə keçmiş, o da onların yanına gedib onları özü aralamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Leşkər kəndində ailəsi ilə birlikdə yaşayır. Heyvandarlıqla məşğuldur, oktyabrnoyabr aylarında əri Rahil ilə birlikdə Tovuz rayonu Çeyrançöl qış otlaq sahələrində yerləşən yataqlara gələrək orada yaşayırlar. 2020-ci ilin oktyabr ayından otlaq sahələrindən Qazan Gölü adlanan ərazidə yerləşən, Rafiq adlı şəxsə məxsus yataqda yaşamışlar, öz heyvanları ilə yanaşı onun heyvanlarına da baxmışlar. Həmin yataqda digər çobanlar, Yaşar və onun arvadı Fərqanə, İlqar və onun arvadı Tamella və yetkinlik yaşına çatmayan oğlu Kənan və azyaşlı uşağı, eyni zamanda Məhəmməd və onun arvadı Sevinc xala yaşamışdır. Ayrı- ayrı otaqları olmuşdur. X66 həmin yataqda yaşamağa başladığı dövrdən tanımışdır. Onunla heç bir düşmənçiliyi və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs onun bacısı Aygünün həyat yoldaşıdır. Onunla da heç bir düşmənçilikləri, ədavətləri yoxdur. 24 dekabr 2021-ci il tarixdə qızı Zeynəbin 7 yaşı tamam olduğu üçün ad günü məclisi təşkil etmişlər, həmin məclisə atası Azadı və bacısı Aygünü qonaq kimi dəvət etsələr də onlar işləri olduğunu, gələ bilməyəcəklərini demiş, atası və anası ilə telefon vasitəsilə danışan zaman ona bayram qabağı uşağa dəyməyə gələcəklərini demişlər. 07 fevral 2021 -ci il tarixdə atası ona zəng edərək onlara gələcəklərini bildirmiş, təxminən saat 22 radələrində atası Azadgil ağ rəngli Niva markalı avtomobil ilə onlara gəlmiş, onunla birlikdə anası Sona, bacısı Aygün, onun əri Elvin və adını sonradan bildiyi, əvvəllər tanımadığı avtomobili idarə edən Orxan qonaq gəlmişdir. Onlar gəlməmişdən əvvəl əri Rahil, Yaşar və Məhəmməd İlqargilin qaldığı otaqda yeyibiçmişlər. Atasıgil gəldikdən sonra Rahil onları qarşılamağa getmişdir. Həmin vaxt Məhəmməd, Yaşar və İlqar İlqarın qaldığı otaqda yeyib içmişlər. Rahil qonaq gəldiyindən onları da yeyib-içməyə dəvət etmiş, sonra atası da onları gedib məclisə dəvət etmişdir. Qaldıqları otaq balaca olduğu atasıgil Məhəmməd əmigilin otağına keçib orada yeyibiçmiş, o da onlara yemək hazırlamışdır. Bu zaman Yaşarın arvadı Fərqanə gələrək anasıgillə görüşmüş, lakin İlqarın xasiyyəti ağır olduğundan və Tamellaya çölə çıxamağa icazə vermədiyindən arvadı Tamella görüşə gəlməmişdir. O, bacısı Aygün və Sevinc xala ilə birlikdə kişilərə yemək hazırlamış və onlar yemək yeyib bir qədər spirtli içki qəbul etmişlər. Əri Rahil, Elvin, atası Azad, Orxan, Məhəmməd əmi, Yaşar və İlqar birlikdə oturmuşlar. Sevinc xala da arada onlara qulluq etmişdir. Təxminən 01 radələrində kişilər hamısı çölə çıxmış, həmin vaxtı anasıgil getməyə hazırlaşmışdırlar. Aradan bir müddət keçəndən sonra atası da evlərinə getmək üçün çölə çıxmış, otaqda olan zaman çöldən nə isə səs-küy gəldiyini eşidib çölə çıxanda atası ilə İlqarın yatağın kənarında söhbət etdiklərini, Elvinin də onların yanında, Orxanın isə onlara yaxın maşınını saxladığı yerdə olduğunu görmüş, özü isə bacısı Aygün və anasının yanında Orxanın maşınında oturub söhbət etmişlər. Həmin vaxtı Orxan özü də maşına gəlib oturanda o maşından yerə düşmüş, həmin vaxt İlqarın əlində ağacla atasının arxa tərəfdən başından qəfil vurduğunu görmüş və tez atasına yaxınlaşmış, İlqarın atasını vurmasını orada olan Sevinc xala da görmüşdür. Onlar dərhal atasına kömək etmiş, həmin vaxtı Orxan da maşından düşüb ora gəlmiş, sonra da Elvin İlqar atasının başından vurduğu üçün onunla süpürləşə-süpürləşə yatağın arxasına setkalığa tərəf getmiş, Orxan da onların yanında olmuşdur. Sevinc xala ilə Məhəmməd əmi də onların yanına gedib onları aralamışdır. Onlar da atasını köməkli qaldıqları otağa aparmış, otaqda atasına yardım edən zaman Elvin otağa daxil olub dərhal da çölə çıxmışdır. Elvin çölə çıxdıqdan bir neçə dəqiqə sonra isə çöldən səs-küy gəlməyə başlamış, həmin səs-küyə çölə çıxıb yatağın arxa tərəfinə doğru gedəndə İlqarın yerdə uzanıqlı vəziyyətdə olduğunu, oğlu Kənanın da onun başının üstündə olduğunu görmüşdür. Həmin vaxtı o görmüşdür ki, Orxan Elvinin setkalığa qaranlığa tərəf çəkib aparır. Sonra da əri Rahil və Kənan İlqarı sürütləyib işığa tərəf gətirmişlər. Onlar orada İlqara baxan zaman onun bıçaqlandığını görmüşlər. Həmin vaxtı da atası, Orxan və Elvin İlqar əmini maşına mindirib onu rayon istiqamətində aparmışlar. Sonradan o bilmişdir ki, Elvin otağa daxil olduqdan sonra otaqdan bıçaq götürüb yatağın arxa tərəfində İlqar əmini bıçaqlayıbdır. O, nə Elvinin bıçağı götürməsini, nə də İlqarı necə vurmasını görməmiş, səsə getdikdə İlqarın yerdə uzandığını görmüşdür.Təqsirləndirilən şəxs İlqar Məmmədovu bıçaqla vurmasını görmədiyi üçün kimin hadisənin bilavasitə şahidi olmasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 şahid X15 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, 2016-cı ildə Gədəbəy rayonu, Əmiraslanlı kənd sakini X21 ilə ailə həyatı qurmuşdur, lakin rəsmi nikahları olmamışdır. O, İlqarın ikinci həyat yodaşıdır. Qaynatası və qaynanası təqaüdçüdürlər. Hazırda maddi dolanışıqlarını qaynatası təmin edir. Həyat yoldaşı İlqar özü də çoban olubdur və biz 3-4 il olar ki, həyat yoldaşının bibisi oğlu olan Rafiq adlı şəxsə məxsus Ceyrançöl qış otlaq sahəsində olan yataqda onun heyvanlarına baxmış, o özü də ona köməklik etmişdir. Qışda heyvanları Ceyrançöl qış otlaq sahəsinə aparıb yayda isə, may ayının axırlarından heyvanları öz rayonlarına gətirmişlər. İlqarla o azyaşlı qızı Mələklə birlikdə 2020-ci ilin sentyabr ayından etibarən Rafiqin yatağına yenə də onun heyvanlarına baxmağa getmişlər. Həmin yataqda onlardan başqa 3 ailə də yaşayır. Həmin çobanlar Məhəmməd, Rahil və Yaşardırlar. 06 fevral 2021-ci il tarixdə İlqarla o qızı ilə birlikdə öz kəndlərində gedib 07 fevral 2021-ci il tarixdə saat 17-18 radələrində bazarlıq edib yatağa qayıdıb gəlmişlər. Onlar gələndə oğlu Kənan artıq heyvanları dama yığmış, onlar gəldikdən sonra isə İlqar ona yemək bişirməyini demiş, sonra da Rahil, Yaşar və Məhəmməd öz arvadı Sevinc ilə birlikdə onlara gəlmiş, daha sonra isə İlqargil araq içib yemək yemişlər. Rahil özü də həmin məclisdə araq içmiş, məclis başlayandan sonra Rahil təxminən 10-15 dəqiqə onlarda oturub özünün qonaqları yatağa gəldiyi üçün öz qaldıqları otağa getmiş, Rahil getdikdən sonra onun qaynatası əvvəllər tanımadığı Azad gəlib İlqargili birlikdə yeyib-içməyə çağırmış, sonra da İlqar, Yaşar, Məhəmməd və onun arvadı Sevinc çıxıb getmişlər. O isə Kənan və qızı ilə öz otaqlarında qalmışdır. Rahilgilin qaldığı yer balaca otaq olduğu üçün onlar Məhəmmədgilin qaldığı otaqda yığışmışlar. O özü həmin yerdə olmadığı üçün orada olanlardan məlumatı olmamışdır. Təxminən yarım saatdan sonra İlqar otağa gəlib ona atlama hazırlamanı bildirmiş, o da 1 litrlik plastmas qabda atlama hazırlamış və İlqar atlamanı da götürüb Məhəmmədgilə məclisə qayıtmışdır. İlqar özü qısqanc adam olduğu üçün yatağa yad adamlar gələndə onu otaqdan çölə çıxmağa qoymamışdır. Onlar qaldıqları otaqda olan zaman çöldən nə isə səs-küy gəldiyini eşitmiş, lakin İlqar onu çölə qoymadığı üçün o, çöldə nə baş verdiyini bilə bilməmişdir. Həmin vaxtı İlqar özü otağa daxil olub ondan çay istəmiş, o da ona çay hazırlayıb verəndə otağa sonradan adını Orxan olduğunu bildiyi şəxs daxil olub İlqarı çölə çağırmış, həmin vaxtı Kənan artıq yatdığı üçün o da səs-küyə oyanmış, İlqar Orxanın arxasıncan çölə çıxdıqdan sonra Kənan özü də əynini geyinib çölə çıxmış, o da onların arxasınca çölə çıxanda yatağın kənarında bir neçə nəfər adam yığışdığını görmüşdür. O ilk öncə orada nə baş verdiyini bilməmiş, qəfildən İlqarı sürütləyə-sürütləyə işığa tərəf gətirdiklərini görmüş, o da ona yaxınlaşanda İlqarın sinə nahiyəsindən qan gəldiyini görmüş, həmin vaxtı İlqarı vurulduğunu, sonradan isə bıçaqlandığını bilmişdir. Həmin vaxtı Orxanla Rahilin bacanağı olan X88 idarə etdiyi ağ rəngli nömrəsini bilmədiyi Niva markalı maşına mindirmiş, İlqar özü arxada Elvinin qucağında uzanmış, qabaqda isə Orxanla Azad getmişdir. Sonra isə nə baş verdiyindən məlumatı olmamışdır. Həmin vaxtı da bildiyinə görə artıq polisə və təcili yardıma baş vermiş hadisə barəsində məlumat vermişdirlər. Sonradan İlqarın artıq vəfat etdiyini bilmişdir.X67 Əhmədovun əvvəllər arasında hər hansı mübahisə olmamışdır. Məclis vaxtı öz otaqlarında olduğu və İlqarın onu otaqdan çölə buraxmaması üçün onun X68 Əhmədovla, eləcə də hadisə baş verən günü orada olan digər şəxslərlə hər hansı söz-söhbətinin olmasından xəbəri olmamışdır. X67 Əhmədovun arasında olan münaqişənin şahidi olmamışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı olan İlqar Məmmədovu bıçaqla vurub öldürməsinin bilavasitə şahidi olmamışdır. O, çölə çıxanda artıq orada Elvin, Azad, Orxan, Kənan, Rahil, Azadın arvadı Sona, Azadın qızı Aybəniz, Məhəmmədin arvadı Sevinc və Elvinin arvadı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərdi ki, ailə üzvlərilə birlikdə heyvandarlıqla məşğuldur. 2018-ci ildə hazırda qaldıqları otlaq sahələrindən 73 saylı sahədə, Rafiq adlı şəxsə məxsus yataqda qalmışlar. Öz heyvanları ilə yanaşı Rafiqin heyvanlarına da baxmışlar. Həmin yataqda Məhəmməd və arvadı Sevinc, o və əri Yaşar, iki azyaşlı oğlu, digər çoban X76, onun arvadı Tamella, Rahil, arvadı Aybəniz və azyaşlı 3 uşağı ilə birlikdə həmin yataqda qalmış, ayrı-ayrı otaqları olmuşdur. 2020-ci ilin oktyabr-noyabr aylarında əri Yaşar ilə birlikdə Rafiq adlı şəxsə məxsus yatağa gəlib orada qalmağa başlamışlar. X66 yataqda qalmağa başladıqları müddətdən tanımışdır. Onunla və ailəsi ilə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs isə tanımamış, əvvəllər görməmişdir. 07 fevral 2021-ci il tarixdə axşam saatlarında, işlərini qurtardıqdan sonra Yaşar və Məhəmməd İlqarın qaldığı otaqda oturaraq İlqar, Yaşar və Məhəmməd orada yeyib içmiş, bir müddət sonra, həmin gün təxminən 21:00 radələrində ağ Niva markalı avtomobil gəlib onlar qalan yatağa gəlmiş, həmin vaxt uşağı xəstə olduğundan vaqonda özləri qaldıqları otaqda olmuşdur. Rahil onları qarşıladıqdan sonra onların Qazan Gölü ətrafında yaşayan qohumları olduqlarını bilmişdir. O, həmin şəxslərin Rahilin arvadı Aybənizin atası Azad, anası Sona, bacısı Aygün və əri Elvin olduğunu bilmişdir. O da onlarla görüşmək üçün həyətə düşmüşdür. Onlar gəlməmişdən əvvəl əri Yaşar, Məhəmməd və İlqar İlqargilin otağında yeyib-içmişlər. Qonaqlar gəldikdən sonra Rahil də Məhəmməd, Yaşar və İlqarı qonaqlıq olduğundan məclisdə iştirak etmək üçün dəvət etmiş, Məhəmmədgilin qaldığı otaq böyük olduğundan kişiləri onların otağında qəbul etmək qərarlaşdırmışlar. O da uşağı xəstə olduğundan bir qədər orada qalmış və evə qayıtmışdır. Həmin vaxt Aybəniz onlara yemək hazırlamış, Sevinc də orada olmuşdur. Lakin İlqarın arvadı Tamella İlqar ona çölə çıxamağa icazə vermədiyi üçün ora gəlməmişdir. Onlara böyük otaqda stol açmışdırlar və yemək hazırlamışlar. Kişilər, yəni Yaşar, İlqar, Məhəmməd, Rahil, Rahilin qaynatası Azad, bacanağı Elvin və sürücüləri Orxan birlikdə orada əyləşmiş, qadınlar isə Rahil və arvadının qaldığı otaqda əyləşmişlər. Həmin vaxt Sevinc Aybəniz, Aybənizin anası Sona, bacısı Aygün orada olmuşdur. O, bir qədər qadınların yanında qalmış, lakin kiçik oğlu xəstələndiyindən evə getmişdir. Qonaqlar gələn zaman kiçik oğluna dərman verib yatızdırmışdır. O, qaldığı yerə, vaqona gəldikdən sonra öz işlərilə məşğul olmuşdur. Bir müddət sonra əri Yaşar gəlmiş və baş ağrı dərmanı içib yatmağa getmişdir. O da qısa müddət sonra yatmışdır. Hadisədən bir gün əvvəl kiçik oğlu xəstə olduğundan o və əri Yaşar narahat olduqları üçün yatmamış, çox yorğun olmuşlar. O, yuxuda olan zaman birdən səs-küy gəlmiş, səsə oyanıb çölə çıxmaq istədikdə oğlu Rövşən də oyanmış və ona nə səs-küy olduğunu soruşduqda oğluna narahat olmamasını, yatmasını demiş və oğlunu yatmağa göndərmişdir. O, çölə çıxdıqda Rahil və İlqarın oğlu Kənan İlqarın qolunun altına girib onu tikilinin qarşısına gətirdiyini görmüş, İlqarın arvadı Tamella onu görən kimi “bacı İlqarı bıçaqla vurub öldürdülər” demişdir. Həmin vaxt o, İlqarın hərəkətsiz olduğunu görmüşdür. İlqarı onların gəldiyi ağ markalı Nivaya mindirmişlər, Elvin və İlqar maşının arxa oturacağına, Azad isə qabaq sərnişin oturacağına əyləşmişdir. Sürücü avtomobilini tələsik idarə edərək hərəkət etdirmişdir. Lakin həyəcanlı olduğundan avtomobil xəndəyə düşmüş, Tamella, Sevinc, o, Aybəniz, Rahil həmin yerə gedərək avtomobili çıxmasına kömək etmişlər. Onlar yenidən avtomobili idarə edərək uzaqlaşmışlar. Səhər saatlarında İlqarın öldüyü onlara məlum olmuşdur. Bundan başqa onun hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində göstərdi ki, ailə üzvləri ilə oktyabr-noyabr aylarında Tovuz rayonu Çeyrançöl qış otlaq sahələrində yerləşən yataqlara gələrək orada yaşayırlar. 2020-ci ilin oktyabr-noyabr aylarından arvadı Fərqanə ilə birlikdə otlaq sahələrindən 73 saylı sahədə, Rafiq adlı şəxsə məxsus yataqda qalmışlar. Həmin yataqda onlardan başqa digər çobanlar, Məhəmməd və arvadı Sevinc, o və arvadı Fərqanə və iki azyaşlı oğlu, İlqar və onun arvadı Tamella və oğlu Kənan və azyaşlı uşağı, eyni zamanda Rahil və onun arvadı Aybəniz uşaqları ilə birlikdə həmin yataqda qalmışlar. Ayrı-ayrı otaqları olmuşdur. X66 bir ilə yaxındır ki, tanımışdır. Onunla münasibəti normal olmuş, İlqar Məmmədovla heç bir düşmənçililiyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs isə tanımamışdır və əvvəllər görməmişdir. Təqsirləndirilən şəxs hadisə olan günü yəni, 07 fevral 2021-ci il tarixdə tanımışdır. Onunla da düşmənçiliyi və ya ədavəti olmamışdır. 07 fevral 2021-ci il tarixdə saat 18-19 radələrində o, rəhmətlik İlqar, İlqarın yoldaşı Tamella və oğlu Kənanla birlikdə İlqargilin otağında olmuşlar. Kişilər birlikdə araq içib yemək yemişlər. Məclis başlayandan sonra yatağa ağ rəngli Niva markalı avtomobil gəldikdən sonra yataqda çoban olan Rahil onları qarşılamışdır. O, Rahilin qonaqları gələcəyini bilməmişdir. O, sonradan həmin şəxslərin Rahilin arvadı Aybənizin atası Azad, anası Sona, bacısı Aygün, onun həyat yoldaşı Elvin və onlarla birlikdə sürücü kimi gələn Orxan adlı oğlan olduğunu bilmişdir. Bundan sonra Rahil onların yanlarına gələrək, qonağı gəldiyini və onlara gəlməlirini təklif etmişdir. Birinci onlar getməmiş, əvəzində rəhmətlik İlqar Rahilə araq süzmüş, Rahil də həmin arağı içmiş və getmişdir. Bundan sonra Rahilin qaynatası olan Azad gəlmişdir. Azad onlara arxalarınca gəldiyini, niyə burda oturduqlarını, bir yerdə gedib oturub yeyib içməyi təklif etmişdir. Azad onlardan əl çəkməyərək onları Rahilgilə gətirmişdir. Otaq balaca olduğundan, onlar Məhəmmədgilin qaldığı otağa getmişlər və oturub yeyib-içmişdirlər. X79 könlünə ayran düşdüyünü, ona ayran gətirməyini demiş, İlqar da gedib otağından qırmızı vedrədə ayran gətirmişdir. O da həmin ayrandan içmək üçün stəkanı vedrəyə salaraq bir stəkan ayran götürmüşdür. Məhəmməd onun bu hərəkətindən küsərək həmin ayrandan içməyəcəyini demişdir və qabı İlqarın qabağına itələmişdir. Bundan sonra İlqar Məhəmmədin bu sözündən əsəbləşmiş və vedrədə olan ayranı pəncərədən çölə atmışdır. Bundan sonra o, yorğun olduğundan öz qaldığı otağa gedərək yatmışdır. O, məclisdə iştirak edən zaman hər hansı dava dalaş, söz-söhbət olmamışdır. Səhər yuxudan oyandıqda arvadı Fərqanə ona Elvinin bıçaqla İlqarı vurduğunu demişdir. Bundan başqa onun hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X46 ifadəsində göstərdi ki, 2010-cu ildən hal-hazıradək Tovuz MRX-nın TTYS-nın həkimi vəzifəsində işləyir. 07.02.2021-ci il saat 21:00-dan 08.02.2021-ci saat 09:00-dək Tovuz MRX-nın X95 Stansiyasında növbədə olmuşdur. 08.02.2021-ci il tarixdə saat 02:30 radələrində Tovuz MRX-nın Təcili X1ş otlaq sahəsinin Tovuz rayon ərazisində yerləşən hissəsində yataqda bıçaqlanma hadisəsinin olduğu və bıçaqlanan şəxsin şəxsi avtomobil ilə rayon ərazisinə doğru gətirilməsi barədə məlumat daxil olmuşdur. Onlar da daxil olmuş məlumat əsasında dərhal qeyd olunan istiqamətdə hərəkət etmişdirlər. Rayonun Əlimərdanlı kəndi ərazisində onlar bıçaqlanan şəxsin daşındığı nömrəsini xatırlamadığı ağ rəngli Niva markalı avtomobillə qarşılaşmışlar. Həmin avtomobildə 4 nəfər, sürücü, qarşı oturacaqda bir nəfər sərnişin və avtomobilin arxa oturacağında 2 nəfər şəxs olmuşdur. Onlar dərhal bıçaqlanan şəxsi, adının sonradan X8 bildiyi şəxsi TTY avtomobilinə mindirmişlər. Həmin xəstənin bədənində ürək nahiyəsində 1 ədəd bıçaqla yetirilməyə xarakterik xəsarət olmuşdur. O, həmin xəstəyə dərhal ilkin tibbi yardım göstərməyə çalışsa da, həmin şəxsin artıq həyati əlamətlərinin olmadığını və vəfat etdiyini görmüşdür. Sonra onlar həmin şəxsi polis əməkdaşlarının iştirakı ilə TTYS-nin avtomobilində «MTE və PA» Birliyinin Tovuz rayon şöbəsinə gətirib təhvil vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X47 ifadəsində göstərdi ki, 2016-cı ildən hal-hazıradək Tovuz MRX-nın TTYS-nın sürücüsü vəzifəsində işləyir. 07.02.2021-ci il saat 21:00-dan 08.02.2021-ci saat 09:00-dək Tovuz MRX-nın X95 Stansiyasında növbədə olmuşdur. 08.02.2021-ci il tarixdə saat 02:30 radələrində Tovuz MRX-nın Təcili X1ş otlaq sahəsinin Tovuz rayon ərazisində yerləşən hissəsində yataqda bıçaqlanma hadisəsinin olması və bıçaqlanan şəxsin şəxsi avtomobil ilə rayon ərazisinə doğru gətirilməsi barədə məlumat daxil olmuşdur. Onlar da daxil olmuş məlumat əsasında dərhal qeyd olunan istiqamətdə hərəkət etmişdirlər. Yolda hərəkət edən zaman həmin şəxslərin hansı istiqamətdə olduğunu müəyyən etmək üçün o, həmin şəxslərdən adını bilmədiyi şəxslə onun istifadəsində 050 701 24 91 saylı mobil nömrə ilə öz istifadəsində olan 055 794 94 84 nömrə vasitəsilə telefonla əlaqə də saxlamışdır. Sonradan o bilmişdir ki, telefonda danışdığı adam Təqsirləndirilən şəxsdur. Rayonun Əlimərdanlı kəndi ərazisində onlar bıçaqlanan şəxsin danışdığı nömrəsini xatırlamadığı ağ rəngli Niva markalı avtomobillə qarşılaşmışlar. Həmin avtomobildə 4 nəfər, sürücü, qarşı oturacaqda bir nəfər sərnişin və avtomobilin arxa oturacağında 2 nəfər şəxs olmuşdur. Onlar dərhal bıçaqlanan şəxsi, adının sonradan X8 bildiyi şəxsi TTY avtomobilinə mindirmişlər. Həmin xəstənin bədənində ürək nahiyəsində 1 ədəd bıçaqla yetirilməyə xarakterik xəsarət olmuşdur. Validə həkim həmin xəstəyə dərhal ilkin tibbi yardım göstərməyə çalışsa da, həmin şəxsin artıq həyati əlamətlərinin olmadığını və vəfat etdiyini görmüşdür. Sonra onlar həmin şəxsi polis əməkdaşlarının iştirakı ilə TTYS-nin avtomobilində «MTE və PA» Birliyinin Tovuz rayon şöbəsinə gətirib təhvil vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X58 ifadəsində göstərdi ki, Gədəbəy rayon sakini olmasına baxmayaraq faktiki olaraq Gəncə şəhərində yaşayır. Özünə məxsus Ceyrançöl qış otlaq sahəsinin Tovuz rayon ərazisinə düşən hissəsində yatağı vardır. Həmin yataqda 4 nəfər çoban öz ailəsi ilə birlikdə işləyir və yaşayır. Həmin çobanlar Məhəmməd, Rahil, Yaşar və X76 olmuşdur. İlqar Məmmədov onun doğma dayısı oğludur və o, həyat yoldaşı və Kənan adlı oğlu ilə birlikdə yataqda yaşamışdır. 08 fevral 2021-ci il tarixdə saat 02:10 radələrində ona məxsus yataqda çoban işləyən Məhəmməd kişi ona zəng edib yataqda bıçaqlanma hadisəsinin baş verdiyini, qonşu yataqdan gələn şəxslərdən hansınınsa İlqarla mübahisəsi olduğunu və İlqarı sinə nahiyəsindən bıçaqladığını, sonra da maşına qoyub həkimə apardığını bildirmişdir. O da dərhal 103 xidmətinə zəng etsə də, Gəncə ərazisində olduğu üçün oranın əhatə dairəsinə düşmüş, sonra da Tovuz rayonundan olan bir nəfər tanışına zəng edərək onun baş vermiş haadisə barəsində 103 xidmətinə məlumat verməsini xahiş etmişdir. Sonra da DİN-nin 102 xidmət mərkəzinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Sonra da özü birbaşa Tovuz RMX-na gəlmiş və orada olanda ona mərhumu daxili müayinə olunmasından ötrü morqa yerləşdirdiklərini bildirmişlər. Sonra da o özü X56 atası olan dayısı Zülfüqar Məmmədova zəng edib baş vermiş hadisə barəsində onlara da məlumat vermişdir. X67 Əhmədov arasında əvvəllər hər hansı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs onun yatağında çoban işləyən Rahil Qeybalıyevin bacanağıdır. Hadisə baş verən günü də Rahil özü qaynatası Azad və bacanağı Elvini yatağa qonaq çağırmışdır. Təqsirləndirilən şəxs İlqar Məmmədovu nə məqsədlə öldürməsi barədə heç bir məlumatı yoxdur. O, özü əvvəllər onun yatağına qonaq gələn şəxslərdən ancaq Azadı tanımışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 08.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ceyrançöl qış otlaq sahəsinin Tovuz rayonu ərazisinə düşən hissəsində yerləşən Rafiq adlı şəxsə məxsus 73 saylı yataqdır. Baxış zamanı hadisə yerindən 01 ədəd tiyəsinin uzunluğu 12.4 sm, dəstəyinin uzunluğu 11.1 sm, ümumi uzunluğu 23.5 sm olan bıçaq, eləcə də 01 ədəd ağac parçası cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Meyitə baxış keçirilməsi haqqında» 08.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X10 meytinə baxış zamanı aşağıdakı xəsarətlər müəyyən edildi:döş qəfəsinin ön səthində sol yarısında İV-V qabırğaarası sahədə, döş xətti ilə məmə xətti arasında köndələn çəp istiqamətli, 7,5x3,5 sm ölçüdə, kənarları nisbi hamar yara vardır.Döş qədəsinin arxa səthində onurğa proyeksiyası üzrə 2,5x0,5 sm, 2,5x0,5sm, 1,5x0,5sm,2x0,5sm ölçülərdə, qeyri müəyyən müəyyən formalı, qırmızımtıl rəngli qançırlar vardır.Sağ sağrı nahiyyəsinin yuxarı-bayır səthində 1,5x1 sm ölçüdə düzbucaqlı formalı, kənarları nahamar səthi yara vardır.Meyitin bədən səthində digər xəsarət aşkar edilmədi. X2 məxsus 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boz rəngli alt geyimi-tuman, 01 ədəd boz rəngli alt geyimi-tursik, 01 ədəd üzərində göy rəngli cızğıları olan ağ rəngli köynək, 01 ədəd tünd göy rəngli alt geyim paltarı olan köynək, 01 ədəd ağ rəngli mayka götürülmüş, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 02 iyul 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Paltarlara baxış keçirilməsi və götürlməsi haqqında» 08.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olduğunu bildirdiyi 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd albalı-qırmızı rəngli sviter, 01 ədəd boz rəngli idman gödəkçəsi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Avtomobilə baxış keçirilməsi haqqında» 08.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,X9 idarə etdiyi Niva markalı **-BG-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobil ağ rəngli olmaqla “Niva” markalı avtomobilidir. Protektor naxışları qaydasındadır. Avtomobil yuyulmamış vəziyyətdə olmaqla çirklidir. Avtomobil ağ rəngi olmaqla **-BG-*** dövlət qeydiyyat nömrə nişanlıdır. Avtomobilin xaricində hər hansı mexaniki zədə və ya zədə izləri yoxdur. Avtomobilin 4 təkəri vardır və şinlərinin vəziyyəti hərəkətə yararlı haldadır. Avtomobilə nəzərə saldıqda maşının amortizasiyaya görə köhnəlmə izləri müşahidə olunur. Avtomobilin ön hissəsinə nəzər saldıqda, qabaq hissədə sürücü tərəfdə avtomobilin kapot hissəsində sıçranmış formada qana bənzər ləkələr olduğu müşahidə olunur. Həmin hissədə qana bənzər maye pambıq tampona hopdurulmaqla götürüldü. Avtomobilin çöl hissəsinə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən başqa zədə, əşya, predmet və s aşkar edilmədi. Avtomobilin salonuna baxış keçirilməsi üçün sərnişin oturacağı tərəfdə olan qapını açıb salonu müşahidə etməyə başladıqda qapının bağlandığı, kilid olan tərəfdə, qapının kuzova oturan hissəsində ağ boya olan hissədə damcı formasında qana bənzər maye aşkar olundu. Həmin hissədə qana bənzər maye pambıq tampona hopdurulmaqla götürüldü. Bundan başqa arxa oturacaqda olan oturacaq üzlüyü gələcəkdə iş üçün əhəmiyyət kəsb edəcəyindən müvafiq formada qablaşdırılaraq götürüldü. Sonra avtomobilin salonunun saxlanc yerlərinə, mühərrikxanaya, baqaj hissəsinə baxış keçirildi və iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilmədi. Avtomobilə baxış zamanı salonda və saxlanc yerlərində iş üzrə əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya hal müəyyən olunmamışdır. “Diskə baxış keçirilməsi haqqında” 22.04.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs öz ifadəsində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 08.02.2021-ci il tarixdə gecə saatlarında İlqar Məmmədovu bıçaqla vurduqdan sonra ilk öncə 103 təcili yardım xidmətinə zəng etmişdir. Şahid qismində dindirilmiş Vüsal Qurbanov isə ifadəsində göstərmişdir ki, 08.02.2021-ci il tarixdə gecə saatlarında baş vermiş hadisə barəsində məlumat aldıqdan sonra istifadəsində olan ***- ***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb onunla danışıq apardığını bildirmişdir. Həmçinin şahid qismində dindirilmiş X47 ifadəsində göstərmişdir ki, baş vermiş hadisə barəsində məlumat aldıqdan sonra hadisə yeri barəsində məlumat almaq üçün 103 təcili yardım xidmətinə zəng etmiş ***-***-**-** saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** nömrə vasitəsilə telefon danışığı aparmışdır. “Telefon cihazına baxış keçirilməsi haqqında” 02.04.2021-ci il tarixli protokoldan görünür ki,baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, 08.02.2021-ci il tarixdə hadisə baş verdikdən sonra, yəni ki, İlqar Məmmədovu bıçaqla vurduqdan sonra özü 103 təcili yardım xidmətinə zəng etmişdir. Hadisədən sonra qohumu olan Vüsal Qurbanovun da ona zəng etməsinə baxmayaraq onunla telefon danışığı apara bilməmişdir. Telefon rəhbərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs 103 təcili yardım xidməti ilə 02:49-da 1 dəqiqə, 02:51-də 35 saniyə, 02:54-də 37 saniyə, 02:58-də 2 saniyə, 03:00-da 35 saniyə, 055 794 94 84 mobil nömrəsi ilə 03:02-də 55 saniyə, 03:07-də 30 saniyə və “qardaş” adı altında qeyd edilmiş ***-***-**-** telefon nömrəsi ilə 02:59-da 47 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs bildirdi ki, 055 794 94 84 telefon nömrəsi təcili yardım maşının sürücüsü, “qardaş” adı altında qeyd edilmiş ***-***-**-** telefon nömrəsi isə qohumu olan Vüsal Qurbanova məxsusdur. Daha sonra isə telefonun media qalareyasına, Vhatsapp yazışmalarına və həmçinin sms qutusuna baxış keçirildi, qeyd olunan yerlərdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. “Əşyanın tanınması haqqında” 08.02.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 4 ədəd bıçaq təqdim edilmiş, bu zaman Təqsirləndirilən şəxs 2 nömrə altında işarələnmiş bıçağı dəstəyindən, rəngindən, formasından və tiyəsindən tanıyaraq X66 öldürmək niyyəti ilə istifadə etdiyi bıçaq olduğunu və həmin bıçağı da hadisə baş verən gün Rahilin qaldığı otaqdan götürdüyünü bildirmişdir. Tovuz Rayon Polis Şöbəsinin 20.05.2021-ci il tarixli 185-10730-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 07.02.2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs həyat yoldaşı Aygün Hümbətova, qaynanası Sona Hümbətova, X55 ilə birlikdə sonuncunun qaldığı yataq yiyəsi olan X11 Abbasəliyevlə sonuncuya məxsus “Niva” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobil ilə bacanağı olan Rahil Qeybalıyevin yaşadığı Rafiq Əliyevə məxsus yatağa qonaq getmişdirlər. Sonuncular həmin yataqda yaşayan Məhəmməd adlı çobanın qaldığı otaqda digər çobanlar olan Yaşar və İlqar Məmmədovla birlikdə yeyib-içmişdirlər. Həmin vaxtı məclisdə X36 Hüseynov arasında İlqar Məmmədovun gətirmiş olduğu atlama olan vedrəyə orada olan Yaşar adlı çobanın əlini salması üstündə mübahisə olmuşdur. Məclisə çay gəldikdən sonra orada olan Orxan Abbasəliyev kişilərin arağın üstündən çay içdiyini görüb yanında əyləşən Təqsirləndirilən şəxs “ayə arağın üstündən çaymı içərlər? yoxsa mənmi içib “göt” oldum?” deyə bildirməsini İlqar Məmmədov eşidib ona stolda söyüş söyməməsini bildirmişdir. Təxminən saat 01:30 radələrində məclis qurtardıqdan sonra kişilər məclisdən çölə çıxmış, həmin vaxtı Təqsirləndirilən şəxsla İlqar Məmmədov arasında olan Orxan Abbasəliyevin məclisdə söyüş söyməsi üstündə sözlü mübahisə olmuş, həmin vaxtı Azad Hümbətov onların mübahisə etdiyini görün İlqar Məmmədovu kənara çəkib onunla söhbət edən zaman İlqar Məmmədov onun yaxasından tutduğu üçün Azad Hümbətov onun əlindən çıxıb avtomobilə tərəf gedən zaman İlqar Məmmədov yatağın kənarından götürdüyü ağac parçası ilə Azad Hümbətovun başından vurmuşdur. Daha sonra isə Elvin X30ynatasını vurduğu onunla mübahisə edib yatağın arxa tərəfində olan çəpərə doğru keçmişdir. Həmin vaxtı İlqar Məmmədov yumruqla Təqsirləndirilən şəxs gözündən vurmuş, onların mübahisəsinə gələn yataqda olan şəxslər onları araladıqdan sonra Təqsirləndirilən şəxs bacanağı Rahil Qeybalıyevin qaldığı otaqdan bıçaq götürərək yatağın arxa tərəfində çəpərin içərisində İlqar Məmmədovun onun gözündən vurub ona söyüş söybəsindən, eyni zamanda X55un başından vurmasından əsəbləşib bıçaqla İlqar Məmmədovun sinə nahiyəsindən bir dəfə vurmuş, həmin vaxtı isə İlqar Məmmədov yatağın küncünə doğru gəldikdə Orxan Abbasəliyev oraya gəlib Təqsirləndirilən şəxs İlqar Məmmədovun arxasınca gəldiyini görüb onların yenidən mübahisə etdiyini fikirləşib Təqsirləndirilən şəxs itələyərək yatağın arxasına doğru aparmış, həmin vaxtı İlqar Məmmədov yatağın küncündə yerə yıxılmışdır. Sonuncunun yerə yıxılmasını oğlu Kənan Məmmədov görmüşdür. Keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, nə Kənan Məmmədov, nə Orxan Abbasəliyev, nə dəki yataqda olan şəxslər Təqsirləndirilən şəxs İlqar Məmmədovu bıçaqla vurmasının şahidi olmamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bu hərəkətlərə təhrik edən olmamış, eyni zamanda X76 yataqda olan digər şəxslər tərəfindən döyülməmişdir. Təqsirləndirilən şəxs X66 vurduqdan sonra istifadə etdiyi bıçağı yatağın arxa tərəfində olan çəpərin içərisinə atmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, meyitə baxış keçirilərkən X56 bədəni üzərində onun döş nahiyyəsində olan xəsarətdən başqa sağ sarğı nahiyəsinin səthi yarası və döş qəfəsinin arxa səthinin qançırları kimi xəsarətlər İlqar Məmədovun bıçaqlandıqdan sonra oğlu Kənan Məmmədov və Rahil Qeybalıyev tərəfindən sürütlənərək işığa doğru gətirilərkən əmələ gəlmişdir. Baş vermiş hadisəyə qədər mərhum X67 Əhmədov, eləcə də digər şəxslər arasında hər hansı düşmənçiliyin, ədavətin olması müəyyən edilməmişdir. Hazırda əməliyyat tapşırığında göstərilən xüsusasatlarla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə-tibbi ekspertizasının 13.02.2021-ci il tarixli 58 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər- sol qaş nahiyəsinin qançırşişkinliyi; sol hər iki göz qapaqlarının qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəmişdir, qərarın təsviri hissəsində göstərilən 08.02.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraidə, yəni insan bədənin hissələri ilə endirilmiş zərbənin təsiri nəticəsində əmələ gələ bilməsi isitisna olunmur. Məhkəmə-tibbi ekspertizasının 13.02.2021-ci il tarixli 62 saylı rəyindən görünür ki, X18 bədənində aşkar edilmiş xəsarət-başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşya(lar)ın təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən 08.02.2021-ci il tarixdə əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X18 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraidə, yəni məhdud səthli küt əşya(lar) eləcə də ağac parçası ilə endirilmiş zərbənin təsiri nəticəsində əmələ gələ bilməsi isitisna olunmur. Məhkəmə-tibbi ekspertizasının 05.03.2021-ci il tarixli 05 saylı rəyindən görünür ki, X10 ölümünə səbəb döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur. X10 meyitində aşağıdakı xəsarətlər aşkar edildi: döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən və ürəyin sol mədəciyini zədələyən deşilmişkəsilmiş yarası; sağ sarğı nahiyəsinin səthi yarası; döş qəfəsinin arxa səthinin qançırları. Qeyd edilən xəsarətlər həyatidir, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yara iti ucu, kəsəri və küt tərəfi olan yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin), ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın deşici-kəsici hissəsinin təsirindən əmələ gəlmişdir. Sağ sarğı nahiyəsinin səthi yarası və döş qəfəsinin arxa səthinin qançırları isə küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və İ.Z.Məmmədovun gövdəsinin arxa səthinin yerin bərk səthində sürtünməsi nəticəsində əmələ gələ bilərdi. Həmin xəsarətlərdən döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən və ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, digər xəsarətlər, yəni sağ sarğı nahiyəsinin səthi yarası və döş qəfəsinin arxa səthinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. X10 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir, etil spirtinin qanda qatılığı 2.08 promilli olmuşdur. Bu da onun sağlığında orta dərəcələli alkoqol sərxoşluğu yarada bilərdi. Narkotik və güclü təsirə malik maddələr isə aşkar edilməmişdir. Materialların məhkəmə ekspertizasının 10.03.2021-ci il tarixli 16/210 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X16, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının, Niva markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilə məxsus oturacaq «üzlüyünün və bir ədəd bıçağın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X16 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış tünd qırmzı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd sviterin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd sviterin üzərindən tapılmış ağ rəngli matirəolunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə X16 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X16 məxsus şalvarın, maykanın, isti alt geyimlərinin və kişi alt geyiminin səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcənin və şalvarın səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X16 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Niva markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilə məxsus oturacaq üzlüyünün üzərindən tapılmış ağ rəngli matirəolunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə X16 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş Niva markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilə məxsus oturacaq üzlüyünün üzərindən tapılmış tünd qırmızı rəngli təbii pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd sviterin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X16 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış boz rəngli matirəolunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə Niva markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilə məxsus oturacaq üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd sviterin üzərindən tapılmış boz rəngli matirəolunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə Niva markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilə məxsus oturacaq üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçağın üzərindən tapılmış mavi rəngli matirəolunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə X16 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə-tibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 21.04.2021-ci il tarixli 186-2021/MTKŞ saylı, rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş və X2 məxsus iki ədəd köynəyin və bir ədəd maykanın ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertiza tədqiqatına təqdim olunmuş və X2 məxsus geyim əşyaları üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş və X2 məxsus ağ rəngli (1 №li) köynəyin arxa səthində küt yaranma mexanizminə malik və köynəyin arxa səthinin kəskin dartılıb cırılması nəticəsində əmələ gəlməyə xarakterik olan cəmi 03 (üç) ədəd cırılma zədələri aşkar olundu. Ekspertizaya təqdim olunmuş və X2 məxsus şalvar, alt şalvarı, tuman və kəmər üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertiza tədqiqata təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01(bir)ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə ülgücü, ucu və küpü olan deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd küt yaranma mexanizminə malik və köynəyin hər hansı bir əşyaya ilişib cırılması nəticəsində əmələ gəlməyə xarakterik olan məhdud cırılma zədəsi vardır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus gödəkçənin və şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə-tibbi bioloji ekspertizasının 23.04.2021-ci il tarixli 215/2021-MTBŞ saylı, rəyindən görünür ki, mərhum X10 təqdim olunan «X97 Portalının» kserosurətinə əsasən onun qan qrupu-A/İİ/. X18 ABO sistemi üzrə qan qrupu-Oalfabeta/İ/-. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, X16 məxsus kofta, alt şalvar, köynək, alt mayka, kəmər, trusik, cins şalvar, 01 ədəd pambıq tampon, 01 ədəd çubuqlu tampon və ağac budağı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda 01 ədəd pambıq tampon, 01 ədəd çubuqlu tampon və ağac budağı üzərindəki ləkələrdən başqa bütün ləkələrdə «A» və «H» antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta (H) /İİ/ qruplu şəxsə, o cümlədən X16 məxsus ola bilər./əgər onun qanında müşayiətçi «H» antigeni varsa/.Qanın qarışıq olduğu halında isə ləkələrdə Oalfa, beta(İ) qruplu X18 da qarışmış qanının olması inkar olunmur. 01 ədəd pambıq tampon, 01 ədəd çubuqlu tampon və ağac budağı üzərindəki ləkələrdə isə yalnız «H» antigeni alındı.Bu qan ləkələri Oalfa,beta/İ/ qruplu şəxsə, o cümlədən X23 məxsus ola bilər. Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus kofta, gödəkçə, şalvar üzərində qana şübhəli ləkələr, avtomaşının arxa oturacaq üzlüyü üzərindəki ləkələrdə isə qan aşkar edilmədi. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 06.03.2021-ci il tarixli 126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır. 08.02.2021-ci il tarixli 45 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 08.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs İlqar Məmmədovla mübahisə etdiyi, İlqar Məmmədovu vuran zaman istifadə etdiyi bıçağı götürdüyü və ona bıçaq zərbəsi yetirdiyi, hadisədən sonra bıçağı atdığı yerləri göstərərək törətdiyi cinayəti təkrar səmimi etiraf etmiş və bu barədə fotoçəkiliş aparılmışdır. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tovuz Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 fevral 2021-ci ildən hesablanmışdır. Tovuz Rayon Polis Şöbəsinin 22.02.2021-ci il tarixli 185-2862-1221 saylı məktubundan görünür ki, Tovuz Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində heç bir təqsirləndirici material olmamışdır. Qazax Rayon Psixiatriya Xəstəxanasının 22.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Psixiatriya Xəstəxanasının qeydiyyatda yoxdur. Tovuz rayon Mərkəzi Xəstəxanasının 22.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həkim psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Tovuz rayon Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05.04.2021ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Həsənli kəndində anası X41, qardaşları X42 və X43 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X39 arasında 14.03.2020-ci il tarixdə nikah bağlanmışdır. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X48 28.02.2020-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Maddi sübut kimi tanıma haqqında” 02.07.2021-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş 01 ədəd tiyəsinin uzunluğu 12.4 sm, dəstəyinin uzunluğu 11.1 sm, ümumi uzunluğu 23.5 sm olan bıçaq, eləcə də 01 ədəd ağac parçası, mərhum X10 əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boz rəngli alt geyimi-tuman, 01 ədəd boz rəngli alt geyimi-tursik, 01 ədəd üzərində göy rəngli cızğıları olan ağ rəngli köynək, 01 ədəd tünd göy rəngli alt geyim paltarı olan köynək, 01 ədəd ağ rəngli mayka, həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı əynində olduğunu bildirdiyi 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd albalı-qırmızı rəngli sviter, 01 ədəd boz rəngli idman gödəkçəsi, avtomobilə baxış keçirilməsi zamanı pambıq tampon vasitəsilə götürülmüş 02 ədəd nümunə və 01 ədəd avtomobil oturacaq üzlüyü iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Tovuz rayon prokurorluğunun maddi sübutları saxlanılması otağına təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” 02.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120.2.1,120.2.2,120.2.4, 221 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmiş, X20 və X18 əməlində Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsinin tərkib əlaməti olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmiş, X20 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 221ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri təsdiq olunmadığına görə barələrində cinayət təqibinin başlanması rədd edilmiş, mərhum X10 Azad Hümbətovun başından ağacla vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi xüsusatı üzrə X81 Məmmədov barəsində şikayətinin olmaması əsasına görə İlqar Məmmədov barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində X17 öldürmək niyyətinin olmadığını, bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəylərini, özünün şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrini, ifadəsinin yeridə yoxlanılması zamanı verdiyi ifadəsini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Tovuz rayon prokurorluğunda saxlanılan mərhum X10 əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boz rəngli alt geyimi-tuman, 01 ədəd boz rəngli alt geyimi-tursik, 01 ədəd üzərində göy rəngli cızğıları olan ağ rəngli köynək, 01 ədəd tünd göy rəngli alt geyim paltarı olan köynək, 01 ədəd ağ rəngli mayka, zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olduğunu bildirdiyi 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd albalı-qırmızı rəngli sviter, 01 ədəd boz rəngli idman gödəkçəsi, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, eləcə də hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd tiyəsinin uzunluğu 12.4 sm, dəstəyinin uzunluğu 11.1 sm, ümumi uzunluğu 23.5 sm olan bıçaq, eləcə də 01 ədəd ağac parçası, avtomobilə baxış keçirilməsi zamanı pambıq tampon vasitəsilə götürülmüş 02 ədəd nümunə və 01 ədəd avtomobil oturacaq üzlüyü istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 12 (on iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 08 fevral 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Tovuz rayon prokurorluğunda saxlanılan mərhum X10 əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boz rəngli alt geyimituman, 01 ədəd boz rəngli alt geyimi-tursik, 01 ədəd üzərində göy rəngli cızğıları olan ağ rəngli köynək, 01 ədəd tünd göy rəngli alt geyim paltarı olan köynək, 01 ədəd ağ rəngli mayka, zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olduğunu bildirdiyi 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd albalı-qırmızı rəngli sviter, 01 ədəd boz rəngli idman gödəkçəsi, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, eləcə də hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd tiyəsinin uzunluğu 12.4 sm, dəstəyinin uzunluğu 11.1 sm, ümumi uzunluğu 23.5 sm olan bıçaq, eləcə də 01 ədəd ağac parçası, avtomobilə baxış keçirilməsi zamanı pambıq tampon vasitəsilə götürülmüş 02 ədəd nümunə və 01 ədəd avtomobil oturacaq üzlüyü istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar