Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-277/2025 23.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, kiçik ədliyyə müşaviri X5 və ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 07 oktyabr 1991-ci ildə Tərtər rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 9 nömrəli "xxxx" MMC-də fəhlə işləmiş, məhkum olunmamış, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Tərtər rayonu, Sarıcalı kəndində yerləşən evinin qonşuluğunda yaşayan və uzun müddət münaqişəli olduğu xx.xx.1992-ci il təvəllüdlü, qardaşı X9 evinin həyətində anası Şahid4 qızı ilə ailələrinə məxsus iribuynuzlu heyvanın alqı-satqısından əldə edilmiş gəlirdən pay istəməsi mövzusunda mübahisə edərkən Abil Əliyevin kobud və qeyri-etik sözlərdən istifadə etməsini eşidib, qardaşını cəzalandırmaq məqsədilə yaşadığı evin həyətindəki masanın üzərindən soyuq silah hesab edilməyən, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, qəhvəyi rəngli plastik materiallı, dəstəyinin uzunluğu 114 mm, boz rəngli metal tiyəsinin uzunluğu isə 179 mm olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürərək sonuncuların yanına gəlmiş, qardaşı Abil Əliyevdən kənd əhalisi, cəmiyyət arasında nüfuzlarına xələl gətirən hərəkətlərinə və mübahisəyə son verməsini tələb etməsinə baxmayaraq, aralarında mövcud olmuş münaqişə daha da şiddətlənmiş, ailə üzvlərinin, eləcə də qonşusunun mübahisələrinə müdaxilə etməsindən sonra Abil Əliyevin onun və ailə üzvlərinin ünvanına təhqiredici ifadələri işlədərək mübahisələrini evdən kənarda davam etdirməklə bağlı təklifini dəyəndirməklə, öz cinayətkar niyyətini ailə üzvlərinin və digər şəxslərin müşahidəsindən kənar yerdə həyata keçirmək məqsədilə masanın üzərindən götürmüş olduğu həmin mətbəx bıçağını məqsədyönlü şəkildə özü ilə götürərək idarə etdiyi “X17” markalı, “**-BN-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Abil Əliyev ilə birlikdə evlərinin önündən təqribən 250 metr məsafədə kənar əraziyə hərəkət etdikdən sonra Sarıcalı kəndinin giriş hissəsi ilə Tərtər-Bərdə magistral asfalt yolunun kəsişdiyi ərazidə fəaliyyət göstərən yem dükanının qarşısında avtomobildən enib mübahisələrini davam etdirən zaman Abil Əliyevin saat 20:38 radələrində onun üzərinə hücum çəkərkən daşlıq ərazidə müvazinətini itirməsi nəticəsində yerə yıxılmasından istifadə etməklə, özündə yaranmış qəzəb hissini büruzə verib cinayətkar niyyətini başa çatdırmaq və Abil Əliyevin həyat və sağlamlığına, eləcə də yaşamaq və təhlükəsiz yaşamaq konstitusion hüquqlarına qəsd edərək sonuncunu öldürmək məqsədilə əlində tutduğu bıçaqla X11 baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan döş qəfəsinin ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd deşilmişkəsilmiş yara ilə müşayiət olunan sağlamlığa ağır zərərvurmaya aid xəsarət, habelə sağ əl nahiyəsinin İİİ barmağının İ falanqasının 1 (bir) ədəd kəsilmiş yarasıyla müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Abil Əliyevi qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilməmiş, özünü CM-in 124-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ümumiyyətlə son dövrlər mərhum qardaşı Abil Əliyevlə münasibətləri yaxşı olmamış, aralarında tez-tez mübahisələr baş vermiş və Abil Əliyev çox vaxt spirtli içkinin təsiri altında olmuşdur. Həmin hadisə baş verən gün Abil Əliyev anası Şahid4 ilə mübahisə etmiş və onun üzərinə qışqıraraq satılan heyvanların pulundan ona da verilməsini tələb etmişdir. Abil Əliyev təhqiredici ifadələr işlədərək mübahisəyə başlamış və bu zaman o, Abil Əliyevlə mübahisə etməyə başladıqda, sonuncu onun da ünvanına təhqiredici ifadələr işlətməyə başlamışdır. O, Abil Əliyevə dəfələrlə “Abil, məni qardaş qatili eləmə, çıx get” deyə bildirsə də, Abil buna məhəl qoymamış və o da, yemək yedikləri vaxt süfrədə olan mətbəx bıçağını götürərək onun üzərinə getsədə onları aralamışlar. Daha sonra Abil Əliyev yenidən ona, avtomobillə kənarlaşıb söhbətlərini başqa yerdə həll etmələrini bildirmişdir. Onlar avtomobilə əyləşib getdikdən sonra, Abil yenə də onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmiş, həmçinin fiziki cəhətdən ondan güclü olduğu üçün ona zərbələr endirmişdir. Eyni zamanda hadisədən əvvəl müxtəlif vaxtlarda, Abil Əliyev ondan fiziki cəhətdən güclü olmasından istifadə edərək bir neçə dəfə onu ailəsinin yanında pisikdirmişdir. Daha sonra Abil Əliyev avtomobili saxlamış və onlar mübahisələrini davam etdirmiş, Abil Əliyev ondan fiziki cəhətdən güclü olduğu üçün, o bıçaq çıxararaq onu hədələmiş və kənarlaşmasını istəmiş, sonuncu isə bıçağı görüb kənarlaşmışdır. O, avtomobili hərəkət etdirərək getmiş və avtomobilə yanacaq vurub qayıtdıqdan sonra anasının da hadisə yerində olduğunu gördükdə, avtomobili saxlayaraq anasına avtomobilə əyləşməsini və evə getmələrini bildirmişdir. Bu zaman artıq hava qaranlıqlaşmış və Abil Əliyev əlində olan bellə onun üzərinə gəlmiş və mübahisələrini davam etdirmişlər. O, əlində olan bıçağı Abili qorxutmaq üçün hərəkət etdirmiş, lakin özü də bilmədən Abilin qarın nahiyəsindən bıçaqla vurmuşdur. Daha sonra Abil onu qucaqlamış və o, Abilin üzərinə yıxılmış, Abil onu təpiklə vuraraq, oradan kənarlaşmışdır. Həmin vaxt Abilin ciddi bir xəsarət aldığını bilməmiş və o, evə gəldikdən sonra qohumlar ona iradlarını bildirdiyi üçün əsəbləşib evdən çıxaraq Bərdə rayonuna getmiş, daha sonra isə Bakı şəhəri, Saray qəsəbəsində yaşayan dayısıgilin evinə getmişdir. Gecə saat 03:00 radələrində dayısıgilin evinə çatmış və onların qapısı bağlı olmuşdur. Bundan sonra ona zəng olunmuş və qardaşının vəfat etdiyi bildirilmişdir. O, avtomobilə əyləşərək Tərtər RPŞyə gələrək təslim olmuşdur. Hadisə baş verən vaxt heç kim görməmiş, sadəcə qonşulardan bir nəfəri görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X10 ifadəsində göstərmişdir ki, hadisə olan gün o işdə olmuş, əri Abil Əliyev onu evə gətirdikdə, əri anası Şahid4 çağıraraq ona “heyvan satmısan, onun pulundan mənədə ver” deyə bildirmiş, bu əsnada Təqsirləndirilən şəxs səsi eşidib, əlində bıçaqla gəlmişdir. Bundan sonra əri ilə qaynı Təqsirləndirilən şəxs mübahisə etməyə başlamış, onlar Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görən zaman mübahisəni sakitləşdirməyə çalışmışlar. Onlar Təqsirləndirilən şəxs əlində olan bıçağı ondan almağa çalışsalar da, lakin bıçağı Sədidən ala bilməmişlər. Bundan sonra Sədi ilə Abil Əliyevi aralamışlar. Baş vermiş mübahisənin üzərindən az bir müddət keçdikdən sonra, sözügedən hadisə barədə məlumat almışlar. Əlavə olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, əri Abil Əliyev, qaynanası Şahid4 çağırmış və ondan satılan heyvandan ona pul verilməsini bildirmişdir. Abil Əliyev qışqıra-qışqıra “mənədə pul ver, məndə sənin oğlunam. Sədi sənin oğlun olduğu kimi məndə sənin oğlunam. Anamsan mənədə pul verməlisən” deyə bildirmişdir. Abil Əliyev anasını təhqir etməmiş və Şahid4 isə oğlanlarını sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Sədi orada olmamış, Təqsirləndirilən şəxs anası və əri Abil Əliyevin səsinə gəlmişdir. Təqsirləndirilən şəxs gəldikdən sonra əri ilə mübahisə etməyə başlamışlar və o, Sədinin əlində bıçaq olduğuna görə dəfələrlə Sədiyə “çıx get” deyə bildirmişdir. Onlar qapıdan çıxan vaxt xatırlamadığı şəxs də gəlmişdir. Sədi geri qayıtdıqdan sonra Abili bıçaqladığını demiş, lakin o, görməmişdir. Yolda qaynanası ilə qarşılaşmış və Şahid4 Sədinin Abili bıçaqladığını və Abili həkimə aparmaq lazım olduğunu bildirmiş, o, hadisə yerinə çatanadək Abilin artıq həkimə aparıldığı məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə olan yerin qarşısında 3-4 nəfərlə söhbət edərək, qardaşının maşınına ehtiyyat hissəsi gəlməyini gözləyirmiş. Səsi eşidib maşından aşağı düşmüş, anidən avtomobil dayanmış və mübahisə olmuşdur. Abil Əliyev onlar tərəfə gəlmiş, marketdən nəsə götürmüşdür. Sədi avtomobili sürüb getdikdə, Abil əlində olan əşyanı avtomobilə doğru atmışdır. Abil ilə bir-birlərini danışdırmasalarda, onu yaxşı insan kimi tanımışdır. O, Abilə anasını da götürüb getməsini bildirsə də, onunla razılaşmamış anası ilə qardaşı oğlunun “VAZ 2107” markalı avtomobilinə əyləşib getmək istəyərkən, yenidən Sədi gəlmiş və kobud sözlər işlətmişdir. Təqsirləndirilən şəxs yaxınlıqda olan marketə daxil olub nəsə götürmək istəyərkən, Abilin ayağı çadırlar üçün qoyulmuş daşlara ilişmiş və yerə yıxılmışdır. Hadisə yerində Abil yerə yıxılı vəziyyətdə olmuş, Sədi isə ayaqüstə olmuşdur. Həmin vaxt Sədi bıçaqla Abili vurmuşdur. Hadisə baş verən vaxt orada çox insan çox insan olmuş və Abil yaralı vəziyyətdə onlara tərəf yaxınlaşmışdır. O, isə ətrafdakı insanlara təcili tibbi yardıma zəng vurmaqlarını demişdir. Əlavə olaraq Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, ehtimal edir ki, X30 təxminən 2-3 dəfə bıçaqla vurmuş və Sədi Abili bıçaqla vurduqdan sonra orada olmuş, lakin sonradan orada olan şəxslər Sədini uzaqlaşdırmışlar. Ətrafda çox adam olsa da, Sədinin əlində bıçaq olduğu üçün ona yaxınlaşa bilməmişlər, Sədi isə özü dayanmışdır. Hadisə zamanı səs-küyə ətrafda olan şəxslər gəlmiş və ilk dəfə mübahisə olan zaman Sədi və Abilin anası orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 qızı ifadəsində göstərmişdir ki, Abil hadisə günü onu evindən çağırmış və ona “heyvanın pulundan mənə niyə vermirsən?”deyə bildirmiş, o pulu almadığını desə də, Abil isə təkid edərək, satılan heyvanların pulundan onada verməsini demişdir. Həmin vaxt axşam saat 20:00 radələri olmuşdur. Bundan sonra Sədi əlində bıçaqla gəlmiş və Abilin əlində bel olmuşdur. Onlar qonşu olmuşlar, mübahisə zamanı Sədi Abilə “ya sənin, ya da mənim axırımdır. Xəstə anamdan nə istəyirsən?” deyə bildirmişdir. Abil bel ilə nəsə etmək istəyəndə, Abilə “beli saxla, sən nə iş görürsən Abil? O sənin qardaşındır” deyə bildirmişdir. Daha sonra mübahisəyə müdaxilə edərək, bir-birindən uzaqlaşdırmışlar. Sədi maşınla getmək istəyəndə, Abil Sədiyə “gəl gedək kənarda işimizi həll edək” deyə bildirmişdir. Onlar evdən çıxmışlar, lakin avtomobil yaxud piyada getdiklərini xatırlamamış və o da oğlanları çıxdıqdan sonra onların ardınca çıxmışdır. Abil daşla Sədinin avtomobilini əzmiş və avtomobili hazırdada əzik vəziyyətdə qalmaqdadır. O, Abilə “gəl gedək, gəl bu qandan uzaqlaşaq” deyə bildirmişdir. Sədi ona “ana danışma, gəl otur çıxaq gedək” demiş və əyləşib oturmaq istəyəndə, Abil Sədiyə “Bəs məni öldürürdün, ay vicdansız niyə öldürmədin?” deyə bildirmişdir. Sədi ona yalvararaq, “Abil, uzaq dur, qanını üstümə tökmə, balalarımız körpə, anamız isə xəstədir. Atamız çıxıb gedib, anamız təkdir” deyə bildirmişdir. Daha sonra Sədi maşından düşmüş, Abil isə içkili halda olduğundan ayağı daşa ilişib yerə yıxılmışdır. Həmin vaxt axşam saat 9-a işlədiyi üçün Sədinin əlindəki bıçağı görməmiş və əlində daş olmuş, daşla Sədinin arxasından başına vurmaq istəmişdir. Sədinin əlində bıçağı sonuncu dəfə evdə mübahisə edən zaman görmüşdür. Hadisədən sonra Sədiyə “gözümə görünmə, oğlumu öldürdün” deyə bildirmişdir. Hadisədən sonra yerdə qan görməmiş, oğlu Abil Əliyevin yerə yıxılmasından sonra, sonuncunu yaralı vəziyyətdə qoyub, onu xəstəxanaya aparmaq üçün evdən pul götürməyə getmişdir. Evdən qayıdan vaxt, Nicat adlı şəxsin Abili xəstəxanaya apardığını bilmişdir. Onlar da xəstəxanaya getmək istəyərkən, oğlu Abil Əliyevin vəfat etdiyini öyrənmişlər. Əlavə olaraq Şahid4 qızı məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, oğlu Abil Əliyev spirtli içki qəbul etmiş və həmin vaxt özünü müdafiə etməyə çalışmışdır. Hava qaranlıqlaşdığı üçün Sədinin qardaşı Abili bıçaqla vurduğunu güman etməmiş, Abili yumruqla vurduğunu ehtimal etmişdir. Onların evində daimi belə mübisələr baş vermiş və 33 illik ailə həyatını belə mübahisələrlə oğlu Abil dağıtmışdır. Mərhum oğlu Abil Əliyev dəfələrlə spirtli içkinin təsiri altında olan zaman onu hədələyərək narahat etmiş, Təqsirləndirilən şəxs isə sözügedən hərəkətləri qəbul etməyərək, Abilə “nə vaxta qədər anamı incidəcəksən?” deyə bildirmişdir. Abil Əliyev onu döyməmişdir. Təqsirləndirilən şəxs 7 yaşınadək spazmlı olmuş, dəfələrlə dili qatlanmış və bundan sonra əsəbi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün əmisinin qəza etdiyi avtomobilinə Bakı şəhərindən gələn ehtiyat hissələrini qarşılamaq üçün getmişlər. O, avtomobildə olmuş, əmiləri isə avtomobilin kənarında söhbət edirmişlər. Anidən “Şəhidlərin abidəsi”nin önündən səslərin gəldiyini eşitmiş, həmin yerə diqqət edən zaman Abillə Sədinin mübahisə etdiyini görmüşlər. Sədi getmək istəyəndə, Abil heyvanlar üçün olan “yem” satılan əraziyə tərəf qaçıb süpürgəni götürmüş və Sədinin avtomobilinə vurduqdan sonra Sədi çıxıb getmişdir. Daha sonra Abil ona tərəf gəlib, “anamla məni evə apar” deyə bildirmiş, anası avtomobilə əyləşmək istəyəndə, Sədi yenidən gəlmiş və anasına “gəl gedək” deyə bildirmişdir. Həmin vaxt Abil Sədiyə kobud sözlər işlətmiş, Bakı şəhərindən ehtiyat hissələrini gətirən maşın gəldiyi üçün, onlar ehtiyat hissələrini boşaltmaq məqsədi ilə kənarlaşdıq sonra, Abil ilə Sədi arasında mübahisə başlamış və onlar ehtiyat hissələrini yığan vaxt, qəflətən Abil onlara tərəf gələrək yerə yıxılmışdır. Bundan sonra Abil Əliyevi orada olan Şahid5 avtomobilinə qoyaraq, xəstəxanaya aparmışlar. Əlavə olaraq Şahid3 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Abil və Sədi mübahisə edən zaman anaları da orada olmuş və hadisədən sonra kənd sakinləri Abili Şahid5 avtomobilinə əyləşdirərək, Bərdə rayonuna aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt axşam saatları olmuş və o, evdə olmuşdur. Şahid4 qışqıraraq “Ay Allah bir-birini qırdı” sözlərini dediyini eşitmişdir. Həmin vaxt evdən çıxmış və ətrafda olan şəxslərin toplaşdığı yerə getmiş, həmin yerə çatan vaxt, X9 yerdə kürəyi üstündə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt hava qaranlıqlaşmış, Təqsirləndirilən şəxs orada görməmiş, orada Fərid, Nicat, Ruslan və O, olmuş, Abilin ölüb-ölməməyi ilə bağlı heç bir məlumatı olmamışdır. Abili Şahid5 avtomobilinə əyləşdirərək, xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, əmim xəstə olduğu üçün onu xəstəxanaya aparmaq istəyərkən, Abillə anasının mübahisə etdiyini görmüş və Sədi həmin vaxt orada olmamışdır. Təqsirləndirilən şəxs gəlib onların yanına çatdıqdan sonra Abillə Sədinin mübahisəsi başlamış, daha sonra anası qışqıraraq “qoymayın, həkim çağırın, maşın çağırın” deyə bildirmişdir. Abilin yerdə uzandığını görüb, onu Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışdır. Daha sonra həkimlər Abil Əliyevin vəfat etdiyini bildirmişlər. Əlavə olaraq Şahid5 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, X23 bıçaqla vurma anını görməmiş, lakin anası qışqıraraq, Abili həkimə aparmalarını demişdir. Hadisə yerində qan olduğunu görmüş, lakin Abilin bıçaqla vurulduğunu xəstəxanaya aparan zaman bilmişdir. Hadisə zamanı Şahid4 orada olmuş və ətrafda şəxslər çox olduğu üçün dəqiq kimlərin olduğunu bilməmişdir. Mərhumu xəstəxanaya aparan vaxt, Sədi orada olmamışdır. Sədinin Abili hansı səbəbdən vurmasını bilməmiş, lakin Abil narahat şəxs olmuş və eyni zamanda spirtli içki aludəçisi olmuşdur. Hadisə baş verməmişdən əvvəl əmisini xəstəxanaya aparmaq istəmiş və bu əsnada Abilin anası ilə mübahisə etdiyini, anasının isə yalavararaq, ona “evə gedək” deyə bildirməsini görmüşdür. Hadisə Tərtər rayonu, Sarıcalı kəndində, magistral yolun yaxınlığında, avtobus dayanacağında baş vermiş və həmin ərazidə market də olmuşdur.İdarə etdiyi avtomobilin sürəti 20-30 km/saat olmuş, hadisə yerində çox adam olmuşdur. Abillə Sədi mübahisə edən vaxt avtomobili saxlamamış, yavaş-yavaş hərəkət etdirmiş və Sədinin özü də orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, hadisə baş verən gün evdə olmuş, səs-küy eşitdikdən sonra çıxmış və hadisənin baş verdiyi yerə getmişdir. Həmin vaxt Abil Əliyev orada olmuş, lakin Sədi orada olmamışdır. Onların anaları da orada olmuş və anaları Abilə yaxınlaşaraq “lazım deyil, belə etməyin, camaat var ayıbdır, hamı baxır” deyə bildirmiş, Abil isə mübahisə yaratmışdır. Daha sonra Sədi gəlmiş və ona yaxınlaşaraq “Sədi, ayıbdır camaat baxır, belə olmaz” deyə bildirmiş və bundan sonra hadisə baş vermişdir. Sədi avtomobildən düşdükdən sonra onlar arasında mübahisə başlamış, lakin onlar bir-birindən uzaqlaşdıqdan sonra Sədinin əlində bıçaq olduğunu görmüşdür. Abilin üzərində qan izləri olmuş, o isə dərhal kəndin iç tərəfinə qaçaraq onu xəstəxanaya aparmaq üçün maşın axtarmağa başlamışdır. Daha sonra Şahid5 avtomobili ilə gəlmiş və Abil Əliyevi onun maşınına qoyub xəstəxanaya yola salmışlar. Onlar yolda olarkən Abil Əliyevin vəfat etdiyini öyrənmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(061)-28/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 iyun 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 sentyabr 2024-cü il tarixli, təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərardan görünür ki, 16 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-in 120.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyun 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisə yeri Tərtər rayonu, Sarıcalı kəndinin giriş hissəsinin Tərtər-Bərdə magistral yolu ilə kəsişdiyi yolun Bərdə rayonu istiqamətində dayandıqda sol tərəfdə yerləşən yem dükanının önüdür. Tərtər şəhərinin giriş hissəsində olan “Tərtər” yazısından 4,5 km məsafəni Bərdə rayonu istiqamətində qət etdikdə sol tərəfə ayrılan asfalt yol Sarıcalı kəndinin giriş hissəsidir. Sola ayrılan yol ayrıcına tərəf Sarıcalı kəndi istiqamətində döndükdə yolun sol hissəsində “Yem dükanı”, sağ hissəsində isə “Şəhid abidəsi” vardır. Yol ayrıcının başlanğıc hissəsindən 190 metr məsafəni Sarıcalı kəndi istiqamətində qət etdikdə sol tərəfə nömrəsiz fərdi yaşayış evlərinin olduğu əraziyə ayrılan torpaq yolun olduğu görünür. Torpaq yol ilə 90 metr məsafədə düz istiqamətdə irəlilədikdə yolun sonunda nömrəsiz fərdi yaşayış evləri vardır. Fərdi yaşayış evlərinin önündə olan ərazidə çoxsaylı müxtəlif ölçülərdə kol bitkilərinin, iri və xırda ölçülü daşların olduğu müşahidə edilir. Hadisə yerinin müayinəsinə sol hissədə yerləşən boz rəngli dam örtüklərindən ibarət darvazası olan nömrəsiz fərdi yaşayış evinin önündən başlanıldı. Giriş darvazasından içəri daxil olduqda divarları açıq yaşıl rəngə boyanmış 1 mərtəbəli fərdi yaşayış evinin olduğu görünür. Giriş qapısının önündə 3 pilləli pilləkən vardır. Pilləkənin önündən fərdi yaşayış evinin sol tin hissəsinə tərəf irəlilədikdə bağ sahəsinin olduğu müşahidə edilir. Sol tin hissəsindən 3 metr məsafəni bağa tərəf qət etdikdə tikilinin divarından 30 santimetr bağ istiqamətində metal tiyəsinin uzunluğu 14,5 sm, tünd qəhvəyi rəngli taxta materiallı dəstəyinin uzunluğu isə 11 sm olan 01 ədəd bıçaq müşahidə edilir. Bıçağın uc hissəsi qırılmış vəziyyətdədir. Həmin bıçaq şərti olaraq 01 rəqəmi ilə işarələndi. Şərti olaraq 01 rəqəmi ilə işarələnən bıçaq araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü. Fərdi yaşayış evinin həyət hissəsində istintaq üçün əhəmiyyət kəsb edən cinayətin əlamətlərini əks etdirən əşya, qanabənzər ləkə və ya digər hal aşkar edilmədi. Fərdi yaşayış evinin giriş darvazasından asfalt yol istiqamətində 20 metr məsafədə hərəkət etdikdə sağ hissədə yabanı ot və bitkilərin içərisində metal tiyəsinin uzunluğu 17 sm, açıq qəhvəyi rəngli taxta materiallı dəstəyinin uzunluğu isə 11 sm olan 01 ədəd bıçağın olduğu müşahidə edilir. Bıçaq şərti olaraq 02 rəqəmi ilə işarələndi. Şərti olaraq 02 rəqəmi ilə işarələnən bıçaq araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılaraq götürüldü. Sol hissədə yerləşən fərdi yaşayış evinin boz rəngli dam örtüklərindən ibarət darvazası ilə üzbəüz dayanaraq sağ tərəfə 20 metr məsafədə irəlilədikdə iki taylı, ağ və açıq yaşıl rənglərdən ibarət darvazası olan digər fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən araşdırma üçün əhəmiyyət kəsb edən cinayətin əlamətlərini əks etdirən əşya, qanabənzər ləkə və ya digər hal aşkar edilmədi. Fərdi yaşayış evinin önündən asfalt yolun olduğu hissəyə qayıdaraq Tərtər- Bərdə magistral yolu ilə Sarıcalı kəndinin giriş hissəsində olan asfalt yolun kəsişdiyi əraziyə geri dönüldü. Tərtər-Bərdə magistral yolunda Tərtər şəhəri istiqamətində dayandıqda yolun sağ hissəsində elektrik dirəyi müşahidə edilir. Elektrik dirəyindən Tərtər şəhəri istiqamətində 250 sm məsafədə yerdə qanabənzər ləkələr müşahidə edilir. Qeyd olunan qanabənzər ləkələr şərti olaraq 3 rəqəmi ilə işarələndi. Giriş qapısının üzərində “Yem dükanı” yazısı olan tikilinin önündə asfalt yol istiqamətində paralel vəziyyətdə 2 ədəd ağac vardır. Tərtər-Bərdə magistral yoluna yaxın məsafədə yerləşən ağacdan 3 rəqəmi ilə işarələnmiş qanabənzər ləkəyə qədər olan məsafə 500 santimetrdir. Şərti olaraq 3 rəqəmi ilə işarələnmiş qanabənzər ləkədən çubuq tampon vasitəsilə müvafiq nümunə götürüldü. 3 rəqəmi ilə işarələnmiş qanabənzər ləkədən Tərtər-Bərdə magistral yolu istiqamətində 40 santimetr məsafədə yolun üzərində digər qanabənzər ləkələrin olduğu görünür. Həmin qanabənzər ləkələr şərti olaraq 4 rəqəmi ilə işarələndi. 4 rəqəmi ilə işarələnən qanabənzər ləkələrdən çubuq tampon vasitəsilə müvafiq nümunə götürüldü. 4 rəqəmi ilə işarələnən qanabənzər ləkələrdən Tərtər-Bərdə magistral yolu istiqamətində 60 sm məsafədə 01 ədəd qara rəngli qısa qol kofta olduğu görünür. Yerdə qatlanmış vəziyyətdə olan kofta səliqəli şəkildə asfalt yolun üzərinə sərildi və şərti olaraq 5 rəqəmi ilə işarələndi. Koftanın döş qəfəsi nahiyəsinin sol ön səthini əhatə edən hissəsində üzərində “EMPORİO ARMANİ” yazıları qeyd olunmuş emblemin olduğu müşahidə edilir. Şərti olaraq 5 rəqəmi ilə işarələmiş qısa qol koftanın üzərində qanabənzər ləkələr müşahidə edilir və həmin qanabənzər ləkələrdən çubuq tampon vasitəsilə müvafiq nümunə götürüldü. Baxış zamanı iştirak edən Şahid5 bildirdi ki, əyani şəkildə göstərdiyi elektrik dirəyinin önündə olan yol nəqliyyat nişanının ön hissəsində Tərtər rayonu, Sarıcalı kənd sakini Təqsirləndirilən şəxs qardaşı X11 bıçaqla xəsarət yetirmiş, özü isə hadisəni təqribən 25 metr məsafə aralığından izləmişdir. Yol nəqliyyat nişanından Sarıcalı kəndinə dönən yol istiqamətində 2,5 metr məsafədə yerdəki daşların üzərində qanabənzər ləkələr müşahidə edilir. Qeyd olunan qanabənzər ləkələr şərti olaraq 6 rəqəmi ilə işarələndi və müvafiq nümunə həmin qanabənzər ləkələrdən çubuq tampon vasitəsilə götürüldü. Şahid5 istifadəsində olan “Vaz 2107” markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə yerinə yaxınlaşdıqda X12 yerə yıxılmış vəziyyətdə aşkar etdiyi yeri əyani şəkildə göstərdi və həmin yer şərti olaraq 7 rəqəmi ilə işarələndi. “Yem dükanı” yazıları olan tikilinin önündəki magistral yola yaxın olan ağacdan magistral yol istiqamətində 280 santimetr məsafədə yerləşən 07 rəqəmi ilə işarələnmiş yerdə müşahidə edilən qanabənzər ləkələrdən çubuq tampon vasitəsilə müvafiq nümunə götürüldü. 7 rəqəmi ilə işarələnmiş yerdən Tərtər şəhəri istiqamətində 230 santimetr məsafədə irəlilədikdə yerdə qanabənzər ləkələrin olduğu yer şərti olaraq 8 rəqəmi ilə işarələndi və qanabənzər ləkələrdən çubuq tampon vasitəsilə müvafiq nümunə götürüldü. Baxış zamanı Şahid5 Abil Əliyevi istifadəsində olan “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına yerləşdirdiklərini bildirərək avtomobilin arxa hissəsini əyani şəkildə göstərdi. Ağ rəngli avtomobilin arxa oturacağı şərti olaraq 9 rəqəmi ilə işarələndi. Avtomobilin arxa oturacağında olan dəri örtüyündə qanabənzər ləkələr görünür. Həmin qanabənzər ləkələrdən çubuq tampon vasitəsilə müvafiq nümunə götürüldü. Baxış zamanı iştirak edən Tərtər rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı X13 bildirdi ki, Təqsirləndirilən şəxs qardaşı Abil Əliyevi bıçaqlayaraq sonuncuya xəsarət yetirdikdən sonra istifadəsində olan “**-BN-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə yerindən uzaqlaşaraq rayon ərazisini tərk etmişdir. Baxış zamanı iştirak edən Elxan İsmayılov bildirdi ki, ona məxsus yem dükanının mühafizə olunduğu video müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin götürülərək istintaq zamanı istifadə edilməsinə etirazı yoxdur. “Fujitsu” markalı monitorda əks olunan 03 nömrəli müşahidə kamerası vasitəsi ilə qeydə alınmış videogörüntülərin yem dükanının ön hissəsini əhatə etdiyindən və istintaq üçün əhəmiyyət kəsb etdiyindən video müşahidə sisteminin yaddaşından müvafiq qaydada 01 ədəd məlumat daşıyıcısına köçürülərək götürüldü. Hadisə yerinə baxış zamanı yuxarıda qeyd edilənlərdən başqa hər hansı qanabənzər ləkə, əşya və cinayətin əlamətlərini əks etdirən predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyun 2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təşrih masası üzərində paltarlı meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: 01 ədəd qolsuz ağ rəngli mayka, mayka qana, quma bulaşmışdır, maykanın sol yarısının ön səthində sol çiyin tikişindən 27,0 sm aşağı, aşağı sərbəst kənardan 41,9 sm yuxarıda 2,5 x 0,8 sm ölçüdə zədə vardır, tünd göy rəngli belində qara rəngli kəmər olan 01 ədəd şalvar, şalvarın ön hissəsi zəncirbəndlidir, bağlıdır, şalvar qana və toza bulaşmışdır, şalvarın sol cibində 01 ədəd “Nokia” markalı sadə telefon, bir ədəd göy rəngli alışqan vardır, qara rəngli trusik, trusik nəcisə bulaşmışdır. Meyitin bədəni qana bulaşmışdır. Paltarlar soyundurulduqdan sonra məlum oldu ki, meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 165 sm-dir. Meyitin dərisi və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Əllə yoxladıqda meyit soyumuşdur. Meyitin bədəninin arxa səthində adacıqlar şəklində ifadə olunmuş göyümtül-bənövşəyi rəngdə meyit ləkələri vardır. Ləkələrə barmaqla təzyiq etdikdə itir və 50-55 saniyədən sonra öz əvvəlki rəngini alır. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında yaxşı ifadə olunmuşdur. Başın tükləri qara rəngdədir, düzdürlər, uzunluqları 6,0-6,2 sm-dir. Əllədikdə kəllə qapağı sümükləri tamdırlar. Meyitin gözləri yarımaçıq vəziyyətdədir. Göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir. Göz almaları salamatdır, buynuz qişa bulanıq, quzehli qişa tünd qəhvəyi rəngdədir. Göz bəbəkləri dairəvi formadadır, bərabər ölçülərdə olub hər biri 0,5 sm diametrindədir. Burun dəlikləri sərbəstdir, ifrazat yoxdur. Burunun sümük və qığırdaqlarını, eləcə də digər üz skelet sümüklərini əllədikdə tamdırlar. Qulaq seyvanları normal quruluşludur. Xarici qulaq keçəcəkləri sərbəstdir, ifrazat yoxdur. Ağzı yarımaçıq vəziyyətdədir. Dili ağız boşluğunda-dişlərin arxasında sərbəst yerləşmişdir. Görünən dişləri tam və təbiidir. Ağız boşluğunun selikli qişasında xəsarət yoxdur. Boynu gövdəyə müvafiqdir, qacımaya görə az hərəkətlidir. Döş qəfəsi silindirik formada olub simmetrikdir. Qarını döş qəfəsindən hündür səviyyədədir. Onurğa sütununda patoloji əyilmələr yoxdur, əllədikdə fəqərə sümükləri tamdırlar. Xarici cinsiyyət üzvləri kişi tiplidir, normal quruluşludur. Arxa keçəcək dəliyi qapalı vəziyyətdədir, ətraf dərisi nəcisə bulaşmışdır, zədəsizdir. Hər iki yuxarı və aşağı ətraflar normal qurluşludur. Ətraf sümüklərini əllədikdə tamdırlar. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər tapılmışdır: Döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində döş xətti üzrə-İİİ-İV qabırğaarası sahədə çəp boylama istiqamətdə 2,3 x 0,8 sm ölçüdə, zolaq formada, kənarları hamar, qansızmalı, uclarından biri iti, digəri küt olan yara vardır. Sağ əl nahiyəsinin İİİ barmağının İ falanqasının arxa səthində 1,8 x 0,4 sm ölçüdə, aypara formada, kənarları hamar, qansızmalı, ucları iti yara vardır. Sağ dirsək nahiyəsinin arxa səthində 2 ədəd 4,5 x 3,2 sm, 1,4 x 0,6 sm, sol bayır topuq nahiyəsində 0,6 x 0,3 sm, ölçülərdə, qeyri-düzgün oval və qeyri-müəyyən formalarda, ətraf dəri səviyyəsindən aşağı qırmızımtıl rəngli sıyrıqlar vardır (sıyrıqlar nahiyəsində kəsik aparıldıqda qansızma müəyyən olundu). Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilməmişdir. Baxış zamanı meyitin əynində olmuş 01 ədəd qolsuz ağ rəngli mayka, belində qara rəngli kəmər olan 01 ədəd tünd göy rəngli şalvar, şalvarın sol cibindən aşkar edilmiş 01 ədəd “Nokia” markalı sadə telefon, 01 ədəd göy rəngli alışqan, eləcə də 01 ədəd qan nümunəsi cinayət işinin istintaqı üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 iyun 2024-cü il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əlavə baxış keçirilən yer Tərtər rayonu Sarıcalı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin həyəti və önündəki küçədir. Tərtər şəhərinin giriş hissəsində olan “Tərtər” yazısından 4,5 km məsafəni Bərdə rayonu istiqamətində qət etdikdə sol tərəfə ayrılan asfalt yol Sarıcalı kəndinin giriş hissəsidir. Sola ayrılan yol ayrıcı ilə Sarıcalı kəndinə döndükdə yolun sol hissəsində “Yem dükanı”, sağ hissəsində isə “Şəhid abidəsi” vardır. Yol ayrıcının başlanğıc hissəsindən 190 metr məsafəni Sarıcalı kəndi istiqamətində qət etdikdə sol tərəfə ayrılan torpaq yol ilə nömrəsiz fərdi yaşayış evlərinin olduğu əraziyə daxil olunur. Torpaq yol ilə 90 metr məsafədə düz istiqamətdə irəlilədikdə yolun sonunda nömrəsiz fərdi yaşayış evləri vardır. Fərdi yaşayış evlərinin önündəki torpaq ərazidə çoxsaylı müxtəlif ölçülərdə kol bitkilərinin, iri və xırda ölçülü daşların olduğu müşahidə edilir. Sağ hissədə yerləşən, ağ və açıq yaşıl rənglərdən ibarət darvazası olan fərdi yaşayış evinin darvazası ilə üzbəüz dayandıqda darvazanın sağ hissəsində mişar daşı ilə hörülmüş divarın üzərində göy rəngli sayğac görünür. Sayğacın alt hissəsində olan göy rəngli dəmir borunun önündə divardan 40 santimetr məsafədə yerdə yabanı ot və bitkilərin arasında tiyəsinin uzunluğu 18 sm, qəhvəli rəngli tutacağının uzunluğu 12 sm olan, üzərində xırda ölçülərdə qana bənzər ləkələr müşahidə edilən 01 ədəd bıçağın olması müşahidə edilir. Qeyd olunan bıçaq istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü. Ətraf əraziyə əlavə baxış keçirilən zaman istintaq üçün əhəmiyyət kəsb edən hər hansı qanabənzər ləkə, əşya və cinayətin əlamətlərini əks etdirən predmet müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əşyanın tanınmaya təqdim edilməsi haqqında 08 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi bıçağı ona təqdim edilmiş bıçaqların içərisindən tanıyaraq əli ilə əyani surətdə göstərmiş, dəstəyi qəhvəyi rəngli plastik materialları, boz rəngli metal tiyəsi olan bıçağı tanıdığını bildirmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə Tibbi Ekspertiza və X8” X25 Bərdə rayonlararası zona mərkəzinin 12 iyul 2024cü il tarixli, 13 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə laborator müayinə cavablarına əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: X2 meyitinin bədənində aşağıdakı xəsarətlər - döş qəfəsi nahiyəsinin ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ əl nahiyəsinin İİİ barmağının İ falanqasının 1 (bir) ədəd kəsilmiş yarası, sağ dirsək nahiyəsinin 2 (iki) ədəd, sol bayır topuq nahiyəsinin 1 ədəd sıyrığı vardır. Qeyd olunan xəsarətlər həyati olub ölümdən az vaxt əvvəl törənmişdir, törənmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Həmin xəsarətlərdən: a) döş qəfəsi nahiyəsinin ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən deşilmiş-kəsilmiş yara, sağ əl nahiyəsinin İİİ barmağın İ falanqasının kəsilmiş yarası kəsici kənara və iti uca malik alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim olunmuş 3-cü (üç) bıçaqla törənə bilməsi inkar olunmur, b) sağ dirsək, sol bayır topuq nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Dərəcəsinə görə: a) döş qəfəsi nahiyəsinin ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir; b) sağ əl nahiyəsinin İİİ barmağının İ falanqasının kəsilmiş yarası canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; c) sağ dirsək nahiyəsinin 2 (iki) ədəd, sol bayır topuq nahiyəsinin 1 ədəd sıyrığı canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X2 ölümünə səbəb döş qəfəsinin deşilmiş-kəsilmiş yarası ilə əlaqədar ürəyin yaralanması nəticəsində kəskin qanitirmə olmuşdur. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda 1%-dir. Etil spirtinin qanda tapılmış bu qatılığı canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq hesab edilir. (xx.xx.2024-cü il tarixli 2048/k saylı maddi sübutların müayinəsi aktı). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə Tibbi Ekspertiza və X8” X25 Bərdə rayonlararası zona mərkəzinin 17 iyun 2024-cü il tarixli, 166 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ əl nahiyəsinin İİİ barmağının İİ falanqasının səthi kəsilmiş yaraları kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir. Sağ said nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin lokalizasiyasına və digər xarakterik xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlərin şəxsin özü və digər şəxs tərəfindən yetirilə bilmələri istisna olunmur. Baxış zamanı X6 əynində olmuş 1 bir) ədəd boz rəngli, üzərində “NEW STAR” etiketi yazılmış alt paltarı üzərində qana bənzər ləkələrin olduğu müəyyən edilərək müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi“ Publik Hüquqi şəxsi X14 Şöbəsinin 12 avqust 2024-cü il tarixli 574 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli törədən zaman öz əməlinin ictimai təhlükəliliyini dərk etmək və ya öz əməlini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında hərəkətinin faktiki xarakterini dərk etmək və özünü idarə etmək və hadisəni faktiki qavramaq imkanında olmuşdur. Hazırda Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Onda anlaqsızlığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur və bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə Tibbi Ekspertiza və X8” X25 01 avqust 2024-cü il tarixli, 504/2024-MTBŞ nömrəli məhkəmə-tibbi bioloji ekspertiza rəyindən görünür ki, X9 ABO sistemi üzrə qan qrupu: B-alfa/H//lll/. Ekspertizaya təqdim edilən mərhum X11 məxsus cins şalvar, qısaqol mayka, mayka, Təqsirləndirilən şəxs məxsus qısaqol mayka, idman tipli şalvar, 3 sayla işarələnmiş hadisə yerindən götürülən plastik dəstəkli bıçaq üzərindəki ləkələrdə və hadisə yerindən 05 ədəd flakon daxilindəki yuxarı tənəffüs yollarından yaxma götürmək üçün nəzərdə tutulmuş taxta çubuqlar uclarına sarınmış pambıq, 02 ədəd sınaq şüşəsi tipli borucuqlar daxilindəki gigiyenik çubuqların uc hissəsindəki pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində və bu flakonlardan biriinin daxilində olan kiçik çınqıl daşları və kiçik bərkimiş torpaq hissəciyi üzərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B,H antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H//lll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X11 məxsus ola bilər. Təqdim edilən 1 və 2 sayla işarələnmiş taxta dəstəkli bıçaqlar üzərində qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin” 26 iyul 2024-cü il tarixli, 3-16-16/2-3/1083, 3/1084 nömrəli məhkəmə-trasoloji-ballistik ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş “2” rəqəmi ilə işarələnmiş bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş “3” rəqəmi ilə işarələnmiş bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçaqların üzərində sonradan təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş üzərində “X11 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin və maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş “02” və “03” rəqəmləri ilə işarələnmiş bıçaqların və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin bu zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş “02” və “03” rəqəmləri ilə işarələnmiş bıçaqların təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “X11 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin və maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından onların səthində olan zədələrin yaranma mexanizmini (istiqamətini) müəyyən etmək mümkün olmadı. Təqdim olunmuş köynəyin və maykanın səthində olan zədələrin “01” rəqəmi ilə işarələnmiş bıçağın hal-hazırki tədqiqata təqdim olunmuş vəziyyətində- tiyənin uc hissəsinin sınmış vəziyyətində yaranması mümkün deyildir. Bununla belə bu zədələrin qeyd olunan bıçağın tiyəsinin əvvəlki bütöv vəziyyətində yaranması istisna edilmir. Təqdim edilmiş üzərində “X11 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş cins şalvarın, üzərində “Təqsirləndirilən şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin və idman şalvarının səthində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin” 23 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3403 nömrəli məhkəmə-lifli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X11 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X11 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X11 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X11 məxsus geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri həmin əşyaların hazırlanma əlamətlərini daşımadığına və onların üzərində fərdi əlamətləri olmadığına görə həmin əşyaların Təqsirləndirilən şəxs məxsus geyim əşyaları ilə qarşılıqlı təmasda olubolmamasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon Polis Şöbəsindən daxil olmuş 08 iyul 2024-cü il tarixli 113/2-13219/24 nömrəli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində yoxlanılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əməliyyat tapşırığına Gəncə 2 saylı istintaq təcridxanasının 11 iyul 2024-cü il tarixli 3-16- 17/41/2-4049/2024 nömrəli məktubla vermiş olduğu cavabından görünür ki, 2 saylı istintaq təcridxanasında saxlanılan xx.xx.1991-ci il təvəllüdlü, Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə həbs edilmiş şəxs Təqsirləndirilən şəxs 14,06,2024-cü il tarixdə Tərtər rayonu, Sarıcalı kənd ərazisində xx.xx.1992-ci il təvəllüdlü, X18 ilə aralarında yaranmış münaqişə zəminində sonuncunun onun ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsi səbəbi ilə deşici-alətlə onun bədəninə xəsarət yetirməklə qəsdən həyatdan məhrum etmişdir. Həmin cinayətin törədilməsində digər şəxslərin bu və ya digər formada iştirakı, marağı, eləcə də Təqsirləndirilən şəxs cinayət əməlini törətmək üçün təhrik edilməsi, cinayət əməlini törətməzdən əvvəl belə bir niyyətdə olmasını hər hansı şəxs və ya şəxslərə bildirməsi barədə maraq kəsb edən məlumatlara rast gəlinməmişdir. Həbsdə saxlanılan Təqsirləndirilən şəxs X18 ilə əvvəllər aralarında dəfələrcə mübahisə olması və cinayətdə istifadə etdiyi bıçağın təxmini uzunluğu 30 sm olması və dəstəyinin sarı rəngli olduğu, hadisədən sonra yaşadığı evə getməsi və bıçağı evə gətirdiyi barədə məlumat əldə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Psixonevroloji Dispanserdən daxil olmuş 25 iyun 2024-cü il tarixli 4649 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyata alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Tərtər rayon mərkəzi xəstəxanası” X21 daxil olmuş 24 iyun 2024-cü il tarixli, 18-1-75/2- 798/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəliklə bağlı Tərtər RMX PHŞ-ya müraciət etməmiş və poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-78/2-625/2024 nömrəli məktuba əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X15 rayonu, Sarıcalı kəndində anadan olmuşdur. Dövlət və rayon tədbirlərində iştirak etmişdir. 9 nömrəli „AAY Yaşıllaşdırılması“ MMC-də fəhlə kimi işləmişdir. Kənd sakinləri arasında hörmət və nüfuza sahib bir vətəndaş kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-78/2-626/2024 nömrəli məktuba əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, X3 rayonu, Sarıcalı kəndində anadan olmuşdur. Dövlət və rayon tədbirlərində iştirak etməmişdir. Kənd təsərrüfatı işləri ilə məşğul olmuşdur. Kənd sakinləri arasında hörmət və nüfuza sahib olmayan bir vətəndaş kimi tanınmışdır. Spirtli içkiyə meyilli olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş üzərində “EMPORİO ARMANİ” yazıları qeyd olunmuş emblemi olan, 01 ədəd qara rəngli qısa qol kofta, çubuq tampon ilə götürülmüş 07 ədəd qan nümunəsi, Təqsirləndirilən şəxs götürülmüş boz rəngli 01 ədəd şalvar, üzərində “AKULA” yazısı olan 01 ədəd qısa qol kofta, 01 ədəd ekran toxunuşlu smartfon tipli “Redmi” markalı mobil telefon, hadisə yerinə əlavə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, meyitə baxış zamanı götürülmüş 01 ədəd qolsuz ağ rəngli mayka, belində qara rəngli kəmər olan 01 ədəd tünd göy rəngli şalvar, şalvarın sol cibindən aşkar edilmiş X11 məxsus, üzərində “CORN” sözləri yazılmış 01 ədəd sadə telefon, 01 ədəd üzərində “589” rəqəmi yazılmış kağız parçasının içərisində X11 məxsus qan nümunəsi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınanaraq Tərtər rayon prokurorluğunun maddi sübut otağında saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla belə Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə kollegiyası bu məsələ ilə əlaqədar ilk növbədə qeyd etməyi vacib hesab edir ki, cinayət hüququ nəzəriyyəsində cinayətin (qəsdən adam öldürmə) hansı hallarda xüsusi amansızlıqla törədilmiş kimi qiymətləndirilməli olduğu məsələsinə aydınlıq gətirilmişdir. Azərbyacan Respublikası CM-nin 120-ci maddəsində kriminallaşdırılan qəsdən adam öldürmə cinayətinin tövsifedici əlaməti olan xüsusi amansızlıq dedikdə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqında” 12 dekabr_2002-ci il tarixli, qərarın 8-ci bəndinə əsasən, “Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özüözlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkarın niyyəti məhz seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin,onun yaxınlarının xüsusi əzab çəkməsinə)münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs, 14 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Tərtər rayonu, Sarıcalı kəndində yerləşən evinin qonşuluğunda yaşayan və uzun müddət münaqişəli olduğu qardaşı X9 evinin həyətində anası Şahid4 qızı ilə ailələrinə məxsus iribuynuzlu heyvanın alqı-satqısından əldə edilmiş gəlirdən pay istəməsi mövzusunda mübahisə edərkən, Abil Əliyevin kobud və qeyri-etik sözlərdən istifadə etməsini eşidib, qardaşını cəzalandırmaq məqsədilə yaşadığı evin həyətindəki masanın üzərindən soyuq silah hesab edilməyən, kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürərək sonuncuların yanına gəlmiş, qardaşı Abil Əliyevdən kənd əhalisi, cəmiyyət arasında nüfuzlarına xələl gətirən hərəkətlərinə və mübahisəyə son verməsini tələb etməsinə baxmayaraq, aralarında mövcud olmuş münaqişə daha da şiddətlənmiş, ailə üzvlərinin, eləcə də qonşusunun mübahisələrinə müdaxilə etməsindən sonra Abil Əliyevin onun və ailə üzvlərinin ünvanına təhqiredici ifadələri işlədərək mübahisələrini evdən kənarda davam etdirməklə bağlı təklifini dəyəndirməklə, öz cinayətkar niyyətini ailə üzvlərinin və digər şəxslərin müşahidəsindən kənar yerdə həyata keçirmək məqsədilə masanın üzərindən götürmüş olduğu həmin mətbəx bıçağını məqsədyönlü şəkildə özü ilə götürərək idarə etdiyi “X17” markalı, “**-BN-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Abil Əliyev ilə birlikdə evlərinin önündən təqribən 250 metr məsafədə kənar əraziyə hərəkət etdikdən sonra Sarıcalı kəndinin giriş hissəsi ilə Tərtər-Bərdə magistral asfalt yolunun kəsişdiyi ərazidə fəaliyyət göstərən yem dükanının qarşısında avtomobildən enib mübahisələrini davam etdirən zaman Abil Əliyevin saat 20:38 radələrində onun üzərinə hücum çəkərkən daşlıq ərazidə müvazinətini itirməsi nəticəsində yerə yıxılmasından istifadə etməklə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, hadisə yerinə piyada onları sakitləşdirmək üçün gələn anası Şahid4 gözü qarşısında, sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək özündə yaranmış qəzəb hissini büruzə verib cinayətkar niyyətini başa çatdırmaq və Abil Əliyevin həyat və sağlamlığına, eləcə də yaşamaq və təhlükəsiz yaşamaq konstitusion hüquqlarına qəsd edərək sonuncunu öldürmək məqsədilə əlində tutduğu bıçaqla X11 baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan döş qəfəsinin ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan sağlamlığa ağır zərərvurmaya aid xəsarət, habelə sağ əl nahiyəsinin İİİ barmağının İ falanqasının 1 (bir) ədəd kəsilmiş yarasıyla müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Abil Əliyevi qəsdən öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı şəxsin əməlini qəsdən adam öldürmə cinayətinin tövsifedici əlaməti olan xüsüsi amansızlıq kimi qiymətləndirərkən, təqsirləndirilən şəxs, həm də mərhum zərərçəkmiş şəxsin anası X7 yalnız hadisə yerində olmasını nəzərə alaraq təqsirkarın niyyətinin məhz anasına xüsusi əzab və iztirab vermək olduğu qənaətinə gəlmişdir. Hadisənin baş vermə şəraitindən görünür ki, iş üzrə mərhum Abil Əliyevlə təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs arasında baş verən mübahisə zamanı Şahid4 orada olması işin mübahisəsiz halıdır. Lakin istintaq orqanı Şahid4 hadisə zamanı orada olmasını müəyyən etsə də, əksinə hadisə baş verən zaman sonuncunun sırf oğlu Abil Əliyevin qəsdən həyatdan məhrum edilməsinə səbəb olan zərbə almasını, yəni bilavasitə onun vurulma anını görüb-görmədiyini müəyyən etməmişdir. Belə ki, hadisənin birbaşa iştirakçıları olan Şahid4 özü və Təqsirləndirilən şəxs ifadələrindən, işin faktiki hallarından və hadisənin baş vermə mexanizmindən başa düşmək olur ki, hadisə baş verən vaxt, saat təxminən 20:30 radələri, yəni hava şəraitinin qaranlıqlaşması ilə əlaqədar görmə faizinin məhdudlaşdığı vaxtlar olmuş və eyni zamanda Şahid4 özü də məhkəmə istintaqı vaxtı həmin halı təsdiq edərək, havanın qaranlıqlaşdığını bildirmişdir. Həmçinin Şahid4 hadisənin sadəcə oğlanlarının qarşılıqlı olaraq bir-birilə mübahisə etmə hissəsinin şahidi olduğunu, lakin sözügedən mübahisə əsnasında hadisə yerində olan avtomobilin yaxınlığında dayandığından, oğlu Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu və sonuncunun digər mərhum oğlu Abil Əliyevə bıçaqla zərbə endirməsi anını görmədiyini bildirmişdir. Buradan da aydın olur ki, Şahid4 Təqsirləndirilən şəxs bıçaqla mərhum Abil Əliyevə zərbə endirdiyini görməmiş və belə bir hadisənin baş verə bilmə ehtimalını belə ağlına gətirməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs mərhumu qəsdən həyatdan məhrum edərkən ona bıçaqla zərbə endirməsi anına şahid olması və sözügedən hadisələrdən hər hansı iztirab çəkməsi absurddur və özü-özlüyündə həqiqəti əks etdirmir. Göründüyü kimi ibtidai istintaq orqanı Şahid4, Təqsirləndirilən şəxs tərəfindən bıçaqla qardaşı Abil Əliyevin vurmulması anını gördüyünü və hadisə nəticəsində psixoloji sarsıntı keçirərək əzab çəkdiyini sübuta yetirməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, törədilmiş hadisənin xüsusi amansızlıqla adam öldürmə cinayətinə aid edilib-edilməməsi məsələsini aydınlaşdırmaq məqsədilə cinayətin subyektiv tərəfinin əlamətlərinin təhlil edilməsi, bundan başqa, Təqsirləndirilən şəxs hərəkətlərinin nəticəsi kimi yalnız zərərçəkmişin ölüm faktına münasibəti deyil, həmçinin, qətlə yetirmənin xüsusi amansız olmasına münasibətinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. İş materialları ilə birmənalı olaraq təsdiq edilir ki, hadisənin baş verməsinə səbəb Abil Əliyevin, anası Şahid4 qarşı mütəmadi olaraq sərgilədiyi saymazyana, kobud, əxlaqi və milli-mənəvi dəyərlərə zidd olan hərəkətləri, sonuncu dəfə isə öz həyətində anasının üzünə qarşı qışqıraraq təkəbbürlü şəkildə “mən voram, mənə pul verməlisiniz, o puldan mənə də çatmalıdı” ifadələrinin fonunda qardaşı Təqsirləndirilən şəxslə aralarında yaranmış mübahisə olmuşdur. İstər hadisə zamanı, istərsə də, hadisəyə qədər olan dövr ərzində tərəflərin qarşılıqlı münasibətlərinə diqqət etdikdə, həm təqsirləndirilən şəxs, həm də mərhumun münaqişə tərəfi kimi çıxış etmələrini görmək mümkündür. Göründüyü kimi şəxsi münasibətlər zəmnində baş vermiş qarşılıqlı münaqişə zamanı Təqsirləndirilən şəxs qəsdi birmənalı olaraq onu və anası Şahid4 mütəmadi olaraq təhqir etmiş Abil Əliyevdən intiqam almaq olmuş, yəni Şahid4 Abil Əliyevi qəsdən həyatdan məhrum etməklə əzab və iztirab verə biləcəyini görməsi və ya bunu arzu etməsi ümumiyyətlə müəyyən olunmamışdır. Məhkəmə tərkibi hesab edir ki, qətlin xüsusi amansızlıqla törədilmiş kimi qiymətləndirilməsi üçün müəyyən edilməlidir ki, zərərçəkmiş şəxsin məhz xüsusi amansızlıqla həyatdan məhrum edilməsi halı təqsirkarın qəsdi ilə əhatə olunmalıdır. Bu zaman qəsdin forması barədə nə hüquq ədəbiyyatında, nə də müvafiq plenum qərarında birbaşa göstəriş olmaması ona dəlalət edir ki, təqsirkar istər birbaşa, istərsə də, dolayı qəsdlə hərəkət edə bilər. Təqsirləndirilən şəxs tərəfindən törədilən ictimai təhlükəli əməlin əqli və iradi ünsürlərinə nəzər salsaq aydın olur ki, təqsirkar öz əməlinin ictimai təhlükəliliyini qabaqcadan dərk edib, nəticələrini arzu etsə də, etdiyi hərəkətlərlə, yəni qardaşının anasına qarşı kobud rəftarından dolayı, mübahisə etdiyi qardaşını həyatdan məhrum etməklə anasına xüsusi iztirab və ya əzab vermək niyyəti birbaşa və yaxud dolayı olaraq onda formalaşmamışdır. O cümlədən, cinayət işinin materiallarından və verilmiş ittihamın məzmunundan görünür ki, Abil Əliyevin ölümünə səbəb olan mübahisə qısa müddətdə baş verərək cinayət hadisəsi törədilmişdir. Məhkəmə tərkibi həmçinin bu qənaətə də gəlir ki, Təqsirləndirilən şəxs seçdiyi üsul, hadisənin ani zamanda baş verməsi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hadisə anında olduqları qarşılıqlı vəziyyətləri, xəsarətin xarakteri və lokalizasiyası, zərərçəkmiş şəxsin anasına xüsusi əzab vermək niyyətinin olmaması, sonuncunun məhkəmə istintaqında verdiyi ifadəsində baş vermiş hadisəni görmədiyini bildirməsi, habelə işin digər faktiki halları da nəzərə alınmaqla, hazırkı iş üzrə qəsdən adam öldürmə prosesinin baş verdiyi qısa müddət ərzində xüsusi amansızlığın reallaşdırılmasının mümkünlüyünün ibtidai istintaq orqanı tərəfindən israr edilməsi əsassızdır və obyektiv həqiqəti özündə ifadə etmir. Bununla da, ittiham orqanı təqsirləndirilən şəxsin qardaşını həyatdan məhrum edilməsinə yönəlmiş hərəkətləri ilə anası Şahid4 xüsusi iztirablar vermək niyyətinin olmasını və yaxud həmin niyyətin hansı səbəbdən formalaşmasını sübuta yetirə bilməmişdir. Təqsirləndirilən şəxs qardaşını həyatdan məhrum etmək məqsədi, sadəcə olaraq qardaşının anasına qarşı dəfələrlə nümayişkaranə şəkildə göstərdiyi hörmətsiz davranışlardan və onların aralarında əvvəldən mövcud olan münaqişələrdən yaranmış qisas almaq hissi olmuşdur. Belə bir vəziyyətdə təqsirləndirilən şəxs anası Şahid4 xüsus iztirablar vermək niyyəti ilə qardaşı Abil Əliyevi həyatdan məhrum etməsi ağlabatan deyildir. Eyni zamanda istintaq orqanı “təqsirləndirilən şəxsin məhz hansı səbəbdən qardaşını həyatdan məhrum etməklə anasına xüsusi iztirablar vermək istəməsi?” və “həmin zaman kəsiyi ərzində Təqsirləndirilən şəxs qardaşını həyatdan məhrum etməklə yanaşı, eyni zamanda anasına xüsusi iztirablar vermək kimi niyyətinin də formalaşması mümkün idimi?” kimi məsələlərə aydınlıq gətirmədən, sadəcə olaraq Şahid4 hadisə yerində olması halını müəyyən edib, ehtimallara əsaslanaraq təqsirləndirilən şəxsə xüsusi amansızlıqla bağlı ittiham irəli sürmüşdür. Həmçinin Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadədə, özünü ona Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi elan olunmuş ittihamla təqsirli bilmədiyini, lakin CM-in 124-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bildiyini, eyni zamanda qardaşı Abil Əliyevlə mübahisələri baş verən zaman əlində olan bıçaqla sadəcə olaraq Abili qorxutmaq istədiyini, daha sonra mübahisə əsnasında ehtiyatsızlıqdan əlində olan bıçağın qardaşı Abilin qarınə nahiyyəsindən dəyməsinə dair göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi sözügedən xüsusatlar, iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, keçirilmiş çoxsaylı istintintaq hərəkətləri, protokollar, ekspert rəyləri və.s) tamamilə təkzib edilmişdir. Məhkəmə vurğulayır ki, belə olan halda xüsusi amansızlıq motivi istisna edilir və baş vermiş hüquqazidd əməlin qisas motivi ilə törədildiyi tam şəkildə aydın olur. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur( Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri).Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququn məhdudlaşdırılması içtimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiplərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs Abil Əliyevin həyatdan məhrum edilməsindən ibarət əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, məhkəmə tibb ekspertizasının rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi əməlində Azərbaycan Respublikası CM-in 59.1.4-ci və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(061)-28/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 iyun 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 15 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.3-cü maddələrinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində. Təqsirləndirilən Təqsirləndirilən şəxs də törətdiyi cinayət əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Tərtər rayon prokurorluğunda saxlanılan üzərində “EMPORİO ARMANİ” yazıları qeyd olunmuş emblemi olan, 01 ədəd qara rəngli qısa qol kofta, Təqsirləndirilən şəxs götürülmüş boz rəngli 01 ədəd şalvar, üzərində “AKULA” yazısı olan 01 ədəd qısa qol kofta, 01 ədəd ekran toxunuşlu smartfon tipli “Redmi” markalı mobil telefon, belində qara rəngli kəmər olan 01 ədəd tünd göy rəngli şalvar, şalvarın sol cibindən aşkar edilmiş X11 məxsus, üzərində “CORN” sözləri yazılmış 01 ədəd sadə telefon qanuni sahiblərinə qaytarılmalı, hadisə yerinə əlavə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, çubuq tampon ilə götürülmüş 07 ədəd qan nümunəsi, meyitə baxış zamanı götürülmüş 01 ədəd qolsuz ağ rəngli mayka və 01 ədəd üzərində “589” rəqəmi yazılmış kağız parçasının içərisində X11 məxsus qan nümunəsi məhv edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 384 (üç yüz səksən dörd) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2 maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1 maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Tərtər rayon Pokurorluğunda saxlanca verilmiş, üzərində “EMPORİO ARMANİ” yazıları qeyd olunmuş emblemi olan, 01 ədəd qara rəngli qısa qol kofta, Təqsirləndirilən şəxs götürülmüş boz rəngli 01 ədəd şalvar, üzərində “AKULA” yazısı olan 01 ədəd qısa qol kofta, 01 ədəd ekran toxunuşlu smartfon tipli “Redmi” markalı mobil telefon, belində qara rəngli kəmər olan 01 ədəd tünd göy rəngli şalvar, şalvarın sol cibindən aşkar edilmiş X11 məxsus, üzərində “CORN” sözləri yazılmış 01 ədəd sadə telefon qanuni sahiblərinə qaytarılsın, hadisə yerinə əlavə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, çubuq tampon ilə götürülmüş 07 ədəd qan nümunəsi, meyitə baxış zamanı götürülmüş 01 ədəd qolsuz ağ rəngli mayka və 01 ədəd üzərində “589” rəqəmi yazılmış kağız parçasının içərisində X11 məxsus qan nümunəsi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - 384 (üç yüz səksən dörd manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-277/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-277/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver