Məhkəmə qərarları › İş №1(100)-278/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-278/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-278/2021 01.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X2 və X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göyçay rayonu, Aşağı Qaraməryəm kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 200–1.2.2, 200–1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəlində Gürcüstanda qeyri şəxslər vasitəsilə Azərbaycan Respublikasında yaşayan digər şəxslərlə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada bilə-bilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin tamah və satış məqsədi ilə saxlanılması, Gürcüstandan Azərbaycan Respublikasına daşıma və bu qəbildən olan malların xeyli miqdarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qrupun Gürcüstandakı qeyri şəxslə müəyyən edilməmiş tarixdə, yerdə və mənbədən əldə etdiyi bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda, 107561,15 manat (yüz yeddi min beş yüz altmış bir manat on beş qəpik) dəyərində, 101 adda: ayrı-ayrılıqda 320 qutu “Diltizem 60mg 48 tablet”, 306 qutu “Diltizem 90mg 48 tablet”, 149 qutu “X13 20 tablet”, 27 qutu “Dostinex 0.5 tablet mg 8 tablet”, 298 konvalyut “ Nexium 40 mg 28 tablet”, 197 konvalyut “Nexium 20 mg 28 tablet” göstəricili, 84 konvalyut “Topomax 100 mg 60 tablet” göstəricili, 38 konvalyut “Topomax 50 mg 60 tablet”, 407 konvalyut “Paxil 20 mg 56 tablet” göstəricili, 253 konvalyut “Lasix 40 mg 12 tablet”, 7 qutu “Salofalk 4 / 60g rental suspension”, 203 konvalyut “Pletal 100 mg 60 tablet” göstəricili, 271 konvalyut “İsoptin 80 mg 50 tablet”, 250 konvalyut “Galvus met 50mg/1000mg”, 154 konvalyut “Ventolin 2.5 mg/2.5 ml”, 178 konvalyut “Janumet 50/100 mg”, 80 qutu “Veforix 245 mg 30 tablet”, 336 konvalyut “ İsoptin 40 mg 30 tablet”, 24 qutu “Kreon 250** İU *** kapsul”, 9 qutu “Kreon 10** İU *** kapsul”, 379 konvalyut “Dideral 40 mg 50 tablet”, 28 qutu “Gonal F 75 İU 5.5 mg”, 40 qutu “Madecassol 1% 40 g”, 13 konvalyut “Pentasa 500 mg 100 tablet”, 89 qutu “160 Symbicort 4.5 120 doz”, 222 qutu “Estrofem 2 mg tablet”, 3 konvalyut “Pradaxa 110 mg”, 2 konvalyut “Baraclude 1 mg 30 tablet”, 13 qutu “Venofer 100/5 ml-5ampul”, 17 qutu “Anti-fosfat CC 500 mg”, 64 konvalyut “Qalyviz 0.5 mg 30 tab”, 11 qutu “Madopar 125 mg 30 kapsul”, 9 qutu “Clecoin - T 1 % 30 ml”, 18 konvalyut “Roaccutne 20 mg/30 kapsul”, 110 qutu “Prednol 16 mg / 20 tab”, 4 konvalyut “Modiwake 100 mg 30 tablet”, 4 konvalyut “Azilect 1 mg/ 30 tablet”, 2 konvalyut “Eliquis 5 mg / 56 tablet”, 9 konvalyut “Cymbalta 60 mg 28 tablet”, 19 konvalyut “Megace 160 mg 30”, 42 qutu “Agnelyse 0.1% krem”, 4 konvalyut “Lipanthyl 267 mg 30 kapsul”, 9 qutu “İsoptin 5mg/2 ml 5 ampul”, 9 qutu “Bemiks Kompoze 2 ml 5 ampul”, 5 qutu “Noropol 20 ml / 2ml”, 42 konvalyut “İmuran 50 mg /100 tab”, 200 qutu “Ossi 4 mg/5 ml” 35 konvalyut “Meteospasmyl 40 tab 60 mg/ 300 mg”, 247 qutu “Devit-3 300000”, 48 qutu “Prednol-l 20 mg”, 50 konvalyut “Prednol 4 mg 20 tablet”, 105 konvalyut “Bacrtrium forte 800/160 20 tab” 20 konvalyut “Kordexa 8 mg 20 tab”, 16 konvalyut “Arimidex 1 mg 28 tab”, 11 qutu “Mirena 52 mg”, 130 konvalyut “Rytmonorm 150mg 30 tab”, 5 konvalyut “Cleocin 150 mg 16 kapsul”, 16 qutu “Madopar 125 mg”, 11 konvalyut “Ursactive 250mg 10 kapsul”, 203 konvalyut “Xarelto 15 mg 28 tablet”, 36 konvalyut “Kordexa 4 mg 20 tablet”, 216 konvalyut “Tegretol CR 400 mg 20 tablet”, 350 konvalyut “Triplixam 10mg 2.5/10 mg”, 87 konvalyut “Triplixam 10 mg 2.5/5 mg”, 200 konvalyut “Plavix 75 mg 28”, 80 konvalyut “Cipralex 20 mg 28 tablet”, 12 qutu “Arava 20 mg 30 tablet”, 69 konvalyut “Deltacortril 5mg 20 tablet”, 99 konvalyut “X19 100mg 20 kapsul”, 148 konvalyut “Beloc 100 mg”, 5 konvalyut “Delix 5 mg 28 tablet”, 44 konvalyut “Anafranil 25 mg 30 tablet”, 87 qutu “Transamine 100 mg”, 68 qutu “Dolgit % 5 krem 50 g”, 14 qutu “Symbicort 320 doz”, 34 qutu “Nevanac 0.1% 5 ml”, 44 qutu “Allergan % 1”, 4 qutu “Alphagan 0.15% 5 ml”, 28 konvalyut “Visanne 2 mg 28 tablet”, 14 konvalyut “Jardiance 25 mg 30 tablet”, 14 konvalyut “Jardiance 10 mg 30 tablet”, 96 konvalyut “Cafergot 1 mg 100 mg 30 tablet”, 123 qutu “Devit 3 50.000 1.4/5 ml”, 26 konvalyut “Betaserc 24 mg 60 tab”, 26 qutu “Azarga 5 ml”, 55 konvalyut “Salofalk 500 mg 100 tab”, 23 ədəd “Biosteron Dhea 25 mg 60 tablet”, 19 qutu “Calcium folinate 100 mg”, 19 konvalyut “PeK Merz 100 mg 90 tablet”, 39 qutu “Procto Glyvenol şam”, 60 qutu “GO-Diovon 160mg / 12.5mg”, 8 konvalyut “Budenofalk 3mg”, 102 konvalyut “Femara 2.5mg”, 4 qutu “Avil 45.5 mg x 5 ampul”, 33 qutu “Bepanthen 2 ml x 5 ampul”, 4 qutu “Viread 245 mg”, 11 qutu “Duoderm 15 mg”, 50 konvalyut “Lustral 50 mg”, 64 konvalyut “Lustral Special 100 mg 28 tablet”, 5 qutu “Verrutol % 5 +% 10 15g” və 49 konvalyut “Pexola 0.25 mg” göstəricili dərman vasitələri və dövlət qeydiyyatından keçmiş, 324 manat (üç yüz iyirmi dörd manat) dəyərində 9 qutu “Dopalevo 500/50/200 mg 100 tablet” göstəricili dərman preparatından ibarət ümumilikdə 107885,15 manat (yüz yeddi min səkkiz yüz səksən beş manat on beş qəpik) dəyərində xeyli miqdarda malları 14 ədəd karton qutuda qablaşdırmış, Təqsirləndirilən şəxs da öz növbəsində 7 dekabr 2020-ci il tarixdə Gürcüstanın Marneuli rayonu ərazisində 7000 manat qarşılığında Azərbaycan Respublikasına gətirib cinayətkar qrupun müəyyən edilməmiş üzvünə çatdırmaq üçün içərisində satış məqsədilə əldə edilən dərman vasitələri olan qutuları qəbul edərək idarə etdiyi “Mercedes Benz 1846 LS” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin **-ZE-*** nömrəli qoşqusunda daşınan boru yükünün içərisinə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yerləşdirib saxlamış, 8 dekabr 2020-ci il tarixə keçən gecə, saat 00 radələrində Dövlət Görük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun İkinci Şıxlı kəndinin inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, yük avtomobilinə keçirilmiş gömrük baxışı nəticəsində boru yükünün arasından qeyd olunan dərman vasitələri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200–1.2.2, 200–1.2.3 və 206.3.2ci maddələri ilə elan edilmiş ittihamlarda özünü təqsirli bilərək göstərmişdir ki, o, 2020-ci ilin aprel ayından etibarən tanışları vasitəsilə ayrı-ayrı şəxslərə məxsus yük avtomobilləri ilə Türkiyə və Gürcüstandan yüklərin Azərbaycan Respublikasına gətirilməsini, həmçinin əks marşrut üzrə təyinat nöqtəsinə çatdırılmasını təmin etmişdir. O, 2012-2013-cü ildən X11 ilə bilikdə çalışmış və ona məxsus malların daşınmasını həyata keçirmişdir. 2020-ci ilin yay aylarından Güllü Əliyevaya məxsus avtomobili idarə etmişdir. Aralarında olan razılığa əsasən G. Əliyevanın göstərişi əsasında Türkiyə Respublikasına və ya Gürcüstana mal aparmalı olmuş və bunun qarşılığında yükün təyinat yeri Gürcüstan olduğu halda 300 manat, Türkiyə olduqda isə 700 manat, üstəlik isə gündəlik zəruri xərclərini qarşılamaq üçün də əlavə 10 manat pul vermək barədə razılaşmışlar. 12 noyabr 2020-ci il tarixdə X6 məxsus “Mercedes Benz 1846” markalı 99NR144/99ZE344 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Qırmızı Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikası, İstanbul şəhərinə yük gətirməyə getmişdir. İdarə etdiyi yük avtomobilinin yağ nasosu və bir neçə ehtiyyat hissəsi nasaz olduğundan Güllü pul verib həmin ehtiyat hissələrini Gürcüstandan almasını tapşırmışdır. Həmin gün sərhədi keçən kimi Gürcüstan ərazisində yerləşən “Tır” parkının yaxınlığında yük avtomobilini saxlayıb Tbilisi şəhərinə getmək üçün gümüşü rəngli “Mercedes E-Class” markalı, nömrəsini xatırlamadığı taksiyə yaxınlaşmış və Tbilisiyə getməyə razılaşmışdır. Yolda aralarında olan söhbət zamanı sürücünün adının Elməddin olduğunu öyrənmişdir. Tbilisi şəhərindən avtomobil üçün lazım olan ehtiyat hissələrini alıb geri qayıdan zaman Elməddinlə səmimi münasibəti yaranmış və sonuncunun +**********21 saylı mobil nömrəsini qeyd etmişdir. Daha sonra o, Elməddinlə sağollaşıb Türkiyə Respublikasının, İstanbul şəhərinə getmişdir. Türkiyə Respublikasında yük nəqliyyat vasitəsinə yükləndikdən sonra Azərbaycan Respublikasına geri qayıtmışdır. 2020-ci ilin dekabr ayının əvvəlində Güllü Əliyeva onunla əlaqə saxlayaraq Sumqayıt şəhərində “PVC” yükünün olduğunu bildirib yükü Gürcüstanın Poti şəhərinə aparmaq lazım olduğunu bildirmişdir. O, 03 dekabr 2020-ci il tarixdə yaşadığı Göyçay rayonundan Bakı şəhərinə gələrək dayanacaqdan avtomobili götürmüş və Sumqayıt şəhərinə getmişdir. Burada “PVC” yükü yükləndikdən sonra Gürcüstana yola düşmüşdür. 04 dekabr 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 1846” markalı 99NR144/99ZE344 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Qırmızı Körpü” gömrük postunu keçib Gürcüstan ərazisinə daxil olmuş və nəqliyyat vasitəsini yenə “Tır” parkın yaxınlığında saxlayıb Gürcüstan ərazisində avtomobilin iştirakı ilə baş verə biləcək hər hansı bir yol-nəqliyyat hadisəsi nəticəsində yaranmış maddi məsuliyyəti qarşılamaq məqsədi ilə sığorta sənədini əldə etmək üçün getmişdir. Həmin zaman Elməddinlə rastlaşmış və kef-hal tutduqdan sonra birlikdə postun qarşısında yerləşən kafeyə yemək yeməyə getmişlər. Yemək zamanı Elməddin ona pul qazanmaq üçün yaxşı təklifinin olduğunu bildirmişdir. O, təklifin nədən ibarət olduğunu soruşduqda Elməddin ona Azərbaycanda yeddi müxtəlif şəxsin xəstələri üçün dərman preparatlarının lazım olduğunu və həmin şəxslərin dərman preparatlarını Bakı şəhərinə göndərməyi ondan xahiş etdiklərini və həmin dərman preparatlarını gömrükdən keçirib onlara təhvil verən şəxsə hər biri 1000 manat və ya 600 manat olmaqla, ümumilikdə təxminən 6000-7000 manat pul verəcəklərini bildirmiş və bu işi həll edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. Həmin vaxt o, Elməddinə yox demiş və Poti şəhərinə yükü təhvil vermək üçün yola çıxmışdır. Poti şəhərinə çatmağa yaxınlaşan zaman G.Əliyeva ona zəng edərək Poti şəhərində limana yaxın yerdə dəmir borular yükü olduğunu, gələrkən onları gətirib Ələt qəsəbəsində limana boşaltmalı olduğunu bildirmişdir. O, yolda olarkən Elməddinin təklifini fikirləşmiş və atasının onkoloji xəstəliyi üçün əməliyyat xərclərini qarşılamalı olduğunu nəzərə alaraq təklifini qəbul etmək qərarına gəlmişdir. O, “PVC” yükünü boşaltdıqdan sonra 14 ədəd 12 metr uzunluğunda dəmir boru yükü idarə etdiyi avtomobilə yüklənmiş və yükə aid sənədlər ona təqdim olunmuşdur. Yüklər nəqliyyat vasitəsinə yükləndikdən sonra Poti şəhərində nəqliyyat vasitəsinə möhür vurularkən o, dərmanı yükləyə bilməsi üçün trosun bağlanma yerini bir az möhürdən-plombdan kənara sürüşdürmüşdür. Bundan sonra o, yola çıxmış və Elməddinə “Whatsapp Messenger” proqramı vasitəsilə zəng vurub təklifi qəbul etdiyini bildirmişdir. Elməddin ona sərhədə yaxınlaşdığı zaman onunla əlaqə saxlamağını və birlikdə gedib dərman preparatlarını idarə etdiyi avtomobilə yükləyəcəyini bildirmişdir. Bir müddət sonra Elməddin ona geri zəng edərək dərman preparatlarını Marneuli rayonunun girişində idarə etdiyi nəqliyyat vasitəsinə yükləmək üçün onu gözlədiyini demişdir. 07 dekabr 2020-ci il tarixə keçən gecə, saat 00-01 radələrində danışdıqları yerə çatdıqda Elməddini və qeydiyyat nişanını xatırlamadığı, qoşqusu qara, dartıcısı isə qırmızımtıl rəngdə olan “Kamaz” markalı yük avtomobilinin və ilk dəfə gördüyü, sonradan həmin avtomobilin sürücüsü olduğunu bildiyi şəxsin onu gözlədiklərini görmüşdür. Elməddin ona qoşquda dəmir boruların olduğunu görüb içərisində dərman vasitələri olan karton qutuları elə boruların arasında gizlətməyin təhlükəsiz olduğunu bildirmiş, o da sonuncu ilə razılaşmış və onunla birlikdə idarə etdiyi “Mercedes Benz 1846" markalı 99NR144/99ZE344 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerinin trosunun bağlanma yerini boşaldıb qoşqunun örtüyünü – tenti açmış və dərman preparatlarını tez-tez “Kamaz” markalı nəqliyyat vasitəsindən karton qutularda götürərək idarə etdiyi nəqliyyat vasitəsinə yükləmişlər. Yükləmə işini həyata keçirən zaman “Kamaz” markalı yük avtomobilinin sürücüsü avtomobildən kənarda olmuş və yükləmədə iştirak etməmişdir. Yükləmə zamanı karton qutuları saymış və 13-14 ədəd olduğunu müəyyən etmişdir. Bundan sonra tenti bağlayıb trosu sıxmışdır. Elməddin ona onun mobil nömrəsini mal sahiblərinə verəcəyini və mal sahiblərinin ona Bakı şəhərində zəng edib dərman preparatlarını götürüb 500, 600 və ya 1000 manat pul verəcəklərini bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikasına getmək üçün yola çıxmış və sərhəddə növbədə 150-ə yaxın avtomobilin olduğunu öyrənmiş, növbədə duracağı halda səhər saatlarında növbəsi çatacağını düşündüyündən bir gün “Tir” parkda qalıb, gecə saatlarında sərhədi keçməyi və bu da onun üçün dərmanları sərhəddən keçirməkdə daha əlverişli olacağını fikirləşmişdir. Bu səbəbdən də o, bir gün qalıb 07 dekabr 2020-ci il tarixdə saat 23 radələrində “Tır” parkdan çıxıb sərhəd keçid məntəqəsinə doğru yola düşmüşdür. O, 08.12.2020-ci il tarixdə, saat 00:10-da “Qırmızı Körpü” gömrük postuna daxil olmuşdur. O, postda sənədlərini qeydiyyata vermiş, postdan çıxıb rentgen qurğusundan yoxlanışdan keçmək üçün gedən zaman yolun kənarında qaranlıq bir yerdə nəqliyyat vasitəsini saxlayıb dərman preparatlarını yol kənarındakı kolların arxasına boşaldaraq rentgen qurğusundan keçdikdən sonra təkrar idarə etdiyi nəqliyyat vasitəsinə yükləməyi fikirləşmişdir. Bu zaman postun içərisində bir nəfər mülki geyimli şəxs yaxınlaşaraq gömrük əməkdaşı olduğunu, onunla birlikdə rentgen qurğusunda yoxlanışa getməli olduğunu bildirmişdir. Bu zaman o, gömrük əməkdaşının nəqliyyat vasitəsində olan dərmanlardan xəbərləri olduğunu anlamışdır. O, Postdan çıxıb rentgen qurğusunun olduğu tərəfə gedən zaman idarə etdiyi nəqliyyat vasitəsində əyləşmiş həmin gömrük əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsində hər hansı bir qadağan olunmuş predmetin olub-olmadığını soruşmuş və onsuz da etiraf etməyəcəyi təqdirdə nəqliyyat vasitəsində olan bütün hər şey rentgen qurğusunda görünəcəyini demişdir. Çıxılmaz vəziyyətdə olduğunu başa düşərək o, idarə etdiyi nəqliyyat vasitəsində dərman preparatlarının olduğunu etiraf etmişdir. Bundan sonra heç rentgen qurğusundan keçməmiş posta geri dönmüşlər və gömrük əməkdaşları hal şahidlərinin iştirakı ilə idarə etdiyi “Mercedes Benz 1846” markalı 99NR144/99ZE344 qeydiyyat nişanlı avtomobilin yük yerini açaraq orada 14 karton qutuda olan dərman preparatlarını aşkar edilmiş və qutulardakı hazırda adlarını xatırlamadığı dərman preparatlarını müəyyən edərək saymışlar. Daha sonra aşkar olunmuş faktla əlaqədar müvafiq sənədlər tərtib etmişlər və həmin sənədlər imzalanmışdır. Sonda dərman vasitələrinin araşdırma zərurəti ilə əlaqədar götürülmüş, idarə etdiyi avtomobil isə dayanacağa yerləşdirilmişdir. Törətdiyi əməldən peşmandır və məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumatda qeyd olunan “Mercedes Benz 1846” markalı, 99NR144/99ZE344 dövlət qeydiyyat nişanlı yük avtomobili nəzarətə götürülmüş, 08.12.2020-ci il tarixdə təxminən saat 00:30-da sözügedən nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postuna Gürcüstan istiqamətindən daxil olmuşdur. O, nəqliyyat vasitəsinin sürücüsü ilə əvvəlcə şifahi sorğu-sual aparmış, idarə etdiyi nəqliyyat vasitəsində hər hansı bir malın olubolmamasını soruşmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxs adı və soyadı ona sonradan məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş hər hansı bir malın olmadığını bildirsə də, sonradan ona onsuz da rentgen qurğusu ilə keçiriləcək baxışda gizlətdiyi predmetlərin aşkar olunacağını izah etdikdən sonra avtomobildə dərman gizlətdiyini etiraf etmişdir. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirmək üçün iki nəfəri hal şahidi qismində dəvət etmiş, hal şahidlərinə hüquq və vəzifələrini izah etdikdən sonra onların iştirakı ilə yuxarıda qeyd olunan nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerinin gömrük təminatının yerində olduğunu görsə də, dərman vasitələrinin yük yerində olması barədə məlumat daxil olduğundan nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatını qırmış və bu zaman oradan dəmir boruların olduğunu görmüşdür. Həmin boruların içərisində qutular olmuşdur. Həmin qutular nəqliyyat vasitəsindən endirilmiş və içərisinə baxış keçirdiyi zaman dərman vasitələrinin olduğunu müəyyən etmişlər. Həmin dərman vasitələri çeşidlənərək sayılmışdır. Sonradan baxış davam etdirilsə də, avtomobildən başqa qanunsuz predmetin olması müəyyən edilməmişdir. Sonda tərəfindən protokol tərtib olunmuş və iştirakçılar da protokolla tanış olaraq imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 08 dekabr 2020-ci il tarixdə gecə saatlarında “Qırmızı Körpü” gömrük postunda boru yükü daşıyan “Mercedes Benz” markalı yük avtomobilinə keçirilmiş baxışda hal şahidi kimi iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri, vətəndaşın idarə etdiyi yük avtomobilinə baxış keçiriləcəyi izah edilmişdir. Bundan sonra gömrük əməkdaşı onun, digər hal şahidi Şahid3 və əvvəllər tanımadığı Ağadadaş adlı şəxsin iştirakı ilə sonuncunun idarə etdiyi yük avtomobilinə baxış keçirmişdir. Baxış zamanı yük avtomobilinin qoşqusundan 14 ədəd karton qutu aşkar edilmiş, həmin qutular avtomobildən yerə endirilmiş və açılmışdır. Bu zaman həmin qutuların içərisində müxtəlif növlü, çox sayda, 102 adda dərman olması məlum olmuşdur. Sonradan baxış davam etdirilsə də, yük avtomobilinin kabinəsində və qoşqusunda əlavə olaraq qanunsuz hər hansı əşyanın olması müəyyən edilməmişdir. Sonda aşkar edilən dərmanlar sayılmış və bu barədə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda tərtib edilmiş 08.12.2020-ci il tarixli “malların yoxlanılması haqqında” protokoldan görünür ki, 08.12.2020-ci il tarixdə saat 00:30 radələrində idarə etdiyi “Mercedes Benz 1846” markalı 99NR144/99ZE344 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Gürcüstan Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Türkmənistan Respublikasına yük aparan, xx.xx.1997-ci ildə Azərbaycan Respublikasında anadan olmuş və yaşayan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə onun təqdim etdiyi gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. İdarə etdiyi yük maşınında gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmet olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 1846” markalı 99NR144/99ZE344 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Nəqliyyat vasitəsi yoxlamağa başlamazdan əvvəl Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs hüquq, vəzifələri və məsuliyyəti izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Nəqliyyat vasitəsinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 1846” markalı 99NR144/99ZE344 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoxlanması zamanı nəqliyyat vasitəsinin yük yerində olan boru yükünün içərisindən üzərində Diltizem 60mg 48 tablet yazılmış 320 qutu, üzərində Diltizem 90mg 48 tablet yazılmış 306 qutu, üzərində X13 20 tablet yazılmış 149 qutu, üzərində Dostinex 0.5mg 8 tablet yazılmış 27 qutu, üzərində Nexium 40mg 28 tablet yazılmış 298 qutu, üzərində Nexium 20 mg 28 tablet yazılmış 197qutu, üzərində Topomax 100mg 60 tablet yazılmış 84 qutu üzərində Topomax 50mg 60 tablet yazılmış 38 qutu, üzərində Paxil 20 mg 56 tablet yazılmış 407 qutu, üzərində Lasix 40mg 12 tablet yazılmış 253 qutu, üzərində Salofalk 4/60g rental suspansion yazılmış 7 qutu, üzərində Pletal 100mg 60 tablet yazılmış 203 qutu, üzərində İsoptin 80mg 50 tablet yazılmış 271 qutu, üzərində Galvus met 50 mg/1000mg yazılmış 250 qutu, üzərində Ventolin 2.5mg/2.5 ml yazılmış 154 qutu, üzərində Janumet 50/100 mg yazılmış 178 qutu, üzərində Veforix 245mg 30 tablet yazılmış 80 qutu, üzərində İsoptin 40mg 30 tablet yazılmış 336 qutu, üzərində Kreon 25000İU 100 kapsul yazılmış 24 qutu, üzərində Kreon 1000İU 100 kapsul yazılmış 9 ədəd, üzərində Dideral 40 mg 50 tablet yazılmış 379 qutu, üzərində Gonal F 75 İU 5.5mg yazılmış 28 qutu, üzərində Madecassol 1% 40g yazılmış 40 ədəd, üzərində Pentasa 500mg 100 tablet yazılmış 13 qutu, üzərində 160 Symbicort 4.5 120doz yazılmış 89 qutu, üzərində Estrofem 2 mg tablet yazılmış 222 qutu, üzərində Pradaxa 110 mg yazılmış 3 qutu, üzərində Baraclude 1mg 30 tablet yazılmış 2 qutu, üzərində Venofer 100/5ml-5ampul yazılmış 13 qutu, üzərində Anti-fosfat CC 500 mg yazılmış 17 qutu, üzərində Qalyviz 0.5 mg 30 tab yazılmış 64 qutu, üzərində Madopaz 125mg 30 kapsül yazılmış 11 qutu, üzərində Clecoin-T 1% 30 ml yazılmış 9 qutu, üzərində Roaccutne 20mg/ 30 kapsul yazılmış 18 qutu, üzərində Prednol 16mg/20 tab yazılmış 110 qutu, üzərində Modiwake 100mg 30 tablet yazılmış 4 qutu, üzərində Azilect 1mg/30 tablet yazılmış 4 qutu, üzərində Equis 5mg /56 tablet yazılmış 2 qutu, üzərində Dopalevo 200/50/200mg 100 tablet yazılmış 9 qutu, üzərində Cymbalta 60 mg 28 tablet yazılmış 9 qutu, üzərində Megace 160 mg 30 tablet yazılmış 19 qutu, üzərində Agnelyse 0 1% krem yazılmış 42 qutu, üzərində Lipanthyl 267 mg 30 kapsul yazılmış 4 ədəd, üzərində İsoptin 5mg/2ml 5 ampul yazılmış 9 qutu, üzərində Bemiks Kompoze 2ml 5 ampul yazılmış 9 qutu, üzərində Noropol 20 ml/2ml yazılmış 5 qutu, üzərində İmuran 50mg/100tab yazılmış 42 qutu, üzərində Ossi 4mg/5ml yazılmış 200 qutu, üzərində Meteospasmyl 40 tab 60 mg/300mg yazılmış 35 qutu, üzərində Devit-3 300 000 10 ampul yazılmış 247 qutu, üzərində PrednoM 20 mg yazılmış 48 qutu, üzərində Prednol 4 mg 20 tablet yazılmış 50 ədəd, üzərində Bacrtrıum forte 800/160 20 tab yazılmış 105 ədəd, üzərində Kordexa 8mg 20 tab yazılmış 20 qutu, üzərində Arimidex 1mg 28 tab yazılmış 16 ədəd, üzərində Mirena 52mg yazılmış 11 qutu, üzərində Rytmonorm 150 mg 30 tab yazılmış 130 qutu, üzərində Cleocin 150 mg 16 kapsul yazılmış 5 qutu, üzərində Madopar 125mg yazılmış 16 qutu, üzərində Ursactive 250 mg 10 kapsul yazılmış 11 qutu, üzərində Xarelto 15 mg 28 tablet yazılmış 103 qutu, üzərində Kordexa 4 mg 20 tablet yazılmış 36 qutu, üzərində Tegretol CR 400 mg 20 tablet yazılmış 216 qutu, üzərində Trıplixam 10 mg2.5/10mg yazılmış 350 qutu, üzərində Triplixam 10 mg/2 5/5mg yazılmış 87 qutu, üzərində Plavix 75mg 28 tab yazılmış 200 ədəd, üzərində Cipralex 20mg 28 tablet yazılmış 80 qutu, üzərində Arava 20mg 30 tablet yazılmış 12 qutu, üzərində Deltacortril 5mg 20 tablet yazılmış 69 qutu, üzərində X19 100mg20 kapsul yazılmış 99 ədəd, üzərində Beloc 100mg yazılmış 148 qutu, üzərində Delix 5mg 28 tablet yazılmış 5 qutu, üzərində Anafranil 25mg 30 tablet yazılmış 44 qutu, üzərində Transamine 100mg 100 ampul yazılmış 87 qutu, üzərində Dolgit %5 krem 50 g yazılmış 68 qutu üzərində Symbicont 320 doz yazılmış 14 qutu, üzərində Nevan 0.1% 5ml yazılmış 34 ədəd üzərində Allergan %1 yazılmış 44 qutu, üzərində Alphagan 0.15% 5 ml yazılmış 4qutu, üzərində Visanne 2mg 28 tablet yazılmış 29 qutu, üzərində Jardiance 25 mg 30 tablet yazılmış 14 qutu, üzərində Jardiance 10 mg 30 tablet yazılmış 14 qutu, üzərində Cafergot 1mg 100mg 30 tablet yazılmış 96 qutu, üzərində Devit 3 50.000 1.4/5ml yazılmış 123 qutu, üzərində Betaserc 24mg 60 tab yazılmış 26 qutu, üzərində Azarga 5ml yazılmış 26 ədəd, üzərində Salofalk 500mg 100 tab yazılmış 55 qutu, üzərində Biosteron Dhea 25mg 60 tablet yazılmış 23 ədəd, üzərində Calcium folinate 100mg yazılmış 19 qutu, üzərində Per Merz 100mg 90 tablet yazılmış 19 qutu, üzərində Procto Glyvenol şam yazılmış 39 konvalyut, üzərində CO-Diovan 160mg/12.5mg yazılmış 60 konvalyut, üzərində Budenofalk 3mg yazılmış 8 konvalyut. üzərində Femara 2.5 mg yazılmış 102 konvalyut, üzərində Avil 45.5mg x 5 ampul yazılmış 64 qutu üzərində Bepanthen 2ml x 5 ampul yazılmış 33 qutu, üzərində Vıread 245mg yazılmış 4ədəd. üzərində Duoderm 15mg yazılmış 11 ədəd, üzərində Lustral 50 mg 28 tablet yazılmış 50 ədəd, üzərində Lustral Special 100 mg 28 tablet yazılmış 64 ədəd üzərində Verrutol %5+%10 15 g yazılmış 5 ədəd, üzərində Pexola 0.25 mg yazılmış 49 ədəd dərman vasitələri aşkar edilmişdir. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 1846” markalı 99NR144/99ZE344 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar olunan mallar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək Qərb Ərazi Baş Gömrük İdarəsinin “Tovuz” gömrük postunun anbarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” MMC-nin 07.01.2021-ci il tarixli, 04/195 nömrəli məktubundan və cədvəldən görünür ki, təqdim edilən dərman vasitələrindən “Dopalevo 500/50/200 mg 100 tablet” göstəricili dərman preparatı istisna olmaqla, dövlət qeydiyyatı tələb olunan dərman vasitələrinə aid olsalar da, dövlət qeydiyyatına alınmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29.12.2020-ci il tarixli, 6/2732 nömrəli ekspertiza rəyindən görünür ki, 1 ədəd karton qutuda olan dərman preparatları üzərindəki tarix göstəricilərinə əsasən istifadəyə yararlıdırlar, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisinə idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”-na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29.01.2021-ci il tarixli, 9/5643 ekspertiza rəyindən və cinayət işi üzrə yaranmış istintaq zərurəti ilə əlaqədar olaraq şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin baş eksperti X7 ifadəsində göstərdiyi xüsusatlara əsasən ekspertiza tədqiqatına təqdim olunmuş, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindən aşkar edilərək götürülmüş dərman vasitələrinin 8 dekabr 2020-ci il tarixə olan qiymətinin 107885,15 manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 7 fevral 2021ci il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş sərhədkeçmə hesabatlarından görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq, əsasən Gürcüstan olmaqla xarici ölkələrə səfər etmiş, sonuncu dəfə “Mercedes” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 04 dekabr 2020-ci il tarixdə, saat 13:15-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan – “Şıxlı” sərhəd məntəqəsindən keçməklə Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmiş, 08 dekabr 2020-ci il tarixdə saat 00:22-də eyni marşrut üzrə geri qayıtmış, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 1846 LS” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin 04.12.2020-ci il tarixdə saat 13:15-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasının ərazisindən çıxışının, 08.12.2020-ci il tarixdə saat 00:21-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikası ərazisinə girişinin qeydiyyata alınması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “24 mart 2021ci il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, 8 dekabr 2020-ci il tarixdə saat 00 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 1846 LS” markalı, 99NR144/99ZE344 dövlət qeydiyyat nişanlı yük avtomobilindən aşkar edilərək götürülmüş dərman vasitələri iş üçün əhəmiyyət kəsb etdiyindən 24.03.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmaqla təyinatı məsələsi məhkəmənin yekun qərarı ilə həll edilənədək Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200–1.2.2, 200–1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işinin materiallarından cinayət əməllərinin törədilməsində iştirakı olan digər şəxslərin barəsində 22 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200–1.2.2, 200–1.2.3 və 206.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Göyçay rayon İcra Hakimiyyəti Aşağı Qaraməryəm kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonu, Aşağı Qaraməryəm kəndində qeydiyyatda olmaqla, ailə üzvləri atası X14, anası X8 ilə birlikdə həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təqsirləndirilən şəxsin 01.10.2021-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş dərman pereparatlarının dövlətə bağışlanmasına etiraz etmir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilməsinə dair ifadələri, şahidlərin ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-in 200–1.2.2, 200–1.2.3 və 206.3.2-ci maddələri ilə tövsif edilməli, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasnı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməlində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, Təqsirləndirilən şəxs cinayətlərin törədilməsində rolunu (sürücü olmasını), cinayətlərin törədilməsi zamanı və bundan sonra onun davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilərlər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikasının CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-nin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalı və əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış dərman preparatları təqsirləndirilən şəxsin ərizəsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Odur ki, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Diltizem 60mg 48 tablet yazılmış 320 qutu, üzərində Diltizem 90mg 48 tablet yazılmış 306 qutu, üzərində X13 20 tablet yazılmış 149 qutu, üzərində Dostinex 0.5mg 8 tablet yazılmış 27 qutu, üzərində Nexium 40mg 28 tablet yazılmış 298 qutu, üzərində Nexium 20 mg 28 tablet yazılmış 197qutu, üzərində Topomax 100mg 60 tablet yazılmış 84 qutu üzərində Topomax 50mg 60 tablet yazılmış 38 qutu, üzərində Paxil 20 mg 56 tablet yazılmış 407 qutu, üzərində Lasix 40mg 12 tablet yazılmış 253 qutu, üzərində Salofalk 4/60g rental suspansion yazılmış 7 qutu, üzərində Pletal 100mg 60 tablet yazılmış 203 qutu, üzərində İsoptin 80mg 50 tablet yazılmış 271 qutu, üzərində Galvus met 50 mg/1000mg yazılmış 250 qutu, üzərində Ventolin 2.5mg/2.5 ml yazılmış 154 qutu, üzərində Janumet 50/100 mg yazılmış 178 qutu, üzərində Veforix 245mg 30 tablet yazılmış 80 qutu, üzərində İsoptin 40mg 30 tablet yazılmış 336 qutu, üzərində Kreon 25000İU 100 kapsul yazılmış 24 qutu, üzərində Kreon 1000İU 100 kapsul yazılmış 9 ədəd, üzərində Dideral 40 mg 50 tablet yazılmış 379 qutu, üzərində Gonal F 75 İU 5.5mg yazılmış 28 qutu, üzərində Madecassol 1% 40g yazılmış 40 ədəd, üzərində Pentasa 500mg 100 tablet yazılmış 13 qutu, üzərində 160 Symbicort 4.5 120doz yazılmış 89 qutu, üzərində Estrofem 2 mg tablet yazılmış 222 qutu, üzərində Pradaxa 110 mg yazılmış 3 qutu, üzərində Baraclude 1mg 30 tablet yazılmış 2 qutu, üzərində Venofer 100/5ml-5ampul yazılmış 13 qutu, üzərində Anti-fosfat CC 500 mg yazılmış 17 qutu, üzərində Qalyviz 0.5 mg 30 tab yazılmış 64 qutu, üzərində Madopaz 125mg 30 kapsül yazılmış 11 qutu, üzərində Clecoin-T 1% 30 ml yazılmış 9 qutu, üzərində Roaccutne 20mg/ 30 kapsul yazılmış 18 qutu, üzərində Prednol 16mg/20 tab yazılmış 110 qutu, üzərində Modiwake 100mg 30 tablet yazılmış 4 qutu, üzərində Azilect 1mg/30 tablet yazılmış 4 qutu, üzərində Equis 5mg /56 tablet yazılmış 2 qutu, üzərində Dopalevo 200/50/200mg 100 tablet yazılmış 9 qutu, üzərində Cymbalta 60 mg 28 tablet yazılmış 9 qutu, üzərində Megace 160 mg 30 tablet yazılmış 19 qutu, üzərində Agnelyse 0 1% krem yazılmış 42 qutu, üzərində Lipanthyl 267 mg 30 kapsul yazılmış 4 ədəd, üzərində İsoptin 5mg/2ml 5 ampul yazılmış 9 qutu, üzərində Bemiks Kompoze 2ml 5 ampul yazılmış 9 qutu, üzərində Noropol 20 ml/2ml yazılmış 5 qutu, üzərində İmuran 50mg/100tab yazılmış 42 qutu, üzərində Ossi 4mg/5ml yazılmış 200 qutu, üzərində Meteospasmyl 40 tab 60 mg/300mg yazılmış 35 qutu, üzərində Devit-3 300 000 10 ampul yazılmış 247 qutu, üzərində PrednoM 20 mg yazılmış 48 qutu, üzərində Prednol 4 mg 20 tablet yazılmış 50 ədəd, üzərində Bacrtrıum forte 800/160 20 tab yazılmış 105 ədəd, üzərində Kordexa 8mg 20 tab yazılmış 20 qutu, üzərində Arimidex 1mg 28 tab yazılmış 16 ədəd, üzərində Mirena 52mg yazılmış 11 qutu, üzərində Rytmonorm 150 mg 30 tab yazılmış 130 qutu, üzərində Cleocin 150 mg 16 kapsul yazılmış 5 qutu, üzərində Madopar 125mg yazılmış 16 qutu, üzərində Ursactive 250 mg 10 kapsul yazılmış 11 qutu, üzərində Xarelto 15 mg 28 tablet yazılmış 103 qutu, üzərində Kordexa 4 mg 20 tablet yazılmış 36 qutu, üzərində Tegretol CR 400 mg 20 tablet yazılmış 216 qutu, üzərində Trıplixam 10 mg2.5/10mg yazılmış 350 qutu, üzərində Triplixam 10 mg/2 5/5mg yazılmış 87 qutu, üzərində Plavix 75mg 28 tab yazılmış 200 ədəd, üzərində Cipralex 20mg 28 tablet yazılmış 80 qutu, üzərində Arava 20mg 30 tablet yazılmış 12 qutu, üzərində Deltacortril 5mg 20 tablet yazılmış 69 qutu, üzərində X19 100mg20 kapsul yazılmış 99 ədəd, üzərində Beloc 100mg yazılmış 148 qutu, üzərində Delix 5mg 28 tablet yazılmış 5 qutu, üzərində Anafranil 25mg 30 tablet yazılmış 44 qutu, üzərində Transamine 100mg 100 ampul yazılmış 87 qutu, üzərində Dolgit %5 krem 50 g yazılmış 68 qutu üzərində Symbicont 320 doz yazılmış 14 qutu, üzərində Nevan 0.1% 5ml yazılmış 34 ədəd üzərində Allergan %1 yazılmış 44 qutu, üzərində Alphagan 0.15% 5 ml yazılmış 4qutu, üzərində Visanne 2mg 28 tablet yazılmış 29 qutu, üzərində Jardiance 25 mg 30 tablet yazılmış 14 qutu, üzərində Jardiance 10 mg 30 tablet yazılmış 14 qutu, üzərində Cafergot 1mg 100mg 30 tablet yazılmış 96 qutu, üzərində Devit 3 50.000 1.4/5ml yazılmış 123 qutu, üzərində Betaserc 24mg 60 tab yazılmış 26 qutu, üzərində Azarga 5ml yazılmış 26 ədəd, üzərində Salofalk 500mg 100 tab yazılmış 55 qutu, üzərində Biosteron Dhea 25mg 60 tablet yazılmış 23 ədəd, üzərində Calcium folinate 100mg yazılmış 19 qutu, üzərində Per Merz 100mg 90 tablet yazılmış 19 qutu, üzərində Procto Glyvenol şam yazılmış 39 konvalyut, üzərində CO-Diovan 160mg/12.5mg yazılmış 60 konvalyut, üzərində Budenofalk 3mg yazılmış 8 konvalyut. üzərində Femara 2.5 mg yazılmış 102 konvalyut, üzərində Avil 45.5mg x 5 ampul yazılmış 64 qutu üzərində Bepanthen 2ml x 5 ampul yazılmış 33 qutu, üzərində Vıread 245mg yazılmış 4ədəd. üzərində Duoderm 15mg yazılmış 11 ədəd, üzərində Lustral 50 mg 28 tablet yazılmış 50 ədəd, üzərində Lustral Special 100 mg 28 tablet yazılmış 64 ədəd üzərində Verrutol %5+%10 15 g yazılmış 5 ədəd, üzərində Pexola 0.25 mg yazılmış 49 ədəd dərman preparatları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 188,70 manat (yüz səksən səkkiz manat yetmiş qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 prosessual hərəkətlərdə 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi təqsirləndirilən şəxs X9 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200–1.2.2, 200–1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2 və 200- 1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Diltizem 60mg 48 tablet yazılmış 320 qutu, üzərində Diltizem 90mg 48 tablet yazılmış 306 qutu, üzərində X13 20 tablet yazılmış 149 qutu, üzərində Dostinex 0.5mg 8 tablet yazılmış 27 qutu, üzərində Nexium 40mg 28 tablet yazılmış 298 qutu, üzərində Nexium 20 mg 28 tablet yazılmış 197qutu, üzərində Topomax 100mg 60 tablet yazılmış 84 qutu üzərində Topomax 50mg 60 tablet yazılmış 38 qutu, üzərində Paxil 20 mg 56 tablet yazılmış 407 qutu, üzərində Lasix 40mg 12 tablet yazılmış 253 qutu, üzərində Salofalk 4/60g rental suspansion yazılmış 7 qutu, üzərində Pletal 100mg 60 tablet yazılmış 203 qutu, üzərində İsoptin 80mg 50 tablet yazılmış 271 qutu, üzərində Galvus met 50 mg/1000mg yazılmış 250 qutu, üzərində Ventolin 2.5mg/2.5 ml yazılmış 154 qutu, üzərində Janumet 50/100 mg yazılmış 178 qutu, üzərində Veforix 245mg 30 tablet yazılmış 80 qutu, üzərində İsoptin 40mg 30 tablet yazılmış 336 qutu, üzərində Kreon 25000İU 100 kapsul yazılmış 24 qutu, üzərində Kreon 1000İU 100 kapsul yazılmış 9 ədəd, üzərində Dideral 40 mg 50 tablet yazılmış 379 qutu, üzərində Gonal F 75 İU 5.5mg yazılmış 28 qutu, üzərində Madecassol 1% 40g yazılmış 40 ədəd, üzərində Pentasa 500mg 100 tablet yazılmış 13 qutu, üzərində 160 Symbicort 4.5 120doz yazılmış 89 qutu, üzərində Estrofem 2 mg tablet yazılmış 222 qutu, üzərində Pradaxa 110 mg yazılmış 3 qutu, üzərində Baraclude 1mg 30 tablet yazılmış 2 qutu, üzərində Venofer 100/5ml-5ampul yazılmış 13 qutu, üzərində Anti-fosfat CC 500 mg yazılmış 17 qutu, üzərində Qalyviz 0.5 mg 30 tab yazılmış 64 qutu, üzərində Madopaz 125mg 30 kapsül yazılmış 11 qutu, üzərində Clecoin-T 1% 30 ml yazılmış 9 qutu, üzərində Roaccutne 20mg/ 30 kapsul yazılmış 18 qutu, üzərində Prednol 16mg/20 tab yazılmış 110 qutu, üzərində Modiwake 100mg 30 tablet yazılmış 4 qutu, üzərində Azilect 1mg/30 tablet yazılmış 4 qutu, üzərində Equis 5mg /56 tablet yazılmış 2 qutu, üzərində Dopalevo 200/50/200mg 100 tablet yazılmış 9 qutu, üzərində Cymbalta 60 mg 28 tablet yazılmış 9 qutu, üzərində Megace 160 mg 30 tablet yazılmış 19 qutu, üzərində Agnelyse 0 1% krem yazılmış 42 qutu, üzərində Lipanthyl 267 mg 30 kapsul yazılmış 4 ədəd, üzərində İsoptin 5mg/2ml 5 ampul yazılmış 9 qutu, üzərində Bemiks Kompoze 2ml 5 ampul yazılmış 9 qutu, üzərində Noropol 20 ml/2ml yazılmış 5 qutu, üzərində İmuran 50mg/100tab yazılmış 42 qutu, üzərində Ossi 4mg/5ml yazılmış 200 qutu, üzərində Meteospasmyl 40 tab 60 mg/300mg yazılmış 35 qutu, üzərində Devit-3 300 000 10 ampul yazılmış 247 qutu, üzərində PrednoM 20 mg yazılmış 48 qutu, üzərində Prednol 4 mg 20 tablet yazılmış 50 ədəd, üzərində Bacrtrıum forte 800/160 20 tab yazılmış 105 ədəd, üzərində Kordexa 8mg 20 tab yazılmış 20 qutu, üzərində Arimidex 1mg 28 tab yazılmış 16 ədəd, üzərində Mirena 52mg yazılmış 11 qutu, üzərində Rytmonorm 150 mg 30 tab yazılmış 130 qutu, üzərində Cleocin 150 mg 16 kapsul yazılmış 5 qutu, üzərində Madopar 125mg yazılmış 16 qutu, üzərində Ursactive 250 mg 10 kapsul yazılmış 11 qutu, üzərində Xarelto 15 mg 28 tablet yazılmış 103 qutu, üzərində Kordexa 4 mg 20 tablet yazılmış 36 qutu, üzərində Tegretol CR 400 mg 20 tablet yazılmış 216 qutu, üzərində Trıplixam 10 mg2.5/10mg yazılmış 350 qutu, üzərində Triplixam 10 mg/2 5/5mg yazılmış 87 qutu, üzərində Plavix 75mg 28 tab yazılmış 200 ədəd, üzərində Cipralex 20mg 28 tablet yazılmış 80 qutu, üzərində Arava 20mg 30 tablet yazılmış 12 qutu, üzərində Deltacortril 5mg 20 tablet yazılmış 69 qutu, üzərində X19 100mg20 kapsul yazılmış 99 ədəd, üzərində Beloc 100mg yazılmış 148 qutu, üzərində Delix 5mg 28 tablet yazılmış 5 qutu, üzərində Anafranil 25mg 30 tablet yazılmış 44 qutu, üzərində Transamine 100mg 100 ampul yazılmış 87 qutu, üzərində Dolgit %5 krem 50 g yazılmış 68 qutu üzərində Symbicont 320 doz yazılmış 14 qutu, üzərində Nevan 0.1% 5ml yazılmış 34 ədəd üzərində Allergan %1 yazılmış 44 qutu, üzərində Alphagan 0.15% 5 ml yazılmış 4qutu, üzərində Visanne 2mg 28 tablet yazılmış 29 qutu, üzərində Jardiance 25 mg 30 tablet yazılmış 14 qutu, üzərində Jardiance 10 mg 30 tablet yazılmış 14 qutu, üzərində Cafergot 1mg 100mg 30 tablet yazılmış 96 qutu, üzərində Devit 3 50.000 1.4/5ml yazılmış 123 qutu, üzərində Betaserc 24mg 60 tab yazılmış 26 qutu, üzərində Azarga 5ml yazılmış 26 ədəd, üzərində Salofalk 500mg 100 tab yazılmış 55 qutu, üzərində Biosteron Dhea 25mg 60 tablet yazılmış 23 ədəd, üzərində Calcium folinate 100mg yazılmış 19 qutu, üzərində Per Merz 100mg 90 tablet yazılmış 19 qutu, üzərində Procto Glyvenol şam yazılmış 39 konvalyut, üzərində CO-Diovan 160mg/12.5mg yazılmış 60 konvalyut, üzərində Budenofalk 3mg yazılmış 8 konvalyut. üzərində Femara 2.5 mg yazılmış 102 konvalyut, üzərində Avil 45.5mg x 5 ampul yazılmış 64 qutu üzərində Bepanthen 2ml x 5 ampul yazılmış 33 qutu, üzərində Vıread 245mg yazılmış 4ədəd. üzərində Duoderm 15mg yazılmış 11 ədəd, üzərində Lustral 50 mg 28 tablet yazılmış 50 ədəd, üzərində Lustral Special 100 mg 28 tablet yazılmış 64 ədəd üzərində Verrutol %5+%10 15 g yazılmış 5 ədəd, üzərində Pexola 0.25 mg yazılmış 49 ədəd dərman preparatları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 188,70 manat (yüz səksən səkkiz manat yetmiş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar