Məhkəmə qərarları › İş №1(100)-278/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-278/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-278/2022 14.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Bərdə rayonu, Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əmək fəaliyyəti ilə məşğul olmayan, məhkum olunmamış, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan, barəsində Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarına əsasən eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 aprel 2015-ci il tarixdən 18 oktyabr 2021-ci il tarixə kimi "xxxx" ASC-nin X21 və Satışı idarəsinin X11 Təchizat və Təsərrüfat sahəsinin mühasibi vəzifəsində işləyərkən Şahid7 "xxxx" ASC-nin X11 nəzarətçi mühəndis vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsinə dair müraciəti ilə əlaqədar qulluq mövqeyinə görə ona olan inamdan istifadə etməklə Şahid7 əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün "xxxx" ASC-nin vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını və bu əlaqələrindən istifadə edərək Şahid7 "xxxx" ASC-nin Mərkəzi Aran X21 və Satışı idarəsinin Bərdə X8 Satış şöbəsində Bərdə şəhəri üzrə nəzarətçi mühəndis vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxs olan "xxxx" ASC-nin əməkdaşına Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 3.100 (üç min yüz) manat pul verilməsi müqabilində həll edəcəyini bildirib vədinə əməl etmək niyyətində olmayaraq, həmin Şəbəkənin inzibati binasında onun üçün ayrılmış xidməti iş otağında 2021-ci ilin iyul ayının əvvəlində, müəyyən olunmayan tarixdə sonuncunun hərbi biletinə əlavə olunmuş sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı qeydinin işə qəbul edilən zaman "xxxx" ASC-nin rəhbərliyi tərəfindən nəzərə alınmaması adı ilə 500 (beş yüz) manat və yenidən imtahanlarda iştirak edə bilməsi üçün 600 (altı yüz) manat və həmin ilin iyul ayının ortalarında, istintaqla müəyyən olunmayan tarixdə isə işə qəbul əmrinin imzalanması üçün 2000 (iki min) manat olmaqla, aldığı maddi nemət olan ümumilikdə 3.100 (üç min bir yüz) manat məbləğində pul vəsaitini şəxsən alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmiş, bu əməli ilə Şahid7 rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə tanışı X17 "xxxx" ASC-nin X11 nəzarətçi mühəndis vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsinə dair müraciəti ilə əlaqədar qulluq mövqeyinə görə ona olan inamdan istifadə etməklə Hafiz Həsənovun əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün "xxxx" ASC-nin vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını və bu əlaqələrindən istifadə edərək Hafiz Həsənovun "xxxx" ASC-nin Mərkəzi Aran X21 və Satışı idarəsinin Bərdə X8 Satış şöbəsində Yarımstansiya növbətçisi və ya Bərdə şəhəri üzrə nəzarətçi-mühəndis vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxs olan "xxxx" ASC-nin əməkdaşına onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat pul verilməsi müqabilində həll edəcəyini bildirib vədinə əməl etmək niyyətində olmayaraq, 2021-ci ilin avqust ayının əvvəllərində istintaqla müəyyən olunmayan tarixdə həmin Şəbəkənin inzibati binasında onun üçün ayrılmış xidməti iş otağında maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Hafiz Həsənovdan sonuncunun qohumu Şahid5 vasitəsilə alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib təkrarən dələduzluq etmiş, bu əməli ilə Hafiz Həsənovu, yəni qeyrisini təkrarən rüşvət verməyə təhrik etmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmərək ifadəsində göstərdi ki, 2012-2021-ci illərdən etibarən keçmiş Azərenerji, hazırkı Elektrik Şəbəkəsində mühasib vəzifəsində işləmişdir. 18 oktyabr 2021-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. X2 ən son vəzifəsi isə baş mühasib olmuşdur. O, Bərdə şəhər sakini X17 yaxşı tanımış, Hafiz onun uzaqdan qohumu olmuşdur. 2021-ci ilin iyul ayının xatırlamadığı günündə Hafizin atası Saday onun iş yerinə gələrək oğlunun X11 işə düzəlməsində köməklik göstərməsini xahiş etmiş, o isə Şahid3 övladı Hafizin nəzarətçi-mühəndis vəzifəsində işləməsi üçün səriştəsinin olmadığını bildirmiş, atası isə Hafizin bacaracağını deyərək yenidən ondan köməklik göstərməsini xahiş etdikdə o, Hafizin şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasını, 3x4-ə fotoşəkil və hərbi biletini gətirməli olduğunu demişdir. O, həmin sənədlər əsasında Hafiz Həsənovun namizəd kimi “CV”-ni hazırlayıb Migəçevir şəhərində yerləşən X42 Enerji və Təchizat Satışı idarəsinə göndərmişdir. Bundan sonra 2021-ci ilin avqust ayında Hafiz müsahibədən müvəffəqiyyətlə keçərək X11 nəzarətçi-mühəndis vəzifəsində işləməyə başlamışdır. Hafizin işə qəbul edilmə əmri xx.xx.2021-ci il tarixdə X22 Bakıdan göndərilmişdir. Həmin əmr əsasında X29 şəhərinə gedərək əmək müqaviləsinə imza çəkmişdir. X12 satış şöbəsinin rəisi Şahid9 və həmin dövrdə baş mühəndis əvəzi Zöhrab Poladovun diktəsi bu ilə hadisələr çıxdıqdan altı ay ərzində Hafiz Həsənov da olmaq şərti ilə işə qəbul olanları planla şəkildə Mingəçevirdəki baş idarəyə göndərib ona qarşı provakasiya etmişdirlər. O da bunları bilərək düşünülmüş şəkildə hər vasitə ilə X23 şəhərindəki baş idarəyə gedib haqqında şikayət etməməsi şərti ilə Hafizə pul verəcəyini təklif etmişdir. Bunun üçün də, Hafiz Həsənov da onun yanında X12 rəisi Şahid10 zəng edərək “mənim İlham müəllimlə heç problemim yoxdur, mən Mingəçevirə getməyəcəm” sözlərini demişdir. Şahid10 da belə olan halda X13 getməyə lüzum olmadığını bildirmişdir. Buna baxmayaraq, satış rəisi Şahid9 planlı şəkildə bir neçə nəfər işçini onun barəsində şikayət etməsi üçün Mingəçevirə göndərmişdir. Mingəçevirdə isə həmin işçilər ondan hər hansı bir pul tələblərinin olmadıqlarını demişdirlər. Eşqin, Asim, Vüqar və Vahid adlı işçilər Şahid9 tərəfindən planlı şəkildə Mingəçevirə şikayət üçün göndərilmişdirlər. Həmin yeni işçilərin içərisində ən çox onun üzünə duran Hafiz olmuşdur. Hafiz Zöhrabın ərazisində işləmişdir. Zöhrabla Hikmət də bir-biriləri ilə yaxın olmuşdurlar. O, ən çox Hafizdən qorxduğu üçün bir çox işçi arasından sırf Hafizə pul təklif etmişdir. Hafiz Həsənov 4000 manat pul aldığını deyib ona böhtan atmışdır. O da əlacsız qalıb Hafizdən və ya Hafizin xalası oğlundan heç vaxt almadığı pulu ona geri qaytarmağa söz vermişdir ki, ondan şikayət etməsin. Bundan başqa o, Bərdə şəhər sakini Şahid7 tanıyır. Şahid7 ilk dəfə X12 digər əməkdaşı X9 yanında görmüşdür. Təxminən 2 il bundan əvvəl X52 Yusifovu işlə təmin edilməsi üçün şəbəkəyə onun yanına gətirmişdir. Ancaq həmin vaxt Şahid7 rəsmi şəkildə “CV” ilə müraciət etməmişdir. O, onlara hazırda şəbəkədə vakant iş yerinin olmadığını bildirmişdir. Bundan sonra Şahid7 özü təkbaşına bir neçə dəfə iş üçün onun yanına gəlib vakant yerin olduğu halda məlumat verməsini xahiş etmişdir. Şahid7 X22 iş üçün “CV” ilə təxminən 1 il əvvəl müraciət etmişdir. O, Şahid7 iş üçün müraciət edərkən sonuncunun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və digər sənədlərin surətlərini qəbul etmişdir. Şahid7 hərbi biletində rəqəmlərini xatırlamadığı maddələr olmuşdur. Orxan sülh dövrü üçün hərbi xidmət keçməyə yararsız olmuşdur. O da növbəti imtahanda veriləcək sualların siyahısını əvvəlcədən Şahid7 yaxşı hazırlaşması üçün vermişdir. Bundan başqa, Şahid7la onun arasında hər hansı pul alış-verişi olmamışdır. O, Şahid7 "xxxx" ASC-nin X11 işə düzəlməsində köməklik göstərilməsi üçün sonuncudan, qayınatası Elxandan və ya başqa hər hansı bir şəxsdən pul almamışdır. 26 sentyabr 2021-ci il tarixdə Şəbəkəsinin rəisi onu otağına çağırmış, ona Şahid7 barəsində şikayət etdiyini və 3100 manat qarşılığında X11 işə düzəlməsinə köməklik göstərməsi barədə məlumat verdiyini bildirmişdir. O isə Şahid10 bütün bunların böhdan olduğunu başa salmağa çalışmışdır. Şahid10 isə əgər belə bir şeyin həqiqətən də mövcud olması təqdirdə ondan Şahid7 3100 manatını geri qaytarmasını istəmişdir. O, çarəsiz qalmış və adına ləkə gəlməməsi üçün Şahid7 istədiyi 3100 manatı geri qaytaracağı barədə söz vermişdir. 28 sentyabr 2021-ci il tarixdə Bərdə şəhərində yerləşən “Çinar” restoranı ilə üzbəüz yolun digər tərəfində fəaliyyət göstərən adını xatırlamadığı bank olmayan kredit təşkilatından gəlininin qızıl-zinət əşyalarını girov qoyaraq ailə üzvlərinin adına 1500 manat kredit götürmüş, qalan məbləği isə evdən və qohumlardan əldə etmiş, həmin gün Şahid10 iş otağına gedərək pulu Orxana verməsi üçün Şahid10 təqdim etmişdir. Şahid10 onun otaqdan çıxmamasını istəmiş və Şahid9 zəng edərək Orxanla birlikdə yanına gəlməsini tapşırmışdır. Hər ikisi də otağa daxil olmuş, onun Şahid10 Orxana qaytarması üçün verdiyi 3100 manat pulu Şahid10 sayaraq Şahid9 və onun yanında Şahid7 vermişdir. Şahid7 isə pulların saxta olmasından ehtiyat edərək onları aparıb hansısa bankda yoxlatdırmaq istədiyini bildirsə də, sonradan Orxan pulların saxta olmadığına inanmışdır. O, Şahid7 ona böhdan atması, buna görə də, məcbur qalıb Orxana 3100 manat pul verməsi ilə bağlı bu günədək hər hansı bir hüquq-mühafizə orqanına müraciət etməmişdir. X10 da ona böhtan ataraq 4000 manat məbləğində pul tələb etməsi, habelə Şahid7 heç bir əsas olmadan, sadəcə böhtan atmaqla pul tələb etməsi barədə həmin dövrdə onun ailəsinin məlumatı olsa da, hüquq-mühafizə orqanına müraciət etməmişdirlər. O, Şahid7 nəzarətçi mühəndis kimi Bərdə şəhəri üzrə təyin edilməsi ilə bağlı Şahid12 xahiş etmişdir. O, X10 nəzarətçi mühəndis kimi Bərdə şəhəri üzrə təyin edilməsində köməklik göstərməsi üçün Mərkəzi Aran X21 və Satışı idarəsinin rəisinin müavini Vidadi Babayevdən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, O, Hafiz Həsənovun araşdırmaya təqdim etdiyi 09 dəqiqə 03 saniyə müddətində davam edən səs yazısında danışanların özü, oğlu Şahid1 və Hafiz Həsənov olduğunu təsdiq etmişdir. X33 evinin yaxınlığında onun oğlu Fəridə məxsus “Opel” markalı avtomobilin içərisində olmuşdur. Hafiz Həsənovun araşdırmaya verdiyi 14 dəqiqə 06 saniyə müddətində davam edən ikinci səs yazısındakı danışanların o, Şahid1 və Hafiz Həsənov olmuşdur. Danışıq X12 inzibati binasında, onun xidməti iş otağında Hafiz, Şahid1 və onun arasında olmuşdur. Səs yazısının 03 dəqiqə 54 saniyəsində Hafiz Həsənovun ona dedidyi “mən sənin qohumun ola-ola məndən dörd min almısan, Orxan min beş yüz, o birisindən də üç min almısan” kimi sözlərin hamısı şər, böhtandır, sadəcə Hafiz öz 4000 manatını reallaşdırmaq üçün səs-küy salmışdır. Səs yazısındakı Hafiz Həsənovun adını qeyd etdiyi Orxan 2021-ci ilin iyun-iyul aylarında X11 nəzarətçi-mühəndis işləmiş, “o birisi” dedikdə isə Rövşən adlı işçini nəzərdə tutmuşdur. Rövşən 2021-ci ilin oktyabr aylarında vəfat etmişdir. O, Orxan və Rövşənin işə qəbul edilməsi zamanı CV-lərinin yazılmasında və müsahibədə veriləcək suallara əvvəlcədən hazırlaşmalarında köməklik göstərmişdir. O, şəkərli diabet xəstəsi olduğu üçün həyacanlandığından nə dediyini bilməyərək səs yazısının 04 dəqiqə 04 saniyəsində Hafiz Həsənova ritorik sual verərək “biz ondan da 3000 manat alacağıq, səndən də 3000 manat alacağıq?” sözlərini deyərək “deməli hərənin öz dairəsi var, yeri var, qiyməti var” sözlərini işlətmişdir. Orxanın qaynı qayınatası Orxanın işə qəbul edilməsində onun köməklik etməsini xahiş etmişdirlər. O, səs yazısının 06 dəqiqə 25 saniyəsində Orxanı imtahandan da keçirdiyini, təyinatında, əmrinin alınmasında köməklik etdiyini dedikdə işə namizədlərin CVlərini hazırlayıb baş idarəyə verilməsində göstərdiyi köməklikləri nəzərdə tutmuşdur. O, səs yazısının 10 dəqiqə 00 saniyəsində “Babayevin regionun müavini olmasını, Hafizin təyinat məsələsində köməklik göstərməsi üçün Babayevə xahiş etdiyini” dedikdə X42 Enerji və Təchizat Staışı idarəsinin rəis müavini X25 nəzərdə tutmuşdur. İşçilərin qəbul edilməsi ilə bağlı əmr "xxxx" ASC-nin ya sədri, ya da sədrin birinci müavini tərəfindən imzalanaraq verilir. Elekron surəti Bərdəyə göndərilir. İşə qəbul edilən işçilərlə əlaqə saxlayaraq onlarla əmək müqaviləsi bağlanılması üçün Mingəçevirdəki regional idarəyə getmələri barədə təlimatlandırılırlar. O, xəstə olduğu üçün Hafiz Həsənovun ona pul vermədiyi halda şər, böhdan ataraq ondan 4000 manat pul tələb etməsi barədə hər hansı hüquq-mühafizə orqanına müraciət etməmiş, habelə oğlu Şahid1 də baş verən proseslərin iştirakçısı olsa da, atasından icazə almadan heç bir şikayətlə hər hansı bir hüquq-mühafizə orqanına şikayət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X31 ifadəsində göstərdi ki, o, 2011-2018-ci illərdə Ekologiya və Təbii Sərvətlər nazirliyinin 13 saylı Regional ekologiya və təbii sərvətlər şöbəsində baş məsləhətçi işləmişdir. Bundan sonra o, 24 avqust 2021-ci il tarixə kimi işsiz olmuşdur. O, müxtəlif iş yerlərində vakansiya elan edilən kimi yazılı və ya elektron qaydada iş üçün müraciət etmişdir. Həmin iş yerlərindən biri də X18muşdur. X22 iş üçün müraciət etdikdən sonra həmin şəbəkənin baş mühasibi Təqsirləndirilən şəxs atası Şahid3 zəng edərək pul qarşılığında onu X12 yarımstansiyasında növbətçi vəzifəsinə təyin etdirə biləcəyi barədə vədlər vermişdir. Atası ilə o, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış, hətta ən pis halda, onlar 2021-ci ilin iyul ayında avtoqəzada ölən, Bərdə şəhər üzrə nəzarətçi-mühəndis işləyən Azər adlı şəxsin yerinə də təyinatının verilməsi ilə bağlı razılaşacaqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs onun X12 Bərdə şəhəri üzrə nəzarətçi-mühəndis vəzifəsinə təyin edilməsi üçün atasından 4000 (dörd min) manat pul istəmişdir. Təqsirləndirilən şəxs ilk dəfə onun işə qəbul edilməsi üçün pul istədikdə o hələ müsahibəyə çağırılmamışdır. O, təxminən 10-12 avqust 2021-ci il tarixdə “Zoom” proqramı vasitəsilə müsahibədə iştirak etmişdir. Müsahibə vaxtı suallara verdiyi cavablardan müsahibə üzvləri razı qalıb onunla yaxın zamanda əlaqə yaradılacağını bildirmişdirlər. Bir neçə gün sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə ona “zəng edərək tez bir zamanda işə qəbulla bağlı əmrinin veriləcəyini, bunun üçün də sağlamlıq haqqında arayış alıb Mingəçevir şəhərindən əmri götürə biləcəyini demişdir. O, 24 avqust 2021-ci il tarixdə Mingəçevir şəhərindən X11 işə qəbul olması barədə əmri almış, həmin gün X12 satış şöbəsinin müdiri Şahid9 yanına gəlmişdir. Şahid9 vakant yerlərin Bərdə rayonu, Qaradəmirçi, Ağalı, Təhlə və Şərəfli kəndlərində mövcud olduğunu və onun xidməti ərazisinin həmin kəndlər olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxsla bu cür razılaşmadıqları üçün əvvəlcə təəccüblənmişdir. Buna görə də, o, Şahid9 otağından çıxdıqdan dərhal sonra Təqsirləndirilən şəxs xidməti otağına daxil olmuş, ona etirazını bildirmişdir. Təqsirləndirilən şəxs ona səbrli olmasını demiş və 10 günə kimi Bərdə şəhərinə təyinatının veriləcəyini vəd etmişdir. O, 16 noyabr 2021-ci ilə kimi istəmədiyi ərazidə işləməyə məcbur qalmışdır. Həmin müddət ərzində atası da, o da dəfələrlə Təqsirləndirilən şəxs müraciət edərək artıq işləmək istəmədiyini, sonuncuya xalası oğlu Şahid5 vasitəsilə vermiş olduğu 4000 (dörd min) manat pulun geri qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs hər dəfə vaxtı uzatmağa çalışmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən zərərim ödənilmiş, ondan şikayət tə tələbim yoxdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Hafiz Həsənov bildirdi ki, Təqsirləndirilən şəxs 4000 (dörd min) manat pulun qarşılığında ona həm X11 işə düzəlməsi, həm də işə düzəldikdən sonra Bərdə şəhərində nəzarətçi-mühəndis vəzifəsi üzrə işləyə bilməsi üçün köməklik edəcəyinə vəd vermişdir. O, X12 baş mühasibi Təqsirləndirilən şəxs işə işçi qəbul etmək kimi bir səlahiyyəti, vəzifəsi olmadığını bilmiş, Təqsirləndirilən şəxs ondan, atasından pul istədikdə, aldıqda yuxarı vəzifəli şəxslərin köməkliyi ilə onun işə qəbulunu həll edəcəyini bildirmişdir. Hətta onların danışıqları baş tutmadıqdan sonra o, vermiş olduğu 4000 (dörd min) manat pulu geri istədikdə Təqsirləndirilən şəxs həmin puldan özünə cəmi 400 (dörd yüz) manat çatdığını, pulun qalan hissəsini “yuxarıdakılar”a verdiyi üçün onlardan geri almaqda çətinlik çəkdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X31 onun övladıdır. Hafiz ali təhsilli olmasına baxmayaraq, uzun müddət işsiz qalmışdır. Belə ki, 2021-ci ilin iyul aylarında oğlu Hafiz Bərdə rayonunda fəaliyyət göstərən bir neçə idarə və dövlət qurumlarına işlə təmin olunması üçün yazılı və şifahi müraciət etmişdir. Həmin idarələrdən biri də X18muşdur. Təxminən 2021-ci ilin iyul ayının sonlarında Hafiz “CV” ilə X22 müraciət etmişdir. Xatırlamadığı bir nəfər həmin Şəbəkədə iş üçün müraciət edənlərin işə qəbul edilməsində köməklik göstərən və mühasib vəzifəsində işləyən Təqsirləndirilən şəxs müraciət etməyi ona mənə məsləhət görmüşdür. Təqsirləndirilən şəxsla uzaqdanda olsa, qohumluq əlaqələrinin olduğu üçün sonuncunun adını eşitdikdə o, çox sevinmişdir. O, Hafizin düzgün qaydada "xxxx" ASC-yə müraciət etməsi, işə qəbul olduqdan sonra Şəbəkənin hansı şöbəsində işləyə biləcəyi barədə məsləhət almaq üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs ona Hafizin X11 işə düzəlməsi üçün pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onların verəcəkləri pul qarşılığında həm Hafizin imtahandan keçməsinə, həm də Şəbəkədə daha rahat işlə təmin olunmasında köməklik göstərəcəyinə vəd vermişdir. Belkə ki, Təqsirləndirilən şəxs Hafizin X12 Bərdə rayon ərazisindəki Yarımstansiyasında növbətçi, o da alınmasa, ən azından Bərdə şəhərində nəzarətçi-mühəndis vəzifəsinə təyin olunmasına köməklik göstərəcəkdi. Bütün bunların qarşılığında Təqsirləndirilən şəxs onlardan "xxxx" ASC-nin rəhbərliyinə çatdırması üçün 4000 (dörd min) manat pul istəmişdir. Həmin 4000 manat puldan 1000 manatı evlərində olmuş, digər 3000 manat pulu isə başqa-başqa bəhanələrlə qohumlardan borc almışdırlar. 2021-ci ilin avqustun əvvəli Hafiz əməliyyat olunduğu üçün 4000 manat pulu Təqsirləndirilən şəxs xalası oğlu və sonuncunun da tanışı olan Şahid5 vasitəsilə çatdırmışdır. İlhamla aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs 4000 manat vermələrinə baxmayaraq, sonuncu Hafizi əvvəlcədən söz verdiyi vəzifə üzrə işə düzəldə bilməmişdir. Hafizin X11 nəzarətçi-mühənsiz kimi təyinatı Bərdə rayonunun ucqar kəndləri üzrə gəlmişdir. 23 avqust 2021-ci il tarixdə Hafizin işə qəbulla bağlı əmri gəlmiş, Hafiz bir müddət İlhamın verdiyi vədlərin üzərində duracağı ümidi ilə Şəbəkədə işləməyə davam etsə də, sonradan ərizəsini yazaraq könüllü olaraq işdən ayrılmışdır. xx.xx.2021-ci ildə Hafiz işdən çıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, təxminən 2021-ci ilin avqust ayının əvvəlində, saat 14-15 radələrində evdə oturan zaman xalası oğlu X31 onun istifadəsində olan mobil telefona zəng edib evlərinə dəvət etmişdir. O, Hafizin evinə getmişdir. Həmin vaxtlar Hafiz əməliyyat olunmuşdur. Onlar Hafizin evinin həyətində oturmuşdurlar. Hafizin əlində bükülü ağ kağız olmuş, sonuncu kağızın içərisindən pul çıxararaq həmin pul vəsaitinin X12 baş mühasibi Təqsirləndirilən şəxs çatacağını bildirmişdir. O, Hafizə etiraz etməmiş və pulu əlinə alıb saydıqda miqdarının 4000 (dörd min) manat olduğunu bilmişdir. Hafizin evinin həyətində 10-15 dəqiqə oturduqdan sonra sonuncunun ona vermiş olduğu 4000 (dörd min) manat pulu Təqsirləndirilən şəxs çatdırmaq üçün özünə məxsus avromobili ilə təkbaşına X12 inzibati binasına getmişdir. O, X12 inzibati binasının ikinci mərtəbəsinə pilləkənlərlə qalxdıqdan sonra dəhlizin sağında yerləşən Təqsirləndirilən şəxs xidməti otağına daxil olmuş, ağ kağıza bükülü vəziyyətdə olan 4000 (dörd min) manat pulu Təqsirləndirilən şəxs açıq şəkildə vermiş, bundan sonra da, həmin otağı tərk etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 2005-2010cu illərdə Təfəkkür universitetində ali təhsil almış, Universiteti bitirdikdən sonra bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərmişdir. O, təxminən 2021-ci ilin aprel-may aylarında iş üçün Bərdə rayonunda fəaliyyət göstərən bir neçə idarəyə yazılı şəkildə müraciət etmişdir ki, həmin idarələrdən biri də "xxxx" ASC-nin X18muşdur. O, həmin Şəbəkəyə “CV” göndərmiş, məktubuna cavab gəlmədiyi üçün şəxsən Şəbəkəyə müraciət etmək qərarına gəlmişdir. O, Şəbəkənin inzibati binasına daxil olduqda adını xatırlamadığı qəbul şöbəsinin xanım işçisi onu sonradan adının Təqsirləndirilən şəxs olduğunu və həmin şəbəkənin baş mühasibi vəzifəsində işlədiyini bildiyi şəxsə yönəltmişdir. Təqsirləndirilən şəxs ona səbrli olmağını, tezlikdə təşkil olunacaq online kurslara “Zoom” proqramı vasitəsilə onu da dəvət edəcəklərini bildirmişdir. O, İlhamın istəyi ilə şəxsiyyətini təsdiq edən vəsiqənin, hərbi biletinin və digər bir neçə sənədlərin surətlərini gətirib Təqsirləndirilən şəxs təqdim etmişdir. Bir neçə ay sonra həqiqətən də kurs başlamış, o, internet şəbəkəsi vasitəsilə kursda iştirak etmişdir. Onunla birlikdə başqa-başqa rayonların sakinləri də işə qəbul olmaq üçün həmin kurslarda iştirak etmişdirlər. O, yekunda “Zoom” proqramı vasitəsilə imtahan versə də, ancaq imtahanın nəticəsi barədə ona məlumat verilməmişdir. O, bir neçə həftə gözlədikdən sonra imtahanın nəticəsini öyrənmək üçün X22 getmiş, əvvəlcə həmin şəbəkənin sabiq rəisi Qoşqarın qəbulunda olmuş və sonuncuya narazılığını bildirmişdir. Onu Qoşqarın yanına Təqsirləndirilən şəxs aparmışdır. Qoşqar İlhama onu təlimatlandırmasını, işləyə bilib-bilməyəcəyini dəqiqləşdirməsini tapşırmışdır. Bundan sonra İlham onu iş otağına aparmış və həmin otaqda ondan işə qəbul olmağı üçün pul verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs əvvəlcə onun hərbi biletinin yararsız olmasını nöqsan kimi qiymətləndirmiş, həmin nöqsanın aradan qaldırılması üçün ”Azərişıq” ASC-nin rəhbərliyinə 500 manat pul verməli olduğunu demişdir. O, etiraz etmişdir. Həmin söhbətdən 4 gün sonra Təqsirləndirilən şəxs ona zəng edib yenidən 500 manat pul istəmişdir. O, işə düzəlmək üçün əlacsız qalmış və 500 manatı Təqsirləndirilən şəxs sonuncunun iş yerindəki otağında vermişdir. Pulu verən zaman Təqsirləndirilən şəxs razılığı ilə danışıqları da yazmış, ona verdiyi pulların üzərindəki rəqəmləri də ayrıca qeyd etmişdir. Təqsirləndirilən şəxs özündən əmin şəkildə “mən etdiyim şəylərə başımla cabahdehəm” sözünü demiş və ondan rəhbərliyinə verəcəyi adı ilə 500 manatı almışdır. Hərbi bilet üçün Təqsirləndirilən şəxs ondan 500 manat aldıqdan sonra, onun imtahanda iştirak edə bilməsi üçün Təqsirləndirilən şəxs ondan əlavə 600 manat pul istəmişdir. 600 manat pulu Təqsirləndirilən şəxs sonuncunun iş otağında vermişdir. O, ikinci dəfə imtahandan keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək hər şeyin qaydasında olduğunu, əmrinin "xxxx" ASC-nin rəhbərliyin masasının üzərində olduğunu, imzalanması üçün 2000 manat pul verməli olduğunu bildirmişdir. Onun Təqsirləndirilən şəxsla razılaşmasına əsasən işə qəbul edildikdən sonra X12 Satış şöbəsində, Bərdə şəhəri ərazisində nəzarətçi-mühəndis vəzifəsində işləməli imiş. O, ümumilikdə "xxxx" ASC-nin rəhbərliyinə çatdırması üçün Təqsirləndirilən şəxs 3 dəfə ayrı-ayrı vaxtlarda ümumilikdə 3100 (üç min bir yüz) manat pul vermişdir. 29 iyul 2021-ci il tarixdə onun X12 Satış şöbəsində, Bərdə rayonu, Mehdili, Qarayusifli, Alpoud və Tumaslı kəndi ərazilərində nəzarətçi-mühəndis vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. O, kənd ərazisində işləməkdən imtina etmiş və İlhama, həmçinin Şəbəkəinin rəisi Qoşqara, şöbə rəisi Şahid9 öz etirazını bildirmişdir. Bundan sonra o, təxminən 2 ay işlədikdən sonra öz ərizəsi əsasında işdən çıxmış və Təqsirləndirilən şəxs vermiş olduğu 3100 manat pulu güclə də olsa, geri ala bilmişdir. Bu barədə X12 demək olar ki, bütün işçi heyətinin məlumatı olmuşdur. Şahid7 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, İlham Hüseyovdan 3100 manat pulu 07 oktyabr 2021-ci il tarixdə Şəbəkənin indiki rəisi Şahid10 iş otağında sonuncunun, satış şöbəsinin rəisi Şahid9 və Təqsirləndirilən şəxs iştirakı ilə geri almışdır. Onlar onun öz ərizəsi ilə işdən çıxacağı halda həmin 3100 manatı geri qaytaracaqları barədə onunla razılaşmışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, 2005-ci il tarixdən Tərtər rayonu Elekrik şəbəsində işləməyə başlamış, daha sonra Yevlax və Goranboy rayonlarında Elektrik Şəbəkəsində müxtəlif vəzifələrdə işləmişdir. O, 2020-ci ilin oktyabr ayından etibarən isə Mərkəzi-Aran RETSİ Bərdə EŞ, Enerji Satış şöbəsinin rəisi vəzifəsində işləməyə başlamışdır. Öz sahəsi olduğundan ancaq X12 Satış şöbəsinə işçilərin işə qəbulu qaydaları barədə daha dəqiq məlumat verə bilər. Belə ki, iş axtaran şəxs əvvəlcə yazılı qaydada, “CV” şəklində Bərdə EŞ-yə müraciət edir. Şəbəkəyə daxil olan “CV” aidiyyəti şöbə müdiri və şəbəkə rəisi ilə birlikdə müraciət edənin iştirakı ilə müzakirə olunur, iş üçün müraciət edən şəxsə iş qaydaları, ona təhkim olunan ərazilər izah edilir. İş yerinin qaydaları ilə tanış olduqdan sonra razılaşan iş axtaran ilkin "xxxx" ASC-nin müvafiq struktur bölmələri rəhbərləri tərəfindən tanışlıq üçün müsahibədən keçirilir və müsbət nəticədə bundan sonra tədris mərkəzi tərəfindən kursa cəlb edilir. Kursdan sonra yenidən imtahan keçirilir. İmtahanda müvəfəqiyyət qazanan namizədlər müraciət etdikləri ərazilər üzrə 2 ay sınaq müddəti ilə işə qəbul olunurlar. Həmin şəxslərin işə qəbul edilmələri ilə bağlı əmrləri "xxxx" ASC-nin X42 X37 idarəsinə, əmrlərin surəti isə yerli Elektrik Şəbəkəsinə göndərilir. X42 X37 idarəsi özlərində olan əlaqə nömrəsi vasitəsilə işə qəbul edilmiş yeni əməkdaşı əmək müqaviləsi bağlaması üçün həmin idarənin yerləşdiyi yerə, yəni Mingəçevir şəhərinə dəvət edir. Əmək müqaviləsi bağlandıqdan sonra yerli EŞ, yəni rəis və ya rəis müavini yeni işçiyə işləyəcəyi ərazini təyin edir. O, X31 və Şahid7 hər ikisi də Bərdə EŞ-də rəisi olduğu Satış şöbəsində nəzarətçi-mühəndis vəzifələrində işləyən kimi tanımışdır. X31 xx.xx.2021-xx.xx.2021-ci illər, Şahid7 isə xx.xx.2021-xx.xx.2021-ci illərdə işləmişdirlər. İşçilərinin belə bir qısa müddətdə işə qəbul olunduqdan sonra işdən çıxarılması və ya çıxması onun diqqətini çəkmişdir. Şahid7 işə başladıqdan təxminən 1 həftə sonra həmin işi bacarmayacağını bildirmiş, Hafiz isə iki ay işlədikdən sonra eyni səbəblərlə işdən çıxmaq istədiyini demişdir. O, Orxanla Hafizin işə qəbul əmrləri gələnə kimi hər iki şəxsin iş üçün müraciət etdiklərini bilməmişdir. Şahid7 əvvəllər tez-tez onun yanına gələrək çox əziyyət çəkdiyini, işdən çıxmaq istədiyini demişdir. O, ərazidə Orxanın normal fəaliyyət göstərməsi üçün kifayət qədər şərait yaratmışdır. Şahid7 işdən çıxma ilə bağlı ərizəsini yazmazdan təxminən 1 həftə əvvəl Şahid10 otağının qarşısında oturduğunu görmüşdür. Orxan rəisin otağına daxil olmaq istəmişdir. Əvvəlcə Orxanı öz otağına çağırmış, otağında Orxanla söhbət etdikdə ona işdən çıxmaq istədiyini, bu barədə rəislə danışmalı olduğunu demişdir. Onlar birlikdə Şahid10 otağına getmişdirlər. Şahid10 otağında Orxandan nəsə probleminin olubolmadığını xəbər alsa da, Orxan əvvəlcə heç bir probleminin olmadığını demiş, bundan sonra o, Orxanla birlikdə sonuncunun işdən çıxma ilə bağlı ərizəsini yazmaq üçün otağı tərk etmək istədikdə Orxan, Şahid10la təklikdə danışmaq istədiyini bildirmişdir. O, otağı tərk etmiş, təxminən 2 dəqiqə sonra Şahid10 onu otağa çağıraraq Orxanın yanında Təqsirləndirilən şəxs Orxandan işə düzəlməsi ilə bağlı pul aldığını demişdir. Bundan sonra Şahid10 mühasib Təqsirləndirilən şəxs otağına çağırmışdır. Həmin vaxt otaqda onunla birlikdə Şahid7, Təqsirləndirilən şəxs və Şahid10 olmuşdur. Şahid10 Təqsirləndirilən şəxs Orxanın pulunu alıb-almadığını soruşduqda İlham Orxanın böhdan atdığını, Orxan isə İlhamın yalan danışdığını, sonuncuya 3100 manat pul verdiyini Təqsirləndirilən şəxs üzünə demişdir. Bundan sonra Şahid10 istəyi ilə Orxanla o otağı tərk etmişdir. Həmin vaxtdan təxminən bir həftə sonra Şahid10 iş otağında sonuncu ilə onun iştirakı ilə Təqsirləndirilən şəxs Şahid7 3100 (üç min bir yüz) manat pulu geri qaytarmışdır. Onlar həmin vaxt həqiqətən də Təqsirləndirilən şəxs Şahid7 sonuncunu X11 işə düzəltmək və istədiyi ərazi üzrə təyinatının verilməsində köməklik göstərmək adı ilə 3100 manat pul aldığını dəqiqləşdirmişdirlər. Şahid7 Təqsirləndirilən şəxs vermiş olduğu 3100 manat pulu aldıqdan sonra öz könüllü razılığı ilə işdən çıxma ərizəsini yazmış və həmin gündən sonra işə gəlməmişdir. O, X43 EŞ-də işə düzəlməsi üçün Təqsirləndirilən şəxs 4000 manat pul verməsini birabaşa nə Hafizdən, nə də ki Təqsirləndirilən şəxs eşitmişdir. Ancaq bu məsələ ilə bağlı Şəbəkədə tez-tez söz-söhbətlər gəzməyə başlamışdır. Bundan əlavə, Hafiz Həsənov işdən çıxdıqdan sonra sonuncu ilə Təqsirləndirilən şəxs arasında olan və Hafiz tərəfindən qeydə alınmış səs yazılarını dinləmişdir. Şahid7 və Hafiz Həsənovun nə vaxt, harada, hansı şəraitdə Təqsirləndirilən şəxs işə düzəlmələri üçün pul verdikləri barədə məlumatı yoxdur və həmin halın şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, 2021-ci ilin sentyabr ayından etibarən X12 rəisi vəzifəsinə təyin olunmuşdur. Hafiz Həsənov və Şahid7un hər ikisi də onun işçiləri olmuşlar, hər ikisi onun rəis olmasından əvvəl şəbəkədə işə götürülmüşlər və hər ikisi də nəzarətçi mühəndis vəzifəsində işləmişlər. O, rəis təyin olunduqdan sonra Hafiz Həsənov və Şahid7 ərizə ilə könüllü şəkildə işdən çıxmaq istədiklərini bildirmiş və ərizə ilə ona müraciət etmişlər. Hüseynov X4 mühasibi olmuşdur. Şahid7 təxminən 2021-ci ilin sentyabr ayında satış şöbəsinin müdiri Şahid9 ilə onun iş otağına daxil olmuş, Şahid9 Orxanın öz vəzifələrinin öhdəsindən gəlməyi bacarmadığını dedikdə, Orxan işə götürülərkən Bərdə şəhərində işləyəcəyi barədə vədlər verildiyini bildirmişdir. O isə Orxanın bu sözlərindən sonra ondan “səni kimin işə götürdüyünü, hansı şərtlər vəd edildiyini” soruşmuş, Orxan X11 işə qəbul edilməsi üçün mühasib Təqsirləndirilən şəxs 3100 manat pul verdiyini, şərtləşdikləri kimi Bərdə şəhərinə təyinatı gəlmədiyi üçün pulunu geri istədiyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs otağına dəvət etmiş və sonuncu ilə təkbətək danışmışdır. O, Təqsirləndirilən şəxsla danışarkən İlham Orxanın ona dediklərini təsdiq etmiş və qısa zamanda Orxandan işə düzəltmək adı ilə aldığı 3100 manat pulu geri qaytaracağına söz vermiş və bir neçə gün sonra onun otağında Şahid9 da şahidliyi ilə Təqsirləndirilən şəxs 3100 manat pulu Orxana geri qaytarmışdır. Şahid7 məsələsindən sonra Hafiz Həsənov da onun otağına gələrək Təqsirləndirilən şəxs Şəbəkədə işə düzəlmək üçün 4000 manat pul verdiyini bildirmiş, bir neçə gün sonra Hafiz yenidən onun otağına gələrək İlhamla aralarında heç bir problemin olmadığını demişdir. Buna görə də, o, Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə Hafiz Həsənovdan pul aldığını dəqiqləşdirə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, 23 sentyabr 2020-ci il tarixdən 11 avqust 2021-ci ilə kimi X12 rəisi vəzifəsində, 24 avqust 2021-ci il tarixdən etibarən isə "xxxx" ASC-nin X6 Elektrik Şəbəkəsinin rəisi vəzifəsində işləyir. O, X30 rəisi işlədiyi müddətdə Şəbəkəyə nəzarətçi mühəndis vəzifəsinə yeni işçilər işə qəbul edilmişdir. Vətəndaş elektron qaydada CV ilə "xxxx" ASC-yə müraciət etdikdən sonra idarənin müvafiq kurs tədris mərkəzi tərəfindən həmin şəxslərə kurs keçirilir. Kursda müfəvvəqiyyət qazanmış namizədlər kadr bankına daxil edilir. Şəbəkə üzrə vakansiya elan edilən kimi həmin namizədlərin ərizələrini alıb X42 Enerji Satışı və Təchizatı İdarəsinə göndərirlər. Həmin yerdə namizədlərin sənədləri tam hazırlandıqdan sonra işə qəbul edilmələri üçün "xxxx" ASC-yə göndərilir. Daha dəqiq desək işçini işə "xxxx" ASC-nin rəhbərliyi qəbul edir. Yusifov X20 nəzarətçi mühəndis vəzifəsinə işə götürülmüşdür. Şahid7 işə qəbul edildikdən təxminən 10-15 gün sonra o, sərəncama çıxarılmışdır. X17 isə tanımır. Ola bilsin ki, onun işlədiyi müddətdə iş üçün "xxxx" ASC-yə ərizə ilə müraciət etsin. Ancaq həmin müraciətdən onun xəbəri olmaya da bilər. Satış şöbəsinin rəisi Şahid9 da məsləhəti ilə Şahid7 vakant yerlər olan Bərdə rayonu, Mehdili, Qarayusifli, Alpoud və Tumaslı kəndi ərazilərində nəzarətçi-mühəndis vəzifəsinə o təyin edərək bu barədə rəhbərliyinə bildirmişdir. Şəbəkənin sabiq mühasibi Təqsirləndirilən şəxs X12 nəzarətçi mühəndislərini ərazilər üzrə təyin etmək kimi bir səlahiyyəti olmamışdır. Həmin səlahiyyət Şəbəkə rəisi kimi ona məxsus olmuşdur. Ehtiyac yarandıqda bu barədə Satış şöbəsinin rəisi ilə məsləhətləşmişdir. Təqsirləndirilən şəxs Şahid7 Bərdə EŞ-də nəzarətçi mühəndis vəzifəsinə işə düzəltməkdə və təyinatının Bərdə şəhəri üzrə verilməsində köməklik edəcəyini vəd edərək "xxxx" ASC-nin rəhbərliyinə vermək adı ilə 3100 manat pul alması hadisəsi onun işlədiyi dövrdə baş versə də, Təqsirləndirilən şəxs Bərdə EŞ-dən işdən çıxarıldıqdan sonra bu barədə məlumatı olmuşdur. Şahid9 Şahid7 işindən, təyin olunduğu ərazidən narazı qalması, işləmək istəməməsi ilə bağlı ona məlumat vermişdir. Ancaq nə Şahid9, nə də ki, Şahid7 sonuncunun işə düzəlmək və təyinatının Bərdə şəhəri üzrə verilməsi məqsədilə Təqsirləndirilən şəxs pul verməsi barədə ona məlumat verməmişdirlər. O, Bərdə EŞ-nin rəisi işlədiyi dövrdə Bərdə şəhəri üzrə nəzarətçi mühəndis vəzifəsində işləmiş və vəfat etmiş Azər adlı şəxsin yeri vakant olmuşdur. Kənd yerlərində smart tipli sayğaclarının azlığına görə təzə işçi qəbul edildikdə o, həmişə kəndlərdəki vakant yerləri doldurmağa çalışmışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs Şahid7 vəfat etmiş və ərazisi vakant olan Azər adlı keçmiş işçinin yerinə təyin etməsi üçün ondan xahiş etmişdir. O isə bununla razılaşmamışdır. O, Bərdə EŞ-nin rəisi işlədiyi dövrdə Şahid7 işə düzəlmək üçün Təqsirləndirilən şəxs pul verməsi və sonuncunun onu aldatması ilə bağlı şikayət etməmişdir. Təqsirləndirilən şəxs ilə onun arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs oğlu Şahid1 Şəbəkədə nəzarətçi mühəndis işləmiş və işinə qarşı çox səhlənkar yanaşmışdır. O, bununla bağlı Fəridə töhmət vermişdir. Ola bilər ki, bu məsələ ilə bağlı İlhamın ona qarşı narazılığı yaranmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, 2011-ci ilin yanvar ayından etibarən "xxxx" ASC-nin X11 nəzarətçi-mühəndis vəzifəsi üzrə işləməyə başlamışdır. Hazırda Bərdə rayonu, Kətəlparaq kənd ərazisində nəzarətçi-mühəndis kimi fəaliyyət göstərir. X31 və Şahid7 hər ikisini də X12 keçmiş işçiləri kimi tanımışdır. Təqsirləndirilən şəxs X11 uzun müddət mühasib vəzifəsində işləmiş, təxminən 2-3 ay əvvəl bilmədiyi səbəbdən işdən çıxmışdır. Təqsirləndirilən şəxs və ya bir başqası X11 işə düzəlmək və ya ərazi üzrə nəzarətçi-mühəndis kimi təyinatının daha yaxşı yerə verilməsində köməklik etmək adı ilə ondan və ya qohumlarından pul və ya sair maddi nemət istəməmişdir. Təqsirləndirilən şəxs yalan izahat vermişdir. Təxminən 4 ay əvvəl "xxxx" ASC-nin X42 X37 idarəsinə yeni işə qəbul olunan nəzarətçi-mühəndisləri Təqsirləndirilən şəxs pul alaraq X11 işə adam düzəldilməsi məsələsi ilə bağlı sorğu-sual etmək məqsədilə çağırmışdırlar. O oraya Eşqin və Vahid ilə birlikdə getmişdir. Həmin yerə onlar Şahid9 tapşırığı və ya göstərişi ilə yox, X42 X37 idarəsindən çağırdıqları üçün getmişdirlər. O, X31 və Şahid7 rayon prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs onlardan pul alması və X24 işə düzəlmələrində köməklik göstərməsi barədə ancaq Şəbəkədə olan söz-söhbət nəticəsində məlumat əldə etmiş, bundan başqa məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8, Şahid6 və Şahid4 Şahid11 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında ifadə verməkdən imtina etdiyindən ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin oğlu Şahid1 ifadəsində göstərdi ki, “bir azyaşlı qız övladım vardır. Təqsirləndirilən şəxs onun atasıdır. O, təxminən 6 ildir ki, X11 işləyir. Atası Təqsirləndirilən şəxs isə təxminən 10 il X11 əvvəlcə mühasib, sonra isə baş mühasib işləmişdir. xx.xx.2021-ci ildə atası öz xahişi ilə işdən çıxmışdır. O, Bərdə şəhər sakini X17 tanıyır. Hafiz təxminən 2 ay yarım X11 nəzarətçi-mühəndis işləmiş, sonra isə öz ərizəsi ilə işdən çıxmışdır. Hafiz Həsənov onun yanında atası Təqsirləndirilən şəxsla söhbət etmiş, onun yanında Hafiz Həsənov atası Təqsirləndirilən şəxs sonuncuya vermiş olduğu 4000 manat pulunun geri qaytarılmasını istəmişdir. O, sonuncu dəfə atası ilə özünə məxsus “Opel” markalı, “09—954” dqn-lı avtomobili ilə Hafizin evinin önünə getmişdir. Hafiz gəlib avtomobilin arxa oturacağında əyləşmişdir. Atası ilə o isə ön oturacaqlarda oturmuşdurlar. Hafiz atası Təqsirləndirilən şəxsla əvvəlcədən razılaşdığı kimi Bərdə şəhərində nəzarətçi-mühəndis vəzifəsinə təyin olunmadığı üçün 4000 manatının geri qaytarılmasını istəmiş, Atası isə həmin 4000 manat puldan özünə cəmi 200-300-400 manat pul çatdığını bildirmişdir. X10 X11 işə düzəlməyində atası Təqsirləndirilən şəxs köməkliyi olmuşdur. Onun atasının baş mühasib işlədiyi halda kiminsə işə düzəltmək kimi bir səlahiyyəti olmamış, ola bilsin ki, rəhbərlikdən kimlərdənsə xahiş etmişdir. Onun həmin rəhbər şəxslər barəsində məlumatı olmamışdır. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəli Bərdə Dəmiryol vağzalının yaxınlığında Hafiz sərxoş vəziyyətdə mənə yaxınlaşdı və atamla aralarında olan 4000 manat məsələsinə görə ona təhqiredici sözlər demişdir. O isə Hafiz içkili olduğu üçün heç bir söz deməmişdir. Şahid7 Bərdə Elekrik Şəbəkəsində mənim kimi nəzarətçi-mühəndis işləmiş, bir neçə ay bundan əvvəl işdən öz ərizəsi ilə çıxmışdır. Atası onun həyat yoldaşının qızıl-zinət əşyalarının girova qoyub Şahid7 3100 manatını geri qaytarmaq üçün kredit götürməmişdən əvvəl də Orxanla atasının arasında pul haqq-hesabının olduğunu öyrənmişdir. Şahid7 tez-tez atasının iş otağına gəlib pulunu geri istəmişdir. Atası Təqsirləndirilən şəxs Şahid7 aldığı 3100 manat və Hafiz Həsənovdan aldığı 4000 manat puldan başqa şəxslərə də verib-verməməsi, həmçinin həmin pulları neynəməsi barədə onun məlumatı olmamışdır” Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, “o, ailəsi ilə birlikdə yaşayır. Yaşa görə pensiya alır. X26 onun övladıdır. Rövşən ailəyə və 3 azyaşlı övladı malik Rövşən xırda bizneslə məşğul olmuşdur. 2021-ci ilin oktyabr ayında Rövşən korona-virusa yoluxmuşdur. Həmçinin Rövşən şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir. xx.xx.2021ci il tarixində, saat 13:30 radələrində Rövşənin vəziyyəti pisləşdiyi üçün sonuncunu TTTYS-nin əməkdaşları vasitəsilə Gəncə şəhərinə, xəstəxanaya aparmışdırlar. O, Rövşəni sonuncu dəfə həmin vaxt görmüşdür. O, Gəncəyə aparıldıqdan sonra növbəti gün Rövşənin vəfat etməsi xəbərini almışdır. İbtidai istintaq zamanı Şahid13 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Rövşən Kərimovun X11 işə qəbul edilməsi ilə bağlı nə onun, nə yaxınlarının, nə də ki, həyat yoldaşı X5 məlumatı olmamışdır. Rövşən çox vaxt Bərdə şəhərində olmuş və nə iş görməsi ilə bağlı onlara heç vaxt məlumat verməmişdir. Onun Rövşənin işə düzəlməsi ilə bağlı kiməsə pul verməsi və ya Rövşəndən kiminsə pul istəməsi barədə məlumatım olmamışdır. Bundan əlavə, Rövşənin harasa işə düzəlmək üçün kiməsə pul verməyə də maddi imkanı olmamışdır". Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2022-ci il tarixli 4/108 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiq hissəsində verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi X19 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1 məxsusdur. Qeyd olunan ekspert rəyinin mətninin cinayət işi üçün xüsusi əhəmiyyət kəsb edən hissələri aşağıdakılardan ibarətdir. K1 - Adamı alladıf başına oyun açanda adam nətər olar? Danışa bilmirəm e ə K2 - Kim alladıf səni? Səbrin ver K1 - Səbir zad kutarıf e, məllim, hər şey kutarıf///Mən demişdim ki, bu gün mənim pulumu həll elə, götürüm gedim. Pulumu həll elə mənim K2 - Pulunu evdə qoymamışam ha mən K1 - Evdə qoymusan, Bakıya vermisən. K2 - Mən saa dedim ki, birinci gün qoy bu gəlsin. Söhbət sənnən getmir, sənin pulunu verəjəm, sən pulunu alajan K1 - Sən canın, bu danışıxlarına baxma e, o günnən də sizə sözümü dedim. Dedim ki, mənim birinci gün pulumu hazırrıyın götürüm. İndi siz nə deyirsiniz? Mən neyniyim? Mən Orxanın haqq- hesabını çıxardım, yoxsa bunnan hansını///Bu dövlətin qayda-qanunu var K2 - Yox, sən Orxansan? K1 - O başqa şey, Orxan da ola bilərəm, hələ onnan betərin də olaram. Lap cındır yerinə də özümü///Nətər ki, mənim ağsaqqal dədəmi alladıb sən bu vəz///dörd minin almısan. Ə, qohum qohumdu, qoy deyək deyək. Camaatın min beş yüzünü almısan, o birisinin üş minin almısan K2 - Sən nə bilirsən o min beş yüz nəyə alınıbdı? K2 - Ayrı yerə nə gedibdi. Bə onçu saa deyirəm ki, sən tərəziyə qoyma K2 - O birsinin üş min manatı niyə alınıbdı? Elə onnan da min beş yüz aleydıx, sənnən də min beş alıf vereydeik də K1 - Ay sağ ol K2 - Deməli hərənin özünün qaydası var K1 - Ən axmax yer də mənimkidi, ən axmax K2 - Bircə dəyqə, sənin yerin dəyişiləjək. Əgər istəmirsənsə istəmə/// K2 - Mənim başqa fikrim var e, sən söhbət sənnik getmir, bax onu da düşünnəm. Burda sən də pulunu istiyə bilərsən, o birisi də pulunu istiyə bilər K2 - Hər şeyin qaydaları var. Başa düşürsən? Oturacıyıq qabaq-qabağa. Demirsən, mənim pulum/// K1 - Deyərdin ki, kişi, sənin yerin olajax xam torpax. Mən də deyərdim mənnik döyül ay məllim, o iş mənnik döyül K2 - O işi elə bilirsən mən bilmirəm? K2/ - Sən heç e, bu Orxanın da bəli, mən allanmışam. İndi onun qaynatasınnan mənim söhbətim olacax. Qız elçisi kimi qaynı, qaynatası, o birisi mənim qapımnan əl çəkmirdi e. O ki, qaldı o min beş yüz dediyin oğlana K2 - O başqasının namizədidi. Mən onu sadəcə olarax dediyi imtahannan keçirmişəm, qalan işdəri mənnik döyül. Amma Orxanın işin imtahanınnan da mən keçirtmişəm, əmrini də mən almışam, get ordan örgən də. O gör Rövşənin xaişini eliyən kimdi? Mən səki indi bu şeyi bilmirdim axı. Mən səki indi səni bu ay yönəltməliydim bura, yəni özünnən qabax-qabağa oturub. Mənim söhbətim var, bu mənim ən yaxınımın yaxmıdı, qaynatası mənim qohumumdu, K2 - Dünən mən dedim ki, sabah gəlin. Mən bilirdim ki, müdür dəyişəjək///Məsələn, o biri müdür olanda saa mən dedim ki, özü də mən bir dənə səhv elədim. Sənin buişdərinin hamısını mən görmüşəm, onun ölmüşünə. Eşidirsən? K2 - Mən_Bakıynan işimi görən adamam. K2 - Yəni bunnan münasibətin olmamağı sənin olduğunu mən Babayevə dedim ki///0 sən deyirsən e, mən niyə uzandı bu işim. Sənin bax uzanmax səbəbin o oldu ki, Babayev adında K1 - Məllim, kimi çıxardıf qoyajeydınız e, məni onun yerinə. Şəhərdən bax kimi çıxardejaydız? Elə bir şey olur yəni bə? Kiminsə çörəyinə/// K2 - İşdən çıxartmıllar e, yer dəyişillər K2 - Bu bir. İkinci də, sənin sözün olmasın, Azərin yerini kimə veriflər? Azərin yeri gənə durur. Üçüncü, o ürəyi istiyən adam olanda, ürəyi istjyən adam olanda indi sən bu sistemi bilmirsən də. Gətir əlli dənə nəzarətçi var. Məsələn;- e|ə yer var ki, min nəfərdi, elə yer var ki, yaxın adamı qoyublar böyür-böyürə ... deyirlər ki, gəl burda otur. İndi mən bunun hamısın səə açıram. Sən söhbət ona əmr lazım döyül. Onu işdən çıxirtfr^q lazım döyül. Mən də dünən dedim ki, mən nə bilim ki, mənim başıma bu iş gələcək. İndi sək? yoldaşdaşırıq, yeddisi, səkkizi olmur, bir yerdə oturub iş bölgüsü eləməliyik. Bunu mən saa demirəm ha. Sən mənim işimi pozursan. Ən çox da ... nə dedim? Orxan kimdi ki, ə, Orxan mənim həyat səhvimdi. Ömrümdə birinci dəfə Orxan mənim///0 ki, qaldı Rövşənə, Rövşənin bu saat işini ayrı adamlar görür. Rövşən mənə gəlib qayıtdı ki, məni imtahannan keçir, qalan işdəri mənim özüm eliyəjəm. Rövşən oturub özü-özünə danışır K2 - Səni heç hara göndərmiyəcəklər. Öz yerində durmamısan? Evində dur, ora getmə. Qoy mən söhbətimi eliyim. Mən axşam papana nə dedim? Mən axşam papana dedim ki, kişi, ortada bax olan bu problem var ha, qoy o problemi mən götürüm. Duxum çatajax Hafizi gətirəcəm şəhərə. Eşidirsən? K2 - Duxum çatmıyajax gəlif deyəjəm ki, ...dayı, qoy hardan olsa pul tapım gətirim verim saa K2 – Sənin o pulunnan iki yüz, üç yüz, dörd yüz maat maa qalıfsa qalıb, qalmıyıfsa K2 - Sənin yerinə belə pis çıxmasın, başqa adam olseydi mən deyərdim ay qardaş, əmrini almışam, gətirmişəm. Amma sənin yanında mənim gözükölgəliliyim var ki, mən saa demişdim ki, şəhərə gələssən K2 - Mənim bir oğlum var. Sənin pulun, bu adamların heş birinə deməmişəm ki, amma saa deyirəm ki, Allah haqqı, atamın anamın goru haqqı, sənin pulun çatajax. K2 - Bu ayın içində, üş günəmi, iki günəmi, dörd günəmi. Mingəçevirdən mən indi gəlirəm K2 - Müəyyən adamlar var e, sözümü demişəm K2 - Yəni mən sənə kişi sözü deyirəm, elə bil ki, pulun sənin cibindədi K3 - Keşmiyəjey o birsi aya, bu ayın içində o pul qayıdajax. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 12 aprel 2022-ci il tarixli 206\69 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı (Spilberger, Xanin, Hans və Sibella Ayzenq, USK, LD, Lüşer testlərinə əsasən) neqativ əhval ruhiyyə, daxilində kəskin narahatlıq hissləri keçirməsi aşkar olunur, əhvalruhiyyəsi qaneedicidir. Həmçinin analiz və sintez müayinələri aşağıdakı nəticələri vermişdir: Verbal qiymət - 70 VQ; Qeyri-verbal qiymət - 74 RQ, Ümumi qiymət - 90 ZQ-dır ki, bu da intellektin orta səviyyəsinə uyğun gəlir. Şəxsiyyəti tərəfindən Təqsirləndirilən şəxs aşağıdakılar aşkar olunur: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Yuxarıda göstərilənləri nəzərə alaraq ekspert psixoloq aşağıdakı nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqmda məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarmm dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona şamil edilən hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meylli deyildir. Təqsirləndirilən Təqsirləndirilən şəxs özündən uydurmağa, simulyativ və ya dissimulyativ hərəkətlər etməyə meyilli deyildir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini ttörədərkən öz hərəkətlərini ölçüb biçmək,hərəkətlərinə cavab vermək, onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X56 Dispanserinin 18 yanvar 2022-ci il tarixli 20 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X56 Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X40 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş 29 yanvar 2022-ci il tarixli 127 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” phş-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 12 aprel 2022-ci il tarixli 3065 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış 18 mart 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin 14 mart 2022-ci il tarixli, 4453 nömrəli məktubuna əlavə olunmuş 01 ədəd “CD” diskə baxış protokoluna əsasən “**********02.txt”, - adlı faylı açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrənin Bərdə rayonu, Alaçadırlı kənd sakini Təqsirləndirilən şəxs məxsus olduğu, həmin mobil nömrə vasitəsilə sonuncunun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində mütəmadi olaraq X10 istifadəsində olan “050 352-36-59” saylı, Şahid3 istifadəsində olan “050 357-27-13” saylı və Şahid7 istifadəsində olan “051 853-65-06”, “050 547-60-88” saylı mobil nömrələrə zəng etməsi və onlardan daxil olan telefon zənglərini qəbul etməsi müəyyən edildi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış 12 yanvar 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 3 ünvanında yaşayan X31 tərəfindən göndərilmiş 01 (bir) ədəd DVD-diskə baxış keçirilən zaman diskin içərisində 02 (iki) ədəd “Səs 001 (mp3cut.net)” və “Səs 002.mp3 (mp3cut.net)” adlı videonun olması aşkar edilmiş, “Səs 001 (mp3cut.net)” adlı birinci videonu açıb baxış keçirən zaman videonun 14 dəqiqə 07 saniyə müddətində, digər “Səs 002.mp3 (mp3cut.net)” adlı ikinci videonu açıb baxış keçirən zaman videonun 09 dəqiqə 03 saniyə müddətində davam etdiyi, hər iki səs yazısı əvvəlcədən alınmış izahatlara da əsasən X31, Təqsirləndirilən şəxs və Şahid1 arasında olan danışıqlardan ibarət olduğu, həmin səs yazılarında X53 X14 Şəbəkəsinə işə düzəlmək üçün sonuncuya vermiş olduğu 4000 manatı geri qaytarmasını tələb etdiyi, Təqsirləndirilən şəxs isə ondan 4000 manat pul aldığını və yaxın zamanda geri qaytaracağını bildirdiyi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış Azərişiq ASC-nin 25 yanvar 2022-ci il tarixli, 01/05-06/380 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi X15 baş mühasib, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi "xxxx" ASC-nin X21 və Satışı idarəsinin X11 mühasib vəzifəsində işləmişdir. Bundan başqa, "xxxx" ASC-nin X21 və Satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan Təchizat və Təsərrüfat sahəsinin mühasibinin vəzifəsi aşağıdakılardan ibarətdir. 2.1 Elektrik Şəbəkəsinin məqsəd və hədəfləri istiqamətində çalışmaq; 2.2 Əmək və nizam-intizam qaydalarına riayət etmək; 2.3 Elektrik Şəbəkəsinin mühasibat uçotunun aparılması; 2.4 Xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək; 2.5 Elektrik Şəbəkəsinə gələn mal alış deklarasiyalarının (xidmət və.s) yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət etmək; 2.6 Elektrik Şəbəkəsinin adından ödəmə aparılarkən köçürmə sənədlərinin, ödəmə tapşırıqlarının və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir; 2.7 Gündəlik maliyyə-mühasibat sənədlərinin, habelə gündəlik və aylıq hesabatların hazırlanması; 2.8 Bütün növ (inzibati/kommersiya və s.) xərclərinin uçotunun aparılması; 2.9 Hesablamaları yoxlamaq və dəqiqliklə hesablar sisteminə köçürmək; 2.10 Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir; 2.11 Fəaliyyəti ilə əlaqədar RETSİ ilə əlaqələndirməni təşkil etməlidir; 2.12 Elektrik Şəbəkəsinin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməlidir; 2.13 Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir; 2.14 Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülkü-müdafiə qaydalarına riayət olunmasını təmin etməlidir; 2.15 Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir; 2.16 Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır. Bundan başqa, "xxxx" ASC-nin X21 və Satışı idarələrinin raron elektrik şəbəkələrində çalışan Təchizat və Təsərrüfat sahəsinin mühasibinin hüquqları aşağıdakılardan ibarətdir. 3.1 Mühasibatlığın fəaliyyəti əlaqədar hər hansı məsələnin həlli üçün çağırılan müşavirədə, yığıncaqda, o cümlədən iclaslarda da, dəvət olunmuş şəxs və ya həmin orqanın üzvü kimi iştirak etmək; 3.2 Müəyyən olunmuş qaydada Elektrik Şəbəkəsinin bütün bölmələrindən mühasibatlığın fəaliyyəti üçün zəruri olan sənədlərin, materialların təqdim edilməsini tələb etmək; 3.3 Müvafiq qayda və təlimatlara, kargüzarlıq proseduralarına uyğun hazırlanmamış sənədləri qəbul etməmək və icrasını reallaşdırmamaq; 3.4 Vəzifələrini icra edərkən lazım olan məlumatları tələb etmək. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış 18 mart 2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid5 izahat və ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə - 2021-ci ilin avqust ayının əvvəlində 4000 (dörd min) manat pulu X12 inzibati binasının ikinci mərtəbəsinə pilləkənlərlə qalxdıqdan sonra dəhlizin sağında yerləşən sənin xidməti otağına daxil oldum. Ağ kağıza bükülü vəziyyətdə olan 4000 (dörd min) manat pulu əlimlə sənə açıq şəkildə verdim. Otaqda başqa işçi də olduğu üçün sən pulu məndən götürəndə heç cəhd edib saymadın da. Bundan sonra mən sənin otağını tərk etdim - sözlərini demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış 18 mart 2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid7 izahat və ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə - Birinci hərbi biletimdəki yararsızlığa göz yumulsun deyə rəhbərliyə vermək adı ilə məndən otağında 500 manat pul aldın. Həmin vaxt əlinə mobil telefonunu alıb mənim yanımda kiməsə zəng etdin. Telefonda səsi gələn şəxs qadın idi. Mənə həmin qadının “addelkadr” olduğnu dedin. Sonra da məni ikinci dəfə imtahana salmaq üçün 600 manat verməli olduğumu bildirdin. 600 manatı da əlimlə sənin ele öz iş otağında sənin özünə verdim. Bundan bir neçə gün sonra isə səninlə telefonda danışanda hər şeyin qaydasında olduğunu, əmrimin imzalanacağını, ancaq bunun üçün Azərişığın rəhbərliyinə 2000 manat pul verilməli olduğunu dedin. Bizim razılaşmağımıza əsasən mən işə qəbul edildikdən sonra X12 Satış şöbəsində, Bərdə şəhəri ərazisində nəzarətçi-mühəndis vəzifəsində işləməli idim. Bütün bunlara görə sənə sonuncu istədiyin 2000 manat pulu da sənin iş otağında sənə əlbəəl verdim. Hər dəfə pul alanda balanın başına and içirdin ki, sənin verdiyin puldan mənə heç nə qalmır, həmin pulları “rəhbərliy”ə verirəm. Şəbəkənin rəhbərliyinə şikayət edəndən sonra sənə verdiyim 3100 manat pulu Şahid10 köməkliyi ilə geri qaytardım. Şahid10 mənə əlində pulu göstərdi və dedi ki, bax sənin pulundur. Mən də ondan pulu götürdüm - sözlərini demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış 05 aprel 2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, şahid X31 izahat və ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə - İş üçün X22 müraciət etdikdən sonra sən atama pul qarşılığında mənə X11 işə düzəlməyimə və həmin Şəbəkənin yarımstansiyasında növbətçi vəzifəsinə təyin edilməyimə köməklik edə biləcəyini bildirdin. Biz həm qohumluq münasibətlərinə, həm də bir yerli kimi Bərdəli olmağına görə sənə inandıq. X12 yarımstansiyasında növbətçi vəzifəsinə, o da mümkün olmasa, Bərdə şəhəri üzrə nəzarətçi-mühəndis vəzifəsinə təyin edilməyim üçün bizdən 4000 (dörd min) manat pul istədin. Mən də borc xərc edib həmin 4000 manat pulu xalam oğlu Ramiz vasitəsilə ağ kağıza bükülmüş vəziyyətdə sənə göndərdim. Məni aldatdın. Razılaşdığımız kimi olmadı. Məni Bərdənin ucqar kəndi olan Xamtorpaqda işləməyə göndərdilər. Dəfələrlə iş otağına gəlib 4000 manat pulumu səndən geri istədim. Hər dəfəsində məni yola verdin. Gah dedin rəhbərlik dəyişib, gah dedin pulu gərək mənə qaytarsınlar ki, mən də sənə qaytarım. Mən sənin rəhbərliyini hardan tanıyırdım? Sən dedin ki, mən lazım olan yerlərə pulu çatdıracam, iş həll olunacaq. Məhkəmə səni həbs edəndən sonra oğlun Fərid gətirib mənim 4000 manat pulumu geri qaytardı. - sözlərini demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış 05 aprel 2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid3 izahat və ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə - mənim səninlə uzaqdanda da olsa, qohumluq əlaqələrimiz vardır. X41 işə düzəlməsində köməklik göstərməyin üçün sənə müraciət etdim. Sən Hafizin X11 işə düzəlməsində, ən əsası da Hafizin işə düzəldikdən sonra Bərdə rayon ərazisindəki Yarımstansiyada növbətçi, o da alınmasa, ən azından Bərdə şəhərində nəzarətçimühəndis vəzifəsinə təyin olunmasına köməklik edəcəyinə söz verdin. Dedin ki “Yuxarıda adamlar var, onlara hörmət olunmalıdır, onlara verilməlidir” və bu işə görə “yuxarıya” çatdırılmalı olan 4000 (dörd min) manat pul istədin. Mən bilirdim ki, sən X11 işə götürən deyilsən. Düşündüm ki, uzun müddətdir, həmin yerdə işləyirsən, ən azından "xxxx" ASCnin rəhbərliyi səviyyəsində kimlərlə isə əlaqən var. Buna görə də, həmin 4000 (dörd min) manat pulu sənə verdik. Biz 4000 manatı əsas olaraq Hafizin Yarımstansiyada növbətçi, o da alınmasa, ən azından Bərdə şəhərində nəzarətçi-mühəndis vəzifəsinə təyin olunmasına köməklik etməyə söz verdiyin üçün vermişdik. - sözlərini demişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 16 yanvar 2022ci il tarixli notariat qaydada təsdiq olunmuş və məhkəmə iclasında təqdim olunmuş ərizələrdən görünür ki, X10 Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 16 yanvar 2022ci il tarixli notariat qaydada təsdiq olunmuş və məhkəmə iclasında təqdim olunmuş ərizələrdən görünür ki, Şahid7 Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərişiq ASC-nin 01 fevral 2022-ci il tarixli, 01/05-06/587 nömrəli məktubundan görünür ki, Şahid7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi "xxxx" ASC-nin X21 və Satışı İdarəsinin Bərdə X8 Satış şöbəsində nəzarətçi mühəndis vəzifəsində işləmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərişiq ASC-nin 01 fevral 2022-ci il tarixli, 01/05-06/586 nömrəli məktubundan görünür ki, X31 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi "xxxx" ASC-nin X21 və Satışı İdarəsinin Bərdə X8 Satış şöbəsində nəzarətçi mühəndis vəzifəsində işləmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Bərə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 aprel 2022-ci il traixli 657 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Alaçadralı kəndində qeydiyyatdadır, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış16 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMCdən 14 mart 2022-ci il tarixli, 4453 nömrəli, "xxxx" MMC-dən 17 mart 2022-ci il tarixli, AZF/LGL-157/22 nömrəli məktubla göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 2 ədəd “CD” disk, şahid X31 tərəfindən istintaqa təqdim edilən və içərisində səsə yazıları qeydə alınmış 1 ədəd “CD” disk, məhkəmə-fonoskopik ekspertizasının təyin edilməsi haqqında qərara əlavə edilmiş və eksperimental səs nümunələrini özündə əks etdirən 3 ədəd “DVD” disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 13 yanvar 2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, Bərdə rayon Məhkəməsinin 14 yanvar və Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hər hansı şəxsdən şəxsən yaxud kiminsə vasitəsilə hansısa pulu istəmədiyini və almadığını, Şahid7 3100 manat və Hafiz Həsənova 4000 manat məbləğində pul qaytarmasına səbəb kimi çarəsiz qalaraq, adına ləkə gəlməməsi və adının pis hallanmaması kimi ifadələri özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Məhkəmə şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş diskləri və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015- ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Beləki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hərhansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 36-cı bəndində bildrilir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin və digər sənədlərin protokollarını sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin əməlləri törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki və daha artıq müstəqil cinayəti törətməsi həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət nəticəsində Şahid7 3100 manat və Hafiz Həsənova 4000 manat olmaqla cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tam ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət zarakterizə olunması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələrinin sanksiyalarında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı yüngül cəza növləri, o cümlədən cərimə cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində onun rolunu, eləcə də cinayətin törədildiyi vaxtdan hal-hazıra qədər keçən müddət ərzində onun şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə və onun cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Odur ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdən hazırki vaxtadək 5 (beş) ay 1 (bir) gün həbsdə və ev dustaqlığında saxlanması nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmayan maddələrə münasibətdə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46cı maddəsinə əsasən dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə kimi əlavə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4,312.2-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə cərimə cəzası təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış "xxxx" MMC-dən 17 mart 2022-ci il tarixli, AZF/LGL-157/22 nömrəli məktubla göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 2 ədəd “CD”, X31 tərəfindən istintaqa təqdim edilən və içərisində səsə yazıları qeydə alınmış 1 ədəd “CD” və məhkəmə-fonoskopik ekspertizasının təyin edilməsi haqqında qərara əlavə edilmiş və eksperimental səs nümunələrini özündə əks etdirən 3 ədəd “DVD” disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 25 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1(bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5000 (beş min) manat cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikasının CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla toplanmış əlavə cəzanı toplanmış əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 1(bir) il 3(üç) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9000 (doqquz min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdən hazırki vaxtadək 05 (beş) ay 01 (bir) gün həbsdə və ev dustaqlığında saxlanması nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 8000 (səkkiz min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri, “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 3(üç) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış "xxxx" MMC-dən 17 mart 2022-ci il tarixli, AZF/LGL-157/22 nömrəli məktubla göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 2 ədəd “CD”, X31 tərəfindən istintaqa təqdim edilən və içərisində səsə yazıları qeydə alınmış 1 ədəd “CD” və məhkəmə-fonoskopik ekspertizasının təyin edilməsi haqqında qərara əlavə edilmiş və eksperimental səs nümunələrini özündə əks etdirən 3 ədəd “DVD” disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldıqları) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar