Məhkəmə qərarları › İş №1(100)-278/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-278/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-278/2023 20.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Cəlilabad rayonu Musalı kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Cəlilabad rayonu Musalı kəndində kəndində qeydiyyatda olmaqla, tutulanadək Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində kirayədə yaşamış – barəsində «həbs qətimkan tədbiri seçilərək» Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid deyil və bu cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və təqsirləndirilmişdir ondan ötrü ki, o, təxminən bir il əvvəl tanış olduğu şəxsiyyəti istintaqa “Ayət” kimi məlum şəxsdən istintaqa dəqiq məlum olmayan müxtəlif vaxtlarda Bakı şəhəri və Abşeron rayonu Masazır qəsəbəsi ərazisində dəqiq məlum olmayan ünvanlarda pul müqabilində alıb, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan qurudulmuş marixuananı üzərində qanunsuz saxlamaqla daşıyıb Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində kirayədə yaşadığı evə gətirib müxtəlif hissələrə bölərək, psixotrop maddə olan metamfetamini bir ədəd plastik qabda, sellofan və gümüşü kağız bükümlərdə, narkotik vasitə olan qurudulmuş marixuananı isə iki ədəd sellofan bükümlərdə qablaşdırıb evin ikinci mərtəbəsində girişdən solda qoyulmuş paltar dolabının yuxarı hissəsində paltarların arasında gizlətməklə satış məqsədi ilə qanunsuz saxlamış, 2022-ci ilin oktyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə yaşadığı evdə satış məqsədi ilə qanunsuz saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi təmiz çəkisi 10,225 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini üzərində satış məqsədi ilə qanunsuz daşıyaraq Bakı şəhərində “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən Milli Onkologiya Mərkəzinin qarşısında yolun kənarında 250 manat pul müqabilində qohumu X1, 10 noyabr 2022-ci il tarixdə yaşadığı evdə satış məqsədi ilə qanunsuz saxladığı iki ədəd gümüşü kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,643 qram bozumtul ağ rəngli və 0,316 qram ağ rəngli ümumi təmiz çəkisi 1,959 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini sol ayağına geyindiyi corabın iç hissəsinə yerləşdirib satış məqsədi ilə qanunsuz daşıyarkən Bakı şəhərində “20 Yanvar” dairəsinin yaxınlığında Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman sol ayağında olan corabın iç hissəsində iki ədəd gümüşü kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 1,643 qram bozumtul ağ rəngli və 0,316 qram ağ rəngli ümumi təmiz çəkisi 1,959 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüş, 11 noyabr 2022-ci il tarixdə saat 17:46-da istintaq-əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində kirayədə yaşadığı evə baxış keçirilən zaman evin ikinci mərtəbəsində girişdən solda qoyulmuş paltar dolabının yuxarı hissəsində paltarların arasında gizlətməklə satış məqsədi ilə qanunsuz saxladığı iki ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 17,69 qram və 133 qram, ümumi təmiz çəkisi 150,69 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üç ədəd gümüşü kağız bükümlərdə, iki ədəd sellofan bükümlərdə, bir ədəd plastik qabda, ayrıayrılıqda təmiz çəkiləri 0,227 qram, 0, 285 qram, 0,109 qram, 1, 047 qram, 0,118 qram, 0,658 qram ümumi təmiz çəkisi 2,444 qram olan külli miqdarda küstar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tululan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən şəxs-tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Qeyd olunan normaların mənasına görə, cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv elementlərin, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekt və subyektiv cəhətlərinin məcmusundan ibarət olmaqla, yalnız konkret cinayət tərkibinin əlamətlərini yaradan əməl törədilən andan cinayət məsuliyyətinin əsasları yaranır və cinayət tərkibinin əlamətlərindən hər hansı birinin mövcud olmaması cinayətin başa çatmasını istisna edir. Cinayətin başa çatması vaxtı eyni dərəcədə qanunvericilikdə nəzərdə tutulan tərkiblərin quruluşundan, yəni cinayət tərkibinin formal, maddi və kəsik tərkibli quruluşundan ibarət olmasından asılıdır. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə həmin maddə ilə müəyyən olunmuş cinayət tərkibi formal quruluşa malik olmaqla, həmin maddə ilə müəyyən olunmuş cinayət əməli təqsirkarın qeyd olunan maddədə nəzərdə tutulan hərəkəti etdiyi andan başa çatmış hesab olunur. 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 23047009 cinayət işi üzrə ibtidai istintaqın Goranboy RPŞ-nin İstinaq Bölməsində davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Hazırki cinayət işi üzrə istintaq orqanın gəldiyi nəticə və buna müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə epizodlar Bakı şəhəri ərazisində başa çatmış və bu baxımdan cinayət əməlinin törədildiyi yer Bakı şəhəri hesab olunur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət hesab olduğundan, həmin cinayət əməlinə məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsi kimi ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası CPM-in ərazi aidiyyəti qaydalarını müəyyən edən 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin maddənin mənasına görə ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiala cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət əməli kimi eyni səviyyəli məhkəmələrdə baxılmalı olduğundan və cinayətlərin törədildiyi yer Bakı şəhəri olduğundan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyaına aid olan ərazidə törədilmədiyindən (başlamamış, davam etməmiş və başa çatmamışdır) hazırki cinayət işinə baxılması ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrmin ərazi yurisdiksiyası»na əsasən Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-in 74.1 maddəsinin tələbli pozularaq bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən sonuncu epizod üzrə cinayət əməlinin başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Azərbaycan Respublikası CPM-in 75-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Habelə Azərbaycan Respublikası CPM-in 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 75, 298.6, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 1.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. 2.Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar