Məhkəmə qərarları › İş №1(100)-279/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-279/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-279/2020 18.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilətəqsirləndirilməsinə dair cinayət işinə X4 Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı X4 Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 35,481 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üstündə saxlamaqla yaşadığı Bərdə şəhəri, Heydər Əliyev prospekti, 22 saylı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 05:00-da qeyd olunan ünvanda saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi, 26 ünvanda yerləşən Bərdə Rayon Polis Şöbəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıdığı bir ədəd bükümdə külli miqdarda 11,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 35,481 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğu müəyyən edilmişdir. Belə ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitəni yaşadığı ərazidən zibillikdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən də Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə verilmiş ittiham üzrə təqsirli bilməklə ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitəni yaşadığı ərazidən zibillikdən tapdığını, bir hissəsini qəbul etdiyini, qalanını isə şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan isə görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsilə yenidən ittiham verilərkən o qərarı imza etməkdən imtina etmiş, lakin imtinanın səbəbləri barədə qərarda hər hansı qeyd aparılmamışdır. Həmin tarixli təqsirləndirilən şəxsin dindirilməsinə dair protokoldan da görünür ki, Təqsirləndirilən şəxs həmin protokolu imza etməkdən imtina etsə də protokolda imtinanın səbəbləri barədə hər hansı qeyd aparılmamış, ancaq ifadəsində istintaqa verdiyi sonuncu ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarının pozulduğunu bildirərək etmədiyi cinayət əməlinə görə tutulduğunu, özünü təqsirli bilmədiyi halda istintaqın əvvəlində olan ifadələrə imza etdirildiyini, sonuncu qərar və ifadəyə isə özünü təqsirli bilmədiyi üçün imza etməkdən imtina etdiyini, verilmiş ittihamla özünü təqsirli bilməməsini müstəntiqə də bildirməsinə baxmayaraq bu barədə qeyd aparılmadığını, ittiham aktında isə özünü təqsirli hesab etdiyi göstərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni yaşadığı ərazidən zibillikdən tapdığını, bir qismini qəbul etdiyini, qalan hissəsini isə özü istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, göstərmiş, yenidən ittiham elan edildikdən sonra dindirilərkən isə istintaqa verdiyi sonuncu ifadələrini təsdiq etdiyini bildirsə də, protokolu imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsilə təqsirli bilməməsi, həmçinin protokolu imza etməkdən imtina etməsi ibtidai araşdırma orqanı tərəfindən vəsatət kimi qəbul olunmayaraq müvafiq qərar qəbul olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 224.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və ya müdafiəçi qərarı, yaxud protokolu imza etməkdən imtina etdikdə, müstəntiq həmin sənədlərdə imza etməkdən imtina və imtinanın səbəbləri haqqında qeyd aparmaqla 24 saat müddətində bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir. Həmçinin göründüyü kimi ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirsə də tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin ona CM-in 234.4.3-cü maddəsilə verilmiş ittihamla özünü təqsirli bildiyi göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 91.5.17-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək, həmin Məcəlllənin 91.5.18-ci maddəsinə əsasən isə onun cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək hüquqları vardır. Həmin Məcəlllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan pozuntulara yol verilməklə təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, dövlət ittihamçısına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar