Məhkəmə qərarları › İş №1(100)-279/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-279/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-279/2021 24.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X14 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X15 və X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri – X16, X20, X8, X21 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Gədəbəy rayonu, Şurakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Gədəbəy rayonu, Şahdağ kəndində qeydiyyatda olmaqla orada yaşayan, 23.04.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1993-cü il tarixdə Daşkəsən rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, 23.04.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxx 1975-ci il tarixdə Tovuz rayonu, Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, 23.04.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edib cinayət əlaqəsinə girərək, 20.04.2021-ci il tarixdə saat təxminən 18:10 radələrində Zərərçəkmiş şəxs iş yeri olan "xxxx" MMC-nin Daşkəsən rayon filialından çıxaraq piyada Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi ilə hərəkət etdiyini dəqiqləşdirdikdən sonra, onu oğurlamaq niyyətilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21011” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin küçədə yerləşən 24 saylı binanın qarşısına gələrək orada gözləmiş, Zərərçəkmiş şəxs həmin yerdə piyada avtomobilin yanından ötüb keçərkən Təqsirləndirilən şəxs3lə birlikdə avtomobildən düşərək onun ağzından, qollarından və ayaqlarından tutaraq zor tətbiq etməklə onu həmin avtomobilin arxa oturacağına mindirib, orada zorla qucağında tutub saxlamaqla, zor tətbiq edilməsi nəticəsində ona üst dodağın hematoması və qançırı, sol əlin, döş qəfəsinin sol yarısının, sağ və sol baldırların qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə onun iradəsinə zidd olaraq oğurlayıb Təqsirləndirilən şəxs2 idarə etdiyi qeyd olunan avtomobilin arxa oturacağına mindirib orada saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini törətmişlər. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlini törətmələri onların özlərinin səmimi etirafları ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Daşkəsən şəhərində yaşayan bacısı Həmayılın yanına qonaq gəlmiş, gəldiyi günü bacısıgilin yaşadığı evdən bir qədər aralıda, binanın qarşısında dayanan zaman Zərərçəkmiş şəxs görmüş və ona aşiq olmuşdur. 19 aprel 2021-ci il tarixdə axşam saatlarında o, bacısıgilin evində olan zaman Aygünü sevdiyini və sonuncu ilə ailə qurmaq istədiyini demiş, bu zaman bacısı ona elçilik etməyi təklif etmişdir. Lakin, o Aygünü evlənmək məqsədilə qaçırmaq fikrinə düşmüşdür. Zərərçəkmiş şəxs izlədiyi üçün sonuncunun saat 18 radələrində işdən çıxaraq hansı istiqamətlə evə getdiyini öyrənmişdir. O, Aygünü evlənmək məqsədilə qaçırmaq istədiyini bacısı Həmayılın qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs3 və onun oğlu Təqsirləndirilən şəxs2 bildirmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə Aygünü qaçırmaq qərarına gəldikdən sonra, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21011” markalı avtomobil ilə hərəkət edəcəklərini bildirmiş, bu zaman İftixar ona etiraz etməyək özünə məxsus olan “Vaz 21011” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ona qurban olduğunu demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Aygünü qaçıraraq oğurladıqdan sonra evlənmək üçün Gədəbəy rayonu, Şahdağ kəndinə aparacağını bildirmişdir. 20 aprel 2021-ci il tarixdə, saat təxminən 17:50-də bacısı o, Təqsirləndirilən şəxs3 və sonuncunun Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21011” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsinə gəlmişlər. Bu zaman İftixar idarə etdiyi avtomobili İ.Qayıbov küçəsində əks istiqamətdə saxlamışdır. O, təxminən 15 dəqiqə sonra, yəni saat 18:10 radələrində A.X9 prospektindən İsmət Qayıbov küçəsinə döndüyünü görmüşdür. Həmin vaxtı o, qeyd olunan avtomobilin arxa tərəfində dayanmış, Təqsirləndirilən şəxs2 avtomobilin sükanında, bacısı Həmayıl avtomobilin arxa sərnişin oturacağında, bacısının əri Təqsirləndirilən şəxs3 qabaq sərnişin oturacağında, bacısı qızı Nigar isə Həmayılın qucağında əyləşmişdir. Zərərçəkmiş şəxs tək piyada onlara tərəf hərəkət edən zaman o, ətrafa baxaraq heç kimin olmadığını dəqiqləşdirmiş, Aygün avtomobilin yanına çatan zaman qəfildən onun arxasına keçərək əli ilə Aygünün ağız nahiyəsindən yapışmış və qışqırmasına imkan verməmişdir. Bundan sonra isə sol əli ilə avtomobilin arxa qapısını açıb Aygünü zorla avtomobilin arxa oturacğına yanıüstə mindirmiş, bundan sonra özü də Aygünün yanına əyləşib İftixardan avtomobili cəld hərəkət etdirməsini istəmişdir. Bu zaman bacısı Şahid9 ona Aygünün könülsüz olduğunu, onu zorla qaçırmağın düzgün olmadığını, belə olan halda onu sərbəst buraxmalı olduğunu desə də, o sonuncuya məhəl qoyulmamış, İftixar avtomobili sürətlə hərəkət etdirmişdir. O, Aygünün qəflətən qapını açacağını düşündüyü üçün əli ilə onun əlindən tutaraq hərəkət etməsinə imkan verməmişdir. Təqsirləndirilən şəxs2 avtomobili idarə edərək əvvəlcədən razılaşdıqları kimi Gədəbəy rayonu istiqamətində hərəkət edərkən, Daşkəsən şəhəri, Heydər Əliyev prospektində, “taksilərin dayancağı” adlanan yerdə qarşılarını polis avtomobili kəsmiş və yolu bağlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 yol bağlı olduğundan məcbur qalaraq avtomobili dayandırmışdır. Polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları avtomobildən endirərək Zərərçəkmiş şəxs qaçırmaqda şübhəli olduqlarını bildirib, Zərərçəkmiş şəxs azad etməklə onları rayon polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşmandır. Zərəçəkmişlə barışdığından, məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 atası, Şahid9 atasının birgə yaşadığı arvadı, Təqsirləndirilən şəxs1 isə Şahid9 qardaşıdır. O, Zərərçəkmiş şəxs Bəndər qızını Daşkəsən şəhər sakini kimi tanımış, lakin aralarında heç bir münasibət olmamışdır. Hadisədən təxminən 8 gün əvvəl, Təqsirləndirilən şəxs1 onların yanına qonaq gəlmişdir. 19 aprel 2021-ci il tarixdə axşam saatlarında evdə olan zaman Həmayılın qardaşı Adil ona və atası İntiqama Daşkəsən şəhəri ərazisində Aygün Məhərrovanı gördüyünü və ona aşiq olduğunu söyləmiş, həmin vaxtı o, Adilə Aygünün yaxşı qız olduğunu evlənmək üçün məsləhətli qız olduğunu demiş, bu zaman X23 yaxınlaşaraq ürək sözünü deyib-demədiyini soruşmuşdur. Bu zaman Adil Aygünə fikirini demədiyini bildirmişdir. Bundan sonra o, Adilin küçədə Aygünə yaxınlaşmasının düzgün olmadığını, rayon yeri olduğuna görə sözsöhbətə səbəb olacağını deyərək, ən yaxşı fikirin Aygünü qaçırmaq olduğunu bildirmişdir. Bundan sonra Adil ondan Aygünü qaçırarsa problem olub-olmayacağını soruşduqda, heç bir problemin olmayacağını ona demiş, Adil isə 20 aprel 2021-ci il tarixdə Aygünü qaçıracağını demişdir. 20 aprel 2021-ci il tarixdə saat 10 radələrində atasının kirayədə yaşadığı evdə o, atası İntiqam və Adil söhbət edən zaman Adil onlara həmin gün saat 18 radələrində Aygün işdən çıxaraq evə gedən zaman onu qaçıracağını söyləyərək, ona idarə etdiyi “Vaz 21011” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin lazım olduğunu demişdir. O, isə Adilə heç bir etiraz etməyərək avtomobilin ona qurban olduğunu bildirmişdir. 20 aprel 2021-ci il tarixdə, saat 18 radələrində, əvvəlcədən razılaşdıqları kimi o, idarə etdiyi “Vaz 21011” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yolun əks istiqamətində dayanmış, həmin vaxtı atası İntiqam ön sərnişin oturacağında, Həmayıl atasının arxasındakı oturacaqda, özü sürücü oturacağında sükan arxasında, azyaşlı Nigar isə Həmayılın yanında əyləşmiş, Adil isə bayırda avtomobilin arxasında ayaq üstə dayanmışdır. Bir qədər keçmiş, yəni saat 18:10 radələrində Zərərçəkmiş şəxs Heydər Əliyev prospektindən İsmət Qayıbov küçəsinə dönərək onlara tərəf hərəkət etmiş, həmin vaxtı Aygünün yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs onların yanına çatarkən o, Aygünü dayandırmaq üçün bəhanə ilə ondan işlədiyi poçtun açıq və yaxud bağlı olduğunu soruşmuş, bu zaman Aygün ani dayanaraq ona poçtun artıq bağlandığını demişdir. Həmin vaxtı Adil qəflətən avtomobilin arxasından çıxaraq Aygünün axasına keçib əli ilə onun ağız nahiyəsini tutaraq zorla avtomobilin arxa oturacağı tərəfə gətirmiş və qapını açaraq Aygünü itələyərək avtomobilə əyləşdirmişdir. Həmin vaxtı X24 öz arasında zorla əyləşdirmişdir. Bu zaman Aygünün zorla qaçırılmasına görə onlara etiraz etdiyini görən Həmayıl bu hərəkətin düzgün olmadığını, Aygünün könülsüz olduğunu deyib onun sərbəst buraxılmasını tələb etmişdir. Lakin, onlar buna əhəmiyyət verməyərək Aygünü qaçırmağa davam etmişlər. O, avtomobili sürətlə idarə edərək həmin yerdən uzaqlaşmışdır. Bir qədər getdikdən sonra Daşkəsən şəhəri, Heydər Əliyev prospekti, “taksilərin dayanacağı” adlanan yerə çatarkən qarşılarını polis əməkdaşları kəsərək idarə etdiyi avtomobili məcburi dayandırmışlar. Daha sonra polis əməkdaşları onlara yaxınlaşaraq Daşkəsən şəhər sakini Zərərçəkmiş şəxs zorla qaçırmaqda şübhəli olduqlarını bildirərək, Zərərçəkmiş şəxs azad etməklə onları rayon polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşmandır. Zərəçəkmişlə barışdığından, məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 doğma oğlu, Şahid9 qeyri-rəsmi nikahda birgə yaşadığı arvadı, Təqsirləndirilən şəxs1 arvadı Həmayılın qardaşıdır. Zərərçəkmiş şəxs Bəndər qızını tanımamış, heç bir münasibəti olmamışdır. 19 aprel 2021ci il tarixdə axşam saatlarında evdə olan zaman Həmayılın qardaşı Adil ona sonradan tanıdığı Zərərçəkmiş şəxs küçədə gördüyünü və ona aşiq olduğunu söyləmiş, həmin vaxtı oğlu Təqsirləndirilən şəxs2, Adilə Aygünün yaxşı qız olduğunu, evlənmək üçün məsləhətli qız olduğunu demişdir. Bu zaman X23 yaxınlaşaraq ürək sözünü deyib-demədiyini soruşmuş, Adil isə Aygünə yaxınlaşmadığını, ona heç bir söz demədiyini bacısı Həmayıla bildirmişdir. Bundan sonra İftixar rayon yeri olması səbəbindən Adilin küçədə Aygünə yaxınlaşmasının düzgün olmadığını demişdir. Həmayıl isə qardaşı Adilə Aygünlə evlənməsi üçün elçilik etməyi məsləhət görmüşdür. 20 aprel 2021-ci il tarixdə saat 18 radələrində İftixarın idarə etdiyi “Vaz 21011” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yolun əks istiqamətində dayanmışlar. Bu zaman Adilin Aygünü evlənmək məqsədilə qaçıracağını bilmişdir. Həmin vaxtı o, avtomobilin ön sərnişin oturacağında, Həmayıl onun arxasındakı oturacaqda, İftixar sürücü oturacığında sükan arxasında, azyaşlı ögey qızı Nigar isə Həmayılın yanında əyləşmiş, Adil isə çöldə avtomobilin arxasında ayaqüstə dayanmışdır. Bir qədər keçmiş, yəni saat 18:10 radələrində X31 prospektindən İsmət Qayıbov küçəsinə dönərək avtomobil istiqamətində hərəkət etmiş, həmin vaxtı Aygünün yanında heç kim olmamışdır. Aygün onların yanına çatarkən İftixar ondan bəhanə üçün işlədiyi poçtun açıq və yaxud bağlı olduğunu soruşmuş, bu zaman Aygün ani dayanaraq İftixara poçtun artıq bağlandığını demişdir. Həmin vaxtı Adil qəflətən avtomobilin arxasından çıxaraq Aygünün axasına keçib əli ilə onun ağızını tutaraq zorla avtomobilin arxa oturacağı tərəfə gətirmiş, Aygün qışqırmağa cəhd etsə də Adil əli ilə onun ağız nahiyəsinin tutduğu üçün səsi çıxmamışdır. Bundan sonra Adil Aygünü itələyərək avtomobilə əyləşdirmişdir. Həmin vaxtı Aygün Həmayıl və Adilin ortasında əyləşmişdir. Aygünün müqavimət göstərib Adilin əlindən çıxıb qaçmağa çalışdığını, onun zorla qaçırıldığını görən Həmayıl Aygünün zorla qaçırmağın düzgün olmadığını, onun sərbəst buraxmalı olduğunu desə də, ona məhəl qoyulmamış, İftixar avtomobili sürətlə hərəkət etdirməklə oradan uzaqlaşmışlar. Bir qədər getdikdən sonra Daşkəsən şəhəri, Heydər Əliyev prospekti, “taksilərin dayanacağı” adlanan yerə çatarkən qarşılarını polis əməkdaşları kəsərək avtomobili məcburi qaydada dayandırmış, Daşkəsən şəhər sakini Zərərçəkmiş şəxs zorla qaçırmaqda şübhəli olduqlarını bildirərək, Zərərçəkmiş şəxs azad etməklə onları rayon polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşmandır. Zərəçəkmişlə barışdığından, məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs Bəndər qızı ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin Daşkəsən rayon filialında əməliyyatçı vəzifəsində işləmiş, iş saatına uyğun olaraq hər gün saat 08:45 radələrində işə gəlmiş, axşam saat 18:00-da, bəzi hallarda isə bir qədər gec işdən çıxmışdır. 20 aprel 2021-ci il tarixdə, saat 18:00-da işdən çıxmış və yaşadığı ev istiqamətində, küçə ilə, yəni İ.Qayıbov küçəsində yerləşən 24 saylı binanın qarşısında, yolun sağ kənarında səki ilə piyada hərəkət etmiş, yolun sağ kənarında, əks istiqamətdə Daşkəsən şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 idarə etdiyi ağ rəngli “Vaz 21011” markalı avtomobilin dayandığını, bir qədər aralıda isə bir nəfər tanımadığı gənc oğlanın dayandığını görmüşdür. Həmin avtomobilin yanından ötüb keçərkən sürücü oturacağında əyləşən İftixar ondan işlədiyi poçtun açıq və ya bağlı olduğunu soruşmuş, bu anda o, ani olaraq dayanıb İftixara iş vaxtının başa çatdığını, poçtun artıq bağlandığını demişdir. Bu zaman, avtomobilin yaxınlığında dayanmış adı ona sonradan məlum olan Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs1 qəflətən arxa tərəfdən ona yaxınlaşıb əli ilə ağzını tutub sıxaraq, hərəkət etdiyi səki tərəfdən avtomobilin arxa sol qapısına tərəf zorla çəkmiş, onu avtomobilin sol tərəfdən arxa oturacağına mindirməyə çalışmışdır. O, əvvəlcə bir neçə dəfə qışqırsa da, Adil əli ilə ağzını zorla sıxıb səsinin çıxmasına mane olmuşdur. Bu zaman o, müqavimət göstərib, yəni Adilin əlindən dartınıb çıxıb qaçmağa çalışan zaman həmin avtomobilin ön sərnişin qapısı açılmış və içəridən bir nəfər orta yaşlı, sonradan adının İntiqam olduğunu bildiyi şəxs də avtomobildən çıxaraq onun qollarından tutmuş və onlar hər ikisi, yəni İntiqamla Adil hər ikisi onun bədəninin müxtəlif yerlərindən, o cümlədən qollarından və ayaqlarından, həmçinin ağzından tutaraq onu zorla avtomobilin içərisinə salmışlar. Həmin vaxt avtomobilin arxa sərnişin oturacağında, sağ tərəfdə sonradan tanıdığı Şahid9 da əyləşdiyini görmüşdür. Bundan sonra Adil arxa oturacaqda solda əyləşmiş, Həmayıl isə arxa sağ oturacaqda əyləşmişdir. Adil arxa oturacaqda onu qucağına uzadaraq bərk-bərk tutub saxlamışdır. Eyni zamanda avtomobilin arxa sərnişin oturacağında sonradan adını Nigar kimi bildiyi bir nəfər azyaşlı qız uşağı da əyləşmişdir. İntiqam Adillə birlikdə onu avtomobilin içinə zorla saldıqdan sonra, avtomobilin qabaq oturacağında əyləşmişdir. O, müqavimət göstərib, dartınıb Adilin əlindən çıxmağa çalışmış və qışqıraraq polisə şikayət edəcəyini demişdir. Ancaq Adil onun bədəninin müxtəlif yerlərindən, o cümlədən əl və ayaqlarından tutub saxlamış, qucağında arxası üstə uzadılmış vəziyyətdə başı Həmayıl dizlərinin üzərinə düşmüşdür. Bu zaman avtomobildə əyləşmiş Həmayıl onun qışqırdığını görüb, avtomobildə əyləşənlərə onu zorla qaçırmağın düzgün olmadığını, dərhal sərbəst buraxmalı olduqlarını desə də, İftixar avtomobilin mühərrikini işə salaraq cəld şəkildə oradan uzaqlaşdığı üçün daha heç nə edə bilməmişdir. Adil onun səsinin çıxmasının qarşısını almaq üçün əli ilə ağzını möhkəm tutub sıxmışdır. Avtomobil hərəkətdə olduğu müddətdə o, dartınaraq onların əlindən çıxmağa çalışmışdər. Avtomobil oradan uzaqlaşandan bir neçə dəqiqə sonra o, avtomobilin dayandığını hiss etmiş, bu anda avtomobilin qapıları açılmış və polis əməkdaşlarının avtomobilin ətrafına toplaşdıqlarını görmüşdür. Polis əməkdaşlarının hadisə barədə məlumat aldıqlarını və avtomobili məcburi saxladıqlarını başa düşmüş, bu anda polis əməkdaşları İftixarı, İntiqamı, Həmayılı, azyaşlı uşağı və onu avtomobildən endirmişlər. Polis əməkdaşları da həmin vaxtı onun avtomobildə dartınaraq onlara müqavimət göstərdiyini, qışqıraraq əllərindən çıxmağa çalışdığını görmüşlər. Bu zaman polis əməkdaşı nə baş verdiyini soruşmuş, ona həmin şəxslərin onu zorla avtomobilə mindirib oğurlayan zaman hadisəni kənardan görən bir nəfər polis əməkdaşının onlara hadisə barədə məlumat verdiyi üçün yolu bağlayaraq qaçırıldığı avtomobilin məcburi saxlanıldığını bildirmişdir. Daha sonra həmin polis əməkdaşları ondan nə baş verdiyini ətraflı danışmasını xahiş etmişlər. O, da Adili, İftixarı və İntiqamı göstərib işdən çıxıb evə gedərkən onlar tərəfindən zorla avtomobilə mindirilərək qaçırıldığını demişdir. Hadisə zamanı Adil və İntiqam ona zor tətbiq edib onu zorla avtomobilin içərisinə salarkən, həmçinin Adil avtomobilin içərisində zorla ağzını bərkdən tutub sıxarkən o, müxtəlif bədən xəsarətləri, o cümlədən ayaq, ağız və digər nahiyyələrindən xəsarətlər almışdır. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, ona məxsus olan paltarların ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qardaşıdır. Zərərçəkmiş şəxs Bəndər qızını tanımamış, heç bir münasibəti olmamışdır. O, qeyri rəsmi nikahla evləndiyi Təqsirləndirilən şəxs3lə birlikdə Daşkəsən şəhərində kirayədə yaşayır. Hadisədən təxminən 8 gün öncə, qardaşı Adil onlara qonaq gəlmişdir. 19 aprel 2021-ci il tarixdə axşam saatlarında evdə olan zaman Adil onlara, yəni İntiqam, sonuncunun oğlu İftixara və ona Daşkəsən şəhəri ərazisində sonradan tanıdığı Aygün Məhərrovanı gördüyünü və ona aşiq olduğunu söyləmiş, həmin vaxtı X25 yaxşı qız olduğunu, evlənmək üçün məsləhətli qız olduğunu demişdir. Bu zaman o, Adildən Aygünə yaxınlaşaraq ürək sözünü deyib-demədiyini soruşmuş, Adil isə ona yox cavabı vermiş, o isə maraqlandıqdan sonra Aygünün evlərinə elçi getmələrini tövsiyyə etmişdir. 20 aprel 2021-ci il tarixdə, saat 18 radələrində İftixarın idarə etdiyi “VAZ 21011” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən şəhəri İsmət Qayıbov küçəsində yolun əks istiqamətində dayanmış, həmin vaxtı əri İntiqam ön sərnişin oturacağında, o, İntiqamın arxasında, İftixar sürücü oturacığında, azyaşlı qızı Nigar isə onun yanında əyləşmiş, qardaşı Adil isə bayırda avtomobilin arxasında dayanmışdır. Bir qədər keçmiş, yəni saat 18:10 radələrində Zərərçəkmiş şəxs Heydər Əliyev prospektindən İsmət Qayıbov küçəsinə dönərək əyləşdikləri avtomobil istiqamətində hərəkət etmiş, həmin vaxtı Aygünün yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs onların yanına çatarkən İftixar ondan poçtun açıq və yaxud bağlı olduğunu soruşmuş, bu zaman Aygün ani dayanaraq İftixara poçtun artıq bağlandığını demişdir. Həmin vaxtı qardaşı Adil qəflətən avtomobilin arxasından çıxaraq Aygünün axasına keçib əli ilə onun ağız nahiyəsini tutaraq zorla avtomobilin arxa oturacağı tərəfə gətirmiş, Aygün qışqırmağa cəhd etsə də Adil əli ilə onun ağız nahiyəsinin tutduğu üçün səsi çıxmamışdır. Bu zaman Adil avomobilə əyləşməsi üçün əyilərək avtomobilin sol arxa qapısını açmış və Aygünü itələyərək avtomobilə əyləşdirmişdir. O, həmin vaxtı ümumiyyətlə qardaşı Adilin Aygünü evlənmək məqsədilə oğurlayacağını bilməmiş, məhz həmin vaxtı Aygünün Adilə qarşı könülsüz olduğunu, eləcə də avtomobilə zorla əyləşdirildiyini görüb avtomobildə olan digər şəxslərə Aygünü zorla qaçırmağın düzgün olmadığını və dərhal qızı sərbəst buraxmaq üçün avtomobili saxlatmağı tələb etmiş, lakin İftixar və digərləri ona əhəmiyyət verməmişlər. Bundan sonra İftixar avtomobilin mühərrikini işə salaraq cəld hərəkət etməklə oradan uzaqlaşmışlar. Bir qədər getdikdən sonra Daşkəsən şəhəri, Heydər Əliyev prospekti, “taksilərin dayanacağı” adlanan yerə çatarkən qarşılarını polis əməkdaşları kəsərək idarə etdiyi avtomobili məcburi dayandırmışlar. Daha sonra polis əməkdaşları onlara yaxınlaşaraq Daşkəsən şəhər sakini Zərərçəkmiş şəxs zorla qaçırmaqda şübhəli olduqlarını bildirərək, Zərərçəkmiş şəxs azad etməklə onları rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 da da eyni məzmunlu ifadə verərək Şahid9 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Bəndər qızını Daşkəsən şəhər sakini kimi tanımış, onun "xxxx" MMCnin Daşkəsən rayon filialında əməliyyatçı işlədiyini bilmişdir. 20 aprel 2021-ci il tarixdə xidməti dislokasiya üzrə Daşkəsən şəhəri, Heydər Əliyev prospektində xidmət aparmışdır. Həmin gün saat 18:15 radələrində Daşkəsən şəhəri, Heydər Əliyev prospekti, “taksilərin dayanacağı” adlanan yerin yaxınlığında olarkən rayon polis şöbəsinin PPXT-nin polis nəfəri, polis serjantı Şahid1 mobil telefon vasitəsilə Şahid2la əlaqə saxlayaraq "xxxx" MMC-nin Daşkəsən rayonu filialında əməliyyatçı işləyən, Daşkəsən şəhər sakini Zərərçəkmiş şəxs Bəndər qızının bir neçə şəxs tərəfindən Daşkəsən şəhəri İsmət Qayıbov küçəsində zorla ağ rəngli “Vaz 21011” markalı, **-BN-*** dövlət qeydiyyan nişanlı avtomobilə mindirilərək oğurlandığını demişdir. Dərhal qeyd olunan yerdə post qurmaqla “Vaz 21011” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil gələn zaman məcburi saxlatmaq istəmişdir. Eyni zamanda efirə çıxmaqla Daşkəsən şəhər ərazisində xidmət aparan digər əməkdaşlara da bu barədə məlumat verərək dərhal olduğu yerə gəlmələrini tələb etmişdir. Təxminən 2 dəqiqə sonra Daşkəsən şəhəri, Heydər Əliyev prospekti, mərkəzi bazar istiqamətindən ağ rəngli “Vaz 21011” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtmobilin sürətlə onlara tərəf gəldiyini görmüş, həmin vaxtı Daşkəsən rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Şahid3 da yanında olmuşdur. O, dərhal idarə etdiyi “Chevrolet-Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə “taksilərin dayanacağı” adlanan yerdə yolu kəsərək avtomobildən enmiş, bu zaman Daşkəsən şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21011” markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobil ilə sürətlə onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs2 onlara yaxınlaşan zaman yolun bağlandığını görüb sağa və sola manevr etməklə həmin yerdən uzaqlaşmağa çalışsa da, yol bağlandığı üçün Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili məcbur qalaraq saxlamışdır. O, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili məcburi saxladığı anda Daşkəsən rayon polis şöbəsinin PPXT-nin polis nəfərləri Şahid5, Şahid6 və Şahid2la piyada, Şahid7, Əli Rüstəmov isə “Chevrolet-Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə həmin yerə gəlmiş, həmin polis avtomobilini Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxasında saxlayaraq, onun hərəkətinə mane olmuşlar. Bundan sonra o, və Şahid3 avtomobilə yaxınlaşmış, avtomobilin sükanı arxasında Təqsirləndirilən şəxs2 əyləşdiyini, qabaq sərnşin oturacağında isə bir nəfər sonradan tanıdığı Təqsirləndirilən şəxs3 əyləşdiyini, avtomobilin arxa oturacağında isə sonradan tanıdığı Təqsirləndirilən şəxs1, Şahid9, sonuncunun yanında Nigar adlı azyaşlı qızın və Daşkəsən şəhər sakini Zərərçəkmiş şəxs Bəndər qızının olduğunu görmüşlər. Həmin vaxtı Təqsirləndirilən şəxs1 arxa sol oturacaqda, Şahid9 arxa sağ oturacaqda, Zərərçəkmiş şəxs isə kürəyi üstə onların dizinin üzərində uzanmış vəziyyətdə, bağıra-bağıra kömək edin deməsini görmüşdür. O, dərhal Şahid9 əyləşdiyi tərəfdən qapını açaraq avtomobildən olanların yerə düşürmələrini tələb etmişdir. Bundan sonra avtomobildə əyləşənlər yerə düşmüşlər. Həmin vaxtı Aygün Məhərrəmvanın onlara müqavimət göstərərək əllərindən çıxamağa çalışdığını görmüş, Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda, həmin vaxtı Aygün ona işdən çıxaraq evə gedərkən, Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində sonradan tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən zorla Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə mindirildiyini və oğurlandığını söyləmişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs azad etməklə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid9 və Zərərçəkmiş şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid3 və Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, 20.04.2021-ci il tarixdə, saat 18:20 radələrində yaşadığı evdə olarkən qızı Zərərçəkmiş şəxs telefonla ona zəng edərək, işdən çıxıb evə gələrkən Daşkəsən şəhəri, İ.Qayıbov küçəsində sonradan tanıdığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması, polis əməkdaşları tərəfindən azad edildiyi barədə məlumat vermişdir. Bundan sonra o, rayon polis şöbəsinə getmiş, qızı Aygünü orada görmüşdür. Aygün hadisənin təfərrüatını, habelə həmin şəxslər tərəfindən zor tətbiq edilməklə avtomobilə mindirilərək qaçırıldığını, bu barədə məlumat almış polis əməkdaşları tərəfindən qaçırıldığı avtomobilin məcburi dayandırılaraq, onun azad edildiyini ona danışmışdır. Həmin vaxtı o, Aygünün bədənində müxtəlif xəsarətlər görmüşdür. Ona, Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs1 Aygünlə onun iradəsinə zidd olaraq evlənmək üçün, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olub onu oğurlamaqları məlum olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 21.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 21.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 21.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21.04.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21.04.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “tutulmuş şəxsin azad edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 23 aprel 2021-ci il tarixdə azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin 21.04.2021-ci il tarixli, 73 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Bəndər qızının məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində üst dodağın hematoması və qançırı, sol əlin, döş qəfəsinin sol yarısının, sağ və sol baldırların qançırları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin törənmə müddəti 20 aprel 2021-ci il tarixə uyğundur. Zərərçəkmiş şəxs Bəndər qızının bədəni üzərində müəyyən edilmiş yuxarıda göstərilən xəsarətlərin onun zorla qaçırılması zamanı əmələ gəlməsi mümkündür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin materialların məhkəmə ekspertizasının 26 iyun 2021-ci il tarixli, 16/542 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs Bəndər qızına, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X3 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış tünd-boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X3 məxsus 01 ədəd şavarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X3 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə X3 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Psixonevroloji dispanserinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 iyun 2021-ci il tarixli, 328 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Psixonevroloji dispanserinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 iyun 2021-ci il tarixli, 329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Psixonevroloji dispanserinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 iyun 2021-ci il tarixli, 340 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 24.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 24.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Məmmədov X7 rayon məhkəməsinin 19.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 ay, 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 23.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmudur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Daşkəsən rayon məhkəməsinin 12.12.2018-ci il tarixli qərarı ilə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 24.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Tovuz rayon məhkəməsinin 22.10.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 129-cu maddəsinin 1-ci hissəsi ilə (qadını evlənmək məqsədilə oğurlama) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 01 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Tərtər hərbi məhkəməsinin 22.11.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 06.05.2003-cü il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daşkəsən rayonu İcra Hakimiyyəti Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatı tərəfindən veriliş 01.07.2021-ci il tarixli, 167 nömrəli xaisyyətnamədən görünür ki, Məmmədov X7 rayonu, Ş.İ.Xətai küçəsi, ev 7, mənzil 11 ünvanında qeydiyyatdadır. Yaşadığı müddətdə qonşularnan münasibəti yaxşı olmuşdur. Onun haqqında nə yazılı, nə də şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı usagı vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Qovlar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 08.06.2021-ci il tarixli, 1587 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında yaşayır. Ailə üzvüləri arvadı X6, oğlu Pərviz Verdiyev və qızı Pərvanə Verdiyevadan ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz rayon İcra Hakimiyyəti Dönük Qırıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.06.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 kənddə yaşadığı dövrdə barsində hər hansı ləkələyici məlumat daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti Şahdağ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup təşkil edərək adam oğurladıqlarına görə onların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə tövsif edilməli və onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar olmadığından təqsirləndirilən şəxslər həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nın 59.1.12-ci, səmimi etirafını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının Azərbaycan Respublikası CM-in 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nın 59.1.12-ci, səmimi etirafını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini Azərbaycan Respublikasının CM-nın 59.1.12-ci, əməlindən peşman olmasnı, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 24.05.2021-ci il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxs Məmmədov X7 rayon məhkəməsinin 19.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 ay, 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 23.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmudur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Daşkəsən rayon məhkəməsinin 12.12.2018-ci il tarixli qərarı ilə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 24.05.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Tovuz rayon məhkəməsinin 22.10.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 129-cu maddəsinin 1-ci hissəsi ilə (qadını evlənmək məqsədilə oğurlama) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 01 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Tərtər hərbi məhkəməsinin 22.11.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 06.05.2003-cü il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğunun ödənilməsi üçün müddət keçdiyindən, onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni doqquz ildən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, səmimi etiraflarını və əməllərindən peşman olmalarını müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, onların təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 21.04.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Daşkəsən Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qərarları ilə onlar barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21.04.2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 halhazıradək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs3 münasibətdə isə məhkəmə qeyd edir ki, həmin şəxsin cinayətin törədilməsində rolunu, himayəsində yetkinlik yaşına çatmayan şəxslərin olmasını, Təqsirləndirilən şəxs2 onun doğma oğlu olmaqla, bir ailədən iki nəfər şəxsin azadlıqdan məhrum etmə cəzasına məhkum olunması məqsədə müvafiq olmadığını, ailənin yeganə gəlir gətirəni olmasını nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiq olar. Eyni zamanda onun şübhəli şəxs qismində tutulduğu 21.04.2021 və 23.04.2021-ci il tarixdək, yəni 02 (iki) gün təyin olunan azdlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə müvafiq olaraq çıxılmalı və onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində göstərilmişdir ki, ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64,80 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Maddi subutlarla bağlı məhkəmə göstərir ki, iş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs Bəndər qızından götürülmüş bir ədəd mavi rəngli, hər iki yanında və arxasında cibləri olan qadın cins şalvarı, bir ədəd qara rəngli qadın payız köynəyi və bir ədəd qara rəngli, qolsuz, önü seplə bağlanan payız gödəkcəsi qanuni sahibinə qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd mavi rəngli uzunqol, düyməli köynək və Təqsirləndirilən şəxs3 götürülmüş bir ədəd qara rəngli, önü seplə bağlanan, hər iki yanında cibləri olan qış gödəkcəsi, bir ədəd tünd yaşıl rəngli, yan və arxa tərəfində cibləri olan kişi cins şalvarı qanuni sahiblərinə qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri – X16 və X20 tərəfindən ayrı-ayrılıqda 15 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, təqsirləndirilən şəxslərə ayrı-ayrılıqda göstərilmiş cəmi 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçilər X16 və X10 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 90 manat olmaqla ümumilikdə 180 manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun tutulduğu andan, 21 aprel 2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli onun tutulduğu andan, 21 aprel 2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 21.04.2021-ci il tarixdən 23.04.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 münasibətdə onun yaşayış yeri üzrə Tovuz Rayon İcra Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs Bəndər qızından götürülmüş bir ədəd mavi rəngli, hər iki yanında və arxasında cibləri olan qadın cins şalvarı, bir ədəd qara rəngli qadın payız köynəyi və bir ədəd qara rəngli, qolsuz, önü seplə bağlanan payız gödəkcəsi sahibinə qaytarılsın, imtina edildikdə məhv edilsin, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd mavi rəngli uzunqol, düyməli köynək sahibinə qaytarılsın, imtina edildikdə məhv edilsin və Təqsirləndirilən şəxs3 götürülmüş bir ədəd qara rəngli, önü seplə bağlanan, hər iki yanında cibləri olan qış gödəkcəsi, bir ədəd tünd yaşıl rəngli, yan və arxa tərəfində cibləri olan kişi cins şalvarı qanuni sahibinə qaytarılsın imtina edildikdə məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64,80 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri – X16 və X10 həyata keçirdilərindən onlara ayrı-ayrılıqda 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar