Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-279/2022 30.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1983-cü ildə Özbəkistan Respublikası, Daşkənd vilayəti, Çinaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs qətimkan tədbiri” seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımış və saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədilə külli miqdarda, yəni təmiz çəkisi 82,82 qram olmaqla tərkibində narkotik maddələr olan küstar üsulla hazırlanmış narkotik vasitə heroinu əldə edib, 81,733 qramını ünvan 6 yaşadığı evin həyətində əl damında olan çemodanın içərisində, 1,087 qramını isə üzərində saxlamaqla daşımış, 08 yanvar 2022-ci il tarixdə saat 18 :10 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən köhnə maşın bazarının yaxınlığında saxlanılıb Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 1,087 qram olmaqla maddələr küstar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 08 yanvar 2022-ci il tarixdə ünvan 6 yaşadığı evin həyətində əl damına baxış keçirilərkən orada olan çemodanın içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda yəni, təmiz çəkisi 81,733 qram maddələr küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 6 ailəsi və anası X2 ilə birlikdə yaşayır. O rəsmi olaraq heç bir yerdə işləmir. Əvəllər narkotik vasitə istifadə etsə də, ailə həyatı qurduqdan sonra tərgitmiş, lakin sonradan, yəni təxminən 1 il bunda əvvəl yemidən narkotik vasitə istifadə etməyə bşlamışdır. Maddi vəziyyəti yaxşı olmadığından dolanışığını metal tullantıları yığaraq həmin tullantıları satır. O, narkomaniyadan əziyyət çəkdiyini dərk edib, həbs olunmamışdan təxminən 1 gün öncə anasına polisə təslim olmaq istədiyini, həbs olunub narkotik vasitədən canını qurtamaq istədiyini bildirmişdir. Lakin anası qonşuda toy olduğunu, həmin toyda iştirak edib sonra polisə getməyimi bildirdi. O, da anası ilə razılaşıb toydan sonra polisə gedəcəyini bildirmişdir. Üzərindən və evindən aşkar edilən narkotik vasitə ona məxsus deyil, həmin narkotik maddələri polislər özləri gətirib yaşadığı evin həyətyanı sahəsində olan əl damaında olan çemodanın içərisində gizlətdilər, hətta ona 200 manat da pul verib “istəyirsən yoldaşına ver, istəyirsən özünlə apar” bildirmişlər. Həmin 200 manat pulun 150 manatını yoldaşına vermişdir. Narkotik aludəçisi olduğundan evinə çox ziyan vurmuş, narkotik almaq üçün evinin əsyalarını satmışdır. Hətta tutulmamıçdan əvvəl anasından 11 manat pul alıb narkotik almışdır. Polislər əməkdaşları onu aldadım, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə ittiham verəcəklərini bildirmişlər, o, da razılaşmışdır çünki, həbs olunsa narkotikdən istifadə etməyəcəkdir. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki ünvan 6 ailəsi və anası X2 ilə birlikdə yaşayır. 2006-ci ildə Pərvanə Zirəddin qızı ilə ailə həyatı qurmuş, iki övladı, yəni 2007-cü il təvəllüdlü X3 və 2009-cu il təvəllüdlü brahimov Adəm Turaç oğlu vardır. O rəsmi olaraq heç bir yerdə işləmir. Əvəllər narkotik vasitə istifadə etsə də, ailə həyatı qurduqdan sonra tərgitmiş, lakin sonradan, yəni təxminən 1 il bunda əvvəl yemidən narkotik vasitə istifadə etməyə başlamışdır. Maddi vəziyyəti yaxşı olmadığından dolanışığını metal tullantıları yığaraq həmin tullantıları satır. Təxminən 2-3 gün bundan əvvəl səhər saatlarında Gəncə şəhərində yerləşən Abbas Səhhət adlanan yerin yaxınlığında piyada gedən zaman Xarabalıq adlanan yerin yaxınlığında yerdən sellofan torbaya bükülmüş halda bir ədəd böyük həcmdə büküm görmüş və içərisində nə olduğuna baxmaq üçün götürmüşdür. O, həmin bükümün içərisinə baxdıqda içərisində narkotik vasitə heroinə oxşar kütlənin olduğunu görmüşdür. Özü narkotik istifadə etdiyi üçün həmin bükümü özü ilə yaşadığı evə aparmışdır. Həmin narkotik vasitədən bir qədər istifadə etmiş və qalan narkotik vasitəni ailə üzvlərinin məlumatı olmaması üçün yaşadığı evin həyətyanı sahəsində olan əl damamında olan çemodanın içərisində gizlətmişdir. O, həmin bükümdən bir qismini götürüb istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə Saat 18:10 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində Köhnə maşın bazarı adlanan yerin yaxınlığında piyada hərəkət edən zaman tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq onu şübhəli olduğu üçün Gəncə şəhər Kəpəz RPİ-yə dəvət etmişdirlər. O, həmin polis əməkdaşlarına tabe olub polis idarəsinə getmişdir. Polis idarəsində onun üzərinə müdaftəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış və əynində olan qara rəngli şalvarın sol yan cibində gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Büküm açıldıqda içərisində toz halında, qəhvəyi rəngində narkotik vasitə heroinə oxşar kütlə aşkar olunaraq götürüldü. Heroinə oxşar kütlə müdafiəçimin iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkildi və büküldüyü kağızla birlikdə ümumi çəkisi 1,25 qram gəldi, həmin kütlə qablaşdırılaraq mühürləndi. Əlavə olaraq bildirirəm ki, mən həmin narkotik vasitəni yerdən tapmışam və heç vaxt satmaq fikirim olmayıbdır, həmin narkotik vasilə mənə məxsusdur. Həmin narkotik vasitənin yerdə qalan hissəsini yaşadığım evin həyətində əl damında saxlayıram və ibtidai araşdırmaya təqdim edə biləcəyimi dedim. Mən yaşadığım ünvan 4 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə razı olduğu üçün ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları onun yaşadığı evin həyətinə baxış keçirərkən əl damında olan çemodanın içərisində qoyduğu sellofan torbada olan bir ədəd bükümü özü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində toz halında, qəhvəyi rəngli, spesillk iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə elektron tərzidə çəkilmiş və büküldüyü kağızla birlikdə ümumi çəkisi 82,31 qram gəlmişdir. Həmin kütlə qablaşdırılaraq üzəri onun vəkilinin və iştirkçılar tərəfində imzalanmışdır. Baxış zamanı video kamera vasitəsilə çəkiliş aparılmışdır. Turaç Hüseynov ifadəsində həmçinin bildirmişdir ki, o üzərindən aşkar edilərək götürülmüş heroini təxminən 2-3 gün əvvəl Gəncə şəhərində yerləşən Abbas Səhhət adlanan yerin yaxınlığında piyada gedən zaman Xarabalıq adlanan yerin yaxınlığında yerdən tapmış, həmin narkotik vasitəni ailə üzvlərinin məlumatı olmaması üçün yaşadıqların evin həyətyanı sahəsində olan əl damında gizlətmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən o tək olmuş, üzərində şəxsi axtarış və yaşadığı evdə axtarış keçirilən zaman yanında vəkili və 3 nəfər polis əməkdaşı olmuş, həmin narkotik vasitəni tapan zaman yanında heç kəs olmamış və həmin narkotik vasitənin onda olması barədə heç kəsin məlumatı olmamış, o əvvəllər tanımadığı şəxslərdən narkotik vasitə alsa da, həmin şəxslər barəsində heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Asim oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olamaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ü.hacıbəyov küçəsində yerləşən “Köhnə maşın bazarı” adalana ərazinin yaxınlığında olduğunu müəyyən edərək həmin əraziyə getmiş və Təqsirləndirilən şəxs orada olduğunu görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirərək Kəpəz RPİ-nə dəvət etmişdirlər. Kəpəz RPİ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil X1 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşmüş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bunda sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd bükümü təqdim etmiş və həmin büküm açıldıqda içərisində toz halında qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və qanunla qadan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd bükümün içərisində olan narkotik vasitə heroinə oxşar kütlə həmin siqaret falqası ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi siqaret falqası ilə birlikdə 1,25 qram gəlmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş büküm zərfə qablaşdırılmış və üzəri Az.Resp-sı DİN-nin 120 saylı möhürü ilə möhürlənərək tərəfimizdən imzalanmışdır. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəsini Abbas Səhhət adlanan ərazidə tapdığını bir hissəsisni istifadə etmək üçün üzərində gəzdirdiyini, qalan hissəsini isə yaşadığı evdə ona məxsus əl damında saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Kəpəz RPİ-nin TB-in baş təhqiqatçısı, poli mayoru X6, Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanının həyətyanı sahəsinə daxil olmudurlar. Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı həmin həyətyanı sahədə olan əl damını göstərmişdir. Həmin əl damına daxil olduqdan sonra Təqsirləndirilən şəxs qara rəngli çemodanın içərisinə qoyduğu, sellefon torbada olan bir ədəd bükümü özü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində toz halında, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və sellefon ilə birlikdə çəkisi 82,31 qram gəlmişdir. Həmin büküm zərfə qablaşdırılmış və üzəri Az.Resp-sı DİN-nin 120 saylı möhürü ilə möhürlənərək iştirakçılar tətəfindən imzalanmışdır.Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və düşmənçilik olmamış, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin satış məqsədilə əldə edib üzərində daşıması və yaşadığı evdə saxlaması müəyyən edilmiş, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 Asim oğlu ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə təxminən 13 ildir ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etməmiş, lakin sonradan yəni təxminən 2 ildir ki, Turaçın narkotik vasitə qəbul etdiyini öyrənmişdir. O, Turaçın narkotik vasitə qəbul etdiyini öyrəndikdən sonra öz iradını bildirmiş və bununla bağlı aralarında mütəmadi problemlər yaranmışdır. O, daimi olaraq Turaça narkotik vasitə asılılğından müalicə almasını bildirmişdir. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Şahid4 həmçinin ifadəsində göstərmişdir ki, o əri Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin alqı satqısı ilə məşğul olması görməmiş, bu barədə məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında ailəsi ilə birgə yaşayır. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr oğlu Şahid3 məxsus olsa da, onun istifadədir. Təqsirləndirilən şəxs təxminən 5 ildir tanıyır. Belə ki, o Təqsirləndirilən şəxs ilə birlikdə müxtəlif yerlərdə usta kimi işləmişdir. O Təqsirləndirilən şəxs ilə birlikdə işləyən zaman Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini bilmişdir. Bundan sonra o Turaç ilə birlikdə bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. Daha sonra o Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə dəfə işləyən zaman Turaç gətirdiyi narkotik vasitədən o da istifadə etmişdir. Şahid3 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq ona narkotik vasitəni pay olaraq verirmiş, Turaçın narkotik vasitə istifadə etdiyini və mütəmadi olaraq üzərində narktoik vasitə olduğunu bilmiş və lazım olduqca Turaçdan almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin cinayət işi 09 yanvar 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanılmasına səbəb, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədilə külli miqdarda, yəni təmiz çəkisi 82,82 qram olmaqla tərkibində narkotik maddələr olan küstar üsulla hazırlanmış narkotik vasitə heroinu əldə edib, 81,733 qramını ünvan 6 yaşadığı evin həyətində əl damında olan çemodanın içərisində, 1,087 qramını isə üzərində saxlamaqla daşımış, 08 yanvar 2022-ci il tarixdə saat 18 :10 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən köhnə maşın bazarının yaxınlığında saxlanılıb Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 1,087 qram olmaqla maddələr küstar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 08 yanvar 2022-ci il tarixdə ünvan 6 yaşadığı evin həyətində əl damına baxış keçirilərkən orada olan çemodanın içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda yəni, təmiz çəkisi 81,733 qram maddələr küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və “yaşayış yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollardan görünür ki, 08 yanvar 2022-ci il tarixdə saat 18:10 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən köhnə maşın bazarının yaxınlığında saxlanılıb Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 1,087 qram olmaqla maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 08 yanvar 2022-ci il tarixdə ünvan 6 yaşadığı evin həyətində əl damına baxış keçirilərkən orada olan çemodanın içərisində qanunsuz olaraq əldə edib saxladığı bir ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda yəni, təmiz çəkisi 81,733 qram maddələr küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/36 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroinə oxşar bir ədəd büküm” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümündə təmiz çəkisi 1,087 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş narkotik vasitə heroinə oxşar bir ədəd büküm” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 81,733 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 1,087, 81,733 qram. Tədqiqata cəmi sərf edildi 0,1 qram. Qalıq – 1,037 qram, 81,683 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-7/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 170.1, 177.2.1, 177.2.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq olunmaqla cəzası 03 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bundan başqa Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3, 69.4cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzası, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 11 ay 21 gün islah işləri 20% cəzası ilə əvəz edilib. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “video görüntüyə baxış keçirilməsi haqqında” prokollardan görünür ki, 1)Gəncə şəhər, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-də Kəpəz RPİ-nin TB-in baş təhqiqatçısı, poli mayoru X6, Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Asim oğlu, həmin şöbənin şəməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və oun müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulur, əgər varsa təqdim etməsi bildirilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd bükümü təqdim edir və həmin büküm açıldıqda içərisində toz halında qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirlir və qanunla qadan olunmuş hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd bükümün içərisində olan narkotik vasitə heroinə oxşar kütlə həmin siqaret falqası ilə birlikdə elektron tərəzidə çəkilir və çəkisi siqaret falqası ilə birlikdə 1,25 qram gəlir. Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş büküm zərfə qablaşdırıldı və üzəri Az.Resp-sı DİN-nin 120 saylı möhürü ilə möhürlənərək iştirkçılar tərəfindən imzalanır. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəsini Abbas Səhhət adlanan ərazidə tapdığını bir hissəsisni istifadə etmək üçün üzərində gəzdirdiyini, qalan hissəsini isə yaşadığı evdə ona məxsus əl damında saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirir. 2) Kəpəz RPİ-nin TB-in baş təhqiqatçısı, poli mayoru X6, Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Asim oğlu, həmin şöbənin şəməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və oun müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanının həyətyanı sahəsinə daxil olduqdaq sonra Turaç İbtahimov narkotik vasitəni saxladığı həmin həyətyanı sahədə olan əl damını göstərir. Həmin əl damına daxil olduqdan sonra Təqsirləndirilən şəxs qara rəngli çemodanın içərisinə qoyduğu, sellefon torbada olan bir ədəd bükümü özü təqdim edir. Həmin büküm açıldıqda içərisində toz halında. qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar kütlə aşkar edilir. Həmin kütlə elektron tərəzidə çəkilir və sellefonilə birlikdə çəkisi 82,31 qram gəlir. Həmin büküm zərfə qablaşdırıldı və üzəri Az.Resp-sı DİN-nin 120 saylı möhürü ilə möhürlənərək iştirkçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq zamanı verilmiş əməliyyat tapşırığı əsasında Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsi müyyən olunmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvan 4 ünvanından aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədilə əldə etsə də, narkotik vasitə satdığı digər hər hansı şəxs və ya şəxslərin dairəsi, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən üzərində və yaşadığı evdən başqa digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı "xxxx" nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi haqqında qərar verilməsi və icrasının Bakcell MMC-yə tapşırılması üçün təqdimatla Kəpəz Rayon Məhkəməsinə müraciət edilmiş, Kəpəz Rayon Məhkəməsinin həmin təqdimatla bağlı xx.xx.2022-ci il tarixli qərarı icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-dən daxil CD diskə tərəfimdən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı “***-***-**-**” saylı nömrə Gəncə şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. Birinci fayl player proqramı ilə açıldı və içərisində ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “Fikrin nedi onu denen 5 deqalix şeyi 4 saati meni agrida colde qoyufsan ozunde taxsi bilisen agri nedi gotur getir temani lazim dolu”, “Tural men usagam mi basimi aladisan agali agrida meni qoyuf ozun bilmirem nagardin gozduyurem gecede olsa kucenizdeyem” mesaj mətnlərinin olduğu müəyyən edildi. Bundan başqa ikinci fayl player proqramı ilə açıldı və içərisində ***-***-**-** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən göndərilən “Məndə burdayam hardasan mamamnan 15 manat pul aldım o gələnə kimi nağarax”, bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “ Ramin jarim götürmej olarmı sabax”, “ Salam ramin qaqa bejax saa zeh vurdum dejem orajnan danişardin sorusardin ki jari götürmej olarmi olsajdi götüredij açmadin mecbur getdim bir çet şüşe bir çetde kakos aldim 30 getdi gene jari alsajdix ki üçdefe vurmalix olardi mejse kismet sabax 30 manatim olacax sen götürü bilersen se menen elaqe saxlikarsan gütürerij qaqa dejim bil dobru atacam qazana doza kimize vuracijix jerde qalanı götürecem bide senin sorana göre de ja isdesen seheri jene men pisirende doza jirmi bes otuz tocqa verim jada ele hemin günün özüne birez verim özün hazirijif vurarsan qaqa bele elemeje razısan s maa xeber elejersen ki bilim ajri adama dejim demijim sabaga göre”, “Ramin jarim götürmej olarmı sabax”, “ Ramin mende qizil nazij sep var bunu seleme qoyuf 100 manat götüre bilersen mi ejer götürsej pulun hamisina tema götürüm senen böley 20 manatlix ag üseden 50 manatlixda rahilden alax ne olacax qardas mali kimi ten jari bölej qaqa maa bir cavab dejersen sen cani gör nagara bilirsen”, bundan başqa ***- ***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “İlqar qadan o telfonu gütürmeje 9 manatım çatmır dedim ejer şet isdijen olsajdi ja 10 manatlıx jada 15 manatlıx vererdim saa dejem olsajdı elin girrimi çete sende maa dejerdin getirerdim veredim ele hemde telefonu götürerdim”, bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “Niko gözdeme qajid eve 25 manatlıx kanalım açıldı dedi uzağı biir sahata görüşek saa dedjime göre cağracam gelersn bize o adamnan görüşen kimi balamın canı cağracam arxejin ol pulunda özündü qalar jada men seni cağran kimi taksiie oturuf tez gelersen bize niko her se”, “Niko gelimmi gedej götürej bilirem ki, xetrine deyif amma tova dedim bu hemi cox verir hemde jaxşı maldı bundakı bilmirem dejif se zeh vuracax ej prosdu dejen hele cox cekecej ona göre dejirem hem de saa söz vermişem”, bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “Sabagin xeyir xaqani mende nzij qizil sep var satisa cxartdim 170 manat qijmet qojdular prosdu satmax isdemirem qzimin sepidi seleme qojum dejirem hajifdi 2 ajdan sonra prasentinen bir jerde pulu verif sepi götermej isdirem dedim ejer selemçi tanisin varsa düz qos tema götürüm senen qardas mali kimi jari bölüm hem ag rehliden hemde karisnividen xaqis maa he joxunu deyersen lap da isdesen senin pulunu verim 30 manat hörmetini elijim jada mal götürüm bölej cavab dejersen bilim sen cani gözdüjecem cavabini xaqis” bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “Ziyat zeh vurma gedirem kakonu götürem o adama demisem men tekem ona göre deyirem yigma meni özüm gelirem indi sebrli ol”, bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “Ay kerim o emanet üsdümdedi beyax sen dedin deye evden girdim götürdüm sen indi gelmirsen se bunu qoyum eve maa tez cavab de bilim üsdümde herlemeyim yalan yere” məzmununda göndərilən mesaj mətnlərinin olduğu müəyyən edildi. Bundan başqa üçüncü fayl player proqramı ilə açıldı və içərisində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** saylı nömrə Gəncə şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. Bundan başqa dördüncü fayl player proqramı ilə açıldı və içərisində xx.xx.2021-ci il tarixdə saat 00:00-dan xx.xx.2022-ci il, saat 00:00-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə mobil telefonlar vasitəsi ilə telefon zənglərinin və danışıqlarının aparıldığı digər mobil nömrələrin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının əks olunduğu məlum olur. Həmin siyahıda olan mobil nömrələrin sahibləri barədə məlumatlar iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 1(043)-89/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə təyin olunmuş 3000 manat cərimə cəzası qəti olaraq 20 faiz məbləğində pul tutulmaqla 11 ay 21 gün müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 253293/18 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin olunmuş 11 ay 21 gün müddətinə islah işləri cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 34 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 146 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2022-ci il tarixli 2420 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “Opioidlərdən asılılıq” diaqnozu ilə dispansrdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X11 İbrahimovun qızıdır, xx.xx.2011-ci il təvəllüdlü Adəm İbrahimov Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübutlar – məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci tarixli tədqiqatından qalıq qalmış 1,037 qram və 81,683 qram çəkilərdə heroin cinayət işi üzrə maddi sübut qismində tanınmış və ünvan 11 ünvanında yerləşən Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə qeyd olunan narkotik vasitəni satış məqsədi ilə əldə etməməsinə, üzərindən və evindən aşkar edilən narkotik vasitə ona məxsus olmamasına, həmin narkotik maddələri polislər özləri gətirib yaşadığı evin həyətyanı sahəsində olan əl damaında olan çemodanın içərisində gizlətməsinə dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığından həqiqətə uyğun hesab etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2022ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 146 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmaldır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət , iş üzrə maddi sübutlar – məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci tarixli tədqiqatından qalıq qalmış 1,037 qram və 81,683 qram çəkilərdə heroin cinayət işi üzrə maddi sübut qismində tanınmış və Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci tarixli tədqiqatından qalıq qalmış 1,037 qram və 81,683 qram çəkilərdə heroin məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 08 yanvar 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci tarixli tədqiqatından qalıq qalmış 1,037 qram və 81,683 qram çəkilərdə heroin məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-279/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-279/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver