Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-279/2023 27.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2002-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Yevlax şəhəri Ə.Cavad küçəsi ev 1-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Yevlax şəhəri Bakı küçəsi ev 48-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci ildə bacısı ilə keçmiş nişanlısı Zərərçəkmiş şəxs aralarındakı telefon əlaqəsi zamanı bacısı Şahid1 ünvanına nalayiq ifadələr işlətməsini xx.xx.2022-ci ildə öyrənib bundan əsəbiləşərək qisas almaq məqsədilə xx.xx.2022-ci ildə saat 01 radələrində Zərərçəkmiş şəxs olduğu Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Günəş” otelin həyətinə gələrək sonuncunu otel ərazisindən 10-15 metr məsafədə küçədə yerləşən qaranlıq yerə çağırıb onunla bacısının ünvanına nalayiq ifadələr işlətməsininin səbəbini aydınlaşdırarkən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı qabaqcadan özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin arxa və ön səthinə, sol said, sol bazu, sağ körpücükaltı, sol bel və göbək nahiyələrinə vuraraq, döş qəfəsi nahiyyəsinin ön səthində 1 (bir) ədəd daxilə keçməyən, döş qəfəsi nahiyyəsinin arxa səthində 1 (bir) ədəd daxilə keçməyən, sol said nahiyyəsində 3 (üç) ədəd, sol bazu nahiyyəsində 1 (bir) ədəd, sağ körpücükaltı nahiyyəsində 1 (bir) ədəd, sol bel nahiyyəsində 1 (bir) ədəd, göbək nahiyyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət ümumilikdə və ayrı-ayrılıqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətlərini və döş qəfəsi nahiyyəsinin ön səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş döş boşluğuna - daxilə keçən yaradan ibarət, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən AĞİR zərər vurmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə baxışında qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktikti halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək göstərdi ki, Yevlax şəhəri Ə.Cavad küçəsi ev 1-də qeydiyyatda olmaqla Yevlax şəhəri Bakı küçəsi ev 48-də ailəsi ilə birlikdə yaşayır, özündən başqa 1 qardaşı, iki bacısı vardır, evin böyük övladıdır. Zərərçəkmiş şəxs qohumudur. 2021-ci ilin fevral ayında Səma hərbi xidmətdə olarkən Səmanın valideynləri yaşadığı evə gələrək bacısı Vüsalə ilə Səma arasında el adəti ilə söz kəsmiş, nişan qoymuşlar. Vüsalə Səma bir-biri ilə telefonla əlaqə saxlamışlar. Arabir Səmanın valideynləri onlara qonaq gəlmiş və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Səma hərbi xidməti bitirdikdən sonra yaşadığı evə qayıtmış və bacısı Vüsalə ilə telefonla danışan zaman ona nalayiq ifadələr işlətmişdir. Buna görə əvvəllər atası Elnur Səma ilə münasibətlərə son qoymaq istəmiş və bacısı Vüsalə ilə aralarında olan nişanı pozmaq istəmişdir. Lakin Səmanın valideynləri Fəzail və Xuraman bir daha belə hərəkət olmayacağnıbildirərək nişanın qaytarılmasına maneçilik törətmiş, atası Elnur da Səmanı bağışlamışdır. 13 dekabr 2022-ci ildə yaşadığı evdə bacısı Vüsalə Səma ilə aralarında olan nişanın qaytarılmasını istədiyini demiş, atası Elnur bacısı Vüsalədən nəyə görə və hansı səbəblərə görə nişanın qaytarılmasını istədiyini soruşanda Vüsalə Səmanın ona telefonda nalayiq ifadələr işlətdiyini demişdir. O, Səmanın bacısı Vüsaləyə dediyi nalayiq ifadələri eşidəndə çox pis olmuş və Səmanı həmin söyüşlərə görə cəzalandıracağına söz vermişdir. Həmin gün saat 23 radələrində Səmanın valideynləri Fəzail və Xuraman yaşadığı evə gəlib nişanın qayıtmamasını desələr də bacısı Vüsalə nişanı qaytaracağını, Səmanın düzəlmədiyini bildirib nişanda alınan xonçaları Səmanın valideynlərinə qaytarmışdır. Səmanın bacısını söyməsi ona pis təsir etmiş, 15 dekabr 2022-ci il tarixdə saat 00 radələrində Yevlax rayonundan Bərdə rayonu istiqamətinə tərəf yolda dayanıb Bərdə istiqamətində gedən yol maşınına əl edib saxlatdıraraq Bərdə rayonuna gəlmiş, “Günəş” hotelin qarşısında tanımadığı taksi avtomaşınından düşüb Səmanın işlədiyi “Günəş” hotelə getmiş, otelin həyətinə daxil olub Səmanı görüb çağırmışdır. Səma onu tanıyaraq ona tərəf gəlib görüşmüşdür. O, Səmaya “burdan çıxaq, bayırda səninlə işim var” demiş, onlar birlikdə “Günəş” hotelin həyətindən çıxıb qapdan sağ tərəfdə təxminən 10 metr məsafədə olan qaranlıq yerdə dayanıb söhbət etmişlər. Həmin vaxtı Səmaya “nəyə görə belə hərəkətlər edirsən, nişanlınla söyüşlə danışırsan, sən özünə necə hörmət edirsən ki, gələcək həyat yoldaşınla bu cür rəftar edirsən, Vüsalə mənim bacımdır, mənim qeyrətim namusumdur” deyibk danlamış, Səma isə ona Vüsaləyə nalayiq sözlər demədiyini bildirmişdir. O, Səmaya “onda mənim bacım səhv danışır, kim istəyər ki, gələcək həyatına son qoysun, demək sən nalayiq sözlər işlətmisən ki, bacım səninlə olan nişanı qaytarıb” demiş, sol əli ilə Səmanın sağ çiynindən tutub, əvvəlcədən özü ilə cibində gətirdiyi və açıq şəkildə saxladığı qatlanan bıçağı çıxarmışdır. Səma əlindəki bıçağı görüb, səhv etdiyini, bir daha belə hərəkətlər etməyəcəyini desə də Səmaya “namusuma nalayiq ifadələr işlətmisən, buna görə də cavab verəcəksən!” deyib sağ əlində açıq şəkildə tutduğu bıçaqla bir dəfə onun döş qəfəsinə zərbə vurmuş, bundan sonra Səma həmin vaxtı əl və ayaq nahiyyələri ilə onu özündən uzaqlaşdırmaq istədikdə əlindəki bıçağı hərəkət etdirən zaman, Səma digər xəsarətlər də almışdır. Səmanı yerə yıxıldıqdan sonra həyəcanlı olduğu üçün oradan aralaşmış, yolun kənarında durub Yevlax rayonu istiqamətinə tərəf gedən yol taksilərinə əyləşib yaşadığı Yevlax şəhərinə getmiş, gec olduğu üçün valideynləri yatdığından hasarın üzərindən həyətə keçib heç kimə söz demədən hamama girib əl-üzünü yumuş, səhər tezdən qapılarına gələn polis əməkdaşları ilə birlikdə Bərdə rayonuna polis şöbəsinə gəlmiş, etdiyi cinayət əməlini səmimi etiraf etmişdir 1 gün orada saxlanıldıqdan sonra izahat Təqsirləndirilən şəxs X4 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o Səmaya bıçaqla xəsarət yetirəndə yanlarında heç kim olammış. Hadisə vaxtı yaxınlıqdan adam olmasını da xatırlamır. Hadisədən sonra zərərçəkmiş yerə yıxıldığını görüb həyəcanlı olduğu və qorxduğu üçün hadisə yerindən uzaqlaşıb yaşadığı evə gəlmiş, həmin gün yəni xx.xx.2023-cü ildə səhər polis əməkdaşları ilə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Zərərçəkmiş şəxslə barışmış və sağlamlığına vurduğu ziyanı tam olaraq ödəmişdir. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bərdə rayonu Gərənə kəndində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, ailənin tək övladıdır. Təqsirləndirilən şəxs ilə qohumdurlar. X13 atası Fəzailin xalası qızıdır, Yevlax şəhərində yaşayırlar. 2021-ci ilin yanvar ayında hərbi xidmətə getmiş, hərbi xidmətdə olan zaman həmin il aprel ayında valideynləri Fəzail və Xuraman onu Şahid1 ilə nişanlamışlar. Hərbi xidmətdə olduğu müddətdə bir dəfə telefon vasitəsilə Vüsalə ilə danışmışdır. Xidmətdən qayıtdıqdan sonra valideynləri ilə birlikdə Vüsalənin yaşadığı evə qonaq getmiş, sonrakı dövrdə onlara getməmiş və Vüsalə ilə ancaq telefon vasitəsilə əlaqə saxlayıb danışmışdır. Vüsalə telefonu gec açdığına və gec cavab verdiyinə görə bir neçə dəfə aralarında narazılıq olmuş, küsmüşlər. Vüsalə və anası İradə ona gətridikləri xonca və üzüyü gəlib aparmağı nişanı qaytardıqlarını dedikdə valideynlərinə bildirmiş, valideynləri də onların yaşadığı Yevlax şəhərinə getmiş və nə baş verməsi ilə maraqlananda “sizlə alınmır nişanı geri qaytarırıq” demişlər. Bu hal bir neçə dəfə baş vermiş, lakin valideynləri buna razı olmamış, sonrakı dövrdə Vüsalə ilə münasibəti düzəlmiş və onunla telefonla əlaqə yaratmışdır. 14 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Vüsalə ilə telefon vasitəsilə əlaqə yaratmış və onunla mehriban danışmış, Vüsalə ayın 15-i gəlib məni qaçırarsan demişdir. Vüsalə ilə sağollaşmış onunla əlaqə yaratmamışdır. 14 dekabr 2022-ci il saat 18 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Günəş” otelə gedib dayısı Musaqifə kömək etmiş, orada otelə daxil olan avtomaşınları yer göstərib gələn qonaqları qarşılamışdır. Oteldə rəsmi olaraq işləməsə də iki gün Musaqifə kömək etmişdir. 15 dekabr 2022-ci il saat 01 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Günəş” otelin həyətində avtomaşının qarşısında dayanarkən kimsə onu çağırmış, səs gələn tərəfə dönəndə Vüqarı görüb yanına gedib onunla görüşmüşdür. Vüqar onu otelin həyətindən bayıra çıxararaq söz deyəcəyini bildirmiş, Vüqarla birlikdə otelin həyətindən çıxıb sağa tərəfə 10-15 metr gedib qaranlıq yerdə dayanmışlar. Vüqar ona “niyə belə edirsən, bacım Vüsalə ilə olan nişanı qaytarırsan” demiş, O isə “nişan qaytarmaq fikrim yoxdur bunu sənin bacın və anan istəyir” deyəndə Vüqar sol əli ilə çiynindən tutub sağ əlində açıq vəziyyətdə olan bıçaqla döş qəfəsinə vurmuşdur. Vüqara müqavimət göstərərək onu əl və ayaqları ilə özündən uzaqlaşdırmaq istəmiş, Vüqar əlində olan bıçaqla aralarındakı münaqiş zamanı ona tərəfə faha bir neçə bıçaq atmış həmin vaxt da qol və qarnından xəsarətlər almışdır Yerə yıxılmış, Vüqar isə qaçıb getmişdir. Özünün mobil telefonu vasitəsilə atası Fəzailə və dayısı Müsaqibə zəng edərək Vüqar tərəfindən bıçaqlandığını demişdir. Bundan sonra təcili tibbi yardım maşını ilə onu Bərdə rayon xəstəxanasına aparmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Səma Quliyev bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir, ona yüngül cəza verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bərdə rayonu Gərənə kəndində yaşayır, Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Günəş” oteldə administrator işləyir. Zərərçəkmiş şəxs doğma bacısı oğlu, Təqsirləndirilən şəxs isə qaynı oğludur. Səma Vüqarın bacsı Vüsalə ilə nişanlı olmuş, aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Səma hərdən bir işlədiyi Günəş otelə gəlib ona köməklik etmişdir. 14 dekabr 2022-ci il tarixdə Səma işlədiyi “Günəş” otelə gələrək avtomaşınların parkinqi ilə məşğul olmuş, 15 dekabr 2022-ci il gecə yarı oteldə müştəriləri yerləşdirdikdən sonra içəri keçib dincəlmək istəyərkən, saat 01 radələrində Səma ona öz mobil nömrəsindən zəng edərək Elnurun oğlu Vüqarın onu bıçaqla yaralayıb qaçdığını demişdir. Oteldən çölə çıxanda Səmanın üstünün qan olduğunu görüb tez təcili tibbi yardıma zəng etmiş və Səmanı Bərdə rayon xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Yevlax şəhəri Bakı küçəsi ev 48-də yaşayır, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Bərdə rayonu Gərənə kəndində yaşayan Zərərçəkmiş şəxs isə sabiq nişanlısı olmuşdur. Zərərçəkmiş şəxs ailəsi ilə onun ailəsi yaxın qohumdurlar. Səmanın atası Fəzail və anası Xuraman bir neçə dəfə onların yaşadıqları evə gəlib oğlunu Səmaya istəmişlər. 18 yaşı tamam olmadığı üçün valideynləri gözləmələrini bildirsə də 13 iyun 2021-ci ildə Səmanın valideynləri yenidən onun yaşadığı evə gəlib təkrar onu Səmaya istəmiş, atası Elnur və anası İradənin razılığı ilə onu Səmaya nişanlamışlar. Həmin vaxtı Səma hərbi xidmətdə olmuşdur. Səma hərbi xidmətdən qayıtdıqdan sonra valideynləri ilə onlara qonaq gəlmiş, onunla mobil telefon vasitəsilə əlaqə yaratmış və danışmışlar. Səma onunla telefonda bir neçə dəfə kobud danışmış və kobud sözlər demişdir. Aralarında bir neçə dəfə buna görə narazılıq olmuşdur. Hətta o, Səma ilə nişanı qaytarmaq barədə danışmış, buna görə də Səmanın valideynləri onlara gəlmiş və onu nişanı qaytarmaq fikrindən daşındırmışlar. Səma da söz vermişdir ki, bir daha belə sözlər deməyəcək. Səma ilə münasibətləri düzəlmiş və yenidən telefon vasitəsilə danışmışlar. Amma Səma yenə telefon əlaqəsi zamanı onun ünvanına nalayiq ifadələr işlətmişdir. Artıq dözə bilmədiyi üçün Səma ilə aralarında olan münasibətə və nişana son qoymağa qərar vermiş və bu barədə Səmaya demişdir. 13 dekabr 2022-ci ildə Səmanın valideynləri yaşadığı evə gəlmiş, barmağındakı nişan üzüyünü və nişanda gətirilən xonçaları onlara verib nişana son qoyduğunu demişdir. Öz valideynləri niyə belə etdiyini soruşanda isə Səmanın kobud ifadələrindən bezdiyini və ona qarşı nalayiq ifadələr işlətdiyini demişdir. Həmin vaxtı valideynləri ona səbrli olmağı, hər şeyin düzələcəyini demişlər. Ata-anası ilə danı.anda qardaşı Vüqar da evdə olmuş və dediyi sözləri eşitmişdir. 15 dekabr 2022-ci ildə yaşadığı evdə olan zaman polis əməkdaşları onlara gəlib, Vüqarın Səmanı bıçaqla vurduğunu demiş, həmin vaxta qədər heç nədən xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs və ailəsi ilə aralarında əvvəllər mübahisə olmamış, Səma hərbi xidmətdə olarkən atası Fəzail və anası Xuraman bir neçə dəfə yaşadıqları evə gələrək qızı Vüsaləni oğlu Səmaya istəmiş, qızın 18 yaşı tamam olmadığı üçün əvvəl razı olmasalar da 13 iyun 2021-ci ildə Fəzail və Xuraman yaşadığı evə gələrək qızı Vüsaləni Səmaya istəmiş və əri Elnurun razılığı ilə Vüsaləni Səmaya nişanlamışlar. X14 ilə nişalanandan sonra mobil telefon vasitəsilə əlaqə yaratmış və danışmışlar. Vüsalə bir neçə dəfə Səma ilə nişanı qaytaracağını desə də ona səbrli olmağı, cavan olmalarını, hər şeyin düzələcəyini demişdir. 13 dekabr 2022-ci il tarixdə Səmanın valideynləri Fəzail və Xuraman yaşadığı evə gəlmiş və ona qızı Vüsalənin nəyə görə nişanı qaytaracağını soruşmuşlar. Onlara qızı Vüsalə nə deyirsə o olacağını demiş və biraz söhbətləşdikdən sonra Vüsalə gətirilən nişan üzüyünü və xonçaları verərək nişana son qoymalarını demiş, onlar da əşyaları götürüb getmişlər. Gedəndən sonra Vüsaləyə niyə belə elədiyini soruşanda Vüsalə artıq Səmanın kobud ifadələrindən bezdiyini və ona nalayiq ifadələr işlətdiyini demişdir. Həmin vaxtı oğlu Vüqar da evdə olmuş, Vüsalənin dediyi sözləri eşitmişdir. xx.xx.2022-ci ildə onlar ailəlikcə yatmağa getmiş, 15 dekabr 2022-ci ildə yaşadığı evdə olanda polis əməkdaşları onlara gəlmişlər. Vüqarın Səmanı bıçaqla vurduğunu deyəndə təəccüblənmiş, hadisədən xəbərləri olmamışdır. Məhkəmə iclasında ifadə verməkdən imtina edən Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi tədqiq edilmiş o, arvadı Şahid3 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ailəsi ilə Bərdə rayonu Gərənə kəndində yaşayır, Zərərçəkmiş şəxs doğma oğludur, ailənin tək övladıdır. Təqsirləndirilən şəxs və Şahid1 əri Fəzailin xalası nəvələridir. Oğlu Səma 2021-ci ildə hərbi xidmətə getmiş, O əri ilə Fəzailin Yevlax rayonunda yaşayan qohumları İradənin qızı Vüsaləni Səmaya nişanlamaq istəmişlər. Onlar bir neçə dəfə Yevlax rayonuna İradənin yaşadığı evə getmiş və qızı Vüsaləni oğlu Səmaya nişanlamışlar. Bir müddətdən sonra nişanlılar arasında narazlıq yaranmış və qız tərəfi nişanı qaytarmaq istəmişdir. Əri Fəzaillə bir neçə dəfə Vüsalənin yaşadığı evə gedib ona nişanı qaytarmamasını demişlər. 13 dekabr 2022-ci ildə son dəfə əri Fəzaillə Yevlax rayonuna gedib Vüsalə ilə nişanı qaytarmamaq barədə danışsalar da Vüsalə buna razı olmayaraq ona verilən üzüyü və nişan xonçalarını qaytarmış və evlərinə gəlmişlər. 15 dekabr 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə olan zaman oğlu Səma əri Fəzailin mobil telefonuna zəng etmiş, Fəzail tələsik evdən çıxıb getmiş, sonradan oğlu Səmanı Təqsirləndirilən şəxs bıçaqla vurub xəsarət yetirdiyini öyrənmişdir. Məhkəmə iclasında ifadə vermiş iş üzrə şahid qismində dindirilən Mahmudov Şahid5 Xuraman Ədalət qız ilə eyniməzmunlu ifadə verərək əlavə olaraq göstərmişdir ki, 15 dekabr 2022-ci il tarixdə saat 01 radələrində oğlu Səma ona mobil telefonla zəng edərək Vüqar tərəfindən bıçaqla vurulduğunu demiş, həmin vaxt evdən çıxıb “Günəş otel”in yanına getmiş, orada təcili tibbi yardım maşını olduğunu görmüş və həmin maşınla oğlu Səmanı Bərdə rayon mərkəzi xəstəxanasına aparmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Günəş” otelin giriş qapısından 10-15 metr aralıda asfalt yolda baş vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “götürmə aparılması haqqında” 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 01 ədəd qara rəngli kofta və 01 ədəd boz rəngli kurtka təqdim etmiş və həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı koftanın və kurtkanın sol yan hissələrində bıçaq kəsiyinə bənzər oval formalı dəlibkeçən zədələr, qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “götürmə aparılması haqqında” 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi 01 ədəd bıçaq könüllü şəkildə təqdim edilmiş və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin düzgünlüyü hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş, hadisəni törətdiyi yeri və mexanizmi göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Bərdə rayon ekspertiza şöbəsinin məhkəmə-tibbi ekspertizasının 23 dekabr 2022-ci il tarixli 1027 nömrəli rəyindən görünür ki Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol said nahiyyəsinin 3 (üç) ədəd, sol bazu nahiyyəsinin 1 (bir) ədəd, döş qəfəsi nahiyyəsinin sağ yarısında 2 (iki) ədəd (bir ədədi daxilə keçən), döş qəfəsi nahiyyəsinin sağ yarısının arxa səthində 1 (bir) ədəd, göbək nahiyyəsində 1 (bir) ədəd, sağ körpücükaltı nahiyyədə 1 (bir) ədəd, sol bel nahiyyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (alətlər) ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə a) döş qəfəsi nahiyyəsinin ön səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaranın döş boşluğuna-daxilə keçən yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, b) döş qəfəsi nahiyyəsinin ön səthində 1 (bir) ədəd daxilə keçməyən, döş qəfəsi nahiyyəsinin arxa səthində 1 (bir) ədəd daxilə keçməyən, sol said nahiyyəsində 3 (üç) ədəd, sol bazu nahiyyəsində 1 (bir) ədəd, sağ körpücükaltı nahiyyədə 1 (bir) ədəd, sol bel nahiyyəsində 1 (bir) ədəd, göbək nahiyyəsində 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 19 yanvar 2023-cü il tarixli 649-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəs Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sağ yaxalığında bir ədəd dəlib-keçən, iki ədəd dəlib-keçməyən, bir ədəd kənari zədə, köynəyin ön səthinin sağ nahiyəsində altı ədəd, köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd, köynəyin arxa səthinin orta nahiyəsində bir ədəd, köynəyin sol qolunun ön səthində isə üç ədəd dəlibkeçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr və kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağına aiddir və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 16 yanvar 2023-cü il tarixli 826/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu O alfa beta (İ)-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, kofta üzərində olan ləkələrdə O alfa beta (İ) qruplu insan qanı aşkar edilmişdir. Bu qan ləkələri O alfa beta (İ) qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin məhkəməpsixatrik eskpertizasının 20 dekabr 2022-ci il tarixli 776 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 11 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisənin törədilməsində istifadə edilən 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağı, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qara rəngli kofta və 01 ədəd boz rəngli gödəkcə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli, 65/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Yevlax rayon İcra Hakimiyyəti başçısının Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 dekabr 2022-ci il tarixli 6523 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 17 dekabr 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan, Bərdə rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 19 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş 21 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş daxil olmuş 21 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Şahid5 Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bacısı ilə sabiq nişanlısı olan qohumu Zərərçəkmiş şəxs aralarındakı telefon danışığı zamanı bacısının ünvanına nalayiq ifadələr işlətməsini öyrənib ondan qisas almaq məqsədilə olduğu Bərdə rayonu “Günəş otel”ə gələrək sonuncunu otelin yaxınlığındakı küçəyə qaranlıq yerə çağırıb orada hansı səbəbdən bacısını söyməsini soruşmuş və həmin vaxt aralarında yaranmış şəxsi münasibətlər zəminində münaqişə zamanı əvvəlcədən özü ilə götürdüyü üzərində olan qatlanan tipli bıçaqla Zərərçəkmiş şəxs Fəazil oğluna sonucunun həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs münasibətdə onun yaşını, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə və ailə üzvləri ilə barışıq əldə etməsini, ona dəymiş ziyanı könüllü şəkildə ödəməsini, hökmün təsviri əsaslandırıcı hissəsində göstərilən cəzasını yüngülləşdirən digər halların məcmusunu nəzərə alaraq, qeyd edilən xüsusatları müstəsna hal kimi qiymətləndirib hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edililir. Hazırki iş üzrə isə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulması göstərilsə də, işin faktiki halları, təqsirləndirilən şəxs və şahid ifadələri, cinayət işindəki sənədlərdən və məhkəmə baxışı zamanı sorğu edilərək iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Bərdə RPŞ-yə gətirilərək azadlığı faktiki olaraq həmin vaxtdan məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı növbətçi hissə yanında olan inzibati qaydada saxlanılan şəxslər üçün nəzərdə tutumuş yerdə və xidməti otaqda (obizyankada) saxlanıldığını göstərsə də, xx.xx.2022-xx.xx.2022-ci ildə saxlanılıb Bərdə rayon polis şöbəsində harada və necə saxlanılması cinayət işinin məhkəmə baxışının nəticələrinə dair qəbul ediləcək xüsusi qərarın aidiyyəti orqanlar tərəfindən aparılacaq araşdırma predmeti olması nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun polis əməkdaşları tərəfindən Bərdə RPŞ-yə gətirilib faktiki saxlanıldığı 15 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş.....ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Bərdə rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağı məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qara rəngli kofta və 01 ədəd boz rəngli gödəkcə sahibinə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə Müdafiəçi xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağı məhv edilsin, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qara rəngli kofta və 01 ədəd boz rəngli gödəkçə sahibinə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-279/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-279/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver