Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-279/2025 20.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Şahid5 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 21, mənzil 51-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 13 may 2024-cü il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Kontakt Home” mağazasına müştəri qismində daxil olaraq oradan 1 (bir) ədəd 699,99 (altı yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat dəyərində “X14 2” markalı qulaqcığın qutusunu gizli olaraq talayıb, qutunun içərisində qulaqcığın olmaması səbəbindən öz iradəsindən asılı olmayaraq cinayətkar niyyətini başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 13 may 2024-cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kontakt Home” mağazasına müştəri qismində daxil olaraq oradan 1 (bir) ədəd 299,99 (iki yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat dəyərində “SanDisk” markalı sərt diski gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs "xxxx" MMC-yə 299,99 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 14 may 2024-cü il tarixdə Gəncə şəhəri, V.Xuluflu küçəsində dayanıqlı vəziyyətdə olan **-EK-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtomobilin içərisindən 1 (bir) ədəd 100 (bir yüz) ABŞ dolları əsginası və 1 (bir) ədəd 5 (beş) ABŞ dolları əsginası gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 105 (bir yüz beş) ABŞ dolları, yəni 177 (bir yüz yetmiş yeddi) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,641 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Gəncə şəhəri, Vaqif küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının ön sağ cibindən 1 (bir) ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 2,641 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 13 may 2024-cü il tarixdə “Gəncə Mall”-da yerləşən “Kontakt Home” mağazasına daxil olmuş və heç kəsin onu görmədiyinə əmin olduqdan sonra vitrində olan 1 ədəd “Apple AirPods” markalı qulaqlıq qutusunu satmaq məqsədilə cibinə qoyub oradan çıxmışdır. O, həmin qulaqlığı satmaq üçün köhnə Yevlax avtovağzalı adlanan yerdə yerləşən mağazaya gedib qulaqlığı satmaq istədiyini demişdir. Ona görə də o, həmin vaxtadək qutunun boş olduğunu bilməmiş, çünki qutunun üzərində sarı rəngli yapışqan lent olmuşdur. Orada baxan zaman qutunun içərisinin boş olduğunu görmüşdür. Bundan sonra o, gəldiyi taksi ilə Gəncə şəhəri, Abbas Səhhət adlanan ərazidə yerləşən “Kontakt Home” mağazasına getmişdir. Mağazaya daxil olduqdan sonra künc tərəfdə olan 300 manat dəyərində “SanDisk” markalı yaddaş qurğusunu heç kəsin onu görmədiyinə əmin olduqdan sonra götürüb getmişdir. Həmin qurğunu dostuna kreditə götürdüyünü deyib satmışdır. Növbəti gün, yəni 14 may 2024-cü il tarixdə gecə saat 2-3 radələrində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində “Qazel” markalı avtomobilin dayandığını görüb yaxınlaşmışdır. Avtomobilin aynasının açıq olduğunu görüb salona daxil olmuşdur. Oradakı pul qabından bir ədəd 100 ABŞ, bir ədəd isə 5 ABŞ dolları götürmüşdür. Həmin “Qazel” markalı avtomobildən bir qədər aralandıqdan sonra 100 ABŞ dolları əsginasının üzərində qırmızı rəngli yazı ilə “etibarsızdır” yazıldığını görərək cırıb atmış, lakin 5 ABŞ dollarını özündə saxlamışdır. 15 may 2024-cü il tarixdə ailə üzvləri xalasının yoldaşının vəfatının il dönümü ilə bağlı yas yerinə getdiklərindən o, evdə tək qalmışdır. Gecə radələrində evin qapısı möhkəm döyülmüş, o, kim olduğunu soruşduqda qapını döyən şəxs Gəncə şəhəri 1-ci polis şöbəsinin əməkdaşı Ramin müəllim olduğunu və onun etdiyi oğurluqla bağlı gəldiyini demişdir. O, əvvəlcə qapını açmaq istəməmiş, lakin səs-küyə görə qonşuların narahat olmaması üçün polislərə gözləmələrini və əynini dəyişib gələcəyini demişdir. Daha sonra o, qapını bağlamış və 2-ci mərtəbəyə qalxıb qonşusu Tamam xalaya evin açarını vermişdir. Həmin vaxt onunla birlikdə 3 nəfər polis əməkdaşı da yuxarı qalxmışdır. Qonşusu yanındakı şəxslərin kim olduğunu soruşanda, polislərdən biri Gəncə şəhəri 1-ci polis şöbəsinin əməkdaşları olduqlarını və onu şöbəyə apardıqlarını demişdir. Bundan sonra polis əməkdaşları onu Gəncə şəhər BPİ-yə aparmışlar. O, orada etdiyi oğurluqların hamısı etiraf etmişdir. Polis əməkdaşlarının onun sadəcə “Kontakt Home” mağazasından etdiyi oğurluqları bilmələrinə baxmayaraq, o, “Qazel” markalı avtomobildən də etdiyi oğurluğu etiraf etmişdir. Onu evdən aparan zaman o, polislərə qulaqlığın qutusunu boş olduğu üçün atdığı yeri demiş və sonuncularla birlikdə gedib qutunu götürmüşdür. O, qulaqlığın qutusunu xəstəxananın yaxınlığında yeni tikilən bağçanın yanındakı birinci blokun ikinci mərtəbəsindəki su sayğacının içərisinə qoymuşdur. Şöbədə etdiyi oğurluqları etiraf etdikdən sonra ona üzərinə narkotik vasitə götürməyini demişlər, lakin o, buna razı olmamışdır. O, əvvəllər narkotik istifadə etmiş, lakin saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Şöbədə onu CAB-ın rəis müavini Devran müəllim yanına aparmışlar. Sonuncu onu ailəsi ilə təhdid edib döyməyəcəklərini, sadəcə sənədlərə imza etməyini demişlər. Daha sonra ona CM-in 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini demişdir. O da məcbur olub narkotik vasitəni üzərinə götürməyə razılaşmışdır. Onu digər otağa aparmışlar, bir qədər sonra yanına iki nəfər əməliyyatçı gəlmiş və sonunculardan biri onun şalvarının cibinə narkotik vasitə qoyaraq daha sonra təqdim etməyini demişdir. Az sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmışdır. Polislər ona videoçəkiliş zamanı hansı şəraitdə saxlanılmağını və narkotik vasitəni çayın kənarında tapdığını deməyini tapşırdıqları üçün o, həmin formada demişdir. Videoçəkilişdən əvvəl müdafiəçi Nofəl müəllimdən 5 qramadək metamfetaminin CM-in 234.1-ci maddəsi ilə məsuliyyət yaradıbyaratmadığını soruşmuş, sonuncu isə narahat olmamağını demişdir. Prokurorluqda olarkən ona ağır maddə ilə ittiham verildiyini bildiyi üçün Nicat müəllimə narkotik vasitənin ona məxsus olmadığını, üzərinə qoyulduğunu demişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, saxlanılmamışdan qabaq psixotrop maddə metamfetamin istifadə etmiş, oğurluqları da narkotik vasitə almaq üçün pul lazım olduğundan etmişdir. Saxlanılmamışdan təxminən bir ay əvvəldən narkotik vasitə istifadə etməyə başlamış, gündəlik 0,1-0,2 qram narkotik vasitə istifadə etmişdir. O, istifadə etdiyi narkotik vasitəni hər dəfə fərqli şəxslərdən əldə etmişdir. O, həmişə narkotik vasitəni gündəlik istifadə üçün almış, heç vaxt qabaqcadan 2-3 qram almamışdır. Bununla belə, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Sonuncu dəfə də saxlanıldığı gündən bir gün əvvəl narkotik vasitə istifadə etmişdir. “Gəncə Mall”-da yerləşən “Kontakt Home” mağazasından götürdüyü 1 ədəd içərisi boş olan “X14 2” markalı qulaqlıq qutusunu saxlanıldığı gün polisə təhvil vermiş, Abbas Səhhət adlanan ərazidə yerləşən “Kontakt Home” mağazasından götürdüyü xarici yaddaş qurğusunu da satdığı şəxsdən geri alaraq polisə təqdim etmiş, “Qazel” markalı avtomobildən götürdüyü ABŞ dollarını geri qaytarmamış, çünki oradan götürdüyü 100 ABŞ dollarının üzərində “etibarsızdır” yazılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti zamanı üzərində aşkar edilmiş psixotrop maddə ilə bağlı məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin izahatında göstərmişdir ki, o, “patı” kimi tanıdığı narkotik vasitə istifadəçisi olmuşdur. Bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Gəncə şəhərində çayın sahilində gəzən zaman yerdə olan ağ rəngli kağıza bükülmüş büküm görərək diqqətini çəkdiyi üçün götürmüşdür. Həmin bükümü açdıqda içərisində patı kimi tanıdığı maddə olduğunu görmüşdür. O, həmin bükümü özünün şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, həmin maddədən bir dəfə də istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, Gəncə şəhəri, Vaqif küçəsi ilə Vəli Xuluflu küçəsinin kəsişməsində təkcə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək onun qanunsuz olaraq narkotik vasitəni üzərində saxlmasında şübhəli olduğunu qeyd edib Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etməyərək polislərlə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli şalvarının sağ ön yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükülünü təqdim edərək içərisində patı kimi tanıdığı maddə olduğunu bildirmişdir. Həmin büküm açılıb içərisinə baxıldıqda ilk görünüşdən psixotrop maddə metamfetaminə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 5,3 qram təşkil etməsi müəyyən olunmuşdur. Daha sonra onun üzərində şəxsi axtarış davam etdirilərək bir ədəd “X14 2” markalı qulaqlıq qutusu aşkar edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ola bilsin ki, 100 ABŞ dolları həqiqi olmuş və o həmin pulun saxta olması barədə səhv etmişdir. Narkotiklə bağlı epizod üzrə polislər onu döyməmiş, sadəcə psixoloji təzyiq göstərib narkotik vasitəni üzərinə götürməyəcəyi təqdirdə qardaşının avtomobilindən çıxaracaqlarını demişlər. Polis əməkdaşı Əli Qurbanov və Şahid1 onu hədələməmiş, Devran adlı polis onu hədələmişdir. Şahid3 doğru danışmışdır. O, qulaqlığın qiymətini bilmiş və dəyər-dəyməzinə satmaq məqsədi olmuşdur. O, qulaqlığın qutusunu götürərkən içərisinin boş olduğunu bilməmiş, satmaq üçün mağazaya gedəndə bu barədə bilmişdir. Çünki qutunun üzərində sarı rəngli yapışqan lent olduğu üçün içərisinin boş olduğunu düşünməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, idarə etdiyi “Qazel” markalı avtomobili Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən ünvansız evinin qarşısında saxlamış və müşahidə kamerası olduğu üçün avtomobilin qapılarını açıq qoymuşdur. xx.xx.2024-cü il tarixdə səhər radələrində avtomobilə daxil olanda içərinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, heç nəyə toxunmadan polisə məlumat vermişdir. Polis əməkdaşları gəlib kamera görüntülərinə baxmışlar. Sonradan o, avtomobildən 105 ABŞ dolları götürüldüyünü müəyyən etmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, avtomobili hadisədən əvvəl xx.xx.2024-cü il tarixdə, gecə 1 radələrində saxlamışdır. 105 ABŞ dolları saxta olmamış, həqiqi pullar olmuşdur. O, yoldan gəlib yorğun olduğu üçün pul qabını avtomobildə qoyaraq düşmüşdür. Pul qabından sadəcə 105 ABŞ dolları götürülmüş, bank kartları dağınıq vəziyyətdə olsa da götürülməmişdir. Səhəri gün baxdıqda avtomobilinin yaxınlığında cırılmış pul əsginası görməmişdir. Ona dəymiş ziyan ödənilməmiş, lakin onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Şahid5 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman o, “Kontakt Home” mağazalar şəbəkəsinin Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən mağazasında müdir vəzifəsində işləyirdi. xx.xx.2024-cü il tarixdə mağazadakı əməkdaşlardan biri yaxınlaşıb vitrində olan bir ədəd “Sandisk” markalı yaddaş qurğusunun yerində olmadığını demişdir. O, müşahidə kameralarına baxdıqda yaddaş qurğusunun Təqsirləndirilən şəxs tərəfindən götürüldüyünü görüb bu barədə DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Polislər mağazaya gəldikdən sonra o, sonunculara görüntüləri təqdim etmişdir. Xatırladığı qədəri ilə İntiqam mağazaya taksi ilə gəlmişdir. Bundan sonra şəbəkənin digər mağazaları ilə də əlaqə saxlamış və bu zaman “Gəncə Mall”-da yerləşən “Kontakt Home” mağazasından vitrində olan “X14 2” markalı qulaqlıq qutusunun götürüldüyünü bilmişdir. Onlar oğurluq hallarına qarşı vitrində olan qulaqlıq qutularının içərisini boş qoymuşlar. Ona görə həqiqətən də Təqsirləndirilən şəxs götürdüyü qulaqlıq qutusunun içərisi boş olmuşdur. Xarici yaddaş qurğusu və qulaqlıq qutusu onlara geri qaytarılmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, o, görüntüyə baxdıqdan sonra xarici yaddaş qurğusunu götürən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş, çünki onlar bir ərazidə böyümüşlər. Qulaqlığın qutusu boş olsa da, xarici yaddaş qurğusunun qutusu boş olmamışdır. Təqsirləndirilən şəxs mağazada 1-2 saat gəzərək əməkdaşların onu görmədiyinə əmin olduqdan sonra oğurladığı əşyaları cibinə qoyaraq mağazadan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan mağazaya tamamilə ödənilmiş və əşyalar geri qaytarılmışdır. “X14 2” markalı qulaqlıq bahalı məhsul olduğundan vitrinə qutusunun içərisi boş formada yerləşdirilmiş, lakin qulaqlıq qutusunun qiyməti cüzi olmuşdur. Müştərilər vitrində olan qutuların içərisinin boş olmasını bilməmiş və bu barədə vitrində hər hansı məlumatlandırma da yerləşdirilməmişdir. Mağazadan “Apple AirPods 2” markalı deyil, “X14 2” markalı qulaqlıq qutusu götürülmüş, lakin o, ittiham aktında qutunun səhvən “Apple AirPods 2” markalı qulaqlıq kimi qeyd edilməsinin səbəbini bilməmişdir. Şəxsi axtarışa dair videoçəkilişdə polis əməkdaşına təqdim edilən qutu “X14 2” markalı qulaqlığa məxsus olmuşdur. Məhkəməyə təqdim etdiyi sənədlərdə əsasən “X14 2” markalı qulaqlığın xx.xx.2024-cü il tarixə olan bazar qiyməti 699,99 AZN olmuşdur. İş materiallarında “X14 2” markalı qulaqlığın qiymətinin 700 manat dəyərində göstərilməsinin səbəbini bilməmiş, ümumiyyətlə mağazada məhsul qiymətlərinin sonunda əksər hallarda “0,99” kimi qalıq göstərilmişdir. O, “X14 2” markalı qulaqlığın xx.xx.2024-cü il tarixə olan bazar qiymətinin 699,99 AZN, “SanDisk” markalı sərt diskin qiymətinin isə 299,99 manat kimi nəzərə alınmasını xahiş etmişdir. Onların Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, oğurluq epizodlarına görə sonuncuya cəza təyin edilməməsini xahiş edirlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən Kontakt Home mağazasının müdiri işləyir. xx.xx.2024-cü il tarixində DİN-nin 102 xidmətinə və Gəncə şəhər 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Çünki həmin gün saat 18 radələrində işlədiyi mağazada olarkən bir ədəd “X14 2” markalı qulaqcığın mağazada olan vitrində olmadığını aşkar etmişdir. Mağazada olan nəzarət müşahidə kameralarına baxan zaman xx.xx.2024cü il tarixində saat 17 radələrində mağazaya müştəri qismində gəlmiş bir nəfər şəxsin qulaqcıq olan vitrinə yaxınlaşdığını və həmin vitrində qulaqcığı gizli yolla oğurlayaraq mağazanı tərk etdiyini aşkar etmişdir. O da oğurluq hadisəsi olduğu üçün DİN-nin 102 xidmətinə zəng edərək polisə məlumat vermişdir. Qulaqcığı oğurlamış şəxsin şəxsiyyəti ona məlum olmamışdır. Qulaqcıq “X14 2” markalı olmuş, istehsal ili 2023-cü ildir, istifadə edilməmiş, yeni vəziyyətdə və 700 manat dəyərində olmuş, SW0CQ3HX2HH seriya kodludur. Oğurluq nəticəsində Kontakt Home-yə 700 manat maddi ziyan dəymişdir. Başqa heç bir əşya və ya predmet oğurlanmamışdır. O, ilkin olaraq oğurluq barədə DİN-in 102 xidmətinə müraciət edən zaman qulaqcığın qiymətinin 900 manat olduğunu zənn etmiş, lakin sonra dəqiqləşdirəndə “X14 2” markalı qulaqcığın qiymətinin 700 manat olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Yaşadığı evə gedən zaman binanın qarşısında təsadüfən İntiqam ilə qarşılaşmışdır. Salamlaşdıqdan sonra İntiqam özünə məxsus “Sandisk” markalı xarici yaddaş qurğusunu satdığını bildirib alıbalmayacağını ondan soruşmuşdur. O da baxdıqdan sonra ehtiyacı ola biləcəyini deyib 30 manat qarşılığında həmin yaddaş qurğusunu almışdır. O, İntiqamı uşaqlıqdan tanıdığı üçün həmin qurğunun oğurladığını düşünməmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, İntiqamın ona satdığı xarici yaddaş qurğusu yeni olmuşdur. İstifadə edilmiş xarici yaddaş qurğusunu 30 manata tapmaq mümkün olmuşdur. O, xarici yaddaş qurğusunu polis idarəsindən çağırıldıqdan sonra sonunculara təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞnin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o və X10 İbrahimova yaxınlaşıb polis şöbəsinə gətirmişlər. Şöbədə videoçəkiliş əsasında şəxsi axtarış zamanı sonuncunun üzərindən narkotik vasitə aşkar edilmişdir. Şifahi sorğusual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs saxlanıldığı yeri dəqiq xatırlamasa da, küçədə saxladıqlarını bilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən sonuncuya qarşı heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən kağız bükümdə metamfetamin aşkar edilmiş, lakin o, çəkisini xatırlamamışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini tapdığını demişdir. Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun oğurluq etməsi barədə onda məlumat olmamış, İntiqam özü bu barədə bildirmişdir. Ona görə onlar Təqsirləndirilən şəxs barəsində narkotiklə bağlı olan əməliyyat məlumatı əsasında saxlamış və saxlanılarkən sonuncunun üzərində narkotik vasitə olmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamışdır. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs “5 yol” adlanan ərazidən aşağıda saxlamışlar. Onlar sonuncunu yaşadığı evində saxlamamış, həmin vaxtı da Devran adlı polis əməkdaşı əməliyyatda iştirak etməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞnin CAB-ın baş əməliyyat müvəkkili X1 Oktay Dunay oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin qapısı döymüşdür. Qapını açdıqda İntiqamın yanında tanımadığı iki nəfər olmuşdur. Sonuncular İntiqamın qolunu arxaya burmuşlar. İntiqam həmin vəziyyətdə evlərinin açarını ona vermişdir. Bundan sonra polislər İntiqamı aparmışdır. O, onlardan İntiqamı haraya apardıqlarını soruşduqda İntiqam narahat olmamağını, onu Nizami rayon polis şöbəsinə apardıqlarını və axşam qayıdacağını demişdir. İfadəsinin davamı olaraq Tamam Əsədova bildirmişdir ki, İntiqamın yanında olan şəxslər mülki geyimdə olmuşlar. Həmin şəxslər İntiqamı nə üçün apardıqlarını deməmişlər. İntiqam yanında iki nəfər şəxslə evin açarını ona verən gün xx.xx.2024-cü il olmuşdur. Həmin gün İntiqamın xalasının ərinin vəfatının il dönümü olduğu üçün tarixin xx.xx.2024cü il tarix olduğunu dəqiq xatırlamışdır. O, yaşadığı binaya qəribə şəxslərin daxil olduğunu görüb bu barədə yaxın qonşusu olan İntiqamın anasına zəng edərək demişdir. Sonuncu isə yas yerində olduğunu demişdir. O, xx.xx.2024-cü il tarixdə İntiqamı evlərində görmüş, lakin saatı xatırlamamışdır. O, sadəcə həmin şəxslərin İntiqamın qolunu burduqlarını görmüş, bundan əlavə sonuncuya qarşı hər hansı nalayiq ifadə işlətmələrinin, yaxud İntiqamın polislərin üzərinə narkotik vasitə qoyduqlarını deməsinin şahidi olmamışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/561 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən olunmuş maddə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,641 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi – 2,641 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq – 2,541 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4593 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkildə (kserosurət) göstərilən 1 ədəd “Apple AirPodds 2” markalı qulaqcığın yeni vəziyyətdə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 350 manat müəyyən olunur. 1 ədəd “San disk” markalı hard diskin daxili yaddaşı barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1473 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psxitrop maddələrdən istifadə edir, psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2024cü il tarixli, 620 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman özünükəsmələrlə müşayiət olunan şəxsiyyətin dissosial tip pozuntusu XBT 10 F60.2 xəstəliyindən əziyyət çəkmişdir və hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs özünükəsmələrlə müşayiət olunan şəxsiyyətin dissosial tip pozuntusu XBT 10 F60.2 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri nevrotik səviyyədə olması səbəbindən o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 16:00-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 may 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri - Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Kontakt Home” mağazasıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri - Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kontakt Home” mağazasıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri - Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin qarşısıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Kontakt Home” mağazasından, həmin gün Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kontakt Home” mağazasından, xx.xx.2024-cü il tarixdə isə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin qarşısındakı Zərərçəkmiş şəxs məxsus “Qazel” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürdüyü əşyaların yerini və şəraitini əyani göstərməklə törətdiyi cinayətlərin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan boz rəngli şalvarın ön sağ cibindən bir ədəd kağıza bükülmüş kütləni çıxardıb təqdim etmişdir. Qeyd edilən bükümün içərisinə baxıldıqda ilk görünüşdən psixotrop maddə metamfetaminə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 5,3 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərək bir ədəd “X14 2” markalı qulaqlığın ağ rəngli qutusu aşkar edilmişdir. Həmin qutunun içərisinə baxış zamanı boş olması aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan maddənin patı kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, bir gün əvvəl Gəncə şəhərində çayın kənarında gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, bir ədəd qulaqlığın qutusunu isə xx.xx.2024-cü il tarixdə Gəncə Mall-da yerləşən “Kontakt Home” mağazasından oğurladığını, həmin gün Gəncə şəhəri, Abbas Səhhət ərazisində yerləşən “Kontakt Home” mağazasından bir ədəd yaddaş kartını oğurladığını və tanımadığı şəxsə satdığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd büküm və bir ədəd qulaqlıq qutusunu iş üçün əhəmiyyət kəsb etdiyinə görə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə Şahid3 könüllü olaraq təqdim etdiyi Təqsirləndirilən şəxs ona satdığı bir ədəd 500 GB həcmində üzərində SanDisk yazısı olan hard disk qara rəngli dördkünc formalı qutusu ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişlərdən görünür ki, “Kontakt Home” mağazalar şəbəkəsinin Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən mağazasının müdiri Şahid5 təqdim etdiyi özündə müşahidə kameralarının görüntülərini əks etdirən bir ədəd informasiya daşıyıcı olan disk müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Diskə baxış keçirildikdə içərisində 2 ədəd videogörüntü vardır. Videogörüntülərdən biri 4 dəqiqə 12 saniyədir, digər isə 12 saniyədir. Şahid5 bildirmişdir ki, 4 dəqiqə 12 saniyə olan videogörüntü Gəncə şəhəri, H.Əliyev prospektində olan “Kontakt Home” mağazasında baş vermiş oğurluq hadisəsinin videogörüntüsüdür, digər 12 saniyəlik videogörüntü isə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kontakt Home” mağazasında baş vermiş oğurluq hadisəsinin videogörüntüsüdür. 4 dəqiqə 12 saniyəlik videogörünütdən görünür ki, Təqsirləndirilən şəxs müştəri qismində “Kontakt Home” mağazasına daxil olur, giriş qapısının tam qarşısındakı vitrinə tərəf yaxınlaşaraq vitrində olan əşyalara baxır, daha sonra videomüşahidə kamerasının görüntü dairəsindən kənara çıxır, həmin vaxt mağazanın işçilərindən 1 nəfər Təqsirləndirilən şəxs olan tərəfə yaxınlaşır, Təqsirləndirilən şəxs videogörüntünün 4-cü dəqiqəsinin 07-ci saniyəsinə qədərə vitrində olan əşyalara baxır, 4 dəqiqə 07 saniyədə isə Təqsirləndirilən şəxs vitrində olan əşyalardan birini götürüb əynində olan gödəkçənin sol tərəfində gizlətdikdən sonra mağazanın qapısından çıxaraq oradan uzaqlaşır. Digər 12 saniyəlik videogörünütdən isə görünür ki, Təqsirləndirilən şəxs mağazanın içərisində vitrində əşyalara baxdıqdan sonra vitrinin aşağı cərgəsində olan əşyalardan birini götürüb gödəkçəsinin iç tərəfində gizlədir, daha sonra isə ətrafına baxaraq hadisə yerindən uzaqlaşır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 1-ci PŞ-nin NH-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 19:03-də Şahid4 DİN-nin 102 zəng xidmətinə zəng edərək, bir saat əvvəl Gəncə Mall-da yerləşən “Kontakt Home” mağazadan müştəri kimi gələn şəxs tərəfindən 900 manat dəyərində qulaqcığın oğurlanmasını müşahidə kamerası vasitəsi ilə aşkar etməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid4 xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, o, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-yə ərizə ilə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Kontakt Home” mağazasından 1 ədəd 700 manat dəyərində “X14 2” markalı qulaqcığın oğurlanması barədə məlumat verərək təqsirli şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Kontakt Home” mağazasından 1 ədəd 700 manat dəyərində “X14 2” markalı qulaqcığı oğurlayan şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin NH-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 10:01-də Şahid5 DİN-nin 102 zəng xidmətinə zəng edərək, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kontakt Home” mağazasından bir ədəd 300 manat dəyərində texnikanın oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid5 xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, o, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-yə ərizə ilə müraciət edərək, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kontakt Home” mağazasından 1 ədəd 300 manat dəyərində hard diskin oğurlanması barədə məlumat verərək təqsirli şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin NH-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 10:28-də Zərərçəkmiş şəxs DİN-nin 102 zəng xidmətinə zəng edərək, saxladığı “Qazel” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən 105 ABŞ dolları məbləğində pulun oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-yə ərizə ilə müraciət edərək, özünə məxsus “Qazel” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən 105 ABŞ dolları məbləğində pulun oğurlandığını və buna görə ona 177 manat dəyərində maddi ziyan dəydiyini bildirib təqsirli şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 1-ci PŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadəsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 1-ci PŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlamasında, gəzdirməsində və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 1-ci PŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlamasında, gəzdirməsində və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Vaqif küçəsi ilə Vəli Xuluflu küçəsinin kəsişməsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci PŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 01 (bir) ay 10 (on gün) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X2 tərəfindən 1359 C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi, psixi təsir götərilməsi, üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulması barədə Təqsirləndirilən şəxs müraciəti əsasında xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,541 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd “X14 2” markalı qulaqcığın qutusu və bir ədəd “SanDisk” markalı sərt disk maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, “Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən təqdim edilmiş özündə müşahidə kameralarının görüntülərini əks etdirən bir ədəd informasiya daşıyıcı olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1-ci PŞ-də quraşdırılmış kameraların yaddaş tutumu 1 ay müddətində olduğu üçün 15 may 2024-cü il tarixində qeydə alınmış kamera görüntülərinin göndərilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2024-cü il tarixli məktubundan və əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin MSY-yə daxil olan zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədən səthi üzərində xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Şahid5 xx.xx.2025-ci il tarixdə məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalar "xxxx" MMC-yə (“Kontakt Home) qaytarılmış, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur, sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilməmiş, lakin onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona psixotrop maddə ilə bağlı epizod üzrə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək polislərin onun yaşadığı evinə gələrək oğurluqla bağlı şöbəyə dəvət etdiklərini, həmin vaxtı üzərində psixotrop maddə olmadığını, polis şöbəsində ona qarşı psixi zorakılıq hallarına yol verildiyini, ailəsi ilə təhdid edildiyini, məhz buna görə də məcbur olub polislər tərəfindən üzərinə qoyulmuş psixotrop maddənin özünə məxsus olduğunu etiraf etdiyini, oğurluq epizodu üzrə Zərərçəkmiş şəxs məxsus avtomobildən götürdüyü 100 ABŞ dolları əsginasının üzərində qırmızı rəngli yazı ilə “etibarsızdır” yazıldığını görüb həmin əsginası cıraraq atdığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində iki nəfər mülki geyimli şəxsin Təqsirləndirilən şəxs yaşadığı evinə gələrək sonuncunun qolunu burub polis şöbəsinə apardıqlarını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs və şahid X5 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, şahidlərin ifadələri, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs polislərin onun yaşadığı evinə gələrək oğurluqla bağlı onu şöbəyə dəvət etdiklərini iddia etsə də, iş materiallarında olan Gəncə şəhər BPİ-nin 1ci PŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda, eləcə də digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs məhz qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlamasında, gəzdirməsində və istifadəsində şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. Müdafiə tərəfi Təqsirləndirilən şəxs məhz yaşadığı evində saxlanılmasına, eləcə də sonuncunun yaşadığı evinə gəlmiş polis əməkdaşları ilə birlikdə özünün sərbəst formada polis şöbəsinə getməsinə dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Şahid qismində dindirilmiş Tamam Əsədova isə ifadəsində yaşadığı evinə gəlmiş iki nəfər mülki geyimli şəxsin Təqsirləndirilən şəxs qolunu buraraq sonuncunu polis şöbəsinə apardıqlarını göstərsə də, Təqsirləndirilən şəxs həm məhkəmə istintaqı zamanı, həm də məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələrində polislərin yaşadığı evin qarşısında onun qolunu burmasını, eləcə də polislərin ona qarşı fiziki zorakılıq hallarına yol verməsini ümumiyyətlə göstərməmişdir. Göründüyü kimi, Tamam Əsədovanın ifadəsi saxlanma şəraiti ilə bağlı Təqsirləndirilən şəxs ifadəsi ilə ziddiyyət təşkil edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələrində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetamini tutulduğu gündən bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Gəncə şəhərində çayın sahilində gəzən zaman yerdən tapdığını, bükümü açıb baxdıqda içərisində metamfetamin gördüyünü, şəxsi istifadəsi üçün üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Vaqif küçəsi ilə Vəli Xuluflu küçəsinin kəsişməsində təkcə olan zaman polislər tərəfindən saxlanıldığını göstərmişdir. Qeyd edilən izahat Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmışdır. Sözügedən izahatda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən üzərinə psixotrop maddə qoyulmasını, eləcə də ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsini, o cümlədən polislərin onun yaşadığı evinə gələrək onu polis şöbəsinə aparmalarını göstərməmiş, əksinə təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahatı imzaları ilə təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsində olduğu kimi, yəni şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddənin polislər tərəfindən üzərinə qoyulduğunu və sonuncuların onun yaşadığı evinə gəlmələrini göstərsə də, polislərin qolunu burmalarını, eləcə də ona qarşı fiziki zorakılıq hallarına yol verilmələrini bildirməmişdir. O cümlədən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan boz rəngli şalvarın ön sağ cibindən bir ədəd kağıza bükülmüş kütləni çıxardıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bir gün əvvəl çayın qırağında gəzən zaman tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi, eləcə də polis əməkdaşlarının onun üzərinə psixotrop maddə qoyması öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin əvvəlində təhqiqatçının, istintaq hərəkətinin sonunda isə müdafiəçisinin suallarına qəti olaraq cavab verib saxlanılarkən və polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetamini tapdığını, bir ədəd “X14 2” markalı qulaqlığın qutusunu isə “Kontakt Home” mağazasından oğurladığını göstərmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Əli Qurbanov ifadələrində Təqsirləndirilən şəxs küçədə saxladıqlarını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin onu döymədiyini və ailəsi ilə hədələmədiyini, üzərinə psixotrop maddə metamfetamin qoymadığını, şəxsi axtarış zamanı aşkar olunan psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və həmin maddəni çayın qırağında piyada gəzən zaman tapdığını etiraf etdiyini göstərmişlər. Hətta məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həkim-məsləhət komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini tapdığını və həmin maddədən vena daxilinə inyeksiya etməklə istifadə etdiyini göstərmişdir. Eyni zamanda həm Gəncə şəhər BPİ-dən, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki müəssisəyə qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsi faktı öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının Cinayət- Prosessual Məcəllənin 39.1.1-ci maddəsində göstərilən bəraətverici əsasla rədd edilməsinə baxmayaraq, məhkəməyədək icraat zamanı həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında psixotrop maddə ilə bağlı ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də, iş materiallarında, xüsusilə də onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə onun fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının və müdafiəçisinin suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa da məruz qalmadığını göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs psixotrop maddəyə münasibətdə məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində, həmçinin məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın qəbul edilməsinə baxmayaraq, həmin qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi üzərindən aşkar edilmiş psixotrop maddə ilə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatını iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı ittihamın həllində əsas götürülməlidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, şahid X5 qonşusu olduğu üçün həmin şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimidir, həqiqəti əks etdirmir, eləcə də təqsirləndirilən şəxsin lehinə olmaqla və onun cinayət məsuliyyətdən yayınmasına xidmət etməklə işin faktiki hallarına uyğun gəlmir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məxsus avtomobildən götürdüyü 100 ABŞ dolları əsginasının üzərində qırmızı rəngli yazı ilə “etibarsızdır” yazıldığını görüb həmin əsginası cıraraq atdığını göstərsə də, sözügedən əsginasın saxta olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs 100 ABŞ dolları əsginasının həqiqi ola biləcəyini və özünün həmin pulun saxta olması barədə səhv qənaətə qəldiyini göstərmişdir. Həmçinin həmin epizod üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs yalan danışdığını, 100 ABŞ dolları əsginasının həqiqi pul olduğunu, səhəri gün ətrafa baxanda avtomobilinin yaxınlığında cırılmış pul əsginası aşkar etmədiyini göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 100 ABŞ dolları əsginasının saxta olması ilə bağlı göstərdiyi xüsusat da məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs oğurluq cinayət əməlinə münasibətdə törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 29,177.1 və 177.2.2-ci maddələrinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs həm məhkəmə istintaqında, həm də məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələrində Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Kontakt Home” mağazasından bir ədəd “X14 2” markalı qulaqlığın qutusunu oğurlayarkən qutunun içərisində qulaqlığın da olmasını zənn etdiyini, lakin sonradan həmin qutunu satmaq istədikdə içərisinin boş olduğunu, yəni qulaqlığın qutuda olmadığını aşkar etdiyini göstərmişdir. Həmçinin həmin epizod üzrə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Şahid5 ifadəsində oğurluq hallarının qarşısı almaq məqsədi ilə qulaqlıq qutularını vitrinə boş qoyduqlarını, Təqsirləndirilən şəxs ifadəsində oğurladığı qulaqlığın qutusunun boş olduğunu göstərməsi doğru olduğunu, həqiqətən də təqsirləndirilən şəxs tərəfindən həmin qutu vitrindən oğurlanan zaman içərisində qulaq olmadığını göstərmişdir. O cümlədən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, təhqiqatçı tərəfindən “X14 2” markalı qulaqlığın qutusuna baxış keçirilən zaman qutunun boş olmasını müəyyən olunur. Göründüyü kimi, Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Kontakt Home” mağazasından oğurlanmış bir ədəd “X14 2” markalı qulaqlığın qutusunun boş olması, yəni içərisində qulaqlığın olmaması faktı cinayət prosesi tərəflərində mübahisə doğurmamış və həmin faktı həm ittiham, həm də müdafiə tərəfi mübahisəsiz qəbul etmişdir. Məhz buna görə də məhkəmə çıxışları zamanı dövlət ittihamçısı çıxışında ibtidai istintaq orqanı tərəfindən Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Kontakt Home” mağazasından qulaqlığın oğurlanması epizodu üzrə təqsirləndirilən şəxsə bitmiş cinayət əməli kimi verilmiş ittihamın cinayətə cəhd kimi qiymətləndirilməsini xahiş etmişdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Kontakt Home” mağazasının rəhbərliyi tərəfindən oğurluq hadisələrinin qarşısının alınması məqsədi ilə “X14 2” markalı qulaqlığın qutusunun vitrinə boş qoyulması, yəni qutunun içində qulaqlığın olmaması səbəbindən təqsirləndirilən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Məhz buna görə də məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən həmin epizodla bağlı təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham başa çatmış cinayət əməli kimi deyil, başa çatmayan cinayət əməli kimi qiymətləndirilməlidir. Bununla belə, dövlət ittihamçısı çıxışında həmin əməl üzrə epizodun Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən xaric edilərək ayrıca Cinayət Məcəlləsinin 29,177.1ci maddəsinə, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsif edilməsinə ehtiyac olmadığını, başa çatmış və başa çatmayan cinayət əməllərinin hamısının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tam əhatə olunduğunu və buna görə həmin maddə üzrə vahid cəzanın təyin edilməli olduğunu bildirmişdir. Məhkəmə tərkibi isə hesab edir ki, başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına ziddir. Belə ki, başa çatmayan cinayət əməlinə görə Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göründüyü kimi, başa çatmayan və başa çatmış cinayət əməllərinə görə cəza təyin edilərkən sanksiyalar fərqli olur. Eyni mövqe “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 15-ci bəndində də ifadə olunmuşdur. Belə ki, həmin bənddə göstərilmişdir ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Bununla da, məhkəmə tərkibi Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğurluq epizodlarının təkrarlığı ilə bağlı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan birinci epizod, yəni başa çatmamış cinayət əməli ayrıca həmin Məcəllənin 29,177.1-ci maddəsinə tövsif edilməlidir. Oğurluqla bağlı digər epizodlar, yəni ikinci və üçüncü əməllər yerində qaldığına və təkrarlıq yaratdığına görə birinci epizodun ayrıca başa çatmayan cinayət əməli kimi tövsif edilməsi təqsirləndirilən şəxsə digər iki epizoda görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişməsinə səbəb olmur. Bundan başqa, ittiham aktında təqsirləndirilən şəxsə Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Kontakt Home” mağazasında baş vermiş oğurluq epizodu ilə bağlı verilmiş ittihamda qulaqcığın markası “Apple AirPods 2” kimi göstərilsə də, cinayət işinin materiallarında olan həmin mağazanın müdiri Şahid4 Gəncə şəhər BPİnin 1-ci PŞ-yə təqdim etdiyi ərizəsindən, izahat və ifadəsindən, həmçinin şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə dair videoçəkilişdən, o cümlədən iş materiallarında olan əksər sənədlərdən görünür ki, qulaqcıq “X14 2” markalıdır. Həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, qulaqcığın markası “X14 2” kimi göstərilmişdir. Qeyd edilən xüsusatla bağlı məhkəmə çıxışında dövlət ittihamçısı ittiham aktında təqsirləndirilən şəxsə verilmiş ittihamda qulaqcığın markasının texniki səhv olaraq “Apple AirPods 2” kimi qeyd olunduğunu bildirib iş materiallarında olan sənədlərə əsasən həmin qulaqlığın “X14 2” markalı kimi qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, ittiham aktında təqsirləndirilən şəxsə verilmiş ittihamda “Apple AirPods 2” markalı qulaqcığın qiymətinin 700 manat, “SanDisk” markalı sərt diskin qiymətinin isə 300 manat kimi göstərilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 9/4593 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə hard diskin qiyməti müəyyən edilməsə də, qulaqcığın orta bazar qiyməti 350 manat kimi müəyyən edilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ibtidai istintaqı aparmış müstəntiq tərəfindən məhkəmə-əmətəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərarında qulaqcığın markası “Apple AirPods 2” kimi göstərildiyi üçün ekspert də rəyində məhz həmin markalı qulaqcığın orta bazar qiymətini müəyyən etmişdir. Bununla belə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən xx.xx.2024-cü il tarixə “X14 2” markalı qulaqlığın qiyməti 699,99 (altı yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat, “SanDisk” markalı sərt diskin qiyməti isə 299,99 (iki yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat təşkil etmişdir. Həmin xüsusatla bağlı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Şahid5 ifadəsində məhkəməyə təqdim etdiyi sənədlərə əsasən “X14 2” markalı qulaqlığın xx.xx.2024-cü il tarixə olan bazar qiyməti 699,99 AZN, “SanDisk” hard diskin qiyməti isə 299,99 AZN olduğunu, iş materiallarında “X14 2” markalı qulaqlığın qiymətinin 700 manat dəyərində göstərilməsinin səbəbini bilmədiyini, ümumiyyətlə mağazada məhsul qiymətlərinin sonunda əksər hallarda “0,99” kimi qalıq göstərildiyini, məhz buna görə də “X14 2” markalı qulaqlığın xx.xx.2024-cü il tarixə olan bazar qiymətinin 699,99 AZN, “SanDisk” hard diskin qiymətinin isə 299,99 AZN kimi nəzərə alınmasını xahiş etdiyini göstərmişdir. Həmin xüsusatla bağlı məhkəmə çıxışında dövlət ittihamçısı ittiham aktında təqsirləndirilən şəxsə verilmiş ittihamda qulaqcığın və hard diskin qiymətinin səhv göstərildiyini bildirib “X14 2” markalı qulaqlığın xx.xx.2024-cü il tarixə olan bazar qiymətinin 700 manat deyil, 699,99 AZN kimi, “SanDisk” hard diskin qiymətinin isə 300 manat deyil, 299,99 AZN kimi nəzərə alınmasını xahiş etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 27-ci bəndində göstərilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, talanmış əmlakın qiyməti barədə işdə "xxxx" MMC tərəfindən təqdim edilmiş arayış olduğu və işin faktiki halları baxımından ittihamın həcmi genişlənmədiyi üçün ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə verilmiş ittihamda markası səhv qeyd edilmiş qulaqcıq “X14 2” markalı kimi, qiyməti isə irəli sürülmüş ittihamla müqayisədə daha az, yəni 699,99 (altı yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat kimi, “SanDisk” hard diskin qiyməti isə 299,99 (iki yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat kimi qəbul edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Kontakt Home” mağazalarında baş vermiş hər iki epizod üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində heç kəsin onu görmədiyinə əmin olduqdan sonra vitrində olan əşyaları oğurladığını göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs gizli hərəkət etdiyini güman edərək oğurluq etdiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/561 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 2,641 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1, 177.2.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1, 177.2.2 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 01 (bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İbtidai istintaq orqanı xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında Təqsirləndirilən şəxs əməlində cinayətin residivin olmaması qənaətinə gəlsə də, ittiham aktında cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 46-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Bununla yanaşı, Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs birinci iş üzrə məhkum edildiyi cəzanı xx.xx.2022-ci il tarixdə çəkib qurtarmışdır. Hazırkı iş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihama əsasən o, ittiham olunduğu cinayət əməllərini 13 və 15 may 2024-cü il tarixlərdə, yəni birinci iş üzrə məhkum edildiyi cəzanı çəkib qurtardığı gündən bir ildən artıq vaxt keçdikdən sonra törətmişdir. Ona görə məhkəmə tərkibi hesab edir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edildiyi cinayət əməli üzrə məhkumluğu ödənilmiş hesab olunur və onun əməllərində cinayətlərin residivi yoxdur. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1, 177.2.2 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə həmin maddədə başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 177.2.2 və 234.1.1-ci maddələri ilə ayrıayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən cinayətə cəhd üçün dörddə üçünün dörddə üçündən, Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə də təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Hazırkı işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə ilə bağlı epizod üzrə 15 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 may 2024cü il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə MYSdən azad edilmiş, 18 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə yenidən şübhəli şəxs qismində tutulmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı (21 iş saat xx.xx.2025-ci il tarixədək, 9 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 225 (iki yüz iyirmi beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 82 (səksən iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,541 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, “Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən təqdim edilmiş özündə müşahidə kameralarının görüntülərini əks etdirən bir ədəd informasiya daşıyıcı olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Digər maddi sübutlar, yəni bir ədəd “X14 2” markalı qulaqcığın qutusu və bir ədəd “SanDisk” markalı sərt disklə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Şahid5 həmin əşyaların ibtidai istintaq dövründə onlara geri qaytarıldığını göstərmişdir. Ona görə də həmin əşyaların "xxxx" MMC-yə (Kontakt Home) geri qaytarılması nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1473 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1, 177.2.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və onun üzərində 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 may 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 225 (iki yüz iyirmi beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 82 (səksən iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,541 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş baxış əməliyyat-axtarış tədbirinə dair 01 (bir) ədəd disk, o cümlədən üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Bir ədəd “X14 2” markalı qulaqcığın qutusunun və bir ədəd “SanDisk” markalı sərt diskin "xxxx" MMC-yə (Kontakt Home) qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-279/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-279/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver