Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-28/2022 09.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X41, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X7 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1965-ci ildə Daşkəsən rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olan və kənddə yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaqdan Təcridxanasında saxlanılan Allahverdiyev Təqsirləndirilən şəxs1 xx.xx.1963-cü ildə Daşkəsən rayonu, Qaraqollar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaqdan Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx.xx.1973-cü ildə Daşkəsən rayonu, Dardərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin mütəxəssisi (inspektoru) vəzifəsində işləmiş, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Allahverdiyev Təqsirləndirilən şəxs1 17 dekabr 2004-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərində Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə üzv və bələdiyyə üzvlərinin ümumi yığıncağının 1 nömrəli protokoluna əsasən həmin bələdiyyənin sədri seçilməklə, 23 dekabr 2009-cu il və 23 dekabr 2014-cü il tarixlərdə keçirilən bələdiyyə seçkilərində də həmin bələdiyyənin üzvü və bələdiyyə üzvlərinin ümumi yığıncağının protokollarına əsasən sədri seçilməklə həmin vəzifədə işləyərkən “Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999-cu il tarixli 698-İQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik etmək, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə iclasının qərarına əsasən təyin etmək, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarını çağırmaq, bələdiyyə qərarlarının icrasını təmin etmək, yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmək, əmr və sərəncamlar vermək, bələdiyyə adından rəsmi sənədləri imzalamaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İ hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 160-İİQ nömrəli Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinə, eləcə də, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi alındıqdan sonra bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməsinə baxmayaraq həmin tələblərə əməl edilmədən faktiki olaraq X110 aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,27 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətindən torpaq alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərar qəbul olunmadan həmin sahənin 0,12 ha hissəsinin Şahid2, 0,12 ha hissəsinin sonuncunun arvadı X42, 0,03 ha hissəsinin isə Şahid2 atası X13 hərracdan kənar, müqavilə (akt) əsasında satılması müqabilində 2010-cu ilin dekabr ayında, istintaqla dəqiq müəyyən edilməyən gündə Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində aralarında baş tutan danışıq zamanı özü üçün birbaşa yolla şəxsən Şahid2 19.500 (on doqquz min beş yüz) manat məbləğində külli miqdarda maddi neməti-pul vəsaitini rüşvət qismində istəyərək 2010-cu ilin dekabr ayında cəmi 19.500 (on doqquz min beş yüz) manat pul vəsaitini iki dəfəyə ünvan 3 ünvanında yerləşən Şahid2 məxsus kafedə sonuncudan özü üçün birbaşa yolla şəxsən rüşvət qismində aldıqdan sonra, edəcəyi qanunsuz hərəkətin icrası ilə əlaqədar onun tamah niyyəti ilə əhatə olunmayan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləmiş tanışı Təqsirləndirilən şəxs2 və həmin şöbənin mütəxəssisi (inspektor) vəzifəsində işləmiş tanışı Təqsirləndirilən şəxs3 şəxsi niyyətləri ilə həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddətdə Təqsirləndirilən şəxs3 həmin şöbənin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rəsmi sənədlər olan bələdiyyə üzvlərinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolundan Şahid2, Çinarə Aslanova və Sədrəddin Qurbanova torpaq sahəsinin ayrılması barədə 4 nüsxədə ümumilikdə 12 ədəd çıxarışları və bu barədə 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli 4 nüsxədə ümumilikdə 12 ədəd bələdiyyə qərarlarını faktiki olaraq köhnə tarixə, yəni 31 oktyabr 2007-ci ildə tərtib edilməsi görüntüsü yaratmaqla məzmununa həmin torpaq sahəsinin Şahid2 və onun qeyd edilən ailə üzvlərinə satılması barədə bələdiyyə üzvlərinin ümumi razılığa gəlməsinə dair bilə-bilə yalan məlumatları daxil etməsindən sonra həmin rəsmi sənədləri tamah və sair şəxsi niyyətlə şəxsən öz imzası və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq edib, Təqsirləndirilən şəxs3 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddət ərzində həmin şöbənin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında müvafiq torpaq sahələrinin adları qeyd edilən şəxslərə satılması barədə hüquq verən rəsmi sənədlər olan 4 nüsxədə ümumilikdə 12 ədəd 1966, 1981, 2103 nömrəli torpaq alqı-satqısına dair aktlara həmin aktların guya köhnə tarixdə, yəni 30 noyabr 2007-ci ildə tərtib edilməsi, habelə qeyd edilən torpaq sahələrinin Xoşbulaq bələdiyyəsinin ərazisinə aid olması barədə bilə-bilə yalan məlumatları, bundan başqa torpaq sahəsinin mülkiyyət formasına dair 3 nüsxədə ümumilikdə 12 arayışa hər üç torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edib təqdim etməsindən sonra Təqsirləndirilən şəxs2 tərəfindən həmin sənədlər imzalanıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq edildikdən sonra 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddətdə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində tamah niyyəti ilə rəsmi sənədlər olan 31 oktyabr 2007-ci il tarixli 612279, 36779, 367727 nömrəli ümumilikdə 3 ədəd qəbzin məzmununa 0,12 ha torpaq sahəsinin Şahid2, 0,12 ha torpaq sahəsinin sonuncunun arvadı X42, 0,03 ha torpaq sahəsinin isə Şahid2 atası X3 müqabilində sonuncular tərəfindən guya bələdiyyə büdcəsinə köhnə tarixdə - 31 oktyabr 2007-ci il tarixdə ümumilikdə 178,2 manat məbləğində ödənişlərin edilməsi barədə biləbilə yalan məlumatları daxil edərək, eləcə də məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlər olan 1966, 1981, 2103 nömrəli torpaq alqı-satqı aktlarını tamah və sair şəxsi niyyətlə şəxsən öz imzası və xidməti istifadəsində olan Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq etməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə torpaq üzərində hüquqların mühafizəsinə dair verilən təminatla əlaqədar dövlətin qanunla qorunan mənafelərinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İ hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinə, eləcə də, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi alındıqdan sonra bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməsinə baxmayaraq həmin tələblərə əməl edilmədən faktiki olaraq X110 aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,12 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətindən torpaq alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərar qəbul olunmadan Şahid1 hərracdan kənar, müqavilə (akt) əsasında satılması müqabilində 2014-cü ilin mart ayı ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixdə Daşkəsən şəhərində yerləşən kafelərdən birində aralarında baş tutan danışıq zamanı özü üçün birbaşa yolla şəxsən Şahid1 maddi nemət olan həmin dövrün rəsmi məzənnəsi ilə 8.471,52 manat (səkkiz min dörd yüz yetmiş bir manat əlli iki qəpik) təşkil edən 10.800 (on min səkkiz yüz) ABŞ dolları məbləğində külli miqdarda maddi nemət olan pul vəsaitini rüşvət qismində təkrarən istəyərək, həmin niyyətlə 2014-cü ilin mart ayı ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə Daşkəsən şəhəri ərazisində yerləşən kafelərdən birində iki dəfəyə olmaqla maddi nemət olan külli miqdarda, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 5.883 manat (beş min səkkiz yüz səksən üç) təşkil edən 7.500 ABŞ dolları (yeddi min beş yüz dollar) məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən Şahid1 aldıqdan sonra, edəcəyi qanunsuz hərəkətin icrası üçün 2014-cü ilin mart ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin cinayətin törədilməsinə məsləhət və məlumatları ilə yardım etməklə, habelə rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları əlyazma ilə əlavə edərək maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə onun tamah niyyəti ilə əhatə olunmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsi niyyətləri ilə həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərində istintaqla dəqiq müəyyən edilməyən yerdə şəxsiyyəti istintaqla müəyyən edilməyən həmin şəxs tərəfindən hüquq verən rəsmi sənədlər olan müvafiq torpaq sahəsinin Şahid1 satılması barədə 17 sentyabr 2007-ci il tarixli 460 nömrəli 01 nüsxədə 01 ədəd torpaq alqı-satqısına dair akta həmin aktın guya köhnə tarixdə, yəni 17 sentyabr 2007-ci il tarixdə tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində 460 nömrəsi ilə qeydə alınması, habelə həmin akta sözügedən torpaq sahəsinin satılması müqabilində Şahid1 tərəfindən "xxxx" ASC-nin Daşkəsən rayon filialının **********0 saylı hesabına 79,2 manat (yetmiş doqquz manat iyirmi qəpik) pul ödənilməsi, eləcə də, torpaq sahəsinin mülkiyyət formasına dair 01 nüsxədə 01 ədəd arayışa Şahid1 satılacaq torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə bilə-bilə yalan məlumatları tamah və sair şəxsi niyyətlə daxil edildikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la məzmununa biləbilə yalan məlumatlar daxil edilmiş sənədlər olan 17 sentyabr 2007-ci il tarixli 460 nömrəli 01 nüsxədə 01 ədəd aktın özü və Təqsirləndirilən şəxs2 tərəfindən, 01 nüsxədə 01 ədəd arayışın isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən 2014-cü ilin mart ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən inzibati binada imzalanıb, eləcə də arayışın yalnız Təqsirləndirilən şəxs2 tərəfindən, altın isə özü və Təqsirləndirilən şəxs2 tərəfindən müvafiq olaraq Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq olunması ilə qeyrisinin köməkçiliyi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə torpaq üzərində hüquqların mühafizəsinə dair verilən təminatla əlaqədar dövlətin qanunla qorunan mənafelərinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Təqsirləndirilən şəxs2 7 sentyabr 2001-ci il tarixdən 5 fevral 2015-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnaməyə əsasən, dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata keçirilməsi üzrə işlər və tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi, torpaq, geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəzarətin həyata keçirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtib edilməsi və onların həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verilməsi və digər səlahiyyətlərə malik, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etməkdən ibarət təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi tanışı Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş və “Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999-cu il tarixli 698-İQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik etmək, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə iclasının qərarına əsasən təyin etmək, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarını çağırmaq, bələdiyyə qərarlarının icrasını təmin etmək, yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmək, əmr və sərəncamlar vermək, bələdiyyə adından rəsmi sənədləri imzalamaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs Allahverdiyev Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İ hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 160-İİQ nömrəli Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinə, eləcə də, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi alındıqdan sonra bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməsinə baxmayaraq həmin tələblərə əməl edilmədən faktiki olaraq X110 aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,27 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətindən torpaq alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərar qəbul olunmadan həmin sahənin 0,12 ha hissəsinin Şahid2, 0,12 ha hissəsinin sonuncunun arvadı X42, 0,03 ha hissəsinin isə Şahid2 atası X13 hərracdan kənar, müqavilə (akt) əsasında satılması müqabilində 2010-cu ilin dekabr ayında, istintaqla dəqiq müəyyən edilməyən gündə Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində Təqsirləndirilən şəxs1 Allahverdiyevin özü üçün birbaşa yolla Şahid2 19.500 (on doqquz min beş yüz) manat məbləğində külli miqdarda maddi neməti-pul vəsaitini rüşvət qismində istəyərək 2010-cu ilin dekabr ayında cəmi 19.500 (on doqquz min beş yüz) manat pul vəsaitini iki dəfəyə ünvan 3 ünvanında yerləşən Şahid2 məxsus kafedə sonuncudan özü üçün birbaşa yolla rüşvət qismində aldıqdan sonra, Təqsirləndirilən şəxs1 Allahverdiyevin edəcəyi qanunsuz hərəkətin icrası ilə əlaqədar onun tamah niyyəti ilə əhatə olunmayan Allahverdiyev Təqsirləndirilən şəxs1 və işlədiyi həmin Komitənin Daşkəsən rayon şöbəsinin mütəxəssisi (inspektoru) vəzifəsində işləmiş Təqsirləndirilən şəxs3 ilə şəxsi niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddətdə Təqsirləndirilən şəxs3 həmin şöbənin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rəsmi sənədlər olan bələdiyyə üzvlərinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolundan Şahid2, Çinarə Aslanova və Sədrəddin Qurbanova torpaq sahəsinin ayrılması barədə 4 nüsxədə ümumilikdə 12 ədəd çıxarışları və bu barədə 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli 4 nüsxədə ümumilikdə 12 ədəd bələdiyyə qərarlarını faktiki olaraq köhnə tarixə, yəni 31 oktyabr 2007-ci ildə tərtib edilməsi görüntüsü yaratmaqla məzmununa həmin torpaq sahəsinin Şahid2 və onun qeyd edilən ailə üzvlərinə satılması barədə bələdiyyə üzvlərinin ümumi razılığa gəlməsinə dair bilə-bilə yalan məlumatları daxil etməsindən və həmin rəsmi sənədləri Təqsirləndirilən şəxs1 Allahverdiyevin tamah niyyətilə şəxsən öz imzası və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq etməsindən sonra Təqsirləndirilən şəxs3 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddət ərzində həmin şöbənin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında müvafiq torpaq sahələrinin adları qeyd edilən şəxslərə satılması barədə hüquq verən rəsmi sənədlər olan 4 nüsxədə ümumilikdə 12 ədəd 1966, 1981, 2103 nömrəli torpaq alqı-satqısına dair aktlara həmin aktların guya köhnə tarixdə, yəni 30 noyabr 2007-ci ildə tərtib edilməsi, habelə qeyd edilən torpaq sahələrinin Xoşbulaq bələdiyyəsinin ərazisinə aid olması barədə bilə-bilə yalan məlumatları, bundan başqa torpaq sahəsinin mülkiyyət formasına dair 3 nüsxədə, ümumilikdə 12 arayışa hər üç torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edib təqdim etməsi və məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş 4 nüsxədə 12 ədəd torpaq alqı-satqısına dair aktları habelə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş torpaq sahəsinin mülkiyyət formasına dair 3 nüsxədə ümumilikdə 12 arayışı şəxsən imzalayıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq etməsindən sonra Təqsirləndirilən şəxs1 Allahverdiyevin 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddətdə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində tamah niyyəti ilə rəsmi sənədlər olan 31 oktyabr 2007-ci il tarixli 612279, 36779, 367727 nömrəli ümumilikdə 3 ədəd qəbzin məzmununa 0,12 ha torpaq sahəsinin Şahid2, 0,12 ha torpaq sahəsinin sonuncunun arvadı X42, 0,03 ha torpaq sahəsinin isə Şahid2 atası X3 müqabilində sonuncular tərəfindən guya bələdiyyə büdcəsinə köhnə tarixdə - 31 oktyabr 2007-ci il tarixdə ümumilikdə 178,2 manat məbləğində ödənişlərin edilməsi barədə bilə-bilə yalan məlumatları daxil edərək, eləcə də məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlər olan 1966, 1981, 2103 nömrəli torpaq alqı-satqı aktlarını şəxsən öz imzası və xidməti istifadəsində olan Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq etmiş Təqsirləndirilən şəxs1 Allahverdiyev və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə torpaq üzərində hüquqların mühafizəsinə dair verilən təminatla əlaqədar dövlətin qanunla qorunan mənafelərinə Təqsirləndirilən şəxs1 Allahverdiyev və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində şəxsi niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs Təqsirləndirilən şəxs1 Allahverdiyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İ hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinə, eləcə də, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi alındıqdan sonra bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməsinə baxmayaraq həmin tələblərə əməl edilmədən faktiki olaraq X110 aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,12 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətindən torpaq alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərar qəbul olunmadan Şahid1 hərracdan kənar, müqavilə (akt) əsasında satılması müqabilində 2014-cü ilin mart ayı ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixdə Daşkəsən şəhərində yerləşən kafelərdən birində Təqsirləndirilən şəxs1 Allahverdiyevin özü üçün birbaşa yolla Şahid1 maddi nemət olan həmin dövrün rəsmi məzənnəsi ilə 8.471,52 manat (səkkiz min dörd yüz yetmiş bir manat əlli iki qəpik) təşkil edən 10.800 (on min səkkiz yüz) ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini rüşvət qismində təkrarən istəyərək, həmin niyyətlə 2014-cü ilin mart ayı ərzində Daşkəsən şəhəri ərazisində yerləşən kafelərdən birində iki dəfəyə olmaqla maddi nemət olan külli miqdarda, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 5.883 (beş min səkkiz yüz səksən üç) manat təşkil edən 7.500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini özü üçün birbaşa yolla rüşvət qismində təkrarən Şahid1 aldıqdan sonra Təqsirləndirilən şəxs1 Allahverdiyevin edəcəyi qanunsuz hərəkətin icrası üçün 2014-cü ilin mart ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin cinayətin törədilməsinə məsləhət və məlumatları ilə yardım etməklə, habelə rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları əlyazma ilə əlavə edərək maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərində istintaqla dəqiq müəyyən edilməyən yerdə şəxsiyyəti istintaqla müəyyən edilməyən həmin şəxs tərəfindən hüquq verən rəsmi sənədlər olan müvafiq torpaq sahəsinin Şahid1 satılması barədə 17 sentyabr 2007-ci il tarixli 460 nömrəli 01 nüsxədə 01 ədəd torpaq alqı-satqısına dair akta həmin aktın guya köhnə tarixdə, yəni 17 sentyabr 2007-ci il tarixdə tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində 460 nömrəsi ilə qeydə alınması, habelə həmin akta sözügedən torpaq sahəsinin satılması müqabilində Şahid1 tərəfindən "xxxx" ASC-nin Daşkəsən rayon filialının **********0 saylı hesabına 79,2 manat (yetmiş doqquz manat iyirmi qəpik) pul ödənilməsi, eləcə də, torpaq sahəsinin mülkiyyət formasına dair 01 nüsxədə 01 ədəd arayışa Şahid1 satılacaq torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə bilə-bilə yalan məlumatları Təqsirləndirilən şəxs1 Allahverdiyevin tamah niyyəti ilə əhatə olunmayan şəxsi niyyətlə daxil edildikdən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 Allahverdiyev və Təqsirləndirilən şəxs3la məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş sənədlər olan 17 sentyabr 2007-ci il tarixli 460 nömrəli 01 nüsxədə 01 ədəd aktın özü və Təqsirləndirilən şəxs1 Allahverdiyev tərəfindən, 01 nüsxədə 01 ədəd arayışın isə özü, Təqsirləndirilən şəxs1 Allahverdiyev və Təqsirləndirilən şəxs3 tərəfindən 2014-cü ilin mart ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən inzibati binada imzalanıb, eləcə də hər iki sənədin özü və Təqsirləndirilən şəxs1 Allahverdiyev tərəfindən müvafiq olaraq Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq olunması ilə qeyrisinin köməkçiliyi ilə Təqsirləndirilən şəxs1 Allahverdiyev və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə torpaq üzərində hüquqların mühafizəsinə dair verilən təminatla əlaqədar dövlətin qanunla qorunan mənafelərinə Təqsirləndirilən şəxs1 Allahverdiyev və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində şəxsi niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət əməllərini törətmələri şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Allahverdiyev Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-nin 308.2 və 313cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ilin yanvar ayından hal-hazıradək Daşkəsən rayon, Xoşbulaq kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Şahid4 tanıyır. 2003-cü ilədək arıçılıq sovxozunda işləyəndə onunla tanış olmuşdur. Həmin vaxt Calal sürücü, o isə baş mühasib vəzifəsində işləmişdir. Şahid4 və oğlu Şahid1 heç vaxt ona həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etməmişlər, o, adıçəkilən şəxslərdən bu məsələ ilə əlaqədar hər hansı məbləğdə pul tələb etməmiş və almamışdır. Şahid1 ifadəsində göstərdiklərinin yalan olmasını bildirmişdir. Ona təqdim edilən Şahid1 0,12 ha torpaq sahəsinin ayrılması barədə DTXK-nin Daşkəsən rayon şöbəsi tərəfindən hazırlanmış rəy, həmin torpağın alqı-satqısı barədə akt, qiymət barədə arayış, 28.06.2007-ci il tarixli, 06 nömrəli Xoşbulaq bələdiyyəsinin qərarı, həmin tarix və nömrəli bələdiyyə iclas protokolundan çıxarışın məzmununda əlyazma ilə yazılan hisssələrdəki yazı nümunəsi ona məxsus deyil, həmin yazıları o, yazmamış, boş alqı-satqı aktına nə zamansa imza etməmişdir. Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunan müddətədək yəni, 2015-ci ilin fevralınadək bütün sənədlər rayon rəhbərliyinin şifahi göstərişinə əsasən Komitənin Daşkəsən rayon şöbəsində hazırlanmışdır. Həmin aktdakı imza ona məxsus olsa da, aktın kim tərəfindən doldurulub Şahid1 verilməsi barədə məlumatı yoxdur. Ola bilər ki, həmin sənəd onun tərəfindən imzalanmasın, onun əvəzindən kimsə onun imzasına oxşatmaqla aktı imzalasın, belə də ola bilər ki, bu sənəd kiminsə tərəfindən ona digər sənədlərin arasında imzaladılıb və möhürlənib. Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli qərarı Xoşbulaq kənd bələdiyyəsi tərəfindən verilməyib. Qərardakı xətt ona və ya bələdiyyənin digər üzvlərinə məxsus deyil. Həmin qərarda onun adının qarşısında imza, habelə bələdiyyənin möhürü yoxdur. Həmin sənədlər onun tərəfindən Şahid1 verilməmiş, kim tərəfindən verilməsi barədə də məlumatı yoxdur. 2015-ci ilədək torpaq sahəsinin alqısatqısına dair bütün sənədləşmələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində aparıldığından ola bilər ki, bu sənədlər də həmin qurum tərəfindən Şahid1 verilsin. Şahid1lə və ya atası Şahid4lə onlara torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı danışıq aparmamışdır. Şahid2 tanıyır, belə ki, Şahid2 2007-ci ildə həmişə gəldikləri yaylaq ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı ona müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən tələb olunan sənədləşmələr aparıldıqdan sonra Rəşada 0.12 ha torpaq sahəsi verilmişdir. Həmçinin, Şahid2 həyat yoldaşının və atasının adına da torpaq sahəsi verilmişdir. Şahid2, həyat yoldaşı və atası ərizə ilə müraciət edərək həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişlər. X42 0,12 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, həmin bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolundan çıxarış, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarış, X13 0,03 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, həmin bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolundan çıxarış, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışda əlyazma ilə yazılan hissələrdəki yazı nümunələri DTXKnin mütəxəssisi Vüqar adlı şəxsə məxsusdur.Bundan başqa, X42 0,12 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, həmin bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolundan çıxarış, yerquruluşu planından çıxarış, X13 0,03 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, həmin bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolundan çıxarış, yerquruluşu planından çıxarışda sizin adı qarşısındakı imzalar, habelə içərisində “Azərbaycan Respublikası Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsi” sözləri yazılmış möhür, barədə bildirmişdir ki, öz adı qarşısındakı imzalar ona məxsusdur, möhür əksləri isə Xoşbulaq bələdiyyəsinin möhürü ilə əks olunmuşdur. Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin möhürünün daima özündə olmuş, heç vaxt möhür kənar şəxsdə olmamamışdır. Şahid2 ifadəsində göstərdikləri barədə bildirmişdir ki, sonuncunun göstərdikləri hamısı yalandır, o, Şahid2 bu və ya digər məbləğdə pul almamış, onun və ailə üzvlərinin adına rəsmiləşdirilən torpaq sahələrinə görə özünün dövlət bütcəsinə ödədiyi təxminən 80-100 manat məbləğində pul vəsaitdən başqa Rəşaddan hər hansı ödəniş alınmamışdır. Bundan başqa, Rəşad ona 2010-cu ildə deyil 2007-ci ildə müraciət etmişdir. Şahid2 ifadəsinə əlavə etdiyi sənədlərin özü tərəfindən 2007-ci ildə hazırlanıb ona verilməsini bildirmişdir. X42 0,12 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolunun əslini, habelə X13 0,03 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolunun əslini, habelə Şahid2 Sədi oğluna 0,12 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqısatqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolunun əslinin bir nüsxəsi qaydaya əsasən Xoşbulaq bələdiyyəsində saxlanılmalıdır. Qeyd edilən sənədlərin 2007-ci ildə tərtib edilməsinə baxmayaraq həmin ildə habelə sonrakı illərdə tərtib edilən sənədləri o, Daşkəsən rayon arxivinə təhvil verməmişdir. Lakin Xoşbulaq bələdiyyəsinin arxiv sənədləri üzrə keçirdiyi axtarış zamanı həmin sənədləri tapa bilməmişdir. Bu səbəbdən təqdim etməyi mümkün deyildir. İşlədiyi dövrdə Xoşbulaq bələdiyyəsində qərar və protokolların qeydiyyatı aparılmamış, sadəcə ardıcıl nömrələnib ardıcıl qaydada yığılmışdır. Hər hansı kitab və ya jurnalda ayrıca qeydiyyat aparılmamış, siyahı tutulmamışdır. 2007-ci ildə Xoşbulaq bələdiyyəsinin üzvü olan şəxslərin adlarını xatırlamadığından həmin şəxslərin siyahısını istintaqa təqdim edə bilməməsini bildirmişdir. 2007-ci ilə qədər qaydalara əsasən torpağın dəyəri olan müvafiq pul vəsaitini Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiqlənmiş bir nüsxəsi bələdiyyədə, bir nüsxəsi vətəndaşda, bir nüsxəsi torpaq şöbəsində qalan qəbzlə nağd formada qəbul edib, bələdiyyənin büdcəsinə keçirmişdir. Bu işi isə bələdiyyənin mühasibi həyata keçirmişdir. Yəni pul vəsaitini bələdiyyənin mühasibi qəbul edir, bələdiyyə büdcəsinə keçirir, sonradan həmin pul vəsaiti bələdiyyə ərazisində görülən işlərə sərf edilmişdir. 2007-ci ildən sonra isə pul vəsaitləri nağd şəkildə deyil yalnız bank vasitəsilə qəbul edilmişdir.Həmin dövrdə pul vəsaitlərini nağd qaydada mühasibin qəbul etməsini göstərmişdir. Hər üç şəxsdən pulun nağd qaydada qəbul edilməsi barədə qəbzlərin əsillərini bələdiyyənin arxivi üzrə axtarış keçirib həmin qəbzləri tapıb təqdim edəcəyini bildirmişdir. Bundan başqa qəbzlərin bələdiyyə üzrə tutulan kassa mədaxil kitabında qeydiyyatının aparılmasını bildirmiş, əlavə etmişdir ki, qəbzlər nömrəli olmaqla onların sifarişi əsasında Gəncədə yerləşən adını və ünvanını xatırlamadığı mətbəədə hazırlanmışdır. Çinarə Aslanovaya 0, 12 ha torpaq sahəsinin satılması ilə əlaqədar onda 79,2 manat pulun 31.10.2007-ci il tarixli 612279 nömrəli qəbzlə alınması barədə qəbzin surətindəki “Həsənov” sözü qarşısındakı imza ona aiddir, Həsənov isə bələdiyyənin mühasibi Eşqin Həsənovdur. Yəqin həmin vaxt işdə olmadığından pulu onun əvəzinə özü qəbul etmiş və qəbzi də özü imzalamışdır. Ç.Aslanovaya 0, 12 ha torpaq sahəsinin satılması barədə onunla sonuncu arasında bağlanmış torpaq alqı-satqı aktının surətində olan Ç.Aslanova 0, 12 ha torpaq sahəsinə görə 79.2 manat pulu bələdiyyənin Kapital Bank ASC-dəki **********0 saylı hesabına ödəlilmsi barədə onu göstərmişdir ki, aktda səhvən həmin bank hesabının qeyd edilmiş, lakin qəbz varsa deməli pulu onların nağd qaydada qəbul etdiklərini bildirmişdir. Özünün mühasibin əvəzinə pul vəsaitlərini nağd qaydada qəbul etməyə səlahiyyəti çatmadığı halda mühasibin işdə olmaması səbəbindən qeyd edilən qanunsuz hərəkəti etməsini bildirmişdir. 31.10.2007-ci il tarixli alqı-satqı aktları ilə Gəncə şəhər sakini Şahid2 0,12 ha, sonuncunun arvadı Çinarə Aslanovaya 0,12 ha, X13 0,03 ha torpaq sahələrinin satılmasını təsdiq edir.Həmin torpaq sahələrini bələdiyyə mülkiyyəti olmasını təsdiq edən hər hansı sənəd və ya xəritə təqdim edə bilmədiyini bildirmişdir. DTXK-nin Daşkəsən rayon şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs2 torpağın bələdiyyə mülkiyyətində olması barədə arayışı verməsi ilə Şahbazla aralarında həmin arayışın verilməsi barədə danışıq olmamış, o, Şahbaza hər hansı məbləğdə pul və s maddi nemət verməmiş, Rəşad və onun ailə üzvlərinin isə verib-vermədiyini bilmədiyini bildirmişdir. Bələdiyyənin arxivi üzrə keçirdiyi axtarış zamanı mədaxil orderi qəbzlərinin qeydiyyatı kitablarından tapdığı ən köhnə kitab 2009-cu ilin qəbzlərinin qeydiyyatı kitabıdır. Daha əvvəlki illərə aid qəbzlərin qeydiyyatı kitabı isə bələdiyyədə yoxdur. Bu səbəbdən X67, Şahid2 hər birinə 0,12 ha, X13 0,03 ha torpaq sahəsinin satılması zamanı torpağın dəyəri qismində nəzərdə tutulan pul vəsaitlərini nağd şəkildə qəbul etməsinə dari müvafiq mədaxil orderi qəbzlərinin qeydiyyatının aparıldığı hər hansı kitab təqdim edə bilməmişdir. 2007-ci ilə aid mədaxil orderi qəbzlərinin qeydiyyatı kitabı kiməsə verilmiş və ya məhv edilmiş olmasının qeyrimümkün olmasını bildirməklə həmin kitabları müəyyən edə bilməməsini izah edə bilməmişdir. Bundan başqa, 2004-cü ildə Xoşbulaq bələdiyyəsi üzvlüyünə keçirilən seçkilərdə özü, qardaşı Ramiz Allahverdiyev, Şahid5, X28, X88, X89, X105, X68, X29 bələdiyyə üzvü seçilməsini, ilk bələdiyyə iclasında özünün sədr, Şahid5 isə müavin seçilməsini bildirmişdir. Özünün 2005-ci ilin yanvar ayında sədr seçildiyi iclasın protokolunu bələdiyyənin arxivi üzrə axtarış keçirməsinə baxmayaraq tapa bilməməsini göstərmişdir. O, həmin torpaqların kadastr planı çəkilməsində iştirak etməmişdir. Lakin ona təqdim edilən sxemə əsasən hazırda Şahid2 və onun ailə üzvlərinin istifadəsində olan olan torpaq sahəsi satılarkən həmin sahənin sərhədlərini naturada Şahid2 göstərmişdir. Faktiki onların istifadəsində olan yerlə kadastr məlumatlarına əsasən olan yerlər arasındakı fərqin səbəbi ona məlum deyil. 2004-cü ildə bələdiyyə sədri seçildikdən sonra 2010-cu ilin əvvəllərinə qədər bələdiyyənin möhürü dəyişdirilməmiş, 2010-cu ilin əvvəlində Zağalı və Qazaxyolçu kənd bələdiyyələri Xoşbulaq bələdiyyəsinə birləşdirildiyindən bələdiyyənin möhürü dəyişdirilmiş, köhnə möhürü isə Gəncə Regional Ədliyyə İdarəsinə təhvil vermiş, sonradan həmin köhnə möhürlər ləğv edilmişdir. 2010-cu ilin əvvəlindən hazırki vaxtadək bələdiyyənin möhürü dəyişdirilməmişdir. 2010-cu ildə Daşkəsən rayonu üzrə bütün bələdiyyələrdən köhnə möhürlər toplanılmış, bu barədə vahid bir akt tərtib edilmiş, həmin akt onlara verilməsə də regional ədliyyə idarəsində saxlanılmasını ehtimal etdiyini bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, köhnə möhürün məhv edilməsində iştirak etmiş, bu barədə də həmçinin akt tərtib edilmişdir ki, həmin akt da regional ədliyyə idarəsində saxlanılmışdır.Bunlara baxmayaraq həmin torpaqların bələdiyyə mülkiyyətində olmağını dəqiqləşdirmədiyi üçün əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-nin 308.2 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1995-ci ildən DTXK ləğv edilənədək DTXK-nin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. Ona təqdim edilən sənədlər barədə bildirmişdir ki, işlədiyi dövrdə şöbənin mütəxəssisləri bələdiyyə sədrləri tərəfindən hər hansı şəxsə torpaq ayrılarkən şablonları doldurur, xəritə tərtib edir, rəy və arayış hazırlayır, torpaq sahəsinin qiymətinə dair arayışı hazırlamaqla yanaşı onunla birgə həmin arayışa imza etmişlər. Şahid1 0,12 ha torpaq sahəsinin ayrılması barədə tərəfindən imzalanmış rəy, həmin torpağın alqı-satqısı barədə akt, qiymət barədə arayış, 28.06.2007-ci il tarixli, 06 nömrəli Xoşbulaq bələdiyyəsinin qərarı, həmin tarix və nömrəli bələdiyyə iclas protokolundan çıxarışın məzmununda əlyazma ilə yazılan hisssələrdəki yazı nümunəsi ona məxsus deyil, həmin yazıları o, yazmamışdır. Qiymət arayışında, rəydə adı qarşısındakı imzalar ona aiddir. Şahid1 Xoşbulaq ərazisindən 12 sot torpaq ayrılması barədə alqı-satqı aktında, habelə yerquruluşu planındakı imzalar onun imzasına bənzəsə də, sanki bir qədər fərqlidir, müəyyən qədər onun imzasına bənzəmir. Həmin sənədləri özünün və ya onun əvəzinə başqa şəxsin imzalamasından məlumatı yoxdur. Qeyd edilən sənədlərdə müvafiq hissələrdə içərisində “X63 Komitəsi, Daşkəsən rayon şöbəsi” sözləri yazılmış möhür əksi müdiri olduğu şöbənin möhürünün əksidir, həmin möhür daima onda olmuşdur, əgər sənədlərə möhür vurulubsa demək onun özü tərəfindən vurulmuşdur. Bundan başqa, X42 0,12 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, həmin bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolundan çıxarış, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarış, X13 0,03 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, həmin bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolundan çıxarış, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışda əlyazma ilə yazılan hissələrdəki yazı nümunələri ona aid deyil, həmin yazı xətti şöbələrinin Vüqar adlı mütəxəssisinə aiddir. X42 0,12 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarış, X13 0,03 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışda adı qarşısındakı imzalar ona məxsusdur, həmin sənədlərdə şöbənin adı qeyd edilmiş möhür əksləri müdiri olduğu şöbənin möhürünə aiddir. Qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən vətəndaş ilk əvvəl torpaq almaq istədiyi bələdiyyəyə müraciət etməli, bələdiyyə vətəndaşın müraciəti üzrə həmin vətəndaşa torpaq ayrılması barədə məsələni bələdiyyə iclasının gündəliyinə çıxarmalı, müsbət qərar qəbul edilərsə bələdiyyə DTXK-nin müvafiq rayon şöbəsinə həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasından ötrü müraciət etməli, müvafiq tələblərə əsasən şöbənin hər hansı etirazı olmazsa, vətəndaşa torpaq sahəsinin ayrılması barədə rəy verilməli idi. Bundan sonra, bələdiyyə iclas keçirir, vətəndaşa həmin torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir, həmin qərar və qərarın qəbul edildiyi bələdiyyə iclasının protokolu ilə birgə bələdiyyə yenidən şöbələrinə müraciət edir, həmin sənədlər əsasında torpağın qiyməti barədə arayış hazırlanır, daha sonra torpağın alqı-satqısına dair akt tərtib edilir, həmin akta şöbənin müdiri də imza edir, bundan əlavə torpaq sahəsinin yerləşdiyi yerin yerquruluşu planından çıxarış tərtib edilirdi. Qeyd edilən sənədlər 4 nüsxədə hazırlanır, biri şöbədə saxlanır, digəri vətəndaşa verilir, 3cü nüsxə bələdiyyəyə, 4-cü isə plan-ölçü sənədi alınması üçün Gəncə Layihə Tədqiqat İdarəsinə göndərilirdi. Bələdiyyə qərarı və iclas protokolu bələdiyyələr tərəfindən tərtib edilməli olsa da, qeyd etdiyi səbəblərdən həmin sənədlər də şöbələrində rayon rəhbərliyinin göstərişi əsasında bələdiyyə sədrlərinin xahişi və onların verdiyi məlumatlar əsasında doldurulmuşdur. Qeyd etdiyi kimi Şahid1 0,12 ha torpaq ayrılması barədə sənədlərdən rəy və qiymət arayışındakı imzalar dəqiq ona məxsusdur. Akt və plandan çıxarışdakı imzalar isə onun imzasına qismən oxşayır. Hər dörd halda imzalar onun olsa belə hər hansı torpaq sahəsinin alqı-satqısının rsəmiləşməsinə müvafiq bələdiyyənin müraciəti əsasında başlanılır. Hər bir halda Xoşbulaq bələdiyyəsinin müraciəti olmasa idi həmin torpaq sahəsinin qiyməti barədə arayış, habelə satılması barədə rəy tərtib olunmazdı. Habelə alqı-satqı aktındakı R.Allahverdiyevin adı qarşısındakı imza onun özünə, möhür isə bələdiyyəyə məxsusdur. O ki, qaldı müvafiq bələdiyyə qərarı və bələdiyyə iclasının protokolundan çıxarışda imza və möhürün olmamasına bununla bağlı bildirmişdir ki, həmin sənədlər həqiqidirsə demək bələdiyyə qərarı və müvafiq protokoldan çıxarışın bir nüsxəsi DTXK-nin Daşkəsən rayon şöbəsində və ya Gəncə Layihə Tədqiqat İdarəsində saxlanılmalıdır. DTXK 2015-ci ildə ləğv edildiyindən həmin sənədlər yəqinki hazırda ƏMDX-də saxlanılır. Əksər bələdiyyə sədrləri və üzvləri aşağı təhsil səviyyəsində olduqlarından rayon rəhbərliyinin şifahi göstərişinə əsasən bələdiyyə hansısa vətəndaşa torpaq satarkən bütün lazımi sənədlər eyni zamanda bələdiyyə sədrlərinin xahişi ilə onlara aid olan qərar və iclas protokollarından çıxarışlar onların verdikləri məlumat əsasında şöbədə hazırlanmış, rəhbərlik etdiyi şöbənin mütəxəssisləri sadəcə xəttat kimi həmin sənədləri doldurmuşlar. Ona təqdim edilən sənədlərin hazırlanma tarixi barədə verilən suala cavab olaraq sənədlərdə onların 2007-ci ildə hazırlanması göstərildiyindən elə qeyd edilən tarixlərdə də sənədlərin hazırlanmasını ehtimal etdiyini bildirmişdir. Şahid1 0,12 ha torpaq sahəsinin ayrılması barədə rəy, həmin torpağın alqı-satqısı barədə akt, qiymət və torpağın bələdiyyə mülkiyyətinə aid olması barədə arayışda adı qarşısındakı imzaların ona, içərisində X63 Komitəsi, Daşkəsən rayon şöbəsi sözləri yazılmış möhür əksinin isə müdiri olduğu sabiq DTXK-nin Daşkəsən rayon şöbəsinin möhüründən istifadə edilməklə icra olunması müvafiq ekspert rəyi ilə tam təsdiq edilmişdirsə. deməli sənələri o, imzalayıb, möhürləmişdir, lakin hansı qaydada, hansı şəraitdə imzalayıb möhürlədiyini xatırlaya bilmir. Şahid1 adlı şəxsi ümumiyyətlə tanımır, qeyd edilən sənədi imzalayıb möhürləməyinin müqabilində heç kimdən pul və sair maddi nemət istəməmiş, almamışdır. Bir daha qeyd etmişdir ki, Şahid1 adlı şəxsi tanımır, fəaliyyəti dövründə heç bir alqı-satqı aktının imzalanmasında alıcı iştirak etməmiş, həmin akta bələdiyyə sədri sonradan alıcıya imza etdirib idarələrinə təqdim etmişdir. Təqsirləndirilən şəxs3 onun göstərişi ilə qeyd edilən arayışa imza etməsi, reallıqda hansı ərazinin satılmasından, həmin yerin hansı mülkiyyətdə olmasından xəbərdar olmaması ilə bağlı göstərdikləri üzrə verilən suala cavab olaraq göstərmişdir ki, həmin yerə reallıqda bələdiyyə sədri və alıcı ilə gedib baxış keçirməli olduğu halda keçirməmişdir ki, bu kimi problem yaranmışdır, o da səhlənkarlığından Vüqarın buraxdığı səhvi aşkar etməyərək yazıb hazırladığı arayışa və digər sənədlərə imza etməklə möhür vurmuşdur. Təqsirləndirilən şəxs3 hər hansı qanunsuz göstəriş verməmiş, bələdiyyə mülkiyyətində olmayan torpağın bələdiyyə mülkiyyətində olması barədə arayış verməsini tapşırmamışdır. Şahid1 torpaq ayrılması barədə iş materiallarında olan sənədlərin əslinə baxmışdır. Həmin sənədlərdə əlyazma ilə yazılan yazılar rəhbərlik etdiyi şöbənin hər hansı əməkdaşının yazı nümunəsinə uyğun deyil. Qeyd etdiyi kimi torpaq rəsmiləşməsi barədə sənədləri şöbənin hər hansı mütəxəssisi hazırlayır, şablonu öz xətti ilə doldurur bəzən arayışa da onunla yanaşı imza etmişdir. Arayışda Vüqarın imzası olması sənədləri onun tərtib etməli olması anlamına gəlsə də, həmin yazı nümunələri Vüqarın xəttinə oxşamır. Bütün bunlar onda şübhə yaradır. Həqiqətən o, həmin sənədlərə nə zaman, hansı şəraitdə imza etdiyini xatırlaya bilmir. Bundan başqa, Şahid1 0,12 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktının 17.09.2007-ci il tarixdə tərtib edilməsi, həmin tarixdə 460 nömrəsi ilə müvafiq kitabda qeydiyyatdan keçməsi qeyd edilsə də müvafiq kitaba baxış zamanı 460 nömrəsi ilə başqa aktın qeydiyyatdan keçməsi, Şahid1 hər hansı torpaq satılması barədə kitabda akt qeydiyyatdan keçmədiyi müəyyən edilməsi ilə bağlı göstərmişdir ki, hazırda qeyd etdiyi kimi həmin sənədləri hansı şəraitdə imzalayıb möhürlədiyini xatırlamır. Şahid1 satılmalı olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə 2013-cü ildə tərtib edilmiş 2007-ci il tarix qoyulmuş arayışa onun tapşırığı ilə imza etməsi barədə göstərmişdir ki, qeyd edilən sənədin hazırlanmasını ümumiyyətlə xatırlaya bilmir, Vüqara belə bir tapşırıq verib-vermədiyini də xatırlaya bilmədiyini demişdir. Hər hansı şəxsə torpaq sahəsinin ayrılması barədə bələdiyyə iclas protokolu ilə qərarı daxil olduqda həmin sənədləşmənin icrası şöbənin mütəxəssislərindən birinə həvalə edilirdi. Qaydaya əsasən müvafiq sənədləşmənin həvalə olunduğu mütəxəssis bələdiyyə sədri və torpağı alan şəxslə birgə satılan əraziyə gedib yerində xəritə əsasında torpaq sahəsinin hansı mülkiyyətə aid olmasını müəyyən etməli, bələdiyyə mülkiyyətinə aid olarsa həmin torpağın bələdiyyə mülkiyyətində olması və torpağın normativ qiyməti barədə arayış, Torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasına dair rəy, yerquruluşu planından çıxarış habelə alqı-satqı aktının layihəsini hazırlamalı, bəzi hallarda arayışa mütəxəssis özü də imza etməli idi. Mütəxəssisin həmin arayışa imza etməsi məcburi deyildir. Sənədlərin məzmunundakı yazı nümunələrinin Vüqara aid olması həmin sənədləri onun hazırlanması qənaətinə gəlməyə əsas verir. O isə müdir kimi yenidən toplanmış sənədlər əsasında xəritə üzrə satılan yerin bələdiyyə mülkiyyətində olmasını, qüvvədə olan normativ hüquqi aktlar baxımından həmin yerin satılmasının yolverilən olmasını araşdırmalı, bundan sonra mütəxəssis tərəfindən tərtib edilən arayışı, rəyi, yerquruluşu planından çıxarışı, habelə bələdiyyə sədri və alıcının iştirakı ilə alqı-satqı aktını imzalayıb möhürləməli idi. Görünür ki, o, səhlənkarlıq edib sənədləri düzgün yoxlamamış, torpağın bələdiyyə mülkiyyətində olmadığını müəyyən etməmişdir. Həm də rayon rəhbərliyinin göstərişinə görə vətəndaşların süründürməciliyinə yol verməmək üçün bələdiyyə sədrlərinin verdiyi məlumatlar əsasında yəni, torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə məlumatları yerində yoxlamamışlar. Ona görə də həmin torpağın bələdiyyə mülkiyyətində olmadığından xəbəri olmamışdır. Yuxarıda adları qeyd edilən şəxlərə müvafiq torpaq sahəsinin ayrılması barədə sənədlərin istintaq zamanı 2010-cu ildə tərtib edilməsi müəyyən edilməsi barədə göstərmişdir ki, hazırda qeyd edilən şəxslərə torpaq ayrılması prosessini xatırlaya bilmir. Əgər istintaqla həmin rəsmiləşmənin 2010-cu ildə olması müəyyən edilmişdirsə mümkündür ki, 2010-cu ildə 2007-ci ilə aid sənədlər tərtib edilsin. Belə ki, 2008-ci ilin yanvarından etibarən hərrac və müsabiqədən kənar torpaq satılması qadağan edildiyindən rayon rəhbərliyinin göstərişinə görə bələdiyyələr torpaq sahələrini hərracdan kənar satmaq üçün sənədləri geri tarixə rəsmiləşdirirdilər. Belə hallar təcrübədə baş vermişdir. Əgər doğurdan da sənədlər geri tarixə tərtib edilmişdirsə mümkündür ki, o, bu barədə Təqsirləndirilən şəxs3 tapşırıq vermiş, sonuncu da onun tapşırığını icra etmişdir. Həqiqətən də xeyli vaxt keçdiyindən hazırda qeyd edilən şəxslərə torpaq sahəsinin ayrılması barədə sənədləşməni xatırlamadığını bildirmişdir. Əgər sənədi geri tarixə vermişdirsə, bu rayon rəhbərliyinin göstərişinə əsasən Təqsirləndirilən şəxs1 Allahverdiyevin xahişi ilə olmuşdur, onun və şöbənin əməkdaşlarının o cümlədən Təqsirləndirilən şəxs3 bu işlərdə heç bir maddi təmənnası olmamış, heç kimdən bu işlə bağlı pul və sair maddi nemət istəməmiş və almamışdır. Təqsirləndirilən şəxs1 Allahverdiyev də bu işlərlə bağlı nə ona nə də, şöbənin əməkdaşlarına o cümlədən Təqsirləndirilən şəxs3 pul və ya sair maddi nemət verməmiş və təklif etməmişdir. Ümumiyyətlə bu işlərlə bağlı heç kimdən pul və sair maddi nemət istəməmiş, almamış, habelə bu barədə heç kimlə razılaşmamış, ona təklif və ya vəd verilməmişdir. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-nin 308.2 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2000-ci ildən DTXK ləğv edilənədək DTXK-nin Daşkəsən rayon şöbəsinin mütəxəssisi vəzifəsində işləmişdir. Hazırda ona təqdim edilən sənədlər barədə bildirmişdir ki, işlədiyi dövrdə şöbənin digər mütəxəssisləri kimi o da bələdiyyə sədrləri tərəfindən hər hansı şəxsə torpaq ayrılarkən şablonları doldurur, xəritə tərtib edir, rəy və arayış hazırlayır, torpaq sahəsinin qiymətinə dair arayışı hazırlamaqla yanaşı rəislə birgə həmin arayışa imza etmişdir. Hazırda ona təqdim edilən Şahid1 0,12 ha torpaq sahəsinin ayrılması barədə şöbə müdiri tərəfindən imzalanmış rəy, həmin torpağın alqı-satqısı barədə akt, qiymət barədə arayış, 28.06.2007-ci il tarixli, 06 nömrəli Xoşbulaq bələdiyyəsinin qərarı, həmin tarix və nömrəli bələdiyyə iclas protokolundan çıxarışın məzmununda əlyazma ilə yazılan hisssələrdəki yazı nümunəsi ona məxsus deyil, həmin yazıları o, yazmamışdır. Qiymət arayışındakı öz adı qarşısındakı imza ona məxsusdur, lakin arayışın məzmunundakı yazı ona aid deyil, hazırda belə arayışa imza etdiyimi xatırlamır, adıçəkilən şəxsi tanımır, boş arayışa nə zamansa imza etməmişdir. Bundan başqa onu da bildirmişdir ki, onun gördüyü işi 2011-2014-cü illərdə müdirin katibəsi İsmayılova Sevinc habelə həmin dövrdə şöbədə mütəxəssis vəzifəsində işləmiş X69 da görmüşdür, onların yazı xəttlərini xatırlamır, ola bilər ki, həmin yazı adıçəkilən şəxslərdən biri tərəfindən icra edilmişdir, lakin həmin yazı xətti dəqiq ona aid deyil. Qeyd edilən şəxslərin sənədlərindən başqa digər şəxslərin də torpaq alması ilə bağlı sənədləri öz xətti ilə yazmışdır, həmin sənədlərə baxılsa onun dedikləri bir daha öz təsdiqini tapar. Bundan başqa ona təqdim edilən X42 0,12 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, həmin bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolundan çıxarış, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarış, X13 0,03 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, həmin bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolundan çıxarış, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışda əlyazma ilə yazılan hissələrdəki yazı nümunələri ona aiddir. Həmin yazılar onun tərəfindən icra edilmişdir. Əksər bələdiyyə sədrləri və üzvləri aşağı təhsil səviyyəsində olduqlarından bələdiyyə hansısa vətəndaşa torpaq satarkən bütün lazımi sənədlər eyni zamanda rayon rəhbərliyinin göstərişinə əsasən və bələdiyyə sədrlərinin xahişi ilə onlara aid olan qərar və iclas protokollarından çıxarışlar onların verdikləri məlumat əsasında şöbələrində hazırlanırmış, o və şöbənin digər əməkdaşları sadəcə xəttat kimi həmin sənədləri doldurmuşlar. Ona təqdim edilən sənədlərin hansı tarixdə hazırlanması barədə verilən suala cavab olaraq sənədlərdə onların 2007-ci ildə hazırlanması göstərildiyindən sənədlərin elə həmin ildə tərtib edilməsini düşündüyünü bildirmişdir. Şahid1, Sədrəddin Qurbanov və Çinarə Aslanovanın adına torpaq rəsmiləşdirməsi zamanı tərtib edilmiş torpaq alqı-satıqısına dair aktlarda həmin aktların DTXK-nin Daşkəsən rayon şöbəsində müxtəlif nömrələrlə qeydiyyata alınması şöbələrində “Torpaqların alqı-satıqısına dair qeydiyyat Kitabı” adlı vərəqləri nömrələnib möhürlənmiş kitabda qeyd edilmiş, həmin aktlardakı nömrələr də kitabda siyahı üzrə qeydiyyat nömrələridir. 15.02.2015-ci il tarixdə DTXK ləğv edilmiş və bundan sonra onlar qeydiyyat kitabını da digər sənədlərlə birgə ƏMDK-nin Daşkəsən rayon şöbəsinin əməkdaşı Elnur Verdiyevə ƏMDK-nin 3 saylı Gəncə ərazi idarəsinə təhvil verməsindən ötrü təhvil-təslim aktı ilə təhvil vermişlər, hazırda həmin sənəd əgər saxlama müddəti keçməmişdirsə, 3 saylı Gəncə ərazi idarəsində olmalıdır. Şahid1 torpaq ayrılması barədə şöbə müdiri Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış rəy, habelə qiymət arayış, o cümlədən torpaq alqı satqısı barədə aktlar sizə bir daha təqdim edilməklə içərisində “X63 Komitəsi, Daşkəsən rayon şöbəsi” sözləri yazılmış möhürün onun işlədiyi şöbənin möhür əksi olmasını bildirmişdir. İşlədiyi vaxtlarda şöbənin möhürü daima müdirdə olmuşdur. 2015-ci ildə Komitə ləğv edildiyindən digər arxiv sənədləri ilə birgə möhürü də ƏMDK-nin 3 saylı Gəncə ərazi idarəsinə təhvil vermişlər, hazırda da həmin möhür əgər saxlanılırsa orada olmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən vətəndaş ilk əvvəl torpaq almaq istədiyi bələdiyyəyə müraciət etməli, bələdiyyə vətəndaşın müraciəti üzrə həmin vətəndaşa torpaq ayrılması barədə məsələni bələdiyyə iclasının gündəliyinə çıxarmalı, müsbət qərar qəbul edilərsə bələdiyyə DTXK-nin müvafiq rayon şöbəsinə həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasından ötrü müraciət etməli, müvafiq tələblərə əsasən şöbənin hər hansı etirazı olmazsa vətəndaşa torpaq sahəsinin ayrılması barədə rəy verilməli idi. Bundan sonra bələdiyyə iclas keçirir, vətəndaşa həmin torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir, həmin qərar və qərarın qəbul edildiyi bələdiyyə iclasının protokolu ilə birgə bələdiyyə yenidən şöbələrinə müraciət edir, həmin sənədlər əsasında torpağın qiyməti barədə arayış hazırlanır, daha sonra torpağın alqı-satqısına dair akt tərtib edilir, həmin akta şöbənin müdiri də imza edir, bundan əlavə torpaq sahəsinin yerləşdiyi yerin yerquruluşu planından çıxarış tərtib edilirdi. Qeyd edilən sənədlər 4 nüsxədə hazırlanır, biri şöbədə saxlanır, digəri vətəndaşa verilir, 3-cü nüsxə bələdiyyəyə, 4-cü isə plan-ölçü sənədi alınması üçün Gəncə Layihə Tədqiqat İdarəsinə göndərilirdi. Bələdiyyə qərarı və iclas protokolu bələdiyyələr tərəfindən tərtib edilməli olsa da qeyd etdiyi səbəblərdən həmin sənədlər də şöbədə bələdiyyə sədrlərinin xahişi və onların verdiyi məlumatlar əsasında doldurulmuşdur. Hər hansı torpaq sahəsinin rəsmiləşməsi aparılanda müvafiq sənədlərin hazırlanması barədə müdir tərəfindən işçilərə, eləcə də ona tapşırıq verilirdi, həmin arayış isə formal idi, reallıqda şöbənin hər hansı əməkdaşı əraziyə baxış keçirmir, bələdiyyə sədri özü bələdiyyə torpağı hesab etdiyi yerin satılması barədə şöbəərinə müraciət edirdi, sənədlərin hazırlanması barədə Təqsirləndirilən şəxs2 tərəfindən tapşırıq verildikdən sonra şöbənin mütəxəssisləri tərəfindən sənədlər hazırlanırdı. Torpaq sahəsinə reallıqda isə yalnız kadastr planı hazırlanarkən baxış keçirilib, kordinatlar götürülürdü ki, bu işlə kadastr idarəsinin əməkdaşları məşğul olurdu. Bələdiyyə tərəfindən torpaq sahəsinin satıla bilinməsi üçün həmin arayış tələb olunurdu ki, Təqsirləndirilən şəxs2 sənədlərin hazırlanması barədə göstəriş verdikdə o, və digər mütəxəssislər artıq həmin arayışa imza etməli olduqlarını və digər sənədləri tərtib etməli olduqlarını bilirdilər. Bələdiyyə tərəfindən torpaq satılarkən söhbətin hansı torpaq sahəsindən getməsini belə bilmir, müdirin göstərişi ilə torpağın bələdiyyə mülkiyyətinə aid olması barədə arayış hazırlayır, bəzən isə müdirlə yanaşı ona imza da etmişdir. Əlavə etmişdir ki, qaydaya əsasən əksər hallarda həmin torpaq sahəsi ilə bağlı rəsmiləşməni aparan şöbənin bir mütəxəssisi özü lazımi şablon sənədləri doldurur, bir halda torpağın mülkiyyəti və qiyməti barədə arayışa müdirlə yanaşı imza edirdi. Şahid1 torpaq ayrılması barədə sənədlərdə əlyazma ilə yazılmış nümunələrin ona aid olmadığı halda sənədə imza etməyinin səbəbini başa düşə bilmir. Onun imzası olan arayışın yuxarı sağ küncündəki TŞ-07-460 nömrəsində TŞ hərfləri “Torpaq şöbəsi” sözlərini, 07 2007-ci ili, 460 isə alqı-satqı aktının müvafiq kitabda qeydiyyat nömrəsini ehtiva edir. 2013-cü ildə tərtib edilmiş arayışa 2007-ci il tarixi bildirən 07 rəqəminin yazılması barədə heç bir fikri yoxdur. Əgər imza ona aiddirsə ya həmin tarix qoyulmadan imza etmiş, ya da tarix qoyulduqdan sonra geri tarixdə imza etmişdir. X42 0,12 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, həmin bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolundan çıxarış, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarış, X13 0,03 ha torpaq sahəsi ayrılması barədə sənədlər, torpaq alqı-satqısına dair akt, qiymət arayışı, rəy, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı, həmin bələdiyyənin eyni tarixli və nömrəli iclas protokolundan çıxarış, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışda əlyazma ilə yazılan hissələrdəki yazı nümunələrinin ona aid olmasını ekspert rəyi də təsdiq edilmişdirsə deməli ona məxsusdur.Hər hansı şəxsə bələdiyyə tərəfindən torpaq sahəsinin satılması barədə Təqsirləndirilən şəxs2 tapşırıq verdikdə bu həmin torpağın bələdiyyə mülkiyyətində olmasına dair arayışın, yerquruluşu planının hazırlanmasına dair rəyin, habelə yerquruluşu planından çıxarışın, alqı-satqı aktının, hazırlanması demək idi, habelə o, arayışa torpağın qiymətini yazsa da torpağın bələdiyyə mülkiyyətinə aid olması arayışda çap üsulu ilə artıq yazılmış olurdu. Hər hansı şəxsə bələdiyyə torpağı satılanda bələdiyyə satmaq istədiyi, bələdiyyə fonduna aid olmasını hesab etdiyi torpağın rəsmiləşməsi barədə müraciət edir, torpaq sahəsini də özü alıcıya göstərirdi, torpaq şöbəsinin hər hansı əməkdaşı həmin torpağın heç harada yerləşməsini də reallıqda nə əməkdaşlar nə də müdir bilmirdi. Ona təqdim edilən Şahid2, Çinarə Aslanova və Sədrəddin Qurbanova torpaq sahəsinin ayrılması barədə sənədləri tərtib etdiyini, habelə nə zaman tərtib etdiyini xatırlamaqda çətinlik çəkir. Həmin yazı nümunələrinin ona aid olması ekspert rəyi ilə təsdiq olunursa deməli həmin sənədləri o hazırlamışdır. Əgər istintaqla sənədin faktiki 2010-cu ildə tərtib edilməsi müəyyən olunursa mümkündür ki, 2010-cu ildə 2007-ci il tarixinə sənəd tərtib olunsun. Belə ki, 2008-ci ilin yanvarından etibarən hərrac və müsabiqədən kənar torpaq satılması qadağan edildiyindən bələdiyyələr rayon rəhbərliyinin göstərişi ilə torpaq sahələrini hərracdan kənar satmaq üçün sənədləri geri tarixə rəsmiləşdirirdilər. Beləliklə əgər o, 2010-cu ildə geri tarixə sənəd tərtib etmişdirsə bunu mütləq müdirin göstərişi ilə etmişdir. Adı cəkilən şəxsləri tanımır, onların sənədlərinin hazırlanmasına görə bələdiyyə sədri Təqsirləndirilən şəxs1 Allahverdiyev və ya başqa kimsə ona hər hansı pul və ya sair maddi nemət verməmiş, qeyd edilən qanunsuz hərəkətlər müqabilində kimdənsə pul və sair maddi nemət istəməmiş almamış, habelə bu barədə təklif və ya vəd verilməmişdir. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Calal oğlu ifadəsində göstərdi ki, o, 2013-cü ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə tanışı X30 vasitəsilə Xoşbulaq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 Allahverdiyevin Xoşbulaq kəndində meşə ərazisində ev tikmək üçün torpaq sahəsi satmasını eşidib həmin Ramil adlı tanışı vasitəsilə Təqsirləndirilən şəxs1lə Daşkəsən şəhəri ərazisində kafelərdən birində görüşmüş, söhbət əsnasında o, Təqsirləndirilən şəxs1 Allahverdiyevə müraciət edərək Xoşbulaq kəndinin ərazisindən ev tikmək üçün torpaq sahəsi almaq istədiyini dedikdə sonuncu da ona bələdiyyənin balansında olan meşə ərazisində yerləşən torpaqlardan 0,12 hektar yəni 12 sot torpaq sahəsi verə biləcəyini, lakin orada torpağın hər sotu üçün 900 ABŞ dolları olmaqla 10.800 ABŞ dolları məbləğində pul ödəməli olduğunu demiş, o, bir qədər qiyməti endirməyə çalışsa da bu mümkün olmamış, yekun olaraq 12 sot torpaq üçün ümumilikdə 10800 ABŞ dollar məbləği ilə Təqsirləndirilən şəxs1lə razılığa gəlmişlər. Bundan başqa o, Təqsirləndirilən şəxs1 pulun 7500 ABŞ dollarını əvvəldən, 3300 ABŞ dollarını yekun olaraq bütün sənədlərini aldıqdan sonra verəcəyini demiş, sonuncu da onunla razılaşmışdır. Bütün bu söhbətlər 2013-cü ilin yay aylarından birində, hazırda xatırlamadığı tarixdə, Daşkəsən şəhərindəki kafelərdən birində onunla Təqsirləndirilən şəxs1 arasında olmuş, bütün söhbət müddətində Ramil də onların yanlarında olub danışılanları dinləmişdir. Təqsirləndirilən şəxs1 Allahverdiyev orada ona satacağı torpaq sahəsinin Xoşbulaq bələdiyyəsinin balansında olmasını, həmin əraziləri əvvəlcədən özü və qohumlarının adına bron etdiyini, sənədlərini 2007-ci il tarixə uyğun rəsmiləşdirəcəyini dedikdə, o isə əvvəl başqa adamın adına olan torpaq sahəsini istəmədiyini, alacağı torpağın ilk sahibi olmaq istədiyini dedikdə Təqsirləndirilən şəxs1 onunla razılaşıb əvvəllər heç kimin adına rəsmiləşdirilməmiş torpaq sahəsinin onun adına rəsmiləşdirəcəyini demiş, onlar bu barədə yekun razılığa gəlmiş, sonra oradan birbaşa Xoşbulaq kəndinə üçlükdə gəlmişlər və Təqsirləndirilən şəxs1 ona satacağı torpaq sahəsini real göstərmişdir. Əlavə etmişdir ki, həmin yer Şamlıq deyilən yerin yuxarı hissəsində yerləşir. Yeri bəyəndiyindən almaq fikrini qətiləşdirmiş, bundan sonra onlar yenidən üçü Daşkəsən şəhərinə az əvvəl oturduqları kafeyə qayıtmışlar, pulun bir hissəsini elə həmin gün vermək qərarına gəldiyindən Təqsirləndirilən şəxs1lə Ramili kafeyə düşürdüb evə getmiş, evdən 3500 ABŞ dollarını götürüb kafeyə qayıtmış, Ramilin yanında Təqsirləndirilən şəxs1 3500 ABŞ dollarını 100 dollarlıq 35 ədəd əskinaslarla sayıb vermişdir. Sonra onlar şam yeməyi yeyib sağollaşıb ayrılmışlar. Həmin gündən 2 ya 3 gün sonra o, yenidən öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindəndən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək sonuncu ilə görüşüb pulun qalan 4000 ABŞ dollar hissəsini vermək istədiyini demiş, həmin gün onlar Təqsirləndirilən şəxs1lə ilk dəfə pulu verdiyi kafedə ikilikdə görüşmüşlər, o, bu dəfə Təqsirləndirilən şəxs1 4000 ABŞ dollarını 40 ədəd 100 dollarlıq əskinas formasında vermiş, Təqsirləndirilən şəxs1 də pulu sayıb götürmüşdür. Gəncə şəhərindən torpaq idarəsinin əməkdaşı kimi tanıdığı İsmayıl və Mehman adlı şəxslər onun xahişi, Təqsirləndirilən şəxs1 dəvəti ilə 2013-cü ildən keçən müddət ərzində 2017-ci ilə qədər bir neçə dəfə onun torpaq sahəsinin sərhədlərini naturada ona göstərib, sərhəd xəttlərini çəkib getmişlər. İkinci dəfə pul məbləğini verdikdən 1 ay sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək 2500 ABŞ dolları verməyini, bunun müqabilində 800 dollar ona güzəşt edəcəyini demiş, o, isə yalnız yekun olaraq sənədlərini alanda qalıq 3300 ABŞ dollarını verəcəyini demişdir. 2017-ci ilin xatırlamadığı günündə İsmayıl və Mehman növbəti dəfə Təqsirləndirilən şəxs1 müşayiəti ilə GPS cihazı ilə kordinatları müəyyən etmək üçün gələndə orada Aşağı Daşkəsən qəsəbə sakini Şahid3 Raqif oğlu və X48 da olmuş, həmin vaxt hələ Təqsirləndirilən şəxs1 ona heç bir sənəd vermədiyindən bunu bilən bibisioğlu Duman Təqsirləndirilən şəxs1 hirslənib onun sənədini Təqsirləndirilən şəxs1 tələb etmiş, Təqsirləndirilən şəxs1 də yaxın vaxtlarda sənədlərin hazır olacağını demişdir. Mobillə qohumluğu yoxdur, Mobil həmin vaxt Dumanın yanında olmuş və bu danışıqların o da şahidi olmuşdur. Bu hadisədən təxminən bir ay sonra Təqsirləndirilən şəxs1 iş materiallarında olan sənədləri yəni rəy, alqı satqıya dair akt, Xoşbulaq bələdiyyəsinin 28.06.2007-ci il tarixli 06 nömrəli qərarını, eyni tarix və nömrəli bələdiyyə iclasının protokolundan çıxarışı, yerquruluşu planından çıxarışı təqdim etmişdir. Bu sənədləri alandan sonra o, bir qədər rahatlasa da torpağının çıxarışını almaq üçün nə etməli olduğunu Təqsirləndirilən şəxs1 soruşanda Təqsirləndirilən şəxs1 bir qədər səbr etməli olduğunu dediyindən, buna görə gözləmək qərarına gəlmiş, həm də sənədlər əlində olduğundan artıq arxayınlaşmışdır. 2018-ci ilin əvvəllərində dəqiq xatırlamadığı tarixdə həmin yerdən keçərkən təsadüfən ona verilən torpaq sahəsinə daş, çınqıl, qum tökülməsini görüb təəcüblənmiş, dərhal Təqsirləndirilən şəxs1 zəng edib bu barədə məlumat verdikdə Təqsirləndirilən şəxs1 onu qabaqlayıb guya Daşkəsəndə torpaq şöbəsində Qumru adlı şəxsin torpaq sahələrini səhv salıb onun sahəsini başqa adama verməsini demiş, aydınlaşdırıb bu məsələni həll edəcəyini bildirmiş, o da razılaşmışdır. Bundan bir neçə gün sonra o, həmin yerdən keçəndə artıq ərazidə hasar tikildiyini görüb yenidən Təqsirləndirilən şəxs1 zəng edəndə Təqsirləndirilən şəxs1 artıq gec olduğunu, həmin adamın orada ev tikintisinə başladığını, buna görə həmin sahənin yanından 12 sotluq ev tikmək üçün yeri ona ayıracağını dedikdə o, məcbur qalıb razılaşmışdır. Sonra dəfələrlə Təqsirləndirilən şəxs1lə mobil telefon vasitəsilə əlaqə saxlayaraq hər dəfə ya pulunu geri qaytarmasını, ya da ona yeni yer verməsini tələb etsə də nə yer , nə də pulumu Təqsirləndirilən şəxs1 ala bilməmişdir. Bundan başqa ona vəd olunan torpağın satıldığı adamı da tanımadığını bildirmişdir. Bütün bunlardan başqa Ramil ilə Təqsirləndirilən şəxs1 həmkəndli kimi çox yaxın münasibətləri olmasını, onların dostluq etdiklərini, elə həmin vaxt da Təqsirləndirilən şəxs1lə Ramil vasitəsilə əlaqə yaratmağının səbəbinin sonuncular arasında yaxın münasibətlər olmasını demişdir. İfadəsində göstərdiklərinin hamısının həqiqət olmasını, lakin Ramilin bütün dediklərini yəni, onun iştirakı ilə Təqsirləndirilən şəxs1lə arasında olan danışıqları və pul alış-verişini təsdiq edib etməyəcəyini dəqiq bilmədiyini bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Daşkəsən rayon prokurorluğuna təqdim etmiş olduğu CD diskdəki səs yazıları şikayət etməmişdən 5-6 ay əvvəl onunla Təqsirləndirilən şəxs1 arasında yuxarıda qeyd etdiyi mobil nömrələrdən aparılan danışıqlar zamanı qeydə alınmışdır. Səs yazılarındakı səs nümunələri ona və Təqsirləndirilən şəxs1 aiddir. Təqsirləndirilən şəxs1 bu pulu rüşvət kimi istəməsini başa düşmüşdür, çünki torpağın dövlət qiyməti o, qədər ola bilməzdi, habelə torpaq xüsusi mülkiyyətdə olmadığından torpağa hər hansı şəxs o, cümlədən bələdiyyə sədri tərəfindən fərqli qiymət müəyyənləşdirilə bilməzdi. həmin hadisə onun xatırladığı qədər 2017-ci ildə baş vermişdir, lakin Rəşad və İsmayılın dediklərini nəzərə alaraq ola bilsin ki, o, il barədə yanlışlığa yol verir, mümkündür ki, həmin hadisə 2015-ci ilin müvafiq dövründə baş vermişdir. Təqsirləndirilən şəxs1 onu aldatma riskini düşünüb həm də 7500 ABŞ dolları onun kimi kənd adamı üçün böyük məbləğ olduğundan həmin pulun 3500 ABŞ dollarını vermiş, sonradan Təqsirləndirilən şəxs1 qalıq 4000 ABŞ dollarını da istədiyindən, habelə sözləri ilə onu işin tezliklə düzələcəyinə inandırdığından pulun qalıq 4000 ABŞ dolları hissəsini də evdən götürüb ona vermişdir. Danışıq həmin sahənin kadastr planı və çıxarışının alınmasından sonra 3300 ABŞ dollarının verilməsi barədə olduğundan, Təqsirləndirilən şəxs1 ilkin sənədləri verməsindən sonra sonuncuya hər hansı pul ödəməyib sənədlərini tam hazır etməsini gözləməsini göstərmişdir. Təqsirləndirilən şəxs1 ona satmış olduğu ərazinin hasarlanan ərazinin içərisində qalmasını göstərmişdir. Ola bilsin ki, Təqsirləndirilən şəxs1lə aralarında torpaq sahəsinin alqı-satqısının aparıldığı vaxtdan xeyli müddətin keçməsi ilə əlaqədar hadisənin baş vermə vaxtını bir qədər zəif xatırlayır, lakin Təqsirləndirilən şəxs1lə ilk dəfə torpaq alqı-satqısı barədə danışıq apardığı görüşü onun xahişi ilə Ramil təşkil etdiyindən danışığın aparıldığı və ilk 3500 ABŞ dollarının verildiyi günü o, Təqsirləndirilən şəxs1 zəng etməmişdir. İlk məbləği verdikdən 2- 3 gün sonra isə özü Təqsirləndirilən şəxs1lə görüşüb növbəti 4000 ABŞ dolları məbləğində pulu vermək üçün özü Təqsirləndirilən şəxs1 zəng edib görüş təyin etmiş, elə Təqsirləndirilən şəxs1lə arasında ilk telefon danışığı da həmin vaxt olmuşdur. Təqsirləndirilən şəxs1 Allahverdiyev onunla görüşüb pul götürəndə sözarası bir neçə gün sonra hansısa xarici ölkəyə gedəcəyini deməsini xatırlayır. Əgər Təqsirləndirilən şəxs1lə ilk telefon danışıqları 17.03.2014-cü il tarixdə müəyyən olunursa deməli o, 17.03.2014-cü il tarixdə Təqsirləndirilən şəxs1 4000 ABŞ dollarını vermişdir. Torpaq barədə danışıq və ilk 3500 ABŞ dollarının verilməsi isə bundan 2-3 ən çoxu 4 gün əvvəl ola bilərdi. Sonrakı danışıqların isə tarixlərini isə xatırlamaqda çətinlik çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1, İsmayıl və Mehmanla həmin yerdə olduğu zaman qohumu Dumanla Mobilin həmin yerə gəldikləri vaxt orada hasar yox idi. Həqiqətən də ona satılan torpaq sahəsinin hasarlanmasını 2015-ci ilin sonu 2016-cı ilin əvvəllərində aşkar etmişdir. İsmayıl və Mehmanın həmin vaxt orada olması ilə bağlı bildirmişdir ki, ola bilsin ki, qeyd etdiyi vaxt Mehman İsmayıl olmadan özü tək oraya gəlmişdir. Çünki bir dəfə onlarının ikisinin birgə, sonralar isə bir neçə dəfə Mehmanın özünün təklikdə həmin sahəyə gəlməsini xatırlayır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımır, onlarla torpaq almaq barədə heç bir söhbət etməmiş və onlara hər hansı pul və ya sair maddi nemət verməmişdir. Hazırda Təqsirləndirilən şəxs1 Allahverdiyevə verdiyi pulun hamsı ona qaytarılmış və ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Məmməd oğlu ifadəsində göstərdi ki, Şahid1 onun oğludur. Müxtəlif dövlət orqanlarına Xoşbulaq bədlədiyyəsinin sədri Təqsirləndirilən şəxs1 Allahverdiyevin oğlu Şahid1 0,12 sot torpaq satmaq adı ilə 7500 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi barədə ərizələri o, yazmışdır. Belə ki, oğlu Elvin 2013-cü ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə tanışı X30 vasitəsilə Xoşbulaq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 Allahverdiyevin Xoşbulaq kəndində meşə ərazisində ev tikmək üçün torpaq sahəsi satmasını eşidib həmin Ramil adlı tanışı vasitəsilə Təqsirləndirilən şəxs1lə Daşkəsən şəhəri ərazisində kafelərdən birində görüşmüş, söhbət əsnasında Elvin Təqsirləndirilən şəxs1 Allahverdiyevə müraciət edərək Xoşbulaq kəndinin ərazisindən ev tikmək üçün torpaq sahəsi almaq istədiyini dedikdə sonuncu da ona bələdiyyənin balansında olan meşə ərazisində yerləşən torpaqlardan 0,12 hektar yəni 12 sot torpaq sahəsi verə biləcəyini, lakin orada torpağın hər sotu üçün 900 ABŞ dolları olmaqla 10.800 ABŞ dolları məbləğində pul ödəməli olduğunu demiş, danışıq əsnasında yekun olaraq 12 sot torpaq üçün ümumilikdə 10800 ABŞ dollar məbləği ilə Təqsirləndirilən şəxs1lə razılığa gəlmişlər, bundan başqa oğlu Təqsirləndirilən şəxs1 7500 ABŞ dollarını əvvəldən, 3300 ABŞ dollarını yekun olaraq bütün sənədlərini aldıqdan sonra verəcəyini demiş, beləcə razılaşmışlar. Sonra onlar birgə Xoşbulaq kəndinə getmişlər, Təqsirləndirilən şəxs1 orada oğluna vəd etdiyi 12 sot torpağı naturada göstərmişdir. Həmin gün oğlu evə gəlib əvvəlcədən evə qənaət edib yığdıqları pullardan 3500 ABŞ dolları evdən götürmüş, Təqsirləndirilən şəxs1lə torpaq alqı-satqısı etdiyini demiş, o da əvvəlcədən məlumatlı olduğundan narazılıq etməmişdir. Həmin vaxt evdə təxminən 10000 ABŞ dolları pul olsa da oğlu pulu aldanma riski olduğundan birdən Təqsirləndirilən şəxs1 vermək istəmədiyini bildirmiş, o da etiraz etməmişdir. Bundan bir neçə gün sonra oğlu yenidən evə gəlib Təqsirləndirilən şəxs1 onu aldatmayacağını düşündüyünü demiş və vəd etdiyi 4000 ABŞ dollarını da vermək istədiyini bildirdikdə, o da yenə də etiraz etməmiş, oğlu evdən 4000 ABŞ dollarını götürüb aparıb Təqsirləndirilən şəxs1 vermişdir. Bütün bunları oğlu özü ona danışmışdır. Sonradan isə artıq məlum olduğu kimi Təqsirləndirilən şəxs1 oğlunu aldatmış, vəd etdiyi torpaq sahəsini reallıqda başqa adama satmış, oğluna isə saxta sənədlər vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid1 onun dayısı oğludur, Elvinlə münasibətləri daima yaxşı olmuşdur. Elvinlə söhbət əsnasında sonuncu ona özünün də tanıdığı Xoşbulaq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 Allahverdiyevdən Xoşbulaq kəndində meşə ərazisində Şamlıq deyilən yerdə ev tikmək üçün bir sotu 900 ABŞ dollarından olmaqla cəmi 10800 ABŞ dollarına 12 sot ərazi aldığını, pulun 7500 ABŞ dolları hissəsini dostu Ramil ilə birgə verdiyini qalıq 3300 ABŞ dollarını isə sənədləri aldıqdan sonra verəcəyi barədə şərtləşdiyini bildirmiş, hətta o da səfalı yerdə ev tikmək üçün torpaq alması münasibətilə Elvini təbrik də etmişdir. Bundan bir müddət sonra Elvindən həmin torpaq sahəsinə dair Təqsirləndirilən şəxs1 ona sənədləri verib-vermədiyini maraqlananda Elvin Təqsirləndirilən şəxs1 hələ sənədləri vermədiyini bildirmiş, bundan sonrakı tarixlərdə bir neçə ay fasilələrlə Elvindən Təqsirləndirilən şəxs1 ona sənədləri verib-vermədiyini maraqlananda Elvin Təqsirləndirilən şəxs1 hələ də sənədləri vermədiyini bir daha ona demişdir. Bir müddət sonra təsadüfən Təqsirləndirilən şəxs1lə qarşılaşanda onunla tanışlıqları olduğundan dayısı oğlu Elvinin sənədlərini verməsini ondan xahiş etdikdə Təqsirləndirilən şəxs1 sənədləri tezliklə verəcəyini bildirmişdir. Bundan başqa sonrakı tarixlərdə dəfələrlə Elvinlə danışıb sənədinin hazır olmadığını bildikdən sonra hər dəfə Təqsirləndirilən şəxs1 görəndə dayısı oğlunun sənədini niyə gecikdirməsi ilə bağlı onu tənbeh etmiş, Təqsirləndirilən şəxs1 də sənədləşmənin gecikməsini deyib yaxın vaxtlarda sənədin veriləcəyini demişdir. Dəqiq xatırlamadığı tarixdə özünə məxsus VAZ 21015 markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xoşbulaq kəndi ərazisində həmin Şamlıq deyilən yerdən keçərkən yolun kənarında, əvvəldən Elvinin özünə məxsus torpaq kimi ona göstərdiyi həmin yerdə Təqsirləndirilən şəxs1, Elvini, habelə başqa tanımadığı iki nəfəri görüb avtomobili saxlamışdır. Həmin vaxt maşınında Mobil adlı dostu da olmuşdur. O, maşından düşüb Elvingilə yaxınlaşmış, onlardan burada nə etmələrini soruşduqda, Elvin torpağın sərhədlərini GPS cihazı vasitəsilə müəyyən etdiklərini, həmin tanımadığı iki nəfərin isə GPS mütəxəssisləri olduqlarını demiş, o, Elvindən sənədlərini alıb-almadığını soruşanda Elvin Təqsirləndirilən şəxs1 baxıb sənədlərini almadığını dediyindən o, Təqsirləndirilən şəxs1 çoxdan tanıdığından dəfələrlə xahiş etməyinə baxmayaraq Təqsirləndirilən şəxs1 hələ də onun dayısı oğlunun sənədini verməməsinə görə Təqsirləndirilən şəxs1 əsəbiləşmiş və onu sözlə tənbeh etməklə narazılığını bildirmişdir, bundan sonra Təqsirləndirilən şəxs1 də bir neçə günə sənədi hazırlayıb verəcəyini demiş, daha sonra o, maşına qayıdıb Mobillə birgə həmin yerdən uzaqlaşmışdır. Bu söhbətlər zamanı Mobil onun maşınında olmuş, maşın isə təxminən 10-15 metr kənarda olduğundan o, həmin vaxt orada olan söhbətləri eşitməmişdir. Bundan bir ya iki ay sonra Elvinlə söhbət zamanı Təqsirləndirilən şəxs1 torpağa dair bələdiyyə sənədlərini ona verməsini eşitmişdir. Sonradan isə Elvinlə danışıq zamanı ona Elvinin deməsindən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Elvinə satmış olduğu torpaqda başqa bir adam ev habelə hasar tikdirib. Sonralar isə Təqsirləndirilən şəxs1 həmin ərazini Elvinlə yanaşı torpaqda evi tikən Rəşad adlı tanımadığı şəxsə satmasını eşitmiş, dəfələrlə Təqsirləndirilən şəxs1 bununla bağlı etirazını bildirsə, sözlə mübahisə etsə də Təqsirləndirilən şəxs1 Elvindən almış olduğu pulu bu günə kimi qaytarmamışdır. Aradan xeyli müddət keçdiyindən Elvin həmin hadisəni xatırlamır, lakin həqiqətən onlar Təqsirləndirilən şəxs1lə söhbət etdikləri müddətdə Mobil onun maşınında olmuş, edilən söhbətləri habelə onun nə üçün orada dayandığını, kiminlə nə danışdığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2010-cu ilin sonlarında təxminən noyabr ayının sonları dekabr ayının əvvəllərində Xoşbulaq kəndində Pristavlıq adlanan onların dədə-babadan alaçıq qurub yayda müvəqqəti yaşadıqları torpaqların satılmasını eşitmiş, həmin vaxt Xoşbulağa gəlib həmin ərazinin Nizami adlı icra nümayəndəsi ilə görüşmüş, ondan həmin torpaqların satılıbsatılmamasını, satılırsa kimin tərəfindən satılmasını soruşduqda cavab olaraq Nizami bu işin ona aid olmadığını, torpaq satılması işinə Təqsirləndirilən şəxs1 adlı bələdiyyə sədrinin baxmasını bildirdiyindən, Təqsirləndirilən şəxs1 hazırda xatırlamadığı mobil nömrəsini Nizami ona verdiyindən həmin vaxt istifadəsində olan, lakin hazırda istifadə etmədiyindən xatırlaya bilmədiyi mobil nömrəsindən zəng edib Təqsirləndirilən şəxs1lə Xoşbulaqda görüşmüş, Pristavlıq adlanan yerdən 12 sot torpaq almaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 də istədiyi ərazidə hazırda 12 sot torpaq olmasını, həmin torpaqları əvvəlcədən özü aldığını, indi isə hissə-hissə satdığını yəni bələdiyyə torpağını deyil öz şəxsi torpağını satdığını dedikdə o, 12 sot torpağa görə nə qədər pul ödəməli olduğunu Təqsirləndirilən şəxs1 soruşmuş, Təqsirləndirilən şəxs1 isə ona həmin yerin 12 sotunun qiymətinin 8750 manat olmasını demiş, daha ucuz qiymətə almaq imkanı ilə bağlı maraqlandıqda Təqsirləndirilən şəxs1 qəti etiraz edib son qiymət olduğunu demişdir. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs1 həmin sözügedən 12 sot ərazinin yanında əlavə torpaq sahəsinin olub-olmadığını maraqlandıqda Təqsirləndirilən şəxs1 həmin yerdə həmin torpağa bitişik 15 sot torpağın da olduğunu, lakin bir adama 12 sotdan artıq torpaq satmağa icazə verilmədiyini bildirmiş, o, da ümumi 24 sot torpağın hamısını almaq istədiyini, bundan başqa 12 sotu öz adına 12 sotu arvadı Çinarə Aslanovanın adına rəsmiləşdirməsini xahiş etmiş, lakin son 3 sotla bağlı qərarının qəti olmadığını bir qədər düşünüb sonra ona qərarını deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 də əlavə 12 sota görə daha 8750 manat, əgər 3 sotu da alarsa ona görə isə əlavə 2000 manat ümumilikdə 19500 manat ödəməli olduğunu demiş, o da 12-12 olmaqla 24 sota 17500 manatı bir neçə gün sonra sənədləri verəndə ona verəcəyini demiş, qalan 3 sotla bağlı bir neçə gün sonra qərar veəcəyini bildirmiş, beləcə razılaşmışlar. Təqsirləndirilən şəxs1 Allahverdiyevlə aralarında bu söhbət təxminən 2010-cu ilin dekabr ayının əvvəllərində olmuş, həmin vaxt hətta Təqsirləndirilən şəxs1 ona təklif etdiyi ərazini də real olaraq göstərmişdir. Bu söhbətlər vaxtı isə ikisi təklikdə olmuş, yanlarında kənar şəxs olmamışdır. Bu hadisədən 3-4 gün sonra o, Təqsirləndirilən şəxs1lə zəngləşib onunla ünvan 6 ünvanında yerləşən özünə məxsus yeməkxanada ikilikdə görüşmüş, görüş zamanı o, Təqsirləndirilən şəxs1 özünün və arvadı Çinarənin şəxsiyyət vəsiqələrinin surətini habelə 17500 manat pulu 50 və 100 manatlıq əskinaslar formasında ikilikdə vermiş, Təqsirləndirilən şəxs1 də pulu alıb sayıb cibinə qoymuş, sənədlərini tezliklə hazırlayıb verəcəyini demişdir. Qalan 3 sotla bağlı fikrini soruşmuş, o da bir iki günə fikrini deyəcəyini bildirmiş, təxminən 4-5 gün sonra həmin 3 sot torpağı da almaq qərarına gəlmişdir. Bu barədə öz telefonundan Təqsirləndirilən şəxs1 zəng edib fikrini bildirmiş, Təqsirləndirilən şəxs1 də adına 3 sot rəsmiləşdiriləcək adamın şəxsiyyət vəsiqəsinin surətini və 2000 manat pulu hazırlamağını, gəlib elə yeməkxanasında həmin pul və sənədi ondan götürəcəyini bildirmiş, o da razılaşmışdır. Həqiqətən də bir ya iki gün sonra yenidən o, Təqsirləndirilən şəxs1lə öz yeməkxanasında ikilikdə görüşmüş, görüş zamanı 3 sot torpağı onlara satması üçün atasının şəxsiyyət vəsiqəsinin surətini və 50-100 manatlıq əskinaslar formasında 2000 manat pulu öz yeməkxanasında Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 pulu və sənədi qəbul edib yaxın vaxtlarda torpağın sənədini ona verəcəyini bildirmiş, o, alqı-satqıya getməli olub-olmadıqlarını Təqsirləndirilən şəxs1 soruşanda Təqsirləndirilən şəxs1 bu yaxınlarda hər üç torpaq sahəsi ilə bağlı alqı-satqı üçün notariat kontoruna gedəcəklərini bildirmiş, o da razılaşmışdır. Təqsirləndirilən şəxs1 ona aldığı torpaq sahəsinə dair sənəd verməsi təxminən 5 aya qədər ləngimiş, həmin müddətdə dəfələrlə o, Təqsirləndirilən şəxs1 zəng edib alqı-satqıya nə zaman gedəcəklərini, sənədlərinin, çıxarışlarının nə zaman veriləcəyini soruşanda Təqsirləndirilən şəxs1 hər dəfə müxtəlif səbəblərdən bu işlərin bir qədər ləngiməsini bildirmişdir. Beləliklə 2011-ci ilin aprel ayının sonları may ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona zəng edib sənədlərinin hazır olmasını demiş, Təqsirləndirilən şəxs1lə Gəncə şəhərində hazırda xatırlamadı ünvanda ikilikdə görüşmüş, görüş zamanı həm özü həm arvadı həm də atasının adına olan torpaq sahələrinə dair bələdiyyə sənədlərini təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 verdiyi sənədlərə ötəri göz gəzirib həmin sənədlərin içərisində çıxarış olmadığını görüb ilkin 17500 manat pulu verəndə hər torpağa görə çıxarış verəcəyini vəd etməsini Təqsirləndirilən şəxs1 yadına salmış, çıxarışı niyə vermədiyini soruşduqda Təqsirləndirilən şəxs1 tezliklə çıxarışı da verəcəyini bildirmiş, hətta o, Təqsirləndirilən şəxs1 alqı-satqı etmədən necə çıxarış verəcəyini soruşanda Təqsirləndirilən şəxs1 ona “sən qarışma özüm hər şeyi qaydasına qoyacam” demiş, habelə Təqsirləndirilən şəxs1 ona satılan ərazidə istədiyi formada tikinti işləri aparmağının problem olmadığını da bildirmişdir. Bu söhbət zamanı da Təqsirləndirilən şəxs1lə ikilikdə olmuşdurlar. Həmin vaxtdan başlayaraq hər dəfə yadına düşdükcə o, Təqsirləndirilən şəxs1 zəng edib çıxarışın nə vaxt veriləcəyini soruşmuş, Təqsirləndirilən şəxs1 isə çıxarışın yaxın vaxtlarda hazır olacağını deməklə onu yola vermişdir. 2012-ci ilin yay fəslinin əvvəlində bir tanışı vasitəsilə çıxarış alınana qədər torpağın kadastr planının alınmalı olmasını öyrənib Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermədən sonuncunun təqdim etdiyi sənədlər əsasında aldığı 12, 12 və 3 sot torpaq sahələrinə dair həmin vaxt fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinə müraciət edib torpağın müvafiq kordinatlarla kadastr planını tərtib etdirmiş, həmin planları 2012-ci ilin yay aylarının sonlarında almışdır. Bundan sonra da dəfələrlə Təqsirləndirilən şəxs1 zəng edib çıxarışı niyə vermədiyini soruşduqda, Təqsirləndirilən şəxs1 tezliklə çıxarışı da verəcəyini demişdir. 2016-cı ilin yay aylarında o, həmin 27 sot torpaq sahəsinin ətrafında mişar daşından hasar hördürmüşdür. Sonradan anası rəhmətə getdiyindən tikinti işləri bir qədər ləngimişdir. Öz torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün Daşkəsən RİH-ə müvafiq qaydada müraciət edib müvafiq icazə almışdır. Həmin icazə məktubunun surətini də ifadəsinə əlavə etmişdir. Beləliklə 2018-ci ildən etibarən öz torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamış, cari ildə tikintini başa çatdırmışdır. Araşdırma başlayandan təxminən bir ya iki ay əvvəl isə Daşkəsən RPŞ-dən ona zəng olunub məlumat veriləndə onun arvadı Çinarə Aslanovanın adına verilən 12 sot torpaq sahəsinin Elvin adlı Daşkəsən sakininə satılmasını bilmişdir. Təqsirləndirilən şəxs1 2011-ci ilin may ayının əvvəllərində ona verdiyi sənədlərə baxmamışdır, yuxarıda da qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsini ona satanda torpağın bələdiyyəyə deyil özünə məxsus olmasını, həmin sahələri bir müddət əvvəl özünün aldığını indi isə hissə-hissə sotunu ***-**** ABŞ dollarına satdığını demiş, habelə bunun müqabilində bütün sənədləşməni də özü aparacağını bildirmişdir. RPŞ-yə izahatı alınması üçün çağırılanda torpağın sənədlərinə baxıb orada torpaq sahələrinin onlara 2007-ci ilə aid sənədlərlə verilməsini görüb elə izahatını da bu məzmunda vermişdir. Sonradan polisdən çıxıb yenidən Təqsirləndirilən şəxs1lə danışanda heç sənədlərdə 2007-ci il tarix yazılması yadına düşməmiş, onların 12 sot torpaq sahəsini başqa adama satmasına habelə torpağın özünə məxsus olmasını yalandan deyib bələdiyyə torpağını onlara satmasına görə Təqsirləndirilən şəxs1lə mübahisə etmiş, Təqsirləndirilən şəxs1 də and-aman edib onun sahəsini satmadığını, torpağın ona məxsus olduğunu habelə çıxarışın yaxın günlərdə veriləcəyini demiş, həmin vaxtdan Təqsirləndirilən şəxs1lə danışmamışdır. Hazırda isə torpağı 2010-cu ildə almağına baxmayaraq sənədlərdə hansı səbəbdən 2007-ci il yazılmasının səbəbini bilmədiyini göstərmişdir. Bundan başqa arvadının və atasının adına torpaq sahələrinin rəsmiləşdirilməsi prosessində sonunculardan heç biri iştirak etməmiş, heç bir sənədə imza etməmişlər. Sonradan o, arvadına 12 sot, atasına 3 sot torpaq sahəsinin ayrılması barədə alqı-satqı aktında atasının və arvadının adları qarşısında müvafiq imzaların olmadığını da görmüşdür. Arvadı və atası bu işlə bağlı ümumiyyətlə heç bir sənədə imza etməmişlər. Təqsirləndirilən şəxs1lə torpaqların alınması ilə bağlı danışıqları özü aparsa da özü də heç bir sənədə imza etməmişdir. İfadəsinə Təqsirləndirilən şəxs1 Allahverdiyevin 2011-ci ilin may ayında Gəncə şəhərində ona təqdim etdiyi arvadı və atasının adına olan torpaq sahəsi ilə bağlı sənədlərin surətlərini əlavə etmişdir. Özü ilə bağlı sənədləri isə tapa bilmədiyindən təqdim etməyi hazırda mümkün olmamışdır. Daşkəsən RPŞ-yə onu çağıranda Təqsirləndirilən şəxs1lə aralarında olanları danışmaq istəməməmişdir. Düşünmüşdür ki, buna görə Təqsirləndirilən şəxs1 hər hansı problem yaranar. Lakin sonradan evə gedib bir qədər düşünmüş və Təqsirləndirilən şəxs1 dələduz olduğunu, həm onların torpağını satdığı Elvin adlı şəxsi aldatdığını, həm də hazırki vaxtadək çıxarış verilməsini təmin etmədiyini analiz edib Təqsirləndirilən şəxs1 elə onu da aldatması qərarına gəlmiş, ifadə verməzdən əvvəl yalan ifadə vermə barədə xəbərdarlıqdan sonra hər şeyi olduğu kimi danışmaq qərarına gəlmişdir. Heç bir yerə rüsum ödəməmiş, heç bir sənədin tərtibində iştirak etməmiş, Təqsirləndirilən şəxs1 özünün şəxsi torpağı kimi təqdim etdiyi 27 sot torpağa görə cəmi 19500 manat pul ödəmiş, Təqsirləndirilən şəxs1 də torpağın 12 sotunu onun, 12 sotunu arvadının, 3 sotunu isə atasının adına alqı-satqı ilə rəsmiləşdirəcəyini demiş, sonradan alqı-satqı etməmiş, sənədlərə də diqqətlə baxmadığından torpağın bələdiyyə torpağı olmasını bilməmiş, habelə onların məzmununu da oxumamış, yalnız çıxarış olmadığını görüb əsas sənədin çıxarış olmasını bildiyindən çıxarış verməsini Təqsirləndirilən şəxs1 tələb etmişdir. Həqiqətən də baxış keçirilən zaman özündə COVİD-19 infeksiyasına yoluxmaya xarakterik əlamətlər hiss etdiyindən istintaq hərəkətində iştirak edə bilməmişdir. Baxış protokolunda onun sözləri kimi qeyd edilmiş sözləri təsdiq edir. Onun torpaq sahəsininin də içərisində olduğu ümumilikdə 110×40 ölçülü hasar onun və onunla həmin torpaq daxilində qonşuluqda yaşayan Azər adlı Gəncə şəhər sakini tərəfindən çəkilmişdir. Həmin 0,44 ha torpaq sahəsində 0,27 ha ona və ailə üzvlərinə aid olduğu halda 0,17 ha Azər adlı şəxsə və onun ailə üzvlərinə aiddir. Baxış zamanı təbii ki, sahənin tən ortasından hasar çəkilməsi üçün bünövrə atılmasını müşahidə edilmişdir. Həmin bünövrənin atılmasının səbəbi onunla Azərin arasında olan qarşılıqlı razılaşmadır. Belə ki, o, Azərlə təxminən 4,5-5 sot torpağın ona həmin ara hasarın çəkilməsi müqabilində güzəşt etmişdir. Bundan başqa baxış protokolu, habelə AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş məktub və həmin məktuba əlavə edilmiş sənədlərlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, ona və ailə üzvlərinə Təqsirləndirilən şəxs1 Allahverdiyev tərəfindən satılmış 0,27 ha torpaq sahəsi kadastr məlumatları ilə əslində onun hasar çəkib ev tikdiyi yerdə deyil fərqli yerdədir. Bunu ilk dəfə hazırda bilmişdir. Belə ki, hələ həmin torpaq sahəsinin ona və ailə üzvlərinə satılması barədə Təqsirləndirilən şəxs1lə ilkin razılığa gələndə, habelə pulu verdikdən sonra dəfələrlə Təqsirləndirilən şəxs1 Allahverdiyev hazırda onun hasarladığı və ev tikdiyi hissədə 40×67 metr ölçüdə ərazini naturada ona göstərmiş, məhz həmin ərazini ona satmasını demişdir. Sonradan torpaq sahəsinin kadastr planını çəkdirərkən də məhz qeyd etdiyi ərazini özü GPS məlumatlarını qeyd edən həmin vaxtki Torpaq şöbəsinin əməkdaşına olduğu kimi göstərmişdir. Hazırki uyğunsuzluğun səbəbi ona aydın deyil. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımır, onlarla torpaq almaq barədə heç bir söhbət etməmiş və onlara hər hansı pul və ya sair maddi nemət verməmişdir. Hazırda Təqsirləndirilən şəxs1 Allahverdiyevə verdiyi pulun hamsı ona qaytarılmış və ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 2004-cü ildə Xoşbulaq bələdiyyəsinə keçirilən seçkilərdə üzv seçilmiş, sonradan bələdiyyə üzvlərinin iclasında Təqsirləndirilən şəxs1 Allahverdiyev sədr o, isə müavin seçilmiş, 2005ci ildən fəaliyyətə başlamış, 2009-cu ilə qədər fəaliyyət göstərmişdir. Fəaliyyəti dövründə o, kiməsə torpaq satılması prosesində iştirak etməmiş, iştirak etdiyi bələdiyyə iclaslarında hər hansı şəxsə torpaq satılması barədə məsələ müzakirə edilməmiş, o, hər hansı şəxsə torpaq satılmasına razılıq verməmiş, bu barədə hər hansı sənədə imza etməmişdir. Şahid1, Şahid2 Sədi oğlu, X31, X90 adlı şəxsləri tanımır, onlara Xoşbulaq kəndi ərazisində bu və ya digər ərazidə hər hansı ölçüdə torpaq satılmasından xəbəri yoxdur, onun iştirak etdiyi hər hansı iclasda bu barədə məsələ müzakirə edilməmiş, qərar qəbul edilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X70 ifadəsində göstərdi ki, Şahid1 onun uşaqlıq dostudur, Təqsirləndirilən şəxs1 Allahverdiyev isə həmkəndlisi və tanışıdır. Şahid1 özünün Təqsirləndirilən şəxs1 Allahverdiyevlə torpaq alış-verişi habelə torpağa görə Elvinin Təqsirləndirilən şəxs1 müxtəlif məbləğlərdə pul verməsinə onun şahidlik etməyi barədə ifadəsində göstərdikləri elan edildikdən sonra göstərmişdir ki, dəfələrlə Şahid1 ona Təqsirləndirilən şəxs1 Allahverdiyevdən Xoşbulaq kəndi ərazisində Şamlıq deyilən ərazidən 12 sot torpağı 10800 ABŞ dollarına almasını, həmin puldan 7500 ABŞ dollarını Təqsirləndirilən şəxs1 artıq verməsini, qalıq 3300 ABŞ dollarını isə sənədlər alındıqdan sonra verəcəyini bildirmişdir. Yəni o, bütün bunların şahidi olmasa da Elvinin dedikləri əsasında bunlardan məlumatı vardır. Bundan başqa təxminən 3-4 ay əvvəl Elvin ona zəng edib Təqsirləndirilən şəxs1 onun torpaq satmaq adı ilə pulunu alıb aldatdığını, buna baxmayaraq verdiyi 7500 ABŞ dollarını da qaytarmadığını bildirmiş, ondan Təqsirləndirilən şəxs1lə bir tanışı kimi danışıb pulu qaytarmasını xahiş etməyini əks halda hüquq mühafizə orqanlarına şikayət edəcəyini deməyi xahiş etmiş, o da öz mobil nömrəsindən Təqsirləndirilən şəxs1 zəng edib Elvinin dediklərini Təqsirləndirilən şəxs1 demiş, pulunu Elvinə geri qaytarmasını xahiş etdikdə Təqsirləndirilən şəxs1 Elvinin yalan danışmasını, sonuncunun 7500 ABŞ dolları deyil 6000 ABŞ dolları verməsini bildirmiş, pulu olan kimi qaytaracağını demişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X71 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri tanıyır. Daşkəsən rayonunda yaşayır. Şahid2 onun bacısı oğludur. 2006-2007-ci illərdə bacısı ona torpaq almaq istədiklərini bildirmiş, o da bu barədə Təqsirləndirilən şəxs1 Allahverdiyevə demişdir. Onun Xoşbulaq kəndində yeməkxanası olduğunu, barəsində danışdığı torpaq sahəsinin həmin yeməkxanaya yaxın ərazidə yerləşdiyini bildirmişdir. Həmin torpaq sahəsinin alınmasında iştirak etdiyini, bununla bağlı sənədləri Təqsirləndirilən şəxs1 Allahverdiyevə təqdim etdiyini, sonuncunun isə sənədləşmə ilə bağlı dövlət rüsumu ödəməli olduğunu dediyini, nəticədə 200 manat dövlət rüsum ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Allahverdiyev ondan pul istəməyib, Təqsirləndirilən şəxs1 pul verməmişdir. Şahid2 Təqsirləndirilən şəxs1 Allahverdiyevə pul veməsi barədə məlumatı yoxdur. Torpaq hazırda bacısı oğlu Rəşaddadır.Torpaqla bağlı o, Təqsirləndirilən şəxs1 və Rəşad görüşməmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X106 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və X114 Şəxsin 3 sayla Gəncə Ərazi İdarəsində mütəxəsis vəzifəsində işləyir. Torpaqların mülkiyyət növünün müəyyən edilməsi üçün həm bələdiyyələrdə, həm də 2015-ci il tarixdə ləğv olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrində müvafiq xəritələr olumuşdur. 2010-2014-cü illərdə DƏKÜRX-nin tabeliyində olan Kadastr və Yerquruluşu İayihə- Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirmək üçün GPS vasitəsi olmamış ölçmə işləri dəqiq aparmaq mümkün olmasa da bələdiyyələrdə, həm də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrində müvafiq xəritələr olduğundan torpaqların mülkiyyət növünün müəyyən edilməsi mümkün olmuşdur. Məhkəmə islasında tədqiq olunan iş üzrə şahid qismində dindirilmiş Qurbanova (Aslanova) Çinarə Adil qızı ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində ailə üzvlərimlə birgə yaşayır. 2015-ci ilə qədər qızlıq “Aslanova” soyadını daşımış, 2015-ci ildə əri Şahid2 soyadını götürmüşdür. İşin halları barədə bildirmişdir ki, əri Şahid2 həqiqətən də 2010-2011-ci illərdə Daşkəsən rayonu Xoşbulaq kəndində dağlıq ərazidə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almasını elə ərinin özündən eşitmişdir. Onda olan məlumata görə həmin yerdə əri bir torpaq sahəsini onun, digərini özünün üçüncüsünü isə atasının adına almışdır. Lakin onun həmin torpaq sahəsinin ərinin kimdən almasını, həmin sahəyə görə kimə nə qədər pul verməsindən məlumatı yoxdur, bu məsələ ilə bağlı heç bir yerə getməmiş, heç kimlə görüşməmiş və danışmamış, alqı-satqıda iştirak etməmiş, hər hansı sənədə imza etməmişdir. Şahid1lə Təqsirləndirilən şəxs1 Allahverdiyev arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 Allahverdiyevin üzünə qarşı demişdir. Bundan başqa, Şahid1lə Ramil Bayramov arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid1 ifadəsində göstərdiklərini R.Bayramovun üzünə qarşı deməklə Ramil Bayramovun vasitəsilə Təqsirləndirilən şəxs1 Allahverdiyevlə görüşüb Ramilin yanında Təqsirləndirilən şəxs1lə torpaq alqı-satqısı, habelə torpağın qiyməti barədə söhbət etməsini, sonradan razılığa gəlib birgə Təqsirləndirilən şəxs1 ona təklif etdiyi torpaq sahəsinə gedib baxmalarını, bundan başqa Təqsirləndirilən şəxs1 Allahverdiyevə ilkin 3.500 ABŞ dolları məhz Ramilin yanında verməsini göstərmişdir. Şahid2la Təqsirləndirilən şəxs1 Allahverdiyev arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 Allahverdiyevin üzünə qarşı demişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X91 ifadəsində göstərmişdir ki, o, 2006-2010-cu illərdə Daşkəsən RİHB-nın Xoşbulaq İƏD üzrə nümayəndəsin vəzifəsində işləmişdir.Xoşbulaq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 Allahverdiyevi də işlədiyi dövrdə bələdiyyə sədri kimi tanımışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, Şahid2 adlı Gəncə şəhər sakinini ola bilsin ki, üzdən tanıyır lakin hazırda onun adını, habelə həmin şəxsin 2010-cu ildə və ya digər tarixlərdə ona torpaq almaq istəməsi ilə bağlı müraciət etməsini xatırlayamaqda çətinlik çəkir. Lakin işlədiyi dövrdə dəfələrlə ayrı-ayrı vətəndaşlar Xoşbulaq kəndi ərazisində fərdi yaşayış evi tikintisi üçün torpaq ayrılması xahişi ilə ona müraciət etmişlər, o da bu qəbildən olan vətəndaşlara onun torpaq sahəsinin icarə və ya mülkiyyətə verilməsi barədə hər hansı səlahiyyəti olmamasını, qeyd edilən məsələlərlə bağlı bələdiyyə sədri Təqsirləndirilən şəxs1 Allahverdiyevə müraciət etməli olmalarını bildirmişdir. Yəqin ki, qeyd edilən hadisə də məhz bu qaydada baş vermişdir. Yəni Şahid2 ona torpaq ayrılması ilə bağlı müraciət etdikdə o, həmin vətəndaşa bələdiyyə sədrinə müraciət etməli olmasını bildirmişdir. Lakin kiminləsə torpaq alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs1 Allahverdiyev arasında vasitəçilik etməmiş, hər hansı danışıqda iştirak etməmişdir. Bundan başqa, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş DTXK-nin Daşkəsən rayon şöbəsinin sabiq əməkdaşları X69, X17 və X32 şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs3 ifadəsinə uyğun məzmunlu ifadə verməklə onun dediklərini yəni, əksər bələdiyyə sədrləri və üzvləri aşağı təhsil səviyyəsində olduqlarından bələdiyyə hansısa vətəndaşa torpaq satarkən bütün lazımi sənədlər bələdiyyə sədrlərinin xahişi ilə onlara aid olan qərar və iclas protokollarından çıxarışlar onların verdikləri məlumat əsasında şöbələrində hazırlanırmış, o və şöbənin digər əməkdaşları sadəcə xəttat kimi həmin sənədləri doldurmuşlar, təsdiq etmiş, habelə adıçəkilən şəxslər onlara təqdim edilən Şahid1, Şahid2, Çinarə Aslanova və Sədrəddin Qurbanova torpa sahəsinin ayrılması barədə sənədlərdə, əlyazma ilə yazılanhissələrdəki yazı nümunələrinin onlara aid olmadığını bildirmişlər. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 1975-ci ildən 2015-ci ilə qədər Yerquruluşu Layihə İnstitutunun mütəxəssisi vəzifəsində işləmiş, sonuncu tarixdə təqaüdə buraxılmışdır. Xidməti fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda Daşkəsən eləcə də ətraf rayonlara o, xəritələrin çəkilməsi, yaylaq və qışlaqların eləcə də həyətyanı sahələrin ölçülməsi ilə bağlı getmişdir. Konkret olaraq Daşkəsən rayonu Xoşbulaq kəndi üzrə AR Nazirlər Kabinetinin 2006 və ya 2007-ci il tarixli müvafiq sərəncamı ilə Xoşbulaq kəndinin bəzi yaylaq sahələrinin kəndin inzibati ərazisinə verilməsi barədə qərarından sonra o, xeyli müddət adıçəkilən kənddə yaylaq sahələri hesabına ayrılmış fərdi yaşayış evlərinin sxemini xəritədə habelə reallıqda torpaq üzərində xətlər qoymaqla çəkmişdir. Həmin sxem əsasında ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evlərə paylanılmışdır. Bundan başqa yerdə qoyulan xəttlər təbii ki, zaman keçdikcə təbii amillərin təsirindən silinmişdir ki, həmin xətlərin silindiyi torpaqlar satılarkən evin konturlarının müəyən edilməsi üçün işlədiyi dövrdə rəsmi, təqaüdə olduğu dövrdə qeyri-rəsmi həm Xoşbulaq bələdiyyəsinin sədri həm də digər bələdiyyə sədrləri, eləcə də İcra hakimiyyətinin vəzifəli şəxslərinin çağırışı ilə gəlib, mübahisəli ərazinin sərhədlərini xəritə əsasında yerində müəyyən edib getmişəm. İfadələri elan edilən şəxslər göstərmişdirlər ki, guya o, GPS mütəxəssisi olmuşdur, lakin bu doğru deyil, GPS heç vaxt işlətməmiş, sərhədləri xəritə əsasında müəyyən etmişdir. Bundan başqa bildirmişdir ki, Mehman adlı şəxsi də tanıyır, sonuncu da onunla birgə 2015-ci ildə X63 Komitəsi ləğv edilib Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirilənə qədər ayrı-ayrı vaxtlarda Yerquruluşu Layihə İnstitutunun Tovuz, Şəmkir və Gəncə rayonlararası yerquruluşu idarələrində işləmiş, sonuncu tarixdən etibarən komitə ləğv edildiyindən işdən çıxmışdır. Əgər vətəndaş onun Mehman Mehdiyevlə birgə ərazini xəritə üzrə ona göstərmək üçün gəldiklərini deyirsə deməli həmin hadisə 2017-ci ildə deyil ən geci 2015-ci ilə qədər ola bilərdi. Belə ki, 2015-ci ildən Mehmanla artıq iş yoldaşı olmadıqlarından birgə əraziyə getməmişdir, məsləhətinə ehtiyac olduqda Daşkəsən və ətraf rayonlarda bələdiyyələr habelə RİH-lərin vəzifəli şəxsləri tərəfindən ərazilərə dəvət edildiyindən gəlib lazımi köməklik göstərib çıxıb getmişdir. Bundan başqa Elvin adlı şəxsi xatırlamasa da Xoşbulaq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 Allahverdiyevin çağırışı ilə Xoşbulaq kəndi ərazisində o cümlədən kəndin el arasında Psristavlıq adlanan yerinə yeni fərdi yaşayış evlərinin inşası üçün vətəndaşlara verilən sərhədləri silinmiş həyətyanı torpaq sahələrinin naturada vətəndaşlara göstərilməsi üçün 2015, 2014 və əvvəlki illərdə gəlmişdir. Ümumiyyətlə xidməti fəaliyyəti ilə bağlı dəfələrlə ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evlərinin habelə yaylaq sahələrinin sərhədlərini naturada göstərmişdir, lakin yaşı ilə bağlı habelə xidmət göstərdiyi vətəndaşların sayını nəzərə alaraq belə xırdalıqları yadda saxlaya bilmir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 İbrahimovun ifadəsinə uyğun məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. “Torpaqların alqı-satqısına dair ” 17.09.2007-ci il tarixli aktdan görünür ki, Şahid1 Xoşbulaq bələdiyyə ərazisindən 0,12 hektar torpaq sahəsinin satılması barədə 28.06.2007-ci il tarixli 06 nömrəli qərar qəbul edilmişdir. Şahid1 tərəfindən 79,20 manat haqq ödənilmişdir. “Torpaqların alqı-satqısına dair ” 30.11.2007-ci il tarixli aktdan görünür ki, X42 Xoşbulaq bələdiyyə ərazisindən 0,12 hektar torpaq sahəsinin satılması barədə 31.10.2007-ci il tarixli 10 nömrəli qərar qəbul edilmişdir. X67 tərəfindən 79,20 manat haqq ödənilmişdir. “Torpaqların alqı-satqısına dair ” 30.11.2007-ci il tarixli aktdan görünür ki, X13 Xoşbulaq bələdiyyə ərazisindən 0,03 hektar torpaq sahəsinin satılması barədə 31.10.2007-ci il tarixli 10 nömrəli qərar qəbul edilmişdir. X31 tərəfindən 19,80 manat haqq ödənilmişdir. “Torpaqların alqı-satqısına dair ” 30.11.2007-ci il tarixli aktdan görünür ki, Şahid2 Xoşbulaq bələdiyyə ərazisindən 0,12 hektar torpaq sahəsinin satılması barədə 31.10.2007-ci il tarixli 10 nömrəli qərar qəbul edilmişdir. Şahid2 tərəfindən 79,20 manat haqq ödənilmişdir. “Torpaqların alqı-satqısına dair ” 28.02.2007-ci il tarixli aktdan görünür ki, X33 Xoşbulaq bələdiyyə ərazisindən 0,06 hektar torpaq sahəsinin satılması barədə 28.02.2007-ci il tarixli 02 nömrəli qərar qəbul edilmişdir. X50 tərəfindən 39,60 manat haqq ödənilmişdir. “Torpaqların alqı-satqısına dair ” 28.02.2006-cı il tarixli aktdan görünür ki, X43 Xoşbulaq bələdiyyə ərazisindən 0,06 hektar torpaq sahəsinin satılması barədə 30.10.2006-cı il tarixli 10 nömrəli qərar qəbul edilmişdir. X72 tərəfindən 39,60 manat haqq ödənilmişdir. Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 28.06.2007-ci il tarixli 06 nömrəli qərarından görünür ki, 28.06.2007-ci il tarixdə baş tutmuş bələdiyyə üzvlərinin ümumi iclasında Şahid1 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Daşkəsən rayon Xoşbulaq bələdiyyəsi üzvlərinin 31.10.2007-ci il tarixli iclasının 10 nömrəli protokolunun surətindən görünür ki, 31.10.2007-ci il tarixdə baş tutmuş bələdiyyə üzvlərinin ümumi iclasında X26 kəndi ərazisindən 0,03 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin TŞ-07-460 nömrəli arayışından görünür ki, Şahid1 Xoşbulaq bələdiyyəsinin 28.06.2007-ci il tarixli 06 nömrəli qərarı ilə satılmış 0,12 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin TŞ-07-2103 nömrəli arayışından görünür ki, guya X47 bələdiyyəsinin 31.10.2007-ci il tarixli iclasının 10 nömrəli qərarı ilə satılmış 0,12 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsininTŞ-07-1966 nömrəli arayışının surətindən görünür ki, guya Şahid2 Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli iclasının 10 nömrəli qərarı ilə satılmış 0,12 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin arayışının surətindən görünür ki, guya X26 bələdiyyəsinin 31.10.2007-ci il tarixli iclasının 10 nömrəli qərarı ilə satılmış 0,03 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli, 367727 nömrəli kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, guya Şahid2 31.10.2007-ci il tarixdə torpaq haqqı qismində Təqsirləndirilən şəxs1 Allahverdiyevə 79,2 manat pul ödəmişdir. Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli, 367739 nömrəli kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, guya X31 31.10.2007-ci il tarixdə torpaq haqqı qismində Təqsirləndirilən şəxs1 Allahverdiyevə 19,8 manat pul ödəmişdir. “Baxış keçirilməsi haqqında” 31.08.2020-ci il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Şahid1 Təqsirləndirilən şəxs1 Allahverdiyevlə torpaq ayrılması ilə bağlı aralarında olan danışıqları bir ədəd CD-R diskə köçürməsini bildirmişdir. Həmin CD disk baxış keçirilməsi üçün HP markalı kompyuterə daxil edilməklə açılmış və içərisində AUD- 20200719-WA0003 və AUD-20200719-WA0004 adlı 02 ədəd səs faylı aşkar edilmişdir. AUD-20200719-WA0003 adlı səs faylına baxış keçirilməzdən əvvəl Şahid1 həmin danışığın onunla Təqsirləndirilən şəxs1 Allahverdiyev arasında aparılmasını, danışığın 0:23-cü saniyəsindəki kişi cinsli şəxə məxsus səsin ona aid olmasını, digər kişi cinsliu səsin isə R.Allahverdiyevə aid olmasını bildirmişdir. Səs nümunəsinin uzunluğu 1 dəqiqə 05 saniyə olmaqla həmin səs nümunəsindəki dialoqun məzmunu aşağıdakı kimidir. K2- Alo K1 – Salam Təqsirləndirilən şəxs1 müəllim K2 – Salam Əleyküm K1 – Nətərsən, Eminiydi K2 – Sağlığın, kefin yaxşı olsun ay Emin, sağ ol. Sən neynirsən? K1 – Hm yaxşı ol. Təqsirləndirilən şəxs1 müəllim, demişdin ayın on beşindən sonra zəng vurarsan. K2 – Ay Emin, indi də Allaha and olsun imza vərəqələrini töküblər üstümə 20 dənə, hərəsinə də 18, 17, 20 nəfər qol çəkdirməliyəm, imza toplamalıyıq, şəxsiyyət vəsiqəsi zad, Allahın zulumuna düşmüşük, bir iki-üç gün də keçsin görək K1- Yaxşı K2 – Qoy bunu görək sahmannıyım verim görək bunnan sora nə prablem çıxır. Bezmişəm uje Allaha and olsun işləməkdən K1 – Yaxşı. Heş nə. Bir- iki- üş gündən sonra zəng eliyərəm K2 - Yaxşı AUD-20200719-WA0004 adlı səs faylına baxış keçirilməzdən əvvəl Şahid1 həmin danışığın onunla Təqsirləndirilən şəxs1 Allahverdiyev arasında aparılmasını, danışığın 0:24-cü saniyəsindəki kişi cinsli şəxə məxsus səsin Təqsirləndirilən şəxs1 Allahverdiyevə, 0:26-cı saniyəsindəki səsin isə ona aid olmasını bildirmişdir. Səs nümunəsinin uzunluğu 1 dəqiqə 19 saniyə olmaqla həmin səs nümunəsindəki dialoqun məzmunu aşağıdakı kimidir. K2 – Alo K1 – Təqsirləndirilən şəxs1 müəllim, salam K2 – Salam ay Emin K1 – Nətərsən, nə var nə yox? K2 – Sağ ol, kefin yaxşı olsun K1 – Yaxşı ol. Səni də tez-tez narahat eliyirəm K2 – Eybi yoxdu yox K1 – Təqsirləndirilən şəxs1 müəllim, o nagayrax, o torpağı nətər eliyək ay Təqsirləndirilən şəxs1 müəllim? K2 – Ay Emin, vallah bizim elektron yəni rayonun elektron xəritələrin işdədilər, gətirdilər verdilər K1 – Hə K2 – Bu şəhər bələdiyyəsinnən Xaşbulağın K1 – Hə K2 – Səhv işdəmişdilər, geri qaytarıblar, indi bu üzümüzə gələn həftə verməlidilər qoy görək elektron xəritəni təsdiqləsinlər, versinlər ondan sonra həll eliyərik. K1 – Qurana and olsun dədəmin canı gündə-gündə davadayam e, tay düşmançalıq olub uje, pulum-param da yoxdu qaytaram tullayım poxların üstünə rahattaşam, gör sən balanın canı nağayrırsan, denən gətirim nəm traktor salım qazdırım, ora olmasın ayrı yer olsun, bir narmalni yer olsun K2 – Qoy bir həftə-on gün eybi yoxdu döz, elektron xəritəni götürüm eliyərik, həll eliyərik. K1 – Yaxşı oldu Təqsirləndirilən şəxs1 müəllim, oldu, sağ olun K2 – Sağ ol “Baxış keçirilməsi haqqında” 03.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Layihə Tədqiqat İdarəsinin mühəndisi vəzifəsində işləyən X18 və Şahid1 oğıunun iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış istintaq hərəkətinə başlamazdan əvvəl istifadəmdə olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək istintaq hərəkətində iştirak etməsindən ötrü Daşkəsən rayonu Xoşbulaq kəndinə gəlməli olmasını bildirdikdə Şahid2 yüksək bədən hərarəti olmasını, COVİD-19 infeksiyasına yoluxmasını ehtimal etdiyini, buna görə də istintaq hərəkətində iştirak edə bilməyəcəyini bildirdiyindən istintaq hərəkətində adıçəkilən şəxsin iştirakı mümkün olmadı. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Baxış keçirilən ərazi Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində Şamlıq adlanan ərazidə, kəndarası yolun sağ tərəfində yerləşən yol tərəfdən uzunluğu 110 metrlik mişar daşlarından inşa edilmiş həyətyanı sahənin daxilidir. Baxışda iştirak edən Şahid1 həmin 110 metrlik hasarın Rəşad adlı şəxs tərəfindən çəkilməsini, ona Təqsirləndirilən şəxs1 Allahverdiyev tərəfindən vəd edilən torpaq sahəsinin böyük hissəsinin həmin hasardan iç tərəfə düşməsini bildirdi. Hadisə yerində olarkən qeyd edilən mobil nömrələr vasitəsilə Şahid2la əlaqə yaradılıb Təqsirləndirilən şəxs1 Allahverdiyev tərəfindən ona, arvadı Çinarə Aslanova və atası Sədrəddin Qurbanova satılmış torpaq sahələrinin yerləri dəqiqləşdirilərkən Şahid2 həmin 110 metrlik hasarın onunla adını bildirmədiyi dostu tərəfindən inşa edilməsini bildirdi və baxış keçirilməsindən ötrü həyətə daxil olmağa etiraz etmədiyini dedi. Həmin 110 metrlik hasarın üzərində həyətə daxil olmaq üçün yuxarı və aşağı hissədə iki ədəd darvaza vardır. Şahid2 yuxarı hissədəki darvazanın onlara aid hissənin darvazası olmasını bildirdi. Həyətə qeyd edilən darvazadan daxil olduqda sol yuxarı hissədə 13×17 metr ölçüdə iki mərtəbəli yarıtikili vəziyyətdə fərdi yaşayış evi olması müəyyən edildi. Həyət küçə ilə uzununa 110 metrlik hasarla ayrılır, həmin 110 metrlik hasara təpə hissələrdə perpendikulyar bitişən uzunluğu 40 metrlik iki hasar vardır. Beləliklə həyət ümumilikdə 3 tərəfdən (110, 40, 40 m) müvafiq ölçülü hasarla küçə və digər sahələrdən təcrid edilsə də 110-metrlik hasarın qarşı hissəsində, 40 metrlik hasarların uc hissələrini birləşdirən hasar mövcud deyil, lakin həmin hasarın inşa edilməsi üçün nəzərdə tutulan bünövrə salınmışdır. Ərazinin ümumi ölçüsünün 110×40m olması ölçülmə zamanı müəyyən edildi. Ərazinin uzununa istiqamətdə ortasından 40 m uzunluğundan hasar bünövrəsi atılsa da hasar inşa edilməmişdir. Şahid2 ərazinin onun evi yerləşən hissədə 65×40m ölçülü hissəsinin ona və ailə üzvlərinə aid torpaq sahəsi olmasını bildirdi, həmin hasar bünövrəsinin isə onunla dostuna məxsus sahə arasındakı sərhəd hasarının bünövrəsi deyil başqa təyinatla atılmasını bildirdi. Bundan sonra Şahid2 özü və ailəsinə aid olmasını mobil telefon vasitəsilə bildirdiyi ərazinin kordinatları GPS cihazı vasitəsilə qeyd edilib baza üzrə axtarılarkən həmin sahənin heç bir hüquqi və texniki sənədlə üst-üstə düşmədiyi və həmin ərazinin dövlət ehtiyyat fondu torpaqlarına aid olması müəyyən edildi. Daha sonra iş materiallarına əlavə edilmiş X51 ayrılmış 0,12 ha, Şahid2 ayrılmış 0,12 ha, X13 ayrılmış 0,03 ha torpaq sahəsinin kadastr planlarında göstərilən koordinatlar əsasında həmin torpaq sahələrinin müvafiq GPS qurğu vasitəsilə faktiki yerləşmə yerləri müəyyən edildi. Şahid2 və Sədrəddin Qurbanova aid torpaq sahələri qeyd edilən 110×40 metr ölçülü sahədən bir qədər kənarda, bir-birinə bitişik vəziyyətdə olması, Çinarə Aslanovaya məxsus 0,12 ha torpaq sahəsinin isə 110×40 metr ölçülü sahənin daxilində, lakin Şahid2 özü və ailəsinə məxsus olmasını iddia etdiyi yerdə deyil, adını qeyd etmədiyi dostuna aid hissədə yerləşməsi müəyyən edildi. Baxış zamanı Şahid2, Qurbanov Sədrəddin və Aslanova Çinarəyə məxsus torpaq sahələrinin müvafiq kadastr məlumatlarına əsasən həmin torpaq sahələrinin dövlət ehtiyyat fondu torpaqlarına aid olması müəyyən edildi. Bundan başqa baxış zamanı GPS qurğusu və baza məlumatları əsasında Şahid2 tərəfindən iddia olunan 65×40 m ölçülü ərazinin də dövlət ehdiyyat fondu torpaqlarına aid olması müəyyən edildi. Bundan başqa baxış zamanı baxışda iştirak edən Şahid1 Təqsirləndirilən şəxs1 Allahverdiyev tərəfindən ona vəd edilən 0,12 ha torpaq sahəsini habelə həmin sahənin təxmini sərhədlərini göstərdi. Baxışda iştirak edən Bəxtiyar Veyisov tərəfindən Şahid1 göstərdiyi ərazinin kordinatları GPS cihazı vasitəsilə qeyd edilərkən həmin ərazinin də dövlət ehtiyat fondu torpaqlarına aid olması müəyyən edildi. Şahid1 R.Allahverdiyev tərəfindən ona vəd olunmasını bildirdiyi sahə 26×45 m ölçüdə olub həmin sahənin 26×40 m ölçüdə olan hissəsi Şahid2 və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməklə Çinarə Aslanovaya məxsus torpaq sahəsinin kadastr məlumatları əsasında müəyyən olunan sərhəddinə bitişikdir və heç bir halda kəsişmir. Şahid1 vəd edilən sahənin uzununa 5 metrlik hissəsi 110-metrlik hasardan kənara-yola doğru çıxmışdır. Şahid1 R.Allahverdiyevin torpaq sahəsinin alqı-satqısı barədə razılaşarkən, habelə 7500 ABŞ dollarını verdikdən sonra da dəfələrlə həmin yeri naturada göstərərkən gələcəkdə yolun bir qədər sola doğru çəkiləcəyini bildirdiyini göstərməsini qeyd etdi. Baxış zamanı qeyd edilənlərdən başqa iş üçün əhəmiyyət kəsb edə biləcək xüsusat müəyyən edilməmişdir. “Baxış keçirilməsi haqqında” 05.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, AR İN yanında ƏMDX-nin 3 saylı Gəncə ərazi idarəsinin arxivində saxlanılan AR DTXK-nin Daşkəsən rayon şöbəsinin “Torpaq alqı-satqı aktlarının qeydiyyatı kitabı”na baxış keçirilən zaman kitabın üzərində “Dəftərxana kitabı” “DT və XK-si Daşkəsən rayon şöbəsi Alqı-satqı kitabı” sözləri yazılmışdır. Kitab köhnəlmiş vəziyyətdədir. Kitab 146 vərəqdən ibarət olub, hər bir vərəqi nömrələnib iplə tikilib DTXKnin Daşkəsən rayon şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 imzası və şöbənin möhürü ilə təsdiq edilmiş qaydada qaytanlanmışdır. İş üçün əhəmiyyət kəsb etdiyindən kitabda 17.09.2007-ci il tarixə qeydə alınmış alqı satqı aktlarına baxış keçirilməsi üçün kitab üzrə axtarış aparıldı və kitabın 18-ci vərəqində 17.09.2007-ci il tarixdə cəmi Daşkəsən rayonu üzrə 15 alqı-satqı aktının qeydə alınması müəyyən edildi ki, onlardan 11 akt Xoşbulaq kəndinə aid olmuşdur. 17.09.2007-ci il tarixə Xoşbulaq kəndi üzrə kitabda qeydə alınmış aktlardan heç birinin Şahid1 aid olmadığı, ümumiyyətdə kitab üzrə keçirilən axtarış zamanı həmin kitabda Şahid1 adına heç bir akt qeydə alınmadığı, kitabda 17.09.2007-ci il tarixə 460 qeydiyyat nömrəsi ilə X19 Xoşbulaq bələdiyyəsi tərəfindən 0,06 ha torpaq sahəsinin satılması barədə aktın qeydə alınması müəyyən edildi. Bundan başqa kitab üzrə keçirilən axtarış zamanı kitabın 64-cü səhifəsində 1966 qeydiyyat nömrəsi ilə 31.10.2007-ci il tarixə Şahid2 Xoşbulaq bələdiyyəsi tərəfindən 0,12 ha torpaq sahəsinin satılması barədə aktın qeydə alınması müəyyən edildi. Bundan başqa kitab üzrə keçirilən axtarış zamanı kitabın 66-ci səhifəsində 1981 qeydiyyat nömrəsi ilə 31.10.2007-ci il tarixə X13 Xoşbulaq bələdiyyəsi tərəfindən 0,03 ha torpaq sahəsinin satılması barədə aktın qeydə alınması müəyyən edildi. Bundan başqa kitab üzrə keçirilən axtarış zamanı kitabın 68-cü səhifəsində 2103 qeydiyyat nömrəsi ilə 31.10.2007-ci il tarixə X42 Xoşbulaq bələdiyyəsi tərəfindən 0,12 ha torpaq sahəsinin satılması barədə aktın qeydə alınması müəyyən edildi. Bunlardan başqa qeyd edilən kitaba baxış zamanı kitabda qeydiyyat baxımından xronoloji ardıcıllığın dəfələrlə pozulması müəyyən edildi. Belə ki, xronoloji ardıcıllıq pozulmadan 30.11.2007-ci il tarixə sonuncu alqı-satqı aktı 1373 nömrəsi ilə qeydə alındığı halda, kitabda 2220 nömrəsi ilə qeydə alınmış son akta qədər əsasən 31.10.2007-ci il tarixli aktların qeydə alınması, bununla yanaşı xronoloji ardıcıllıq yenidən dəfələrlə pozulmaqla 2007-ci ilin sentyabr, oktyabr, noyabr aylarına aid aktların ardıcıllıq pozulmaqla qeydə alınması müəyyən edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 14.01.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" mobil operatorundan daxil olan telefon danışıqları barədə məlumatlara baxış baxış zamanı Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə R.Allahverdiyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 17.03.2014-cü ildə 11:11-də 67 saniyəlik telefon danışığı aparılması müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs1 Allahverdiyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil telefon nömrəsi arasında 09.07.2014-cü il tarixdə saat 21:59da 107 saniyəlik telefon danışığı aparılması müəyyən edildi. “Diskə baxış keçirilməsi haqqında” 14.01.2021-ci il tarixli protokoldan görünür ki,"xxxx" mobil operatorundan daxil olan diskə baxış zamanı Şahid1 Calal oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Allahverdiyev Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 09-06-2016-cı il tarixdə saat 14:52-də “Təqsirləndirilən şəxs1 müelim imkan varsa zeng vur gelim kimliyi aparım burdadılar vacib lazımdı”, 30-08-2016-cı il tarixdə saat 16:45-də “Təqsirləndirilən şəxs1 müelim salam niye telefona cavab vermirsiz böyrünüzden zeng vururam açmırsız meni boğular axı uje üç ildi onu hel ele qutarsın vallah özüm de utanıram size zeng vurmağa ancaq mecburam”, 06- 10-2016-cı il tarixdə saat 14:53-də “Salam Təqsirləndirilən şəxs1 müelim qurana and olsun çox pis vezyetdeyem el çekmirler yoxsa narahat elemerem xaiş edirem hel ele qutarsın”, məzmunlu mesajlar göndərilməsi müəyyən edildi. Diskdə olan «SMS_Tarixçəsi__**********3101 __702063656” adlı fayla baxış zamanı Şahid1 Calal oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Allahverdiyev Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 09-06-2016-cı il tarixdə saat 14:52də “Təqsirləndirilən şəxs1 müelim imkan varsa zeng vur gelim kimliyi aparım burdadılar vacib lazımdı”, 30-08-2016-cı il tarixdə saat 16:45-də “Təqsirləndirilən şəxs1 müelim salam niye telefona cavab vermirsiz böyrünüzden zeng vururam açmırsız meni boğular axı uje üç ildi onu hel ele qutarsın vallah özüm de utanıram size zeng vurmağa ancaq mecburam”, 06-10-2016-cı il tarixdə saat 14:53-də “Salam Təqsirləndirilən şəxs1 müelim qurana and olsun çox pis vezyetdeyem el çekmirler yoxsa narahat elemerem xaiş edirem hel ele qutarsın”, məzmunlu mesajlar göndərilməsi müəyyən edildi. Diskdə olan «Zənglərin_Detallaşması__ **********4045___7********.pdf_2” adlı fayla baxış zamanı Şahid1 Calal oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Allahverdiyev Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 21.10.2014-cü il tarixdən 04.04.2017-ci il tarixədək müxtəlif tarixlərdə ümumilikdə 39 telefon zəngi edildiyi və həmin nömrələr arasında eyni sayda telefon danışığı aparılması müəyyən edildi. Bundan başqa qeyd edilən fayla baxış zamanı Allahverdiyev Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs2 adına olan ***-***- **-** mobil telefon nömrəsi arasında 02.08.2015-ci il tarixdə saat 16:44-də 15 saniyə müddətində telefon danışığı aparılması müəyyən edildi. Diskdə olan «Zənglərin_Detallaşması__**********5510___7********.pdf_1” adlı fayla baxış zamanı Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən R.Allahverdiyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 21.10.2014-cü il tarixdə saat 18:18-də zəng olunduğu, həmin danışığın 153 saniyə davam etməsi müəyyən edildi. Bundan başqa Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə R.Allahverdiyevin istifadəsində olan ***-***- **-** mobil nömrəsi arasında 17.03.2014-cü ildə 11:11-də 67 saniyəlik, 04.10.2015-ci tarix saat 11:23-də 61 saniyəlik, 10.10.2015-ci ildə 12:13-də 29 saniyəlik, 31.10.2015-ci ildə 11:10-da 39 saniyəlik ümumilikdə 4 telefon danışığı aparılması müəyyən edildi. Diskdə olan «Zənglərin_Detallaşması__**********1213___7********.pdf_2” adlı fayla baxış zamanı Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə R.Allahverdiyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 27.04.2016-cü ildə 15:18-də 24 saniyəlik telefon danışığı aparılması müəyyən edildi. Bundan başqa Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən R.Allahverdiyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 20.05.2016-cı il tarixdən 04.04.2017-ci il tarixədək ümumilikdə 20 telefon danışığı aparılması müəyyən edildi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Resetri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində daxil olmuş 09.12.2020-ci il tarixli **********88 nömrəli məktubdan görünür ki, arxiv üzrə keçirilmiş axtarış zamanı Şahid1 Daşkəsən rayonu Xoşbulaq kəndində 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07.01.2021-ci il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Resetri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Allahverdiyev Təqsirləndirilən şəxs1 adına ümumi birgə mülkiyyətdə olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,11 ha həyatyanı torpaq sahəsi 20.05.2008-ci il tarixdə və o, 0,4863 ha, 0,1312ha, 0,432 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə 03.12.2014-cü il tarixində qeydiyyata alınmışdır. Daşkəsən rayon Dövlət Arxiv İdarəsindən daxil olmuş 01.09.2020-ci il tarixli 14 nömrəli məktubdan görünür ki, arxiv üzrə yoxlama aparılarkən Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 28.06.2007-ci il tarixli 06 nömrəli qərarı və həmin qərarla bağlı hər hansı sənəd müəyyən edilmədi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş 22.12.2020-ci il tarixli **********12 nömrəıi məktub və ona əlavə edilən sənədlərdən görünür ki, müraciət əsasında DƏKÜRX-nin tabeliyində olan Kadastr və Yerquruluşu İayihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilərək GPS vasitəsilə ölçmə işləri aparılmış və elektron məlumat bazası əsasında araşdırma araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən Şahid1 Calal oğlunun iddia etdiyi 0,12 ha torpaq sahəsinə tərəfimizdən baxış keçirilmişdir. Aparılmış araşdırma zamanı vətəndaş Şahid1 iddia etdiyi 0,12 ha torpaq sahəsi Dövlət Ehtiyyat fonduna aid olduğu, heç bir fiziki və texniki sənədlə üst üstə düşmədiyi aşkarlanmışdır. X1 və Şahid2 sahibliyində olan **********1118 nömrəli və **********1053 nömrəli plan və ölçü sənədləri üç tərəfi daş hasara alınmış torpaq sahəsi ilə, eləcə də həmin torpaq sahəsinin üzərində Şahid2 tərəfindən inşa edilmiş tikili ilə üst-üstə düşmür. Vətəndaş X2 olan **********1211 nömrəli plan və ölçü sənədi üç tərəfi daş hasara alınmış torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. X4, Şahid2 və X2 olan plan və ölçü sənədlərinin koordinatları X110 aid torpaq sahəsinə düşür. Məhhkəmə-fonoskopik ekspertizasının 21.12.2020-ci il tarixli 4/1102 nömrəli rəydən görünür ki, “Ekspertizaya təqdim olunmuş 1 ədəd “abv” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.
2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “abv” markalı CD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. 3. Ekspertizaya təqdim olunmuş 1 ədəd “abv” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda 2 (iki) nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. 4. Ekspertizaya təqdim olunmuş 1 ədəd “abv” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid1, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi –Allahverdiyev Təqsirləndirilən şəxs1 məxsusdur.” Məhkəmə-xətşünaslıq ekspertizasına 08.01.2021-ci il tarixli 4/1163 nömrəli rəyindən görünür ki, “1.1.Ekspertizaya təqdim edilmiş, Şahid1 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə DTXK-nin Daşkəsən rayon şöbəsinin rəyində, arayışında, torpaqların alqı-satqısına dair aktında, Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışda “Təqsirləndirilən şəxs2” yazısı önündəki imzalar, X42 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə DTXK-nin Daşkəsən rayon şöbəsinin rəyində, arayışda, torpaqların alqı-satqısına dair aktda, Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışda “Ş.Ə.Meh-diyev” yazıları önündəki imzalar, Şahid2 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə DTXK-nin Daşkəsən rayon şöbəsinin rəyinin, arayışının, torpaqların alqı-satqısına dair aktın və Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışın kserosurətlərində “Təqsirləndirilən şəxs2” yazıları önündə əks olunan imzalar, X13 Xoşbulaq kəndi ərazisindən 0,03 ha torpaq sahəsinin ayrılması barədə DTXK-nin Daşkəsən rayon şöbəsinin rəyinin, arayışının, torpaqların alqı-satqısına dair aktın və Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışın kserosurətlərində “Təqsirləndirilən şəxs2” yazıları önündə əks olunan imzalar – Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. 1.2.Ekspertizaya təqdim edilmiş, Şahid1 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə DTXK-nin Daşkəsən rayon şöbəsinin arayışında “Təqsirləndirilən şəxs3” yazısı önündəki imza, X42 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər - DTXK-nin Daşkəsən rayon şöbəsinin rəyinin, arayışının, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli, 10 nömrəli qərarının, habelə eyni tarix və nömrəli bələdiyyə iclasının protokolundan çıxarışın, torpaqların alqı-satqısına dair aktın kserosurətlərində əks olunan yazılar, Şahid2 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər - DTXK-nin Daşkəsən rayon şöbəsinin rəyinin, arayışının, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli, 10 nömrəli qərarının, habelə eyni tarix və nömrəli bələdiyyə iclasının protokolundan çıxarışın, torpaqların alqı-satqısına dair aktın kserosurətlərdə əks olunan yazılar, X13 Xoşbulaq kəndi ərazisindən 0,03 ha torpaq sahəsinin ayrılması barədə sənədlər - DTXK-nin Daşkəsən rayon şöbəsinin rəyinin, arayışının, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli, 10 nömrəli qərarının, habelə eyni tarix və nömrəli bələdiyyə iclasının protokolundan çıxarışın, torpaqların alqı-satqısına dair aktın kserosurətlərində əks olunan yazılar – Təqsirləndirilən şəxs3 tərəfindən icra olunmuşdur. 1.3.Ekspertizaya təqdim edilmiş, Şahid1 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə alqı-satqısına dair aktında, yerquruluşu planından çıxarışda “Təqsirləndirilən şəxs1Allahverdiyev” sözləri önündəki imzalar, X42 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə alğı-satqı aktında, habelə yerquruluşu planından çıxarışda, Xoşbulaq bələdiy-yəsinin 31.10.2007-ci il tarixli, 10 nömrəli qərarında, habelə eyni tarix və nömrəli bələdiyyə iclasının protokolundan çıxarışda “Təqsirləndirilən şəxs1Allahverdiyev” sözləri önündəki imzalar, Şahid2 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə torpaq alqı-satqısına dair aktın, habelə yerquruluşu planından çıxarışın, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli, 10 nömrəli qərarı-nın, habelə eyni tarix və nömrəli bələdiyyə iclasının protokolundan çıxarışın kserosurətlərində “Təqsirləndirilən şəxs1Allahverdiyev” sözləri önündə əks olunan imzalar, X13 Xoşbulaq kəndi ərazisindən 0,03 ha torpaq sahəsinin ayrılması barədə torpaqların alqı-satqısına dair aktın, habelə yerquruluşu planından çıxarışın, Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli, 10 nömrəli qərarın, habelə eyni tarix və nömrəli bələdiyyə iclasının protokolundan çıxarışın kserosurətlərində “Təqsirləndirilən şəxs1Allahverdiyev” sözləri önündə əks olunan imzalar, X20 79,2 manat qəbul edilməsi barədə 31.10.2007-ci il tarixli, 612279 nömrəli, Şahid2 Sədrədddin oğlundan 79,2 manat qəbul edilməsi barədə 31.10.2007-ci il tarixli, 367727 nömrəli, X9 19,8 manat qəbul edilməsi barədə 31.10.2007ci il tarixli, 367739 nömrəli kassa mədaxil orderi qəbzlərinin kserosurət-lərində əks olunan yazılar və “Rəhbər” qrafalarında əks olunan imzalar – Allahverdiyev Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. 2.1.Ekspertizaya təqdim edilmiş, Şahid1 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə DTXK-nin Daşkəsən rayon şöbəsinin rəyindəki yazılar, arayışındakı yazılar, Xoşbulaq bələdiyyəsinin 28.06.2007-ci il tarixli qərarındakı yazılar, habelə eyni tarix və nömrəli bələdiyyə iclasının protokolun-dan çıxarışdakı yazılar, torpaqların alqı-satqısına dair aktdakı yazılar - Allahverdiyev Təqsirləndirilən şəxs1 tərəfindən yox, Təqsirləndirilən şəxs3 tərəfindən yox, X32 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, X17 tərəfindən yox, X69 tərəfindən yox, X88 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2.Ekspertizaya təqdim edilmiş, Şahid1 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə torpaqların alqı-satqısına dair aktında “Şahid1” sözləri önündəki imza - Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, Şahid1 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə torpaqların alqısatqısına dair aktında “Şahid1” sözləri önündəki imzanın Allahverdiyev Təqsirləndirilən şəxs1 tərəfindən, Təqsirləndirilən şəxs2 tərəfindən, Təqsirləndirilən şəxs3 tərəfindən, X32 tərəfindən, X17 tərəfindən, X69 tərəfindən, X73 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.” Sənədlərin məhkəmə-texniki ekspertizasının 12.01.2021-ci il tarixli 5/940 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X34 adına 30.11.2007-ci il tarixli 2103 nömrəli Torpaqların alqı-satqısına dair Aktında, TŞ-07/2103 nömrəli arayışda, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli Qərarında, 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolundan Çıxarışda, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından Çıxarışda, Dövlət torpaq və xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin Rəyində olan, Şahid1 adına Dövlət torpaq və xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin Rəyində, 17.09.2007-ci il tarixli 460 nömrəli Torpaqların alqı-satqısına dair Aktında, TŞ-07-460 nömrəli arayışda, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından Çıxarışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. 2.Tədqiqata təqdim edilmiş X34 adına 31 oktyabr 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzinin kserosurətində, 30.11.2007-ci il tarixli 2103 nömrəli Torpaqların alqı-satqısına dair Aktında, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli Qərarında, 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolundan Çıxarışda, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından Çıxarışda olan Xoşbulaq Bələdiyyəsinin möhür əksi, Şahid2 adına 31 oktyabr 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzinin, 30.11.2007-ci il tarixli 1966 nömrəli Torpaqların alqı-satqısına dair Aktının, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli Qərarının, 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolundan Çıxarışının, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından Çıxarışının kserosurətlərində olan Xoşbulaq Bələdiyyəsinin möhür əksi ekspertizaya təqdim edilmiş Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. 3.Tədqiqata təqdim edilmiş Şahid1 adına 17.09.2007-ci il tarixli 460 nömrəli Torpaqların alqı-satqısına dair Aktında, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından Çıxarışda olan Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin möhür əksləri ekspertizaya təqdim edilmiş Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin 2006-2007-ci illərdə istifadədə olan möhürünün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. 4.Tədqiqata təqdim edilmiş X34 adına 30.11.2007-ci il tarixli 2103 nömrəli Torpaqların alqı-satqısına dair Aktında, TŞ-07/2103 nömrəli arayışda, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından Çıxarışda, Dövlət torpaq və xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin Rəyində, Şahid1 adına Dövlət torpaq və xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin Rəyində, 17.09.2007-ci il tarixli 460 nömrəli Torpaqların alqı-satqısına dair Aktında, TŞ-07-460 nömrəli arayışda, Daşkəsən rayonu Xoşbulaq kəndinin yerquruluşu planından Çıxarışda olan Dövlət Dövlət torpaq və xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhür əksləri ekspertizaya təqdim edilmiş Dövlət torpaq və xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhürünün eksperimental əks nümunəsi ilə eynilik təşkil edir. Ambulator məhkəmə-psixitrik ekspertizasına 26.01.2021-ci il tarixli 169 nömrəli rəyin görünür ki, “Təqsirləndirilən şəxs3 Üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. 2ci, 3-cü, 4-cü və 5-ci suallara cavab: Təqsirləndirilən şəxs3 Üzvi emosional-ləbil pozuntusu diaqnozlu psixi pozuntu müəyyən edilir. Bununla birlikdə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs3 müəyyən edilmiş və yuxarıda göstərilən diaqnozlu psixi pozuntu nevrotik pozuntu əlamətləri ilə təzahür edir və həmin əlamətlər onda o dərəcədə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəslərinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. 6-cı suala cavab: Təqsirləndirilən şəxs3 müəyyən edilən Üzvi emosional-ləbil pozuntusu diaqnozlu psixi pozuntu onu iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir edə bilmə qabiliyyətindən məhrum etmir. Yəni Təqsirləndirilən şəxs3 hazırda iş üzrə vacib halları düzgün qavrayıb təsvir etmək iqtidarındadır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 02 iyul 1999-cu il tarixli, 698-İQ nömrəli Qanunundan görünür ki, bələdiyyə sədri bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması kimi səlahiyyətlərə malikdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 160-İİQ nömrəli Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinə, eləcə də, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Müvafiq rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi alındıqdan sonra bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamədən görünür ki, Təqsirləndirilən şəxs2 dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata keçirilməsi üzrə işlər və tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi, torpaq, geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəzarətin həyata keçirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtib edilməsi və onların həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verilməsi və digər səlahiyyətlərə malik, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etməkdən ibarət təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamədən görünür ki, Təqsirləndirilən şəxs3 dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata keçirilməsi üzrə işlər və tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi, torpaq, geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəzarətin həyata keçirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtib edilməsi və onların həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verilməsi ilə əlaqədar başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etməkdən ibarət inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxsdir. "xxxx" ASC tərəfindən verilmiş 25.12.2020-ci il tarixli məktubdan görünür ki,"xxxx" ASC-nin Daşkəsən rayon filialının **********0 saylı bank hesabına 28.06.2007-ci il tarixdə Şahid1 (14.11.1983 Daşkəsən rayonu Xoşbulaq kənd) tərəfindən, 31.10.2007-ci il tarixdə Şahid2(03.05.1979-cu il Gəncə şəhəri), X67(16.09.1989-cu il Gəncə şəhəri), X31(25.11.1942-ci il Gəncə şəhəri) tərəfindən, eləcə də adıçəkilən şəxslər tərəfindən həmin bank hesabına hazırkı vaxtadək hər hansı məbləğdə pul köçürülüb-köçürülməməsi, müsbət halda hansı tarixdə, konkret olaraq kim tərəfindən hansı miqdarda ödəniş edilməsi barədə məlumatların, bundan başqa əgər vardırsa qeyd edilən pul köçürmələrinə dair müvafiq bank sənədlərinin (çek, qəbz və s) təsdiq edilmiş surətlərinin "xxxx" ASC-dən götürülməsi üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı alınmaqla icra edilməsi üçün Kapital Bank ASC-yə göndərilmiş həmin ASC-dən daxil olmuş 22.01.2021-ci il tarixli 157000/2-268 nömrəli məktubda qeyd olunur ki, qeyd olunan dövrdə Bnakın Daşkəsən filialının **********0 saylı (hal-hazırda AZ43İİB********************) hesabına Şahid1, Şahid2, X67, X31 tərəfindən pul köçürülməsi aşkar edilməmişdir. Mərkəzi bankın rəsmi internet saytı olan cbar.az saytından əldə edilmiş məlumatlardan görünür ki, 2014-cü ilin mart ayı ərzində 1 ABŞ dollarının Azərbaycan manatına olan orta aylıq məzənnəsi 0,7844 manat olmuşdur. 07.09.2001-ci il tarixli 25 nömrəli əmrin surətindən görünür ki, komitənin sturukturunun formalaşması ilə əlaqədar DTXK-nin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs2 07.09.2001-ci il tarixdə işdən azad edilmişdir. 07.09.2001-ci il tarixli 26 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 07.09.2001-ci il tarixdən DTXK-nin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. 21.05.2001-ci il tarixli 09 nömrəli əmrin surətindən görünür ki, komitənin sturukturunun formalaşması ilə əlaqədar DTXK-nin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsinin icrası 22.05.2001-ci il tarixdən Təqsirləndirilən şəxs2 həvalə edilmişdir. 24.10.2011-ci il tarixli 377 nömrəli əmrinin surətindən görünür ki, DTXK-nin Daşkəsən rayon şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri ilə bağlı 24.10.2011-ci il tarixdə tutduğu vəzifədən kənarlaşdırılmışdır. 31.10.2011-ci il tarixli 380 nömrəli əmrinin surətindən görünür ki, DTXK-nin Daşkəsən rayon şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv edildiyindən 31.10.2011-ci il tarixdə Təqsirləndirilən şəxs2 işdə hesab edilmişdir. 13.11.2001-ci il tarixli 63 nömrəli əmrinin surətindən görünür ki, 13.11.2001-ci il tarixdən Təqsirləndirilən şəxs3 DTXK-nin Daşkəsən rayon şöbəsinə inspektor vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Allahverdiyev Təqsirləndirilən şəxs1 17 dekabr 2004-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərində Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə üzv və bələdiyyə üzvlərinin ümumi yığıncağının 1 nömrəli protokoluna əsasən həmin bələdiyyənin sədri seçilməklə, 23 dekabr 2009-cu il və 23 dekabr 2014-cü il tarixlərdə keçirilən bələdiyyə seçkilərində də həmin bələdiyyənin üzvü və bələdiyyə üzvlərinin ümumi yığıncağının protokollarına əsasən sədri seçilmişdir. Daşkəsən rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 04.12.2020-ci il tarixli arayışından görünür ki, Allahverdiyev Təqsirləndirilən şəxs1 xəstəxananın narkoloji və ruhi-əsəbkabinetlərində qeydiyyatında durmur. Gəncə şəhər Psixiatriya Xəstəxanasının 04.12.2020-ci il tarixli arayışından görünür ki, Allahverdiyev Təqsirləndirilən şəxs1 Psixiatriya Xəstəxanasında ambulator və ya stasionar müalicə olmamışdır. Daşkəsən rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 08.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatında durmur. Daşkəsən rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 25.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatında durmur. Gəncə şəhər Psixiatriya Xəstəxanasının 25.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs3 Gəncə şəhər Psixiatriya xəstəxanasında “Şizofreniya paranoid forma” diaqnozu ilə müalicədə olmuşdur. Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Ambulator, stasionar xəstənin tibb kartasından görünür ki, Təqsirləndirilən şəxs3 şəkərli diabet xəstəsidir. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə arayışdan görünür ki, X117 oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Gəncə şəhəri Narkoloji Dispanserinin 25.01.2021-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin dispanserdə qeydiyyatda durmurlar. Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatları tərəfindən verilmiş 04.12.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Mehdiyev X62 şəhər Nizami küçəsi 20 saylı binanın 42 saylı mənzilində həyat yoldaşı X52, övladları X53, X35 və X36 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Daşkəsən rayon Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.12.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Allahverdiyev Təqsirləndirilən şəxs1 Daşkəsən rayon Xoşbulaq kəndində həyat yoldaşı X74 və övladı Allahverdiyev Samir Təqsirləndirilən şəxs1 oğlu ilə birlikdə yaşayır. Allahverdiyev Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatları tərəfindən verilmiş 26.01.20221-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X46 şəhəri, İ.Qayıbov küçəsi, ev 29, mənzil 34 ünvanında anası X21, həyat yoldaşı X65 qızı, övladları X117 oğlu, X44 və X75 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZE № 11942539 saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X117 oğlu 10.06.2007-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs3, anası X65 qızıdır. AZE № 11942586 saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X44 05.11.2008-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs3, anası X65 qızıdır. AZE № 11942501 saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X75 05.05.2015-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs3, anası X65 qızıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Allahverdiyev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01.02.2021-ci il tarixli qərardan görünür ki, Allahverdiyev Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Allahverdiyev Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 fevral 2021-ci ildən hesablanmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 fevral 2021-ci ildən hesablanmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi haqqında 01.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” 01.02.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 11.01.2021-ci il tarixli BKC/LGL-418/21 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 29.12.2020-ci il tarixli AZF/LGL-17671/20 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk, habelə cinayət işi üzrə istintaq zamanı Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd, Şahid1 və Təqsirləndirilən şəxs1 Allahverdiyevin eksperimental səs nümunələri olan 01 ədəd CD disk, bundan başqa Şahid1 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər- Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 28.07.2007-ci il tarixli 06 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar(imza və möhürsüz) 02 vərəqdə, DTXK-nin Daşkəsən rayon şöbbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 17.09.2007-ci il tarixli 460 qeydiyyat nömrəli akt, (əsilllər) 02 vərəqdə, X42 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər-Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar, DTXK-nin Daşkəsən rayon şöbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 30.11.2007-ci il tarixli 2103 qeydiyyat nömrəli akt, (əsilllər) 04 vərəqdə, Şahid2 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər-Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar, DTXK-nin Daşkəsən rayon şöbbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 30.11.2007-ci il tarixli 1983 qeydiyyat nömrəli akt, (surətlər) 04 vərəqdə, X13 Xoşbulaq kəndi ərazisindən 0,03 ha torpaq sahəsinin ayrılması barədə sənədlər-Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar, DTXK-nin Daşkəsən rayon şöbbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 30.11.2007-ci il tarixli 1966 qeydiyyat nömrəli akt, (surətlər) 04 vərəqdə, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin X20 79,2 manat qəbul edilməsi barədə 31.10.2007-ci il tarixli, 612279 nömrəli, Şahid2 Sədrədddin oğlundan 79,2 manat qəbul edilməsi barədə 31.10.2007-ci il tarixli, 367727 nömrəli, X9 19,8 manat qəbul edilməsi barədə 31.10.2007-ci il tarixli, 367739 nömrəli kassa mədaxil orderi qəbzlərinin surətləri 03 vərəqdə, ümumilikdə 04 ədəd CD disklər və 19 vərəqdə iş üçün əhəmiyyət kəsb edən sənədlər maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş X54, X22, X45,X23,X24,X76,X92,X37,X25,X77,X78,X16,X55,X56,X107,X38, X39, X8,X57,X58,X79,X59,X60, X93,X127,X40 və X94 ilə bağlanmış torpaqların alqı-satqısına dair aktları, eləcə də arayışları, Daşkəsən rayhon Xoşbulaq bələdiyyəsinin qərarları və iclas protokolundan çıxarışları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin mütəxəssisi vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs3 xətti ilə doldurulmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124–137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143–145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cinayət tərkibi vardır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur( Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması içtimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi) Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir içtimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıd göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.2-ci və 313-cü maddələri ilə elan edilmiş ittihamla razılaşsa da, Allahverdiyev Təqsirləndirilən şəxs1 elan edilmiş CM-nin 311.3.1-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham verilmişdir ki, onlar vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi qanunsuz hərəkətə görə özləri və üçüncü şəxslər üçün birbaşa yolla qeyrisi vasitəsilə külli miqdarda maddi neməti rüşvət qismində təkrarən almışlar. İstintaq orqanı təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında maddi neməti rüşvət qismində alma kimi qiymətləndirməsində mötəbər, biribirini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə, həm ibtidai istintaq həm də, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, Allahverdiyev Təqsirləndirilən şəxs1 maddi neməti rüşvət qismində alarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında olmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı tam sübut olunmuşdur ki, Allahverdiyev Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti rüşvət qismində təkrarən almış, vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə şəxsi niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Allahverdiyev Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, görə faktiki olaraq X110 aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən torpaq sahələrini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətindən torpaq alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərar qəbul olunmadan həmin torpaq sahələrini Şahid2, sonuncunun arvadı X42 və Şahid2 atası X13 və Şahid1 hərracdan kənar, müqavilə (akt) əsasında satılması müqabilində 2010-cu ilin dekabr ayında və 2014-cü ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən vaxtda özü üçün birbaşa yolla Şahid2 və Şahid1 külli miqdarda maddi neməti-pul vəsaitini rüşvət qismində təkrarən aldıqdan sonra, şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin cinayətin törədilməsinə məsləhət və məlumatları ilə yardım etməklə, habelə rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları əlyazma ilə əlavə edərək maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə şəxsiyyəti istintaqla müəyyən edilməyən həmin şəxs tərəfindən hüquq verən rəsmi sənədlər olan müvafiq torpaq sahəsinin həmin şəxslərə ayrılması barədə protokolları, qərarlarını, satılması barədə aktları və vətəndaşlar tərəfindən guya bələdiyyə büdcəsinə ödənişlərin edilməsi barədə bilə-bilə yalan məlumatları daxil edərək, faktiki olaraq köhnə tarixə, yəni 2007-ci ildə tərtib edilməsi görüntüsü yaratmaqla məzmununa həmin torpaq sahəsinin qeyd edilən şəxslərə satılması barədə rəsmi sənədləri tamah niyyətilə şəxsən öz imzası və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq etməsindən sonra, edəcəyi qanunsuz hərəkətlərin icrası ilə əlaqədar vətəndaşların süründürməciliyinə yol verməmək üçün bələdiyyə sədrlərinin verdiyi məlumatlar əsasında həmçinin, əksər bələdiyyə sədrləri və üzvləri aşağı təhsil səviyyəsində olduqlarından rayon rəhbərliyinin şifahi göstərişinə əsasən bələdiyyə vətəndaşa torpaq satarkən bütün lazımi sənədlər eyni zamanda bələdiyyə sədrlərinin xahişi ilə onlara aid olan qərar və iclas protokollarından çıxarışlar onların verdikləri məlumat əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində hazırlanmasını bildiyi üçün bu barədə qeyd edilən sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinə təqdim etmiş, onun tamah niyyəti ilə əhatə olunmayan qeyd olunan hallarla bağlı həmin şöbənin müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 və həmin Komitənin Daşkəsən rayon şöbəsinin mütəxəssisi (inspektoru) vəzifəsində işləmiş Təqsirləndirilən şəxs3 şəxsi niyyətləri ilə həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010, 2011 və 2014-cü ildə Təqsirləndirilən şəxs3 həmin şöbənin inzibati binasındakı xidməti otağında qeyd edilən rəsmi sənədləri və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə məlumatları yerində yoxlayıb dəqiqləşdirmədən torpaq sahələrinin Xoşbulaq bələdiyyəsinin ərazisinə aid olması barədə bilə-bilə yalan məlumatları, şəxsi niyyətlə daxil edib şəxsən imzalayıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq etməklə qeyrisinin köməkçiliyi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə torpaq üzərində hüquqların mühafizəsinə dair verilən təminatla əlaqədar dövlətin qanunla qorunan mənafelərinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində şəxsi niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həm ibtidai istintaq həm də, məhkəmə istintaqı zamanı dindirilmiş şəxslər ifadələrində qeyd edilən işlərlə bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 pul və ya hər hansı maddi nemət vermədiklərini və belə vədə görə razılaşmadıqlarını, Şahid2 və Şahid1 ümumiyyətlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımadıqlarını, onlarla torpaq almaq barədə heç bir söhbət etmədiklərini və onlara hər hansı pul və ya sair maddi nemət vermədiklərini göstərmişlər. Göründüyü kimi istintaq orqanı təqsirləndirilən şəxs Allahverdiyev Təqsirləndirilən şəxs1 maddi neməti rüşvət qismində alarkən Təqsirləndirilən şəxs2 Əliş oğlu və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında olmasına dair heç bir sübut, hətta şübhəli də olsa belə yəni, onların təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplamamış, əksinə toplanmış sübutlar Allahverdiyev Təqsirləndirilən şəxs1 rüşvəti tək özü üçün almasını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə təqsirsizliyini təsdiq etdiyi halda, təqsirləndirilən şəxslərin əməlini əsassız və yalnış olaraq ehtimallara əsaslanıb qabaqcadan əlbir olan bir qrup şəxs qismində rüşvət alma kimi tövsif edilmiş və onların əməlinin hansı sübutlara əsasən nə üçün belə tövsif edilməsi heç bir möhtəbər sübutla əsaslandırılmamışdır. Belə olan halda Allahverdiyev Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsində nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri isə heç bir halda Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən rüşvət alma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinəəsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmişəməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə töfsiv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulurki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunlarınını tələblərinə rmayət edilməklə çıxarılmış olsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş möhtəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən Bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhəkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır. 42.1.4 təqsirliliyi sübuta yetirilmədikdə; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq; Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1 elan edilmiş CM-nin 311.3.1-ci maddəsi ona verilən ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirlililikləri sübuta yetirilmədiyinə görə onlara həmin ittihamlar üzrə bəraət verilməlidir. Bundan başqa təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan edilmiş CM-nin müvafiq maddələri üzrə özlərini təqsirli bilmədiklərini və qismən təqsirli bildirklərini göstərsələr də, məhkəmə onların bu ifadələrini, şahidlərin ifadələrini və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Beləliklə, təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri, şahidlərin ifadələri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiklərindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinin müddəalarına görə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi böyük ictimai təһlükə törətməyən, CM-nin 308.2-ci maddəsi isə az ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən böyük ictimai təһlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsində göstərilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadak hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsi barədə müdafiə tərəfinin razılığı olmadıqda məһkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiһam һökmü çıxarır. Cinayət işinin materiallarından görünür ki, Allahverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini 2010-cu, 2011-ci və 2014-cü ildə törətmişlər. Belə olan halda Allahverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsində göstərilən müddətdən, yəni iki və yeddi ildən artıq vaxt keçdiyi üçün onlar, Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinə əsasən cinayət məsuliyyətində azad edilməlidir. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxslərin razılığı olmadan barələrində olan cinayət təqibinin həmin hissəsinə xitam verilməsi barədə qərar çıxarılmasına əsaslar mövcud olmadığından Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən Allahverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə cəza təyin edilməməklə ittiһam һökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Allahverdiyev Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşaqlarının olmasını, özünün şəkərli diabet xəstəliyindən və “Şizofreniya paranoid forma” diaqnozundan əziyyət çəkməsini, uşağının xəstə olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən vəzifə saxtakarlığı törətməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini Azərbaycan Respublikası CM-nin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən ağırlaşdıran hallar kimi nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxs Allahverdiyev Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Allahverdiyev Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Allahverdiyev Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.3 -cü maddələrində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona əlavə cəza kimi Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə də cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən "xxxx" MMC-dən daxil olmuş 11.01.2021-ci il tarixli BKC/LGL-418/21 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 29.12.2020-ci il tarixli AZF/LGL-17671/20 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk, habelə cinayət işi üzrə istintaq zamanı Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd, Şahid1 və Təqsirləndirilən şəxs1 Allahverdiyevin eksperimental səs nümunələri olan 01 ədəd CD disk, bundan başqa Şahid1 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər-Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 28.07.2007-ci il tarixli 06 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar(imza və möhürsüz) 02 vərəqdə, DTXK-nin Daşkəsən rayon şöbbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 17.09.2007-ci il tarixli 460 qeydiyyat nömrəli akt, (əsilllər) 02 vərəqdə, X42 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər-Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar, DTXK-nin Daşkəsən rayon şöbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 30.11.2007-ci il tarixli 2103 qeydiyyat nömrəli akt, (əsilllər) 04 vərəqdə, Şahid2 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər-Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar, DTXK-nin Daşkəsən rayon şöbbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 30.11.2007-ci il tarixli 1983 qeydiyyat nömrəli akt, (surətlər) 04 vərəqdə, X13 Xoşbulaq kəndi ərazisindən 0,03 ha torpaq sahəsinin ayrılması barədə sənədlər-Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar, DTXK-nin Daşkəsən rayon şöbbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 30.11.2007-ci il tarixli 1966 qeydiyyat nömrəli akt, (surətlər) 04 vərəqdə, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin X20 79,2 manat qəbul edilməsi barədə 31.10.2007-ci il tarixli, 612279 nömrəli, Şahid2 Sədrədddin oğlundan 79,2 manat qəbul edilməsi barədə 31.10.2007-ci il tarixli, 367727 nömrəli, X9 19,8 manat qəbul edilməsi barədə 31.10.2007-ci il tarixli, 367739 nömrəli kassa mədaxil orderi qəbzlərinin surətləri 03 vərəqdə, ümumilikdə 04 ədəd CD disklər və 19 vərəqdə iş üçün əhəmiyyət kəsb edən sənədlərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 421 (dörd yüz iyirmi bir) manat 52 (əlli iki) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İşüzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
Allahverdiyev Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı Allahverdiyev Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cəza təyin edilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu 01 fevral 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan "xxxx" MMC-dən daxil olmuş 11.01.2021-ci il tarixli BKC/LGL-418/21 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 29.12.2020-ci il tarixli AZF/LGL-17671/20 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk, habelə cinayət işi üzrə istintaq zamanı Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd, Şahid1 və Təqsirləndirilən şəxs1 Allahverdiyevin eksperimental səs nümunələri olan 01 ədəd CD disk, bundan başqa Şahid1 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər-Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 28.07.2007-ci il tarixli 06 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar(imza və möhürsüz) 02 vərəqdə, DTXK-nin Daşkəsən rayon şöbbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 17.09.2007-ci il tarixli 460 qeydiyyat nömrəli akt, (əsilllər) 02 vərəqdə, X42 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər-Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar, DTXK-nin Daşkəsən rayon şöbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 30.11.2007-ci il tarixli 2103 qeydiyyat nömrəli akt, (əsilllər) 04 vərəqdə, Şahid2 Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması barədə sənədlər-Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar, DTXK-nin Daşkəsən rayon şöbbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 30.11.2007-ci il tarixli 1983 qeydiyyat nömrəli akt, (surətlər) 04 vərəqdə, X13 Xoşbulaq kəndi ərazisindən 0,03 ha torpaq sahəsinin ayrılması barədə sənədlər-Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı və eyni tarix və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar, DTXK-nin Daşkəsən rayon şöbbəsinin torpaq sahəsinin mülkiyyət formasına dair arayışı, torpağın alqı-satqısı barədə 30.11.2007-ci il tarixli 1966 qeydiyyat nömrəli akt, (surətlər) 04 vərəqdə, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin X20 79,2 manat qəbul edilməsi barədə 31.10.2007-ci il tarixli, 612279 nömrəli, Şahid2 Sədrədddin oğlundan 79,2 manat qəbul edilməsi barədə 31.10.2007-ci il tarixli, 367727 nömrəli, X9 19,8 manat qəbul edilməsi barədə 31.10.2007ci il tarixli, 367739 nömrəli kassa mədaxil orderi qəbzlərinin surətləri 03 vərəqdə, ümumilikdə 04 ədəd CD disklər və 19 vərəqdə iş üçün əhəmiyyət kəsb edən sənədlərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 421 (dörd yüz iyirmi bir) manat 52 (əlli iki) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Allahverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.