Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-28/2023 20.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X13 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci tarixdə cəzasını çəkib qurtarmış, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdar hesab edilən 2,471 qram çəkidə narkotik vasitə olan heroini əldə edib eyni məqsəd ilə üzərində daşıyaraq saxlamış və həmin narkotik vasitəni 01 ədəd polietilen kəsiyi bükümündə olmaqla xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən ”Tantuni” adlanan dönərxananın arxa tərəfində tanışı Şahid6 50 manat pul müqabilində qanunsuz olaraq satmış, Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Şahid6 26 aprel 2021-ci il tarixdə saat 15:35 dəqiqədə Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi ilə Oğuz küçəsinin kəsişməsində müəyyən edilib Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 41 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin X10 Şöbəsinin inzibati binasına gətirilərək eyni tarixdə, saat 17:00dan 17:30-dək üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən “Sobranie” markalı siqaret qutusunun içərisindəki polietilen kəsiyi bükümündə olmaqla ondan satış məqsədi ilə almış olduğu təmiz çəkisi külli miqdar hesab edilən 2,471 qram çəkidə narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən təkrar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadonu və şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib eyni məqsəd ilə daşıyaraq satışa hazır vəziyyətə gətirmək üçün narkotik vasitə olan heroini polietilen kəsiyi bükümlərində qablaşdırmaqla 1 ədəd plastik materialdan olan dərman qabının içərisində, narkotik vasitə olan metadonu siqaret kağızı bükümlərində qablaşdırmaqla üzük qabının içərisində, narkotik vasitə olan qurudulmuş marixuananı isə kibrit qutusunda qablaşdırmaqla ümumilikdə qeyd edilən narkotik vasitələrin hamısını yaşadığı ünvan 1 ünvanının qonaq otağında gizlədərək satış məqsədi ilə saxlamış, Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2021-ci il tarixdə, saat 15:32-dən 16:00-dək olan vaxt ərzində onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən evin qonaq otağında olan dördmərtəbəli rəfin üzərindən satış məqsədi ilə təkrar əldə edib daşıyaraq saxladığı 1 ədəd plastik materialdan olan dərman qabının içərisində olmaqla 15 ədəd polietilen kəsiyi bükümlərində qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri 0.761 qram, 0.764 qram, 0.810 qram, 0.787 qram, 0.803 qram, 0.729 qram, 0.738 qram, 0.736 qram, 0.771 qram, 0.760 qram, 0.718 qram, 0.834 qram, 0.885 qram, 0.768 qram və 0.848 qram, ümumi təmiz çəkisi 11,712 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, 1 ədəd üzük qabının içərisində olmaqla 1 ədəd gümüşü rəngli kağız bükümdə və 1 ədəd qırmızı rəngli kağız bükümdə qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram və 0,094 qram, ümumi təmiz çəkisi 0,307 qram təşkil edən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon, həmçinin 1 ədəd kibrit qutusunun içərisində və təmiz çəkisi 2,295 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmuş və ağrıları olduğu zaman narkotik vasitə metadondan istifadə etmişdir. Metadonu adətən Yevlax rayonundan almış, başqa narkotik vasitələrdən, o cümlədən heroin və qurudulmuş marixuanadan istifadə etməmişdir. 27 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən evində olan zaman polis əməkdaşları onun yaşadığı evə gələrək onda narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına özündə 0,6 qram narkotik vasitə olan metadon olduğunu bildirib həmin narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları ona Gəncə şəhərində yerləşən “Tantuni” adlanan yerin qarşısında Şahid6 narkotik vasitə satdığını bildirmişlər. O isə polis əməkdaşlarına Şahid6, yaxud başqa şəxslərə narkotik vasitə satmadığını və belə işlərlə məşğul olmadığını bildirmişdir. Polis əməkdaşları onun evinə gəldikləri zaman əllərində sellofanda narkotik vasitə olmuşdur. O, polis əməkdaşlarının onun evinə həmin sellofanları qoyulduqlarını görüb və onu şərləyəcəklərindən qorxduğu üçün bıçaqla qarın nahiyəsinə xəsarət yetirmişdir. Özünə bıçaqla xəsarətlər yetirdikdən sonra yaralı vəziyyətdə olmasına baxmayaraq polis əməkdaşları onun X15 xəstəxanaya aparılmasına imkan verməmişlər. Onda narkotik vasitə metadondan başqa hər hansı narkotik vasitə olmamış, həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən onun evinə qoyulmuşdur. Yaşadığı evdə və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq hallarına yol verilməmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evə narkotik vasitəni polis əməkdaşları qoymuş və sonuncular onu aldadaraq məsələni həll edəcəklərini demişlər, o, polis əməkdaşlarının vədinə inanıb evinə qoyulmuş narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın özünə məxsus olmasını videoçəkilişdə və izahatında etiraf etmişdir. İbtidai istintaq zamanı da təzyiqlərə məruz qalmış və evinə baxış keçirilən zaman müdafiəçi iştirak etməmişdir. Polislərin onu 1 kiloqram narkotiklə şərləyəcəklərindən qorxaraq etiraz məqsədilə özünə bıçaqla xəsarətlər yetirmiş, lakin sonradan polis əməkdaşları onu məsələnin yoluna qoyulacağına inandırdıqları üçün polis əməkdaşları ilə razılaşmışdır. Ona verilmiş ittihamda 0,3 qram metadon aşkar olunması göstərilsə də, faktiki olaraq onda 0,6 qram metadon olmuşdur. Şahid6 adlı şəxsi telefon satan şəxs kimi tanımış və telefon aldıqda, yaxud telefon təmiri ilə əlaqədar sonuncu ilə əlaqə saxlamışdır. O, Şahid6 narkotik vasitə satmamışdır. Özündə olan və polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə metadonu bükümlərə, yaxud hissələrə bölməmiş, həmin narkotik vasitədən hər hansı şəxsə də satmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun qismən etirafı ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, DİN-in BNMİ-nin QBRŞ-in baş əməliyyat müvəkkili vəzifəsində xidmətdə olan zaman xx.xx.2021-ci il tarixdə Qorxmaz adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Gəncə şəhəri, Nizami rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o, BNMİ-nin QBRŞ-in əməkdaşları Şahid1, Şahid4 və X3 ilə birlikdə həmin tarixdə saat 15 radələrində baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə getmişdir. Qapını Təqsirləndirilən şəxs özü açmış və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış olduqdan sonra yaşadığı evə videoçəkilişə baxış keçirilməsinə yazılı şəkildə razılıq vermişdir. Baxış zamanı sonuncu yaşadığı evdə öz istifadəsi üçün narkotik vasitə heroin, metadon və marixuana saxladığını bildirib götürmə aparılması üçün də ərizə yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs qonaq otağına daxil olaraq rəfin üzərindən 01 ədəd ağzı bağlanan plastik dərman qabını, 01 ədəd üzük qabını və 01 ədəd kibrit qutusunu təqdim edərək həmin qabların içərisində heroin, metadon və marixuana saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzük qabının içərisindən 02 ədəd kağız bükümləri təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə metadon, ağ rəngli plastik dərman qabının içərisindən 15 ədəd sellofan bükümləri təqdim edərək həmin bükümlərdə narkotik vasitə heroin, kibrit qutusunun içərisində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar edilmiş kütlələrə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş və 03 ədəd paketin üzərində müvafiq qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 10 ildir narkotik vasitələrdən istifadə etdiyini, aşkar edilmiş kütlələri Yevlax rayonu ərazisindən tanımadığı şəxsdən aldığını, ümumiyyətlə ayda bir dəfə Yevlax şəhərinə gedib 200 manat pul müqabilində tanımadığı şəxslərdən narkotik vasitə aldığını, aşkar edilmiş həmin kütlələri öz şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını, narkotik vasitə heroini normadan artıq çəkidə qəbul etməməsindən ötrü sellofan bükümlərə ayırdığını, narkotik vasitələri də satmaq niyyətində olmadığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, baxış keçirilməsinə dair evin həyətində kompyuter və printer qurğusu vasitəsi ilə protokol tərtib edilən zaman Təqsirləndirilən şəxs əsəbiləşib polis əməkdaşlarının qanuni tələblərindən qorxaraq və məsuliyyətdən yayınmaq üçün qaçıb mətbəx otağından yağ bıçağını götürərək öz qarnının ön tərəfinə bıçaqla xəsarət yetirmişdir. Bütün hərəkətlər protokollaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs Gəncə Beynəlxalq Xəstəxanasına aparılmış və müayinədən keçirilmişdir. Əməliyyat-axtarış tədbiri zamanı və daha sonra hər hansı bir polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq hallarına yol verilməmiş və psixoloji təzyiq göstərilməmiş, sonuncunu heç kim döyməmiş, üzərinə və yaşadığı evinə narkotik vasitə və psixotrop maddə qoymamışlar. Təqsirləndirilən şəxs təzyiqlərə məruz qalması və narkotik vasitələrin və psixotrop maddələrin guya ki onun evinə polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı göstərdiyi xüsusatlar həqiqətə uyğun olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, həmçinin məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Abbasov X11 Anar Yusif oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmişdir. O, Təqsirləndirilən şəxs saxlanılması zamanı iştirak etməmiş, xatırladığı qədəri ilə videoçəkilişi həyata keçirmişdir. Məhkəmə istintaqı zamanı növbəti məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 26 aprel 2021-ci il tarixdə Şahid6 qanunsuz olaraq küll miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib üzərində gəzdirməsi və onların dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün Şahid6 saxlanılaraq DİN-in BNMİ-nin QBRŞ-yə dəvət edilmiş və üzərinə şəxsi axtarış zamanı Şahid6 əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükülü təqdim edərək həmin bükülüdəki kütlənin heroin olmasını və həmin kütləni saxlanılmamışdan iki gün əvvəl Gəncə şəhəri yerləşən “Tantuni” adlanan yeməkxananın yaxınlığında Qorxmaz adlı şəxsdən 50 manat pul müqabilində almasını bildirmişdir. Məlum baş vermiş hadisədən uzun müddət keçdiyindən əvvəlki məhkəmə iclasında verdiyi ifadələri yanlış xatırlamış, o, yalnız Şahid6la bağlı işdə iştirak etmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs saxlanılmasında, yaxud üzərinə şəxsi axtarışda iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış və bir küçəli kimi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs mütəmadi olaraq ondan telefon və telefon aksesuarı almış, aralarında olan mütəmadi telefon danışıqları yalnız telefon və telefon aksesuarlarının alqısatqısı ilə bağlı olmuşdur. O, Təqsirləndirilən şəxs heç bir narkotik vasitə almamış, bu barədə aralarında heç bir razılaşma da olmamışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 16/396 nömrəli, xx.xx.2021-ci il tarixli kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2021-ci il tarixdə (şübhəli) Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından götürülmüş narkotik vasitə heroinə bənzər kütlələr.” yazılar və imzalar olan kağız paketdəki 15 (on beş) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,761 qram, 0,764 qram, 0,810 qram, 0,787 qram, 0,803 qram, 0,729 qram, 0,738 qram, 0,736 qram, 0,771 qram, 0,760 qram, 0,718 qram, 0,834 qram, 0,885 qram, 0,768 qram, 0,848 qram, ümumi təmiz çəkisi 11,712 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2) Tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2021-ci il tarixdə (şübhəli) Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından götürülmüş narkotik vasitə metadona bənzər kütlələr.” yazıları və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 1 (bir) ədəd qırmızı rəngli kağız bükümdə arı-ayrılıqda təmiz çəkiləri 0,213 qram, 0,094 qram, ümumi təmiz çəkisi 0,307 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - metadondur. 3) Tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin otağından götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə.” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,295 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 4) Tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2021-ci il tarixdə (şübhəli) Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından götürülmüş narkotik vasitə heroinə bənzər kütlələr.” yazıları və imzalar olan kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. 5) Tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2021-ci il tarixdə (şübhəli) Təqsirləndirilən şəxs yaşadığı evin otağından götürülmüş narkotik vasitə metadona bənzər kütlələr.” yazıları və imzalar olan kağız paketdəki metadonlar xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (İ Siyahı ) daxildir. Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (İİ Siyahı) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 11,712 qr, tədqiqata sərf edildi - 0,3 qr, qalıq – 11,412 qr; metadonun ümumi təmiz çəkisi – 0,307 qr, tədqiqata sərf edildi - 0,04 qr, qalıq – 0,267 qr; marixuananın ümumi təmiz çəkisi – 2,295 qr, tədqiqata sərf edildi - 0,05 qr, qalıq – 2,245 qr. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 16/385 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2021-ci il tarixdə AR DİN BNMİ QBRŞ-nin inzibati binasında şübhəli şəxs Şahid6 üzərindən götürülmüş narkotik vasitə olan heroinə bənzər kütə.” sözləri və imzalar olan kağız paketdə, 01 (bir) ədəd polietilen torbacıqdakı, polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,471 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 2,471 qr, tədqiqata sərf edildi - 0,1 qr, qalıq – 2,371 qr. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 16/1186 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2021-ci il tarixdə AR DİN BNMİ QBPŞ-nin inzibati binasında şübhəli şəxs Şahid6 üzərindən götürülmüş narkotik vasitə heroinə bənzər kütlə.” sözləri və imzalar olan kağız paketdəki heroin ilə üzərində “xx.xx.2021-ci il tarixdə (şübhəli) Təqsirləndirilən şəxs yaşadığı evin otağından götürülmüş narkotik vasitə heroinə bənzər kütlələr.” yazılar və imzalar olan kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkibinə görə müxtəlifdirlər. Qeyd: heroinlərin ümumi təmiz çəkiləri – 2,371 və 11,412 qr, tədqiqata sərf edildi – 0,32 qr, qalıq 2,351 və 11,112 qr. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 1095 nömrəli, 13.09. 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BNMİ QBRŞnin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib, Gəncə şəhəri Nizami rayonu ərazisində onların dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BNMİ QBRŞnin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib, Gəncə şəhəri Nizami rayonu ərazisində onların dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməliyyat baş əməliyyat müvəkkili Şahid3 xx.xx.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4-da yerləşən fərdi yaşayış evinə baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağına daxil olaraq rəfin üzərindən 01 ədəd ağzı bağlanan plastik dərman qabını, 01 ədəd üzük qabını və 01 ədəd kibrit qutusunu təqdim edərək həmin qabların içərisində narkotik vasitələr heroin, metadon və marixuana saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzük qabının içərisindən 02 ədəd kağız bükümləri təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə metadon, ağ rəngli plastik dərman qabının içərisindən 15 ədəd sellofan bükümləri təqdim edərək həmin bükümlərdə narkotik vasitə heroin, kibrit qutusunun içərisində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar edilmiş kütlələrə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş və 03 ədəd paketin üzərində müvafiq qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla daşınması qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən informasiya daşıyıcısı olan CD diksə “baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olmuş zənglərin siyahısından Təqsirləndirilən şəxs ilə Şahid6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında mütəmadi olaraq telefon danışığı əlaqəsi olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tədqiqatından sonra qalıq qalmış 0,267 qram metadon və 2,245 qram qurudulmuş marixuana, əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli tədqiqatından sonra qalıq qalmış 11,112 qram və 2,351 qram çəkilərdə heroinlər cinayət işi üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını, yaşadığı evə baxış və götürmə aparılmasını, Şahid6 üzərində şəxsi axtarış aparılmasını əks etdirən 4 ədəd DVD disk və "xxxx" MMC-dən təqdim edilmiş 2 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əməliyyat tapşırığına BNMİ QBRŞ-nin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə evində saxladığı və Təqsirləndirilən şəxs narkotik vasitələri Gəncə şəhər sakini xx.xx.1993-cü il təvəllüdlü Şahid6 satması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik maddələri kimdən və haradan alması məqsədilə tədbirlər keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Həmçinin onun həmin narkotik vasitələri Yevlax rayonunda qaraçı millətindən olan bir şəxsdən alması ilə bağlı dedikləri yoxlanılmış və müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əməliyyat tapşırığına Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitəni həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs Şahid6 narkotik vasitə olan heroin satmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etsə də, digər hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kimsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun icraatında olmuş 226 C-21 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Nizami RPİdən Təqsirləndirilən şəxs özünə bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında ilkin yoxlama aparılaraq cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun icraatında olmuş 246 C-21 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 2 saylı İstintaq təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında ilkin yoxlama aparılaraq cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun icraatında olmuş 377 C-21 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, barəsində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində dindirilən zaman polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalması faktı ilə bağlı daxil olmuş məlumat əsasında ilkin yoxlama aparılaraq cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şahid6 əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və o, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, hazırki iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci tarixdə cəzasını çəkib qurtarmış, həmçinin Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamından görünür ki, Təqsirləndirilən şəxs əfv olunaraq Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(043)-39/2020 saylı hökmü məhkum olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(043)-39/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2545 saylı, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli, 1994 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən metadondan asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli, 1527 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X4 Stansiyasının xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 17:10-da Gəncə şəhəri Səfaləddin Əsgərov 30 nömrəli ünvana Təqsirləndirilən şəxs adına çağırış olub. Xəstəyə qarının sağ ön yuxarı divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs DSMF publik hüquqi şəxsinin Gəncə- Daşkəsən regional filialından X6 məlumata əsasən xx.xx.2021-ci il tarixə qədər 2-ci dərəcəli əlilliyə görə ayda 256.50 (iki yüz əlli altı manat əlli qəpik) manat məbləğində əmək pensiyası almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı, 11325946 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Mehdi Məmmədov adlı övladı vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs metadondan başqa narkotik vasitələrdən, o cümlədən heroin və qurudulmuş marixuanadan istifadə etmədiyini, Şahid6 və digər hər hansı şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını, ümumiyyətlə qeyd edilən kütlələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə heroini və marixuananı yaşadığı evə polis əməkdaşlarının qoyduqlarını, evinə qoyulmuş narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın ona məxsus olmadığını, ibtidai istintaq zamanı təzyiqlərə məruz qaldığını, evinə gələn polislərin onu şərləyəcəklərindən qorxduğu üçün bıçaqla qarın nahiyəsinə xəsarət yetirdiyini, evinə gəlmiş polis əməkdaşlarına 0,6 qram narkotik vasitə metadonu təqdim etdiyini, metadonu bükümlərə, yaxud hissələrə bölmədiyini və polislərin onun təqdim etdiyi metadonun üzərindən bir qədərini götürdüklərini, evinə baxış keçirilən zaman da müdafiəçinin iştirak etmədiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin özünün qismən etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici izahatında göstərmişdir ki, “xx.xx.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olarkən qapı döyülmüş və o qapını açdıqda polis əməkdaşlarını görmüşdür. Həmin vaxt bir nəfər polis əməkdaşı əlində qərar nümayiş etdirərək onu həmin qərarın məzmunu ilə tanış etmişdir. O həmin vaxt başa düşmüş ki, evində narkotik vasitə saxlamağı ilə bağlı polis əməkdaşlarının məlumatı var. Polis əməkdaşları onun razılığı ilə videoçəkilişə başlamış və o verilən suallara cavab olaraq evində öz istifadəsi üçün narkotik vasitə “kakos” kimi tanıdığı heroin və metadon saxladığını, narkotik satan olmadığını, özü istifadə etdiyini bildirmişdir. Bundan sonra onlar evin içərisinə daxil olmuşlar. O mətbəxdə oturub evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Daha sonra özü könüllü qaydada evin qonaq otağında olan dördmərtəbəli rəfin üzərində saxladığı, içərisində 15 ədəd sellofan bükümlərdə qablaşdırdığı “kakos” kimi tanınan narkotik vasitə olan heroin olan plastik dərman qabını, həmçinin içərisində 2 ədəd kağız bükümdə qablaşdırdığı metadon olan üzük qabını və içərisində “nəşə” kimi tanıdığı marixuana olan 1 ədəd kibrit qutusunu təqdim edərək bildirmişdir ki, onlar özünə məxsusdur, öz istifadəsi üçün saxlamışdır....... Evinə baxış başa çatdıqdan sonra onu polis şöbəsinə aparacaqlarını bildirmişlər. Həmin vaxt o peşmançılıq hissi keçirərək mətbəxdən bıçaq götürüb özünə xəsarət yetirmişdir. Polis əməkdaşları evə təcili tibbi yardım avtomobili çağırmışlar və ona təcili tibbi yardım göstərmişlər.......” Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində, eyni zamanda xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində də qeyd edilən xüsusatları təsdiq etmişdir. O cümlədən iş materiallarında olan evə baxışa dair protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs sərbəst şəkildə hərəkət edərək yaşadığı evin qonaq otağına daxil olub rəfin üzərindən 01 ədəd ağzı bağlanan plastik dərman qabını, 01 ədəd üzük qabını və 01 ədəd kibrit qutusunu təqdim edərək həmin qabların içərisində heroin, metadon və marixuana saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzük qabının içərisindən 02 ədəd kağız bükümləri təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə metadon, ağ rəngli plastik dərman qabının içərisindən 15 ədəd sellofan bükümləri təqdim edərək həmin bükümlərdə narkotik vasitə heroin, kibrit qutusunun içərisində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin kütlələrin özünə məxsus olduğunu bildirir. Çəkilişdə Təqsirləndirilən şəxs bədənin qarın nahiyəsini də nümayiş etdirir. Lakin onun qarın nahiyəsində xəsarətin olması öz təsdiqini tapmır. Eyni zamanda “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən də görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitələr olan metadonun, heroinin və marixuananın məhz özünə məxsus olduğunu, hər hansı bir polis əməkdaşı tərəfindən ona qarşı fiziki zorakılıq hallarına yol verilmədiyini, psixoloji təzyiqlərə məruz qalmadığını, yaşamaq istəmədiyi və kontuziyası olduğu üçün evinə baxış başa çatdıqdan sonra bıçaqla özünə xəsarət yetirdiyini, polis əməkdaşlarından şikayət və tələbinin olmadığını və sonuncuların təcili tibbi yardım çağıraraq onu xəstəxanaya apardıqlarını deyir. Hətta müdafiəçisi bir neçə dəfə evində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs bir daha təkrar edərək evindən aşkar olunmuş metadonun, heroinin və marixuananın özünə məxsus olduğunu və polis əməkdaşları tərəfindən ona qarşı qanunsuzluğa yol verilmədiyini, həbsə getmək istəmədiyi üçün baxış başa çatdıqdan sonra özünə bıçaqla xəsarət yetirdiyini deyir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müqavilə əsasında ona hüquqi yardım göstərmiş müdafiəçisi Müdafiəçi iştirakı ilə də verdiyi ifadələrində evinə baxış zamanı və polis şöbəsində olarkən hər hansı bir polis əməkdaşı tərəfindən ona qarşı fiziki zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4, o cümlədən məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da verdikləri ifadələrində evə baxış keçirilməsinə dair evin həyətində kompyuter və printer qurğusu vasitəsi ilə protokol tərtib edilən zaman Təqsirləndirilən şəxs əsəbiləşib polis əməkdaşlarının qanuni tələblərindən qorxaraq və məsuliyyətdən yayınmaq üçün qaçıb mətbəx otağından yağ bıçağını götürərək öz qarnının ön tərəfinə bıçaqla xəsarət yetirdiyini, bütün hərəkətlər protokollaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs Gəncə Beynəlxalq Xəstəxanasına aparıldığını və müayinədən keçirildiyini, əməliyyat-axtarış tədbiri zamanı və daha sonra hər hansı bir polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq hallarına yol verilmədiyini və psixoloji təzyiq göstərilmədiyini, sonuncunun üzərinə və yaşadığı evinə də narkotik vasitə və psixotrop maddə qoymadıqlarını göstərmişlər. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində evinə gəldikləri zaman polis əməkdaşlarının əllərində sellofanda narkotik vasitə olduğunu və sonuncuların həmin sellofanları onun evinə qoyulduqlarını görüb şərləyəcəklərindən qorxduğu üçün bıçaqla qarın nahiyəsinə xəsarət yetirdiyini, yəni xəsarəti təxminən saat 15-15:30 radələrində yetirdiyini göstərsə də, iş materiallarında olan evə baxış dair protokoldan görünür ki, baxış xx.xx.2022-ci il tarixdə saat 15:32-də başlanmış və həmin gün saat 16:00-da başa çatmışdır, həmçinin iş materiallarında olan TTTYS-in arayışında xx.xx.2021-ci il tarixdə Qorxmaz Urxan oğlu adına çağırışın məhz saat 17:10-da olduğu göstərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs özünə xəsarəti evinə baxış əməliyyat-axtarış tədbiri zamanı yetirdiyini göstərsə də, faktiki olaraq iş materiallarında olan sənədlərdən və şahid ifadələrindən belə görünür ki, o, özünə xəsarəti yaşayış yerinə baxış əməliyyataxtarış tədbiri başa çatdıqdan sonra yetirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində evinə gəlmiş polis əməkdaşlarına 0,6 qram narkotik vasitə metadonu təqdim etdiyini, metadonu bükümlərə, yaxud hissələrə bölmədiyini və polislərin onun təqdim etdiyi metadonun üzərindən bir qədərini götürdüklərin göstərsə də evə baxışa dair protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, metadon iki bükümdə olur və qablaşdırma ilə birlikdə ümumi çəkisi 0,62 qram təşkil edir. Bu isə o deməkdir ki, həqiqətən də ekspertiza tədqiqatına təqdim edilməmişdən əvvəl qablaşdırma ilə birlikdə metadonun ümumi çəkisi 0,62 qram olmuşdur. Qeyd edilən hal Təqsirləndirilən şəxs göstərdiyi xüsusatın bir daha həqiqətə uyğun olmadığını və narkotik vasitə olan metadonun üzərindən hər hansı bir polis əməkdaşının hər hansı bir miqdarda götürmədiyini təsdiq edir. Bundan başqa yaşayış yerinə baxış əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırılan 226 C-21 nömrəli ilkin yoxlama materialı üzrə Təqsirləndirilən şəxs verdiyi izahatında evinə baxış başa çatdıqdan sonra əsəbiləşərək özünə bıçaqla xəsarət yetirdiyini və polis əməkdaşlarından şikayət və tələbinin olmadığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin material üzrə ərizə də verərək özünə xəsarət yetirməsi faktı ilə bağlı hər hansı polis əməkdaşından şikayət və tələbinin olmadığını göstərmişdir. Qeyd edilə material üzrə araşdırma yekununda Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda Gəncə şəhər prokurorluğunun icraatında olmuş 246 C-21 və 377 C- 21 nömrəli ilkin yoxlama materialları üzrə də Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. CPM-nin 329.1-ci maddəsinə əsasən, şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Ona görə də cari məhkəmə istintaqı zamanı verdiyi ifadələri qeyri səmimi olduğundan məhkəmə tərkibi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici izahatını, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi və xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadələrini, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid6 barəsində olan cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyini izahatını, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi və xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadələrini iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid1 və Şahid2 ifadələri ilə, o cümlədən işdə olan ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, protokollara əlavələr və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici izahatı, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi və xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadələri, Şahid6 da barəsində olan cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyini izahatı, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi və xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadələri əsas götürülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs İnsan Hüquqları və X5 Haqqında Konvensiyanın 3-cü maddəsinin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlarından yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır (“Assenov və Digərləri” işi, 102-ci bənd və “Labita İtaliyaya qarşı” (Labita v. İtaly [GC], no. 26772/95, § 131, ECHR 2000-İV)). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarların əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdır (“Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutlar toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdır. (“Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gül v. Turkey, no. 22676/93, § 89, 14 December 2000)). Göründüyü kimi Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, Təqsirləndirilən şəxs da qeyd edilən xüsusatlarla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs qeyrisəmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində Şahid6 və digər hər hansı şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını göstərsə də, iş materiallarında olan Şahid6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Şahid6 ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs almadığını bildirməsi özünümüdafiə kimi qiymətləndirilmiş və həqiqətə uyğun olmadığından sübut kimi qəbul edilməmişdir. Həmçinin iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, saxlanıldıqdan sonra şübhəli və sonradan təqsirləndirilən şəxs qismində dindirilən zaman Şahid6 narkotik vasitə olan heroni Qorxmaz adlı şəxsdən aldığını etiraf etmişdir. Eyni zamanda iş materiallarında olan Şahid6 barəsindəki cinayət işi üzrə onun üzərinə keçirilmiş şəxsi axtarış protokolundan, o cümlədən müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilkin ifadələrindən görünür ki, Zeynal Məmmədov üzərində aşkar olunmuş narkotik vasitə olan heroini məhz 50 manat qarşılığında Təqsirləndirilən şəxs almışdır. Hətta iş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, barəsində qətimkan tədbiri məsələsinə baxılan zaman Şahid6 narkotik vasitənin özünə məxsus olduğunu və 2,4 qramını 50 manata Qorxmaz adlı şəxsdən aldığını etiraf etmişdir. Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburidir. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Zeynal Məmmədovun narkotik vasitə olan heroini 50 manata Təqsirləndirilən şəxs alması faktı Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarının 13-cü bəndində göstərilmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Hazırkı cinayət işinin materiallarında olan 16/396 nömrəli, xx.xx.2021-ci il tarixli kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metadon şəxsi istehlak miqdarından artıq miqdarda, marixuana isə şəxsi istehlak miqdarında olsa da, heroinin ümumi təmiz çəkisi 11,712 qram olmaqla külli miqdar təşkil edir. Beləliklə yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı ayrı-ayrılıqda üç növ, yəni narkotik vasitə heroinin, metadonun və qurudulmuş marixuananın aşkar olunması, həmçinin heroinin 15 bükümdə, metadonun isə 2 bükümdə olması, heroinin ümumi çəkisinin külli miqdar təşkil etməsi, o cümlədən narkomaniya xəstəliyindən əzab çəkməməsi Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün təkrarən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Hazırkı iş materiallarından görünür ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsi səciyyələndirən hallarda Təqsirləndirilən şəxs tərəfindən cinayətin tamah məqsədi ilə törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Bununla belə məhkəmə tərkibi hesab edir ki, tamah məqsədi satış məqsədi ilə əhatə olunduğundan, yəni cinayətin subyektiv cəhətinə aid edilən məqsəddə ifadə olunduğundan ağırlaşdırıcı hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 46-cı bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Hazırki iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Hazırki iş materiallarında görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri 2021-ci ilin aprel ayının 24 və 27-də törətmiş, yəni Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə məhkumluğu qanuna müəyyən edilmiş qaydada ödənilməmiş törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törədərkən məhkum olunmuş hesab olunur, lakin onun əməllərində cinayətin residivi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmışdır. Ona görə də Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 27 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 97 (doxsan yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,267 qram metadon və 2,245 qram qurudulmuş marixuana, əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli tədqiqatından sonra qalıq qalmış 11,112 qram heroin məhv edilməli, xx.xx.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 2,351 qram çəkidə heroinin Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını, yaşadığı evə baxış və götürmə aparılmasını, Şahid6 üzərində şəxsi axtarış aparılmasını əks etdirən 4 ədəd DVD disk və "xxxx" MMC-dən təqdim edilmiş 2 ədəd CD disk cinayət işi materiallarına saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, 1095 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 aprel 2021-ci il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 97 (doxsan yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,267 qram metadon və 2,245 qram qurudulmuş marixuana, əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli tədqiqatından sonra qalıq qalmış 11,112 qram heroin məhv edilsin. xx.xx.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 2,351 qram çəkidə heroinin Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını, yaşadığı evə baxış və götürmə aparılmasını, Şahid6 üzərində şəxsi axtarış aparılmasını əks etdirən 4 ədəd DVD disk və "xxxx" MMC-dən təqdim edilmiş 2 ədəd CD disk cinayət işi materiallarına saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-28/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-28/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver