Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-28/2025 11.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, İclas katibləri X16 və X3 Hüseyn Faiq oğlunun, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin hüquqi varisi X13 və nümayəndəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Nümayəndə1, barəsində icraat aparılan şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçilər - Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Şorəlli kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təsridxanasında həbsdə saxlanılan və barəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: «Orta dərəcəli depressiv pozuntu» psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etməyərək anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs 2014-cü ilin noyabr ayından X12 ilə rəsmi nikahda olmaqla birgə yaşamasına və evlilikdən üç azyaşlı övladının olmasına baxmayaraq ailə dəyərlərinə laqeyd münasibət göstərərək təxminən 2022-ci iyul ayının ikinci on günlüyündə istifadəsində olan mobil telefonda “Facebook” sosial şəbəsində yaratdığı saxta “Nuray Mehdiyeva” profil hesabı vasitəsilə əvvəllər tanımadığı “Şahid12” adlı digər sosial şəbəkə istifadəçisi Şahid12 ilə tanış olub bir neçə gün sonuncuya özünü subay, diş həkimi işləyən biri kimi yalandan təqdim etsə də, xx.xx.2022-ci il tarixdə Şahid12 gözlənilməz telefon zəngi nəticəsində əri və digər yaxın qohumları tərəfindən etdiyi xəyanətin aşkar edilməsi və ictimai qınağa səbəb olması, həmin gün axşam Nurlan Çərkəzli tərəfindən döyülməsi, cinayət hadisəsi baş verənə kimi əri tərəfindən ölümlə hədələnməsi, xx.xx.2022-ci il tarixdə, təxminən saat 24 radələrindən başlayaraq yaşadıqları Bərdə rayonu Şorəlli kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinin qonaq otağında 2- 3 saat fasilələrlə döyülərək zərərçəkmişin istifadəsində olan pnevmatik “BLOW TR 17 02” modelli yivli qaz tapançası ilə öldürüləcəyi məqamı gözlədilməsi situasiyası ilə əlaqəli onda yaranmış kəskin stres nəticəsində patoloji affekt keçirərək, qisas almaq məqsədilə qəsdən ərini öldürmək qərarına gəlib xx.xx.2023-cü il tarixdə, təxminən saat 03-04 radələrində, yaşadıqları evin qonaq otağında başının silaha qarışmasından istifadə edərək məişət təyinatlı və soyuq silah hesab edilməyən qırmızı rəngli mətbəx bıçağı ilə orta dərəcəli akaqol sərxoşluğu vəziyyətdə olan Nurlan Çərkəzlini azyaşlı övladı Şahid3 oğlunun gözləri qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, zərərçəkmiş şəxsin bədən səthinin müxtəlif nahiyələrindən bıçaq zərbələri yetirərək birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilən sağ bazu nahiyəsinin-bazu arteriyası və venasının kəsilməsi ilə yaranmış kəskin qanitirmə nəticəsinə ölümünə səbəb olan 02 (iki) ədəd deşilmiş-kəsilmiş, birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ bazunun yuxarı 1/3-nin ön-iç səthinin 01 (bir) ədəd, onurğa nahiyəsinin 01 (bir) ədəd, sol əl nahiyəsinin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları olmaqla ümumilikdə 05 (beş) ədəd olan bədən xəsarətləri yetirərək X7 qisas almaq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsinə dair iş üzrə hərtərəfli, tam və obyektiv məhkəmə araşdırması aparılmış və ibtidai istintaq orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs psixi pozuntu nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə zərərçəkmiş şəxsi qəsdə xüsusi amansızlıqla öldürməsi məhkəmə baxışında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, hadisə günü yoldaşım Nurlan içkili vəziyyətdə evə gələrək, mənə “səni öldürəcəm get mətbəxdən bıçağı gətir” demiş, Nurlanın əlində silah olmuş, mətbəxdən gəldikdə Nurlanın həmin silaha güllə doldurduğunu görmüş. Nurlan ona “kəlmeyi-şəhadətini oxu, onsuz səni öldürəcəm” demiş, silahı yerə qoyub, onu döyməyə başlamışdır. Saçından tutub yataq otağına aparmış, əlləri ilə boğmağa çalışmışdır. Nurlanın əli boşalan zaman əlindən qaçmağı bacarsa da Nurlan onu arxadan tutaraq stolun dəstəyinə doğru itələmiş və dəyib xəsarət almışdır. Pis vəziyyətə düşmüş, daha sonra silahı və bıçağı əlinə alıb onu öldürəcəyini demiş və qarşısında diz çökməyi demişdir. Nurlan silaha gülləni dolduranda mətbəxə keçib, qırmızı dəstəyi olan iri bıçağı götürmüş, Nurlan üzərinə gəlib barmaqlarımı qırmağa başlayanda dərhal yerdən bıçağı götürərək, Nurlana xəsarətlər yetirmişdir. Vəziyyəti normal olmadığı üçün Nurlana hansı xəsarətləri yetirməyi xatırlamır. Nurlan evə gəmlməmişdən əvvəl uşaqları yatırtmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Nurlana xəsarət yetirdiyi bıçağı mətbəxdən gətirib, harda gizlətdiyini xatırlamır, yoldaşı Nurlan onun baş nahiyyəmə ciddi xəsarətlər yetirdmişdir. Hadisəni tam olaraq xatırlamır, Nurlan ona“ səni öldürəcəm get mətbəxdən bıçağı gətir” demiş Nurlan arxa otağa keçib silahı gətirib məni öldürəcəyini demişdir. Nurlan oturmuş vəziyyətdə silaha güllə doldururdu və həmin zaman ayağa qalxıb, mənə yaxınlaşaraq barmaqlarımı sındrımağa başladı. Həmin an özümdə olmadığımdan barmaqlarımı nə cür sındırması yadımda deyil bir onu hiss etdim ki, barmaqlarım sınıb. Nurlan daha sonra əlinə bıçaqla xəsarətlər yetirmiş, əlini bıçaqla kəsmiş, bıçaqı Nurlanın əlindən yerə düşmüşdür. Nurlanın əlindən bıçağı almağa cəhd göstərməmiş, bıçaq yerə düşəndə götürmüş, Nurlanın arxası ona tərəf olduğundan yerdən bıçağı götürməyimi görməmişdir. Bıçağı yerdən götürüb Nurlana neçə bıçaq zərbəsi vurduğumu xatırlamır. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə elan edilərək tədqiq olunmuş ifadəsi və əlavəsi olan DVD disklərdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki,..... hadisədən 3-4 gün əvvəl o, “Facebook” sosial şəbəkəsinə “Nuray Mehdiyeva” adı ilə daxil olmuş və “Şahid12” adlı, əvvəl tanımadığı istifadəçi tərəfindən dostluq təklifi edilmiş, o da təklifi qəbul etmiş, özləri haqqında yazışmağa başlamış, bir-birinə mobil telefon nömrələri vermişlər. Fəridlə tanış olduqdan sonra dəqiq xatırlamadığı tarixdə Nurlan evdə olarkən istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinə zəng etmiş və o zəng edənin kim olduğunu bilmədiyini demişdir. xx.xx.2022-ci ildə Nurlanın xalası oğlunun toyundan çıxıb Bərdə rayonu, Şorəlli qəsəbəsindəki evlərinə gələrkən yolda Fəriddən ona zəng gəlmiş, əri eşidib mobil telefonu ondan istəyib almış, telefonu götürüb kənarda danışmış həmin şəxs Nurlana onunla “Facebook” sosial şəbəkə proqramı vasitəsi ilə yazışdığını, ailəli olduğunu bilmədiyini demişdir. Qayınanası onun əlindən “Redmi 9” markalı mobil telefonu alaraq yerə çırpmış, telefonun ekranı qırılmışdır. Nurlan onu qohumlarının yanında təpiklə, başını şkafa vurmuş, evdən çıxmamağını, türmədə yaşayacağını demişdir. Əri bir neçə dəfə Fərid adlı şəxslə mobil telefonla əlaqə saxlayıb görüşmək istəsə də Fərid Bakı şəhərində yaşadığını demiş, səhəri gün xx.xx.2022-ci ildə anasıgili çağırmış, anası gələndə hər şeyi açıb danışmışdır. Əri onunla Fəridi sağ buraxmayacağını, öldürəcəyini demiş, Nurlanın nəsə etməməsi üçün xalası Nərgizin yanlarında qalması qərara alınmışdır. Növbəti iki gün evdə sakitlik olmuş, heç bir dava-dalaş baş verməmiş, Nurlan telefonda Fəridlə mütəmadi danışmışdır. xx.xx.2022-ci ildə anası, xalası oğlu ilə birlikdə onun yaşadığı ev gəlmiş, bir neçə saat oturduqdan sonra Nurlan anasına evdə tək qalmaq istədiyini, xalası Nərgizi aparmağı demiş, həmin gün axşam evdən çıxıb getmişlər. Evdə uşaqları, O və Nurlan qalmışdır. Həmin gün gecəyarı Nurlan əvvəldən özünə aldığı pivə, araq və digər içkiləri bir-birinə qataraq zalda içməyə başlamış, uşaqlar zalda, yerdən atılmış döşəyin üzərində yatmışlar. Nurlan içib sərxoş olandan sonra şüşələri bir-birinə vurub qışqırmağa başlamış, Fəridin mobil telefonda yazdığı mesajları ona göstərmişdir. Nurlan onu qolundan çəkib yerə yıxmış və təpikləmişdir. Alnının sol tərəfini stulun kənarına vurmuş, sağ tərəfinə isə təpiklə vurmuşdur. Mübahisə vaxtı İbrahim oyaq olmuş və yerində oturmuş, gecə təxminən 03 radələrində əri yataq otağına keçib özünə məxsus tapançanı və içərisində güllələr olan qutunu gətirib stolun üzərinə qoymuş, İbrahim tapançanı görəndə Nurlan oğluna qışqırıb başını yerə qoyub yatmasını demişdir. Nurlan silahı və güllə qutusunu gətirib qutudan 3 ədəd güllə götürmüş, tapançanı ona göstərib güllələri içərisinə qoyaraq namusuna ləkə yaxdığı üçün onu öldürəcəyini, daha sonra Fəridi də öldürəcəyini demişdir. O diz çöküb nə istəyirsə etməyini deyəndə Nurlan bütün qapı və pəncərələri bağlamağı demiş, qorxudan qapı və pəncərələri bağlamışdır. Qapının açarı stolun üstündə olsa da açıb qaçmaq ağlına gəlməmiş, mətbəxə gedib qırmızı dəstəyi olan iri bıçağı götürüb qayıtmış və Nurlanın arxasından keçmişdir. O, uşaqların üstünü örtmək bəhanəsi ilə Nurlanın başını qatmış, Nurlanın başı güllə qoymağa qarışdığı üçün arxasına keçdiyini görməmişdir. Nurlan iki ədəd gülləni darağa qoymuş və üçüncü güllə qalmışdır. Nurlan onu çağıranda o, arxadan Nurlanın boyun nahiyyəsindən 1 dəfə bıçaqla vurub çıxarmış, Nurlan ayağa qalxaraq qışqırmış, İbrahim də qulağını tutaraq qışqırmışdır. Nurlanı vurduqdan sonra Nurlan divar tərəfə yıxılmış, üzü ona tərəf durmuşdur. Nurlan bıçağı onun əlindən almaq istəmiş, hər ikisi bıçağın dəstəyindən tutmuşlar. Nurlan bıçağı yuxarı tərəf qaldırıb almaq istəyənə bıçaq sol əlini kəsmiş və Nurlan onun barmaqlarını arxaya tərəf basaraq sındırmışdır. Nurlan üstünə qışqırıb səsini çıxartmamağı demiş, sağ əli ilə bıçağı Nurlanın əlindən alıb Nurlanın sağ qolunun ön səthindən bir dəfə vurmuşdur. Zərbədən sonra Nurlan yerə yıxılmış və həmin hissədən qan fışqırmışdır. İbrahim hadisəni gördüyü üçün o İbrahimə başını yerə qoyaraq yatmasını demişdir. Onun əlindən stulda oturub özündən getmişdir. Səhər qulağına səs gəlmiş, qaynatası gəlib onları çağırmışdır. Açar qapının üzərində olduğu üçün qayınatası qapını döyəndə böyük qızı Nuray “baba atamla anam yerdə qan içindədir” deyərək qışqırmış, qaynatası çöldən qapının üzərində olan açarı sola bur açılsın deyərək qışqırmışdır. Qızları qapını açandan sonra qayınatası içəriyə girmiş, daha sonra təcili yardım avtomobili gəlib onları aparmışdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 göstərmişdir ki, oğlu Nurlan Aysu ilə 2014-cü ildə ailə qurmuş, əvvəl hansısa soyuqluq olmasa da xx.xx.2022-ci ildə bacısı oğlu Elgünün toyundan sonra Aysunun mobil telefon nömrəsinə zəng gəlmiş, Nurlan telefonu istəyib zəngə özü cavab vermişdir. Həmin vaxt bir nəfər oğlan telefona cavab vermiş və Aysu ilə “Facebook” sosial şəbəkədə tanış olduğunu demişdir. Yaşadıqları evə gələndən sonra Nurlan Aysuya oğlanın kim olduğunu, həmin oğlanla haradan tanış olduğunu soruşmuş, Aysu Nurlana oğlanla “Facebook”da tanış olduğunu demiş, Nurlan bundan sonra Aysu döymüşdür. Aysunun anasını Firuzəni çağırmış, onunla bilrikdə qardaşı oğlu Ramil, Aysunun xalası Nərgiz və dayısı Fizuli də gəlmişdir. Firuzəyə Aysunun elədikləri deyilmiş, Aysunun xalası Nərgiz onların yanında qalmışdır. xx.xx.2022-ci il tarixdə səhər o, əri Şəmşirlə Nurlanın yaşadığı evə getmiş, evdə Nərgiz, Aysu və Nurlan olmuşdur. Yemək yedikdən sonra Nurlanı götürüb iş yerinə, axşam isə Nurlanı iş yerindən götürüb evlərinə aparmışdır. Gedəndə əri Şəmşirə “ya sən qal, ya mən qalım” deyəndə sonuncu ona “Ramil mənə deyir ki, Nurlanla danışmışam, deyir ona heçnə etməyəcəm” demiş, saat 18:30 radələrində oradan çıxıb getmişlər. Axşam Nurlana ona zəng edərək telefonla danışmış, şəxsiyyət vəsiqəsinin itdiyini deyəndə ona şəxsiyyət vəsiqəsinin şəklini göndərəcəyini demişdir. Səhər əri Şəmşir Nurlangilə getmiş, təxminən yarım saat sonra Şəmşir evə gəlib Nurlanın Aysunu, sonra isə özünü öldürdüyünü demişdir. Sonradan isə Aysunun Nurlanı bıçaqla vurub öldürdüyünü öyrənmişdir. Nəvəsi Ayla ona atası ilə anasının mübahisə etdiyini anası otağa qayıdandan sonra yerdə çörək qırıntısı olduğunu deyib stolun altına girəndə atasının boynundan vurduğunu demiş, anası qaçanda Nurlan onu və əlində olan bıçağı bursa da anası qırmızı saplı bıçağı götürüb atasının qolunun vurmuşdur. Qardaşı İbrahim ağlaya-ağlaya onlara baxırmış və onların yanına gedəndə ayağı Nurlanın qanına dəymiş, Aysu İbrahimin ayağını hamamda yumuş, uşaqları mətbəxə yığıb, susmalarını demiş, yatmalarını demişdir. Səhər darvazadan səs gələndə isə anası qapının üzərinə açarı salıb “babanız gələndə qapını açarsız” demiş, özü isə Nurlanın yanında uzanmış, babası qapını aça bilmədiyini görə qızına işarə edib qapını açmağı demiş babası içəri girəndə ana-atasının öldüyünü görüb onları götürüb çıxmışdır. Uşaqlar ona demişdir ki, nənəsi Firuzə anasını öyrədirmiş ki, Nurlanı öldürsün. Bu işdə Aysu ilə yanaşı Firuzə, Nərgiz, dayısı oğlu Ramilin əli olmuşdur. sonradan Firuzə “Azərenerjinin rəhbəri Baba adlı şəxsin himayəsi ilə qızına dəlilik kağızı düzəltmiş, onun hadisəni anlaqsız törətməsi barədə pul verib ekspert rəyi almışlar. O həmin rəylərlə razı deyil, Aysunun cinayət məsuliyyətinə cəlb edilməsini, onunla birlikdə oğlunun ölümündə əli olan bütün şəxslərin müəyyən edilib cəzalandırılmalarını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, oğlu Nurlan və Aysu Gürcüstanda oxuyarkən tanış olub evlənmişlər. Nurlan “Azərişiq ASC”-nin Bərdə şöbəsində işləmiş, Aysu isə uşaqlara baxmışdır. 25 iyul 2022-ci ildə Nurlan Aysunun telefonda başqa şəxslə danışdığını öyrənmiş, həmin şəxslə telefonda mübahisə etmiş, o da Aysu ilə aralarında olan zəng və yazışmaları Nurlana göndərmişdir. O və arvadı Zənfurə 28 iyul 2022-ci ildə, saat 16 radələrində Nurlanın evinə getmişdir. Nurlan xəstələndiyi üçün ağrıkəsici iynə almış, Aysun Nurlana iynə vurmuşdur. Son dəfə Nurlanla saat 21 radələrində telefonla danışmış, Nurlan yaxşı olduğunu, qayınanası Firuzənin qonaq gəldiyini demişdir. 29 iyul 2022-ci ildə, səhər 08 radələrində Nurlanı işə aparmaq üçün evə gəlmiş, 2 dəfə zəng etsə də telefona cavab verən olmamışdır. Evin giriş qapısını açmaq istəyəndə bağlı olduğunu görmüş, qapını döysə Ayla qapını aça bilmədiyini demiş, sonradan qapı açıldıqda o, qapının ağzında Ayla, Nuray və İbrahimi, zal otağına baxdıqda isə qızdırıcı panelin yanında yerdə uzanıqlı vəziyyətdə olan Aysu və Nurlanı görmüş öldüklərini fikriləşib dərhal Ayla, Nuray və İbrahimi Bərdə rayonu, Gərənə kəndindəki evə aparmış, 15-20 dəqiqə sonra Nurlanın evinə qayıdaraq qaynına zəng edib tez gəlməsini demiş, Nurlanın evinə qayıtdıqda qonşularla birlikdə evə girəndə Aysunun xırıldadığını, sağ olduğunu bilib təcili yardıma zəng etmiş və polisə məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə bildirmişdir ki, Mingəçevir şəhərində bacısı Nərgizlə birlikdə yaşayır. “Azərbaycan İstilik Elektrik Stansiyası MMC”-də müxtəlif vəzifələrdə 2019-cu ildən isə kadrlar şöbəsinin rəisi vəzifəsində işləyir. Aysu onun yeganə övladıdır. Aysunun atasından çoxdan ayrılmış, Aysunu özü böyütmüşdür. Aysu 2013-cü il Tbilisi şəhərində oxuyarkən əri Nurlanla tanış olub evlənmişlər. Aysu ilə Nurlan Çərkəzli arasında tez-tez qısqanclıq zəminində mübahiəsləri olmuş , Nurlan Aysunu kişi qohumları ilə əl uzadıb görüşməyə belə icazə verməmiş, Aysunu döymüşdür. xx.xx.2022-ci il tarixdə Nurlan zəng edib “sənin qızın bilirsən nə qələt edib? oğlanla telefonda danışıb? gəl bura görərsən, dur bu dəqiqə bura gəl” demiş, O da birlikdə yaşadığı bacısı Nərgizlə qardaşı oğlu Raminin avtomobili ilə Aysugilə gəlmişdir. Evdə Nurlanın valideynləri, qohumları və Aysu olmuş, üz-gözü göyərmişdir. Aysudan nə baş verdiyini, kimlə danışdığını soruşsa da Aysu cavab verməmiş, Mingəçevirə işi ilə bağlı məcburi qayıtmalı olduğu üçün Nərgizi orada qoymuş, özü isə Raminlə geri qayıtmışdır. Növbəti gün işdən çıxıb axşam yenidən Aysunun yanına gəlmişdir. Aysuya nə üçün belə edib ailəsini dağıtdığını dedikdə Aysu səhv etdiyini etiraf etmişdir. Nurlanın anası əvvəlcə Aysunu müdafiə etsə də növbəti gün ona zəng edib bu işdən qan iyi gəldiyini, məsələnin belə qurtarmayacağını demişdir. Nurlan tez-tez ona zəng edib Nərgizi aparmasını desə də Nurlandan qorxub Nərgizi Mingəçevirə aparmaq istəməmiş, Nurlan təkid etmişdir. xx.xx.2022-ci ildə Raminlə yenidən Aysunun evinə getmiş, evdə uşaqları Nurlan, Aysu, uşaqları və Nərgiz olmuşdur. Nurlan əsəbi olmuş, O, Nurlandan Aysunu boşamağını desə də Nurlan boşanmaq istəməmişdir. Masaya yemək qoyulsa da Aysu yemək yeməmiş, nəvələri qızlar yedikdən sonra gedib yatmış, İbrahim isə yeyib oynamışdır. Nurlan Aysuya qışqırıb yemək yeməsini istəmiş, yanında otuzdurmuş və Aysu bir tikə yemək yemişdir. O Nurlana “qızımı istəmirsənsə, ver mənə aparım özümlə” desə də Nurlan boşanmaq istəmədiyini demiş, onları rahat salmış, Aysuya heç nə etməyəcəyini demişdir. xx.xx.2022-ci ildə təxminən 2 saat Nurlanın evində qalmış, 22-23 arası çıxıb getmişlər. xx.xx.2022-ci ildə Nurlan Aysunun mobil telefonunu sındırmış, Aysuda mobil telefon olmamış, evdə başqa mobil və stasionar telefon olmamışdır. xx.xx.2022-ci ildə Mingəçevirə Bəhramtəpə yolu ilə qayıtmış, gecə evdə olmuşlar. xx.xx.2022-ci il təxminən saat 09 radələrində işdə olarkən, Zənfurə ona zəng edib ağlayaağlaya nəsə deməyə çalışmış, telefonda qışqırmışdır. O, Zənfurədən dəqiq məlumat ala bilməmiş, qardaşı oğlu Ramin işdə olduğu üçün başqa avtomobillə Bərdə rayonu, Şorəlli kəndinə gəlmiş, Şəmşir ona Aysunun diaqnostikada olduğunu demişdir. Nurlanın Aysu tərəfindən öldürülməsini isə sonradan Aysunun özü ilə danışanda Aysu ona gecə onu döyüb öldürəcəyini dediyi üçün qorxudan Nurlanı vurub öldürdüyünü demişdür. Azyaşlılar Nuray, Ayla və İbrahim Zənfurənin yanında qalmışlar. Məhkəmədə şahid qismində dindirlmiş Şahid7 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Firuzənin qızıdır. Aysu Bərdə rayon sakini Nurlan Çərkəzli ilə evlənmişdir və evlilikdən 3 övladı olmuşdur. Bayramlarda, uşaqların ad günlərində bacısı ilə o həmişə Aysunun evinə gedib-gəlmişdir. xx.xx.2022-ci ildə evdə olarkən Firuzə ona Nurlanın zəng edib Aysunun telefonuna yad kişi ilə danışdığını oraya gedəcəklərini demişdir. Firuzə qardaşı oğlu Raminə zəng edib onları Aysunun evinə aparmasını demiş, Raminin avtomobili ilə Bərdə rayonuna getmişlər. Aysugilə çatanda ailə üzvlərindən başqa qonaqlar da olmuşdur. Aysunun bədəninin müxtəlif yerləri göyərmiş formada olmuşdur. Nurlan Aysunu döymüş, anası Zənfurə Aysunu müdafiə edib Nurlanı sakitləşdirməyə çalışsa da, Nurlan isə hər kəsin yanında Aysunun da, telefonda danışdığı oğlanın da ölməli olduğunu demişdir. Nurlan Aysuya yenidən xəsarət yetirə biləcəyinə görə, uşaqlara baxmaq, yeməklərini bişirmək üçün O bir müddət tərəflərin razılığı ilə Aysunun evində qalmış, bacısı Firuzə və Ramil Mingəçevirə qayıtmışdır. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi Aysunun yanında Bərdə rayonu, Şorəlli kəndində qalmış, uşaqların qayğısına qalmış, yemək bişirmişdir. Aysu tutduğu əməldən peşman olduğunu, bu vəziyyətə necə düşdüyünü bilmədiyini demişdir. Nurlan hər səhər işə getdikdə mobil telefonunu özü ilə aparmış, axşam evə gələndə geri qaytarmışdır. Nurlanla təklikdə söhbət etdikdə Nurlan ona uşaqları olduğunu, Aysunu öldürsə türməyə düşəcəyini, Aysu ilə boşanmayacağını, lazım gəlsə Aysunu qulluqçu kimi evdə saxlayacağını demişdir. Nurlan onun evdə qalmasını istəməmiş, xx.xx.2022-ci ildə Ramil və Firuzə Aysu ilə Nurlanı barışdırmaq üçün evə gəlsələr də xeyri olmamışdır. xx.xx.2022-ci ildə səhər tezdən Nurlan atasına zəng edib xəstələndiyini demiş, atası aptekdən dərman alıb verib getmişdir. Nurlan işə günorta getmiş, təxminən 18-19 radələrində Nurlanı atası işdən gətirib evə düşürmüş evə girməmişdir. Nurlan evə girib yemək yemiş, onun mobil telefonunuda götürüb çölə çıxmışdır. O, Nurlanın haraya getdiyini bilməmişdir. Təxminən 1 (bir) saat sonra Nurlan evə qayıtmış, mobil telefonu ona qaytarıb Firuzənin gəlib-gəlməyəcəyini öyrənməyi demiş, Firuzəyə zəng etmiş, Bəhramtəpə yolu ilə gəldiyini demişdir. Nurlan axşam evə gələndə sərxoş olmamışdır. Firuzə və Ramin gəldikdən sonra Nurlanla Aysu yan-yana oturmuş, O, birtəhər Aysuya az da olsa, yemək yedirə bilməmişdir. Ramin ilə Nurlan masada oturarkən onlar Nurlanı yataq otağına çağırmış, Aysu Nurlandan bağışlanmaq istəmiş, Nurlan Aysunu bağışlamadığını demişdir. Nurlan ona “kişi kimi söz verirəm ki, Aysuya heç nə etməyəcəm” demiş, Aysu inanmamış, onlar evdən çıxanda da Firuzəyə “mama siz əminsiniz ki, Nurlan mənə heç nə etməyəcək?!” demiş, Nuralının sözünə inanıb Mingəçevirə qayıtmışlar. Evdən təxminən saat 22-23 radələrində çıxmışlar. Növbəti gün səhər Firuzə ona zəng edib ağlayaraq “evimiz yıxılıb, biz gedirik Bərdə diaqnostika mərkəzinə, siz də gəlin” demiş, əvvəl Nurlanın Aysuya xəsarət yetirdiyini, sonra isə Aysunun Nurlanı öldürməsini öyrənmişlər. xx.xx.2022-ci ildə Mingəçevirdə olarkən Firuzə evdə yanında olmuş, Aysunun telefonu olmadığı üçün onunla evə gəldikdən sonra əlaqə saxlamaq mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 göstərmişdir ki, Aysu və Nurlanı əvvəllər tanımamış onlarla heç bir münasibət olmamışdır. 21 iyul 2022-ci il tarixdə “facebook” sosial şəbəkəsində Nuray Mehdiyevə adlı istifadəçidən ona dostluq təklifi gəlmiş, mesaj bölməsinə daxil olub həmin istifadəçi ilə tanış olmuşdur. İstifadəçi ona “adım Nuray, 28 yaşım var, stomatoloq cərraham, anam neft şirkətinin direktorudur. Subayam. Mingəçevir şəhərində yaşayıram” demişdir. O, bir neçə gün həmin şəxslə yazışmış, sonuncuya məxsus ********** mobil telefon nömrəsi ilə əlaqə saxlamış və “instagram” sosial şəbəkəsində danışmışlar. Həmin şəxslə münasibəti ciddi düşünmüşdür, hətta ailəsinə də Nurayla tanış olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında o, Nurayın telefonuna zəng edəndə, kişi cinsindən olan bir nəfər şəxs telefonu götürmüşdür. Telefondakı şəxs “kimsən?” soruşanda “Nuray xanıma zəng etmişəm” demişdir. Həmin şəxs ona Nurayı hardan tanıdığını soruşmuş, o isə telefonu götürən şəxsin Nurayın qardaşı olduğunu zənn etmiş, telefonda Nuray xanımı sevdiyini, Nurayla “Facebook” şəbəkəsində tanış olduğunu, münasibətinin ciddi olduğunu, ailəsinə bu barədə dediyini bildirmişdir. Həmin şəxs ona telefonda söyüşlər söysə də, o həmin oğlanın qızın qardaşı olduğunu düşünmüş, bir neçə dəqiqə sonra ona “watsapp” sosial şəbəkəsindən ********** mobil nömrəsindən “göndər” məzmunlu mesaj gəlmiş, “Facebook”da olan yazışmaların ekran şəklini çəkib həmin nömrəyə göndərmiş, lakin həmin şəxs ona səs ataraq təhqir edib mobil telefonun sahibinin əri olduğunu, onu tapıb öldürəcəyini demişdir. O həmin şəxsə xanımın subay olduğunu dediyini, evli olduğunu bilmədiyini desə də, həmin şəxs onu təhqir edərək söymüşdür. xx.xx.2022-ci il tarixdə, saat 23:45 radələrində həmin şəxs sonuncu dəfə ona zəng etmiş, arvadının şəkillərini silməyi, “mənə mərdimazarlıq edildi, məsələni öyrəndim, arvadımın telefonu ilə başqa şəxs yazıb, şəkilləri sil” demişdir, o isə öz növbəsində şəkilləri sildiyini demiş, daha əlaqə saxlamamışdır. Bir neçə gün sonra “Youtube” sosial şəbəkəsində Təqsirləndirilən şəxs əri Nurlan Çərkəzlini öldürdüyünü öyrənmiş sonradan isə istintaqa çağırılmışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid3 oğlu bildirdi ki, atası Nurlan və anası Aysu əvvəllər də dalaşmışdırlar. Hadisə baş verən gün özü zalda yerdə, bacıları divanda yatmışdır. Atası anası ilə dalaşmış anasını söymüş, tapança gətirib stolun üstünə qoymuş, televizora baxanda anası mətbəxdən bıçaq gətirib atasını vurmuşdur. Atası kombinin yanında yerə yıxılmış, anasına tərəf gələndə ayağı qana bulaşmış və anası onu qucağına alıb hamama aparıb yumuşdur. Anası onu yerinə yatırtmış və özü də atasının yanın uzanmışdır. Səhər babası evə gəlib qapını döymüş, bacısı Ayla qapını açmış və babası onları aparmışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid1 bildirmişdir ki, o, atası Nurlan, anası Aysu, bacısı və qardaşı ilə birlikdə təzə evlərində yaşamışdır. Hadisə günü axşam nənəsigil gəlib Firuzəni götürüb getmişlər. Qardaşı İbrahim yerdən, Nuray isə divanda yatmışdırlar. Atası və anası dalaşanda o, səslərini eşitmiş, qorxudan yatmışdır. Bacısı Nuray da yatmışdır. Evdə nə baş verdiyini bilməmiş səhər qapının döyüldüyünü eşitmiş, babası qapını açmağını demişdir. O, atası ilə anasının yerdə qan içində uzandığını görmüş, qapını açmaq istəsə də, aça bilməmişdir. Qapını açandan sonra, babası onları götürüb evdən çıxmışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid2 qızı da bacısı Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, Tbilisi Dövlət Universitetində təhsil aldığı müddətdə Nurlanla dostluq münasibətləri yaranmış və tez-tez görüşüb münasibət saxlamışlar. Nurlanın qohumları ilə yaxın münasibətləri olmuşdur. Nurlanla şərikli avtomobil alveri etmişlər. xx.xx.2022-ci ildə Bərdə şəhərində yerləşən Gülüstan restoranının yaxınlığındakı “Söyüdlük” adlandırılan kafeyə getmiş və pivə içmişlər. Nurlanın qolunun biri sarıqlı olmuş, qoluna nə olduğunu soruşanda Nurlan ona “gərək qadına telefon verməyəsən işlətsin” demiş, Nurlana əlavə sual verməmişdir. Nurlan da heç nə danışmamışdır. xx.xx.2022-ci ildə axşam Nurlan ona zəng edib hazırlaşmağı tezdən gəlib onu götürəcəyini və avtomobil bazarına gedəcəklərini demişlər. xx.xx.2022-ci ildə səhər Nurlanın bibisi oğlu Elcan zəng etmiş, ağlaya-ağlaya “Nurlan arvadını da, özünü də öldürüb” demiş, telefonuna zəng etsə də Nurlan cavab verməmiş, evinə getdikdə öldüyünü demişdir. Məhkəmədə ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid10 bildirmişdir ki, təxminən iki aydır ki, Bərdə rayonu, Zümürxan kəndi ərazisində fəaliyyət göstərən ət kəsimi məntəqəsinin sürücüsü vəzifəsində işləyir. Bərdə rayonu, Şorəlli kəndində yaşamış X7 tanmış, əvvəllər ədavət və ya düşmənçiliyi olmamışdır. Nurlan əvvəl Bərdə rayonu, Gərənə kəndində ailəsi ilə birlikdə yaşasa da, sonradan, təxminən 2 il əvvəl ailəsi ilə birlikdə onun yaşadığı küçəyə köçmüşdürlər. Nurlanın bibisigil Bərdə rayonu, Şorəlli kənd sakinləri olduqları üçün o, Nurlanı əvvəldən tanımışdır. İş yerinə məxsus Qazel markalı, **-BT-*** dqn-lı avtomobillə işə səhər saat 09- 10 radələrində getmiş və təxminən saat 19-21 radələrində qayıtmışdır. İşi çox çəkəndə bəzən daha gec evə qayıtmışdır. Bundan başqa, özünə məxsus “Vaz 2106” markalı **-BZ- *** dqn-lı və iş yerinə məxsus “VAZ 21011” markalı, **-BU-*** dqn-lı avtomobil ilə ət kəsimi məntəqsində işləyən işçiləri evdən işə, işdən evə aparmaq üçün evdən təxminən səhər saat 04-05 radələrində çıxmış və evə axşam 22-24 radələrində qayıtmışdır. Kəsim məntəqəsində işləyən digər işçilər başqa-başqa kəndlərdə yaşadıqları üçün səhər saat 04- 05 radələrində evdən çıxır olmuşdur. Bəzən avtomobil digər iş yoldaşı Səxavət də idarə etmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 22-23 radələrində evə gəlmiş Səxavət ona zəng edərək işi olduğunu bildirmiş, əvəzinə onun mal bazarına getməsini istəmiş, yük avtomobilini onun evinə gətirmiş, o da həmin avtomobillə Bərdə rayonunda yerləşən mal bazarına getmişdir. Bazardan sonra isə birbaşa ət kəsimi məntəqəsinə getmişdir. O, xx.xx.2022-ci il tarixdə, gecə saat 03-05 radələrində mal bazarında olmuşdur. Mal bazarına gedərkən Çərkəz Nurlanlının evinin qarşısından getməmişdir. Məhkəmədə ibtdai araşdırma zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 bildirmişdir ki, Bərdə rayonu, Şorəlli kəndində yaşayır, maldarlıqla məşğul olur. X12 təxminən 1 il əvvəl yaşadığı küçədəki yeni tikdirdiyi evə köçmüş, qonşu kimi münasibətləri olmuşdur. Nurlanın evi ilə arasında təxminən 50 metr məsafə olmuşdur. xx.xx.2022-ci ildə o, toyda olmuş, axşam saat 24 radələrində evə gəlmiş, xx.xx.2022-ci ildə o, toydan gələrkən və ya gəldikdən sonra evdə olarkən Nurlanın evində, evinin qarşısında hər hansı bir şübhəli hal görməmiş, gecə hər hansı səs eşitməmiş, qeyri-adi bir hadisə görməmişdir. Məhkəmədə ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid11 bildirmişdir ki, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu vəzifəsində əvvəlcə Yevlax qarnizonun hərbi polisi sonra isə Bərdə qarnizonu hərbi polisdə işləmiş, Bərdədə ailəsi ilə yaşamışdır. Bərdə rayonu, Şorəlli kəndində ailəsi ilə birlikdə kirayədə qalmış, Nurlan Çərkəzli kirayə qaldığı evlə qonşuluqda yaşamışdır. Nurlanla qonşu olsa da, sonuncu 0soyuq təbiətli olduğu üçün münasibətləri olmamışdır. Nurlandan başqa, kirayədə yaşadığı evin yaxınlığındakı bütün qonşularla münasibəti olmuş, Nurlanın arvadını isə ümumiyyətlə görməmiş, onlar çox sakit ailə olmuşlar. Yaşadığı evin qarşısında Nurlanın evi yerləşir və demək olar ki, məsafə baxımından onlara ən yaxın qonşu o olmuşdur. O, 18 iyul 2022-ci ildə məzuniyyətə çıxıb evi təhvil vermiş, birdəfəlik evdən çıxıb ailəsi ilə birlikdə Bakıya getmişdir. Təyinatı baş tutmadığı üçün Bərdə rayonuna qayıtmalı olmuşdur. Bərdə rayonu, Şorəlli kəndində mərhum Nurlangillə qonşuluqda yaşamış, Nurlanın ailəsi, evinə gəlib gedənlərlə bağlı qeyri-adi bir hadisənin şahidi olmamışdır. O, 2022-ci il iyul ayında Bakı şəhərində olduğu müddətdə hadisə barədə öyrənmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş ekpert Şahid15 göstərmişdir ki, Təqsirləndirilən şəxs psixi vəziyyətlər keçirməsi, emosional vəziyyətdə olmasını anamnestik məlumatlara, həmin vəziyyətini sübut edən sənədlərə əsasən müəyyən edilmiş, hazırda da müşahidə ilə hal hazırkı vəziyyətini bilmək mümkündür. Müayinə zamanı əvvəlki xəstəlikləri ilə bağlı əziyyət çəkməsini müəyyən etmiş, hadisəyə qədər Aysuda psixi pozuntu və xəstəlik vəziyyəti müəyyən edilməmiş, hadisə vaxtı və hadisədən sonra depressiv pozuntu yaşamışdır. Depressiv vəziyyət xəstəliyin gedişatından asılıdır. Şəxsdə ruh düşkünlüyü, özünə qapanma, özünü günahlandırma gərgin olması və s. bu kimi hallar baş verməsi onun depressiv halda olmasının sübutudur. Aysuda özünü günahlandırma halları müəyyən edilmiş, törətdiyi əməllə bağlı özünü günahlandırmışdır. Aysu ilə dəfəflərlə söhbətlər aparılmış O, özünü günahlandırıb peşman olduğunu demiş, “kaş belə olmayaydı, Nurlan ölməzdi, mən ölərdim” kimi ifadələr işlədərək peşmanlığını bildirmiş, ümumi olaraq baş verən cinayət hadisəsi ilə bağlı özünü günahlandırmışdır. Aralarında baş verən münaqişənin səbəbi “Facebook” adlı sosial şəbəkədə tanış olduğu şəxslə yazışması olduğunu demişdir.Yazışması ilə bağlı peşman olduğuni demişdir Adətən onun tipli şəxslər hadisəni törətdikdən sonra onda emosional tükənmələr baş verir. Hazırk iş üzrə də şəxs hadisəni törətdikdən sonra yuxuya getmiş, yuxudan ayılan zaman etdiyi hərəkətləri dərk etmişdir. Edilən hərəkətləri hissəvi şəkildə xatırlaya və ya tam xatırlamaya bilər, yuxudan ayılandan sonra müddətindən asılı olaraq amneziya halı davam edir. Müayinələr zamanı isə baş verən hadisə şəxsin hissəvi şəkildə yadında qaldığından tam şəkildə olanları danışa bilməmişdir. Yadında qalanları danışmasının səbəbi hansısa şəxsin ona danışması olmuş, hadisələri xatırlamışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs depressiv hal yaşamış, depressiv halın sona çatması müalicənin tətbiq edilməsindən asılıdır. Şəxsin istintaq təcridanasında saxlandığı şərait, müalicə almaması da onun vəziyyətinə yaxşı təsir etmir. Şəxs pataloji affekt hallarında olan zaman öz hərəkətlərini idarə və dərk edə bilmir. Bundan sonra isə emosinal tükənmə sonra isə yaddaş pozuntusu yaranır. Törətdiyi hadisləri hissəvi və ya tam şəkildə unuda və yaddaş pozuntusu yaşaya bilir. Şəxs törətdiyi hadisəni pataloji affekt hallarından sonra tam dəqiqliyi ilə xatırlamır. Şəxs törətdiyi hadisəni xatırlayıb danışarsa bu emosional halı patoloji affekt kimi qiymətləndirilir. Aysunu müayinə edən zaman əvvəlki müayinələrdə tam olaraq hadisəni danışa bilməmiş, ancaq sonradan yanında həmin hadisə ilə bağlı danışılığı üçün hadisəni olduğu kimi xatırlamışdır. Şəxs affekt vəziyyətdə olan zaman hadisə törətdikdən sonra yaraladığı şəxsə ilkin tibbi yardımlar göstərə bilir. Şəxs xəstəxanada saxlanıldığı eyni palatada yatan birinə əsəbindən hadisəni inkar edə bilər. Təqsirləndirilən şəxs baş verən hadisədən sonra depressiv hal yaşamışdır. Əvvəldə qeyd etmişdim ki, şəxs bəzi hallarda baş verən hadisəni tam xırdalıqlarına qədər xatırlaya bilər. Bu tək depressiv pozuntu deyil. Əlavə meyarlar da vardır. Təqsirləndrilən şəxsin iş materiallarına baxış keçirən zaman onun birə bir verdiyi ifadənin qeyd olunduğu disk bizdə müəyyən olmamışdır. Elə bir görüntü ilə qarşılaşmamışlar. Şəxs istintaqda verdiyi ifadəsi ilə həkimlərə danışdıqlarının eyni olduğunu bildirmişdir. Məhkəmədə verilmiş rəylə bağlı əlavə şahid qismində dindirilmiş ekspert Şahid16 da eyniməzmunlu ifadə verərək keçirilmiş məhkəmə psixtarik və psixoloji ekspertiza zamanı şəxsin orta dərəcəli depressiv pozuntu ilə bağlı situasiya ilə yaranmış vəziyyətdə yaranmış patoloji affket nəticəsində öz hərəkətlərini dərk edib idarə etmək iqtidarında olammışdır. İş üzrə ibtidai istintaq zamanı 2 dəfə, məhkəmə tərəfindən də 2 dəfə ekspertiza keçirilmiş hər dəfə müxtəlif həkim ekspertlər tərəfindən eyniməzmunlu rəylər verilmişdir. Məhkəmədə ittiham tərəfinin vəsatəti əsasından əlavə şahid qismində dindirilmiş X10 göstərmidir ki, hadisə günü Firuzə ilə birlikdə işdə olmuş, Nurlanın anası Zemfira ağlayaraq bacıma zəng vurmuşdu. Biz Zemfiranın nə dediyini başa düşməmiş, nə dediyi anlaşılmamışdır. Zemfiranın qızına zəng edib anasının ağlayaraq mənə zəng etdiyini və nə olduğunu soruşmuşdur. Hadisə ilə əlaqədar heçnə bilməmişdir. Hadisə yerinə gedərkən Aysu ilə Yoldaşı Nurlanı ayrı-ayrı xəstəxanaya apardıqlarını bildirmişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisə günü Mingəçevir şəhərində olmuş, ümumiyyətlə bacısı qızının evinə getməmişdir. Hadisə ilə bağlı səhər işdə olarkən xəbəri olmuşdur. İstifadəsində olan mobil nömrə “***-***-**-**”dür. Hadisə günü səhər işdə olmuş, məlumat gəldikdən sonra Bərdə rayonuna getmişlər. Hadisə günü kimləsə mobil telefonla danışdığını xatırlamır, Aysu ilə yoldaşı arasında əvvəllər də ailə məişət zəminində narazılıq olmuş mərhum Nurlan Aysunu döymüş, onu hamıya qısqanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotovədvəldən görünür ki, hadisə baş verən yer Bərdə şəhəri Şorəlli kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki qonaq otağıdır. Həmin qonaq otağının sağ tərəfində kombi radiatorunun yanında, sağ çiyni üstə yerdə uzanmış kişi meyiti var. Meyitin olduğu hissə və ətrafı qan gölməçəsidir, meyitin əllərinin durduğu istiqamətdə 01 ədəd mətbəx bıçağı və 01 ədəd qaz tapançası aşkar edilmiş, hadisə yerində aşkar edilmiş qanabənzər ləkələrdən nümunələr, bıçaq və tapança götürülərək müvafiq qaydada qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, X6 meyitinin sağ bazu nahiyəsinin-bazu arteriyası və venasının kəsilməsi ilə 2 (iki) ədəd, sağ bazunun yuxarı 1/3-nin ön-iç səthinin 1 (bir) ədəd, onurğa nahiyəsinin 1 (bir) ədəd, sol əl nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağ said, sağ dirsək nahiyələrinin sağalmaq üzrə olan kəsilmiş yaraları aşkar olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 20 saylı rəyindən görünür ki, X2 meyitinin bədənində -sağ bazu nahiyəsinin-bazu arteriyası və venasının kəsilməsi ilə 2 (iki) ədəd, sağ bazunun yuxarı 1/3-nin ön-iç səthinin 1 (bir) ədəd, onurğa nahiyəsinin 1 (bir) ədəd, sol əl nahiyəsinin 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları, sağ said, sağ dirsək nahiyələrinin sağalmaq üzrə olan kəsilmiş yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər həyatidirlər, sağ bazu, onurğa, sol əl nahiyələrindəki yaralar ölümdən az vaxt əvvəl deşici-kəsici alətin (alətlərin) ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə canlı şəxslərdə; a) sağ bazu arteriyasının və venasının zədələnməsi ilə sağ bazu nahiyəsinin deşilmişkəsilmiş yaraları (iki ədəd) birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər; b) onurğa, sağ bazunun yuxarı 1/3-nin ön-iç səthinin, sol əlin İİ barmağının deşilmiş-kəsilmiş yaraları birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər; c) sağ said, sağ dirsək nahiyəsinin sağalmaq üzrə olan kəsilmiş yaraları kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 5-6 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. X2 ölümünə səbəb sağ bazu nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar bazu arteriyasının və venasının kəsilməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X2 sağ bazu nahiyəsinin bayır səthində olan yara kanalının istiqaməti sağdan-sola, yuxarı dan-aşağıyadır, sağ bazunun iç səthindəki yara kanalının istiqaməti isə yuxarıdan-aşağıyadır. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 14-17 saat olar baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan alkoloid və etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,6%-dir. Etil spirtinin tapılmış bu qatılığı canlı şəxslərdə orta dərəcəli sərxoşluq hesab edilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodia/.epin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2022-ci il tarixli 2795/k saylı maddi sübutların müayinəsi aktı). Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 555 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər - alın, sağ bazu, sol bazu, döş qəfəsi, sağ said nahiyələrinin qançırları, boyun, sağ said, alın nahiyələrinin sıyrıqları, qanaxma ilə müşayət olunan İİ. İİİ. İV. V barmaqların bükücü vətərlərin kəsilməsi ilə sol əlin ovuc səthində 2 (iki) ədəd və İİ barmaqda bir ədəd. İİİ barmaqda bir ədəd. İV barmaqda bir ədəd kəsilmiş yaraları vardır. Həmin xəsarətlərdən: a) alın, sağ bazu, sol bazu, döş qəfəsi, sağ said nahiyələrinin qançırları, boyun, sağ said. alın nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir: b) qanaxma ilə müşayət olunan İİ. İİİ. İV. V barmaqların bükücü vətərlərin kəsilməsi ilə sol əlin ovuc səthində 2 (iki) ədəd və İİ barmaqda bir ədəd. İİİ barmaqda bir ədəd. İV barmaqda bir ədəd kəsilmiş yaraları kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Törənmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 406/MTKŞ-2022 saylı rəyindən görünür ki, mərhum X8 məxsus mayka və şortikin üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus qolsuz maykanın ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd cırılmış zədə var. Bu zədə küt yaranma mexanizminə malikdir və maykanın həmin nahiyyəsinin dartılması nəticəsində törənmişdir. Təqsirləndirilən şəxs məxsus büsqalter, qısaqol kofta və cins şalvar üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-ballistik, trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1314;1315;1316;1317 saylı rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş tapança - Türkiyədə, zavod üsulu ilə hazırlanmış, 9 mm kalibrli, “BLOW TR 17 02” modelli, gözyaşardıcı-qıcıqlandırıcı maddə ilə təchiz edilmiş qaz, eləcə də səsişarəverici patronlardan istifadə etməklə atəş açmaq üçün nəzərdə tutulmuş, özünümüdafiə təyinatlı, yarımavtomatik tapança- lüləli qaz silahıdır, yivli odlu silah hesab edilmir, saz vəziyyətdədir və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Tapança tədqiqata sandıqçası ayrılmış vəziyyətdə təqdim edilmiş və tədqiqata təqdim olunarkən patronluğunda patron olmamışdır, bu səbəbdən onun hadisə vaxtı döyüş vəziyyətinə gətirilib-gətirilmədiyini hal-hazırda müəyyən etmək mümkün deyildir, hadisə yerindən götürülərkən onun hansı vəziyyətdə olması istintaq yolu ilə müəyyən oluna bilər. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd patron - zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Walther PP”, “Wadie”, “Umarex”, “RWS”, “BLOW TR 17 02” modelli və s. qaz tapançalarında, “Aйc6epr-205”, “Aйc6epr- 207”, “Agent-35” markalı və s. qaz revolverlərində, habelə digər həmin təyinatlı silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təlim-məşq təyinatlı, səs-işarəverici patronlardırlar - döyüş sursatı hesab edilmir, təyinatları üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça - zavod üsulu ilə hazırlanmış, lüləli qaz silahı hesab olunan, 9 mm kalibrli, “BLOW TR 17 02” modelli qaz tapançasının 17 (on yeddi) ədəd 9x22 mm kalibrli, “P.A.K.” tipli patron tutumuna malik olan sandıqçası - odlu silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi hesab olunmur və təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş 9 mm kalibrli, “BLOW TR 17 02” modelli qaz tapançasının lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş açılmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən əlavə məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1447;1453 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “BLOW TR 1702” modelli qaz tapançası gözyaşardıcı-qıcıqlandırıcı maddə ilə təchiz edilmiş qaz, eləcə də səs-işarəverici patronlardan istifadə etməklə atəş açmaq üçün nəzərdə tutulmuşdur və konstruksiyasına görə hədəfi (o cümlədən canlı hədəfi) zədələyib məhv etmək təyinatına malik deyildir və bu səbəbdən də həmin tapançadan gözyaşardıcı-qıcıqlandırıcı maddə ilə təchiz edilmiş qaz və səs-işarəverici patronlardan istifadə etməklə atəş açılarkən yaxın (dirənmiş, yaxud dirənməyə bilavasitə yaxın) məsafədə olan hədəfin (o cümlədən canlı hədəfin) üzərində deşib-keçici, məhvedici xassəli zədə deyil, isti barıt qazlarının termiki təsiri nəticəsində müvafiq zədənin əmələ gəlməsi mümkündür. İlkin tədqiqat zamanı, müvafiq elmi metodikaya uyğun olaraq, təqdim edilmiş “BLOW TR 1702” modelli qaz tapançasının lüləsindəki atəş izlərinin tədqiqatı aparıldıqdan sonra, ondan səs-işarəverici patronların 1 (bir) ədədindən istifadə olunmaqla eksperimental atəş açılmışdır. Tədqiqata təqdim edilmiş geyim əşyalarının Nurlan Çərkəzliyə məxsus 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli şort və Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd bustqalter, 01 ədəd ağ-qırmızı rəngli köynək, 01 ədəd ağ rəngli köynək, 01 ədəd balınc üzü, 01 ədəd yastıq üzlüyü, 01 ədəd döşək üzlüyünün üzərində odlu silahdan və “BLOW TR 1702” modelli qaz tapançasından açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə və atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Qərarda qoyulan “2) Müsbət halda 07 oktyabr 2022-ci il tarixli 3/1314;1315;1316;1317 nömrəli ekspert rəyinin verilməsindən ötrü “BLOW TR 1702” modelli qaz tapançasından eksperimental atəşin açılması istisna olunmadan əvvəlki açılan atəş zamanı hadisəsinin baş verdiyi xx.xx.2022-ci il tarixə uyğun gəlirmi?” bu sualı cavablandırmaq üçün hazırda müvafiq elmi metodika olmadığından cavab verilmədi. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1824 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “050 310-93-01” saylı mobil nömrə ilə mərhum Nurlan Çərkəzlinin ölənə kimi istifadəsində olan “050 609-10-03” mobil nömrə ilə: - xx.xx.2022-ci il tarixdə “İnternetini aç da topuş. Yaxşı tutmur burda uzaqdı telefonunu evə qoy tutsun. Vayfay bağlandı. Vaxt qutardi. Birini də götür. Birezden. E yox indi noyay.” məzmunlu, Təqsirləndirilən şəxs ilə Şahid12 istifadəsində olan “050 569-38-05” saylı mobil nömrəyə - xx.xx.2022-ci il tarixdə “Salam necəsən mənəm Nuray mən sənə zəng edəcəm sonra danışarıq sən eləmə sonra deyərəm niyə, mən sənə zəng etməmiş sən eləmə nə olar, gecən xeyrə.” - xx.xx.2022-ci il tarixdə “Çox xahiş edirəm mənə hələ zəng etmə və yazma mən sənə bildirəcəm niyə narahat olma.” “Fərid instaqramina bax. Mən idim Ülviyyə Nuray oyanmışdı ona görə zəng etdim. Salam necəsən mənəm Nuray. Zəng etdim götürmədin mən günorta sənə zəng edəcəm amma sən hələ zəng etmərsən sözə qulaq as dəcəllik etmə.” məzmunlu sms mətnlər və çoxsaylı zənglər olmuşdur. “994**********.txt” faylda nömrənin Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olan Nurlan Çərkəzliyə məxsus olsa da istintaqla həmin mobil nömrənin cinayət hadisəsi baş verən vaxta qədər Təqsirləndirilən şəxs istifadəsində olması “050 310-93-01” mobil nömrə son dəfə xx.xx.2022-ci il tarixdə aktiv olması, “**********03.txt” faylda mobil nömrənin Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olan Nurlan Çərkəzliyə məxsus olması və son dəfə xx.xx.2022-ci il tarixdə, saat 22:35 dəqiqədə ********** saylı mobil telefonla əlaqə saxlanıldığı, “**********22.txt” faylda mobil nömrənin ünvan 1 ünvanında qeydiyyatda olan Qanuni nümayəndə adına qeydiyyatda olması xx.xx.2022-ci il tarixdə, 19:53 dəqiqədə Bərdə rayonu, Şorəlli kəndində olması, xx.xx.2022-ci il tarixdə Zənfurə Ağayeva ilə telefon əlaqəsi saxlaması və Mingəçevir şəhərində olması, “**********94.txt” fayldakı mobil nömrənin ünvan 2 ünvanında qeydiyyatda olan Şahid7 adına olması və Şahid7 anten məlumatlarına əsasən 22:12 radələrində Bərdə rayonu, Divanlı kəndi yaxınlığında olması, **********76.txt fayldakı mobil nömrənin ünvan 2 ünvanında qeydiyyatda olan Şahid6 adına olması, xx.xx.2022-ci il tarixdə saat 18:53 radələrindən saat 23:02 radələrinə kimi “**********” saylı nömrə vasitəsilə mobil telefonla əlaqə saxlamadığından onun harada olmasının müəyyən edilmədiyi, xx.xx.2022-ci il saat 23:02-dən etibarən isə xx.xx.2022-ci il tarixədək Mingəçevir şəhərində olması, Şahid10 xx.xx.2022-ci il tarixdə saat 22-23 radələrində Bərdə rayonu, Divanlı kəndində, xx.xx.2022-ci il tarixdə saat təxminən 00:30-dan 06:00-a qədər Bərdə rayonu, “Malbazarı” adlandırılan yerdə olması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik, psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 252 saylı rəyindən görünür ki, Şahid3 oğlu praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi psixi xüsusiyyətlər alikdir: Şahid3 oğlu baş vermiş hadisə zamanı və hadisədən qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur. Şahid3 oğlu təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Şahid3 oğlu özündən uydurmağa meyilli deyildir. Şahid3 oğlunun əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəməpsixiatrik, psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 691/244 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixoloji vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik-psixoloji ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş üzrə təyin edilmiş məhkəmə kompleks psixatrik-psixoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 13 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən «SİTUASİYA İLƏ ƏLAQƏLİ KƏSKİN STRES NƏTİCƏSİNDƏ PATOLOJİ AFFEKT» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F43.0) keçirmişdir. .....Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən onda meydana çıxan psixi pozuntunun xarici şəraitlə əlaqədar olması (döyülmə, alçaldılma, qorxudulma, öldürülməklə hədələnmə və digər fonnada ağır təhqirə məmz qoyulma və s. şəklində ifrat güclü xarici qıcığa cavab olaraq qəflətən başlaması), real təhlükənin mövcud olması nəticəsində şiddətli təşviş və qorxu hissinin yaranması, mərhumun silahdan istifadə edərək onu və uşaqlarını öldürəcəyilə hədələməsinin reallaşdırıla biləcəyindən yaşanan emosional gərginlik zamanı son məqamda dözümünün tükənərək patoloji affekt şəklində xaric olması, düşüncənin alaqaranlıq pozuntusu ilə müşayiət olunması, ölüm törədilməsi ilə nəticələnən hərəkətlərinin yaddaşından silinməsi (amneziya ilə sona yetməsi) sübut edir. Təqsirləndirilən şəxs hal-hazırda «ORTA DƏRƏCƏLİ DEPRESSİV POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışındakı kodu F32.1) müəyyən edir. Bunu hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində geyiminə və təmizliyinə lazımi qədər fikir verməməsi, özünə qapılması, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, ünsiyyətə həvəssiz qoşulması, söhbət zamanı suallara qısa cavablar verməsi, əhvali- mhiyyəsinin aşağı olması, yuxu rejiminin pozulması, qidalanmasının zəif olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahirən səliqəsiz və həyəcanlı görünməsi, simasında kədərlilik ifadəsinin müşahidə olunması, produktiv verbal kontakt qurmaqda müəyyən qədər çətinlik yaranması, həvəssiz və qeyri-fəal şəkildə, zəif və monoton səslə danışması, suallara yubanmaqla cavab verməsi, onları əsasən qısa şəkildə və laqeydcəsinə cavablandırması, təfəkkürünün ləng tempdə olması, diqqətində bir qədər dağınıqlıq qeydə alınması, əhvali-mhiyyəsində aşkar şəkildə enmə müşahidə edilməsi, tez-tez kövrəlməsi, süst görünməsi, mimikasında qəmginlik və ümidsizlik ifadəsinin müşahidə olunması, özünəinamın və özünüqiymətləndirmə hissinin aşağı olması, ittiham olunduğu cinayət əməli barəsində somşularkən bir neçə dəfə kövrəlib qəhərlənməsi, nitqində fasilələr olması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı aşkarlanan psixi patologiya tezliklə qüwəyə minəcək klassifikatorda - psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Depressiv pozuntular» rubrikasında 6A70.1 kodu altında qeyd edilir. ......Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün ləng temdə olması müəyyən edilir. Təfəkkürünün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənaraçıxma hallarına təsadüf olunmamaqla, intellektual imkanları, dünyagörüşü yaşına, aldığı təhsilə və yaşadığı sosial mühitə uyğundur. Əhval-ruhiyyəsi enmişdir. Müayinə gedişatında kədərlənməsi, gələcək aqibətinə qarşı ümidsiz yanaşması, cinayət hadisəsini ləng tempdə fasilələrlə danışması müşahidə edilir. Təqsirləndirilən şəxs qərarda göstərilən cinayət əməlini törədən zaman onda patoloji affektin meydana çıxması nəticəsinə gəlinməsi psixiatriya elminə dair elmi ədəbiyyata əsaslanır.......Psixikanın pozulmasının müstəsna vəziyyətləri müxtəlif səbəblərdən əmələ gələn, lakin kliniki mənzərəsinə görə oxşar olan psixi fəaliyyətin bir qrup kəskin və qısamüddətli pozuntularıdır. Bu psixi pozuntular qəflətən başlayır, adətən, xarici şəraitlə əlaqədə olur, qısa müddət davam edir və düşüncə pozuntusu ilə müşayiət olunaraq ya tam amneziya ilə sona yetir. Müstəsna vəziyyətlər bir çox hallarda psixi şəxslərdə rast gəlinir və adətən insan həyatında yeganə bir epizod olur, yaranmış ifrat güclü xahci qıcıq (adətən təcavüz, şəxsin ağır təhqirə məruz qalması və s.) patoloji affektin bilavasitə yaranmasına səbəb olur. Real təhlükənin mövcud olması nəticəsində panik qorxu hissi yaranması və yaranmış vəziyyətdə bu təhlükənin qarşısını ala bilməkdə acizlik, həmçinin patoloji affektin yaranma faktorlarına aiddir. Bir çox psixiatrlar patoloji affekti şəxsin çıxılmaz və dözülməz situasiyadan «təxirəsalınmaz» reaksiyası kimi qiymətləndirirlər. Şəxsin psixoloji konstusiyasının və hadisədən əvvəlki dövrün xüsusiyyətləri, döyülmə, şiddət ilə müşayiət olan yaranmış gərgin münasibətlər, neqativ təsirə malik həyəcanlar, yəni uzun sürən alçaldılmalar və təhqirlər kimi neqativ faktorların akkumulyasiyası nəticəsində «toplanma effekti»nin yaranması böyük əhəmiyyət kəsb edir. Şəxs uzun müddət mənfi emosiyaları «özündə toplayaraq» emosional gərginlik zamanı müəyyən anda şəxsin dözümü tükənərək emosiyaları patoloji affekt şəklində xaric olur. Affekt - emosiyaların yüksək və çox güclü həyəcanın təzahürüdür. Pataloji affekt isə affektin ən yüksək formada parlaq təzahürüdür. Patoloji affekt hazırlıq, partlayış və son fazalara bölünür. Hazırlıq fazasında psixotravmanın təsiri altında emosional gərginlik artır, ətraf aləm təhrif olunmuş şəkildə qavranılmağa başlayır, baş verən hadisələri və ümumilikdə situasiyanı düzgün qiymətləndirmək qabiliyyəti pozulur. Düşüncə, əsasən, psixotravma ilə əlaqədar olan təsəvvürlər çərçivəsindən kənara çıxmır. Partlayış mərhələsində düşüncə pozuntusu ağır dərəcəyə çatır, gərgin qəzəb affekti, coşğun hiddət kulminasiya nöqtəsinə çatır. Kəskin hərəki oyanma, məqsədsiz aqressiya və dağıdıcı meyllər meydana çıxır. Düşüncənin dərin pozulması fonunda illüzor təsəvvürlər, funksional hallüsinasiyalar, psixosensor pozuntular qeyd olunur. Adətən, bu fazada güclü mimiki və vegetativ-damar reaksiyaları müşahidə olunur. Üz cizgiləri təhrif olunur, sifət qızarır, ya da avazıyır, mimika qəzəb yaxud dəhşət emosiyası ifadə edir. Son fazada əmələ gələn psixi və fiziki üzülmə halı qarşısıalınmaz dərin yuxu ilə əvəz olunur. Komissiya üzvləri Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən və ona ittiham edilən cinayət əməlini törədərkən onda «Situasiya ilə əlaqəli kəskin stres nəticəsində patoloji affekt» yaranması nəticəsinə gəlir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törədərkən «Situasiya ilə əlaqəli kəskin stres nəticəsində patoloji affekt» keçirmişdir. Cinayət əməli törədilməsindən sonrakı dövrdə Təqsirləndirilən şəxs əhvali-ruhiyyəsində enmə meydana gəlmiş, yəni onda depressiv pozuntu formalaşmışdır. Depressiv pozuntu əvvəlcə yüngül dərəcədə ifadə olunmuş, sonra tədricən dərinləşərək hal-hazırda onda “orta dərəcəli depressiv pozuntu” müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda «Orta dərəcəli depressiv pozuntu» formasında psixi patologiya müəyyən edilir. Bu pozuntu onda cinayət əməlini törətdikdən sonra yaranmış və hal-hazırda da davam edir. Təqsirləndirilən şəxs hazırda əziyyət çəkdiyi psixi patologiya onu öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edir. Depressiv pozuntunun uzun müddət ərzində özünü göstərən və davametmə müddəti uzandıqca klinik mənzərəsinə psixotik xarakterli simptomların qoşula biləcəyi ciddi psixi patologiya olduğu nəzərə alınmalıdır. Bu psixi pozuntu gedişatında şəxsin özünə qarşı təhlükə kəsb etdiyi üçün davamlı müşahidə və müalicə aparılmasını tələb edir. Təqsirləndirilən şəxs hazırda özünü büruzə verən depressiv pozuntu orta dərəcədə ifadə olunur və buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdınlmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs sakit təbiətlilik, mülayimlik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə zamanı psixi-emosional halında güclü qorxu, həyəcan, gərginlik yaranmışdır. Təqsirləndirilən şəxs hadisədən sonra psixi-emosional halında əhval-ruhiyyənin enməsi, ümidsizlik, kədərliliyi kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmadı Təqsirləndirilən şəxs özündən uydurmağa, simulyativ və ya dissimulyativ hərəkətlər etməyə meyllilik əlamətləri müşahidə olunmadı. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 31 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “orta dərəcəli depressiv pozuntu”dan əziyyət çəkir. Həmin pozuntu Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra keçən müddət ərzində formalaşmışdır. Təqsirləndirilən şəxs hazırda aşkar olunan «Orta dərəcəli depressiv pozuntu» nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməmişdən əvvəl hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman «situasiya ilə əlaqəli kəskin stres nəticəsində patoloji affekt» keçirmişdir. Təqsirləndirilən şəxs hal-hazırda müəyyən edilən həmin psixi pozuntu təfəkkürünün bir qədər ləngiməsi, əhval-ruhiyyəsinin, hərəki-iradi funksiyalarının enməsi, gələcəyini bədbin qiymətləndirməsi, tez-tez kövrəlməsi, suisidal fikirlər söyləməsi və digər əlamətlərlə səciyyələnir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onda psixi fəaliyyətin müvəqqəti pozulması hesab edilən «situasiya ilə əlaqəli kəskin stres nəticəsində patoloji affekt» keçirmiş bunun nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda orta dərəcəli depressiv pozuntudan əziyyət çəkir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs özü üçün ciddi təhlükə kəsb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ünsiyyətçiliik, emosionallıq, sakit təbiətlilik, mülayimlik, konfliktə meylli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd olunan hadisə baş verən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində güclü qorxu, stres, həyəcan, gərginlik kimi hallar yaranmışdır. Hazırda onun psixiemosional sferasında depressiv əlamətlər (sıxıntı, əhval-ruhiyyəsinin enməsi, özünügünahlandırma fikirləri, özünüqiymətləndirmə səviyyəsinin aşağı olması, öz aqibətinə biganə yanaşması və s.) aşkar edilir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meyllilik, həmçinin simulyativ və dissimulyativ xarakterli davranışları müəyyən edilmədi. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinin və dövlət ittihamçısının vəsatəti təmin edilərək təqsirləndirilən şəxs barəsində təyin edilib keçirilmiş təkrra məhkəmə kompleks psixatrik və psixoloji ekspertizası təyin edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan təyin edilmiş kompelks məhkəmə stasioanr məhkəmə psixtarik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 186 saylı rəyindən görünür ki, ekspertiza zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin arxiv materiallarından əldə olunan məlumatlara əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunduğu cinayət hadisəsindən əvvəl hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil., «Anlaqlıhq» və «Anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda Orta dərəcəli depressiv pozuntundan əziyyət çəkir. Təqsirləndirilən şəxs özü üçün ciddi təhlükə kəsb edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Situasiya ilə əlaqəli kəskin stress nəticəsində patoloji affekt» keçirdiyindən və hal-hazırda Təqsirləndirilən şəxs orta dərəcəli depressiv pozuntundan əziyyət çəkdiyinə görə o öz hərəkətiərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. AAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionannda məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini zamanı ona qarşı baş verən hallar nəticəsində situasiya ilə əlaqəli kəskin stress keçirmiş və bunun nəticəsində onda psixi fəaliyyətin müvəqqəti pozulması kimi hesab edilən patoloji affekt baş vermişdir. Patoloji affekt - intensiv və gözlənilməz psixi travma nəticəsində yaranmış qısamüddətli, düşüncənin pozulması ilə təzahür edən patoloji emosional reaksiyadır. Patoloji affekt zamanı düşüncə pozulur, yuxuya getmək və amneziya ilə nəticələnə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin arxiv materiallarından anamnestik məlumatlara əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən real təhlükənin mövcud olması nəticəsində şiddətli təşviş və qorxu hissinin yaranması, mərhumun silahdan istifadə edərək onu və uşaqlarını öldürəcəyilə hədələməsinin, bundan sonra ona fiziki güc tətbiq edərək onu boğması kimi halların reallaşdırıla biləcəyindən yaranan emosional gərginlik zamanı son anda dözümünün tükənərək emosional partlayışla xaric olması, düşüncənin alaqaranlıq pozuntusu ilə müşayiət olunması, əməli törətdikdən sonra mərhumun yanında uzanaraq yuxuya getməsi, ittiham olunduğu cinayət əməlinin bəzi məqamlarını, əməli törətdikdən sonrakı müəyyən müddəti yada sala bilməməsi (hissəvi amneziya) - psixi fəaliyyətin müvəqqəti pozulması fonunda patoloji affekt vəziyyətinin yarandığını sübut edir. Təqsirləndirilən şəxs həmin anda baş verənlər nəticəsində situasiya ilə əlaqəli kəskin stress yaranmış və bu stresin fonunda psixi fəaliyyətin müvəqqəti pozulması hesab edilən patoloji affekt yaranmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır, yəni ona ittiham olunan cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra cinayət işi üzrə istintaq aparılan zaman (ifadə verərkən, hadisə yerinə baxış keçirilərkən, ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman və s.) anlaqlı vəziyyətdə olub-olmaması sualı yuxarıda da qeyd olunduğu kimi qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Eyni zamanda qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan psixi fəaliyyətin müvəqqəti pozulması halını keçirmiş şəxs bu vəziyyətdən çıxdıqdan sonra sərbəst danışa, yadında qalan hadisələri hissəvi də olsa, xatırlaya bilər. Bu isə həmin şəxsin anlaqlılıq meyarının ölçülməsi ilə izah oluna bilməz. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi psixi fəaliyyətin müvəqqəti pozulması - patoloji affekt halını keçirmiş və bu vəziyyətdən çıxdıqdan sonra sərbəst danışa, yadında qalan hadisələri hissəvi də olsa, xatırlaya bilər. Elmi ədəbiyyatlarda qeyd olunduğu kimi psixi fəaliyyətin müvəqqəti pozulması halını keçirmiş şəxslərdə heç də həmişə, (xüsusilə uzun müddətdə) amneziya müşahidə olunmur. Müəyyən vaxtdan sonra yaddaşın qismən, bəzən isə tam bərpa olunması mümkündür. Psixi fəaliyyətin müvəqqəti pozulması - patoloji affekt halınının diaqnostik kriterisi yalnız baş vermiş amneziya və onun keyfiyyət və kəmiyyət göstəricilərindən ibarət deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda müşahidə olunan orta dərəcəli depressiv pozuntu onun məhkəmə iclaslarında iştirak etməyinə imkan verməyə bilər. Buna səbəb baş vermiş hadisələri təkrar xastırlayaraq onda müşahidə olunan depressiv vəziyyətin daha da dərinləşməsi, eyni zamanda arzuolunmaz yeni psixotik əlamətlərin yaranmasına səbəb olan hallarla rastlaşa bilməsidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əvvəlki məhkəmə psixiatrik ekspertiza rəylərdə verilərkən tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı kifayət qədər rəyin sonunda istinad edilmiş ədəbiyyatlarda öz əksini tapır. Bununla bağlı elmi əsaslandırma hazırkı rəydə yuxarıdakı sualların cavablarında öz əksini tapır. X15 Təşkilatının tələblərinə əsasən digər ölkələr kimi Azərbaycanda da X1 10-cu baxışı qüvvədədir və həmin baxışa əsasən qeyd olunan diaqnozlar F43.0 və F32.1 rubrikalarında öz əksini tapır. X1 10-cu baxışı qüvvədədir və bütün sahələrdə təsnifatlatların yeniləndiyi kimi X1 11-ci baxışının da qəbul olunması nəzərdə tutulur. Həmin təsnifatda «Depressiv pozuntular rubrikasında 6A70.1 kodu altında - təksaylı orta depressiv epizod pozuntusu, psixotik əlamətlərsiz» psixi xəstəlik kimi göstərilmişdir. Həmin təsnifata da istinad olunması yoxlanılan şəxsdə hazırda müşahidə olunan patalogiyanın elmi və tibbi əsaslılığını bir daha sübut edir. «Təksaylı orta depressiv epizod pozuntusu, psixotik əlamətlərsiz» ümumiyyətlə, psixi xəstəlikdir. Onun tibbi əlamətləri hazırki ekspertiza rəyində yoxlanılan şəxsin psixi statusunda göstərilmişdir. Sualın 2-ci hissəsinə cavab olaraq bildirilir ki, qeyd edilən xəstəliyin tibbi meyarları qüvvədə olan qanunvericiliyə görə deyil, müvafiq ədəbiyyatlara və klinik protokollara əsaslanır. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində kəskin stress, psixiemosional gərginlik, güclü həyəcan yaranmış, hadisəni törədərkən psixi-emosional vəziyyətini yaranmış situasiya (həyat yoldaşının onu öldürmək istəməisi, ölməmək üçün çarpışması) şərtləndirmişdir. Qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs keçirdiyi psixi emosional vəziyyəti hərəkət və davranışını şüurlu olaraq idarə etməsini, tənzimləməsini, analizetmə və ola biləcək nəticələri proqnozlaşdırmasını, dərketmə sferasını məhdulaşdırmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ümumilikdə əqliintellektual imkanları norma kimi qiymətləndirilsə də, törədiyi əməl zamanı keçirdiyi psixi vəziyyəti və hadisədən sonrakı, yəni hazırkı psixi durumu ilə əlaqədar fərdi-psixi xüsusiyyətlərində - diqqətində dağınıqlıq, konsentrasiya oluna bilməməsi, yaddaşında zəiflik, təfəkküründə lənglik, keçmiş hadisələrə ilişkənlik, analizetmə və proqnozlaşdırmasında enmə, qavradığı materialın mahiyyətinə vara bilməməsi, həmçinin özünü qiymətləndirməsində və iddia səviyyəsinin aşağı düşməsi, emosional iradi sferasında depressiv əlamətlər - kədər, özünə qapanıqlıq, ümidsizlik, gələcəyə planlarının olmaması, maraq dairəsinin enməsi, ruh düşkünlüyü, özünü günahlandırma, ünsiyyətdən yayınma və s. aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi psixi emosional vəziyyət psixologiyada müəyyən edilən affekt (kumulyativ və ya fizioloji) vəziyyətininin hüdudlarından kənara çıxdığından həmin vəziyyəti qiymətləndirərək diaqnozlaşdırmaq ekspert psixiatrın səlahiyyətinə aiddir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri normaya uyğundur. Lakin törədiyi əməl zamanı keçirdiyi psixi vəziyyəti və hadisədən sonrakı, yəni hazırkı psixi durumu ilə əlaqədar (fərdi-psixi xüsusiyyətlərində - diqqətində dağınıqlıq, konsentrasiya oluna bilməməsi, yaddaşında zəiflik, təfəkküründə lənglik, keçmiş hadisələrə ilişkənlik, analizetmə və proqnozlaşdıimasında enmə, qavradığı materialın mahiyyətinə vara bilməməsi, həmçinin özünü qiymətləndirməsində və iddia səviyyəsinin aşağı düşməsi, emosional iradi sferasında depressiv əlamətlər - kədər, özünə qapanıqlıq, ümidsizlik, gələcəyə planlarının olmaması, maraq dairəsinin enməsi, ruh düşkünlüyü, özünü günahlandırma, ünsiyyətdən yayınma və s. müəyyən edildiyindən iş üçün əhəmiyyətli halları düzgün qavramaq, təsvir etmək qabiliyyəti enmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı kəskin stress, psixi-emosional gərginlik, güclü həyəcan yaranmışdır. Hazırkı psixi- emosional vəziyyətində depressiv əlamətlər - kədər, özünə qapanıqlıq, ümidsizlik, gələcəyə planlarının olmaması, maraq dairəsinin enməsi, ruh düşkünlüyü, özünü günahlandırma, ünsiyyətdən yayınma və s. müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 29 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 31 iyul 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və Bərdə Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bərdə Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bərdə Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarından görünür ki, 19 aprel 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs xüsusi tibb müəssisəsinə (psixiatriya xəstəxanasına) yerləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 03 sentyabr 2022-ci il tarixli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 1143 №li arayışdan görünür ki, Ağdam rayonu Şorəlli kəndindən məcburi köçkün Təqsirləndirilən şəxs Bərdə rayonu Güloğlular kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materialllarında olan və məhkəmədə tədqiq edilən 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd bıçaq, pambıq tampon nümunələr, “BLOW TR 17 02” modelli yivli qaz tapançası, güllə, X6 meyitinə baxış zamanı əynində olan 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli şort, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş göy rəngli cins şalvar, busqalter, ağ qırmızı rəngli kofta, 01 ədəd ağ rəngli dəsmal, 01 ədəd tünd qəhvəyi rəngli dəsmal, 01 ədəd açıq qəhvəyi rəngli dəsmal, 01 ədəd balınc üzü, 01 ədəd döşək üçün çexol Bərdə rayon prokurorluğunun inzibati binasında “maddi sübutların saxlanması üçün” otağında saxlanılır, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” disk, müvafiq istintaq hərəkəti protokollarına əlavə olunan 04 ədəd “DVD” disk, ekspert rəyləri cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama aparıb toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətdiyi vaxt əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Odur ki, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən və öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyi dərk etmək və onları idarə etmək iqtidarında olmadığından, bu hal ona hazırda cəza təyin edilməsini və cəzanın icrasını istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. İş üzrə verilmiş və yuxarıda şərh olunan kompleks və təkrar komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizalarının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-ci maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü və 97.4-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə ......özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri və təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməlidir. Qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan - Bərdə Rayon Prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, pambıq tampon nümunələr məhv edilməli, X6 meyitinə baxış zamanı əynində olan 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli şort, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş göy rəngli cins şalvar, busqalter, ağ qırmızı rəngli kofta, 01 ədəd ağ rəngli dəsmal, 01 ədəd tünd qəhvəyi rəngli dəsmal, 01 ədəd açıq qəhvəyi rəngli dəsmal, 01 ədəd balınc üzü, 01 ədəd döşək üçün çexol məhv edilsin. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli və cinayət işi üzrə ekspertiza xərci olan 340 (üç yüz qırx) manat dövlət büdcəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin hadisə yerinə baxış zamanı götürülmüş “BLOW TR 17 02” modelli yivli qaz tapançası, güllə dövlət nəfinə müsadirə edilərək DİN-nin Silah və Sursat Anbarına təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321, 344-348, 356 və 468-477-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyəti və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsbarəsində seçilmiş həbs qətimkan tədbiri və təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməsin. Cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs ekspertiza xərcini ödəməkdən azad edilsin və cinayət işi üzrə ekspertiza xərci olan 340 (üç yüz qırx) manat dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan – Bərdə Rayon Prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, pambıq tampon nümunələr, X6 meyitinə baxış zamanı əynində olan 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli şort, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş göy rəngli cins şalvar, busqalter, ağ qırmızı rəngli kofta, 01 ədəd ağ rəngli dəsmal, 01 ədəd tünd qəhvəyi rəngli dəsmal, 01 ədəd açıq qəhvəyi rəngli dəsmal, 01 ədəd balınc üzü, 01 ədəd döşək üçün çexol məhv edilsin. “BLOW TR 17 02” modelli yivli qaz tapançası, güllə dövlət nəfinə müsadirə edilərək Daxili İşlər Nazirliyinin Silah və Sursat anbarına təhvil verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(100)-28/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-28/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver