Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-280/2020 25.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X29 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və İ dərəcəli hüquqşünas X11, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi - Gəncə ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1991-ci ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrindən etibarən dayısı, Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini X19 ilə birlikdə sonuncuya məxsus həmin kənddə yerləşən daimi yaşayış olmayan evdə spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra həmin gün saat 20 radələrində Mahmud Əsgərov səbəbsiz yerə sərxoş halda onun özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməklə əvvəlcə stolun üzərindən götürdüyü boş araq butulkası ilə onun baş nahiyəsindən vurmuş, daha sonra isə evin həyətindən götürdüyü yaba ilə qolundan vuraraq ona xəsarətlər yetirmiş, həmin vaxt yanlarına gələn dayısı oğlu Bəhruz Əsgərovun xahişi ilə xoşagəlməz hadisənin baş verməməsi üçün oradan çıxaraq Mahmud Əsgərovun yaşadığı evə doğru hərəkət edib qeyd olunan ünvana çatdıqda dayısının evlərinin qarşısında dayanmış Şahid4 məxsus Vaz 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini sındırdığını görüb bu barədə ona irad tutduqda dayısının yenidən onun və ailəsinin ünvanına söyüşlər etməsini özünə qarşı qəbul edilməz təhqir hesab edərək qisas almaq niyyəti ilə Mahmud Əsgərovu öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün dayısına məxsus evdən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb küçəyə çıxdıqda dayısının idarə etdiyi Zil markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə evdən uzaqlaşdığını görərək onun arxasınca piyada hərəkət edib X26 rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində “dayanacaq” deyilən yerdə olmasını görüb ona yaxınlaşaraq əlindəki deşici-kəsici xassəyə malik olan bıçaqla Mahmud Əsgərovun həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş və qarın nahiyələrinə ardıcıl olaraq iki dəfə zərbə vurub sonuncuya ölümünə səbəb olan-dərəcəsinə görə döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən ürək kisəsini, ürəyin sol mədəciyini və sağ qulaqcığını zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və qarın nahiyəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Mahmud Əsgərovu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz şəhər ərazisində ailəsi ilə birlikdə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Tovuz şəhər ərazisində olan zaman dayısı Mahmud Əsgərov ona zəng edib qazlı su alıb yaşadıqları Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yerləşən dayısının sonradan tikdirdiyi çox zaman tək yaşadığı evlərinə gətirməyini bildirmişdir. Dayısının ailəsi ilə birlikdə daimi olaraq yaşadığı ev isə həmin evin yaxınlığında yerləşir. Mağazadan su və pivə alıb dayısıgilə getdikdə dayısı evdə tək olmuş, onlara getdikdən sonra ikisi birlikdə oturub pivə və çaxır içmişlər. Sonra isə atası ona zəng edib harada olduğunu maraqlananda dayısı Mahmudgildə olduğunu demiş, atası da ona özünün də onların yanına gələcəyini deyib sağollaşdıqdan təxminən 1 saat sonra ora gəlmişdir. Sonradan isə üçü birlikdə yeyib-içməyə davam etmişdirlər. İçkiləri və ərzaqları qurtardığı üçün dayısı mağazaya gedib araq, kolbasa və sosiska alıb gətirmiş və üçü birlikdə üç nəfərə yarım litr araq içmişlər. Həmin vaxtı dayısı ilə birlikdə onun qonşusu olan Akif də onlara gəlib 5-10 dəqiqə orada oturduqdan sonra harasa getməli olduğunu deyib çıxıb getmişdir. Dayısı demək olar ki, həmişə içkili olanda nalayiq ifadələr işlədir, harada nə gəldi söyüş söyür, danışığını isə bilmir. Birlikdə yeyib-içən zaman dayısı yenə də həmişəki kimi heç bir səbəb olmadan atası ilə ona nalayiq söyüş söyərək qapısından getməklərini bildirib sonra da onun ailəsinə və övladlarına qarşı söyüş söyməyə başlamışdır. Dayısına onun həyat yoldaşının doğma bacısı qızı olduğunu, nəyə görə arvadını və uşaqlarını söydüyünü soruşanda dayısı yenə onlara qarşı nalayiq söyüşlər söyməyə davam etmiş, həmin vaxtı atası dayısına etdiyi hərəkətin ayıb olduğunu, söydüyü söyüşlərin düzgün olmadığını bildirdikdə atasının dayısının onlara qarşı söyüş söyməsindən əsəbləşdiyini görüb dayısı ilə mübahisə etməsin deyə onu evə göndərmiş, sonradan isə dayısı ilə aralarında olan mübahisə daha da dərinləşmiş, dayısına özünün və ailə üzvlərinin ünvanına nalayiq sözlər deməsi ilə bağlı öz iradlarını bildirsə də dayısı ona qulaq asmayıb söyüş söyməyə davam edərək onu həmin evdən qovmağa başlamış, o da dayısına evin babasına məxsus olduğunu, onu evdən qova bilməyəcəyini demiş, həmin vaxtı səs-küylərinə dayısı oğlu olan Bəhruz da gəlmişdir. Qeyd etdiyi kimi dayısının yaşadığı təzə tikili ilə baba yurdu olan evlərinin arasında təxminən 400-500 metr məsafə vardır. Bəhruz gəldikdən sonra dayısı öz oğlunu, yəni Bəhruzu və onu yenidən söyüşlər söyərək evdən qovalamağa çalışmış, sonra da stolun üstündən boş araq butulkasını götürüb onun başından vurduqda əli ilə dayısının sinəsindən itələmiş, həmin vaxtı dayısı əsəbləşib evin həyətindən yabanı gətirib yaba ilə onu hədələyib yenə söyüş söyməyə davam eləmiş və yabanın arxa hissəsi ilə birinci onun başından, sonra isə qolundan vurmuş, yabanın uc hissəsi də qoluna keçmişdir. Həmin vaxtı dayısına hünəri çatırsa yabanı onun ürəyinə soxmağını bildirdikdə Bəhruz mübahisənin daha da böyüdüyünü görüb onları aralaşdırmış və birinci onu, sonra da atasını həmin evdən çıxarıb aralaşdırmışdır. Yol ilə üzü dayısının ailəsi ilə birlikdə yaşadığı evə tərəf gedəndə dayısının maşını ilə arxadan gəldiyini görüb sonuncunun onu görməməsi, mübahisələrinin yenidən davam etməməsi üçün “arx” dedikləri yerdə kolluğun arxasına keçib orada gizlənmiş, sonra da Bəhruzun yol ilə gəldiyini görüb oradan çıxaraq onunla birlikdə dayısıgil tərəfə getmişdir. Yolda olanda Bəhruz atasının ona söydüyü söyüşlərə görə üzrxahlıq edib onu sakitləşdirməyə çalışmış, dayısının ailəsi ilə birlikdə yaşadığı evə çatmağa az qalmış onlar tərəfdən şüşə qırığının səsi gəldiyi üçün Bəhruz qorxub qaçaraq evlərinə tərəf getmiş, o özü də onun arxasınca yavaş-yavaş onlara tərəf getmişdir. Dayısıgilin evlərinin qarşısına çatanda görmüşdür ki, dayısı həyətlərinin darvazasının qarşısında dayanmış işıq idarəsinin işçisinə məxsus “VAZ 2106” markalı avtomobilin şüşələrini əlindəki yaba ilə sındırır. Dayısına yaxınlaşıb nəyə görə camaatın maşınının şüşələrini sındırdığını soruşanda dayısı həmin adamın onun arvadı ilə cinsi əlaqəyə daxil olmaq üçün onun qapısına gəldiyini deyib heç bir səbəb olmadan yenidən onu söyməyə başlamış, həmin vaxtı yanlarında heç kim, o cümlədən Bəhruz da olmamış, onun həmin vaxt harada olduğunu bilməmişdir. Həmin günü dayısıgildə də heç kim olmamışdır. Dayısına camaatın maşınının şüşələrini sındırmamağını bildirəndə o yenidən onun özünün və ailə üzvlərinin, körpə balalarının ünvanına söyüş söyməyə başlamış, sonra da onun üstünə yenidən yabanı qaldırdığını görüb onun bu hərəkətlərindən əsəbləşmiş və dayısından qisas almaq üçün dayısıgilin evlərinə gedib oradan tutacağı göy və qara rəngli zalentlə sarılmış, tiyəsinin uzunluğu da təxminən 40-50 sm olan bıçaq götürüb geri qayıdanda artıq dayısının maşınla getdiyini görüb onun arxasınca təxminən 1 km əlində bıçaqla gedərək dayısının maşınının kəndin ərazisində olan avtobus dayanağının yanında dayandığını görüb həmin yerə yaxınlaşdıqda dayısı Mahmudun dayanacaqda olan taxta skamyada oturduğunu görmüş, həmin vaxt saat artıq 20 radələri olmuş, dayısının yanında azyaşlı uşaqlar və tanımadığı ağsaqqal kişi olduğu üçün bıçağı dayanacağın kəndə gedən yol tərəfinə atıb onlarla salamlaşmış, həmin uşaqların azyaşlı olduqlarından onların hadisəni görməsindən ehtiyat edib baş verəcək hadisəni onların görmələrini istəməmişdir. Bıçağı atdıqdan sonra dayısı Mahmudun yanına gəlmiş, uşaqların yanında dayısı ona söyüş söyməmiş, bir neçə dəqiqə sonra ilk öncə uşaqlar, sonra isə ağsaqqal kişi sağollaşaraq həmin yerdən aralanmış, daha sonra isə dayısından onun ailəsinin ünvanına söyüş söyməsinin səbəbini izah etməsini, niyə söydüyünü soruşmuş, dayısı isə heçnə olmamış kimi gedib yenidən gedib onunla araq içməyini dedikdə dayısına gedə bilməyəcəyini dediyi üçün dayısı əsəbləşib yenidən onun ailə üzvlərini, arvadını, körpə uşaqlarını söydüyü üçün onun bu sözlərinə dözməmiş, dayısına məxsus bıçağı atdığı yerdən götürərək onun Zil markalı yük maşınını saxladığı yerdən təxminən 3-4 metr məsafədə kəndə gedən yol tərəfdə qarın nahiyəsinə bıçaqla bir zərbə endirmişdir. Dayısı ona bıçaq vurduğunu görüb maşına tərəf çəkildikdə yenidən dayısına ona qarşı söydüyü söyüşlərə görə acıqlı olduğu üçün ondan onun ailə üzvlərinə söyüş söymə səbəbini soruşanda dayısı söyüş söyə-söyə onun üzərinə doğru gəlmiş, o da dayısına məxsus avtomobilinin qabaq sol təkəri tərəfdə ikinci dəfə bıçaqla dayısının sol tərəfindən vurmuş, həmin vaxtı dayısının ürək nahiyəsi tərəfdən yüksək təzyiqlə qan xaric olmağa başlamışdır. Bu zaman dayısı Mahmud ondan bir qədər sağ tərəfə büdrəmiş və arxası üstə yerə uzanmışdır. Dayısından qan axdığını görüb bıçağı onun başının sağ tərəfinə atmış, oradan da birbaşa valideynlərinin yaşadığı evə getmiş və anasına Mahmudu bıçaqla vurub öldürdüyünü demiş, sonra da həmin günü ana babası da onlarda olduğu üçün ondan da halallıq alıb sağollaşaraq yoldan keçən taksiyə minib polis şöbəsinə gələrək könüllü təslim olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, dayısı ilə aralarında əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamış, dayısını bıçaqla vuran zaman yanlarında heç kim olmamış, dayanacaqda dayısına yaxınlaşanda uşaqlar və tanımadığı ağsaqqal kişi orada olmuş, ancaq sonradan birinci uşaqlar, sonra isə ağsaqqal kişi yol ilə yavaş-yavaş getməyə başlamışdır. O isə dayanacağın arxasında dayanacaqdan təxminən 4-5 metr məsafədə dayısını bıçaqla vurmuşdur. Həmin kişinin onun dayısını bıçaqla vurub-vurmadığını görə bilməmiş, ikinci dəfə bıçaqla dayısını vurduqdan sonra bıçağı onun yanına atıb oradan aralananda həmin kişinin yol ilə getməyə davam etdiyini görmüşdür. Dayısı onun arvadının, ailəsinin, körpə uşaqlarının ünvanına söyüş söydüyü üçün bundan əsəbləşərək qisas almaq məqsədilə onu bıçaqla vurub öldürmüşdür, hazırda da törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Tovuz rayonu Ağdam kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə vəfat etmiş X19 onun doğma qardaşıdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında işdə olarkən bacısı oğlu Əli Səfərov ona zəng edib qardaşı Vüqarın dayısı, yəni doğma qardaşı olan Mahmud Əsgərovu öldürdüyü demişdir. Təqsirləndirilən şəxs onun doğma bacısı olan Şahid3 oğludur, eyni zamanda onun kürəkənidir. Belə ki, qızı Ayşən Abdullayeva ilə Təqsirləndirilən şəxs 2014-cü ildə rəsmi nikaha daxil olublar və onların həmin nikahdan iki azyaşlı övladı vardır. Vüqar özü daimi olaraq heç bir yerdə işləməmiş, fəhləçiliklə məşğul olmuşdur. Əli ona Vüqarın qardaşı Mahmudu öldürdüyünü dedikdən sonra qardaşıgilin yaşadığı Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yerləşən evlərinə getdikdən sonra bilmişdir ki, hadisə baş verən günü qardaşı Mahmud Vüqara zəng edib onunla birlikdə yeyib-içməsi üçün evlərinə çağırmış, Vüqar da qardaşının çox vaxt tək yaşadığı Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yerləşən evinə gedib onunla birlikdə yeyib-içmiş, sonradan onlara Vüqarın atası Firudin də gəlmiş, lakin sona qədər oturmayıb yarımçıq durub evlərinə qayıtmışdır. Vüqarla qardaşı birlikdə yeyib-içən zaman qardaşı Vüqarın arvadına, yəni onun doğma qızına və azyaşlı körpə uşaqlarına söyüş söyməyə başlamış, Vüqar da ondan nəyə görə onu və ailəsini söydüyünü soruşanda qardaşı əsəbləşib Vüqarı yaba ilə vurmuş, yaranmış səs-küyə həmin vaxtı qardaşının yaxınlıqda yerləşən digər evindən oğlu Bəhruz da ora gedib onları aralamışdır. Sonra da onlar qardaşıgilin daimi yaşadığı yaxınlıqda yerləşən digər evinə getmişlər. Orada da Vüqarla qardaşı arasında mübahisə olmuş, həmin vaxtı hansısa işıq işçisi qardaşıgilin qapısına gəlmiş, qardaşı da həmin adamı söyməyə başlamış, Vüqarla Bəhruz da həmin vaxtı qardaşımı sakitləşdirməyə çalışsalar da qardaşı yenə Vüqarı söyüb evdən çıxıb getmişdir. Vüqar da gedib qardaşıgilin evlərindən bıçaq götürərək onu təqib edib kənd ərazisində yerləşən “dayanacaq” deyilən yerdə onunla rastlaşmış, həmin vaxtı da Vüqar yenə qardaşı Mahmuddan onun arvadının və uşaqlarının ünvanına nəyə görə söyüş söyməsini soruşanda Mahmud yenidən Vüqara qarşı söyüş söydüyü üçün o əlində olan bıçaqla iki dəfə Mahmudu vurub öldürmüş, sonra da atasıgilin evlərinə gedib həmin günü orada olan babasından, yəni öz atasından halallıq alıb, sonra da özü gedib polisə könüllü təslim olmuşdur. Vüqarla qardaşının arasında əvvəllər heç vaxt hər hansısa bir ədavət və ya düşmənçilik olmamış, qardaşı Vüqarın ailəsinə söyüş söydüyü üçün Vüqar onu bıçaqla vurub öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə vəfat etmiş X19 doğma atasıdır. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində qonşularıgildə olan zaman atasının ara-sıra tək yaşadığı yeni tikdirdiyi evindən səs-küy eşidib ora gedəndə bibisi oğlu Təqsirləndirilən şəxs ilə atası Mahmud Əsgərovun birbirlərinin ünvanına söyüş söydüyünü görüb onlara yaxınlaşaraq nə səbəbə bir-birlərini söydüklərini maraqlanmaq istəyəndə atası buna məhəl qoymayaraq onu və Vüqarı yenidən söyməyə davam etmiş və Vüqarla onu evdən qovalamağa çalışmışdır. Sonra da atası əsəbi olduğu üçün stolun üstündən boş araq butulkasını götürüb Vüqarın başından vurmuş, Vüqar da həmin vaxtı əli ilə atasının sinəsindən itələyəndə atası əsəbləşib evin həyətindən yabanı gətirib yaba ilə Vüqarı yenidən hədələyib onun ünvanına söyüş söyməyə davam etmiş, sonra da yabanın arxa hissəsi ilə birinci Vüqarın başından, sonra isə qolundan vurmuş, yabanın uc hissəsi də Vüqarın qoluna batmışdır. Həmin vaxtı Vüqar atasına “hünərin çatır yabanı mənim qoluma yox ürəyimə sox” dedikdə özü mübahisənin daha da böyüdüyünü görüb onları aralaşdırmış və Vüqarı oradan göndərmişdir. Atası da özünə məxsus “Zil” markalı maşını sürüb getmişdir. Daha sonra isə özü yol ilə gedəndə Vüqarın arx dedikləri yerin yanında kolluğun arxasında gizləndiyini görmüş, həmin vaxtı atası maşını ilə Vüqar gizləndiyi yerdən keçdikdən sonra Vüqar onu görüb kolluğun arxasından çıxmış və ikisi bir yerdə daimi yaşadıqları evə tərəf gedəndə yolda Vüqarı atasının sərxoş olduğunu, onu yola verməyini, mübahisələrini başqa vaxt ayıq başla etmələri barədə başa salmış, həmin vaxtı evləri tərəfdən şüşə qırıntılarının səsini eşidib qaça-qaça evlərinə tərəf gedəndə Ruslan adlı işıq işçisinin maşınının evlərinin darvazasının qarşında olduğunu, atasının da əlindəki yaba ilə həmin maşının şüşələrini sındırdığını görmüş, maşının sahibi, yəni Ruslan özü isə orada olmamışdır. Atası həddindən artıq sərxoş olduğu üçün onun daha da əsəbləşəcəyindən ehtiyatlanıb atasından nəyə görə maşının şüşələrini sındırması barədə ondan heçnə soruşmayıb evlərinə su içməyə getmişdir. Atası həmin günü həddindən artıq araq içdiyi üçün özü də nə etdiyini bilməmiş, o dərəcə də içmişdir ki, hətta əynindəki koftasını və maykasını da çıxartmış, əynində eləcə şalvar olmuşdur. Evdən su içib çıxandan sonra uzaqdan işıq işçisi olan Ruslanın qonşunun həyətinə tərəf keçdiyini görmüş, atası da həmin vaxtı maşını ilə üzü kəndin dayanacağına tərəf sürüb getmişdir. O da tez Ruslanın yanına gedib ona üzrxahlıq etmiş və maşının təmiri üçün nə qədər pul lazımdırsa ona verəcəyini bildirmişdir. O isə ona artıq bu barədə polisə müraciət etdiyini bildirmiş, sonradan isə onların qapısına polislər gəlmişlər. Həmin vaxtı artıq saat təxminən 20 radələri olmuşdur. Polislər onların qapısında olan zaman kimsə polis əməkdaşlarına zəng edib kənd dayanacağının yanında bir nəfər şəxsin bıçaqlanması barədə məlumat vermişdir, polislər də təcili həmin yerə getmişlər. Sonradan o özü də həmin yerə gedəndə bıçaqlanan şəxsin atası olduğunu görmüş, həmin vaxtı atası artıq vəfat etmişdir. Hadisə yerində olanda bilmişdir ki, atasını Vüqar öldürübdür. Babası özü də sonradan onlara Vüqarın atasını öldürdükdən sonra atasıgilin evlərinə getdiyini, həmin vaxtı orada olan babam Valeh Əsgərovdan halallıq alıb polisə təslim olmağa getdiyini demişdir. O sonradan bilmişdir ki, onların qapısında hadisə baş verən zaman Vüqar onların evlərinə girib oradan bıçaq götürərək atasının arxasınca gedibdir. Ancaq Vüqarın nəyə görə gedib onlardan bıçaq götürdüyünü, nə vaxt götürdüyünü o bilməmişdir. Ola bilsin ki, maşın yiyəsi olan Ruslanla söhbət edən zaman Vüqar onların evinə gedibdir. Vüqar onlardan atasına məxsus bıçaq götürdükdən sonra atasının arxasınca düşmüş, kənd dayanacağının yanında da atasını görüb onunla yenidən mübahisə edən zaman bıçaqla iki dəfə atasını vuraraq onu öldürmüşdür. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, atası Vüqarın ünvanına söyüş söydüyü üçün o bundan əsəbləşərək qisas almaq məqsədilə atasını öldürmüşdür. Əvvəllər Vüqarla atasının arasında heç vaxt hər hansısa bir ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Tovuz şəhərində yaşayır. xx xxxx 2020-ci il tarixdə həbs olunmuş Təqsirləndirilən şəxs onun doğma oğludur. xx xxxx 2020-ci il tarixdə günorta saat 13-14 radələrində şəhər ərazisində oğlu Vüqar və adını bilmədiyi onun bir nəfər dostu ilə pivə içən zaman Vüqara zəng gəlmiş və o, dostu ilə birlikdə harasa getmişdir. Təxminən 2-3 saatdan sonra Vüqara zəng edib harada olduğunu maraqlananda sonuncu ona dayısı Mahmudun tək yaşadığı evində olduğunu, dayısı ilə yeyib-içdiklərini demiş, sonra isə o özü də Mahmudgilə getmişdir. Ora gedəndə Vüqarla Mahmud artıq yeyib-içirmişlər. Ora getdikdən sonra onlar üçü birlikdə yeyib-içməyə davam etmiş, yeməkləri və araqları qurtardığı üçün Mahmud mağazaya gedib yeməyə kolbasa, sosiska və araq alıb gətimiş, həmin bazarlığın pulunu da Vüqar özü Mahmuda vermişdir. Mahmud mağazaya getdikdən təxminən yarım saat sonra qonşuları olan Akiflə birlikdə evə qayıtmış, Akif özü də onlarla 5-10 dəqiqə oturduqdan sonra çıxıb getmişdir. Üçü birlikdə yeyib-içən zaman Mahmud həmişəki kimi heç bir səbəb olmadan nalayiq ifadələr işlətməyə başlamış, sonra isə onunla Vüqarın ailəsinə də söyüş söyüb onları evlərindən qovalamağa çalışmışdır. Vüqar da Mahmudun onun ailəsinin və uşaqlarının ünvanına söyüş söyməsini götürə bilməmiş və dayısına onun həyat yoldaşının onun bacısı qızı olduğunu, nəyə görə arvadını və uşaqlarını söydüyünü bildirən də Mahmud daha da hiddətlənib nalayiq söyüşlər söyməyə davam etmişdir. O özü də Mahmuda etdiyi hərəkətin ayıb olduğunu, söydüyü söyüşlərin düzgün olmadığını deyib ona əsəbləşəndə Vüqar özü onun əsəbləşdiyini görüb onu evlərinə göndərmişdir. Sonradan isə onların mübahisəsinin necə bitdiyindən məlumatı olmamışdır. Evə gəldikdən sonra da içkili olduğu üçün yatmış, həmin günün səhəri, yəni xx.xx.2020-ci il tarixdə bilmişdir ki, Mahmudgildən getdikdən sonra Vüqarla Mahmudun mübahisəsi daha da böyümüş, həmin vaxtı Mahmud Vüqarı birinci boş araq butulkası ilə, sonra isə yaba ilə vurmuş, səs-küyə Mahmudun oğlu Bəhruz gəlib onları aralamışdır. Sonra isə onların mübahisəsi Mahmudun ailəsi ilə birlikdə daimi yaşadığı evin qarşısında davam etmiş, həmin vaxtı Vüqar Mahmudun evindən bıçaq götürüb onun arxasınca gedərək kənd ərazisində yerləşən “dayanacaq” deyilən yerdə onunla rastlaşıb, həmin vaxtı ondan yenə nə səbəbə onun arvadını və uşaqlarını söydüyünü soruşanda Mahmud yenidən Vüqarın ailəsinə söyüş söydüyü üçün o əlində olan bıçaqla iki dəfə Mahmudu vurub öldürmüşdür. Daha sonra isə mən evdə yatan zaman Vüqar evə gəlib və ana babasından halallıq alaraq gedib polisə təslim olubdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Məmmədov X17 Səfərovla eyniməzmunlu ifadə verərək işin halları ilə bağlı onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Tovuz şəhərində yaşayır. xx xxxx 2020-ci il tarixdə həbs olunmuş Təqsirləndirilən şəxs onun doğma oğludur. xx xxxx 2020-ci il tarixdə axşam saat 20 radələrində evdə olan zaman Vüqar onlara gəlib dayısı, yəni doğma qardaşı olan X13 bıçaqla vurub öldürdüyünü deyəndə şoka düşmüş, ondan nə səbəbə dayısını öldürdüyünü soruşanda isə Vüqar ona dayısının onun arvadını və uşaqlarını söydüyünü, bu səbəbə də onu öldürdüyünü deyib ondan atasının, yəni babasının harada olmasını soruşmuş, o da babasının otaqda uzandığını deyəndə Vüqar babasının uzandığı otağa keçib onu ayaqlarından qucaqlayaraq halallıq istəyib oğlu Mahmudu öldürdüyünü bildirmişdir. Atası yaşlı adam olduğundan ağlı başında olmadığı üçün Vüqara “yaxşı edibsən” demiş, daha sonra isə Vüqar evdən çıxıb getmişdir. Onun arxasınca çağırıb hara getdiyini soruşduqda isə Vüqar polisə təslim olmağa getdiyini demişdir. Sonradan isə bilmişdir ki, hadisə baş verən günü oğlu Vüqarla qardaşı Mahmud birlikdə qardaşının Yuxarı Öysüzlü kəndində yerləşən evində birlikdə yeyib-içiblər. Həyat yoldaşı Firudin Səfərov da sonradan qardaşıgilə gedibdir. Lakin orda çox oturmayıb çıxıb evə gəlibdir. Qardaşı ilə oğlu yeyib-içən zaman qardaşı sərxoş olduğu üçün Vüqara qarşı söyüş söymüş, Vüqar da ondan nə səbəbə söyüş söydüyünü soruşanda qardaşı əsəbləşərək onu yaba ilə vurmuş, yaranmış səs-küyə həmin vaxtı qardaşının yaxınlıqda yerləşən digər evindən oğlu Bəhruz da ora getmiş və onları aralamışdır. Sonra da onlar qardaşının ailəsi ilə birlikdə yaşadığı digər evə getmişlər. Orada da qardaşı ilə Vüqarın arasında söz-söhbət olmuş, sonra da Vüqar qardaşıgildən götürdüyü bıçaqla onu təqib edərək kənd ərazisində yerləşən “dayanacaq” deyilən yerdə onunla rastlaşıb, həmin vaxtı ondan yenə nə səbəbə onun arvadını və uşaqlarını söydüyünü soruşanda qardaşı Mahmud yenidən Vüqarın ailəsinə söyüş söydüyü üçün o əlində olan bıçaqla iki dəfə qardaşına vurub onu öldürümüşdür. Vüqarla qardaşının arasında əvvəllər hər hansı bir ədavət və ya düşmənçilik olmamış, Vüqar qardaşını onun arvadına və uşaqlarına söyüş söydüyü üçün öldürmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Tovuz rayonunun Ağdam kəndində yaşayır, 2020-ci ilin aprel ayından etibarən “xxxx” ASC-nin Tovuz rayon şöbəsində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi üzrə nəzarətçi mühəndis vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində abonent X14 məxsus evin işıq sayğacının göstəricilərini yazmaq üçün həmin evə getmiş, evin həyətinin qarşısında ev yiyəsini səsləsə də cavab verən olmadığı üçün həmin evə daxil olub işıq sayğacının göstəricilərini yazmış, həmin vaxtı özünə məxsus **-BB-*** dövlət nömrə qeydiyyat nişanlı Vaz 21 06 markalı avtomobilini də evin girişində saxlamışdır. İşıq sayğacının üzərini yazıb evdən çıxdıqdan sonra ev yiyəsi olan Mahmud Əsgərov gövdədən yuxarı lüt vəziyyətdə əlində yaba ilə onun üzərinə gəlib ondan onun evinə nə səbəbə gəldiyini, nəyə görə onun işığını kəsdiyini deyib ünvanına söyüş söyməyə başladıqda onun ayaq üstə dayana bilmədiyini görüb içkili olduğunu fikirləşdiyi üçün onunla mübahisə etməyib qaçaraq oradan aralaşıb yol kənarında olan kolluğun arxasında gizlənmişdir. Həmin vaxtı da Mahmud əsəbi halda onun maşınının şüşələrini sındırmağa başlamışdır. Sonradan isə Mahmudun onun arxasınca öz maşını ilə gəldiyini görüb onu görəcəyindən qorxduğu üçün kolluğun arxasından çıxıb yaxınlıqda olan qonşunun həyətinə keçərək orada gizlənmişdir. Mahmud maşını sürüb getdikdən sonra isə onun oğlu Bəhruz onun yanına gəlib ondan atasının etdiyi hərəkətlərə görə üzrxahlıq etmişdir. Sonra isə bu barədə polisə şikayət etməməyini xahiş etsə də ona artıq gec olduğunu və polisə məlumat verdiyini demişdir. Sonradan isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polislər hadisə yerində olan zaman onlar bilmişlər ki, kənd ərazisində kimsə bıçaqlanıbdır. Sonradan isə o bilmişdir ki, kolluğun arxasında gizlənən zaman Mahmudun bacısı oğlu Vüqar həmin yerə gəlib və Mahmudun onunla da mübahisəsi düşüb, Vüqar da Mahmudgildən bıçaq götürərək onun arxasınca gedərək kənd ərazisində olan dayanacaq deyilən yerdə onunla rastlaşıb əlindəki bıçaqla vurub onu öldürmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 Zeynalabdı oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 Zeynalabdı oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin məsul növbətçisi vəzifəsində işləyir, rütbəsi polis mayorudur. xx xxxx 2020-ci il tarixdə saat 09:00-dan xx xxxx 2020-ci il tarixdə saat 09:00-dək polis serjantı Üzeyir Bayramov ilə növbədə olmuşlar. xx xxxx 2020-ci il tarixdə saat 20:40 radələrində Tovuz TTY-dən rayon polis şöbəsinə 1970-ci il təvəllüdlü X12 Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yolun kənarında aldığı bıçaq xəsarətləri nəticəsində ölməsi barədə məlumat daxil olmuş, təxminən 5-10 dəqiqə sonra isə Tovuz RPŞ-nin növbətçi hissəsinə özünü Tovuz şəhər sakini Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs yaxınlaşıb həmin günü saat 20 radələrində dayısı Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini X13 aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ailə üzvlərinin və özünün ünvanına söyüş söyməsini qəbul etməyərək dayısının evindən götürdüyü bıçaqla onu Tovuz rayonunun Yuxarı Öysüzlü kəndininin ərazisində yerləşən dayanacaq deyilən yerdə iki dəfə bıçaqla vurub öldürdüyünü və həmin bıçağı hadisə yerinə atması barədə məlumat vermişdir. Həmin şəxsin hərəkətlərində onun aqressiv olduğu görünmüş, tərəfindən isə bu barədə həmin şəxsin iştirakı ilə “Könüllü gəlib təqsirini boynuna alma barədə” protokol tərtib edilmişdir və baş vermiş hadisə barəsində dərhal Tovuz rayon prokurorluğuna məlumat vermişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli Tovuz rayon prokurorluğunun müstəntiqi Natiq Əmirovun raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 20:45-də Tovuz rayon PŞ-dən rayon prokurorluğuna Tovuz rayonu Yuxarı Öysüzlü kənd Təqsirləndirilən şəxs dayısı, Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini X13 öldürməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində, kəndin girəcəyinin 2- kmliyində “Dayanacaq” deyilən yerdə yerləşir. Baxış zamanı hadisə yerindən üzərində qanabənzər ləkələrin hopmuş olduğu 01 ədəd mobil telefon, 01 cüt ayaqqabı, 01 ədəd tiyəsinin uzunluğu 26.5 sm, dəstəyinin uzunluğu 14.5 sm, ümumi uzunluğu 41 sm olan bıçaq, eləcə də üzərində qanabənzər ləkələrin hopmuş olduğu torpaq nümunələri və pambıq tampon vasitəsilə götürülmüş 01 ədəd nümunə götürülmüş, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx xxxxxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X15 məxsus 01 ədəd belində qara rəngli dəri kəməri olan qara rəngli cins şalvar və 01 ədəd tünd göy rəngli trusik götürülmüş, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx xxxxxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Paltarların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd göy rəngli ayaq hissəsində sol və sağ yan, arxa və yan tərəflərində cibləri olan göy rəngli cins şalvar və 1 ədəd ağ rəngli dama-dama arxa boyun hissəsində “SİGMEN” yazısı olan köynək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 3 növ bıçaq içərisində “1” nömrə altında işarələnmiş göstərərək bildirmişdir ki, xx.xx.2020ci il tarixdə saat 20 radələrində dayısı X15 məhz həmin bıçaqla vuraraq xəsarətlər yetirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “MTE və PA” ETT birliyinin xx xxxx 2020-ci il tarixli, 463 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol bazu nahiyyəsinin deşilmiş yarası, sol təpə-ənsə nahiyyəsinin qançır-şişkinliyi və səthi yarası müayinədən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni yaba ilə vurma nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 4(062)-24/2020 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Tovuz Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx xxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə xx xxxx 2020-ci il tarixdə ifadəsi yerində yoxlanarkən o, dayısı Mahmud Əsgərovun ailəsi ilə birlikdə daimi yaşadığı evdən sonuncuya məxsus bıçağı götürdüyü, ilk dəfə və daha sonra dayısına bıçaq zərbələri yetirdiyi, hadisədən sonra bıçağı atdığı yerləri göstərərək törətdiyi cinayəti təkrar səmimi etiraf etmiş və bu barədə fotoçəkiliş aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Könüllü olaraq gəlib təqsirini boynuna alma barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə könüllü olaraq Tovuz RPŞ-nə gələrək təxminən 15 dəqiqə əvvəl o, yaşadıqları Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində, el arasında “Dayanacaq” deyilən yerdə öz doğma dayısı Mahmud Əsgərova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürmüş, bıçağı isə hadisə yerində tullamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz RİH Başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəsi Y.İbrahimov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2276 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri Sem-Zavod qəsəbəsi ev 5-də qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz RİH Başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəsi Y.İbrahimov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2277 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri Sem-Zavod qəsəbəsi ev 5-də qeydiyyatda olmaqla, atası xx.xx.1967-ci il təvəllüdlü X16, anası xx.xx.1960-cı il təvəllüdlü Şahid3, qardaşı xx.xx.1987-ci il təvəllüdlü X20 və qardaşı xx.xx.1994-cü il təvəllüdlü X4 ibarət ailə tərkibi var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz RİH Başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəsi Y.İbrahimov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2275 nömrəli xasiyyətnamədən görünür ki, Tovuz şəhəri Sem-Zavod qəsəbəsi ev 5-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Tovuz şəhəri ərazisində yaşadığı müddət ərzində onun və ailə üzvlərinin barəsində Tovuz RİH Başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinə heç bir şikayət ərizəsi və ləkələyici material daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 393 nömrəli “Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanıı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ-İİ 217336 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X5 xx.xx.2017-ci il tarixdə nikahlarını bağlamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxx 2017-ci il tarixli AZ-İİİ 995871 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, xx xxxx 2017-ci il təvəllüdlü X3 Vüqar Firudin oğlunun oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxxxx 2017-ci il tarixli AZ-İİİ 995870 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, xx xxxxxx 2015-ci il təvəllüdlü X1 Vüqar Firudin oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə mərhum X12 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 20 saylı rəyindən görünür ki, X12 meyitində aşağıdakı xəsarətlər aşkar edildi: -döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən ürək kisəsini, ürəyin sol mədəciyini və sağ qulaqcığını zədələyən deşilmiş-kəsilmiş yarası (2x0.8sm ölçüdə) aşkar olunmuşdur. Yara ayaq altından 127sm yuxarıda yerləşmişdir. Yara kanalının uzunluğu 16sm-dir, istiqaməti isə soldan sağa, öndən-arxaya və aşağıdan-yuxarıya doğrudur. -qarın nahiyəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası; Qeyd edilən yaralar ülgucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətlə (əşya ilə) yetirilən iki zərbə nəticəsində onun ölümündən az əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən ürək kisəsini, ürəyin sol mədəciyini və sağ qulaqcığını zədələyən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir, qarın nahiyəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdir. Qeyd edilən xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla əmələ gələ bilməsi istisna edilmir. X12 ölümünə səbəb döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən ürək kisəsini, ürəyin sol mədəciyini və sağ qulaqcığını zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan kəskin qan itirmə və şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, M.V.Əsgərovun ölümü meyitin meyitxanada müayinəsi başlanandan 2-3 saat əvvəl baş vermişdir. X12 meyiti üzərində olan deşilmiş-kəsilmiş yaranın yara kanalının istiqamətini nəzərə alaraq demək olar ki, M.V.Əsgərov xəsarət yetirilən anda ayaq üstü vəziyyətdə ola bilərdi. X12 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 3.0% (promilli) olmuşdur, bu da onun sağlığında GÜCLÜ dərəcəli sərxoşluq əlamətlərinə dəlalət edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə trasoloji və ballistik ekspertizasının 3/809; 3/810 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış deşici, kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və hər hansı əlavə və ya dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “X6” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində yerləşmə yeri və sayı göstərilməklə təsvir edilən zədə vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Tədqiqata təqdim edilmiş şalvarın üzərində olan zədə qarşılıqlı mübarizə zamanı yaranması mümkündür, o cümlədən də qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilər. Təqdim olunmuş paltarlar üzərində yerdə sürtünməyə və yerə yıxılmaya xarakterik iz zədələr yoxdur. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş paltarlar.....” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş geyim əşyalarının səthində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-lifli materialların tədqiqi ekspertizasının 6/1411 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X19 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında- Mahmud Əsgərovun şalvarının üzərindən tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Mahmud Əsgərovun şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 423/179 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, İMPULSİV TİP XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.31 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli inkafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 654 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi bioloji ekspertizasının 540/2020-MTBŞ saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, zərərçəkmiş X12 qan qrupu –O /İ/-. Təqsirləndirilən Təqsirləndirilən şəxs qan qrupu –O /İ/-. Təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqələrinin kserosürətinə əsasən. Ekspertizaya təqdim olunmuş X12 şalvarı və ona keçirilmiş kəmər, Təqsirləndirilən şəxs məxsus şalvar və qısaqol köynək, hadisə yerində gigiyenik çubuqlu pambıq tampona hopdurulmuş nümunə, hadisə yerindən götürülmüş mobil telefon, bıçaq, bir cüt ayaqqabı və iki ədəd paketə qablaşdırılmış torpaq nümunələrinə qarışmış kiçik daş parçaları üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. “H” antigeni O/İ/ qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən X15 məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilməklə həmin Məcəlləsinin 120.1-ci maddəsi ilə yenidən təqsirləndilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə yenidən ittiham elan olunamsına, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 221 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilməklə və bunlara dair material ayrılaraq qeydiyyata alınmaqla rayon prokurorluğunun arxivinə saxlanılması üçün təhvil verilməsinə, istintaq zamanı xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş üzərində qanabənzər ləkələrin hopmuş olduğu 01 ədəd mobil telefon, 01 cüt ayaqqabı, 01 ədəd tiyəsinin uzunluğu 26.5 sm, dəstəyinin uzunluğu 14.5 sm, ümumi uzunluğu 41 sm olan bıçaq, eləcə də üzərində qanabənzər ləkələrin hopmuş olduğu torpaq nümunələri və pampıq tampon vasitəsilə götürülmüş 01 ədəd nümunə, eyni zamanda xx.xx.2020-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş meyitin əynində olmuş 01 ədəd belində qara rəngli dəri kəmər olan qara rəngli cins şalvar və 01 ədəd tünd göy rəngli tursik, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd ağ rəngli köynək öz xüsusiyyətlərinə və əlamətlərinə, eləcə də aşkar olunduğu yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmasına və məhkəmənin qərarı ilə qanuni həllini tapanadək rayon prokurorluğunda saxlanılmasına, baş vermiş hadisə nəticəsində X12 faktına görə sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən məhkəməyə təqdim edilmiş və notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş edir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsin hüquqi varisnin ondan heç bir şikayət və ya tələbinin olmamasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, könüllü olaraq gələrək təslim olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, könüllü olaraq gələrək təslim olmasını) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 14 ilin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Könüllü olaraq gəlib təqsirini boynuna alma barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə könüllü olaraq Tovuz RPŞ-nə gələrək təxminən 15 dəqiqə əvvəl o, yaşadıqları Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində, el arasında “Dayanacaq” deyilən yerdə öz doğma dayısı Mahmud Əsgərova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürmüş, bıçağı isə hadisə yerində tullamışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 4(062)-24/2020 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Tovuz Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət xüsusi ilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsimüəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut olub və Tovuz rayon Prokurorluğunda saxlanılan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş üzərində qanabənzər ləkələrin hopmuş olduğu 01 ədəd mobil telefon, 01 cüt ayaqqabı, eyni zamanda xx.xx.2020-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş meyitin əynində olmuş 01 ədəd belində qara rəngli dəri kəməri olan qara rəngli cins şalvar və 01 ədəd tünd göy rəngli trusik, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd ağ rəngli köynək qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 01 ədəd tiyəsinin uzunluğu 26.5 sm, dəstəyinin uzunluğu 14.5 sm, ümumi uzunluğu 41 sm olan bıçaq, eləcə də üzərində qanabənzər ləkələrin hopmuş olduğu torpaq nümunələri və pambıq tampon vasitəsilə götürülmüş 01 ədəd nümunə məhv edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 179 (yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2 maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Firudun oğlunun maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs Firudun oğlundan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Tovuz rayon Prokurorluğunda saxlanılan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş üzərində qanabənzər ləkələrin hopmuş olduğu 01 ədəd mobil telefon, 01 cüt ayaqqabı, eyni zamanda xx.xx.2020-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş meyitin əynində olmuş 01 ədəd belində qara rəngli dəri kəməri olan qara rəngli cins şalvar və 01 ədəd tünd göy rəngli trusik, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd ağ rəngli köynək qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 01 ədəd tiyəsinin uzunluğu 26.5 sm, dəstəyinin uzunluğu 14.5 sm, ümumi uzunluğu 41 sm olan bıçaq, eləcə də üzərində qanabənzər ləkələrin hopmuş olduğu torpaq nümunələri və pambıq tampon vasitəsilə götürülmüş 01 ədəd nümunə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində X29 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Elmin Rüstəmov
2. Faiq Mahmudov
3. Xəqani Səmədov