Məhkəmə qərarları › İş №1(100)-280/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-280/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-280/2021 02.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1977-ci ildə Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 3-cü döngə, ev 2-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 0,640 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 28 fevral 2021-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən F.Əmirov parkında saxlanılaraq Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə, 0,640 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, təmiz çəkisi 48,864 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 04 aprel 2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Xəmsə” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 2 ədəd iç-içə qoyulmuş polietilen kəsiyi bükümündə təmiz çəkisi 48,864 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, dəqiq məlum olmayan vaxtda və mənbədən 01 ədəd 3352-12 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində, Tula zavodunda istehal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz və atəşə yararlı yivsiz odlu ov silahını (obrez) əldə edib daşıyaraq yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 24-cü küçədə yerləşən fərdi yaşayış evinin yaxınlığındakı yaşayış olmayan yarımtikilidə saxlamış, Gəncə şəhər, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 05 aprel 2021-ci il tarixdə saat 00 radələrində onun yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 24-cü küçədə yerləşən fərdi yaşayış evinin yaxınlığındakı yaşayış olmayan yarımtikiliyə baxış keçirilən zaman həmin yarımtikilidə divarın küncündən 01 ədəd 3352-12 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində, Tula zavodunda istehal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz və atəşə yararlı yivsiz odlu ov silahı (obrez) aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 234.4.2, 234.4.3 və 228.1-ci mаddələri ilə nəzərdə tutulan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildir ki, narkotik vasitə heroini burnuna çəkərək istifadə edir. Təxminən 2020-ci ilin fevral ayının ortalarında günü dəqiq xatırlamadığı vaxtda o, Bakı şəhərinə gedərkən bir nəfər şəxslə tanış olmuş, həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bildikdən sonra ona narkotik vasitə olan heroin təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxsdən 25 manat qarşılığında 1 qram heroin almış, daha sonra Gəncə şəhərinə gələrək həmin heroinin bir qismini istifadə etmişdir. 28.02.2021-ci il tarixdə yaşadığı evdən çıxaraq D.Qorqud küçəsində yerləşən F.Əmirov parkında gəzmiş, həmin vaxt heroin bükülüsü də, əynində olan şalvarın sol yan cibində olmuş, o, orada gəzərkən iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görmüş, həmin şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirib, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları olduqlarını bildirərək onu Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına aparmışlar. Onun üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən içərisində heroin olan bükülü aşkar edilmişdir. Bundan başqa o, 04.04.2021-ci il tarixdə Bakıdan gələn zaman Pribor deyilən yerdə bir neçə nəfər mülki geyimli polis əməkdaşı avtomobili saxladaraq onu yanındakı sürücü ilə birlikdə Nizami RPİ-nə gətirmişlər. Həmin vaxt onun üzərində şəxsi istifadəsi üçün təxminən 1 qram narkotik vasitə heroin olmuşdur. Polis idarəsində onun narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını demiş və onu narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün tutaraq qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, həmin narkotik vasitə olan heroin onun üzərindən aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşlarının təhdidi nəticəsində üzərindəki heroindən dəfələrlə çox miqdarda olan narkotik vasitə olan heroini, həmçinin onun yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinin yanındakı yarımtikilidən aşkar edilmiş ov tüfəngini öz üzərinə götürmüş və video çəkiliş zamanı heç bir etiraz etməmişdir. Əldə edib üzərində saxladığı narkotik vasitə olan heroini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. O, həmin narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 28.02.2021-cı il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngə, ev 2, mənzil 28-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi 24-cü küçədə yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat Şahid1 tərəfindən idarə rəhbərliyinə raportla məruzə edildikdən, sonra yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən F.Əmirov parkında saxlanılaraq Gəncə şəhər, Kəpəz RPİ-yə dəvət edilmiş, Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmiş, Gəncə şəhər,Kəpəz RPİ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək X2 müdafiəçisi kimi iştirakı təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü aşkar edilmiş, həmin bükümün içərisinə baxış zamanı narkotik vasitə heroin aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkinin “kakos” olduğunu özünə məxsus olduğunu, Bakı şəhərində 20 fevral 2021-ci il tarixdə saat 17 radələrində tanımadığı şəxsdən 25 manat qarşılığında özü istifadə etmək üçün aldığını demiş, sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə ümumi çəkisinin 0,81 qram olması müəyyən edilmiş, sonra zərfin üzərinə müvafiq qeydlər aparılmış, qeyd uca səslə oxunduqdan sonra tərəfimizdən imzalanmış, aşkar edilmiş kütlə zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, qablaşdırılıb möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Bununla da, şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdırılmışdır. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da, hər hansı bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami prospektində yerləşən “Xəmsə” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami RPİ-yə dəvət edilmiş, Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinində iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən 2 ədəd iç-içə qoyulmuş sellofan bükülü aşkar edilmiş, həmin bükülünün içərisinə baxış zamanı narkotik vasitə heroin aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkinin heroin olduğunu, həmin gün səhər saatlarında Xan sarayı tərəfdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını demiş, sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə ümumi çəkisinin təxmini 50 qram olması müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlə qablaşdırılıb möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs digər hər hansı bir yerdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya saxlayıb-saxlamaması soruşulmuş, Təqsirləndirilən şəxs isə yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 24-cü küçədə yerləşən fərdi yaşayış evinin yaxınlığında yarımtikilidə lüləsi və qundağı kəsilmiş ov silahı (obrez) saxladığını, həmin yeri göstərə biləcəyini demişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdırıldıqdan sonra Gəncə şəhəri, Məhsəti qəsəbəsi 24-cü küçədə yerləşən yarımtikiliyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yarımtikilinin içərisində divarın küncünə yaxınlaşaraq ağ rəngli sellofan torbanı göstərmiş, həmin torbanın içərisindən qoşa lülə, lüləsi və qundağı kəsilmiş silah aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı zibillikdən tapdığını, xoşu gəldiyi üçün həmin silahı saxladığını, həmin silahla hər hansı bir hadisə törətmədiyini bildirmiş, bundan sonra həmin silah qablaşdırılıb möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 oxşar məzmunlu ifadə verərək şаhid Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 28 fevral 2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd alışqan, əynində olan qara rəngli şalvarının sol yan cibindən kağıza bükülmüş içərisində qəhvəyi rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Həmin kağıza bülüklmüş kütlə kağızla birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin ümümumi çəkisi 0,81 qram gəlmişdir. Həmin kütlə 1 ədəd zərfdə qablaşdırılıb üzəri AR DİN-in 120 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 04 aprel 2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli isti qış gödəkçəsinin iç tərəfdə, sol qoltuqaltı hissəsindən ağ rəngli polietilen torbacıqda kütlə aşkar olunmuş, həmin polietilen torba açıqldıqda içərisindən tünd qəhvəyi rəngli, toz halında olan, narkotik vasitə olan “Heroinə” oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə içərisində olduğu sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin ümümumi çəkisi 50.76 qram gəlmişdir. Həmin kütlə 1 ədəd zərfdə qablaşdırılıb üzəri AR DİN-in 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 05 aprel 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 24-cü küçədə yerləşən fərdi yaşayış evinin yaxınlığında yerləşən yarımtikiliyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin yarımtikilidə otaqların birində sellofana bükülmüş halda 1 ədəd silah gizlətdiyini bildirmiş və həmin silahın yerini göstərmişdir. Baxış zamanı torpağın üzərində, divarın küncündə ağ sellofana bükülmüş halda olan 1 ədəd lüləsi və qundağı kəsilmiş, yanaşı qoşalüləli, üzərində nömrəsi olmayan silah aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin silahın ona məxsus olduğunu və həmin silahı təxminən 20 gün əvvəl yaşadığı küçədə məişət tullantılarının atıldığı yerdən tapdığını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 15 aprel 2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol iç cibindən 2 ədəd iç-içə qoyulmuş sellofan bükülü aşkar edilir. Həmin bükümün içərisinə baxış zamanı narkotik vasitə heroin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkinin heroin olduğunu, həmin gün səhər saatlarında Xan sarayı tərəfdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını deyir. Sonra həmin kütlə elektron tərəzidə çəkilir, bükümlə birlikdə ümumi çəkisinin 50,76 qram olması müəyyən edilir. Sonra zərfin üzərinə müvafiq qeydlər aparılır, qeyd uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanır, aşkar edilmiş kütlə zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanır, qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bundan sonra Təqsirləndirilən şəxs digər hər hansı bir yerdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya saxlayıb-saxlaması soruşulur, Təqsirləndirilən şəxs isə yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 24-cü küçədə yerləşən fərdi yaşayış evinin yanındakı yarımtikilidə lüləsi və qundağı kəsilmiş ov silahı (obrez) saxladığını, həmin yeri göstərə biləcəyini deyir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 24 aprel 2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi 24-cü küçədə yerləşən yarımtikiliyə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs yarımtikilinin içərisində divarın küncünə yaxınlaşaraq ağ rəngli sellofan torbanı göstərir. Həmin torbanın içərisindən qoşa lülə, lüləsi və qundağı kəsilmiş silah aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı zibillikdən tapdığını, xoşu gəldiyi üçün həmin silahı saxladığını, həmin silahla hər hansı bir hadisə törətmədiyini bildirir. Bundan sonra həmin silah qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2021-ci il tarixli 16/316 nömrəli ekspert rəyindən görünür ki, üzərində “04.04.2021-ci il tarixdə şəxsi axtarış zamanı vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 50,76 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə...” sözləri olan kağız paketdəki 2 (iki) ədəd iç-içə qoyulmuş polietilen kəsiyi bükümündə təmiz çəkisi 48,864 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli 16/199 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan kağız paketdəki 1(bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,640 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 05 mart 2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız büküm aşkar edilir. Həmin bükümün içərisinə baxış zamanı narkotik vasitə heroin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkinin “kakos” olduğunu, özünə məxsus olduğunu, Bakı şəhərində 20 fevral 2021-ci il tarixdə saat 17 radələrində tanımadığı şəxsdən 25 manat qarşılığında özü istifadə etmək üçün aldığını deyir. Sonra həmin kütlə elektron tərəzidə çəkilir, bükümlə birlikdə ümumi çəkisinin 0,81 qram olması müəyyən edilir. Sonra zərfin üzərinə müvafiq qeydlər aparılır, qeyd uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanır, aşkar edilmiş kütlə zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanır, qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2021-ci il tarixli 16/561 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözlər və imzalar olan kağız paketdə olan heroin ilə üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə müxtəlifdirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 06 aprel 2021-ci il tarixli 21/241R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3352-12 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində, Tula zavodunda istehal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir (obrezdir), texniki cəhətdən sazdır və atəşə yararlıdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 19 mart 2021-ci il tarixli 683 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroinindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 01 mart 2021-ci il tarixli 604 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BaşPolis İdarəsi Nizami Rayon Polis İdarəsinin 26 iyun 2021-ci il tarixli 122-13761-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,640 qram olan və təmiz çəkisi 48,864 qram olan heroinləri satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin 01 mart 2021-ci il tarixli 1111 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayonu 191 nömrəli evlər üçlüyünün 31 avqust 2021-ci il tarixli, 105 nömrəli arayışından görünür ki, X3 oğlu Təqsirləndirilən şəxs himayəsindədir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhər Nizami rayon Məhykəməsinin 05 aprel 2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər Nizami RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 04 aprel 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 28 fevral 2021-ci il tarixli və 04 aprel 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan, 02 mart 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 mart 2021ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmiş, 04 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi məhkəməsinin 19 oktyabr 2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “A” bəndi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 fevral 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmiş, Füzuli-Qubadlı Hərbi məhkəməsinin 22 oktyabr 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30 mart 2006-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 sentyabr 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 180.2.1-ci maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12 mart 2015-ci ildə cəzasının sonu ilə azad edilmiş, İİR Parsabad Ümumi və İnqilab məhkəməsinin 06 aprel 2016-ci il tarixli hökmü ilə narkotik maddə saxlama və şəxsi istifadəyə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 9000 İran rialı məbləğində cərimə olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, İİR Parsabad Ümumi və İnqilab məhkəməsinin 06 aprel 2016-ci il tarixli hökmü ilə məhkum edilmiş vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənməsinə dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, ********* nömrəli məktubuna əsasən qeyd edir ki, İİR Parsabad Ümumi və İnqilab məhkəməsinin 06 aprel 2016ci il tarixli hökmü qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası ərazisində tanınmadığından heç bir hüquqi qüvvəyə malik olmaması nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmasına baxmayaraq həmin narkotik maddəni satış məqsədilə üzərində saxlamamasına, üzərindən aşkar edilmiş heroinin 48,864 qram deyil təxmini 1 qram olmasına, Gəncə şəhəri, Məhsəti qəsəbəsi 24-cü küçədə yerləşən fərdi yaşayış evinin yaxınlığındakı yaşayış olmayan yarımtikilidə aşkar edilmiş ov tüfənginin ona məxsus olmamasına dair ifadələri, özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi, ibtidai istintaq zamanı etiraf edici ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş üzərinə və Gəncə şəhəri, Məhsəti qəsəbəsi 24-cü küçədə yerləşən fərdi yaşayış evinin yaxınlığındakı yaşayış olmayan yarımtikiliyə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 3 ədəd “DVD” diskə baxış protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə və Gəncə şəhəri, Məhsəti qəsəbəsi 24-cü küçədə yerləşən fərdi yaşayış evinin yaxınlığındakı yaşayış olmayan yarımtikiliyə baxış zamanı prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmiş, video çəkilişlər zamanı Təqsirləndirilən şəxs həm 28 fevral, həm də 04 aprel 2021-ci il tarixlərində tutulan zaman üzərindən aşkarlanmış narkotik vasitə heroinin və Gəncə şəhəri, Məhsəti qəsəbəsi 24-cü küçədə yerləşən fərdi yaşayış evinin yaxınlığındakı yaşayış olmayan yarımtikilidən aşkar edilmiş ov tüfənginin ona məxsus olmasını bildirmiş, həmçinin aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkilmiş və Təqsirləndirilən şəxs onun çəkisinə etiraz etməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 13-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəlki cinayətə görə məhkumluq götürüldükdə, ödənildikdə və yaxud cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə təkrarlıq əlaməti yaranmır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram hesab edilir. Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 0,640 qram heroin şəxsi istehlak miqdarından artıq, 48,864 qram heroin isə külli miqdar təşkil edir. Həmin Qərarın 14-cü bəndinin İİ abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən üzərindən müxtəlif vaxtlarda aşkar edilmiş narkotik vasitə heroinin istehlak miqdarından dəfələrlə çox olmasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitə heroini satış məqsədi ilə əldə edərək üzərində saxlaması və daşıması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yaşlı anasının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulması ilə bağlı 28 fevral 2021-ci il tarixli və 04 aprel 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokollarını, 02 mart 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarını və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərarını araşdırıb və Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmasına və CM-nin 158.6-cı maddəsində göstərilən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsinə dair tələbini və Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsini rəhbər tutmaqla hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə 28 fevral 2021-ci il tarixdən 02 mart 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək ümumi cəza müddətinə daxil edilməlidir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 04 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 19 mart 2021-ci il tarixli 683 nömrəli rəyinə əsasən hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 48,614 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,490 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, həmçinin yaşadığı evin yanındakı yarımtikilidən aşkar olunaraq götürülmüş 01 ədəd TOZ-B modelli lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş yivsiz odlu ov silahı xüsusi müsadirə qaydasında Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin silah sürsat anbarına təhvil verilməli və 3 ədəd “DVD” diskin cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 95,20 manat (doxsan beş manat iyirmi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdən 2 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət təyin edilən qəti cəzadan çıxılmaqla onun üzərində 6 (altı) il 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 04 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 48,614 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,490 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, həmçinin yaşadığı evin yanındakı yarımtikilidən aşkar olunaraq götürülmüş 01 ədəd TOZ-B modelli lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş yivsiz odlu ov silahı xüsusi müsadirə qaydasında Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin silah sürsat anbarına təhvil verilsin və 3 ədəd “DVD” diskin cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 95,20 manat (doxsan beş manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar