Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-280/2022 20.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), hakimlər Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, X5 və Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tərtər hərbi məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəriməni tam ödəmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 yanvar 2022-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kirayədə yaşadıqları ünvan 3 ünvanına gedərək əlində olan müəyyən olunmamış bıçağı silah qismində tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib həmin bıçağın yan tərəfi ilə Zərərçəkmiş şəxs3 başına zərbələr vuraraq sonuncunun 113 manat pulunu, 110 manat dəyərində gümüş boyunbağını və 20 manat dəyərində «Tomfort» kişi ətrini tələb edib ələ keçirərək cəmi 243 manat dəyərində əmlakını, həmçinin əlində olan müəyyən olunmamış bıçağı silah qismində tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib həmin bıçağın yan və arxa tərəfi ilə Zərərçəkmiş şəxs1 başına zərbələr vuraraq, Zərərçəkmiş şəxs1 52 manat pulunu və 350 manat dəyərində «Redmi A7» markalı mobil telefonunu tələb edib ələ keçirərək cəmi 402 manat dəyərində əmlakını, həmçinin, əlində olan müəyyən olunmamış bıçağı silah qismində tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib həmin bıçağın yan və arxa tərəfi ilə Zərərçəkmiş şəxs2 başına zərbələr vuraraq Zərərçəkmiş şəxs2 95 manat pulunu, 2600 manat dəyərində «İphone 12 pro» markalı mobil telefonunu, 400 manat dəyərində qızıl boyunbağını və 160 manat dəyərində «Banana Republic» ətrini tələb edib ələ keçirərək cəmi 3225 manat dəyərində əmlakını ümumilikdə zərərçəkmiş şəxslərin 3900 manat dəyərində pul və əmlaklarını ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş üzrə zərər çəkmiş şəxslər olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. 30 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri Yeni qəsəbədə yerləşən «Dəlidağ» kafesində oturub təxminən 400 qram spirtli içki olan araq içdikdən sonra tanışı üçün kirayə ev axtarmaq məqsədilə ona ünvan 4 ünvanında 3 nəfər tələbənin kirayə qaldığı deyildiyindən həmin 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən evə çıxmışdır. Həmin mənzilin qapısını döydükdə bir nəfər gözlərində eynək olan oğlan qapını açmış, həmin oğlandan kirayə ev vermələrini soruşaraq evə daxil olmuş, o evə daxil olduqda evdə üç nəfər oğlan olduğunu görmüşdür. Həmin vaxt sərxoş olduğu üçün cibində olan bıçağı çıxardıb onlardan pullarını istəmiş, həmin vaxt adlarını sonradan bildiyi Sadiq, Kamran və Rüstəm ciblərində olan pullarını çıxardıb ona vermiş, ancaq o nə qədər pul vermələrini saymamış, bundan sonra şkafın üzərində mobil telefonu görüb həmin telefonu da ona vermələrini tələb etmişdir. Həmin vaxt adını sonradan bildiyi Sadiq adlı şəxs həmin telefonu ona vermiş, o da Sadiqə telefonu yerə atmasını, digərlərindən də telefonları yerə atmalarını istəmişdir. Bundan sonra isə həmin şəxslərə telefonların parollarını açmağı bildirmiş, həmin şəxslərdən Sadiq də telefonların parollarını açıb ona vermişdir. Sadiq telefonu ona verən vaxt Sadiqin boğazında gümüş boyunbağı olduğunu görmüş, həmin vaxt əlində olan bıçağı Sadiqə tərəf tutub boynunda olan gümüş boyunbağını ona verməsini tələb etmiş, Sadiq də həmin boyunbağını öz boynundan açıb ona vermiş, bundan sonra o adını sonradan bildiyi Rüstəm adlı şəxsin boynunda qızıl boyunbağı olmasını görüb Rüstəmə yaxınlaşaraq boyunbağını açıb ona verməsini tələb etmiş, həmin vaxt Rüstəm də boğazında olan boyunbağını açıb Sadiqə vermiş, Sadiq də həmin boyunbağını onun boynuna bağlamış, Sadiq boyunbağlarını onun boynuna bağlayan vaxt bıçaq əlində olmuş və o həmin bıçağı uşaqlara tərəf tutmuşdur. Bundan sonra isə o Sadiqin mobil telefonunu özünə qaytarıb, özlərinə də əgər polisə məlumat versələr yenə cəzalandıracağını deyərək mənzildən çıxmış, əlində olan mətbəx bıçağını küçədə ataraq piyada MİDA üçün tikilən evlərin qabağından «Mercedes» markalı taksiyə minərək yaşadığı qəsəbəyə getmişdir. X9 getdikdən sonra onunla bir qəsəbədə yaşayan mobil telefonların alqı-satqısı ilə məşğul olan Emin adlı şəxsin yanına gedib «İphone 12 pro» markalı mobil telefonu Eminə 1000 manata satmış, Eminə həmin mobil telefonun özünə məxsus olmasını bildirmiş, bundan sonra isə Bakı şəhərinə getmişdir. Bakı şəhərində 2 gün qaldıqdan sonra qardaşı Əsgər ona zəng vuraraq polis əməkdaşlarının onu axtardığını deyərək gəlib təslim olmasını istəmiş, o da qardaşı Əsgərin sözü ilə Gəncə şəhərinə qayıtmış, həmin gün qardaşı evdə onunla dalaşıb onu vurmuş, sonra isə onu Kəpəz RPİ-nə gətirib təqdim etmiş, o həmin vaxt götürdüyü qızıl və gümüş boyunbağlarını da özü ilə gətirmişdir. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, Vətən Müharibəsində iştirak etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin Şərabçılıq fakültəsinin 2-ci kurs tələbəsi olaraq Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə bir yerdə ünvan 5 ünvanında kirayədə qaldığı vaxt, 30 yanvar 2022ci il tarixdə, saat 12 radələrində hər üçü kirayədə yaşadıqları evdə olduqları vaxt evin giriş qapısının döyüldüyünü eşitmiş, həmin vaxt evin qapısını açmış, bu vaxt bir nəfər tanımadığı təxminən 30 yaşlarında, arıq bədən quruluşlu, boyu təxminən 170-175 sm hündürlükdə kişi olduğunu görmüş, həmin şəxs evə daxil olduqda əlində 1 ədəd spirtli içki olan “Jaquar” olmuş, həmin şəxs evə daxil olduqdan sonra onlara bir nəfər qohumunun olduğunu və həmin qohumunun onlarla birlikdə kirayədə qalmasını istədiyini bildirmiş, həmin vaxt Sadiq ona qohumunun onlarla birlikdə kirayə qalması üçün şərait olmadığını demişdir. Bundan sonra həmin şəxs əlindəki spirtli içki olan “Jaquarı” içməsi üçün stəkan istəmiş, o da mətbəxdən stəkan gətirmiş, bundan sonra həmin adını bilmədiyi şəxs onlara əyləşib söhbət etməsini istəmiş, o artıq həmin şəxsin hərəkətlərində aqresivlik hiss etmiş, lakin hər üçü Gəncə şəhərində qonaq olduqları üçün etiraz etməyərək oturmuşlar. Bundan sonra həmin şəxs əynində olan cibli jaketin cibindən bıçaq çıxardaraq ona yaxınlaşıb həmin bıçağı qarın nahiyəsinə tərəf tutaraq pullarını istəmiş, həmin vaxt onunla bir otaqda qalan Sadiqin pul qabı stolun üstündə olduğu üçün Sadiq pul qabından 113 manat pulunu çıxardıb həmin şəxsə vermiş, bundan sonra həmin şəxs yenə bıçağı ona tərəf daha da yaxınlaşdıraraq Zərərçəkmiş şəxs2 da pullarını istəmiş, Rüstəm də cibində olan 95 manat pulunu çıxardıb həmin şəxsə vermiş, bundan sonra isə ondan da pullarını verməsini tələb etmiş, həmin vaxt o da cibində olan 52 manat pulu cibindən çıxardıb vermişdir. Həmin şəxs aldıqları pulları əynində olan şalvarın sol yan cibinə qoymuş, pulları aldıqdan sonra bıçağın kəsici tərəfini tərsinə tutaraq onun başına bir zərbə vurub telefonlarını istəmiş, sonra isə yanlarında dayanmış Sadiqə yaxınlaşaraq əlində olan bıçağın kəsici tərəfini tərsinə tutaraq Sadiqin başına bir zərbə vurub telefonunu istəmiş, həmin vaxt Sadiqin mobil telefonu da stolun üstündə olmuş, həmin şəxs Sadiqdən mobil telefonu verməsi üçün qabağına yerə atmasını bildirmiş, Sadiq özünə məxsus «Honor 9X» markalı mobil telefonunu yerə atmış, bundan sonra isə həmin şəxs Zərərçəkmiş şəxs2 yaxınlaşaraq əlində olan bıçağın kəsici tərəfini yanı üstə fırladıb Rüstəmin də başına bir zərbə vuraraq mobil telefonunu yerə atmasını tələb etmiş, Rüstəm də özünə məxsus «İphone 12 pro» markalı mobil telefonunu yerə atmış, sonra həmin şəxs yenidən onun yanına gəlib əlində olan bıçağın arxa tərəfi ilə yenə onun başına bir zərbə vuraraq telefonunu tələb etmiş, o da özünə məxsus 350 manat dəyərində "Redmi 7 A" markalı telefonunu yerə atmış, bundan sonra həmin şəxs bıçağı ona tərəf tutaraq Sadiqdən mobil telefonları yerdən götürərək parolları açmasını istəmişdir. Sadiq də telefonları yerdən götürüb həmin telefonların parollarını açmaları üçün onlara vermiş, onlar da telefonların içərisində olan fotoşəkilləri pozub yenidən həmin şəxsə verməsi üçün Sadiqə vermiş, Sadiq də sonra telefonları həmin şəxsə vermiş, Sadiq yenidən telefonları verən vaxt əlində olan bıçaqla onun başına zərbələr vuraraq Sadiqi tələsdirmiş, həmin şəxs telefonları götürərək əynində olan şalvarın və jaketin ciblərinə yığmışdır. Bundan sonra həmin şəxs Sadiqin boynunda gümüş boyunbağını görərək ona yaxınlaşıb bıçağın yan tərəfi ilə başına vuraraq boyunbağını açmasını bildirmiş, Sadiq də bundan sonra boynunda olan gümüş boyunbağını açmış, sonra həmin şəxs cibində olan ikinci bıçağı da cibindən çıxardıb həmin bıçaqları Rüstəmlə ona tərəf tutaraq Sadiqdən boyunbağını boynuna taxmasını istəmiş, Sadiq gümüş boyunbağını həmin şəxsin boynuna taxdıqdan sonra əlində olan bıçağı Rüstəmə tərəf tutub boynunda olan boyunbağını çıxartmasını bildirmiş, Rüstəm də boynunda olan boyunbağını çıxardaraq ona tərəf uzatmış, həmin vaxt adını bilmədiyi adam əlində olan bıçaqla Rüstəmin başına zərbələr vuraraq Sadiqə Rüstəmin qızıl boyunbağını götürüb boynuna taxmasını bildirmiş, Sadiq də Rüstəmdən qızıl boyunbağını götürərək həmin şəxsin boynuna taxmış, həmin vaxt evdə olan şkafın qabağında olan Rüstəmə məxsus «Banana Republic» markalı və Sadiqə məxsus «Tomfort» adlı kişi üçün olan ətirləri də bir ədəd ağ rəngli sellofan torbaya qoyub əlinə götürmüş, bundan sonra həmin şəxs əgər polisə məlumat versələr yenidən onları tapıb daha da ağır cəzalandıracağı ilə hədələyərək evdən çıxmışdır. Həmin şəxs evdən çıxan vaxt əlində olan Sadiqə məxsus mobil telefonu çarpayıya ataraq «səndən xoşum gəlib, telefonunu qaytarıram» deyərək evdən çıxıb getmişdir. İfadəsinə əlavə olaraq sonradan onlara qarşı quldurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildiyini, onunla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin Şərabçılıq fakültəsinin 2-ci kurs tələbəsi olaraq, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə Gəncə şəhəri Dədə-Qorqud küçəsi bina 48 B mənzil 40-da kirayədə yaşadıqları vaxt 30 yanvar 2022-ci il tarixdə saat 12 radələrində hər üçü kirayədə yaşadığı evdə olarkən evin giriş qapısının döyüldüyünü eşitmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 evin qapısını açmış, Kamran qapını açdıqdan sonra bir nəfər tanımadığı təxminən 30 yaşlarında, arıq bədən quruluşlu, boyu təxminən 170-175 sm olan kişinin söhbət edərək onların yatdıqları otağa daxil olduğunu görmüşdür. Həmin şəxs otağa daxil olduqda əlində 1 ədəd spirtli içki olan “Jaquar” olmuş, həmin şəxs evə daxil olduqdan sonra onlara bir nəfər qohumunun olduğunu və həmin qohumunun onlarla birlikdə kirayədə qalmasını istədiyini bildirmiş, həmin vaxt o həmin şəxsə qohumunun birlikdə kirayə qalması üçün şərait olmadığını bildirmiş, bundan sonra həmin şəxs əlindəki spirtli içki olan “Jaquarı” içməsi üçün Zərərçəkmiş şəxs1 stəkan istəmiş, Kamran da mətbəxdən həmin şəxsə stəkan gətirmiş, sonra həmin adını bilmədiyi şəxs onlardan əyləşib söhbət etmələrini istəmişdir. Onlar əyləşdikdən sonra həmin şəxs əynində olan cibli jaketin cibindən bıçaq çıxardaraq Kamrana yaxınlaşmış və həmin bıçağı Kamranın qarın nahiyəsinə tərəf tutaraq pullarını istəmiş, həmin vaxt onun pul qabı stolun üstündə olduğu üçün o pul qabında olan 113 manat pulunu çıxardıb həmin şəxsə vermiş, bundan sonra həmin şəxs yenə bıçağı Kamrana tərəf daha da yaxınlaşdıraraq Rüstəmdən də pullarını verməsini tələb etmiş, Rüstəm də cibində olan 95 manat pulu çıxardıb həmin şəxsə vermişdir. Bundan sonra həmin şəxs Kamrandan da pulları verməsini tələb etmiş, həmin vaxt Kamran da cibində olan 52 manat pulunu cibindən çıxardıb vermiş, həmin şəxs aldıqları pulları əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Pullarını aldıqdan sonra bıçağın kəsici tərəfini tutaraq Kamranın başına bir zərbə vurub telefonlarını istəmiş, sonra isə yaxınlıqda dayandığı üçün ona yaxınlaşaraq əlində olan bıçağın kəsici tərəfini tərsinə tutub başına zərbələr vurub telefonunu istəmiş, həmin vaxt o da bıçaqla xəsarət yetirməsindən qorxub razılaşmış, onun mobil telefonu stolun üstündə olmuş, həmin şəxs ondan mobil telefonu verməsi üçün qabağına yerə atmağı bildirmiş, o da özünə məxsus 460 manat dəyərində olan «Honor 9X» markalı mobil telefonunu yerə atmış, bundan sonra isə həmin şəxs Rüstəmə yaxınlaşaraq əlində olan bıçağın kəsici tərəfini yanı üstə fırladıb Rüstəmin başına bir neçə zərbə vuraraq mobil telefonunu yerə atmasını tələb etmiş, Rüstəm də özünə məxsus «İphone 12 pro» markalı mobil telefonu çarpayının üstündən götürüb yerə atmış, sonra həmin şəxs yenidən Kamranın yanına gəlib əlində olan bıçağın arxa tərəfi ilə yenə Kamranın başına bir zərbə vuraraq telefonunu tələb etmiş, Kamran da özünə məxsus "Redmi 7A" markalı telefonunu yerə atmış, bundan sonra həmin şəxs bıçağı Kamrana tərəf tutaraq ondan mobil telefonları yerdən götürüb parollarını açmağı tərəb etmiş, o da mobil telefonları yerdən götürmüş, Kamran və Rüstəm həmin telefonların parollarını açıb içərisində olan fotoşəkilləri pozub yenidən həmin şəxsə vermək üçün ona vermiş, o da telefonları həmin şəxsə verən vaxt əsəbləşərək əli ilə onun sol qulaq nahiyəsinə bir zərbə vurmuş, o yenidən telefonları həmin şəxsə verən vaxt əlində olan bıçaqla Kamranın başına zərbələr vurub onu tələsdirmiş, sonra isə gec verdiyi üçün onun sifətinə əli ilə bir zərbə vurmuşdur. Həmin şəxs telefonları götürüb əynində olan şalvarın və jaketin ciblərinə yığmış, bundan sonra həmin şəxs onun boynunda gümüş boyunbağını görərək ona yaxınlaşıb bıçağın yan tərəfi ilə başına vuraraq boyunbağını açmasını tələb etmiş, o da həmin şəxsin xəsarət yetirməsindən qorxaraq boynunda olan təxminən 10 qram çəkidə, italiya istehsalı olan 50 manat dəyərindəki gümüş boyunbağını boynundan açmış, sonra həmin şəxs cibində olan ikinci bıçağı da cibindən çıxardıb həmin bıçaqları Rüstəmlə Kamrana tərəf tutaraq ondan boyunbağını boynuna taxmasını istəmiş, o həmin vaxt Kamran və Rüstəmə bıçaqla xəsarət yetirə biləcəyindən qorxaraq özünə məxsus gümüş boyunbağını həmin şəxsin boynuna taxmış, bundan sonra əlində olan bıçaqları Rüstəmə tərəf tutub boynunda olan qızıl boyunbağını çıxartmağı tələb etmiş, həmin vaxt adını bilmədiyi adam əlində olan bıçaqla Rüstəmin başına zərbələr vuraraq ona Rüstəmdən qızıl boyunbağını götürüb boynuna taxmasını bildirmiş, həmin şəxs yenə əlində olan bıçaqları Rüstəmlə Kamrana tərəf tutduğu üçün xəsarət yetirməsindən qorxub heç bir hərəkət etmədən Rüstəmin boyunbağını onun boynuna taxmış, həmin vaxt evdə olan şkafın qabağında olan Rüstəmə məxsus «Banana Republic» markalı və ona məxsus 20 manat dəyərində «Tomfort» adlı kişi üçün olan ətirləri də bir ədəd ağ rəngli sellofan torbaya qoyub əlinə götürmüş, bundan sonra həmin şəxs əgər polisə məlumat versələr yenidən onları tapıb daha da ağır cəzalandıracağı ilə hədələyərək evdən çıxmış, evdən çıxan vaxt əlində olan ona məxsus mobil telefonu çarpayıya ataraq «səndən xoşum gəlib, telefonunu qaytarıram» demiş, sonra isə evdən çıxıb getmişdir. İfadəsinə əlavə olaraq sonradan onlara qarşı quldurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildiyini, onunla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin Şərabçılıq fakültəsinin 2-ci kurs tələbəsi olaraq, Zərərçəkmiş şəxs1 və Sadiq Cəfərov ilə birlikdə ünvan 6 ünvanında kirayədə qaldığı vaxt, 30 yanvar 2022-ci il tarixdə, saat 12 radələrində hər üçü kirayədə yaşadığı evdə olarkən evin giriş qapısının döyüldüyünü eşitmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 evin qapısını açmış, Kamran qapını açdıqdan sonra bir nəfər tanımadığı təxminən 30 yaşlarında, arıq bədən quruluşlu, boyu təxminən 170-175 sm olan kişinin söhbət edərək, əlində 1 ədəd spirtli içki olan “Jaquar”la onların yatdığı otağa daxil olduğunu görmüşdür. Həmin şəxs evə daxil olduqdan sonra bir nəfər qohumunun olduğunu və həmin qohumunun onlarla birlikdə kirayədə qalmasını istədiyini demiş, həmin vaxt Sadiq qohumunun birlikdə kirayə qalması üçün şərait olmadığını bildirmiş, bundan sonra həmin şəxs əlindəki spirtli içki olan “Jaquarı” içməsi üçün Zərərçəkmiş şəxs1 stəkan istəmiş, Kamran da mətbəxdən ona stəkan gətirmiş, sonra həmin adını bilmədiyi şəxs əyləşib söhbət etmələrini istəmiş, o artıq hərəkətlərində aqressivlik hiss etmiş, lakin hər üçü Gəncə şəhərində qonaq olduqları üçün etiraz etməyərək oturmuşlar. Onlar əyləşdikdən sonra həmin şəxs əynində olan cibli jaketin cibindən bıçaq çıxardaraq Kamrana yaxınlaşmış və həmin bıçağı Kamranın qarın nahiyəsinə tərəf tutaraq pullarını istəmiş, həmin vaxt bir otaqda qalan Sadiqin pul qabı stolun üstündə olduğu üçün Sadiq pul qabından 113 manat pulunu çıxardıb həmin şəxsə vermiş, bundan sonra həmin şəxs yenə bıçağı ona tərəf daha da yaxınlaşdıraraq ondan da pullarını verməyi tələb etmiş, o da cibində olan 95 manat pulunu çıxardıb həmin şəxsə vermiş, bundan sonra həmin şəxs Kamrandan da pulları verməsini tələb etmiş, həmin vaxt Kamran da cibində olan 52 manat pulunu çıxardıb vermiş, həmin şəxs onlardan aldıqları pulları əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Pulları aldıqdan sonra bıçağın kəsici tərəfini tutaraq Kamranın başına bir zərbə vurub telefonlarını istəmiş, sonra isə yanında dayanmış Sadiqə yaxınlaşaraq əlində olan bıçağın kəsici tərəfini tərsinə tutaraq başına bir zərbə vurub telefonunu istəmiş, həmin vaxt Sadiqin mobil telefonu da stolun üstündə olmuş, həmin şəxs Sadiqdən mobil telefonu verməsi üçün qabağına yerə atmağı bildirmiş, Sadiq özünə məxsus «Honor 9X» markalı mobil telefonunu yerə atmış, bundan sonra isə həmin şəxs ona yaxınlaşaraq əlində olan bıçağın kəsici tərəfini yanı üstə fırladıb başına bir-neçə zərbə vuraraq mobil telefonunu yerə atmasını tələb etmiş, o da özünə məxsus 2600 manat dəyərində olan «İphone 12 pro» markalı mobil telefonunu çarpayının üstündən götürüb yerə atmış, sonra həmin şəxs yenidən Kamranın yanına gəlib əlində olan bıçağın arxa tərəfi ilə yenə Kamranın başına bir zərbə vuraraq telefonunu tələb etmiş, Kamran da özünə məxsus "Redmi 7 A" markalı telefonunu yerə atmış, bundan sonra həmin şəxs bıçağı Kamrana tərəf tutaraq Sadiqdən mobil telefonları yerdən götürüb parollarını açmağı tələb etmiş, Sadiq də mobil telefonları yerdən götürmüş və həmin telefonların parollarını açıb içərisində olan fotoşəkilləri pozub yenidən həmin şəxsə verməsi üçün Sadiqə vermişlər, Sadiq də həmin telefonları verən vaxt həmin şəxs əsəbləşərək əli ilə Sadiqin sol qulaq nahiyəsinə bir zərbə vurmuş, Sadiq yenidən telefonları verən vaxt əlində olan bıçaqla Kamranın başına zərbələr vurub Sadiqi tələsdirmiş, həmin şəxs telefonları götürüb əynində olan şalvarın və jaketin ciblərinə yığmışdır. Bundan sonra həmin şəxs Sadiqin boynunda gümüş boyunbağını görərək Sadiqə yaxınlaşıb bıçağın yan tərəfi ilə başına vuraraq boyunbağını açmasını bildirmiş, Sadiq də boynunda olan gümüş boyunbağını açmış, sonra həmin şəxs cibində olan ikinci bıçağı da çıxardıb həmin bıçaqları Kamranla ona tərəf tutaraq Sadiqdən boyunbağını boynuna taxmasını istəmiş, Sadiq gümüş boyunbağını həmin şəxsin boynuna taxdıqdan sonra əlində olan bıçağı ona tərəf tutub ondan da boynunda olan qızıl boyunbağını çıxartmasını tələb etmiş, o da boynunda olan 400 manat dəyərində təxminən 5 qram çəkidə Rusiya istehsalı olan 585 əyyar qızıl boyunbağını çıxardıb həmin şəxsə tərəf uzatmış, həmin vaxt adını bilmədiyi adam əlində olan bıçaqla onun başına zərbələr vuraraq Sadiqə onun qızıl boyunbağını götürüb boynuna taxmasını demiş, Sadiq də ondan qızıl boyunbağını götürüb həmin şəxsin boynuna taxmışdır. Həmin vaxt evdəki şkafın qabağında olan ona məxsus 130 manat dəyərində «Banana Republic» markalı və Sadiqə məxsus «Tomfort» adlı kişi üçün olan ətirləri də bir ədəd ağ rəngli sellofan torbaya qoyub əlinə götürmüş, bundan sonra həmin şəxs əgər polisə məlumat versələr yenidən tapıb onları daha da ağır cəzalandıracağı ilə hədələyərək evdən çıxmış, evdən çıxan vaxt əlində olan Sadiqə məxsus mobil telefonu çarpayıya ataraq «səndən xoşum gəlib, telefonunu qaytarıram» demiş və evdən çıxıb getmişdir. İfadəsinə əlavə olaraq sonradan onlara qarşı quldurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildiyini, onunla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. 30 yanvar 2022-ci il tarixdə saat 15 radələrində ona qardaşı Təqsirləndirilən şəxs sərxoş olduğunu demişlər, o da həmin vaxt işdə olmuş, işdən icazə alıb Elnurun yanına gəlmişdir. Yeni qəsəbəyə Elnurun yanına gəldikdə Elnur sərxoş vəziyyətdə olmuş və əlində «İphone 12 pro» markalı mobil telefon olmuş, o Elnurdan həmin telefonu kimdən almasını soruşaraq sahibinin kim olmasını deməsini xahiş etmiş, Elnur ona həmin telefonu verdiklərini demişdir. Bundan sonra o Elnuru yaşadığı evə aparmaq istəmiş, Elnur həmin vaxt qonşuları Emin adlı şəxslə görüşmüş və Eminə mobil telefonu satmaq istəmişdir. O da həmin vaxt Eminə Elnurdan həmin telefonu almamağı, Elnurun həmin telefonu kiminsə əlindən aldığını və ya oğurladığını bildirmiş, lakin Emin ona Elnurun telefonun heç bir problemi olmadığını dediyi üçün alacağını bildirmiş, o da bundan sonra Elnuru evlərinə aparmış, o sonra Elnurun həmin telefonu Eminə 1000 manata satmasını bilmişdir. Səhəri gün artıq polis əməkdaşlarının qardaşı Elnuru axtardığını bilmiş, bundan sonra o qardaşı Elnurla danışaraq gəlib təslim olmasını demiş, bir gün sonra qardaşı Elnur Gəncə şəhərinə onun yaşadığı evə gəlmiş, Elnur onun yanına gələn vaxt bir ədəd qızıl və bir ədəd gümüş boyunbağı gətirmiş, o Elnurla görüşən vaxt Elnur ona Gəncə şəhərində tələbələr yaşayan evə girdiyini və tələbələrin telefonlarını, qızıl və gümüş boyunbağlarını aldığını bildirərək həmin qızıl və gümüş boyunbağlarını ona təqdim etmiş, bundan sonra o qardaşı Elnurla bir yerdə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, adı Qabil olsa da yaşadığı qəsəbədə hamı onu Emin kimi tanımışdır. Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır ki, tanıyır. Gəncə şəhəri, Mərkəzi Univermağın birinci mərtəbəsində telefon alqı-satqısı ilə məşğul olur. 30 yanvar 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı qəsəbədə olan vaxt Təqsirləndirilən şəxs ilə görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs ona «İphone 12 pro» markalı mobil telefonu olduğunu və həmin mobil telefonu satmaq istədiyni bildirmiş, o da Elnurun təqdim etdiyi həmin mobil telefona baxmış və telefonun işlənmiş vəziyyətdə olduğunu və kreditdə olduğunu bilmiş, Elnur ona həmin telefonu 1000 manata satdığını bildirmişdir. O da Elnurla razılaşmış və həmin telefonu Elnurdan 1000 manata almışdır. O Elnurdan həmin «İphone 12 pro» markalı mobil telefonu alan vaxt şəxsiyyət vəsiqəsinin kserosurətini götürmüş və mobil telefonun imei kodunu və Elnurun mobil telefon nömrəsini yazmış, Elnura həmin yazılardan sonra imza etdirmişdir. Təqsirləndirilən şəxs həmin mobil telefonu aldıqdan sonra yanından aralaşmış, bundan sonra həmin mobil telefonu işlədiyi yerdə 1150 manata satmışdır. İş materiallarına əlavə edilmiş 02 fevral 2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qızıl boyunbağı və bir ədəd gümüş boyunbağına baxış zamanı müəyyən edilmişdir ki, gümüş boyunbağının uzunluğu 50 santimetrdir, boyunbağının açılıb-bağlanan yerində “İtaly” “925” sözləri yazılmışdır. Bir ədəd qızıl boyunbağı sarı rəngli qızıldır, boyunbağının uzunluğu 57 santimetrdir, qızıl boyunbağının açılıb-bağlanan yerində “585” sözləri yazılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qızıl boyunbağı və bir ədəd gümüş boyunbağı götürülərək müvafiq qaydada qablaşdırılıb möhürlənmişdir. İş materiallarına əlavə edilmiş 02 fevral 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəriməni tam ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 3461 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası X2 və anası X3 ilə birlikdə Gəncə şəhəri, Yeni Qəsəbə, ev 17, mənzil 22 ünvanında yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 01 fevral 2022-ci il tarixli, 147 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 01 fevral 2022-ci il tarixli, 148 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 01 fevral 2022-ci il tarixli, 149 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 04 fevral 2022-ci il tarixli, 174 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2022-ci il tarixli, 9/1214-6/1073 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2,67 qram kütləli, sarı rəngli bir ədəd boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır, 22.03 qram kütləli, gümüşü rəngli 1 ədəd boyunbağı 925 əyarlı gümüşdən hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilən 2 ədəd boyunbağının modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyərləri aşağıdakı kimidir: -2,67 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 ədəd boyunbağı 226.00 manat; -22.03 qram kütləli, 925 əyarlı gümüşdən hazırlanmış, gümüşü rəngli 1 ədəd boyunbağı -110.00 manat; Bir ədəd «İphone 12 PRO» markalımobiltelefon 2600 manat, Bir ədəd «Redmi 7A» markalımobil telefon 350 manat Bir ədəd «Tomfort» adlı kişi ətri 20 manat Bir ədəd «Banana Republic» adlı kişi ətri 160 manat. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli, 124/29 nömrəli ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən, hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkərlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs göstərilən cinayət hadisəsini törədərkən adi psixi-emosional halda olmuşdur. O, cinayət hadisəsini törədərkən güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və ondan heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 756 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs şöbə tərəfindən qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağdam, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 23-cü bəndində göstərilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CMnin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, təqsirini etiraf etməklə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, “Vətən Müharibəsi”ndə iştirak etməsini CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, Tərtər hərbi məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkum olunmuş şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisilə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-in 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cimaddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd gümüş və bir ədəd qızıl boyunbağılarının saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356 və 358-cimaddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 02 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd gümüş və bir ədəd qızıl boyunbağılarının saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-280/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-280/2022
20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver