Məhkəmə qərarları › İş №1(100)-280/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-280/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-280/2023 13.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1974-cü il tarixdə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd az yaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, məhkumluğu olmayan, işləməyən, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə saat 01 radələrində ailəsi ilə birgə yaşadığı Ağdam rayonu, Təzəkənd qəsəbəsində yerləşən 141 nömrəli evin yataq otağında yemək yeyib spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli sərxoş vəziyyətdə arvadı X11 ilə söhbət edib hansı səbəblə boşanmaq istədiyini soruşduqda arvadının artıq onu sevmədiyini bildirməsi və digər şəxslərlə yaxın münasibətdə olmasını nəzərdə tutaraq “mal mənimdir özüm bilərəm” ifadəsini işlətməsi səbəbilə əsəbləşib Tünzalə Əliyevanı qısqanclıq zəminində qisas almaq niyyətilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, sonuncuya xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk edib və bunu arzu edərək, yəni xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə əvvəlcə yumruqla sonuncunun üz nahiyəsinə zərbə vurub yerə yıxılmasına nail olub əli ilə boyun nahiyəsindən yapışıb sıxaraq stolun üzərində ümumi uzunluğu 215 mm olan zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən bədənin müxtəlif nahiyələrinə çox saylı zərəbələr endirərkən bıçağın tiyəsinin qırılmasını görüb çarpayının ayaq hissəsində ümumi uzunluğu 360 mm olan zavod üsulu ilə istehsal edilmiş, kəsici-çapıcı xassəyə malik, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən çapacağı götürərək cinayət əməlini davam etdirib Tünzalə Əliyevanın bədən səthinin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr endirməklə ümumilikdə sonuncuya 70 xəsarət yəni, boyun nahiyəsinin 3 (üç) ədəd, alın nahiyəsinin 2 (iki) ədəd qançırları canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, üz nahiyəsinin sağ yarısı ilə sağ xarici qulaq nahiyəsini əhatə edən sahənin 4 (dörd) ədəd, boyun nahiyəsinin sağ yarısında 1 (bir) ədəd, sol xarici qulaq nahiyəsində 2 (iki) ədəd, sol kürəküstü nahiyədə 3 (üç) ədəd, sağ kürək nahiyəsində 4 (dörd) ədəd, sol çiyin nahiyəsində 6 (altı) ədəd, sağ bud nahiyəsində 2 (iki) ədəd, sağ baldır nahiyəsində 3 (üç) ədəd, sağ bazu nahiyəsində 9 (doqquz) ədəd, sağ said nahiyəsində 2 (iki) ədəd, sağ əl nahiyəsində 4 (dörd) ədəd, sol bazu nahiyəsində 2 (iki) ədəd, sol said nahiyəsində 4 (dörd) ədəd, sol əl nahiyəsində 2 (iki) ədəd, döş qəfəsi nahiyəsində 3 (üç) ədəd, qarın nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar, sağ diz nahiyəsinin 1 (bir ) ədəd, sağ əl nahiyəsinin 3 (üç) ədəd kəsilmiş yaraları canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, İİ əldaraq sümüyünün kəsilməsi ilə sol əlin arxa səthinin 1 (bir) ədəd çapılmış yarası canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, habelə çənə, almacıq, gicgah sümüklərinin kəsilməsi və üz, gicgah arteriyasının kəsilməsi ilə üzün sol yarısı ilə sol gicgah nahiyəsini əhatə edən sahənin 3 (üç) ədəd, gicgah ənsə sümüklərinin kəsilməsi ilə gicgah ənsə nahiyəsinin 3 (üç) ədəd, İİ, İİİ, İV boyun fəqərələrinin kəsilməsi və fəqərə arteriyasının kəsilməsi ilə boyun nahiyəsinin arxa səthində 4 (dörd) ədəd çapılmış yaralar canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək üz, gicgah, fəqərə arteriyalarının kəsilməsi ilə boyunun və üz gicgah nahiyələrinin çapılmış yaralanmaları ilə müşayiət edilən baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olmaqla Tünzalə Əliyevanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa o, 22 sentyabr 2022-ci tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə Ağdam rayon, Təzəkənd qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında yerləşən Şahid5 məxsus mağazanın qarşısına toplaşmış müştərilərin uca səslə danışmağını bəhanə edib haqlı olduğu halda belə, hüquq mühafizə orqanlarına məlumat vermədən özünü ictimai qaydalara qarşı qoyaraq gücünü nümayiş etdirməklə orada olan şəxslərin getməsini tələb edib Şahid5la mübahisə edərək nalayiq sözlərlə təhqir edib ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, mağazanın iş rejiminə maneçilik yaradaraq, bilərəkdən öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək həmin yerə gəlib onu sakitləşdirməyə və qanunsuz əməllərinə son qoymasını tələb etməklə ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən sonuncunun atası Zərərçəkmiş şəxs sifət və ağız nahiyələrinə bir neçə dəfə yumruqla qəsdən vuraraq sol alın-gicgah nahiyəsinin, sol gözaltı nahiyənin qançıları, 2, 3-cü dişlərin boyun nahiyəsindən qırılması, 3-cü dişin İİİ dərəcəli laxlaması, diş ətrafı toxumanın hematoması dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri anası, bacısı, arvadı, uşaqları Sadiq, Sahil, Vüsalə, Aysun və Şahnaz ilə birlikdə Ağdam rayonu Təzəkənd qəsəbəsi ev 141 də yaşamışdır. X11 onun arvadı olmuşdur. O Tünzalə ilə 2006cı il tarixdə rəsmi qayda da ailə həyatı qurmuşdur. Həmin nigahdan onların beş övladı dünayaya gəlmişdir. Onun Tünzalə ilə münasibətləri hər zaman yaxşı olmuşdur. Ancaq hadisə baş verməmişdən yəni xx.xx.2022-ci il tarixdən 1 həftə əvvəl arvadı Tünzalə ondan ayrılmaq istədiyini bildirmişdir. O bunun səbəbini Tünzalədən soruşduqda arvadı ona artıq onu istəmədiyini demişdir. xx.xx.2022-ci il tarixdə Tərtər rayonu Qapanlı kəndində usta kimi işləyərkən oğlu Sadiq istifadəsində olan yadında qalmayan mobil nömrə ilə onun istifadəsində də olan hal-hazırda xatırlamadığı mobil nömrəyə zəng vuraraq yaşadıqları evin həyətinə polis əməkdaşı gəldiyini bildirmişdir. O dərhal yaşadıqları evə getmiş və həqiqətən də tanımadığı polis əməkdaşının həyətdə onu gözlədiyini görmüşdür. Polis əməkdaşı arvadı Tünzalə Əliyevanın ondan polis şöbəsinə şikayət etdiyini demiş, o da həmin polis əməkdaşından şikayətin məzmununu soruşmuşdur. Polis əməkdaşı isə arvadının ondan boşanmaq istədiyini və bu səbəbdən şikayət etdiyini bildirmişdir. Bundan sonra o həmin polis əməkdaşına əgər Tünzalə boşanmaq istəyirsə məhkəməyə müraciət edə bilmək hüququnun olduğunu demiş, polis əməkdaşı isə çıxıb getmişdir. Sonra o Tünzalənin yanına gedib nə üçün ondan şikayət etdiyini soruşmuş, Tünzalə isə ona yatdıqdan sonra istifadəsində olan mobil telefonu gizli olaraq götürdüyünü və sahə rəisini yığdığını bildirmişdir. Tünzalə onun bu sözünə məhəl qoymamışdır. Tünzalənin bu hərəkətindən sonra boşanmaq qərarına gəlmiş, onlar bu səbəblə məhkəməyə müraciət etmək üçün əvvəlcə Ağdam rayon Məhkəməsinə getmişlər. Məhkəmədə ona və Tünzaləyə boşanmaq üçün ərizə vermək lazım olduğunu demişlər. Onlar isə vaxt olmadığından hadisə baş verənədək rəsmi müraciət edə bilməmişlər. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evə gəlmiş, evdə kartof qızartması ilə əvvəldən evdə olan markası yadında qalmayan arağın butulkada qalanını içmişdir. Təxminən 250 qram həcmində spirtli içki qəbul edib saat 01 radələrində anası, bacısı və uşaqları yatdıqdan sonra arvadı Tünzalə ilə yataq otağında söhbət etməyə başlamışlar. Həmin vaxtı balaca qızı Şahnaz isə çay içmiş, o Tünzaləyə onsuzda boşanacaqlarını ancaq nə üçün onun telefonunu gizli olaraq götürüb sahə rəisinə zəng vurmasını, ümumiyyətlə həmin sahə rəsinin mobil nömrəsini haradan bilməsini soruşmuşdur. Tünzalə isə ona “yaxşı elədiyini, nə işinə qaldığını?!” demişdir. O isə israrla Tünzalədən nə üçün boşanmaq istəməsini soruşmuş, Tünzalə isə ona xx.xx.2022-c il tarixdə qardaşı Əlibalanın yoldaşı Dürdanə ona boşanaraq uşaqları ilə Bakı şəhərinə köçməsi barədə məsləhət verdiyini demişdir. Bundan sonra Tünzalə də onun bu fikri ilə razılaşmışdır. O isə niyə boşanmaq istəməsini soruşmuş, Tünzalə isə artıq onu istəmədiyini həyatında başqa insanlar olduğunu bildirmişdir. Belə ki, 44 günlük vətən müharibəsi zamanı Bakı şəhəri Abşeron rayonu Qobu kəndində olarkən qardaşı Əlibala və xalası oğlu Şahid3la, Təzəkənd qəsəbəsində olarkən isə tanışı Fəxri ilə yaxın münasibətdə olmasını demişdir. O isə Tünzalədən nə üçün belə etdiyini soruşmuş Tünzalə isə “mal mənimdir özüm bilərəm” ifadəsini işlətmişdir. O isə Tünzalənin bu sözündən əsəbləşib tamamilə özündən çıxmış, ancaq onu da qeyd etmişdir ki, o arvadının həmin şəxslərlə yaxın münasibətdə olmasını əvvələr görməmiş və ya hər hansı şəxsdən eşitməmişdir. Həmin vaxtı o da, Tünzalə də stulda əyləşmişlər. O yerindən qəfil durub əvvəlcə yumruqla Tünzalənin üz nahiyəsindən zərbə vurmuş daha sonra boğazından yapışıb onu boğmağa başlamışdır. Həmin vaxtı qızı Şahnaz səs-küyü eşidib otaqdan qaçmış, Tünzalə isə arxası üsdə yerə yıxılmışdır. O Tünzaləni boğa-boğa stolun üzərində olan dəstəyi taxtadan olan bıçağı götürüb boyun nahiyəsinə bir dəfə zərbə endirmiş, zərbəni endirərkən əli də Tünzalənin boğazında olmuşdur. O bıçaq zərbəsindən sonra qəfil yerində fırlanıb üzü üsdə dayanmış, o isə əlindəki bıçaqla Tünzalənin bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuşdur. Ancaq zərbələrin sayını dəqiq xatırlamamışdır. O bıçaq zərbələri vurarkən Tünzalə sağa-sola çevirlərək hərəkət etmiş, sonuncu zərbə də isə bıçağın tiyəsi yarıdan qırılmış, o isə bıçağın qrıldığını görüb bıçağı qırıqları ilə birlikdə otağın bir küncünə atmışdır. Sonra otaqdakı çarpayının ayaq hissəsində olan ət dəhrəsini götürüb yenidən Tünzaləyə zəbələr vurmağa başlamış, həmin vaxtı Tünzalə otağın giriş qapısından solda yerdə üzü üsdə uzanlı vəziyyətdə olmuşdur. Tünzalə yüksək səslə çığıra bilməsə də sağa sola ağır-ağır hərəkət etmiş, Tünzalənin ölmədiyini görüb arvadını qəsdən öldürüb həyatdan məhrum etmək üçün ət dəhrəsi ilə baş və boyun nahiyəsinə çoxsaylı zərbələr vurmağı davam etdirmişdir. Həmin zərbələrin dəqiqi sayı onun yadında olmamış, ancaq təxminən 10 dəfədən çox Tünzaləyə balta ilə zərbə vurduğunu demişdir. Sonra Tünzalənin yerdə döşəmənin üzərində hərəkətsiz qalmasını görüb əlində olan ət dəhrəsini elə meyitin yanında qoyub ayağa qalxmış, o yatmağa hazırlaşdığından hadisə vaxtı əynində mavi rəngli şortik və boz rəngli mayka olmuş, həmin paltarlar qana boyanmışdır. Hadisədən sonra o ələrinin qanını əynindəki paltara ayağındakı qanı isə döşəmənin üzərində olan xalçaya silmiş və paltarları da əynindən çıxarıb elə həmin otaqda Tünzalənin meyitin ayaqlarının yanına atmışdır. Sonra başqa paltar geyinib dəhlizə çıxmış, çıxarkən isə bir cüt corabı cibinə qoymuşdur. Ayağı qan olduğundan həmin vaxtı corabı geyinə bilməmişdir. Tünzaləni əli ilə boğub əvvəlcə bıçaq daha sonra ət dəhrəsi ilə vurub qəsdən öldürərkən özündə olmadığından o vaxtı otağa kiminsə daxil olub-olmamasını xatırlamamışdır. Dəhlizdə isə bacısı Radəni görüb şöbəyə getdiyini demişdir. Radə isə ona nə üçün belə etdiyini soruşmuş, o isə Tünzalənin xəyanət etiyi üçün öldürdüyünü demişdir. Sonra həyətdə olan su çənin yanında əllərini və ayaqlarını yumuş. Corabı isə ayağına geyinib təslim olmaq üçün polis şöbəsinə doğru getmişdir. Ağdam Dördyol ərazisi deyilən yerə çatdıqda sürücüsünü tanımadığı ağ rəngli Vaz 21-06 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili saxladıb onunla Quzanlı qəsəbəsinə gəlmiş, burada şöbəyə gedərkən yol üstü olan mağazadan “baltika 9” markalı 2 ədəd 0.5 litr həcmində spirtli içki olan pivə alıb içmiş, buradan isə ağ rəngli Vaz 21-09 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili saxladıb polis şöbəsinə gedib könüllü şəkildə təslim olaraq arvadı Tünzalə Əliyevanı qəsdən öldürməyi barədə məlumat vermişdir. Bundan başqa göstərmişdir ki, Şahid5 onun qonşusudur. Onunla yaxud ailə üzvləri ilə əvvələr arasında hər hansı ədavət və düşmənçilik olmamışdır. Həbs olunanadək yaşadığı Ağdam rayonu Təzəkənd qəsəbəsində Zaurun mağazası vardır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində o işdən evə gəlib yatmaq istəmiş, həmin vaxtı yaşadıqları evdə 100 qram həcmində spirtli içki qəbul etmişdir. Ancaq mağazanın qarşısına toplanan müştərilərin səsi gəldiyi üçün yata bilməmişdir. O Zaurun yanına gedib həmin şəxsləri oradan göndərməsini bildirmiş, Zaur müştəriləri göndərməyəcəyini demişdir. Bu zaman onlar arasında mübahisə başlamışdır. O Zaurun üzərinə gedib onu vurmaq istəmiş Zaura yumruq zərbəsi atsa da, zərbə ona dəyməmiş bundan sonra isə orada olan Baloğlan onları aralaşdırmışdır. O mağazanın önündən bir qədər kənara getmiş, Baloğlan getdikdən sonra o yenə həmin yerə qayıtmışdır. Bu zaman orada Bəşir, onun oğlanları və digər qəsəbə sakinləri olmuşlar. O mağazanın qarşısına qayıtdıqdan sonra Elnur, Zaur Bəşirlə sözlü mübahisə olmuşdur. Bu hal təxminən 10-15 dəqiqə müddətində davam etmiş, bu zaman Bəşir ona gedib işi ilə məşğul olmağını bildirmiş və Zaur, Elnur və Bəşir onun üzərinə hüsum çəkmiş, o bundan əsəbləşib Zaurun üzərinə hücum çəkib yumruqla ağız və üz nahiyələrinə zərbə vurmuşdur. Elnur əlində olan bellə onu vurmaq istəmiş, ancaq orada olan şəxslər buna imkan verməmişdir. Hadisə zamanı neçə olubsa Bəşir də xəsarət almışdır. Həmin vaxt o Bəşiri vurmaq istəməmişdir. O isə hadisə yerindən ayrılıb yaşadığı evə qayıtmışdır. Sonradan Zərərçəkmiş şəxs barışmışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Tünzalə Əliyeva onu bacısı olmuşdur. Tünzalə 2006-cı il tarixdə Ağdam rayonundan olan Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur. Həmin nigahdan bacısının 5 övaldı dünyaya gəlmişdir. Bacısı Tünzalə əri Sahiblə bir-birlərini sevib ailə həyatı qurmuşdur. Tünzalə ilə ərinin münasibətləri yaxşı olmuşdur. Son illərdə təxminən 2014-2016-cı illər ərzində əri ilə dalaşıb qardaşı Əlibalanın yaşadığı evə gəlmişdir. Ancaq sonradan Əlibala onu Ağdam rayon Təzəkənd qəsəbəsində ərinin yaşadığı evə aparıb qoymuşdur. Bacısı Tünzalə ilə Sahibin dalaşmasına səbəb Sahibin mütəmadi olaraq spirtli içki qəbul etməsi olmuşdur. Beləki Sahib içki içdikdən sonra aqressiv olmuş, hər kəslə xüsusilə Tünzalə ilə kobud rəftar etmiş, ona qarşı zor tətbiq edərək döymüşdür. Ancaq onların bir ailə olmasını, 5 azyaşlı uşaqlarının olmasını nəzərə alıb nə o nə qardaşı, nə də bacıları bununla bağlı polis şöbəsinə müraciət etməmişlər. Sonuncu dəfə o Tünzaləni 3 il əvvəl görmüş, beləki İİ Qarabağ Müharibəsi zamanı Tünzalə həm xalası oğlu Elşən gildə, həm də qardaşı Əlibala gildə qalmışdır. Həmin vaxtı da, Tünzalə əri Sahibin tez-tez spirtli içki içib onunla dalaşdığını demişdir. Axrıncı dəfə isə xx.xx.2022-ci il tarixdə qardaşı Elşən arvadı Dürdanə ilə birlikdə Sahibgilin yaşadığı Ağdam rayon Təzəkənd qəsəbəsinə bayram münasibəti ilə qonaq getmişdilər. O həmin vaxtı Əlibalanın mobil telefonu ilə Tünzalə ilə danışmışdır. Tünzalə isə onunla hal-əhval tutub hər şeyin yaxşı olduğunu Sahiblə dolandıqlarını bildirmişdir. Həmin vaxtan sonra o Tünzalə ilə bir daha əlaqə qurmamışdır. xx.xx.2022-cil il tarixdə səhər saatlarında yaşadığı evdə olarkən qardaşının arvadı Dürdanə mobil telefonla ona zəng vuraraq bacısı Tünzaləni əri Sahibin bıçaqla vurub öldürdüyünü bildirmişdir. X23 hansı səbəblə öldürməsinin səbəbini bilməmişdir. Tünzalə Əliyevanın istifadəsində şəxsi mobil telefon və nömrə olmadığını, bacısı Tünzalə Əliyevanın hər hansı şəxslə yaxın münasibəti olması barədə hər hansı məlumatım olmadığını, Sahib rayon prokurorluğuna düzgün olmayan məzmunda ifadə verdiyini bildirmişdir. Belə ki, Tünzalə ilə hər hansı şəxs arasında yaxın münasibət olmadığını, Sahibin yəqin ki, öz məsuliyyətini yüngülləşdirmək məqsədilə qeyd olunan məzmunda ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onun qonşusudur. Sahib mütəmadi olaraq spirtli içki qəbul edən bir insan olmuşdur. Ağdam rayonu Təzəkənd qəsəbəsində oğlu Zaura məxsus mağaza vardır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində o yaşadığı evdə olmuşdur. Bu zaman o çöldən möhkəm səs-küy eşitmiş və buna görə də dərhal evdən çölə çıxmışdır. Həmin vaxtı qonşusu Sahibin övladları Zaur və Elnurun ünvanına nalayiq ifadələr işlətməklə söyüşlər söydüyünü görmüşdür. O Sahibin oradan uzaqlaşmasını xahiş etmiş və ona bu hərəkətlərinə son qoymasını demişdir. Lakin Sahib onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək yenə də nalayiq ifadələr işlətməkdə davam etmişdir. O Sahibin bu hərəkətlərinə məhəl qoymayaraq mağazaya daxil olmuş, bu zaman Sahib onun yaşadığı evə tərəf gəldiyini görmüşdür. O Sahibin qarşısına keçərək mağazaya gəlməsinə mane olmağa çalışmış, lakin Sahib yumruqla onun sol alın nahiyəsinə zərbə endirmiş və o həmin zərbədən sonra yerə yıxılmışdır. O yerdə yıxılmış vəziyyətdə olan zaman Sahib yumruğu ilə ikinci dəfə ona zərbə endirmiş və həmin zərbə onun ağız nahiyəsinə dəymişdir. Həmin zərbədən sonra onun burunu qanamış və 1 ədəd dişi qırılmışdır. Bundan sonra xatırlamadığı şəxslər onları aralaşdırmışlar. Hadisə nəticəsində qəsəbə sakinləri Sahibin səs-küyünü, onun söyüşlərini eşidib mağazanın qarşısına yığışmış, mağazanın fəaliyyəti tamamilə dayanmış, mağazaya alış verişə gələn ətrafda olan digər insanlar da narahat olmuşlar. Bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə ilə bağlı araşdırma aparılması məqsədilə onları rayon polis şöbəsinə dəvət etmişlər. Hadisə zamanı orada qonşusu Sahib, Xaliq, Xanəli, Tanrıverdi, Hüseyn, həmçinin onun övladları Zaur, Nicat və Elnur olduğunu, həmin hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini göstərmişdir. Hadisə zamanı övladları heç bir bədən xəsarəti almadığını, lakin dava zamanı Sahib oğlu Zaurun əynində olan koftasını dartaraq cırdmışdır. Sahib Zaurun işlətdiyi mağazanın qarşısında dayanmış şəxslərə orada durmamalarını demiş, həmin vaxtı Sahibin sərxoş olmuş, həmin adamlar isə dərhal getmədiklərinə görə Sahib nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra isə dava-dalaş başlamış, həmin vaxtı Sahib sərxoş olmuş, o və övladları sərxoş olmamişdır. Həmin vaxtı onun fikri Sahibi sakitləşdirmək olmuş, lakin Sahib onun sözlərinə heç bir əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir. Sahib onu yalnız yumruq zərbəsi ilə vurduğunu bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını ondan şikayətci olmadığnı bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, anası, qardaşı Təqsirləndirilən şəxs, onun arvadı X11 və qardaşının 5 uşağı ilə ünvan 1 ünvanında yaşayır. Sahibin Tünzalə ilə hər zaman yaxşı münasibətləri olmuş, lakin qardaşında spirtli içkilərə meyilli olduğundan Tünzalənin xoşuna gəlməmişdir. 21 dekabr 2022-ci il tarixdə gecə radələrində səs-küyə oyanıb evin dəhlizinə çıxmış, bu zaman Sahib onunla və Tünzalə ilə bir otaqda olan yaşlı qızı Şahnazı yataq otağından dəhlizə çıxarmıdşır. Bu zaman o Sahibgilin yataq otağında xoşagəlməz halın yaşandığını anlamış və üç yaşlı Şahnaza tez-tələsik uşaq butulkasına çay doldurub, həmin butulkanı onun əlinə verib özünün yatdığı otağa aparıb, Sahibgilin otağına getmişdir. Otağa daxil olanda Sahibin əlində tiyəsi qırılmış halda olan bıçaqla gəlinləri Tünzaləyə zərbələr endirdiyini görmüş, Tünzalə giriş qapısının yanında yerdə üzü üstə uzanılı vəziyyətdə olmuşdur. O Sahibin Tünzaləyə bıçaqla zərbələr endirməsinin qarşısını almaq məqsədilə ona mane olamağa çalışarkən sağ əlinin iç hissəsinə bıçaq dəymiş və nə qədər Sahibə mane olub onu qucaqlayıb Tünzalədən ayırmaq istəsə də, Sahibə gücüm çatmamış və Sahib onu itələyərək otaqdan dəhlizə çıxarmış və bundan sonra o Sahibin olduğu otağa ona menə olmağa çalışmaq üçün keçmək istəsə də, otağa keçə bilməmişdir. O isə Tünzaləni vurmağa yenə davam etmişdir. Bundan sonra Sahib otaqdan çölə çıxanda o Sahibə nəyə görə elə etdiyini söyləyib təcili tibbi yardıma zəng etməsini demiş, Sahib isə Tünzalənin ona xəyanət etdiyini deyib, artıq Tünzalənin ölü olduğunu söyləyib polisə gedib, təslim olacağını bildirmişdir. Sahibin bədəni və əlləri qana bulaşdığından evin həyət hissəsinə çıxıb əllərini və ayaqlarını yuyub evdən getmişdir. Sahib əllərini yuyan zaman o onların otağına baxanda gəlinləri Tünzaləni otağın giriş qapısının yanında yerdə üzü üstə qanlara batmış halda hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Bundan təqribən 2-3 saat sonra yaşdıqları evə tanımadığı polis əməkdaşları gəlmişlər. Sahibgilin yataq otağına daxil olarkən Sahibin əlində tiyəsi qırılmış halda olan bıçaqla Tünzaləyə zərbələr endirdiyini gördüyünü, Tünzalə giriş qapısının yanında yerdə üzü üstə uzanılı vəziyyətdə olduğunu, o Sahibin Tünzaləyə bıçaqla zərbələr endirməsinin qarşısını almaq məqsədilə ona mane olamağa çalışarkən sağ əlinin bilək nahiyəsindən əlinə bıçaq dəydiyini, nə qədər Sahibə mane olub onu qucaqlayıb Tünzalədən ayırmaq istəsə də, Sahibə gücü çatmadığını, Sahibin onu itələyərək otaqdan dəhlizə çıxartdığını, hadisə zamanı o sağ əlinin bilək nahiyəsində xəsarət almadığını, Təqsirləndirilən şəxs mane olmağa çalışarkən onu otaqdan evin dəhlizinə çıxartdıqdan təxminən 5 dəqiqə sonra özü otaqdan çölə çıxdığını, bildirmişdir. Sahibin Tünzaləyə ət dəhərsi vurmasını görməsə də, sonradan otağa daxil olduqda ət dəhrəsi Tünzalənin başının yanında yerdə qan içində olduğunu, görmüşdür. X16 öldürməyinə səbəb hadisədən sonra Sahibin öz deməsinə görə Tünzalənin ona xəyanət etməsi olduğunu, ailələrində evdə yalnız qardaşı Sahibdə və qardaşı oğlu Sadiqin istifadəsində mobil telefon olduğunu, yalnız həmin mobil nömrəni bilmədiyini, qardaşı Sahib baş verənləri danışmaq üçün polisə təslim olmağa getdiyini bildirdiyindən, o heç bir orqana məlumat vermədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində həmişə olduğu kimi evin yaxılığında yerləşən Bəşirə və oğlanlarına məxsus mağazanın qarşısında səs-küy gəlmiş, qardaşı Sahibin əvvələr olduğu kimi səs-küyün nə üçün gəlməsinin səbəbini bilmək üçün küçəyə çıxmışdır. Sahib küçəyə çıxdıqdan təxminən 15-20 dəqiqə sonra küçədən söyüş və çığırtı səsləri gəlmiş, nə baş verdiyini bilmək üçün o da küçəyə çıxmış, bu zaman Bəşirin oğlu Elnur əlinə bel götürərək Sahibi vurmaq istədiyini, o bel ilə Sahibə tərəf zərbə atsa da həmin zərbə nə Sahibə nə də orada olan başqa hər hansı şəxsə dəyməmişdir. Orada olan qəsəbə sakinləri Elnuru mağazaya tərəf kənarlaşdırmış, o isə Elnurun qardaşını vurmaq istədyini görüb yerdə olan taxta parçasını götürüb Elnuru qorxutmuş, Elnur isə mağazanın içərisinə girdiyini görüb oradan uzaqlaşmışdır. Hadisə yerinə gec gəldiyindən qardaşının Bəşiri vurmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla əvvəllər arasında bir neçə dəfə münaqişələri olmuşdur. Ağdam rayonu Təzəkənd qəsəbəsi ərzaisində özünə məxsus mağazası vardır. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində mağazanın içərisində olmuş, həmin vaxtı mağazanın qarşısında 3 nəfər şəxs dayanmışdır. Bu zaman Sahib oraya gəlmiş və mağazanın qarşısında dayanan şəxslərə orada durmamaları demişdir. Həmin şəxslər də mağazadan alver edəndən sonra çıxıb gedəcəklərini bildirmişlər. Bundan sonra Sahib ona demişdir ki, sənin mağazanı bağlatdıracam. Həmin vaxtı o Sahibin sərxoş oldğunu görmüş və oradan getməsini ondan xahiş etmişdir. Bu zaman Sahib ona qarşı nalayiq ifadələr işlətməklə söyüşlər söyməyə başlamış və onun üzərinə yeriməyə başlamışdır. Sahib onun koftasının yaxasından tutaraq dartmış və koftasının yaxasını cırmışdır. Bundan sonra Sahib onun sinəsinə bir dəfə yunruqla vurmuş, ancaq o həmin zərbədən yayındığından Sahibin yumruq zərbəsi ona dəyməmişdir. Həmin vaxtı mağazanın qarşısında dayanan Xaliq və Hüseyn adlı şəxslər onlar aralaşdırmış və Sahib oradan uzaqlaşmışdır. Həmin vaxtı səsküyə atası Bəşir də oraya gəlmişdir. Bundan sonra o yenidən mağazaya qayıtmışdır. O mağazanın içərisində olan zaman mağazanın çölündən möhkəm səs-küy eşitmiş və cəld olaraq çölə çıxmışdır. O çölə çıxdıqda atası Bəşirin sifət nahiyəsindən qan axdığını görmüş, bu zaman səs-küyə qardaşları Elnur və Nicatda oraya gəlmişlər. O qardaşları Nicatın və Elnurun Sahibə yaxınlaşmalarına imkan verməmiş, həmin vaxtı orada olan Tanrıverdi adlı şəxs Sahibi oradan uzaqlaşdırmışdır. Hadisə nəticəsində qəsəbə sakinləri Sahibin səs-küyünü, onun söyüşlərini eşidib mağazanın qarşısına yığışmış, mağazanın fəaliyyəti tamamilə dayanmış, mağazaya alış-verişə gələn ətrafda olan digər insanlar narahat olmuşlar. Bundan sonra Ağdam rayon polis şöbəsinin əməkdaşları oraya gəlmiş və onları rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs qardaşı Zaurun işlətdiyi mağazanın qarşısında dayanmış şəxslərə orada durmamalarını dediyini, həmin vaxtı Sahibin sərxoş olduğunu, hadisə zamanı orada qonşusu Sahib, Xaliq, Xanəli, Tanrıverdi, Hüseyn, həmçinin onun qardaşı Nicat və Elnur olduğunu bildirmişdir. Hadisə zamanı Sahib onu bir dəfə sinəsindən yumruqla vurmuş, həmin vaxtı onun əynində olan koftasını əli ilə tutub dartaraq cırılmış hadisə zamanı Sahib ondan başqa atası Bəşiri də vurduğunu, lakin həmin vaxtı o mağazanın içərisində olduğundan Sahibin atası nə ilə və necə vurduğunu görməmişdir. Bədəni üzərində sol əlinin İİİ barmağın arxa səthinin sıyrığı sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət almağında kənar hər hansı şəxsin təqsiri olmadığını, belə ki, həmin xəsarət Təqsirləndirilən şəxsla mübahisə edərkən qəsəbə sakinlərinin hansısa birinin dırnağının dəyməsi nəticəsində yaranığını, ancaq qaranlıq olduğundan konkret olaraq kimin dırnağının dəyməsini xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, Sahib onun qonşusudur. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində evdə olmuşdur. Həmin vaxtı mağazanın qarşısında möhkəm səs-küy gəldiyini eşitmiş və dərhal evdən çölə çıxmışdır. Həmin vaxtı mağazanın qarşısında 3 nəfər şəxs dayanmış, həmin şəxslər qəsəbə sakinləri Xaliq, Tanrıverdi, Xanəli olmuşlar. Həmin vaxtı Sahib onu görən kimi nalayiq ifadələr işlətməklə söyüşlər söyməyə başlamışdır. Lakin o Sahibin sərxoş olduğunu görüb Sahibə əhəmiyyət verməyərək onu sakitləşdirməyə çalışmışdır. O oraya çatanda qardaşı Zaur ona demişdir ki, Sahib ona qarşı nalayiq ifadələr işlətməklə söyüşlər söymüş və onun üzərinə yerimişdir. Sahib qardaşı Zaurun əynində olan koftasının tutub dartaraq yaxasını cırmışdır və bir dəfə sinəsinə yumruqla vurmuşdur. O Sahibi sakitləşdirmək məqsədilə Sahibə oradan getməsini xahiş etmiş və mağazaya daxil olmuşdur. Həmin vaxtı səs-küyə atası Bəşir və qardaşı Elnur da oraya gəlmişdir. O həmin vaxtı münqaişənin böyüməməsi üçün mağazaya daxil olmuş, bundan sonra o mağazada olan zaman Sahibin evindən balta və daş ilə yola çıxdığını və yolun qaranlıq hissəsində dayandığını görmüşdür. Həmin vaxtı atası Bəşir Sahibi sakitləşdirmək istəyərkən Sahib onu qəfildən yumruqla vurmuş və atası yerə yıxılmışdır. Lakin Sahib atası yerə yıxıldıqdan sonra atasını yumruqla vurmuş, bundan sonra onlar Sahib və atasına yaxınlaşaraq onları aralaşdırmışlar. O qardaşları ilə birlikdə atasını mağazaya gətirmiş, Sahibə isə oradan çıxıb getməsini demişlər. Lakin Sahib onların sözlərinə məhəl qoymayaraq söyüş söyməkdə davam etmişdir. Həmin vaxtı orada olan şəxslər Sahibi oradan uzaqlaşdırmışlar. Hadisə nəticəsində qəsəbə sakinləri Sahibin səs-küyünü, onun söyüşlərini eşidib mağazanın qarşısına yığışmış, mağazanın fəaliyyəti tamamilə dayanmış, mağazaya alış verişə gələn ətrafda olan digər insanlar narahat olmuşlar. Bundan sonra Ağdam rayon polis şöbəsinin əməkdaşları oraya gəlmiş və onları rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs qardaşı Zaurun işlətdiyi mağazanın qarşısında dayanmış şəxslərə orada durmamalarını bildirdiyini, həmin vaxtı Sahib sərxoş olduğunu, həmin adamlar isə dərhal getmədiklərinə görə Sahib nalayiq ifadələrlə təhqir etdiyini, bundan sonra isə dava-dalaş başladığını bildirmişdir. Hhadisə zamanı o Təqsirləndirilən şəxs vurmadığını, həmin hadisə zamanı ətrafa heç bir zərər dəymədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, o onun qonşusudur. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində yaşadığı evdə olarkən, həmin vaxtı küçədə möhkəm səs-küy eşitmiş və cəld evdən çıxaraq mağazanın qarşısına getmişdir. Mağazanın qarşısında qonşusu Sahibin qardaşı Zaurla mübahisə etdiyini və nalayiq ifadələr işlətməklə söyüşlər söysüyünü görmüşdür. O onlara yaxınlaşanda görmüşdür ki, Zaurun köynəyinin yaxası cırılmış vəziyyətdədir. O Sahibin bu hərəkətlərindən əsəsbiləşmiş və qardaşı Zaurun köynəyini cırdığına görə onu vurmaq istədikdə orada olan Orxan adlı şəxs onu tutmuşdur. Bundan sonra Sahib evinə getmiş və bir qədər sonra o, yenidən geriyə qayıtmışdır. Bu zaman atası Bəşir də orada olmuş, həmin vaxtı atası Sahibi sakitləşdirmək istəmişdir. Lakin qəfildən Sahib yumruğu ilə atasının baş nahiyəsinə vurmuş, həmin zərbədən sonra atası yerə yıxılmışdır. Sahib isə atası yerdə yıxılı vəziyyətdə olan zaman yumruğu ilə onun sifət nahiyəsinə bir dəfə də zərbə endirmişdir. Onlar cəld onlara yaxınlaşmış və onları aralaşdırmışlar. Bundan sonra onlar mağazaya qayıtmış, orada olan qəsəbə sakinləri isə Sahibi oradan uzaqlaşdırmışlar. Hadisə nəticəsində qəsəbə sakinləri Sahibin səs-küyünü, onun söyüşlərini eşidib mağazanın qarşısına yığışmış, mağazanın fəaliyyəti tamamilə dayanmış, mağazaya alış verişə gələn ətrafda olan digər insanlar narahat olmuşlar. Bundan sonra Ağdam rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş və onları rayon polis şöbəsinə dəvət etmişlər. Sahib qardaşı Zaurun işlətdiyi mağazanın qarşısında dayanmış şəxslərə orada durmamalarını bildirdiyini, həmin vaxtı Sahib sərxoş olduğunu, hadisə vaxtı orada qəsəbə sakinləri olduğunu, hadisə zamanı Sahib onu vurmadığını bildirmişdir. Hadisə zamanı əlində ağac olmadığını və Sahibi vurmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, Sahib onun uzaq qonşusudur. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində qəsəbə sakini Bəşirə məxsus mağazanın qarşısında o, Xaliq, qəsəbədə hər kəsin Xanəli kimi tanıdığı Baloğlan və Zaurla birlikdə söhbət etmişlər. Həmin vaxtı nə o, nə də digər şəxslər yüksək səslə danışmamışlar. Bu zaman Sahib onların yanına gəlmiş və onlara orada durmamaqlarını bildirmişdir. Onlar isə Sahiblər razılaşıb gedəcəklərini demişlər. Sahib həmin vaxtı sərxoş olmuş, nəfəsindən spirt iyi gəlmişdir. Onlar Sahiblə razılaşmaqlarına baxmayaraq o mağazanı işlədən Zaura belə olmayacağını demiş, Zaur nə etdiyini soruşmuş, Sahib isə cinsiyyət orqanın adını çəkərək Zaura qarşı nalayiq ifadələr işlədib onun üzərinə yeriməyə başlamışdır. Sahib Zaurun koftasının yaxasından tutaraq dartmış və koftanın yaxasını cırmışdır. X34 vurmasını görməmiş, o, Xaliq və X24 aralayıb yaşadığı evə aparmışdır. Sahibin yaşadığı evdən mağazaya qədər məsafə təxminən 15-16 metrdir. Ancaq Sahib bir qədər yenidən mağazanın yanına qayıtmış, həmin vaxtı Baloğlan artıq getmişdir. Sahib yüksək səslə söyüş söydüyündən onun səsinə ətrafda yaşayan digər qonşular və mağazaya ərzaq almağa gələn digər şəxslərdə yığışmışlar. Zaurun atası Bəşir və digər qardaşları da oraya gəlmiş, bu zaman Bəşirlə Sahibin dalaşdığını görmüş, həmin vaxtı Sahib yumruqla Bəşir kişinin ağız və üz nahiyəsindən iki dəfə zərbə vurmuşdur. O və hadisə yerində olan digər qəsəbə sakinləri ilə birlikdə onlara yaxınlaşıb Sahibi bir tərəfə, Bəşiri isə obiri tərəfə aparmışlar. Həmin vaxtı Sahibin əlində hər hansı əşya olmamış, ancaq Bəşir kişinin burnundan qan gəlmişdir. X19 dəmir materialdan olan yanacaq süzgəcini Sahibə tərəf atıb mağazada olan beli götürüb Sahibə yaxınlaşıb onun istiqamətində zərbə vurmuşdur. Ancaq nə yanacaq süzgəci, nə də bel, nə Sahibə, nə də orada olan digər qəsəbə sakinlərinə dəyməmişdir. Bundan sonra onlar Bəşiri və oğlanlarını mağazaya, Sahibi isə yaşadığı evə getməsini təmin edib oradan uzaqlaşmışlar. Hadisə nəticəsində Sahibin səsküyünü, onun söyüşlərini eşidib mağazanın qarşısına yığışmış, mağazaya alış-verişə gələn ətrafda olan digər insanlar narahat olmuşlar. Təqsirləndirilən şəxsla Bəşirin oğlanlarının dalaşmasının səbəbi mağazanın qarşısına adamların yığışması və səs-küy salmaları olduğunu, onlar arasında bu səbəbdən mübahisə mütəmadi olaraq baş verdiyini, belə ki, o da bir qəsəbə sakini kimi mağazanın qarşısında həqiqətən hər zaman səs-küy olmasını təsdiq etdiyini, mağazanın qarşısında həqiqətən hər zaman səs-küy olduğunu, Sahibin evi mağazaya daha yaxın olduğundan həmin səs-küy daha çox eşidildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağdam rayonu Təzəkənd qəsəbəsində yerləşənə Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı 141 nömrəli evin yataq otağıdır. Hadisə yerindən Təqsirləndirilən şəxs məxsus qısa yay şalvarı, mayka, qapaq, saç rezini, 01 ədəd siqaret kötüyü, çapacaq, tiyəsinin tamlığı pozulub 3 hissəyə ayrılmış bıçaq, 9 ədəd gigiyenik çubuq götürülmüşdür. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağdam rayonu Təzəkənd qəsəbəsində yerləşən Şahid5 məxsus mağazanın önüdür. Hadisənin görüntüləri diskə köçürülməklə götürülmüşdür. «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X1 hadisə zamanı üzərində olan xalat, vodolazka, qısaqol vodolazka, qısaqol kofta, retuz götürülmüşdür. «Baxış keçirilməsi və götürülməsi və haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,Şahid1 məxsus 01 ədəd xalat və 01 ədəd vodolazka götürülmüşdür. «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,şübhəli şəxs Təqsirləndirilən şəxs ona təqdim edilmiş çapacaqlardan hadisə zamanı arvadı X6 vuraraq onu qəsdən öldürdüyü çapacağı tanımış və əyani surətdə göstərmişdir. «Mobil telefona baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Samsun markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən heç bir yazıya rast gəlinməmişdir. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparılaraq özünün ailə üzvləri ilə birlikdə yaşadığı Ağdam rayonu Təzəkənd qəsəbəsində yerləşən evdə hadisə yerlərində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini özündə əks etdirən disk cinayət işi materiallarına əlavə edilmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/7185 saylı rəyindən görünür ki, Tünzalə Əliyevanın xalatının üzərindən aşkar edilmiş mavi rəngli pambıq liflət cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının və boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs maykasının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərində aşkar edilmiş qırmızı rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə Tünzalə Əliyevanın sviterinin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 347 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər sol alın-gicgah nahiyəsinin, sol gözaltı, nahiyənin qançırları, 2,3-cü dişlərin boyun nahiyəsindən qırılması, 3-cü dişin İİİ dərəcəli laxlaması, diş ətrafı toxumanın hematoması küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 22ş09.2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 19 saylı rəyindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər- çənə, almacıq, gicgah sümüklərinin kəsilməsi və üz, gicgah arteriyasının kəsilməsi ilə üzün sol yarısı ilə sol gicgah nahiyəsini əhatə edən sahənin 3 (üç) ədəd, gicgah ənsə sümüklərinin kəsilməsi ilə gicgah ənsə nahiyəsinin 3 (üç) ədəd, İİ, İİİ, İV boyun fəqərələrinin kəsilməsi və fəqərə arteriyasının kəsilməsi ilə boyun nahiyəsinin arxa səthində 4 (dörd) ədəd, İİ əldaraq sümüyünün kəsilməsi ilə sol əlin arxa səthinin 1 (bir) ədəd çapılmış yaraları, üz nahiyəsinin sağ yarısı ilə sağ xarici qulaq nahiyəsini əhatə edən sahənin 4 (dörd) ədəd, boyun nahiyəsinin sağ yarısında 1 (bir) ədəd, sol xarici qulaq nahiyəsində 2 (iki) ədəd, sol kürəküstü nahiyədə 3 (üç) ədəd, sağ kürək nahiyəsində 4 (dörd) ədəd, sol çiyin nahiyəsində 6 (altı) ədəd, sağ bud nahiyəsində 2 (iki) ədəd, sağ baldır nahiyəsində 3 (üç) ədəd, sağ bazu nahiyəsində 9 (doqquz) ədəd, sağ said nahiyəsində 2 (iki) ədəd, sağ əl nahiyəsində 4 (dörd) ədəd, sol bazu nahiyəsində 2 (iki) ədəd, sol said nahiyəsində 4 (dörd) ədəd, sol əl nahiyəsində 2 (iki) ədəd, döş qəfəsi nahiyəsində 3 (üç) ədəd, qarın nahiyəsində 1 (bir) ədəd deşilmişkəsilmiş yaralar, sağ diz nahiyəsinin 1 (bir ) ədəd, sağ əl nahiyəsinin 3 (üç) ədəd kəsilmiş yaraları, boyun nahiyəsinin 3 (üç) ədəd, alın nahiyəsinin 2 (iki) ədəd qançırı vardır. Həmin xəsarətlər həyatidir, ölümdən az vaxt əvvəl törənmişdir, qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar kəsici kənara və iti uca malik alətin (alətlərin) təsirindən törənmişlər, ola bilsin ki ekspertizaya təqdim olunan bıçaqla və ya bu kimi eyni konstruktiv xüsusiyyətlərə malik olan bıçaqla törənə bilər, çapılmış yaralar isə çapıcı alətin (alətlərin) təsirindən törənmişlər, ola bilsin ki, ekspertizaya təqdim olunan çapacaqla (ət dəhrəsi) törənə bilər. Boyun, alın nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, dərəcəsinə görə: a) çənə, almacıq, gicgah sümüklərinin kəsilməsi və üz, gicgah arteriyasının kəsilməsi ilə üzün sol yarısı ilə sol gicgah nahiyəsini əhatə edən sahənin 3 (üç) ədəd, gicgah ənsə sümüklərinin kəsilməsi ilə gicgah ənsə nahiyəsinin 3 (üç) ədəd, İİ, İİİ, İV boyun fəqərələrinin kəsilməsi və fəqərə arteriyasının kəsilməsi ilə boyun nahiyəsinin arxa səthində 4 (dörd) ədəd çapılmış yaralar canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; b) İİ əldaraq sümüyünün kəsilməsi ilə sol əlin arxa səthinin 1 (bir) ədəd çapılmış yarası isə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, c) üz nahiyəsinin sağ yarısı ilə sağ xarici qulaq nahiyəsini əhatə edən sahənin, boyun nahiyəsinin sağ yarısının, sol xarici qulaq,sol kürəküstü, sağ kürək, sol çiyin, sağ bud, sağ baldır, sağ bazu, sağ said, sağ əl, sol bazu, sol said, sol əl, döş qəfəsi, qarın nahiyələrinin deşilmiş-kəsilmiş yaralar, sağ diz, sağ əl nahiyələrinin kəsilmiş yaraları canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. d) boyun və alın nahiyələrinin qançırları canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 ölümünə səbəb üz, gicgah, fəqərə arteriyalarının kəsilməsi ilə boyunun və üz gicgah nahiyələrinin çapılmış yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X1 meyidinin üzərində aşkar olunmuş xəsarət- boyun nahiyəsində qeyd olunan qançır qarşılıqlı mübarizəyə xarakterik xəsarət hesab oluna bilər. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 10-12 saat olar baş vermişdir. Xəsarət yetirilən vaxt zərərçəkmiş və xəsarət yetirən müxtəlif vəziyyətlərdə ola bilər. (qarşı qarşıya, oturmuş, əyilmiş və sair). Xəsarətlərin yerləşdiyi nahiyəyə görə demək olar ki, ona zərbələr müxtəlif istiqamətlərdə (öndən arxaya, sağdan sola,soldan sağa, arxadan önə və sair) olmuşdur. X3 hamilə deyildir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. (xx.xx.2022-ci il tarixli, 4840/k saylı məhkəmə-kimyavi akt). X1 məhkəməbioloji müayinəsi nəticəsində uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 02 ədəd tamponun məhkəmə tibbi tədqiqi zamanı sperma aşkar olunmamışdır. Məhkəmə trasoloji, məhkəmə ballistik ekspertizasının 30 yanvar 2023-cü il tarixli 3/1834; 3/1836; 3/1837 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Tünzalə Əliyevaya aid xələtin, uzunboğaz qolsuz köynəyin, uzunboğaz uzunqol köynəyin, qısaqol köynəyin, Təqsirləndirilən şəxs məxsus şalvarın səthində yerləşmə vəziyyəti, lokalizasiyası qeyd edilməklə təsvir edilən zədələtr vardır. Tünzalə Əliyevaya aid xələtin, uzunboğaz qolsuz köynəyin, uzunboğaz uzunqol köynəyin, qısaqol köynəyin səthində olan a zədələri qrupu kəsici, çapıcı xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik kəsilmə zədələridir. Ümumi əlamətlərinə əsasən xələtin, uzunboğaz qolsuz köynəyin, uzunboğaz uzunqol köynəyin, qısaqol köynəyin səthində olan a zədələri qrupunun təqdim edilmiş bir ədəd çapacağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş xələtin, uzunboğaz qolsuz köynəyin, uzunboğaz uzunqol köynəyin, qısaqol köynəyin səthində a zədələri qrupunda xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş çapacağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tünzalə Əliyevaya aid xələtin, uzunboğaz qolsuz köynəyin, uzunboğaz uzunqol köynəyin, qısaqol köynəyin səthində a zədələri qrupundab başqa digər zədələr bir tərəfi kəsici, ucu deşici xssəyə malik olan predmetin (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterikdeşilib-kəsilmə zədələridir. Təqdim edilmiş bıçaq sınmış vəziyyətdə, yararsız olduğundan eksperiment aparmaq mümkün olmadığından, geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin təqdim edilmiş bıçaqla yetirilməsini müəyyən etmək mümkün deyil. Təqdim edilmiş xələtin, uzunboğaz qolsuz köynəyin, uzunboğaz uzunqol köynəyin, qısaqol köynəyin material xüsusiyyətlərindən aslı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan kəsilmə zədələrinin, deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın səthində olan zədələr termiki təsirdən yaranmağa xarakterik yanma zədələridir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından yuxarıda qeyd olunan zədələrin əmələ gəlmə mexanizminin müəyyən edilməsi mümkün olmamışdır. Maddi sübutların ekspertizasının 07 fevral 2023-cü il tarixli 829/2022-MTBŞ saylı rəyindən görünür ki, X5 ABO sistemi üzrə qan qrupu :A-beta/İİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu :A/İİ/, Şahid1 ABO sistemi üzrə qan qrupu :A/İİ/-dir. Ekspertizaya təqdim edilən Tünzalə Əliyevaya məxsus xalat, vodolazka, qısaqol vodolazka, qısaqol kofta, retuz, X12 məxsus xalat, vodolazka, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus qısa yay şalvarı, mayka, hadisə yerindən götürülmüş qapaq, saç rezini 01 ədəd siqaret kötüyü, ət dəhhrəsi, tiyəsinin tamlığı pozulub 3 hissəyə ayrılmış bıçaq üzərindəki ləkələrdə və hadisə yerindən götürülmüş 9 ədəd gigiyenik çubuğun hər iki ucunda pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və bəzi ləkələrdə həmçinin beta aqqlyutini də alınmışdır. Beləliklə, bu qan ləkələri A-beta /İİ/qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə X7 məxsus ola bilər. Ləkələrdə eyni qruplu təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və Şahid1 qanlarının olması da ABO sistemi ilə inkar olunmur/əgər onlarda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin X20 26 yanvar 2023-cü il tarixli 49 nömrəli kompleks məhkəmə pisixatrik və məhkəmə pisixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı və ona qədər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlikdən əziyyət çəkmir. Onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o hal-hazırda da öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlıdır. Təqsirləndirilən şəxs əsas fərdi psixoloji xüsusiyyətləri aşağıdakılardır:praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konfilikt porblemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma. Təqsirləndirilən şəxs hadisə baş verən zaman əsəbi psixi-emosional halda olmuşdur. Bu hal həyat yoldaşının ona xəyanət etməsi düşüncəsi ilə şərtlənə bilər. Təqsirləndirilən şəxs Haqvedi oğlu hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. (keçirməmişdir). Gəncə şəhər Narkoloji Dispanserinin 15 fevral 2022-ci il tarixli 260 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ağdam rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisə ailə münaqişəsi zamanı baş vermiş, Təqsirləndirilən şəxs hadisəni sərxoş halda törətmiş, hadisəni isə Təqsirləndirilən şəxs bacısı Şahid1 görmüşdür.Bundan əlavə X5 hər hansı bir şəxslə yaxın münasibəti olamsı müəyyən edilməmişdir. Ağdam rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və onun həyat yoldaşı X5 barələrində şöbənin ictimai təhlükəsizlik bölməsində xx.xx.2019-cu iul tarixdə münaqişəli ailə profilaktiki yığım işi açılmış və xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli 118 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. «Könüllü gəlib təqsirini boynunan alma haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gələrək həyat yoldaşı X6 yaşadıqları evdə qətlə yetirdiyini bildirmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 dekabr 2022-ci ildən hesablanmışdır. X38 Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs X38 Dispanserində dispanser müşahidəsində deyil. Ağdam MRX-nın Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi Xəstəxansının narkoloji kabinetində qeydiyyatda durmur. Ağdam rayon Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli 17 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında anası X13, bacısı Şahid1, həyat yoldaşı X11, övladları X25, X26, X17, X21 və X18 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. AZ-İİ № 077573 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmışdır. AZ-İİİ № 686000 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X25 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. AZ-İİİ № 686001 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X26 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. AZ-İİİ № 686002 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X17 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. AZ-İV № 301286 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X21 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. AZ-İV № 375588 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X18 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 89 saylı sərəncamından görünür ki, Şahid1 qardaşı uşaqları X25, X26, X17, X21 və X9 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 2000-ilə qədər qüvvədə olan CM-nin 207-ci maddəsinin 3-cü hissəsi ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. «Sübutların qiymətləndirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərardan görünür, iş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən götürülmüş qısa yay şalvarı, mayka, qapaq, saç rezini, 01 ədəd siqaret kötüyü, çapacaq, tiyəsinin tamlığı pozulub 3 hissəyə ayrılmış bıçaq, 9 ədəd gigiyenik çubuq, X5 hadisə zamanı üzərində olan xalat, vodolazka, qısaqol vodolazka, qısaqol kofta, retuz, X12 məxsus xalat, vodolazka Ağdam rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır, hadisənin videogörüntülərinin köçürüldüyü 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. 08 mart 2023-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd kofta, 01 ədəd kalqotka, hadisə yerindən götürülmüş 01 ədəd papaqlı gödəkcə, 01 cüt corab və 01 ədəd Samsun markalı mobil telefon X12 qaytarılmışdır. 09 mart 2023-ci il tarixli aktdan görünür ki, hadisə yerindən götürülmüş torpaq nümunəsi məhv edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə elan edilmiş ittihamlarla özünü qismən təqsirli bildiyini göstəsədə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin120.2.4 və 221.2.2-ci maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, himayəsində dörd az yaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna xüsusi ilə ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə, sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət və ədalət prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Ağdam rayon prokurorluğunda saxlanılan X1 hadisə zamanı üzərində olan xalat, vodolazka, qısaqol vodolazka, qısaqol kofta, retuz, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, X12 məxsus xalat, vodolazka özünə qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, qısa yay şalvarı, mayka, qapaq, saç rezini, 01 ədəd siqaret kötüyü, çapacaq, tiyəsinin tamlığı pozulub 3 hissəyə ayrılmış bıçaq, 9 ədəd gigiyenik çubuq, istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Elcə də 01 ədəd kofta, 01 ədəd kalqotka, hadisə yerindən götürülmüş 01 ədəd papaqlı gödəkcə, 01 cüt corab və 01 ədəd Samsun markalı mobil telefonunun X12 qaytarılması, hadisə yerindən götürülmüş torpaq nümunəsi məhv edilməsi və bir ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 306 (üç yüz altı) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2009-cu il təvəllüdlü X25, xx.xx.2013cü il təvəllüdlü X26, xx.xx.2014-cü il təvəllüdlü X17, xx.xx.2016-cı il təvəllüdlü X21 və xx.xx.2019-cu il təvəllüdlü X18 anaları X5 öldürülməsi, ataları Təqsirləndirilən şəxs isə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə əlaqədar olaraq valideyn himayəsindən məhrum olmuşlar. Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 89 saylı sərəncamı ilə xx.xx.2009-cu il təvəllüdlü X25, xx.xx.2013-cü il təvəllüdlü X26, xx.xx.2014-cü il təvəllüdlü X17, xx.xx.2016-cı il təvəllüdlü X21 və xx.xx.2019-cu il təvəllüdlü X18 bibiləri Şahid1 qəyyumluğuna (himayəsinə) verilmişdir. Odur ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 89 saylı sərəncamı ilə xx.xx.2009-cu il təvəllüdlü X25, xx.xx.2013-cü il təvəllüdlü X26, xx.xx.2014cü il təvəllüdlü X17, xx.xx.2016-cı il təvəllüdlü X21 və xx.xx.2019-cu il təvəllüdlü X18 bibiləri Şahid1 qəyyumluğuna (himayəsinə) verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 221.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 221.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 21 dekabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Ağdam rayon prokurorluğunda saxlanılan X1 hadisə zamanı üzərində olan xalat, vodolazka, qısaqol vodolazka, qısaqol kofta, retuz, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, X12 məxsus xalat, vodolazka özünə qaytarılmalı qəbul edilmədikdə məhv edilsin, qısa yay şalvarı, mayka, qapaq, saç rezini, 01 ədəd siqaret kötüyü, çapacaq, tiyəsinin tamlığı pozulub 3 hissəyə ayrılmış bıçaq, 9 ədəd gigiyenik çubuq, istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Elcə də 01 ədəd kofta, 01 ədəd kalqotka, hadisə yerindən götürülmüş 01 ədəd papaqlı gödəkcə, 01 cüt corab və 01 ədəd Samsun markalı mobil telefonunun X12 qaytarılması, hadisə yerindən götürülmüş torpaq nümunəsi məhv edilməsi və bir ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 306 (üç yüz altı) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 89 saylı sərəncamı ilə xx.xx.2009-cu il təvəllüdlü X25, xx.xx.2013-cü il təvəllüdlü X26, xx.xx.2014-cü il təvəllüdlü X17, xx.xx.2016-cı il təvəllüdlü X21 və xx.xx.2019-cu il təvəllüdlü X18 bibiləri Şahid1 qəyyumluğuna (himayəsinə) verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar