Məhkəmə qərarları › İş №1(100)-280/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-280/2025

09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-280/2025 09.01.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri X14, X10 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1975-ci il təvəllüdlü, Ağdam rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, Qaradağlı kəndində yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki o, 2024-cü ilin aprel ayının sonlarında dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Lənbəran kəndi ərazisində yerləşən Kəlbəcər rayonuna məxsus birliyin ərazisində özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən külli miqdarda, yəni 105 (yüz beş) ədəd, ümümi təmiz çəkisi 22 kiloqram 350 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 13 iyun 2024-cü il tarixdə saat 13:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 105 (yüz beş) ədəd, ümümi təmiz çəkisi 22 kiloqram 350 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus Bərdə rayonu, Lənbəran kəndi ərazisində yerləşən Kəlbəcər rayonuna məxsus birliyin ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əməlindən peşmandır. Yaşadığı Bərdə rayonu, Ləmbəran kənd ərazisində çətənə kolu əkmişdir. Bundan sonra o Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə qısa ifadə verdiyindən onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki,”«… o, təxminən 5-6 ildir ki, narkotik vasitə olan “nəşə”dən istifadə edir, o, istifadə etdiyi “nəşənin”, yəni marixuananın toxumlarını yığıb saxlamış, o, həmin toxumları əkərək, çətənə bitkilərini yetişdirdikdən sonra, həmin çətənələri qurudaraq, istifadə etmək məqsədi olmuşdur. Təxminən, 2024-cü ilin aprel ayının sonlarında həmin toxumları yaşadığı evin həyətində əkmiş və daimi olaraq onlara qulluq etmiş, belə ki, həmin bitkilərə vaxtlı vaxtında su tökürmüş, onları peyin ilə gübrələyirmiş, müxtəlif dərman vasitələri verirmiş, yəni həmin bitkilərə xüsusi qulluq göstərmişdir. Əkdiyi toxumların inkişaf etdiyini görmüş və inkişaf edən həmin bitkilərə qulluq etməyə davam etmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq həyətində narkotik tərkibli bitki becərdiyi barədə məlumatlarının olduqlarını ona bildirmişdilər. O, səmimi etiraf edərək əkdiyi narkotik vasitələri göstərmiş, əkdiyi narkotik vasitələri özü istifadə etmək üçün əkdiyini onlara bildirmiş, onun evinin həyətində iki hissədə narkotik tərkibli bitkiləri əkmiş, həmin bitkiləri polislərə göstərdikdən sonra, polis əməkdaşları onun yanında bitkiləri kökündən çıxartmağa başlamışdılar, həmin kolları saydıqda həyətinin birinci hissəsində 86 ədəd, ikinci hissədə isə 19 ədəd ağac olmaqla ümumilikdə 105 ədəd olduğu onun yanında müəyyən edilmiş, daha sonra həmin bitkiləri bir neçə kisədə qablaşdırmışdılar. Daha sonra onun evinə baxış keçirtmiş, lakin evində başqa qanunsuz predmet aşkar edilməmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişlər və onlar birlikdə Bərdə rayon polis şöbəsinə gəlmiş, şöbədə üzərində video çəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişlər, buna görə də ona müdafiəçi siyahısı təqdim edilmiş və o, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş, o, şübhəli şəxs qismində tutulmuş, bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır.O verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin narkotik bitkilərin toxumlarını əvvəllər istifadə etdiyi “nəşə”nin içərisindən taparaq götürmüş, heç kimə narkotik vasitə satmamış, nə də heç bir kəsə verməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, onun evinə və üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüşlər, kənar şəxslər bunu görməmiş, polislər də onu saxlayanda o, tək olmuş, yanında heç kəs olmamış, bunu da kənar şəxslərdən görən olmamışdır. O, əvvəllər də narkotik vasitəni tapmış, bir də əkdiyi nakotik vasitələrdən istifadə etmişdir…» Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İyun ayının 13-də onlara əməliyyat məlumatı daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və ona çağırmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs çölə çıxmışdır. Onlar isə Təqsirləndirilən şəxs “səndə belə bir şey vardır” demişlər. Bundan sonra Təqsirləndirilən şəxs hər bir şeyi özü təqdim etmişdir. Həmçinin “əkmişəm peşimanam” demişdir. 105 ağac olmuşdur. Səhv etmirsə 22 kq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 iyun 2024-cü il tarixdə Şahid1, Şahid3 və digər əməkdaşlara əməliyyat məlumatı daxil olmuşdur. Bərdə rayonu, Ləmbaran kəndinin inzibati ərazisində yerləşən Kəlbəcər adlanan yerdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı həyətyani sahəsinə daxil olmuş məlumat əsasında baxış keçirilmişdir. Məlumatda şəxsin narkotik vasitənin əkib becərməsi ilə bağlı olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı həyətyani sahəsinə baxış keçilrmişdir. Həmin vaxt bağ sahəsində 86 ədəd 1-ci sahədən, 19 ədəd isə 2-ci sahədən (ona bitişik) çətənə kolları aşkar edilmişdir. Bundan sonra sənədləşmə işləri aparlılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 13 iyun 2024-cü il tarixdə Bərdə rayon Polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Həmin məxfi məlumat Bərdə rayonu, Ləmbəran kəndində yerləşən Kəlbəcər birliyi ərazisində yaşayan Təqsirləndirilən şəxs həyətyani sahəsində narkotik vasitə çətənə kollarının kultivasiyası ilə məşğul olması haqqında olmuşdur . Bundan sonra məlumat əsasında onlar həmin ünvana yaxınlaşmışlar. Təqsirləndirilən şəxs həyətyani sahəsinə baxış keçirilən zaman 1-ci hissədən 86 ədəd, 2-ci hissədə isə 19 ədəd çətənə kolları, ümumilikdə 105 ədəd çətənə kolları aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o polis əməkdaşları tərəfindən dəvət olunmuş və onlarla birgə getmişdir. Bərdə rayonu, Ləmbəran kəndində yerləşən Kəlbəcər birliyi deyilən ərazidə əkin olmasını bilmişdir. Onun ixtisası aqranomdur.O əkilən bitkilrə baxış keçirmiş və mütəxəssis kimi müvafiq rəy vermişdir. 13 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli «baxış keçirilməsi» haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə Təqsirləndirilən şəxs razılığı ilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs həyətyanı sahədə əkdiyi narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilərin əkildiyi aşkar edilmişdir. Aparıcı aqranom çətənə kollarına baxaraq aqrotexniki qaydada qulluq olunmasını bildirmişdir. Həyətyanı torpaq sahəsində iki hissədə əkilmiş çətənə kolları Şahid3 və Şahid1 tərəfindən qablaşdırılması üçün kökündən çıxarılmış, birinci hissədən hər biri 10 ədəd torbalara yığmaqla 86 ədəd çətənə kolu kökündən çıxarılmış, həyətin digər hissəsindən isə 19 ədəd çətənə koluna bənzər bitki kökündən çıxarılmışdır. Həmin çətənə kollarının 19 ədədi birinci olaraq politelin torbalara yığılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənib imzalanmış, ikinci qablaşdırma 16 ədəd çətənə koluna bənzər bitkilərin politelin torbalara yığılaraq möhürlənib imzalarla təsdiq edilməklə qablaşdırılmışdır. Daha sonra üç ədəd qablaşdırmada hər birində 20 ədəd olmaqla çətənə kollarına bənzər kollar möhürlənərək imzalarla təsdiq olunmaqla qablaşdırılmışdır. Sonda isə 10 ədəd çətənə koluna bənzər bitkilər politelin torbaya yığılaraq möhür ilə möhürlənib imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o qeyd olunan çətənə kollarına bənzər bitkiləri iki ay əvvəl özünün narkotik vasitəyə olan ehtiyacını ödəmək üçün əkmiş, mütamadi olaraq alaq otlarını təmizləmiş, suvarmış, peyin ilə gübrələmiş, həmçinin digər dərmanlar vermişdir. Həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Bərdə rayon Vəkillər Bürosunun vəkili X7 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, varsa könüllü olaraq təhvil verməsi təklif oolunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, 1 qutu siqaret, bir ədəd alışqan və əl dəsmalını masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən axtarış keçirilmiş, axtariş zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung ” markalı mobil telefon istintaq orqanına göndərilməsi üçün qablaşdırılaraq iştirakşılar tərəfindən imza olunub DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, bir qutu siqaret, alışqan və əl dəsmalı əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. 13 iyun 2024-cü il tarixli aparıcı-aqronom Şahid4 tərəfindən verilmiş rəydən görünür ki, 13 iyun 2024-cü il tarixdə Bərdə rayon Lənbəran kəndi ərazisində yerləşən Kəlbəcər rayonuna məxsus birliyin ərazisində yaşayan Ağdam rayonunun məcburi köçkünü Təqsirləndirilən şəxs özünə məxsus həyətyanı sahədə əkilmiş 105 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilmişdir. Onların tərəfindən baxış keçirilən zaman əkilmiş 105 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunması müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 14 iyun 2024-cü il tarixli 16/693 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 20 ədəd kol” yazı və imzalar olan sintetik kisə bağlamadakı, ümumi sayı 20 (iyirmi) ədəd, ümumi təmiz çəkisi 4550 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 16 ədəd kol” yazı və imzalar olan sintetik kisə bağlamadakı, ümumi sayı 16 (on altı) ədəd, ümumi təmiz çəkisi 1400 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 10 ədəd kol” yazı və imzalar olan sintetik kisə bağlamadakı, ümumi sayı 10 (on) ədəd, ümumi təmiz çəkisi 4700 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 20 ədəd kol” yazı və imzalar olan sintetik kisə bağlamadakı, ümumi sayı 20 (iyirmi) ədəd, ümumi təmiz çəkisi 7000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 20 ədəd kol” yazı və imzalar olan sintetik kisə bağlamadakı, ümumi sayı 20 (iyirmi) ədəd, ümumi təmiz çəkisi 3850 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 20 ədəd kol” yazı və imzalar olan sintetik kisə bağlamadakı, ümumi sayı 19 (on doqquz) ədəd, ümumi təmiz çəkisi 850 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ümumi sayı 105 (yüz beş) ədəd olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidir. Mütəxəsis (aqronom) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 16 sentyabr 2024-cü il tarixli, 1546 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “MTE və PA” Birliyi publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin 14 iyun 2024-cü il tarixli 456 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Dəədkişi oğlunun məhkəmətibbi müayinəsi zamamı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Xocavənd rayonu, Əmiralılar kəndində qeydiyyatda olmaqla, Bərdə rayon Lənbəran kəndində Kəlbəcər birliyi adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon X3 Hüquqi Şəxsin 14 avqust 2024-cü il tarixli 18-1-28/2-1534/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin narkoloji kabinetində və həmin şöbəsinin Ruhi-Əsəb dispanser qeydiyyatında yoxdur. 26 avqust 2024-cü il tarixli, Xocavənd rayonu İcra Hakimiyyəti Başçısının Əmirallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olan arayış və xasiyyətnamədən görünür ki, o, məcburi köçkün kimi Ağdam rayon Qaradağlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinib 3 il şərti, 2 il sınaq müddəttli cəzasına və ağır cinayətylərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsinin xx.xx.2002-ci il tarixli hökümü ilə Azərbaycan Respublikasının CM-nin 29, 232.3.1, 232.3.1, 232.3.2, 228.3, 66.3, 67.1, 177.2, 67.1-ci maddələri ilə təqsirli bilinib 13 il A.M.E cəzasına məhkum olunmuşdur. xx.xx.2014-cü il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə CM-nin 76 maddəsinə əsasən 05 ay 01 gün V.Ə.Ş azad edilmişdir. Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu, Lənbəran kəndin ərazisində Kəlbəcər birliyinə məxsus ərazidə yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 105 (yüz beş) ədəd ümumi təmiz çəkisi – 22350 qram, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 22347,9 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu, Lənbəran kəndin ərazisində Kəlbəcər birliyinə məxsus ərazidə yaşadığı evin həyətyanı sahəsindən və üzərində şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntüləri əks etdirən 2 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. 17 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, İş üzrə maddi sübut kimi tanınmış ekspert tədiqaqtına sərf edildikdən sonra qalıq təmiz çəkisi 22347,9 qram olan 105 (yüz beş) ədəd bitki nümunələri əkib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, baxış götürmə, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Nümayəndəlik tərəfindən verilmiş xəsiyyətnamədən görünür ki, Azərbaycan Respublikası Xocavənd rayon Əmirallar kənd sakini Təqsirləndirilən şəxs xx xxxxxx 1975cı ildə Ağdam rayon Muğanlı kəndində anadan olmuşdur. Təqsirləndirilən şəxs ailəsi 23 iyun 1993-cü il tarixdə erməni hərbi quldur birləşmələrinin Ağdam rayonunu işğal etdiyinə görə məcburi köçkün düşmüşdür. Bir müddət Ağcabədi rayonunda alləsi ilə birlikdə məskunlaşıb yaşamışdır. Ailəlidir, üç övladı var. Hal-hazırda Ağdam rayon Qaradağlı kəndində alləsi ilə birlikdə məskunlaşıb yaşayır. Ailə üzvləri aşağıdakı tərkibdən ibarətdir: anasi X5 xx.xx.19482, qizi X11 xx.xx.1999, qızı X8 xx.xx.1998 oğlu X12 xx.xx.2001, oğlu X12 ikinci Qarabağ Müharibəsi iştirakçısıdır, “Vətən müharibəsi” veteranıdır, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Kələbəcərin azad olunması” medalı ilə təltif olunmuşdur. Hal-hazırda Ağdam rayon Qaradağlı kəndində məskunlaşıb yaşayır. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirlən şəxsin ifadələri, şahid ifadələri, ekspert rəyləri, şəxsi axtatış aprılması, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan marixuananın və kultivasiya edilmiş çətənə kollarının qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və yetişdirmə) cinayət əməllərini törətməsi məhəkəmədə təsdiq olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddələri ilə tövsif edilməli, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ,o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən oğlunun ikici qarabağ müharibəsi iştirakçısı olmaqla, «Müharibə Veteranı» “Kələbəcərin azad olunması” medalları ilə təltif olunması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinib 3 il şərti, 2 il sınaq müddəttli cəzasına və ağır cinayətylərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsinin xx.xx.2002-ci il tarixli hökümü ilə Azərbaycan Respublikasının CM-nin 29, 232.3.1, 232.3.1, 232.3.2, 228.3, 66.3, 67.1, 177.2, 67.1-ci maddələri ilə təqsirli bilinib 13 il A.M.E cəzasına məhkum olunmuşdur. xx.xx.2014-cü il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə CM-nin 76 maddəsinə əsasən 05 ay 01 gün V.Ə.Ş azad edilib. Məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq, həmin məhkumluğun ödənilməsi üçün qanunda nəzərədə tutulan müddət keçdiyindən hal-hazırda heç bir hüquqi nəticə yaratmır. Məhkəmə, həmçinin cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasıməm Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alımaldır. İş üzrə maddi sübut Bərdə rayon Polis Şöbəsində saxlanılan, ümumi təmiz çəkisi 22347,9 qram olan 105 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, çətənə (kannabis) bitkilərinin məhv edilməsi Bərdə rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməli, 02 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Bərdə rayon Polis Şöbəsində saxlanılan, ümumi təmiz çəkisi 22347,9 qram olan 105 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, çətənə (kannabis) bitkilərinin məhv edilməsi Bərdə rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. 02 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar