Məhkəmə qərarları › İş №1(100)-281/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-281/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-281/2021 26.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu, Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 08 yanvar 1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, həbs olunanadək Bərdə şəhəri, Füzuli küçəsi, ev 3-də daimi qeydiyyatda olub yaşamış, hazırda 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən, 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,507 qram, 1,526 qram ümumi təmiz çəkisi 3,033 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib, əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyaraq satış məqsədi ilə saxlamış, Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 13 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, İ.Qayıbov küçəsində polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,507 qram, 1,526 qram ümumi təmiz çəkisi 3,033 qram , yəni külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olmaqla, yəni maşın təmir etməklə ailəsini dolandırır. O, sənətkar olduğu üçün arada nəşə çəkir, heroindən ümumiyyətlə istifadə etməyib. 13 aprel 2021-ci il tarixdə Bəxtiyarın avtomobili ilə dərman almaq üçün Bərdə şəhəri, İ.Qayıbov küçəsində yerləşən aptekin qarşısına gəlmiş və aptekin qarşısına çatanda Bəxtiyara avtomobilini saxlamasını demiş, Bəxtiyar avtomobili saxlamış və o da avtomobilidən düşüb ağrı kəsən dərman almaq üçün aptekə daxil olmaq istəyərkən polis işçiləri ona yaxınlaşıb özlərini təqdim edib, üzərində narkotik saxladığından xəbərləri olduğunu, üzərində axtarış aparılması üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Daha sonra onu Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində isə əvvəlcə onun üzərinə kibrit qutusu qoyulmuş, sonra isə video çəkiliş ilə üzərindən heroin aşkar edilmişdir. Üzərindən çıxan heroin ona məxsus olmamış polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “O narkotikdən də düşəndə istifadə edəndir. Əvəllər də bir-neçə dəfə narkotikdən istifadə etdiyindən yenə düşəndə əldə edib istifadə edir. Hardasa son 3 ay olar ki, narkotikdən əsasən heroindən istifadə etməyə başlamışdır. O, istifadə etdiyi narkotik vasitəni Bərdə rayonunun Zümürxan kənd sakini Taryel Aslanovdan alıb özü üçün istifadə edir, kiməsə satmır. O, avtomobil təmir etdiyi üçün Bərdə rayonunun Zümürxan kənd sakini Taryel Aslanovun da VAZ-21011 markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilini öz həyətində təmir edir. Elə buna görə də 13 aprel 2021-ci il tarixdə mobil telefonu ilə Taryel Aslanova zəng edib bildirmişdir ki, bəs onun həyətində təmirə qoymuş olduğu avtomobilinin təmiri üçün hardasa 150 manat dəyərində boya almaq lazımdır ki, avtomobili təmir edib başa çatdıra bilisin, yoxsa təmiri dayandıracağını maşının da elə orada təmirsiz vəziyətdə qalacağını demişdir. Taryel də telefonda ona cavab vermişdir ki, bəs pulu yoxdur, o, Taryelin avtomobili üçün boyanı özü almış olsun o da bunun əvəzində ona 150 manatlıq narkotik heroin verəcəyini demişdir. O da narkotik istifadəçisi olduğundan Taryelin bu təklifi ilə razılaşmışdır. Onu da qeyd edir ki, əvvəllər bir-neçə dəfə Taryelə pul verib ondan narkotik alıb istifadə etmişdir. Ancaq həmin tarixləri və nə qədər narkotik almış olduğun unutduğumdan bu barədə bir söz deyə bilmir. 13.04.2021-ci il tarixdə yenə Taryelə zəng vurub, narkotiki verməsini ona demişdir. Taryel də ona cavab vermişdir ki, özü evində yoxdur, ancaq buna baxmayaraq onun evinə getsin, o, oğlu Əliyə zəng edib bildirəcəkdir ki, ona heroin vermiş olsun. O da bu sözdən sonra qonşuluğunda yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Bəxtiyar adlı şəxsin avtomobili ilə Bərdə rayonun Zümürxan kəndinə getmişdir. O, Bəxtiyara həmin kənddən narkotik almaq üçün getdiyini bildirməyib gizli saxlamışdır ki, o, bunu bilərsə onu dediyi yerə aparmaz. Ancaq o, Bəxtiyara yalandan demişdir ki, orada bir nəfər ona borclu olan adam var, gedir pula ehtiyacı var, pulunu alıb gətirə. Bu ad altında o, Zümürxan kəndinə Taryelin evinin qarşısına getmişdir. Oradan yenə Taryelin mobil nömrəsinə öz mobil telefonu ilə zəng vurub ona demişdir ki, onun evinin qarşı tərəfindədir. Taryelin də ona sözü bu olmuşdur ki, o gözləsin oğlu Əli gəlir. Təxminən aradan 5-6 dəqiqə keçərdi ki, elə əvvəllərdən tanıdığı Əli adlı oğlan həyətlərindən çıxıb onu evlərinin həyətinə gəlməyinii demişdir. Əli həyətlərində üzərindən narkotik çıxarıb ona vermişdir. O, Əlidən almış olduğum narkotiki əynində olan qara rəngli şalvarımın sağ yan cibinə qoyub gəlib qonşusu Bəxtiyarın avtomobilinə əyləşmişdir. Bundan sonra Bəxtiyarın avtomobili ilə Bərdə şəhərində İ.Qayıbov küçəsində yerləşən aptekin qarşısına gəlib, ağrı kəsən dərman almaq üçün aptekə daxil olmaq istəyərkən polis işçiləri ona yaxınlaşıb özlərini təqdim edib, üzərində narkotik saxladığından xəbərləri olduğunu, üzərində axtarış aparılması üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Daha sonra onu Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərindən heroin aşkar edilmişdir. Üzərindən çıxan heroini öz istifadəsi üçün saxlamış, kiməsə satmaq fikri olmamışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bərdə RPŞnin NMQ-da əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 13 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, Füzuli küçəsi, ev-3 də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində satış məqsədi ilə saxlaması barədə Bərdə rayon polis şöbəsininin əməliyyat məlumatı daxil olmuşdur. O, əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edən, onun satışı ilə məşğul olan bir şəxs kimi tanımışdır. Onun “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərar qəbul olunmuş, bundan sonra ona 13 aprel 2021-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs hazırda Bərdə şəhəri, İ.Qayıbov küçəsində olan aptek binasının qarşısında olması barədə məlumat daxil olmuş, o və həmkarı Şahid3 dərhal həmin yerə gedərək, Vüsalı saxlayıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılması üçün Bərdə RPŞ-nə getməsi təklif olunmuş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla Bərdə RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 2 ədəd sellofana bükülünü və şalvarının sol cibindən 1 qutu “Pallmall” markalı siqareti və alışqanı, həmin şalvarını arxa cibindən digər bir qutu “Pallmall” markalı siqareti çıxarıb şəxsi axtarışın keçirlidiyi otaqda olan stolun üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qeyd olunan 2 ədəd sellofan bükülüdə olan bükülüdəkilərin narkotik vasitə olduğunu və həmin bükülüdə olan narkotik vasitəni Bərdə rayonu, Zümürxan kənd sakini X2 oğlu Əli adlı şəxsdən almış olduğunu bildirmişdir. X9 tərəfindən həmin bükümlər bir-bir açılıb iştirakçılara göstərilərkən bükümlərdən, yəni 2 ədəd şəffaf sellofan bükülülərin hər birinin içərisindən qara rəngli zahiri görünüşdən heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin şəffaf sellofan bükülülərdə olan kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi təxminən 4 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Aşkar olunmuş həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlələrin heroin olduğunu və Taryelin ona satmış olduğundan öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəni özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, ailəsini dolandırmaq üçün özünə məxsus VAZ- 2107 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs bir qonşu kimi tanıyır. 13 aprel 2021-ci il tarixdə, təxminən saat 13-15 radələrində o, yaşadığı küçələrində olarkən Vüsal ona yaxınlaşıb onu avtomobili ilə Bərdə rayonu, Zümürxan kəndinə aparmağı, orada bir nəfər şəxsdən onun maşınını təmir etdiyindən boya almaq lazım olduğu üçün pul alacağını bildirmişdir. Lakin o, kimdən nə qədər pul alacağını ona deməmiş, bu ona maraqlı olmadığından kimdən alacağı barədə Vüsaldan bir söz soruşmamışdır. Bundan sonra o, maşını ilə Bərdə rayonu, Zümürxan kəndində olan bir həyətin yaxınlığından keçən yola sürüb elə orada Vüsalın dediyi yerdə avtomobilini saxlamış, Vüsal onu maşında gözləməyini və pulu alıb qayıdacağını dediyindən o, maşınında qalıb Vüsalı gözləmişdir. Hardasa aradan 5-6 dəqiqqə keçdikdən sonra Vüsal qayıdıb maşınına əyləşmiş və ona maşını Bərdə şəhərinə sürməyini demişdir. O, Bərdə şəhəri, İ.Qayıbov küçəsində aptekin yaxınlığında küçədə avtomobilini saxlamış, Vüsal ona aptekdən dərman alacağını demişdir. Vüsal maşından düşüb aptekə getmiş, o isə maşınında tək qalmışdır. Təxminən aradan 4-5 dəqiqə keçdikdən sonra Bərdə rayon polis şöbəsinin işçiləri ona yaxınlaşıb özlərini təqdim etmiş, polis işçiləri onun maşınına əyləşərək avtomobili onlardan biri idarə edərək polis şöbəsinə getmişlər. Polis şöbəsində ona Vüsalın üzərində polis işçilərinin axtarışı nəticəsində narkotik aşkar olunub götürüldüyü məlum olmuşdur. Onun əvvəlcədən Vüsalın narkotik almasından heç bir xəbəri olmamış, o, hadisədən sonra Vüsalın üzərindən çıxan narkotiki Bərdə rayonu, Zümürxan kənd sakini Taryeldən alıb üzərində saxladığını bilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 13 aprel 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 13 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə” protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs üzərinə polis şöbəsində şəxsi axtarış zamanı onun üzərindən 2 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin 14 aprel 2021-ci il tarixli 16/338 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan zərfdəki 2 (iki) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,507 qram, 1,526 qram, ümumi təmiz çəkisi 3,033 qram olan maddəllər kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısının İ bəndinə daxildir. Təqsiləndirilən şəsx Təqsirləndirilən şəxs vəsatəti əsasında məhkəmənin 24 avqust 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2021-ci il tarixli 4/1270 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət içinin 1-ci cildinin 11-ci vərəqində olan 13 aprel 2021-ci il tarixli Şübhə edilən şəxsin tutulması haqqında qərarda “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 12-13-cü vərəqələrində olan şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildirişin 2-ci vərəqində “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 14-cü vərəqində olan Şübhəli şəxsin "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə “Təqsirləndirilən şəxs Əldər oğlu” yazıları qarşısındakı, 18-ci vərəqində olan 13.04.2021-ci il tarixli Şübhəli şəxsə hüquq və vəzifələrinin, eləcə də “İnsan Hüquqlarının və esas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqlarının izah edilərək buna dair yazılı bildirişlərin və şübhəli şəxs qismində tutulma barədə qərarın surətinin təqdim olunması paredə protokolda "Təqsirləndirilən şəxs Əldər oğlu” yazıların qarşısındakı, 21-ci vərəqində olan 13.04.2021-ci il tarixli Şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 22-ci vərəqində olan 13.04.2021-ci il tarixli ərizədə “Təqsirləndirilən şəxs Əldər oğlu” yazıları qarşısındakı, 27-ci vərəqində olan 13.04.2021-ci il tarixli müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi barədə protokolda “Təqsirləndirilən şəxs Əidər oğlu” yazıları qarşısındakı, 28-30-cu vərəqlərində olan 13.04.2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokolun 1-ci, 3-cü vərəqlərində “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 2-ci vərəqində “5” rəqəmi qarşısındakı, 32-ci vərəqində olan 13.04.2021-ci tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 33-cü vərəqində olan 13.04.2021-ci il tarixli izahatın 1-ci vərəqinin aşağı tərəfində “1” rəqəmi qarşısındakı, 2-ci vərəqində “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 44-cü vərəqində olan 14.04.2021-ci il tarixli cinayət prosesini həyata keçirən proses iştirakçılarına qarşı etirazın olmaması haqqında protokolda “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 45-46-cı vərəqlərində olan şübhəli şəxsi dindirmə protokolunun 1-ci vərəqin arxa tərəfində yuxarı hissədə olan “Təqsirləndirilən şəxs” yazısı qarşısındakı, aşağı hissədə 1-ci, 2-ci vərəqində “Təqsirləndirilən şəxs Əidər oğlu” yazıları qarşısındakı, 54-55-ci vərəqlərində olan 15.04.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın 2-ci vərəqində “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 56-cı vərəqində olan 15.04.2021-ci il tarixli ********* N-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs Əidər oğluna bildirişdə “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 57-ci vərəqində oları təqsirləndirilən şəxsin CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişin arxa tərəfində “Təqsirləndirilən şəxs Əldər oğlu” yazıları qarşısındakı, 58-ci vərəqində olan təqsirləndirilən şəxsı hüquq və vəzifələrinin izah edilməsi barədə olan bildirişin və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surətinin verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” yazısı qarşısındakı, 60-cı vərəqində olan 15.04.2021-ci il tarixli müdafiəçinin hüquqi yardımından istifadə etmək barədə təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 61-ci vərəqində olan cinayət prosesini həyata keçirən proses iştirakçılarına qarşı etirazın olmaması haqqında protokolda “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 62-63-cü vərəqlərində olan təqsirləndirilən şəxsi dindirmə protokolun 1-ci vərəqin üz tərəfində “Təqsirləndirilən şəxs Əldər oğlu” yazıları qarşısındakı, aşağı tərəfində “İmza” qrafasındakı, araxa tərəfində “İmza” qrafasındakı və aşağıda yerləşən 1-ci, 2-ci vərəqində “Təqsirləndirilən şəxs Əldər oğlu” yazıları qarşısındakı, 68-ci vərəqində olan 15.04.2021-ci il tarixli məktubun aşağı tərəfində “qəbul etdim” yazıları qarşısındakı, 75-ci vərəqində olan 15.04.2021-ci il tarixli təqsirləndirilən şəxsin həbsə alınması üçün məhkəməyə təqdim edilən materiallarla tanış olması haqqında protokolda “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 76-cı vərəqində olan 15.04.2021-ci il tarixli ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs" yazıları qarşısındakı, 81-ci vərəqində olan təqsirləndirilən şəxsi ekspertizanın təyin edilməsi barədə qərarla tanış etmək və ekspertizanın keçirilməsindən əvvəl malik olduğu hüquqlarının izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs" yazıları qarşısındakı, 194-cü vərəqində olan 17.07.2021-ci il tarixli ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs" yazıları qarşısındakı 19-cu vərəqində olan 17.07.2021-ci il tarixli ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumatın verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” yazılarının, qarşısındakı, 220-ci vərəqində olan cinayət işinin materialları ilə təqsirləndirilən şəxs yə onun müdafiəçisini tanış etme protokolunda “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 12-13-cü vərəqlərində olan şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildirişin 1-ci vərəqinin sonundakı, 15-16-cı vərəqlərində olan cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə 13.04.2021-ci il tarixli protokolun 1-ci vərəqinin aşağı hissəsində "1” rəqəmi qarşısındakı, 2-ci vərəqində "Təqsirləndirilən şəxs” yazıları qarşısındakı, 28-30-cu vərəqlərində olan şəxsi axtarış və götürmə haqqında protokolun 1-ci vərəqinin aşağı tərəfində “5” rəqəmi qarşısındakı, 45-46--cı vərəqlərində olan şübhəli şəxsi dindirmə protokolunun 1-ci vərəqində "Təqsirləndirilən şəxs" yazıları qarşısındakı və “İmza” qrafasındakı, 57-ci vərəqində olan təqsirləndirilən şəxsin CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişin üz aşağı tərəfindəki imzaların-Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 1-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 02 iyun 2021-ci il tarixli 626 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Bərdə rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin 07 may 2021-ci il tarixli 1/541 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “diskə əlavə olunmuş telefon zənglərinə mesajlar siyahısına baxış keçirilməsi haqqında” 29 may 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı ***-***-**-** nömrəli mobil telefonun Təqsirləndirilən şəxs məxsus olmaqla həmin mobil telefona 02.01.2021- ci il tarixdə saat 21-34 dəqiqə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan 050-697-07.-19 saylı mobil nömrədən “qaqa mən ölüm məni yola sal ölürəm ağrıdan, soyuqdu durmaq olmur çöldə, sən dədəyin goru məni yola sal” mətinli mesajın yazılmış olduğu, 07.01..2021- ci il tarixdə saat 11-38 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan 050-46-14-64 nömrəli mobil telefona “qardaş düzəltmişəm pulu narahat olma verəcəm ödə” mətinli mesajının yazılmış olduğu, 04.02.2021-ci il tarixdə gecə saat 00:52 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan 050-466-86- 65 mobil nömrəyə “Qardaş qurban olum ölürəm məni belə qoyma havalanmışam” mətinli mesajının yazılmış olduğu, 04.02.2021-ci il tarixdə, saat 01-20 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan 050-466-86- 65 mobil nömrəyə “qaqa məni bu vəziyyətdən çıxar” mətinli mesajının yazılmış olduğu, 04.02.2021ci il tarixdə saat 01-29 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “vəziyyətim çox pisdir pulum yoxdu bərk ağrıyıram” mətinli mesajənn yazılmış olduğu, 04.02.2021-ci il tarixdə saat 01-42 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobinömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “Ay qardaş belə eləmə pulunan istəyirəm, vəziyyətim çox pisdir balamın canı” mətinli mesaşının yazılmş olduğu, 04.02.2021-ci il tarixdə saat 07-17 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “qardaş qurban olum ölürəm məni belə qoyma havalanmışam” mətinli mesaşının yazılmş olduğu, 04.02.2021-ci il tarixdə saat 01-20 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “qara məni bu vəziyyətdən çıxart” mətinli mesaşının yazılmş olduğu, 04.02.2021-ci il tarixdə saat 01-42 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “ay qardaş belə eləmə puluynan istəyirəm vəziyyətim çox pisdir balamın canı” mətinli mesaşının yazılmş olduğu, 04.02.2021-ci il tarixdə saat 09-22 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “Tarı niyə belə elədin ev bildi kakoş çəkdiyimi pis gündəyəm abi meni çıxar bu vəziyətdən” mətinli mesaşının yazılmş olduğu, 24.02.2021-ci il tarixdə saat 00-21 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***- **-** nömrəsinə “qaqa indi gəldim evə qurana and olsun falqadakınan başqa afası olan qəhbənin balasıdır bərk lomkadansa ağrıyırsansa get götür soxum onun içinəki onu se” mətinli mesajının yazılmış olduğu, 24.02.2021-ci il tarixdə saat 00-21 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “nə qıymıyım ama gələsi olsan fanta butulkasıyla gəl guya benzin lazımdı” mətinli mesajının yazılmış olduğu, 24.02.2021-ci il tarixdə saat 14-16 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “bərk lomkadayam titrəyirəm evdəkilər şübhələnir“ mətinli mesajının yazılmış olduğu, 24.02.2021- ci il tarixdə saat 23-58 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “qaqa koku aldım ramadım nədə patl metadon atmışam” mətinli mesajının yazılmış olduğu, 10.03.2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan ***-***-**-** mobil telefon istifadəçisinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qaqa kakoş necə tapım 5 dik” mətinli mesajının yazılmış olduğu, 13.03.2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan ***-***-**-** mobil telefon istifadəçisinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qaqa gətirim supeleri sene verim özün nə alsan al mene 1, 2 çet ver indi lomkadayam gəlim yoxsa yox sən balanın canı mənə hə yoxunu de öləm” mətinli mesajının yazılmış olduğu, 18.03.2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan ***-***-**-** mobil telefon istifadəçisinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “bayram qurtarsın qıza demişəm yüz ikini yığsın desin narkoman bizi söyür, təhqir edir pulu vermir çağıracaqlar şöbəyə onda konsertə bax ” mətinli mesajının yazılmış olduğu, 19.03.2021-ci il tarixdə saat 21-01 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “abi 15 manatım var uşaqların birinə deyəsən qadan alaram” mətinli mesajının yazılmış olduğu, 21.03.2021-ci il tarixdə saat 02-03 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “Tarı sağ ol məni belə ağrılarda qoydun bunu yaddan çıxartmayacağam lomka ağrısını bilə-bilə məni belə qoydun sağ ol “mətinli mesajının yazılmış olduğu, 24.03.2021- ci il tarixdə saat 19-21 dəqiqədə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qaqa bu nə hərəkətdir 2 gündü sənən patı istəyirəm fırladırsan deyirsən getmişəm maşın qapının ağzındadır allaha şükür aynumda var indi götdüm ama sənən gözləmirdim “mətinli mesajının yazılmış olduğu, 26.03.2021-ci il tarixdə saat 06-53 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “Az vermişdi mənim axırıncı konturdu yazıram səhər 1 qram verəcək heresinnən dobru verəcəm” mətinli mesaşının yazılmş olduğu, 29.03.2021-ci il tarixdə saat 23-09 dəqiqədə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qaqa sənin heç nəyin mənə lazım deyil adam yalan danışmaz mənim pulumu gəlim ver çıx qapıya” mətinli mesajının yazılmış olduğu, 31.03.2021- ci il tarixdə saat 02-01 dəqiqədə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qaqa 5 manatım var nəsə düzələr” mətinli mesajının yazılmış olduğu, 05.04.2021-ci il tarixdə saat 03-30 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “Qaqam gələsi olsan temanı siqaret paçkasına qoy gedə gedə at darvazanın ağızına kamerada baxıram” mətinli mesaşının yazılmş olduğu, 10.04.2021-ci il tarixdə saat 00-12 dəqiqədə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qaqa bəkədə mənən küsmüşsən vermək istəmirsən, atam yaxşı deyil mən cəhənnəm heç olmasa mənə de bilim gedim uşaqlardan tapım” mətinli mesajının yazılmış olduğu, 10.04.2021-ci il tarixdə saat 02-42 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “Tez gəl götür A göğtverən elə bildin yaddan çıxarmışam səni, götürdün baxıram kameraya” mətinli mesajının yazılmış olduğu, 10.04.2021-ci il tarixdə saat 02-52 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “Görürsən səni mən qədər fikirləşən var A göğtverən” mətinli mesajının yazılmış olduğu, 10.04.2021-ci il tarixdə saat 02-55 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsindən “Ürəyimsən qaqam” mətinli mesajının yazılmış olduğu, 10.04.2021-ci il tarixdə saat 02-56 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsindən “Sevindim uşaq kimi yerimin içində çavalayırdım” mətinli mesajının yazılmış olduğu, 10.04.2021-ci il tarixdə saat 03-02 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “götverən mən ölmüşəm ki sən çavalayasan senöl yuxu tutub yatmışdım yuxuda gördüm suda boğulursan papamın goru hamı baxır amma kömək etmir özümü atdım suya” mətinli mesajının yazılmış olduğu, 10.04.2021-ci il tarixdə saat 03-02 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsindən “Ta dedim bugün alah köməyin olsun artıqlamasıynan etmişsən” mətinli mesajının yazılmış olduğu, 10.04.2021-ci il tarixdə saat 03-07 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “əsas ağrı olmasın yetka kef elə rahat yat qalanı boş şeydi emoğlu” mətinli mesajının yazılmış olduğu, 10.04.2021-ci il tarixdə saat 03-14 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “Zalda oturb koku çəkirəm hamı yatıb” mətinli mesajının yazılmış olduğu, 10.04.2021-ci il tarixdə saat 18-32 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə “Qaqa nətəhər eyləyək 14 manatdı əlin çatırsa qaqa 10 patı birdə nə verirsən verirsən koku yata bilmirəm dəli kimi olmuşam nətəhər eliyək yoxsa qaqa” mətinli mesajının yazılmış olduğu, müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qanuniliyinin yoxlanılması barədə” Bərdə rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı qanun pozuntusunun aşkar olunmadığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 17 iyul 2021-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işindən bağqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 3,033 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən tədqiqat prosesində tədqiqata 0,04 sərf olunduğundan qalıq olaraq 2,633 qram olan heroin və üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəlisinin 21 aprel 2021-ci il tarixli, 2616 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X6, oğlu X7 və qızı X4 ilə birlikdə Bərdə şəhər, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “cinayət törəməsinə şübhə yaranan şəxsin tutulması barədə” 13 aprel 2021-ci il tarixli protokoldan və Bərdə Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 26 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir Həmin Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmamasına, onun ümumiyyətlə heroin istifadəçisi olmamasına, üzərindən aşkar olunan heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadələri, özünün ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskə baxış zamanı, ekspert rəyləri, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə iclasında araşdırılmış təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrəsinə gələn və gedən mesaj mətnlərinin tədqiqi, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin külli miqdarda yəni şəxsi istehlak miqdarından artıq olmasına və bükümlərdə olmasına, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 02 iyun 2021-ci il tarixli 626 rəyinə əsasən Təqsirləndirilən şəxs heroindən epizodik istifadə etmə halları olmasına, narkomaniya xəstəliyindən əzab çəkməməsinə, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə edərək üzərində saxlaması və satması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 13 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 02 iyun 2021-ci il tarixli 626 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Bərdə rayon polis şöbəsində maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd kağız zərfdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq 2, 633 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli və 01 ədəd “DVD” diskin isə cinayət işinin materialında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 60,80 (altmış manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bərdə rayon Vəkil Bürosunun vəkili X8 prosessual hərəkətlərdə 17 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 25 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəçiləri X3 vəkil işlədiyi Bərdə rayon Vəkil Bürosunun hesabına 102 (yüz iki) manat, Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Bərdə rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 2, 633 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin və 01 ədəd “DVD” diskin isə cinayət işinin materialında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X3 vəkil işlədiyi Bərdə rayon Vəkil Bürosunun hesabına 102 (yüz iki) manat, Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar