Məhkəmə qərarları › İş №1(100)-281/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-281/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-281/2022 22.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1975-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla Bakı şəhəri, “Çermet” qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 2,642 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, ümumi təmiz çəkisi 1,633 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və təmiz çəkisi 1,559 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində daşımaqla saxlamış, 25 yanvar 2022-ci il tarixdə saat 13:40 radələrində o, Göygöl rayonu Çaylı kəndi ərazisində tanışı Şahid4 Zülfüqar oğlunun idarə etdiyi “VAZ 21099 minik” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobildə yolun kənarında dayanıb narkotik vasitə qəbul edən zaman həmin ərazidə xidmətdə olan Göygöl rayon polis şöbəsinin X1 əməkdaşlarının ona yaxınlaşmasını görüb avtomobildən düşərək üzərində daşıyaraq saxladığı iki ədəd iç-içə vəziyyətdə olan sellofan bükümlərdə təmiz çəkisi 1,559 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 1,633 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, ümumi təmiz çəkisi 2,642 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini yerə ataraq ərazidən qaçmağa cəhd etmiş, lakin o, polis əməkdaşları tərəfindən saxlanılaraq onun iştirakı ilə yerə atdığı həmin narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 yanvar 2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhərindən istirahət üçün Göygöl rayonuna gəlmək üçün Bakı şəhər avtovağzalından tanımadığı taksiyə əyləşmiş, həmin taksi ilə Hacıqabul rayonuna qədər getmiş, Hacıqabul rayonunda magistral yolun hərəkətdən kənar hissəsində avtomobildən düşərək bir qədər piyada yeriyən zaman yolun kənarında sellofan bağlama görmüş, həmin sellofan bağlamanı götürüb içərisinə baxan zaman orada bir qədər “kakos” dediyi narkotik vasitə və “patı” deyilən psixotrop maddə olmasını görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün özü istifadə etmək məqsədilə həmin sellofanı üzərində götürmüş, sonra Hacıqabul rayonunda apteklərin birindən iki ədəd 2 qramlıq şpris və 1 ədəd dərman ampulası almış, həmçinin həmin narkotik vasitələri qatıb istifadə etmək üçün mağazadan bir qədər limon duzu da götürmüşdür. Daha sonra Hacıqabul rayonundan Gəncə şəhərinin girişinədək gəlmiş, orada “VAZ 21099” markalı **-BM-*** dövlət nömrə nişanlı taksinin sürücüsü, əvvəllər tanımadığı, adı sonradan məlum olan Şahid4 yaxınlaşaraq Göygöl rayonunda yerləşən yaxın kəndlərdən birinə gəzmək üçün getmək istədiyini bildirmişdir. Şahid4 isə onu Göygöl rayonunun Çaylı kəndi ərazisinə aparacağını demişdir. Onlar Çaylı kəndində yolun kənarında dayanmış, Sərxan telefonla danışmış, həmin vaxt, saat 13:40 radələrində yolda polis əməkdaşlarının ona yaxınlaşdığını görmüş, Sərxan avtomobilin sürətini bir qədər artırmış, daha sonra avtomobili Çaylı kəndinə gedən yolun hərəkət hissəsindən kənarda saxlamış, bundan sonra avtomobildən düşmüşlər. O üzərində olan sellofan bağlamanın içərisindəki 1 ədəd sellofan peketdəki limon duzu, 2 ədəd sellofan bükümdə olan “kakos” dediyi heroin, 2 ədəd sellofan bükümdə olan “şüşə” dediyi metamfetamin, 1 ədəd digərlərindən nisbətən böyük sellofan bükümdə ağ rəngli salfetkaya bükülü “kakos” kimi bildiyi bükümü, 2 ədəd 2 qramlıq iynə və 1 ədəd sınmış vəziyyətdə olan ampulanı sellofan bükümlərlə birlikdə yerdə olan daşın altına qoymuşdur ki, polis əməkdaşları onu saxladıqları halda həmin narkotik vasitələri aşkar edə bilməsinlər. Lakin polis əməkdaşları arxaları ilə gəldikləri üçün onun sellofanın içərisində olan narkotik vasitəni daşın altına qoyduğunu görmüşlər. Onlar qaçmaq istəsə də polislər onları saxlamış, sonra isə əlavə polis əməkdaşları çağırılmış, polis əməkdaşları gəldikdən sonra video çəkiliş ilə yerə atdığı içərisində narkotik vasitə olan sellofan bağlamaya baxış keçirib qablaşdıraraq götürmüşlər. Sonra isə onu Sərxan adlı taksi sürücüsü ilə birlikdə Göygöl RPŞ-nə gətirmişlər. Polis şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, özü də protokolu imzalamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri 25 yanvar 2022-ci il tarixdə Hacıqabul rayonu ərazisində magistral yolun kənarında yerdən tapmış, 3-cü qrup əlilliyi olduğundan bədənində olan ağrılara görə teztez narkotik vasitə istifadə etdiyindən həmin narkotik vasitələri də özü istifadə etmək üçün üzərində saxlamış, həmin narkotik vasitəni tapdıqdan sonra az miqdarda hissəsini şpris vasitəsi ilə qoluna vurmaqla istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələr arasında olan tiryəkin də “kakos” adlandırdığı heroin olmasını zənn etmiş, çox vaxt heroini və metamfetamini birlikdə, həmçinin tiryəkdən də istifadə etmiş, uzun müddət bədənində olan ağrılara görə narkotik vasitə istifadə etdiyindən heroini, tiryəki və metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamış, narkotik vasitədən və psixotrop maddədən nə yaşadığı evdə, nədəki başqa yerdə saxlamamış, həmçinin heç kimə narkotik vasitə və psixotrop maddə olan metamfetamin satmamış, belə bir məqsədi də olmamış, aşkar olunmuş narkotik vasitələr və psixotrop maddənin çəkisi heç onun özünə kifayət edəcək həcmdə olmamışdır. Bundan başqa ifadəsində psixotrop maddə olan metamfetaminin çəkisinin ona verilmiş ittihamda göstərilən çəkidə olmadığını, həmin maddənin çəkisinin təxminən 1,5 qram olduğunu, narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə üzərində daşımadığından verilmiş ittihamla deyil, CM-in 234.1-ci maddəsilə özünü təqsirli bildiyini və həmin əmələ görə də peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Göygöl rayon Polis şöbəsinin X1 sahə polis nəfəri vəzifəsində xidmətdə olarkən 25 yanvar 2022-ci il tarixdə saat 13:40 radələrində Göygöl RPŞ-nin İTB-nin sahənin polis nəfərləri, polis baş serjantı Şahid3 və polis serjantı Şahid2 ilə birlikdə Göygöl rayonu Çaylı kəndi inzibati ərazisində xidmətdə olmuş, həmin vaxt avtomobil ilə hərəkətdə olan vaxt Çaylı kəndinin mərkəzinə gedən asfalt örtüklü yolun kənarında “VAZ 21099” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobilin dayanmasını, sürücünün sükanın arxasında olduğunu bir nəfər sərnişinin isə avtomobildə arxada oturmasını görmüşlər. Həmin ərazi açıq sahə olduğundan ətrafda yaşayış evi və ya hər hansı bir obyekt olmadığı üçün həmin şəxslərin yolun kənarında dayanması onlara şübhəli gəlmiş, öz avtomobilini həmin avtomobilin arxa tərəfində saxlamış, həmin vaxt sürücü avtomobili idarə edib oradan qaçmağa başlamışdır. Onlar bir qədər həmin avtomobilin arxası ilə getmiş, həmin avtomobil dağlıq ərazi tərəfə torpaq yolla hərəkətini davam etdirmiş, avtomobilin arxası ilə getdikdən sonra həmin avtomobilin sürücüsü avtomobili saxlamış və avtomobildən düşüb qaçmağa başlamışlar. Qaçan vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs əlində olan sellofan bükümü yerdə olan daşın altına qoymasını və qaçmağa davam etməsini görmüş, adları sonradan məlum olan Təqsirləndirilən şəxs və Şahid4 saxladıqdan sonra həmin şəxslərdən nə səbəbə qaçdıqlarını soruşmuş, onlar isə heç bir səbəb göstərməmişlər. O kənarda yerdə olan daşın altında sellofan torbanı aşkar etikdən sonra Təqsirləndirilən şəxs həmin sellofan torbanın ona məxsus olduğunu və içərisində narkotik vasitə və psixotrop maddələr olmasını etiraf etmişdir. Bundan sonra Şahid3 Göygöl rayon Polis şöbəsinə məlumat verərək hadisə yerinə əməliyyat-istintaq qrupunun üzvlərinin göndərilməsini xahiş etmiş, bir neçə dəqiqə sonra digər polis əməkdaşları hadisə yerinə gəlmiş, sonra təhqiqatçı tərəfindən video çəkilişlə aşkar olunmuş sellofan torbaya baxış keçirilmiş, baxış zamanı həmin sellofan torbanın içərisindən 2 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə, 2 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələr, 1 ədəd ağ rəngli salfetkada narkotik vasitə heroinə bənzər kütlə, 2 ədəd 2 qramlıq şpris və 1 ədəd sınmış vəziyyətdə ampula aşkar edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrin narkotik vasitə və psixotrop maddələr olduğunu, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, hadisə zamanı da üzərindən aşkar edilməməsi üçün daşın altına qoyduğunu bildirmişdir. Aşkar edilmiş kütlələr xüsusi tərəzidə çəkilərək, sellofan bükümlərlə birlikdə kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmış, bundan sonra təhqiqatçı tərəfindən baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Şahid4 Göygöl rayon Polis şöbəsinə gətirilmiş, ayrı-ayrılıqda həmin şəxslərin üzərinə müdafiəçilərinin iştirakları ilə şəxsi axtarış keçirilmiş, həmçinin Şahid4 idarə etdiyi VAZ 21099 minik markalı avtomobilə də baxış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və Şahid4 üzərilərindən, həmçinin sonuncunun idarə etdiyi VAZ 21099 minik markalı avtomobildən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu, narkotik aludəçisi olduğu üçün şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmiş, həmin narkotik vasitələri satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan başqa ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid X4 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən Göygöl RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd sellofan 1 ədəd salfet kağız bükümdəki 2 ədəd iç-içə olan sellofan bükümlərdə, təmiz çəkisi 1,559 qram olan kustar üsulla hazırlanmış heroin, 2 ədəd ağ rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram, 2,261 qram olmaqla ümumi təmiz çəkisi 2,642 qram olan kustar üsulla hazırlanmış metamfetamin, 2 ədəd mavi rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram və 0,790 qram olmaqla ümumi təmiz çəkisi 1,633 qram olan kustar üsulla hazırlanmış tiryəki xx.xx.2022-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamaqla daşımışdır. 25 yanvar 2022-ci il tarixdə saat 13:40 radələrində Göygöl rayonu Çaylı kəndi ərazisində Göygöl rayon polis şöbəsinin X1 əməkdaşları tərəfindən saxlanılan zaman özünə məxsus olmasını bildirdiyi içərisində 1 ədəd sellofan, 1 ədəd salfet kağız bükümdəki 2 ədəd iç-içə olan sellofan bükümlərdə təmiz çəkisi 1,559 qram olan kustar üsulla hazırlanmış heroin, 2 ədəd ağ rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram, 2,261 qram olmaqla ümumi təmiz çəkisi 2,642 qram olan kustar üsulla hazırlanmış metamfetamin, 2 ədəd mavi rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram və 0,790 qram olmaqla ümumi təmiz çəkisi 1,633 qram olan kustar üsulla hazırlanmış tiryək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Göygöl RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Füzuli Həsənov tərəfindən Göygöl RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Göygöl rayon polis şöbəsinin X1 əməkdaşları 25 yanvar 2022-ci il tarixdə Göygöl rayonu Çaylı kəndi inzibati ərazisində xidmətdə olan zaman adları sonradan onlara məlum olan VAZ 21099 markalı **-BM-*** d.q.n.n.-lı avtomobilin sürücüsü Şahid4 Zülfüqar oğlu və yanında oturan sərnişin Təqsirləndirilən şəxs özlərini şübhəli apardıqları üçün onların narkotik vasitə istifadə etməsindən şübhələnərək onlara yaxınlaşan zaman sürücü avtomobili hərəkət etdirib hadisə yerindən yayınmağa çalışıb, bir qədər yolun hərəkət hissəsindən kənarda saxlamış, avtomobildən yerə enərək qaçmağa başlamışlar. Qaçan zaman Təqsirləndirilən şəxs əlində olan bükümü daşın altına qoymuşdur. Göygöl rayon polis şöbəsinin X1 əməkdaşları şübhəli şəxsləri saxladıqdan sonra Göygöl rayon polis şöbəsinə məlumat vermiş, əməliyyat-istintaq qrupu hadisə yerinə gələrək Təqsirləndirilən şəxs yerə atdığı əşya ilə bağlı sorğu etdikdə sonuncu həmin bükümdə olanların narkotik vasitə olmasını, ona məxsus olmasını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər maddələrə baxış keçirələrək qablaşdırılıb götürülmüşdür. İş materiallarına əlavə edilmiş Göygöl RPŞ-nin məsul növbətçisi, polis mayoru Azər Cəfərov tərəfindən Göygöl RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Göygöl RPŞ-nin İTB-nin sahə polis nəfəri Nizami Rəhmanov xidməti telefona zəng edərək Çaylı dərəsi adlanan yerdə 2 nəfər narkotik istifadəçilərini saxladığını deyərək əməliyyat qrupunun göndərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Göygöl rayon polis şöbəsinin İTB-nin əməkdaşlarının, Şahid4 və Təqsirləndirilən şəxs iştirakları ilə video çəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı aşkar edilmiş 1 ədəd sellofan paketin içərisində salfetka kağıza bükülmüş içərisində iç-içə olan sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər maddə, 2 ədəd mavi rəngli sellofan bükümlərdə olan heroinə bənzər maddə, 2 ədəd ağ rəngli sellofan bükümlərdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr, 1 ədəd sellofan paketdə limon duzuna bənzər maddə, 2 ədəd 2 qramlıq şpris və 1 ədəd sınmış vəziyyətdə olan ampula maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmiş, məhkəmə kimyəvi ekspertizasına təqdim etmək üçün götürülmüşdür. İş materiallarına əlavə edilmiş 25 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 25 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmış, bundan əvvəl isə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmiş, həmçinin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, narkotik vasitə istifadə etdiyini, Göygöl rayonunun Çaylı kəndi ərazuisində yerə atdığı sellofan paketin içərisində olan narkotik vasitələri Hacıqabul rayonu ərazisində yerdən tapdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən təqdim edilmiş 26 yanvar 2022-ci il tarixli 16/111 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs və Şahid4 Zülfüqar oğlundan götürülmüş narkotik vasitəyə bənzər kütlə...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd polietilen paketdəki: 1 (bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd salfet kağız bükümdəki 2 (iki) ədəd iç-içə olan sellofan bükümlərdə təmiz çəkisi 1,559 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. 2 (iki) ədəd ağ rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram, 2,261 qram, ümumi təmiz çəkisi 2,642 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. 2 (iki) ədəd mavi rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram, 0,790 qram, ümumi təmiz çəkisi 1,633 qram olan maddələr, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 9,586 qram olan ağ rəngli dənəvər-kristallik maddə qida məhsulu olan limon duzudur. 2(iki) ədəd 2 ml-lik şprisin və 1 (bir) ədəd sınıq şüşə flakonun içərisində heroin izləri vardır, heroin iz şəklində olduğundan heroinin quru maddəsinin çəkisini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 4(066)-08/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 102 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 93.1-ci maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına, Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 28 mart 2022-ci il tarixli 364 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 163-2194-1122 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitələri satış məqsədi ilə üzərində daşımaqla saxladığı müəyyən edilmişdir. Həmin psixotrop maddəni və narkotik vasitələri konkret olaraq kimlərə satmasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən yanında olmuş Şahid4 Zülfüqar oğlunun Təqsirləndirilən şəxslə birlikdə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlaması, istehsal etməsi, saxlaması, daşıması və ya satması müəyyən edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, yəni Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini, narkotik vasitə hesab edilən tiryəki və narkotik vasitə hesab edilən heroini əldə edib üzərində daşımaqla saxlaması kimi tövsifi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir, ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən tamah və satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən ümumi təmiz çəkisi 2,642 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ümumi təmiz çəkisi 1,633 qram maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryək və təmiz çəkisi 1,559 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində daşımaqla saxlamış, 25 yanvar 2022-ci il tarixdə saat 13:40 radələrində o, Göygöl rayonu Çaylı kəndi ərazisində tanışı Şahid4 Zülfüqar oğlunun idarə etdiyi “VAZ 21099 minik” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobildə yolun kənarında dayanıb narkotik vasitə qəbul edən zaman həmin ərazidə xidmətdə olan Göygöl rayon polis şöbəsinin İçtimai Təhlükəsizli bölməsinin əməkdaşlarının ona yaxınlaşmasını görüb avtomobildən düşərək üzərində qanunsuz olaraq satış məqsədi ilə daşıyaraq saxladığı iki ədəd iç-içə vəziyyətdə olan sellefon bükümlərdə təmiz çəkisi 1,559 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, iki ədəd mavi rəngli sellefon bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram, 0,790 qram ümumi təmiz çəkisi 1,633 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, iki ədəd ağ rəngli sellefon bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram, 2,261 qram ümumi təmiz çəkisi külli miqdar hesab edilən 2,642 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini yerə ataraq ərazidən qaçmağa cəhd etmiş, lakin o, polis əməkdaşları tərəfindən saxlanılaraq onun iştirakı ilə üzərindən yerə atdığı həmin narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs məxsus 1,559 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, iki ədəd mavi rəngli sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,843 qram, 0,790 qram ümumi təmiz çəkisi 1,633 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin, iki ədəd ağ rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram, 2,261 qram ümumi təmiz çəkisi külli miqdar hesab edilən 2,642 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilməsini onun həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi və saxlaması kimi qiymətləndirmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Lakin iş materiallarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə polis orqanlarında nə əməliyyat məlumatı olmamış, nədəki bununla bağlı müvafiq əməliyyat tədbirləri keçirilməmişdir. Belə ki, iş materiallarında olan Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən Göygöl RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetamin və narkotik vasitələri satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamaqla daşımış, 25 yanvar 2022-ci il tarixdə saat 13:40 radələrində Göygöl rayonu Çaylı kəndi ərazisində Göygöl rayon polis şöbəsinin X1 əməkdaşları tərəfindən saxlanılan zaman özünə məxsus olmasını bildirdiyi metamfetamin və narkotik vasitələr götürülmüşdür. Həmçinin iş materiallarına əlavə edilmiş Göygöl RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Füzuli Həsənov tərəfindən Göygöl RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022ci il tarixli raportan müəyyən edilmişdir ki, Göygöl rayon polis şöbəsinin X1 əməkdaşları 25 yanvar 2022-ci il tarixdə Göygöl rayonu Çaylı kəndi inzibati ərazisində xidmətdə olan zaman adları sonradan onlara məlum olan VAZ 21099 markalı **-BM-*** d.q.n.n.-lı avtomobilin sürücüsü Şahid4 Zülfüqar oğlu və yanında oturan sərnişin Təqsirləndirilən şəxs özlərini şübhəli apardıqları üçün onların narkotik vasitə istifadə etməsindən şübhələnərək onlara yaxınlaşan zaman sürücü avtomobili hərəkət etdirib hadisə yerindən yayınmağa çalışıb, bir qədər yolun hərəkət hissəsindən kənarda saxlamış, avtomobildən yerə enərək qaçmağa başlamışlar. Qaçan zaman Təqsirləndirilən şəxs əlində olan bükümü daşın altına qoymuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş Göygöl RPŞ-nin məsul növbətçisi, polis mayoru Azər Cəfərov tərəfindən Göygöl RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən edilmişdir ki, həmin tarixdə Göygöl RPŞ-nin İTB-nin sahə polis nəfəri Nizami Rəhmanov xidməti telefona zəng edərək Çaylı dərəsi adlanan yerdə 2 nəfər narkotik istifadəçilərini saxladığını deyərək əməliyyat qrupunun göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Göygöl RPŞ-nin İTB-nin (X3) əməkdaşları tərəfindən narkotik vasitə istifadə etməkdə şübhəli bilinərək saxlanılmış, bundan sonra isə ora polis şöbəsinin əməliyyat qrupu çağırılmışdır ki, həmin vaxta qədər Təqsirləndirilən şəxs barəsində polis şöbəsində hər hansı bir məlumat olmamışdır. Bundan başqa iş materiallarında olan ibtidai araşdırma orqanının “sübutların qiymətləndirilməsi haqqında” qərarında Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar hesab edilən 2 qramdan artıq olması, eyni zamanda həmin psixotrop maddənin 2 ədəd ayrı-ayrı bükümlərdə olması, həmçinin şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin ayrı-ayrı növləri olan heroin və tiryəkin də aşkar olunması onun üzərindən aşkar edilmiş qeyd edilən narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satış məqsədilə üzərində saxlamasına dəlalət etdiyi vurğulanmışdır. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri 3cü qrup əlilliyi olduğundan bədənində olan ağrılara görə özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitələri tapdıqdan sonra az miqdarda hissəsini şpris vasitəsi ilə qoluna vurmaqla istifadə etdiyini, qalan hissəsini isə daha sonra istifadə etmək üçün üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını, belə bir məqsədinin də olmadığını, uzun müddət bədənində olan ağrılara görə narkotik vasitə istifadə etdiyindən heroini, tiryəki və metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını, çox vaxt heroini və metamfetamini birlikdə qəbul etdiyini, aşkar olunan narkotik vasitələrin çəkisinin heç özü üçün kifayət etmədiyini, narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə üzərində daşımadığından verilmiş ittihamla deyil, CM-in 234.1-ci maddəsilə özünü təqsirli bildiyini və həmin əmələ görə də peşmançılıq çəkdiyini göstərmişdir. Bundan başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri və digər istintaq materialları ilə də Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri satmaq məqsədi ilə əldə etməsi və saxlaması təsdiq olunmamışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Göygöl rayon Polis şöbəsinin əməkdaşları Füzuli Həsənovun, Şahid2 və Şahid3 ifadələrindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitələrin narkotik aludəçisi olduğu üçün şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmiş, həmin narkotik vasitələri satmaq niyyətinin olmadığını göstərmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatın daxil olmadığı məlum olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsilə ittiham elan edərkən hesab etmişdir ki, narkotik vasitələrin heroin və tiryəkdən ibarət olan növlərdə olmaqla şəxsi istehlak miqdarından artıq olması, psixotrop maddə metamfetaminin isə külli miqdarda olmaqla 2 ədəd ayrı-ayrı bükümlərdə olması onun əməlinin qeyd olunan maddə ilə tövsifi üçün yetərlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavab məktubundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitələri satış məqsədi ilə üzərində daşımaqla saxladığının müəyyən edildiyi, lakin həmin psixotrop maddəni və narkotik vasitələri konkret olaraq kimlərə satmasının müəyyən edilməsi istiqamətində tədbirlərin davam etdirildiyi göstərilmişdir. Məhkəmə qeyd edilən əməliyyat məlumatını formal olaraq, təqsirləndirilən şəxsin saxlanılmasından sonra tərtib edilmiş, işin faktiki hallarına uyğun olmayan məlumat kimi qəbul edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məxsus 1,559 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, 1,633 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin, 2,642 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilməsinə baxmayaraq, bu, heç də onun tərəfindən həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etməsinə və saxlamasına dəlalət etmir. Belə ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satacağı şəxsin, yəni istehlakçının müəyyən edilməməsi, bununla bağlı hər hansı razılaşmanın olmaması, barəsində polis şöbəsinə hər hansı əməliyyat məlumatının daxil olmaması, daxil olmuş məlumatın narkotiklərin satışı ilə bağlı deyil, narkotik vasitə istifadə etməsinə dair olması, onda narkomaniya xəstəliyinin aşkar olunması və digər bu kimi hallar onun tərəfindən həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq edir. Bundan başqa təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində psixotrop maddə olan metamfetaminin çəkisinin ona verilmiş ittihamda göstərilən çəkidə olmadığını, həmin maddənin çəkisinin təxminən 1,5 qram olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəyə tənqidi yanaşaraq həmin ifadəni həqiqi, obyektiv ifadə kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra verdiyi ilkin ifadələrində metamfetaminin çəkisinin ona verilmiş ittihamda göstəriləndən az olmasına dair hər hansı əsas göstərməmiş, narkotik vasitə və psixotrop maddə olan metamfetaminin çəkisini mübahisələndirmədən, əməlinin narkotik vasitə istifadəçisi kimi tövsif edilməsini istəmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki,“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, 3-cü qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan əmələ görə 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan 2 (iki) ədəd iç-içə olan sellofan bükümlərdə tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,479 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 (iki) ədəd ağ rəngli sellofan bükümlərdə tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,482 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 (iki) ədəd mavi rəngli sellofan bükümlərdə tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,433 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 2(iki) ədəd 2 ml-lik şpris və 1 (bir) ədəd sınıq şüşə flakon məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan 2 (iki) ədəd iç-içə olan sellofan bükümlərdə tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,479 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 (iki) ədəd ağ rəngli sellofan bükümlərdə tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,482 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 (iki) ədəd mavi rəngli sellofan bükümlərdə tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,433 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 2 (iki) ədəd 2 ml-lik şpris və 1 (bir) ədəd sınıq şüşə flakon məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs narkolоji kabinetdə qeydiyyаtа alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar