Məhkəmə qərarları › İş №1(100)-281/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-281/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-281/2024 12.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, 17.01,1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış,barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda ƏN PXnin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs hadisədən qısa müddət əvvəl aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı ondan küsərək azyaşlı uşaqları ilə atası evinə getmiş arvadı Qanuni nümayəndə ondan rəsmi qaydada ayrılacağını bildirməsinə görə sonuncu ilə münasibətlərinə aydınlıq gətirmək məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gələrkən azyaşlı qızı xx.xx.2010-cu il təvəllüdlü Şahid4 küçədən həyət girməsini görüb səbəbini arvadı Qanuni nümayəndə soruşmuş, sonuncunun, ərinin qızını əxlaqsızlıqda ittiham edərək şər atdığını deməsinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində münaqişə zamanı qaynatasına məxsus fərdi yaşayış evinin mətbəxindən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə arvadı Qanuni nümayəndə sözügedən fərdi yaşayış evindəki yataq otağında olan çarpayılardan birinin üzərində, həyatı üçün təhlükəli olan və orqanizminin anatomik bütövlüyünün, bədəninin orqan və toxumalarının fizioloji fuksiyalarının pozulması ilə müşayiət olunan bədən xəsarətləri yetirərək sağ qulaq seyvanı, sağ qulaqarxası, sağ bazu, sağ çiyinarxası, sağ kürək və döş qəfəsinin sağ yarısı nahiyələrində və sağ əlin İİİ barmağında sağlamlığa YÜNGÜL zərər vurmaya aid, eləcə də döş qəfəsinin sağ-yan arxa səthində bir ədəd sağ döş boşluğuna keçən, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş, həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən deşilmiş-kəsilmiş xəsarətləri yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli tam təqsirli bilərək göstərmişdir ki, əvəllər arvadı ilə arasında hansısa narazılıq olmasa da hadisədən əvvəl xx.xx.2023-cü il tarixdə 21 radələrində arvadıı Günay və uşaqları Lalə və Əli Gəncə şəhəri, Gülüstan qəsəbəsində evlərinin yaxınlığında olan Əziz Əliyev adına parkdan qayıtmış, Günaya ona yemək verməsini söyləmiş, sonuncu isə Yemək oradadır. Get özün götür!” demiş, danışıq tərzi pisinə gəldiyi üçün aralarında mübahisə yaranmış, aralarında sözsöhbət düşmüş, əsəbi olduğu üçün qəssab kimi işlədiyi dükana gedib öz işlərini görmüş, günorta 12 radələrində evə qayıtdıqda arvadını və uşaqları evdə olmamışdır. Günaya zəng ietdikdə isə telefonda bir daha onu görmək istəmədiyini və boşanmaq niyyətində olduğunu demişdir. Zəngdən dərhal sonra o, ünvan 4 ünvanına getmiş, aralarında olan qısamüddətli mübahisədən lakin arvadı “102” xidmətinə müraciət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsi 1-ci Polis Şöbəsi tərəfindən ona zəng edilmiş o polisə gedib olanları ətraflı səkildə izahat vermişdir. Bir həftə sonra o, övladları Lalə və Əli ilə mobil telefonla danışıb, yemək yeyib-yemədiklərıni soruşanda uşaqlar ondan pul istəmişlər. Uşaqları görə bilmədiyi və darıxdığı üçün onları evə çağırmış, onlar taksi ilə yanına gəlmiş, taksinin pulunu da özü ödəmiş, uşaqlara yemək almış və pul vermişdir. 2023-cü ilin iyul ayının 17 və ya 18-də, evdə olarkən qızı Lalənin mobil telefon nömrəsindən zəng gəlmiş, orta yaşlı və səsini ilk dəfə eşitdiyi kişi cinsinə məxsus şəxs gecə saat 01:00 dəqiqədə “Köhnə Səbzikar” qəbiristanlığına gəlməsini və ailəsi ilə bağlı olduğunu demişdir. Düşünmədən və əlavə sual vermədən deyilən ünvana getmiş, qəbiristanlığa daxil olub uşaq qəbirlərini keçdikdən sonra qəflətən hər iki ayağına bıçaq zərbəsi vurulmuşdur. Geriyə dönüb baxanda qara geyimdə olan bir şəxs oradan qaçaraq uzaqlaşıb qəbirlərin arxasında gözdən itmişdir. Ayaqlarından qan axa-axa oradan uzaqlaşıb evə qayıtmış, polisə müraciət etməmişdir. Bir gün sonra arvadının ata evinə gedib bıçaqlandığını deyib Günayın xəbəri olub-olmamasını soruşmuş, Günay hadisədən məlumatı olmadığını demişdir. xx.xx.2023-cü il tarixdə arvadı ona mobil telefonda zəng edib “uşaqlara nə yediribsən? Əli zəhərlənib” dediyi üçün nigaran qalaraq uşaqların yanına getmişdir. Evin qarşısında məscidin yanına çatanda qızı Lalənin küçədən həyətə girdiyini görmüş, dərhal qızının arxası ilə gedib qaçaraq həyətə girmiş həm Lalədən, həm Şərqiyədən, həm də Günaydan Lalənin haradan gəldiyini soruşmuş, onlarla mübahisə etmişdir. Günay evə girəndən sonra arxası ilə evə daxil olmuş, uşaqları və qayınatsıgil isə həyətdə qalmışlar. Günay onunla kobud danışıb qışıqırmış, qızını əxlaqsızlıqda ittiham etdiyini demişdir. Əsəblərinə hakim ola bilməyib evin mətbəxindən götürdüyü bıçaqla Günaya yataq otağındakı çarpayının üzərində zərbələr endirmişdir. Bir neçə zərbədən sonra qanı görüb özünə gəlmiş, Günay onu vurmamasını dedikdə dayanmış, Günay yatağın yanındakı pəncərədən çölə çıxmış, özü də peşman olub bıçağı darvazanın qarşısında səkiyə atıb Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gedərək arvadını bıçaqladığını deyib polisə təslim olmuşdur. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, psixi vəziyyətində olan narahatlıq və əsəbiliyə görə hadisə vaxtı özündə olmamış, qızının gecə vaxtı küçədən gəlməsinə görə arvadı və ailə üzvləri ilə mübahisə etmiş, arvadı onu azyaşlı qızını əxlaqsızlıqda günahlandırdığını dediyi üçün özünü itirərək arvadına bıçaqla xəsarətlər yetirmişdir. Etdiyi əməldən peşmandır, uşaqlarını çox istəyir, onlarsız qala bilmir. Arvadına vurduğu ziyanı tam olaraq ödəmiş arvadı və qaynatasıgil də onu bağışlamışdır. Arvadı ilə ailə münasibətlərini bərpa etmişdir. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxsla əvvəllər münasibətləri normal olsa da hadisədən əvvəl baş vermiş ailə-məişət zəminində mübahisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdən əri ilə yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən daimi yaşadığı evindən çıxaraq ata evi olan ünvan 3 ünvanına köçmüşdür. Boşanmaq üçün müraciət etmiş, bunu qəbul etməyən Qadir tez-tez onu narahat etmişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Qadir qəfil ünvan 5 ünvanına gələrək qızının niyə gecə vaxtı çöldən gəldiyini ondan soruşub “bu sənə baha başa gələcək” demiş, aralarında yenidən münaqişə yaranmışdır. O Qadirdən ayrılıb evə keçmiş, yataq otağına girmişdir. Qadir də arxası ilə otağa girib bıçaqla ona zərbələr vurmuşdur. Qadirə dayanmağı dedikdə Qəfil dayanmış fürsətdən istifadə edib pəncərədən çölə qaçmışdır. Qadir arxası ilə gəlməmiş, çölə çıxmış və nə etdiyini bilməyən ruhi xəstə kimi bıçağı darvazanın qarşısında yerə atıb oradan uzaqlaşmışdır. Evdəki ailə üzvləri isə onu təcili tibbi yardım avtomobili ilə Gəncə şəhər 3 saylı xəstəxanaya aparmış və orada əməliyyat olunmuşdur. Məhkəmədə verilmiş suallara cavab olaraq Qanuni nümayəndə göstərdi ki, hadisə Qadirin azyaşlı qızlarını qısqanması və gecə vaxtı niyə küçədən gəlməsini deməsinə görə yaranmış, o Qadirə qızın evlərinin yaxınlığındakı meyvə-tərəvəz satılan yerdən limon almağa getdiyini desə də Qadir onunla razılaşmamış, Qadirə “qızına əxlaqsızmı demək istəyirsən!? dedikdən sonra onunla münaqişə edib evdəki yataq otağında onu bıçaqlamışdır. Qadirin ailə üzvləri isə hadisədən sonra ona dəymiş ziyanı ödəmiş, özü də dəfələrlə təcridxanadan zəng edib etdiyi əməldən peşman olduğunu, onu bağışlamasını demişdir. Uşaqlarına görə Qadirlə barışmışdır heç bir şikayət və tələbi yoxdur. Ailə münasibətlərini bərpa etmişlər. Onun həbs edilməsini istəmir, uşaqlarının yanında olmasını, həbslə bağlı olmayan cəza verilməsini istəyir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə anası və Təqsirləndirilən şəxs isə atasıdır. Atası və anası küsdüyü üçün hadisədən əvvəlki bir neçə həftə ərzində onlar qardaşı ilə babasıgildə qalmışlar. xx.xx.2023-cü il tarixdə gecə yarı evdə ailə üzvləri ilə birlikdə olmuş, ürəyi bulandığı üçün küçədə evin yaxınlığında olan meyvə-tərəvəz dükanına qardaşı ilə gedib limon alıb qayıtmışdır. Qısa müddət sonra atası qaçaraq arxaları ilə yaşadıqları evin həyətinə daxil olmuş, ona, “Haradan gəlirsən? Düşdüyün avtomobil kimə məxsus idi? Nə işlə məşğulsan?” deyəndə “Heç bir yerə getməmişəm!” demişdir. Bu sözlərdən əsəbiləşən nənəsi Şərqiyə atası Qadiri əlindəki taxta ilə vuraraq itələyib “uşaq evdə idi. Heç bir yerə getməmişdi!" demiş, atası həyətdə sağa-sola baxaraq, daha sonra evin pərdəsini aralayaraq anası Günayı axtarıb harada olduğunu soruşmuşdur. Həmin vaxtı atasının əlində bıçaq olmamışdır. Anası atasının yanına gəlib “Get buradan! Yoxsa camaatı buraya tökəcəyəm!” demişdir. Bu sözlərə daha da əsəbiləşən atası anasına qışqırıb “Gecənin bu saatında bu qız haradan gəlir?!” soruşmuşdur. Aralarındakı mübahisə artmış, hər ikisi qarşılıqlı qışqırmışlar. Anası evə getmiş, atası da arxası ilə içəri girmişdir. İçəridə mübahisə səsləri davam etmiş, nənəsi babası və xalası həyətdə olmuşlar. Qardaşı Əli ilə həyətdə olarkən anası pəncərədən evin həyətinə, daha sonra isə küçəyə çıxmış, daha sonra isə atası evin qapısının yanında duran babası ilə nənəsinin yanından atasının çıxıbküçəyə getmişdir. Atasının anasını bıçaqla vurduğunu isə sonradan bilmiş, ata-anası sonradan bir-biri ilə barışmışlar. Atası tutualndan sonra mütəmadi ona və qardaşına zəng vurub danışmış etdiklərinə görə peşman olduğunu demişdir. Mübahisə ona görə yaranmışdır, buna görə də özünü günahkar bilir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş azyaşlı Şahid5 da bacısı Şahid4 ifadəsində göstərdikləri ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Qanuni nümayəndə bacısı və Təqsirləndirilən şəxs isə bacısının əridir. Həyətlərində iki ev var, birində anasıgil, digərində isə özü və uşaqları yaşayır. xx.xx.2023-cü il tarixdə saat 00 radələrində evdə olarkən həyətdən səs-küy eşitmiş, həyətə çıxdıqda anası Şahid2 Qadirə taxta ilə vurduğunu görmüşdür. Qadir və anası Şərqiyə də əsəbi olmuşdur. Daha sonra bacısı Günayın oraya gəldiyini görmüşdür. Qadir, qızları Laləni göstərərək, Günaya “gecənin bu vaxtı bu qız haradan gəlir?” sualını vermiş, Qadirin nədən danışdığından xəbəri olmamışdır. Qadirlə Günay bu mövzuda mübahisə etmiş, hər ikisi bir-birinə ciddi iradlar etmişlər. Mübahisə getdikcə ciddiləşmiş, Günay həyətdəki digər evə doğru getmiş, Qadir də arxasından evə getmişdir. Evdə mübahisə səsləri davam etmiş, narahat olub Günay və Qadirin olduğu evə doğru gedəndə evə çatmamış pəncərədən Günayın qaçaraq çıxdığını görmüşdür. Onun ardından isə Qadir evdən həyətə çıxmış və əlində bıçaq olmuşdur. Qadir sanki nə etdiyini anlamamış, özündə olmamış, boş gözlərlə ətrafa baxmışdır. Hadisənin təsiri ilə heç biri nə olduğunu anlaya bilməmişdir. Qadirin arxası ilə küçəyə çıxanda əlindəki bıçağı darvazanın qarşısında yerə atıb oradan uzaqlaşdığını görmüş, sonra isə Günayı xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və X4 da Şahid3 ilə eyniməzmunlu ifadə verərək, Qadirlə Günay arasındakı mübahisənin gecə vaxtı Lalənin küçədən gəlməsini deməsinə görə olmuş, Günayla Qadir arasında münaqişə və Qadirin Günayı bıçaqlaması içəri otaqda olmuş, onlar hadisəni görməmişlər. Qadir Günayı bıçaqlayandan sonra havalı şəkildə həyətdən çıxıb getmiş, sonradan onun polisə təslim olmasını öyrənmişlər. Hadisədən sonra həm Qadir həm də ailə üzvləri onlardan üzrxahlıq etmiş, Günay da əri ilə barışmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağı və həyətidir. Hadisə yerinə baxış zamanı qanabənzər ləkələrdən nümunələr,1 ədəd yorğan üzü 1 ədəd döşək üzü və 1 ədəd bıçaq aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini, arvadı Qanuni nümayəndə ilə mübahisənin başladığı və davam etdiyi yeri, yataq otağında arvadına bıçaq xəsarətləri yetirdiyi yeri əyani olaraq göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 1125 №li rəyindən görünür ki, 1983-cü il təvəllüdlü vət. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - hər iki bud nayihələrinin deşilmiş-kəsilmiş yaraları - deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 1209 №li rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Qanuni nümayəndə bədəni üzərində döş qəfəsinin sağ-yan arxa səthində bir ədəd sağ döş boşluğuna keçən, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara müəyyən edildi. Bu xəsarət deşici-kəsici alətlə yetirilmişdir, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Qanuni nümayəndə bədənində yuxarıda göstərilən xəsarətdən başqa sağ qulaq seyvanında, sağ qulaqarxası, sağ bazu, sağ çiyinarxası, sağ kürək və döş qəfəsinin sağ yarısı nahiyələrində və sağ əlin İİİ barmağında yaralar aşkar edildi. Qeyd edilən yaralar deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə bioloji ekösertizasının 01,09.2023-cü il tarixli 522/2023 №li rəyindən görünür ki, Qanuni nümayəndə ABO sistemi üzrə qan qrupu: A(ll) olmaqla, ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş bir ədəd açıq çəhrayı rəngli örtük, üzərində eyni təsvirlər olan bir ədəd mələfə və bir ədəd yorğanüzü, toxuma material hissəsi şəklində olan tam bölünmüş döşəküzü, hadisə zamanı Qanuni nümayəndə əynində olmuş aşağı kənarı trapesvari formada olan qırmızı rəngli şalvar, qara rəngli britelləri nazik qolsuz qısa mayka (topik), bir ədəd mətbəx bıçağının tiyəsi və tutacağının sağ lövhəsinin əsasında insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunan zaman antigen qismində “A” antigeni, aqqlyutinin qismində isə əksər ləkələrdə “beta" aqqlyutinini alındı.”A” antigeni əsas antigen qismində tək halda və “beta” aqqlyutinini ilə birlikdə A (İİ) qruplu qanı formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin birmənalı olaraq həmin qan qrupu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar və bu halda həmin qan ləkələrinin ABO sistemi eyni qan qruplu Qanuni nümayəndə qanı hesabına yaranma mümkünlüyü inkar olunmur. İş materallarında olan və məhkəmədə araşdırılan məhkəmə-ballistik və trasoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 16/917/918 №li rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş, təqdim olunan paltarların və 04 ədəd yataq dəstinə aid əşyaların üzərilərində trasoloji zədə aşkar edilmədi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə psixatrik ekspertizasının “xx.xx.2023-cü il tarixli 685 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Sonuncu da müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin təktək psixopatik çizgiləri) baxmayaraq o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur, bu halın yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə keçən gecə ünvan 7 ünvanında Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədən zaman qonşular hadisəni görməmiş və eşitməmiş, ictimai qaydanın pozulmasına dair digər əlamətlər aşkar edilməmiş və cəmiyyətə qarşı açıq şəkildə hörmətsizlik ifadə edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs bıçaq zərbələri vuran şəxsi və azyaşlı qızı Şahid4 naməlum avtomobil tərəfindən evə düşürülübdüşürülməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadsə yerinin yaxınlığında quraşdırlmış müşahidə kameraları ilə qeydə alınmış Təqsirləndirilən şəxs hadisə yerinə gəlməsi və qısa müddət sonra çıxıb getməsini əks etdirən videogörüntülər götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tartixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələrdən nümunələr, yorğan döşək üzləri və mələfə, eləcə də 1 ədəd bıçaq maddi sübut qismində tanınıb saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin anbarına təhvil verilmişdir. İş materiallarında olan cinayət işi materillarından cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Səbizkar qəbristanlığında xəsarət yetirilməsi faktı üzrə iş materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* №li cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş Qanuni nümayəndə təqsirləndirilən şəxs əri Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs bağışlanmasını xahiş edir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilmiş Gəncə ŞİHB-nin 2 №li sahə üzrə inzibati ərazi dairəsi nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 2435 №li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-379/2023 saylı qərarından görünür ki, məhkəmənin həmin tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər psixonevroloji dispanserdən verilmiş 4777№-li xx.xx.2023-cü il tarixli və Gəncə şəhər narkoloji dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli, 4874№li arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. İş materiallarında olan DİN BƏSİİ-dən verilmiş xx.xx.2023-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş AZ İİ№705346 №li və AZ İV№327004 saylı doğum haqqında şəhadətnamələrin AA ******* №li və AA ******* №li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Şahid5, xx.xx.2010-cu il təvəllüdlü Şahid4 adlı azyaşlı uşaqları var. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var, onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün hər hansı dəlil gətirmədiyindən məhkəmə bununla bağlı hər hansı əsaslandırma aparmasını zəruri hesab etmir. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxsin tərtib edilmiş protokol və sənədlərə imza etməməkdən imtina etməsinin səbəbini göstərmədiyi və bununla bağlı keçirilmiş məhkəmə baxışında müdafiə tərəfindən hər hansı vəsatət verilmədiyindən məhkəmə həmin halları törədilmiş əməldən sonra təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmanlığı və hadisənin psixoloji təzyiq altında olması, həmçinin psixatrik ekspertiza rəyinə əsasən müşahidə edilən “şəxsiyyətin tək-tək psixopatik çizgiləri” psixi xəstəliyi kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü madəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, psixi xəstəlikdən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törədilmiş əməldən sonra zərərçəkmiş şəxs və azyaşlı övladları ilə ailə münasibətlərini bərpa etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini nəzərdə tutulmuş halları Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə tənqidi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını, azadlıqdan məhrumetmə yeri olan istintaq təcridxanasında saxlanıldığı müddəti nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin müddət törətdiyi əmələ və nəticələrinə münasibətdə peşman olmasına kifayət etmiş və onun məhkəmədəki davranışından göründüyü kimi törətdiyi əməldən səmimi peşmançılıq çəkərək islah yoluna qədəm qoymuşdur. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə çatdırır ki, hazırki cinayət işi zərərçəkmiş və təqsirləndirilən şəxslərin yaxın qohum (ər-arvad) olması, cinayət işinin araşdırılan faktiki hallarından da göründüyü kimi hadisədən əvvəl soyuqluq yaranmış ailə münasibətlərini bərpa etməsi, cinayət hadisəsi nəticəsində bilavasitə zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş ziyanın tam olaraq ödənilməsini, məhkəmə iclalarında zərərçəkmişin əri olan təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini qəti olaraq tələb etməsi daha uzun müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməyə münasibətdə tərəflər arasında formalaşmış (bərpa edilmiş) ailə dəyərlərinin qorunmasını daha zəruri və qaçılmaz edir. Lakin məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə münasibətdə CM-nin 62-ci maddəsinin tətbiq edərək cəza təyinini daha ədalətli və məqsədəuyğun hesab edir. Çünki mövcud ictimai münasibətlər çərçivəsində ailə məişət zəminində baş verən münaqişələrin sayının durmadan artması və daha da ağır nəticələrə səbəb olması eynixarakterli cinayət hüquqi əməllərə yol vermiş şəxslərdə, yaxud buna “meylli şəxslər”də yarana biləcək cəzasızlıq mühitinin qarşısının alınması üçün məqbul və zəruridir. Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs münasibətdə törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə və ailə üzvləri ilə barışıq əldə etməsini, ona dəymiş ziyanı könüllü şəkildə ödəməsini, hal-hazırda səhhətinin vəziyyətini və hökmün təsviri əsaslandırıcı hissəsində göstərilən cəzasını yüngülləşdirən digər halların məcmusunu nəzərə alaraq, qeyd edilən xüsusatları müstəsna hal kimi qiymətləndirib hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulandan da aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hazıki hökmlə təyin edilmiş cəzaçəkmə müddəti başa çatana qədər dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ......ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulanda da aşağı azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməsini əsaslı sayaraq bunun məhkumun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis darəsində saxlanılan yorğan üzü və döşəküzü, hadisə yerindən götürülmüş qanabənzər ləkələrdən nümunələr, Qanuni nümayəndə əynində olmuş aşağı kənarı trapesvari formada olan qırmızı rəngli şalvar, qara rəngli britelləri olan nazik qolsuz qısa mayka (topik), bir ədəd mətbəx bıçağı məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hazırki hökmlə təyin edilmiş cəza müddəti başa çatana qədər yəni xx.xx.2024-cü il tarixədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan yorğanüzü və döşəküzü, qanabənzərl ləkələrdən nümunələr, hadisə zamanı Qanuni nümayəndə əynində olmuş aşağı kənarı trapesvari formada olan qırmızı rəngli şalvar, qara rəngli britelləri olan nazik qolsuz qısa mayka (topik), bir ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar