Məhkəmə qərarları › İş №1(100)-282/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-282/2021

09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-282/2021 09.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Göygöl rayonu, Üçtəpə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd ******* nömrəli, keçmiş SSRİ dövlətində 1986-cı ildə istehsal olunmuş 5.45 mm kalibrli, texniki cəhətdən saz, atəşə yararlı, yivli odlu silah hesab edilən Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, beş ədəd zavod üsulu ilə istehsal edilmiş 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-daraqlar,5.45x39 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan yüz altmış dörd ədəd döyüş sursatı – patronlar, 7.62x54 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan bir ədəd döyüş sursatı – patron, 7,62x51 mm kalibrli olmaqla zavod üsulu ilə xarici dövlətdə 1992-ci ildə istehsal olunmuş,həmin kalibrli NATO dövlətlərində istifadə edildiyi M-14 və M-1 “Grand” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan bir ədəd döyüş sursatı – patron, bir ədəd zavod üsulu ilə istehsal olunmuş, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, təyinatı üzrə istifadəyə yararlı, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi ilə birlikdə döyüş sursatı hesab edilən bir ədəd “UZRQM” tipli F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısını əldə edib yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evin həyətinə daşımaqla gizlədib saxlamış, habelə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə 58,553 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 18,139 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz saxlamaqla Gəncə şəhəri, Nizami rayonu, Totanlı küçəsi, “Totanlı dairəsi” adlanan yerin yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 22 fevral 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20-də qeyd edilən ünvanda saxlanılaraq Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, İdarədə saat 17:15-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki gödəkçəsinin iç sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı dörd ədəd kibrit qutusunda təkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 4,749 qram, 5,681 qram, 3,799 qram və 3,910 qram olan ümumilikdə 18,139 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sellofan bükümdə təmiz çəkisi 58,553 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, 25 fevral 2021-ci il tarixdə saat 13:14-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evin həyətyanı sahəsində ifadəsi yerində yoxlanılan zaman həmin evin arxa hissəsində yerləşən həyətində yerə basdırılmış halda olan torbanın içərisindən qara rəngli parçaya bükülmüş vəziyyətdə bir ədəd ******* nömrəli, keçmiş SSRİ dövlətində 1986-cı ildə istehsal olunmuş 5.45 mm kalibrli, texniki cəhətdən saz, atəşə yararlı, yivli odlu silah hesab edilən Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, birinin içərisində 25 ədəd, digərinin içərisində isə 30 ədəd 5.45x39 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərə tutulmuş və atəş üçün yararlı olan döyüş sursatı – patronların saxlanıldığı iki ədəd zavod üsulu ilə istehsal edilmiş 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-daraqlar, bir ədəd ağ rəngli torbaya bükülmüş sarı rəngli bağlamanın içərisində bir ədəd ağ rəngli qapaqla bağlı olan şəffaf şüşə bankanın içərisində 7.62x54 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan bir ədəd döyüş sursatı – patron, 7,62x51 mm kalibrli olmaqla zavod üsulu ilə xarici dövlətdə 1992-ci ildə istehsal olunmuş, həmin kalibrli NATO dövlətlərində istifadə edildiyi M-14 və M-1 “Grand” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan bir ədəd döyüş sursatı – patron, bir ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi və bir ədəd MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, təyinatı üzrə istifadəyə yararlı F-1 tipli əl qumbarasının gövdəsi ilə birlikdə döyüş sursatı hesab edilən bir ədəd “UZRQM” tipli partlayıcı, həmin torbanın içərisində üç ədəd zavod üsulu ilə istehsal edilmiş 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-daraqların hər birinin içərisində otuz ədəd və ayrıca on doqquz ədəd 5.45x39 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərə tutulmuş və atəş üçün yararlı olan döyüş sursatı – patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 22 fevral 2021-ci il tarixdə saat 15 radələrində o, Gəncə şəhərinin Nizami rayonu ərazisində yerləşən “Totanlı dairəsi” adlanan yerin yaxınlığında idarə etdiyi VAZ 2106 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobillə olan zaman ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu Polis İdarəsinin İnzibati idarəsinə dəvət etmişlər. Orada polislərin təhdidi nəticəsində o, üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkin və marixuananın ona məxsus olmasını bildirmişdir. Lakin onun həmin narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. O, tutulduqdan sonra Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olan vaxt sorğu zamanı evinin həyətində silah-sursat saxladığını bildirmiş, bundan sonra onun iştirakı ilə evə baxış keçirilmiş və onun özü silahın yerini bildirmişdir. O, ifadəsinə əlavə olaraq həmin silah-sursatin 2013-cü ildən olduğunu, belə ki, tanışı Dilqəmin ona borc əvəzi verdiyi və sonradan Dilqəm vəfat etdiyindən silah-sursat onda qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “tutulmamışdan təxminən 3 gün əvvəl Gəncə şəhəri Bağbanlar adlanan ərazidə üzdən tanıdığı yaşı təxminən 35 olan bir nəfər şəxsdən öz istifadəsi üçün 200 manat müqabilində 4 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bağlamada narkotik vasitə tiryək alıb üzərində saxlamışdır. Saxlanıldığı gün, yəni 22 fevral 2021-ci il tarixdə saat 15 radələrində o, Gəncə şəhərinin Nizami rayonu ərazisində yerləşən “Totanlı dairəsi” adlanan yerin yaxınlığında idarə etdiyi VAZ 2106 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobillə olan zaman ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu Polis İdarəsinin İnzibati idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlar deyilən İdarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O da buna etiraz etməmişdir. Beləliklə də, onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt masaya yaxınlaşıb əynində olan şalvarın ciblərindən özünə məxsus olan mobil telefon, cib dəsmalı, avtomobilin açarlarını, nağd pulu, gödəkçəsinin iç sol yan cibindən isə 04 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana və 01 ədəd sellofan bağlamada olan tiryəki masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əlavə maddə aşkarlanmamışdı. Təqdim etdiyi əşyalara keçirilən baxış zamanı cib dəsmalı, pul vəsaiti və açar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, mobil telefon isə iş üçün sübut əhəmiyyətli ola biləcəyi ehtimalından götürülmüşdür. Bundan sonra təqdim etdiyi kibrit qutuları ilə bağlamaya baxış keçirilmişdir. Kibrit qutularında qurudulmuş marixuanaya və bağlamada tiryəkə bənzər maddənin olması məlum olmuşdur. Aşkarlanmış maddələr ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış, onlar da həmin zərfi imzalamışlar. Həmin maddələr barədə sorğu edilərkən o, yuxarıda qeyd etdiyi kimi aşkar edilmiş maddələri 200 manat müqabilində üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 22 fevral 2021ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, yaşadığı evdə saxlaması və satışı ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə həmin şöbənin baş əməliyyat müvəkkilləri Rüstəmov Rüstəm və Rüstəmov Elçin və əməliyyat müvəkkili Şahin Şərifov təyin edilmişlər. 22 fevral 2021-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 15:20-də Gəncə şəhəri, Nizami rayonu, Totanlı küçəsi “Totanlı dairəsi” deyilən yerdə zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs idarə etdiyi “VAZ 2106” markalı **-BC-*** nömrə nişanlı avtomobildə oturan zaman saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə dəvət olunmuş, video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin otaqda yerləşən masaya yaxınlaşaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd cib dəsmalı, pul vəsaiti, bir ədəd mobil telefonu və bir ədəd avtomobilə aid açarı, gödəkcəsinin iç sol cibidən isə dörd ədəd kibrit qutusu və bir ədəd sellofan bağlamanı çıxarıb masaya qoymaqla təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, paltarları yoxlanılmış, lakin heç bir əlavə əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə baxış keçirilmişdir. Həmin zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs təqdim etmiş olduğu pul, cib dəsmalı və avtomobil açarı özünə geri qaytarılmış, mobil telefon aparatı isə gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalından götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etmiş olduğu kibrit qutuları ilə bağlamaya baxış keçirilmiş, hər biri ayrılıqda açılmışdır. Kibrit qutularının içərisində yaşıl rəngli quru ot formasında olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması, ayrıca olaraq sellofan bağlamada isə tünd qara rəngli tiryəkə bənzər maddənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və həmin maddələri təxminən üç gün əvvəl Gəncə şəhərində tanımadığı şəxsdən 200 manat müqabilində aldığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümlə kibrit qutularında olan maddələr götürülərək zərfdə qablaşdırılmışdır. Götürülmüş zərf tərəflərindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və saxlanılarkən idarə etdiyi avtomobilə baxış keçirmək qərarına gəlinmiş və sonuncu şəxs buna etiraz etməmişdir. Beləliklə də, videoçəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı **- BC-*** nömrə nişanlı avtomobilə, sonradan isə bilavasitə yaşadığı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evə baxış keçirilmiş, lakin keçirilən qeyd olunan hərəkətlər nəticəsinə heç bir kənar əşya və predmet aşkar edilməmişdir. Odur ki, bu barədə ayrıca protokollar tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində bir ədəd “Kalaşnikov” tipli avtomat və bir ədəd əl qumbarası basdırmışdır. Daxil olmuş məlumat dərhal istintaq orqanına bildirilmiş və Təqsirləndirilən şəxs bu barədə soruşulmuş və Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq həqiqətəndə yaşadığı vin həyətində silah-sursat olmasını bildirmişdir. 24 fevral 2021-ci il tarixdə videoçəkilişlə ifadəsi yerində yoxlanılmışdır. Qeyd edilən ünvanın qarşısına çatdıqda Təqsirləndirilən şəxs həmin evi göstərərək evin arxa hissəsində yerləşən həyətdə yerə basdırılmış halda olan silahların gizlədildiyini bildirmişdir. Həmin həyətə qeyd olunan tərkibdə daxil olunmuş və Təqsirləndirilən şəxs əyani olaraq göstərdiyi evin arxa hissəsində evin divarı ilə hasar arasında olan dar torpaq sahəsini bellə qazaraq torpağa basdırılmış halda olan bir ədəd torba aşkar olunmuşdur. Həmin torba açıldıqda içərisindən bir ədəd qara rəngli parçaya bükülmüş vəziyyətdə olan yan səthində ******* nömrəsi yazılmış “Kalaşnikov” avtomatına oxşar silah və iki ədəd daraq aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin evin arxa divarında iki daşların arasından kağız parçasına bükülmüş olan bir ədəd deməsinə görə həmin silaha aid olan lülə hissəsinə bağlanan hissəsini təqdim etmiş və həmin əşya avtomatın lülə hissəsinə bağlanmışdır. Bundan sonra aşkarlanmış daraqlara baxış keçirilmiş, hər birinin içində patronların olması müəyyən olunmuşdur. Odur ki, daraqlar boşaldılaraq hər birinin içərisində olan patronlar sayılmışdır. Məlum olmuşdur ki, daraqların birində 25, digərində 30 ədəd patron vardır. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin torbadan əlavə bir ədəd də torba var. Təxminən 2016-cı ildə həmin yerin yanında basdırmışdır. Bildirmişdir ki, qeyd olunan torbanın içində bir ədəd əl qumbarası var, lakin alışdırıcısını açıb kənara qoyub basdırmışdır. Bundan sonra iştirakçılar tərəfindən həmin sahə əlavə olaraq qazılmış və həmin vaxt torpağa basdırılmış halda bir ədəd ağ rəngli torbaya bükülmüş sarı rəngli bağlama aşkar olunmuşdur. Həmin torba açılmış və içərisindən bir ədəd ağ rəngli qapaqla bağlı olan şəffaf şüşə banka aşkar olunmuşdur. Bankanın içindən iki ədəd nisbətən iri çaplı patron, bir ədəd yaşıl rəngli əl qumbarasına bənzər metal predmet və bir ədəd həmin qumbaraya aid yan hissəsində yazı həkk olunmuş alışdırıcısı aşkar olunmuşdur. Daha sonra həmin torbanın içində “Kalaşnikov” avtomatı silahına aid üç ədəd sandıq və 19 ədəd ayrıca patronlar aşkarlanmışdır. Sandıqların içində patronlar olması müəyyən edilmiş, ayrıca çıxarılıb sayılmış və məlum olmuşdur ki, hər sandığın içində 30 ədəd patron var. Daha sonra aşkarlanmış həmin bütün predmetlər qabladırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10, X8, X11 və məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 İsmayılovla oxşar məzmunlu ifadə verərək onun dediklərini özlərinə aid hissədə təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 22 fevral 2021-ci il tarixli raportdan görünür ki, “Rəşad” adlı şəxsin Gəncə şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə və yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 fevral 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin iç sol yan cibindən 04 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər və bir ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs aşkar edilən tiryək və marixuananı 3 gün əvvəl Gəncə şəhərində tanımadığı şəxsdən 200 manata əldə etdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində sonuncunun qanunsuz olaraq əldə etdiyi 1 ədəd avtomat markalı silahı və 1 ədəd döyüş sursatı hesab edilən əl qumbarasını yaşadığı evin həyətində basdırdığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 fevral 2021ci il tarixli 6/780 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N.6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 58,553 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 fevral 2021ci il tarixli 7/210 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki 04 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 4,749 qram, 5,681 qram, 3,799 qram, 3,910 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Marixuananın ümumi çəkisi- 18,139 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli, 21/158R №-li rəyindən və fotoşəkillərdən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* №li silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində 1986-cı ildə istehsal olunmuş 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdır, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.Tədqiqata təqdim edilmiş 05 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-darağlarıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdırlar.Təqdim edilmiş 164 ədəd patron, zavod üsulu ilə keçmiş SSRİ dövlətindən istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar.Təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronudur və döyüş sursatı hesab olunur. Tamlığı və patron içərisində olan lazımi komponentlər yerində olduğuna görə həmin patron atəş üçün yararlıdır.Təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə xarici dövlətdə 1992-ci ildə istehsal olunmuş 7,62x51 mm kalibrli olmaqla, həmin kalibrli NATO dövlətlərin istifadə edildiyi M-14 və M-1 “Grand” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronudur və döyüş sursatı hesab olunur. Tamlığı və patron içərisində olan lazımi komponentlər yerində olduğuna görə həmin patron atəş üçün yararlıdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 27 fevral 2021-ci il tarixli, 21/167R №-li rəyindən və fotoşəkillərdən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcısı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X4 21.06.2021-ci il tarixli 1997 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 17.03.2021-ci il tarixli 2232 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda müalicədə olmayıb. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 02 mart 2021-ci il tarixli 011-2051-1221 saylı məktubdan görünür ki, təqdim olunmuş bir ədəd 5,45 kalibrli ******* №-li Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 22.04.2021-ci il tarixli 2/1616 nömrəli məktubdan görünür ki, ******* zavod nömrəli 1986-cı ildə istehsal olunmuş 5,45 mm-lik AK-74 markalı “Kalaşnikov” avtomatı 22 aprel 2021-ci il tarixə olan məlumata əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən tərəfindən verilmiş 17.03.2021-ci il tarixli 15/729 nömrəli məktubdan görünür ki, keçmiş SSRİ dövlətində 1986-cı ildə istehsal olunmuş, ******* nömrəli 5,45 mm “AK-74” modelli Kalaşnikov konstruksiyalı avtomat Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xirdmətinin qeydiyyatından keçmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-in BƏSİİ-dən verilmiş 06.03.2021-ci il tarixli 012-3896-1221 saylı məktubda qeyd edilmişdir ki, 1986-cı ildə istehsal olunmuş «AK-74» markalı, 5,45 kalibrli, ******* №li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X3 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhəri Nizami rayonu Evlər Üçlüyü “D” tərəfindən verilmiş 29 may 2021-ci il tarixli, 51 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır. İbrahimov Anar (10.08.2007) və İbrahimova Məryəm (31.03.2012) adlı 2 övladı var. Hər iki övladı Təqsirləndirilən şəxs öhdəsindədir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 01 mart 2021-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan və 14 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumilikdə 58,553 qram çəkidə narkotik vasitə tiryəkdən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 58,453 qramı, ümumilikdə 18,139 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 17,939 qramı, yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 01 ədəd 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 164 ədəd 5,45x39 mm kalibrli patronlardan eksperimental atəşlər zamanı istifadə olunduqdan sonra qalıq qalan 152 ədədi, 01 ədəd 7,62x54 mm kalibrli və 01 ədəd 7,62x54 mm kalibrli patronların demontaj olunduqdan sonra polimer bükümdə qablaşdırılmış 02 ədəd gilizi, 02 ədəd gülləsi və barıt komponentləri və 01 ədəd F-1 tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli partlayıcısı iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 03 iyul 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılarkən, habelə təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılarkən “Sony” markalı videokamera ilə videoçəkilişlər aparılmış və həmin videoçəkilişlər 02 ədəd diskə əlavə olunmuşdur. Qeyd olunan 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 fevral 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Və Statistik İnformasiya İdarəsi-dən alınmış 03.03.2021-ci il tarixli tələbnamədən və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.05.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon İcra və probasiya şöbəsinin 07 sentyabr 2021-ci il tarixli A-12/2019 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdə cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarlmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar zamanı residiv nəzərə alınmır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin və marixuananın ona məxsus olmamasına, aşkar edilmiş narkotik vasitə tiryəkin və marixuananın polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadələri, özünün ibtidai istintaq zamanı etiraf edici ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş üzərinə axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən “DVD” diskə baxış zamanı, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmiş, video çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə tiryəkin və marixuananın ona məxsus olmasını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 1.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram, narkotik vasitələr hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qram göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən üzərindən aşkar edilmiş narkotik vasitələrin istehlak miqdarından dəfələrlə çox olmasına, külli miqdarda olmasına, üzərində müxtəlif növdə narkotik aşkar edilməsinə, üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın müxtəlif bükümlərdə olmasına, Respublika Narkoloji X7 X4 rəyinə əsasən Təqsirləndirilən şəxs narkatik vasitə istifadəçisi olmamasına baxmayaraq üzərindən müxtəlif növdə narkotik vasitə aşkar edilməsinə, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitə tiryək və marixuananı satış məqsədi ilə əldə edərək üzərində saxlaması və daşıması qənaətinə gəlir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş cinayət işinin materialları, özünün məhkəmə istintaqı və ibtidai istintaq zamanı etirafedici ifadəsi, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq sübuta yetirilir ki, Təqsirləndirilən şəxs yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş silah və sursatlar məhz Təqsirləndirilən şəxs tərəfindən orada gizlədilmiş, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində sorğu-sual zamanı yaşadığı evin həyətyanı sahəsində silah və sursat gizlətdiyini bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş silah-sursat 2013-cu ildən onda olmasına baxmayaraq o, bu barədə müvafiq dövlət orqanlarına heç bir məlumat verməmiş, yalnız daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində sorğu-sual zamanı yaşadığı evin həyətyanı sahəsində silah və sursat gizlətdiyini etiraf etdiyindən onun əməli könüllü surətdə təhvil vermə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 14-cü bəndində məhkəmələrə tövsiyə edir ki, odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları könüllü surətdə təhvil verən şəxsin, əgər onun əməlində başqa cinayət əməllərinin tərkibi yoxdursa, CM-nin 228-ci maddəsi ilə məsuliyyət daşımır. Sadalanan predmetlərin könüllü surətdə təhvil vermə dedikdə, həmin predmetləri istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin motivindən asılı olmayaraq, bu predmetlərin təqdim edilməsi və ya onların saxlandığı yer barədə məlumat verməsi başa düşülməlidir. CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan predmetlərin həm şəxsin öz təşəbbüsü ilə, həm də digər şəxslərin məsləhəti əsasında eləcə də müəyyən növ silahı təhvil verməni vətəndaşların öhdəliyi qismində müəyyən edən müvafiq hakimiyyət orqanlarının tövsiyyəsinə görə təhvil verilməsi onları könüllü təhvil vermə hesab olunur. Həmin predmetləri könüllü surətdə təhlil verən şəxs CM-nin 228.1 - 228.4-cü maddələrində qeyd edilən bütün növ əməllərə görə cinayət məsuliyyətindən azad edilir. Həmin qanunun 2-ci maddəsinin 16-cı bəndində məhkəmələrə tövsiyə edir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Partlayıcı maddələrdən və konstruktiv təyinatına görə partlayış edilməsi üçün qurğulardan ibarət olan müxtəlif partlayıcı qurğuların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınılması, gəzdirilməsi və ya talaması da müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228 və ya 232-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır. CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 22 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X4 21.06.2021-ci il tarixli 1997 nömrəli rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd zərfdə və iki ədəd bağlamda qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 58,453 qram çəkidə narkotik vasitə tiryək, 17,939 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, həmçinin yaşadığı evindən 01 ədəd 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, eksperimental atəşlərdən sonra qalıq qalan 152 ədəd 5,45x39 mm kalibrli patronlar, 01 ədəd 7,62x54 mm kalibrli və 01 ədəd 7,62x54 mm kalibrli patronların demontaj olunduqdan sonra polimer bükümdə qablaşdırılmış 02 ədəd giliz, 02 ədəd gülləsi və barıt komponentləri və 01 ədəd F-1 tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli partlayıcı xüsusi müsadirə qaydasında Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməli, 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 143,82 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 22 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd zərfdə və iki ədəd bağlamda qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 58,453 qram çəkidə narkotik vasitə tiryək, 17,939 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, həmçinin yaşadığı evin həyətyanı sahəsindən 01 ədəd 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, eksperimental atəşlərdən sonra qalıq qalan 152 ədəd 5,45x39 mm kalibrli patronlar, 01 ədəd 7,62x54 mm kalibrli və 01 ədəd 7,62x54 mm kalibrli patronların demontaj olunduqdan sonra polimer bükümdə qablaşdırılmış 02 ədəd giliz, 02 ədəd gülləsi və barıt komponentləri və 01 ədəd F-1 tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli partlayıcısı xüsusi müsadirə qaydasında Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin silah sürsat anbarına təhvil verilsin, 2 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 143,82 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar