Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-282/2023 12.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə saat 19 radələrində “BC” kateqoriyalı, AE-812512 sürücülük vəsiqəsi əsasında idarə etdiyi, BD-304224 nömrəli şəhadətnamə ilə özünə məxsus VAZ 2107 markalı, ** FV *** dövlət qeydiyyat nişanlı sedan tipli minik avtomobili ilə Göygöl rayonunun Azay Kazımov küçəsi ilə üzü Göygöl rayonu Aşıqlı kəndi istiqamətində hərəkətdə olan zaman X9 Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməli olduğu halda bunları etməyərək nəqliyyat vasitəsini öz hərəkət yolunun sağ tərəfinə istiqamətləndiriyi zaman avtomobil üzərində idarəetməni itirərək yolun sağ kənarında olan ağaca çırpmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlər Şahid2 sağ diz oynağı nahiyəsinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və Şahid1 sağ baldır və sol ayaq nahiyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, həmçinin avtomobildə olan digər sərnişinlər X2 həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aid edilən başın ənsə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-ənsə nahiyələrinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma (hematoma), sağ gicgah-ənsə sümüklərinin beyin əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma, sağda İ-Xİİ dək qabırğaların üç anatomik xətti üzrə (məmə, ortaqoltuqaltı, onurğayanı), solda isə İ-Xİİ dək qabırğaların iki anatomik xətt üzrə (məmə, onurğayanı) sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin və dalağın cırılması, hər iki böyrək kapsulasına qansızma(hemotoma), sağ bud sümüyünün qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın, sağ əng nahiyələrininin sıyrıqları, sağ bud və sağ baldır nahiyələrinin qançırları ilə müşayiət edilən, açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn, kəllə tağı sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma səbəbindən hadisə yerində ölməsinə və X3 həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aid edilən baş-beyinə və beyinciyə qansızma, baş-beyin maddəsinin kəskin ödəmi, alın-təpə-ənsə nahiyələrinə uyğun hissələrdə yumşaq toxumalarına qansızma, sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX, X,Xİ, və sol İ-İİ qabırğaların məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ tərəfli pnevmotoraks, hər iki ağciyərin kəskin ödemi, ağciyərlərin paylararası sahələrində ocaqlı qansızmalar, alt çənə sümüyünün qapalı sınığı, döş qəfəsinin ön səthinin və sol said nahiyəsinin qançırları, sol baldır nahiyəsinin sıyrığı xəsarətləri ilə müşayiət edilən qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn, baş beyinə və beyinciyə qansızma səbəbindən xx.xx.2022-ci il tarixdə müalicə aldığı xəstəxanada ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olaraq özünü təqsirli bilmədiyini, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi ilə razı olmadığını, onun hadisənin qarşısını almağa texniki imkanının olmadığını və bu səbəbdən də cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin təqsirləndirilən Emir Yusibovun müdafiəçisi Müdafiəçi da sözügedən tanış etmə protokolunda yazılı sürətdə vəsatət təqdim edəcəyini qeyd etmiş, elə həmin günü də yazılı vəsatət təqdim etmişdir. Müstəntiq Müdafiəçi vəsatəti ilə bağlı qəbul etdiyi xx.xx.2023-cü il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərarın nəticə hissəsində məhz müdafiəçinin vəsatətinin əsassız olduğu üçün rədd edildiyini qeyd etmişdir. Göründüyü kimi ibtidai istintaqı aparan Göygöl RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X4 Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi ilə razı olmaması, hadisənin qarşısını almağa texniki imkanının olmaması və bu səbəbdən də cinayət işinin icraatına xitam verilməsi barədə vəsatətinə bilavasitə baxmamış və nəticəsi üzrə müvafiq qərar çıxarmamışdır. Halbuki Azərbaycan Respublikası CPM-nin 91.5.13-cü maddəsində göstərilmişdir ki, etirazlar etmək və vəsatətlər vermək təqsirləndirilən şəxsin hüquqlarıdır. Eyni zamanda CPM-nin 91.5.17-ci maddəsində göstərilmişdir ki, təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 121.1.3-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmalı və nəticələri üzrə müvafiq qərar çıxarmalıdır. CPM-nin 121.1.4-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə göndərməlidir. CPM-nin 121.2-ci maddəsinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. CPM-nin 122.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Göründüyü kimi ibtidai istintaqı aparan müstəntiq Təqsirləndirilən şəxs vəsatətinə bilavasitə baxmadığı və nəticəsi üzrə müvafiq qərar çıxarmadığı üçün təqsirləndirilən şəxs CPM-nin 122.1-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual qərarından şikayət vermək hüququndan məhrum olmuşdur. Bundan başqa, “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, tanış etmə istintaq hərəkəti zamanı işdə olan maddi sübut kimi tanınmış VAZ 2107 minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi real olaraq təqdim olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs da məhkəmənin hazırlıq iclasında qeyd edilən nəqliyyat vasitəsinin faktiki olaraq ona təqdim edilmədiyini, sadəcə fotoşəkillərinin göstərildiyini bildirmişdir. Halbuki Azərbaycan Respublikası CPM-nin 91.5.22-ci maddəsinə əsasən, ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Qeyd edilən maddədən görünür ki, cinayət-prosessual qanunvericiliyi müstəntiqin üzərinə birmənalı olaraq işdə olan maddi sübutları təqdim etmək vəzifəsi qoymuşdur. Azərbaycan Respublikası CPM-nin 285.5-ci maddəsinə əsasən, cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəkilini çəkmək hüququna malikdirlər. Bununla belə, ibtidai istintaqı aparan müstəntiq Təqsirləndirilən şəxs işdə olan maddi sübutu təqdim etdmədiyi üçün təqsirləndirilən şəxs maddi sübutla tanış olmaq və fotoşəkilini çəkmək hüququndan məhrum olmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. Beləliklə də hazırki iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ, o cümlədən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Bundan başqa, məhkəminin hazırlıq iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X5 şifahi vəsatət verərək, təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmadığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, azadlıqda qalmasına etiraz etdiyini və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilıərək həbs qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Hazırkı iş materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə ittiham elan etmişdir. Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasından görünür ki, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. CPM-nin 155.3-cü maddəsinə əsasən, həbs qətimkan tədbiri yalnız aşağıdakı şəxsə tətbiq oluna bilər: 155.3.1. bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin ictimai təhlükəliyini, qeyd edilən əməlin sanksiyasında on ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinin onun azadlıqda qalmasına etiraz etdiyini və hadisə nəticəsində iki nəfər zərərçəkmiş şəxsin ölməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306-cı maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay həddində müəyyən edilsin. Həbsetmənin əvvəli həbs edildiyi tarixdən, yəni 12 aprel 2023-cü il tarixdən hesablansın. Qətimkan tədbirinə aid hissədə qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasına və Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, dövlət ittihamçısına və zərərçəkmiş şəxslərin hüquqi varislərinə göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-282/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-282/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver