Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-283/2021 15.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X6 və X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafıəçi– Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 və Təqsirləndirilən şəxs iştirakları ilə, 06 iyul 1962-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Yevlax şəhəri, Firdovsi küçəsi, ev 74-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, o, dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 4,254 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 aprel 2021-ci il tarixdə saat 13 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı ümumi təmiz çəkisi 4,254 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 0,604 qramını tanışı Şahid5 sonuncunun yaşadığı ünvan 1 ünvanının qarşısında 45 manat müqabilində satmış, 20 aprel 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-yə ünvan 1-da yaşayan Şahid5 qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 aprel 2021-ci il tarixdə saat 15 radələrində Şahid5 yaşadığı Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 8 ünvanının qarşısında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə gətirilmiş, həmin idarədə üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümdə 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülümüş, daha sonra həmin gün Gəncə şəhər Kəpəz RPİ-yə onun narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlaması və satması barədə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 20 aprel 2021ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 8 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan köynəyin sol ön cibindən 1 ədəd gümüşü rəngli falqa bükümünün içərisində, 2 ədəd iç-içə qoyulmuş şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,421 qram, 2,229 qram, ümumi təmiz çəkisi 3,650 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, təxminən 20 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Biz 1 ay əvvəldən səhhəti pisləşdiyindən bədənində olan ağrıları azaltmaq üçün narkotik vasitə heroindən istifadə etməyə başlamış, adətən həmin narkotik vasitəni Yevlax şəhərində “Dədə Qorqud” parkının yaxınlığındakı binada yaşayan “Totan” ləqəbli Samir adlı şəxsdən almışdır və bu barədə istintaq zamanı polis əməkdaşlarına məlumat vermişdir. Təxminən 25 il əvvəl o, Şahid5la tanış olmuş və həmin vaxtdan onların münasibətləri yaranmışdır. Daha sonra o, Qüdrətin də narkotik vasitə istifadəçisi olduğunu bilmiş və Qüdrətlə birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. 20.04.2021-ci il tarixdə səhər saat 09 radələrində o, Yevlax şəhərində bir nəfər tanımadığı “Totan” ləqəbli Samirin adamı olan tanımadığı şəxsdən 100 manat qarşılığında təxminən 3-4 qram narkotik vasitə heroin almaq barədə razılaşmış, sonra o, həmin şəxsə ödəniş etmiş, həmin şəxs isə narkotik vasitəni bir qədər sonra ağacın altına atacağını və oradan götürməsini demişdir. O, bir qədər sonra həmin ağacın altında gümüşü rəngli kağız büküm görmüş, həmin kağız bükümü açıb içərisinə baxıdıqda orada iki ədəd sellofanda heroin bükümlərinin olduğunu görmüş və dərhal götürüb cibinə qoymuşdur. Bundan sonra Gəncə şəhərinə gedib Qüdrətlə görüşmək və həmin narkotik vasitəni birlikdə istifadə etmək qərarına gəlmiş, bu məqsədlə həmin gün, yəni 20.04.2021-ci il tarixdə saat 15 radələrində Yevlax şəhərindən çıxaraq markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi ilə Gəncə şəhərinə gəlmişdir. O, Gəncə şəhərinə gəlib Qüdrətin yaşadığı evin yaxınlığına çatdıqda bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini göstərib, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək birlikdə Gəncə şəhər Kəpəz RPİ-yə dəvət etmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşlarının xidməti avtomobilləri ilə onu Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasınına aparmışlar. İdarənin inzibati binasında xidməti iş otağında müdafiəçisi X3 iştirakı ilə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun əynində olan köynəyin sol ön cibindən içərisində narkotik vasitə heroin olan kağız büküm aşkar edilmişdir. O, həmin narkotik vasitə heroini 20.04.2021-ci il tarixdə Yevlax şəhərində tanımadığı şəxsdən 100 manat qarşılığında özü istifadə etmək məqsədilə almış, həmin narkotik vasitələr aldığı vaxt bükümlər şəklində olmuşdur. O, əldə edib üzərində saxladığı narkotik vasitə heroindən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Ucuz düşdüyünə görə həmin narkotik vasitəni az-az istifadə etmək üçün almışdır. O, narkotik vasitə heroini çox əldə etdiyinə görə Qüdrətlə birgə istifadə etmək qərarına gəlmiş, buna görə də, Qüdrətin yanına getmişdir. Qüdrət əvvəlcədən onun 3,650 qram olan narkotik vasitə heroini əldə etməyindən, daha sonra Qüdrətin yanına gedəcəyindən xəbəri olmamış, bu barədə hər hansı bir razılaşması olmamışdır. Qüdrət yalan danışır, Qüdrətin üzərindən aşkar edilmiş 0,604 qram narkotik vasitə heroini sonuncuya satmamış, həmin narkotik vasitəni haradan əldə etməsini bilməmiş, o, sadəcə birlikdə əvvəllər narkotik vasitə heroin istifadə etmiş, sonuncu dəfə isə o, yenə də, Qüdrətin yanına üzərindən aşkar edilmiş narkotik vasitələri satmaq üçün deyil birlikdə istifadə etmək üçün gəlmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid5 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışdır. Həmin gün saat 15 radələrində Şahid5 Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 8 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə dəvət edilmişdir. Şahid5 razılaşaraq idarəyə gəlmiş, Gəncə şəhər Kəpəz RPİ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək X8 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra müdafiəçisinin iştirakı ilə Şahid5 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid5 əynində olan pencəyin sol iç cibindən 01 ədəd kibrit qutusu, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisinə baxış zamanı narkotik vasitə marixuana aşkar edilmişdir. Sorğu zamanı Şahid5 həmin kütlənin “nəşə” olduğunu, özü qurutduğunu demişdir. Aşkar edilmiş 01 ədəd qızılı rəngli kağız bükümə baxış zamanı isə narkotik vasitə heroin aşkar edilmiş, sorğu zamanı Şahid5 həmin kütlənin heroin olduğunu demişdir. Bundan sonra əvvəlcə 01 ədəd kibrit qutusu içərisindəki narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 09 qram olması, daha sonra isə 01 ədəd qızılı rəngli kağız bükümü içərisindəki narkotik vasitə heroinlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 01 qram olması müəyyən edilmiş, sonra iki ədəd zərfin üzərində müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş kütlələr ayrı-ayrılıqda zərflərin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, qablaşdırılıb möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin tədbirin davamı olaraq Şahid5 yaşadığı ünvan 1 ünvanına da baxış keçirilmiş, baxış zamanı evin həyətində olan divanın alt saxlanc yerindən 01 ədəd polietilen torba aşkar edilmiş, aşkar edilmiş 01 ədəd polietilen torbanın içərisinə baxış zamanı narkotik vasitə marixuana aşkar edilmişdir. Sorğu zamanı Şahid5 həmin kütlənin “nəşə” olduğunu, 4-5 il əvvəl özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını demişdir. Bundan sonra 01 ədəd polietilen torba içərisindəki narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 450 qram olması müəyyən edilmişdir. Sonra içərisində narkotik vasitə marixuana olan həmin polietilen torba digər bir polietilen torbaya qoyularaq, üzərində müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra tərəflərindən imzalanmış, qablaşdırılıb möhürlənmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Həmçinin aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 üzərindən aşkar edilmiş narkotik vasitə heroini Yevlax rayon sakini Təqsirləndirilən şəxs aldığı müəyyən olunmuşdur. Şahid5 ilə heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Qüdrətə qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Şahid5 da hər hansı bir müqavimət göstərməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Yevlax şəhər sakini, Yevlax şəhəri “Dədə Qorqud” parkının yaxınlığında yerləşən binada yaşayan “Totan” ləqəbli Samir adlı şəxsdən aldığını bildirmiş, onlar da bununla bağlı əməliyyat tədbiri həyata keçirmiş, lakin bir nəticə verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid1 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təxminən 15 ildir narkotik vasitə heroindən və marixuanadan istifadə etmişdir. 25 il əvvəl o, Yevlax şəhərində olarkən Məhərrəm adlı şəxslə tanış olmuş və həmin vaxtdan onların münasibətləri yaranmışdır. Daha sonra o, Məhərrəmin də narkotik vasitə istifadəçisi olduğunu bilmiş və birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. Təxminən 7-8 il əvvəl o, Samux rayonunda, Kür çayının sahilində 1 nəfər şəxslə tanış olmuş və həmin şəxslə söhbətləri zamanı həmin şəxs ona narkotik vasitə marixuana təşkil edəcəyini bildirmiş və o, razılaşdıqdan sonra ümumilikdə 200 manat qarşılığından həmin şəxsdən təxminən yarım kiloqram marixuana alaraq yaşdığı evə gətirmiş, lakin marixuananı o, nadir hallarda istifadə etdiyi üçün yaşadığı evdə yerləşən divanın alt hissəsində saxlamış və lazım olduqca istifadə etmişdir. O, Məhərrəmlə söhbəti zamanı Məhərrəm ona əgər ehtiyacı olarsa narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmişdir. Təxminən 4-5 gün əvvəl o, istifadəsində olan “**********” saylı mobil nömrə ilə Məhərrəmin istifadəsində olan “**********” saylı mobil nömrəsilə əlaqə saxlayaraq ona 01 qram heroin təşkil etməsini istəmişdir. Məhərrəm də onunla razılaşaraq 45 manat qarşılığında 01 qram narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra təxminən 17.04.2021-ci il tarixdə Məhərrəm onun yaşadığı ünvan 1 ünvanının qarşısına gəlmiş və o, Məhərrəmə 45 manat ödədikdən sonra Məhərrəm ona 01 bükümdə olan narkotik vasitə heroin vermiş, Məhərrəm pulu götürdükdən sonra çıxıb getmişdir. O, Məhərrəmdən sadəcə bir dəfə 17.04.2021-ci il tarixdə saat 16 radələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroini almış, digər vaxtlarda isə hər hansı bir alış-verişi olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şahid5 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə 01 ədəd DVD diskə baxışdan görünür ki, Şahid5 Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasında video çəkiliş ilə üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər Kəpəz RPİ təhqiqatçısı X14 şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis mayoru Şahid2, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, müdafiəçi X5 iştirakı ilə Şahid5 üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı Şahid5 əynində olan pencəyin sol iç cibindən 01 ədəd kibrit qutusu, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü aşkar edilir. Aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisinə baxış zamanı narkotik vasitə marixuana aşkar edilir. Sorğu zamanı Şahid5 həmin kütlənin “nəşə” olduğunu, özü qurutduğunu deyir. Aşkar edilmiş 01 ədəd qızılı rəngli kağız bükümü baxış zamanı isə narkotik vasitə heroin aşkar edilir. Sorğu zamanı Şahid5 həmin kütlənin heroin olduğunu deyir. Bundan sonra əvvəlcə 01 ədəd kibrit qutusu içərisindəki narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 9 qram olması, daha sonra isə 01 ədəd qızılı rəngli kağız bükümü içərisindəki narkotik vasitə heroinlə ilə birlikdə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 01 qram olması müəyyən edilir. Sonra iki ədəd zərfin üzərində müvafiq qeydlər aparılır, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanır, aşkar edilmiş kütlələr ayrı-ayrılıqda zərflərin içərisinə qoyulduqdan sonra ağzı bağlanır, qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bununla da, şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. Şahid5 yaşadığı ünvan 1 ünvana baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər Kəpəz RPİ təhqiqatçısı X14 şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis mayoru Şahid2, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, müdafiəçi X5 iştirakı ilə Şahid5 yaşadığı ünvan 1 ünvana baxış keçirilir. Baxış zamanı evin həyətində olan divanın alt saxlanc yerindən 01 ədəd polietilen torba aşkar edilir. Aşkar edilmiş 01 polietilen torbanın içərisinə baxış zamanı narkotik vasitə marixuana aşkar edilir. Sorğu zamanı Şahid5 həmin kütlənin “nəşə” olduğunu, 4-5 il əvvəl özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını deyir. Bundan sonra 01 ədəd polietilen torba içərisindəki narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 450 qram olması müəyyən edilir. Sonra içərisində narkotik vasitə marixuana olan həmin polietilen torba digər bir polietilen torbaya qoyularaq, üzərində müvafiq qeydlər aparılır, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanır, qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 aprel 2021-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 4(044)-69/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 20 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-bioloji və kimyəvi ekspertizasının 21 aprel 2021-ci il tarixli 16/366 nömrəli rəyindən görünür ki, tədiqata təqdim edilmiş üzərində “Şahid5 üzərində aşkar olunmuş narkotik vasitə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə 0,604 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmçinin rəydən görünür ki, tədiqata təqdim edilmiş üzərində “Şahid5 üzərində aşkar olunmuş narkotik vasitə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,798 qram bitki mənşəlii kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bundan başqa rəydən görünür ki, tədiqata təqdim edilmiş üzərində “Şahid5 yaşdığı ünvandan aşkar olunmuş narkotik vasitə” yazılar və imzalar olan polietilen torbadakı, digər 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 450 qram bitki mənşəli kütlə, tərkibində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bundan əlavə rəydən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 21 aprel 2021-ci il tarixli 16/367 nömrəli rəyindən görünür ki, tədiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə.” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli falqa bükümünün içərisində, 2 (iki) ədəd içə-içə qoyulmuş şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,421 qram, 2,229 qram ümumi təmiz çəkisi 3,650 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bundan başqa rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə” sözlər və imzalar olan kağız paketdəki heroinlər ilə üzərində “Şahid5 üzərindən aşkar olunmuş narkotik vasitə” yazılar və imzalar kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 03 may 2021-ci il tarixli 682 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroinindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 22 aprel 2021-ci il tarixli 567 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19.05.2021-ci il tarixli 122-1841-1221 saylı əməliyyat tapşırığının cavabından görünür ki, Şahid5 üzərindən aşkar edilmiş 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs pul müqabilində əldə edib daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs satış məqsədilə əldə edib daşıyaraq saxladığı və Şahid5 satdığı ümumi təmiz çəkisi 4,254 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, həmçinin Şahid5 üzərindən və yaşadığı evdən aşkar edilmiş təmiz çəkisi 455,798 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı hansı mənbədən və nə vaxt əldə etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin onun həmin narkotik vasitələri Şahid5 başqa digər şəxslərə satmasının müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxslə Şahid5 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsilə məşğul olması müəyyən edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsində kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən əlavə olaraq yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hakimi Tural Qocayevin 05.05.2021-ci il tarixli 5(043)-98/2021 nömrəli qərarından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 20 aprel 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarı qanuni hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hakimi Tural Qocayevin 05.05.2021-ci il tarixli 5(043)- 99/2021 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 20.04.2021-ci il tarixli qərarının qanuniliyinin yoxlanılmasıdan imtina edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21.05.2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdirdi ki, Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasında Gəncə şəhər Kəpəz RPİ təhqiqatçısı X14 şəhər Kəpəz RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan köynəyin sol ön cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü də iki ədəd iç-içə qoyulmuş polietilen kəsikiyi bükümləri aşkar edilir. Aşkar edilmiş kağız bükümün içərisindəki iki ədəd iç-içə qoyulmuş polietilen kəsikiyinə baxış zamanı narkotik vasitə heroin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, heç bir təzyiqə məruz qalmadığını deyir. Bundan sonra aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağız bükümüdə iki ədəd iç-içə qoyulmuş polietilen kəsikiyi bükümləri içərisindəki narkotik vasitə heroinlə ilə birlikdə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 5,49 qram olması müəyyən edilir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həmin gün Yevlax şəhərində ağacın dibindən götürdüyün, narkotik vasitəni götürdükdən sonra onu Qüdrətlə birlikdə qəbul etmək üçün Gəncə şəhərinə gəldiyini, hər hansı bir narkotik vasitə satmadığını deyir. Sonra 1 ədəd zərfin üzərində müvafiq qeydlər aparılır, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanır, aşkar edilmiş kütlələr zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanır, qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı əynində olan köynəyin sol ön cibindən 1 ədəd gümüşü rəngli falqa bükümünün içərisində, 2 ədəd iç-içə qoyulmuş şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,421 qram, 2,229 qram, ümumi təmiz çəkisi 3,650 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin satmaq üçün deyil, özünün istifadəsi üçün əldə etməsi, saxlaması və daşıması, Şahid5 narkotik vasitə satmaması ilə bağlı verdiyi ifadəsinin şahid ifadələri, üzləşdirmə protokolları və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq ümumi təmiz çəkisi 4,254 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 aprel 2021-ci il tarixdə saat 13 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı ümumi təmiz çəkisi 4,254 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 0,604 qramını tanışı Şahid5 sonuncunun yaşadığı ünvan 1 ünvanının qarşısında 45 manat müqabilində satmış, 20 aprel 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-yə ünvan 1-da yaşayan Şahid5 qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 aprel 2021-ci il tarixdə saat 15 radələrində Şahid5 yaşadığı Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 8 ünvanının qarşısında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə gətirilmiş, həmin idarədə üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümdə 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülümüş, daha sonra həmin gün Gəncə şəhər Kəpəz RPİ-yə onun narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlaması və satması barədə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 20 aprel 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 8 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan köynəyin sol ön cibindən 1 ədəd gümüşü rəngli falqa bükümünün içərisində, 2 ədəd iç-içə qoyulmuş şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,421 qram, 2,229 qram, ümumi təmiz çəkisi 3,650 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının külli miqdardan dəfələrlə artıq olması və eləcə də ayrı ayrı bükümlərə (41 ədəd bükümlərə) bölünərək qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnın 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 20 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Şahid5 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,504 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,598 qram olan narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evdən aşkar aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 449,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,550 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 97,20 manat (doxsan yeddi manat iyirmi qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Şahid5 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,504 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,598 qram olan narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evdən aşkar aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 449,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,550 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 97,20 manat (doxsan yeddi manat iyirmi qəpik) Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-283/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-283/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver