Məhkəmə qərarları › İş №1(100)-283/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-283/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-283/2023 05.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər X7 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8 müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1984-cü ildə Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Gədəbəy rayonu Slavyanka kəndində qeydiyyatda olmaqla yaşayan, 02 fevral 2023-cü il tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyənetdi Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus olan «VAZ- 2101» minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu Maarif kəndi ərazisində Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və mövcud şəraitdə həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, avtomobilin qabaq hissəsi ilə onun hərəkəti istiqamətində yolu soldan sağa doğru keçmək istəyən piyada X11 vuraraq sonuncuya yuxarı və aşağı ətrafların çoxsaylı sıyrıqları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sağ körpücük sümüyünün qapalı, qəlpəli sınığı qismində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, başın çoxsaylı əzilmiş yaraları ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllə daxili hematoma qismində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək qapalı kəllə beyin travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllə daxili hematoma səbəbindən ehtiyyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyat hadisəsi törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonunun Slavyanka kəndində atası X16, arvadı X12, azyaşlı övladları X21 və X13 ilə birgə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, hazırda işsizdir. 2003-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinin N saylı hərbi hissəsində hərbi xidmətdə olmuş, hər hansı ruhi və psixi xəstəlikdən əziyyət çəkmir, başıdan travma almamışdır. Vaz 2101 minik markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili baş etibarnamə əsasında X3 almışdır. Həmin avtomobil üzərində mülkiyyət hüququ özünə məxsusdur. Onun avtomobil idarə etmək üçün sürücülük hüququ verən sürücülük vəsiqəsi olmasa da, avtomobil idarə etmək vərdişləri vardır. O, avtomobili yalnız yaşadığı kəndin ərazisində idarə etmişdir. X4 əvvəllər tanımamış, sonuncu və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Gədəbəy şəhərinin mərkəzində yeməkxana işlədən əmisi oğlu Ceyhun Qurbanov ona zəng edərək, yeməkxanada köməyə ehtiyyacı olduğunu bildirərək onu yeməkxanaya kömək etmək üçün dəvət etmişdir. O, əvvəlcə tərəddüd etsə də səhəri gün işləri olduğunu nəzərə alıb, Ceyhuna kömək etmək üçün getməyə qərar vermişdir. Həmin vaxtı özünə məxsus Vaz 2101 minik markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadığı Gədəbəy rayonu Slavyanka kəndindən Gədəbəy şəhəri istiqamətində hərəkətə başlamış, Slavyanka-Gədəbəy avtomobil yolunun Gədəbəy rayonunun Maarif kəndi ərazisində avtomobili 50-60 km\saat sürətlə idarə etmiş, sutkanın qaranlıq vaxtı olmasına görə avtomobili nisbətən aşağı sürətlə idarə etmişdir. Qeyd edilən yerdə hərəkətə davam edərkən ondan təxminən 30 metr qabaqda nömrəsini və dövlət nişanını xatırlamadığı Vaz 2107 markalı avtomobili hərəkətdə olmuşdur. Beləliklə də Gədəbəy rayonunun Maarif kəndi ərazisindəki körpünü keçəndən təxminən 50 metr sonra anidən nəyinsə avtomobilə çırpılması nəticəsində vurulma səsi eşitmiş, əvvəlcə yoldan keçən heyvanı vurduğunu zənn etsə də avtomobilin üzərində kişi cinsindən olan şəxsin olduğunu görmüşdür. Adı sonradan ona məlum olan X17 onun hərəkəti istiqamətində yolu soldan sağa doğru keçmək istəyərkən idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurulmuşdur. X23 avtomobillə vurandan sonra hadisənin təsirindən avtomobili saxlaya bilməmiş, təxminən 15 metr irəli gedəndən sonra Vahid Qasımov avtomobilin üzərindən aşaraq yerə düşmüş, o, avtomobillə təxminən 45 metr məsafə qət edərək dayanmış, avtomobildən düşüb, Vahid Qasımova yaxınlaşmış, sonuncunu yerdən qaldırıb avtomobilinə tərəf aparmaq istəmişdir. Həmin vaxt yoldan keçən tanımadığı şəxslər dayanmış və mərhumu avtomobilə yerləşdirmək üçün kömək etmişlər. Ancaq avtomobilin mühərriki işə düşmədiyi üçün həmin şəxslər təcili yardım avtomobili çağırmış, lakin Vahid Qasımov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisə yerinə gələn təcili yardım avtomobili Vahid Qasımovun meyitini xəstəxanaya aparmışdır. O, hadisə anında Vaz 2101 minik markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 60 km/saat sürətlə idarə etmiş, avtomobili idarə edərkən az miqdarda enrji içkisi qəbul etsə də onda sərxoşluq vəziyyəti aşkar edilməmiş, həmçinin sərxoş vəziyyətdə olmamışdır.Məhkəmənin diqqətinə çatdırır ki, törədilmiş əməldən olduqca peşmandır, buna görə hər gün özünü vicdanı qarşısında mühakimə edir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, dəymiş ziyanı tamamilə ödəmişdir.Qeyd olunanların nəzərə alınmasını məhkəmə heyətindən xahiş edir. Məhkəmə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X18 ifadəsində göstərmişdir ki, X5 onun atasıdır. Onların aralarında həmişə yaxşı ailə münasibətləri olmuşdur. 2013cü ildə anası vəfat etdikdən sonra mərhum Vahid Qasımovla eyni ünvanda yaşamışdır. Mərhum atası xx.xx.1939-cu il təvəllüdlü olmaqla 84 yaşında olmuşdur. Gədəbəy rayonunun Slavyanka kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət, nə də narazılıq olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində evdə olduğu zaman qardaşı Xəlil Qasımov evə gəlib, atası Vahid Qasımovun avtomobillə vurulması nəticəsində xəsarət aldığını və xəstəxanaya aparıldığını bildirmiş, xəstəxanaya getdikdə isə atasının ölməsi barədə ona məlumat verilmişdir. Daha sonra Vahid Qasımovun meyidi müayinə olunub ona təhvil verilmişdir. Ona məlum olmuşdur ki, 24 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Vaz-2101 minik markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Gədəbəy rayonunun Maarif kəndi ərazisində üzü Gədəbəy şəhəri istiqamətinə hərəkətdə olarkən hərəkəti istiqamətində yolu soldan sağa doğru keçmək istəyən atası Vahid Qasımovu vurmuş, hadisədən sonra Təqsirləndirilən şəxs dayanıb təcili yardım avtomobili çağırmışdır. Həmin gün saat 21 radələrində atası Bakı şəhərinə getmək üçün evdən çıxmış, Gədəbəy rayonunun Maarif kəndində yolu keçib Bakı şəhərinə getmək üçün avtobus gözləmişdir. Əlavə olaraq X18 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun atasının dəfn xərclərini ödədiyini, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Azərbaycan Respublikasının Daxili işlər orqanlarında, 2021-ci ildən Gədəbəy rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs və X11 əvvəllər tanımamış, özü və ailə üzvlərinin Təqsirləndirilən şəxs və Vahid Qasımovla nə də sonuncuların ailə üzvləri ilə aralarında heç bir ədavət nə də düşmənçilik olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə 21 radələrində Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy rayonu Maarif kəndi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2101 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada Vahid Qasımovu vurması, nəticədə Vahid Qasımovun ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə barədə Gədəbəy RPŞ-si növbətçi hissəsindən ona məlumat verilmiş, dərhal hadisə yerinə gedib digər polis əməkdaşları kimi hadisə yerinə baxışda iştirak etmişdir. Hadisə şahidləri baş vermiş hadisə ilə bağlı bildirmişlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2101 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən onun hərəkəti istiqamətində yolu soldan sağa doğru keçmək istəyən piyada Vahid Qasımovu vurmuşdur. Hadisə nəticəsində xəsarət almış sərnişin X17 hadisə yerində ölmüşdür. O, hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, eyni zamanda baxış keçirilməsi haqqında protokolda imza etmişdir. 24 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində yəni, yol nəqliyyat hadisəsinin baş verdiyi vaxtda hava şəraiti qaranlıq, asfalt örtüyü quru vəziyyətdə olmuşdur. Baxış zamanı toqquşma nöqtəsinin üzü Gədəbəy şəhəri istiqamətinə doğru hərəkətdə olan zaman yolun sol kənarından sağına doğru 5.10 metr məsafədə yerləşməsinin şahidi olmuşdur. Daha sonra tərəfindən hadisə yerində olan sürücü Təqsirləndirilən şəxs Gədəbəy RPŞ-nə aparılaraq sərxoşluq müayinəsindən keçirilmiş, sonuncuda sərxoşluq vəziyyəti olmaması müəyyən edilmişdir. Həmçinin hadisənin iştirakçısı olan Vaz-2101 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin şöbənin mühafizə olunan duracağına yerləşdirilməsini təmin etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəsini özünə aid hissədə təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işi 24 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 263.2ci maddəsi ilə başlanaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. Həmin cinayət işinin başlanmasına səbəb səbəb və əsas, 24 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Slavyanka-Gədəbəy avtomobil yolunun Gədəbəy rayonu, Maarif kəndi ərazisindən keçən hissəsində idarə etdiyi Vaz-2101 markalı, **-BX-*** dövlət qeydiyyat nömrəli avtomobillə Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən onun hərəkəti istiqamətində yolu soldan sağa keçmək istəyən piyada X11 vurması, nəticədə piyada Vahid Qasımov aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə toplanmış araşdırma materialları olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən 14 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən tərəfimdən dayandırılmış və 24 yanvar 2023-cü il tarixdə icraat təzələnməklə ibtidai istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 yanvar 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki. Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qararından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şəmkir-Gədəbəy avtomobil Gədəbəy rayonu Maarif kəndi ərazisidir. Hadisə baş vermiş avtomobil yolu asfalt örtüklü olmaqla, düz və üfiqidir. Avtomobil yolunun ümumi eni 7.30 metrdir. Yolun hər iki tərəfindən ehtiyyat hissəsi, ehtiyyat hissəsindən sonra torpaq örtükülü yol, yaşayış evləri, sağda isə dayanacaq və məftil torlarla hasarlanmış bor ərizə yerləşir. Yolun orta hissəsində bir hərəkət istiqamətini digərindən ayıran qırıq xətlər vardır. X1 vurulma yeri- üzü Gədəbəy şəhəri istiqamətinə, yolun solundan sağına doğru 5.1 metr məsafədə yerləşir, piyada isə həmin istiqamətdə soldan sağa doğru hərəkət etmişdir. Vaz-2101 markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Gədəbəy şəhəri istiqamətində hərəkətdə olmuşdur. Avtomobil piyadanı vurduqdan sonra üzərində apararaq 15 metr məsafə qət etmiş, daha sonra piyada avtomobilin üzərindən yerə düşmüş, Vaz-2101 markalı avtomobil isə piyadanı vurduqdan sonra 60 metr məsafə qət edərək yolun sağ kənarında dayanmışdır. Hadisənin baş verdiyi ərazidə avtomobilin təkərlərindən qalma tormoz və sürtünmə izləri aşkar edilməmişdir. Hadisə sutkanın qaranlıq vaxtı, quru hava şəraitində baş vermişdir. Hadisə baş vermiş ərazi yaşayış məntəqəsi olmaqla sürət məhdudiyyəti 60 km\saat-dır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2022-ci il tarixli 16 saylı rəyindən görünür ki, X2 meyitinin bədənində aşkar edilmiş xəsarətlər- başın çoxsaylı əzilmiş yaraları ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllə daxili hematoma, sağ körpücük sümüyünün qapalı, qəlpəli sınığı, yuxarı və aşağı ətrafların çoxsaylı sıyrıqları küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 24 oktyabr 2022-ci il tarixli avtomobil qəzası-avtomobilin piyadanı vurması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən başın çoxsaylı əzilmiş yaraları ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllə daxili hematoma həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, sağ körpücük sümüyünün qapalı, qəlpəli sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurma əlamətlərinə malikdirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb qapalı kəllə beyin travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllə daxili hematoma olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinə əsasən demək olar ki, meyitin müayinəsindən 12-14 saat əvvəl müddətə baş vermişdir.X2 meyitindən götürülmüş qanda məhkəmə kimya müayinəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası ekspertizasının 11 yanvar 2023-cü il tarixli 8/3689 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən VAZ- 2101 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 fevral 2023-cü il tarixli, 106 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 oktyabr 2022-ci il tarixli 522 nömrəli sərxoşluq müayinəsi aktından görünür ki, xüsusi texniki vasitə ilə aparılmış müayinə zamanı sürücü Təqsirləndirilən şəxs qanında 0,196% promilli alkoqol konsentrasiyası aşkar edilsə də, onda sərxoşluq əlaməti yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X15 İmtahan və Texniki Baxış şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli məktubda Daxili İşlər Nazirliyinin “Sürücülük vəsiqələrinin verilməsi Reyestri”-nə əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin verilmədiyi, həmin şəxsin adının sürücülük hüququndan məhrum edilənlər siyahısında olmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2015-ci tarixli, AZ-İİİ 558651 saylı, xx.xx.2016-cı il tarixli, AZ-İİİ 804683 saylı və doğum haqqında şəhadətmnmadəb görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqları var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gədəbəy rayonu, Slavyanka kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Slavyanka kənd kəndində daimi qeydiyyatda olmaqla orada yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023 vəxx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisinin ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir, onlar barışmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023cü il tarixli “Təqsirləndirlən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Gədəbəy rayon MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.1 maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət hesab olunduğundan və o, təqsirli bilindiyi CM-in 263-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulmiş azadlıqdan məhrumetmə növündə cəzanın minimum həddində yəni 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasə tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin CPM-nin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsin əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etməmüddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə MSY-dən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalıdır. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. İş üzrə maddi sübut kimi tanınmış İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus «VAZ-2101» minik markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil Gədəbəy rayon polis şöbəsinin duracağında saxlanılır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 23 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili X6 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 138 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsin əsasən Təqsirləndirilən şəxs bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 4 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış üzrə Təqsirləndirilən şəxs məxsus «VAZ-2101» minik markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 23 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 138 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar