Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-283/2025 20.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2000-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tərtər şəhəri, T.İsmayılov küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ siyahısına əsasən külli miqdarda, yəni 3,847 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 01 fevral 2024-cü il tarixdə saat 09:35-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3,847 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində olan zaman ona zəng edib həmyerlisi kimi tanıdığı Zərərçəkmiş şəxs qohumu Şahid2 vurduğunu demişlər. Tərtər şəhərinə qayıtdıqdan sonra o, bununla bağlı Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşmış və sonuncuya yüngül xəsarət yetirmişdir. Bundan sonra Şahid2 polis şöbəsində Sərvanı özünün vurması ilə bağlı izahat vermiş və işi qaydasına qoymuşlar. Onu ümumiyyətlə həmin vaxt Zərərçəkmiş şəxs ilə mübahisəyə görə şöbəyə çağırmamışlar. Sonuncu ilə olan mübahisələrindən təxminən 1 ay sonra mağazanın qarşısında dayanan zaman mülki geyimli polis əməkdaşları onu saxlayıb Tərtər rayon polis şöbəsinə aparmışlar. Bunu kənarda olan şəxslər də görmüşdür. Şöbədə olarkən ona 3 qram narkotik vasitəni üzərinə götürməyini və narahat olmamağını demişlər. Videoçəkiliş zamanı aşkarlanan narkotik vasitəni polis əməkdaşları zorla onun üzərinə qoymuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu xx.xx.2024-cü il tarixdə səhər saat 08-09-da Tərtər şəhərində bazarın içərisindəki mağazanın qarşısında saxlamışlar. Saxlanılan zaman yanında qardaşı və orada ticarətlə məşğul olan şəxslər olmuşdur. Saxlanıldıqdan sonra Tərtər RPŞ-yə aparılmış və şöbənin əməkdaşlarının qarşısında üzərinə tamamilə baxış keçirilsə də, heç nə aşkar olunmamışdır. Saxlanılan zaman üzərində pul, siqaret və mobil telefon olmuşdur. Üzərinə baxış keçirib heç nə aşkar edilmədiyi zaman Natiq Mirzəyev adlı polis əməkdaşı da orada olmuşdur. Üzərindən heç nə aşkar edilmədikdən sonra onu başqa otağa keçirib döymüşlər və narkotik vasitəni üzərinə qoymuşlar. Üzərinə narkotik vasitə qoyulan zaman otaqda Tərtər RPŞ-nin əməkdaşları olmamışdır. Narkotik vasitəni üzərinə saat 13 radələrində qoymuşlar. O, narkotik vasitəni cibinə qoyan polis əməkdaşının adını bilməmiş, sadəcə üzdən tanımışdır. O, ümumiyyətlə narkotik vasitə istifadə etməmişdir. Ona təzyiq göstərildiyi üçün videoçəkiliş zamanı narkotik vasitəni təqdim edərək özünə məxsus olduğunu demiş, polis əməkdaşları onun böyrəklərinə və ciyərinə vurmaqla iz qalmayacaq şəkildə döymüş, məhz buna görə də Bakı İstintaq təcridxanasında həkim müayinəsindən keçən zaman hər hansı xəsarəti qalmamışdır. Polis əməkdaşlarının qanunsuz rəftarı ilə bağlı Nərimanov rayon prokurorluğuna şikayət etmiş və həmin şikayəti ilə bağlı izahatı alınmış, lakin araşdırmanın nəticəsi barədə məlumatı olmamışdır. Tibbi ekspertizadan keçirilmiş, ancaq xəsarəti aşkar edilməmişdir. Sanksiyaya çıxarılan zaman məhkəmə iclasında özünü təqsirli bilmədiyini və narkotik vasitənin ona məxsus olmadığını demişdir. O, Zərərçəkmiş şəxs ilə dava etdiyi üçün üzərinə narkotik vasitə qoyulduğunu hesab etmişdir. Çünki Zərərçəkmiş şəxs ilə olan davadan sonra Zaur şöbəyə gedərək Sərvanı özünün vurduğunu demiş, o isə şöbəyə getməmişdir. Lakin hamı Sərvanı Zaurun yox, onun vurduğunu bilmişdir. Onu saxladıqdan sonra Sərvanı vurub-vurmadığını soruşmuşlar, o da vurmadığını demişdir. Bundan sonra onu narkotik vasitə ilə yükləyib Bakı İstintaq təcridxanasına göndərmişlər. Saxlanılandan təxminən 1 ay sonra Sərvanı şöbəyə aparıb sonuncunu onun vurduğunu deməsini bildirmişlər, Sərvan da onun vurduğunu demişdir. Saxlanılmasında mülki geyimli 4-5 nəfər Tərtər RPŞ-nin əməliyyatçıları, 3-4 nəfər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iştirak etmiş, Tərtər RPŞ-nin əməliyyatçılarının adlarını bilməsə də üzdən tanımışdır. Saxlanılan zaman Natiq Mirzəyev orada olmamışdır. Saxlanılan zaman polis əməkdaşları “Hyundai” və “Prado” markalı iki avtomobillə gəlmiş və onu “Hyundai” markalı avtomobillə polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, 01 fevral 2024-cü il tarixdə yaşadığı Tərtər rayonu ərazisində səhər saatlarında gəzən zaman yerdə 01 ədəd şəffaf rəngli bükümün olmasını görüb diqqətini çəkdiyi üçün götürərək içərisinə baxmış və içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olmasını görmüşdür. O, həmin bükümü istifadə etmək məqsədi ilə götürüb şalvarının cibinə qoymuşdur. 01 fevral 2024-cü il tarixdə saat 09 radələrində ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu deyərək barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O da yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində psixotrop maddə “şüşə” olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Tərtər rayon polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməyib polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində psixotrop maddə olduğunu bildirmişdir. Polis əməkdaşının təklifindən sonra o, əynindəki şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, sağ yan cibindən isə 01 ədəd siqaret qutusunu və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış həyata keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən digər əşya və predmet aşkar edilməmişdir. 01 ədəd şəffaf büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində ilk görünüşdən psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı o, qeyd olunan maddəni saxlanılmamışdan öncə səhər saatlarında işə gedən zaman tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd büküm və bir ədəd mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təzyiq göstərildiyi üçün ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Zərərçəkmiş şəxs vurduğu üçün polislər onun üzərinə narkotik vasitə qoymuşlar, çünki sonuncunun dayısı oğlu Tərtər RPŞ-də əməliyyatçı işləmiş və onu saxladıqdan sonra həmin əməliyyatçının yanına aparmışlar. Polis əməkdaşları onu saxlamaq üçün yaxınlaşdıqda ilk olaraq “Zərərçəkmiş şəxs nə üçün vurmusan?” demişlər. Narkotik vasitəni İmişli rayonundan olan Roman adlı polis əməkdaşı cibinə qoymuşdur. Həmin şəxsi üzdən tanımış, ancaq məhkəmə iclasında dindirilmiş şahid üzərinə narkotik vasitə qoymamış və onu döyməmişdir. Onu məhkəmə iclasında dindirilmiş şahidin yanında olmuş Roman və Rza adlı digər şəxslər döymüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidin ifadəsi, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupu ilə birlikdə Tərtər şəhərinə gəlmiş və Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Sonuncuya nədə şübhəli olmasını bildirib Tərtər rayon polis şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən bir bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin çəkisini xatırlamamış, lakin xırda bir büküm olmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmiş, polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitəni qoyulmamışdır. Aşkar edilmiş narkotik vasitə Təqsirləndirilən şəxs özünə məxsus olmuşdur. Sonuncunu xx.xx.2024-cü il tarixdə səhər saat 9-10 radələrində ünvan 3 ünvanın yaxınlığında saxlamışlar. Səhv etmirsə Təqsirləndirilən şəxs saxlanıldığı yerin yaxınlığında bazar olmuş və buna görə saxlanılmasını kənardakı şəxslər görmüşdür. Təqsirləndirilən şəxs saxlanılmasında 3 nəfər iştirak etmişlər və onlar oraya “Hyundai Elantra” markalı avtomobillə getmişlər. Həmin vaxt “Prado” markalı avtomobil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında Tərtər RPŞ-nin əməliyyatçıları iştirak etməmişlər. Sonuncunu saxladıqdan sonra Tərtər rayon polis şöbəsinə aparmışlar. Əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması və satışı ilə məşğul olmasından ibarət olmuş, lakin sonuncunun narkotik vasitənin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. O, Zərərçəkmiş şəxs adlı şəxsi tanımamış və sonuncunun Təqsirləndirilən şəxs ilə dalaşması barədə məlumatı olmamışdır. Onlar Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında saxlamışlar. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/735 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,847 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi - 3,847 qr., tədqiqata sərf edildi - 0,1 qr., qalıq - 3,747 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1093 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halı olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, 40/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 10:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 09:35-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd siqaret qutusunu və 01 ədəd “Samsung-A24” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində ilk görünüşdən psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və 01 ədəd sellofan büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saat 07-07:30-da işə gedərkən yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, içərisinə baxdıqda psixotrop maddə metamfetamini tanıdığını, əvvəllər psixotrop maddə metamfetamin istifadə etmədiyini, tapdığı bükümün başqa şəxslərin əlinə keçməməsi və gələcəkdə şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin barədə başqa şəxsin məlumatı olmadığını, başqa hər hansı bir yerdə dövriyyəsi qanunla qadağan edilmiş predmet saxlamadığını, saxlanılarkən və polis şöbəsində olarkən də polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş sonuncuya məxsus “Samsung-A24” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamasında və daşımasında, həmçinin külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamasında və daşımasında, həmçinin külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09:35-də Tərtər şəhəri, H.Əliyev prospekti 28 ünvanının yaxınlığında saxlanılaraq Tərtər RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BMCMİ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, haradan və hansı şəraitdə əldə etməsini, psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, psixotrop maddəni hansı məqsədlə əldə etməsini, narkotik vasitə və psixotrop maddə satdığı təqdirdə həmin şəxslərin müəyyən olunmasını, cinayətin törədilməsində digər şəxslərin iştirakının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut hesab etmə haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,747 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X4 tərəfindən araşdırma materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə müraciəti əsasında xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 5 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RİH başçısının Tərtər şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayışlar və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası - xx.xx.1972-ci il təvəllüdlü X2, anası - xx.xx.1975-ci il təvəllüdlü X6, nənəsi - xx.xx.1941-ci il təvəllüdlü X3 və qardaşı – xx.xx.1999-cu il təvəllüdlü X1 ilə birlikdə Tərtər şəhəri, Tofiq İsmayılov küçəsi, ev 12-də yaşamış və yaşadığı yer üzrə mənfi (dəfələrlə xuliqanlıq əməlinə görə inzibati məsuliyyətə cəlb olunub və narkotik vasitələrə meyilli olub) xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayında Tərtər RPŞ-nin MSY-də saxlanılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BMCMİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs DİN-in BMCMİ-nin MSY-yə daxil olarkən sonuncunun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(100)-283/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsinə əsasən o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində əvvəllər psixotrop maddə metamfetamin istifadə etmədiyini, saxlanılan zaman üzərində psixotrop maddə metamfetamin olmadığını, psixotrop maddəni Zərərçəkmiş şəxs ilə dava etdiyi üçün polis əməkdaşlarının onun üzərinə qoyduqlarını, polislərin ona fiziki təzyiq göstərərək böyrəklərinə və ciyərinə iz qalmayacaq şəkildə vurduqlarını, nəticədə həm videoçəkiliş zamanı, həm də ibtidai istintaq zamanı ilkin izahat və ifadələrində aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmasını etiraf etdiyini, aşkar edilmiş psixotrop maddəni saat 13 radələrində Roman adlı polis əməkdaşının onun üzərinə qoyduğunu, saxlanılmasında Tərtər RPŞ-nin əməliyyat müvəkkilləri ilə birlikdə BMCMİ-nin əməkdaşlarının da iştirak etdiklərini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidin ifadəsi, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dava etdiyi və sonuncunun qohumu polis əməkdaşı olduğu üçün polislərin onu psixotrop maddə ilə tutduğunu iddia etsə də, iş materiallarında olan DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda, eləcə də digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsinə görə deyil, məhz külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamasında və daşımasında şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. Müdafiə tərəfi Zərərçəkmiş şəxs qohumunun Tərtər RPŞ-də əməliyyatçı işləməsinə, həmçinin Zərərçəkmiş şəxs xəsarət yetirdiyi üçün Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmaqla sifariş əsasında saxlanılmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələrində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetamini tutulduğu gün, yəni 01 fevral 2024-cü il tarixdə yaşadığı Tərtər rayonu ərazisində səhər saatlarında gəzən zaman yerdən tapdığını, içərisinə baxdıqda psixotrop maddə metamfetamini tanıdığını, tapdığı bükümü başqa şəxslərin əlinə keçməməsi və gələcəkdə şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq ifadələrini oxuduğunu, doğru yazıldığını, əlavəsinin də olmadığını göstərmişdir. Sözügedən izahat və ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən üzərinə psixotrop maddə qoyulmasını, eləcə də ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsini göstərməmiş, əksinə müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saat 07-07:30-da işə gedərkən yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, içərisinə baxdıqda psixotrop maddə metamfetamini tanıdığını, əvvəllər psixotrop maddə metamfetamin istifadə etmədiyini, tapdığı bükümü başqa şəxslərin əlinə keçməməsi və gələcəkdə şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi, eləcə də polis əməkdaşlarının onun üzərinə psixotrop maddə qoyması öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda təhqiqatçının suallarına qəti olaraq cavab verib saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetamini də tapdığını göstərmişdir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı aşkar edilmiş psixotrop maddəni polis əməkdaşlarının xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində üzərinə qoyduqlarını iddia etsə də, videoçəkiliş zamanı təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin həm əvvəlində, həm də sonunda hərəkətin aparıldığı vaxtın (xx.xx.2024-cü il tarixdə saat 11:10-dan saat 11:21-dək) elan edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs tərəfindən vaxtın düzgün olmaması ilə bağlı protokola hər hansı etiraz, yaxud qeyd daxil edilməmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, üzərinə psixotrop maddə metamfetamin qoymadığını, şəxsi axtarış zamanı aşkar olunan psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və həmin maddəni yaşadığı evin yaxınlığında yerdən tapdığını etiraf etdiyini, Təqsirləndirilən şəxs saxlanılmasında Tərtər RPŞ-nin əməkdaşlarının iştirak etmədiyini və sonuncunun məhz psixotrop maddə ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını göstərmişdir. Habelə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixotrop maddə metamfetamindən istifadə etmədiyini göstərsə də, iş materiallarında olan məhkəmənarkoloji ekspertizasının rəyi ilə onda əvvəllər kannabinoidlərdən istifadə etmə hallarının olması öz təsdiqini tapmışdır. Hətta iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində tutulduğu günə uyğun xəsarət aşkar edilməmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb eksperti ilə fərdi söhbət zamanı kifayət qədər imkana malik olmasına baxmayaraq, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə heç nə bildirməmişdir. Eyni zamanda həm BMCMİ-dən daxil olmuş məktubdan, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs hər iki müəssisəyə qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər tibbi sənədlərlə onun bədəni üzərində tutulduğu günə uyğun gələn döyülməyə xarakterik xəsarətin olması öz təsdiqini tapmamışdır. Eləcə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs bir halda onu döyən və üzərinə narkotik vasitə qoyan polis əməkdaşının təkidlə Roman adlı şəxs olduğunu və sonuncunu üzdən tanıdığını qeyd etsə də, məhkəmə iclasında verilən suallara cavab olaraq qəti şəkildə şahid qismində dindirilmiş polis əməkdaşının onu döymədiyini və üzərinə narkotik vasitə qoymadığını göstərmişdir. Halbuki məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı məhz elə Şahid1 olmuşdur. Başqa sözlə bu fakt özlüyündə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşı tərəfindən üzərinə qoyulması, həmçinin fiziki təzyiqə məruz qalması ilə bağlı göstərdiyi xüsusatların onun məsuliyyətdən yayınmağa çalışması məqsədilə göstərdiyini bir daha təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq DİN-in BMCMİnin əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsi faktı öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsində göstərilən bəraətverici əsasla rədd edilməsinə baxmayaraq, məhkəməyədək icraat zamanı həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də, iş materiallarında, xüsusilə də onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə onun fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa da məruz qalmadığını göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024cü il tarixdə, həmçinin məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın qəbul edilməsinə baxmayaraq, həmin qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidin ifadəsi, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş materiallarında olan əməliyyat tapşırığına cavab məktubunda keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, haradan və hansı şəraitdə əldə etməsini, psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, psixotrop maddəni hansı məqsədlə əldə etməsini, narkotik vasitə və psixotrop maddə satdığı təqdirdə həmin şəxslərin dairəsinin müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Həmçinin polis əməkdaşı Şahid1 ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddəni Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində də təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddələrin satışı ilə məşğul olması faktının öz təsdiqini tapmadığını göstərmişdir. O cümlədən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələrində üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini yerdən tapdığını və şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını etiraf etmişdir. Habelə xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən də görünür ki, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümü başqa şəxslərin əlinə keçməməsi və gələcəkdə şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını bir daha etiraf etmişdir. Hətta şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung A24” markalı mobil telefona baxış zamanı, eləcə də sonuncunun istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair mobil operatoru tərəfindən təqdim olunmuş məlumatlara baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs əvvəllər kannabinoidlərdən istifadə etmə hallarının olması da öz təsdiqini tapmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda təqsirləndirilən şəxsə verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, psixotrop maddəni hansı məqsədlə əldə etməsini, narkotik vasitə və psixotrop maddə satdığı təqdirdə həmin şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni xeyli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddindən bir dəfədən çox olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması onun satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, metamfetamini hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında psixotrop maddə metamfetamini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, psixotrop maddəni hansı məqsədlə əldə etməsini, narkotik vasitə və psixotrop maddə satdığı təqdirdə həmin şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarı ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxsnın psixotrop maddə metamfetaminin istifadəçisi olduğunu güman etmək mümkün olsa da, onun metamfetamini satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəməsinin Plenumunun həmin Qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq onun əldə etdiyi psixotrop maddəni satmaq niyyətində olmasını psixotrop maddənin miqdarı ilə yanaşı digər hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan psixotrop maddənin külli miqdarda olması ilə yanaşı satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Bununla belə, cinayət işində satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının mötəbərliyini, yəni həqiqətə uyğunluğunu təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Eləcə də cinayət işinin materiallarından satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsini və onun hansı qaydada sübut kimi qəbul edilməsini də müəyyən etmək mümkün deyildir. Çünki istintaq orqanı bir tərəfdən təqsirləndirilən şəxsə satış məqsədi ilə bağlı ittiham irəli sürsə də, digər tərəfdən əməliyyat tapşırığına verilmiş cavab məktubunda verilmiş ittihamla tamamilə ziddiyyətli məlumatlar əks olunaraq, təqsirləndirilən şəxsin psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını və psixotrop maddəni məhz hansı məqsədlə əldə etməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, sadəcə söz yığınından ibarət olan satışla əlaqədar əməliyyat məlumatına əsaslanıb Təqsirləndirilən şəxs psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Psixotrop maddənin külli miqdarda olması şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində psixotrop maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsin üzərindən sadəcə aşkar edilmiş psixotrop maddənin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin prinsiplərinə zidd olardı. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/735 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 3,847 qram olmaqla külli miqdar təşkil edir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,747 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC-dən təqdim edilmiş 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1093 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 fevral 2024-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,747 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC-dən təqdim edilmiş 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-283/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-283/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver