Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-284/2021 02.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu, Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 179,284 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və ümumi təmiz çəkisi 1736,912 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, 01 may 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-yə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 19 radələrində yaşadığı Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, ev 16A ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan gödəkçənin sol iç cibindən 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 53,658 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, sağ yan cibindən isə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,912 qram çətənə (kannabis) bitkisidən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirin davam olaraq 01 may 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, ev 16A, mənzil 20 ünvana baxış keçirilən zaman həmin evin qonaq otağında yerləşən kamodun içərisindən 1 ədəd şəffaf rəngli poletilen kəsiyi bükümündə təmiz çəkisi 125,626 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və digər üç ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 1730 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 4-5 ildir ki, narkotik vasitə marixuana və tiryəkdən istifadə edir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə ona 27 may 2021-ci il tarixli hökmü 4 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, o həmin iş üzrə özünü təqsirli bilsə də hazırki iş üzrə özünü təqsirli bilmir. Belə ki, polis əməkdaşları istədiyi üçün o, üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını bildirmiş, həm üzərindən, həm də evindən aşkar edilən narkotik vasitənin ona məxsus olmasını video çəkiliş zamanı da etiraf etmişdir. Onun hazırki işlə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “təxminən 6 ay əvvəl günü dəqiq xatırlamadığı tarixdə axşam saatlarında yaşadığı evdən çıxıb piyada Gəncə şəhəri Dəmiryolu vağzalının yaxınlığında gəzərkən yerdə sellofan torbada bükülü görmüş, həmin bükülü diqqətini cəlb etdiyi üçün götürüb baxmış və içərisində tünd qəhvəyi rəngli maddə olduğunu müəyyən edib dilini vurduqda narkotik vasitə tiryək olduğunu anlamışdır. Ətrafa nəzər yetirib onu heç kəsin görmədiyinə əmin olduqda sonra dərhal həmin tiryəki götürərək yaşadığı evə gətirmiş, sonra bu barədə heç kəsə bir söz demədən həmin tiryəkdən gah çəkmək, gah da, udmaq yolu ilə istifadə etmişdir. Təxminən 2 ay əvvəl isə şəxsi işi ilə əlaqədar Samux rayonuna getməyə qərar vermiş, Samux rayonu ərazisindən keçən Kür çayının sahilində gəzərkən oradakı ərazidə yabanı halda narkotik vasitə marixuana yetişdiyini görmüşdür. Bundan sonra həmin narkotik vasitə marixuananı yığaraq yaşadığı evə gətirib və özü istifadə etmək qərarına gəlmiş, bu məqsədlə yenə də, ətrafda heç kəsin olmadığını, onu heç kəsin görmədiyinə əmin olduqdan sonra oradakı marixuananı sellofan torbaya yığaraq yaşadığı evə gətirib tiyrəki saxladığı yerə qoymuş, bundan sonra eyni qaydada həmin marixuanadan, həm də, tiryəkdən istifadə etmişdir. 01.05.2021-ci il tarixdə o, küçəyə çıxaraq hava almağa qərar vermiş, adətən küçəyə çıxıb gəzərkən də, bədənində ağrılar yarandığından özü ilə ehtiyat üçün marixuana və tiryək götürmüş, həmin gün də, yenə adəti üzrə evində olan marixuananın bir qədərini boş kibrit qutusuna doldurdub əynində olan gödəkcənin sağ yan cibinə, tiryəkdən bir qədərini isə bölüb sellofanda əynində olan gödəkcənin sol iç cibinə qoyub yaşadığı Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsinə çıxmış, o, orada bir qədər gəzərkən bir neçə nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüş, həmin şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirib, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər...”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 01.05.2021-cı il tarixdə Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, ev 16A, mənzil 20 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışdır. Həmin gün saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol iç cibindən 1 ədəd bükümdə narkotik vasitə tiryək aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkinin narkotik vasitə tiryək olduğunu, özü istifadə etdiyini, həmin narkotik vasitəni tapdığını demişdir. Aşkar edilmiş həmin narkotik vasitə tiryək sellofon bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin yadında qaldığı qədəri ilə 54 qrama yaxın olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı Kür çayının sahilindən özü istifadə etmək üçün yığdığını demiş, aşkar edilmiş həmin narkotik vasitə qurudulmuş marixuana 1 ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin təxminən 11 qram nə qədər olması müəyyən edilmişdir. Sonra Həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, ev 16A, mənzil 20 ünvana baxış keçirilmiş, baxış zamanı həmin evin qonaq otağında yerləşən kamodun içərisindən 1 ədəd şəffaf rəngli poletilen kəsiyi bükümündə narkotik vasitə tiryək və 1 ədəd polietilen torbadakı, digər iç-içə keçirilmiş polietilen torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs polietilen kəsiyi bükümündəkinin narkotik vasitə tiryək olduğunu, özünə məxsus olduğunu, özü istifadə etdiyini, həmin narkotik vasitəni tapdığını demişdir. Aşkar edilmiş həmin narkotik vasitə tiryək sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 126 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuana 1 ədəd polietilen torbada digər iç-içə keçirilmiş polietilen torbalarla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1 kiloqram 800 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs poletilen torbadakının narkotik vasitə marixuana olduğunu, özünə məxsus olduğunu demişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitələr qablaşdırılıb möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 01 may 2021-ci il tarixli raportdan görünür ki, Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, ev 16A, mənzil 20 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib qəbul etməkdə, narkotik vasitəni üzərində gəzdirməkdə və yaşadığı ünvanda saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 01 may 2021-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, 01 may 2021-ci il tarixdə Kəpəz Rayon Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç yan cibindən şəffaf sellofana bükülü halda tünd qara rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “tiryək”, əyinində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “marixuana”, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd açar, əynində olan qara rəngli şalvarın sol yan cibindən 58 manat kağız pul, əynində olan qara rəngli şalvarın arxa sol yan cibindən 1 ədəd cib dəsmalı aşkar edilərək götürülmüşdür. Götürülmüş “tiryək”-ə oxşar kütlə və “marixuana”-ya oxşar kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlələrin şəkisi 54,46 (əlli dörd tam yüzdə qırx altı) qram və 11,29 (on bir tam yüzdə iyirmi doqquz) qram olması müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 01 may 2021-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, 01 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, ev 16A, mənzil 20 ünvanında yerləşən evinə baxış keçirilərkən evin qonaq otağında yerləşən kamodun içərisindən 1 ədəd şəffaf rəngli poletilen kəsiyi bükümündə narkotik vasitə tiryək və 1 ədəd polietilen torbadakı, digər iç-içə keçirilmiş polietilen torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, aşkar edilmiş həmin narkotik vasitə tiryək sellofon bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,126 kiloqram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuana 1 ədəd polietilen torbada digər iç-içə keçirilmiş polietilen torbalarla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1 kiloqram 800 qram olması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin “Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair” 20 may 2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 01 may 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin 02 may 2021-ci il tarixli 16/414 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr” yazılar və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 53, 658 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. 1 (bir) ədəd kibrit qutusunda 6,912 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar olunan narkotik vasitə” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) əddə şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 125,626 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tətqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar olunan kütlə “ yazılar və imzalar olan polietilen torbadakı, digər üç ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 1730 qram bitki mənşəli kütlə, tərkibində narkotik vasitə qurudulmuş marixuanadır. Tətqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr” yazılar və imzalar olan kağız paketdəki tiryək ilə üzərində “Vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar olunan kütlə “ yazılar və imzalar olan kağız paketdəki tiryək xarici əlamətlərinə və tərkib komponentlərinə görə eynidir. Tətqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr” yazılar və imzalar olan kağız paketdəki marixuana ilə üzərində “Vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar olunan kütlələr” yazılar və imzalar olan polietilen torbadakı marixuana tərkiblərinə görə eynidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 17 may 2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvan 3 ünvanından aşkar edilmiş narkotik vasitə tiryəkin ona aid olduğunu, özü istifadə etdiyini və tapdığını, üzərindən və yaşadığı ünvan 3 ünvanından aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu, özü isifadə etdiyini və Kür çayının sahilindən yığaraq qurudub saxladığını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının 19 may 2021-ci il tarixli 86 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən və tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin 03 may 2021-ci il tarixli 631 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserinin 14 iyul 2021-ci il tarixli, 1037 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs X15 Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin 20 iyul 2021-ci il tarixli 122-21761-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 179,284 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və ümumi təmiz çəkisi 1736,912 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 15 iyul 2021-ci il tarixli, 963 nömrəli arayışından görünür ki, Xəlilov X4 Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin 02 sentyabr 2021-ci il tarixli 05/16-854 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X3 ilə 03.10.2008-ci il tarixdə Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən 710 nömrəli aktı ilə nikahları qeydə alınmış, əmin nikahdan iki övladları, 15.04.2010-cu il təvəllüdlü X9 ə 15.05.2012-ci il təvəllüdlü X7 anadan olmuş və X7 09.01.2021-ci il tarixdə vəfat etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 21 iyul 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 179,084 qram olan narkotik vasitə tiryək və qalıq çəkisi 1736,712 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin cinayət işinə əlavə edilmiş 01 may 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, həmçinin yaşıdığı evə baxış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şübhəli şəxsi tutma haqqında 01 may 2021-ci il tarixli protokoldan və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 22 may 2021-ci il tarixli tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinib ona 1500 manat cərimə cəzası təyin edilmiş, 11 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-ci il tarixli amnistiya qərarına əsasən cərimə cəzasından azad edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, ona 4 il, 11 ay, 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilən narkotik vasitələrin ona məxsus olmamasına dair ifadəsi özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, “şəxsi axtarış və götürmə barədə” və “baxış və götürmə haqqında” protokolları, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş DVD diskə baxış zamanı, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından məhkəmə həmin ifadəni sübut növü kimi qəbul etmir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir (1.0.11.). Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qram göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən halları, o cümlədən təqsirləndirilən şəxsin üzərindən və evindən 2 növdə olmaqla aşkar edilmiş ümumi təmiz çəkisi 179,284 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin və ümumi təmiz çəkisi 1736,912 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmaqla külli miqdarda olmasına, müxtəlif növlərdə olmasına, həm üzərində, həm də evində saxlamasına əsasən təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxladığı qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, ona 4 il, 11 ay, 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ittiham üzrə cinayət əməllərini 01 may 2021-ci il tarixdə yəni Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmünə əsasən 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınmaqla ona hazırkı hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, 27 may 2021-ci il tarixdən hazırki iş hökmün çıxarıldığı günə olan çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla ona cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hazırki iş üzrə tutulduğu vaxtdan - 01 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 19 may 2021-ci il tarixli 86 nömrəli rəyinə əsasən hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 179,084 qram olan narkotik vasitə tiryək və 1736,712 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, 1 ədəd “DVD” diskin cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 64,80 (alımış dörd manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 ümumilikdə 18 (on səkkiz) saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 4 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli hazırki iş üzrə tutulduğu 01 may 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 179,084 qram olan narkotik vasitə tiryək və 1736,712 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin və 01 ədəd “DVD” diskin cinayət işinin istintaq materialında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat (alımış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-284/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-284/2021
02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver