Məhkəmə qərarları › İş №1(100)-284/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-284/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-284/2022 09.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1962-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə külli miqdar hesab edilən 3,077 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlamış, 04 yanvar 2022-ci il tarixdə saat 14 radələrində həmin narkotik vasitənin 1,889 qram hissəsini Qazax şəhəri M.Ə.Sabir küçəsində yerləşən yaşadığı evin yaxınlığında Qazax rayon Xanlıqlar kənd sakini Şahid1 27 manat pul müqabilində satmış, sonuncu aldığı həmin narkotik vasitəni iki hissəyə bölməklə 01 ədəd bükümdə 0,964 qram çəkidə heroini üzərində saxlamış, 01 ədəd bükümdə 0,925 qram çəkidə heroini isə Şahid2 vermiş, Qazax RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid2 yaşadığı ünvan 2 ünvanındakı evə baxış keçirilən zaman evin qonaq otağında olan jurnal masasının üzərindəki şamdanın içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,925 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sonuncu həmin narkotik vasitəni Şahid1la birlikdə pul qoyaraq birlikdə əldə etdiklərini göstərdiyindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 05 yanvar 2022-ci tarixdə 17 radələrində Qazax şəhəri Bakı küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və Qazax şəhəri H.Əliyev prospekti 165 A ünvanında yerləşən Qazax RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman 0,964 qram çəkidə narkotik vasitə heroin aşkar edilmiş, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin ifşa edilməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri zamanı 15 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Qazax şəhəri H.Əliyev prospekti 39 ünvanında yerləşən “Qazax Kinoteatrının” yaxınlığında saxlanılaraq Qazax şəhəri H.Əliyev prospekti 165 A ünvanında yerləşən Qazax RPŞ-nin inzibati binasına gətirilmiş, orada həmin gün saat 18:47-dən 19:03-dək üzərinə şəxsi axtarış keçirilən zaman kimyəvi tərkiblərinə və xarici əlamətlərinə görə Şahid2 evindən aşkar edilməklə götürülmüş 0,925 qram və Şahid1 üzərindən aşkar edilməklə götürülmüş 0,964 qram çəkidə narkotik vasitələrlə eynilik təşkil edən satış məqsədilə təxminən eyni ölçüdə böldüyü 04 ədəd gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə 0,314 qram, 0,333 qram, 0,252 qram və 0,289 qram çəkidə olmaqla ümumi təmiz çəkisi 1,188 qram təşkil edən narkotik vasitə heroin əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir neçə ildir narkotik vasitə aludəçisidir. 15 yanvar 2022-ci il tarixdə axşam saatlarında Qazax şəhəri H.Əliyev prospekti ilə yaşadığı evə gedirkən yolda polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun üzərində qanunsuz narkotik vasitə gəzdirməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və onlarla birlikdə Qazax RPŞ-nə getməli olduğunu bildirmişlər. O da heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birldikdə Qazax RPŞ-nə getmişlər. Rayon polis şöbəsində üçüncü mərtəbəsində qalxarkən tanımadığı polis əməkdaşlarından kimsə əlini onun əynində olan qararəngli qış gödəkçəsinin sağ yan cibinə salmışdır. Xidməti otaqlardan birində ona narkotik vasitələrin qanunsuz olaraq saxlanmasında və satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün şübhəli qismində tutulduğunu bildirmişlər. Üzərinə baxış zamanı cibindən narkotik vasitə aşkar olunmuş, lakin həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Sonra tualetə getmək istəmiş polis əməkdaşları onunla birlikdə tualetə getmiş, orada polis əməkdaşına narkotik vasitənin ona məxsus olmadığını bir daha bildirmişdir. Bu zaman adını bilmədiyi polis əməkdaşı ona psixi təsir göstərmiş və bir ac narkotik vasitə vermişdir ki, qəbul etsin. Sonra ona narkotik vasitəni saxlamağa görə məsuliyyət daşığacağı barədə demiş o da məcbur olub razılaşmışdır. Sonra hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. İlkin olaraq ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş təqdim edilmişdir. O əynində olan qararəngli qış gödəkçəsinin sağ yan cibindən 04 ədəd gümüşü rəngli içərisində narkotik vasitə heroinləri çıxarıb təqdim etmişdir. Sonra gümüşü rəngli siqaret kağızının içərisində sellofana bükülü vəziyyətdə olan kütlələr aşkar edilmişdir. Həmin sellofanın hər birinin içərisinə açılıb baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyili narkotik vasitə heroin aşkar edilmişdir. Aşkar edilmiş bükümlər ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmişdir. Aşkar edilmiş bükümlər baxışda iştirak edən şəxslərin iştirakı ilə kağız zərfə qoyulub qablaşdırılmış və üzəri möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Videoçəkiliş zamanı üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını qeyd etmiş narkotik vasitəni narkotik aludəçəsi olduğu üçün öz şəxsi istifadəsi üçün saxladığını demişdir. İş materiallarına əlavə edilmiş Şahid2 yaşadığı evdən aşkar edilmiş 0,925 qram çəkidə və 05 yanvar 2022-ci il tarixdə Şahid1 üzərindən aşkar edilmiş 0,964 qram çəkidə narkotik vasitə olan heroinlərlə 15 yanvar 2022-ci il tarixdə onun üzərindən aşkar edilmiş 04 bükümdə narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil etməsi ilə bağlı bir söz deyə bilməz. Bundan başqa istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən əldə edilmiş çıxarışlarına əsasən Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən 04 yanvar 2022-ci il tarixdə saat 11:27-də onun istifadəsində olmuş, ***-***-**-** saylı mobil nömrəyə və həmin tarixdə saat 12:40-da onun istifadəsində olan yuxarıda qeyd olunan mobil nömrədən Şahid1 istifadəsində olan mobil nömrəyə zənglər daxil olması ilə bağlı onu göstərmişdir ki, həmin vaxt Ramiz ona zəng vuraraq evlərinin yaxınlığından keçdiyini və onunla görüşmək istədiyini bildirmiş və Ramizlə görüşmüşdür. Ramiz ona Adil haqqında narazılıq etmiş və polisə onun tutulmasıda Adildən şübhələndiyini demiş və ondan 5 manat borc pul istəmişdir. Ramizə və Adilə narkotik vasitə satmamış, onların nə üçün istintaqda və məhkəmədə o cür ifadə vermələrinin səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 20 ildir narkotik vasitə alüdəçisidir. 04 yanvar 2022-ci il tarixdə günorta saatlarına yaxın Qazax şəhərində yerləşən “Mütəfəkkirlər” parkında piyada gəzərkən təsadüfən əvvəlcədən tanıdığı Ramiz adlı şəxslə qarşılaşmışdır. Onunla biraz söhbət etdikdən sonra narkotik vasitə alüdəçisi olduğu üçün narkotik vasitəyə ehtiyacı olduğunu və Ramizdən ona narkotik vasitə tapmasını xahiş etmişdir. Ramiz də onunla razılaşaraq narkotik vasitə tapıb gətirəcəyini deyərək çıxıb getmiş və bir neçə dəqiqə sonra geri qayıtmış, siqaret qutusunun içərisindən gümüşü rəngli siqaret kağızına bükülü halda olan sellofanın içərisindəki narkotik vasitəni ona vermişdir. Ramiz əvvəlcədən onun özünə də narkotik vasitə lazım olduğunu, birlikdə pul qoyub iki nəfərlik alacağını demişdir. Ramiz həmin narkotik vasitəni almaq üçün onun payına 15 manat pul düşdüyünü demişdir. Həmin narkotik vasitənin qarşılığında Ramizə 15 manat vermiş, narkotik vasitəni də götürüb yaşadığı evə getmişdir. Evə qayıtdıqdan sonra Ramizin ona verdiyi narkotik vasitəni axşam tərəfi rahat şəkildə istifadə edəcəyini düşünüb həmin narkotik vasitəni evdəki jurnal stolunun üzərində olan şamdanın içərisinə qoymuş, yataq otağına keçib istirahət etməyə başlamışdır. Biraz sonra videoçəkilişlə Qazax RPŞ-nin əməkdaşları yaşadığı evə gəlib özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu və yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. O da yaşadığı evə baxış keçirilməsinə heç bir etiraz etməmiş, bununla bağlı ərizə yazmışdır. Sonra ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması, əgər vardırsa təqdim etməyi xahiş olunmuşdur. O da Ramizdən günorta saatlarında götürdüyü və şamdanın içərisində olan 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Təqdim etdiyi bükülü açılın içərisinə baxış keçirilmiş, sonra elektron tərəzi vasitəsilə çəkilən zaman ümumi çəkisinin 1,15 qram olduğu müəyyən edilmişdir. Həmin bükülü kağız zərfə qoyulub qablaşdırılmaq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Sonra onu Qazax RPŞ-yə aparmışlar, orada şübhəli şəxs qismində tutulmu, müdafiəçi təyin edilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilsədə üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 04 yanvar 2022-ci il tarixdə günorta saatlarında Qazax şəhərində yerləşən “Mütəfəkkirlər” parkında gəzərkən əvvəlcədən tanıdığı Qazax şəhər sakini Şahid2 ilə qarşılaşmışdır. Biraz söhbət etdikdən sonra Şahid2 ona narkotik vasitəyə ehtiyacı olduğunu və ona narkotik tapmaqda köməklik etməyini xahiş etmişdir. O da Adil narkotik vasitə tapacağını deyərək hər iksi üçün alacağını deyərək Adildən 15 manat pulu götürüb oradan çıxıb getmişdir. Sonra adını xatırlamadığı rayon sakininə narkotik vasitə almaq istədiyini demiş, həmin şəxsdə ona ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ondan ala biləcəyini demişdir. Yolda gedərkən öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edərək narkotik vasitə almaq istədiyini demişdir. Həmin şəxs ona xatırlamadığı kart nömrəsi verərək karta pul qoymağını və sonra narkotik vasitə verəcəyni bildirmişdir. Həmin şəxs narkotik vasitə olan heroinin iki dəfəlik istifadə üçün olan bir bükümünü 30 manat müqabilində satdığını bilirmişdir. Üzərində cəmi 27 manat olduğunu demiş, həmin şəxs də onunla razılaşmışdır. Sonra karta 27 manat pul qoymuş və həmin ngmrəyə zəng edərək pulu karta qoyduğunu demiş, həmin şəxs də narkotik vasitəni hazırda xatırlamadığı yerdən götürə biləcəyini bildirmişdir. Sonra həmin yerdən bir ədəd kağız bükümdə narkotik vasitəni götürüb cibinə qoymuş və yenidən “Mütəfəkkirlər” parkına yollanmışdır. Yolda gələrkən narkotik vasitəni ara küçələrdən birində iki hissəyə bölmüşdür. Parka gəlib Adilin yanına çatdıqdan sonra iki hissəyə böldüyü narkotik vasitənin bir bükümünü Şahid2 verib onun yanından uzaqlaşmış, özü üçün saxladığı bir bükümü isə istifadə etmək məqsədilə əynində olan qararəngli şalvarın sağ cibinə qoymuşdur. 05 yanvar 2022-ci il tarixdə saat 17 radələri olarmış ki, Qazax şəhəri Bakı küçəsi ilə parka doğru gedirmiş. Yolda polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu və onlarla birlikdə Qazax RPŞ-nə getməli olduğunu demişlər. O da etiraz etməmiş, birlikdə polis şöbəsinə getmişlər, orada xidməti otaqlardan birinə daxil olmuşlar. Qanunsuz olaraq narkotik vasitə saxlamaqda və əldə etməkdə şübhəli olduğu üçün onu şübhəli şəxs qimsində tutmuşlar, hüquq və vəzifələri izah edilmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əlini əynində olan qararəngli kurtkanın cibinə salanda cibində olan əşyalar arasında bir gün əvvəl aldığı bir bükümdə olan narkotik vasitənin cibində qaldığını hiss etmiş, məsuliyyətdən yayınmaq məqsədilə cibindən çıxan narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Həmimn narkotik vasitəni öz şəxsi istifadəsi üzərində saxlamışdır. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman ümumi çəkisinin 1,06 qram olduğu müəyyən edilmişdir. Sonra şəxsi axtarış zamanı cibindən 01 ədəd şüşə flakon, 03 ədəd şpiris, 01 ədəd sarırəngli sellofanda limon duzu aşkar edilmişdir. Aşkar edilmiş predmetlər kağız zərfə qoyulub qablaşdırılmaqla sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təxminən 15 gün sonra onu polis şöbəsinə cağırmışlar orada ona məlum olmuşdur ki, telefonla danışıb narkotik vasitə aldığı şəxs rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxsdur. İstintaq zamanı ifadəsində narkotik vasitəni İlhamdan kart vasitəsi ilə deyil, birbaşa aldığını ona görə demişdir ki, narkotik vasitənin aldığı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və zəng etdiyi telefon nömrəsi də İlhama məxsus olmuşdur. İlham Qasımlvun ifadəsində göstərdiyi kimi, onunla görüşüb Adildən ona narazılıq etməmiş və ondan 5 manat pul almamışdır. Onun nə üçün o cür ifadə verməsinin səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 yanvar 2022-ci il tarixdə axşam saatları olarmış ki, RPŞ-nin İstintaq bölməsindən icraatına daxil olmuş xx.xx.2022ci il tarixli “əməliyyat tapşırığının” icrası ilə əlaqədar olaraq Qazax şəhər sakini “İlham” adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək cinayət başında yaxalanması istiqamətində müvafiq tədbirlər keçirmək üçün başlamışlar. Qazax RPŞ-nin əməkdaşları tərəfindən 05 yanvar 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsinə görə saxlanılmış və Qazax RPŞ-nin İB-də təqsirləndirilən şəxs qismində cəlb edilmiş Qazax rayon Xanlıqlar kənd sakini Şahid1 27 manat müqabilində narkotik vasitə satmış Qazax şəhər sakini Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi istiqamətində keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Qazax şəhəri H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Qazax RPŞdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlanmasında və qanunsuz satışı ilə məşğul olmasında şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi ilə təmin olunmuşdur. Tutulduqdan sonra video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud onların prekursorlarını saxlayıb-saxlamamağı haqqında soruşulub, əgər vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qış kurtkasının sağ yan cibindən 04 ədəd gümüşü rəngli siqaret kağızına bükülü olan kağız bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin hər biri ayrı-ayrılıqda açılmaqla içərisinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlərin hər birinin içərisinə baxış keçirilərkən içərisində olan kütlələrin, sarımtıl rəngli, kəskin iyli və ilkin baxışdan narkotik vasitə olan heroinə bənzədiyi müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin kütlələr elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişlər. Kağız bükülülərdə olan kütlələrinin hər birinin ayrıayrılıqda 0,41qram, 0,37qram, 0,47qram və 0,40 qram çəkidə olduqları müəyyən edilərək kağız zərfə qoyulub qablaşdırılaraq, üzəri möhürlənib götürülmüşdür. Aşkar edilmiş bükümlər qablaşdırıldığı kağız zərfin üzəri və istintaq hərəkətinin keçirilməsinə dair tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiklər həqiqəti əks etdirmir, onun üzərinə heç kim narkotik vasitə qoymamış və ona zor və təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid7 Mahmud oğlu və Şahid6 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki,Şahid2 ünvan 7 ünvanında yerləşən yaşadığı beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən evin yataq otağındakı jurnal masasının üzərindəki sarı rəngli şamdanın içərisindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülü halda olan içərisindəki sellofan kəsiyində 0,925 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 əynində olan qararəngli kurtkasının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülü halda olan içərisindəki sellofan torbacıqda 1,06 qram çəkidə narkotik vasitə olan heroinə bənzər, 01 ədəd şüşə flakon və sarı rəngli torbada limon duzuna bənzər kristallik kütlə aşkar olunaraq götürülmüşdür. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qararəngli qış kurtkasının sağ yan cibindən 04 ədəd gümüşü rəngli siqaret kağızına bükülü halda olan bükümlərin içərisindəki sellofan torbacıqlarda 0,41qram, 0,37qram, 0,47qram və 0,40 qram çəkilərdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. “Dsikə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış telefon danışqları, anten məlumatlarının götürülməsi barədə təqdim olunan 01 ədəd DVD disk «Lenova» markalı kompüterə yerləşdirilmiş, diski açan zaman diskin içərisində olan “51253_Zəng Statistika (Qarşı Abunə)-**********37.xlsx” adlı fayla baxış zamanı xx/xx/2021 00:00:00 - xx/xx/2022 00:00:00-dək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin siyahısının, zənglərin vaxtının, müddətinin, anten və anket məlumatlarının qeyd olunduğu cədvəl müəyyən edilmiş, həmin cədvəldə baxış zamanı xx.xx.2022-ci ildə saat 11:27:01-də Şahid1 məxsus ***-***-**-** saylı nömrədən (anten- Qazax rayonu M.Ə.Sabir küçəsi-Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçə) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edilməklə 23 saniyə və həmin tarixdə saat 12:40:28-də isə 20 saniyə danışıqlar olmuşdur. Daha sonra həmin fayla baxış davam etdirilmiş, baxış zamanı xx/xx/2021 00:00:00 - xx/xx/2022 00:00:00-dək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə müxtəlif nömrələrdən mütəmadi zənglərin gəldiyi müəyyən olunmuşdur. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid1 ifadəsində göstərdiyi xüsussatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Qazax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olur, lakin onun narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/12 saylı rəyindən görünür ki,tədqiqata təqdim olunmuş üzərində “Şahid2 yaşadığı ünvan 2 ünvanında yerləşən evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd “gümüşü” rəngli kağız bükümdəki şəffaf sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,925 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/17 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd sarı torbada ağ rəngli kütlə, 01 ədəd şüşə flakon və 03 ədəd şpris..” sözləri və imzalar olan kağız paketdəki,01 ədəd üzərində “Lemon Salt” adlı kağız paketdəki təmiz çəkisi 3,392qram ağ rəngli kristallik maddə qida məhsulu olan limon duzudur. Limon duzu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respubilikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” siyahasına daxil deyldir.3 ədəd 1 mm-lik şprislərin və 01 ədəd baş hissələri sınıq şüşə ampulanın içərisində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müayisəli tədqiqat aparılması mümkün olmadı.Tədiqiqata təqdim edilmiş 02 ədəd kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respubilikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” siyahasına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, “Azərbaycan Respublikası ərazsisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısının İ bəndinə daxildir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/75 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş 04 ədəd gümüşü rəngli siqaret kağızı bükümləri 0,41qram, 0,37qram, 0,47qram və 0,40qram...” sözləri və imzalar olan kağız paketdəki 04 ədəd “gümüşü” rəngli kağız bükümlərdəki şəffaf polietilen kəsiklərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,314qram, 0,333qram, 0,252qram və 0,289qram ümumi təmiz çəkisi 1,188 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədiqiqata təqdim edilmiş 02 ədəd kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respubilikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” siyahasına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, “Azərbaycan Respublikası ərazsisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısının İ bəndinə daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 424 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Qazax Rayon Psixiatriya Xəstəxansının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Psixiatriya Xəstəxansında psixoloji qeydiyyatda yoxdur. Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri M.Ə.Sabir küçəsi ev 51 ünvanında arvadı X3, övladları X5, X6 və X4 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 yanvar 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarından başqa cinayət işin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Şahid2 və xx.xx.2022-ci il tarixdə Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut yəni ekspertiza tədqiqatından sonra qalan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,274 qram, 0,293 qram, 0,212 qram və 0,249 qram olmaqla, 04 bükümdə 1,1028 qram çəkidə narkotik vasitə heroin, Şahid1 üzərindən aşkar edilmiş 0,874 qram və Şahid2 yaşadığı evdən aşkar edilmiş 0,825 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınmış və istintaqın sonunda təqsirləndirilən şəxsə və müdafiəçisinə tanış olması üçün təqdim edildikdən sonra saxlanılması üçün Qazax RPŞ-də məsul saxlanca verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 15 yanvar 2022-ci il tarixdə axşam saatlarında Qazax şəhəri H.Əliyev prospekti ilə yaşadığı evə gedirkən yolda polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun üzərində qanunsuz narkotik vasitə gəzdirməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və onlarla birlikdə Qazax RPŞ-nə getməli olduğunu bildirmişlər. O da heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birldikdə Qazax RPŞ-nə getmişlər. Rayon polis şöbəsində üçüncü mərtəbədə olan otaqlardan birinə qalxmışlar. Xidməti otaqlardan birində ona narkotik vasitələrin qanunsuz olaraq saxlanmasında və satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün şübhəli qismində tutulduğunu bildirmişlər. Sonra onun istəyi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. İlkin olaraq ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş təqdim edilmişdir. O əynində olan qararəngli qış gödəkçəsinin sağ yan cibindən 04 ədəd gümüşü rəngli içərisində narkotik vasitə heroinləri çıxarıb təqdim etmişdir. Qeyd etmək istəyir ki, cibindən aşkar edilmiş bükümlər ona məxsusdur. Qeyd edir ki, videoçəkiliş zamanı üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını qeyd edərək məsuliyyətdən yaxa qurtarmaq istəmiş, həmin narkotik vasitəni narkotik aludəçəsi olduğu üçün öz şəxsi istifadəsi üçün saxlamışdır. Bundan başqa istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən əldə edilmiş çıxarışlarına əsasən Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən 04 yanvar 2022-ci il tarixdə saat 11:27-də onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə və həmin tarixdə saat 12:40-da onun istifadəsində olan yuxarıda qeyd olunan mobil nömrədən Şahid1 istifadəsində olan mobil nömrəyə zənglər daxil olması ilə bağlı heç bir fikri yoxdur.Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Bundan başqa məhkəmə istintaqında tədqiq olunan şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 04 yanvar 2022-ci il tarixdə günorta saatlarında Qazax şəhərində yaşayan İlham adlı şəxsin yaşadığı evə doğru getmişdir. Yolda gedərkən öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən İlhamın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onunla görüşməyə gəldiyini demişdir. İlham da yaşadıqları küçədə olduğunu və gəlməsini demişdir. Bir neçə dəqiqə sonra İlhamın yaşadığı evin qarşısında olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin iki dəfəlik istifadə üçün olan bir bükümünü 30 manat müqabilində satdığını bilirmiş. İlhama yaxınlaşıb ondan üstündə malı olduğunu soruşanda İlham üstündə olduğunu və 30 manata verəcəyini demişdir. O da Adildən götürdüyü 15 manat pulun üzərinə özündə olan 12 manat qoyub 27 manat düzəltdiyini İlhama deyərək 27 manat müqabilində narkotik vasitəni ona satmasını xahiş etmişdir. İlham da onunla razılaşmış və 27 manat müqabilində bir ədəd kağız bükümdə narkotik vasitəni ona vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Qazax Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,274 qram, 0,293 qram, 0,212 qram və 0,249 qram olmaqla, 04 bükümdə 1,1028 qram çəkidə narkotik vasitə heroin, Şahid1 üzərindən aşkar edilmiş 0,874 qram və Şahid2 yaşadığı evdən aşkar edilmiş 0,825 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 15 yanvar 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Qazax Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,274 qram, 0,293 qram, 0,212 qram və 0,249 qram olmaqla, 04 bükümdə 1,1028 qram çəkidə narkotik vasitə heroin, Şahid1 üzərindən aşkar edilmiş 0,874 qram və Şahid2 yaşadığı evdən aşkar edilmiş 0,825 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar