Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-284/2023 27.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X6 və X7 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X8, X4 və İbrahimova Nuranə Lazım qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşavi Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Qazax rayonu, Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Dağkəsəmən kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xdmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 02 ədəd iç-içə keçirilmiş polietilen kəsiyi bükümündə təmiz çəkisi 18,018 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə saat 16:25-də Qazax şəhəri, Bakı küçəsində yerləşən 1 nömrəli yaşayış binasının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 17:20-dən 18:10-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibindən 02 ədəd iç-içə keçirilmiş polietilen kəsiyi bükümündə təmiz çəkisi 18,018 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan təxminən 7-8 ay əvvəl narkotik vasitə heroindən istifadə etmişdir. 23 iyul 2022-ci il tarixdə səhər saatlarında avtomobil almaq üçün Tovuz rayonu ərazisində yerləşən avtomobil bazarına getmiş, avtomobil bazarında gəzən zaman avtomobillərdən birinin yanında, yerdən sellofan bükümdə narkotik vasitə olan heroin tapıb özü istifadə etmək məqsədi ilə götürmüş, yaşadığı evin qarşısında kol-kosun içərisində saxlamışdır. Narkotik vasitə istifadəsindən bezdiyi üçün narkotik asılılığından azad olmaq istəmiş, 08 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində gizlətdiyi narkotik vasitəni harasa atmaq məqsədi ilə götürüb əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibinə qoymuşdur. Bundan sonra Qazax rayonu Ağköynək kəndi ərazisində yerləşən Hamlet adlı şəxsin avtomobil təmiri sexində özünə məxsus olan “Tofaş Şahin” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün oraya getmiş, daha sonra Qazax şəhər sakini Vaqif adlı şəxslə aralarında avtomobil alqı-satqısı ilə bağlı yaranmış mübahisənin həlli üçün onunla görüşmək və təmirə ehtiyacı olan avtomobilə istifadə edilmiş ehtiyat hissəsi almaq üçün Qazax şəhəri, Bakı küçəsində yerləşən “Yaşıl bina” adlanan yaşayış binasının qarşısına və Qazax rayonu Dağkəsəmən kəndinə getmək məqsədi “0066” taksi xidmətinə zəng edib taksi sifariş vermişdir. Həmin taksi ilə saat 16 radələrində “Göy bina” adlanan yerin qarşısına çatan zaman Qazax rayon polis şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra təhqiqatçı ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu müdafiə hüququnu izah edib vəkillərin siyahısını təqdim etmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra polis şöbəsinin birinci mərtəbəsində yerləşən otaqlardan birində videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmış, əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibindən 2 ədəd iç-içə keçirilmiş sellofan kəsiyində olan tapdığı narkotik vasitə heroin aşkar edilmiş və elektron tərəzidə çəkilmişdir. Çəkisi təxminən 19 qram olmuş və götürülmüşdür. Əməlindən peşmandır, şəhid ailəsi və xəstə olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini istəyir. Məhkəmə sənədlərinin tədqiqi mərhələsində isə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmadığını polis əməkdaşları tərəfindən saxlanılıb X25 gətirildikdən sonra Hikmət adlı polis əməkdaşı tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qazax rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə Ağstafa rayonu Dağkəsəmən kəndində qeydiyyat olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi, Qazax rayonu ərazisində üzərində saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, o həmin əməliyyat məlumatı barədə raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Qazax rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2, təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Anar Hüseynov, kriminalistik tədqiqatlar qupunun baş inspektor-kriminalisti, polis kapitanı Rahil Hüseynov, əməliyyat-rabitə qrupunun kiçik inspektoru, polis baş serjantı Şahid3 və post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid5 daxil edilmişdir. Əməliyyat məlumatı ilə Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan Ağstafa rayonu Dağkəsəmən kənd sakini Şahid4 idarə etdiyi “Mercedes” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşib Qazax şəhəri Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binası istiqamətində hərəkətdə olmasını müəyyən etmişdirlər. Daha sonra o Şahid2, Şahid3 və Şahid5la birlikdə Şahid3 idarə etdiyi “Mercedes” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobi ilə Qazax şəhəri, Bakı küçəsində, 1A nömrəli çoxmənzilli yaşayış binasının yaxınlığına gedib orada gözləmişdirlər. Həmin gün saat 16:25-də “Mercedes” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin yaşayış binası istiqamətində hərəkətdə olmasını müşahidə edib binadan təxminən 30-40 metr məsafədə həmin avtomobilin qarşısını kəsmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Onlar həmin avtomobilə yaxınlaşıb Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, onun narkotik vasitələr əldə edib və üzərində saxlamaqda şübhəli olduğunu bildirib polis şöbəsinə getməli olduğunu izah etmişlər. Onlar həmçinin taksi sürücüsü Şahid4 da polis şöbəsinə dəvət etmiş, o isə etiraz etməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Şahid4 idarə etdiyi avtomobilin arxa sərnişin oturacağında əyləşdirmiş, Şahid3 sağ yanında, Şahid5 sol yanında əyləşmişlər. Sürücü Şahid4 avtomobili idarə edərək polis şöbəsinə gəlmiş, o da Şahid3 məxsus avtomobili idarə edərək Şahid2la birlikdə onları müşayiət edərək polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil vermiş, o bu barədə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs baş təhqiqatçı Anar Hüseynov tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Həmin gün saat 17 radələrində Polis Şöbəsinin inzibati binasının birinci mətəbəsində yerləşən xidməti otaqda onun və əməliyyat qrupunun digər üzvlərinin, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərində hər narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi bildirilmiş o, da əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan büküm çıxardıb təqdim etmişdir. Həmin büküm baş təhqiqatçı Anar Hüseynov tərəfindən açıldıqda içərisində digər sellofan bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlənin narkotik vasitə olan “kakos” olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, təxminən bir neçə ay əvvəl Tovuz rayonunda yerləşən avtomobil bazarında yerdən tapdığını demişdir. Aşkar edilmiş kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş 19,47 qram olması müəyyən edilmiş, ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis baş serjantı Şahid3 Təqsirləndirilən şəxs paltarları və bədən səthi yoxlanılmış, üzərindən digər narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 göstərmişdir ki, onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə hansısa narkotik vasitə qoyulması barədə təqsirləndirilən şəxsin dedikləri özünümüdafiə xarakterlidir, həmin hallarla bağlı Qazax rayon prokurorluğunda da araşdırma aparılmış və təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Saxlanılarkən özü iştirak etdiyi əvvəllər də tanıdığı üçün Təqsirləndirilən şəxs onun adını bilərəkdən cəzasını yüngülləşdirmək üçün çəkir. Məhkəmədə şahid qismində dindirilmiş Qazax rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid5, X9, X10 eyniməzmunlu ifadələr verərək Şahid1 ifadələrini özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, “Mercedes Benz 200D minik” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax və Ağstafa rayonları ərazisində taksi fəaliyyəti ilə məşğul olur. “*0066” taksi xidmətinə qoşulmuşdur. 08 sentyabr 2022-ci ildə günorta saatlarında özünə məxsus olan avtomobillə Qazax şəhərində yerləşən “Göyçə” adlanan marketin yaxınlığında olarkən “*0066” taksi xidmətinə məxsus proqramdan Qazax rayonu, Ağköynək kəndində yerləşən yağdəyişmə sexindən Qazax şəhəri, Yeni məhəllədə yerləşən “Göy bina” adlanan əraziyə, oradan isə Ağstafa rayonu, Dağkəsəmən kəndinin “Təzə kənd” adlanan hissəsinə taksi sifarişi gəlmiş, sifarişi qəbul edib həmin ünvana getmişdir. Sifariş verən tanımadığı, sonradan adının Pərviz olduğunu bildiyi şəxs avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş, sifariş verilən istiqamətdə idarə etmiş, “Göy” bina adlanan binaya 30-40 metr qalmış qarşı tərəfdən hərəkət edən “Mercedes” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil qarşısını kəsmiş, mülki geyimdə olan bir neçə nəfər şəxs avtomobilə tərəf gəlib qabaq sərnişin oturacağında əyləşmiş, Pərvizə yaxınlaşmış, danışıb sorğu-sual etmişlər. Həmin şəxslərdən biri ona demişdir ki, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarıdır, avtomobilində olan şəxs də narkotik vasitə saxlamaqda şübhəlidir. Polis əməkdaşları onu da polis şöbəsinə dəvət etmiş, etiraz etməmişdir. Polis əməkdaşları Pərvizi avtomobilinin arxa sərnişin oturacağında əyləşdirmiş, hər tərəfində biri əyləşmişdir. Bundan sonra o avtomobili idarə edib Qazax rayon Polis şöbəsinə gəlmiş, izahat verdikdən sonra sərbəst buraxılmışdır. Həmin vaxt bilmişdir ki, avtomobildə tutulan şəxs Ağstafa rayonu Dağkəsəmən kənd sakini Pərvizdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 08 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qəbul etməsi və üzərində saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında protokol” və əlavəsi olan DVD diskdən görünür ki, 08 sentyabr 2022-ci il tarixdə saat 17:20-dan saat 18:10-dək olan müddətdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibindən 02 ədəd iç-içə keçirilmiş polietilen kəsiyi bükümdə ümumi çəkisi 19,47 qram təşkil edən tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni 1-2 ay əvvəl Tovuz rayonu avtomobil bazarında tapıb şəxsi istifadəsi üçün saxladığını demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X19 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 16/1087 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.” sözləri olan kağız paketdəki, 02 (iki) ədəd iç-içə keçirilmiş polietilen kəsiyi bükümdə təmiz çəkisi 18,018 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 1954 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Qazax rayon Psixiatriya Xəstəxanasının 22 sentyabr 2022-ci il tarixli, 1768 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X3 qeydiyyatda yoxdur. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 617 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgilərinə) baxmayaraq, o, hazırki cinayət əməlini törədərkən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 18,018 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini özü istifadə etmək üçün əldə edib üzərində saxladığı müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, hər hansı şəxsə narkotik vasitə satması barədə əməliyyat məlumatı əldə edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Ağstafa RİHB-nin Dağ Kəsəmən İƏD üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və anası ilə birlikdə Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən surətindən görünür ki, Təqsirləndirilən şəxs atası Rasim Bayramov anası isə Natella Bayramovadır. İş materiallarında olan və məhkəmədə araşdırılmış V-ЖГ №264270 saylı “ölüm haqqında şəhadətnamə” və 013748 saylı “şəhid ailəsinin üzvü” vəsiqəsindən görünür ki, təqsirləndirilən şəxsin atası X15 xx.xx.1992-ci ildə Qazax rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. İş mateiallarında olan və məhkəmədə tədqiq edilmiş AZ-İİİ№635410 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015ci il təvəllüdlü azyaşlı X11 var. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilərək məhkəmədə tədqiq edilmiş AZ-İV№845404 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü azyaşlı X13 var. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, iş üzrə keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə olunmuş 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********92 saylı və **********92 saylı nömrələr xx.xx.2022-ci il tarixdə saat 12:03:54-dən sonra Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı vaxtadək Qazax şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 18,018 qram narkotik vasitə olan heroin sübut kimi tanınıb Qazax RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 08 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokol, təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar və Qazax Rayon Məhkəməsinin 10 sentyabr 2022-cü il tarixli, 4(023)-65/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci ildə CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(104)- 136/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs X14 tərəfindən təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Şəmkir Rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş laborator müayinə kağızlarından və Ağstafa RMX publik hüquqi şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli ultrasəs müayinə protokolundan görünür ki, Pərviz Salamova “hər iki böyrəyin zəif iltihab əlamətləri kiçik ölçülü daşları radikulo-medulyor sindrom” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)- 284/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Ağstafa RPŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli və 2 saylı İstintaq Təcridxanasından verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Ağstafa rayonu Dağkəsəmən kəndində saxlanılmış və xx.xx.2023-cü ildə “ saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)- 284/2023 saylı qərarından görünür ki, cinayət işi üzrə icraat həmin tarixdə təzələnmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə tədqiq edilmiş məhkəmə tərəfindən Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli 380 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada xx.xx.2023-cü il tarixdən “xroniki xolestitin kəskinləşməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin ibtidai istintaq zamanı ilkin istintaq hərəkətlərindən sonra barəsində ev dustaqlığı qətimkan tədbiri seçilənə qədər olan müddətdə və məhkəmə baxışının sənədlərin tədqiqi mərhələsində müdafiəsi üçün dəlil olaraq saxlanılarkən üzərində narkotik vasitə olmadığını, özünün Qazax şəhərinə tanışı Vaqif adlı şəxsdən narkotik vasitə almağa getdiyini, sonuncu ilə görüşmədən polis əməkdaşları tərəfindən saxlanılıb Qazax RPŞ-yə gətirildikdən sonra onun üzərinə qoyulduğunu göstərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyası “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərarında təqsirləndirilən şəxs Pərviz X1 adlı şəxsdən narkotik vasitə alması ehtimalları olmasını, ilkin sübutlarda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə əsaslı şübhələr olduğunu göstərmişdir. Bununla əlaqədar məhkəmə tərkibi qeyd edir ki, göstərilən xüsusatlarla əlaqədar məhkəmənin öz təşəbbüsü ilə əldə edilmiş Qazax rayon prokurorluğunda qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və ailə üzvlərinin müraciəti əsasında rayon prokurorluğunda müvafiq araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan isə təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən şikayət verilməmişdir. Məhkəmə, göstərilənlərlə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsinin qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsində məhkəmənin qənaətinə görə böyük ehtimalla texniki yanlışlıq olaraq “X12” adlı şəxsin narkotik vasitə satıcısı kimi iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyini göstərilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdə X5 əvvəl narkotik vasitələrin dövriyyəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə məlumat yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Daxili İşlər Nazirliyi BDYPİ-nin mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki,** XM *** qeydiyyat nömrə nişanlı, “VAZ 21011” markalı avtomobilə dair xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixədək Ağstafa rayon dövlət notariat kontoru tərəfindən “avtonəqliyyat vasitələrin idarə edilməsinə dair” qısa müddətli etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş ödəniş qəbzlərinin surətindən isə görünür ki, xx.xx.2022-ci il sat 15:59-da 100 manat, 21:04-də isə 50 manat pul Təqsirləndirilən şəxs adına olan "xxxx" KB ASC-nin “Leobank” kartına köçürülmüşdür. Bundan başqa ibtidai istintaq zamanı X12 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı aralarında avtomobil alqı-satqısı və avtomobilə görə verilmiş behin geri qaytarılması ilə əlaqədar aralarında narazılıq olduğunu bildirmiş, Təqsirləndirilən şəxs da ibtidai istintaqın sonrakı mərhələsində Vaqiflə xx.xx.2022-ci ildə avtomobil ehtiyat hissəsi almaq üçün görüşə gələrkən, bir neçə ay əvvəl Tovuz rayonunda avtomobil bazarından tapdığı üzərindən aşkar edilmiş heroini özü ilə götürdüyünü göstərmişdir. Yuxarıda göstərilən sübut növləri olan sənədlər və istintaq hərəkəti protokollarına əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxsla Vaqif Əhmədov arasında narkotik vasitə alqı -satqısına dair təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində ifadələrində göstərdiyi və Gəncə Apellyasiya Məhkəmənin qeyd edilən qərarında göstədiyi dəlillər təsdiqini tapmamış, aralarında maşın alqı-satqısına dair münasibət olması isə əksinə, tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışının ilkin mərhələsində verdiyi səmimi etiraf ifadəsini, xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında”, protokol və istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəylərini və şahid ifadələrini, eləcə də digər sübut növlərini şəxsin təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladı olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsini, atasının İ Qarabağ müharibəsində şəhid olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini və onun həddini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən müəyyən müddətə təcrid olunması yolu ilə mümkündür. Narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə bağlı ağır cinayət törətməyə görə ittiham olunan və təqsiri qanunla sübuta yetirilən şəxs(lər)in sonradan ibtidai araşdırma və məhkəmə baxışında azadlıqda qalması hazırda ümumilli bəlaya çevrilən narkomaniya ilə aparılan mübarizəyə, eləcə də ədalət mühakiməsinin mənafelərinə əsaslı zərbə vura bilər. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməməsi ilə bağlı məhkəmə göstərir ki, məhkəmə baxışında çıxışlar mərhələsində dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş orta həddəndən də yuxarı 5 (beş) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza istənilsə də sonradan şəhid ailəsi statusu və xəstəliyi nəzərə alınmaqla 3 (üç ) il (3 üç) ay azadlıqdan məhrumetmə cəzası istənilmişdir. Məhkəmə qeyd edilən əsasları şəxsə cəza təyinində nəzərə alaraq hesab edir ki, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı hədd cəza təyin etməklə, cəzanın həm fərdi islahedici, həm də ümumxəbərdaredici məqsədinə nail olmaq mümkündür. Məhkəmə tərkibi həmçinin bildirir ki, təqsirləndirilən şəxs cəzaçəkmə müddətində müalicə olunub narkotik vasitələrdən asılılıqdan qurtarması rejim daxilində asanlaşacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.1-1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri də nəzərdə tutulmuş əməllər külli miqdarda törədilməsinə görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutmuşdur. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2, 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai istintaq müddətində şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və barəsində ev dustaqlığı qətimkan tədbirinin müddəti cəza çəkmə müddətinə daxil edilməklə təyin edilmiş cəzadan çıxılmalı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək axtarışda olduğu müddət isə ev dustaqlığı yaxud həbs qətimkan tədbiri müddətinin axımı kimi nəzərə alınmamalı, cəzaçəkmə müddətinin əvvəli onun Gəncə Ağır Cinayətlər məhkəməsinin qərarı ilə tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 18,018 qram narkotik vasitə olan heroin məhv edilməli, keçirilmiş şəxs axtarış və telefon danışıqlarına dair məlumatların əks olunduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbs və ev dustaqlığında olduğui 1 (bir) il, 3 (üç) ay, 4 (dörd) gün ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay, 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Qazax rayon Polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 18,018 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin, istintaq hərəkəti protokolunun keçirilməsi və telefon danışıqlarına dair məlumatların əks olunduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-284/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-284/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver